Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-656/2024 31.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olmayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-336/2023 saylı hökmü ilə CM-in 180.2.1ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah tətbiq edib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etmiş, bundan başqa, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs tərəfindən satılan mobil telefonu almaq adı ilə 24 mart 2023-cü il tarixdə, saat 16 radələrində birlikdə ünvan 4 ünvanının qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 cinayətkar niyyətlərinə maneəsiz nail olmaq üçün baş verə biləcək müdaxilənin qarşısını almaq məqsədilə həmin ünvanda yerləşən yaşayış binasının 8-ci girişinin üçüncü mərtəbəsində gözləmiş, o, isə həmin ünvanda Zərərçəkmiş şəxsla görüşüb sonuncudan 300 manat dəyərində “X8 8, 4RAM, 64GB” markalı mobil telefon aparatını götürdükdən sonra guya həmin mobil telefonu ailə üzvlərinə göstərmək adı ilə Zərərçəkmiş şəxsla birlikdə qeyd edilən ünvanda yerləşən, qrup üzvü Təqsirləndirilən şəxs1 onu gözlədiyi binanın girişinə daxil olub 3-cü mərtəbəyə qalxdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 üzərində olan, təyinatı istintaqa məlum olmayan bıçağı çıxarıb hücuma məruz qalmış Zərərçəkmiş şəxs nümayiş etdirərək həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncuya məxsus 300 manat dəyərində “X8 8, 4RAM, 64GB” markalı mobil telefonu ələ keçirməklə onunla birlikdə hadisə yerindən qaçmaqla uzaqlaşdıqdan sonra həmin mobil telefonu telefon mağazasına satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş X3 300 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 26 mart 2023-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,623 qram olan narkotik vasitə heroini 20 manat pul ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 27 mart 2023-cü il tarixdə, saat 18:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125 ünvanının qarşısında Nizami RPİ-nin 24-cü PŞ-in əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-yə gətirilib orada xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,623 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah tətbiq edib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etmiş, bundan başqa, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs tərəfindən satılan mobil telefonu almaq adı ilə 24 mart 2023-cü il tarixdə, saat 16 radələrində birlikdə ünvan 4 ünvanının qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən o, cinayətkar niyyətlərinə maneəsiz nail olmaq üçün baş verə biləcək müdaxilənin qarşısını almaq məqsədilə həmin ünvanda yerləşən yaşayış binasının 8-ci girişinin üçüncü mərtəbəsində gözləmiş, qrup üzvü Təqsirləndirilən şəxs2 isə həmin ünvanda Zərərçəkmiş şəxsla görüşüb sonuncudan 300 manat dəyərində “X8 8, 4RAM, 64GB” markalı mobil telefon aparatını götürdükdən sonra guya həmin mobil telefonu ailə üzvlərinə göstərmək adı ilə Zərərçəkmiş şəxsla birlikdə qeyd edilən ünvanda yerləşən, onun gözlədiyi binanın girişinə daxil olub 3-cü mərtəbəyə qalxdıqdan sonra o, üzərində olan, təyinatı istintaqa məlum olmayan bıçağı çıxarıb hücuma məruz qalmış Zərərçəkmiş şəxs nümayiş etdirərək həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib sonuncuya məxsus 300 manat dəyərində “X8 8, 4RAM, 64GB” markalı mobil telefonu ələ keçirməklə qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə hadisə yerindən qaçmaqla uzaqlaşdıqdan sonra həmin mobil telefonu telefon mağazasına satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş X3 300 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 27 mart 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,713 qram olan narkotik vasitə heroini 20 manat pul ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 27 mart 2023-cü il tarixdə, saat 18:45 radələrində Bakı şəhəri, Xətai rayonu, Marat Əmirxanov küçəsi, ev 25 saylı binanın qarşısında Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-yə gətirilib orada xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ kiçik cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,713 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, İslam deyilən şəxsə görə Nizami RPİ-nin 24-cü PŞ-yə ifadə verməyə getmiş, bu zaman ona Nizami RPİ-nin 24-cü PŞ-də CM-in 181-ci maddə ilə təqsirləndirildiyini bildirmişlər. Ona onlarda qalan İslam adlı şəxsə görə Nizami RPİ-nin 24-cü PŞ-dən zəng vurmuşlar. Sonuncu pul qabını itirdiyi üçün bölməyə getmişdir. Ona zəng vurub evdə olduğunu soruşmuşlar. O da evdə olduğunu bildirmiş, sonra əməliyyatçılar özləri gəlmiş, qapını döymür, o, qapını açanda ona kağızın aşağıda maşında olduğunu bildirmişlər. O, aşağı düşüb ifadəni orda vermək istəyəndə aşağı düşdükdən sonra ifadəni bölmədə verəcəyini bildirmişlər. Sonra maşına əyləşib əməliyyatçılarla birlikdə bölməyə öz razılığı ilə getmişdir. Onlar bölməyə getmiş, orada İslamı otaqdan çıxarmışlar, onu tutmuşlar və CM-in 181-ci maddəni boynuna götürməyi ilə bağlı ona qarşı təzyiq göstərmişlər. O, etdiyi əməli etiraf edir, amma bu əməldə bıçaq olmamış, sadəcə Sənandan telefonu götürmüşlər. Onlar sonuncunu telefon almaq niyyəti ilə çağırmışlar, amma telefonu sonuncudan almamışlar, götürüb qaçmışlar. O, Sənanı Neftçilərdə qarşılamış, sonuncu ilə birlikdə binanın qarşısına gəlmiş, telefonu Sənandan alıb yuxarı qalxmış və Təqsirləndirilən şəxs1 vermişdir. O, sonra aşağı düşmüş və Sənana yuxarı qalxmasını bildirmişdir. Sənan yuxarı qalxmış, o, oradan uzaqlaşmış və sonra orada nə olduğunu bilmir. Onlardan narkotik vasitə aludəçisi olub-olmamadıqlarını aydınlaşdırmaq üçün analiz götürməmişlər. Nizami RPİ-nin 24-cü PB-də ona CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamı qəbul etməyi üçün təzyiq göstərmişlər, ittihamı qəbul etməyəcəyi təqdirdə narkotik vasitəni evinə aparıb qoyacaqlarını bildirmişlər və onu evdəkilərlə, qardaşı ilə təhdid etmişlər. Onları Nizami RPİ-nin 24-cü PŞ-də CM-in 234.1-ci maddəsi elan edilmiş ittihamı boyunlarına almadıqları üçün döymüşlər. İttihamda qeyd olunan CM-in 181-ci maddəsi ilə olan əməli özləri etiraf etmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs dəvət etdikləri ünvan Neftçilərdə İcra hakimiyyətinin arxasında yerləşirdi. Sonuncunu tanımadığı bir binaya gətirmişlər, binanı seçməmişlər, yolüstü adi bir bina olmuşdur. Zərərçəkmiş şəxs o, gedib Neftçilər deyilən ərazidən gətirmişdir. Təqsirləndirilən şəxs1 onları həmin binada gözləmişdir. Yolda gəldikləri zaman Zərərçəkmiş şəxs telefonu sonuncudan alacağını bildirmiş, o da razılığını qeyd etmişdir. Gəlib blokun qarşısına çatmışlar, telefonu sonuncudan götürüb yuxarı qalxmış və Nicata vermişdir. İnanmağı üçün də yuxarı qalxan zaman öz telefonunu sonuncuya vermişdir. Telefonu Nicata verib aşağı düşmüşdür. Öz telefonunu Sənandan alıb gedib kartdan pul çıxardıb gələcəyini bildirmişdir. Sənana telefon yuxarıda olduğunu, 4-cü mərtəbəyə qalxmağını, evdəkilərin ona pulu verəcəyini bildirmişdir. O, oradan uzaqlaşmışdır. Nicat 4-cü mərtəbədə sonuncunu gözləmişdir. Nicatın dediyinə görə Sənanla qarşılaşmamışdır. Zərərçəkmiş şəxs sonradan ona zəng vurmamışdır. Telefonu aparıb 28 May ərazisində 120 manata satmışlar, pulu aralarında bölməmişlər, öz şəxsi xərcləri üçün istifadə etmişlər, siqaret və su almışlar. İfadələrində də etdikləri əməli etiraf etmişlər, günahkar olduqlarını bilirlər, onların üzərilərində bıçaq olmamışdır. Təqsirləndirilən şəxs1 onlara gəlmiş, onlar Zərərçəkmiş şəxsla görüşməyə birlikdə getmişlər və üzərilərində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs özüdə yaxşı bilir ki, onların üzərilərində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs telefon geri qaytarılmış və pul da vermişlər. Onlar narkotik vasitə istifadəçisi deyillər, ona narkotik vasitə verib cibinə qoymağını, çəkiliş zamanı üzərindən çıxartmağını bildirmişlər. O, heç vaxt bu qədər narkotik vasitə görməmişdir. Sonra narkotik vasitənin miqdarını biraz azatmışlar, ona verərək cibinə qoymasını, çəkiliş zamanı üzərindən çıxartmasını, azadlığa çıxmağına kömək edəcəklərini demişlər, 2 nəfər ona təzyiq göstərib döymüş, narkotik vasitəni çəkilişdə göstərməli olduğunu bildirmişlər. Döyülməklə bağlı müvafiq orqanlara müraciət etmiş, bədənində ağrılar olmuş, bununla bağlı müayinə etmişlər, amma nəticələri barədə məlumatlı deyildir. Müstəntiqə hər şeyi demişlər, amma sonuncu onların verdikləri ifadəni yazmamışdır. Onlar heç yerə imza çəkməmişlər. Onların niyyəti quldurluq olmamış, aldatmaq, fırıldaqçılıq olmuşdur. Polis əməkdaşları onu evdən aparmışlar. Əməliyyatçı ona zəng vurararaq İslamın işiylə bağlı ifadə verməli olduğunu bildirmişdir. Əməliyyatçı zəng vuranda o, evdə olmuş, İslam evdə deyil, bölmədə olmuşdur. Ərizə yazmaqla bağlı bölməyə getmişdir. İslam 3 nəfər polis əməkdaşı ilə birlikdə evə gəlmişlər, o, qapını açmış və sonuncular ona əllərində kağız olmadığından aşağı düşüb maşında ifadəni verməli olduğunu bildirmişlər. o da razılığını bildirmişdir. O, aşağı düşmüş, maşına əyləşmiş və hər iki tərəfində polislər əyləşmiş, qabaqda da İslam oturmuşdur. Bölməyə getməli olduqlarını, burda kağızın olmadığını, ifadəni bölmədə verməli olduğunu bildirmişlər. Polis əməkdaşı ona zəng vuranda bilirdi ki, arxası ilə gəlirlər və o, sonuncuları evdə gözləyirdi. Evdən gedəndə uzərində heç bir narkotik vasitə yox idi. Bölmədə də axtarmışlar üzərindən heç nə tapılmamışdır. Bölməyə gəlmişlər İslamı otaqdan çıxarmışlar. Ona təzyiq göstərərək bildirmişlər ki, onu ifadə verməyə görə deyil, narkotik vasitəyə görə çağırmışlar. Zərərçəkmiş şəxs telefonu almaq niyyətilə çağırmışdır. Elan vasitəsilə telefonun qiymətini 300 AZN-ə internetdə qoymuşdur. Onunla 280 AZN-ə razılaşmışdır. Binanın qarşısına gələndə Zərərçəkmiş şəxs evə qalxıb telefonu evdəkilərə göstərəcəyini bildirmişdir. Əvvəl Zərərçəkmiş şəxs telefonu vermək istəməmiş, sonra sonuncunun ona inanmağı üçün öz telefonunu sonuncuya vermiş və yuxarı qalxmışdır. Telefonu Nşkərimliyə vermiş və düşmüşdür. Sənana yuxarı qalxmasını, telefonu yuxarıdan götürməsini bildirmişdir. Zərərçəkmiş şəxs telefonu ev üçün alacağını bildirmişdir. Öz telefonunu Zərərçəkmiş şəxs götürmüş və sonuncuya kartdan pul çıxarmağa getdiyini bildirmişdir. Sənan da yuxarı qalxmışdır. Kartdan pul çıxarmağa getmiş, lakin məbləğ az idi. Sonra Nicatla 28 May deyilən ərazidə görüşmüşlər. Polis əməkdaşları onu saxlayanda Nicatla birlikdə olmamışdır. Əməliyyatçılar birinci onu saxlamışlar. Təqsirləndirilən şəxs1 harada olduğunu soruşanda telefon işlətmədiyini, əlaqə saxlamadığından harda olmağını bilmədiyini, sonuncunun evini tanımadığını bildirmişdir. Poçtun yanına getmişlər, onun nömrəsi ilə yazıb Nicatı evdən çıxartmışlar. Təqsirləndirilən şəxs1 telefonu yox idi, ailə üzvlərinin telefonu ilə əlaqə saxlamışlar, tutulmağı haqqında sonuncuya heç nə deməmişdir. Heç vaxt nə Təqsirləndirilən şəxs1, nə də onun üzərində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs onunla yuxarı qalxmamışdır. Zərərçəkmiş şəxsdən aldığı telefonu qalxıb yuxarıda Təqsirləndirilən şəxs1 verib aşağı düşmüşdür. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, onu polis əməkdaşları yaşadığı evin yanında tutmamışlar. O, polis şöbəsinə öz istəyi ilə evdən çıxıb getmişdir. O, Sumqayıt şəhərindən narkotik vasitə almamışdır. Elan edilmiş ifadəni təsdiq etmir. Zərərçəkmiş şəxs onunla hadisə baş verən binaya qalxmamışdır. O, yuxarı qalxan vaxt üzərində narkotik vasitə olmamışdır. Onları narkotik vasitə istifadəçisi olmaqlarını yoxlamaq üçün həkim müayinəsinə aparsalar da, analiz götürməmişlər. Orada bir şəxs ondan istifadəçi olduğunu soruşmuş, o da istifadəçi olmadığını bildirmişdir. Sonra ondan analiz götürmədən getməyini bildirmişlər. Sonradan onu narkotik istifadəçisi kimi rəydə yazıldığını öyrənmişdir. O, yuxarı tək qalxıb telefonu Təqsirləndirilən şəxs1 verib aşağı düşmüşdür. Aşağı düşəndən sonra da Zərərçəkmiş şəxs müvəqqəti saxlamaq üçün verdiyi telefonu götürüb hadisə yerindən aralanmışdır. İslam ona zəng vuran anda polislərin pul qabı ilə bağlı gəlmələrini demişdir. Hətda o, çölə çıxanda polis əməkdaşlarını evə dəvət etmiş, amma polis əməkdaşları dəvətini qəbul etməmişlər. Aşağı düşməli olduğu üçün paltarlarını dəyişib aşağı düşmüşdür. Təqsirləndirilən şəxs1 ilə onun üzərində şəxsi axtarışı biryerdə aparmışlar. Polis əməkdaşları onu saxlamamışdan əvvəl İ.Əzimov ona zəng etməmişdir. İ.Əzimovun pul kisəsinə görə gəldiklərini bildirib evə baxacaqlarını bildirmiş və o da razılaşmışdır. Üzərində idman paltarı olduğundan paltarını dəyişib getməyi istəmiş və polis əməkdaşları dəyişməyini bildirmişlər. Ailənin yeganə övladı olmağının, cavanlığının, səhvinin boynuna almağının nəzərə alınmaqla barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə baş verən günü ilk öncə T.Həmidlinin evində görüşmüşlər. Lalafo proqramında satılan telefonlardan birini seçmişlər. Telefona baxmaq üçün telefonun sahibini Neftçilər metrosuna dəvət etmişlər. T.Həmidli ilə birgə hadisə baş verən binaya gəlmişlər. O, yuxarı qalxmış, T.Həmidli isə sifariş verdikləri telefonun sahibini qarşılamağa getmişdir. T.Həmidli telefonun sahibini qarşıladıqdan sonra hadisə baş verən binaya gətirmişdir. Həmin vaxt o, yuxarıda gözləmişdir. T.Həmidli telefonu sahibindən alaraq ailə üzvlərinə göstərəcəyini bildirmiş, sonuncu telefonu götürüb qalxıb yuxarıda ona vermişdir. T.Həmidli aşağı düşərək telefon sahibinə pulu kartdan çıxartmaq üçün bankamata getməli olduğunu və telefon sahibinə də yuxarıya qalxıb sonuncunun qardaşının yanında gözləməyini bildirmişdir. Telefonun sahibi yuxarı qalxanda o, aşağı düşürdü. Telefonun sahibi onu düşəndə görsə də T.Həmidli dediyi adamın o, olduğunu bilmirdi. Telefonun sahibinə bıçaqla heç bir hədə qorxu gəlməmişdir. Sonra isə götürdükləri telefonu Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosu ətrafında satmışlar. Narkotik vasitə istifadəçisi olmuş, amma onunla bağlı müalicə almışdır. Tutulduğu vaxt evdən çıxırdı və üzərində narkotik vasitə olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, götürdükləri telefonu müəyyən xərclər üçün satmışlar. Xərcləri üçün valideynlərindən pul ala bilərdi, sadəcə özgənin telefonunu satmaqla səhv etmişlər. Zərərçəkmiş şəxs telefonu verməsəydi onlar da götürməyəcəkdilər. Zərərçəkmiş şəxs heç vaxt şübhələnə bilməzdi ki, onlar sonuncunun telefonunu götürə bilərlər. Narkotik vasitələrdən heroin tüstü halında istifadə edirdi. Narkotik vasitə ilə bağlı müalicəni ailə üzvləri öz hesablarına etmişlər. Narkotik vasitələri online yolla sosial şəbəkələrdən alırdı. Telefonu əyləncəyə xərcləmək üçün satmışlar. Polis əməkdaşları onu Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində yerləşən yaşadığı evdən 200 metr aralıda saxlamışlar. Polis əməkdaşları onu saxladıqdan sonra Nizami RPİ-nin 24cü PŞ-yə aparmışlar. 24-cü PŞ-də üzərinə axtarış aparılan zaman üzərindən heç nə aşkar olunmamış, sadəcə narkotik vasitəni sonradan polis əməkdaşları cibinə qoymuşlar. Ona aid olmayan narkotik vasitəni məcbur cibinə qoyduqlarına etiraz bildirmiş, amma hədəqorxu gəldikləri üçün polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları ailəsi ilə onu təhdid etdikləri üçün ona aid olmayanları öz üzərinə götürmüşdür. MSY-yə daxil olduqdan sonra ona elan olunmuş ittihamla təqsirli olmadığını bildirmişdir. Sadəcə ona olunan təhdidlərə görə deyilənlərlə razılaşmışdır. MSY-də təhdid olmadığından etiraz etməyə başlamışdır. Tutulduğu üçün ona qarşı olunan təhdidlərin aradan qalxdığını fikirləşib etirazlar etməyə başlamışdır. Polis əməkdaşları T.Həmidlinin telefonu ilə ona yazmışlar. Tutulmazdan qabaq atası ona 2 nəfər şəxsin həyətdə onu axtardıqlarını demişdir. Turalın telefonundan ona gələn mesajdan 15 dəqiqə sonra həmin şəxs yaşadığı evin yaxınlığında ona yaxınlaşıb özünü 24-cü PŞ-in əməkdaşı olduğunu bildirmişdir. Onu avtomobillərinə əyləşdirib 24-cü PB-yə aparmışlar. Atası ona deyəndə ki 2 nəfər yekəpər şəxs onu axtarırlar, onda bilmişdir ki, onu telefona görə axtarırlar. Zərərçəkmiş şəxs telefonu verməsəydi qabaqcadan bıçaqla hədə qorxu gəlmək fikirləri yox idi. Onların telefonu götürməydə niyyətləri aldatmaq olmuşdur. CM-in 181-ci maddəsi ilə özlərini təqsirli bilmirlər, çünki heç kimə bıçaqla hədə-qorxu gəlməmişlər. Zərərçəkmiş şəxs heç onu üzdən tanımırdı ki, binada onunla rastlaşanda ona nəsə desin, o da qarşılığında ona bıçaqla hədə-qorxu gəlsin. Zərər çəkmiş şəxs əvvəllər onun tanımadığı şəxs olmuşdur. T.Həmidli ilə onun niyyəti qabaqcadan zərərçəkmiş şəxsi aldatmaq olmuşdur. Sadəcə T.Həmidli aşağıda zərər çəkmiş şəxslə söhbət edəndə o, binanın yuxarı pəncərəsindən zərər çəkmiş şəxsi ilk dəfə üzdən görmüş, lakin sonuncu onu görməmişdir. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda narkotik vasitə istifadəçisi olduğunu yox, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu demişdir. Video çəkiliş vaxtı üzərindən aşkar olunan narkotik vasitəni qabaqcadan polis əməkdaşları cibinə qoymuşlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olmamış və heç kimdən narkotik vasitə almamışdır. Polis əməkdaşları ona qarşı fiziki təzyiqlər də göstərmişlər, sadəcə yetirdikləri xəsarətlərin xaricdən bədən səthində izləri qalmamışdır. Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş şəxsin telefonunu aldadıb əlindən alaraq aparıb birlikdə satmışlar və törətdikləri bu əməli etiraf edir, etdiyi əməldən peşmandır. Cavanlığının nəzərə alınmaqla məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisi olduğundan narkotik vasitələrin alınması üçün pul əldə etmək məqsədilə «Lalofo.az» elan saytından telefon satan şəxdən telefon alıb ələ keçirmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə bu barədə dostu Nicat Kərimlyə danışmış, Nicat onunla həmin cinayət əməlini birlikdə törətməyə razılaşmışdır. Qabaqcadan telefonu əldə edəcəkləri yeri, yəni Nizami rayonu, R.Rüstəmov küçəsi 54 saylı binanı seçmişlər. «Lalafo.az» elan səhifəsində «X8 8» markalı mobil telefonunu satan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs elanda qeyd etdiyi, hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng vuraraq satdığı telefonu 300 manata guya xəstə anası üçün almaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində görüşməyi və görüş yeri kimi Nizami rayonu, metronun «Neftçilər» stansiyasının yaxınlığını təklif etmişdir. S.Qasımlı onunla razılaşmışdır. Təyin olunan yerdə görüşdükdən sonra sonuncuya yaxınlıqda yaşadığını, telefonu xəstə anasına göstərmək üçün evə getməyi xahiş etmişdir. S.Qasımlı ilə birlikdə Rüstəmov küçəsi 54 saylı binaya gəlmişlər. Dostu Təqsirləndirilən şəxs1 əvvəlcədən R.Rüstəmov küçəsi 54 saylı binanın sonuncu girişinin 3-cü mərtəbəsinə qalxıb orada telefonu satan şəxslə onu gözləmişdir. Binanın qarşısına çatdıqda o, telefonu S.Qasımlıdan alıb guya yuxarı mərtəbədə yaşayan xəstə anasına göstərəcəyini deyib yuxarı qalxmışdır. Telefonla bilrikdə yuxarı mərtəbəyə qalxıb telefonu onu əvvəlcədən yuxarıda gözləyən dostu Nicata vermişdir. Telefonu verdikdən 1-2 dəqiqə sonra binanın qarşısına qayıdıb S.Qasımlıya telefonu anasına verdiyini, sonuncunun yuxarı anasının yanına qalxmasını, o isə, telefonun ödənişi üçün yaxınlıqda yerləşən bankomatdan pul çıxarıb qayıdacağını bildirmişdir. S.Qasımlı binaya daxil olub yuxarı qalxmış, o isə, oradan uzaqlaşıb getmişdir. Təxminən 1 saat sonra Nicatla metronun «28 May» stansiyasının yaxınlığında görüşmüş və əldə etdikləri «X8 8» markalı mobil telefonu yaxınlıqda yerləşən telefon alqı-satqısı mağazasına 120 manata satmışlar. Telefonu satarkən o, satıcıya öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Əldə etdikləri 120 manat pulu narkotik vasitə əldə olunmasına və şəxsi ehtiyaclarına xərcləmişlər. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhərində olarkən üzdən tandığı şəxsdən 20 manat pul verib öz istifadəsi üçün “kakos” adlandırılan narkotik vasitə alıb cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 125 nömrəli binanın qarşısında olan zaman mülki geyimdə olan iki şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun adını soruşduqdan sonra onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuş, təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə, yəni “kakos” olduğunu bildirmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə yuxarı mərtəbəyə qalxmamış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaq çıxararaq hədə-qorxu gəlməsindən heç-bir məlumatı olmamışdır. Narkotik maddələrin aludəçisi olduğundan mütamadi olaraq narkotik maddələr qəbul edir və üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. Narkotik vasitənin istifadəsi, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı vardır. Narkotik vasitəni öz istifadəsi üçün almış, satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu saxlayarkən heç bir müqavimət göstərməmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. Qeyd etdiyi cinayət əməllərindən başqa heç bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda heç-bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə dostu Təqsirləndirilən şəxs2 narkotik vasitələrin aludəçisi olduqlarından narkotik vasitələrin alınması üçün pul əldə etmək, bu məqsədlə «Lalofo.az» elan saytından telefon satan şəxdən telefon alıb ələ keçirmək qərarına gəldiyini bildirmiş və bu işi onunla birlikdə həyata keçirməyi təklif etmişdir. O, Tural ilə həmin cinayət əməlini birlikdə törətməyə razılaşmışdır. Qabaqcadan telefonu əldə edəcəkləri yeri, yəni Nizami rayonu, R.Rüstəmov küçəsi 54 saylı binanı seçmişlər. Tural «Lalafo.az» elan səhifəsində «X8 8» markalı mobil telefonunu satan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs elanda qeyd etdiyi, hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng vuraraq satdığı telefonu 300 manata guya xəstə anası üçün almaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində görüşməyi və görüş yeri kimi Nizami rayonu, metronun «Neftçilər» stansiyasının yaxınlığını təklif etmişdir. S.Qasımlı onunla razılaşmışdır. Tural S.Qasımlı ilə görüşə getdikdə o, razılaşdıqları kimi R.Rüstəmov küçəsi 54 saylı binanın sonuncu girişinin 3-cü mərtəbəsinə qalxıb orada gözləməyə başlamışdır. Təyin olunan yerdə Tural S.Qasımlı ilə görüşüb R.Rüstəmov küçəsi 54 saylı binanın sonuncu girişinə gəlmişlər. Binanın qarşısına çatdıqda Tural telefonu S.Qasımlıdan alıb guya yuxarı mərtəbədə yaşayan xəstə anasına göstərəcəyini deyib yuxarı qalxmışdır. Telefonu 3-cü mərtəbədə ona vermiş və özü aşağı düşmüşdür. Razılaşdıqları kimi Tural binanın qarşısına qayıdıb S.Qasımlıya telefonu anasına verdiyini, sonuncunun yuxarı anasının yanına qalxmasını, özü isə telefonun ödənişi üçün yaxınlıqda yerləşən bankomatdan pul çıxarıb qayıdacağını bildirmişdir. S.Qasımlı binaya daxil olub yuxarı qalxmışdır. Bu zaman o, telefonu əynində olan gödəkçənin cibinə qoyub aşağı düşməyə başlamışdır. Pilləkənlərlə düşərkən 3-cü mərtəbə ilə 2-ci mərtəbənin arasında S.Qasımlını görmüş, heç bir söz demədən sonuncunun yanından keçib aşağı düşmüş, girişi tərk edib oradan uzaqlaşıb getmişdir. Təxminən 1 saat sonra Turalla metronun «28 May» stansiyasının yaxınlığında görüşmüş və əldə etdikləri «X8 8» markalı mobil telefonu yaxınlıqda yerləşən telefon alqı-satqısı mağazasına 120 manata satmışlar. Telefonu satarkən Tural satıcıya öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Əldə etdikləri 120 manat pulu narkotik vasitə əldə olunmasına və şəxsi ehtiyaclarına xərcləmişlər. xx.xx.2023-cü il tarixdə Balaxanı qəsəbəsində olarkən üzdən tandığı şəxsdən 20 manat pul verib öz istifadəsi üçün “kakos” adlandırılan narkotik vasitə alıb cibində saxlamışdır. Həmin gün axşam saatlarında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Marat Əmirxanov küçəsi, ev 25 saylı binanın qarşısında olan zaman mülki geyimdə olan iki şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları adını soruşduqdan sonra onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki tünd göy rəngli cins şalvarının sağ balaca cibində saxladığı sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin narkotik vasitə, yəni “kakos” olduğunu bildirmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs pilləkənlərlə düşərkən 3-cü mərtəbə ilə 2-ci mərtəbənin arasında görmüşdür. Sənana heç bir söz demədən yanından keçib binanın girişini tərk etmişdir. Təqsirləndirilən şəxs2 isə binanın girişinə daxil olmamışdır. Sənan tək pilləkənlərlə yuxarı qalxmışdır. Narkotik maddələrin aludəçisi olduğundan mütamadi olaraq narkotik maddələr qəbul edir və üzərinizdən aşkar olunmuş narkotik vasitə ona məxsusdur. Narkotik vasitənin əldə edilməsi, saxlanılması, istifadəsinin qadağan olunması barədə məlumatı vardır. Narkotik vasitəni öz istifadəsi üçün almış, satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu saxlayarkən heç bir müqavimət göstərməmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. Qeyd etdiyi cinayət əməllərindən başqa heç bir cinayət törətməmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə baş verən gündən bir gün əvvəl “Samsung Note 8” markalı telefonunu Lalafo.az sosial şəbəkəsində satışa qoymuşdur. Telefonu satışa qoyduğu günün axşamı Təqsirləndirilən şəxs2 ona zəng edərək elana qoyduğu telefonu almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 axşam ola bilsin ki, anası ilə gəlib telefona baxıb alacağını bildirmişdir. Axşam saat 21:00 radələrində Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlayıb nə vaxt gələcəyini soruşanda sonuncu bu gün görüşə bilməyəcəyini səhər anası ilə gələcəyini bildirmişdir. Hadisə baş verən günü səhər saat 12:00 radələrində Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlamış, sonuncu ilə saat 14:00 radələrində Neftçilər metro stansiyasının çıxışında görüşməyə razılaşmışlar, saat 14:00 radələrində Təqsirləndirilən şəxs2la Neftçilər metro stansiyasının qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs2 anasının xərçəng xəstəsi olduğu üçün günəşə çıxa bilmədiyini bildirmiş və ondan sonuncu ilə yaşadıqları binaya getməyi xahiş etmişdir. Neftçilər metro stansiyasından hadisə baş verən binanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs2 telefonu ondan götürüb evdə anasına göstərməyi bildirəndə razı olmamışdır. Təqsirləndirilən şəxs2 nə qədər təkid etsə də, o, razılaşmamışdır. Təqsirləndirilən şəxs2 ilə birgə qalxmağa razılaşmışdır. Hadisə baş verən binanın 3-cü mərtəbəsinə çatanda Təqsirləndirilən şəxs1 qarşılarına çıxmışdır. Həmin vaxt onun telefonu Təqsirləndirilən şəxs2nin əlində idi və telefonu yoxlamaq üçün də yolda telefonun təhlükəsizlik kodunu açmışdır. Təqsirləndirilən şəxs1 üstünə bıçaq çıxartmış və ondan uzaq durmağını bildirmişdir. O da telefona görə bədbəxt bir hadisənin baş verməməsi üçün kənara durmuşdur. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 çıxıb getmişlər. O da 2 saatdan sonra Bakı şəhəri, Nizami rayonunda yerləşən polis idarəsinə yaxınlaşıb baş vermiş hadisə ilə bağlı şikayət etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ilə hadisə baş verən binaya yan-yana qalxmışlar. Təqsirləndirilən şəxs1 ilə hadisə baş verən binanın 3-cü mərtəbəsində rastlaşmışlar. Təqsirləndirilən şəxs1 onun üstünə bıçaq çıxardanda Təqsirləndirilən şəxs2 biraz aşağı düşmüşdür. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun üstünə necə bıçaq çıxartmağını görmüş və Təqsirləndirilən şəxs1 heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs1 onun üstünə bıçaq çıxardanda Təqsirləndirilən şəxs2 3-cü mərtəbə ilə 2-ci mərtəbənin arasında gözləyirdi. Təqsirləndirilən şəxs1 niyə onun üstünə bıçaq çıxartdığını soruşmamışdır. Təqsirləndirilən şəxs1 onun üstünə bıçaq çıxartsa da, heç nə etməmişdir. Təqsirləndirilən şəxs1 telefona görə üstünə bıçaq çıxartmışdır. Bıçaq açılıb-bağlanan qara rəngli balaca ölçüdə idi. Təqsirləndirilən şəxs1 bıçağı çıxartdanda ondan aralı olmuşdur. Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 bir yerdə düşüb getmişlər. Həmin vaxtı özündə olmadığı üçün 10 dəqiqə hadisə baş verən mərtəbədə gözləmişdir. Təqsirləndirilən şəxs2 aşağıda gözlədiyi üçün 1-ci düşmüşdür. Çölə çıxanda heç birini görməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs2 mobil nömrəsi öz telefonunda olduğu üçün əlaqə saxlaya bilməmişdir. Hadisəni kimin törətməsini polis əməkdaşları onun Təqsirləndirilən şəxs2 ilə birgə hərəkətdə olan yerlərin və Neftçilər metro stansiyasının yaxınlığında olan kameralardan tapmışlar. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə üzləşmə və tanınma istintaq hərəkətləri olmuşdur. İbtidai istintaqda üzləşmə zamanı təqsirləndirilən şəxslərə onun üzərinə bıçaq çıxartmaqlarını desə də sonuncular etiraf etməmişlər. Təqsirləndirilən şəxslərin valideynləri ilə görüşmüşdür. Təqsirləndirilən şəxslərin valideynlərindən ona dəymiş zərərin ödənilməsini istəmişdir. Təqsirləndirilən şəxslərin valideynləri 15 gündən sonra ona dəymiş zərəri ödəmişlər. O da ona dəymiş zərər ödənildiyi üçün şikayətini geri götürmüşdür. Hal-hazırda da təqsirləndirilən şəxslərdən heç bir şikayəti, qərəzi və tələbi yoxdur. Neftçilər metro stansiyasının yanında Təqsirləndirilən şəxs2 ilə görüşəndə telefon onda idi. Hadisə baş verən yerə gedənə qədər Təqsirləndirilən şəxs2 əlində onun telefonunun vəziyyətinin necə olmasına baxırdı. Təqsirləndirilən şəxs2 1-ci telefonu ondan götürüb qalxıb yuxarıda evdəkilərinə göstərməyi istədikdə o, razılaşmamışdır. 2-ci dəfə isə öz telefonunu ona verib onun telefonunu götürüb yuxarıya qalxıb valideynlərinə göstərməyi təkli etmişdir. O, yenə də razılaşmamışdır. Təqsirləndirilən şəxs2 ilə bir yerdə çıxmağa razılaşdıqları üçün telefonu sonuncudan istəməmişdir. Yuxarı qalxanda Təqsirləndirilən şəxs2 ondan biraz qabaqda gedirdi. 3-cü mərtəbədə Təqsirləndirilən şəxs1 ilə rastlaşanda Təqsirləndirilən şəxs2nin ondan arxada 2-ci mərtəbə ilə 3-cü mərtəbənin arasında dayandığını görmüşdür. Təqsirləndirilən şəxs1 ilə rastlaşanda üstünə bıçaq çıxartmış və ona “sənə heç nə eləmək istəmirik” demişdir. Təqsirləndirilən şəxs1 çıxartdığı bıçaq düymə ilə açlan bıçaq idi. O, 3-cü mərtəbəyə qalxanda Təqsirləndirilən şəxs1 sadəcə onun yanından keçib getməmişdir. Təqsirləndirilən şəxs1 onun üstünə bıçaq çıxartmasını Təqsirləndirilən şəxs2 başqa heç kim görməmişdir. Təqsirləndirilən şəxs1 onun üstünə nə üçün bıçaq çıxartmasını bilmir, amma bıçaq çıxartmasaydı getməməkləri üçün müdaxilə edərdi. Hadisə günorta radələrində baş versə də, hadisə baş verən binanın bloku qaranlıq idi. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 əlindəki əşyanın başqa bir əşya olub-olmamasını dəqiqləşdirmək üçün əminliklə başqa bir əşyanın yox, bıçaq olmasını demişdir. Təqsirləndirilən şəxs1 onun üstünə bıçaq çıxardanda şoka düşmüş, hərəkətsiz qalmışdır. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, həyatında ilk dəfə belə hadisə ilə rastlaşmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hadisədən uzun müddət keçdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqında verdiyi ifadə arasında ziddiyət var. Nümayiş etdirilən səs yazıları ona məxsusdur. Səs yazılarında o, Təqsirləndirilən şəxs2 anası ilə danışır. O, heç kimdən pul istəməmişdir. Təqsirləndirilən şəxs2 anası ona pul təklif etmişdir. Təqsirləndirilən şəxs2 anasıgil yaşadığı evə kimi gəlmişlər. O, heç vaxt pul istəməmişdir. Təqsirləndirilən şəxs2 anası yaşadığı evə kimi gəlib şikayətini geri götürməyini, hadisə zamanı bıçaq olmadığını söyləməyini xahiş etmişlər. O da uşaq olduğu üçün ailə üzvləri ilə, qohumları ilə və tanış vəkillə məsləhətləşdikdən sonra ona belə halla razılaşmağın yolverilməz olduğunu bildirmişlər. Daha sonra da, məhkəmə iclasında iştirak edib ibtidai istintaqda verdiyi kimi ifadə vermişdir. Təqsirləndirilən şəxs2 anası ona 3000 AZN pul təklif etmişdir. O, heç kimdən pul tələb etməmiş, sadəcə Təqsirləndirilən şəxs2 anası ona pul təklif etmişdir. Təqsirləndirilən şəxs2 anası ilə hər dəfə danışanda guya ki, onun sonuncudan digər ifadə verəcəyinin qarşılığında pul tələb etməyini boynuna qoysa da, danışıqlarının qeydə alınması ehtimalı olduğuna görə hər dəfəsində onun pul tələb etmədiyini danışıqlarında bildirmişdir. O, onsuz da şikayətçi deyil, pulun da qarşılığında məhkəmədə ifadəsini dəyişəcəyini deməmişdir. Təqsirləndirilən şəxs2 anasının ona təklif etdiyi pulun cəmiyyət içində verilməsini cinayət olduğu sandığı üçün pulu təklikdə avtomobildə götürəcəyini demişdir. Əlindən alınmış telefonun dəyəri 300 manat olmuşdur. 3000 AZN pulu o, istəməmiş, ona təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 anası pulu ona cavan olduğu üçün onu şirinikləşdirmək məqsədi ilə təklif etmişdir. Hadisə zamanı bıçaq olmuşdur, dəfələrlə bununla bağlı izahat vermiş, yenə də həmin ifadəsinin üzərində durur. Səs yazısı 6-7 ay bundan qabaq olan yazıdır. Həmin vaxt danışığında ifadəni dəyişməyin mümkün olduğunu bildiyi üçün Təqsirləndirilən şəxs2 anasına yaxşı demişdir. Amma məhkəmədə hadisəni olduğu kimi danışmışdır. Hadisə zamanı ona Təqsirləndirilən şəxs1 tərəfindən bıçaq çıxarılmış, amma hadisə baş verən yerlərdə kamera olmadığı üçün bıçağın olduğunu əyani sübut edə bilmir. Ona Təqsirləndirilən şəxs2 anası pulu məhkəmədə gəlib hadisə zamanı qaranlıq olduğu üçün tam bıçağın olduğunu görməməsi deməyinin qarşılığında təklif etmişdir. Dünən görüş zamanı Təqsirləndirilən şəxs2 anası onlara 2000 AZN pulu vermiş, amma anası pulu istəmədiklərini bildirmişdir. Pul hal-hazırda onlardadır. O da elə ona görə gəlmişdir ki, dünən aldıqları pulu Təqsirləndirilən şəxs2 anasına qaytarar. Pul onlardadır, amma qaytaracaqlar. Təqsirləndirilən şəxs2 anası israrla pulu götürməklərini istəmiş ona görə də, onlar təqdim olunan pulu götürmüşlər. İbtidai istintaq zamanı müstəntiq ondan hadisənin tam necə baş verdiyini söyləməyini istəmişdir. Görüş zamanı ona məhkəmədə şikayətçi olmadığını, hadisə baş verən vaxtı qaranlıq olduğundan bıçağın olub-olmadığını tam görə bilmədiyini qeyd etməsini demişlər. O da pulu ona görə götürmüş, pulu qaytarmamışdır. Pulu dəfələrlə qaytarmaq istəmişdir. Təqsirləndirilən şəxs2 anasına zəng etmişlər, amma xanım bir gün rayonda, bir gün Bakıda olduğunu, özünün gəlib götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 anası pulu götürmək istəmir, evlərini də tanımadığı üçün pulu aparıb evlərinə verə bilmir. Hadisə vaxtı bıçağı görmüşdür. Biçaq qara rəngli cib bıçağı olmuşdur. O, Təqsirləndirilən şəxs2 anası ilə görüşəndə sonuncuya izahatını dəyişməyəcəyini demişdir. Hadisə vaxtı bıçaq olmuşdur. Pulu Təqsirləndirilən şəxs2 anasına qaytarmaq istəməkləri ilə bağlı anasının telefonunda yazılar var. Təqsirləndirilən şəxslər ona dəymiş zərəri ödəmişlər, şikayətini geri götürmüşdir. Təqsirləndirilən şəxslərin cavanlıqlarını nəzərə alıb sonunculara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə 4-5 ay bundan qabaq baş vermişdir. Hadisə baş verən günü 2 nəfər şəxs işlədiyi telefon mağazasına yaxınlaşıb “Samsung Note 8” markalı telefon satmaq istədiklərini bildirmişlər. 2 nəfər şəxsdən birinin adının Təqsirləndirilən şəxs2 olduğunu bilir, çünki Təqsirləndirilən şəxs2nin şəxsiyyət vəsiqəsi ilə telefonunu almışdır. Təqsirləndirilən şəxs2 gətirdikləri telefonun qutusunu və içindəki ləvazimatları təqdim etmişlər, o da qiymətdə razılaşmış və almışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona satdığı telefonu artıq başqa şəxsə satmışdır. Telefonu 120-130 manata almışdır. Telefon satmağa təqsirləndirilən şəxslərin hər ikisi də gəlmişdilər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə təxminən 2023-cü ilin mart aylarında baş vermişdir. Nizami RPİ-nin 24-cü PŞ-də olduğu vaxt Zərərçəkmiş şəxs adlı şəxsə qarşı soyğunçuluq hadisəsi törədilmişdir. O da Nizami RPİ-nin 24-cü PŞ-in digər əməkdaşı ilə birgə əməliyyat-axtarış tədbirləri keçirtməyə başlamışlar. Əməliyyat-axtarış tədbirlərinin nəticəsində şübhəli bilinən şəxslərin şəxsiyyətləri tərəflərindən müəyyən olunmuşdur. Şübhəli şəxslərin tutulması və istintaqa təhvil verilməsi barəsində tədbirlər həyata keçirilmişdir. Keçirilmiş tədbirlərin nəticəsi olaraq Nizami RPİ-nin 24-cü PŞ-dən şübhəli şəxslərlə bağlı məlumat daxil olmuşdur. Məlumatda 1 nəfər şəxs Nizami RPİ-nin 24-cü PŞ-yə yaxınlaşaraq dostunun evdən çıxanda pul qabısının itirməsini və baş verən hadisə ilə bağlı ərizə yazmaq istədiyini bildirmişdir. Söhbət zamanı pul qabını itirən şəxsin qardaşının onlar axtardıqları şəxslərdən biri olduğu müəyyən olunmuşdur. Şikayət etmək istəyən adama heç nə bildirmədən hadisə baş verən ünvana yollanmışlar. Tədbiri elə qurmuşlar ki, Tural pul qabının itirildiyi yerə onlarla birgə baxış keçirtsin. Ünvana çatdıqda 24-cü PŞ-yə müraciət etmiş şəxslə birlikdə Turalın yaşadığı mənzilə qalxmışlar ki, müraciət edən şəxs Turalı qapıya çağırsın. Turalı çağırdıqdan sonra üzərilərində izahat yazmaq üçün kağız olmadığından onlarla Nizami RPİ-nin 24-cü PŞ-yə getməyi təklif etmişlər. Tural ilə birgə Nizami RPİ-nin 24-cü PŞ-yə gəlmişlər. 24-cü PŞ-də söhbət əsnasında Sənan adlı şəxsə soyğunçuluq əməli törədən şəxslərdən biri 24-cü PŞ-yə dəvət etdikləri Tural adlı şəxsin olması müəyyən olunmuşdur. Tural Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yaşadığını bildirmişdir. Turalın vasitəsi ilə Təqsirləndirilən şəxs1 ilə görüş təyin etmişlər və görüş zamanı Təqsirləndirilən şəxs1 də 24-cü PŞ-yə dəvət etmişlər. 24cü PŞ-də təqsirləndirilən şəxslər etdikləri əməli narkotik vasitə istifadəçiləri olduğundan törətmələrini etiraf etmişlər. 24-cü PŞ-də xidməti otaqların birində Tural və Nicatın üzərlərində heç bir fiziki, psixoloji təsir, təzyiqlər göstərilmədən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Tural və Nicat üzərilərində olan narkotik vasitələri təqdim etmişlər. O suallara cavab olaraq bildirmişdir ki, ilk öncə soyğunçuluqla bağlı Nizami RPİ-nin 24-cü PŞ-yə Sənan adlı şəxs şikayət vermişdir. Onlar da hadisəni törədən şəxslərin şəxsiyyətini müəyyən etmişlər. Daha sonra isə 24-cü PŞ-yə daxil olan İslam adlı şəxs pul qabının itməsi ilə bağlı şikayət verəndə söhbət əsnasında axtardıqları şəxslərdən biri Təqsirləndirilən şəxs2nin yerini müəyyən etmişlər. Daxil olmuş şikayətlə bağlı 1-ci Təqsirləndirilən şəxs2 saxlamışlar. Onlar pul qabının itməsi ilə bağlı şikayət edən şəxslə birlikdə pul qabının itdiyi yerə pul qabını axtarmağa getmişlər. Pul qabı itən İslam adlı şəxs Təqsirləndirilən şəxs2 yığaraq polis əməkdaşlarının pul qabını axtarmağa gələcəyini bildirmişdir. İslam Təqsirləndirilən şəxs2yə yığan vaxt onlar İslamın yanında olmuşlar. Təqsirləndirilən şəxs2 onların gələcəyini bilmiş, amma məhz sonuncunu saxlamaqları ilə bağlı gəlməklərini nə Təqsirləndirilən şəxs2, nədə ki İslam bilməmişdir. İslam Təqsirləndirilən şəxs2 ilə telefon danışığında sonuncunun da pul qabının itməsi ilə bağlı izahat yazmalı olduğu üçün çölə çıxmasını dediyi vaxt onlar artıq Təqsirləndirilən şəxs2nin yaşadığı evin qapısında olmuşlar. Təqsirləndirilən şəxs1 Turalın vasitəsi ilə tədbir qurub saxlamışlar. Təqsirləndirilən şəxs1 Tural ilə təyin etdikləri görüşə polisin gələcəyini bilməmişdir. Təqsirləndirilən şəxslərin hər ikisini də bir gündə, axşam tərəfi 17:00-18:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs1 də saxladıqdan sonra təqsirləndirilən şəxslərin hər ikisini də Nizami RPİ-nin 24-cü PŞ-yə gətirmişlər. 24-cü PŞ-də təhqiqatçının xidməti otağında təqsirləndirilən şəxslərin üzərlərindən narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxslərin üzərində aparılan şəxsi axtarış müdafiəçinin iştirakı ilə video çəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxslər aşkar olunan narkotik vasitələri öz istifadələri üçün əldə etdiklərini bildirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İlk öncə İslam 24-cü PŞ-yə gələrək pul qabının itməsi ilə bağlı şikayət etmişdir. İslam Təqsirləndirilən şəxs2yə yığaraq polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs2nin yaşadığı ünvanın ətrafına baxış keçirtməyə gedəcəklərini bildirmişdir. İslam Təqsirləndirilən şəxs2 yığanda sonuncu dəfə pul qabının itməsini aşkar etdiyi ətrafa baxış keçirdəcəyini bildirmişdir. Artıq onlar Təqsirləndirilən şəxs2nin yaşadığı ünvana çatanda İslam Təqsirləndirilən şəxs2 yığaraq onlarla birgə axtarış etmək üçün çölə çıxmasını xahiş edəndə onlar Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın qapısının qarşısında olmuşlar. Təqsirləndirilən şəxs2 qapını açıb çölə çıxmaq istəyəndə izahat yazmalı olduğunu bildirmişlər. İzahat yazmaq üçün Təqsirləndirilən şəxs2ni aşağıya dəvət etmişlər. Aşağıda isə izahat yazmaq üçün kağızın olmadığı üçün 24-cü PŞ-yə getməli olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 evdən çölə çıxanda yenidən evə daxil olmağa şərait yaratmamışlar, dərhal birlikdə aşağı düşmüşlər. Təqsirləndirilən şəxs2 evdən çölə çıxandan sonra yenidən evə daxil olub paltarını dəyişməmişdir. Təqsirləndirilən şəxslər narkotik vasitələri özləri təqdim etmişlər. Video çəkiliş zamanı müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedib heç kimdən sonuncunun atası barədə məlumat almamışlar. Təqsirləndirilən şəxs2 polis əməkdaşlarını yaşadığı evə dəvət etmiş, amma yaşadığı evə daxil olmamışlar. Təqsirləndirilən şəxs2 video çəkiliş zamanı üzərində olan narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə qarşı heç biri fiziki, psixoloji təsir və ya təzyiqlər gösatərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-ə müraciət edərək iki nəfər şəxsin bıçaq çıxarıb sonuncunu hədələdiyini və telefonunu aldıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs həmin telefonu “Lalafo” saytında satışa qoyduğunu bildirmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, şəxslərdən biri sonuncunu yuxarı mərtəbəyə aparmış və digəri də gəlib oradan uzaqlaşmağını istəmişdir. Müraciət əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və qeyd olunan iki şəxsin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğu məlum olmuşdur. Daha sonra İslam Əzimov adlı şəxs ərizə ilə müraciət edərək, hərbi biletlə birlikdə pul kisəsini itirdiyini bildirmişdir. İ.Əzimov xüsusilə bildirmişdir ki, həmin pul kisəsin Tərlan Həmidovun evində yaşayarkən Təqsirləndirilən şəxs2 evdə olduğu vaxt itirmişdir. İ.Əzimovla Nizami rayonu, Q.Qarayev prospekti, 125 ünvanına getmişlər. İ.Əzimov Təqsirləndirilən şəxs2 zəng edərək hərbi bileti tapmaq üçün aşağı gəlməyini istəmişdir. Təqsirləndirilən şəxs2 gəldikdə Nizami RPİ-nin 24-cü PŞ-ə gedib izahat verməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs2 üzərində olan idman paltarın dəyişməsini istəsə də icazə verməmişlər və sonuncunu Nizami RPİ-nin 24-cü PŞə gətirmişlər. Təqsirləndirilən şəxs2 şöbədə digər şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bildirərək yaşadığı ünvanı da qeyd etmişdir. Təqsirləndirilən şəxs2la Xətai rayonu, M.Əmirxanov küçəsi 25 ünvanına getmişlər. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yanına dəvət etmişdir. Orada bir nəfərin özünü şübhəli apardığını görmüşlər və həmin şəxsə yaxınlaşmışlar. Şəxs Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş və sonuncunu da Təqsirləndirilən şəxs2la birlikdə Nizami RPİ-nin 24-cü PŞ-ə gətirmişlər. Nizami RPİ-nin 24cü PŞ-də hər iki şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şalvarının sağ cibindən heroin aşkarlanmışdır. Təqsirləndirilən şəxs1 aşkarlanan narkotik maddəni günorta radələrində Balaxanı qəsəbəsindən aldığını, Təqsirləndirilən şəxs2 isə Sumqayıt şəhərindən 20 manata aldığını bildirmişdir. O suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 qardaşının dostu olan İ.Əzimovla Nizami rayonu, Q.Qarayev prospekti, 125 ünvanına getmişlər və İ.Əzimov Təqsirləndirilən şəxs2 zəng edərək aşağı dəvət etmişdir. Təqsirləndirilən şəxs2 gəldikdə Nizami RPİ-nin 24-cü PŞ-ə izahat yazması üçün dəvət etmişlər. Təqsirləndirilən şəxs1 saxlanılması üçün Təqsirləndirilən şəxs2la getmişlər və Tural, Təqsirləndirilən şəxs1 zəng edərək yanına dəvət etmişdir. Beləliklə hər iki şəxs saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞə gətirilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə baxış ayrı-ayrılıqda həyata keçirilmişdir. Təqsirləndirlən şəxslərə qarşı hər hansı fiziki-psixi təsir olmamışdır. Təqsirləndirilən şəxslərin aşkar olunan narkotik vasitələrlə əlaqələrinin olmadığı barədə bildirdikləri ifadə həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs2 saxlanılması üçün yaşadığı ünvana gedərkən o, Şahid2 və İ.Əzimov birlikdə getmişlər. İ.Əzimov Təqsirləndirilən şəxs2 yanına dəvət etmək üçün getmişdir. Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının gələcəyindən xəbəri olmamışdır. İ.Əzimov Təqsirləndirilən şəxs2 izahat yazmağı üçün dəvət etmiş, polis əməkdaşları barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs2 evin qapısının önündə gözləmişlər. Təqsirləndirilən şəxs2 qapını açmış və çölə gəlməyini dəvət etmişlər. Təqsirləndirilən şəxs2 qapını açarkən üzərində idman paltarı olmuşdur. Təqsirləndirilən şəxs2 paltarını dəyişməsinə icazə verməmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış Nizami RPİ-nin 24-cü PŞ-də təhqiqatçı tərəfindən keçirilmişdir. Təqsirləndirilən şəxs2 şalvarının sağ yan cibindən aşkarlanan narkotik maddə heroin olmuş və özü könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs1 saxlanılması üçün sonuncunun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs1 saxlanılana qədər Təqsirləndirilən şəxs2 təxminən 1 saat onlarla olmuşdur. Şəxsləri apardıqları maşın onun xidməti avtomobili olmuşdur. Təqsirləndirilən şəxslərin saxlanılmasında iki nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs2 avtomobildə olduğu vaxt ərzində yanında polis əməkdaşlarından biri olub deyə üzərində olan narkotik maddəni atmağı mümkün olmazdı. Şəxsləri saxlayarkən əvvəlcə əməliyyat mövqeyi qurulur deyə, Təqsirləndirilən şəxs1 saxlayan zaman da bunu etmişlər. Təqsirləndirilən şəxs1 saxlanılması üçün gedərkən Təqsirləndirilən şəxs2 da onlarla getmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs1 saxlanıldığı ünvan Xətai rayonu, M.Əmirxanov küçəsi olmuşdur. Təqsirləndirilən şəxs1 saxlayan zaman üzərinə baxış keçirilməmişdir. Zərərçəkmiş şəxs şikayət ərizəsində qeyd olunan məsələləri araşdırmışlar. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 saxlamaq üçün gəldiyini sonuncu bilməmişdir. Təqsirləndirilən şəxs2 saxlanılmamışdan əvvəl zənglə izahatının alınması üçün gələcəkləri bildirilməmişdir, sadəcə izahat verməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gələrkən İ.Əzimov qapını döymüş, həmin vaxt onlar kənarda gözləmişlər. Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin önündə gözləmişlər. Təqsirləndirilən şəxs1 saxlanılması əməliyyatında Təqsirləndirilən şəxs2 avtomobildə olmuş və yanında polis əməkdaşlarından biri olmuşdur. Zərərçəkmiş şəxsla bağlı törətdikləri əməli kamera görüntüləri ilə müəyyənləşdirmişlər, üstəlik, öz ifadələrində də törətdikləri əməli bildirmişlər. Üzərilərinə baxış keçirilən zaman vəkillə təmin olunmuşlar, vəkil olmadan videoçəkiliş mümkün deyil. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında təqsirləndirilən şəxslərin üzərində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Video çəkiliş zamanı təqsirləndirilən şəxslərə üzərilərində qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxslər üzərlərində olan narkotik vasitələri könüllü təqdim etmişlər. O suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin saxlanılmalarında iştirak etməmişdir. Təqsirləndirilən şəxslərin üzəriləndə keçirilən şəxsi axtarış aparılan zaman video çəkilişdə iştirak etmiş və şəxsən özü çəkilişi aparmışdır. Təqsirləndirilən şəxslərin saxlanma günü tam yadında deyil, amma 2023-cü ilin mart ayında axşam tərəf olmasını xatırlayır. Təqsirləndirilən şəxslərin hər ikisinin üzərlərində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Təqsirləndirilən şəxslər narkotik vasitələri könüllü təqdim etmişlər. Aşkar olunan narkotik vasitələrlə bağlı sual verildikdə, təqsirləndirilən şəxslər öz istifadələri üçün əldə etdiklərini bildirmişlər. Təqsirləndirilən şəxslərin üzərilərində keçirilən şəxsi axtarış zamanı tam yadında qalmasa da özü, Şahid2, Şahid3 və təhqiqatçı iştirak etmişlər. Təqsirləndirilən şəxs2 narkotik vasitəni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitəni əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 5 ildir ki, tanıyır. Belə ki, Turalın qardaşı Tərlan onun ortaq dostlarının tanışı olduğundan ilkin olaraq Tərlanla tanış olmuşdur. Mütəmadi olaraq Tərlanla görüşmüş və sonuncuların yaşadıqları mənzilə gedib-gəlmişdir. 18 mart 2023-cü il tarixdə işdən çıxdıqdan sonra Tərlanın ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə getmişdir. Bir qədər söhbət etdikdən sonra artıq gecə olduğunu nəzərə alaraq sonuncuların mənzilində gecələmişdir. 19 mart 2023-cü il tarixdə, səhər saat 11:00 radələrində mənzili tərk etmişdir. Mənzili tərk edərkən özünə məxsus, içərisində şəxsiyyət vəsiqəsi, hərbi bileti, tələbə bileti, sürücülük vəsiqəsi, veteran kartı, «Azərbaycan Beynəlxalq Bankı» və «Kapital Bank» tərəfindən verilmiş özünə məxsus bank kartları, VÖEN kartı, bir ədəd qızıl üzük, oğlu üçün aldığı qızıl qolbaq və 71 manat nağd pul olan pul kisəsini götürüb əynində olan idman şalvarının cibinə qoymuşdur. Binadan bir qədər aralandıqdan sonra pul kisəsini naməlum şəraitdə cibindən salıb itirdiyini aşkar etmişdir. Dərhal bu barədə DİN-in «102» mərkəzi zəng xidmətinə məlumat vermişdir. Sonradan isə ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Bir neçə gün keçsə də heç bir nəticə əldə olunmadığından bir daha DİN-in «102» mərkəzi zəng xidmətinə müraciət etmişdir. Bundan sonra onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Müraciətlə bağlı araşdırma aparılarkən həmin gün mənzildə olan şəxslərin də izahatlarının alınmasının zəruriliyini bildirmişlər. O, Turalın mobil telefon nömrəsini polis əməkdaşına vermişdir. Polis əməkdaşı Tural ilə əlaqə saxlayıb onun pul kisəsinin itməsi ilə bağlı izahat verməsinin zəruri olduğunu bildirmişdir. Tural həmin zaman evdə olduğunu qeyd etdiyindən o, polis əməkdaşı ilə birlikdə Turalın yaşadığı ünvana yollanmışlar. Polis əməkdaşı ilə birlikdə mənzilə qalxmışlar. O, Tural və polis əməkdaşı mənzili tərk edib pul kisəsini itirdiyi əraziyə baxış keçirmək üçün binanın qarşısına düşmüşlər. Polis əməkdaşı Turala avtomobilin içərisində izahat yazmasını demiş, lakin sonradan kağız olmadığını əsas gətirərək polis şöbəsinə getməli olduqlarını söyləmişdir. Tural və o, etiraz etməmişlər, Tural ilə birlikdə polis əməkdaşının avtomobili ilə Nizami RPİ-nin 24-cü PŞ-nə getmişlər. Bundan sonra polis əməkdaşı ona getməsini, Turalın izahatının alınacağını və sonra gedib kameralara baxış keçiriləcəyini demişdir. O, polis şöbəsindən çıxıb xeyli gözləsə də Turalın gəlmədiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Tural digər bir cinayət əməli törətdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2nin yaşadığı evə 3 nəfər mülki geyimdə polis əməkdaşları və o, gəlmişdir. Onunla gələn şəxslər Təqsirləndirilən şəxs2 ilə telefonla danışanda polis olduqlarını demişlər və Təqsirləndirilən şəxs2 də yaşadığı evə polislərin gəldiyini qabaqcadan bilmişdir. Təqsirləndirilən şəxs2 artıq 5 ildir tanıyır. Təqsirləndirilən şəxs2nin narkotik vasitə qəbul etməsi barədə nə eşitmiş, nə də ki, görmüşdür. Təqsirləndirilən şəxs2 onlara həmişə dindən söhbət etmiş, dinə-imana gəlməyi təklif etmişdir. Təqsirləndirilən şəxs2 ilə aşağı düşəndə polis əməkdaşları izahatın alınması üçün kağızın olmadığı üçün Nizami RPİ-nin 24-cü PŞ-yə getməyi təklif etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs2 üzərinə avtomobilin yanında baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs2 polis əməkdaşları ilə Nizami RPİ-nin 24-cü PŞ-yə getmək təkliflərinə heç bir etiraz bildirməmişdir. Polis əməkdaşları ilə Təqsirləndirilən şəxs2gilə gedən günü Təqsirləndirilən şəxs2nin əynində qısaqol köynək var idi. Təqsirləndirilən şəxs2 onlarla getmək üçün əynindəki köynəyi sarı rəngli uzunqol köynəklə dəyişmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakt üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 54 nömrəli binanın sonuncu girişinin dördüncü mərtəbəsində baş vermişdir. (İ cild, i.v. 7- 10) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 19:40-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 18:15-də saxlanılmışdır. (İ cild,i.v. 39) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd 1 manatlıq pul əskinazını, 01 ədəd “Samsung S8+” markalı mobil telefon aparatını və həmin şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmiş, xx.xx.2023-cü il tarixdə internet vasitəsi ilə “X9 8” markalı mobil telefon sifariş etdiyini, əvvəlcədən tanımadığı sonradan adının Sənan olduğunu bildiyi şəxsdən mobil telefonu ünvan 12 ünvanın qarşısında götürdüyünü, yuxarı mərtəbədə gözləyən dostu Nicata verib, daha sonra oradan uzaqlaşaraq mobil telefonu ələ keçirdiklərini, mobil telefonun sahibi Sənan adlı şəxsi hər hansı bir bıçaqla hədələmədiklərini və əldə olunmuş mobil telefonu «28 May» metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 120 manata satdıqlarını bildirmişdir. (İ cild, i.v. 36-37, İİ cild, i.v. 55) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1744 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “… Təqsirləndirilən şəxs2 –imza, iki imza, Hakim Mirzəzadə -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,623 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. (İ cild, i.v. 44-48) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 21:00-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 18:45-də saxlanılmışdır. (İ cild,i.v. 63) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Balaxanı qəsəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə dostu Tural ilə birlikdə əvvəlcədən planlaşdırdıqları Nizami rayonu, R.Rüstəmov küçəsi 54 saylı binanın sonuncu girişində Turalın binanın qarısında mobil telefonun sahibindən telefonu alaraq guya anasına göstərəcəyi adı ilə götürərək yuxarı mərtəbəyə qalxıb ona verdiyini, bundan sonra Tural aşağı enərək binanın qarşısında onu gözləyən telefonun sahibinə mobil telefonu yuxarı mərtəbədə yaşayan anasına verdiyini, telefon sahibinə yuxarı mərtəbəyə anasının yanına qalxmasını və telefonun pulunu ödəmək üçün yaxınlıqda yerləşən bankomatdan pul çıxarıb geri qayıdacağını dediyini, bundan sonra telefon sahibi pilləkənlərlə yuxarı mərtəbəyə qalxarkən onunla üz-üzə gəldiyini, lakin telefon sahibi onu tanımadığı üçün aralarında heçbir sözlü və yaxud bıçaqla hədələmə kimi hadisə baş vermədiyini və əldə etdikləri mobil telefonu «28 May» metrostansiyası yaxınlığında yerləşən telefon mağazalarının birinə 120 manata satdıqlarını bildirərək narkotik vasitə aludəçiləri olduqları üçün bu əməli törətdiklərini etiraf etmişdir. (İ cild, i.v. 73-74, İİ cild, i.v. 54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1743 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “…Təqsirləndirilən şəxs1 -imza, iki imza, Hakim Mirzəzadə -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,713 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (İ cild, i.v. 81- 85) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 113) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 115-116, 127-128) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində 04 ay müddətinə həbs qətimkan tədbirləri seçilmiş, həbsetmələrinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 165-170) xx.xx.2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunmuş şəxslərin arasından Təqsirləndirilən şəxs1 tanıyaraq məhz həmin şəxsin ona qarşı quldurluq cinayət əməlini törətmiş şəxs olduğunu, həmin şəxsi sifət quruluşundan, boyundan, bədən quruluşundan və üz cizgilərinin formasından tanıdığını bildirmişdir. (İ cild, i.v. 173-175) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirərək təsdiq etmişdir. (İ cild, i.v. 176-179) xx.xx.2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunmuş şəxslərin arasından Təqsirləndirilən şəxs2 tanıyaraq məhz həmin şəxsin ona qarşı quldurluq cinayət əməlini törətmiş şəxs olduğunu, həmin şəxsi sifət quruluşundan, boyundan, bədən quruluşundan və üz cizgilərinin formasından tanıdığını bildirmişdir. (İ cild, i.v. 180-182) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirərək təsdiq etmişdir. (İ cild, i.v. 183-186) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 207-208) xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 211-212) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-336/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-698/2024 saylı qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-336/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (İ cild, i.v. 232-233) xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş təmiz çəkisi 0,623 qram və Təqsirləndirilən şəxs1 götürülmüş təmiz çəkisi 0,713 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 0,573 qram və 0,663 qram olan heroin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. (İİ cild, i.v. 3) Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. (İİ cild, i.v. 12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1174 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xətəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 inadkarlıq, özünümüdafiə etməyə meyillilik, emosionallıq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarına görə öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs2 başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs2 əqli imkanlarında gerilik əlamətləri müəyyən olunmur. (İİ cild, i.v. 41-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1237 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti törədərkən xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 qıcığı qarşı həssaslıq, özünəməxsus mövqe və prinsipə malik olmaq, eqosentrizm və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı nəzərə alınmaqla, o, cinayət əməlini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı normaya uyğundur, o, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs1 sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs1 başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayəti törədərkən əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. (İİ cild, i.v. 45-49) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X6 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3803 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 50-51) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X6 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3805 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 52-53) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, 24 mart 2023-cü il tarixdə saat 15:55:50-də əynində qara gödəkçə, ağ idman köynəyi, qara şalvar, ayağında ağ rəngli altlığı olan qara ayaqqabı olan Təqsirləndirilən şəxs2 əynində qara rəngli qısaqol gödəkçə, qəhvəyi rəngli köynək, ağ şalvar və qara ayaqqabı, əlində ağ rəngli sellofan paket olan Zərərçəkmiş şəxs ilə birlikdə söhbət edərək ünvan 4 nömrəli binaya tərəf gəldikləri, saat 16:08:21-də Zərərçəkmiş şəxs ünvan 4 nömrəli bina tərəfdən getdiyi yolla geri qayıtması, Zərərçəkmiş şəxs əlində heç bir paket olmadığı açıq aydın görünür. (İİ cild, i.v. 56) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddətləri 20 gün uzadılmışdır (İİ cild, i.v. 146-155) Məhkəmənin sorğusu əsasında Nizami rayon Polis İdarəsin məhkəməyə göndərilmiş məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin MSY-nə təhvil verilmiş, həmin zaman onların üzərilərində heç bir xəsarət olmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onların polis əməkdaşları tərəfindən fiziki təsirlərə və təzyiqlərə məruz qalmaları ilə əlaqədar ibtidai istintaq zamanı araşdırma aparılıb-aparılmaması, araşdırma aparıldığı halda nəticəsi barədə ətraflı məlumatın verilməsinə dair Nizami Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Nizami Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 658-C-23 saylı, 909-C-23 saylı materialların surəti məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarının fiziki zor tətbiqinə məruz qalması, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı tutularkən polis əməkdaşlarının həm fiziki, həm də psixi təzyiqinə məruz qalması barədə Nizami Rayon Prokurorluğuna daxil olmuş müraciətləri əsasında araşdırma aparılmış, onların barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşlarının izahatları alınmış, təyin edilmiş Məhkəmə-Tibbi ekspertizalarının xx.xx.2023-cü il tarixli, 658 nömrəli, xx.xx.2024-cü il tarixli, TS-18 nömrəli rəyləri alınmış və Təqsirləndirilən şəxs2 fiziki zor tətbiqinə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış 658-C-23 nömrəli material üzrə, Təqsirləndirilən şəxs1 fiziki təsir və təzyiqlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış 909-C-23 nömrəli material üzrə cinayət hadisələri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına daxil olmuşlar. İlkin tibbi baxış zamanı hər iki şəxs zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələrini, zərərçəkmiş şəxsin ifadəsini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara elan edilmiş ittiham üzrə CM-in 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri CM-in 181.2.1, 181.2.5 və 234.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri, zərərçəkmiş şəxsə bıçaqla hədə-qorxu gəlməmələri, T.Kərimlinin üzərində bıçaq olmaması, narkotik vasitəni polis əməkdaşları tərəfindən ciblərinə qoymaları və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol, zərərçəkmiş şəxsin hadisə zamanı onun üstünə bıçaq çıxarılması ilə bağlı dəfələrlə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahid ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özlərini müdafiə xarakterli ifadə, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə bıçaqla hədəqorxu gəlməmələri, T.Kərimlinin üzərində bıçaq olmaması ilə bağlı xüsusat üzrə məhkəmə istintaqı zamanı ətraflı araşdırma aparılmış, təqsirləndirilən şəxsin anasının və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs səs yazışmaları tədqiq olunmuş, Zərərçəkmiş şəxs bununla bağlı məhkəmə iclaslarında dəfələrlə dindirilmiş, sonuncu israrlı şəkildə Təqsirləndirilən şəxs1 əlində bıçağın olduğunu, Təqsirləndirilən şəxs2 bunu gördüyünü bildirmişdir. Bundan başqa ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadələrindən və təqsirləndirilən şəxslərlə üzləşdirmə protokollarından da görünür ki, zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs1 əlində bıçağın olduğunu dəfələrlə ifadələrində qeyd etmişdir. Göründüyü kimi zərər çəkmiş şəxsə bıçağın tətbiq edilməsini təkzib edən mötəbərliyi, mümkünlüyü şübhə doğurmayan hər hansı dəlil və sübut müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı etirafedici ifadələr (CM-in 234.1-ci maddəsinə münasibətdə) verməsinin səbəbi kimi onlara qarşı fiziki və psixoloji təsirlərin olmasını qeyd etsələr də, məhkəmənin sorğuları əsasında Nizami RPİ-dən, Nizami Rayon Prokurorluğundan, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir xəsarət aşkar olunmamış, onlara qarşı ibtidai araşdırma zamanı hər hansı psixi təzyiq və fiziki zor tətbiq edilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin ifadələrinə də tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri ilə bağlı, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah tətbiq edib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etmələri ilə bağlı hissədə qismən, bundan başqa, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımalarına dair ibtidai istintaq zamanı dindirilərkən dəfələrlə verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri daha obyektiv və iş materialları ilə uyğunluq təşkil edən sübut kimi qəbul edir. Eyni zamanda şahid qismində dindirilmiş Şahid5 oğlunun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə (Təqsirləndirilən şəxs2 yaşadığı evə 3 nəfər mülki geyimdə polis əməkdaşları ilə gəldiyini, Təqsirləndirilən şəxs2 onlarla getmək üçün əynindəki köynəyi sarı rəngli uzunqol köynəklə dəyişməsini) gəldikdə isə məhkəmə həmin hissədə ifadələrə də tənqidi yanaşır və hesab edir ki, şahidin Təqsirləndirilən şəxs2la (həmçinin qardaşı ilə) yaxın münasibətdə olması onun xeyrinə məhkəmədə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri CM-in 181.2.1, 181.2.5-ci maddələrində nəzərdə tutulan əməl ağır, CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayət hesab olunur. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamalarını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənməsini, şikayət və tələbin olmamasını cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-336/2023 saylı hökmü ilə CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-698/2024 saylı qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)- 336/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hazırda baxılan iş üzrə törətmiş olduğu cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-336/2023 saylı hökmündən əvvəl törətməsini nəzərə alaraq qeyd edir ki, sonuncunun əməlində həmin hökm üzrə cinayətlərin residivi yoxdur. CM-in 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri CM-in 181.2.1, 181.2.5 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərinə görə ittiham olunduqları CM-in 181.2.1, 181.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-336/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzə) tutulduğu 02 gün müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 19:40-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 18:15-də saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərar ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2023-ci il tarixli qərarına əsasən həbsdə saxlama müddəti 20 gün uzadılmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 21:00-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 18:45-də saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərar ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2023-ci il tarixli qərarına əsasən həbsdə saxlama müddəti 20 gün uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddətlərinin əvvəli onların azadlıqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlandıqları müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalarını, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 184 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və onlar yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,573 qram və 0,663 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 150 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 150 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 150 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 900 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-336/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmaqla barəsində 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə) onun tutulduğu 02 gün müddət çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,573 qram və 0,663 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 184 (yüz səksən dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 150 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 900 (doqquz yüz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-656/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-656/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver