Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-658/2022 18.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X10 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs– xx.xx.1985-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Oğuz şəhəri, X.Yunisov küçəsi ev 10-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Əhmədli» metro stansiyasının qarşısında istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, üç bükümdə ümumi 2,211 qram çəkidə külli miqdarda narkotik vasitə hesab olunan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 23.09.2021-ci il tarixdə saat 01.30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayonu Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 3123 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada saat 03:00-da üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kağız bükümün içərisindən 01 ədəd sellofan bükümüdə təmiz çəkisi 0,316 qram və 02 ədəd ağ rəngli kağıza bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,108 və 0,787 qram, ümumi təmiz çəkisi 2,211 qram olan qəhvəyi rəngli maddələr küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü qismən, yəni narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilir. 5 ilə yaxın müddət ərzində narkotik vasitə hesab olunan heroindən istifadə etmişdir. 22.09.2021-ci il tarixdə səhər saatlarında Xətai rayonu, ərazisində yeləşən Əhmədli metrostansiyasının anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığım şəxsdən, kağıza bükülmüş vəziyyətdə üçərisində 01 sellofan büküm və 02 kağız bükümdə narkotik vasitə “heroini” 25 manata almışdır. Həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş və qalan hissəsini isə üzərimdə saxlamışdır. Bədənində ağrılar olan zaman narkotk vasitəni qəbul edəcəkmiş. 23.09.2021-ci il tarixdə saat 01:30 radələrində ünvan 2 ünvanında piyada gəzərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra polislər onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, polislərdən nə səbəbə saxlanıldığını soruşduqda polislər ona izah etmişlər ki, onun narkotik vasitələrin istifadəsində və üzərində saxlamağı barədə onlarda məlumat vardır və bu səbəbə onu saxlamışlar. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, hüquqları izah edildikdən sonra o, xahiş etmişdir ki, ona dövlət hesabına müdafiəçi təqdim edilsin. Ona müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Bundan sonra polis bölməsində otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilmiş baxış zamanı əynindəki gödəkçənin sağ cibindən 01 ədəd kağız bükümü masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən kağız büküm açılmış və içərisindən 01 ədəd selloffan büküm və 02 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin bükümlər polis əməkdaşları tətərində açılmış və içərisində spesifik iyə malik olan, qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Həmin maddənin nə olduğu ondan soruşulduqda o, həmin bükümdə narkotik vasitə hesab olunan “heroin” olduğunu bildirmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ 5-ci PB-də baş əməliyyat müvəkkili işləyir. X6 daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan «Lalə» adlı şəxsin cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 23 sentyabr 2021-ci il tarixdə saat 01:00 radələrində o və qrup üzvü Binəqədi RPİ-nin 5-ci PB-nin YYC-nin baş inspektoru polis mayoru Şahid2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində 3123 ünvanında yerləşən 283№ məktəbin yaxınlığına getmişlər. 23 sentyabr 2021-ci il tarixdə saat 01:30 radələrində yuxarıda göstərilən ünvanın qarşısında əlamətlərinə görə «Lalə» adlı şəxsə bənzəyən şəxsi görmüşlər və ona yaxınlaşmışlar. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olduğuna əmin olandan sonra Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Onlar laləni bölməyə aparıb X7yə təhvil vermişlər. X7 ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd kağız bükümü massanın üzərinə qoymuşdur. Həmin bükülərin içərində narkotik vasitə hesab olunan heroin olduğunu bildirmişdir. Orada polis əməkdaşları tərəfindən kağız büküm açılmış və içərisindən spesifik iyə malik olan qəhvəyi rəngli maddələr olan 01 ədəd selloffan büküm və 02 ədəd kağız büküm aşkar olunmuşdur. Aşkar edilən kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürləndikdən sonra həmin zərf imzalanmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitə “heroin”i 22.09.2021-ci il tarixdə səhər saatlarında Xətai rayonu, ərazisində yeləşən Əhmədli metro stansiyasının anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 25 manata almışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismndə ifadə vermiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması qismən özünün etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 23 sentyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən “01” ədəd ağ rəngli kağıza bükülmüş bükümü, həmin gödəkçənin sol yan cibindən özünə şəxsiyyət vəsiqəsini və mobil telefonu çıxararaq masanın üzərinə qoyur. Bundan sonra vətəndaş X4 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilir, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra X3 üzərində axtarış aparılmağa başlanılır, onun geyindiyi paltarların ciblərinə baxılır, lakin hər hansı bir əşya aşkar edilmir. Vət. X4 üstbaşını səliqəyə salması tələb edilir. X1 üzərindən aşkar edilmiş əşyaları təqdim etməsi bildirilir. Vət. X5 masanın üzərində olan “01” ədəd ağ rəngli kağızı açaraq içərisində olan “01” ədəd şəffaf rəngli sellofana bükülmüş, “02” ədəd ağ rəngli kağızlara bükülmüş bükümlərin içərisində el arasında “kakos” deyilən narkotik vasitə olmasını, həmin narkotik vasitəni 22.09.2021-ci il tarixdə saat 15:00 radələrində Əhmədli metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirir. Bundan sonra həmin bükülülər zərfə qoyularaq qablaşdırılır. Zərfin ağzı möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır.Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərək onun geyindiyi paltarların ciblərinə baxılmış, ayağında olan ayaqqabılara baxılmış, lakin hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Elçin Rzazadə tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD diskə müstəntiqin xidməti kompüterinin DVD qurğusu vasitəsi ilə baxış keçirilərkən, şəxsi axtarış və götürmənin, mənzildə aparılmış axtarışın prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 06 yanvar 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9S” markalı mobil telefonuna baxış keçirilmişdir. Mobil telefonun «WhatsApp» proqramına baxış keçirilmiş və orada «Lala Sixeliyeva» adlı istifadəçi ilə müxtəlif şəxslər arasında narkotik vasitələrin alışı və satışı ilə bağlı yazılar mövcuddur. Cinayət işinin materiallarında olan 23 sentyabr 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 4(001)-1013/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2021ci il tarixli 6/4225 saylı rəyindən görünür ki, Üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 174” dairəvi möhür əksi olan, “Vət. X3 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,316 qram olan tünd qəhvəyi rəngli və iki ədəd ağrəngli kağıza bükülmüş bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 1,108 qram, 0,787 qram, ümumi təmiz çəkisi 1,895 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üç bükümdə olan heroinin ümümi təmiz çəkisi 2,211 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 06.01.2022-ci il tarixli, 30 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 06.01.2022-ci il tarixli, 04 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarında olan istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut qismində tanınmışdır. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2.211 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2,121 qram çəkidə olan narkotik vasitə heroin, ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9S” markalı mobil telefon cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə bilinərək 01 (bir) il 11 (ay) 28 (iyirmi səkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 7(005)-27/2022 saylı 06.01.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021- ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilərək o, cəzasının çəkilməmiş 01 ay 20 gün hissəsindən azad edilmiş və məhkumluğu götürülmüşdür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi, özünü narkotik vasitələrin istifadəsində təqsirli bilməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması kimi ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qızı ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq iş üzrə maddi sübutlar Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 2,121 qram çəkidə olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa maddi sübut olaraq Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qızına məxsus “Redmi Note 9S” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 91,76 (doxsan bir manat yetmiş altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğluna 128 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 23 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olaraq Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 2,121 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut olaraq Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qızına məxsus “Redmi Note 9S” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 91,76(doxsan bir manat yetmiş altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-658/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-658/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver