Məhkəmə qərarları › İş №1(101)-657/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-657/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-657/2025 13.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: X9, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçilər: «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçilər: X13 və X22 iştirakı ilə açıq məhkəmə iclasında,

1. xx xxxxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 127 İnzibati binada qeydiyyatda olamaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 221.2.1-ci maddələri ilə;

2. xx xxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə;

3. xx xxx 1998-ci ildə Rusiya Federasiyası Tambov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədib xuliqanlıq edib və qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı X36 ilə bir qrup şəxs halında 05 fevral 2024-cü il tarixdə saat 21:20-də ünvan 5 ünvanda yerləşən «Qarabağ Playstation» oyun zalına gələrək sevgilisi Şahid1 ilə tanışı X12 arasında baş vermiş mübahisə ilə bağlı sonuncuya qarşı kobudluq edərkən, oyun zalında müştəri qismində olan Nərmin Qazzayevanın tanışlarından Əfqanistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs3 buna irad bildirməsini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan, ictimai yer olan həmin oyun zalında Zərərçəkmiş şəxs3 və sonuncunun yanında olan Zərərçəkmiş şəxs2 ilə mübahisə edib, Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadələr işlətməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan həmin yerə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs3 sol sifət nahiyəsinə qəsdən vurub zor tətbiq etməklə sonuncuya sol yanaq nahiyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirən zaman qrupun digər üzvü Vüsal Səfərli də üzərində olan bıçaqdan silah qismində istifadə etməklə zor tətbiq edib Alillah Ansarının tanışı Zərərçəkmiş şəxs2 boyunun yuxarı 1/3-nin arxa səthinin 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin 01 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan, dərəcəsinə görə hər biri ayrı- ayrılıqda, həm də, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qərəzli hərəkətlər törədib xuliqanlıq etmişdir. Bundan başqa o, tanışları Təqsirləndirilən şəxs2, X36 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə 24 mart 2024-cü il tarixdə saat 05 radələrində özünün dəvəti ilə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsi 84 nömrəli evə qonaq gəlmiş və hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən yumruqla sifətinin sol nahiyəsindən, Vüsal Səfərli tərəfindən əli ilə başından, Təqsirləndirilən şəxs3 tərəfindən sillə ilə sifətindən, kəllə ilə alın nahiyəsindən vurub Zərərçəkmiş şəxs1 sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən sol almacıq, burun nahiyələrinin qançırları və sağ çənə nahiyəsinin sıyrığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətraf nahiyənin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın cinayət hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 hədələyərək basqın edib, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 500 manat dəyərində **********04950 İmei kodlu “İphone 11” markalı mobil telefonu və 01 ədəd 120 manat təşkil edən ağ rəngli, üzərində "A2700 523 mAh” yazıları olan qulaqcığın alınmasına nail olub ələ keçirməklə ümumilikdə 620 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1, X36 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə 24 mart 2024-cü il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs1 dəvəti ilə Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsi 84 nömrəli evə qonaq gəlmiş və hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 yumruqla sifətinin sol nahiyəsindən, Təqsirləndirilən şəxs3 tərəfindən sillə ilə sifətindən, kəllə ilə alın nahiyəsindən, Vüsal Səfərli tərəfindən əli ilə başından vurub Zərərçəkmiş şəxs1 sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən sol almacıq, burun nahiyələrinin qançırları və sağ çənə nahiyəsinin sıyrığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətraf nahiyənin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın cinayət hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 hədələyərək basqın edib, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 500 manat dəyərində **********04950 İmei kodlu “İphone 11” markalı mobil telefonu və 01 ədəd orta bazar qiyməti 120 manat təşkil edən ağ rəngli, üzərində “A2700 523 mAh” yazıları olan qulaqcığın alınmasına nail olub ələ keçirməklə, ümumilikdə 620 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək özgənin əmlakını ələ keçirməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1, X36 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə 24 mart 2024-cü il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs1 dəvəti ilə Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsi 84 nömrəli evə qonaq gəlmiş və hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 sillə ilə sifətindən, kəllə ilə alın nahiyəsindən, Təqsirləndirilən şəxs2 tərəfindən yumruqla sifətinin sol nahiyəsindən, Vüsal Səfərli tərəfindən əli ilə başından vurub Zərərçəkmiş şəxs1 sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən sol almacıq, burun nahiyələrinin qançırları və sağ çənə nahiyəsinin sıyrığı və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətraf nahiyənin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın cinayət hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 hədələyərək basqın edib, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 500 manat dəyərində **********04950 İmei kodlu “İphone 11” markalı mobil telefonu və 01 ədəd orta bazar qiyməti 120 manat təşkil edən ağ rəngli, üzərində “A2700 523 mAh” yazıları olan qulaqcığın alınmasına nail olub ələ keçirməklə, ümumilikdə 620 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxslərə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

1. Belə ki, vətəndaş Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəisinə ünvanlanmış ərizədən müəyyən olunur ki, 3 gün qabaq X23, Vahid və Ülvi adlı şəxslər onu döyərək mobil telefonunu əlindən almışlar (cild 1, i/v 5).

2. Məhkəmədə elan edilib araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, hadisə ünvan 7 ünvandan yerləşən fərdi yaşayış evində baş vermişdir. Fərdi yaşayış evinin həyətində giriş qapısı taxta materialdandır, həyətə girişdə sağ tərəfdə sanitar qovşaq (hamam-tualet) yerləşir. Həyətə giriş qapısı ilə üzbəüz evə giriş qapısı mövcuddur. Evə daxil olduqda 3x4 metr ölçüdə dəhliz-mətbəx yerləşir, qapıdan sağ tərəfdə paltaryuyan maşın, rakovina, paltaryuyan maşının qarşısında masa, masanın ətrafında stullar vardır. Dəhliz-mətbəxdən irəli keçdikdə 4x4 metr ölçüdə otaq yerləşir. Otaqda giriş qapısı ilə üzbəüz uzaq küncdə paltar şkafı, şkafın sağ tərəfində çarpayı, qapıdan sağ tərəfdə divan, divanın qarşısında jurnal masası vardır. Baxış zamanı evdən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, i/v 6).

3. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın könüllü təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, protokol Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə tərtib edilmiş, Təqsirləndirilən şəxs2 könüllü olaraq “Airpord” markalı qulaqcığı təqdim etmiş, Qanuni nümayəndə1 təqdim olunan qulaqcığı nəzərdən keçirib, rənginə, üzərində olan yazılara görə tanıyıb, qulaqcığın ona məxsus olduğunu bildirmişdir. “Airpord” markalı qulaqcığ iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 1, i/v 12).

4. Məhkəmədə elan edilib araşdırılmış “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 979 və 980 nömrəli aktlardan müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sidiyində narkotik vasitələrin və psixotrop maddələrin izləri aşkar edilmişdir (cild 1, i/v 35-36).

5. Məhkəmədə elan edilib araşdırılmış 28 mart 2024-cü il tarixli tutma haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməktdə şübhəli bilinərək tutulmuşdur (cild 1, i/v 65).

6. Məhkəmədə elan edilib araşdırılmış 28 mart 2024-cü il tarixli tutma haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməktdə şübhəli bilinərək tutulmuşdur (cild 1, i/v 83).

7. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi “İnstagram” sosial şəbəsi ilə aparılmış və A4 formatında olan kağız üzərinə printer vasitəsi ilə çap edilmiş SMS yazışmalarına baxış keçirilmişdir. Baxış zamanı Orxan-orik_003» adlı «İnstaqram» sosial şəbəkə səhifəsindən «Qabağıma çıxma, səni «nalayiq ifadə» qoru özünü, soxacam qara «nalayiq ifadə»», nalayiq ifadələrlə görüşə dəvət etmək məzmununda SMS mesajları olduğu müəyyən edilmişdir (cild 1, i/v 109).

8. Məhkəmədə elan edilib araşdırılmış 29 mart 2024-cü il tarixli tutma haqqında protokoldan müəyyən olunur ki, X36 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməktdə şübhəli bilinərək tutulmuşdur (cild 1, i/v 143).

9. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 05 radələrinə qədər Orxangildə olmuşdur. Saat 5 radələrində Ülvi məndən istifadə etdiyi “İphone 11” markalı mobil telefonu “İnstagram” sosial şəbəkəsinə daxil olub baxıb qaytaracağı adı ilə istəmişdir. O telefonu ekran kilidindən çıxarıb Ülviyə vermişdir. Ülvi biraz onun telefonuna baxandan sonra onun telefonunu qəsdən ekran kilidinə salmış və ondan kilidin şifrəsini deməyini istəmişdir. Həsən isə ona buna görə etiraz etmiş və telefonun özünə məxsus olduğunu bildirmişdir. X45 yaxınlaşmış və Orxan onun telefonunun kilidindən xəbəri olmuşdur. Orxan kilidin şifrəsini Ülviyə demiş, Ülvi telefonu kiliddən çıxararaq onun şəxsi şəkillərinə baxaraq pozmağa başlamışdır. O telefonunu tələb etdikdə Ülvi qaytarmamışdır. Bu səbəbə görə otaqda Ülvi və Orxanla sözlə mübahisə etmişdir. Daha sonra Vahid və Vüsal onu evin həyətinə çıxarmışlar, onlara bu məsələ ilə bağlı iradını bildirmişdir. O söhbət edən zaman Vahid ona yumruq, Vüsal ona sillə vurmuşdur. Daha sonra evə daxil olmuşlar, 10 dəqiqə sonra Ülvi ona yaxınlaşmış, kinayə ilə “telefonunu istəyirsən?” deyib, ilk olaraq sifətinin sağ tərəfinə iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyyəsindən vurmuşdur. O huşunu itirmiş, özünə gəldikdən sonra yene telefonunu tələb etmiş, Ülvi isə verməmişdir. Ülvi həmçinin əl çantasının içərisindən onun “Airpords” –da götürmüş və polisə deyəcəyi təqdirdə daha pis olacağı ilə hədələmişdir. Telefonun üzlüyünü və daxilində olan ***-***-**-** saylı mobil nömrə Ülvi tərəfindən ona qaytarılmışdır. Həmin gündən bu günədək Orxan ona “İnstagram” sosial şəbəkəsi vasitəsilə hədə-qorxu məzmunlu smslər yazır. Hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə nəticəsində ona 650 manat dəyərində maddi ziyan dəymişdir. Ülvi və Vahid ona fiziki zor tətbiq etmələri nəticəsində xəsarət almışdır. Zərərçəkmiş şəxs1 sözlərinə qarşılıq olaraq Orxan Mehdiyev üzünə qarşı bildirmişdir ki, həmin gün Həsən Ülvidən telefonunu istəsədə Ülvi ona telefonu qaytarmamışdır. Orxan sonradan bilmişdir ki, Ülvi həmdə Həsənin çantasından onun qulaqcıqlarınıda götürmüşdür, onun bundan xəbəri olmamışdır. O Ülvinin Həsəni vurduğnu görməmişdir. Yalnız bir dəfə onlar olan otağa keçəndə Həsənin ağladığını, Ülvinin isə “ağlama” deyərək onu yumruqla vuracağı ilə hədələdiyini görmüşdür. Ülvinin heç kimin sözünə qulaq asmayan biri olduğunu bilib ona heçnə deməmişdir. O,Vahid, Vüsal və Fidan Ülviyə heçnə deməmişlər (cild 1, i/v 162-164).

10. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 Pəviz oğlunun xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 05 radələrinə qədər Orxangildə olmuşdur. Saat 5 radələrində Ülvi məndən istifadə etdiyi “İphone 11” markalı mobil telefonu “İnstagram” sosial şəbəkəsinə daxil olub baxıb qaytaracağı adı ilə istəmişdir. O telefonu ekran kilidindən çıxarıb Ülviyə vermişdir. Ülvi biraz onun telefonuna baxandan sonra onun telefonunu qəsdən ekran kilidinə salmış və ondan kilidin şifrəsini deməyini istəmişdir. Həsən isə ona buna görə etiraz etmiş və telefonun özünə məxsus olduğunu bildirmişdir. X45 yaxınlaşmış və Orxan onun telefonunun kilidindən xəbəri olmuşdur. Orxan kilidin şifrəsini Ülviyə demiş, Ülvi telefonu kiliddən çıxararaq onun şəxsi şəkillərinə baxaraq pozmağa başlamışdır. O telefonunu tələb etdikdə Ülvi qaytarmamışdır. Bu səbəbə görə otaqda Ülvi və Orxanla sözlə mübahisə etmişdir. Daha sonra Vahid və Vüsal onu evin həyətinə çıxarmışlar, onlara bu məsələ ilə bağlı iradını bildirmişdir. O söhbət edən zaman Vahid ona yumuruq, Vüsal ona sillə vurmuşdur. Daha sonra evə daxil olmuşlar, 10 dəqiqə sonra Ülvi ona yaxınlaşmış, kinayə ilə “telefonunu istəyirsən?” deyib, ilk olaraq sifətinin sağ tərəfinə iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyyəsindən vurmuşdur. O huşunu itirmiş, özünə gəldikdən sonra yene telefonunu tələb etmiş, Ülvi isə verməmişdir. Ülvi həmçinin əl çantasının içərisindən onun “Airpords” –da götürmüş və polisə deyəcəyi təqdirdə daha pis olacağı ilə hədələmişdir. Telefonun üzlüyünü və daxilində olan ***-***-**-** saylı mobil nömrə Ülvi tərəfindən ona qaytarılmışdır. Həmin gündən bu günədək Orxan ona “İnstagram” sosial şəbəkəsi vasitəsilə hədə-qorxu məzmunlu smslər yazır. Hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə nəticəsində ona 650 manat dəyərində maddi ziyan dəymişdir. Ülvi və Vahid ona fiziki zor tətbiq etmələri nəticəsində xəsarət almışdır. Zərərçəkmiş şəxs1 sözlərinə qarşılıq olaraq Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, digər otaqda olanda Həsənin Ülviyə “qaytar telefonumu” dediyini, Ülvinin isə “vermirəm nə edəssən” dediyini eşitmişdir. Ülvinin heç kimin sözünə qulaq asmayan biri olduğunu bilib ona heçnə deməmişdir. O,Orxan, Vüsal və Fidan Ülviyə heçnə deməmişdir. Onlar arasında mübahisə gedərkən, Ülvi ona Həsənin başqalarının yanında onun sevdiyi qızı, sevdiyini bildirmiş, bu söz ona pis təsir etmişdir. Bu sözə görə Həsəni bayıra çıxartmış, bir ikidəfə yumruq və sillə ilə onu vurmuşdur. Həmin vaxt həyətə Orxan, Fidan, Ülvi və Vüsal çıxıb onu vurmamağı xahiş etdilər. Mübahisə 5-6 dəqiqə çəkmişdir. Təxminən saat 05-06 radələrinədək Həsən Ülvidən telefonunu tələb etsədə o qaytarmamışdır. Ülvinin tez-tez Həsəni kənara çəkərək, təklikdə söhbət etdiyini görmüş, lakin onu vurmasını görməmişdir. (cild 1, i/v 165-167).

11. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs X24 xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Vüsal Səfərlinin üzün qarşı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 05 radələrinə qədər Orxangildə olmuşdur. Saat 5 radələrində Ülvi məndən istifadə etdiyi “İphone 11” markalı mobil telefonu “İnstagram” sosial şəbəkəsinə daxil olub baxıb qaytaracağı adı ilə istəmişdir. O telefonu ekran kilidindən çıxarıb Ülviyə vermişdir. Ülvi biraz onun telefonuna baxandan sonra onun telefonunu qəsdən ekran kilidinə salmış və ondan kilidin şifrəsini deməyini istəmişdir. Həsən isə ona buna görə etiraz etmiş və telefonun özünə məxsus olduğunu bildirmişdir. X45 yaxınlaşmış və Orxan onun telefonunun kilidindən xəbəri olmuşdur. Orxan kilidin şifrəsini Ülviyə demiş, Ülvi telefonu kiliddən çıxararaq onun şəxsi şəkillərinə baxaraq pozmağa başlamışdır. O telefonunu tələb etdikdə Ülvi qaytarmamışdır. Bu səbəbə görə otaqda Ülvi və Orxanla sözlə mübahisə etmişdir. Daha sonra Vahid və Vüsal onu evin həyətinə çıxarmışlar, onlara bu məsələ ilə bağlı iradını bildirmişdir. O söhbət edən zaman Vahid ona yumuruq, Vüsal ona sillə vurmuşdur. Daha sonra evə daxil olmuşlar, 10 dəqiqə sonra Ülvi ona yaxınlaşmış, kinayə ilə “telefonunu istəyirsən?” deyib, ilk olaraq sifətinin sağ tərəfinə iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyyəsindən vurmuşdur. O huşunu itirmiş, özünə gəldikdən sonra yene telefonunu tələb etmiş, Ülvi isə verməmişdir. Ülvi həmçinin əl çantasının içərisindən onun “Airpords” –da götürmüş və polisə deyəcəyi təqdirdə daha pis olacağı ilə hədələmişdir. Telefonun üzlüyünü və daxilində olan ***-***-**-** saylı mobil nömrə Ülvi tərəfindən ona qaytarılmışdır. Həmin gündən bu günədək Orxan ona “İnstagram” sosial şəbəkəsi vasitəsilə hədə-qorxu məzmunlu smslər yazır. Hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hadisə nəticəsində ona 650 manat dəyərində maddi ziyan dəymişdir. Ülvi və Vahid ona fiziki zor tətbiq etmələri nəticəsində xəsarət almışdır. Vüsalda onun başından bir-iki sillə vurmuşdur. Zərərçəkmiş şəxs1 sözlərinə qarşılıq olaraq Vüsal Səfərli üzünə qarşı bildirmişdir ki, 23 mart 2024-cü il tarixdə saat 15-16 radələrində o Orxanın dəvəti ilə onun yaşadığı evə qonaq getmişdir. Orada Təqsirləndirilən şəxs2, Ülvini və Fidanı görmüşdür. Həmin vaxt Orxanın anası evdə olmamışdır. 24 mart 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 da Orxanın yaşadığı evə gəlmişdir. O yorğun olduğunda yatmış və saat 10 radələrində oyanmışdır. Həmin vaxt Həsəndən başqa adları yuxarıda qeyd olunanlar və Orxanın anası evdə idi. Ona məlum olmuşdur ki, Ülvi Həsənin “İphone 11” markalı mobil telefonunu alıb özündə saxlamışdır. Ülvinin deməsinə görə buna səbəb Həsənin onun sevdiyi və Orxanın sevdiyi qızla ayrı-ayrılıqda onların xəbəri olmadan əlaqə saxlamağı olmuşdur. O Ülvi və Həsən arasında olan mübahisənin şahidi olmamışdır. (cild 1, i/v 168-169).

12. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-176/2024 nömrəli xx.xx.2024-ci il tarixli qərarından müəyyən olunur ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla X24 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, o məhkəmə zalında həbsdən azad edilmişdir (cild 2, i/v 24-28).

13. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, X36 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 29-30).

14. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-177/2024 nömrəli xx.xx.2024-ci il tarixli qərarından müəyyən olunur ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 16-19).

15. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-178/2024 nömrəli xx.xx.2024-ci il tarixli qərarından müəyyən olunur ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 20-23).

16. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞnin ********* nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 olduğu yeri müəyyən etmək mümkün olmamışdır (cild 2, i/v 50).

17. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 12 aprel 2024-cü il tarixli 1/1600 nömrəli məktubundan müəyyən olunur ki, ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs1 son 5 ildə, Təqsirləndirilən şəxs3 son 10 ildə qeyd olunan xəstəxanaya stasionar müalicə üçün müraciət etməyiblər (cild 2, i/v 63-64).

18. Təqsirləndirilən şəxs2 ilk dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin göndərişinə əsasən 19 fevral 2021-ci il tarixdə qeyd olunan xəstəxanada «Yüngül dissosiativ-konversion pozuntusu, anamnezində özünükəsmələr», təkrarən 10 sentyabr 2021-ci il tarixdə «Mülayim ifadə olunmuş dissosiativ-konversion pozuntusu, anamnezində özünükəsmələr», diaqnozu ilə qeyd olunan xəstəxanada müayinədə olmuş, sonuncu dəfə 13 sentyabr 2021-ci il tarixdə müayinəyə qəbul olunmuş, xəstəxananın rejimini pozaraq heç kimə xəbərdarlıq etmədən tam müayinə olunmadan xəstəxananı tərk etmişdir (cild 2, i/v 63-64).

19. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X40 19 aprel 2024-cü il tarixli 5032 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmayıblar (cild 2, i/v 66).

20. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X40 22 aprel 2024-cü il tarixli xx/xx-4679 nömrəli məktubundan müəyyən olunur ki, Şahid1 və Zərərçəkmiş şəxs1 adı qeyd olunan mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Təqsirləndirilən şəxs1 adı qeyd olunan mərkəzdə müalicədə olmayıb, xx.xx.2024-cü il tarixdən Opioid qəbulu nəticəsində aslılıq sindromu diaqnozu ilə profilaktik (1 illik) qeydiyyatdadır. Təqsirləndirilən şəxs2 adı qeyd olunan mərkəzdə müalicədə olmayıb, xx.xx.2024-cü il tarixdən Opioid və psixostimulyatorun birgə qəbulu nəticəsində aslılıq sindromu diaqnozu ilə dispanser (5 illik) qeydiyyatdadır. X36 adı qeyd olunan mərkəzdə müalicədə olmayıb, xx.xx.2024-cü il tarixdə ambulator məcburi tibbi yoxlamadan keçmişdir. Təqsirləndirilən şəxs3 oğli adı qeyd olunan mərkəzdə xx.xx.2020-xx.xx.2020, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Opioid qəbulu nəticəsində aslılıq sindromu diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur (cild 2, i/v 68).

21. Məhkəmədə elan edilib araşdırılmış “şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində tutulma tətbiq edilməklə axtarış elan olunmuşdur (cild 2, i/v 70-71).

22. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin məsul növbətçisi, polis mayoru Saleh Zahidov tərəfindən tərtib edilərək həmin bölmənin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 21:30-da DİN-nin 102 xidmətindən ********** saylı məlumat daxil olmuşdur ki, Sultanzadə Sevil zəng etmiş və Sahil m/s yaxınlığında naməlum şəxsin bıçaqlanması barədə məlumat vermişdir (cild 2, i/v 121).

23. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ünvan 9 ünvanında yaşayan Əfqanıstan vətəndaşı X33 ərizəsindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Səbail rayonu Bül-Bül prospektində yerləşən “Qarabağ” playstation oyun zalında tanımadığı şəxs tərəfindən boynundan və belindən bıçaqlanmışdır (cild 2, i/v 122).

24. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 52-də yaşayan Əfqanıstan İslam Respublikası vətəndaşı X11 ərizəsindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində Səbail rayonu Bül-Bül prospektində yerləşən “Qarabağ” playstation oyun zalında Orik ləqəbli qiyabi tanıdığı şəxs tərəfindən döyülmüş, döyüldüyü hadisədə dostu X25 bıçaqlanmışdır (cild 2, i/v 127).

25. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış keçirilən yer Bakı şəhəri Səbail rayonu Bülbül prospekti 6 ünvanında, avtomobil yolunun solunda pilləkənlərlə aşağı endikdə zirzəmidə yerləşən “Qarabağ” adlı playstation oyun obyektidir. Qapıdan içəri daxil olduqda, kassanın yanında 14 nömrəli masanın yanı ümumi zaldır. Obyektdə girişdən solda kassa və solda yerləşən oturacaq, televizor, playstation oyun aparatı və oyun idarəetmə çubuğu yerləşir. Obyektə 1 saylı Poliklinikanın həyətindən, arxa girişdən daxil olmaq üçün ehtiyyat yanğın qapısı mövcuddur. Arxa tərəfdə kabinetlər yerləşir. “Qarabağ” playstation klub Sahil metrosu ətrafında “Beer point” pubun solunda “Aysel” ətriyyat mağazası ilə üzbəüz yerləşir (cild 2, i/v 133-134).

26. Məhkəmədə elan edilib araşdırılmış “video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində saat 21:19-da bir qrup üzləri görünməyən şəxs Səbail rayonu, Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalının içərisində, girişdən sağda, ödəniş etmək üçün nəzərdə tutulmuş kassanın yanında toplaşmışdır. Bir neçə şəxs arasında mübahisə yaranmış, kim tərəfindən deyilməsi məlum olmasada nalayiq ifadələr işlədilmiş, saat 21:20-də tərəflərdən biri digərinə yumruq atmış, nəticədə qarşılıqlı bir neçə nəfər birbirinə zor tətbiq etmiş, saat 21:22-də digər şəxslərin müdaxiləsi ilə h əmin şəxslər obyektdən kənarlaşdırılmışdır (cild 2, i/v 137).

27. Həmin video görüntülərə məhkəmə baxışında baxılmış, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, bu görüntü onlara aid olmaqla özünü həmin görüntüdə görüb tanımışdır.

28. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 08 fevral 2024-cü il tarixli 60 nömrəli rəyindən müəyyən olunur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs2nin bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyunun yuxarı 1/3nin arxa səthinin 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici xarakterli alətin (alətlərin) təsirindən törənmişlər, həmin xəsarətlər 05 fevral 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda, həm də, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 2, i/v 141-143).

29. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 08 fevral 2024-cü il tarixli 61 nömrəli rəyindən müəyyən olunur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs3nin bədəni üzərində müəyyən edimliş xəsarət - sol yanaq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, 05 fevral 2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 2, i/v 144-146).

30. Məhkəmədə elan edilib araşdırılmış “şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2, ona təqdim edilən 4 nəfər şəxsin fotoşəkillərini nəzərdən keçirib 2 (iki) nömrəli şəkildə olan şəxsi, yəni X24 fotoşəkilini göstərərək bildirmişdir ki, baş vermiş hadisə zamanı əlində olan bıçaqla onun bel və boy nahiyyəsinə vuraraq bədən xəsarəti yetirən şəxsdir. (cild 2, i/v 196-197).

31. Məhkəmədə elan edilib araşdırılmış “axtarış elan edilməsi və ittihamın elan edilməsi üçün şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, X24 yeri müəyyən edilən zaman, ittiham elan edilməsi üçün tutularaq Səbail RPİ-nin MSYnə təhvil verilməsi qət olunmuşdur (cild 2, i/v 221-222).

32. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsə ittiham edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona bu maddə ilə ittiham elan edilmişdir (cild 2, i/v 244-245).

33. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin adiyyatı üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Bakı şəhəri Səbail RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi, barəsində Bakı şəhəri Sabunçu RPİnin İŞ-də CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Sabunçu RPİ-nə göndərilmişdir (cild 2, i/v 261-262).

34. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə fakta gör başlanılıb icraata qəbul edilərək istintaqı aparılmışdır. Bakı şəhəri Səbail RPİ-nin İŞ-də istintaq edilən Təqsirləndirilən şəxs1 tanışı X36 ilə 05 fevral 2024-cü il tarixdə saat 21:20də ünvan 5 ünvanda yerləşən «Qarabağ Playstation» oyun zalına gələrək sevgilisi Fidanla tanışı Nərmin arasında olmuş mübahisə ilə bağlı sonuncuya qarşı kobudluq edərkən, orada olan Nərminin tanışlarından Əfqanistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs3 buna irad bildirməsini cüzi səbəb kimi bəhanə edib, Vüsal Səfərli ilə bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan, ictimai yer olan həmin klubda Zərərçəkmiş şəxs3 ünvanına nalayiq ifadələr işlətməklə, cəmiyyətdə bərgərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan həmin yerə toplaşmış şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əl zərbələri ilə Zərərçəkmiş şəxs3 sol sifət nahiyəsinə qəsdən vurub zor tətbiq etməklə sonuncuya sol yanaq nahiyəsinin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarət yetirməklə, Vüsal Səfərli isə üzərində olan bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs2 boyunun yuxarı 1/3-nin arxa səthinin 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə sağlamlığa qısa müddə pozulmasına səbəb olan xəsarətlər yetirməklə bir qrup şəxs halında xuliqanlıq etmələrinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə fakta gör başlanılıb icraata qəbul edilərək istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs1 və X24 barələrində Sabunçu RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparıldığı nəzərə alınıb, Səbail RPİ-də istintaq edilmiş ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib bir icraatda istintaqın davam etdirilməsi qərara alınmışdır (cild 2, i/v 110-112).

35. Məhkəmədə elan edilib araşdırılmış “zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Zəkəriyyə oğlu ifadəsində xx.xx.2024-cü il tarixdə saat 22 radələrində dostları Ali Sina və Aliullah ilə birlikdə “Qarabağ Playsatiton” oyun zalında olan zaman zalın işçisindən qulaqcıq istədikdə Təqsirləndirilən şəxs1 guya Ali Sinanın ona sataşmaq məqsədi ilə ona söz atdığını bəhanə göstərib mübahisə və dava-dalaş yaratmışdır. Orada həmin vaxt çox adam olmuşdur. Orxanın Vüsaldan başqa tanışının həmin şəxslər arasında olması barədə məlumatı yoxdur. Çünki Orxanın ümumiyyətlə tanışlarının kim olmasını bilmir. Vüsal isə hadisə zamanı bıçaqdan istifadə etdiyi üçün başa düşmüşdür ki, o Orxanın tanışıdır (cild 3, i/v 2-5).

36. Məhkəmədə elan edilib araşdırılmış “zərərçəkmiş şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, X10 ifadəsində xx.xx.2024-cü il tarixdə saat 22 radələrində dostları ilə birlikdə “Qarabağ Playsatiton” oyun zalında olan zaman zalın işçisindən qulaqcıq istədikdə Təqsirləndirilən şəxs1 guya Ali Sinanın ona sataşmaq məqsədi ilə ona söz atdığını bəhanə göstərib mübahisə və davadalaş yaratmışdır. Orada həmin vaxt çox adam olmuşdur. Orxanın Vüsaldan başqa tanışının həmin şəxslər arasında olması barədə məlumatı yoxdur. Çünki Orxanın ümumiyyətlə tanışlarının kim olmasını bilmir. Vüsal isə hadisə zamanı bıçaqdan istifadə etdiyi üçün başa düşmüşdür ki, o Orxanın tanışıdır. Adnana bıçaqla xəsarət yetirən Vüsal olmuşdur. Həmin vaxt Orxanın əlində başqa bıçaq görmüşdür. Orxan bıçağı əlində tutub nümayiş etdirirdi (cild 3, i/v 7-10).

37. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Sabunçu RPİ-nin12-ci PB-nin 1/2-1220 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X36 və Təqsirləndirilən şəxs3, Zərərçəkmiş şəxs1 narkotik maddələrin alqı-satqısı ilə məşğul olmalarını, habelə Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayət əməlini törətmələrinin şahidlərini, hadisə barədə məlumatı olan şəxsləri müəyyən etmək mümkün olmamışdır (cild 3, i/v 31).

38. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 25 iyun 2024-cü il tarixli BKC/LGL-7900/24 nömrəli məktubuna əlavə olunmuş məlumatlardan müəyyən olunur ki, 22 mart 2024-cü il saat 08:07:51-dən 24 mart 2024-cü il saat 14:25:20dək ünvan 13 ünvanında qeydiyyatda olan Qanuni nümayəndə1 adına qeydə alınmış ***- ***-**-** mobil nömrə **********04950 İmei kodlu mobil telefonda istifadə olunmuşdur (cild 3, i/v 55-57).

39. Məhkəmədə elan edilib araşdırılmış “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 olduğu yer müəyyən edilib, tutulub Sabunçu RPİ-nin Müvəqqəti Saxlama yerinə təhvil verilmişdir (cild 3, i/v 71).

40. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 01 aprel 2024-cü il tarixli 670 nömrəli rəyindən müəyyən olunur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs1 sol gözün ağlı qişasına qansızma ilə müşayəit olunan sol gözyuvasıətraf nahiyənin, sol almacıq, burun nahiyələrinin qançırları və sağ çənə nahiyəsinin sıyrığı müəyyən edilmiş, xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, törənmə müddəti 24 mart 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə xəsarətlərdən sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözyuvasıətraf nahiyənin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol almacıq, burun nahiyələrinin qançırları və sağ çənə nahiyəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 3, i/v 105- 107).

41. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 may 2024-cü il tarixli 9/2461 nömrəli rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli, üzərində «A2700 523 mAh» yazıları olan qulaqcığın istifadədə olması nəzərə alınmaqla orijinal olduğu halda 2024-cü ilin mart ayına olan orta bazar qiyməti 120,00 manat, orijinal olmadığı halda təxminən 15,00 manat müəyyən olunur (cild 3, i/v 107-109).

42. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 01 aprel 2024-cü il tarixli 2039A nömrəli rəyindən müəyyən olunur ki, X1 və Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda X26 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X2 xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 3, i/v 110-11).

43. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 03 aprel 2024-cü il tarixli 2120 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 3, i/v 112-113).

44. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 03 aprel 2024-cü il tarixli 2122 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 3, i/v 114-115).

45. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizaların 01 aprel 2024-cü il tarixli 846 nömrəli rəyindən müəyyən olunur ki, X26 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri və psixi xəstəlik aşkar olunmur. Vüsal Səfərlidə cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Cinayət əməlini törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməli, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir.

46. Təqsirləndirilən şəxs X24 idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, qeyd edilən fərdi-psixi xüsusiyyətlərin göstərilən hadisə zamanı hər hansı mühüm təzahürü müəyyən edilməmişdir. Vüsal Səfərlinin yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, cinayət əməlini törədən zaman o, öz hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Vüsal Səfərlinin göstərilən hadisədən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Onun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Psixi inkişafı normaya uyğun olmaqla, o, törətmiş olduğu cinayət əməlinin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Vüsal Səfərlidə öz xeyrinə ifadə verməyə, yalan danışmağa, uydurmağa meyillilik müşahidə edilmədi (cild 3, i/v 116-119).

47. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının 01 aprel 2024-cü il tarixli 848 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, ona qarşı törədilmiş cinayət hadisəsi zamanı öz hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında həyəcan, gərginlik yarana bilərdi. Zərərçəkmiş şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi. Psixi inkişafı normaya uyğundur, ona qarşı törədilmiş cinayət əməlinin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərində öz xeyrinə ifadə verməyə, yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi (cild 3, i/v 120- 123).

48. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizaların 03 aprel 2024-cü il tarixli 889 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri və psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Cinayət əməlini törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir.

49. Təqsirləndirilən şəxs2 qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, kobudluq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qeyd edilmiş fərdi-psixi xüsusiyyətlərinin onun cinayət əməlini törədərkən hərəkət və davranışına iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı təzahürləri aşkar edilmədi. Təqsirləndirilən şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafı normaya uyğundur, o, cinayət əməlini törədən zaman hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmədi. Psixi inkişafı normaya uyğundur, törətmiş olduğu cinayət əməlinin mahiyyətini tam dərk edə və davranışının mümkün nəticələrini görə bilər. Təqsirləndirilən şəxs2 öz xeyrinə ifadə verməyə, yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi (cild 3, i/v 124-128).

50. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizaların 03 aprel 2024-cü il tarixli 890 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri və psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Cinayət əməlini törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırki psixi vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir.

51. Təqsirləndirilən şəxs1 idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir, qeyd edilən fərdi-psixi xüsusiyyətlərin göstərilən hadisə zamanı hər hansı mühüm təzahürü müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, cinayət əməlini törədən zaman o, öz hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməmişdən əvvəl baş vermiş hadisə zamanı və hadisədən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Onun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. Psixi inkişafı nəzərə alınaraq o, törətmiş olduğu cinayət əməlinin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 öz xeyrinə ifadə verməyə, yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir (cild 3, i/v 129-132).

52. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)-410/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində 1 ay 22 gün müddətinə, yəni 28 avqust 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 3, i/v 153-157).

53. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 üzün qarşı bildirmişdir ki, digər otaqda olanda Həsənin Ülviyə “qaytar telefonumu” dediyini, Ülvinin isə “vermirəm nə edəssən” dediyini eşitmişdir. Ülvinin heç kimin sözünə qulaq asmayan biri olduğunu bilib ona heçnə deməmişdir. O,Orxan, Vüsal və Fidan Ülviyə heçnə deməmişdir. Onlar arasında mübahisə gedərkən, Ülvi ona Həsənin başqalarının yanında onun sevdiyi qızı, sevdiyini bildirmiş, bu söz ona pis təsir etmişdir. Bu sözə görə Həsəni bayıra çıxartmış, bir ikidəfə yumruq və sillə ilə onu vurmuşdur. Həmin vaxt həyətə Orxan, Fidan, Ülvi və Vüsal çıxıb onu vurmamağı xahiş etdilər. Mübahisə 5-6 dəqiqə çəkmişdir. Təxminən saat 05-06 radələrinədək Həsən Ülvidən telefonunu tələb etsədə o qaytarmamışdır. Həsəndən telefonu alıb ələ keçirən Ülvi onun çantasından olmuş qulaqcıqlarıda götürmüş, lakin o gedərkən qulaqcıqları Orxanın evində qoymuşdur. Həmin qulaqcıq Vahid tərəfindən polis əməkdaşlarına təhvil verilmişdir.Telefonu o Həsəndən alıb Ülviyə verməmişdir, Ülvi yalan danışır. Həsənin əlindən telefonu Ülvi alıb, çantasındanda qulaqcığı o götürmüşdür. Məsuliyyətdən yaxa qurtarmaq üçün bu cür ifadə verir. Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləmişdir ki, Vahid Həsənə məxsus “İphone 11” markalı mobil telefonu qəsdən əlindən götürüb ona vermişdir. Telefonu ona verməyinin səbəbini bilmir. Bundan sonra Vahidlə Həsən arasında mübahisə yaranmışdır. Həmin vaxt ona bildirmişdir ki, Həsən başqa şəxslərin yanında Vahidin sevdiyi qızı sevdiyini demişdir. Bu söz Vahidə pis təsir etmişdir. Buna görə Vahid əsəbləşib Həsəni həyətə çıxarmışdır. Onlar, yəni Orxan, Fidan, Vüsal və Orxan evdə qalmışdır. Sonra həyədə mübahisə səslərini eşidib həyətə çıxmışdır. Həsənlə Vahid arasında dava 3-4 dəqiqə davam etmişdir. Vahid həyətdə Həsəni bir neçə dəfə sillə və yumruqla sifətindən vurmuşdur. Həsən telefonu ondan istəsədə o telefonu ona verməmiş və bildirmişdir ki, telefonu ondan Vahid almışdır, ondan tələb etsin. Həsən telefonunu ala bilməyəcəyini anlayıb, dəqiq xatırlamadığı tarixdə çıxıb getmişdir. Vüsal və o bir müddət sonra evdən çıxıb getmişlər. Telefonu istifadə etsəm tutula biləcəyimdən ehtiyyat edib, onu sındırıb atmışdır. Telefonun içərisində olan mobil nömrəni evdə olarkən Həsənə vermişdir. Həsənə zor tətbiq etməmiş, onu vurmamışdır. Həsəni vuran Vahid olub. Vüsal isə yatmışdı, soradan səs-küyə oyanıb mübahisə etməməyi bildirmişdir (cild 1, i/v 212-214).

54. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirmişdir ki, Ülvi birinci dəfə Həsəndən telefonu istəyən zaman etiraz etmədən ona təqdim etmiş, sonra qaytarmışdır. İkinci dəfə istəyəndə Ülvi Həsəndən telefonu istəmiş, Həsən verib sonra geri qaytarmasını tələb etdikdən sonra Ülvi “vermirən nə edəssən” demişdir. O hiss etmişdir ki, mübahisə ciddiləşir. Ülvinin isə “voobşe vermirəm nə edəssən” sözlərini demişdir. Ülvinin sözə qulaq asmayan biri olduğunu bilib oradakılar ona heçnə deməmişlər. Ülvi bildirmişdir ki, Həsən başqa şəxslərin yanında Vahidin sevdiyi qızı sevdiyini deyir. Bu səbəbə görə Vahid əsəbləşib Həsəni həyətə dəvət etmişdir. Onların mübahisəsi həyətdə 3-4 dəqiqə davam etmişdir. O onlara iradını bildirərək evə daxil olmalarını tələb etmişdir. Sonra Vahidin özündən eşitmişdir ki, həyətdə Həsənə bir iki sillə vurmuşdur. Ülvidən Həsən telefonu tələb etməsinə baxmayaraq o qaytarmamışdır. O telefonu ələ keçirən zaman Həsənin çantasından qulaqcıqda götürmüş, lakin qulaqcıq yaddan çıxıb onların evində qalmış, Vahid sonra polis əməkdaşlarıba təhvil vermişdir. Ülvinin Həsəni vurub vurmadığını görməmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir ki, Vahid Həsənə məxsus “İphone 11” markalı mobil telefonu qəsdən əlindən götürüb ona vermişdir. Telefonu ona verməyinin səbəbini bilmir. Bundan sonra Vahidlə Həsən arasında mübahisə yaranmışdır. Həmin vaxt ona bildirmişdir ki, Həsən başqa şəxslərin yanında Vahidin sevdiyi qızı sevdiyini demişdir. Bu söz Vahidə pis təsir etmişdir. Buna görə Vahid əsəbləşib Həsəni həyətə çıxarmışdır. Onlar, yəni Orxan, Fidan, Vüsal və Orxan evdə qalmışdır. Sonra həyətdə mübahisə səslərini eşidib həyətə çıxmışdır. Həsənlə Vahid arasında dava 3-4 dəqiqə davam etmişdir. Vahid həyətdə Həsəni bir neçə dəfə sillə və yumruqla sifətindən vurmuşdur. Həsən telefonu ondan istəsədə o telefonu ona verməmiş və bildirmişdir ki, telefonu ondan Vahid almışdır, ondan tələb etsin. Həsən telefonunu ala bilməyəcəyini anlayıb, çıxıb getmişdir. Vüsal və o bir müddət sonra evdən çıxıb getmişlər. Telefonu istifadə etsəm tutula biləcəyimdən ehtiyyat edib, onu sındırıb atmışdır. Telefonun içərisində olan mobil nömrəni evdə olarkən Həsənə vermişdir. Həsənə zor tətbiq etməmiş, onu vurmamışdır. Həsəni vuran Vahid olub. Vüsal isə yatmışdı, soradan səs-küyə oyanıb mübahisə etməməyi bildirmişdir. Həsənin çantasında qulaqçıq görməmişdir. Müdafiəçi2 sualına cavab olaraq Təqsirləndirilən şəxs3 Həsəni ora heçkimin dəvət etmədiyini, onun özünün ora gəldiyini bildirmiş, onlar arasında Həsənin əmlakının ələ keçirilməsi barədə razılıq olmamışdır (cild 3, i/v 215-217).

55. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 üzün qarşı bildirmişdir ki, Ülvi ondan istifadə etdiyi “İphone 11” markalı mobil telefonu “İnstagram” sosial şəbəkəsinə daxil olmaq üçün istəmişdir. Telefonu qəsdən ekran kilidinə salıb şifrəni ondan öyrənmək üçün ona deməsini istəmiş, demədiyini görüb Həsənin mobil telefonun ekran kilidini bilən Orxandan öyrənmişdir. Ülvi telefona daxil olaraq şəxsi şəkilləri silməyə başlamışdır. Telefonu geri qaytarmağı tələb etdikdə o verməmişdir. Ülvi və Orxanla sözlü mübahisə etmişdir. Daha sonra Vahid və Vüsal onu həyətə çıxarmış, onlarla söhbət edən zaman qəflətən Vahid ona yumruq zərbəsi endirmiş, Vüsal isə sillə ilə başından vurmuşdur. Evə daxil olduqdan 10 dəqiqə sonra Ülvi ona sataşmaq məqsədilə “telefonu istəyirsən?” sualını vermiş, daha sonra sifətinin ilk olaraq sağ tərəfinə iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyyəsindən vurmuşdur və o huşunu itirmişdir. Ayıldıqdan sonra Ülvidən yenidən telefonu tələb etsədə o geri qaytarmamışdır. Ülvi həmçinin onun əl çantasında olmuş “Airpords” markalı qulaqcıqlarıda götürmüşdür. Telefon üzlüyünü və daxilində olmuş ***-***-**-** saylı mobil nömrə Ülvi tərəfindən ona geri qaytarılmışdır.Konkret olaraq Təqsirləndirilən şəxs2 yumruqla bir neçə dəfə sifətinin sol tərəfindən, Vüsal Səfərli başından iki dəfə sillə, Ülvi sifətimin sağ tərəfindən iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyyəsindən vurmuşdur. Orxan isə Ülvigili müdafiə etməklə, onun təqsirli olduğunu kobud şəkildə sübut etməyə çalışıb, mübahisə etmişdir. Sonradan o başa düşmüşdür ki, bu məsələ Ülvi, Vüsal, Orxan və Vahid tərəfindən əldə olunmuş razılaşma əsasında edilmişdir ki, onu qorxuzub telefonu əlindən alsınlar. Ülvinin isə yalan ifadə verdiyini, məsuliyyətdən yaxa qurtarmaq üçün belə etdiyini bildirmişdir. Qulaqcığıda ondan götürən Ülvi olmuşdur. Zərərçəkmiş şəxs1 üzünə qarşı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Vahid Həsənə məxsus “İphone 11” markalı mobil telefonu qəsdən əlindən götürüb ona vermişdir. Telefonu ona verməyinin səbəbini bilmir. Bundan sonra Vahidlə Həsən arasında mübahisə yaranmışdır. Həmin vaxt ona bildirmişdir ki, Həsən başqa şəxslərin yanında Vahidin sevdiyi qızı sevdiyini demişdir. Bu söz Vahidə pis təsir etmişdir. Buna görə Vahid əsəbləşib Həsəni həyətə çıxarmışdır. Onlar, yəni Orxan, Fidan, Vüsal və Orxan evdə qalmışdır. Sonra həyədə mübahisə səslərini eşidib həyətə çıxmışdır. Həsənlə Vahid arasında dava 3-4 dəqiqə davam etmişdir. Vahid həyətdə Həsəni bir neçə dəfə sillə və yumruqla sifətindən vurmuşdur. Həsən telefonu ondan istəsədə o telefonu ona verməmiş və bildirmişdir ki, telefonu ondan Vahid almışdır, ondan tələb etsin. Həsən telefonunu ala bilməyəcəyini anlayıb, dəqiq xatırlamadığı tarixdə çıxıb getmişdir. Vüsal və o bir müddət sonra evdən çıxıb getmişlər. Telefonu istifadə etsəm tutula biləcəyimdən ehtiyyat edib, onu sındırıb atmışdır. Telefonun içərisində olan mobil nömrəni evdə olarkən Həsənə vermişdir. Həsənə zor tətbiq etməmiş, onu vurmamışdır. Həsəni vuran Vahid olub. X30 alaraq ona vermişdir. Vüsal isə yatmışdı, soradan səs-küyə oyanıb mübahisə etməməyi bildirmişdir. Həsəni kəllə ilə vurmamışdır (cild 3, i/v 219-221).

56. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PBnin ********* nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X24 olduğu yeri müəyyən etmək mümkün olmamışdır (cild 3, i/v 242).

57. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, təqsirləndirilən şəxs X36 barəsində tutulma tətbiq edilməklə axtarış elan edilmişdir (cild 4, i/v 1-2).

58. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 23 avqust 2024-cü il tarixli AZF/LGL-8930/24 nömrəli məktubundan müəyyən olunur ki, **********04950 İmei kodlu cihaz 23 mart 2024-cü il tarixdən 20 aprel 2024-cü il tarixədək Quba rayonu Muçu kəndində qeydiyyatda olan 10 mart 1953-cü il təvəllüdlü X4 adına qeydə alınmış ***-***-**-** saylı mobil nömrə ilə istifadə edilmişdir (cild 4, i/v 47-49).

59. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə saat 21:00-da dostları Ali Sina və Aliullah ilə birlikdə oyun oynamaq üçün Səbail rayon Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalın getmişlər. 30 dəqiqə oyun zalında oynadıqdan sonra saat 21:20-də girişdə qapının yanında yerləşən kassaya ödəniş edib çıxarkən dostum Aliullahın qiyabi olaraq tanıdığı “Orik” ləqəbli, yəni Orxan Mehtievlə üzbəüz durub söhbət etdiyini, ani bir zamanda mübahisə yarandığını və Orxanın Aliullahı yumruqla vurduğunu görmüşdür. Onlara yaxınlaşdıqda Orxanın yanında olmuş, tanımadığı , sonradan adını bildiyi Vüsal adlı şəxsin harasındansa bıçaqla birinci onun belindən, daha sonra isə boynundan vurmuşdur. Ətrafda adam çox olduğundan onlar qorxub getmişlər. O yaxında olan apteke getmiş, yara binti alaraq yarasını sarımışdır. Ali Sinadan eşidib bildiyinə görə “Qarabağ Playstation” oyun zalında olan zaman zalın işçisindən qulaqcıq istədikdə Orxan Mehdiyev guya Ali Sinanın ona sataşmaq məqsədilə söz atdığını bəhanə edib mübahisə və dava-dalaş salmışdır. Orxanın sözlərinə cavab olaraq isə bildirmişdir ki, Orxana qarşı qəsdən hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq olunmamış, onlar özlərini qorumuşlar. Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmaq üçün yalan danışdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs2 üzünə qarşı söyləmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00-da Bakı şəhəri Nizami m/s yaxınlığında olan zaman tanışı Fidan ona zəng edərək “Qarabağ Playstation” –da ədavəti olan Nərminin burada olduğunu, mübahisələri yarandığını və onun köməyinə ehtiyyacı olduğunu bildirmişdir. Onunla birlikdə Vüsal və Ədalətdə “Qarabağ Playstation” oyun zalına getmişdir. Zala daxil olan zaman Nərmin, Sevda və digər tanıdığı üç Əfqanıstan İslam Respublikası vətəndaşının zaldan çıxmaq istədiyini görmüş, Sevda onun üzərinə gələrək qarşısını kəsib, onu qucaqladığı üçün onu kənara çəkmiş, Nərminlə söhbət etməyə başlamışdır.Nərmindən nə səbəbə Fidanla dalaşdığını soruşan zaman Aliullah adlı şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşmuşdur, o davamlı formada üzərinə gəldiyi üçün onu yumruqla vurmuşdur. Daha sonra Ali Sina qardaşı Aliullahın vurulduğunu görüb gözləmədiyi anda onu vurmuşdur. Zərbənin təsirindən yıxılan zaman görə bilmədiyi başqa şəxsdə onu vurmuşdur. Bu zaman yanında olan Vüsalın yerə yıxıldığını, orada olan əfqanlardan birinində onu döydüyünü görmüşdür. Küçəyə çıxdıqdan sonra döyülənlərdən birinin belini tutduğunu görüb həmin şəxsdən vəziyyəti ilə bağlı marağlanmışdır. Həmin şəxs özünü yaxşı hiss etdiyini dedikdən sonra oradan getmək istəyəndə Ali Sinanın yerdən daş götürərək onun üstünə gəldiyini görüb qaçıb getmişdir. Hadisə zamanı əlində bıçaq olmayıb, Vüsalın əlində bıçaq olması barədə məlumatı olmamışdır. (cild 4, i/v 60-61).

60. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, qardaşı Ali Sinanın ad gününü qeyd etmək məqsədi ilə dostu Adnanla birlikdə “Tarqovi” adlanan ərazidə, Malakan bağında olarkən tanışları Nərmin və Seva ilə rastlaşmış, onlarla birlikdə oyun oynamaq üçün xx.xx.2024-cü il tarixdə saat 21:00-da Səbail rayon Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalın getmişlər. Təxminən 30 dəqiqə sonra “Orik” ləqəbli, Təqsirləndirilən şəxs1 obyektə daxil olduğunu, ani bir zamanda qardaşı ilə üzbəüz dayanıb mübahisə etməyə başladığını görmüşdür. Bununla bağlı yaxınlaşıb Orxandan maraqlandıqda, o qəflətən üzünün sol tərəfindən yumruqla vurmuşdur. Buna görə Orxanın üzərinə gedib onun istiqamətində bir neçə yumruq atmışdır. Daha sonra Orxanın tanışları onu yerə yıxıb bir neçə yumruq zərbəsi ona vurmuşlar. Həmin şəxslər küçəyə çıxmış, küçədə olan zaman Orxanın əlində olan bıçağı nümayiş etdiyini görmüşdür. Ehtiyyat edib onun üzərinə getməmiş, dostu Adnanın belindən qan gəldiyin görmüşdür. Adnan bıçaqlandığını görüb yerdən daş götürüb onları qorxuzmaq istəmiş, onlar isə qaçmışlar. Ali Sinadan eşidib bildiyinə görə “Qarabağ Playstation” oyun zalında olan zaman zalın işçisindən qulaqcıq istədikdə Orxan Mehdiyev guya Ali Sinanın ona sataşmaq məqsədilə söz atdığını bəhanə edib mübahisə və davadalaş salmışdır. Vüsal Səfərlinin əlində olan bıçağa tam diqqət yetirə bilməmiş, onu təsvir etməkdə çətinlik çəkir. Orxanın sözlərinə cavab olaraq isə bildirmişdir ki, Orxana qarşı qəsdən hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq olunmamış, onlar özlərini qorumuşlar. Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmaq üçün yalan danışdığını bildirmişdir. Konkret olaraq Vüsal bıçaqla Adnanı vurmuş, Orxan isə ona yumruqla zərbələr endirib xəsarət yetirmişdir. Hadisə zamanı Orxanın əlində bıçaq görmüş, Orxan bıçağı göstərərək nümayiş etdirirdi. Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs3 üzünə qarşı söyləmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00-da Bakı şəhəri Nizami m/s yaxınlığında olan zaman tanışı Fidan ona zəng edərək “Qarabağ Playstation” –da ədavəti olan Nərminin burada olduğunu, mübahisələri yarandığını və onun köməyinə ehtiyyacı olduğunu bildirmişdir. Onunla birlikdə Vüsal və Ədalətdə “Qarabağ Playstation” oyun zalına getmişdir. Zala daxil olan zaman Nərmin, Sevda və digər tanıdığı üç Əfqanıstan İslam Respublikası vətəndaşının zaldan çıxmaq istədiyini görmüş, Sevda onun üzərinə gələrək qarşısını kəsib, onu qucaqladığı üçün onu kənara çəkmiş, Nərminlə söhbət etməyə başlamışdır.Nərmindən nə səbəbə Fidanla dalaşdığını soruşan zaman Aliullah adlı şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşmuş, o davamlı formada üzərinə gəldiyi üçün onu yumruqla vurmuşdur. Daha sonra Ali Sina qardaşı Aliullahın vurulduğunu görüb gözləmədiyi anda onu vurmuşdur. Zərbənin təsirindən yıxılan zaman görə bilmədiyim başqa şəxsdə məni vurmuşdur. Bu zaman yanımda olan Vüsalın yerə yıxıldığını, orada olan əfqanlardan birinində onu döydüyünü görmüşdür. Küçəyə çıxdıqdan sonra döyülənlərdən birinin belini tutduğunu görüb həmin şəxsdən vəziyyəti ilə bağlı marağlanmışdır. Həmin şəxs özünü yaxşı hiss etdiyini dedikdən sonra orada getmək istəyəndə Ali Sinanın yerdən daş götürərək onun üstünə gəldiyini görüb qaçıb getmişdir. Hadisə zamanı əlində bıçaq olmayıb, Vüsalın əlində bıçaq olması barədə məlumatı olmamışdır (cild 4, i/v 62-63).

61. Məhkəmədə elan edilib araşdırılmış Şahid3 və Təqsirləndirilən şəxs1 üzləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, ad gününü qeyd etmək məqsədi ilə qardaşı Aliullah və dostu Adnanla birlikdə “Tarqovi” adlanan ərazidə, Malakan bağında olarkən tanışları Nərmin və Seva ilə rastlaşmış, onlarla birlikdə oyun oynamaq üçün xx.xx.2024-cü il tarixdə saat 21:00-da Səbail rayon Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalın getmişlər. Təxminən 30 dəqiqə sonra “Orik” ləqəbli, Təqsirləndirilən şəxs1 obyektə daxil olmuşdur. Həmin vaxt zal işçisindən qulaqcıq istədikdə Orxan səhv anlayıb üstünı qışqırmışdır. Bunu görən qardaşı Aliullah Orxanın yanına gedib onla niyə bu tərzdə danışdığını soruşmuşdur. Orxan isə heç bir səbəb demədən qardaşını vurmuşdur. Qardaşının döyüldüyünü görüb Orxanın başından yumruqla vurmuşdur. Onları güclə küçəyə çıxardıqdan sonra Orxanın yanında dayanmış, adını sonradan bildiyi Vüsal adlı şəxs Adnanın üzərinə hücum çəkərək bel və boyun nahiyyəsindən zərbə endirmiş, Adnanın belindən və boynundan qan gəldiyini görmüşdür. Vüsalgil qorxusundan qaçıb getmişlər. Qaçmaqlarına baxmayaraq Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində polis avtopatrulu ilə üzbəüz gəlmişdirlər, Orxan dayansada tanışı dayanmamış, qaçıb getmişdir. Onu gözdən itirməmək üçün qaçıb tutaraq yerə yıxmış, bu zaman sonuncunun belindən bıçaq yerə düşmüşdür. Həmin şəxsi saxlamaq istəsə də saxlaya bilməmişdir. Bıçağı götürüb polisə təhvil vermək üçün bıçağın düşdüyü yerə qayıtdıqda bıçağı tapa bilməmişdir. Orxanın sözlərinə cavab olaraq isə bildirmişdir ki, Orxana qarşı qəsdən hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq olunmamış, onlar özlərini qorumuşlar. Təqsirləndirilən şəxs1 məsuliyyətdən yayınmaq üçün yalan danışdığını bildirmişdir. Adnana bıçaqla xəsarət yetirən şəxs Vüsal Səfərli, Aliullaha yumruqla zərbələri endirən isə Orxan olmuşdur.Təqsirləndirilən şəxs1 isə Şahid3 üzünə qarşı söyləmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:00-da Bakı şəhəri Nizami m/s yaxınlığında olan zaman tanışı Fidan ona zəng edərək “Qarabağ Playstation” –da ədavəti olan Nərminin burada olduğunu, mübahisələri yarandığını və onun köməyinə ehtiyyacı olduğunu bildirmişdir. Onunla birlikdə Vüsal və Ədalətdə “Qarabağ Playstation” oyun zalına getmişdir. Zala daxil olan zaman Nərmin, Sevda və digər tanıdığı üç Əfqanıstan İslam Respublikası vətəndaşının zaldan çıxmaq istədiyini görmüş, Sevda onun üzərinə gələrək qarşımı kəsib, onu qucaqladığı üçün onu kənara çəkmiş, Nərminlə söhbət etməyə başlamışdır.Nərmindən nə səbəbə Fidanla dalaşdığını soruşan zaman Aliullah adlı şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşmuşdur, o davamlı formada üzərinə gəldiyi üçün onu yumruqla vurmuşdur. Daha sonra Ali Sina qardaşı Aliullahın vurulduğunu görüb gözləmədiyi anda onu vurmuşdur. Zərbənin təsirindən yıxılan zaman görə bilmədiyim başqa şəxsdə məni vurmuşdur. Bu zaman yanımda olan Vüsalın yerə yıxıldığını, orada olan əfqanlardan birinində onu döydüyünü görmüşdür. Küçəyə çıxdıqdan sonra döyülənlərdən birinin belini tutduğunu görüb həmin şəxsdən vəziyyəti ilə bağlı marağlanmışdır. Həmin şəxs özünü yaxşı hiss etdiyini dedikdən sonra orada getmək istəyəndə Ali Sinanın yedən daş götürərək onun üstünə gəldiyini görüb qaçıb getmişdir. Hadisə zamanı əlində bıçaq olmayıb, Vüsalın əlində bıçaq olması barədə məlumatı olmamışdır (cild 4, i/v 65-67).

62. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizaların 19 iyul 2024-cü il tarixli 2098 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmiş, törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hərəkəti Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir.

63. Təqsirləndirilən şəxs3 qıcığa qarşı həssaslıq, kobudluq, laqeydlik, emosionallıq, inadkarlıq, özünümüdafiə etməyə meyillik kimi fərdi-psixoloji xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlində fərdi-psixi xüsusiyyətlərinin təzahürü istisna edilmir. Təqsirləndirilən şəxs3 yaş və intelektual inkişafına görə cinayət əməlini törədən zaman öz hərəkətlərinin xarakter və mənasını anlaya bilərdi. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs3 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik əmələ gəlməmiş, onun əqli imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinin mahiyyətini tam dərk etmək və davranışının ola biləcək nəticələrini proqnozlaşdırmaq iqtidarındadır. Fərdi-psixoloji xüsusiyyətlərinə görə, özünü müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə uyğun tərzdə yönəldərək danışa bilər (cild 4, i/v 68-71).

64. Məhkəmədə elan edilib araşdırılmış ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 19 iyul 2024-cü il tarixli 4910 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 remissiya mərhələsində olan opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinə xas olan xarakterik klinik əlamətlərin itməsi ilə əlaqədar, abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə təngidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi mülicəyə ehtiyacı yoxdur (cild 4, i/v 72-73).

65. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X31, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 221.2.1-ci, Vüsal Səfərliyə CM-nin 181.2.1 və 221.3-cü, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 181.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxs X24 olduğu yer müəyyən edilib istintaqa təqdim edilib ona yenidən ittiham elan etmək mümkün olmadığından ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 221.3-cü maddələri ilə Vüsal Səfərlinin barəsində başqa cinayət işi ayrıca icraata ayrılmış, 01 ədəd ağ rəngli, üzərində «A2700 523 mAh» yazıları olan qulaqcıq maddi sübut kimi tanınsın, məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün sahibinə qaytarılmışdır. (cild 4, i/v 87-111).

66. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, təqsirləndirilən şəxs X24 olduğu yer müəyyən edilib istintaqa təqdim edilib ona yenidən ittiham elan etmək mümkün olmadığından ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 221.3-cü maddələri ilə Vüsal Səfərlinin barəsində ********* cinayət işi ayrıca icraata ayrılmışdır (cild 4, i/v 113-114).

67. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 01 ədəd ağ rəngli, üzərində «A2700 523 mAh» yazıları olan qulaqcıq təhvil verilmişdir (cild 4, i/v 227).

68. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Siyəzən rayonu Siyəzən şəhəri 6 saylı lisey-məktəbin 11-ci sinifində təhsil alır. Təqsirləndirilən şəxs1 2022-ci ilin yay aylarından, təxminən həmin dövrlərdən Orxanın dostları olan Təqsirləndirilən şəxs2 və Vüsal Səfərlini tanımış,Təqsirləndirilən şəxs3 isə tanımamışdır. Orxanla dostluq münasibətləri yarandığı üçün Siyəzəndən Bakı şəhərinə valideynlərinin yanına gələndə Orxanla görüşür, bəzən onun evində gecələyirdi. Sonuncu dəfə 24 mart 2024-cü il tarixdə saat 01 radələrində Orxan telefonla mesaj yazıb, onu yaşadığı evə qonaq dəvət etmiş, o da taksi ilə Orxanın yaşadığı evə getmişdir. Bunun üçün atasından icazə almışdır. Orxangildə Orxana görə tanıdığı, Vüsal, Vahid və Ülvini görmüşdür. 24 mart 2024-cü il tarixdə saat 05 radələrinə qədər Orxangildə olmuşdur. Saat 05 radələrində Ülvi ondan “İphone 11” markalı mobil telefonunu “İnstagram” sosial şəbəkəsinə baxması üçün istəmiş, o da telefonu Ülviyə vermişdir. Ülvi bir qədər telefonuna baxdıqdan sonra qəsdən telefonu kilidə salmış və sonra ondan telefonun kilidin şifrəsini soruşmuş, lakin o, telefonun şifrəsini demədiyi üçün həmin şifrəni bilən Orxan şifrəni Ülviyə demiş, bundan sonra Ülvi öz başına telefonuna daxil olaraq qalereyada olan şəkillərə baxmağa başlamış, o isə buna etiraz edərək Ülvi ilə mübahisə etmiş, bundan sonra orada olan şəxslər onu evin həyətinə çağırıb onunla mübahisə etmişlər. Həyətdə bir daha Vahid və Vüsala Ülvinin düzgün hərəkət etmədiyini deyib iradını bildirərkən qəflətən Vahid yumruqla bir neçə dəfə onun sifətinin sol tərəfindən, Vüsal isə başından bir iki dəfə sillə ilə vurmuşdur. Bundan sonra sakitləşib yenidən evə qayıtmışlar. Evdə olduğu zaman təxminən 10 dəqiqədən sonra Ülvi ona yaxınlaşıb, sataşmaq məqsədi ilə «telefonu istəyirsən?» deyib, ilk olaraq sifətinin sağ tərəfinə iki dəfə sillə, sonra isə kəllə ilə alın nahiyəsindən vurmuşdur. Həmin vaxt Vüsal Səfərli yatmış, bu hadisəni görməmişdir. Qıc olma xəstəliyi olduğu üçün huşunu itirmiş, ayıldıqda telefonunu Ülvidən istəmiş, lakin Ülvi telefonu verməmiş və ona polisə desə onun üçün pis olacağı ilə hədələmişdir. Bundan sonra o, Orxangildən çıxıb getmiş, mobil telefonu isə Ülvidə qalmışdır. Ülvi həmçinin onun əl çantasının içərisində olmuş “Airpods” markalı qulaqcıqlarını da götürmüşdür. Baş vermiş hadisə barədə valideynlərinə bir söz deməmiş, üzündə və başında olan xəsarətlər barədə onlara açıqlama verməmişdir. Lakin bibisi oğluna hadisə barədə danışmış və sonuncu Orxan Mehdiyevə zəng edərək telefonla qulaqcıqlarını geri tələb etmişdir. Lakin Orxan əşyalarını qaytarmadığı üçün hadisə barədə 3 gün sonra atasına məlumat vermiş, atası da DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra onu atası ilə birlikdə polisə dəvət edib izahatını almışlar, sonra polislərlə birlikdə Orxan Mehdiyevgilə gedərək qulaqcıqları oradan götürmüş, lakin telefon Ülvidə olduğu üçün polis əməkdaşları Ülvini tapıb saxladıqdan sonra sonuncunun qohumları telefonun dəyərini ödəmişlər. Qeyd etmək istəyir ki, polis idarəsindən onun məhkəmə tibbi ekspertizasına göndərmişlər. Ekspertizaya atası ilə birlikdə getmiş, orada bədənində olan xəsarətlər qeyd olunmuş, ekspert rəyi ilə tanışdır. Həmin rəylə razıdır.

69. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər olan Orxan Mehdiyev, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır. Həmçinin bu iş üzrə zərərçəkmiş şəxs qismində keçən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanıyır. Belə ki, o, Orxan, Vahid və Ülvi dostdurlar. Zərərçəkmiş şəxs1 isə Orxanın tanışıdır. Digər əfqanlı olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 barda baş vermiş hadisə zamanı tanımışdır. Belə ki, o dostu Orxanın dəvəti ilə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospektində yerləşən «Qarabağ Playstation» oyun zalına Orxanın tanışı Fidan adlı qadının çağırışı əsasında getmişlər. Belə ki, Fidan Orxana zəng edib bildirmişdir ki, həmin zala əfqanlı tanışları ilə gələn Nərmin adlı qızla mübahisə edir, ona kömək etmək lazımdır. Orxanla həmin zala daxil olduqdan sonra Orxan həmin Nərmin adlı qıza yaxınlaşaraq sonuncudan Fidanla nə işi olduğunu soruşmuş, elə bu zaman onlara Nərminin əfqanlı tanışı olan Zərərçəkmiş şəxs3 yaxınlaşıb Nərmini müdafiə etmiş və bu zaman Orxanla Zərərçəkmiş şəxs3 arasında dava başlamış, o, Orxanın üzərinə daha 2 nəfər əfqanlının gəlməsini görərək davaya müdaxilə edərək Orxanı qorumağa çalışmışdır. Dava zamanı onlar və əfqanlılar bir-birinə əlləri ilə zərbələr endirmiş, lakin Orxanın əlində bıçaq görməmiş, Orxanın bıçaqla əfqanlılara xəsarət yetirməsini də görməmişdir. Həmin dava zamanı ona və Orxana əfqan vətəndaşları tərəfindən üz nahiyyələrinə sıyrıqlar kimi xəsarətlər yetirilsə də o, ekspertizaya getmədiyi üçün həmin xəsarətlərin rəsmiləşdirilməsi olmamışdır. Dava zamanı oyun zalına polis əməkdaşları gələrək Orxanı saxlamış, lakin o, oradan qaçıb uzaqlaşdığı üçün polislər onu saxlaya bilməmişlər. Orxan saxlanılsa da sonradan buraxıldığı üçün onunla görüşməyi davam etmişdir. 23 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixə geçən gecə Orxangilə getmiş, orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 görmüşdür. Bir azdan ora Orxanın tanışı olan Zərərçəkmiş şəxs1 da gəlmişdir. Hamısı birlikdə söhbət etdikləri zaman Ülvi telefonu olmadığı üçün Həsəndən instaqram sosial şəbəkəsinə baxmaq üçün telefonu istəmiş, Həsən də telefonunu ona vermişdir. Artıq gec olduğu üçün o yatmış, bundan sonrakı hadisələri görməmiş, Həsənə qarşı heç bir zorakı hərəkətlər etməmişdir. O, Həsənin kimlər tərəfindən döyülməsini görməmiş, özü Həsənə əl vurmamış, mübahisədən sonra Ülvi və Vahid evdən çıxıb getmişlər. Sonra bilmişdir ki, Ülvi gedəndə Həsənin telefonun da aparmışdır.

70. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, Zərərçəkmiş şəxs1 isə onun doğma oğludur. Oğlu yetkinlik yaşına çatmayandır, Siyəzəndə litseydə təhsil alır, o isə Siyəzən neftdə işləyir. Yoldaşı və digər uşaqları isə Bakı şəhərində yaşayırlar. Oğlu Həsən ara-sıra anası və bacıları ilə görüşməkdən ötrü Bakı şəhərinə gəldikdə onlarla birlikdə bir evdə qalır. Sonuncu dəfə «Novruz Bayramı» münasibəti ilə bağlı məktəblərdə tətil olduğu üçün Həsən 19 və ya 20 mart 2024-cü il tarixdə anası və bacıları ilə görüşməkdən ötrü Bakı şəhərinə gəlmişdir. Özü isə həmin müddətdə Siyəzən şəhərində qalmış, buna baxmayraq tez-tez oğlu və arvadı ilə əlaqə saxlayıb hal-əhval tutmuşdur. 26 mart 2024-cü il tarixdə arvadı ona zəng edib oğlu Həsənin 23 mart 2024-cü il tarixdən 24 mart 2024-cü il tarixə keçən gecə evdə olmadığını, 24 mart 2024-cü il tarixdə evə səhər saatlarında gəldiyini, gələrkən halsız vəziyyətdə, sifətində xəsarət izləri olduğunu, özünü narahat hiss etdiyini, istifadə etdiyi «İphone11» markalı mobil telefonu əlindən alındığını, telefonuna zəng çatmadığını bildirmişdir. Narahat olub Bakı şəhərinə gəlmiş və oğlu Həsənlə görüşüb, ondan nə baş verdiyini soruşduqda Həsən bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 onu yaşadığı evə qonaq dəvət etmiş, orada ümumi tanışları, Fidan, Ülvi, Vüsal, Vahidlə görüşmüş, səhər satlarına kimi orada birlikdə olmuş, Ülvi adlı şəxs Vahidlə birlikdə ona fiziki zor tətbiq edib 01 ədəd «İphone11» markalı mobil telefonunu və 01 cüt «Airpods» markalı qulaqcığını əlindən zorla alıb, geri qaytarmamışdırlar. Həsənin vəziyyətini, onun tez-tez qusduğunu görüb hadisə barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, oğlu ilə birlikdə polis idarəsinə dəvət olunmuş, polislər oğluna xəsarət yetirən şəxsləri saxlamış, Təqsirləndirilən şəxs1 evindən oğluna məxsus qulaqcıqları aşkar edib oğluna qaytarmışlar. Təhqiqatçının qərarı ilə oğlu barəsində məhkəmə-tibbi ekspertizası keçirilmiş, oğlunun bədənində olan xəsarətlər orada öz əksini tapmışdır. İstintaq gedişatında oğlunun telefonunun dəyəri onlara tam ödənilmiş, bu səbəbdən onun və oğlunun təqsirləndirilən şəxslərə qarşı, o cümlədən barəsində ayrıca cinayət işi aparılan Vüsal Səfərliyə qarşı heç bir şikayət və tələbi yoxdur.

71. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, o, uzun müddət Bakı şəhərində yaşadığı üçün şəhərdə Orxanla rastlaşmış, onunla tanış olmuş, normal münasibətləri olmuşdur. 05 fevral 2024-cü il tarixdə saat 21:00-da dostları, iki qardaş olan Ali Sina və Aliullah ilə birlikdə, Ali Sinanın ad gününü qeyd etmək üçün Bakı şəhəri, Səbail rayonu, Bül-bül prospekti 6 ünvanında yerləşən “Qarabağ Playstation” oyun zalına getmişdir. Təxmininən 30 dəqiqə playstation oyun zalında oynadıqdan sonra saat 21:20-də girişdə qapının yanında yerləşən kassaya ödəniş edib çıxarkən dostu Aliullahın qiyabi olaraq tanıdığı «Orik» ləqəbli, yəni Təqsirləndirilən şəxs1lə üzbəüz durub söhbət etdiyini, ani bir zamanda mübahisə yarandığını və Orxanın Aliullahı yumruqla vurduğunu görmüş, Aliullahı vuran Orxana yaxınlaşdıqda Orxanın yanında olmuş, tanımadığı şəxs bıçaqla birinci onun belindən, daha sonra isə boynundan vurmuşdur. Onu vuran şəxsi görməmiş, yalnız sonradan Ansari Aliullah ona bildirmişdir ki, Orxanın hadisə yerində olmuş dostu Vüsal adlı şəxs ona bu xəsarətləri yetirmişdir. Həmin vaxtı ətrafda çoxsayda tanımadığı şəxslər toplaşdığı üçün Vüsal və Orxan qorxub “Qarabağ Playstation” oyun zalını tərk etmişlər. Vüsalgili tutmaq üçün dostları da onların arxasınca qaçmış, özü isə yaxında olan aptekə gedib yara binti alaraq yarasını sarımışdır. Təqsirləndirilən şəxs1 polislər oyun zalının yaxınlığında yaxalamış, lakin Vüsal adlı şəxs qaçıb getmişdir. Hal-hazırda Vüsalın atası müalicəsi ilə bağlı bütün xərcləri ona ödəmiş, bu səbəbdən Vüsal Səfərli və Təqsirləndirilən şəxs1lə barışmış, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. “Qarabağ Playstation” oyun zalında hadisəni əks etdirən videogörüntü ona nümayiş edilmişdir. Həmin görüntüdə özünü arxadan qaçan zaman görüb tanımışdır.

72. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, qardaşı Ali Sinanın ad gününü qeyd etmək məqsədi ilə dostu Adnanla birlikdə Bakı şəhəri Səbail rayonu «Tarqovi» adlanan ərazidə gəzməyə çıxmışlar. Malakan bağında olarkən tanışları Nərmin və Seva ilə rastlaşmışdırlar. Onlarla birlikdə oyun oynamaq üçün plastation kluba getmək qərarına gəlib 05 fevral 2024-cü il tarixdə saat 21:00-da Səbail rayonu, Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ” plastation oyun zalına getmişlər. Təxminən 30 dəqiqə oyun oynadıqdan sonra qapının girişində yerləşən kassada ödənişi edib çıxarkən qiyabi tanıdığı «Orik» ləqəbli şəxsin, yəni Orxan Mehiyevin obyektə daxil olduğunu, ani bir zamanda qardaşı ilə üzbəüz dayanıb mübahisə etməyə başladığını görmüşdür. Nə baş verdiyini başa düşmədiyi üçün yaxınlaşıb maraqlandıqda Orxan üzərinə gəlib qəflətən sifətinin sol tərəfindən yumruqla vurmuşdur. Buna görə də Orxanın üzərinə gedib onun istiqamətində bir neçə yumruq atmışdır. Bu zaman Orxanın tanışları arxadan yaxınlaşıb gödəkçəsindən tutub dartaraq onu yerə yıxmışlar. Yerdə olarkən ona bir neçə yumruq vurmuşlar. Həyəcanlı olduğu üçün vuran şəxsləri tanıya bilməmişdir.Daha sonra qardaşı onun döyüldüyünü görüb yaxınlaşıb həmin şəxsləri kənarlaşdırmışdır. Adnana bıçaqla xəsarət yetirildiyini və xəsarət yetirən şəxsi görməmişdir. Ətrafa çoxsayda şəxslər toplaşdığı üçün oradan getmişlər. Yalnız bu zaman dostu Adnanın belindən qan gəldiyini, bıçaqlandığını görmüş, həmin şəxslərin arxasınca küçəyə çıxdıqda Orxan əlində tutduğu bıçağı onlara nümayiş etdirmişdir ki, onlar onların arxasınca gəlməsin. Ehtiyat edib onun üzərinə getməmiş, qardaşı Ali Sina da Adnanın bıçaqlandığını görüb Orxangili qorxuzmaq üçün yerdən daş parçası götürüb onları vuracağını bildirmişdir. Bu zaman Orxangildə daşı görüb qorxub qaçmışlar. Onlar isə Orxangilin arxasınca qaçmış, yaxınlıqda olan polis əməkdaşları Orxanı saxlamış, lakin Adnana xəsarət yetirən sonra adını bildiyi Vüsal adlı şəxs qaça bilmişdir. Ona yalnız Orxan yumruqla vuraraq xəsarət yetirmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur.

73. Məhkəmədə elan edilib araşdırılmış cinayət işi üzrə Şahid1 nümayəndəsi X17 tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş ərizədən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında yaşadıqları ərazinin uzaq olması və işi ilə əlaqədar iştirak edə bilməyəcəklər. İbtidai istintaq zamanı övladı Şahid1 verdiyi ifadəni təsdiq edir.

74. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Xızı rayonu Yeni Yaşma kəndində qeydiyyatda olsa da, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Mida yaşayış kompleksində dəqiq nömrəsini bilmədiyi mənzildə yaşayır. Anası atası ilə aryılıb, atası başqa ünvanda yaşayır, onunla əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs1 təxminən 3 ay olar ki, tanıyır, onunla münasibəti təsadüf nəticəsində yaranmışdır. Orxanla dostluq münasibətləri var. Təqsirləndirilən şəxs2, Ülvi və Vüsal adlı şəxsləri təxminən 1-2 ay olar ki, Orxanın vasitəsi ilə tanıyıb münasibəti yaranmışdır. 05 fevral 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri Səbail rayonu Bül-bül prospekti 6 ünvanında yerləşən «Qarabağ Playstation» oyun zalında olarkən tanışı Nərminlə şəxsi münasibətlər zəminində narazılıqları yaranmışdır. Bu barədə tanışı Təqsirləndirilən şəxs1 zəng edib demişdir. Orxan da bir müddət sonra tanışı Vüsal Səfərli ilə birlikdə onun olduğu oyun zalına gəlmişdir. Orxanla Vüsal oyun zalına gəldikdən az sonra əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı istintaq zamanı adlarını bildiyi Şahid3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə ona məlum olmayan səbəbdən mübahisələri yaranmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3nin sifətindən yumruqla vurmuş, Vüsal isə Zərərçəkmiş şəxs2 ilə mübahisə etmişdir. Təxminən 5-10 dəqiqə dava-dalaş davam etmiş və Orxanla Vüsal oyun zalından qaçıb gedəndən sonra Adnandan eşidib bilmişdir ki, Vüsal onu bıçaqla vurub xəsarət yetirib. Vüsalın bıçağı haradan çıxartdığını, necə Adnanı vurduğunu görməmişdir. Çünki həmin vaxtı Orxangil bir-biriləri ilə əlbəyaxa olub dartışırdılar. Həmçinin Vüsalın əlində olmuş bıçağı görmədiyi üçün bıçağı təsvir edə bilməyəcəkdir. Orxanın yanında Vüsaldan başqa kənar şəxs görməmişdir. Şahid3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 özlərini müdafiə etmişdirlər, onların Orxan Mehtyevə və ya Vüsal Səfərliyə qarşı fiziki zor tətbiq edib onlara qəsdən xəsarət yetirdiklərini görməmişdir. Təqsirləndirilən şəxs1 əlində bçıaq olduğunu görməmişdir. Şahid1 əlavə olaraq bildirmişdir ki, təxminən 2024-cü ilin fevral ayından Orxanın dostu Təqsirləndirilən şəxs2 onunla və anası Lyana ilə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Yeni Ramanı qəsəbəsi Bünyadzadə küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayır. Adlarını qeyd etdiyi şəxslərlə onun arasında ədavət və düşmənçilik olmamış və yoxdur, aralarında dostluq münasibətləri var. Özü də ara-sıra Orxangildə gedib qalır. 23 mart 2024-cü il tarixdə saat 15-16 radələrində Orxanın təklifi ilə dostları Vüsal, Ülvi və Vahidlə Orxanın yaşadığı evə qonaq getmişdir. 24 mart 2024-cü il tarixdə saat 01 radələrində Orxan Həsənlə telefon vasitəsi ilə əlaqə saxladıqda Həsən bildirmişdir ki, valideyinləri ilə dalaşıb qalmağa yeri yoxdur. Orxan da təklif etmişdir ki, onun evinə gəlib qalsın. Bu təklifdən sonra Həsən də gəlmişdir. Həsən Orxanın evinə gəlib-gedən şəxs olmuşdur. Həsən gələndə evdə o, Ülvi, Vüsal, Vahid və, Orxan olmuşdurdar. Saat 03-04 radələrində evdə oturub söhbət edərkən Ülvi Həsəndən istifadə etdiyi «İphone11» markalı mobil telefonu baxıb qaytaracağı deyib istəmişdir. Həsən etiraz etməmiş və telefonu Ülviyə vermiş, Ülvi telefona baxdıqdan sonra Həsənə qaytarmışdır. Bir qədər keçdikdən sonra Ülvi yenidən Həsəndən baxmaq üçün telefonunu istəmiş, Həsən telefonu inanıb Ülviyə vermişdir. Bir qədər keçdikdən sonra Həsən telefonunu Ülvidən geri qaytarmasını xahiş etsə də, Ülvi «vermirəm nə edəssən» demişdir. Hiss etmişdir ki, Ülvi ilə Həsən arasında mübahisə ciddiləşir. Ülvi əsəbi, aqressiv, öz bildiyini edən, digər şəxsin sözünə qulaq asmayan insan olduğu üçün Ülviyə söz deməyin mənasız olduğunu bilib, ona telefonu qaytarması ilə bağlı bir söz deməmişdir. Vüsal, Orxan və Vahid də Ülviyə heç bir söz deməmişdirlər. Ülvi ilə Həsən arasında mübahisə gedərkən Ülvi bildirmişdir ki, bəs Həsən başqa şəxslərin yanında Vahidin sevdiyi qızı sevdiyini deyir. Bu söz Vahidə pis təsir etmiş, çünki Həsən Vahidə hər zaman qardaş, onun sevdiyi qızı isə bacı deyə çağırırdı. Buna görə əsəbləşib Həsəni həyətə dəvət etmişdir. O, Orxan, Vüsal və Ülvi evdə qalmışdırlar. Az sonra həyətdə mübahisə səsləri eşidib Orxan, Vüsal və Ülvi ilə həyətə çıxdıqda görmüşdür ki, Həsənlə Vahid sözlə mübahisə edirlər. Orxan onlara iradını bildirmiş və evə daxil olmalarını təklif etmişdir. Həsənlə Vahid arasında həyətdə mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Sonradan Vahidin özündən eşidib bilmişdir ki, o, həyətdə Həsəni bir neçə dəfə sillə və yumruqla sifətindən vurmuşdur. Şəxsən bunun şahidi olmamışdır. Vahid Həsəndən aralandıqdan sonra evə daxil olub telefonuna baxmağa davam etmişdir. Hər kəs öz işi ilə məşğul olurdu. Təxminən 05-06 radələrinədək Həsən Ülvidən telefonunu istəsə də, Ülvi telefonu qaytarmamışdır. X41 telefonu ala bilməyəcəyini başa düşüb evdən çıxıb getmişdir. Ülvi isə Vüsal ilə birlikdə bir qədər sonra çıxıb getmişdirlər. Sonradan bilmişdir ki, Ülvi ikinci dəfə Həsəndən telefonunu alıb ələ keçirən zaman Həsənin çantasında olmuş qulaqcıqları da götürmüş, lakin Ülvi gedərkən unudub həmin qulaqcıqları Orxanın evində qoymuşdur. Həmin qulaqcıq Vahid tərəfindən polis şöbəsində əməkdaşlara təhvil verilmişdir. Ülvi onun yanında Həsəni vurmamış Ülvinin Həsəni vurduğunu görməmişdir. Ülvi tez-tez Həsəni kənara mətbəxə aparıb orada təklikdə söhbət edib qayıtmışdır. Yalnız bir dəfə onların olduğu otağa keçdikdə görmüşdür ki, Ülvi Həsənə ağlama deyib yumruqla vurucağı ilə hədələyib, sifətinə tüpürmüşdür. Həsən Ülvi tərəfindən döyüləcəyindən ehtiyyat edib özü telefonun ekran kilidinin şifrəsini vermişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 “İnstagram” sosial şəbəkəsində mesajlar yazıb ona hədə qorxu gəlməsindən məlumatı olmamışdır. Ülvi ilə Həsənin arasında baş vermiş mübahisəyə müdaxilə etməmişdir. Mübahisə zamanı bildiyinə görə Vüsal yatmamışdır.

75. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, ad gününü qeyd etmək məqsədi ilə qardaşı Aliullah və dostu Adnanla birlikdə Səbail rayonu «Tarqovı» adlanan ərazidə gəzməyə çıxmışdır. Orada olan zaman tanışları Nərmin və Sevda ilə rastlaşmışdırlar. Onlarla birlikdə bir qədər gəzdikdən sonra oyun oynamaq üçün plastation oyun zalına getmək qərarına gəlmişdirlər. 05 fevral 2024-cü il tarixdə saat 21:00-da Səbail rayonu Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ” plastation oyun zalına daxil olmuşdurlar. Təxminən 30 dəqiqə oyun oynadıqdan sonra qapının girişində yerləşən kassada ödənişi edib çıxarkən «Orik» ləqəbli, yəni Təqsirləndirilən şəxs1 obyektə daxil olduğunu görmüşdür. Həmin vaxtı zalın işçisindən qulaqcıq istədikdə Orxan ona nəsə dediyini zənn edib üstünə qışqırmışdır. Bunu görən qardaşı Aliullah Orxanın yanına gedib nə üçün onunla bu tərzdə danışdığını soruşmuşdur. Orxan isə heç bir səbəb olmadan qardaşını yumruqla vurmuşdur. Qardaşının döyüldüyünü görüb Orxanın yumruqla başına vurmuşdur. Bu zaman Orxanın yanında olmuş dostu onu vurmaq istəsə də, zərbə ona dəyməmişdir. Adnan mübahisəyə müdaxilə etmiş Orxanı vurmuşdur. Çoxsayda tanımadığı şəxslər toplaşdığından və və hər tərəfdən onları vurduqları üçün nə baş verdiyini tam başa düşməmişdir. Lakin qardaşının yerdə olduğunu üzərində kiminsə olduğunu görüb, onlara yaxınlaşıb qardaşının üzərində olmuş şəxsi kənara dartmışdır. Daha sonra digər müştərilərin və obyekt sahibinin narahatlığına səbəb olduğu üçün kənar şəxslərin köməyi ilə Orxan və yanında olmuş şəxslər obyektdən güclə çıxarılmışdırlar. Onların arxasınca küçəyə çıxdıqda Orxan və dostu pilləkəndən yuxarıda dayanıb adını sonradan bildiyi Vüsal adlı tanışı əlində tutduğu bıçağı göstərərək onları “Qarayevka” adlanan bağa çağırmışdır. Adnana baxdıqda həmin şəxslərin üzərində hadisə zamanı bıçaq olduğunu demişdir. Bu zaman Vüsal əlində olan bıçaqla Adnanın üzərinə hüçüm edərək həmin bıçaqla Adnanın bel və boyun nahiyəsinə zərbə endirmiş, Adnanın belindən və boynundan qan gəldiyini görmüşdür. Qorxuzmaq üçün yerdən daş parçası tapıb həmin şəxslərin üzərinə qaçmış, onlar da əlində daş olduğunu görüb qorxub qaçmışdırlar. Qaçmaqlarına baxmayaraq Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində polis avtopatrulu ilə üzbəüz gəlmişdirlər, həmin vaxtı Orxan dayansa da, digər dostu dayanmayıb qaçıb getmişdir. Onu gözdən itirməmək üçün qaçıb tutaraq yerə yıxmış, bu zaman belindən bıçaq yerə düşmüşdür. Həmin şəxsi saxlamaq istəsə də saxlaya bilməmişdir. Bıçağı götürüb polisə təhvil vermək üçün bıçağın düşdüyü yerə qayıtdıqda bıçağı tapa bilməmişdir. Baş vermiş hadisə zamanı şəxsən xəsarət almamışdır. Şahid3 əlavə olaraq bildirmişdir ki, 05 fevral 2024-cü il tarixdə saat 22 radələrində Səbail rayonu Bülbül prospekti 6 ünvanında yerləşən “Qarabağ plastation» oyun zalında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs1 yanında olmuş, onu yumruqla vurmağa cəhd etmiş, lakin buna nail ola bilməmiş şəxsin anket məlumatları barədə məlumatı yoxdur, həmin şəxsin xarici əlamətlərini xatırlamır, görsə belə tanımaqda çətinlik çəkər. Adnana bıçaqla xəsarət yetirən əvvəllər tanımadığı, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmadığı, araşdırma zamanı adını bildiyi Vüsal Səfərli, Aliullaha yumruqla zərbələr endirib xəsarətlər yetirmiş Orxan olmuşdur. Orxanın əlində bıçaq görməmiş, sonradan Aliullahdan eşidib bilmişdir ki, Orxanın da əlində bıçaq olmuş o, bıçağı əlində tutmaqla nümayiş etdirmişdir. Hadisə zamanı oyun zalında çox sayda adamlar olmuş, Orxanın Vüsaldan başqa tanışının həmin şəxslər arasında olması barədə məlumatı olmamışdır. Çünki Orxanın ümumiyyətlə tanışlarını tanımamış, Vüsal isə hadisə zamanı bıçaqdan istifadə etdiyindən və mübahisəyə müdaxilə edib, Orxanın tərəfini tutduğu üçün başa düşmüşdür ki, o Orxanın tanışıdır. Orxana qarşı qəsdən hər hansı bir şəxs tərəfindən fiziki zor tətbiq olunmamış, özü, Adnan və Aliullah özlərini müdafiə edib, Orxanı və tanışı Vüsalı əlləri ilə vurub özlərindən kənarlaşdırmışdırlar.

76. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, 2022-ci ilin mart ayından “X42” adlı internet oyun klubunda əvvəl ofisiant kimi işləməyə başlamış, təxminən 1 aydan sonra hazıra kimi kassir vəzifəsində çalışır. Hər gün saat 19:00-da işə gəlir və səhər saat 6-da işdən çıxır. 05 fevral 2024-cü il tarixdə saat 21:15 radələrində Səbail rayonu Bül-bül prospekti 6 ünvanında yerləşən “X42” adlı internet oyun klubunda işdə olan zaman əvvəllər də müştəri qismində işlədiyi internet oyun klubuna gələn üç nəfər adlarını bilmədiyi xarici vətəndaşlar kompyuterdə oyun oynayıb durduqdan sonra internet klubun zal hissəsində olan zaman başqa 3 nəfər hər zaman işlədiyi kluba gələn digər müştərilər ilə qarşılaşmışdırlar. Onlar bir-birləri söhbət etməyə başlamışdırlar. Həmin vaxtı onların tanış olduğunu düşünmüş və kassada oturub onlara baxmışdır. Ani bir vaxtda onlar bir-birləri dalaşmağa başlamışdırlar. O və onunla birlikdə işləyən iş yoldaşları Riad, Firudun və orada tanımadığı kompyuterdə oyun oynayan müştərilər ilə birlikdə onları ayırıb çölə çıxartmışdırlar. Həmin hadisə vaxtı sonradan adı ona məlum olan Vüsal adlı şəxsin əlində cib bıçağı olmuş, o və müştərilərdən biri ilə onu tutub klubdan çölə çıxartmışdır ki, kimisə vurmasın. Hadisədən təxminən 3 saat sonra işlədiyi kluba hadisə vaxtı dava-dalaş edən uşaqların yanında olan qızlardan biri Sevda adlı qız yenidən kluba tək kompyuterdə oyun oynamağa gəlmişdir. Sevda ona bildirmişdir ki, həmin dava-dalaş edən uşaqlar klubdan çıxdıqdan sonra küçədə də dava dalaş etmişdirlər və dava zamanı Orxan adlı şəxsin yanında olan Vüsal adlı şəxs xarici vətəndaşlardan birini bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Həmin xarici vətəndaş aldığı xəsarətdən sonra huşunu itirib yerə yıxılıb və oradan keçən şəxslər onu 39-cu PByə aparmışdırlar. Sonrada polis əməkdaşları dava-dalaşda iştirak edən şəxsləri müəyyən edərək polis bölməsinə aparmışdırlar.

77. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 atası Qanuni nümayəndə1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, oğlu Zərərçəkmiş şəxs1 dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Həmin şəxslərə qarşı maddi şikayəti, tələbi və iddiası yoxdur.

Təqsirləndirilən şəxslərin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

78. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, lakin CM-nin 181.2.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Belə ki o təxminən 2024-cü ilin fevral ayından anası Lyana ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Digər təqsirləndirilən şəxslərdən onun tanışlarıdı lakin ittihamda adı çəkilən Vüsal Səfərli ona verilmiş ittihamla eyni ittiham əsasında axtarışda olduğu üçün tək məhkəməyə verilmişdir.Vüsal Səfərlini də tanıyır.05 fevral 2024-cü il tarixdə saat 21:00-da Bakımetropolitenin «Sahil» stansiyasının çıxışında dostları Ədaləti və Vüsalı götürərək «Qarabağ Playstation» oyun zalına getmışdir. Onun həmin zala Fidan çağırmamışdır Fidan onun tanışıdır. Həmin zala gəldikdə Fidanla Nərmin adlı qızın mübahisə etdiklərini görmüşdür. Nərmindən nə səbəbdən Fidanla dalaşdığını soruşan zaman əfqanlı Aliullah adlı şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşmuş və davamlı şəkildə üzərinə gəldiyi üçün onu yumruqla sifətindən vurmuşdur. Həmin vaxt əfqanlı Aliullahın qardaşı Ali Sina onu vurmuşdur. Həmin dava dalaş təxminən 10 dəqiqə çəkmiş və həmin dava dalaş zamanı o bicaq istifadə etməmişdir.İkinci epizod üzrə bildirir ki, 23 mart 2024-cü il tarixdə saat 15-16 radələrində dostları Vüsal,Vahid və Ülvi onun təklifi ilə yaşadığı evə qonaq gəlmişdirlər. 24 mart 2024-cü il tarixdə saat 01 radələrində dostu olan Zərərçəkmiş şəxs1 zəng edərək bildirmişdir ki, valideyinləri ilə dalaşmış, qalmağa yeri yoxdur,bir neçə gün onun evinində qaımağa icazə istəmişdir. Həsən onun evinə daim gəlib-gedən şəxs olduğu üçün, Həsənə onun evinə gəlməsini təklif etmiş,Həsən də onun evinə gəlmişdir. Saat 03- 04 radələrində evdə oturub söhbət edərkən Ülvi Həsəndən istifadə etdiyi «İphone11» markalı mobil telefonu istəmiş, Həsən etiraz etməmiş və telefonunu Ülviyə vermiş, lakin Ülvi instaqrama girib baxdığı zaman telfonu geri tələb etmiş Ülvi də telefonu onun özünə qaytarmışdır. Bir qədər keçdikdən sonra Ülvi yenidən Həsəndən baxmaq üçün telefonunu istəmiş, Həsən də telefonu Ülviyə vermişdir. Az sonra Həsən telefonunu Ülvidən geri qaytarmasını xahiş etsə də, Ülvi ondan incikli şəkildə telefona baxmağa qoymadığını demiş, Ülvi ilə Həsən arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Ülvi bildirmişdir ki, bəs Həsən başqa şəxslərin yanında Vahidin sevdiyi qızı sevdiyini demişdir. Bu söz Vahidə pis təsir etmiş, çünki Həsən Vahidə hər zaman qardaş, onun sevdiyi qızı isə bacı deyə çağırırdı. Buna görə Vahid əsəbləşib Həsəni həyətə dəvət etmişdir. Onlara iradını bildirmiş və evə daxil olmalarını təklif etmişdir. Həsənlə Vahid arasında həyətdə mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Sonradan Vahidin özündən eşidib bilmişdir ki, o, həyətdə Həsəni bir neçə dəfə sillə və yumruqla sifətindən vurmuşdur, şəxsən bunun şahidi olmamışdır. Təxminən saat 05-06 radələrinədək Həsən Ülvidən telefonunu istəsə də Ülvi telefonu qaytarmamışdır. X41 telefonu ala bilməyəcəyini başa düşüb evdən çıxıb getmişdir. Ülvi isə Vüsal ilə birlikdə bir qədər sonra çıxıb getmişdirlər. Ülvi onun yanında Həsəni vurmamış, Həsən özü ekran kilidinin şifrəsini Ülviyə vermişdir. Şəxsən o Həsəni vurmamış və Həsəni uşaqlar tərəfindən vurulmasını görməmişdir.

79. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,digər təqsirləndirilən şəxslər Orxan Mehdiyev və Təqsirləndirilən şəxs3 onun dostlarıdır , həmçinin bu iş üzrə Zərərçəkmiş şəxs1 Orxanın dostudur. 24 mart 2024cü il tarixdə saat 01 radələrində Orxanın yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs1 Orxanın evinə qonaq gəlmişdir. Həsən Orxangilin evinə gəlib-gedən şəxs olmuşdur. Həsən gələndə evdə o, Ülvi, Vüsal, və Orxan olmuşlar. Saat 03-04 radələrində evdə oturub söhbət edərkən Ülvi Həsəndən istifadə etdiyi «İphone11» markalı mobil telefonu baxıb qaytaracağını deyib istəmiş, Həsən etiraz etməyərək telefonu Ülviyə vermişdir. Ülvi telefona baxdıqdan sonra Həsənə qaytarmışdır. Bir qədər keçdikdən sonra Ülvi yenidən Həsəndən baxmaq üçün telefonunu istəmiş, Həsən də telefonu Ülviyə vermişdir. Sonra o, digər otağa keçib oturub öz telefonuna baxarkən, Ülvi ilə Həsən arasında telefon üstündə mübahisə yaranmışdır. Onların olduğu otağa keçdikdə görmüşdür ki, Ülvi ilə Həsən arasında mübahisə ciddiləşir. Ülvi əsəbi halda bildirmişdir ki, bəs Həsən başqa şəxslərin yanında onun sevdiyi qızı sevdiyini deyir. Bu söz ona çox pis təsir etmiş, çünki Həsən ona hər zaman qardaş, sevdiyi qızı isə bacı deyə çağırırdı. Buna görə əsəbləşib Həsəni həyətə dəvət etmiş və bir iki dəfə sillə ilə Həsənin sifətindən vurmuşdur. Həmin vaxtı həyətə Orxan, Vüsal və Ülvi çıxıb onları aralamışlar. Həsəndən aralanıb evə daxil olmuş və öz telefonuna baxmağa davam etmişdir. Həsənlə onun arasında həyətdə mübahisə və onun Həsəni vurması təxminən 3-4 dəqiqə davam etmişdir. Təxminən 05-06 radələrinədək Həsən Ülvidən telefonunu istəsə də, Ülvi telefonu qaytarmamışdır. X41 telefonu ala bilməyəcəyini başa düşüb evdən çıxıb getmişdir. Ülvi isə Vüsal ilə birlikdə bir qədər sonra çıxıb getmişdir. Sonradan bilmişdir ki, Həsən Ülvidən polisə şikayət etmişdir.

80. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslər dostlarıdır, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs1 dostudur. 23 mart 2024-cü il günorta saatlarından 24 mart 2024-cü il saat 11-12 radələrinədək Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi Bünyadzadə küçəsi 84 nömrəli evdə qonaq olmuşdur. Onunla birlikdə evdə Təqsirləndirilən şəxs1, dostları Təqsirləndirilən şəxs2 və Vüsal Səfərli olmuşlar. Sonradan Zərərçəkmiş şəxs1 da gəlmişdir. Birlikdə evdə oturub söhbət edib vaxtlarını keçirmişlər. 24 mart 2024-cü il tarixdə saat 03-04 radələrində evdə oturub söhbət edərkən Həsənə məxsus «İphone11» markalı mobil telefonu İnstaqrama baxmaq üçün istəmiş, Həsən etiraz etmədən telfonu ona vermişdir.Birazdan sonra Həsən telefonu istədiyi üçün ona qaytarmış, lakin telefon lazım olduğu üçün yenidən ondan telfonu istəmiş, telefona baxdığı zaman Həsən yenidən telefonu istədiyi üçün əsəbləşib onunla mübahisə etmiş və telfonu verməyəcəyini bildirmişdir.Bu zaman aralarında heç bir dava-dalaş olmamışdır.X39 sevdiyi qıza onu sevdiyini deməsinə görə mübahisələri düşmüş, Həsənlə Vahid həyətə çıxıb dalaşmışlar,O isə Həsənə telfonu qaytarmamış, əsəbi halda Orxan gildən Vahidlə birlikdə çıxıb getmiş, Həsənin telefonun isə Nərimanov metrostansiyasının yanında qırıb atmışdır.Telefonun dəyərini Həsənə odəmiş, onunla barışmışdır. Lakin o bunu görməmişdir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

81. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri zərərçəkmiş şəxs Qanuni nümayəndə1 və onun qanuni nümayəndəsinin şikayət ərizələri, təqsirləndirilən şəxslərin qismən etiraf edici ifadələri, təqsirləndirilən şəxslərin özlərinin və Zərərçəkmiş şəxs1 ilə üzləşdirmə və əşyanın könüllü təqdim edilməsi haqqında protokoları, ekspert rəyiləri və cinayət işinin digər materialları ilə onlara verilmiş ittiham üzrə tam təsdiqini tapmışdır.

82. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 onun yanında Zərərçəkmiş şəxs1 vurmamasına, Həsənin özünün ekran kilidinin şifrəsini Ülviyə verməsinə, Həsəni digər təqsirləndirilən şəxslər tərəfindən vurulmasını görməmədiyinə dair ifadələri, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs1 arasında telefon üstündə mübahisə olan zaman başqa otağda olmasına və mübahisə ciddiləşəndəndən sonra həmin otağa keçməsinə, Zərərçəkmiş şəxs1 həyətə dəvət edərək bir iki dəfə sillə ilə Həsənin sifətindən vurmasına dair ifadələri, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1la mübahisə zamanı aralarında heç bir dava-dalaş olmamasına dair ifadələri üzləşdirmə, hadisə yerinə baxış, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunaraq bu nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələr həqiqəyə uyğun deyildir, ibtidai istintaq zamanı verdikləri ifadələr həqiqəti əks etdirməklə onların Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsinə əsasən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini sübut edir.

83. Təqsirləndirilən şəxs1 əlavə olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsilə verilmiş ittihamı təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi və etirafedici ifadə verməklə ittihamı qəbul etməsi, zərərçəkmişlər şəxslərin ifadələri və barələrində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyləri, “Qarabağ Playstation” oyun zalında olan mübahisəni əks etdirən görüntülərin məhkəmə istintaqı zamanı tədqiq olunması ilə tam sübuta yetirilmişdir.

84. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

85. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilindikləri cinayət qanunun müvafiq normasının sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, əlavə olaraq Təqsirləndirilən şəxs1 ittiham olunuduğu CM-nin 221.2.1-ci maddəsi ilə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur.

86. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır

87. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, hər üç təqsirləndirilən şəxs quldurluq əməlini qabaqcadan əlbir olan bir qrup halında törətmişlər. Belə olan halda hər birinin əməli Azərbaycan Respublikası CM-nin 181.2.1ci maddəsinin tərkibini yaratmış olur. Əlavə olaraq təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 həmin məcəllənin 221.2.1-ci maddəsilə verilmiş ittiham ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir. Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

CM-nin 181.2.1-ci maddəsinə əsasən quldurluq, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 221.2.1-ci maddəsinə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1№-li Qərarı Qərarın 3-cü bəndi. Özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Qərarın 5-ci bəndi. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndi. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Qərarın 11-ci bəndi. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qərarın 23-cü bəndi. CM-nin 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərərçəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında CM-nin 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları:—cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarı

Qərarın 1-ci bəndi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Qərarın 2-ci bəndi. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndi. Xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qərarın 4-cü bəndi. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

Qərarın 7-ci bəndi. Hökmdə sübut kimi ifadələrinə istinad edilən zərərçəkmiş şəxslərin, şahidlərin və sair şəxslərin soyadı, adı, atasının adı göstərilməklə yanaşı, bu ifadələrin sübut etmə predmetinə aid məsələ ilə şərtləndirilən zəruri həcmdə məzmunu da açıqlanmalıdır. Bu eynilə ekspert rəylərinə, məhkəmənin fikrincə işin faktiki hallarını təsdiq edən digər materiallara da aiddir. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Qərarın 8-ci bəndi. Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Qərarın 9-cu bəndi. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Qərarın 10-cu bəndi. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPMin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin presedent hüququ:

Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin gəldiyi hüquqi nəticə:

Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsilə, Təqsirləndirilən şəxs1 əməllərini isə CM-nin 181.2.1 və 221.2.1-ci maddələri ilə cəza təyin edilməsini mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi və aradan qaldırılması müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi və aradan qaldırılması müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin CM-nin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi və aradan qaldırılması müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq təqsirləndirilənlər şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlində məsuliyyətlərini ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1-ci maddəsilə verilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilərək, cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs3 barəsində isə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 mart 2023cü il tarixli 1(009)-87/2023 nömrəli qərarın surətindən görünür ki, istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə xitam verilmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İşdə olan tutma protokollarından, axtarışda olan şəxsin tutulması protokolundan və məhkəmə qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barələrində 30 mart 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 isə 06 iyul 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Sabunçu RPİ-nin Müvəqqəti Saxlama yerinə təhvil verilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barələrində 08 iyul 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hər üç təqsirləndirilən şəxs hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışlar.Təqsirləndirilən şəxslər hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən onlara təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 il tarixdə cəza çəkməsinin başlanğıcı onların tutulduğu 28 mart 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs3 isə 06 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ağ rəngli, üzərində «A2700 523 mAh» yazıları olan qulaqcığın qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, ambulator məcburi-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçilər Müdafiəçi3 və Müdafiəçi1 üçün hər birinə ayrı-ayrılıqda 550 AZN (beş yüz əlli) manat pul «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 02 (iki) il müddətinə müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2024-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2024-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2024-cü tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi subut 01 ədəd ağ rəngli, üzərində «A2700 523 mAh» yazıları olan qulaqcığın qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi1 hər birinə ayrı ayrılıqda 550 AZN (beş yüz əlli) manat pul «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar