Məhkəmə qərarları › İş №1(101)-659/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-659/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-659/2023 10.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, heç yerdə işləməyən, 2-ci dərəcəli gözdən əlil, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilir onda ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda - 01 ədəd qara sellofan torbada ümumi təmiz çəkisi 1115,0 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 26 iyul 2022-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində saxlanılaraq 14-cü Polis Bölməsinə aparılmış, orada üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı qara sellofan torbada ümumi təmiz çəkisi 1115,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitə istifadə etməmiş və hər hansı narkotik vasitəni, o cümlədən ona elan edilmiş ittihamda göstərilən qurudulmuş marixuananı əldə etməmişdir. Saxlanması anından polis əməkdaşları tərəfindən ona qarşı müxtəlif qanunazidd hərəkətlər edilmiş, sanki kiminləsə səhv salınaraq anlaşılmaz şəkildə başa düşmədiyi, oxumadığı və tanış olmadığı sənədləşmələr aparılmış, etiraz əlaməti olaraq bir xeyli sənədləri imzalamaqdan ümumiyyətlə imtina etmiş, sonradan isə müstəntiq tərəfindən aldadılaraq bəzi sənədlərə tanış olmadan və ona oxunmadan imzaladılmışdır. Uzun illərdir yaşadığı Maştağa kəndində əkin-biçinlə, tərəvəz becərməklə məşğul olub ailəsini dolandırmışdır. İki qızı və bir oğlu vardır. Övladları ailə qurmuşdur. Son illərdə yaşı və səhhəti ilə bağlı işləyə bilmir, 2-ci qrup gözdən əlil olduğu, həm də mədə-bağırsağından bir neçə dəfə cərrahiyə əməliyyatına məruz qaldığı üçün ağır fiziki iş də görə bilməmişdir. Oğlu kənddə kiçik mağaza işlətməklə məşğuldur. 26 iyul 2022-ci il tarixdə qohumluq münasibətində olduğu Buzovna kənd sakini Ziyad kişi onu oğlu Mahurun toy məclisinə dəvət etmişdir. Buzovna kəndində «Toy gecəsi» şadlıq məkanında keçiriləcək məclisə çağırılması ilə bağlı Ziyad kişi ona dəvətnamə də göndərmişdir. Bakı kəndlərində olan adətə görə toy kişi məclisindən ibarət olacağından oraya tək getməyi planlaşdırmışdır. Evdə əyin-başını dəyişib məclis paltarlarını geyinmiş, toya oğlu Firudin Süleymanovun adına olan, etibarnamə əsasında idarə etdiyi, 2013-cü il buraxılışlı, “Niva” markalı, göy rəngli **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedəcəyindən təmiz olması üçün avtomobili Maştağadakı avtoyuma məntəqəsinə aparmışdır. Həmin avtoyuma məntəqəsi 14-cü Polis Bölməsinə nisbətən yaxın ərazidə yerləşir. Təxminən saat 18:00-19:30 radələrində avtomobilini avtoyuma məntəqəsindən götürərək toya getmək üçün yola çıxmışdır. Avtoyuma məntəqəsindən təxminən 100 metr aralandıqdan sonra arxasınca gələn markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli xarici avtomobil faralarının işıqlarını yandırıb söndürməklə – «marqatlamaqla» işarə edib onu saxlatmışdır. Maşını saxlamış və qara rəngli xarici avtomobildəki mülki geyimdə olan iki nəfər şəxs düşüb ona yaxınlaşmış, onların 14-cü Polis Bölməsinin işçiləri olduqlarını başa düşmüş və polislər «səni rəis çağırır» deyə bildirərək onlarla getməli olduğunu demişlər. O, «xeyir ola, mənlə nə işi ola bilər ki rəisin?» deyib nəyə görə çağırıldığını soruşduqda həmin şəxslər, yəni adlarını sonradan bölmədə olarkən bildiyi polis əməkdaşları Şahid1 və Şahid2 rəisin onu hansı məqsədlə çağırdığını bilmədiklərini söyləmişlər. Polislərə hazırda Buzovnaya qohum toyuna getmək üçün yola çıxdığını, məclisdən qalmaması üçün rəisin yanına növbəti gün gedə biləcəyini dedikdə əməkdaşlar «gəl gedək 5 dəqiqə gör nə deyir, sonra rahat çıxıb gedərsən» deyib təkid etmişlər. Onların bu təkidinə görə razılaşmış, bundan sonra iki nəfər polis əməkdaşından biri onun yanına «Niva»ya minmiş, digəri isə həmin qara rəngli avtomobillə onun arxasınca sürüb gəlmişdir. Bölmənin qarşısına çatıb maşını orada saxlamış, qapılarını bağlayıb açarı cibinə qoymuş, Zahid və Taryelin müşayiəti ilə 14-cü Polis Bölməsinin rəisinin kabinetinə getmişlər. 14-cü Polis Bölməsinin inzibati binası iki mərtəbəlidir. Yadında qalana görə adı Tural olan rəisin kabineti ikinci mərtəbədə – pilləkəndən qalxanda sağda yerləşir. Kabinetə daxil olub ədəb-ərkanla salam vermiş, amma rəis onu çox kobud qarşılayaraq «Ramiz kişi, səni göndərəcəm sroka» demişdir. Bu ifadəni hansısa məqsədlə, yaxud zarafatyana deyilmiş kimi düşünsə də rəisə «rəis, xeyir ola, mən nə etmişəm ki, məni sroka göndərirsən?» deyə sual vermişdir. Rəis «gör neçə ildir mən burdayam, gəlib mənə dəyməmisən» deyə narazı şəkildə bildirmişdir. O da «rəis, mən kəndçi babayam, necə gəlib sənə dəyə bilərəm ki? Qabaq bizim torpaqlar sovxozun torpaqları idi, əkin-biçin edirdik, tikə-para çörək olurdu, indi hamısını icarəyə veriblər, mən yaşlı ağsaqqal adamam, işim-gücüm yox, elə bir imkanım da yoxdur» deyə cavab verdikdə rəis hirsli tonda «Ramiz kişi, sroka gedərsən, onda bilərsən» deyə bildirmişdir. Rəisin onunla belə danışması, bu cür münasibət göstərməsi ona çox təəccüblü gəlmiş, heç nə başa düşməmiş, ağlına gələn yalnız bu olmuşdur ki, rəis onu hansısa başqa Ramizlə səhv salır. Çünki, onun polislə, qanunla heç bir problemi yoxdur. O anda ağlına yalnız bacanağının qardaşı oğlu X16 gəlmişdir. Belə ki, Maştağada yaşayan Ramiz Quliyevin çətənə əkməsi, marixuana çəkməsi barədə qulağına arabir söz-söhbət dəymiş, amma elə bir şəxsi yaxınlığı olmadığı, ünsiyyət saxlamadığı, həm də ondan yaşca xeyli kiçik olduğundan Ramizlə dərindən maraqlanmamış, bu söz-söhbətin nə dərəcədə doğru olub-olmadığını bilməmişdir. Kəndin adət-ənənəsinə, həm də yaşına və öz kişiliyinə yaraşdırmadığından Ramiz Quliyevlə bağlı düşüncələrini, yəni onu bəlkə həmin Ramizlə səhv saldıqlarını təbii ki rəisə və digər polis işçilərinə bildirməmiş, adını belə çəkməmiş, anlaşılmazlığın aradan qalxacağına ümid etmişdir. Özü də kabinetdə ola-ola rəis işçilərinə göstəriş vermişdir ki, tez onu Narkoloji Mərkəzə aparıb narkotik qəbul edib-etmədiyini yoxlatsınlar. Heçkim üst-başını, ciblərini yoxlamamış, bölmənin qabağındakı avtomobilinə də açıb baxmamışlar. Əlində də təbii ki heç nə olmamış, cibində maşının açarları və toya yazdırmaq üçün pulu olmuşdur. Rəisin kabinetindən çıxmışlar və sonuncunun göstərişi ilə onu bölməyə gətirmiş həmin iki polis əməkdaşı onu bir az əvvəlki həmin qara rəngli xarici avtomobillərinə mindirib elə Maştağada yerləşən Narkoloji Mərkəzə aparmışlar. Artıq axşam vaxtı olmuşdur. Mərkəzin özünün neçə mərtəbəli olduğunu hazırda xatırlamır, amma dəqiq yadındadır ki, onu mərkəzin birinci mərtəbəsində yerləşən otaqlardan birində oturan orta yaşlarında olan bir qadın həkimin yanına aparmışlar. Polislər qadınla danışıb onu yoxlamaya gətirdiklərini demiş, həkim ona sidik ifraz etmək üçün kiçik plasmas qab vermişdir. Polislərin nəzarəti ilə elə birinci mərtəbədə yerləşən digər ayrıca otağa keçib verilən qaba sidik ifraz edərək gətirib həkimə qaytarmışdır. Həmin qadın həkim iki polis əməkdaşının və onun özünün yanında sidiyi aparata salıb yoxlamış, onun özündən heç nə soruşmamış və müayinənin nəticəsi olaraq sidiyin təmiz çıxdığını, yəni sidiyində heç bir narkotik aşkar olunmadığını bildirmişdir. Müayinə ilə bağlı heç bir sənədləşmə aparılmamış, onun özünə də hər hansı sənəd verilməmişdir. Polislərin də həkimə hansısa sənəd vermələrini, habelə həkimin də müayinə ilə bağlı polislərə hansısa sənəd veribverməməsini görməmişdir. Bundan sonra polislər onu eyni avtomobillə 14-cü Polis Bölməsinə qaytarıb gətirmiş, xidməti otaqlardan birinə aparmışlar. Həmin otaqda iki nəfər polis işçisi ilə oturmuş, təxminən 15-20 dəqiqə gözlədikdən sonra otağa iki nəfər – adlarını sonradan bildiyi Rauf və İlqar adlı şəxslər gəlmişlər. Polislər bu kənar adamların otağa hal şahidi kimi gəldiklərini bildirmişlər. Otağa təhqiqatçı olduğu deyilən, adını sonradan bildiyi Ramin Güləliyev də gəlmiş, sonra polis işçilərindən biri, səhv etmirsə Zahid hardansa əlində otağa gətirdiyi qara rəngli sellofan torbanı ona göstərərək “Ramiz kişi, bu sənindir” deyə bildirmişdir. Narkoloji mərkəz məsələsini də fikirləşib belə başa düşmüşdür ki, onun üstünə narkotik qoymaq istəyirlər. O, polislərə “utanmırsız, niyə belə edirsiniz, mən neyləmişəm ki Sizə?” deyə soruşduqda həmin Zahid “Ramiz kişi, məsələ bizlik deyil, bizə rəis tapşırıb, biz də icra edirik” deyərək ondan həmin sellofan torbanın içinə açıb baxmasını istəmişdir. Artıq səbəbini bilmədiyi və baş açmadığı xoşagəlməz nələrinsə baş verə biləcəyindən şübhələnməyə başlamış, təkidlə torbanın ona məxsus olmadığını deyərək içinə baxmaqdan də qəti imtina etmişdir. Həmin vaxt Zahid “A kişi, bəlkə içində bomba var, bir aç bax da hələ” dedikdə, o “hər nə var var da, mənim deyil axı, mən baxmıram, mən niyə baxmalıyam ki” deyərək torbaya baxmaqdan imtina etmişdir. Bütün bunlar hal şahidi kimi çağırılmış həmin iki nəfərin gözləri qarşısında baş vermişdir. Təhqiqatçı əyləşib hansısa kağızlar yazmış, sonra Zahid məzmununu bilmədiyi həmin kağızları qarşısına qoyub “onda qol çək” demiş, o isə “əvvəla mən gözdən əliləm, bu əlifbanı ümumiyyətlə bilmirəm, həm də heç görümrəm yazılanları, torba da mənim deyil, məni bura başqa adla çağırıb gətirmişdiz axı, qol da çəkmirəm” deyə etirazla cavab vermişdir. Onun bu cavabından sonra Zahid “qol çəkmirsən çəkmə, heç çəkməyinə də ehtiyac yoxdur” demiş və kağızları təhqiqatçıya vermişdir. Hal şahidləri də onda heç nə olmadığını, sellofan torbanın polisin əlində olduğunu, təkidlə həmin torbanı ona uzadıb götürməsini və açıb içinə baxmasını tələb etsələr də etiraz edib bunu etmədiyini görmüş və aşkar bilmişlər. Üst-başı ümumiyyətlə yoxlanılmamış, heç bir şəxsi axtarış aparılmamışdır. Elə bu torba məsələsi ilə bağlı aralarındakı söz-söhbətdən sonra təhqiqatçı, Zahid və Taryel yenə bir neçə vərəq təqdim edib imzalamasını istəsələr də yenə heç nəyə qol çəkməmişdir. Maşınının açarını ondan götürüb «Niva»nı 14-cü Polis Bölməsinin həyətinə salmışlar. Bölmədə bu proseslərin gedişində ona heç kim tərəfindən hüquq və vəzifələri izah olunmamış, vəkil barədə ümumiyyətlə heç bir söhbət getməmiş, onun üçün heç bir vəkil çağırılmamış, hər hansı vəkil siyahısı təqdim olunmamış, evi ilə əlaqə saxlamağa, heç olmasa yeganə oğluna bölmədə saxlanması barədə məlumat verməsinə heç bir imkan verilməmişdir. Üstündə ***-***-**-** saylı mobil telefon nömrəsi olan telefonunu da Zahidgil ondan götürmüşlər və bu günədək də telefonu polisdədir, nömrəsi də bağlıdır və həmin nömrəyə zəng çatmır. Beləliklə, elə belə də gecəni onu bölmədə növbətçi hissədə dəmir barmaqlığın arxasında saxlamışlar. Harada olduğunu heç kim bilmədiyindən ailəsinin və qohum-əqrabanın narahatlıq keçirdiyini düşünsə də heç nə edə bilməmişdir. Səhər açılandan sonra günortaya doğru oğlu bölməyə gəlib çıxmış və növbətçi hissəyə daxil olaraq onun orada olduğunu görmüşdür. O, barmaqlıqlar arxasından oğluna başına gətirilənlər barədə qısa da olsa məlumat verə bilmişdir. Oğlu onu hər yerdə axtardıqlarını, yalnız maşını bölmənin həyətində görüb bu barədə zəng etməklə məlumat vermiş tanışlardan birinin sözündən sonra bölməyə gəlib çıxdığını danışmışdır. Tutulduğu günün səhərisi, yəni 27 iyul 2022-ci il tarixdə onu Sabunçu Polis İdarəsinin X23 aparıb salmışlar. Yanına Ramil adında müstəntiq gəlmiş və X20 bir nəfər işçisinin yanında ona “Ramiz kişi, sənin kağızlarını dəyişdirirəm, sənin təqsirin yoxdu, hamı bilir məsələni, məhkəmə də olacaq, uzağı bir həftədən sonra buraxacaqlar səni” deyə bildirmiş, onunla çox səmimi danışmış, buraxılması üçün dəyişdirib gətirdiyi hazır sənədlərə imza atmasının lazım olduğunu bildirmişdir. O da sevinərək düşünmüşdür ki, yəqin artıq anlaşılmazlıq aradan qalxıb və hamı başa düşüb ki, onu səhvən saxlayıblar. Ona görə də müstəntiqə gözdən əlil olduğunu deyib yazılanları oxumağı bacarmadığını, latın qrafikalı hərfləri ümumiyyətlə oxuya bilmədiyini, amma onun dediklərinə inandığını söyləmiş və həm də yəqin artıq ona yazıqları gəldiyi üçün kömək etmək istədiklərini düşünərək bütün sənədlərə qol çəkmiş, müstəntiqin diqtəsi ilə bacardığı kiril qrafikası ilə hansısa kəlmələri də çətinliklə göstərdiyi yerlərə yazmışdır. Müstəntiq həmin sənədləri imzaladanda da vəkil olmamışdır. Hətta sənədlər kiril qrafikalı əlifba ilə yazılmış olsa idi belə onları oxumaq onun üçün çox çətin olardı. Çünki, özü uzun illərdir 2-ci qrup gözdən əlildir, sol gözü görmə qabiliyyətini tam itirmişdir, sağ gözünün görmə qabiliyyəti isə 20-30 faizdir. Əlil kimi təqaüd alır. Bu barədə müstəntiqə də demişdir. 2020-ci ildə isə cərrahiyə əməliyyatına məruz qalaraq mədəsi və onikibarmaq bağırsağının xeyli hissəsi kəsilib götürülmüşdür. Müstəntiq ona təkidlə başa salmışdır ki, artıq müəyyən sənədləşmə aparıldığından məsələnin tam qanuni bitməsi üçün məhkəməyə də çıxarılacaq, amma «məhkəmədə daha demə ki mal mənim deyil, demə ki torbanı qabağıma qoyublar, hakim soruşsa ki nə qədər idi, yalnız denən ki, məndə siqaretin gümüşü kağızına bükülmüş çox az miqdarda marixuna olub, vəssalam, bununla da elə o balaca çəki kimi məsələ bitəcək, bircə həftəyə çıxacaqsan». Ona görə də müstəntiqin dediklərinə inanmış və latın qarfikalı hərfləri ümumiyyətlə oxuya bilməsə də aldanıb qol çəkmişdir. Bütün yazılanların bir neçə günə buraxılması üçün hazırlandığını deyən müstəntiq siqaretin gümüşü kağızına bükülmüş çox az miqdarda marixuna ilə bağlı özünü təqsirli bilməsi barədə, həm də guya ifadələrini oxuması barədə qeydləri diqtə edib yazdırmışdır. Amma tam səmimi və vicdanlı şəkildə bir daha bildirir ki, vəkilin də iştirakı olmadan yazılmış həmin kağızlarda yazılanların heç birinin məzmununu bilmir. Gecəni yenə X21 saxlanmış, növbəti gün, yəni 28 iyul 2022-ci il tarixdə məhkəməyə aparılmışdır. Məhkəmədə olarkən adını və soyadını bilmədiyi bir cavan oğlan gələrək vəkil olduğunu demiş, o da məhkəmə başlanmazdan əvvəl həmin vəkilə əslində heç nədən xəbərinin olmadığını, başına belə bir iş gətirildiyini söyləmiş, hətta hirsindən və düşdüyü acınacaqlı vəziyyətdən kövrələrək hönkürtü ilə ağlamışdır. Vəkil ona hakimə hər şeyi olduğu kimi danışmasını, həmin sellofan torbanın ona məxsus olmadığını deməsini məsləhət görmüşdür. Amma məsələni müstəntiqin həll edəcəyini qəbul etdiyindən vəkilin dediyi kimi etməmiş, məhkəmədə başqa heç nə danışmamış, müstəntiqə inanaraq məhkəmədə onun dediyi kimi etmiş, torba ilə bağlı hakim əslində ondan heç nə soruşmamış və belə bir torba ilə bağlı özünü təqsirli bilməsi ilə bağlı heç nə deməmiş, özü müstəntiqin dediyi kimi yalnız çox qısa şəkildə saxlanarkən cibində siqaretin gümüşü kağızına bükülmüş çox az miqdarda marixuna olmasını demiş, yaşının, gözlərinin görməməsinin nəzərə alınıb buraxılmasını xahiş etmişdir. Müstəntiqə inanmasının əsas səbəbi də o olmuşdur ki, əslində bu işi aparanların polisi maraqlandıran Ramiz olmadığını artıq anladıqlarını düşünmüşdür. Məhkəmədən sonra evə buraxılacağını gözləsə də bu baş verməmiş, onu yenidən Sabunçu rayon Polis İdarəsinin X23 aparıb salmışlar. Həmin gecəni də orada qalmış, 29 iyul 2022-ci il tarixdə isə onu aparıb Bakı İstintaq Təcridxanasına təhil vermişlər. Heç nədən xəbəri olmadığı, heç bir qanunsuz iş görmədiyi və günah sahibi olmadığı halda belə bir bəlaya düşdüyü üçün ona çox çətin olmuş, təcridxanada saxlandığı bütün müddətdə gecə-gündüz ağlamış, səhhəti çox ağırlaşmış, mədə-bağırsaq problemi şiddətlənmiş, görmə qabiliyyəti daha da zəifləmiş, həm də bu ahıl yaşında narkotik adı qoyulmaqla tutulduğu üçün daha artıq xəcalət çəkmiş, uşaqlarını və nəvələrini gözü qarşısına gətirib utanmış, bu vəziyyəti, biabırçılığı yaşına və qüruruna yaraşdırmamışdır. Təcridxanaya salındıqdan sonra da uzaq qohumu Ramiz Quliyevlə səhv salınaraq tutulması barədə rəsmi olaraq heç kimə müraciət etməmişdir. Əslində bunu edə də bilməzdi, ancaq eşitdiyi söz-söhbətə görə Ramizlə səhv salındığını car çəkməyi satqınçılıq hesab etmiş, kişiyə yaraşan hərəkət olmadığını düşünmüşdür. Amma təcridxanaya salındıqdan bir neçə gün sonra eşitmişdir ki, həmin uzaq qohumu X16 ondan cəmi 4 gün sonra – 30 iyul 2022-ci il tarixdə həyətində çətənə əkib becərdiyi üçün tutulmuşdur. Ümidləri bir az da artmış və polisə artıq hər şey bəlli olduğundan azad ediləcəyini gözləmişdir. Amma bu baş verməmişdir. Həbsdə olarkən məlumat almışdır ki, avtomobili təxminən 1 ay müddətində 14-cü Polis Bölməsinin həyətində saxlanılmış, sonra oğlu onu böyük çətinliklə oradan təhvil alıb götürmüş və ailənin ağır maddi vəziyyəti ilə əlaqədar onu satmışdır. Təcridxanada vəziyyəti getdikcə ağırlaşmış və hazırda adını çəkmək istəmədiyi, onun haqsız şəkildə həbsə salındığını sonradan eşitmiş, ailəsini də tanıdığı bir xeyirxah insanın köməkliyi ilə vəkilə vəsatət verdirilmiş, 10 sentyabr 2022-ci il tarixdə barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir. Həmin məhkəmədə də o, günahsız olduğunu, marixuanaya heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bildiyinə görə uzaq qohumu – bacanağının qardaşı oğlu X6 barəsindəki cinayət işinə da hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqdadır. Bir məsələni də qeyd edir ki, Narkoloji Mərkəzə o yalnız bir dəfə – 26 iyul 2022-ci il tarixdə torba məsələsi ortaya çıxana qədər aparılmış, sonradan nə həbsdə olduğu, nə də həbsdən buraxıldıqdan sonra Narkoloji Mərkəzdə olmamış, əlavə müayinə olunmamışdır. Hazırda məhkəmədə ona məlum olmuşdur ki, guya 28 iyul 2022-ci il tarixdə Sabunçu Polis İdarəsinin X3 vaxtda onunla polis əməkdaşları Şahid1 və Şahid2, habelə Şahid3 adında hal şahidi arasında üzləşdirmə hərəkəti keçirilmişdir. Tam məsuliyyətlə deyir ki, belə bir üzləşdirmələr olmamış, onun yanına həmin vaxt yalnız müstəntiq Ramil Vəliyev gələrək məzmununu izah etmədiyi, özünün də oxumadığı və əslində heç oxumaq istəsəydi belə gözdən əlil olması və latın qrafikasını bilməməsi səbəbindən oxuya bilməyəcəyi çoxsaylı sənədləri guya tezliklə buraxılması üçün hazırladığını deyib imzalatmışdır. Vəkili isə yalnız məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən görmüşdür. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınmasını, heç bir cinayət törətmədiyinin nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 26 iyul 2022-ci il 14-cü Polis Bölməsinə Təqsirləndirilən şəxs mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirdiyi, saxladığı və istifadə etdiyi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və ondan, əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 26 iyul 2022-ci il tarixdə saat 20 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində nömrəsiz evin qarşısında görünüşcə Təqsirləndirilən şəxs oxşar piyada hərəkət edən bir nəfər şəxs tərəflərindən müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananın qanunsuz saxlanılmasında şübhəli olduğunu, əlindəki sellofanı atmadan və əllərini ciblərinə salmadan maşına əyləşib onlarla birlikdə 14-cü Polis Bölməsinə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən avtomobilə əyləşib onlarla birlikdə Polis Bölməsinə getmişdir. Orada təhqiqatçı Ramin Güləliyev tərəfindən xidməti otağında hal şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, vəkil çağırılıb təqdim edilmiş və şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs sağ əlindəki qara sellofan torbanı təqdim edərək sellofanın içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin marixuana olduğunu, həmin narkotik vasitəni 26 iyul 2022-ci il tarixdə səhər saatlarında Nardaran qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 600 manata şəxsi istifadə üçün aldığını səmimi bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açıldıqda, içərisində yaşıl rəngli, spesifik iyli kütlənin olduğu müəyyən edilmişdir. Sonra həmin bağlama iştirakçıların gözü qarşısında qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış davam etdirilmiş, amma üzərindən əməliyyat marağı kəsb edən başqa maddə və ya predmet aşkar olunmamışdır. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və iştirakçıların hamısı tərəfindən imzalanmışdır. Məhkəmədə verilən sualları cavablandıran Şahid1 Təqsirləndirilən şəxs “Niva” markalı maşında hərəkət edərkən saxlamadıqlarını, Bölmə rəisinin tapşırığı ilə onu sonuncunun xidməti otağına apardıqlarını xatırlamadığını, Təqsirləndirilən şəxs məxsus “Niva” markalı avtomobilin təxminən bir ay müddətində 14-cü Polis Bölməsinin həyətində saxlanmasından xəbəri olmadığını, şəxsi axtarış keçirilməzdən əvvəl rəisin tapşırığı ilə Təqsirləndirilən şəxs Narkoloji Mərkəzə yoxlanışa apardıqlarını xatırlamadığını, Təqsirləndirilən şəxsla bağlı daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar əməliyyatqeydiyyat işinin açılmadığını, şəxsi axtarışın keçirilməsi zamanı videoçəkilişdən istifadə edilməməsinin səbəbini xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 26 iyul 2022-ci il tarixində axşam saatlarında işdən çıxıb evinə gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmiş, Polis Bölməsində bir nəfər şəxslə keçiriləcək hərəkətdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Ona görə də dəvət edən polislərlə birlikdə Polis Bölməsinin binasına - oradakı otaqlardan birinə getmişdir. Orada başqa bir Maştağa sakininin də hal şahidi kimi çağırıldığını bilmişdir. Gecə saat təxminən 22 radələri olmuşdur. Adını polislərdən sonradan eşitdiyi Təqsirləndirilən şəxs da orada görmüşdür. Təqsirləndirilən şəxs sakitcə əyləşmiş və əlində də heç nə olmamışdır. Təqsirləndirilən şəxs şəxsən tanımasa da ola bilsin ki, kənd adamı kimi rastlaşmışdır, qismən də üzdən kənd sakini olmasını ehtimal etmişdir. Otaqda üç nəfər polis, iki nəfər hal şahidi və Ramizdən başqa heç kim olmamışdır. Hamı əyləşəndən sonra polsilərdən biri əlində otağa gətirdiyi qara rəngli sellofan torbanı Ramizə uzadıb “Ramiz kişi, bu sənindir” demiş, Ramiz də qəti etiraz edib narazılığını bildirmiş, “ayıbdır bu şeylər, mən neyləmişəm ki Sizə?” və sair bu kimi məzmunlu sözlər işlətmişdir. Polis əməkdaşı məsələnin rəislik olduğunu deyib torbanı açıb içərisinə baxmasını təklif etdikdə Ramiz yenə razılaşmamış, torbaya əlini də vurmamış, onun olmayan şeyə niyə baxmalı olduğunu soruşmuşdur. Bu məzmunda bir neçə dəqiqə söhbət getmiş, amma Ramiz kişi qəti razılaşmamışdır. Ramiz kişinin üst-başı, cibləri və sair də onların yanında ümumiyyətlə yoxlanılmamışdır. Sonra hansısa sənədlər tərtib olunmuş, onları imzalaması üçün təklif edildikdə Ramiz narazılığını bildirib qətiyyətlə onları imzalamayacağını bildirmiş və imzalamamışdır. Vəziyyəti belə görən polislər “çəkmirsən çəkmə, heç ehtiyac yoxdur” və sair demiş, yazdıqları sənədlərdən birini hal şahidləri kimi onlara uzadıb otaqda baş verənlərin olduğu kimi yazıldığını deyərək imzalamalı olduğunu demişlər. O da inanaraq protokolda yazılan heç nəyi şəxsən oxumamış, nə də protokol onlara ucadan oxunmamış, elə polislərin göstərdiyi yerdən imzalayıb çıxıb getmişdir. İlqar adlı üzdən tanıdığı, amma heç bir münasibəti olmadığı digər hal şahidi də onunla eyni qaydada heç nəyi oxumadan imzalamış, artıq gecədən xeyli keçdiyindən çıxıb getməyə tələsmişlər və çıxıb getmişlər. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilib tədqiq olunmuş ifadəsini təsdiq etməmiş, verilən sualları cavablandıraraq polisdə olduğu vaxtda Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edildiyini eşitmədiyini, Təqsirləndirilən şəxs ümumiyyətlə əlində qara sellofan olmadığını, Təqsirləndirilən şəxs sellofanın içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmədiyini, başqa heç bir sorğu-sual olmadığını və Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Nardaran qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 600 manata şəxsi istifadəsi üçün marixuna alması barədə heç nə danışmadığını, tanış olmadan, oxumadan imzaladığı şəxsi axtarış və götürmə haqqında protokolda yazılanların həqiqəti əks etdirmədiyini bildirmiş, torba ilə bağlı sənədləşdirilmə aparılan gün də orada hər hansı vəkil olmadığını, həmçinin vəkilinin iştirakı ilə Sabunçu rayon Polis İdarəsinin X21 Təqsirləndirilən şəxsla onun arasında üzləşdirmə keçirilməsi halını ümumiyyətlə xatırlamadığını, onun da imzası olan üzləşdirmə protokolunda onun adından yazılmış ifadəni təsdiq etmədiyini, ümumiyyətlə yalnız bir dəfə Polis Bölməsində gördüyü Təqsirləndirilən şəxs marixuna əldə etməsi ilə bağlı heç bir etirafını eşitmədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 Şahid3 ibtidai istintaq zamanı rəsmiləşdirilmiş, amma məhkəmə istintaqı zamanı tam təkzib etdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 114-116). Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərdi ki, 26 iyul 2022-ci il tarixdə axşamtərəfi atası Təqsirləndirilən şəxs Buzovnada yaşayan qohumları Ziyad kişinin oğlu Mahurun toyuna getmək üçün hazırlaşıb evdən çıxmışdır. Atası toya onun adına olan, etibarnamə əsasında idarə etdiyi 2013-cü il buraxılışlı, “Niva” markalı, göy rəngli **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedəcəyindən təmiz olması üçün avtomobili əvvəlcə avtoyuma məntəqəsinə aparacağını, oradan da toya gedəcəyini deyib evdən çıxmışdır. Amma axşamdan xeyli keçsə də atası toydan gəlib çıxmamış, narahat olub onun istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsinə dəfələrlə zəng vursalar da telefona zəng çatmamışdır. Bütün ailə narahat qalmış, yaxınların hamısına zəng vurub soraqlaşmışlar və atasının ümumiyyətlə toya da gedib çıxmadığını dəqiqləşdirmişlər. Nigarançılıq artdığından bütün qohumlara, dostlara zəng edib atasının yoxa çıxması barədə bildirmiş, hər kəsdən bir məlumat, kömək gözləmişlər. O cümlədən Maştağa sakini olan dostu X17 da zəng edib iyulun 26-sı axşamdan atasının yoxa çıxması barədə məlumat vermişdir. Atasını polisdə axtarmaq isə ümumiyyətlə ağlına gəlməmişdir. Növbəti gün, yəni 27 iyul 2022-ci il tarixdə dostu Mirəli Kərimov günortaya doğru onun istifadəsindəki ***-***-**-** saylı nömrəsinə zəng edərək yoldan keçəndə atasının avtomobilini 14-cü Polis Bölməsinin həyətində gördüyünü bildirmişdir. O, dərhal Polis Bölməsinə getmiş, çətinliklə binaya daxil olmuş və girişdə növbətçi hissədə sağ tərəfdə dəmir barmaqlıqlar arasında atasını görmüşdür. Nə baş verdiyini soruşduqda atası narkotik maddə ilə şərləndiyini bildirmiş, həm də “nigaran qalma, mənlik bir şey yoxdu” deyə onu sakitləşdirmək istəmişdir. Həmin vaxt polislər söhbətlərini davam etdirmələrinə imkan verməyərək onu görüb dərhal bayıra çıxartmışlar. O isə polislərə etiraz edərək bu ağsaqqalın doğma oğlu olduğunu, atası ilə nə baş verdiyini bilməli olduğunu və öyrənmək istədiyini demiş, onu rəislə görüşdürmələrini tələb etmişdir. Amma ona rəisin işdə olmadığı, iki saat ərzində atasını Sabunçu rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən binasına aparacaqlarını və atasını elə oradan da buraxacaqlarını bildirmişlər. İki saatdan sonra o özü Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayon Polis İdarəsinə getmiş, amma oradan atası ilə bağlı heç bir məlumat ala bilməmişdir. Atasının X23 salındığını və iki gündür orada saxlandığını biləndən sonra su və yemək aparıb oraya getmiş, amma oradan məlumat verilmişdir ki, atasını artıq X1 aparıblar. Sonrakı müddətdə də əslində nə baş verdiyini tam dəqiq bilməmiş, yalnız atasının kiminləsə səhv salınaraq narkotik ittihamı ilə həbsə olunduğunu öyrənə bilmişlər. Kiminləsə deyəndə belə məlum olmuşdur ki, atasının bacanağının qardaşı oğlu X16 həyətində çətənə əkmiş və buna görə də atasından cəmi 4 gün sonra – 30 iyul 2022-ci il tarixdə polis tərəfindən tutulmuşdur. Onların gümanı yalnız bu olmuşdur ki, atası Ramizi həmin Ramizlə səhv salıb tutmuşlar, sonradan isə əslində kimi axtardıqlarını bilərək Ramiz Quliyevi tutmuşlar, amma atasını yenə də məsuliyyətdən azad etməmişlər. Bir məsələni də qeyd edir ki, atasının toya getmək üçün minib evdən çıxdığı, özünə məxsus “Niva” markalı, göy rəngli **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən bir ay ərzində 14-cü Polis Bölməsinin həyətində qalmış, çox böyük çətinliklərdən sonra avtomobilini oradan götürmüş və ağır maddi vəziyyətləri ilə əlaqədar onu sonradan satmışdır. Bu barədə özündə qalan sənədlərin surətlərini məhkəməyə təqdim edə bilər. Məhkəmədə şahid qismində dindirilmiş X25 göstərdi ki, Firudin Süleymanov həmkəndlisi və dostudur. Firudinin atası Ramiz kişi Maştağada ömrü boyu halal zəhmətlə dolanmış, kənddə hörməti olan ağsaqqallardan biri kimi tanınınr. Firudinin «Niva” markalı, göy rəngli **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur və həmin maşını həm də arabir atası Ramiz kişi idarə etmişdir. 26 iyul 2022-ci il tarixdə gecə saatlarında Firudin ona zəng edib atasının Buzovnada yaşayan qohumlarının toyuna getmək üçün maşınla evdən hazırlaşıb getdiyini, amma hal-hazıradək gəlib çıxmadığını, telefonuna da zəng çatmadığını, narahat qaldıqlarını bildirmişdir. O özü də Ramiz kişini kiminsə görübgörmədiyi ilə maraqlanmağa başlamış, amma bir nəticə olmamışdır. Səhərisi gün günortaya doğru kəndin mərkəzinə doğru gedəndə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin qarşısından keçəndə Ramiz kişinin “Niva”sının bölmənin həyətində saxlandığını görmüş və dərhal bu barədə zəng edib Firudinə bildirmişdir. Sonradan Firudin bölməyə gedib atasının polis tərəfindən saxlandığını dəqiqləşdirmişdir. Firudin «Niva» markalı maşınını Polis Bölməsindən təxminən bir ay sonra çıxara bilmiş və sonra da satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 göstərdi ki, o, əslində 26 iyul 2022-ci il tarixdə rəsmən bölmənin növbətçi əməliyyat qrupunun tərkibində olmamış, həmin gün digər təhqiqatçı növbədə olmuşdur. Ona gecə saatlarında Təqsirləndirilən şəxs adında şəxsin əməliyyatçılar tərəfindən Bölməyə gətirildiyi deyilmiş və onun üzərində şəxsi axtarış aparılması, bununla əlaqədar digər zəruri prosessual hərəkətlərin aparılması xahiş edilmişdir. O da rəhbərliyin göstərişinə etiraz etməyib növbədə olan təhqiqatçının əvəzindən Təqsirləndirilən şəxs barəsində prosessual sənədləşmələr aparmış, üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib etmişdir. Təqsirləndirilən şəxs əməliyyat müvəkkilləri tərəfindən hansı şəraitdə, dəqiq hansı saatda, necə və nə səbəbdən saxlanması barədə məlumata malik deyildir. Amma dəqiq xatırlayır ki, 14-cü Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 saxlayıb gətirdikləri Təqsirləndirilən şəxs etraz edərək günahsız olduğunu deyib heç bir sənədi imzalamamışdır. O da tərtib etdiyi bütün sənədlərdə şəxsin imzalamaqdan imtina etməsi barədə müvafiq qeyd aparmışdır. Şəxsi axtarış iki nəfər hal şahidinin iştirakı ilə keçirilmişdir. Şəxsi axtarışın videoçəkilişlə aparılmamasının dəqiq səbəblərini hazırda xatırlamır. Müdafiəçi ilə bağlı məsələ ilə əlaqədar isə səmimi şəkildə etiraf edir ki, əslində həmin gün real olaraq hər hansı vəkil dəvət edilməmiş və Təqsirləndirilən şəxs ümumiyyətlə vəkil təqdim olunmamışdır. Belə ki, adi vaxtlarda Bakıxanov qəsəbəsində yerləşən 7 saylı Vəkil Bürosundan vəkilin 14-cü Polis Bölməsinə gəlib çıxmasına ən azı 40-50 dəqiqə vaxt lazım olur. Gecə saatlarında isə vəkilin tapılması, oraya gəlib çıxması daha da çətin məsələ olur. Ona görə də Təqsirləndirilən şəxs işində vəkilin dəvət olunması və şübhəli şəxsə təqdim olunması, habelə vəkilin də iştirakı ilə keçirilməsi kimi tərtib olunmuş bütün prosessual sənədləşmələrdə müdafiəçi dəqiq tarixini xatırlamadığı sonrakı günlərdə gəlib imzalamışdır. O cümlədən 26 iyul 2022-ci il tarixdə tərtib olunmuş prosesual sənədlərdə şübhəli şəxsə müdafiəçi seçmək hüqununun izah edilməsi haqqında protokolda, vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda, şübhəli şəxsin tutulması haqqında qərarda və şühbhəli şəxs kimi tutulma haqqında protokolda, etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında protokolda şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında protokolda, şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişdə, Təqsirləndirilən şəxs Balaqədeş oğlunun adından tərtib olunmuş, sonuncunun guya müdafiəçi qismində ona təqdim olunmuş 7 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı olmadan şəxsi axtarışının keçirilməsinə etirazı olmaması barədə ərizəsində, Təqsirləndirilən şəxs izahatında, şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsinə dair protokolda, şübhli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokoldakı imzaları Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X2 gün və ya günlərdə gəlib imzalamışdır. Sonradan imzalanmış həmin sənədlərdə əks olunan prosessual hərəkətlərin hamısı əslində qeyd olunan vəkilin iştirakı olmadan keçirilmişdir. Bunu özünün səhvi kimi qəbul edir. Materiallar müstəntiqə verildikdən sonrakı mərhələdə vəkillə bağlı məsələlərin nə yerdə olması isə ona məlum deyildir. Onun tərəfindən 14-cü Polis Bölməsinin həyətində saxlanmış Təqsirləndirilən şəxs məxsus “Niva” markalı avtomobilə hər hansı rəsmi və qeyri-rəsmi baxış keçirilməmiş, ümumiyyətlə bu avtomobillə bağlı heç bir sənədləşdirmə aparılmamışdır. Təqsirləndirilən şəxs məxsus “Niva” markalı avtomobilə baxış keçirilməməsinin səbəbini xatırlamır. İbtidai istintaq dövründə də həqiqətən qeyd olunan avtomobilin xeyli müddət ərzində bölmənin həyətində qaldığını görmüşdür. Həmin avtomobilin sonradan hansı qaydada və kim tərəfindən Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmasından məlumatı yoxdur. İş üzrə keçirilmiş məhkəmə bioloji ekspertizasının 27 iyul 2022-ci il tarixli 7/830 №-li rəyi ilə şübhəli şəxsin 26 iyul 2022-ci il tarixdə tanış edilməsi ilə bağlı tarixlər arasındakı aşkar ziddiyyətin səbəbini izah edə bilmir. Amma belə hesab edir ki, həmin protokol da eyni diqqətsizliklə tərtib olunub rəsmiləşdirilmişdir. Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokolda vəkilin orderinin nömrəsinin yazılması üçün ayrılmış yerdə nömrənin olmaması həmin tarixdə əslində vəkil gəlmədiyi üçün orderin də təqdim olunmaması, sonrakı gündə və ya günlərdə təqdim olunmuş orderin nömrəsinin isə protokola yazılmasının unudulması ilə əlaqədardır. 7 saylı Vəkil Bürosunun vəkili X13 həmin prosessual sənədləri sonrakı günlərdə özünün, yoxsa səhərisi gün materialların verildiyi, ibtidai istintaqı aparmış Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Vəliyevin imzalatmasını dəqiq xatırlamır. Sənədləşmələr aparılan zaman Təqsirləndirilən şəxs gözdən əlil olması ilə bağlı hansısa söz deyilməsini hazırda xatırlamır. Məhkəmədə tədqiq edilmiş şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu həmin protokolu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur (cild 1, iş vərəqə 4). Məhkəmədə tədqiq edilmiş vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu həmin protokolu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda vəkilin orderinin nömrəsi üçün ayrılmış hissədə hər hansı qeyd yoxdur (cild 1, iş vərəqə 4). Məhkəmədə tədqiq edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlunun adından kompüterdə tərib olunmuş, 14-cü Polis Bölməsinin rəisinə ünvanlanmış, ona təqdim olunmuş siyahıdan 7 saylı Vəkil Bürosunun vəkili X10 müdafiə etməsinə etiraz etməməsi barədə 26 iyul 2022-ci il tarixli ərizəni şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, ərizə ilə müraciət edən şəxsin öz ərizəsini imzalamamasının səbəbi ilə bağlı heç nə göstərilmədən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur (cild 1, iş vərəqə 4). Məhkəmədə tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 26 iyul 2022-ci il tarixli qərarda kompüterdə icra edilmiş «Tutulma haqqında qərar mənə elan edildi, tutulmanın səbəbi və şübhənin mahiyyəti mənə aydındır, hüquq və vəzifələrim izah olundu, qərarın surətini aldım.» qeydinin qarşısında şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imza etməmiş, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin qərarda müdafiəçinin imzası mövcuddur (cild 1, iş vərəqə 18). Məhkəmədə tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 26 iyul 2022-ci il tarixli protokolu şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda müdafiəçinin imzası mövcuddur (cild 1, iş vərəqə 18). Məhkəmədə tədqiq edilmiş etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokolu şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda müdafiəçinin imzası mövcuddur (cild 1, iş vərəqə 22). Məhkəmədə tədqiq edilmiş şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokolu şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda müdafiəçinin imzası mövcuddur (cild 1, iş vərəqə 23). Məhkəmədə tədqiq edilmiş şübhəli şəxsə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəi haqqında» Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokolu şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda müdafiəçinin imzası mövcuddur (cild 1, iş vərəqə 24-25). Məhkəmədə tədqiq edilmiş şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında 26 iyul 2022-ci il tarixli bildirişi şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda müdafiəçinin imzası mövcuddur (cild 1, iş vərəqə 24-25). Məhkəmədə tədqiq edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlunun adından kompüterdə tərib olunmuş, 14-cü Polis Bölməsinin rəisinə ünvanlanmış, tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün ona 7 saylı Vəkil Bürosunun vəkili X10 ona müdafiəçi qismində təyin edilməsi, amma hazırda üzərinə şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etməməsi və müdafiəçisi X10 iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etməsi barədə 26 iyul 2022-ci il tarixli ərizədə şəxsin özünün və müdafiəçinin imzaları mövcuddur (cild 1, iş vərəqə 28). Məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 26 iyul 2022-ci il tarixli qərarı şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda müdafiəçinin imzası mövcuddur (cild 1, iş vərəqə 29). Məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs sağ əlindəki qara rəngli sellofanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofanın içərisindəki narkotik vasitəni 26 iyul 2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Nardaran qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Protokolun məzmununa əsasən, şəxsi axtarış və götürmə hərəkəti qara rəngli sellofan torbanın təqdim edilməsi hərəkəti ilə yekunlaşmış, şübhəli şəxsin şəxsi axtarışını özündə ehtiva edə biləcək başqa hər hansı hərəkət edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu protokolu imzalamamışdır (cild 1, iş vərəqə 30-31). Məhkəmədə tədqiq edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlunun adından tərtib olunmuş, kompüterdə çap edilmiş və 26 iyul 2022-ci il tarixdə müdafiəçisinin də iştirak etdiyi göstərilmiş izahatı şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, izahatı almış Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda müdafiəçinin imzası mövcuddur. Qeyd olunan izahatın məzmununa əsasən şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu izahat alınarkən ona verilmiş heç bir sualı cavablandırmamış, ümumiyyətlə heç nə danışmamışdır (cild 1, iş vərəqə 33). Məhkəmədə tədqiq edilmiş şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokolu şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda müdafiəçinin imzası mövcuddur. Protokol təhqiqatçının özü tərəfindən də imzalanmamışdır (cild 1, iş vərəqə 35). Məhkəmədə tədqiq edilmiş şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokolu şübhəli şəxs Təqsirləndirilən şəxs Balaqədeş oğlu imzalamamış, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X18 tərəfindən «imza etməkdən imtina etdi» qeydi icra olunmuşdur. Həmin protokolda müdafiəçinin imzası mövcuddur. Amma həm bu protokolun məzmununa əsasən, həm də cinayət işinin materiallarına əsasən 26 iyul 2022-ci il tarixdə elan olunmuş rəy əslində ekspertlər tərəfindən bir gün sonra - 27 iyul 2022-ci il tarixdə verilmişdir. Ekspert tədqiqatına maddi sübutun təqdim edilməsi barədə müvafiq aktdan da görünür ki, bitki mənşəli kütlə ekspertə 27 iyul 2022-ci il tarixdə saat 12:00-da verilmiş, həmin kütlə ibtidai araşdırma orqanına həmin gün saat 17:00-da qaytarılmışdır (cild 1, iş vərəqə 40-41). Məhkəmə-bioloji ekspertizasının 27 iyul 2022-ci il tarixli 7/830 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1115,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 1114,0 qram təşkil etmişdir (cild 1, iş vərəqə 37-40). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 21 noyabr 2022-ci il tarixli 7042 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd olunan rəyin məzmunundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Narkoloji Mərkəzdə bilavasitə müayinəsi 21 noyabr 2022-ci il tarixdə keçirilmişdir (cild 1, iş vərəqə 131-132). Müstəntiqin 01 avqust 2022-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən 10 gün sonra – 11 avqust 2022-ci il tarixli 073-4711-1222 saylı cavabda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın haradan əldə etməsinin müəyyən edilməsinin mümkün olmadığı, onun narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilmədiyi bildirilmişdir (cild 1, iş vərəqə 97-98). Məhkəmə istintaqının gedişində müdafiə tərəfinin təqdim etdiyi və tədqiq olunaraq cinayət işinin materiallarına əlavə edilmiş, ********* saylı cinayət işi üzrə 25 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi tərəfindən tərtib olunmuş ittiham aktının surətindən müəyyən olunur ki, 02 iyul 1976-cı il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşamış X14 barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 30 iyul 2022-cİ il tarixdə saat 15:40-da yaşadığı ünvanının qarşısında saxlanılmış, onun yaşadığı ünvanda keçirilmiş baxış nəticəsində yarımçıq tikilidə əkilmiş və aqrotexniki qaydada qulluq göstərilmiş külli miqdarda 286 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin Ramiz Quliyevin yaşadığı evin arxa hissəsində yerləşən birinci yarımçıq tikilinin sağ tərəfində küncdə təqdim etdiyi 01 ədəd sintetik torbada ümumi təmiz çəkisi külli miqdar 9520 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-ci maddələri ilə ittiham elan olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, X4 barəsindəki həmin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki cinayət işini araşdıran eyni məhkəmə tərkibi tərəfindən baxılması hal-hazırda davam etdirilir. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi toy dəvətnaməsinin məzmunundan görünür ki, dəvətnamənin təqdim olunduğu şəxs 26 iyul 2022-ci il tarixdə, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandığı gün saat 18:00-a Buzovna kəndində yerləşən «Toy gecəsi» şadlıq məkanında keçirilən Mahur Ziyad oğlunun böyük toy məclisinə dəvət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs görmə sinirinin atrofiyası diaqnozu ilə müddətsiz olaraq ikinci dərəcəli əlillik verilmişdir (cild 1, iş vərəqə 90). "xxxx" MMC tərəfindən tərtib olunmuş epikrizin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə hospitala qəbul edilmiş Təqsirləndirilən şəxs «Xora xəstəliyi, onikibarmaq bağırsağın xorasının perforasiyası, total peritonit» diaqnozu qoyulmuşdur. Həmin tarixdə onun üzərində bu xəstəliklərlə bağlı cərrahiyyə əməliyyatı keçirilmiş və xx.xx.2020-ci il tarixdə xəstə evə ambulator müalicəyə yazılmışdır (cild 1, iş vərəqə 91). 29 mart 2017-ci il tarixdə 17 saylı dövlət notarat kontoru tərəfindən verilmiş etibarnamənin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda yaşayan X7 «VAZ 21214» minik markalı 2013-cü il buraxılışlı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilini 6 il 5 ay 13 gün müddətində idarə etməyi ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs etibar etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qərarına əsasən cəzanın çəkilməmiş qalan 04 ay 22 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 105-106). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs onun saxlanması prosesində çoxsaylı qanun pozuntularına yol verilməsi ilə bağlı məhkəmədə bildirdikləri, ilkin təhqiqatı apararaq ciddi prosessal pozuntulara bilavasitə yol vermiş, məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin baş təhqiqatçısı X11 etiraf ifadəsi ilə tam təsdiqini tapmışdır. Belə ki, həmin ifadələrlə faktiki olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7-ci maddəsində nəzərdə tutulmuş tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, konkret halda təhqiqatçıdan hüquqları haqqında yazılı bildiriş almaq, tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq, tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və ona protokolda əks olunmalı qeydlərini vermək, tutulduğu andan müdafiəçiyə malik olmaq, tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək, müstəqil olaraq müdafiəçi seçmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək və digər çoxsaylı hüquqları pozulmuşdur. 26 iyul 2022-ci il tarixli müvafiq prosessual sənədlərdəki imzaları müdafiəçinin növbəti günlərdə imzalaması faktı təhqiqatçının qeyd olunan etiraf ifadəsi, Təqsirləndirilən şəxs və hal şahidi qismində şəxsi axtarış və götürmə aparılmasında iştirakı rəsmiləşdirilmiş Şahid3 ifadələri, habelə işin digər faktiki halları ilə təsdiqini tapsa da məhkəmə bu xüsusatla bağlı qəti nəticəyə gəlmək üçün əlavə araşdırma aparmış və məhkəmə istintaqı zamanı əldə edilmiş əlavə dəlillər müdafiəçi ilə bağlı məqam üzrə yol verilmiş qanun pozuntularının təsdiqini təkzibedilməz etmişdir. Belə ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs müdafiəsinə cəlbi prosesinin aydınlaşdırılması üçün həmin Vəkil Bürosunun 2022-ci ilin iyul ayı üçün müəyyənləşdirilmiş növbətçilik cədvəlinin təsdiq olunmuş surətinin əldə olunması üçün müvafiq sorğu göndərilmişdir. Həmin sorğuya verilmiş cavaba əlavə olunmuş növbətçilik cədvəlindən müəyyən olunur ki, 26 iyul 2022-ci il tarixdə 7 saylı Vəkil Bürosu üzrə növbətçi vəkillər X12 və X19 olmuşlar. Təqsirləndirilən şəxs müdafiəçisi kimi rəsmiləşdirilmiş X22 həmin gün ümumiyyətlə növbətçilikdə olmamışdır. Vəkil X22 2022-ci ilin iyul ayının yalnız 02, 12 və 25-də növbətçi olmuşdur. Bu xüsusat üzrə araşdırma davam etdirilərək məhkəmə istintaqı zamanı vəkil X10 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin həm də 26-28 iyul 2022-ci il tarixlərdə olduğu yerlərin əhatə dairələri (location) ilə bağlı məlumatlar müvafiq qərar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüşdür. Həmin məlumatlar məhkəmədə tədqiq edilərək müəyyən edilmişdir ki, qeyd olunan nömrə müvafiq antenn dairələri üzrə Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə saxlandığı 14-cü Polis Bölməsinin yerləşdiyi Bakı şəhərinin Maştağa qəsəbəsində ümumiyyətlə qeydə alınmamışdır. Təqsirləndirilən şəxs cinayət işinin materiallarına əsasən saxlandığı saat 20:00 radələrində və tutulmasının rəsmiləşdirildiyi saat 20:50 radələrində, habelə həmin axşam sonrakı saatlarda vəkil X10 istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsi yalnız Sabunçu rayonunun Bakıxanov və Qaraçuxur qəsəbələrində olmuşdur. Beləliklə, təhqiqatçının, Təqsirləndirilən şəxs və hal şahidi qismində şəxsi axtarış və götürmə aparılmasında iştirakı rəsmiləşdirilmiş Şahid3 ifadələri ilə bərabər texniki rabitə kanallarından əldə edilmiş bu təkzibedilməz məlumatlar Təqsirləndirilən şəxs saxlanması prosesində və həmin tarixdə aparılmış prosessual hərəkətlərdə müdafiəçinin əslində ümumiyyətlə iştirak etməməsi faktının tam təsdiqi üçün yetərlidir və bu istiqamətdə əlavə dəlillərin toplanmasını istisna edir. Ona görə də cinayət işi üzrə ilkin təhqiqat hərəkətləri zamanı 26 iyul 2022-ci il tarixdə tərtib olunmuş prosesual sənədlər - şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokol (cild 1, iş vərəqə 11), vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında guya müdafiəçinin də iştirakı ilə tərtib olunmuş protokol (cild 1, iş vərəqə 15), şübhəli şəxsin tutulması haqqında guya müdafiəçinin də iştirakı elan olunmuş qərar (cild 1, iş vərəqə 18), şübhəli şəxsin tutulması haqqında guya müdafiəçinin də iştirakı tərtib olunmuş protokol (cild 1, iş vərəqə 19) şübhəli şəxsin müdafiə hüquqlarının pozulması ilə, prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Ona görə də məhkəmə onları qiymətləndirərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələblərini nəzərə alır. Yuxarıda qeyd olunanları, Təqsirləndirilən şəxs, təhqiqatçı X11, hal şahidi kimi şəxsi axtarış və götürmə aparılmasında iştirakı rəsmiləşdirilmiş Şahid3 məhkəmədə verdikləri və bir-biri ilə uzlaşan ifadələrinin mövcudluğu şəraitində məhkəmə şəxsi axtarış və götürmə aparılması haqqında 26 iyul 2022-ci il tarixli protokolu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından sübut kimi qəbul edilməsini yolverilməz hesab edir. Artıq külli miqdarda narkotik vasitənin aşkar edilməsi faktını özündə birbaşa əks etdirməli olan şəxsi axtarış və götürmə aparılması haqqında protokolun sübut kimi yolverilməz olması bundan sonrakı digər dəlillərin ətraflı təkzibinə yönələn şərhə zərurəti əslində aradan qaldırır. Bununla belə məhkəmə həmin sübutlar üzrə də qənaətini vurğulamağı məqsədəuyğun hesab edir. Məhkəmə-bioloji ekspertizasının 27 iyul 2022-ci il tarixli 7/830 saylı rəyi isə Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən marixuana ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə Təqsirləndirilən şəxs cinayət törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz (cild 1, iş vərəqə 37-40). Ambulator məcburi narkoloji yoxlamanın 21 noyabr 2022-ci il tarixli 7042 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 131-132). Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan müayinəsi ilə bağlı məqamlar üzrə mövcud ziddiyyətli vəziyyət üzrə bəzi məqamları qeyd etməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsinə əsasən onu Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinə polis əməkdaşları 14-cü Polis Bölməsinin rəisinin göstərişi ilə 26 iyul 2022-ci il tarixdə hələ şəxsi axtarışı ilə bağlı sənədləşmə tərtib edilməzdən əvvəl axşam saatlarında aparıb yoxlatmış, müvafiq tibbi müayinədən sonra Mərkəzin birinci mərtəbəsində fəaliyyət göstərən qadın həkim onun sidiyində narkotik izləri aşkar olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan sonra bir daha müayinə üçün Respublika Narkoloji Mərkəzinə getmədiyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası 28 iyul 2022-ci il tarixdə təyin olunmuşdur (cild 1, iş vərəqə 92). Ambulator məcburi narkoloji yoxlamanın rəyi isə qərardan təxminən 4 ay sonra - 21 noyabr 2022-ci il tarixdə verilmişdir. Rəyin məzmununa əsasən Təqsirləndirilən şəxs müayinə üçün sidik nümunəsi ekspert komissiyası tərəfindən elə 21 noyabr 2022-ci il tarixdə götürülmüşdür. Amma cinayət işinin materiallarında ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müayinə üçün Respublika Narkoloji Mərkəzinə təqdim edilməsi barədə hər hansı sənəd mövcud deyildir. Baxmayaraq ki, məhkəmə-narkoloji ekspertizası təyin edilməsi barədə 28 iyul 2022-ci il tarixli qərarda suallara cavab verə bilməsi üçün ekspertə Təqsirləndirilən şəxs özünün təqdim edilməsi bilavasitə nəzərdə tutulmuşdur. Belə ziddiyyətli vəziyyətə mümkün aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X34 müraciət edilərək 13 noyabr 1953-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında Respublika Narkoloji Mərkəzinə müvafiq müayinəyə təqdim olunub-olunmaması, müsbət halda onun müayinəyə təqdim olunduğu tarix və müayinənin keçirildiyi dəqiq saat barədə məlumat verilməsi, eyni zamanda, həmin müayinəyə təqdim etmənin əsası, habelə müayinənin nəticəsi barədə məhkəməyə məlumat verilməklə bu məsələlərlə bağlı müvafiq sənədlərin surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. “Respublika Narkoloji Mərkəzi” X38 tərəfindən xx.xx.2023-cü il tarixli 19/51-958 saylı məktubla cavab verilərək şəxsin müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixdə ambulator məcburi tibbi yoxlamadan keçdiyi bildirilmişdir. Məhkəmə bu nəticəyə gəlir ki, külli miqdarda - ümumi təmiz çəkisi 1115,0 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamaqda təqsirləndirilən Təqsirləndirilən şəxs eyni zamanda narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması halında hazırkı cinayət işi üzrə məhkəmə istintaqında müəyyən edilmiş hadisənin real mənzərəsi də nəzərə alınmaqla yuxarıda şərh olunan ekspert rəyi şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs saxlandıqdan sonra mobil telefonunun 14-cü Polis Bölməsi tərəfindən götürülməsi, hər hansı telefon danışığı aparmaması və digər xüsusatlar üzrə dəqiqləşdirmələr aparılması üçün onun istifadəsində olmuş, ittiham aktına əlavə edilmiş siyahıda da təqsirləndirilən şəxsin istifadəsində olması qeyd edilməklə onunla telefon əlaqəsi üçün qeyd edilmiş, amma zəng çatmayan ***-***-**- ** saylı nömrə ilə 25 iyul 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək aparılmış danışıqların statistik açıqlamaları (daxil olan və çıxan zənglər barədə məlumatlar), sms mətnlərinin açıqlamaları, mümkün qədər dəqiq ünvanlar göstərilməklə nömrənin istifadəçisinin olduğu yerlərin əhatə dairələri (location) və həmin nömrənin 26 iyul 2022-ci il tarixdə istifadə olunduğu mobil telefon aparatının İMEİ kodu barədə məlumatların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülməsi barədə qərar qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi cavablarlardan müəyyən olunur ki, İMEİ kodu **********24170 olan telefon aparatında istifadə edilməklə həmin mobil nömrə ilə 25 iyul 2022-ci il tarixdə saat 13:19 və 21:16 cəmi iki danışıq, 26 iyul 2022-ci il tarixdə, yəni Təqsirləndirilən şəxs saxlandığı gün isə saat 12:09, 12:29 və 13:00-da olmaqla cəmi üç danışıq aparılmışdır. Həmin danışıqların aparıldığı vaxtlarda Təqsirləndirilən şəxs mobil telefonu 25 iyul 2022-ci il tarixdə “Bakı şəhəri, Maştağa qəsəbəsi Sovxoz-2” anten dairəsində, 26 iyul 2022-ci il tarixdə isə “Bakı şəhəri, Maştağa qəsəbəsi Sovxoz-2” və “Bakı şəhəri, Maştağa qəsəbsi, M.Hüseynzadə küçəsi döngə 7, ev 2” anten dairəsində qeydə alınmışdır. Mobil operatorun təqdim etdiyi açıqlamalara əsasən 26 iyul 2022-ci il tarixdən həmin nömrə aktiv deyil və sonrakı bütün müddət ərzində də söndürülmüş vəziyyətdədir. Mübahisəsiz olan bu dəlillər isə Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrə ilə özünün istifadəsində olmuş həmin mobil telefonu ilə bağlı məhkəmədə bildirdiyi xüsusatları təsdiq edir. İbtidai istintaq orqanı ittihamı təsdiq edən digər sübut növləri kimi ittiham aktında təqsirləndirilən şəxslə Şahid1, Şahid2 və Şahid3 arasında keçirilmiş üzləşdirmə protokollarına istinad etmişdir. Məhkəmə bununla bağlı əvvəla qeyd edir ki, həmin üzləşdirmələr zamanı ittiham aktında israr edildiyi kimi Təqsirləndirilən şəxs hələ təqsirləndirilən şəxs statusunda deyildi, üzləşmələr keçirilənədək ona qarşı hər hansı ittiham irəli sürülməmişdi və şübhəli şəxs qismində çıxış edirdi. Hər üç üzləşdirmə protokolunda şahidlər Şahid1, Şahid2 və Şahid3 şahid qismində dindirilərkən rəsmiləşdirildiyi ifadələri faktiki bir söz belə dəyişdirilmədən üzləşdirmə protokollarının məzmununa köçürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs hər üç üzləşdirmə protokoluna daxil edilmiş ifadəsi də hətta durğu işarələri, qramatik, texniki və digər səhvləri ilə bərabər tam eynidir. Təqsirləndirilən şəxs əslində hansı şəraitdə saxlanması ilə bağlı məhkəmədə müəyyən edilmiş hallar, şahid kimi dindirilmiş polis əməkdaşlarının vəkilin dəvət olunması, şəxsi axtarış zamanı guya Təqsirləndirilən şəxs etirafı və digər məsələlər üzrə əslində təkzib olunan ifadələri, hal şahidi kimi iştirak etmiş Şahid3 məhkəmədə verdiyi ibtidai istintaqdan tam fərqli ifadəsinin mövcudluğu şəraitində məhkəmə həmin üzləşdirmə istintaq hərəkətlərini heç bir halda qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilib saxlanmaqla daşınması ittihamının təsdiqinə yönələn mötəbər dəlillər kimi qəbul etmir. Məhkəmə, qeyd olunan üzləşdirmə protokollarının ittihamın təsdiqinə yönəlmiş sübut kimi qiymətləndirilməsinin istisna edilməsi qənaətinə gələrkən yuxarıda qeyd olunan aşkar formal və mahiyyəti əks etdirməyən məzmunları ilə bərabər, həm müdafiəçinin iştirakı ilə bağlı əsaslı şübhənin mövcudluğu məqamlarını diqqətdə saxlamaqla yanaşı, həm də cinayət-prosessual qanunvericiliyin tələblərini nəzərdə saxlayır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 235-ci maddəsinə əsasən yalnız ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. Üzləşdirmə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müstəntiq həmin istintaq hərəkətinin aparılmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. Yəni, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 235.1-ci maddəsi müstəntiqin üzləşdirmə keçirmə imkanını yalnız «əhəmiyyətli ziddiyyət»in mövcudluğu halında tanıyır. Amma hazırkı cinayət işinin materiallarından aşkar müəyyən olunur ki, üzləşdirmələrin keçirildiyi 28 iyul 2022-ci il tarixdə bundan əvvəl dindirilmələri kimi rəsmiləşdirilib cinayət işinin materiallarına əlavə edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi arasında nəinki «əhəmiyyətli ziddiyyət», ümumiyyətlə hər hansı cüzi belə ziddiyyətin olmasına dəlalət edə biləcək məqam mövcud deyildir. Belə olan halda, üzləşdirmə istintaq hərəkəti kimi rəsmiləşdirilərək qeyd olunan şahidlərin, habelə şübhəli şəxsin ifadələrinin tam olduğu kimi həmin protokollara köçürülməklə əlavə sübutların əldə edilməsi görüntüsü yaradılmasını məhkəmə yolverilməz hesab edir və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 235.1-ci maddəsinin tələbi kobud şəkildə pozulduğundan həm də qeyd olunan Məcəllənin 125.2.7-ci maddəsində nəzərdə tutulmuş əsasa görə onları sübut kimi qəbul etmir. Çoxsaylı pozuntularla bağlı təkzibedilməz halların mövcudluğu şəraitində məhkəmə iş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 verdikləri ifadələri bütövlükdə şübhə almaqla bərabər, həmin ifadələrin hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və vəkil çağırılması ilə bağlı hissələrinin ümumiyyətlə həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Məhkəmə, həm də vəkilin dəvət və təqdim olunmasını israr edən iki polis əməkdaşının ifadələri ilə bağlı qənaətə gələrkən həm də cinayət-prosessual qanunvericiliyin müdafiəçi ilə bağlı müəyyənləşdirdiyi tələblərin digər aspektdə də kobud şəkildə pozulması məsələsini vurğulayır. Belə ki, Təqsirləndirilən şəxs saxlandığı vaxt həm də təhqiqatçıya gözdən əlil olduğunu, görmədiyini bildirdiyini qeyd edir. Şəxsin həqiqətən görmə sinirinin atrofiyası diaqnozu ilə müddətsiz olaraq ikinci dərəcəli əlil olması da müvafiq rəsmi sənədlə təsdiq olunur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 92.3.2-cü maddəsinin tələbinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs həm də görmək funksiyasında ciddi pozuntular olduğu halda cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 92.12-ci maddəsinə əsasən isə görmək funksiyasında ciddi pozuntular olan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi ümumiyyətlə qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən halda Təqsirləndirilən şəxs ilə bütün prosessual hərəkətlər yalnız müdafiəçinin iştirakı ilə keçirilə bilərdi. Məhkəmə, məhkəmə baxışına gəlməyən, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə bağlı məqamlar üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alır. Belə ki, hal şahidi qismində şəxsi axtarış və götürmə hərəkətində iştirak etmiş həmin şahid müvafiq qaydada çağırılmasına baxmayaraq dəfələrlə üzürsüz səbəbdən gəlmədiyindən məhkəmə 26 yanvar 2023-cü il tarixdə onun məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarın icrası Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəməyə həmin qərarın icrası ilə bağlı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən daxil olmuş 24 fevral 2023-cü il tarixli 3/2-2455/23 saylı, 08 aprel 2023-cü il tarixli 075-3517-12-23 saylı məktublarda Şahid4 «ünvan 2 ünvanda yaşamadığı…» və ya «həmin şəxsi müəyyən etməyin mümkün olmadığı» kimi əsaslar bildirilməklə onun məhkəməyə gətirilməsi təmin olunmamışdır. Bununla bağlı məhkəmənin Bakı şəhəri Sabunçu rayon prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə də ünvanladığı çoxsaylı müraciətləri hər hansı nəticə verməmişdir. Müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə məhkəmə bu vəziyyətlə bağlı kifayət qədər tədbirlər görmüş, o cümlədən şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclası dəfələrlə başqa vaxta keçirilmiş, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərarın icra edilməməsi səbəbləri yoxlanılmış, həmin şahidin ifadəsi vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə tərəflərə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılmışdır. Qeyd olunan vəziyyətdə məhkəmə ittiham tərəfinin bu sübutu ilə bağlı düzgün hüquqi nəticəyə gəlmək üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqeləri nəzərə almış, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadəsinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün ehtiva olunan tələblərə əməl olunmuşdur. Şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsi yaranmış vəziyyətə görə zərurətdən irəli gəlmiş, həmin şahidin məhkəməyə gəlməməsinin səbəbi polis orqanı tərəfindən sonadək kifayət qədər dəqiq müəyyən edilməsə də, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məhkəmə kifayət qədər səy göstərmişdir. Digər tərəfdən, məhkəmə yekunda həmin şahidin ifadəsinin elan edilməsi qənaətinə gələrkən bu ifadənin ittihamın həll edilməsində oynadığı rolu, ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanmadığını nəzərə alır. Bu halda məhkəmə, bütün tədqiq edilmiş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilmədiyi vəziyyətində Şahid4 ifadəsinin həlledici sübut kriteriyasına aid edilməsinin mümkünsüz olması qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi onunla eyni adlı qohumunun cəmi dörd gün sonra tutulması, özünün məhz həmin eyni adlı qohumu ilə bağlı mümkün polis məlumatları ucbatından saxlana bilməsi ehtimalına dair hazırkı cinayət işi çərçivəsində hər hansı hüquqi yanaşmanı istisna etməklə bərabər, həqiqətən də ********* saylı cinayət işi üzrə 286 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin ümumi təmiz çəkisi külli miqdar - 9520 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana ilə bağlı Maştağa qəsəbə sakini X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-ci maddələri ilə təqsirləndirilməsi faktının təsdiq olunduğunu mübahisəsiz həqiqət kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həm də 232.2-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həm də 233.5-2-ci maddəsinə əsasən müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir. Məhkəmə, nəinki müdafiəçidən imtina etməmiş, ümumiyyətlə müdafiə hüququ təmin edilməmiş Təqsirləndirilən şəxs adından imzalamadığı şəxsi axtarış və götürmə aparılması haqqında protokola daxil edilmiş ifadəsinə, habelə digər ilkin ifadələrinə sübut kimi istinad edilməsinin istisna edildiyi qənaətinə gələrkən həm də cinayət-prosessual qanunvericiliyin göstərilən tələblərini nəzərə alır. Məhkəmə, polis əməkdaşlarının şərh olunan ifadələrindəki onların sübut kimi qəbul edilməsini mümkünsüz edən məqamları vurğulamaqla yanaşı, eyni əsaslarla - Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsindəki əsaslarla sübut kimi qəbul etmədiyi 26 iyul 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı sənədləşmələrin bilavasitə özlərindəki ciddi nöqsanları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanununun 12ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər. Həm də bu qərarda digər xüsusatlarla yanaşı haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı, müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar, adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması öz əksini tapmalıdır. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanununun 12ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər. Həm də bu qərarda digər xüsusatlarla yanaşı haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı, müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar, adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması öz əksini tapmalıdır. Amma cinayət işinin materiallarında olan 26 iyul 2022-ci il tarixli qərar həmin tələblərə bütövlükdə cavab vermir. Qərarda Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin həm də 445-ci maddəsinə istinad edilsə də «qərara aldım» hissəsində Təqsirləndirilən şəxs haqqında məhz hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyi göstərilməmişdir. Cinayət-Prosessual Məcəllənin 445.1-ci maddəsində məhkəmənin qərarı olmadan keçirilən əməliyat tədbirləri konkret sadalanmışdır. Cinayət-Prosessual Məcəllənin 445.2-ci maddəsinin tələbinə görə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanununun 10-cu maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan çoxsaylı fərqli əməliyyat tədbirləri keçirmək səlahiyyətinə malikdirlər. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə hər hansı bir konkret əməliyyat tədbirinin keçirilməsinə dair əsaslandırılmış qərar qəbul edilməli olduğu halda, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 qərarda Təqsirləndirilən şəxs haqqında məhz konkret hansı əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdiyini göstərməmiş, bununla da Cinayət-Prosessual Məcəllənin tələblərinin pozuntusuna yol vermişdir. Əməliyyat-axtarış tədbiri keçirilərkən yol verilmiş bu və ya digər pozuntuları qeyd etməklə bərabər məhkəmə həm də onu vurğulayır ki, müvafiq qərarı qəbul etmiş əməliyyat müvəkkili Şahid1 Bölmə rəisinə ünvanladığı raportda Təqsirləndirilən şəxs saat 20:00 radələrində saxlanılaraq Bölməyə gətirildiyi bildirilmiş, bu şübhəli şəxsin «paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün» göstəriş verilməsi xahiş edilmişdir. X9 gətirildiyi andan şəxsi axtarışı keçirilənədək sonrakı vaxtda tərtib edilmiş sənədləşmələrin heç birində Təqsirləndirilən şəxs əlində sellofan torba tutmuş şəkildə saxlanması barədə heç bir qeyd yoxdur. Ümumi təmiz çəkisi 1115,0 qram təşkil edən qurudulmuş marixuananın kifayət qədər böyük həcmdə olması danılmaz faktdır və şəxsi axtarışı keçirilənədək ötmüş 1 saat 50 dəqiqə ərzində həmin torbanın harada olması və ya saxlanması, yaxud müdafiəçi seçmək hüququ izah edilməklə vəkillərin siyahı təqdim edilmiş, sonradan guya vəkil təqdim edilmiş, vəkillə bağlı yazılı ərizəsi alınmış və digər çoxsaylı prosessual hərəkətlərin edilməsi prosesində şübhəli şəxsin sağ əlində saxladığı israr olunan böyük həcmli sellofan torba ilə bağlı hər hansı qeydin mövcud olmaması ziddiyyətli vəziyyət yaradır. Digər tərəfdən, nəticə etibarilə həm də əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın özündə qoyulan məqsəd tam icra edilməmiş, şübhəli şəxsin «paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, səbəblərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün» şəxsi axtarış zamanı heç bir addım atılmamış, şəxsi axtarış və götürmə hərəkəti yalnız şəxsin «sağ əlində olan qara rəngli selofanı təqdim etməsi» ilə yekunlaşmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə, Azərbaycan Respublikasının “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Hazırkı cinayət işinin materiallarında qeyd olunan qərarın yalnız məhkəməyə göndərilməsi barədə 27 iyul 2022-ci il tarixli məktub mövcuddur (cild 1, iş vərəqə 32) və məhkəmə tərəfindən həmin qərarın qanuni və əsaslı olub-olmamasının yoxlanılması barədə hər hansı bir qərarının mövcud olub-olmaması barədə də heç bir məlumat yoxdur. Sadalananlar isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.1, 125.2.2, 125.2.7-ci maddələrində nəzərdə tutulmuş hallardır və bu vəziyyət şəxsi axtarış və götürmə aparılması barədə protokolun sübut kimi qəbul edilməsini həmin Məcəllənin 125.2-ci maddəsinin tələbinə əsasən birbaşa yolverilməz edir. Cinayət- Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları şübhə altına alır, həmin sübutları mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən bu halları nəzərə alır. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilmir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edərkən sübut kimi istinad etdiyi hallar məhkəmədə tam, hərtərəfli və obyektiv yoxlanıldıqdan sonra cinayət əməlinin sübuta yetirilməsinin israr edilməsi imkanı istisna olunur. Məhkəmə, bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, ibtidai istintaq orqanının təqdim etdiyi sübutları məhkəmədə araşdırıb bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona istinad edilən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmaması əsası ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamı üzrə bəraət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs bəraət verilməli olması ilə bağlı nəticəyə gələrkən yuxarıda sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1114,0 qram təşkil edən marixuana ilə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş məhkəmə-bioloji ekspertizası ilə bağlı 55 (əlli beş) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 42.1, 42.1.4, 42.2.4. 346-347, 349-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1114,0 qram təşkil edən marixuana ilə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınsın. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 55 (əlli beş) manat məbləğində məhkəmə xərcinin aqibətinin müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə müəyyənləşdirilməli olması nəzərə alınsın. Cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları ilə nəzərdə tutulmuş qaydada müəyyən edilməmiş qalan cinayət törəmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar