Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-658/2023 21.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova–X4 oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid3, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında 14 avqust 2005-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, Cilov adası, R.İbrahimov küçəsi ev 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 13 ünvanda dayısı Zərərçəkmiş şəxs mərhum atasına məxsus təqaüq kartını istədikdə Zərərçəkmiş şəxs kartı verməməsi səbəbindən aralarında sözlə yaranmış mübahisədən sonra sonuncunu onun qolundan tutaraq yaxınlıqda saxladığı avtomobilə əyləşdirib evinə aparmaq istəməsinə görə üzərində olan bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın, iki dəfə sol çiyin, bir dəfə sağ, bir dəfə isə sol bud nahiyələrindən cəmi 5 zərbə endirməklə sonuncuya sol çiyin nahiyəsinin və hər iki budun deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və insan həyatı üçün təhlükəli olan qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın, müsariqənin və peritonun zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığa Ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma dayısıdır. Ona qarşı etdiyi əmələ görə çox peşmandır və səhv etmişdir. Belə ki, atası Fariz Həsənli ilə Zərərçəkmiş şəxs yeznə-qayın olmaqla yanaşı, həm də bibioğlu-dayıoğlu olmuşlar. Atası rəhmətə gedəndən sonra anası atasının təqaüd bank kartını qardaşı Zərərçəkmiş şəxs vermişdir. Həmin kartdan Zərərçəkmiş şəxs onlara pulu yalnız o və yaxud anası istədikləri vaxt verir, kartda olan pulun məbləğini isə onlar bilməmişlər. Bu vəziyyət onu qane etməmiş və o, atasının bank kartını dayısından istəmişdir. Gözləmədiyi halda dayısı onun bu xahişini çox aqressiv qəbul etmiş, hətta onu təhqir etmişdir. Hətta onun anası ilə tikdirdiyi evin tikinti işlərinə də dayısı nəzarət edirdi. O, dayısından kartı istədiyi üçün aralarında olan qohumluq münasibətləri gərginləşmişdir. O, məktəbi bitirdiyi üçün instituta qəbul olmaq üçün hazırlaşırdı və hadisə olan gün , yəni 08 iyun 2022-ci il tarixdə saat 17 radələrində imtahandan gəlirdi. Evlərinə, Cilov adasına getmək üçün Zığa getmiş, orada gəmiyə minmək üçün Zığ-Cilov marşrutu üzrə hərəkət edən gəminin minik yerinə gəlmişdir. Həmin vaxt dayısı öz maşını ilə oraya gəlmiş, maşından düşüb ona yaxınlaşaraq onun qolundan tutub maşina mindirmək istəmişdir. Lakin o, dayısına müqavimət göstərmiş, maşina minməmişdir. Bundan sonra dayısı onu buraxılış məntəqəsinin yanındakı ağacın altına tərəf apararaq, orada ona əl atıb vurmuşdur. Bundan sonra özünü idarə edə bilməyərək və dayısına gücü çatmadığı üçün özündə olan bıçağla dayısının qarın boşluğuna və bədəninin digər nahiyələrindən xəsarət yetirmişdir. Həmin vaxt hadisə yerinə 2 nəfər şəxs gələrək onları aralayaraq dayısını maşınla xəstəxanaya aparmışlar, o isə çıxıb öz evinə getmişdir. Onun hazırda 17 yaşı var, məktəbi yeni bitirmiş və etdiyi əməldən peşmandır. Hal-hazırda dayısı ilə barışmış, münasibətləri yaxşıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Ramizin atası yeznəsi olmaqla yanaşı həm də bibisi oğlu olmuşdur. Fariz dünyasını dəyişdikdən sonra bacısı ərinin təqaüd bank kartını və özünün maaş kartını ona vermişdir ki, lazım olduqda bankomatlardan həmin kartlara daxil olan pulları o çıxarıb ona versin. İş ondadır ki, bacısının ailəsi ilə yaşadığı Cilov adasında bankomat olmadığı üçün həmin kartlardan istifadə etmək mümkün olmur. Həmiçnin o, bacısına ev tikməkdə kömək edir, yəni tikinti işlərinə özü nəzarət edirdi. Bacısının ailəsinə pul lazım olduqda isə kartdan lazım olan məbləğdə pul çıxarıb ona verirdi. Baş vermiş hadisədən təxminən 4 ay əvvəl Ramiz atasının kartını ondan tələb etmiş, ona qarşı kobud ifadələr işlətmişdir. O isə ona qarşı yüngül şəkildə ifadələr işlədərək təhqir etmişdir. Bununla da bu karta görə münasibətləri pozulmuşdur. 08 iyun 2022-ci ildə idarə etdiyi maşınla iş yoldaşları Şahid2 və Şahid1lə birlikdə saat 17 radələrində işdən çıxarkən Zığ qəsəbəsində olan gəmiyə minmək üçün toplanış mətəqəsindən keçən zaman düşünmüşdür ki, Ramiz orada ola bilər, onunla söhbət etmək lazımdır. Məqsədi Ramizə etdiyi hərəkətin səhv olduğunu başa salmaq idi. Maşını saxlamış, iş yoldaşlarına isə onu maşında gözləmələrini demişdir. Sahilə yaxınlaşdıqda Ramizi məntəqədə görmüş, onunla salamlaşaraq maşina minməyi təklif etmişdir. Qəfildən gözləmədiyi halda Ramiz bıçaqla onun qarın nahiyyəsindən və bədənininin digər nahiyələrindən bir neçə xəsarət yetirmişdir. Bu zaman hiss etmişdir ki, Ramiz özünü idarə etməyi bacarmayan bir vəziyyətdədir, nə etdiyini anlamır. İş yoldaşları onları araladıqdan sonra Ramiz çıxıb getmiş, artıq üzərinə gəlməmişdir. İş yoldaşları onu maşina mindirib təcili xəstəxanaya çatdırmışlar. Hal-hazırda özünü yaxşı hiss edir, bacısı oğlu ilə barışmış, ona qarşı heç bir tələbi və iddiası yoxdur. Məhkəməyə notarial qaydada təsdiq olunmuş barışıq ərizəsini təqdim edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə hadisə günü görmüş, onunla heç bir münasibəti yoxdur. Zərərçəkmiş şəxs isə iş yoldaşı olmaqla tikinti işlərində işləmişlər. 08 iyun 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs ona və digər iş yoldaşı Şahid1 bildirmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs ilə mübahisəli problemi var, onunla görüşə gedir, hər ehtimala görə onların da onunla getmələrini istəmişdir. Yadulla bacısı oğlu ilə olan problemin mahiyyətini onlara deməmişdir. Etiraz etməyərək hər ikisi, yəni o və Əfqan Yadullanın idarə etdiyi avtomaşına minərək yola çıxmışlar. Zığ qəsəbəsində gəminin toplanış məntəqəsinin qarşısında Yadulla maşını saxlayaraq məntəqəyə tərəf getmiş, onlara isə onu maşında gözləmələrini tapşırmışdır. Maşının dayandığı yerdən toplanış məntəqəsinə qədər təxminən 70 metr məsafə vardır. Görmüşdür ki, Yadulla hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs ilə görüşərək söhbət etmiş, lakin məsafə uzaq olduğu üçün onların nə barədə söhbət etmələrini nə o, nə d əki, Şahid1 eşitməmişlər. Ani olaraq görmüşdür ki, Ramiz bıçaqla Yadullanı vurmağa başlamış, dərhal o və Əfqan maşından enərək onlara tərəf qaçıb Ramizi Yadulladan aralamışlar. Bundan sonra Ramiz çıxıb getmiş, onlar isə Yadullanın qoluna girərək maşina kimi gəlib əyləşməyə kömək etmişlər. Bundan sonra maşını idarə edərək Yadullanı xəstəxanaya aparıb həkimlərə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə hadisə günü görmüş, onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs isə tanıyır, iş yoldaşıdır. 08 iyun 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs ona və digər iş yoldaşı Şahid2 bildirmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs ilə mübahisəli problemi var, onunla görüşə gedir, hər ehtimala görə onlardan onunla getməyi xahiş etmişdir. Yadulla bacısı oğlu ilə olan problemin mahiyyətini onlara deməmişdir. Etiraz etməyərək hər ikisi, yəni o və Əfqan Yadullanın idarə etdiyi avtomaşına minərək yola çıxmışlar. Zığ qəsəbəsində gəminin toplanış məntəqəsinin qarşısında Yadulla maşını saxlayaraq maşından düşüb məntəqəyə tərəf getmiş, onlara isə onu maşında gözləməyi tapşırmişdır. Maşının dayandığı yerdən toplanış məntəqəsinə qədər təxminən 70 metr məsafə vardır. Bu zaman görmüşlar ki, Yadulla hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs ilə görüşərək söhbət etmiş, lakin məsafə uzaq olduğu üçün onların nə barədə söhbət etmələrini onlar eşitməmişlər. Ani olaraq görmüşdür ki, Ramiz bıçaqla Yadullanı vurmağa başlamışdır. Dərhal o və Əfqan maşından enərək onlara tərəf qaçıb Ramizi Yadulladan aralamışlar. Bundan sonra Ramiz çıxıb getmiş, onlar isə Yadullanın qoluna girərək maşına kimi gəlib əyləşməyə kömək etmişlər və maşını idarə edərək Yadullanı xəstəxanaya aparıb həkimlərə təhvil vermişlər. Təqsirləndirilən şəxs qanuni nümayəndəsi - anası Şahid3 məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsində təsbit edilmir, yxın qohumu olan Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, evli olmuş və bir yetkinlik yaşına çatmamış oğlu vardır. X7 ölmüş və oğlu Təqsirləndirilən şəxs ilə yaşayır. Oğlu Ramizin 18 yaşı tamam deyil. Oğlu Ramiz ilə ünvan 2 ünvanda yaşayırlar. O və oğlu Ramiz heç bir yerdə işləmirlər. Zərərçəkmiş şəxs qardaşıdır. Qardaşı Yadulla ailəsi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayır. Əri Fariz öldükdən sonra sonuncuya məxsus təqaüd kartını qardaşı Yadullaya vermişdir. Belə ki, onlar Cilov adasında yaşadığı üçün şəhərə gedib-gəlməkdə çətinlik çəkmişlər. Qardaşı Yadullada karta pul köçdükdə çıxarıb onların ehtiyaclarını qarşılamışlar. Eyni zamanda qardaşı Yadulla özü də onların dolanışığına kömək etmişdir. Son vaxtlar oğlu Ramiz bildirmişdir ki, dayısı Yadulla ilə münasibətləri pisləşmiş və sonuncudan atasına məxsus kartı almaq istəyir. Oğlu Ramizə bildirdmişdir ki, Yadulla ondan böyük olmaqla dayısıdır, mümkün qədər dayısı ilə normal dolansın. 08 iyun 2022-ci il tarixdə axşam saatlarında evdə olmuş, oğlu Ramiz isə evdə olmamışdır. Həmin vaxt mobil telefonuna zəng gəlmiş və zəng edən şəxs Yadulanın arvadı olmuşdur. Yadullanın arvadı xəstəxanada olmasını, oğlu Ramizin Yadullanı bıçaqla vurmasını və sonuncuya xəstəxanada tibbi yardım göstərilməsini bildirmişdir. Həmin günü gecə saatlarında oğlu Ramiz evə gəlmiş və baş verənləri danışmışdır. Ramizin dediklərindən ona məlum olmuşdur ki, sonuncu Yadulladan atasına məxsus kartı istəmiş, Yadulla da kartı verməyərək Ramizi avtomobilinə əyləşdirib aparmaq istədikdə oğlu qardaşını bıçaqla vurmuşdur. Oğlundan bıçağı haradan almasını və nə etməsini soruşmuş, sonuncu da bildirmişdir ki, bıçağı evdən götürmüş və hadisədən sonra dənizə atmışdır. Ramizin Yadullanı vurduğu bıçağı mərhum əri Fariz almışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 19:00-da Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyələrinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə 3 saylı BŞX-a daxil olması barədə həmin tibbi müəssisədən məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində göstərilən əməli törətməsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış vəsatətdən müəyyən olunur ki, 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən Bakı şəhəri Xətai rayon prokuroru qarşısında vəsatət qaldırılmış, Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanovun 15 iyun 2022-ci il tarixli qərarı ilə vəsatətin müdafiə olunmasından imtina olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixədək, yəni 03 (üç) gün müddətində həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 13 ünvanda Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə, saat 19 radələrində dayısı Zərərçəkmiş şəxs bədən xəsarətləri yetirməsi barədə ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 817 saylı rəyindən müəyyən olur ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın, müsariqənin və peritonun zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol çiyin nahiyəsinin və hər iki budun deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın, müsariqənin və peritonun zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 iyul 2022-ci il tarixli, 1965 saylı rəyindən müəyyən olur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir.: Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, kinlilik, özünəməxsus mövqe və prinsipoə malik olmaq, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafı normaya uyğundur, gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, o, cinayət əməllərini törədən zaman öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxsin ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli və məhkəmə baxışı zamanı təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli tarixli ərizələrindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs atası xx.xx.2015-ci ildə vəfat etmiş, anasının himayəsində böyümüş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış İlkin hərbi qeydiyyata alma haqqında vəsiqənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmış, hərbi xidmətə yararlıdır. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ibtidai araşdırma orqanı tərətindən tərtib olunmuş qərar və protokollar, həmçinin hadisə yerinə baxış protokolu, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, törətdiyi əməldən peşman olmasını və müsbət xasiyyətləndirilməsini, atasının vəfat etməsini və anasının himayəsində olmağını, Azərbaycan Respublikası Dövlət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmaqla hərbi xidmətə yararlı olmaqla çağırışçı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 50.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-nin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin ksero surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 14 avqust 2005-ci il tarixdə anadan olmuş, cinayət əməlini törətdiyi 08 iyun 2022-ci il tarixə yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, ilk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyənləşdirərkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan tövsiyələrini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs elə cəza təyin edilməlidir ki, həmin cəza onun hal-hazırda aldığı təhsilinə, ailə vəziyyətinə, fiziki və mənəvi inkişafına təsir edib onun cəmiyyətə inteqrasiyasına mane olmasın. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, nəzərə alaraq onun islah olunmasını cəmiyyətdən təcrid etmədən, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkün sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə çüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinəəsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 330 AZN (üç yüz otuz manat) pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 330 AZN (üç yüz otuz manat) pul Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-658/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-658/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver