Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-658/2024 29.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamış və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən ərazisində yerləşən “Rahat” marketin yaxınlığına taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobildə gələrək orada gediş haqqını verdikdən sonra sonuncunun gediş haqqının az olmasını bildirməsini bəhanə edib qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi məişət təyinatlı mətbəx bıçaqlarının anoloqu üzrə küstar usülla hazırlanmış qatlanmayan tipli, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə Zərərçəkmiş şəxs bədəninə bir dəfə vuraraq döş qəfəsinin sol yan səthində boşluğa keçən torakoabdominal yarası, sol ağciyərin aşağı payını kənarı deşib keçən, diafraqmanı deşib keçən, mədənin boşluğuna keçən yaralanması, sol tərəfli hematopnevmatoraks kimi xəsarətlər yetirib xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa o, 30 mart 2023-cü il tarixdə yuxarıda göstərilən cinayəti törətdikdən bir qədər sonra saat 22:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi- Xırdalan şosesi, “Xan hamamı” adlanan yerin yaxınlığında naməlum şəraitdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,217 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 23:05-də Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, “Xan hamamı” adlanan yerin yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən 43-cü Polis bölməsinə gətirilərək orada 31 mart 2023-cü il tarixdə saat 01:30 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibində bir bükümdə təmiz çəkisi 3,217 qram olan külli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynindəki paltonun sol iç cibindən məişət təyinatlı mətbəx bıçaqlarının anoloqu üzrə küstar üsulla hazırlanmış qatlanmayan tipli, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ümumi təyinatlı 01 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Dərnəgül ərazisində asfalt bərkidən traktorda (katok) şofer işləmiş, onda iş zamanı lazım olan bıçaq olmuş və həmin bıçağı maşında saxlamışdır. Taksi şoferi olan zərərçəkmiş şəxs qonşuluqda yaşayan adam olmuşdur. Hadisə baş verən günü Binəqədiyə getmək üçün o, həmin taksi şoferinin “Opel” markalı maşınına minmiş, gediş haqqı kimi 3 manata razılaşmışlar. O, sifariş etdiyi yerə çatmamış, daha tez düşmüş və taksi şoferindən 1 manatı qaytarmasını istəmişdir. Zərərçəkmiş şəxs də onun üçün harada düşməsinin fərqi olmadığını, bu qiymətə razılaşdıqlarını demişdir. O da qapını möhkəm çırpıb düşmüşdür. Taksi şoferi Orxan da arxası ilə düşmüş, ona qapını niyə çırpdığını soruşmuşdur. Onlar sözləşdiyi zaman taksi sürücüsü onun üzünə yumruq vurmuş, o da yıxılmışdır. Həmin an bıçaq da onda olmuşdur. O yerdən yarımçıq qalxaraq bıçaqla qabırğa tərəfindən Orxanı vurmuşdur. O, taksi sürücüsünün yarasının qanadığını görmüş, maşından pambıq götürüb sonuncuya yardım etmişdir. Daha sonra o, evdə müalicə etməyi təklif etmişdir. Orxan onunla razılaşmayaraq polisə zəng etmişdir. O özü də çıxıb gedərək polisə zəng etmiş və əməlini etiraf etmişdir. Polislər onun yerini soruşmuş və gəlib onu götürüb bölməyə aparmışlar. Bıçaq da cibində olmuş və bıçağı polisə təhvil vermişdir. Bölmədə Nahid adında təhqiqatçı ona taksi şoferi qonşu olduğu üçün şikayətçi olmadığını, amma 234-cü maddə ilə həbsə getməli olduğunu demiş, o da sənədlərə qol çəkmiş və videoçəkilişdə də narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Bıçaq onun olmuş, amma narkotik vasitə ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsindən görünür ki, 30 mart 2023-cü il tarixdə axşam saat 20:30 radələrində yaşadığı evin yaxınlığında əvvələr Müşviq adlı tanışını görmüş, sonuncuya Binəqədi rayonunda “Mərkəz” adlanan yerə getmək lazım olduğunu demiş, lakin söhbət zamanı Müşfiqə narkotik barədə heç nə deməmişdir. Onlar Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən ünvanında yerləşən “Rahat" marketin qarşısında dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı “Opel” markalı taksiyə əyləşdikdən sonra sürücü Orxana onları Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlı yerə aparmasım bildirmişdir. O, əvvəlcədən gediş haqqı olaraq Orxana 3 manat pul vermişdir. Taksi sürücüsü olan Orxan avtomobili Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən “Kipin yolu” adlı yol ilə idarə edərkən o, sürücüyə avtomobili yolun kənarında saxlamağı bildirmiş, sürücü də avtomobili yolun kənarında saxlamış və onlar avtomobildən düşmüşlər, Müşfiq çıxıb getmişdir. O, bu zaman sürücüyə yaxın yerə apardığını bildirib əvvəlcədən ona verdiyi 3 manat puldan 1 manat pulu geri istəmişdir. Orxan isə buna etiraz etmişdir. O da Orxanın bu hərəkətindən əsəbləşərək avtomobildən düşəndə maşının qabaq qapısını bərk şəkildə örtmüşdür. Sürücü Orxan avtomobildən düşüb ona yaxınlaşaraq əli ilə onu itələyib əvvəl onunla qapını bərk ötməyi ilə bağlı, sonra isə pulla bağlı mübahisə etməyə başlamışdır. Sürücü Orxan mübahisə zamanı onun sifətinə yumruq zərbəsi vurmuşdur. O da sonuncunun hərəkətlərindən əsəbləşib paltosunun sağ cibində olan və gəzdirdiyi tutacağı qara rəngli izolentə sarılmış biçağı çıxarıb özünü müdafiə etmək üçün geri əli ilə sonuncuya tərəf yönəltmişdir. Sürücü Orxan bıçağın ona dəydiyini bildirmiş, o, Orxanın ağ rəngli maykasında qan izləri görmüşdür. O, avtomobilin qabaq saxlanc yerində olan tibb çantasından pambıq götürüb sürücünün yarasının üzərinə qoymuşdur. O, sürücünün qışqırdığını görüb bu zaman yanına gələn Müşfiq ilə oradan çıxıb getmişlər. Yolda Müşfiq ilə sağollaşıb sonuncu yaşadığı evinə getmiş, o isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şosesi, “Xan hamamı”nın yanında olarkən “Əli” kimi adını bildiyi şəxsdən 10 manat məbləğində psixotrop maddə olan metamfetamin alıb oradan piyada yaşadığı ev istiqamətində yola düşmüşdür. 30 mart 2023-cü il tarixdə saat 23 radələrində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Zərərçəkmiş şəxs xəsarət alması faktına dair onu şübhəli şəxs qismində Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. O, qeyd olunan polis bölməsində olan zaman bölmənin inzibati binasında onu xidməti otaqların birinə aparmışlar. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılması məqsədilə hüquq və vəzifələrim izah olunduqdan sonra hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Müdafiəçi ilə təmin olunduqdan sonra müdafiəçi tərəfindən ona hüquq və vəzifələri bir daha izah olunmuşdur. Daha sonra isə xidməti otaqda ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan paltarlarında və geyimlərində qeyriqanuni əşya və ya predmetlərin olub-olmadığı soruşulduqda əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, həmin cins şalvann sol yan cibindən özünə məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan paltonun sol iç cibindən isə 01 ədəd bıçağı çıxarıb könüllü olaraq masanın üzərinə qoymuşdur. Ondan sonra onun cins şalvarının ciblərini açmağı tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və o, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində Əli adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən saxlanmamışdan əvvəl Orxan adlı taksi sürücüsü ilə aralarında mübahisə baş verdiyini, mübahisədə sonuncu ona yumruq vurduğundan onun da sonuncunu bıçaqiadığını qeyd etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülü və 01 ədəd bıçaq qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 178-180). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, fərdi qaydada taksi sürücü işləmişdir. Hadisə günü Binəqədi rayonunda yerləşən “Rahat” marketin yanında maşınında oturaraq müştəri gözləyərkən ona 2 nəfər yaxınlaşmışdır. Onlardan biri təqsirləndirilən şəxsin özü, digəri isə məhlədən tanış şəxs olmuşdur. O, həmin şəxsləri “Cəmil” market adlı dükana aparmış, orada pul üstündə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ona 3 manat vermiş, lakin bir az aqressiv hərəkət etmiş, onunla kobud danışmış, düşəndə maşının qapısını çırpmışdır. O da maşından düşmüş, bu zaman hadisə baş vermiş, bıçaqla xəsarət almışdır. Təqsirləndirilən şəxs İlqar onu bıçaqlayanda ayaq üstə olmuşdur. O, əlini vuranda qan görmüş, maşın tərəfə qaçmışdır. Qanı görəndən sonra yaralandığını, nəfəs ala bilmədiyini deyib qışqırmışdır. Sonra həmin şəxslərin ikisi də ona kömək etmək üçün yanına gəlmiş, o, 103 xidmətinə zəng etməsini demişdir. İlqar isə onu tutdurmamasını demişdir. Sonra o, yoldan keçən bir maşın saxlamış və xəstəxanaya gəlmiş və orada əməliyyat olunmuşdur. Təqribən 2 min-3 min manat xərci çıxmışdır. O, təqsirləndirlən şəxslə barışmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxs qabaqcasan ona 3 manatı vermiş, sadəcə orada mübahisə yaranmış, onu həmin yerə deyil, başqa yerə aparmalı olduğunu bildirmiş, 1 manatı qaytarmağı tələb etmiş, maşından düşərək qarpını bərk vurub söyüş söymüş, o da maşından düşərək təqsirləndiriən şəxsə yaxınlaşanda ona nəsə dəydiyini hiss etmişdir. O, təqsirləndirilən şəxsin üzünə yumruqla vurmamış, sadəcə sinəsindən itələmiş və təqsirləndirilən şəxs onu bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını və ona vurulan ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi Binəqədi rayonu, Binəqədi qəsəbəsində, “Xan hamamı”nın yanında saxlamış, polis bölməsinə dəvət etmişlər. Onlar şəxsi narkotik vasitə ilə bağlı polis bölməsinə gətirmişlər. Həmin vaxt şəxs bıçaqlanma hadisəsi də törətmişdir. Şəxsin polis bölməsində üzərinə baxış keçirilmiş və barəsində cinayət işi başlanmışdır. Üzərinə baxış keçirilərkən üzərindən narkotik vasitə və bıçaq aşkar edilmişdir. Həmin şəxs taksi sürücüsü ilə aralarında mübahisə yarandığını və sürüçünü bıçaqladığını, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Dediyinə görə narkotik vasitəni Əli adlı şəxsdən əldə etmişdir. Götürülmüş əşyalar sənədləşdirilmiş, zərfdə qablaşdırılmış, təhqiqatçı tərəfindən ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, saxlanılan zaman təqsirləndirilən şəxsin dediyinə görə, hadisəyə səbəbin İlqarla taksi sürücüsü arasında mübahisə olduğunu, taksi sürücüsünün birinci İlqarı yumruqla vurduğunu və İlqarın da onu bıçaqla vurduğunu dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1984-cü il tarixdə Bərdə rayonunda anadan olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən Yeni sahədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə edərək üzərində gəzdirməsi bildirilmişdir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 30 mart 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs gizli müşahidə edib izlənildikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesi "Xan hamamı”nın yanında saat 23:05-də saxlanılaraq 43-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 7). - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etirazı yoxdur (cild 1, iş vərəqi 28). - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 30 mart 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun vəkili X5 vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədər istintaq hərəkətinin keçiriləcəyi barədə məlumat verilmiş və vəkil X8 polis bölməsinə dəvət olunmuş, Polis bölməsinə gəlmiş vəkil X8 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi axtarışın aparılması istintaq hərəkətində iştirak etməyəcəyini, onun iştirakı olmadan şübhəli şəxsin üzərinə baxış keçirilməsini bildirmişdir (cild 1, iş vərəqi 29). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan paltonun sol iç cibindən isə 01 ədəd bıçağı çıxarıb könüllü olaraq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs sonra onun cins şalvarının ciblərini açmaq tələb olunduqda başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və o, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində Əli adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən saxlanmamışdan əvvəl Orxan adlı taksi sürücüsü ilə aralarında mübahisə baş verdiyini, mübahisədə sonuncu ona yumruq vurduğundan onun da sonuncunu bıçaqladığını qeyd etmişdir. Bundan sonra həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü və 01 ədəd bıçaq zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 31-32). - məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 6/1884 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs o. (imza)....’’ sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 3,217 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir (cild 1, iş vərəqi 36-40) - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:02 radələrində DİN-nin 102 xidmətinə ********* saylı məlumat daxil olmuşdur ki, KTM-dən həkim Mehrabova zəng edərək, Binəqədi rayonu, Mədən 2-də yaşayan xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ürək nahiyəsindən bıçaqlanması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 47). - baxış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri 01 saylı Şəhər Kliniki Xəstəxanasında tibb bacısı vəzifəsində çalışan X2 yanında 30 mart 2023-cü il tarixdə 1 Saylı Şəhər Kliniki Xəstəxanasına daxil olan zaman Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək və 01 ədəd mayka götürülmüş, baxış keçirilən zaman qeyd olunan paltarlarda dəlib-keçən zədə izi müəyyən olunmuş, həmin zədənin ətrafında və qeyd olunan paltarların üzərində qanabənzər maddə aşkar edilmişdir. Qeyd edilən Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd köynək və 01 ədəd mayka qablaşdırılmış və DİN-in 155 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 56). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 58-59). - DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə videofayl vardır. Həmin videofaylda olan videogörüntü xx.xx.2023-cü il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 43-cü PB-nin baş təhqiqatçısı polis mayoru Nahid Məmmədov kimi təqdim edən şəxsin iştirakçıları təqdim edib Təqsirləndirilən şəxs ayağa durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onlara təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan paltonun sol iç cibindən isə 01 ədəd bıçağı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş və o, həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində Əli adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən saxlanmamışdan əvvəl Orxan adlı taksi sürücüsü ilə arasında mübahisə baş verdiyini, mübahisə zamanı sonuncunun ona yumruq vurduğundan o da sonuncunu bıçaqladığını bildirmişdir. Bundan sonra büküm və bıçaq olduğu kimi bağlanılaraq baş təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür (cild 1, iş vərəqi 71-72). - Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tairxdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədəndə yerləşən “Rahat” marketin yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən ona bıçaqla bədən xəsarəti yetirilmişdir (cild 1, iş vərəqi 97). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 98). - telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs isrtintaqa təqdim etdiyi “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 124). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi rayon Polis İdarəsinin həyətində qarşısında “Dobla” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomaşına əyləşərək Binəqədi rayon Polis İdarəsinin qarşısından Zərərçəkmiş şəxs bələdçiliyi ilə S.S.Axundov küçəsinə çıxılmış, oradan Zərərçəkmiş şəxs göstərməsi ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, "Kip yolu" istiqamətində hərəkət edib qeyd olunan ünvanda olan zaman o, avtomobili saxlatmalarını bildirmişdir. Həmin yerdə Zərərçəkmiş şəxs maşından düşərək qeyd olunan ünvanda Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə baş vermiş mübahisə zamanı bıçaqlandığı yeri əyani olaraq göstərmişdir. İstintaq hərəkəti aparılarkən heç bir əşya və ya sənəd götürülməmişdir. Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlandıqdan sonra qeyd olunmuş avtomaşınla Binəqədi rayon Polis İdarəsinə qayıdılmışdır (cild 1, iş vərəqi 131-132). - Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına cavab olaraq xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini Binəqədi rayonu, Binəqədi qəsəbəsi, "Xan hamamı"nın yaxınlığından əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan "Əli" adlı şəxsin, həmçinin də tanışı "Müşfiq" adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmadığı, bu istiqamətdə ƏAT-nin davam etdirildiyini, müsbət halda istintaq orqanına təqdim ediləcəyini bildirilmişdir (cild 1, iş vərəqi 144). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə dair məlumatlar yazılmış, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd "CD" fomatlı diskə Binəqədi RPİ-nin İstintaq şöbəsinin 305 saylı xidməti otaqda olan “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsilə baxış keçirilmiş, disk açıldıqda içərisində 05 ədəd fayllar aşkar olunmuşdur. Birinci fayl açıldıqda ekranda içərisindəki mətndən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması və qeyd olunan telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. İkinci və üçüncü fayllar açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda, müxtəlif tipli mesajların olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə giriş-çıxış zənglərinin olması qeyd olunmuşdur. Beşinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə gələn mobil nömrələrin anket məlumatları qeyd olunmuşdur. Baxış zamanı sübut əhəmiyyəti kəsb edən mesajlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 146). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 850 nömrəli rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs tibbi yardım üçün “X12” PHŞ-nə müraciət edərkən ona qoyulmuş “Döş qəfəsinin sol yan səthində boşluğa keçən torakoabdominal yara. Sol ağciyərin aşağı payını kənarı deşib keçən, diafraqmanı deşib keçən, mədənin boşluğuna keçən yaralanması. Sol tərəfli hematopnevmatoraks” diaqnozu deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X12” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 23:23-dən bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni deşici-kəsici kənara malik alətin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, iş vərəqi 147-150). - məhkəmə-narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 3690 saylı rəyindən görünür ki, Rəhimov ligar Tofiq oğlunda psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 151-152). - ambulator məhkəmə-psixiatrik ekspertizanın xx.xx.2023-cü il tarixli, 1684 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 153-154). - maddi sübutların ekspertizasının xx.xx.2023-cü il tarixli, 340/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Abeta-/ll/. (Təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: Balfa-/lll/. (Təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus alt mayka və köynək üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrində qrup antigenləri ABO sistemi üzrə təyin olunduqda “A”, “H” antigenləri və həmçinin beta aqqlyutinini alınmışdır. Bu qan ləkələri Abeta(H)/ll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi “H” antigeni varsa) (cild 1, iş vərəqi 155-159). - məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 253/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (qolsuz mayka və köynək) arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə iti ucu və hər iki tərəfi kəsici kənara malik deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı törənməsi inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq məişət təyinatlı mətbəx bıçaqlarının analoqu üzrə kustar üsulla hazırlanmışdır, qatlanmayan tipli, ümumi təyinatlı ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır (cild 1, iş vərəqi 160-166). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi rayon Polis İdarəsinin qarşısında “Dobla” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomaşına əyləşərək Binəqədi rayon Polis İdarəsinin qarşısından Təqsirləndirilən şəxs bələdçiliyi ilə S.S.Axundov küçəsinə çıxılmış, oradan Təqsirləndirilən şəxs göstərməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi "Kip yolu" istiqamətində hərəkət edib qeyd olunan ünvanda olan zaman o, avtomobili saxlatmalarını bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs maşından düşərək qeyd olunan ünvanda Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş mübahisə zamanı bıçaqladığı yeri əyani olaraq göstərmişdir. İstintaq hərəkəti aparılarkən heç bir əşya və ya sənəd götürülməmişdir. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlandıqdan sonra qeyd olunmuş avtomaşınla Binəqədi rayon Polis İdarəsinə qayıdılmışdır (cild 1, iş vərəqi 181-182). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tanışı Müşviq ilə onun avtomobilinə əyləşərək dedikləri ünvana sürməsini, ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs ona verdiyi 03 manat puldan 01 manatı geri istədiyini, sonra İlqarın maşından düşərək söyüş söydüyünü, onun da maşından düşərək İlqara irad bildirdikdən sonra aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyini, İlqarın polisə məlumat verməməsini ona deməsini bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxsı bıçaqladığını təsdiqlədiyini, hətta onu bıçaqladıqdan sonra köməklik etdiyini bildirmişdir (cild 1, iş vərəqi 183-187) - cinayət işi üzrə əməlin tövsif edilməsi, sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığına görə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,217 qram (qalıq 3,117 qr) psixotrop maddə olan "metamfetamin", 01 ədəd mayka, 01 ədəd köynək və 01 ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (cild 1, iş vərəqi 188-201). - cinayət işinin materiallarından digər cinayət işinin ayırlması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satan şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 203). - təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 207-208). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə tərədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır xəsarət yetirməsi üçün hər hansı əsaslı səbəb müəyyən edilmədi. Zərərçəkmiş şəxslə aralarında baş vermiş dalaşmanın təşəbbüskarının zərərçəkmiş şəxsin olması, yəni sonuncunun birinci olaraq onu yumruqla vurması, yalnız bundan sonra onun bıçaqla zərərçəkmişi vurması, habelə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmaması, həmin maddəni polislərin təklifi ilə öz üzərinə götürməsi barədə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmədə müəyyən edildi ki, zərərçəkmiş şəxsin avtomobilində gedişə görə verdiyi gediş haqqından 1 manatı geri istəməklə və buna nail ola bilmədikdə maşından düşüb qapını bərk çırpmaqla mübahisənin başlanqıcını məhz təqsirləndirilən şəxs qoymuşdur. Bundan sonra zərərçəkmiş şəxs avtomobildən düşərək təqsirləndirilən şəxsin həmin hərəkətinin səbəbinini soruşmuşdur. Zərərçəkmiş şəxsin məhkəmədə verdiyi ifadəsindən isə aydın olur ki, təqsirləndirilən şəxs cavab olaraq söyüş söymüş və zərərçəkmiş şəxs onu itələmişdir. Bundan sonra təqsirləndirilən şəxs onu bıçaqlamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi yumruqla vurması barədə müdafiə tərəfinin iddialarını məhkəmədə təkzib etdi. Buradan da məhkəmə belə qənaətə gəlir ki, baş vermiş dalaşmanın təşəbbüskarı məhz təqsirləndirilən şəxs olmuşdur. Aşkar edilmiş metamfetaminin ona məxsus olması barədə iddialarla bağlı məhkəmə qeyd edir ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra onun yazılı razılığına əsasən müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb könüllü olaraq masanın üzərinə qoymuş, o, bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, onu 30 mart 2023-cü il tarixdə saat 22 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində Əli adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş maddənin ona məxsus olduğunu etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona edilmiş təklif əsasında, yəni psixoloji təsir nəticəsində etirafedici ifadələr verdiyini bildirmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlaması və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməsi kifayət qədər sübuta yetirilir, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə verilmiş sonuncu ittihamda və ittiham aktında ondan aşkar edilmiş metamfetaminin çəkisinin 3,287 qram göstərilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin maddə ilə bağlı verilmiş materialların məhkəmə ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin təmiz çəkisinin 3,217 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb haqqında 01 aprel 2023-cü il tarixli, sübutların qiymətləndirilməsi haqqında 20 iyul 2023-cü il tarixli qərarlarda və iş materiallarına əlavə edilmiş bir sıra sənədlərdə təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddənin çəkisinin 3,217 qram olduğu göstərilmişdir. Ona görə metamfetaminin çəkisinin 3,287 qram göstərilməsini məhkəmə texniki səhv kimi qiymətləndirir. Göstərilmiş səbəbdən məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin təmiz çəkisinin 3,217 qram olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 181.3.2-ci maddəsi CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddəsinə tövsif edilərək cəzası 9 (doqquz) il 6 (altı) aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın 1 (bir) ay 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu başa çatmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı il 03 (üç) ay 08 (səkkiz) gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 1, iş vərəqi 111- 113, 114-123). Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Rəhimov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəzası 6 ay azaldılmış, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X9 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsində sınaq müddəti təyin edilməklə şərti olaraq vaxtından azad edilmiş, təyin edilmiş sınaq müddəti başa çatdığından o, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 sentyabr 2009-cu il tarixli hökmü ilə törətdiyi ağır cinayətə görə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən altı il keçmədiyindən, habelə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü ilə az ağır cinayətə görə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda və 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 sentyabr 2009-cu il tarixli hökmü ilə törətdiyi ağır cinayətə görə ona təyin edilmiş, habelə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021ci il tarixli hökmü ilə az ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarından azad edildiyi tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun törətdiyi əməl cinayətlərin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Zərərkəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyan tam ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinə münasibətdə onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinə münasibətdə zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Buna baxmayaraq məhkəmə təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqi üçün əsas görmür. Belə ki, həmin maddənin tətbiqinə cəzanı ağırlaşdıran halların olmadığı halında yol verilir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 228.4-cü üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilm seçilmiş, həbsetmənin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20-21, 92-96). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 30 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd mayka, 01 ədəd köynək, 01 ədəd bıçaq və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,117 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 126.2.4-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd mayka, 01 ədəd köynək, 01 ədəd bıçaq və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,117 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-658/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-658/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver