Məhkəmə qərarları › İş №1(101)-657/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-657/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-657/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X4, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi - Bakı şəhəri “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Akad. Qarayev küçəsi dalan 1, ev 5-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Can Təpə yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Aşıqlar kafesi”nə müştəri qismində gəlib orada masa arxasında əyləşərək spirtli içki qəbul etdikdən sonra, həmin tarixdə saat 23:55 radələrində sərxoş vəziyyətdə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, həmin kafedə inzibatçı işləyən Zərərçəkmiş şəxs1 əyləşdiyi masaya yaxınlaşaraq pul tələb etmiş, sonuncu pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi, silah qismində istifadə edilən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını nümayiş etdirib Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək, masanın açıq vəziyyətdə olan rəfinin içində olan karton qutunun içərisindən 45 manat pulu götürüb ələ keçirərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 45 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, “Aşıqlar” kafesində içki içmişdir. O sərxoş vəziyyətdə Səxavətdən 20 manat məbləğində pul istəmiş, lakin Səxavət ona pul verməmişdir. O kassada qutuda pul olduğunu görmüş və oradan 45 manat məbləğində pulu götürmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, məlum hadisə 27 mart 2023-cü il tarixdə axşam saat 23-24 radələrində Xırdalan dairəsində yerləşən “Aşıqlar“ kafesində baş vermişdir. O, hadisə baş verən gün kafedə “Turan” adlı şəxslə birgə oturmuşdur. Kafedə onlardan başqa kafenin işçiləri də olmuşdur. O, əvvəllər həmin kafedə bir neçə dəfə olmuşdur. Kafedə olan zaman o və digər şəxslər tərəfindən dava-dalaş və səs-küy olmamışdır. Hadisə baş verən gün kafeyə ilk dəfə getdiyi vaxt polis əməkdaşları oraya gəlmişlər. Polislər görmüşlər ki, onlar masada sakit formada oturaraq içki içirlər. Bundan sonra polis əməkdaşları getmişlər. O, kafeyə polislərin kimin tərəfindən çağırıldığını bilmir. Səxavəti uzun müddətdir ki, tanıyır. O, üzərində bıçaq gəzdirirmiş. Əvvəllər Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmuşdur. Əvvəlki cinayət əməlini törətdiyi zaman da onun üzərində bıçaq olmuşdur. Hadisə baş verən gün onun üzərində bıçaq olmuş, lakin o, həmin bıçağı nümayiş etdirməmişdir. O, pulu götürüb obyektdən çölə çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt onun üzərindən dəqiq məbləğini bilməsə də, təxminən 45-60 manat civarında pul çıxmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan vaxt bıçaq onun cibində olmuşdur. O, Zərərçəkmiş şəxs1 qarşı bıçaqla hədə-qorxu gəlməmiş, sadəcə olaraq ondan pul istəmişdir. Səxavət pulun qutuda olduğunu ona bildirdikdən sonra o, özü həmin qutudan pulları götürmüşdür. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımışdır. Onların arasında yoldaşlıq münasibətləri olmuş, hər hansı ədavət və düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs1 indiyə kimi neçə dəfə pul istədiyini xatırlamır. Lakin ondan nə vaxt pul istəyibsə, Səxavət həmişə ona pul vermişdir. Onun həmin gün Turanla aralarında mübahisə olmamış və onlar həmin vaxt səs-küy salmamışlar. Birinci dəfə kafeya polislər onlara görə gəlməmişlər. O, kafeyə gedərkən Səxavətdən və ya Lətifdən pul almaq kimi bir niyyəti olmamışdır. Turan hadisə baş verən vaxt kənarda olduğu üçün onun nə etdiyini görməmiş və danışdıqlarını eşitməmişdir. O, Turana Səxavətdən pul istəyəcəyi barədə heç nə deməmişdir. Zərərçəkmiş şəxs1 yaxınlaşarkən onların yanında heç kəs olmamışdır. Həmin vaxt kafedə olan şəxslər masalarda əyləşmişlər. O, Zərərçəkmiş şəxs1 pula ehtiyacı olduğunu bildirmiş, lakin Səxavət ona qutunu göstərərək pulun az olduğunu söyləmişdir. Onlar Səxavətlə yalnız söhbət etmişlər. O, Zərərçəkmiş şəxs1 ona pulu vermədiyinə görə heç bir hədə-qorxu gəlməmişdir. O əlini sağ tərəfə ataraq Səxavətə “Sənlik deyil, Lətif bilər, mən bilərəm. Aramızda problem olmasın” demiş, lakin üzərində olan bıçağı ona göstərməmişdir. O, Zərərçəkmiş şəxs1 ola bilər ki, “Vuraram” sözünü demişdir. Lətifin həyat yoldaşı həmin gün onunla danışaraq onun kafedən çıxmağını bildirmiş, o isə öz növbəsində Lətifin həyat yoldaşına ona təcili pul lazım olduğu üçün pulu götürdükdən sonra çıxıb gedəcəyini söyləmişdir. Polislər ikinci dəfə kafeyə onlar kafedan çıxandan sonra gəlmişlər. Polis bölməsində onun üzərindən bıçaq aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı ona qarşı hər hansı fiziki və psixi təsir və təzyiq olmamışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmə tərəfindən qeyd olunan halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, məlum hadisə baş verən gün o, kafedə deyilmiş. Onlar Ricata “Yusif” deyə müraciət edirmişlər. Onların Yusiflə aralarında dostluq münasibətləri olmuşdur. Düşünür ki, həmin vaxt o, kafedə olsaydı, bəlkə də qeyd olunan hadisə baş verməzdi. O, məlum hadisə baş verən vaxt kafedə olmadığı üçün Yusifin pulu necə götürməyini, ümumiyyətlə, hadisələrin necə cərəyan etməsi barədə dəqiq məlumatı yoxdur. Yusif əvvəllər ondan 50(əlli)-100(bir yüz) manat məbləğində borc pul istəmişdir. O, Yusifə istədiyi pulu vermiş və Yusif sonradan ona borcunu qaytarmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs 15 ildir ki, tanıyır. Hadisə baş verən kafeni icarə əsasında 7 ildir işlədir. Onların Yusiflə münasibətləri yaxşı olmuşdur. O, Yusifə bir neçə dəfə borc pul vermiş, Yusif də öz növbəsində həmin poulları qaytarmışdır. Səxavət ona zəng edərək Yusifin kafedə içkili vəziyyətdə olduğunu və 20 (iyirmi) manat məbləğində pul istədiyini bildirmişdir. Səxavət ona Yusifin onu hədələməsi barədə nəsə deməmişdir. Səxavət Yusifin kafeyə gələrək içki istədiyini və hesabı vermədiyini ona bildirmiş, o isə Yusiflə danışacağını Səxavətə söyləmişdir. O, Yusifə zəng vurmuş, lakin Yusifin telefonuna zəng çatmamışdır. Təxminən 10 dəqiqə keçdikdən sonra o, Səxavətə zəng vurmuş, lakin sonuncu da telefonu açmamışdır. Bir qədər sonra Səxavət ona zəng edərək Yusifin kassadan 20 (iyirmi) manat məbləğində pul götürdüyünü bildirmişdir. Onu polis idarəsinə məlum hadisə baş verən vaxtdan 1 həftə sonra çağırmışlar. Səxavət ona bildirmişdir ki, Yusif həmin vaxt çox içkili olmuş və o, dalaşacaqlarından ehtiyat etdiyi üçün Yusifə pulu göstərmişdir. Yusifin üstündə bıçaq olduğunu o, bölmədə eşitmişdir. Belə ki, Səxavət ona zəng edəndə Yusifin üstündə bıçaq olduğunu bildirməmişdir. Səxavət ona zəng etmiş, lakin o telefonu açmamışdır. Daha sonra Səxavət onun evinə zəng edərək Yusifin pul istədiyini və obyektdə səs-küy olduğunu bildirmişdir. Onun həyat yoldaşı DİN “102” xidməti zəng-mərkəzinə zəng edərək kafedə dava-dalaş olduğunu bildirmişdir. O, evə gəldikdən sonra həyat yoldaşı DİN “102” xidməti zəng-mərkəzinə zəng etdiyini ona demişdir. Həmin gün kafedə 2 dəfə dava-dalaş olmuşdur. İlk dəfə olan səs-küy məlum hadisədən 30-40 (otuz-qırx) dəqiqə əvvəl başqa şəxslər tərəfindən baş vermişdir. Sonradan isə Yusif gələrək səs-küy salmışdır. Polislər Yusiflə obyektin qabağında söhbət etmişlər və Yusif getmişdir. Daha sonra o, yenidən kafeyə qayıtmışdır. Lakin o, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan qol çəkmişdir. Həyat yoldaşı Yusiflə danışaraq ona “Yusif qardaş, eyibdir, neçə ildir bir-birimizi tanıyırıq. Çıx get obyektdən” söyləmişdir. O, bütün rəsmi sənədlərdə də DİN “102” xidməti zəng-mərkəzinə özünün zəng etdiyini bildirmişdir. Buna səbəb isə həyat yoldaşının adının hallanmasının istəməməyi olmuşdur. Səxavət telefonda onun həyat yoldaşına Yusifin kafeyə gələrək ondan pul istədiyini, Lətifin isə ona heç kəsə pul verməməsini tapşırdığını demiş, həyat yoldaşı isə bu zaman Səxavətə telefonu Yusifə verməsini bildirmişdir. Həyat yoldaşı Yusifə telefonda getməsini, əks halda “DİN “102” xidməti zəng-mərkəzinə zəng edəcəyini bildirmişdir. Həyat yoldaşı eyni zamanda telefonda Yusifə Lətifin özündən pul almasını demiş, Yusif isə cavabında ona təcili pul lazım olduğunu bildirmişdir. Daha sonra Səxavət yenidən zəng edərək Yusifin kassadan pulu artıq götürərək getdiyini bildirmişdir. Səxavət onun həyat yoldaşına Yusifin pulu hansı formada götürüb getdiyini deməmişdir. O, nə Binəqədi RPİ-nin 6-cı PB-nə, nə də DİN “102” xidməti zəng-mərkəzinə zəng etməmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Aşıqlar Kafesi”ni icarə əsasında işlədir. Həmin kafedə Zərərçəkmiş şəxs1 kassa aparatında nəzarətçi işləyir. Həmçinin kafedə Rəşid adlı şəxs «DJ», adını “Talış” kimi çağırdıqları, əsil adını bilmədiyi şəxs isə ofisiant işləyir. xx.xx.2023-cü il tarixdə saat təxminən 23:40 radələrində Səxavət ona zəng vurub əvvəllər kafeyə müştəri qismində gələn üzdən tanıdığı Ricat və Turan adlı şəxslərin sərxoş vəziyyətdə kafeyə gəlib masa arxasında əyləşdiklərini, öz aralarında ucadan danışmaqla və nalayiq ifadələr işlətməklə kafedə olan digər müştərilərə maneçilik törətdiklərini bildirmişdir. O, da Binəqədİ RPİ-nin 6-cı PB-nin növbətçi hissəsinə zəng vurub bu barədə məlumat vermişdir. Təxminən saat 24 radələrində Səxavət ona yenidən zəng vurub bildirmişdir ki, polis əməkdaşları gəlib Ricat və Turanı sakitləşdirib getdikdən sonra, Ricat kafedə Saxavətə yaxınlaşıb 20 manat pul tələb edib və Ricat kassada olan pulları yəni, ümumilikdə 45 manat pulu götürmüş və Turanla birlikdə çıxıb getmişdirlər. O, da DİN-nin 102 xidmətinə zəng vurub qeyd olunan hadisə barədə məlumat vermişdir. Sonradan kafeyə gəldikdə Səxavət bildirmişdir ki, polis əməkdaşları onları sakitləşdirib getdikdən sonra Ricat əyləşdiyi masa arxasından qalxıb ona yaxınlaşmış, 20 manat pul istəmiş, Səxavət pulu olmadığını bildirdikdə, Ricat sağ yan hissəsindən bir ədəd açılıb-bağlanan bıçağı çıxarıb ona tuşlanmış vəziyyətdə 20 manat pulu verməyini tələb edərək bildirmişdir ki, “pulu verməsən səni deşik-deşik edəcəm”. Səxavət də Ricata pulu verməyəcəyini dedikdə Ricat masanın açıq vəziyyətdə olan rəfindəki ağzı açıq vəziyyətdə olan karton qutuya əlini atıb kassadan 45 manat pulu götürüb kafedən çıxmışdır. Onun arxası ilə də Turan da əyləşdiyi masadan qalxıb kafedən çıxıb birlikdə çıxıb getmişdirlər. O, həmçinin ifadəsində hadisə zamanı Ricat və Turanın Səxavətə toxunmadığını, onu vurmadıqlarını və ona heç bir xəsarət yetirmədiklərini, Ricatın kassadan götürdüyü pulun ona məxsus olduğunu, ona qeyd olunan hadisə nəticəsində 45 manat maddi ziyan vurulduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Ricat onun işlədiyi kafeyə gedibgəlirmiş. Hadisə baş verən gün Ricat içki içmişdir. Daha sonra Ricat ondan pul istəmişdir. O isə pulu verməyəcəyini bildirmiş və onların arasında narazıçılıq yaranmışdır. Bu səbəbdən kafeyə polis əməkdaşları gəlmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs 6 ay müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs “Aşıqlar” kafesinə həmişə gələrkən onun Ricatla münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs məlum hadisə baş verməmişdən qabaq ondan borc pul istəməmişdir. Məlum hadisə baş verən gün Lətif orada olmadığı üçün o, kafeyə getmişdir. Hadisə baş verən gün kassada 45 (qırx beş) manat pul olmuşdur. Təqsirləndirilən şəxs həmin gün içkili olmuşdur. O, onların dalaşmamaları üçün Ricatın pulu götürməsinə razı olmuşdur. Belə ki, düşünmüşdür ki, Ricat onun tanıdığı adamdır, götürdüyü pulu səhərisi gün ondan geri alar. Təqsirləndirilən şəxs içkili olduğu üçün Ricatın onu vurmasından qorxmuşdur. O, Təqsirləndirilən şəxs cibində bıçaq olmasını ehtimal etmiş, lakin bıçağı görməmişdir. Bu səbəbdən ondan bir az çəkinmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, kafeyə 20 (iyirmi) manat hesab vermiş və həmin pulu götürmək istəyir. Lakin Təqsirləndirilən şəxs onu bıçaqla vuracağını bildirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədə bildirmişdir ki, Təqsirləndirilən şəxs kafeyə gələrək içki qəbul etmiş, hesabı istədikdə isə o, verməmişdir. Daha sonra polisə zəng vurulmuşdur. Polis əməkdaşları kafeyə gəldikdə Ricatdan şikayətlərinin olub-olmadığını soruşmuşlar. O, Ricatı tanıdığına görə şikayətçi olmadığını bildirmişdir. Daha sonra polislər getmişlər. Ricat yenidən kafeyə gələrək içki qəbul etmiş və yol pulu verib gəldiyi üçün kassadan pul götürəcəyini söyləmişdir. Ricat ona “Sən dəymə, vuraram səni” demişdir. Təqsirləndirilən şəxs əlini belinə ataraq “Səxavət, vuraram səni sən qarışma” demişdir. Təqsirləndirilən şəxs məlum hadisə baş verən gün çox içkili vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs kafeyə tək gəlmişdir. O, dəmir qabda olan spirtli içki qəbul etmişdir. Həmin içkinin tərkibində spirtin faizinin nə qədər olduğunu dəqiq bilmir. Təxminən 7-8 faiz olarmış. Təqsirləndirilən şəxs həmin spirtli içkidən 3-4 ədəd, pivədən də təxminən 3-4 ədəd qəbul etmişdir. O, həmin vaxt kassanın arxasında oturmuşdur. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq 20 (iyirmi) manat pul verməsini istəmiş, lakin ona həmin pulu borc kimi istəyib-istəmədiyini söyləməmişdir. O, Ricata pul üçün Lətifə zəng vurmasını bildirmişdir. Həmin vaxt Ricatın əlində bıçaq olmamışdır. Lakin sonradan ona demişdir ki, “Vuraram ha, səni, sən qarışma”. Sonra o yerindən duraraq qapının agzına getmişdir. Təqsirləndirilən şəxs ona hər hansı xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs bıçaq nümayiş etdirməmiş və eyni zamanda, onu öldürməklə hədələməmişdir. Latın qrafikası ilə yazıb-oxumağı bacarır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. İbtidai istintaq zamanı yazılan ifadənin altındakı imza ona məxsusdur. O, müstəntiqin yazdığı ifadəni oxumamışdır. Belə ki, müstəntiq ona Ricatın üstündən bıçaq aşkar olunduğunu bildirmiş və ondan Ricatın əlini böyrünə atarkən bıçağı görüb-görmədiyimi soruşmuş, o isə Ricatın bıçaq çıxartmadığını bildirmişdir. Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 4 aya yaxındır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsində yerləşən “Aşıqlar kafesi”ndə kassa aparatında nəzarətçi işləyir. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 23 radələrində işlədiyi kafedə olan zaman əvvəlcədən kafeyə gəlib gedən müştərilər kimi üzdən tanıdığı “Yusif” ləqəbli Ricat adlı şəxs və Turan sərxoş vəziyyətdə kafeyə gəlmişdilər. Həmin zaman kafedə tanımadığı bir neçə oğlan və xanım müştərilər, kafedə «DJ» işləyən Rəşid, adını “Talış” kimi çağırdıqları, əsl adını bilmədiyi ofsiant kimi işləyən şəxs də var idi. Ricat və Turan kafedə bir masa arxasında əyləşmişlər. Onlar “Go” adlı spirtli içki sifariş edib hərəsi təxminən 2-3 ədəd həmin içkilərdən içmişdilər. Bir neçə dəqiqə sonra Ricat və Turan sərxoş vəziyyətdə olduqları üçün kafedə öz aralarında ucadan danışırmışlar, həmçinin söhbətləri zamanı ucadan nalayiq söyüşlər söyüb müştəriləri narahat etmişdirlər. Buna görə də, o, kafenin müdiri Lətifə zəng edərək məlumat vermiş, sonuncu da bu barədə Binəqədi RPİ-nin 6-cı PB-nə zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqə sonra Binəqədi RPİ-nin 6-cı PB-nin tanımadığı polis əməkdaşları kafeyə gəlmişdilər. Polis əməkdaşları Ricat və Turanla söhbət edib onları nizam intizama dəvət edib sakitləşdirdikdən sonra çıxıb getmişdirlər. Ricat və Turan isə kafedə əvvəlki masalarında əyləşib spirtli içkilərini içməyə davam etmişdirlər. Bir neçə dəqiqə keçdikdən sonra gecə saat 23:55 radələri olarkən, o, kassa olan masa arxasında əyləşmişdir. Ricat masadan qalxıb yaxınlaşıb ona bildirmişdir ki, ona 20 manat pul lazımdır və ondan istəmişdir. O, da ona pulunun olmadığını demişdir. Bu zaman Ricat sağ yan hissəsindən bir ədəd əl tutan hissəsi şabalıdı rəngli, açılıb-bağlanan bıçağı çıxarıb ona tuşlanmış vəziyyətdə saxlamışdır və 20 manat pulu verməyini tələb edərək bildirmişdir ki, “pulu verməsən səni deşik-deşik edəcəm”. O, Ricata pulu verməyəcəyini dedikdə Ricat masanın rəfindəki ağzı açıq vəziyyətdə olan qutunun içərisinə əlini atıb qutudan 45 manat pulu götürmüş və kafedən çölə çıxmışdır. Turan da əyləşdiyi masadan qalxıb Ricatın arxası ilə kafedən çıxmışdır. Bundan sonra o, Lətifə bu barədə məlumat vermişdir, Lətif də DİN-nin 102 xidmətinə zəng vurub qeyd olunan hadisə barədə məlumat vermişdir. O, həmçinin ifadəsində hadisə zamanı kafedə tanımadığı bir neçə nəfər xanım və oğlan müştərilərin, kafedə işləyən Rəşid və “Talış” kimi çağırdıqları, lakin əsl adını bilmədiyi şəxslərin olduğunu, həmin şəxslərin hadisəni görüb-görməmələrini bilmədiyini, Ricat əyləşdikləri masadan qalxıb tək ona yaxınlaşdığını, Turan isə masa arxasında spirtli içki içdiyini, Ricat ona yaxınlaşdıqdan sonra 20 manat pul tələb etdiyini, o, isə ona pul olmadığını dedikdə Ricat dəqiq bilmədiyi haradan, lakin sağ yan hissəsinə əlini atıb bir ədəd bıçaq çıxarıb ona tuşlayaraq 20 manat pulu verməyini tələb etdiyini, o, yenə də pul olmadığını dedikdə Ricat masanın rəfindəki ağzı açıq vəziyyətdə olan qutuya əlini atıb qutudan içərisində pulların hamısını götürdüyünü və həmin pulların cəmi 45 manat olduğunu, hadisə zamanı Ricat və Turanın ona toxunmadıqlarını, onu vurmadıqlarını və ona heç bir xəsarət yetirmədiklərini, o, kafedə kassaya nəzarətçi işləsə də, pulları kassada deyil, qeyd etdiyi kimi karton qutunun içərisində qoruduqlarını, həmin karton qutunun da o hadisə zamanı əyləşdiyi masanın açıq vəziyyətdə olan rəfində olduğunu, həmçinin karton qutunun ağzı açıq olduğunu, ümumiyyətlə həmin yerin saxlanc yeri hesab olunmadığını, pulu oradan götürmək üçün hər hansı bir maneənin olmadığını, Ricatın götürdüyü pulun kafeni işlədən Lətifə məxsus olduğunu, lakin həmin 45 manat pulların hansı əskinaslar olmasını xatırlamadığını, onun qeyd olunan hadisə nəticəsində hər hansı bir maddi ziyan dəymədiyini, lakin ona qarşı olan odur ki, Ricatın bıçaqla ona hədə qorxu gəldiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Səhv etmirsə, DİN “102” xidməti zəng-mərkəzindən quldurluqla bağlı daxil olmuş məlumat əsasında “Aşıqlar” kafesinə getmişlər. “Yusif” ləqəbli “Ricat” adlı şəxs orada olmuşdur. Həmin vaxt Ricat içkili vəziyyətdə olmuşdur. Onlar Ricatın üzərinə baxış keçirmişlər. Bu zaman onun üzərindən 50-60 (əlli-altmış) manat məbləğində pul və bıçaq aşkar edilmişdir. Daha sonra sənədləşdirmə olmuşdur. Təqsirləndirilən şəxs bıçağı üzərində gəzdirdiyini bildirmişdir. Eşitdiyinə görə, Təqsirləndirilən şəxs bıçaqla kassaya yaxınlaşaraq pul istəmişdir. Həmin gün “Aşıqlar” kafesinə cəmi 1 dəfə getmişlər. Binəqədi RPİ-nin 5-ci PB-də növbətçi hissədən bildirilmişdir ki, “Aşıqlar” kafesində quldurluq hadisəsi baş vermişdir. Onlar həmin kafeyə getmişlər və orada Təqsirləndirilən şəxs küçədə kafe ilə üzbəüz dayandığını görmüşlər. Kafedən onlara bildirmişlər ki, Yusif kassada oturan şəxsə bıçaq dirəyərək oradan pul götürmüşdür. O, görəndə bıçaq Ricatın cibində olmuşdur. Lakin həmin bıçağın qatlanmış və ya açıq vəziyyətdə olduğunu bilmir. Ricatın kassirə bıçağı dirəyərək pul istəməsini kimin dediyini dəqiq xatırlamır. Belə ki, kafedə qadınlar və kişilər olmuş və hərəsi bir söz deyirmiş. Onun tərəfdən Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsir və təzyiq olmamışdır. Eyni zamanda, belə bir hadisənin şahidi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 26 mart 2023-cü il tarixdən 27 mart 2023-cü il tarixə keçən gecə o, növbətçi köməkçisi vəzifəsində xidmətdə olmuşdur. 27 mart 2023-cü il tarixdə gecə saat 00:15 radələrində Zərərçəkmiş şəxs2 tərəfindən DİN “102” xidməti zəng-mərkəzinə zəng vurularaq kafeyə 2 nəfər şəxsin bıçaqla daxil olaraq kassadakı pulu apardıqları bildirilmişdir. Hadisə yerinə əməliyyat qrupu göndərilmişdir. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxsin üzərinə baxış keçirilmişdir. Həmin vaxt üzərindən 65 (altmış beş) manat məbləğində pul və 01 (bir) ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Sistem göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tərəfindən DİN “102” xidməti zəng-mərkəzinə məlumat daxil olmuşdur. O növbətçi köməkçisi olduğu üçün özü hadisə yerinə getməmişdir. Hadisə yerinə əməliyyat qrupunun rəhbəri, polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis leytenantı Şahid3, polis leytenantı Şahid4 və təhqiqatçı Nəsib Musayev getmişlər. Növbətçi hissədə akt tərtib olunmuş və o özü də şəxsən Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış istintaq hərəkətində iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən 65 (altmış beş) manat məbləğində pul və 01 (bir) ədəd bıçaqdan başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş və buna görə də durumla bağlı heç nə izah edə bilməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamış və belə bir hadisənin şahidi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Azər oğlu göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində çalışır. 26 mart 2023-cü il tarixdə səhər saat 09:00 radələrində növbəni təhvil almışdır. 27 mart 2023-cü il tarixdə gecə saat 00:15 radələrində DİN “102” xidməti zəngmərkəzindən daxil olmuşdur. Həmin məlumata əsasən bıçaqla kafeyə daxil olaraq 40-45 (qırx-qırx beş) manat pulu kassadan götürmüşdürlər. Onlar kafeyə daxil olarkən həmin 2 nəfər şəxs orada olmuşlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və adını sonradan bildiyi Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Ricatın üzərinə baxış keçirilmişdir. Bu zaman üzərində 65 (altmış beş) manat pul və 01 (bir) ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs onlara qarşı tabesizlik göstərərək “Mən həmin əməli törətməmişəm” demişdir. Kassada olan şəxs bildirmişdir ki, fiziki şəxs bıçağı uzaqdan göstərərək oradakı pulu götürmüşdür. Onlar gələndə Təqsirləndirilən şəxs kafenin içərisində olmuşdur. Təqsirləndirilən şəxs üzərinə bölmənin növbətçi hissəsində baxış keçirmişlər. Bu zaman, Ricat, cibindəki bıçağı könüllü şəkildə təhvil vermişdir. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, əmrə tabe olmuş və onlarla bölməyə gəlmişdir. Təqsirləndirilən şəxs bıçaqla hədə-qorxu gəlməsini kassada oturan şəxs onlara bildirmişdir. Təqsirləndirilən şəxs tərəflərindən hər hansı təsir və təzyiq olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Binəqədi RPİ-nin sahə inspektoru Şahid2 Vidadi oğlu ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və şahidlər Şahid3, Şahid4 və Şahid5 məhkəmə baxışı zamanı verdikləri ifadələrinə oxşar məzmunda ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Ricatı uzun müddətdir tanıyır. Onlar tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Həkəri kafesi”ndə oturub yeyib içmişlər. Təxminən bir saat yarım oturduqdan sonra həmin kafedən çıxıb yolun digər tərəfində yerləşən “Aşıqlar kafesi”nə gedib Ricatla həmin kafedə “Go” adlı spirtli içki qəbul etmişlər. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib onlara bildirmişlər ki, kafenin sahibi onların kafedə ucadan danışmaqları barədə onlara məlumat vermişdir. Lakin onlar həmin zaman spirtli içkinin təsiri altında olduqları üçün nə etdiklərini xatırlamır. Daha sonra polis əməkdaşları yaxınlaşıb onları 6-cı PB-nə dəvət etmişlər. Polis əməkdaşları onların hesabı ödəməyəcəklərini düşünərək bununla bağlı onlara yaxınlaşmışlar. Onun üzərində 23 manat pul olmuşdur. Ricat hesabı ödəmək üçün kassaya yaxınlaşmışdır. Kassa onun oturduğu yerin arxasında olduğu üçün o kassanı görmürmüş. O, Ricatın üzərində bıçaq olduğundan məlumatsız olmuşdur. O, başqa vaxtlarda Ricatın üzərində bıçaq olduğunu görmüş, lakin onun nə məqsədlə üzərində bıçaq gəzdirdiyinin səbəbini bilmir. O Ricatdan heçnə soruşmamış və sonuncu ona kassadan pul tələb edəcəyini deməmişdir. Ricatın üzərində pul olduğunu əvvəlcədən bilirmiş. O, səs küy olduğu üçün Ricatın kassaya yaxınlaşaraq nə dediyini eşitməmişdir. O, Ricatın bıçaq çıxarmasını və kimisə hədələməsini görməmişdir. Belə ki, onun kassada baş verən hadisələri görmək imkanı olmamış, bu səbəbdən ümumiyyətlə kassada nə baş verdiyini görməmişdir. Ricat kassaya gedib gəldikdən sonra onlar içki içməyə davam etmişlər. Daha sonra polis əməkdaşları gələrək onları bölməyə aparmışlar. Bölmədə olarkən onun üzərindən 23 manat pul, Ricatın üzərindən isə bıçaq və pul aşkar olunmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə axşam radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu Xırdalan dairəsinin yaxınlığında yerləşən “Həkəri kafesi”nə getmişdirlər. Həmin kafedə Ricatla oturub yeyib içmişdilər.Onlar Ricatla ikilikdə təxminən 750 qramlıq spirtli içki araq içmişdirlər. Təxminən bir saat yarım oturduqdan sonra həmin kafedən çıxmışlar. Onlar kafedən çıxdıqdan sonra Ricatla qərarlaşmışlar ki, yolun digər tərəfində yerləşən “Aşıqlar kafesi”nə gedib pivə içsinlər.Bu məqsədlə saat təxminən 23 radələrində Ricatla birlikdə həmin kafeyə girmişlər, kafedə tanımadığı bir neçə nəfər müştəri olmuşdur. Ricatla həmin kafedə hərəsinə təxminən 2-3 ədəd “Go” adlı spirtli içki qəbul etmişdirlər. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişlər və ona bildirmişlər ki, kafenin sahibi onlara məlumat vermişdir ki, onlar kafedə ucadan danışmaqla və Ricatla öz aralarında söhbətlənərkən nəlayiq ifadələr işlətməklə digər müştərilərə maneçilik törədirlər. Lakin, həmin zaman spirtli içkinin təsiri altında olduqları üçün nə etdiklərini və hansı formada maneçilik törətdiklərini xatırlamır. Polis əməkdaşları onları nizam intizama dəvət etdikdən sonra getmişlər. Ricatla o, kafedə əvvəl əyləşdikləri masanın arxasında əyləşib spirtli içki içməyə davam etmişdirlər. Saat təxminən 23:45 radələrində Ricat masadan qalxıb kafedə kassa yerləşən masada əyləşən Səxavət adlı şəxsə yaxınlaşmış və onlar nə isə danışmışlar. O, güman etmişdir ki, Ricat ya hesabı ödəyəcəkdir, yada ki nə isə sifariş edəcəkdir. Ona görə də onlara əhəmiyyət verməmişdir. Lakin daha sonra görmüşdür ki, Ricat masada rəfə əlini atıb pul götürmüşdür və kafedən çıxmışdır. Bundan sonra o, nə baş verməsini aydınlaşdırmaq üçün masadan qalxıb kafedən çıxmışdır. Çöldə Ricatdan nə üçün oradan pul götürməsini soruşmuş, Ricat bildirmişdir ki, Səxavətdən 20 manat pul istəmiş, Səxavət də Ricata oradan götürə biləcəyini dediyindən masanın rəfındəki qutudan pulların hamısını götürmüşdür. Ricat evə gedəcəyini dediyi üçün onlar ayrılmışdır. O, evə gedərkən kafenin yaxınlığında polis əməkdaşları yaxınlaşıb onu 6-cı PB-nə dəvət etmişdirlər. O, həmçinin Ricatın Səxavətə yaxınlaşmasını görmüşdür. Lakin, onun bıçaq çıxarmasını və Səxavəti hədələməsini görməmişdir. Ricat Səxavətə yaxınlaşdıqda o, onun ya nə isə sifariş edəcəyini, ya da ki, hesabı öyrənib ödəyəcəyini güman etdiyini, Ricatın pulu götürüb kafedən çıxmasını gördükdə nə baş verdiyini aydınlaşdırmaq üçün Ricatın arxasınca kafedən çölə çıxdığını, o, Səxavət adlı şəxsdən pul tələb etmədiyini, həmin zaman ümumiyyətlə ona yaxınlaşıb ona hər hansı bir söz demədiyini və heç bir hərəkət etmədiyini, sonradan polis bölməsində o bilmişdir ki, Ricatın üzərində bıçaq olmuşdur və həmin bıçaq aşkar olunaraq götürüldüyünü, Ricatla hər hansı bir cinayət törətmək barədə əvvəlcədən hər hansı bir danışıqlarının və sövdələşmərinin olmadığını, həmçinin Ricatın kafedən götürdüyü pullardan ona heç bir məbləğ vermədiyini, onun nə qədər pul götürdüyünü bilmədiyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş hazırki cinayət işinin ibtidai istintaqını aparan DİN-nin Binəqədi RPİ-nin müstəntiqi X8 ifadəsində bildirmişdir ki, şahidlər Şahid2 Vidadi oğlu, Şahid3 və Şahid4 Azər oğlunun ittiham aktında ata adlarında texniki səhv olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanıyır. Digər Zərərçəkmiş şəxs2 isə onun əridir. Onlarla düşmənçiliyi və ədavəti yoxdur. O,hadisə olan gecə evdə olmuşdur. Həmin gün saat 11-dən etibarən o, uşaqları ilə evdə olmuş, yoldaşı Lətif isə xəstəxanada olmuşdur. Yoldaşının belində yırtığı olduğu üçün xəstəxanaya iynə vurdurmağa getmişdir. Lətif evə təxminən saat 23:30 radələrində qayıtmışdır. Buna səbəb isə bölmədən zəng gəlməsi olmuşdur. O “102” xidməti-zəng mərkəzinə zəng vurmuşdur. Səxavət ona zəng vuraraq bildirmişdir ki, Ricat kafeyə gələrək 20 (iyirmi) manat məbləğində pul istəyir. O isə Səxavətə Ricata pul verməməsini bildirmişdir. Təxminən 15- 20 dəqiqə vaxt keçdikdən sonra Səxavət ona zəng vuraraq Ricatın pul götürüb getdiyini bildirmişdir. O da əsəbləşərək “102” xidməti-zəng mərkəzinə zəng vurmuşdur. O, “102” xidməti-zəng mərkəzinə bildirmişdir ki, yoldaşı kafedə yoxdur və Ricat 20 (iyirmi) manat məbləğində pul istəmişdir. Səxavət isə vermədiyinə görə Ricat içkili halda kassadan bütün pulları götürərək getmişdir. Ricat həyat yoldaşı ilə yaxın olduqları üçün onu tanıyır. Səxavət əvvəlcə Lətifə zəng etmiş, lakin Lətif, zəngə cavab vermədiyi üçün daha sonra onu yığmışdır. O, “102” xidməti-zəng mərkəzinə ***-***-**-** saylı nömrədən zəng etmişdir. 2 nəfər şəxsin əlində bıçaqla kafeyə daxil olması barədə məlumatın yazılmasının səbəbini bilmir. Səxavət ona Ricatın bıçaqla kafeyə gələrək onu hədələdiyini deməmişdir. O, “102” xidməti-zəng mərkəzinə zəng edərək Ricatın bıçaqla kafeyə gələrək hədələdiyini deməmişdir. Ricat dəfələrlə onun yoldaşından pul istəmiş, yoldaşı da hər zaman pul vermişdir. O, Ricatla telefonda dalaşdıqdan sonra “102” xidməti-zəng mərkəzinə zəng vurmuşdur. O, Ricatdan pulları götürüb getməsinin səbəbini soruşduqda Ricat ona yaxşı elədiyini bildirmişdir. Ricat içkili olduğu üçün Səxavət özü də qorxmuşdur. Səxavət hər zaman dava-dalaşdan uzaq olan bir adam olmuşdur. Səxavət əvvəlcə Lətifə zəng edərək Ricatın kafeyə gələrək pul istədiyini və bu səbəbdən Lətifin oraya gəlməsini bildirmişdir. Lakin 2-ci dəfə zəng etdikdə Lətif telefonu açmamış və onu yığmışdır. O, Ricatın Səxavəti itələyib pul götürdüyünü eşitməmişdir. Lakin ehtimal edir ki, orada ancaq itələmə ola bilər. O, Ricatın Səxavətə bıçaq çıxardığını eşitməmiş və bu barədə kiməsə nəsə deməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 28 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 01, iş vərəqə 1) 26 mart 2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində Aşıqlar kafesinin müdürü Lətif adlı şəxs PB-nin növbətçi hissəsinə zəng vuraraq 2 nəfər şəxsin kafedə münaqişə etdiyini bildirərək təcili polisin gəlməsini istəmişdir. (Cild 01, iş vərəqə 3) 27 mart 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:16 radələrində Binəqədi rayonu Nurlu YYM-də yaşayan Zərərçəkmiş şəxs2 DİN-nin 102xidmətinə zəng vuraraq (2********) Aşıqlar kafesində 2 nəfər şəxsin əlində bıçaqla kafeyə daxil olaraq kassada olan pulu götürüb qaçmaları barədə məlumat vermişdir. (Cild 01, iş vərəqə 4). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, “Aşıqlar” adlı kafedə olmuşdur. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (Cild 1, iş vərəqə 5-8). xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23:45 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 PB-nin növbətçi hissəsinə zəng vuraraq 2 nəfər şəxsin kafedə münaqişə yaratması barədə verdiyi məlumat ilə əlaqədar polis əməkdaşları “Aşıqlar” kafesinə yaxınlaşmışlar, lakin fakt təsdiqini tapmadığı üçün PB-nə qayıdan zaman vətəndaş Zərərçəkmiş şəxs2 yenidən DİN-nin 102 xidmətinə zəng edərək həmin şəxslərin quldurluq hadisəsi törətdiklərini bildirən zaman dərhal həmin kafeyə yaxınlaşıb həmin şəxsləri kafenin yaxınlığında saxlayaraq PB-nə dəvət etmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və X5rlar. (Cild 1, iş vərəqə 11). xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin məsul növbətçisi polis mayoru Sənan Abışovun tərtib etdiyi aktdan görünür ki, 27 mart 2023-cü il tarixdə saat 00:45 radələrində DİN-in 102 mərkəzindən daxil olmuş məlumatla bağlı əməliyyat qrupunun üzvləri tərəfindən içkili vəziyyətdə PB-nə gətirilən Təqsirləndirilən şəxs üzərindən 65 (altmış beş) manat pul və 1 (bir) ədəd bıçaq (açılıb bağlanan), Şahid1 üzərindən isə 23 (iyirmi üç) manat pul aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqə 12). “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2023-cü il tarixli, 2/9161 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. (Cild 1, iş vərəqə 13). “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2023-cü il tarixli, 2/9162 saylı protokoldan görünür ki, Şahid1 xx.xx.2023cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. (Cild 1, iş vərəqə 14). xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Məmmədov X3 RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu Xırdalan dairəsində yerləşən işlədiyi Aşıqlar adlı kafesinə gələn 2 (iki) nəfər şəxs bıçaqla onu hədələyərək kassadan təxminən 40-45 manat pul götürmüşdür. (Cild 1, iş vərəqə 49-52). “Şübhəli şəxsin tutulması haqqında” 28 mart 2023-cü il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 49-52). “Şübhəli şəxsin tutulması haqqında” 28 mart 2023-cü il tarixli protokoldan və qərardan görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 68-72). “Şübhəli şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. (Cild 1, iş vərəqə 94-95) “Şübhəli şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. (Cild 1, iş vərəqə 98-99) “Əməlin tövsif edilməsi haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrindən, həmin Məcəllənin 181.2.5-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 109) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsiondə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 111) Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan (hakim:A.Qurbanova) görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 132-135) DİN BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmündən görünür ki, Cəfərov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək,yəni 04 (dörd) ay 25 (iyirmi beş) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində 02 (iki) il 07 (yeddi) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və 02 (iki) il müddətə sınaq müddəti təyin edilmişdir. (Cild 1, iş vərəqə 136-137, 156-165) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 21-2/3-265051 saylı məktubdan görünür ki, Cəfərov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş sınaq müddəti başa çatdığı üçün xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 610 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində xəsarət aşkar olunmamışdır. (Cild 1, iş vərəqə 146-147) Məhkəmə-ballistik ekspertizasının 02 may 2023-cü il tarixli, 3/596 nömrəli rəyi ilə müəyyən edilmişdir ki:-tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəf kəsici, ucu deşici xassəyə malik olan, məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. (Cild 1, iş vərəqə 169-171) “Maddi sübut qismində tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, cinayət yolu ilə əldə etdiyi 45 (altmış beş) manat pul və 01 (bir) ədəd bıçaq (açılıb bağlanan) iş üzrə maddi sübut kimi tanınmış, 45 (qırx beş) manat pul sahibi Zərərçəkmiş şəxs2 qaytarılmış və 01 ədəd bıçaq isə Binəqədi RPİ-nin saxlanc otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 190) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1467 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal - hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinə əsasən belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 197-198) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” 02 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələrinin tərkibi müəyyən edilmədiyindən hər iki şəxsin barəsində qeyd olunan maddələrlə aparılan cinayət təqibi üzrə icraata xitam verilmiş, Şahid1 və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180, 186-cı maddəsinin tərkibi olmadığından, hər iki şəxsin barəində cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221 və 228.4-cü maddələrinin tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CMnin 180,181, 182, 221 və 307-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şahid1 xırda xuliqanlıq əməlini törətməsi müəyyən edildiyindən, onun barəsində çıxarılmış qərar Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə göndərilmişdir. (Cild 1, iş vərəqə 200-212). “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan etmək haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 216-217). xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə, saat 23:55 radələrində işlədiyi “Aşıqlar” kafesində kassa olan masa arxasında olduğunu, Ricat masadan qalxaraq ona yaxınlaşıb 20 manat istədiyini, o, da Ricata pulunun olmadığını deməsini, bu zaman Ricat sağ yan hissəsindən bir ədəd əl tutan hissəsi şabalıdı rəngli, açılıb-bağlanan bıçağı çıxarıb ona tuşlanmış vəziyyətdə saxladığını və 20 manat pulu verməyini tələb edərək “pulu verməsən səni deşik-deşik edəcəm” deməsini, o, Ricata pulu verməyəcəyini dedikdə Ricat masanın rəfindəki ağzı açıq vəziyyətdə olan qutunun içərisinə əlini atıb qutudan 45 manat pulu götürərək kafedən çölə çıxmasını Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 103-105). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin qərarın 23-cü bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Həmin Plenum qərarının 25-ci bəndinin ikinci abzasında qeyd edilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.)həmçinin hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər(məsələn, mexaniki püskürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, zərərçəkmiş şəxslərə, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadəsini, yəni onun Zərərçəkmiş şəxs1 bıçaqla hədə qorxu gələrək pul tələb etmədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyləri, hadisə barədə 102 xidmətinə məlumat verilməsini əks etdirən detallı ilkin materiallar, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi, silah qismində istifadə edilən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağını nümayiş etdirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək pul tələb etməsi və təqsirləndirilən şəxsin həmin an üçün yaratdığı vəziyyət psixi təsir kimi zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsinin real mənzərəsini tam əks etdirir. Bu hərəkətlərin məcmusu isə silah qismində tətbiq edilən əşyadan istifadə edilməklə quldurluq cinayətinin tərkib əlamətlərini tam əhatə edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması iş üzrə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Cəfərov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 04 (dörd) ay 25 (iyirmi beş) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində 02 (iki) il 07 (yeddi) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və 02 (iki) il müddətə sınaq müddəti təyin edilmişdir. (Cild 1, iş vərəqə 136-137, 156-165) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 21-2/3-265051 saylı məktubdan görünür ki, Cəfərov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş sınaq müddəti başa çatdığı üçün xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-ci il tarixdən 30 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 31 mart 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göründüyü kimi, hazırki cinayət hadisəsi əvvəlki hökmlə təyin olunmuş sınaq müddət ərzində baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edilərkən Cinayət Məcəlləsinin 71.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-nin 67-ci maddəsi üzrə hökmlərin məcmusu qaydasında cəza təyin edilməli, həmçinin cəza təyin edərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə göstərilənləri nəzərə almaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 (iki) il sınaq müddətinin tətbiq olunmasına dair şərti məhkum etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və əvvəlki iş üzrə həbsdə olduğu 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus 45 (qırx beş) manat pulun sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Lakin hazrki işdə məhkəmə xərcləri mövcud deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri M.B.M Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri M.B.M Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 02 (iki) il sınaq müddətinin tətbiq olunmasına dair şərti məhkum etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına əvvəlki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirməklə ona qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və əvvəlki iş üzrə həbsdə olduğu 04 (dörd) ay 25 (iyirmi beş) gün müddət hazırki hökmlə qəti olaraq ona təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 08 (səkkiz) il 07 (yeddi) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd bıçaq məhv edilsin, 45 manat pulun sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri M.B.M Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın, ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar