Məhkəmə qərarları › İş №1(101)-659/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-659/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-659/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1980-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olur, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş), məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 64-də qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsi, “Qobu” yaşayış sahəsi, ev 34, mənzil 35-də yaşamış və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci ildə saat 23:50-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 64 nömrəli evin yataq otağında arvadı Zərərçəkmiş şəxs mobil telefonuna baxan zaman “İnstagram” sosial şəbəkəsindəki şəxsi səhifəsinə girdiyini görmüş, xx xxxxxx 2020-ci ildən sosial şəbəkəyə girməyə qadağa qoymasına məhəl qoymadığı üçün aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs üzünün sol nahiyəsinə sillə ilə vurduqdan sonra sonuncu zərbədən yataq otağında olan çarpayının üzərinə üzü üstə yıxılan an yumuruqla bir neçə dəfə Zərərçəkmiş şəxs bel və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sol gözyuvası ətrafı, sol said nahiyələrinin və sağ ayağın qançırları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərurmaya aid, ikitərəfli hemopnevmororaksa (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması), qarının ön divarının qançırı, dalağın cırılması (cərrahi əməliyyat yolu ilə çıxarılmışdır), mədəaltı vəzin, mədənin cırılmış yarası ilə müşayiət olunan döş qəfəsinin və qarının küt travması ümumilikdə və hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 18:00 radələrində fərdi qaydada işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olan tikintidən atası Şahid2la çıxıb birbaşa evə gəlmişlər. Həmin gün saat 23:30 radələrində yatmaq qərarına gəlmiş, o, böyük qızı Elay Nəsibovanın yanında çarpayıda uzanmış, Zərərçəkmiş şəxs isə balaca qızı Nərmin Nəsibovanı beşiyə qoyub yanında olan masada oturmuşdur. Balaca qızı Nərmin yatmaq istəməmiş və babası Şahid2 istəmişdir. O da balaca qızı Nərmini götürüb atası Şahid2 yanına aparıb demişdir ki, “Nərmin səni istəyir, yatmaq istəmir”. Atası Şahid2 da ondan balaca qızı Nərmini alaraq ayağına uzadıb yelləməyə başlamışdır. Bundan sonra o, öz yataq otağına gəlib böyük qızı Elayın yanında çarpayıda uzanmış, Aygün isə qızı Nərminin çarpayısında uzanmışdır. Həmin vaxt Aygün ona demişdir ki, “sənin telefonunda olan uşaqlarla birlikdə çəkdirdiyimiz şəkilləri “WhatsApp” proqramı vasitəsi ilə mənə göndər”. O da Aygünün dediyi şəkilləri telefonunda seçib ona göndərmişdir. Ancaq Aygün ona ikinci dəfə demişdir ki, şəkilləri yenidən ona göndərməyi demişdir. O, yerindən durub Aygünün mobil telefonunu əlindən alıb baxmışdır ki, göndərdiyi şəkillər ona çatıb, ancaq “WhatsApp” proqramının ayarlarında şəkillərin və ya məntnin çatma işarəsini göstərməsini bağlayıbdır. O, Aygündən soruşmuşdur ki, “bunu niyə edibsən?”. Aygün də and içmişdir ki, xəbəri yoxdur. O, Aygünün mobil telefonunun “WhatsApp” proqramının ayarlarını düzəldən zaman görmüşdür ki, “Google Chrome” proqramından “İnstagram” proqramına giribdir. O, əvvəllər Aygün “İnstagram” proqramına girdiyi üçün onunla mübahisə etdib “İnstagram” proqramına girməyini qadağan etmişdir. Buna görə də Aygünə demişdir ki, “niyə İnstagram proqramına giribsən?”. Əvvəlcə Aygün and içib “İnstagram” proqramına girmədiyini demişdir. O da tarixçəni Aygünə göstərdikdə o, gülə-gülə demişdir ki, “sənin adından profil açmışam, İnstagram proqramına girib makyajlara baxıram”. O isə Aygünə demişdir ki, “sənə demişdim axı İnstagram proqramına girmə, niyə giribsən?”. Həmin vaxt o və Aygün ayaq üstündə durmuş və aralarında bir metr məsafə olmuşdur. Bu vaxt Aygün gözləmədiyi halda üzünə tüpürüb demişdir ki, “ayıb olsun, sən mədən şübhələnirsən”. Aygünün bu hərəkəti onda qıcıq yaratmış və o, sağ əli ilə Aygünün sol tərəfdən sifət nahiyəsinə vurmuş, zərbədən Aygün yataq otağında olan Elayın çarpayısının yastıq olan tərəfinə düşmüş və çarpayının baş tərəfində olan taxta Aygünün qarın nahiyəsinə dəymiş, həmin vaxt Elay çarpayının ortasında oturmuşdur. Bundan sonra Elay otaqdan çıxıb getmiş və səsinə anası Şahid1 yataq otağına gəlmiş və onu vurub çölə çıxartmaq istəmişdir. O da anası Ceyrana demişdir ki, “söhbətə qarışma”. Bu zaman görmüşdür ki, atası Şahid2 yataq otağının qapısının qarşısındadır. Həmin vaxt Aygün iki əli ilə başını tutmuşdur. O, Aygünün əlini başından çəkib ona baxanda o, sağ əlinin arxası ilə əlindən vurmuşdur. Həmin vaxt anası və atası onu çölə çıxartmaq istəyən zaman Aygün demişdir ki, atasına zəng edir ki, gəlib onu aparsın. O da Aygünə demişdir ki, “kimə zəng vurursan vur”. Bundan sonra anası və atası onu çölə çıxartmışdır. Təxminən 10-15 dəqiqədən sonra Aygünün atası Abil, qardaşı Alı və ögey anası Kəmalə evlərinə gəlmişdir. Evdə Abil ondan soruşmuşdur ki, “nə olub, niyə Aygünü vurubsan?. O, Abilə demişdir ki, “qızın Aygün yenə İnstagram proqrama giribdir”. Bu zaman Alı qışqırmışdır ki, “yaxşı edib giribdir”. O isə Alıya heç bir söz deməmişdir. Həmin vaxt onlar evdə qonaq otağında olmuş və Aygün də qonaq otağında divanda əyləşmişdir. Bu zaman Aygün demişdir ki, sol böyrü bərk ağrıyır. Bundan sonra Alı, Kəmalə, Aygün, böyük qızı Elay, atası Əfəndi və anası Ceyran Abilin idarə etdiyi avtomobilə əyləşib Aygünü 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Aygünü “İnstagram” proqramına girdiyi üçün vurmuşdur. X6 bütün müalicə pulunu ödəmişdir. Aygünə ağır xəsarət yetirmək niyyəti olmamışdır. Əvvəllər rəsmi nikahda olub sonra boşanmışlar. Hazırda isə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxslə barışmış və törətdiyi cinayət əlindən peşmandır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 15:30 radələrində Təqsirləndirilən şəxs adından yadında olmayan profil açmışdır. Ətir səhifəsinə girib baxmış və ətir sifariş vermək istəmişdir. Həmin gün Təqsirləndirilən şəxs və qayınatası Şahid2la evə gəlmişlər. Saat 23:30 radələrində yatmaq üçün uşaqları yataq otağına aparmışdır. Həmin vaxt kiçik qızı Nərmin Nəsibovanı yatızdırmış, Elvin isə böyük qızı Elay Nəsibovanın yanında uzanmışdır. Sonra kiçik qızı Nərmin ağlamışdır ki, babasının yanına getmək istəyir. Elvin də kiçik qızı Nərmini babasının yanına aparmışdır. Bundan sonra o, kiçik qızı Nərminin yerində uzanmış, Elvin isə böyük qızı Elayın yanında çarpayıda uzanmışdır. Həmin vaxt Elvinə demişdir ki, mobil telefonunda olan ailəvi şəkillərini ona “WhatsApp” proqramı vasitəsi ilə göndərsin. Elvin də mobil telefonunda olan şəkilləri mobil telefonuna göndərmiş və sonra Elvin telefonu əlindən alaraq baxıb soruşmuşdur ki, “niyə sənin mobil telefonunun ekranına bildiriş gəlmir”. O, Elvinə bilmədiyini demişdir. Elvin ona demişdir ki, “and ver ki, bildirişi gizlədibsən, yoxsa yox. O, and içmişdir ki, “bildirişi bağlamamışam”. Bundan sonra Elvin çölə çıxıb sonra yataq otağına girib demişdir ki, “İnstagrama giribsən?”. O da Elvinə demişdir ki, “bu gün girmişəm”. Elvin isə demişdir ki, “niyə giribsən?, sənə demişdim ki, girmə”. O, cavab vermək istəmişdir ki, Elvin sağ əli ilə üzünün sol nahiyəsinə vurmuş və o, həmin zərbədən çarpayıda uzanan qızı Elayın üstünə yıxılmışdır. O, çarpayıdan qalxan zaman qızı otaqdan çıxıb getmişdir. Bu vaxt o, Elvinə demişdir ki, “sənin adından profil açmışam, ətir sifariş verəcəm”. Elvin isə sağ əli ilə sol tərəfdən sifət nahiyəsinə vurmuşdur. O, yenə çarpayıya yıxılmış və Elvin yumruqla kürəyindən vurmuşdur. Bundan sonra o, durub qışqırmış və otağa qayınanası Ceyran gəlmiş, qayınatası Əfəndi isə otağın qapısının qarşısında dayanmışdır. Qayınanası Ceyran aralarına girmiş, Elvin isə sol əlinin biləyindən tutmuş və valideyinlərinin üstünə qışqırmışdır ki, “otaqdan çıxın”. Bundan sonra o, otaqdan çıxıb mətbəxə keçərək birbaşa hamama girmişdir. Qayınanası dalınca gəlmiş və onu sakitləşdirməyə başlamışdır. Sonra o, hamamdan çıxıb mətbəxə keçmiş, qayınanasına və qayınatasına demişdir ki, “atama zəng etmək istəyirəm”. Qayınanası isə demişdir ki, “lazım deyil, ailə məsələsidir”. O da öz yataq otağına keçəndə görmüşdür ki, Elvin həyətdə dayanıb. O, Elvin demişdir ki, “atama zəng edirəm”. Elvin isə demişdir ki, “ehtiyac yoxdur, zəng etmə”. O, yataq otağında olan zaman istifadəsində olan ***-***-**-** saylı nömrədən atası Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng vurub demişdir ki, “gəlin, vəziyyətim pisdir, Elvin məni döyübdür”. Bundan sonra qarın nahiyəsində ağrılar başlamış və o, evin qonaq otağında olan divanda oturmuşdur. Təxminən 10-15 dəqiqədən sonra atası Abil, qardaşı Alı və analığı Kəmalə evə gəlmişlər. Atası ondan nə olduğunu soruşduqda qarın boşluğunda ağrıları olduğunu demişdir. Bundan sonra atası onu idarə etdiyi avtomobili ilə 3 saylı Şəhər Kliniki Xəsətəxanasına aparmışdır. Həkim baxdıqdan sonra onu dərhal cərrahiyyə şöbəsinə qaldırıb orada qarın boşluğundan əməliyyat olunmuş və nəticədə dalağı götürülmüşdür. Elvinlə “İnstagram” proqramına girdiyi üçün dalaşmışlar. Xəstəxana xərclərini qayınatası ödəmişdir. Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid5, X4 və Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 76-77; 79-81; 83-85). Məhkəmə istintaqı zamanı tədqiqi edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 x xxxxxx 2020-ci il tarixli 1084 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi; ikitərəfli hemopnevmotoraksa (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması), qarnın ön divarının qançırı, dalağın cırılması (cərrahi əməliyyat yolu ilə çıxarılmışdır), mədəaltı vəzin, mədənin cırılmış yarası ilə müşayiət olunan döş qəfəsinin və qarnın küt travması; sol gözyuvası ətrafı, sol said nahiyələrinin və sağ ayağın qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşyanın (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən və Zərərçəkmiş şəxs qeyd etdiyi xx xxxx 2020-ci il tarixdə və şəraitdə törənə bilər. Dərəcəsinə görə xəsarətlərdən ikitərəfli hemopnevmotoraks (hər iki döş boşluğuna sərbəst qanın və havanın yığılması), qarnın ön divarının qançırı, dalağın cırılması (cərrahi əməliyyat yolu ilə çıxarılmışdır), mədəaltı vəzin, mədənin cırılmış yarası ilə müşayiət olunan döş qəfəsinin və qarnın küt travması ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya; baş-beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; sol gözyuvası ətrafı, sol said nahiyələrinin və sağ ayağın qançırları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 35-37). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx xxxxxxxx 2020-ci il tarixli 1950 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 88-89). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən xx xxxx 2020-ci ildə saat 23:50-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 64 saylı evin yataq otağında arvadı Zərərçəkmiş şəxs ilə “İnstagram” sosial şəbəkəsindəki şəxsi səhifəsinə girdiyi üçün aralarında mübahisə baş vermiş və sonuncunun üz nahiyəsindən sillə ilə vurduğu yeri göstərmişdir (cild 1, iş vərəqə 94-98). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən xx xxxx 2020-ci ildə saat 23:50-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 64 nömrəli evin yataq otağında “İnstagram” sosial şəbəkəsindəki şəxsi səhifəsinə girdiyi üçün əri Təqsirləndirilən şəxsla aralarında mübahisə baş vermiş və sonuncu onun üz nahiyəsindən sillə vurduğu zaman yataq otağında çarpayının üstünə üzü üstə düşdüyü və Təqsirləndirilən şəxs onun bel nahiyəsindən yumuruqla vurduğu yeri göstərmişdir (cild 1, iş vərəqə 98-101). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs bir daha göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 23:50-də Bakı şəhəri, Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 64 nömrəli evin yataq otağında “İnstagram” sosial şəbəkəsindəki şəxsi səhifəsinə girdiyi üçün əri Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə zamanı onun üz nahiyəsindən sillə vurduğu zaman yataq otağında çarpayının üzərinə üzü üstə düşən an Təqsirləndirilən şəxs onun bel nahiyəsindən yumruqla vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs üzündən sillə vursa da, bel nahiyəsindən yumruq vurmadığını, bəlkə də vurduğunu, ancaq yadına düşmədiyini göstərmişdir (cild 1, iş vərəqə 90-93). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum cəzasına məhkum edilmiş və xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya” haqqında qərarına əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqə 33; 55-59). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdən sonra məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2 və 83.4-cü maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun əməlində cinayət tərkibinin olması və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 137-138). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından 2 azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 52-53). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır (cild 2). Məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halların olmamasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, himayəsində 2 azyaşlı uşağının olmasını və törətdiyi cinayət əməlindən səmimi peşman olmasını qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkündür və barəsində cəza təyin edilməklə həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayır. Məhkəmə hesab edir ki, sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəalarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökmün icraya yönəldiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar