Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-659/2020 16.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X1 və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, zərəçəkmiş şəxsin nümayəndəsi- “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikası Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Səbail rayonu Mərdanov qardaşları küçəsi ev 3, mənzil 37-də qeydiyyatda olan, Bakı şəhəri Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 71, mənzil 14-də yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxx 1970-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi ev 27, mənzil 13-də qeydiyyatda olan, Bakı şəhər Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 24, mənzil 96-da yaşayan, barəsində «polisin nəzarəti altına verilməsi növündə» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin iyul ayında Zərərçəkmiş şəxs aldadıb, sonuncunun direktoru olduğu «xxxxx» X3 balansında olan Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 saylı ünvanda yerləşən torpaq sahəsinin 1,68 ha hissəsini özəlləşdirib çıxarış alacağını vəd verərək, bu adla xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 37A ünvanında yerləşən Yasamal rayon icra hakimiyyətinin qarşısında 6.000 manat, daha sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə xx xxxx 2017-ci il tarixdə ünvan 3 saylı ünvanın qarşısında 100.000 (yüz min) manat, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən «Nəsimi» bazarı adlanan yerin qarşısında 90.000 (doxsan min) manat, xx xxxx 2017-ci il tarixdə ünvan 5 saylı ünvanda yerləşən 5 saylı doğum evinin qarşısında 100.000 (yüz min) manat, xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 71 saylı binanın qarşısında 37.000 manat, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu X15 prospekti 112 ünvanında yerləşən «Gənclik» şadlıq sarayının qarşısında 67.000 (altmış yeddi min) manat olmaqla ümumilikdə 400.000 (dörd yüz min) manat pulunu ələ keçirərək 1,96 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verildiyi göstərilən hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət Reyesterindən xx xxxxxxxx 2017-ci il tarixli seriya RX, № 19720801 olan saxta çıxarışı istintaqa məlum olmayan mənbədən əldə edib xx xxxxxxxx 2017-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında Zərərçəkmiş şəxs verməkə bilə-bilə saxta sənəddən istifadə edib Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin iyul ayında Zərərçəkmiş şəxs aldadıb, sonuncunun direktoru olduğu «xxxxx» X3 balansında olan Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 saylı ünvanda yerləşən torpaq sahəsinin 1,68 ha hissəsini özəlləşdirib çıxarış alacağına vəd verərək, bu adla qrupun üzvü Təqsirləndirilən şəxs1 vasitəsi ilə xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 37A ünvanında yerləşən Yasamal rayon icra hakimiyyətinin qarşısında 6.000 manat, daha sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq qrupun üzvü Təqsirləndirilən şəxs1 vasitəsi ilə xx xxxx 2017-ci il tarixdə ünvan 3 saylı ünvanın qarşısında 100.000 (yüz min) manat, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən «Nəsimi» bazarı adlanan yerin qarşısında 90.000 (doxsan min) manat, xx xxxx 2017-ci il tarixdə ünvan 5 saylı ünvanda yerləşən 5 saylı doğum evinin qarşısında 100.000 (yüz min) manat, xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 71 saylı binanın qarşısında 37.000 manat, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu X15 prospekti 112 ünvanında yerləşən «Gənclik» şadlıq sarayının qarşısında 67.000 (altmış yeddi min) manat olmaqla ümumilikdə 400.000 (dörd yüz min) manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərdi ki, 2005-ci ildən 2009-cu ilədək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsində əvvəllər mühəndis, 2007-ci ildən 2009-cu ilədək şöbə rəisinin müavini, 2009-cu ilin əvvəlindən may ayına qədər isə şöbə rəisi vəzifəsində işləmişdir. Şahid1, onun qardaşı Müqəddəs vasitəsilə tanımışdır. O, Bibiheybətdə icra nümayəndəliyində işləyəndə Müqəddəs orada yaşayırdı. 2017-ci ilin may ayında Şahid1 ona yaxınlaşıb, sonradan ona məlum olan Zərərçəkmiş şəxs direktoru olduğu «xxxxx» X3 balansında olan Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin 1,68 ha hissəsini özəlləşdirib çıxarış almaq istədiyini bildirib, bu işdə köməklik edə bilib-bilməyəcəyini soruşdu. O da maraqlanıb ona məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra, 2017-ci ilin iyul ayının əvvəllərində Məmməd onun maşını ilə gedərkən, Yasamal rayonu ərazisində ilk dəfə Əliəfsərlə görüşmüş və Əliəfsərdən torpaq sahəsinin sənədləşmə işlərinə başlanması adı ilə 6.000 manat pul götürmüşdür. Ona aidiyyatı olmadığına görə Məmməddən heç nə soruşmamışdır. Bundan sonra o, torpaq sahəsinin sənədləşdirilib çıxarış almasına köməklik olunması üçün Məmməddən torpağa aid sənədlərin surətini istəmişdir. Bir neçə gün sonra Məmməd və Əliəfsər ilə onun yaşadığı Bakı şəhəri Nəsimi rayonu «Zoğal» restoranın yerləşdiyi binanın yaxınlığında görüşmüşlər. X10 torpaq sahəsinə aid sənədlərin surətini ona təqdim etdi. O da sənədləri götürüb, ad çəkmədən, sənədləri müəyyən adamlara göstərəndən sonra konkret bir söz deyə biləcəyini bildirb onlardan ayrılıb tanışı Təqsirləndirilən şəxs2 ilə görüşüb bu barədə ona danışanda Telman da bu işlə maraqlanacağını dedi. Bir neçə gün sonra o, Əliəfsər, Məmməd, onların tanışı Cavad və Telman ilə Bakı şəhəri metronun «Gənclik» stansiyasının yaxınlığında görüşəndə Telman, torpaq sahəsinin özəlləşdirilib çıxarış alınması üçün 400.000 (dörd yüz min) manat pul lazım olduğunu dedi. Telman həmin işi kimlərlə gördüyünü deməsə də yüksək vəzifəli şəxslərin vasitəsilə torpaq sahəsini özəlləşdirib çıxarış alacağını bildirdi. Sonradan bilmişdir ki, Telman, Əliəfsər, Məmməd, Cavad görüşəndə Telman, torpaq sənədləşəndən, yəni çıxarışı tam hazır edib, verəndən sonra əlavə olaraq 100.000 (yüz min) manat da pul istəmişdir. Daha sonra isə Məmməd və Telmanın sözlərinə görə ona məlum olmuşdur ki, 100.000 (yüz min) manatı onlar öz aralarında iki yerə bölüb, hərəsinə 50.000 (əlli min) manat olmaqla qazanc əldə etmək istəyir. Telman dörd ay ərzində torpaq sahəsini özəlləşdirib çıxarış alıb verəcəyini demişdi. Əliəfsər də həmin şərtlərlə razılaşdı və bu barədə dedikdə Telmana deyəndə Telman da onun adına etibarnamə verilməli olduğunu dedi. 2017-ci ilin təxminən iyul ayında da Əliəfsər ondan Telmanın şəxsiyyət vəsiqəsinin surətini aldı. Bundan sonra o, Məmməd və Cavad və Əliəfsər birlikdə Bakı şəhəri Nərimanov rayonu ərazisində 9 saylı notariat kontoruna gedib orada Əliəfsər Telmanın adına etibarnamə verdi. Bundan bir-iki gün sonra,yəni 2017-ci ilin iyul ayının ortalarında Məmməd, onunla əlaqə saxlayıb, Əliəfsərin sənədləşmə üçün pul verəcəyini dedi. O da Telmana bu barədə deyəndə o, Bakı şəhəri Xətai rayonu ərazisində dövlət əmlak komitəsinin yaxınlığına gəlib orada görüşməyi təklif etdi. O da Məmmədlə görüşüb, idarə etdiyi avtomobillə Bakı şəhəri Xətai rayonu ərazisində dövlət əmlak komitəsinin yaxınlığına getmişlər. Əliəfsər də öz maşını ilə ora gəldi. Onlar oraya gələndə Telmanı orada onları gözləyini görmüşdür. Məmməd, yaxınlaşıb Əliəfsərdən 100.000 (yüz min) manat götürüb ona yaxınlaşmışdır. O da Məmmədlə birlikdə aralıda maşınında gözləyən Telmana yaxınlaşmışlar. Onlar ikisi də Telmanın gəldiyi avtomobilə oturmuşlar. Orada Məmməd onun iştirakı ilə 100.000 (yüz min) manat pulu Telmana verdi. O da həmin puldan 30.000 manat qazanc kimi bəri başdan Telmandan istəmişdir. Telman isə həmin pulu ona verməkdən imtina edərək, 100.000 (yüz min) manatı tam olaraq işi görəcək şəxsə verməli olduğunu dedi. Telman, 100.000 (yüz min) manatı götürüb qalan məbləği də tez bir vaxtda gətirməyi tapşıraraq oradan getdi. Bundan sonra o da oradan işləri ilə bağlı getdi. Bundan bir neçə gün sonra, Əliəfsər onun yaşadığı evin yaxınlığında Bakı şəhəri Nəsimi rayonu «Nəsimi» bazarının yanında 90.000 (doxsan min) (doxsan min) manat pulu gətirib ikilikdə ona vermişdir. O da həmin günü Telmanın yaşadığı Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən evinin yanında 90.000 (doxsan min) manatı ikilikdə Telmana vermişdir. Daha bir neçə gün sonra Məmməd Əliəfsərdən aldığı 100.000 (yüz min) (yüz min) manat pulu Bayıl qəsəbəsində «Doğum evinin» yanında Cavadın iştirakı ilə ona vermişdir. O da həmin tarixdə də Telmanla, Dərnəgül qəsəbəsində görüşüb ikilikdə 100.000 (yüz min) manatı ona vermişdir. Bundan bir neçə gün sonra, Əliəfsər, yaşadığı Bakı şəhəri «Nəsimi» bazarının yaxınlığındakı evinin yanında ona 37.000 (otuz yeddi min) manat da pulu ikilikdə vermişdir. O, həmin tarixdə də 37.000 (otuz yeddi min) manat pulu Telmanla onun yaşadığı evin yanında ikilikdə görüşüb Telmana vermişdir. Sonuncu dəfə 2017-ci ilin iyul ayının xatırladığına görə sonlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində «Gənclik» şadlıq sarayının yaxınlığında Əliəfsər, Məmməd və Cavadın iştirakı ilə ona 67.000 (altmış yeddi min) (altmış yeddi min) manat pulu vermişdi. O, həmin tarixdə də 67.000 (altmış yeddi min) manatı Telmanın yaşadığı Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən evinin yanında ikilikdə Telmana vermişdir. Beləliklə də təxminən bir ay ərzində Əliəfsər, torpaq sahəsinin özəlləşdirilib çıxarış alınması üçün 400.000 (dörd yüz min) manat pul vermişdir. Sonuncu məbləği Telmana verib qayıdanda Məmməd, ona zəng edib, Cavadla birlikdə onu yaşadığı evin yanında gözlədiklərini dedi. O da həyətdə onlarla görüşəndə Məmməd və Cavad, Telmana 67.000 (altmış yeddi min) manatı tam verdiyinə görə irad bildirib, Əliəfsər ilə Telman arasında vasitəçi olduqlarına görə 50.000 (əlli min) manatı geri alıb onlara verməyi istədilər. O da Telmana zəng edib, bu barədə dedikdə Telman 24.000 (iyirmi dörd min) manat pul verməyə razı olduğunu dedi. O da həmin tarixdə də Telmanla onun yaşadığı evin yanında görüşəndə Telman ona 24.000 (iyirmi dörd min) manat pul verdi. O da 24.000 (iyirmi dörd min) manatı götürüb, yaşadığı evin yanında Cavad və Məmmədlə görüşüb, həmin 24.000 (iyirmi dörd min) manatı Məmmədin istəyi ilə Cavada vermişdir. Onlar da pulu götürüb getdilər. Bu müddətdə o, Məmmədlə birlikdə torpaq sahəsinə də gedib baxmışdır. Əliəfsər, torpaq sahəsi sənədləşib özəlləşəndən sonra onu, həmin ərazidə aparılan tikinti işlərində onu işə götürəcəyini dediyindən onun da marağı işə düzəlmək olmuşdur. Telmanın sözünə görə sənədləşmə işləri 2017-ci ilin sentyabr ayınadək başa çatmalı idi. Lakin, Telman torpaq sahəsinin sənədləşməsini həyata keçirmədi və bu səbəbdən narazılıq yarandı. Hər dəfə bu barədə maraqlananda o, müxtəlif bəhanələr gətirirdi. Əliəfsər torpaq sahəsinin sənədləşmədiyini görüb pulu tələb etməyə başlamışdır. Sonradan eşitmişdir ki, Telman, xx xxxxxx 2017-ci il tarixdə 367.000 (üç yüz altmış yeddi min) manat pulun onda olması barədə qəbz yazıb Əliəfsərə vermişdir. O, pulun harada olduğunu Telmandan soruşduqda, Telman Əliəfsərdən aldığı 367.000 (üç yüz altmış yeddi min) manatın 90.000 (doxsan min) manatını torpaq sahəsinin özəlləşdirməyi öhdəsinə götürmüş onun tanımadığı Azər adlı şəxsə verdiyini, qalan pulu şəxsi ehtiyaclarına xərclədiyini dedi. xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Həsən Əliyev küçəsində yerləşən çayxanada o, Məmməd, Telman, onun tanışı Ruslan adlı şəxslə görüşəndə Telman, 367.000 (üç yüz altmış yeddi min) manat pulun onda olması və 2018-ci ilin mart ayınadək qaytaracağına dair qəbz yazıb verdi. 2018-ci ilin əvvəllərində Məmməd və Cavad, Əliəfsərin pulunun qaytarılması üçün ona Bakı şəhəri Səbail rayonu Mərdanov qardaşları küçəsində yerləşən mənzilini satıb, pulunu qaytarmağı təklif etdikdə o, 200.000 (iki yüz min) manat verə biləcəyini demiş və onlar razılaşmayıb, mənzili Əliəfsərin adına keçirməyi, yaxud da banka girov qoymağı təklif etmişlər. O, mənzili Əliəfsərin adına keçirməyə razı olmasa da banka qoymağa etiraz etməmişdir. Lakin, Cavad və Məmməd bankların evi girov götürmədiklərini dedilər. Telman pulu qaytarmağa imkanı olmadığını deyib, öz adına olan əmlakları pulun bir qisminin müqabilində təklif etdikdə Əliəsrəf imtina edərək, pulları Məmməd və Cavadın vasitəsilə verdiyinə görə onlarla da söhbət etməyi demişdir. Söhbətlərdən belə başa düşmüşdür ki, Əliəfsərin özəlləşdirmək istədiyi torpaq sahəsini Məmməd və Cavad, torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tapdıqlarını başa düşmüşdür. Telman, Məmməd və Cavadın adına sənədləşmə aparmaq istəmədiyini deyib, notariat kontorunda onun adına etibarnamə verməyi, onun adından sənədləşmə işinin həyata keçirilməsini təklif etdikdə o, etiraz etməmişdir. 2018-ci ilin təxminən mart ayında Telman onun adına notariat kontorunda ona məxsus Bakı şəhəri Binəqədi rayonu ərazisində yaşadığı evin yaxınlığında yerləşən iki ədəd qaraj və bir ədəd zirzəminin, eləcə də Biləcəri qəsbəsində yerləşən binanın zirzəmisinin alqı-satqısına dair etibarnamə, eləcə də həyat yoldaşının razılığını vermişdir. Telman, həmin əmlaklarını girov kimi onun adına etibarnamə ilə vermişdir və pulları 2018-ci ilin yay aylarında qaytaracağı halda etibarnamə ləğv olunmalı idi. Məmməd və Cavad da razılaşmışlar. Lakin, Telman söz verdiyi vaxtda pulları qaytarmadığından Məmməd və Cavadın təkidi ilə Bakı şəhəri 19 saylı notariat kontorunda iki qarajı Cavadın adına, bir zirzəmini Məmmədin, digər zirzəmini Bakı şəhəri 9 saylı notariat kontorunda Məmmədin tanışının adına alqı-satqı etmişdir. Əliəfsərin verdiyi Telmana verdiyi 400.000 (dörd yüz min) manat puldan ona pul qalmamışdır. Bundan əlavə, Telman Əliəfsərə qaytarmaq üçün ona 45.000 (qırx beş min)-50.000 (əlli min) manat hissə-hissə olmaqla pul da vermişdir. O da həmin pulları hissə-hissə Məmməd və Cavada vermişdir. Lakin, bu barədə hər hansı yazılı qeydiyyat aparılmamışdır. Pulları Əliəfsərin özünə verməməyinin səbəbi isə Əliəfsərin pulları götürmək istəməməsi olmuşdur. Bundan sonra, 2018-ci ilin may ayında Telman və Ruslan ilə söhbət əsnasında onlar, ona özünə məxsus Bakı şəhəri Səbail rayonu Mərdanov qardaşları küçəsi 3, mənzil 37-ni girov qoyub, pul götürməyi təklif edərək, pul götürüldüyü halda Bakı şəhəri Nərimanov rayonu metronun «Gənclik» stansiyasının yanında «Badamlı» binasının yaxınlığında ona məlum olmayan şəxsə məxsus torpaq sahəsinin özəlləşdirib, çıxarış əldə etdikdən sonra yüksək qiymətə sataraq qazanc əldə edə biləcəklərini, əldə edilən pulla Əliəfsərin pulunu qaytarılacağını, yaxud da Biləcəri qəsəbəsində yerləşən qeyd etdiyi torpaq sahəsini özəlləşdiriləcəyini, həmçinin onun mənzilini girovdan çıxarılacağını, 250.000 (əlli min) manat olsa torpaq sahəsini yaxın 2 ay ərzində sənədləşdirib sata biləcəklərini dedilər. Pulları həmin vaxtda qaytarmayacağı halda Məmməd və Cavad onun uşaqlarını oğurlatdırıb onları öldürəcəkləri ilə hədələdilər. Bundan sonra Məmməd onun arvadı Yasəmənin iş yerinə gedib səs-küy saldığından əlacsız qalıb mənzilini girov qoymağa razılaşmışdır. Ruslanın tanışı, onun tanımadığı Seymur adlı şəxs X4 gətirib, Çingizin mənzilə görə 250.000 (iki yüz əlli min) manat pul verə biləcəyini bildirdi. Çingiz qeyd etdiyi mənzilə baxıb, 250.000 (iki yüz əlli min) manat nisbətində 147.000 ABŞ dolları pul verə biləcəyini dedi. O da bütün şərtlər barədə də Telman, Ruslan və Seymurla danışmışdır. Telman, Ruslan və Seymur, Çingizin Seymurun tanışı olduğundan, 250.000 (iki yüz əlli min) manatı qaytaranda Çingizə hörmət olunacağını dedilər, onlar arasında konkret hansı şərtləşmə olduğunu bilməmişdir. xx xxxx 2018-ci il tarixdə o, Çingiz, Telman, Seymur birlikdə Telmanın təklifi ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən notariat kontoruna getmişlər. Çingiz notariat kontorunda onunla müqavilə bağlayaraq 147.000 (yüz qırx yeddi min) ABŞ dolları pulu onun və Telmanın iştirakı ilə stolun üzərində qoydu. Seymur da pulu sayıb götürdü. Bundan sonra, o, Seymur və Telman, Telmanın yaşadığı Binəqədi rayonundakı evinin həyətinə getmişlər. Orada Ruslanın onları gözlədiyini görmüşlər. Telman orada narahat olmamağı, yaxın iki ay ərzində «Badamlı» binasının yanındakı torpaq sahəsinin sənədləşməsinin başa çatacağını dedi. Orada o, ehtiyacı olduğundan puldan 3.000 (üç min) ABŞ dolları istəmişdir. Seymur da 3.000 (üç min) ABŞ dolları pulun üzərindən götürərək ona vermişdir. Səhərisi günü, Seymur, o, Telman, Ruslan və Əliəfsər görüşəndə Seymur, Əliəfsərə puldan 50.000 (əlli min) ABŞ dolları qaytarmaq kimi təklif edəndə Əliəfsər razılaşmadı. Bir-iki gün sonra Bakı şəhəri Dəniz Vağzalında o, Seymur, Telman, Ruslan, Əliəfsər, Məmməd və Cavadla görüşəndə o, 33.000 (otuz üç min) manat pulun Məmməd və Cavada verdiyini dedikdə Məmməd, şalvarın cibindən bıçaq çıxarıb onun yalan danışdığını dedi. Lakin, Telman həmin məbləği də özünün ödəyəcəyini bildirdi. Telman və Ruslan Əliəfsərin torpaq sahəsini yaxın vaxtlarda özəlləşdirib sənədləşdirəcəklərini söz vermişdilər. Lakin, bundan sonra da Telmangil hər dəfə müxtəlif bəhanələr gətirməyə başladılar. Bir müddət sonra Ruslan Azərbaycandan getdi. Sonradan Telman, Əliəfsərin pulundan 60.000 (altmış min) manatının Ruslanın ondan götürüb, Əliəfsərin torpaq sahəsini özəlləşdirmək adı ilə ələ keçirdiyini dedi. Onun mənzilinin girov qoyularaq götürülən puldan qalan 144.000 (yüz qırx dörd min) ABŞ dollarını Telman, Ruslan və Seymur, «Badamlı» binasının yanındakı torpaq sahəsinin özələşdirilməsi üçün verildiyini desələr də konkret kimə verildiklərini demədilər. Bu günədək də Əliəfsərin verdiyi pullar qaytarılmamış, nə də ki ona aid torpaq sahəsi özəlləşdirilməmişdir. Eləcə də onun mənzili girovdan çıxarılmamış, Çingizin verdiyi pullar qaytarılmamışdır. Çingiz də 2018-ci ilin noyabr ayında onu mülki qaydada Səbail rayon məhkəməsinə vermiş, məhkəmə qərarına əsasən mənzili Çingizin adına keçmişdir, Apellyasiya şikayəti də təmin olunmamış və Apellyasiya məhkəməsi Səbail rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Həmçinin, Zərərçəkmiş şəxs torpaq sahəsinə dair saxta çıxarış verməmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 2008-ci ildən Bakı şəhəri BTİ-də işləyən şəxs kimi tanısa da onunla yaxın münasibəti olmamışdır. 2017-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1 ona müraciət edib məhkəmədə ona zərərçəkmiş şəxs kimi təqdim olunan Zərərçəkmiş şəxs direktoru olduğu «xxxxx» X3 balansında olan Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin 1,68 ha hissəsini özəlləşdirib çıxarış almaq istədiyini bildirib bu işdə onun köməklik edə bilib, bilməyəcəyini soruşdu. O da bununla maraqlanmaq üçün ilk növbədə adına etibarnamə verilməli olduğunu deyib, özünün şəxsiyyət vəsiqəsinin surətini Sədiyə vermişdir. Bir müddət sonra Sədi Əliəfsər tərəfindən onun adına verilən etibarnaməni və qeyd etdiyi torpaq sahəsinə dair sənədlərin surətini verdi. O, hazırda xatırlamağı şəxsdən maraqlanıb, torpaq sahəsinə çıxarış almaq üçün təxminən 1.200.000 (bir milyon iki yüz min) manat pul lazım olduğunu öyrənmişdir. O, Sədiyə bu barədə dedikdə Sədi, torpaq sahibinin 400.000 (dörd yüz min) manat pulu olduğunu dedi. Üç-dörd gün sonra o, tanışı Azər ilə bu barədə danışanda o, yüksək vəzifədə işləyən tanışı vasitəsilə həmin torpaq sahəsini 400.000 (dörd yüz min) manata sənədləşdirə biləcəyini bildirib, zəhmət haqqı kimi 50.000 (əlli min) manat da özünə istədi. O da bu barədə Sədiyə demişdir. Sədi isə Əliəfsərdən 50.000 (əlli min) manat da artıq, zəhmət haqqı kimi onlara alacağını dedi. Sədi ilə razılaşmışlar ki, həmin 50.000 (əlli min) manatdan 12.000 (on iki min) manat ona qazanc kimi veriləcək. Bir neçə gün sonra Sədi, Əliəfsərin onunla görüşmək istədiyini dedi. O da Bakı şəhəri Nərimanov rayon metronun «Gənclik» stansiyasının yaxınlığında Sədi və Əliəfsərlə görüşmüşdür. Orada Əliəfsəri görəndə onun əvvəllər tanıdığı şəxs olduğunu bilmişdir. Söhbət zamanı o, Əliəfsərə Azərin adını çəkmədən yüksək vəzifəli şəxslərin vasitəsilə torpaq sahəsini 400.000 (dörd yüz min) manata özəlləşdirib çıxarış ala biləcəyini deyib bir az da söhbətləşib ondan ayrılmışlar. X8 400.000 (dörd yüz min) manatı bir dəfəyə vermək imkanın olmadığını deyib həmin məbləği hissə-hissə verə biləcəyini dedi. O da Azərə bu barədə deyəndə o, razılaşmışdır. İlk olaraq 2017-ci ilin iyul ayında Bakı şəhər Xətai rayonu dövlət əmlak komitəsinin yanında Sədi, yanında olan əvvəl tanımadığı sonradan adı ona məlum olan Şahid1 onunla görüşdürmüşdür. Orada Sədi torpaq sahəsinin özəlləşdirilməsi üçün Məmmədin iştirakı ilə ona 100.000 (yüz min) manat pulu verdi. Həmin vaxt Məmməd 100.000 (yüz min) manatdan qazanc kimi 20.000 (iyirmi min) manatını götürmək istədi. O, Sədi və Məmmədin sözlərindən belə başa düşmüşdür ki, Məmməd torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi qazanc istəyir. Sədi də əvvəldən qazanc kimi əldə edəcəkləri 50.000 (əlli min) manatdan Məmmədə verəcəyini razılaşmışdır, lakin, o, Azərə zəng edib bu barədə deyəndə o, razılaşmamışdır. Hətta, həmin vaxt Məmməd narazılıq edib «işi pozacağını» dedi. O da 100.000 (yüz min) manat pulu götürüb onlardan ayrılıb getmişdir. Həmin günü də Azərlə Bakı şəhəri Səbail rayon Dəniz Vağzalının yanında görüşüb, 90.000 (doxsan min) manatı Azərə vermişdir. Qalan 10.000 manatı isə öz şəxsi problemləri olduğundan Azərin razılığı ilə özünə götürmüşdür. Azər yaxın 2 ay ərzində sənədləşmə işlərinin başa çatacağını dedi. Bundan bir neçə gün sonra Azərlə söhbətləşəndə Azər pulları yığıb, özündə saxlamağını, iş yekunlaşanda ona verməyini dedi. Bu səbəbdən də o, Sədinin verdiyi pulları özündə saxladı. Sədi isə 2017-ci ilin iyul ayında da yaşadığı Bakı şəhər Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 24 saylı evin yaxınlığında 90.000 (doxsan min) manat, daha bir neçə gün sonra yenə də yaşadığı evin yaxınlığında 100.000 (yüz min) manat, bir neçə gün sonra 37.000(otuz yeddi min) manat, bundan da bir neçə gün sonra 40.000(qırx min) manat pulu ikilikdə ona vermişdir. Sonuncu dəfə Sədi 67.000 (altmış yeddi min) manat pul gətirmişdi. Sədi həmin puldan 27.000 (iyirmi yeddi) manat götürüb Məmməd və Cavad adlı şəxslərə verəcəyini dedi. Ümumilikdə Sədi ona 367.000 (üç yüz altmış yeddi min) manat pul verdi. Sədinin deməsinə görə Məmməd və Cavad torpaq sahəsini Əliəfsər üçün tapmış şəxslər olmuş, buna görə də onlar da zəhmət haqqı kimi pul istəmişlər. 2017ci ilin avqust ayının ortalarında Azər qaçıb gizlənməyə başladı. Onlar Azəri axtarsalar da tapa bilməmişlər. Həmin ərəfədə ümumi tanışları vasitəsilə tanıdığı Ruslan bu barədə bilib Azəri tapıb, onda olan 90.000 (doxsan min) manat pulu alacağını dedi. Həmçinin, Ruslan, İntiqam və digər yüksək vəzifədə işləyən tanışları vasitəsilə özü torpaq sahəsinə aid çıxarış ala biləcəyini deyib 60.000 (altmış min) manat istəyərək, Azərdən alacağı pulla birlikdə 150.000 (əlli min) manata həll edəcəyinə söz verdi. O da bu barədə Sədiyə demişdir. Sədi də Ruslanla olan söhbətdə iştirak etmişdi. O da razılaşıb 2017-ci ilin noyabr ayında 30.000 (otuz min) manatı yaşadığı evin yaxınlığında Ruslana vermişdir. Sonradan da o, yaşadığı evin həyətində 2017-ci ilin dekabr ayında 30.000 (otuz min) manat da pulu ikilikdə Ruslana vermişdir. Həmin vaxtlarda o, torpaq sahəsi üçün özəlləşdirməyə Sədi tərəfindən ona verilən pulları öz maddi ehtiyaclarına xərcləmişdir. Sədiyə isə bu barədə əvvəldən demişdir. Bundan sonra, Əlifsərin puluna görə ümumilikdə 250.000 (əlli min) manat dəyərində öz adına olan Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən iki ədəd qarajı və iki ədəd qeyri-yaşayış sahəsini Sədinin adına etibarnamə ilə girov qoymuşdur. X13 narazılıq etdiyini deyirdi. Bundan əlavə aldığı pullardan qaytarmaq üçün Sədiyə, hissə-hissə ümumilikdə 45.000- 50.000 (qırx beş-əlli min) manat pul da qaytarmışdır. Qalan pulları yəni, 160.000 (altmış min) manat pulu, yuxarda qeyd edilən Sədiyə verdiyi obyektləri nəzərə almamaqla, bu günə kimi qaytara bilməmişdir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, onun direktoru olduğu «xxxxx» X3 balansında olan 1993-cü ildə Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 1,96 ha ərazidə torpaq sahəsi ayrılmışdır. 2017-ci ilin yay aylarında tanışı Şahid1 və Şahid2 Yahya oğlu ilə danışıb birgə biznes işləri görmək, bunun üçün ilk olaraq qeyd etdiyi torpaq sahəsinin bir hissəsini – 1,68 ha torpaq sahəsinin özəlləşdirilib çıxarış almaq qərarına gəlmişlər. 2017-ci ilin iyun ayında Məmməd, əvvəllər Dövlət Əmlak Komitəsində rəhbər vəzifədə işləmiş, onun tanımadığı sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs1 Yunus oğlu adında tanışının qeyd etdiyi ərazidə 1,68 ha torpaq sahəsinin özəlləşdirilib çıxarış almaqla sənədləşdirə biləcəyini deyib torpaq sahəsinə aid sənədlərin surətini istədiyini, sənədlərə baxandan sonra konkret bir söz deyə biləcəyini dedi. Məmməd bu barədə danışandan sonra onlar ikisi birlikdə Sədinin yaşadığı Bakı şəhəri Nəsimi rayonu «Zoğal» restoranın yerləşdiyi binanın yaxınlığına gedib orada Sədi ilə görüşmüşlər. O, həmin vaxt ilk dəfə Sədini orada görüb tanımışdır. Orada Məmməd onu Sədi ilə onu tanış etdikdən sonra o, torpaq sahəsinə aid sənədlərin surətini Sədiyə təqdim etmişdir. Sədi də sənədləri götürüb guya Dövlət Əmlak Komitəsinin rəhbərliyi ilə görüşüb sənədləri göstərəndən sonra özəlləşdirmənin qiyməti barədə xəbər verəcəyini bildirdi. Bir neçə gün sonra Sədi Məmmədə zəng edib görüşə çağırmışdı. Həmin ərəfədə də o, Sədi və Məmməd, metronun «Elmlər Akademiyasının» yaxınlığında görüşəndə Sədi özünü işgüzar şəxs kimi təqdim edib, yüksək vəzifədə işləyən şəxslərin adlarını çəkərək onlarla yaxın münasibətdə olduğunu deməklə guya yüksək vəzifədə işləyən şəxslərin köməkliyi ilə artıq özəlləşdirmə məsələsini danışdığını, qeyd etdiyi ünvanda 1,68 ha torpaq sahəsinin özəlləşdirilib çıxarış alınması üçün 500.000 (beş yüz min) manat pul lazım olduğunu, razılaşsalar ilkin olaraq hissə-hissə 400.000 (dörd yüz min) manat pulu, qalan 100.000 (yüz min) manatı isə çıxarışı tam hazır edib, verəndən sonra verilməli olduğunu, 400.000 (dörd yüz min) manatı verəndən sonra yaxın bir ay yarım ərzində çıxarışı alıb verəcəyini bildirdi. Onlar da Sədidən ayrılıb, öz aralarında məsləhətləşdikdən sonra qərar verəcəklərini bildirmişlər. O, Məmməd və gələcəkdə birgə iş görməyi planlaşdırdıqları Şahid2 Yahya oğlu ilə məsləhətləşmişlər. Sədinin əvvəllər Dövlət Əmlak Komitəsində işləməsini, özünü işgüzar şəxs kimi təqdim edib yüksək vəzifədə işləyən şəxslərin adlarını çəkərək onlarla yaxın münasibətdə olduğunu deməklə onları inandırdığından o, Sədiyə inanıb bu işə pul buraxmağı razılaşmışdır. Bundan sonra, o, Məmməd və Sədi birlikdə Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında görüşəndə o, Sədinin təklifi ilə razılaşdığını bildirmişdir. Həmin vaxt da Sədi, ilkin sənədləşdirmə işlərinə başlanması üçün 6.000 (altı min) manat pul lazım olduğunu bildirdi. xx xxxx 2017-ci il tarixdə o, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 37A ünvanında yerləşən Yasamal rayon icra hakimiyyətinin qarşısında Məmmədin iştirakı ilə Sədiyə 6.000 (altı min) manat pul vermişdir. Bundan bir neçə gün sonra o, Məmməd, Sədi və Cavad, Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında görüşəndə Sədi bir daha narahat olmamağı, pul verilən kimi yaxın bir ay yarım ərzində torpaq sahəsini özəlləşdirib çıxarış alıb verəcəyinə söz verdi. Daha sonra 2017-ci ilin iyul ayında da o, Sədi, Məmməd və Cavad, Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında görüşəndə Sədi, onun tanımadığı və məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 aid şəxsiyyət vəsiqəsinin surətini gətirib özəlləşdirməni aparılması üçün ondan Telmanın adına etibarnamə verməli olduğunu dedi. Sədi, özəlləşdirmə ilə əlaqədar icra işlərinin bir hissəsini Telmanın görəcəyini dedi. Onlar Telmanı tanımadıqlarını bildirəndə Sədi heç bir narahatçılıq olmadığını, bütün məsələləri özünün həll edəcəyini, bütün işlərə özünün nəzarət etdiyini dedi. Bundan sonra onlar Sədiyə inanmışlar. Daha sonra Sədi onları Bakı şəhəri «Gənclik» şadlıq evinin yaxınlığında Telmanla görüşdürüb tanış etmişdir. Telman ilə söhbətlərdə Telmanın özü də sənədləşmə işlərini Sədinin həyata keçirəcəyini, özünün isə bir sıra işlərin görülməsində Sədiyə köməklik edəcəyini bidirirdi. Daha doğrusu Sədi Telmanın «apar-gətir» işləri gördüyünü dedi. Bundan sonra o, Sədinin sözlərinə daha da inanıb xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində 9 saylı notariat kontorunda Telmanın adına etibarnamə vermişdir. xx xxxx 2017-ci il tarixdə o, öz maşınında Məmməd və Cavadla birlikdə ünvan 3 saylı ünvanda yerləşən dövlət əmlak komitəsinin yaxınlığına getmişlər. Sədi də həmin vaxt Telmanın idarə etdiyi qara rəngli «Pajero» markalı avtomobillə ora gəlmişdi. Sədi pula görə onun oturduqları maşına yaxınlaşdı. Onun xahişi ilə Məmməd ona məxsus 100.000 (yüz min) manat pulu ondan götürüb Sədinin gəldiyi Telmanın idarə etdiyi qara rəngli «Pajero» markalı avtomobilə getmişdir. Verdiyi həmin 100.000 (yüz min) manatı Məmməd sayıb Telmanın iştirakı ilə Sədiyə təhvil vermişdir. Bundan sonra onun avtomobilinə qayıtmış və üçü birlikdə oradan getmişlər. xx xxxx 2017-ci il tarixdə o, özü tək Sədinin yaşadığı evin yaxınlığında Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən «Nəsimi» bazarının qarşısında 90.000 (doxsan min) manat pulu Sədiyə vermişdir. xx xxxx 2017-ci il tarixdə daha bir neçə gün sonra ünvan 5 saylı ünvanda yerləşən 5 saylı doğum evinin qarşısında o, Cavad, Məmməd və Sədi ilə görüşmüşlər. Onun xahişi ilə Məmməd ona məxsus 100.000 (yüz min) manat pulu götürüb, onun və Cavadın iştirakı ilə Sədinin avtomobilində Sədinin özünə verdi. Sədi də pulları sayıb məbləğin düzgünlüyünü təsdiqləyib getdi. xx xxxx 2019-cu il tarixdə o, özü təklikdə Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində yerləşən «Nəsimi» bazarının yaxınlığındakı evinin yanında, yəni Bakı şəhəri Nəsimi rayonu Mirəli Qaşqay küçəsi 71 saylı binanın qarşısında Sədiyə 37.000 (otuz yeddi min) manat pul vermişdir. Sonuncu dəfə xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu X15 prospekti 112 ünvanında yerləşən «Gənclik» şadlıq sarayının qarşısında o, Məmməd və Cavadın iştirakı ilə 67.000 (altmış yeddi min) manat pulu Sədiyə vermişdir. Sədi torpaq sahəsini özəlləşdirib çıxarış alacağı adı ilə on beş gün ərzində ümumilikdə ondan 400.000 (dörd yüz min) manat pul almışdır. Sədi hər dəfə ona pul veriləndə ona verilən pulları onun guya yüksək vəzifədə işləyən tanışına çatdırdığını deyib, 2017-ci ilin avqust ayının sonlarına torpaq sahəsinə aid çıxarış hazır edib verəcəyini söz verirdi. Hətta, həmin vaxtlarda müəssisənin balansında olan qeyd etdiyi ərazidə tanımadığı şəxslər qanunsuz olaraq tikintilər aparıb onları əraziyə buraxmamışlar. Sədiyə isə bu barədə deyəndə o, «narahat olmayın, onsuz da tikintilər sizə qalacaq», yüksək vəzifəli şəxslərin adını çəkərək tikinti aparan şəxslərin onların yanında heç kim olduğunu, yaxın günlərdə torpaq sahəsinə aid çıxarış verəcəyini deyirdi. 2017-ci ilin avqust ayının sonlarında Sədidən torpağın çıxarışını maraqlananda o, hər dəfə müxtəlif bəhanələr gətirib yaxın vaxtlarda çıxarış verəcəyini deyirdi. xx xxxxxxxx 2017-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Nəriman Nərimanov adına istirahət parkında Sədi torpaq sahəsinə aid Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin onun adına olan RX19720801 nömrəli çıxarışı Məmməd və Cavadın iştirakı ilə ona verərək, sənədin tam hazır olduğunu bildirdi. O, sənədə baxanda orada 1,96 ha torpaq sahəsinin özəlləşdirildiyinin qeyd olunduğunu görmüşdür. Sədidən bu barədə maraqlananda o, özünün uzun illər BTİ-də işlədiyini və yaxşı hörmət qazandığına görə 0,28 ha torpaq sahəsinin təmənnasız sənədləşdirildiyini dedi. Həmin vaxt qeyd etdiyi sənədin saxta olması onda heç bir şübhə doğurmamışdır. Bu səbəbdən və Sədiyə inandığından sənədin doğruluğu barədə maraqlanmamışdır. Həmin ərəfədə ziyarətə, sonradan səhhəti ilə əlaqədar müalicəyə getmişdir. Bakıya qayıtdıqdan bir müddət sonra Biləcəri bələdiyyəsinə gedəndə Sədinin verdiyi həmin sənədlərin saxta olduğunu bilmişdir. Bu barədə Sədiyə dedikdə o, hər dəfə müxtəlif bəhanələr gətirib, pulu qaytaracağını deyirdi. xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində Məmməd və Cavad, Sədi ilə görüşəndə Sədi görüşə Telmanı da gətirmişdi. Həmin görüşdə o, olmamış, orada Sədi, 400.000 (dörd yüz min) manatın 367.000 (üç yüz altmış yeddi min) manatını Telmana verdiyini, 33.000 (otuz üç min) manatının isə özündə saxladığını demişdir. Telman da həmin məzmunda qəbz yazıb vermişdir. Məmməd, Cavad, sonradan o, özü Sədiyə torpaq sahəsinə dair çıxarış alıb verməyi özünün öhdəsinə götürdüyü, habelə Telmanı «apar-gətir» işinə baxan adam kimi təqdim etdiyi halda hansı səbəbdən 367.000 (altmış yeddi min) manatı Telmana verdiyini maraqlananda Sədi bir daha sənədləşmə işinə özünün nəzarət etdiyini və özünün cavabdeh olduğunu bldirərək, Telmanın yüksək vəzifəli şəxslərin işini görən adam olduğunu, pulların yüksək vəzifəli şəxslərə çatmağını təsdiq etdiyini dedi. Telman da pulları yüksək vəzifədə işləyən şəxslərə çatdırdığını dedi. Həmin vaxt o, Sədinin 367.000 (altmış yeddi min) manatı Telmana çatdırması, Telmanın həmin məzmunda qəbz yazmasını öz aralarında razılaşdırıb, vaxt udmaq üçün təşkil etdikərinə şübhələnmişdir. Belə ki, ilk vaxtdan sənədləşmə işini Sədi özü öhdəsinə götürmüş, bunun üçün lazım olan pul məbləğini də Sədi özü demiş, pulları da Sədi özü sayıb götürmüşdür. Həmin məbləğdən 100.000 (yüz min) manatın verilməsində Telmanın iştirak etdiyini o, özü də görmüşdür. Bu səbəbdən də məhz Sədi, onlara qarşı bu dələduzluğu təşkil etdiyinə əmin olmuşdur. Bundan əlavə, həmin sənədin saxta olduğunu biləndən sonra da o, pullarının qaytarılmasını istədiyindən dövlət orqanlarına bir müddət sonra şikayət etmək qərarına gəlmişdir. 2018-ci ilin əvvəllərində o, Cavad və Məmməd Sədi ilə pulların qaytarılması barədə danışanda Sədi, Bakı şəhəri Səbail rayonu Mərdanov qardaşları küçəsində yerləşən mənzilini satıb, pulunu qaytarmağı təklif etdikdə o, razılaşmışdır. Lakin, Sədi, həmin mənzilinə bazar dəyərindən yüksək, təxminən 600.000-700.000 (altı yüz-yeddi yüz min) manat, qiymət qoyduğundan faktiki olaraq mənzili satmaq qeyri-mümkün olmuşdur. Daha sonra Sədi, hələ də Telmanın pulları qaytaracağını, yaxud da sənədləşməni həll edəcəyini deyərək mənzili girov qoyub pul götürərək, onun pulunun bir qismini də olsa qaytarmaq istədiyini dedi, lakin, bir neçə dəfə buna görə Məmməd və Cavad mənzili girov götürərək, pul verə biləcək şəxslər tapsalar da Sədi, hər dəfə müxtəlif bəhanələr gətirərək mənzili onların tapdığı adamlara girov qoymaqdan yayındı. Həmin vaxtlarda Telman, yanında olan Ruslan adlı şəxslə birlikdə Məmməd ilə görüşəndə onlar pulların qaytarılması üçün vaxt verilməsini istədi, hətta, Ruslan özünü «ara adamı» kimi təqdim edib, pula görə kimisə narahat etməyin düzgün olmadığını dedi. Məmməd Ruslana baş verənləri danışaraq, özünün, yəni Ruslanın ona 400.000 (dörd yüz min) manatı ödəməyi təklif etdikdə Ruslan imtina etdi. O da Ruslanın mənasız söhbət etdiyini görüb onlardan ayrılıb getmişdir. 2018-ci ilin təxminən fevral ayında Sədinin dəvəti ilə Bakı şəhəri Yasamal rayonu «Elmlər bağında» o, Cavad, Məmməd ilə birlikdə Sədi, Telman və onun yanında olan Ruslanla görüşmüşlər. Orada Sədi və Telman pulun qaytarılması üçün vaxt istədilər. Ruslan da onların tanışı kimi özünü təqdim edib, pulun qaytarılması üçün vaxt verilməsi istədikdə o, pullarının tez bir vaxtda qaytarılmasını istəmişdir. Həmin vaxt da Sədigilin vaxt uzatmaq istədiklərini başa düşüb onlardan ayrılmışlar. 2018-ci ilin iyun ayında onlara məlum olmuşdur ki, Sədi öz mənzilini başqa bir şəxsə girov qoyaraq 147.000 ABŞ dolları pul götürmüşdür. Təxminən həmin vaxtlarda da o, Sədinin dəvəti ilə Bakı şəhəri Dəniz vağzalına gedib Sədi, Telman, ilk dəfə görüb tanıdığı Seymurla görüşmüşdür. Orada söhbət zamanı Seymurun danışığından məlum olmuşdur ki, o, onun torpaq sahəsinin özəlləşdirilərək çıxarış alınması üçün Sədiyə 400.000 (dörd yüz min) manat pul verdiyini, həmin puldan 367.000 (altmış yeddi min) manatının Telmana verildiyini bilir. Söhbət zamanı Seymur, ödədiyi 400.000 (dörd yüz min) manat pulun 50.000 (əlli min) manatını qaytarmağı təklif etdi. O, Sədinin mənzilinə görə 147.000 ABŞ dolları pul verildiyi halda təklif edilən məbləğ az olduğundan 50.000 (əlli min) manatı götürməkdən imtina etmişdir. Bundan da iki-üç gün sonra 2018-ci ilin iyun ayında da Bakı şəhəri «Dəniz vağzalında» o, Cavad, Məmməd, Telman, Sədi və Seymur ilə görüşmüşlər. Seymur orada Telman və Sədinin xx xxxx 2018-ci il tarixədək torpaq sahəsinin özəlləşdirilərək çıxarış alınacağını, əks halda şəxsən 400.000 (dörd yüz min) manatı iki qat ödəyəcəyini söz verdi. Daha sonra Sədinin deməsinə görə ona məlum olmuşdur ki, Seymur və Telman, Sədinin mənzilini girov qoyub 147.000 ABŞ dolları götürərək, həmin pulla Bakı şəhəri metronun «Gənclik» stansiyasının yaxınlığında «Badamlı» adlanan yerin yanında hansısa şəxsin adına torpaq sahəsi sənədləşdirəcəyini vəd edib bununla külli miqdarda qazanc əldə edəcəklərini, Sədinin 147.000 ABŞ dolları pulunu, onun da 400.000 (dörd yüz min) manat pulunu qaytaracağını söz verdilər. Seymur onun torpaq sahəsinin sənədləşməsi üçün xx xxxxxx 2018-ci il tarixədək vaxt istədi. O da razılaşmışdır. Lakin xx xxxxxx 2018-ci il tarixi keçəndən sonra da torpaq sahəsinə aid sənəd verilmədi. O, Sədi ilə əlaqə saxlayanda Sədi narahat olmamağı dedi, lakin bundan sonra da torpaq sahəsinin nə sənədi verilmədi, nə də pullar qaytarılmadı. Onda da onlara məlum olmuşdur ki, Telman və Sədi əlbir olub, pulunun qaytarılmaması üçün müxtəlif variantlardan istifadə edib onu aldadırlar. Sədi ona mənzilini girov qoyub götürdüyü 147.000 ABŞ dolları pulu Seymura verdiyini desə də həmin söhbətlərdə iştirak etmədiyindən dəqiq olaraq 147.000 ABŞ dolları kimin və hansı məqsədlə verib-aldığını bilmir, bu barədə məlumatı yoxdur. Eşitdiyinə görə Ruslan özü də guya ona məxsus torpağı özəlləşdirəcəyi adı ilə onun Telmanda olan pulundan ümumilikdə 60.000 (altmış min) manat götürüb, lakin vədinə əməl etməmişdir. Telman və Sədi ümumilikdə ona 58000 (əlli səkkiz min) manat qaytarıblar. Şahid1 ifadələrində göstərdi ki, 2017-ci ilin iyun ayında tanışı Zərərçəkmiş şəxs, direktoru olduğu «xxxxx» X3 balansında olan 1993-cü ildə Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 1,96 ha ərazidə torpaq sahəsinin 1,68 ha hissəsini özəlləşdirmək istədiyini deyib bu işi görə biləcək şəxs olsa ona xəbər verməyi xahiş etdi. O da öz növbəsində bu barədə qardaşı Müqəddəsin vasitəsilə tanıdığı, əvvəllər Dövlət Əmlak Komitəsində rəhbər vəzifədə işləmiş Təqsirləndirilən şəxs1 Yunus oğluna danışdıqda o, torpaq sahəsinə aid sənədlərin surətini istəyib, sənədlərə baxandan sonra konkret bir söz deyə biləcəyini dedi. Bundan sonra, o, Əliəfsərə bu barədə demiş və onunla birlikdə Sədinin yaşadığı Bakı şəhəri Nəsimi rayonu «Zoğal» restoranın yerləşdiyi binanın yaxınlığında Sədi ilə görüşmüşlər. Orada o, Sədi və Əliəfsəri tanış etdikdən sonra Əliəfsər torpaq sahəsinə aid sənədlərin surətini Sədiyə təqdim etmişdir. Sədi də sənədləri götürüb Dövlət Əmlak Komitəsinin rəhbərliyi ilə görüşüb sənədləri göstərəndən sonra onlara özəlləşdirmənin qiyməti barədə xəbər verəcəyini bildirdi. Bir neçə gün sonra Sədi ona zəng edib görüşə çağırdı. O, Sədi və Əliəfsər metronun «Elmlər Akademiyasının» yaxınlığında Sədi ilə görüşmüşlər. Görüşdə Sədi özünü işgüzar şəxs kimi təqdim edib, yüksək vəzifədə işləyən şəxslərin adlarını çəkərək onlarla yaxın münasibətdə olduğunu deməklə yüksək vəzifədə işləyən şəxslərin köməkliyi ilə artıq özəlləşdirmə məsələsini danışdığını, qeyd etdiyi ünvanda 1,68 ha torpaq sahəsinin özəlləşdirilib çıxarış alınması üçün 500.000 (beş yüz min) manat pul lazım olduğunu, razılaşsalar ilkin olaraq hissə-hissə 400.000 (dörd yüz min) manat pulu, qalan 100.000 (yüz min) manatı isə çıxarışı tam hazır edib, onlara verəndən sonra verilməli olduğunu, 400.000 (dörd yüz min) (dörd yüz min) manatı verəndən sonra yaxın bir ay yarım ərzində çıxarışı alıb verəcəyini dedi. Bundan sonra onlar Sədidən ayrılıb, öz aralarında məsləhətləşdikdən sonra qərar verəcəklərini bildirmişlər. O, Əliəfsər, gələcəkdə birgə iş görməyi planlaşdırdıqları Şahid2 Yahya oğlu ilə məsləhətləşmişlər. Sədinin əvvəllər Dövlət Əmlak Komitəsində işləməsini, özünü işgüzar şəxs kimi təqdim edib, yüksək vəzifədə işləyən şəxslərin adlarını çəkərək onlarla yaxın münasibətdə olduğunu deməklə onları inandırdığından Əliəfsər Sədiyə inanıb bu işə pul buraxmağa razılaşdı. Bundan sonra, o, Əliəfsər və Sədi birlikdə Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında görüşəndə Əliəfsər, Sədinin təklifi ilə razılaşdığını bildirdi. Həmin vaxt da Sədi ilkin sənədləşdirmə işlərinə başlanması üçün 6.000 (altı min) manat pul lazım olduğunu bildirdi. 2017-ci ilin iyul ayının əvvəllərində Əliəfsər, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində onun iştirakı ilə Sədiyə 6.000 (altı min) manat pul vermişdir. Bundan bir neçə gün sonra o, Əliəfsər, Sədi və Cavad Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında görüşəndə Sədi bir daha narahat olmamağı, pul verilən kimi yaxın bir ay yarım ərzində torpaq sahəsini özəlləşdirib çıxarış alıb verəcəyini söz verdi. 2017-ci ilin iyul ayında da o, Sədi, Əliəfsər və Cavad Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında görüşəndə Sədi onun o vaxt tanımadığı, hazırda məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsinin surətini Əliəfsərə verib onun adına etibarnamə verməyin lazım olduğunu dedi. Sədi guya özəlləşdirmə ilə əlaqədar icra işlərinin bir hissəsini Telmanın görəcəyini dedi. Onlar onu tanımadıqlarını bildirəndə Sədi, heç bir narahatçılıq olmadığını, bütün məsələləri özünün həll edəcəyini, bütün işlərə özünün nəzarət etdiyini dedi. Bundan sonra onlar Sədiyə inanmışlar. Daha sonra Sədi, onları Bakı şəhəri «Gənclik» şadlıq evinin yaxınlığında Telmanla görüşdürüb tanış etmişdir. Telman ilə söhbətlərdə o, özü də sənədləşmə işlərini Sədinin həyata keçirəcəyini, özünün isə bir sıra işlərin görülməsində Sədiyə köməklik edəcəyini bildirdi. Sədi Telmanın onun «apar-gətir» işlərini gördüyünü dedi. xx xxxx 2017-ci il tarixdə Əliəfsər, Bakı şəhəri Nərimanov rayonu ərazisində 9 saylı notariat kontorunda Telmanın adına etibarnamə verdi və bundan sonra 2017-ci ilin iyul ayının ortalarında Əliəfsərin idarə etdiyi avtomobillə o və Cavad Bakı şəhəri Xətai rayonu ərazisində dövlət əmlak komitəsinin yaxınlığına getmişdir. Sədi də həmin vaxt Telmanın idarə etdiyi qara rəngli «Pajero» markalı avtomobillə gəlmişdi. Sədi pula görə onların oturduqları maşına yaxınlaşdı. Əliəfsərin xahişi ilə o, 100.000 (yüz min) manat pulu ondan götürüb Sədinin gəldiyi Telmanın idarə etdiyi qara rəngli «Pajero» markalı avtomobilə getmişdir. Orada Əliəfsərin verdiyi 100.000 (yüz min) manatı sayıb Telmanın iştirakı ilə Sədiyə təhvil vermişdir. Bundan sonra Əlifsərin avtomobilinə qayıtmış və birlikdə oradan getmişlər. Bundan bir neçə gün sonra, Əliəfsər, özü Sədinin yaşadığı evin yaxınlığında Bakı şəhəri Nəsimi rayonu «Nəsimi» bazarının yanında 90.000 (doxsan min) manat, daha bir neçə gün sonra Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində «Doğum evinin» yanında o, Cavad, Əliəfsər və Sədi görüşmüşlər. Əliəfsərin xahişi ilə ondan 100.000 (yüz min) manat pulu götürüb, Cavadın və Əliəfsərin iştirakı ilə Sədinin avtomobilində Sədinin özünə vermişdir. Sədi də pulları sayıb məbləğin düzgünlüyünü təsdiqləyib getdi. Bundan bir neçə gün sonra, Əliəfsər özü Sədiyə 37.000 (otuz yeddi min) manat da pul vermişdir. Sonuncu dəfə 2017-ci ilin iyul ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində «Gənclik» şadlıq sarayının yaxınlığında Əliəfsər, o və Cavadın iştirakı ilə 67.000 (altmış yeddi min) manat pulu Sədiyə vermişdir. Sədi ümumilikdə on beş gün ərzində 400.000 (dörd yüz min) manat pulu almışdır. Sədi hər dəfə pullar ona veriləndə ona verilən pulları yüksək vəzifədə işləyən tanışına çatdırdığını, 2017-ci ilin avqust ayının sonlarına torpaq sahəsinə aid çıxarış hazır edib verəcəyini söz veririrdi. Həmin vaxtlarda müəssisənin balansında olan həmin torpada tanımadığı şəxslər qanunsuz olaraq tikintilər aparıb onları əraziyə buraxmırdılar. Sədiyə bu barədə deyəndə o, «narahat olmayın, onsuz da tikintilər sizə qalacaq», yüksək vəzifəli şəxslərin adını çəkərək tikinti aparan şəxslərin onların yanında heç kim olduğunu, yaxın günlərdə torpaq sahəsinə aid çıxarış verəcəyini deyirdi. 2017-ci ilin avqust ayının sonlarında Sədidən torpağın çıxarışı ilə maraqlananda o, hər dəfə müxtəlif bəhanələr gətirib, yaxın vaxtlarda çıxarış verəcəyini deyirdi. 2017-ci ilin sentyabr ayında Sədi metronun «Nərimanov» stansiyasının yanındakı parkda torpaq sahəsinə aid çıxarışı onun və Cavadın iştirakı ilə Əliəfsərə vermişdir. Sənədə baxanda orada 1,96 ha torpaq sahəsinin özəlləşdirildiyinin qeyd olunduğunu görüb Sədidən bu barədə maraqlananda o, özünün uzun illər BTİ-də işlədiyini və yaxşı hörmət qazandığına görə 0,28 ha torpaq sahəsinin təmmanasız sənədləşdirildiyini demişdir. Sonradan Əliəfsər səhhəti ilə müalicəyə, eləcə də ziyarətə getdi. Əliəfsər Bakıya qayıtdıqdan bir müddət sonra Biləcəri bələdiyyəsinə gedəndə Sədinin verdiyi həmin sənədlərin saxta olduğunu bilmişlər. Bu barədə Sədiyə dedikdə o, müxtəlif bəhanələr gətirib pulu qaytaracağını dedi. Pulları danışıqlarla geri almaq üçün saxta sənəd barədə şikayət etməmişdir. xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində o, Cavad, Sədi ilə görüşəndə Sədi görüşə Telmanı da gətirmişdi. Orada Sədi 400.000 (dörd yüz min) manatın 367.000 (altmış yeddi min) manatını Telmana verdiyini, 33.000 (otuz üç min) manatının isə özündə saxladığını dedi. Cavadın təkidi ilə Telman da həmin məzmunda qəbz yazdı. Onlar Sədiyə torpaq sahəsinə dair çıxarış alıb verməyi öz öhdəsinə götürdüyü halda, Telmanı isə «apar-gətir» işinə baxan adam kimi təqdim etdiyi halda hansı səbəbdən 367.000 (altmış yeddi min) manatı Telmana verdiyini soruşduqda Sədi bir daha sənədləşmə işinə özünün nəzarət etdiyini və özünün cavabdeh olduğunu bildirərək, Telmanın yüksək vəzifəli şəxslərin işini görən adam olduğunu deyib pulların yüksək vəzifəli şəxslərə çatdığını təsdiq etdi. Telman da pulları yüksək vəzifədə işləyən şəxslərə çatdırdığını dedi. Həmin vaxt o, Sədi və Telmanın bu işi də öz aralarında razılaşdırıb vaxt udmaq üçün təşkil etdiklərindən şübhələnmişdir. Belə ki, ilk vaxtdan sənədləşmə işini Sədi özü öhdəsinə götürmüş, bunun üçün lazım olan pul məbləğini də Sədi özü demiş, pulları da Sədi özü sayıb götürmüşdür. Həmin məbləğdən 100.000 (yüz min) manatı verilməsində Telman iştirak etmişdir. Bu səbəbdən də məhz Sədinin onlara qarşı bu dələduzluğu təşkil etdiyinə əmindir. 2018-ci ilin əvvəllərində o, Cavad və Əliəfsər, Sədi ilə pulların qaytarılması barədə danışanda Sədi Bakı şəhəri Səbail rayonu Mərdanov qardaşları küçəsində yerləşən mənzilini satıb, Əliəfsərin pulunu qaytarmağı təklif etdi. Əliəfsər də razılaşdı. Lakin, Sədi, həmin mənzilinə bazar dəyərindən yüksək qiymət, təxminən 600.000-700.000 manat qiymət qoyduğundan faktiki olaraq mənzili satmaq qeyri mümkün odu. Daha sonra Sədi ya Telmanın pulları qaytaracağını, yaxud da sənədləşməni həll edəcəyini deyərək mənzili girov qoyub pul götürərək, Əliəfsərin pulunun bir qismi də olsa qaytarmaq istədiyini dedi, lakin, bir neçə dəfə buna görə o və Cavad mənzili girov götürərək, pul verə biləcək şəxslər tapsalar da Sədi hər dəfə müxtəlif bəhanələr gətirərək mənzili girov qoymaqdan yayınırdı. Həmin vaxtlarda Telman onu görüşə dəvət etmişdir. O da Bakı şəhər Nərimanov rayonu Nərimanov parkı ərazisində Telmanla görüşmüşdür. Görüş zamanı Sədinin onun yanında olan Ruslan adlı şəxs Sədi və Telmana pulların qaytarılması üçün vaxt verilməsini istədi. Ruslan özünü «ara adamı» kimi təqdim edib, pula görə kimisə narahat etməyin düzgün olmadığını dedi. O, Ruslana baş verənləri danışaraq, özünün Əliəfsərə 400.000 (dörd yüz min) manatı ödəməyi təklif etdikdə Ruslan imtina etdi. O da onlardan ayrılıb getmişdir. 2018-ci ilin təxminən fevral ayında Sədinin dəvəti ilə Bakı şəhəri Yasamal rayonu «Elmlər bağında» o, Cavad, Əliəfsər ilə birlikdə Sədi, Telman və onun yanında olan Ruslanla görüşmüşlər. Orada Sədi və Telman pulun qaytarılması üçün vaxt istədilər. Ruslan da onların tanışı kimi özünü təqdim edib pulun qaytarılması üçün vaxt verilməsini istədikdə Əliəfsər pulları tez bir vaxtda qaytarılmasını istədi. Həmin vaxt da onlar Sədigilin vaxt uzatmaq istədiklərini başa düşüb onlardan ayrılmışlar. 2018-ci ilin iyun ayında onlara məlum olmuşdur ki, Sədi həmin mənzili başqa bir şəxsə girov qoyaraq 147.000 ABŞ dolları pul götürmüşdür. Sonradan Əliəfsərin deməsinə görə ona məlum olmuşdur ki, bu barədə bilən Əliəfsər Sədi ilə görüşəndə Sədinin yanında gələn onun tanımadığı, sonradan adının Seymur olduğunu bildiyi şəxs Əliəfsərə, ödədiyi pulun 50.000 (əlli min) manatını qaytarmağı təklif edəndə də Əliəfsər, mənzilə görə 147.000 (yüz qırx yeddi min) ABŞ dolları pul verildiyi halda təklif edilən məbləğin az olduğunu bildirib həmin təklifdən imtina etmişdir. Bundan 2-3 gün sonra 2018-ci ilin iyun ayında da Bakı şəhəri «Dəniz vağzalında» o, Əliəfsər, Məmməd, Telman, Sədi və Seymur ilə görüşmüşlər. Orada söhbət zamanı Seymurun danışığından məlum olmuşdur ki, o, Əliəfsərin torpaq sahəsinin özəlləşdirilərək çıxarış alınması üçün Sədiyə 400.000 (dörd yüz min) manat pul verdiyini, həmin puldan 367.000 (üç yüz altmış yeddi min) manatının Telmana verildiyini bilir. Seymur, Telman və Sədinin xx xxxx 2018-ci il tarixədək torpaq sahəsinin özəlləşdirərək çıxarış alacaqlarını, əks halda şəxsən 400.000 (dörd yüz min) manatı iki qat ödəyəcəklərini söz verdi. Daha sonra Sədinin deməsinə görə ona məlum olmuşdur ki, Seymur və Telman, Sədinin mənzilini girov qoyub 147.000 (yüz qırx yeddi min) ABŞ dolları götürərək, həmin pulla Bakı şəhəri metronun «Gənclik» stansiyasının yaxınlığında «Badamlı» adlanan yerin yanında hansısa şəxsin adına torpaq sahəsi sənədləşdirəcəyini vəd edib bununla külli miqdarda qazanc əldə edəcəklərini, Sədinin 147.000 (yüz qırx yeddi min) ABŞ dolları pulunu, eləcə də Əliəfsərin 400.000 (dörd yüz min) manat pulunu qaytaracağını söz vermişlər. Bundan sonra Seymur, Əliəfsərin torpaq sahəsinin sənədləşməsi üçün xx xxxxxx 2018-ci il tarixədək vaxt istəmişdi. xx xxxxxx 2018-ci il tarixi keçəndən sonra da torpaq sahəsinə aid heç bir sənəd verilmədi. Əliəfsər, Sədi ilə əlaqə saxlayanda Sədi narahat olmamağı dedi. Bundan sonra da Əliəfsərə nə torpaq sahəsinin sənədi verilmədi, nə də pullar qaytarılmadı. Bundan sonra onlar başa düşmüşlər ki, Telman və Sədi əlbir olub, Əliəfsərin pulunun qaytarılmaması üçün müxtəlif variantlardan istifadə edib onu aldadırlar. Sonralar, Sədi, mənzilini girov qoyub götürdüyü 147.000 (yüz qırx yeddi min) ABŞ dolları pulu Seymura verdiyini desə də həmin söhbətlərdə iştirak etmədiyindən dəqiq olaraq 147.000 (yüz qırx yeddi min) ABŞ dollarını kimin və hansı məqsədlə verib-aldığını bilməmiş, bu barədə məlumatı olmamışdır. Şahid2 ifadələrində göstərdi ki, 2017-ci ilin iyun ayında tanışı Zərərçəkmiş şəxs, ona və ümumi tanışları olan Şahid1, direktoru olduğu «xxxxx» X3 balansında olan 1993-cü ildə Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 1,96 ha ərazidə torpaq sahəsinin bir hissəsinin - 1,68 ha torpaq sahəsinin özəlləşdirmək istədiyini danışıb, bu işi görə biləcək şəxs olsa ona xəbər vermələrini xahiş etdi. Bir müddət sonra Məmməd və Əliəfsərin sözlərinə əsasən ona məlum olmuşdur ki, Məmməd tanışı Dövlət Əmlak Komitəsində rəhbər vəzifədə işləmiş Təqsirləndirilən şəxs1 bu barədə danışdıqda Sədi, yüksək vəzifədə işləyən şəxslərin adlarını çəkərək onlarla yaxın münasibətdə olduğunu deməklə guya yüksək vəzifədə işləyən şəxslərin köməkliyi ilə qeyd etdiyi ünvanda 1,68 ha torpaq sahəsinin özəlləşdirilib çıxarış alınması üçün 500.000 (beş yüz min) manat pul lazım olduğunu, razılaşsalar ilkin olaraq hissə-hissə 400.000 (dörd yüz min) manat pulu, qalan 100.000 (yüz min) manatı isə sənədlər – çıxarışı tam hazır edib verəndən sonra verilməli olduğunu, 400.000 (dörd yüz min) manatı verəndən sonra yaxın bir ay yarım ərzində çıxarışı alıb verəcəyini bildirmişdir. Bundan sonra, gələcəkdə birgə iş görməyi planlaşdırdıqlarından o, Əliəfsər və Məmməd məsləhətləşmişlər. Sədinin əvvəllər Dövlət Əmlak Komitəsində işləməsini, özünü işgüzar şəxs kimi təqdim edib, yüksək vəzifədə işləyən şəxslərin adlarını çəkərək onlarla yaxın münasibətdə olduğunu deməklə Əliəfsəri inandıdığından Əliəfsər Sədiyə inanıb bu işə pul buraxmağı razılaşdı. Bundan sonra, Məmməd, Əliəfsər və Sədi birlikdə Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında görüşəndə Əliəfsər, Sədinin təklifi ilə razılaşdığını dedi, həmin vaxt da Sədi, ilkin sənədləşdirmə işlərinə başlanması üçün 6.000 (altı min) manat pul lazım olduğunu bildirdi. 2017-ci ilin iyul ayının əvvələlrində Əliəfsər, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində Məmmədin iştirakı ilə Sədiyə 6.000 (altı min) manat pul verdi. Bundan bir neçə gün sonra o, Əliəfsər, Sədi və Məmməd, Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında görüşəndə Sədi onun iştirakı ilə bir daha narahat olmamağı, 400.000 (dörd yüz min) manat pul verilən kimi yaxın bir ay yarım ərzində qeyd edilən ünvandakı torpaq sahəsini yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə özələşdirib çıxarış alıb verəcəyini söz verdi. Daha sonra 2017-ci ilin iyul ayında da o, Sədi, Əliəfsər və Məmməd, Yasamal rayonu ərazisində Hüseyn Cavid parkında görüşəndə Sədi, Təqsirləndirilən şəxs2 adında şəxsə aid şəxsiyyət vəsiqəsinin surətini gətirib Əliəfsərin, onun adına etibarnamə verməsini istədi. Sədi, guya özəlləşdirmə ilə əlaqədar icra işlərinin bir hissəsini Telmanın görəcəyini deyirdi. Sədi, heç bir narahatçılıq olmadığını, bütün məsələləri özünün həll edəcəyini, bütün işlərə özünün nəzarət etdiyini dedi. Bundan sonra onlar Sədiyə inanmışlar. Daha sonra Sədi, onları Bakı şəhəri «Gənclik» şadlıq evinin yaxınlığında Telmanla görüşdürüb tanış etdi. Telman ilə söhbətlərdə Telman özü də sənədləşmə işlərini Sədinin həyata keçirəcəyini, özünün isə bir sıra işlərin görülməsində Sədiyə köməklik edəcəyini bidirirdi. Daha doğrusu Sədi, Telmanın «apar-gətir» işləri gördüyünü deyirdi. xx xxxx 2017-ci il tarixdə Əliəfsər, Bakı şəhəri Nərimanov rayonu ərazisində 9 saylı notariat kontorunda Telmanın adına etibarnamə verdi və bundan sonra 2017-ci ilin iyul ayının ortalarında Əliəfsərin idarə etdiyi avtomobillə o və Məmməd Bakı şəhəri Xətai rayonu ərazisində dövlət əmlak komitəsinin yaxınlığına getmişlər. Sədi də həmin vaxt Telmanın idarə etdiyi qara rəngli «Pajero» markalı avtomobillə gəlmişdi. Sədi pula görə onların oturduqları maşına yaxınlaşdı. Daha sonra Əlifsərin xahişi ilə Məmməd, 100.000 (yüz min) manat pulu ondan götürüb Sədi ilə birlikdə Sədinin gəldiyi Telmanın idarə etdiyi qara rəngli «Pajero» markalı avtomobilə getdi. Orada Əliəfsərin verdiyi 100.000 (yüz min) manatı sayıb Telmanın iştirakı ilə Sədiyə təhvil verərək, Əlifsərin avtomobilinə qayıtdı və onlar birlikdə oradan getmişlər. Bundan bir neçə gün sonra, Əliəfsər, özü Sədinin yaşadığı evin yaxınlığında Bakı şəhəri Nəsimi rayonu «Nəsimi» bazarının yanında 90.000 (doxsan min) manat verdi. Daha bir neçə gün sonra Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində «Doğum evinin» yanında o, Məmməd, Əliəfsər və Sədi görüşmüşlər. Əliəfsərin xahişi ilə Məmməd ondan 100.000 (yüz min) manat pulu götürüb, onun və Əliəfsərin iştirakı ilə Sədinin avtomobilində Sədinin özünə verdi. Sədi də pulları sayıb məbləğin düzgünlüyünü təsdiqləyib getdi. Bundan bir neçə gün sonra, Əliəfsər özü Sədiyə 37.000 (otuz yeddi min) manat da pul vedi. Sonuncu dəfə 2017-ci ilin iyul ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində «Gənclik» şadlıq sarayının yaxınlığında Əliəfsər, o və Məmmədin iştirakı ilə 67.000 (altmış yeddi min) manat pulu Sədiyə verdi. Sədi ümumilikdə 15 gün ərzində 400.000 manat pulu aldı. Sədi, hər dəfə pullar ona veriləndə ona verilən pulları guya yüksək vəzifədə işləyən tanışına çatdırdığını, 2017-ci ilin avqust ayının sonlarına torpaq sahəsinə aid çıxarış hazır edib verəcəyini söz verirdi. Hətta, həmin vaxtlarda müəssisənin balansında olan qeyd etdiyi ərazidə tanımadığı şəxslər qanunsuz olaraq tikintilər aparıb, onları əraziyə buraxmadılar. Sədiyə bu barədə deyəndə o, «narahat olmayın, onsuz da tikintilər sizə qalacaq» deyir, həmçinin yüksək vəzifəli şəxslərin adını çəkərək tikinti aparan şəxslərin onların yanında heç kim olduğunu, yaxın günlərdə torpaq sahəsinə aid çıxarış verəcəyini bildirirdi. 2017-ci ilin avqust ayının sonlarında Sədidən torpağın çıxarışını maraqlananda o, hər dəfə müxtəlif bəhanələr gətirib, yaxın vaxtlarda çıxarış verəcəyini deyirdi. 2017-ci ilin sentyabr ayında Sədi, metronun «Nərimanov» stansiyasının yanındakı parkda torpaq sahəsinə aid çıxarışı onun və Məmmədin iştirakı ilə Əliəfsərə verdi. Sənədə baxanda orada 1,96 ha torpaq sahəsinin özəlləşdirildiyinin qeyd olunduğunu görmüşlər. Sədidən bu barədə maraqlananda o, özünün uzun illər BTİ-də işlədiyini və yaxşı hörmət qazandığına görə 0,28 ha torpaq sahəsinin təmənnasız sənədləşdirildiyini dedi. Həmin vaxt sənədin saxtalığı heç bir şübhə doğurmadı. Sonradan Əliəfsər səhhəti ilə müaliəcəyə, eləcə də ziyarətə getdi. Əliəfsər Bakıya qayıtdıqdan bir müddət sonra Biləcəri bələdiyyəsinə gedəndə Sədinin verdiyi həmin sənədlərin saxta olduğunu bilmişlər. Bu barədə Sədiyə dedikdə o, hər dəfə müxtəlif bəhanələr gətirib, pulu qaytaracağını deyirdi. Əliəfsər sənədin saxta olduğunu bilsə də pulları danışıqlarla geri almaq istədiyindən polisə bu barədə müraciət etmədi. xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində o, Məmməd, Sədi ilə görüşəndə Sədi görüşə Telmanı da gətirdi. Orada Sədi, 400.000 manatın 367.000 manatını Telmana verdiyini, 33.000 manatının isə özündə saxladığını dedi. Telman da həmin məzmunda qəbz yazdı. Sədiyə torpaq sahəsinə dair çıxarış alıb verməyi öz öhdəsinə götürdüyü halda, Telmanı «apar-gətir» işinə baxan adam kimi təqdim etdiyi halda hansı səbəbdən 367.000 manatı Telmana verdiyini maraqlananda Sədi bir daha sənədləşmə işinə özünün nəzarət etdiyini və özünün cavabdeh olduğunu bldirərək, Telmanın yüksək vəzifəli şəxslərin işini görən adam olduğunu, pulların yüksək vəzifəli şəxslərə çatmağını təsdiq etdiyini dedi. Telman da pulları yüksək vəzifədə işləyən şəxlərə çatdırdığını deyirdi. Həmin vaxt o, Sədi və Telmanın bu işi də öz aralarında razılaşdırıb, vaxt udmaq üçün təşkil etdikərinə şübhələnmişdir. Belə ki, ilk vaxtdan sənədləşmə işini Sədi özü öhdəsinə götürmüş, bunun üçün lazım olan pul məbləğini də Sədi özü demiş, pulları da Sədi özü sayıb götürmüşdür, baxmayaraq ki, həmin məbləğdən 100.000 (yüz min) manatın verilməsində Telmanın iştirak etdiyini o özü də görmüşdür. Bundan başqa, 2018-ci ilin əvvəllərində o, Məmməd və Əliəfsər Sədi ilə pulların qaytarılması barədə danışanda Sədi, Bakı şəhəri Səbail rayonu Mərdanov qardaşları küçəsində yerləşən mənzilini satıb, Əliəfsərin pulunu qaytarmağı təklif etdikdə Əliəfsər razılaşdı. Lakin, Sədi, həmin mənzilinə bazar dəyərindən yüksək qiymət - təxminən 600.000-700.000 manat qiymət qoyduğundan faktiki olaraq mənzili satmaq qeyri-mümkün idi. Daha sonra Sədi, hələ də Telmanın pulları qaytaracağını, yaxud da sənədləşməni həll edəcəyini deyərək mənzili girov qoyub pul götürərək, Əliəfsərin pulunun bir qismi də olsa qaytarmaq istədiyini dedi. Lakin, bir neçə dəfə buna görə o və Məmməd mənzili girov götürərək, pul verə biləcək şəxslər tapsalar da Sədi, hər dəfə müxtəlif bəhanələr gətirərək mənzili girov qoymaqdan yayınırdı. Həmin vaxtlarda Telman, Məmmədi görüşə dəvət etdi və Bakı şəhər Nərimanov rayonu Nərimanov parkı ərazisində Məmməd, Telmanla görüşərkən onun yanında olan Ruslan adlı şəxs Sədi və Telmana pulların qaytarılması üçün vaxt verilməsini istədi. Hətta, Ruslan özünü «ara adamı» kimi təqdim edib, pula görə kimisə narahat etməyin düzgün olmadığını demişdir. Məmməd, Ruslana baş verənləri danışaraq, özünün Əliəfsərə 400.000 (dörd yüz min) manatı ödəməsini təklif etdikdə Ruslan imtina etmişdir. Məmməd də onlardan ayrılıb getmişdir. 2018-ci ilin təxminən fevral ayında Sədinin dəvəti ilə Bakı şəhəri Yasamal rayonu «Elmlər bağında» o, Məmməd, Əliəfsər ilə birlikdə Sədi, Telman və onun yanında olan Ruslanla görüşmüşlər. Orada Sədi və Telman pulun qaytarılması üçün vaxt istədilər. Ruslan da onların tanışı kimi özünü təqdim edib, pulun qaytarılması üçün vaxt verilməsi istədikdə Əliəfsər pulları tez bir vaxtda qaytarılmasını istədi. Həmin vaxt da Sədigilin vaxt uzatmaq istədiklərini başa düşüb onlardan ayrılmışlar. 2018-ci ilin iyun ayında onlara məlum olmuşdur ki, Sədi, həmin mənzili başqa bir şəxsə girov qoyaraq 147.000 (yüz qırx yeddi min) ABŞ dolları pul götürmüşdür. Sonradan Əliəfsərin deməsinə görə məlum oldu ki, bu barədə bilən Əliəfsər Sədi ilə görüşəndə Sədinin yanında gələn Seymurun Əliəfsərə, ödədiyi pulun bir qismini - 50.000 (əlli min) manat qaytarmağı təklif etsə də Əliəfsər, mənzilə görə 147.000 ABŞ dolları pul verildiyi halda təklif edilən məbləğin az olduğundan imtina etmişdir. Bundan 2-3 gün sonra 2018-ci ilin iyun ayında da Bakı şəhəri «Dəniz vağzalında» o, Əliəfsər, Cavad, Telman, Sədi və Seymur ilə görüşmüşlər. Orada söhbət zamanı Seymurun danışığından məlum oldu ki, o, Əliəfsərin torpaq sahəsinin özəlləşdirilərək çıxarış alınması üçün Sədiyə 400.000 manat pul verdiyini, həmin puldan 367.000 (üç yüz altmış yeddi min) manatının Telmana verildiyini bilir. Seymur, Telman və Sədinin xx xxxx 2018-ci il tarixədək torpaq sahəsinin özəlləşdirilərək çıxarış alınacağını, əks halda şəxsən 400.000 (dörd yüz min) manatı iki qat ödəyəcəyini söz verdi. Daha sonra Sədinin deməsinə görə mənə məlum oldu ki, Seymur və Telman, Sədinin mənzilini girov qoyub 147.000 ( yüz qırx yeddi min) ABŞ dolları götürərək, həmin pulla Bakı şəhəri metronun «Gənclik» stansiyasının yaxınlığında «Badamlı» adlanan yerin yanında hansısa şəxsin adına torpaq sahəsi sənədləşdirəcəyini vəd edib bununla külli miqdarda qazanc əldə edəcəklərini, Sədinin 147.000( yüz qırx yeddi min) ABŞ dolları pulunu, eləcə də Əliəfsərin 400.000 ( dörd yüz min) manat pulunu qaytaracağını söz vermişlər. Daha sonralar da Seymur, Əliəfsərin torpq sahəsinin sənədləşməsi üçün xx xxxxxx 2018-ci il tarixədək vaxt istədi. Lakin, xx xxxxxx 2018-ci il tarixi keçəndən sonra da torpaq sahəsinə aid heç bir sənəd verilmədi və Əliəfsər, Sədi ilə əlaqə saxlayanda Sədi narahat olmamağı deyirdi. Lakin, bundan sonra da Əliəfsərə torpaq sahəsinin sənədi verilmədi, nə də pullar qaytarılmadı. Buradan belə başa düşmüşlər ki, Telman və Sədi əlbir olub, Əliəfsərin pulunun qaytarılmaması üçün müxtəlif variantlardan istifadə edib onu aldadırlar. Sonralar Sədi mənzilini girov qoyub götürdüyü 147.000 (yüz qırx yeddi min) ABŞ dolları pulu Seymura verdiyini desə də həmin söhbətlərdə iştirak etmədiyimdən dəqiq olaraq 147.000 (yüz qırx yeddi min) ABŞ dolları kimin və hansı məqsədlə verib-aldığını bilmir. Bu barədə məlumatı yoxdur. Ola bilsin ki, bu da Sədinin növbəti uydurmasıdır. Məhkəmədə ifadələri elan edilib araşdırılmış şahid X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2017-ci ilin təxminən əvvəllərindən tanımışdır. Telmanın xahişi ilə onun borclu olduğu bir sıra şəxslərlə danışıb, borcun qaytarılmasına vaxt verməsini xahiş etmişdir. 2017-ci ilin avqust ayında Telman, bir nəfər əvvəllər tanımadığı, sonradan adı məlum olan Sədi adlı şəxsdən, onun tanımadığı Əliəfsər adlı şəxsə məxsus torpaq sahəsinin sənədləşdirməsi adı ilə Əliəfsərin verdiyi 400.000 (dörd yüz min) manatı götürdüyünü bildirmiş, həmin puldan 367.000 (altmış yeddi min) manatını götürüb, öz şəxsi işlərinə xərcləmiş, buna görə pul sahibi ilə aralarında problemlər yaranmışdır. Bundan bir müddət sonra, 2017-ci ilin avqust-sentyabr aylarında Telman ilə söhbət əsnasında o, Əliəfsər adlı şəxsin Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsini özəlləşdirib çıxarış almaq məqsədilə onun tanımadığı Azər adlı şəxsin ondan 90.000 (doxsan min) manat alıb ələ keçirdiyini, sonradan sənədləşmə işini həyata keçirmədiyini, nə də ki pulu qaytarmadığını danışıb, onun Azərlə danışaraq pulun qaytarılmasına köməklik etməyini xahiş etmişdir. O da bir tanış kimi razılaşmışdır. Telmanla birlikdə Azərlə Bakı şəhərində xatırlamadığı yerdə görüşəndə Azər, Telmandan torpaq sahəsini sənədləşdirmək adı ilə 90.000 (doxsan min) manat pul aldığını etiraf edib, Telmanın əvvəldən ona verəcəyi olduğuna görə 70.000 (yetmiş min) manatı çıxdığını, cəmi 20.000 (iyirmi min) manat Telmana verəcəyi olduğunu deyib, yaxın vaxtlarda 20.000 (iyirmi min) manatı qaytaracağını söz vermişdir. Telman isə Azərlə razılaşmayıb, 90.000 (doxsan min) manat verməli olduğunu bildirmişdir. Sonradan bildiyinə görə Azər, söz verdiyi 20.000 (iyirmi min) manatı da Telmana qaytarmamışdır. Bundan sonra o, Telmana Azərdən 90.000 (doxsan min) manatı özü alıb, əlavə 60.000 (altmış min) manat versə ümumilikdə 150.000 (əlli min) manata torpaq sahəsini sənədləşdirə biləcəyimi demişdir. Telman da razılaşıb 2017-ci ilin noyabr ayında yaşadığı Binəqədi rayonu Naxçıvani küçəsində yerləşən evinin yanında ona ikilikdə 30.000 (otuz min) manat pul vermişdir. Bundan sonra, 2017-ci ilin dekabr ayında Telman, ona ikilikdə yenə də torpaq sahəsini sənədləşdirmək üçün 30.000 (otuz min) manat pul vermişdir. Lakin, onun maddi çətinliyi yarandığından həmin 60.000 (altmış min) manatı öz işlərinə xərcləmişdir. Məhkəmədə ifadələri elan edilib araşdırılmış şahid X7 ifadəsində göstərmişdir ki, 2001- 2016-cı illərdə Ədliyyə Nazirliyində xidmət etmiş, sonuncu dəfə Ədliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsi üzrə İcra şöbəsinin icra məmuru vəzifəsi olmuşdur. 2016-cı ilin yanvar ayında öz istəyi ilə xidmətdən xaric olunmuşdur. 2017-ci ilin avqust ayında mülkiyyətdə olan torpaq sahəsinin alınmasında ötrü Nazim adlı maklerə müraciət etmişdir. O da öz növbəsində onu sonradan tanıdığı, Təqsirləndirilən şəxs2 ilə tanış edib, bildirmişdir ki, o, bu işdə ona köməklik edəcək. Telman həmin ərəfələrdə Dərnəgül bazarı adlanan ərazinin yaxınlığında 3,5 ha torpaq sahəsinin yerləşdiyini, həmin torpaq sahəsinin sənədlərinin olduğunu və 4.000.000 manata satıldığını bildirərək, vasitəçi ola biləcəyini demişdir. O, həmin torpaq sahəsinin sənədlərinə baxdıqda həqiqətən də qanuni sənədlər olduğunu görüb almaq qərarına gəlmişdir. Həmin ərəfədə Telman torpağa görə ondan beh pul istəmiş və o da 2017-ci ilin avqust ayının ortalarında Nərimanov rayonu, Atatürk prospektində Telmanla görüşüb 50.000 (əlli min) manat pulu ona beh kimi vermişdir. Lakin sonradan həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olduğunu bilib almaqdan imtina edib, Telmandan 50.000 (əlli min) manat pulunu geri tələb etmişdir. Telman ona demişdir ki, o, həmin beh pulu torpağın mülkiyyətçilərinə verib və onlardan ala bilmir, həmçinin demişdir ki, beh verilən pul geri qaytarılmır, bu səbəbdən də pulu verməkdən imtina etmişdir. Bundan sonra o, ondan pulunu tələb etməyə davam etmiş, lakin Telman hər vasitə ilə ondan qaçırmış. 2017-ci ilin oktyabr ayında hazıda nömrəsini xatırlamadığı Ruslan adlı şəxs, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onunla görüşmək istədiyini bildirmiş və həmin gün o, Nərimanov rayonunun ərazisində Rusalanla yanında Telman və adını bilmədiyi idman cüssəli bir şəxslə görüşmüşdür. Həmin görüş vaxtı Ruslan özünü cinayətkar aləmin nümayəndəsi kimi təqdim edərək Telmana verdiyi 50.000 (əlli min) manat beh puldan imtina etməyini, imtina etməyəcəyi təqdirdə ona gələcəkdə fiziki zor ola biləcəyi ilə hədələmişdir. O isə Ruslana demişdir ki, onu hədələməsin, əks təqdirdə ondan hüquq-mühafizə orqanlarına şikayət edəcəkdir. Bu zaman Ruslan ona demişdir ki, gəl "kişi" kimi söhbət edək, beh verilən pul həmişə batır və sən də bununla razılaş”. O isə demişdir ki, həmin torpaq sahəsinin məhkəmə mübahisəsi olduğu üçün ondan imtina etmiş, odur ki, o, əsaslı olaraq torpaq sahəsinin alınmasından imtina etmiş və pulunu da Telmandan tələb edir. Ruslan onun fikrindən dönmədiyini görüb ondan ayrılmışdır. Bundan sonra o, ara sıra müxtəlif vasitələrlə Telmandan pulunu tələb etməyə davam etmiş, lakin Telman pulu verməkdən imtina etmişdir. Bu günə kimi də Telman həmin 50.000 (əlli min) manat pulu ona qaytarmamışdır. Telmanın göstərdikləri yalan, şər və böhtandır, onunla Telman arasında hər hansı bir torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı heç bir söhbəti olmayıb, ondan hər hansı bir məbləğdə pul almamış, Əliəfsər adlı şəxsi tanımamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2019-cu il tarixli üzləşdirilmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Şahid1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirmə protokolkndan görünür ki, Şahid1 ifadəsində göstərdiyi halları, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi halları, Şahid1 ilə Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi halları, Şahid2 ilə Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış xx xxx 2019-cu il tarixli, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış sorğunun cavabından müəyyən edilmişdir ki, RX19720801 nömrəli çıxarış daşınmaz əmlakın dövlət reyestində rəsmiləşdirilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxx 2019-cu il tarixli 13630 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestrı xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən 2017-ci ilin sentyabr ayında Sədi Zərərçəkmiş şəxs adına RX19720801 nömrəli Çıxarışın blankı, üzərindəki möhür əksi və imzalar hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 öz dəsti xətti ilə yazdığı 367.000 (altmış yeddi min) manat pulun özündə olması barədə qəbz və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs verilmiş Seriya RX 19720801 nömrəli çıxarış maddi sübut kimi tanınmışdır. Məhkəmədə elan edilib araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxx 2020ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 saylı ünvanda yerləşir. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxx 2020-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadələrində özünü müdafiə üçün Zərərçəkmiş şəxs aldığı 400.000 (dörd yüz min) manat pulun 367.000 (altmış yeddi min) manatını Təqsirləndirilən şəxs2 verdikdən sonra yerdə qalan pulları Şahid1 və Şahid2 verməsi, eyni zamanda Təqsirləndirilən şəxs2 məxsus 2 ədəd qaraj və 2 ədəd zirzəmini Zərərçəkmiş şəxs verilməli olan pulun təminatı kimi Şahid1 və Şahid2 verdiyini göstərməsi iş üzrə toplanmış sübutlarla tam təkzib olunduğundan özünü müdafiə xarakterli hesab edilərək rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 ifadələrində özünü müdafiə etmək üçün üçün əldə etdiyi 367.000 (altmış yeddi min) manat puldan 90.000 (doxsan min) manatını torpaq sahəsinin özəlləşdirilməsi üçün X6 verdiyini, həmçinin əldə olunan pulun bir hissəsini Təqsirləndirilən şəxs1 Şahid1 və Şahid2 istəyi ilə onlara verdiyini göstərməsi iş üzrə toplanmış sübutlarla tam təkzib olunduğundan onun həmin ifadələrini özünün müdafiəsinə yönələn müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə, zərərçəkmiş şəxsin və şahidlərin ittihamı təsdiq edən ifadələrini, məhkəmədə elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokollarını, ekspert rəyni, habelə iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş yuxarıdakı təhlil olunan sübutları cinayət əməlinin baş verməsini, bu əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsini sübuta yetirdiyi üçün ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməlləri törətmələrinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, həmin məcəllənin 320.2-ci maddələrinin dispozisiya şərtlərinə, Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlməsi qənaətinə gəlib onların əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bərabər, həmin məcəllənin 320.2-ci maddəsinin tərkibi olduğu müəyyən olundu. O, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutlan cinayət əməlini 2017-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs adına saxta RX19720801 nömrəli çıxarış almaqla əldə etmişdir. Bu əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti iki il müəyyən olunnmuşdur. Cinayətlərin təsnifatını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törətməsinə görə həmin məcəllə ilə nəzərdə tutulumuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Törədilmiş cinayət əməllərinə görə cəlb etmə müddətlərini müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsində cinayət təqibini istisna edən hallar göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi cinayət təqibini istisna edən hal kimi müəyyən edilmişdir. Həmin məcəllənin 44-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə şəxs təqsirli bilinməklə cəza təyin edilməməklə ittiham hökmü çıxarılır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilib ona cəza təyin edilməməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəldiyindən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməlin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. İstintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini sair hallarla bərabər tamah niyyəti ilə törətmək kimi qiymətləndirmişdir. Məhkəmənin qənəatinə görə dələduzluq cinayətinin özü ümumi anlamda mənfəəti ehtiva edir. Hər hansı mənfətin güdülməsi isə tamah motivi ilə müşahidə olunur. Bu səbəbdən də təqsirləndirilən şəxsin əməlində təkrar olaraq tamah niyyətinin tövsifedici əlamət kimi qiymətləndirilib onun təkrarən nəzərə alınması istisna olunur. Məhkəmədə təqsirləndirilən şəxslər, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə Zərərçəkmiş şəxs mülki iddia ilə müraciət edib Təqsirləndirilən şəxs2 cinayətkar hərəkətləri nəticəsində dələduzluq yolu ilə ələ keçirdiyi 400000 (dörd yüz min) manatın ödənilməmiş qalan 350800 (üç yüz əlli min səkkiz yüz) manatının, həmin puldan qanunla icazə verilən qaydada istifadə edəcəyi təqdirdə əldə edə biləcəyi gəlir, ona dəymiş mənəvi ziyanın, yol xərcləri, gündəlik xərclər, hüquqi yardım xərcləri daxil olmaqla ümumi 200000 (iki yüz min) manatın və iddia vermək üçün ödədiyi 30 (otuz) manatın, ümumilikdə 550380 (beş yüz əlli min üç yüz səksən) manatın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub ona ödənilməsini xahiş etdi. Məhkəmədə Şahid1 mülki iddia ilə müraciət edib Zərərçəkmiş şəxs, Şahid2 və onun “xxxxx” X3 balansında olan Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə istehsalat sahəsinin tikintisi üçün ayrılmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 saylı ünvanda yerləşən torpaq sahəsində müxtəlif bizneslə məğul olacaqlarını, Zərərçəkmiş şəxs ona MMC-də işə başlayan zaman hər ay 2000 (iki min) manat məvacib verəcəyini, lakin həmin dövrdə torpaq sahəsinin özəlləşdirilməsi üçün sənədlərin yığılmasında, məhkəmələrdə mülkiyyət hüququnun tanınması işlərində, hüquqi yardım üçün müəyyən xərclərlə birlikdə gündəlik xərcləri 165000 (yüz altmış beş min) manat, üç il ərzində bizneslə məşğul ola bilmədiyi üçün əldən çıxan fayda 68000 (altmış səkkiz min) manat, iddianın verilməsi üçün 30 (otuz) manat, ümumilikdə 233030 (iki yüz otuz üç min otuz) manatın Təqsirləndirilən şəxs1 tutulub ona ödənilməsini xahiş etdi. Məhkəmə, mülki iddiaçı Şahid1 iddiasının baxılmamış saxlanılmasını və ona mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olmasının izah edilməli olmasını əsaslı sayır. Məhkəmədə, zərərçəkmiş Zərərçəkmiş şəxs ona dəymiş maddi zərərin 58000 (əlli səkkiz min) manatının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənildiyini göstərdi. Məhkəmə, təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini təqsirli törətdikləri qənaətinə gəldiyindən cinayət əməllərinin nəticəsində əldə etdikləri mənfəəti birgə istifadə etmələri və cinayət əməlinin törədilməsində bərabər iştirak etmələrini nəzərə alıb zərərçəkmiş Zərərçəkmiş şəxs vurulmuş zərərin qalan 342000 (üç yüz qırx iki min) manat hissəsinin təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub ona ödənilməsini, iddianıın qalan hissəsinin baxılmamış saxlanılmasını və həmin hissədə mülki mühakimə icraatı qaydasında mürəciət etmək hüququnun izah edilməli olmasını əsaslı sayır. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə 61,52 (altmış bir manat əlli iki qəpik) manat xərclənmişdir. Məhkəmə həmin məbləğlərin təqsirləndirilən şəxslərdən bərabər hissələrlə tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən xx xxxxx 2020-ci il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd Təqsirləndirilən şəxs2 öz dəsti xətti ilə 367.000 manat pulun özündə olması ilə bağlı yazdığı qəbzin və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs verilmiş Seriya RX 19720801 nömrəli çıxarışın cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən istintaq orqanı tərəfindən onlar barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirini dəyişdirib onlar barəsində qətimkan tədbiri qismində həbsə alma seçib bu qətimkan tədbirini hökm qanuni qüvvəyə minənə dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışlar. Məhkəmə, təqsirləndirilən şəxslərin ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqlarından onlara təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli olmalarını nəzərə alır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslərin həbsdə saxlanıldqları müddətin onların cəzaçəkmə müddətinə daxil edilməsini və Təqsirləndirilən şəxs1 ittiham elan etmək üçün tutulduğu və həbsdə saxlanıldığı 01 (bir) günün ona təyin ediləcək cəzanın müddətindən çıxılmasını və təyin ediləcək cəzanın əvvəlinin onun həbs olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı olmasını, Təqsirləndirilən şəxs2 ittiham elan etmək üçün tutulduğu və həbsdə saxlanıldığı xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək 02 (iki) günün ona təyin ediləcək cəzanın müddətindən çıxılmasını və təyin ediləcək cəzanın əvvəlinin onun həbs olunduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə, elan edilib araşdırılmış xx xxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli təqdim etmə və götürülmə barədə protokollardan, xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə 23200 (iyirmi üç min iki yüz) manat, Təqsirləndirilən şəxs1 33000 (otuz üç min) manat ödəmişlər. Məhkəmədə Zərərçəkmiş şəxs ümumilikdə ona vurulmuş zərərin 58000 (əlli səkkiz min) manatının təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini göstərdi. Məhkəmə həmin halı təqsirləndirilən şəxslərin məsuliyyətlərini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış xx xxx 2020-ci il tarixli xasiyətnamədən, doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində yetkinlik yaşına çatmayan bir övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar isə müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın müddətini təyin edərkən, onların tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, Təqsirləndirilən şəxs1 cəzasının yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmalarına və ailə həyat şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinsin və həmin maddələrlə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqadar olaraq, yəni Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsində göstərilən əsaslara ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 08 (səkkiz) il 11(on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzaərti altına vermə həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin ediləcək cəzanın müddətindən çıxılsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan müddəti 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş polisin nəzarəti altına vermə həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin və ona vurulmuş 400000 (dörd yüz min) manat zərərin ödənilməmiş qalan 342000 (üç yüz qırx iki min) manatı təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub ona ödənilsin. Zərərçəkmiş şəxs mülki iddiası qalan hissədə baxılmamış saxlanılsın və həmin hissədə ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Şahid1 mülki iddiası baxılmamış saxlanılsın, ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 61,52 (altmış bir manat əlli iki qəpik) manat təqsirləndirilən şəxslərdən bərabər hissələrlə tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd Təqsirləndirilən şəxs2 öz dəsti xətti ilə 367.000 manat pulun özündə olması ilə bağlı yazdığı qəbz və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs verilmiş Seriya RX 19720801 nömrəli çıxarış cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Ramella Allahverdiyeva Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-659/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-659/2020
16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver