Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-657/2023 15.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X8, Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə 19 avqust 1983-cü il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Sarıcallı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi 14B, mənzil 46-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edərək, daşımış və saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və naməlum İran İR-nın vətəndaşı “Həsən” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2022-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Göy məscid”in yanındakı işıq dirəyinin altında sonuncu tərəfindən gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 171,902 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 1056,869 qram olan külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 278,397 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımış, əldə etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin bir qismini tanışı Təqsirləndirilən şəxs2 vermiş, xx.xx.2022-ci il tarixdə saat 08:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 1 saylı İqtisadiyyat Universitetinin yataqxanası yaxınlığında olan zaman Binəqədi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli yapışqan kağızla bağlanmış içərisində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 6,098 qram olan ağ rəngli kristallik hissəcikdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 18,535 qram olan qəhvəyi rəngli tozşəkilli maddədən ibarət, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmçinin idarə etdiyi “Creat Wall” markalı **-CH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobilin arxa saxlanc yerində üzərində “Corella” sözü yazılmış emulsiya qabında üzərində heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi, 01 ədəd göy rəngli üzərində “FAB” yazısı olan dəftərçə, 02 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli ayrı-ayrılıqda təmiz çəkiləri 100,0 qram və 60,0 qram olmaqla ümumi təmiz çəkisi 160,0 qram oian kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 1025,0 qram olan qəhvəyi rəngli tozşəkilli maddədən ibarət kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd polietilen paketdə təmiz çəkisi 110,0 qram, 01 ədəd sellofan torbada təmiz çəkisi 120,0 qram, 01 ədəd kibrit qutusunda təmiz çəkisi 4,368 qram və 01 ədəd sellofan torbada təmiz çəkisi 44,029 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 278,397 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilərkən sonuncunun əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 5,804 qram olan ağ rəngli kristallik hissəcikdən ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 13,334 qram olan qəhvəyi rəngli tozşəkilli maddədən ibarət, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, təxminən 3 aydır ki, narkotik vasitəni “Whatsapp” sosial şəbəkəsində yazışdığı və üzünü heç görmədiyi İran vətəndaşı olan Həsən adlı şəxsdən alırmış. Həsən adlı şəxslə bir tanışı vasitəsilə tanış olmuşdur. Belə ki, Həsən narkotik vasitəni Bakıda onun tanımadığı tanışlarına ona məlum olmayan üsulla Bakıya göndərirmiş. O, Həsənlə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayırmış. Həsən ona göndərdiyi narkotik vasitənin gizlədildiyi yerin şəklini çəkərək “Whatsapp” sosial şəbəkəsində ona göndərməklə deyiləcək yerdən götürməyini bildirirmiş. Həsən adlı şəxsdən 160 manat məbləğində narkotik vasitə götürürmüş. Əsasən ünvanlar Sabunçu rayonu, Zabrat qəsəbəsi və Binəqədi rayonu, Sulutəpə qəsəbəsi olurmuş. 30 ildir ki, bir qəsəbədə Buzovnada qonşuluqda yaşadığı Təqsirləndirilən şəxs2 ilə ailəvi dostluq edirlər. İran vətəndaşının ona verdiyi narkotik vasitələrdən dostu Ramilə də verirmiş və onlar narkotik vasitədən birlikdə istifadə edirmişlər. Onun üzərində bir karopka, təxminən cəmi 4 qram narkotik olmuşdur. İttiham aktında qeyd olunan qramlarda narkotik vasitələr onun deyil. Həmçinin, bildirmişdir ki, onun maşını uzun müddətdir ki işləmir. Polis əməkdaşları onu yaşadığı evdən Binəqədi RPİ-ə gətirmişlər. İttiham aktında qeyd edilən yataqxana doğru deyil və o oranı tanımır. 24 avqust günorta saat 13:00 radələrində evdə imiş. Polis əməkdaşları onu Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ev 38 ünvanında yaşadığı evdə tutmuşlar. 25 avqust tarixində səhər vaxtı Samir adlı müstəntiq ona demişdir ki, onun evini yazsalar, evini əlindən alacaqlar, ona görə o məcbur olub videoçəkiliş vaxtı ittiham aktında göstərilən narkotik vasitəni öz üzərinə götürmüşdür. O, həbsdən əvvəl ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. ***-***-**-** saylı mobil nömrəsi də ona məxsusdur. Bu nömrədən “Whatsapp” danışıqları aparmışdır. İstintaq zamanı verilən ifadəsi yadında deyil. O, tutulan zaman ona polis əməkdaşları demişdir ki, göstərilən hissəyə imza atsa sabah onu buraxacaqlar. Elan olunmuş cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim olunan imza ona məxsusdur. Onu polis əməkdaşları aldatmış, həmin narkotik vasitələrin ona məxsus olması barədə kamera qarşısında demişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 35-36-cı vərəqələrində olan nəqliyyat vasitəsinə axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs1 bidlirmişdir ki, həmin protokoldakı imza ona məxsusdur. Lakin, onu polis əməkdaşları aldatmış, həmin narkotik vasitənin avtomobilində aşkar olunması barədə protokola imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 109-111-ci və 160-162-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: «... Narkotik maddələri təxminən 5-6 gün əvvəl iran vətəndaşı “Həsən” kimi adını bildiyi şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məscidin yanındakı işıq dirəyinin altından götürərək gələcəkdə satmaq məqsədi ilə idarə etdiyi “Creat Wall" markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində ağ rəngli üzərində “Corella” sözü yazılmış emulsiya qabında saxlamışdır ki, gələcəkdə həmin narkotik vasitələrini İran vətəndaşının müştərilərinə satsın, bu minvanla bu günə qədər İran vətəndaşı “Həsən” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq bir neçə büküm narkotik vasitələrini müxtəlif yerlərə gizli şəkildə qoymuşdur, lakin buna görə İran vətəndaşı hələ ki, ona heç bir ödəniş etməmiş, gələcəkdə etməyə söz vermişdir. ...İran vətəndaşının ona verdiyi narkotik vasitələrini satmaq üçün Təqsirləndirilən şəxs2 bu işə cəlb etmişdir, iran vətəndaşının ona verdiyi narkotik vasitəsindən şəffaf sellofandan bir bükün heroin və bir büküm şüşə hazırlayaraq ağ rəngli yapışqan kağıza büküb sonuncuya vermişdir ki, narkotik vasitələrini satmaqda ona köməklik göstərsin, eləcədə eyni qaydada şəffaf rəngli sellofandan hazırlamiş, bir büküm heroin və bir büküm şüşəni hazırlayaraq ağ rəngli yapışqan kağıza büküb əynində olan boz rəngli şalvarın yan sağ cibinə qoymuşdur ki, gələcəkdə narkotik vasitələrini satıb İran vətəndaşından köçürmə yolu ilə pul alsın. Ramilə verdiyi narkotik vasitəsini, o əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. 25 avqust 2022-ci il tarixdə saat 08 radələrində Ramil ilə birlikdə idarə etdiyi “Creat Wall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə narkotik vasitələrini satmaq məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən yataqxananın yaxınlığında olduqları zaman mülki geyimdə olan dörd nəfər polis əməkdaşları onlara yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim edəndən sonra üzərlərində və avtomobildə narkotik vasitələrini gəzdirməkdə şübhəli olduqları üçün onu və Ramili avtomobil ilə birlikdə Binəqədi RPİ-ə gətirmişlər. ...Polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibində saxladığı ağ rəngli yapışqan kağızla bağlanılmış şəffaf sellofana bükülmüş bir büküm heroin və bir büküm şüşə aşkar olunaraq masanın üzərinə qoyulmuş, sonra polis əməkdaşları ona məxsus idarə etdiyi “Creat Wall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən arxa saxlanc yerində olan üzərində “Corella” sözü yazılmış emulsiya qabının içərisində saxladığı iki ədəd elektron tərəzi, sellofanın içərisində olan ayrıca yerləşdirdiyi bir neçə bükümlərdə olan narkotik vasitə marixuana, bir büküm heroin və iki büküm şüşə aşkar olunaraq götürülmüşdür. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin protokollarda olan imzalar ona məxsusdur. İfadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən tutulmamışdan 1 ay qabaq istifadə etməyə başlamışdır. Belə ki, işiylə bağlı olaraq o Türkiyədə yaşayırmış. 3-4 ay olar ki, Azərbaycana qayıtmışdır. Təxminən aprel ayı ölkəyə qayıtmışdır. Ölkəyə qayıtdıqdan sonra təzəlikcə, yəni 1 ay imiş ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır və onlar ailəvi dostdur. O, Asimin narkotik vasitədən istifadə etdiyini bilirmiş. Asim narkotik vasitəni Həsən adlı tanımadığı şəxsdən əldə edirmiş və istifadə etməyi üçün ona da verirmiş. O, Xəzər rayonu, Buzovna qəsəbəsində polis əməkdaşları tərəfindən tutulmuşdur. Lakin, o, tutulan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı narkotik vasitə onun şalvarının sağ cibinə qoyulmuş və videogörüntü lentə alınarkən isə şalvarının sağ cibindən narkotik vasitəni çıxarıb təqdim etmişdir. Onu polis əməkdaşları aldatmış, demişlər ki, onsuzda narkotik istifadəçisi olduğuna görə onu cəza gözləyir, ona görə videoçəkiliş zamanı həmin narkotik vasitəni üzərinə götürsün, desin ki, narkotik ona məxsusdur. Belə olan halda cərimə verər, onu buraxarlar. O aldanmış və polis əməkdaşları dediyi sözləri kamera qarşısında təkrar etmişdir. Ona hansısa sənədlər təqdim olunmuş, o, həmin sənədləri oxumadan imza etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, istintaq zamanı verilən ifadəsini təsdiq etmir. O, Asimin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilmirmiş. Sadəcə istifadə etdiyini bilirmiş. O, polis əməkdaşları tərəfindən tutalan zaman üzərində narkotik vasitə olmamışdır. Asim narkotiki alırmış, ona verirmiş, o da istifadə edirmiş. Elan olunmuş cinayət işinin 1-ci cild 90-92-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin protokoldakı imza ona məxsusdur. Onu polis əməkdaşları aldatmış, həmin narkotik vasitələrin ona məxsus olması barədə kamera qarşısında demişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 114-116-cı və 141-143-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: «...Təqsirləndirilən şəxs1 ona “Həsən” adlı İran vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu və sonuncu ilə aralarında olan razılığa əsasən narkotik maddələri Bakı şəhəri ərazisində müştərilərə çatdırmaqla pul qazandığını və ona kömək etməklə onun da pul, həmçinin də narkotik maddələrdən istifadə edə biləcəyini ona təklif etmiş, o da sonuncunun etmiş olduğu təklif ilə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı məhlədə Asim ilə görüşmüşdür. Həmin zaman Asim oraya “Great Wall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Asim ona 01 ədəd ağ rəngli yapışqan kağıza bükülmüş büküm verərək saxlamağını istəmişdir. Asim ağ rəngli yapışqanın içərisində 02 ədəd büküm olduğunu, onlardan birinin içərisində “kakos”, digərinin içərisində “patı” adlanan narkotik maddə olmasını bildirmişdir. Həmin bükümü o, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Asim içərisində narkotik vasitələrin olmasını bildiyi bükümü ona saxlamağı üçün vermişdir. 25 avqust 2022-ci il tarixdə saat 08 radələrində Asimin idarə etdiyi “Great Wall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən yataqxananın yaxınlığında olduqları zaman mülki geyimdə olan dörd nəfər polis əməkdaşları onlara yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim edəndən sonra üzərlərində və avtomobildə narkotik vasitələrini gəzdirməkdə şübhəli olduqları üçün onu və Asimi avtomobili ilə birlikdə Binəqədi RPİ-ə gətirmişlər. ...üzərinə baxış keçirilərkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı ağ rəngli yapışqan kağızla bağlanılmış şəffaf sellofana bükülmüş bir büküm heroin və bir büküm şüşə aşkar olunaraq masanın üzərinə qoymuş, üzərindən aşkar olunmuş narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmışdır. ...» Proses iştirakçılarının suallarnı cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin protokollarda olan imza ona məxsusdur. İfadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olmalarına dair əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaqdan ötrü qrup təşkil olunmuşdur. 25 avqust 2022-ci il tarixdə saat 08:50-də Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 1 saylı İqtisadiyyat Universitetinin yataqxanası yaxınlığında tədbirdə olarkən Asim və Ramili görüb yaxınlaşıb, özlərini təqdim etmişlər. Həmin şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqlarını müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində narkotik vasitə və ya psixotrop maddələr gəzdirmə, satma və istifadəsində şübhəli olduqlarını deyərək onları saxlayıb Binəqədi RPİ-nə aparmışlar. Təqsirləndirilən şəxs2 Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis mayoru Orxan Təhməzliyə təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində saxladığı ağ rəngli yapışqan kağızla bağlanılmış şəffaf sellofana bükülmüş bir büküm heroin və bir büküm “metamfetamin”i, həmin şalvarının sol yan cibində saxladığı özünə məxsus qara rəngli “Venus” markalı mobil telefonu, içərisində Türkiyə Respublikasında yaşadığı müddətdə müvəqqəti yaşamaq üçün ona verilmiş 03 ədəd plastik sənədləri, ona məxsus “AD 164186” saylı sürücülük vəsiqəsini, 02 ədəd etibarnamə və ona məxsus “Kapital Bank” tərəfindən verilmiş 4169 7387 9097 3667 saylı plastik kartı, 01 ədəd qara rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni və psixotrop maddəni 2022-ci ilin avqust ayının sonlarında “Həsən” adlı İran İslam Respublikası vətəndaşının tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Göy məscid”in yanındakı işıq dirəyinin altından əldə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 özünü ona “Həsən” adlı iran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsi görmədiyini, Asim ilə yalnız “Whatsapp” vasitəsilə danışdığını qeyd etmişdir. Həmin narkotik vasitəyə və psixotrop maddəyə pul vermədiyini, həmin narkotik vasitəni və psixotrop maddəni “Həsən” adlı İran İslam Respublikasının vətəndaşının qeyd etdiyi çəkidə bükümlərə bölərək bildirdiyi ünvanlara aparıb qoyduğunu bildirmişdir. Həmin bükümlər onlar tərəfindən zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş binəqədi RPİ-nin CA üzrə kiçik inspektoru Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-də NMB-nin əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyatın yoxlanılması məqsədilə ondan, Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları Şahid2, Şahid1, Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 08:50 radələrində onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyİi küçəsi 1 saylı İqtisadiyyat Universitetinin yataqxanası yaxınlığında olarkən “Asim” və “Ramil” adlı şəxslərin zahiri əlamətlərinə oxşar şəxsləri görüb yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşı olduqlarını deyərək həmin şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduqları müəyyən edildikdən sonra, onlara narkotik vasitənin dövriyyəsində şübhəli olduqlarını bildirərək, onları Binəqədi RPİnə dəvət etmişlər. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə getmişlər. Binəqədi RPİ- də onların üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 əynində şalvarın sağ yan cibində saxladığı ağ rəngli yapışqan kağızla bağlanılmış şəffaf sellofana bükülmüş bükümləri, eləcədə şalvarının sol yan cibində saxladığı özünə məxsus qara rəngli “Samsung" markalı mobil telefonu, içərisində 101 manat pul, iki ədəd qəbz, ona hansısa adı yadında qalmayan xanımın adına olan “Kapital Bank” tərəfindən verilmiş iki ədəd pul kartları olan bir ədəd qara rəngli pul qabını masanın üzərinə qoymuşdur. Asim onların yanında həmin bükümləri açıb, içərisində olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Asim həmin narkotik maddəni və psixotrop maddəni 2022-ci ilin avqust ayının sonlarında “Həsən” adlı İran İslam Respublikası vətəndaşının tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Göy məscid”in yanındakı işıq dirəyinin altından əldə etdiyini qeyd etmişdir. Bundan sonra, Asimə məxsus idarə etdiyi “Creat Wall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərkən arxa saxlanc yerində olan üzərində “Corella” sözü yazılmış emulsiya qabının içərisində saxladığı iki ədəd elektron tərəzi, sellofanın içərisində olan ayrıca yerləşdirdiyi bir neçə bükümlərdə olan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə və psixotrop maddə elektron tərəzi ilə birlikdə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən sonuncuya qarşı zor, təzyiq göstərilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxslər narkotik vasitələrin onlara məxsus olmasını özləri etiraf etmişlər. Əməliyyat məlumatında narkotik vasitələrin satışı ilə məşğul olmaları göstərilmişdir. Əməliyyat məlumatı əsasında hər iki şəxs saxlanılmışdır. Əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Raport yazılıb rəisə məruzə olunmuş, rəis də tədbir keçirilməsinə icazə vermişdir. Təqsirləndirilən şəxs1 saxlayarkən üzərində bir büküm heroin imiş. Qalan maddələr metamfetamin və marixuana imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 24 avqust 2022-ci il tarixli raportundan görünür ki, Asim və Ramil adlı şəxslərin qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 24 avqust 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaları, istifadə etmələri və satışı ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 28-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 25 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış başlamazdan əvvəl, Təqsirləndirilən şəxs1 üzərində olan hər hansı qanunsuz əşyanı könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı ağ rəngli yapışqan kağızla bağlanılmış şəffaf sellofana bükülmüş bir büküm heroinə bənzər maddəni və bir büküm şüşəni təqdim edərək, həmin narkotik vasitələrin ona məxsus olduğunu, onları təxminən 5- 6 gün əvvəl İran vətəndaşının qeyd etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məscidin yanındakı işıq dirəyinin altından götürərək, gələcəkdə İran vətəndaşının müştərilərinə satmaq məqsədilə idarə etdiyi “Creat Wall” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində qabda saxladığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 şalvarının sol yan cibində saxladığı özünə məxsus qara rəngli “Samsung" markalı mobil telefonu, içərisində 101 manat pul, iki ədəd qəbz, ona və Ülkər Quliyeva adlı şəxsə məxsus “Kapital Bank” tərəfindən verilmiş iki ədəd pul kartları olan bir ədəd qara rəngli pul qabını masanın üzərinə qoymuşdur. Daha sonra ona şəxsi axtarış zamanı hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 25 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan “Great Wall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobildə şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 35-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 avqust 2022-ci il tarixli nəqliyyat vasitəsinə axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi “Great Wall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, Təqsirləndirilən şəxs1 avtomobildə olan hər hansı qanunsuz əşyanı könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobilin yük hissəsinin qapısını açaraq həmin yerdə arxa saxlanc yerində olan üzərində ağ rəngli “Corella” sözü yazılmış emulsiya qabı təqdim etmiş, həmin qabın içərisindən iki ədəd elektron tərəzi, 01 ədəd sellofan və kibrit qutusunda tünd yaşıl rəngli ot formasında narkotik vasitə marixuanaya bənzər maddə, 01 ədəd sellofanın içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə, 04 ədəd dəftər, 01 ədəd üzərində “Fab boya” yazılmış göy rəngli kitabça və 01 ədəd ağ rəngli yapışqan kağız aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş bükümlər, elektron tərəzilər qablaşdırılaraq götürülmüşdür. Axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 42-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2022-ci il tarixli, 6/4549 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-172” dairəvi möhür əksi olan “Təqdim edən şəxs Təqsirləndirilən şəxs1” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin və bir ədəd üzəri yapışqan lentlə bağlanmış bir ədəd bağlamada olan: - zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 18,535 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 6,098 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - bir ədəd üzəri yapışqan lentlə bağlanmış bağlamada iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 100,0 qram, 60,0 qram ümumi təmiz çəkisi 160,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir bağlamada təmiz çəkisi 1025,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş üç ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in İ siyahısına daxildirlər. Cinayət işinin 1-ci cild 48-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2022-ci il tarixli, 7/945 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ”Təqdim edən şəxs ....Xanəliyev.” yazılar və imzalar olan üzəri ağ rəngli skoçla bağlanmış bağlamadakı 1 ədəd polietilen paketdə təmiz çəkisi 110,0 qram, həmin paketdə 1 ədəd sellofan torbada təmiz çəkisi-120,0 qram, 1 ədəd kibrit qutusunda təmiz çəkisi-4,368 qram və 1 ədəd sellofan torbada təmiz çəkisi 44,029 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi- 278,397 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs2 25 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işinin 1-ci cild 90-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış başlamazdan əvvəl, şübhəli şəxsə paltarında, əşyalarında və ya bədənində ola biləəck əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən ağ rəngli yapışqana bükülmüş bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd qara rəngli “Venus” markalı mobil telefonu, içərisində Türkiyə Respublikasında yaşadığı müddətdə müvəqqəti yaşamaq üçün ona verilmiş “03” ədəd plastik sənədləri, ona məxsus “AD 164186” nömrəli sürücülük vəsiqəsini, “02” ədəd etibarnamə və ona məxsus “Kapital Bank” tərəfindən verilmiş 4169 7387 9097 3667 saylı plastik kart olan 01 ədəd qara rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra axtarış zamanı heç bir əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik maddəni və psixotrop maddəni dostu Təqsirləndirilən şəxs1 saxlaması üçün ona verdiyini, bu məqsədlə üzərində daşıdığını bildirmişdir. Həmin bükümlər və aşkar edilmiş sübut əhəmiyyətinə malik olan predmetlər zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 97-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2022-ci il tarixli, 6/4548 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-172” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 13,334 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 5,804 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in İ siyahısına daxildirlər. Cinayət işinin 1-ci cild 245-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 sentyabr 2022-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində qanunla dövriyyəsi qadağan edlən əşyalar varsa, onları təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı ağ rəngli yapışqan kağızla bağlanılmış şəffaf sellofana bükülmüş bükümləri, eləcədə şalvarının sol yan cibində saxladığı özünə məxsus qara rəngli mobil telefon, içərisində 101 manat pul, iki ədəd qəbz, “Kapital Bank” tərəfindən verilmiş iki ədəd pul kartları olan bir ədəd qara rəngli pul qabını masanın üzərinə qoymuşdur. Sonra onun üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Həmin bükümlər açıldıqda, içərisində olan maddələrin narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. O, həmin narkotik maddəni və psixotrop maddəni 2022-ci ilin avqust ayının sonlarında “Həsən” adlı İran İslam Respublikası vətəndaşının tapşırığına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Göy məscid” in yanındakı işıq dirəyinin altından əldə etdiyini, özünü ona “Həsən” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsi görmədiyini, sonuncu ilə yalnız “Whatsapp” vasitəsilə danışdığını, həmin narkotik vasitəyə və psixotrop maddəyə pul vermədiyini, həmin narkotik vasitəni və psixotrop maddəni “Həsən” adlı İran İslam Respublikasının vətəndaşının qeyd etdiyi çəkidə bükümlərə bölərək bildirdiyi ünvanlara aparıb qoyduğunu bildirmişdir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq, qablaşdırılıb götürülmüşdür. Cinayət işinin 1-ci cild 246-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 oktyabr 2022-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, təqsirləndirilən şəxs X1 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı ağ rəngli yapışqan kağızla bağlanılmış şəffaf sellofana bükülmüş bir büküm heroinə bənzər və bir büküm metamfetaminə bənzər maddəni, həmin şalvarının sol yan cibində saxladığı özünə məxsus qara rəngli mobil telefon, içərisində Türkiyə Respublikasında yaşadığı müddətdə müvəqəti yaşamaq üçün ona verilmiş “03” ədəd plastik sənədlər, ona məxsus sürücülük vəsiqəsi, 02 ədəd etibarnamə və “Kapital Bank” tərəfindən verilmiş plastik kart olan 01 ədəd qara rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoyur. Daha sonra ondan bükümləri açmaq təklif edilmiş, o, həmin bükümləri açan zaman içərisində olan maddələrin narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilir. Sorğu zamanı Ramil Davidov həmin maddələri dostu Təqsirləndirilən şəxs1 ona saxlamaq üçün verdiyini bildirir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülür. Cinayət işinin 1-ci cild 247-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 oktyabr 2022-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, 25 avqust 2022-ci ildə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Great Wall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 avtomobildə olan hər hansı qanunsuz əşyanı könüllü təqdim etməsi təklif edilir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs1 avtomobilin yük hissəsinin qapısını açaraq həmin yerdə olan ağ rəngli qabı təqdim etmiş, həmin qabın içərisindən iki ədəd elektron tərəzi, 01 ədəd sellofan və kibrit qutusunda tünd yaşıl rəngli ot formasında narkotik vasitə marixuanaya bənzər maddə, 01 ədəd sellofanın içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə, 04 ədəd dəftər, 01 ədəd üzərində “Fab boya” yazılmış göy rəngli kitabça və 01 ədəd ağ rəngli yapışqan kağız aşkar olunaraq götürülür. Aşkar edilmiş bükümlər, elektron tərəzilər qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin2-ci cild 37-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 6/4931 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Binəqədi RPİ 2********...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağıza bükülmüş sellofan paketin içərisində üzərində “X14 Scale” qeyd edilmiş və bir ədəd karton qutuda gümüşü rəngli üzərində “PCS ON/OFF UNİTS TARE LİGHT” qeyd edilmiş iki ədəd elektron tərəzinin üzərində heroinə məxsus izlər aşkar edilmişdir. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və digər bükümlərdə olan maddələr ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işinin 2-ci cild 71-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus olan 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefonun “Qalareya” bölməsinə daxil olduqda orada narkotik maddələrin gizlədildiyi yerlərin çəkilməsini əks etdirən müxtəlif sayda foto şəkillərin olması aşkar olunmuşdur. Bundan sonra “Samsung Galaxy A12” markalı mobil telefonda olan “WhatsApp” proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və “WhatsApp” yazışmalarının olması aşkar olunmuşdur. Həmin yazışmalara baxış keçirən zaman “Həsən” adı ilə qeyd edilmiş “+**********18” “+**********03” saylı mobil nömrələr ilə Təqsirləndirilən şəxs1 məxsus 070-353- 32-45 saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda yazışmaların, səs yazıların və pul köçürmələrinin fotoşəkillərinin göndərilməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, “Həsən” adı ilə qeyd edilmiş şəxsin narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi “Həsən” adlı İran İslam Respublikasının vətəndaşı olduğunu, narkotik maddələrin istifadəsi və satışı ilə məşğul olduğunu bildirmişdir. Həmçinin, baxış zamanı “səyyad kamran dos” adı ilə qeyd edilmiş şəxsə “15 dənə torpağ hazırlaya bilərsən” məzmunlu ismarıc göndərildiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 76-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 dekabr 2022-ci il tarixli sənədə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Creat Wall” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa saxlanc yerində ağ rəngli üzərində “Corella” sözü yazılmış emulsiya qabının içərisindən aşkar edilərək götürülmüş 01 ədəd üzərində “FAB” yazısı olan göy rəngli dəftərçəyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd dəftərə baxış keçirilən zaman dəftərin son səhifəsində “10T, 5d, 7T, 3d, 8T, 2d, 10T, 20D” başlıqları altında alt-alta müxtəlif rəqəmlərin alt-alta yazılması, digər səhifələrdə isə müxtəlif rəqəmlərin qeyd edilərək hesablamaların aparılması aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin dəftərdə İran İslam Respublikasının vətəndaşı olan “Həsən” adlı şəxsdən əldə etdiyi narkotik və psixotrop maddələrin qeydlərini apardığını, narkotik vasitələrin el arasında adlandırılan kimi qısa olaraq baş həriflərini, yəni torpaq-(T)- Heroin, daş-(D)- metamfetamin qeyd etdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 89-92-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd “Venus” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, “Qalareya” bölməsinə daxil olduqda orada narkotik maddələrin gizlədildiyi yerlərin çəkilməsini əks etdirən müxtəlif sayda foto şəkillərin olması aşkar olunmuşdur. Bundan sonra “Venus” markalı mobil telefonda olan “WhatsApp” proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi və “WhatsApp” yazışmalarının olması aşkar olunmuşdur. Həmin yazışmalara baxış keçirən zaman “Həsən” adı ilə qeyd edilmiş “+**********18” “+**********03” saylı mobil nömrələr ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda yazışmaların, səs yazıların və pul köçürmələrinin fotoşəkillərinin göndərilməsi müşahidə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, “Həsən” adı ilə qeyd edilmiş şəxsin narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi “Həsən” adlı İran İslam Respublikasının vətəndaşı olduğunu, narkotik maddələrin istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 114-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 08 dekabr 2022-ci il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etdiyi şəxsin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamda özlərini qismən təqsirli bilərək, Təqsirləndirilən şəxs1 onda ittihamda göstərilən miqdarda narkotik vasitə olmadığını, az miqdarda narkotik vasitə olduğunu, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə saxlanılan vaxt üzərində narkotik vasitə olmadığını, aldadıldıqları üçün narkotik vasitələrin onlara məxsus olduğunu bildirmələrini qeyd etmişlər. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə vermələrini, onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştiraklarını qismən inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib, onların bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi İran vətəndaşından narkotik vasitə aldıqlarını, üzərlərində gəzdirdiklərini, həmçinin, həmin şəxsin dediyi yerlərə narkotik vasitə qoymalarına dair razılığa gəldiklərini etiraf etmişlər.Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mobil telefonlarına keçirilmiş baxış zamanı, onların həqiqətən İran vətəndaşı olan şəxslə əlaqədə olduqlarını, həmin şəxsin narkotik qoyduğu yerlər barədə onlara fotoşəkillər göndərdiyi müəyyən edilmişdir. Məhkəmə, şahidlərin ifadələrini,telefon danışıqlarını əks etdirən məlumatları, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 10 oktyabr 2022-ci il tarixli, 6279 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 3155 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, X6 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X3 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 52-ci vərəqəsində olan Cəbrayıl RİHB-nın Sarıcallı kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 55-ci vərəqəsində olan şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı – xx.xx.2010-cu il təvəllüdlü X4 vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 10 oktyabr 2022-ci il tarixli, 5926 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 45-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 3156 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CMnin 93-1-ci maddəsinə əsasən onların barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 200-205-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli, 4(001)-967/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 78-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 206-211-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli, 4(001)-968/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və avtomobildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1043,435 qram narkotik vasitə heroin, 165,948 qram psixotrop maddə metamfetamin, 278, 317 qram narkotik vasitə qurudulmuş marixuana, 13,284 qram narkotik vasitə heroin, 5,754 qram psixotrop maddə metamfetamin, üzərində “Corella” yazılmış 01 ədəd ağ rəngli qab və 01 ədəd üzərində “FAB” yazısı olan dəftərçə məhv edilməli, 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına, 01 ədəd “Venus” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 267 (iki yüz altmış yeddi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və avtomobildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1043,435 qram narkotik vasitə heroin, 165,948 qram psixotrop maddə metamfetamin, 278, 317 qram narkotik vasitə qurudulmuş marixuana, 13,284 qram narkotik vasitə heroin, 5,754 qram psixotrop maddə metamfetamin, üzərində “Corella” yazılmış 01 ədəd ağ rəngli qab və 01 ədəd üzərində “FAB” yazısı olan dəftərçə məhv edilsin. 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına, 01 ədəd “Venus” markalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın. 02 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 267 (iki yüz altmış yeddi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Əhməd Quliyev
Səbuhi Hüseynov