Məhkəmə qərarları › İş №1(101)-659/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-659/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-659/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X27 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Sabirabad şəhəri, M.Hümbətov küçəsi, ev 32-də qeydiyyatda olmaqla ünvan 6-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, arvadı Şahid1 tanışı Zərərçəkmiş şəxs ilə yaxın münasibət qurmaqla ona xəyanət etməsini öyrəndikdən sonra bir neçə dəfə sonuncu ilə görüşüb ondan Şahid1 əl çəkməsini, ailəsini dağıtmamasını tələb etməsinə baxmayaraq sonuncunun 6 noyabr 2021-ci il tarixdə saat 22 radələrində telefonla yazışmasını gördükdə telefonu Şahid1 alaraq baxdıqda onun Zərərçəkmiş şəxslə münasibətlərini davam etdirməklə ona xəyanət etməsini yəqin etdikdən sonra sonuncu ilə görüşüb bu məsələyə aydınlıq gətirmək, eləcə də Şahid1 əl çəkməklə uzaqlaşmasını təmin etmək və həmin səbəbdən Zərərçəkmiş şəxs vurmaqla qisas almaq məqsədi ilə yaşadığı evin mətbəxindən soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb cibinə qoyaraq Bakı şəhəri, ünvan 12ına gəlmiş, həmin yerdə saat 23 radələrində Şahid1 ilə görüşmək üçün gözləyən Zərərçəkmiş şəxs yaxınlaşaraq onun yaxasından tutub “sən mənim ailəmi dağıtmısan və mənim ailəmdən əl çək” deməklə cibində olan həmin bıçağı çıxarıb sonuncunun qarın və kürək nahiyəsindən 2 dəfə qəsdən vuraraq ona qarının ön səthində yerləşmiş qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələmiş 1 ədəd deşilmiş-kəsilmiş yara kimi insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti və sol kürək nahiyəsində yerləşmiş boşluqlara nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Şahid1 onun həyat yoldaşıdır. Bikə ilə 2013-cü il tarixdə ailə həyatı qurmuş və həmin nikahdan oğlu 2 iyul 2014-cü il təvəllüdlü X7, qızı 10.06.2016-cı il təvəllüdlü X4, oğlu 23.12.2017-ci il təvəllüdlü X5 və qızı 05.09.2019-cu il təvəllüdlü X8 vardır. Yaşadıqları müddət ərizində həyat yoldaşı Şahid1 ilə normal münasibəti olmuşdur. Hadisədən təxminən iki ay əvvəl yoldaşı Bikənin telefonla kiminləsə danışdığını eşitmiş və Bikədən kiminlə danışdığını soruşan zaman ona ev alğı-satqısı ilə məşğul olan maklerlə danışdığını və onlara kirayə ev tapmasını bildirdiyini demişdir. O, həyat yoldaşından həmin maklerin nömrəsini istəyən zaman Bikə ona bəhanə gətirib nömrəni verməmişdir. Bu hadisədən sonra Bikədən şüphələnmişdir. Bundan sonra araşdırmağa başlamışdır ki, həmin şəxsi tapıb kim olduğunu bilsin. Bir müddət sonra həyat yoldaşı 4 azyaşlı uşağı qoyub çıxıb getmişdir Bikəni 2 gün axtardıqdan sonra Suraxanı rayonunda xalasının evindən tapmışdır. Ona evə qayıtmağı bildirmişdir və onlar evə qayıdan zaman yenidən Bikəyə zəng gəldikdə Bikə ilə mübahisə etməyə başlamışdır. 20 yanvar dairəsində olan zaman Bikə ona “gözlə burada indi kimin zəng etdiyini görəcən” demişdir. Bir necə dəqiqə sonra bir nəfər şəxs onlara yaxınlaşdıqda ona məlum olmuşdur ki, Əliyev X14 ilə münasibət saxlayırmış. Bundan sonra Bikə ilə mübahisə etsə də, daha sonra yenidən Bikəni uşaqlarının xatirinə bağışlayıb qəbul etmişdir. Lakin bir müddət sonra yenidən Bikə evdən çıxıb getmişdir. Bikə təxminən 6 gün evə gəlməmiş və o, artıq Bikədən ayrılmaq qərarına gəlmişdir. Lakin Bikə yenidən qayıdıb ona bildirmişdir ki, Yasəf onu aldadıb. O, yenidən Bikəni bağışlayıb qəbul etmişdir. Bu hadisə bir neçə dəfə davam etmişdir. 5 noyabr 2021-ci il tarixdə Yasəf ilə Musabəyov parkında görüşmüş və ona bildirmişdir ki, “sən mənim ailəmi dağıdırsan”. Lakin Yasəf ona Bikə ilə heç bir əlaqəsi olmadığını deyib söz vermişdir ki, bundan sonra da Bikə ilə heç bir əlaqəsi olmayacaq. 6 noyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində evdə olan zaman yenidən Bikənin mobil telefonuna Yasəfin mobil telefonundan mesaj gəldiyindən şübhələnmişdir. Bu zaman telefonu Bikədən alıb mesajlarını oxuyanda onlar arasında sevgi münasibətlərinin olmasını müəyyən etmişdir. Bundan sonra Bikə ilə mübahisə etmişdir. Bikə evdən çıxıb gedən zaman o da evin mətbəxində olan bıçağı götürüb onun arxasınca getmişdir. Bir qədər sonra Yasəf Bikə ilə həmin gün, yəni 6 noyabr 2021-ci il tarixdə saat təxminən 22:30 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi 71 saylı binanın qarşısında görüşdüyünü görüb onlara yaxınlaşmışdır. Yasəfin yaxasından tutaraq ona “sən mənə söz vermişdin ki, mənim yoldaşımla heç bir əlaqən olmayacaqdır, lakin sən məni yenidən aldatdın” demişdir. Bundan sonra onların arasında mübahisə yaranmış və əynində olan şalvarının arxa cibindən mətbəx bıçağını çıxarıb Yasəfin qarın nahiyəsinə bir dəfə vurmuşdur. Həmin vaxt Yasəf aşağı əyildikdə onun bu hərəkətlərindən əsəbləşərək həmin bıçaqla yenidən onun sol kürək nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra həyat yoldaşı Şahid1 qışqıraraq küçədən keçən şəxsləri köməyə çağırmışdır. Küçədən keçən şəxslər həmin hadisə yerinə gələrkən o həmin mətbəx bıçağını hadisə yerindən bir qədər kənara tutallamışdır. Bundan sonra həmin ərazidə xidmət aparan polis əməkdaşları hadisə yerinə gəlmişlər və Yasəfə ilkin tibbi yardım göstərməsi üçün Təcilli X6 məlumat vermişlər. Hadisə yerinə X18 Stansiyasının briqadası gəlib Yasəfi xəstəxanaya aparmışdır. O həmin hadisə yerində olan zaman polis əməkdaşları həyat yoldaşı Bikədən və orada olan tanımadığı şəxslərdən hadisəni törətmiş şəxsin kim olduğunu soruşduqda onlar hadisənin onun tərəfindən törədildiyini bildirmişlər. Bundan sonra polis əməkdaşları onu saxlayaraq Yasamal RPİ-nin 28-ci PB-nə təhvil vermişlər. Yasəflə hər hansı bir düşmənçəliyi və ədavəti olmamışdır. Hadisə 6 noyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində baş vermişdir. Yasəfi vurmaqda niyyəti öldürmək olmamışdır. Yasəf ilə bir yerdə Yasamal rayon ərzisində yerləşən müxtəlif ünvanların qarşısına qoyulmuş zibil qutularının içərisindən sellofan və plasmaz məmulatlarını yığarkən tanış olmuşlar. Yasəf sellofan və plasmaz məmulatlarını yığmağa ondan sonra başlamışdır. Hadisə ünvan 2 ünvanın qarşısında baş vermişdir. Hadisə 6 noyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Üzərində olan bıçağı hadisə günü mətbəxdən götürmüşdür. Zərərçəkmiş şəxs əlində olan bıçaqla vurmaqda məqsədi həyat yoldaşı Şahid1 əl çəkməsi olmuşdur. Hadisəyə səbəb həyat yoldaşı Şahid1 ilə Zərərçəkmiş şəxs arasında yaxın münasibətin olması olmuşdur. Zərərçəkmiş şəxsə 1 dəfə qarın nahiyyəsindən, 1 dəfə bel nahiyəsindən bıçaqla zərbə vurmuşdur. Bikəni hər dəfə uşaqları anasız qalmasın deyə bağışlamışdır. Mübahisə zamanı əvvəlcə Yasəf bıçaq çıxarmışdır. Hadisə günü Yasəf ona bıçaqla xəsarət yetirməmişdir. Yasəfə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o, həyat yoldaşı ilə əlaqəsini kəsməmişdir. Yasəf əvvəllər bir neçə dəfə onu və ailəsini hədələmişdir. Mübahisə zamanı Yasəf onu yumruqla vurub ünvanına nalayiq ifadələr işlətmişdir. Törətdiyi cinayət əlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdə keçmiş həyat yoldaşı X3 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2012-ci il təvəllüdlü qızı X11 və 2013-cü il təvəllüdlü qızı X9 vardır. Keçmiş həyat yoldaşı Şərqiyyə Əliyeva ona xəyanət etdiyi üçün 2019-cu il tarixdə boşanmışdır. 2021-ci ilin iyun ayının əvvəllərində qeydiyyatda olduğu Astara rayonu, Burzubənd kəndindən işləmək üçün Bakı şəhərinə gəlmişdir. 2021-ci ilin iyun ayının ortalarından Bakı şəhəri Yasamal rayon ərzisində yerləşən müxtəlif ünvanlardakı binalarının qarşısına qoyulmuş zibil qutularının içərisində olan sellofan və plasmaz məmulatlarını yığaraq həmin əşyaları Yasamal rayon ərazisində yerləşən sellofan və plasmaz məmulatlarının qəbulu məntəqəsinə sataraq pul qazanıb dolanmışdır. Təxminən 2021-ci ilin iyun ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, Musabeyov adına olan pakda gəzərkən orada sonradan soyadı, adı və atasının adını bildiyi Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 ilə tanış olmuşdur. Tanışlıq zamanı Şahid1 ona Təqsirləndirilən şəxsla ailə həyatı qurduğunu, həmin nikahdan 4 övladlarının olduğunu, Təqsirləndirilən şəxs dəfələrlə spirtli içki qəbul etdiyini, ona və övladlarına baxmadığını, maddi imkanının pis olduğunu bildirmişdir. Bundan sonra Şahid1 maddi imkanı olmadığından üzərində olan təxminən 10 manat pulu ona vermişdir. Bundan sonra Şahid1 ilə bir neçə dəfə Yasamal rayonu Musabeyov adına olan parkda görüşmüşlər. O, Bikəyə maddi köməklik etmişdir. Bikə onunla qeyri-rəsmi olaraq ailə həyatı qurmağı təklif etdikdə ona hazırda ailə həyatı qurmaq fikirində olmadığını bildirmişdir. Bundan sonra Şahid1 ilə bir neçə dəfə təklifi ilə yaxın münasibətdə olmuşlar. Təxminən 2021-ci il ilin iyul ayının ortalarında Yasamal rayon ərazisində yerləşən müxtəlif yaşayış ünvanlarının qarışısına qoyulmuş zibil qutularından sellofan və plasmaz məmulatlarını yığarkən sonradan ona məlum olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxsla gündüz və gecə saatlarında Yasamal rayon ərazisində yerləşən müxtəlif yaşayış ünvanlarının qarşısında qoyulmuş zibil qutularından sellofan və plasmaz məmulatlarını yığıb sonra həmin əşyaları Yasamal rayon ərzisində yerləşən sellofan və plasmaz məmulatlarının qəbul məntəqəsinə sataraq pul qazanmışlar. Təqsirləndirilən şəxsla dost kimi normal münasibəti yaranmışdır. Əziz öz ailəsi haqqında məlumat verərək 4 uşağının olduğunu, maddi çətinlik çəkdiyini, ailəsini dolandıra bilmədiyini və həyat yoldaşı Şahid1 ilə ailə həyatı qurduğunu bildirmişdir. O isə həmin vaxt artıq bilmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Şahid1 ilə Yasamal rayonu Musabeyov adına olan parkda görüşərək ona maddi köməklik edən zaman Təqsirləndirilən şəxs da onunla birlikdə gəlmişdir. O, Əzizin yanında Şahid1 pul vermiş, Təqsirləndirilən şəxs isə bu barədə heç bir söz deməyib bunu qəbul etmişdir. Təxminən 2021-ci ilin noyabr ayının əvvələrində Şahid1 ona işsiz olduğunu bildirib pul qazanmaq üçün onunla şərik olmaqla Yasamal rayon ərazisində yerləşən zibil qutularından sellofan və plasmaz məmulatlarını yığmaq istədiyini bildirmişdir. O isə Bikəyə heç bir etiraz etməmişdir. 5 noyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Şahid1 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Musabeyov parkında görüşərək əl harabası ilə Yasamal rayon ərazisində müxtəlif ünvanların qarşısında yerləşdirilmiş zibil qutularının içərisindən sellofan və plasmaz məmulatlarını təxminən 3-4 saat ərizində yığıb qutardıqdan sonra Şahid1 evinə getmişdir. O isə həmin sellofan və plasmaz məmulatlarını əl harabası ilə qəbul məntəqəsinə təhvil verib 17 manat pul əldə etmişdir. 6 noyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində Şahid1 ona zəng edərək satmış olduğu sellofan və plasmaz məmulatlarının pulundan ona düşən payı nə vaxtı verməcəyini soruşmuşdur. O da Bikəyə Yasamal rayonu Şərifzadə küçəsi 71 saylı ünvanın qarşısına gəlib götürməyini bildirmişdir. Elə həmin gün, yəni 6 noyabr 2021-ci il tarixdə saat 22:30 radələrində Yasamal rayonu Şərifzadə küçəsi 71 saylı ünvanın qarşısında Şahid1 gözləyərkən Şahid1 və onun həyat yoldaşı Təqsirləndirilən şəxs birlikdə gəlmişlər. Bu zaman Şahid1 17 manat puldan 10 manat pulu verərkən Təqsirləndirilən şəxs ona “sən mənim ailəmi dağıtmısan və mənim ailəmdən əl çək” sözünü demişdir. Buna görə də onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu söyüb təhqir edərək əli ilə yaxasından tutub şalvarının arxa cibindən bıçaq çıxarıb onun qarın nahiyəsinə bir dəfə vurmuşdur. O, bıçaq zərbəsindən ağaşa əyilərkən isə Təqsirləndirilən şəxs əlində olan həmin bıçaqla yenidən onun sol kürək nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra Şahid1 qışqıraraq küçədən keçən şəxsləri köməyə çağırmışdır. Bundan sonra həmin ərazidə xidmət aparan polis əməkdaşları hadisə yerinə gəlmişlər və ona ilkin tibbi yardım göstərməsi üçün Təcilli X6 məlumat verilmiş, həmin hadisə yerinə X18 Stansiyasının briqadası gəlib onu Respublika Kliniki Xəstaxasına aparmışdır. Təqsirləndirilən şəxsla bir yerdə Yasamal rayon ərzisində yerləşən müxtəlif ünvanların qarşısına qoyulmuş zibil qutularının içərisindən sellofan və plasmaz məmulatlarını yığarkən tanış olmuşlar. Hadisənin səbəbi onun Şahid1 ilə qeyri-rəsmi olaraq münasibətinin olması olmuşdur. Mübahisə zamanı o da bıçaq çıxarmışdır. Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirməmişdir. Mübahisəni Əziz başlatmışdır. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Hadisə günü Təqsirləndirilən şəxs içkili olub-olmadığını bilmir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında uşaqları ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs həyat yoldaşıdır. 2013-cü iİ tarixdə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və həmin nikahdan oğlu 2 iyul 2014-cü il təvəllüdlü X7, qızı 10.06.2016-cı il təvəllüdlü X4, oğlu 23.12.2017-ci il təvəllüdlü X5 və qızı 05.09.2019-cu il təvəllüdlü X8 vardır. Yaşadıqları müddət ərizində həyat yoldaşı Təqsirləndirilən şəxs işləməyib, evə uşaqlar üçün pul qazanıb pul gətirmədiyindən dəfələrlə buna görə mübahisələri olmuşdur. Buna görə də aralarında soyuq münasibət yaranmışdır. Təxminən 2021-ci ilin iyun ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, Musabeyov pakında gəzərkən orada Zərərçəkmiş şəxs ilə tanış olmuş və onunla qeyri-rəsmi olaraq münasibəti yaranmışdır. İşləmədiyi üçün Zərərçəkmiş şəxs ona maddi köməklik göstərmişdir. Hətta bunu həyat yoldaşı Təqsirləndirilən şəxs da bilmişdir. Onun Zərərçəkmiş şəxslə qeyri-rəsmi olaraq münasibəti olduğunu və ona maddi köməklik göstərməsindən Təqsirləndirilən şəxs məlumatı olmuş və bunu qəbul etmişdir. Zərərçəkmiş şəxs Yasamal rayon ərzisində yerləşən zibil qutularından gündüz və gecə saatlarında sellofan və plasmaz məmulatlarını yığaraq, sellofan və plasmaz qəbulu məntəqəsinə təhvil verib pul qazandığını bildirmişdir. O da işsiz olduğundan pul qazanmaq üçün Zərərçəkmiş şəxs onunla birlikdə şərik olmaqla Yasamal rayon ərazisində yerləşən zib qutularından sellofan və plasmaz məmulatlarını yığmaq istədiyini bildirmişdir. Yasəf Əlyiev də onunla razılaşmış və 5 noyabr 2021-cİ il tarixdə saat təxminən 22 radələrində Zərərçəkmiş şəxslə Bakı şəhəri, Yasamal rayonu Musabeyov parkında görüşmüşlər və onun əl harabası ilə Yasamal rayon ərazisində müxtəlif ünvanların qarşısına yerləşdirilmiş zibil qutularının içərisindən sellofan və plasmaz məmulatlarını təxminən 3-4 saat ərizində yığıb qutardıqdan sonra evə gəlmişdir. Zərərçəkmiş şəxs isə həmin sellofan və plasmaz məmulatlarını əl harabası ilə qəbul məntəqəsinə aparmışdır. Səhərsi həmin yığıdıqları sellofan və plasmaz məmulatlarını satıb əldə olunan pulu isə öz aralarında bölməli imişlər. 6 noyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu Rahib Tağıyev küçəsi ev 35-də olan zaman Zərərçəkmiş şəxs zəng edərək satmış olduğu sellofan və plasmaz məmulatlarının pulundan ona düşən payı nə vaxt verəcəyini soruşmuşdur. Zərərçəkmiş şəxs isə ona ünvan 12ına gəlib pulu götürməyini bildirmişdir. Həmin vaxt evdə olan həyat yoldaşı Təqsirləndirilən şəxs bunu eşidib onunla birlikdə gedəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək onunla bilikdə təxminən 6 noyabr 2021-ci il tarixdə saat 22:30 radələrində ünvan 12ına gəlmişlər. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşaraq ona “mənim həyat yoldışından əl çək, mənim ailəmi dağıtmısan” sözünü demişdir. Buna görə də onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs söyüb təhqir edərək əli ilə Yasəf Əlyievin yaxasından tutub şalvarının arxa cibindən mətbəx bıçağı ilə onun qarın nayhiəsinə bir dəfə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs onun əlindən qaçmaq istəyərkən yenidən bıçağla onun kürək nahiyəsinə bir dəfə vurmuşdur. Bu zaman o qışqıraraq küçədən keçən şəxslərdən kömək istəmişdir. Bundan sonra küçədən keçən şəxslər və həmin ərazidə xidmət aparan polis əməkdaşları həmin hadisə yerinə gəlmişlər. Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərməsi üçünTəcilli X6 məlumat verilmiş və həmin hadisə yerinə X18 Stansiyasının briqadası gəlib Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Bir qədər sonra həmin hadisə yerində olan həyat yoldaşı Təqsirləndirilən şəxs polis əməkdaşları saxlayaraq barəsində qanuni tədbir görülməsi üçün Yasamal RPl-nin 28-ci PB-nə aparmışlar. Baş vermiş hadisə 6 noyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri, ünvan 12ında olmuş, hadisənin səbəbi Zərərçəkmiş şəxs onunla qeyri-rəsmi olaraq münasibətinin olması olmuşdur. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Əzizlə 9 ildir evlidir. Əziz əvvəllər tikintidə fəhlə işləmişdir. Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayında tanımışdır. Həyat yoldaşım Əziz son vaxtlar işləməmişdir. Mübahisə zamanı Yasəf Əzizin ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə zamanı Yasəf də bıçaq çıxarmışdır. Yasəf Əzizə bıçaqla xəsarət yetirməmişdir. Əziz Yasəfə bıçaq xəsarəti yetirən zaman o, orada olmuşdur. Hadisə günü həyat yoldaşı Əziz içkili olmuşdur. Hazırda 4 övladına tək baxır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən bu günə kimi DİN-in X19 Alayının 6-cı Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. İş yoldaşları polis nəfərləri polis serjantları Şahid3 və Şahid4 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsinin 3-cü xidmət sahəsi üzrə xidmət aparırlar. 6 noyabr 2021-ci il tarixdə saat təxminən 23 radələrində iş yoldaşları polis nəfərləri polis serjantları Şahid4 və Şahid3lə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsinin 3-cü xidmət sahəsi üzrə xidmət aparan zaman onlara ünvan 7 ünvanın qarşısında bıçaqlanma hadisəsinin baş verməsi və onların da təcili olaraq həmin hadisə yerinə yaxınlaşmaları barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumatı aldıqdan dərhal sonra hadisə yerinə yaxınlaşmışlar və orada bir nəfər sonradan şəxsiyyəti məlum olan Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu, onun qarın və kürək nahiyəsindən bıçaqla xəsarət almasını müəyyən etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsi məqsədi ilə X20 müraciət etmişlər, həmin hadisə yerinə X21 briqadası gəlmiş və Zərərçəkmiş şəxs xəstəxanaya aparmasına köməklik göstərmişlər. Bundan sonra hadisə yerinə toplaşan tanımadıqları şəxslərlə proflaktiki söhbətlər apardıqdan sonra həmin hadisə yerində olan onlara Yasamal RPİ-nin 28-ci PB-də soyadı, adı və atasının adı məlum olan Təqsirləndirilən şəxs müəyyən edərək onu saxlamış və Yasamal RPİ-nin 28-ci PB-nə təhvil vermişlər. Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsi barədə bölmənin rəisinə raportla məzurə edilmiş və bundan sonra inzibati ərazi üzrə xidmətlərini davam etdirmişlər. Onlar hadisə yerinə çatdıqda təqsirləndirilən şəxs orada olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 90-92). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında pasport qediyyatındadır və faktiki ünvan 9 ünvanda valideynləri ilə birlikdə yaşayır. O, 2021-ci ilin sentyabr ayının əvvəllərindən bu günə kimi ünvan 10 ünvanda yerləşən “Bizim” marketində xəzinədar vəzifəsində işləyir. Belə ki, 6 noyabr 2021-ci il tarixdə təxminən saat 23 radələrində o, ünvan 10 ünvanda yerləşən “Bizim” marketində işdən çıxaraq yaşadığı ünvana, yəni ünvan 11ən, bu zaman ünvan 12ında tanımadığı bir nəfər şəxs tərəfindən əlində olan bıçaqla, digər şəxsin qarın və kürək nahiyəsinə vuraraq xəsarət yetirdiyinin şahidi olmuşdur. Bundan sonra o həmin hadisə yerindən bir qədər kənara çəkilərək baş vermiş hadisə barədə DİN-in “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Bundan sonra isə həmin hadisə yerindən çıxıb evə gəlmişdir. Baş vermiş hadisə 6 noyabr 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 71 saylı ünvanda olmuş, həmin hadisənin şahidi o və həmin hadisə yerinə toplaşan tanımadığı şəxslər olmuş, hadisə təxminən 3-5 dəqiqə davam etmiş və həmin hadisənin səbəbi barədə onun heç bir məlumatı olmamış, sonradan da hadisə barədə məlumat əldə etməmişdir (cild 1, iş vərəqə 83-84). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 167-169). Cinayət işinin materiallarından görünür ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə ifadəsi yerində yoxlanılarkən X10 bıçaqla qarın və sol kürək nahiyələrinə vuraraq bədən xəsarətlərinin yetirməsi yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 63-67). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs bıçaqla qarın və sol kürək nahiyələrinə vuraraq bədən xəsarətlərinin yetirməsi yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 125-128). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, həmin ünvan ünvan 13sab olunmaqla iki tərəfli yol mövcuddur, yolun sağ tərəfində 9 mərtəbəli yaşayış binası ilə yanaşı kafe, ərzaq mağazası yerləşir. Hadisənin baş verdiyi ünvan 12ında cinayət işi üçün əhəmiyyəti ola biləcək bir ədəd maddi sübut mətbəx bıçağı aşkar olunmuş və başqa hər hansı bir iz, qan ləkəsi aşkar olunmamışdır. Yolun sol tərəfində isə beş mərtəbəli yaşayış binaları mövcuddur. Baxış zamanı istər sağ istiqamətdə, istərsə də sol istiqamətdə TŞ-kamerasının olması müəyyən edilməmişdir. Baxış keçirilərkən “Samsung” markalı mobil telefondan fotoşəkillər çəkilərək fotocədvəl tərtib olunmuş və həmin cədvəl protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, ərizə və şikayət daxil olmamışdır (cild 1, iş vərəqə 42-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X13 18 noyabr 2021-ci il tarixli 1140 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol kürək nahiyəsində yerləşən boşluqlara nüfuz etməyən 1 ədəd və qarın ön səthində yerləşmiş qarın boşluğuna nüfüz edərək nazik bağırsağı zədələmiş 1 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar olunmuşdur. Göstərilən yaralar deşici-kəsici alət təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 6 noyabr 2021-ci ildə bıçaqla yetirilməsi mümkündür və dərəcəsinə görə qarın boşluğuna nüfuz etmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, kürək nahiyəsinə yerləşmiş yara isə dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göstərilən yaraların şəxsin özü tərəfindən yetirilməsi inkar olunur (cild 1, iş vərəqə 142-144). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 3 dekabr 2021-ci il tarixli,3/1847 3/1867 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 1 ədəd gödəkcənin, 1 ədəd sviterin, 1 ədəd qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən sayda zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassayə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş 1 ədəd gödəkcənin, 1 ədəd sviterin, 1 ədəd qısaqol köynəyin səthindəki zədələrdə zədəyaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən zəmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir (cild 1, iş vərəqə 146-149). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 20 dekabr 2021-ci il tarixli 3039 saylı rəyində göstərilmişdir ki, məhkəmə-psixatrik ekspertizası üzrə yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Ə.M. Rəhimov ictimai təhlükəli əməli törətdyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barasində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yüksək rühi həyacan (affekt) vəziyyətində olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 1, iş vərəqə 163- 165). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd sviter, 1 ədəd qısaqol köynək və təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən 27 dekabr 2021-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nİn maddi sübutların saxlanılma anbarına təhvil verilməsi nəzərə alınmışdır (cild 1, iş vərəqə 150-151). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 3 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmiş, cinayət işinin materiallarında olan 12 aprel 2014-cü il tarixli qəbzdən görünür ki, həmin cərimə cəzası ödənilmişdir (cild 1, iş vərəqə 138-139, 107). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 103-106). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 7 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 32). Cinayət işinin materiallarında olan Yasamal rayon məhkəməsinin 8 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 7 noyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 76-77). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 noyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 126 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd sviter, 1 ədəd qısaqol köynək və təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 7 noyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 126 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd gödəkcə, 1 ədəd sviter, 1 ədəd qısaqol köynək və təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar