Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-659/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X12-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X9, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X2 və zərərçəkmiş şəxsin nümayəndəsi X10 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 05 avqust 1982-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, R.Gözəlov küçəsi, ev 32-də qeydiyyatda olub, barəsində qətimkan tədbiri qismində ev dustaqlığı seçilib, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 5, mənzil 48-də yaşayan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2017-ci ildən 2020-ci il avqust ayına qədər Azərbaycan Respublikası DİN-nin Şabran rayon polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, 2020-ci il avqust ayından 10 yanvar 2023-cü il tarixədək isə DİN-nin Siyəzən rayon polis şöbəsinin məsul növbətçisi vəzifələrində işləyərkən polis orqanlarında işə qəbul olunmasına köməklik göstərməsi xahişi ilə 2018-ci ilin avqust ayında ona müraciət etmiş Zərərçəkmiş şəxs2 daxili işlər orqanlarında əlaqələrinin olmasını bildirərək qulluq mövqeyindən istifadə edib, bu işi həll edə biləcəyinə onu inandırmaqla etibarını qazanaraq özgənin xeyli miqdarda əmlakını qəsdən və tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib, 35.000 manat veriləcəyi təqdirdə Zərərçəkmiş şəxs2 Şabran rayon polis şöbəsinə əməliyyat müvəkkili və ya sahə rəisi vəzifəsinə işə qəbul etdirəcəyini vəd verib aldadaraq, 2019-cu ilin əvvəllərində, ünvan 1 ünvanında yerləşən Şabran rayon polis şöbəsinin yaxınlığında Zərərçəkmiş şəxs2 atası X4 həmin dövrün milli məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dollarını, 2019-cu il aprel-may aylarında, Bakı şəhəri, «Əcəmi» metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs2 15.000 manat və 2019cu il iyun ayında ünvan 3 ünvanının yanında Zərərçəkmiş şəxs2 3.000 manat pulu ümumilikdə 35.000 (otuz beş min) manat pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, 2020-ci il avqust ayından 10 yanvar 2023-cü il tarixədək Azərbaycan Respublikası DİN-nin Siyəzən rayon polis şöbəsinin məsul növbətçisi vəzifəsində işləyərkən 2020-ci ilin avqust ayında polis orqanlarında işə qəbul olunmasına köməklik göstərməsi xahişi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs1 daxili işlər orqanlarında əlaqələrinin olmasını bildirərək qulluq mövqeyindən istifadə edib bu işi həll edə biləcəyinə onu inandırmaqla etibarını qazanaraq təkrarən, özgənin xeyli miqarda əmlakını qəsdən və tamah niyyəti ilə ələ keçirmək qərarına gəlib, 10.000 manat veriləcəyi təqdirdə onu “Baş Dövlət Yol Polis İdarəsi”nin X35 mərkəzinə polis nəfəri kimi işə qəbul etdirəcəyini vəd verib, Zərərçəkmiş şəxs1 aldadaraq 2020-ci il avqust ayının sonlarında, Bakı şəhəri, “Əcəmi” metrostansiyası yaxınlığında sonuncudan 10.000 manat alaraq ələ keçirmiş, işə qəbul olunmadığına görə verdiyi pulu Üvi Mikayıllı geri tələb etdikdə isə özgənin xeyli miqdarda əmlakının ələ keçirilməsinə yönəlmiş hərəkətlərini davam etdirib, pulu qaytarmayaraq sonuncuya Siyəzən rayon polis şöbəsinə polis nəfəri vəzifəsinə işə düzəldə biləcəyini deməklə onu aldadıb, əlavə 4000 manat pul istəyərək 2021-ci il iyul ayında, “Əcəmi” metrostansiyası yaxınlığında Zərərçəkmiş şəxs1 4000 manat almış, daha sonra əlavə olaraq istədiyi 1000 manat pulu isə 2021-ci il iyul-avqust ayında Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 tərəfindən Səbuhinin ona şəklini göndərdiyi və üzərində “MR.ANAR MAMMADOV” yazılmış **********669040 nömrəli “Kapital Bank” plastik kart hesabına Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzindəki “Milliön” aparatı vasitəsilə köçürüldükdən sonra alaraq ümumilikdə 15.000 (on beş min) manat pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən və tamah niyyəti ilə, təkrarən, vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə “015 Cars” avtosalonun onun tərəfindən işlədilməsi barədə məlumatlı və onunla yaxın tanışlıq münasibətlərində olan Zərərçəkmiş şəxs3 sərfəli qiymətə ABŞ-dan avtomobil gətizdirib Bakıda daha baha qiymətə “015 Cars” avtosalonda satılmasının mümkünlüyünə inandıraraq və 30.000 ABŞ dollar dəyəri olan “Range Rover” model avtomobili gətizdirməsinə Sahib Baxşəliyevi razılaşdırıb, “Range Rover” markalı avtomobil almaq adı ilə sonuncudan 05 iyul 2022-ci il tarixdə, ünvan 4 ünvanının yaxınlığında yerləşən Fövqəladə Hallar Nazirliyinin idarəsinin qarşısında həmin dövrün milli məzənnəsi ilə 17.000 manat olan 10.000 ABŞ dollarını, bundan bir neçə gün sonra Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bərgüşad küçəsində yerləşən həyət evini satmaq istədiyini Zərərçəkmiş şəxs3 bildirib, ondan evin sənədləşməsini yoluna qoymaq və satandan sonra qaytaracağı adı ilə aldadaraq 09 iyul 2022-ci il tarixdə Sahib Baxşəliyevdən 15000 AZN pulu həmin evin yaxınlığında alaraq ələ keçirmiş, daha sonra “Range Rover” markalı avtomobilin gömrük rəsmiləşdirilməsi adı ilə 25 avqust 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “015 Cars” avtosalonda Sahib Baxşəliyevdən 20.000 manat almış, bundan sonra o, etibardan sui istifadə etməklə və aldatmaqla özgənin külli miqdarda əmlakının ələ keçirilməsinə yönəlmiş hərəkətlərini vahid niyyətlə davam etdirib, “Range Rover” markalı avtomobilin hansısa problem səbəbindən gəlmədiyini yalandan bildirərək bunun əvəzində “Kia Optima” markalı və “Hyundai Elantra” markalı avtomobillər gətirtdiyini və “Range Rover” markalı avtomobilin qarşılığında həmin avtomobilləri Sahib Baxşəliyevə verəcəyini vəd etməklə sonuncunu aldatmış, daha sonra avtomobillərin artıq gətirildiyini və “Meyvəli” gömrük postunda guya 1-ci terminal 38-39-cu sıralarda olmasını bildirməklə Sahib Baxşəliyevi aldatmaqda davam etmiş, lakin avtomobilləri gətirmədiyinə və Zərərçəkmiş şəxs3 şikayət edəcəyini bildirib verdiyi pulları geri almaq istədiyinə görə ona digər bir “Range Rover” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı 30.000 manat dəyəri olan avtomobili dəyərinin 15.000 manatı ödənilmək və qalan 15.000 manatlıq hissəsini isə ona olan borcundan silinməsi şərti ilə həmin avtomobili 15000 AZN qarşılığında adına keçirtməklə Zərərçəkmiş şəxs3 verməsini yalandan vəd edib, etibarından sui-stifadə etməklə onu aldatmaqda davam etmiş və sonuncu tərəfindən onun “**********593460” nömrəli “Umico” plastik kart hesabına xx.xx.2022-ci il tarixdə ünvan 4, mənzil 126-da mobil tətbiq vasitəsilə köçürtdüyü 5000 manat pulu, həmçinin Zərərçəkmiş şəxs3 ünvan 6 ünvanında yerləşən H.Z.Tağıyev adına toxuculuq kombinatının həyətində X13 verməklə sonuncunun vasitəsi ilə ona göndərdiyi 10.000 manat pulu 02 oktyabr 2022ci il tarixdə ünvan 5 ünvanında yerləşən “015 Cars” avtosalonda aldıqdan sonra Sahib Baxşəliyevə mülkiyyətinə keçirəcəyini vəd etdiyi “Range Rover” markalı avtomobilin üzərində sərəncam vermək hüququ verən etibarnamə deyil, müvəqqəti idarə etmək üçün etibarnamə vermiş və həmin etibarnamə əsasında “Range Rover”markalı avtomobili Sahib Baxşəliyev bir neçə gün idarə etsə də, son nəticədə lombarda məxsus olduğuna görə həmin avtomobil Zərərçəkmiş şəxs3 alınmış, bununla da Zərərçəkmiş şəxs3 hər hansı avtomobil satmayaraq sonuncunun ümumilikdə 67000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs3 külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən və tamah niyyəti ilə, təkrarən, vahid niyyətlə əhatə olunmuş qəsdlə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə “015 Cars” avtosalonun onun tərəfindən işlədilməsi barədə məlumatlı və onunla birlikdə Siyəzən RPŞ-də işlədiyinə görə tanışlıq münasibətlərində olan Zərərçəkmiş şəxs4 2022-ci ilin yay aylarında 4 ədəd “Toyota Prius” markalı avtomobil almaq istədiyinə görə ona müraciət etdikdə Təqsirləndirilən şəxs gömrük rəsmiləşdirilməsi olmadan 20.000 manat mübabilində 4 ədəd “Toyota Prius” markalı avtomobil gətirə biləcəyini bildirərək həmin ilin avqust ayında ünvan 5 ünvanında yerləşən “015 CARS” avtosalonda Zərərçəkmiş şəxs4ovdan həmin avtomobillərin alınması üçün 20.000 manat aldıqdan bir neçə gün sonra cinayətkar əməlini davam etdirərək sonuncuya zəng edib yalandan təzə model “Kia K5” markalı avtomobil olduğunu, gömrük rəsmiləşdirməsi olmadan 20.000 dollara Gürcüstandan 10-15 gün ərzində gətirəcəyini bildirərək almasını təklif edib aldatmış, Zərərçəkmiş şəxs4 razılaşaraq onun təkidi ilə həmin gün 20.000 ABŞ dolları, manat məzənnəsi ilə 34000 manatı onun göndərdiyi Zahir Tağıyev adlı taksi sürücüsünə ünvan 7 ünvanının yaxınlığında 2022-ci il avqust ayında verərək taksi sürücüsünün vasitəsi ilə göndərdiyi pulu o, ünvan 5 ünvanında yerləşən “015 CARS” avtosalonda almış, bundan sonra, yəni təxminən 2022-ci il sentyabr ayında Zərərçəkmiş şəxs4 özünə “BMW F10” markalı avtomobil almaq istədiyini ona bildirdikdə, sonuncu gömrük xərci daxil olmadan 21.000 manata Gürcüstandan həmin avtomobili gətirə biləcəyini bildirmiş və bununla razılaşan Zərərçəkmiş şəxs4 təxminən 2022-ci il sentyabr ayının 10-dan 20-ə qədər olan tarixdə Nəsimi rayonu H.Seyidzadə küçəsi 5 saylı evin qarşısında 21.000 manat pulu alıb avtomobillərin gələcəyini yalandan vəd verib, sadəcə olaraq gecikdiyini bildirməklə Zərərçəkmiş şəxs4 aldatmaqda davam etmiş, daha sonra ona pulu avtomobillərin gətirilməsi üçün deyil, özünün başqa problemlərini həll etmək üçün almasını və hər hansı avtomobil isə almamasını bildirərək Zərərçəkmiş şəxs4 son nəticədə hər hansı avtomobil satmayaraq, ümumilikdə 75.000 (yetmiş beş min) manat pulu ələ keçirib Zərərçəkmiş şəxs4 külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən və tamah niyyəti ilə, təkrarən özgənin xeyli əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə ailəvi tanışları olan Zərərçəkmiş şəxs5 idarə etdiyi “Toyota Prius” markalı avtomobilini eyni markalı avtomobillə əvəz etmək üçün ondan “Toyota Prius” markalı avtomobilini gətirməsini xahiş etdikdə o, “Toyota Prius” markalı avtomobilin gömrük rəsmiləşdirilməsi olmadan qiymətinin 14.800 manat olmasını Zərərçəkmiş şəxs5 bildirərək və avtomobilin bir aya qədər gətirməyin mümkünlüyünə inandırmaqla aldadaraq etibarını qazanmış və bununla razılaşan Zərərçəkmiş şəxs5 ilə xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» ticarət mərkəzinin yaxınlığında, “Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında yolun kənarında görüşüb 14.800 manat pulu alaraq, Zərərçəkmiş şəxs5 təxminən bir aya qədər avtomobili gətirəcəyini vəd etsə də onu aldadaraq avtomobili gətirməmiş pulu isə qaytarmayaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, qəsdən və tamah niyyəti ilə, təkrarən özgənin xeyli əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qohumluq münasibətlərində olan Zərərçəkmiş şəxs6 2021-ci ilin mart-aprel aylarında Amerikadan “Toyota Prius” markalı avtomobil gətirməyi təklif edib aldadaraq, həmin avtomobilin alqsatqısında isə ən azı 3000 AZN xeyr götürməyin mümkünlüyünə sonuncunu yalandan inandıraraq razılaşdırıb Zərərçəkmiş şəxs6 X3 “Toyota Prius” markalı avtomobilin gətirilməsi üçün vahid niyyətlə 15 aprel 2021-ci il tarixdə Şabran rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən “Qayalı” marketdən 1080 AZN, 26 avqust 2021-ci il tarixdə Şabran rayonu H.Əliyev küçəsində yerləşən “Hədiyyələr mağazası”ndan 1400 AZN, 07 sentyabr 2021-ci il tarixdə Şabran rayonu R.Behbudov küçəsində yerləşən “Euro” marketdən 2000 AZN, 22 dekabr 2021-ci il tarixdə Şabran rayonu R.Behbudov küçəsində yerləşən “Euro market”dən 3000 AZN, 24 iyun 2022-ci il tarixdə Şabran rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elmir market”dən 5500 AZN pulu “Million” aparatlarından onun kart hesabına göndərmiş, bundan başqa, təxminən 2022-ci ilin iyun-iyul aylarında ünvan 5 ünvanında yerləşən onun işlətdiyi “Cars 015” avtosalonunda onun özünə 3000 manat və 2500 manat olmaqla iki dəfəyə cəmi 5500 manat nəğd olaraq, ümumilikdə isə ona 18480 manat pul versə də o, göstərilən məbləğdə pulu aldıqdan sonra ümumiyyətlə hər hansı bir avtomobil sifariş etmədiyi halda pulunu geri tələb edən Zərərçəkmiş şəxs6 müxtəlif bəhanələr uyduraraq, avtomobilin daşınması zamanı yolda, tranzitdə və sair gecikmələr olmasını bildirməklə aldatmaqda davam edərək müvəqqəti sakitləşdirməsi üçün aldığı puldan hissə hissə yalnız 6.800 manatını qaytarsa da, zərərçəkmiş şəxsin dəfələrlə tələb etməsinə baxmayaraq pulun qalan hissəsini-11680 manatını qaytarmayaraq Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxsn ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X5 tanıyır. Aralarında normal münasibətəəri vardır. Ədavətləri yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadıb onlardan əlli min manat pul aldığına görə özünü təqsirli bilir. Onun onlarla tanış olmaqda məqsədi onlara « Meresedes Panorama» markalı maşını satmaq ilə bağlı olub. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı əlli min manatını notarial qaydada onların özlərinə qaytarmışdır. O, heç kimi aldatmamışdır. O, sadəcə demişdir ki, işə qəbul ilə bağlı onlayn qaydada müraciət edin, o da müsahibədən keçməyinizə köməklik göstərə bilər. Ceyhundan işə qəbul ilə bağlı 35000 manat almışdır, notarial qaydada da qaytarmışdır. Həmin vaxt o, özü avtolsalon işlətmişdir. O, onların hər ikisini daxili işlər orqanlarına daxil olmağa köməklik etməklə bağlı söz vermişdir, lakin bu məqsədlə heç bir iş görməmişdir. Pərvin Şahkərimovdan nə qədər pul alıbsa, artıqlaması ilə qaytarmışdır. Sahib Baxşəliyevlə münasibəti yaxşı olub. Sahib ona əlli min manat pul verib, o da həmin puldan Sahibə on min manat qazanc vermişdir. Sahibdən pulu maşın alqı-satqısı ilə bağlı götürmüşdür. Zərərçəkmiş şəxs4lə ondan aldığı pulları qaytamaqla bağlı danışmağa çalışmışdır, lakin Yusif ona yaxın durmayıb. O, yetmiş beş min manat puldan Yusifə heç nə qaytarmamışdır. Zərərçəkmiş şəxs5 bacanağının qardaşının qeyrirəsmi yaşadığı qadındır. O, pulu Sitarənin özündən yox Telmandan almışdır, lakin onlara da götürdüyü puldan heçnə qaytarmamışdır. Özü əvvəllər Daxili İşlər Nazirliyində xidmət etmişdir. O, 10 yanvar 2023-cü ildə orqandan xaric olunmuşdur. Baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. O, zərərçəkmiş şəxslərdən götürdüyü pulları özünün avtomobil alqısatqısı bağlı ilə yaranan ehtiyacaları ilə əlaqədar alıb. O, bir ay ərzində 45-55 maşın satmışdır. Onun bir neçə maşınının üzərinə həbs qoyulub. «Range Roveri» lombardda olduğunu Sahib özü də bilirdi. “015” cars adlı avtosalonum 2020-ci ildə açılıb. Hal-hazırda həmin salonu bağlanıb, yerinə başqa avtosalon açmışdır. Yusifdən 21000 manatı torpaq alqı-satqısı ilə bağlı almışdır. Sitarəyə qaytarmalı olduğu pulu o, Telmandan hissə-hissə almışdır. Telman 6000 manatı kartdan onun kartıma ötürüb, 8500 manat pulu isə əlbəəl ona verib. O,Sitarənin pulunu hissə-hissə qaytarmaq istəmiş, lakin Sitarəgil pulu onlara hissə-hissə qaytarmağıma razı olmadı. Ümumi olaraq o, həmin puldan 7000 manat pul qaytarmışdır. Pərvin Şahkərimov onun özünün dayısı oğludur, bu vaxta kimi ona 8000 manat xeyir vermişdir. Pərvin ona avtomobil alqı-satqısında istifadə etməsi üçün faizə təxminən 14000 AZN pul vermişdir. O, Pərvinə xarici ölkədən avtomobil gətirmək və ya avtomobil almaq barədə vəd verməmişdir. Sitarənin ifadələri yalandır.O, dəfələrlə Telmana və Sitarəyə yardım etmişdir. O, 14800 manat pulu Sitarədən yox, Telmandan almışdır. Ona 8800 manat pulu Telman Sitarə avtomobildə olarkən vermişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadlərində göstərmişdir ki, 2004-cü ildən daxili işlər orqanlarında işləyir. Bir neçə rayon polis şöbələrində sahə rəisi, şəxsi heyət üzrə rəis köməkçisi və digər vəzifələrdə işləmişdir. 2017-ci ildən 2020-ci ilin avqust ayına qədər Şabran rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində, 2020-ci il avqust ayından 10 yanvar 2023-cü il tarixədək Siyəzən rayon polis şöbəsinin məsul növbətçisi vəzifəsində işləmişdir. Polis polkovnik-leytenantı xüsusi rütbəsində olmuşdur. X18 xaric olunmuşdur. Bununla yanaşı o, 5-6 ildir ki, avtomobil alqı-satqısı ilə də məşğul olmuşdur. Almaniya, Amerika, Gürcüstandan avtomobil gətirdib satmış və qazanc əldə etmişdir. Həmçinin ölkədə sərfəli qiymətə satılan avtomobillərdən də alıb satmışdır. Daxili işlər orqanında çalışdığı üçün əhatə dairəsi geniş olmuşdur. Avtomobil alqı-satqısı ilə məşğul olduğu üçün tanışları da onlar üçün avtomobil gətirməsini xahiş etmişlər. Bəzən əlində pulu olan şəxslər qazanc əldə etmək üçün müəyyən vəsaiti ona vermiş, o isə həmin vəsaitə avtomobil alaraq satışın da özü təşkil edib daha sonra pul verən şəxsə qazanc vermiş, həm də özü qazanc əldə etmişdir. Onun tərəfindən işlədilən “Cars 015” adlı avtosalon əvvəlcə təxminən 2020-ci ilin sonlarından 2021-ci ilin dekabr ayına qədər Binəqədi rayonu ərazisində X27 adına Milli Oftalmologiya Mərkəzi ilə üzbəüz yeni tikili binanın altında, sonra 2021-ci ilin dekabr ayından 2022-ci ilin təxminən iyul-avqust ayına qədər ünvan 8 ünvanında yerləşən “Yeganə” şadlıq sarayının altındakı obyektdə, daha sonra isə həmin vaxtdan təxminən 2022-ci ilin dekabr ayının ortalarına kimi sonuncu obyektin yaxınlığında, ünvan 9 ünvanında yerləşən obyektdə fəaliyyət göstərmişdir. Ülvi və Zərərçəkmiş şəxs2 qardaşlarının ondan etdiyi şikayət əsassızdır. Belə ki, Zərərçəkmiş şəxs1 əvvəllər iş yoldaşı olan Eminin vasitəsi ilə tanımışdır. Tanışlıq da təsadüfi olmuşdur. Yəni Emin onları hər hansı məqsədə görə tanış etməmişdir. Onun avtomobil alqı-satıqısı ilə məşğul olduğunu bilən Ceyhun metal rəngli panorama “Mercedes”ini yeni avtomobillə dəyişmək istədiyini bildirmiş, o da Ceyhuna məsləhətlər vermişdir. Onun məsləhəti ilə Ceyhun avtomobilini yeni avtomobilə dəyişmişdir. Bundan sonra münasibətləri yaranmışdır. Daha sonra Ceyhun polis orqanlarında işə düzəlmək istədiyini, kömək etməyini xahiş etmişdir. O, Ceyhuna DİN-in saytına daxil olub müraciət etməsini məsləhət bilmişdir. Həmçinin Ceyhuna xarici univerisitet bitirdiyi üçün diplomunu da təsdiqlətməsini bildirmişdir. Ceyhuna işə düzəlməklə bağlı bundan başqa heç bir köməlik etməmişdir. Ülvinin də polis olmaq istəyinin olduğunu biləndə ona da eyni qaydada məsləhətlər vermişdir. Onlara daxili işlər orqanında işləməyə köməklik edəcək şəxsin adının Saleh olmasını bilmişdir. Həmin şəxsi tanımamış, bu barədə ona əvvəllər daxili işlər orqanında işləmiş mərhum Solmaz demişdir. Hər iki qardaşa onların işi ilə bağlı Solmazdan öyrəndikləri barədə məlumat vermişdir. O, Ceyhun və atası Malikdən indiyə kimi ümumilikdə 49.000 AZN pulu borca almışdır. Borcu almaqda məqsədi əvvəllər işlətdiyi Göz Klinikası ilə üzbəüz olan avtosalona avtomobil alıb satmaqla qazanc əldə etmək olmuşdur. Ceyhun özü ona təklif etmişdir ki, əlində pul vardır və avtomobil satışı ilə qazanc əldə etmək istəyir. Buna görə də atası Maliklə təxminən 2018-ci ilin aprel-may aylarında Bakı şəhərində, Əcəmi metrostansiyası yaxınlığında görüşdükdə ona 10.000 ABŞ dollar pul vermişdir. O da 10.000 ABŞ dollarına 35-40 gün ərzində 1000 manat qazanc verə biləcəyini bildirmiş, Malik razılaşmışdır. Təxminən bir ay sonra Əcəmi metrostansiyası yaxınlığında Ülviyə 1000 manat qazanc vermişdir. 10.000 dollar isə növbəti dəfə iş görmək üçün onda qalmışdır. Bundan sonrakı vaxtlarda ümumilikdə 49.000 manat pulu Ceyhun və Malikdən ayır-ayrı vaxtlarda iş görmək, yəni avtomobil alqı-satqısı üçün almışdır. Lakin, iş gördüyü, yəni avtomobil alıb-satmaqda ona köməklik edən Müşfiq adlı Gürcüstan vətəndaşı iş görmək üçün verdiyi 135.000 dollar və 22.500 manat pulu hələ də ona qaytarmamışdır. Buna görə də Malik və Ceyhunun pullarını verə bilməmişdir. 49.000 manatdan 4000 manatını Ülviyə qaytarmışdır. O, işə düzəltmək adı ilə Ceyhun, Ülvi və Malikdən pul almamışdır. Zərərçəkmiş şəxs4 2019-cu ildə Siyəzən RPŞ-nin CAB-da baş əməliyyat müvəkkili işləmişdir. O da həmin vaxtı şöbənin məsul növbətçisi vəzifəsində olmuşdur. Yusif onun avtomobil alqı-satqısı ilə məşğul olmasını bilmişdir. 2020-ci ildən müxtəlif vaxtlarda avtomobil alqı-satqısından qazanc əldə etmək üçün müxtəlif məbləğlərdə Yusif ona borca pul vermiş və qazanc da əldə etmişdir. Müştərilərdən sifariş əsasında xarici ölkələrdən avtomobillərin gətirilməsi üçün ilkin olaraq avtomobilin qiymətinə uyğun olaraq müxtəlif məbləğlərə ehtiyac yaranmış, avtomobil gömrüyə daxil olduqda sənədləşmə işi aparıldıqda müştəri avtomobilin pulunu ödəmişdir. Bu şəkildə təxminən 30-40 ədəd avtomobili qeyd etdiyi ölkələrdən gətirib satıb Yusiflə qazanc əldə etmişlər. Yaxud da yerli bazarda satışa sərfəli avtomobil düşmüş, o bu barədə Yusifə məlumat vermiş, ondan müxtəlif məbləğlərdə borca pul alıb avtomobili alıb satdıqdan sonra Yusifə qazanc vermiş, həm də özü qazanc əldə etmişdir. Müştərini o tapsa da avtomobili Yusifin pulu ilə almışdır. Daxili bazardan təxminən 30-a yaxın avtomobili Yusifin pulu ilə alıb satıb qazanc əldə etmişlər. Yusifdən bir dəfə 50000 AZN borca pul alıb 55000 AZN, “Mitsubishi Outlander” markalı avtomobil üçün 6300 AZN alıb, 7400 AZN, “Opel Course” avtomobili üçün 4500 AZN alıb, 5200 AZN qaytarmışdır. Dayısı oğlu üçün “Kia Rio” gətirib 700 AZN, “Hundai Accent markalı avtomobili Yusifin qohumu üçün gətirib 850 AZN sonuncuya xeyr vermişdir. “Lexus Grand 470” markalı avtomobili almaq üçün 24000 AZN borc alıb daha sonra satıb həm borcunu, həm də 1800 AZN Yusifə xeyr vermişdir. “Kia Cerato" markalı avtomobili almaq üçün Yusifdən 11600 AZN borc alıb daha sonra satıb həm ona olan borcunu, həm də 700 AZN xeyr vermişdir. Digər avtomobillər isə xatırlamamışdır. 2022-ci il sentyabr ayında, tarixi dəqiq xatırlamadığı vaxtda Yusif sonuncu dəfə 20000 manat pulu Yeganə şadlıq sarayının yaxınlığında işlətdiyi “015 Cars” avtosalonda ona vermişdir. Həmin pulu makler tanışı olan İntiqam üçün götürmüşdür ki, sonuncu torpaq satıb qazanc əldə etsin və ona xeyrini versin. O, pulu Yusifdən alıb İntiqama vermişdir. Yusifdən pulu alanda ona üstü örtülü şəkildə “xeyrli iş var pulu qaytaranda sənə 1000 AZN pul qaytaracam” demişdir. Və elədə olmuş, İntiqam ona 2000 manat xeyrlə 22.000 manat qaytarmışdır. Lakin həmin vaxt başqa şəxslərə də borc kimi verəcəyi olduğu üçün həmin pulu borcu olan şəxslərə vermişdir. Yusifin həm torpaq alqı-satqısı, həm də maşın alqı- satqısı ilə qazanc əldə etmək üçün verdiyi və ona qaytarmadığı pul vəasiti təxminən 68.000-72.000 manat arasıdır. Yusiflə birlikdə aldıqları “Hundai Sonata” və “Passat” markalı avtomobilləri Yusif sonuncu dəfə 2022-ci ilin noyabr ayında avtosalondan götürərək aparmışdır. Zərərçəkmiş şəxs5 hər hansı məbləğdə borca və ya avtomobil gətirmək adı ilə pul almamışdır. Sitarə bacanağı Abbasın qardaşı Telmanın qeyri-rəsmi yaşadığı şəxsdir. Telman təxminən xx.xx.2022-ci il tarixdə 6000 manat pulu avtomobil satışında qazanc əldə etmək üçün Sitarə vasitəsilə ona göndərmiş və Lökbatan tərəfdə, “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında Sitarə həmin məbləği ona vermişdir. Həmin vaxt qiyməti əlverişli olan başqa avtomobillər üçün də sifarişlər verildiyi üçün Telmana bir az da pula ehtiyac olmasını bildirmiş, Telman da xx.xx.2022-ci il tarixdə özü avtosalonda 8800 manat pulu ona vermişdir. Ümumilikdə ona verilmiş 14800 AZN pul Telmana məxsus olmuşdur. Dəfələrlə Telmandan müxtəlif məbləğlərdə faizə pul götürüb qaytarmışdır. Çox vaxt da həmin pulları Sitarə gətirmişdir. Zərərçəkmiş şəxs3 ilə 3 ildir ki tanışdır. Sahib müxtəlif vaxtlarda ona həm faizə pul vermiş, həm də avtomobil satıb ona xeyir verməsi üçün borca pul vermişdir. Sahibdən aldığı və ona olan borcu 46.000 manatdır. Faizi ilə birlikdə isə 65000 manatdır. Sahibdən avtomobil gətirmək və ya satmaq adı ilə heç vaxt pul almamışdır. Zərərçəkmiş şəxs6 qohumudur, ona avtomobil alqı-satqısında istifadə etməsi üçün faizə təxminən 14000 AZN pul vermişdir. O da Pərvinə aylıq 600-800 AZN pul vermişdir. Beləliklə əsas borcdan Pərvinə 3000 AZN pul geri qaytarmışdır. Onun hazırda Pərvinə 11000 AZN borcu vardır. Pərvinə xarici ölkədən avtomobil gətirmək və ya avtomobil almaq barədə vəd verməmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tanıyır, Zərərçəkmiş şəxs2 qardaşıdır. Təqsirləndirilən şəxs ədavəti və ya yaxınlığı yoxdur. Səbuhi onları polisə işə düzəltmək üçün ümumilikdə 50000 manat pul almışdır. Təqsirləndirilən şəxs Səbuhi onu və qardaşı X37 Nazirliyində işə düzəltməli idi. Səbuhinin atası 20000 manat pulu onlara vemək üçün depozitə qoymuşdur. Ona 14000 manat pul geri qaytarılmışdır. Təqsirləndirilən şəxsdən şikayəti və ya tələbi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, o və qardaşı Zərərçəkmiş şəxs2 işə düzəlmək, xüsusilə də polis orqanlarında işləmək istəmişlər. Bacanağı Emin əvvəllər polis orqanında işlədiyi üçün Siyəzən rayon polis şöbəsinin növbətçi hissəsində işləyən tanışı, polis polkovnik-leytenantı Təqsirləndirilən şəxs işə düzəlməkdə onlara köməklik edə biləcəyini demiş və onları 2018-ci ilin avqust ayında tanış etmişdir. Həmin dövrdə o, hərbi xidmətə getmədiyi üçün işə düzəlmək fikiri olmamışdır. Səbuhi ilə tanışlıqda əsas məqsəd əvvəlcə qardaşı Ceyhunu işə düzəltmək olmuşdur. Buna görə də atası 2019-cu ilin əvvəllərində Şabran rayonunda Səbuhi ilə görüşüb qardaşını polis orqanlarına işə düzəltmək üçün sonuncuya 10.000 ABŞ dolları, yerli məzənnə ilə 17.000 manat pul vermişdir. Həmin pulun qarşılığında Səbuhi qardaşı Ceyhunu Şabran rayon polis şöbəsində sahə rəisi ya da əməliyyat müvəkkili vəzifəsinə işə düzəltməli olmuşdur. İlkin razılaşmada Səbuhi qardaşının işə düzəldilməsi üçün ümumilikdə 35.000 manat istəmişdir. Bundan təxminən 4 ay sonra qardaşı Ceyhun Səbuhi ilə Bakı şəhərində dəqiq xatırlamadığı yerdə görüşüb ona işə düzəlməyi üçün əlavə 15.000 manat pul vermişdir. Bundan təxminən 1 ay sonra Ceyhun 3.000 manat pulu Səbuhiyə vermiş və beləliklə ilkin razılaşmada olduğu kimi ümumilikdə Ceyhunun işə düzəlməsi üçün 35.000 manat pul Səbuhiyə verilmişdir. 2020-ci il aprel ayında o, hərbi xidmətdən gəlmiş və iş tapa bilmədiyi üçün polis orqanlarına işə düzəlmək istəmişdir. Buna görə də 2020-ci ilin avqust ayında Səbuhi ilə danışdıqda sonuncunun dediyinə görə onu “Zabrat qayısına”, yəni tam adı ilə “Baş Dövlət Yol Polis İdarsinə bilavasitə tabe olan müayinə mərkəzinə” polis nəfəri kimi işə düzəldə biləcəyini demiş və bunun qarşılığında 10.000 manat pul istəmişdir. Təxminən həmin ilin avqust ayının sonlarında Əcəmi metrostansiyası yaxınlığında Səbuhi ilə görüşüb 10.000 manat pulu təklikdə ona vermişdir. Lakin, bir müddət keçsə də Səbuhi onu işə düzəldə bilməmişdir. O, pulunu geri istədikdə Səbuhi onu Siyəzən polis şöbəsinə polis nəfəri vəzifəsinə işə düzəldə biləcəyini demiş və əlavə 4000 manat pul istəmişdir. O da razılaşıb 4000 manat pulu yenə də Əcəmi metrostansiyası yaxınlığında Səbuhiyə vermişdir. Bundan sonra Səbuhi 1000 manat da istədikdə həmin 1000 manat pulu qardaşı Ceyhun vasitəsilə ona göndərmişdir. Lakin Səbuhi yenə də işini yubatmış, hər dəfə bir bəhanə gətirmişdir. Buna görə də Səbuhidən pulunu geri istəmişdir. Səbuhi onun ümumilikdə 4000 manatını geri qaytarmışdır. Lakin ona məxsus 11.000 manat və qardaşına məxsus 35.000 manat pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tanıyır. Mikayıllı Ülvü onun qardaşıdır. Təqsirləndirilən şəxs ilə ədavəti və yaxınlığıı yoxdur. O və qardaşı Zərərçəkmiş şəxs1 ipolis orqanlarında işləmək qərarına gəlmişlər. Buna görə Səbuhiyə müraciət etmişlər. Səbuhi də onları işə düzəltməyə söz verərək, qarşılığında onlardan pul götürmüşdür. Pulu götürəndən sonra hər dəfə müxtəlif bəhanələrlə onları işə düzəldəcəyini, bir az yubandığını deyə-deyə onları aldadıb vədinə əməl etmədi. Onlar sonradan Səbuhinin onları işə düzəldə bilmədiyini gördükdə pullarını ondan geri istəmişlər. Ümumilikdə Təqsirləndirilən şəxs işə düzəlmə üçün 35.000 manat pul vermişdir. Pulun 20000 manatı depozit mərkəzindədir, yəni hesbındadır, həmin məbələğin ona qaytarılmasından başqa tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrində göstərmişdir ki, Ukraynanın Xarkov şəhərində yerləşən Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsini bitirmişdir. Diplomu da Təhsil Nazirliyi tərəfindən təsdiqlənmişdir. İndiyə kimi də heç bir yerdə işləməmişdir. O, polis orqanlarında işləmək istəmişdir. Ülvinin bacanağı Emin əvvəllər polis orqanında işlədiyi üçün Siyəzən Polis şöbəsinin növbətçi hissəsinin rəisi vəzifəsində işləyən tanışı, polis polkovnik-leytenantı Səbuhi Sadıqovun işə düzəlməkdə onlara köməklik edə biləcəyini demiş və həmin şəxslə onları 2018-ci ilin avqust ayında tanış etmişdir. Buna görə də atası 2019-cu ilin əvvəllərində Şabran rayonunda Səbuhi ilə görüşüb onu polis orqanlarına işə düzəltmək üçün 10.000 ABŞ dolları, yerli məzənnə ilə 17.000 manat pul vermişdir. Həmin pulun qarşılığında Səbuhi onu Şabran rayon polis şöbəsində sahə rəisi, ya da ki əməliyyat müvəkkili vəzifəsinə işə düzəltməli olmuşdur. İlkin razılaşmada Səbuhi onun işə düzəlməsi üçün ümumilikdə 35.000 manat istəmişdir. Bundan təxminən 4 ay sonra, yəni 2019-cu ilin aprel-may aylarında o, Səbuhi ilə Bakı şəhərində Əcəmi metrostansiyasının yaxınlığında görüşüb ona işə düzəlməsi üçün əlavə 15.000 manat pul vermişdir. Həmin vaxt o, şəxsiyyət vəsiqəsini, hərbi biletini, diplomunu və digər sənədləri Səbuhiyə vermişdir. 2019-cu il iyun ayında isə Səbuhi ilə ünvan 10 ünvanının yanında küçədə görüşərək 3.000 manat pulu Səbuhiyə vermiş və beləliklə ilkin razılaşmada olduğu kimi ümumilikdə onun işə düzəldilməsi üçün 35.000 manat pulu vermiş olmuşdur. Lakin, Səbuhi indiyədək vədinə əməl etməmiş və onu müxtəlif bəhanələrlə aldatmışdır. Hər dəfə işin nə yerdə olduğunu dedikdə bugün ya sabah düzələcəyini bildirmiş və diplomunu istəmişdir. Onun diplomunun təsdiq olunması isə 2022-ci ilin mart ayında olmuşdur. O, diplomu təsdiq olunan kimi 2022-ci il mart ayında diplomunu Yeganə şadlıq sarayının yaxınlığında Səbuhiyə vermişdir. Lakin, yenə də Səbuhi onu yubadaraq bugün-sabah qəbul olacağını demiş və indiyə kimi vədinə əməl etməmişdir. Bundan əlavə qardaşı Ülvi 2020-ci ilin aprel ayında hərbi xidmətdən gəlmiş, o da polis orqanlarına işə düzəlmək istəmişdir. Buna görə də Ülvi Səbuhi ilə danışmışdır. Səbuhi Ülviyə onu Bakı şəhərində, “Zabrat qayısına” polis nəfəri vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. Buna görə də Səbuhi Ülvidən əvvəlcə 10.000 manat pul istəmişdir. Ülvi də 2020-ci il avqust ayında Səbuhiyə 10.000 manat pul vermiş, lakin onu işə düzəldə bilməmiş və qardaşı pulu istədikdə onu Bakı şəhərinə yox, Siyəzən polis şöbəsinə işə düzəldəcəyini bildirərək əlavə olaraq pul istəmişdir. Belə ki, Ülvi 2021-ci ilin iyul ayında Səbuhiyə 4000 manat vermişdir. Bundan sonra Səbuhi daha 1000 manat da istədiyi üçün qardaşı əvəzinə o, 2021-ci ilin iyul-avqust ayında 1000 manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 28 Mall ticarət mərkəzində “milliön” aparatı ilə Səbuhinin ona şəklini göndərdiyi və üzərində “MR.ANAR MAMMADOV” yazılmış **********669040 nömrəli “Kapital Bank” plastik kartına köçürtmüşdür. Bundan sonra ona hər hansı məbləğdə pul verməmişlər. Bundan sonrakı vaxtlarda onlar dəfələrlə qardaşı və onun işi barədə Səbuhidən maraqlandıqda hər dəfə müxtəlif bəhanələrlə onları işə düzəldəcəyini, biraz yubandığını demişdir. Səbuhinin onları işə düzəldə bilmədiyini gördükdə pullarını ondan istəmişlər. Lakin, Səbuhi indiyə kimi qardaşı Ülvi üçün ona verilmiş 15.000 manatdan 4000 manatını qaytarmışdır. Şahid X6 ifadələrində göstərdi ki, özü kiçik sahibkarlıqla məşğuldur. Mərmər sexi işlədir. Qarabağ uğrunda gedən müharibənin iştirakçısıdır. Onun yaxın dostu vasitəsilə təqsirləndirilən şəxs Sadıxov Sübhanla tanış olmuşdur. İlk dəfə o, Sübhanı onun üçmərtəbəli villasının yanında görmüşdür. Səbuhinin evi ilə bağlı nə ləvazimat lazım olubsa, o da ona vermişdir. Səbuhinin həm savadlı olması, həm X20 əməkdaşı olması onun içində ona qarşı inam hissi yaratmışdır. Bir müddət sonra Səbuhi ondan maşın alqısatqısı ilə bağlı 5000 manat pul istədi. O da ona köməklik göstərmişdir. Ardınca işi ilə bağlı 10000 manat pul istədi, o, yenə də ona bu pulu vermişdir. Bir müddət keçdikdən sonra Səbuhi ona qazanc kimi 1000 manat pul verdi, lakin 15000 manatdan ona heç nə qaytarmadı. Özünün maşına ehtiyacı yaranmışdır, özünə maşın almaq istəmişdir. O, Sübhana maşınla bağlı əlavə 15000 manat pul vermihdir, lakin Səbuhi maşın gətirmədi. O da artıq Sübhandan şübhələnib onunla söhbət etməyə getmişdir. Həmin vaxt Sübhan ona “Range Rover” markalı maşının açarlarını verərək, etibranaməni sonra verəcəyini dedi. O, sonradan maşının üzərinə həbs qoyulduqdan bilmişdir. Bundan sonra da o, Səbuhinin ona verliyi maşını ancaq idarə etmək üçün etibarnamə verdiyini bilmişdir. İbtidai istintaq dövründə Səbuhi onunla şikayətini geri götürməsi barəsində uzun müddət danışıqlar aparmışdır, lakin o, razılaşmamışdır. O, Səbuhidən şikayətçidir. Heç olmasa ona verdiyi pullarınının yarısını ona geri qaytarsın. Onunla Səbuhi arasından faiz söhbəti olmayıb. Səbuhiyə ardıcıllıqla 5000 manat, 10000 manat, 10000 dollar, 20000 manat, 15000 manat pul vermişdir. Səbuhi həmin məbləğdən ona cəmi 7000 manat pul qaytarıb. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadələrində göstərmişdir ki, 2022-ci ildə Səbuhi ona təklif etmişdir ki, pul ver sərfəli qiymətə avtomobili ABŞ-dan gətizdirib Bakıda daha baha qiymətə sataq. O da 30.000 ABŞ dollar dəyəri olan “Range Rover” markalı avtomobili gətizdirməyi Səbuhi ilə razılaşmışdır. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə ünvan 11 ünvanının yaxınlığında, FHN-in idarəsinin qarşısında, küçədə Səbuhiyə oğlu Altayla birlikdə 10.000 ABŞ dolları vermişdir. Səbuhi də ona 2-3 aya avtomobilin Bakıda olacağını söz vermişdir. Bundan bir neçə gün sonra Səbuhi onu Binəqədi rayonu ərazisində yerləşən evinə aparmış və orada olan həyət evini göstərərək satmaq istədiyini, lakin evin sənədlərini qaydasına qoymalı olduğunu bildirmişdir. Bundan əlavə ondan evin sənədləşməsini yoluna qoymaq üçün 15.000 manat borc pul istəmiş, nəticədə o, 09.07.22ci il tarixdə 15000 AZN pulu Binəqədi rayonu ərazisində, həmin evin yaxınlığında Səbuhiyə vermişdir. Həmin vaxt Səbuhi və ondan başqa heç kim olmamışdır. Həmin ərəfələrdə Səbuhi avtomobilin artıq yolda olduğunu yaxın günlərdə çatacağını bildirmişdir. 24.08.22-ci il tarixdə Səbuhi ona zəng edərək artıq avtomobilin Bakı şəhərinə çatdığını və “Meyvəli” adlanan gömrük postunda olduğunu bildirmişdir. 25.08.22-ci il tarixdə Səbuhinin işlətdiyi “Cars 015” avtosalonuna getmiş, orada Səbuhi ondan avtomobilin gömrük rüsumu adı altında 20.000 AZN almış və özü gedib avtomobilin bütün sənədləşmə prosesini həll edib avtomobili gətirəcəyini bildirmişdir. Həmin vaxt pulu Səbuhinin avtosalonda olan otağında oğlu Altayın iştirakı ilə ona vermişdir. Həmin gün axşam Səbuhi telefonda sənədləşmənin sabaha qalmasını bildirmişdir. Həmin gündən etibarən Səbuhi muxtəlif bəhanələrlə vaxt uzadaraq avtomobili gətirməmişdir. Bu andan etibarən aldadıldığını başa düşmüş və pulunu tələb etməyə başlamışdır. Səbuhi “Range Rover” markalı avtomobilin hansısa problem səbəbindən gəlmədiyini, bunun əvəzində “Kia Optima” markalı və “Hyundai Elantra” markalı avtomobil gətirtdiyini və “Range Rover” markalı avtomobilin qarşılığında həmin avtomobilləri ona verəcəyini bildirmişdir. Bundan 1 həftə sonra Səbuhi avtomobillərin gəldiyini bildirdiyi üçün o, oğlu və Səbuhi “Meyvəli” gömrük postuna getmişlər. Orada Səbuhi avtomobil növbəsinin çox olduğunu bildirdikdə o, artıq oranı tərk etmiş, lakin oğlu Səbuhi ilə orada qalmışdır. Bir neçə saat sonra oğlu zəng edərək Səbuhinin getdiyini bildirmiş və avtomobillərin guya 1-ci terminal 38-39-cu sıralarda olmasını Səbuhinin ona dediyini bildirmişdir. O, tanışı vasitəsilə Altayı terminala buraxdırmış, lakin nə 1-ci, nə də 2-ci terminalda avtomobillərin olmadığını müəyyən etmişlər. Bu andan başa düşmüşdür ki, Səbuhi etibarından sui-istifadə edərək ona qarşı dələdəduzluq etmişdir. Bundan sonra intensiv şəkildə pulunu tələb etməyə başlamış və ondan şikayət edəcəyini bildirmişdir. Belə olanda Səbuhi şikayət etməməsini xahiş edərək ona “**-SP-***” dövlət qeydiyyat nişanlı, ən azı 30000 AZN dəyəri olan “Range Rover” model avtomobili 15000 AZN qarşılığında adına keçirtməklə ona verməsini, qalan 15.000 AZN-i isə ona olan borcundan silməsini təklif etmişdir. O da razılaşaraq 10.000 AZN-i işlədiyi ünvan 6 ünvanında yerləşən H.Z.Tağıyev adına toxuculuq kombinatının həyətində Səbuhinin göndərdiyi Mənsur adlı şəxsə vermişdir. 5.000 manatı isə Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən yaşadığı mənzildə “Kapital” bankda olan hesabından mobil telelfon vasitəsilə Təqsirləndirilən şəxs ona bildirdiyi hesaba köçürtmüşdür. Bundan sonra Səbuhi ona həmin avtomobil üçün verməli olduğu baş etibarnaməni muxtəlif bəhanələrlə uzatmışdır. Nəhayət sonda ona BDYPİ-yə gedib avtomobili adına keçirtməsini, etibarnamənin artıq ora təqdim edilməsini bildirmişdir. O, BDYPİ-də olan zaman ona bildirilmişdir ki, Səbuhi ona baş etibarnamə deyil, istifadə üçün olan etibarnamə vermişdir. O, Səbuhi ilə danışdıqda sonuncu bildirmişdir ki, “guya anlaşılmazlıq olub, baş etibarnamə verəcəyik”. Bundan sonra o, 20 gün müddətində avtomobili idarə etmiş, lakin, baş etibarnamə ala bilməmişdir. 21.10.22-ci il tarixdə yolda olarkən YPX əməkdaşları avtomobilini saxlatdırıb sənədlərini yoxlayıb avtomobilin idarə olunması üçün etibarnaməsinin olmadığını bildirmiş, o, etiraz etdikdə adına olan etibarnamənin ləğv edilməsi bildirilmiş və avtomobili cərimə meydançasına aparılmışdır. Həmin gün Mənsur və Rəvan adlı şəxslər ona zəng edərək, avtomobilin onların işlətdiyi Lombard şirkətinə məxsus olduğunu əsas gətirərək avtomobilin açarını və sənədlərini istəmişlər. O isə avtomobili pul verib aldığını və bu problemi gedib Səbuhi ilə həll etməli olduqlarını bildirmişdir. Bundan sonra dəfələrlə Səbuhi ilə əlaqə saxlasa da pulunu geri ala bilməmişdir. Hansı ki, həmin pulu ünvan 12 ünvanda yerləşən mənzilini “ACCESS” banka girov qoyaraq götürmüş, həmin borcu çox böyük əziyyətlə bağlamışdır. Əvvəlki ifadəsində bəzi xüsusatları düzgün deməmişdir. Belə ki, hadisənin üzərindən müəyyən vaxt keçdiyi üçün tarixləri dəqiq xatırlamamışdır. Lakin mobil teleflonunda Səbuhi ilə yazışmalarına baxdıqda başa düşmüşdür ki, Səbuhi xx.xx.2022-ci il tarixdə axşam saatlarında Range Rover markalı avtomobili onun adına keçirtmək üçün 15.000 manatı istədikdə ona 5000 manatı karta göndərə biləcəyini demiş, o da “problem yoxdu, göndər qalanı da sonra həll edərik” demişdir. O, pulu Səbuhinin kartına göndərmişdir. Hətta düşünmüşdür ki, etibarnaməni versə 10.000 manatı ona verməsin, Səbuhinin ona verəcəyi puldan çıxsın. Lakin, Səbuhi sonradan zəng edib 10.000 manatı da istəmiş və əgər 15.000 manatı Range Roverin sahibinə tam verməsə maşını verməyəcəyini bildirmişdir. O da razılaşmış və xx.xx.2022-ci il tarixdə 10.000 manat pulu işlədiyi ünvan 6 ünvanında yerləşən H.Z.Tağıyev adına toxuculuq kombinatının həyətində günorta saatlarında Səbuhinin göndərdiyi Mənsur adlı şəxsə vermişdir. Zərərçəkmiş şəxs4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu üç ildir ki tanıyır. Özü də daxili işlər orqanlarında işləyir. Səbuhi ona ümumilikdə 75.000 manat zərər vurmuşdur. Səbuhi ona ümumi dəyəri 20.000 manat dörd ədəd “Toyota Prius” markalı avtomobil, dəyəri 20.000 dollar olan bir ədəd “Kia K5” markalı avtomobil, dəyəri 21.000 manat olan bir ədəd “BMW F10” markalı avtomobili mənim üçün gətirəcəyinə Səbuhi söz veriib həmin pulu ondan almışdır, lakin heç bir maşın gətirmədi. O, Səbuhidən pulunun geri qaytarılmasını tələb edir. Gətirilməsi sözü gedən maşınlardan ikisini öz istifadəsi üçün, digər dördünü isə işlətmək üçün almaq istəmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istsisntaq zamanı verdiyi ifadələrini təsdiq edir. Həmin ifadələrinə istinad edilməsini xahiş edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021ci il tarixə qədər Siyəzən RPŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi dövrdə həmin şöbənin məsul növbətçisi Təqsirləndirilən şəxsla tanış olmuşdur. Münasibətləri həmin vaxtdan yaranmışdır. Səbuhi polis əməkdaşı olmaqla yanaşı avtomobil ticarəti ilə məşğul olmuşdur. Təxminən 2022-ci ilin yay aylarında Səbuhiyə 4 ədəd “Toyota Prius” markalı avtomobil almaq istədiyini demişdir. Həmin avtomobilləri tanışı Rəşad almaq istəmişdir. Sadəcə olaraq Səbuhiyə etibar etmədiyi, o isə Səbuhiyə etibar etdiyi üçün həmin avtomobilləri aldıqdan sonra Rəşada verməli olmuşdur. İstifadəsində olan ***-***-**- ** mobil nömrəsi ilə Səbuhinin ***-***-**-**; və ***-***-**-** mobil nömrələri ilə əlaqə saxlayıb avtomobil gətirə bilib-bilməyəcəyini soruşmuşdur. Səbuhi isə xəbər edəcəyini demişdir. Bir neçə gün sonra Səbuhi ona zəng edib 4 ədəd “Prius” markalı avtomobil üçün 20.000 manat qiymət demişdir. Avtomobilin gömrük rəsmiləşdirilməsi həmin qiymətə daxil olmamışdır. O da 2022-ci il avqust ayında özünə məxsus 20.000 manat pulu Səbuhinin işlətdiyi və “Yeganə” şadlıq sarayının yanında olan “015 CARS” avtosalonda 4 ədəd “Toyota Prius” markalı avtomobil alması üçün Səbuhiyə təklikdə vermişdir. Bundan bir neçə gün sonra Səbuhi zəng edib əlində təzə model “Kia K5” markalı avtomobil olduğunu, gömrük rəsmiləşdirməsi olmadan 20.000 dollara Gürcüstandan gətirəcəyini, almaq istəyibistəmədiyini soruşmuşdur. O da atası üçün avtomobil almaq istədiyindən razılaşmışdır. Səbuhi avtomobili almaq istədiyi təqdirdə pulu həmin gün verməli olduğunu demişdir. O, özünə məxsus 20.000 dollar pulu Səbuhinin göndərdiyi Zahir adlı taksi sürücüsünə yaşadığı evin yaxınlığında vermişdir. Tarixi dəqiq xatırlamamış, 2022-ci ilin avqust ayı olmuşdur. Səbuhi dediyinə görə həmin maşınlar 15-20 gün ərzində gəlməli olmuşdur. Bu müddət ərzində təxminən 2022-ci il sentyabr ayında o, özünə “BMW F10” markalı avtomobil almaq istəyi ilə Səbuhiyə müraciət etmişdir. Səbuhi gömrük xərci olmadan 21.000 manata Gürcüstandan həmin avtomobili gətirə biləcəyini demiş, o da razılaşmış və 21.000 manat pulu 2022-ci il sentyabr ayının ortaları, təxminən ayın 10-dan 20-ə qədər olan tarixdə Nəsimi rayonu H.Seyidzadə küçəsində Səbuhinin atasının yaşadığı evin qarşısında atası Rabilin iştirakı ilə özünə vermişdir. Təxminən 15-20 gün gözləsə də Səbuhidən bir xəbər çıxmamışdır. O, bununla bağlı Səbuhidən soruşanda avtomobillərin gələcəyini, sadəcə olaraq gecikdiyini demişdir. Lakin, sonradan özü ona “başqa problemlərimi həll etmək üçün səndən pulu almışam və hər hansı maşın almamışam, lakin pulunu qaytaracam” demişdir. Lakin Səbuhi ona verdiyi ümumilikdə 75.000 manat pulu qaytarmamışdır.» Zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tanıyır. Təqsirləndirilən şəxs Rəbail oğlunu bir neçə il əvvəl avtomobil almaq məqsədilə əlaqə saxlayan zaman avtomobil alveri ilə məşğul olan bir şəxs kimi tanımışdır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs Rəbail oğlu ondan avtomobil gətirmək adı ilə 14800 manat pulu almışdır, lakin nə maşın gətirməmiş, nə də həmin pulu geri qaytarmışdır. Hadisə 2022-ci ilin sentyabr ayında baş vermişdir. Səbuhi ona avtomobil gətirəcəyini bildirib bu məqsədlə ondan pul almışdır. Təqsirləndirilən şəxs Rəbail oğluna pulu o. «Sədərək» Ticarət Mərkəzi yolunun üzərində yerləşən “Lukoil” yanacaq məntəqəsinin yanında vermişdir. Səbuhi ona “Prius” markalı avtomobil gətirməli idi, lakin gətirmədi. Bundan sonra o, Səbuhidən pulunu geri qaytarmasını tələb etmişdir. Səbuhinin qardaşı onunla dəfələrlə əlaqə saxlayaraq görüşmək istədiyini desə də o, etiraz edib onunla görüşməmişdir. Təqsirləndirilən şəxs Səbuhidən tələbi odur ki, pulunu geri qaytarsın. Səbuhi dəfələrlə onu öldürməklə hədələmişdir. O, Səbuhinin onu hədələməsinə dair polisə müraciət etmişdir. Səbuhi ondan aldığı pulun əvəzinə onun kreditini hissə-hissə ödəmək istəsə də, o, buna etiraz etmişdir. Özünün avtomobillərlə bağlı çox anlayışı yoxdur. O, sadəcə Səbuhinin ona alacağı avtomobilin “Prius” markalı avtomobil olduğunu bilmişdir. O, “Prius” markalı avtomobillərin bazar qiymətini bilmir. O,“Prius” markalı avtomobili sürmək üçün almaq istəmişdir. İstintaq zamanı verdiyi ifadələrini təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadələrində göstərmişdir: Təqsirləndirilən şəxs ailəvi tanıdığı şəxs olmuşdur. Səbuhi Siyəzən polis şöbəsində işləmişdir. Bundan başqa Səbuhi avtomobil satışı ilə məşğul olmuşdur. O, özünə “Toyota Prius” markalı avtomobil almaq istəmişdir. Həmin vaxt idarəsində “Toyota Prius C” markalı avtobili olmuşdur. Avtomobilini yeniləmək üçün tanışı Səbuhi ilə əlaqə saxladıqda xaricdən avtomobil gətirə biləcəyini demişdir. Bir müddət sonra Səbuhi onunla əlaqə saxlayıb “Toyota Prius” markalı avtomobil olması və gömrük rəsmiləşdirilməsi olmadan qiymətinin 14.800 manat olmasını, bir aya qədər gətirməyin mümkünlüyünü bildirmişdir. O da razılaşmış və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Səbuhi Sədərək ticarət mərkəzinin yaxınlığında, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yolun kənarında görüşmüş və Səbuhi onun avtomobilinə əyləşmişdir. Avtomobildə olarkən 14.800 manat pulu 500 mantlıq, 100 manatlıq, eləcə də dollar valyutası ilə olan əskinazlarla ümumilikdə 14.800 manat pulu Səbuhiyə vermişdir. Səbuhi təxminən bir aya qədər avtomobili gətirəcəyini bildirmiş və avtomobildən düşüb getmişdir. Bir ay keçsə də Səbuhi avtomobili gətirməmişdir. Bundan sonra Səbuhi müxtəlif bəhanələrlə avtomobili bugün, sabah gətirəcəyini bildirmiş, lakin, vədinə əməl etməmiş, nə də pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tanıyır. Səbuhi ondan iki il əvvəl 11200 manat pul almışdır, lakin həmin pulu geri ödəmədi. O, təqsirləndirilən şəxsdən həmin pulu istəmir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Səbuhi ona 6800 manat pulu qaytarmışdır. Ondan şikayəti və ya tələbi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğludur. O, özü üçün ev tikmiş, əlində də bir miqdar pul olmuşdur. Həmin ərəfədə, yəni təxminən 2021-ci ilin mart-aprel aylarında Səbuhi onun üçün Amerikadan “Toyota Prius” markalı avtomobil gətirməyi təklif etmişdir. Səbuhi bildirmişdir ki, həmin avtomobili alandan sonra satanda aşağısı 3000 AZN pul xeyr götürmək olar. Səbuhi ona yaxşılıq etdiyini, bunu qohumluğa görə etdiyini demişdir. Səbuhi ev tikən vaxtı bunu ona qohum kimi köməklik məqsədi ilə etməsini bildirmişdir. O da bu təkliflə razılaşmışdır. O, xx.xx.2021-ci il tarixdə Şabran rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən “Qayalı” marketdən 1080 AZN, xx.xx.2021-ci il tarixdə Şabran rayonu H.Əliyev küçəsində yerləşən “Hədiyyələr mağazasından” 1400 AZN, xx.xx.2021-ci il tarixdə Şabran rayonu R.Behbudov küçəsində yerləşən “Euro” marketdən 2000 AZN, xx.xx.2021-ci il tarixdə Şabran rayonu R.Behbudov küçəsində yerləşən “Euro market”dən 3000 AZN, xx.xx.2022-ci il tarixdə Şabran rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elmir market”dən 5500 AZN pulu “million” aparatlarından Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə göndərdiyi 5500 AZN pulu Səbuhi ondan avtomobilin gömrük rəsmiləşdirilməsi adı ilə almışdır. Daha sonra ona “Prius” əvəzinə “Kia” markalı avtomobil gətirməyi təklif etmiş və bu avtomobildən daha çox qazanc əldə etməyin mümkün olmasını bildirmişdir. Bundan sonra o, Səbuhiyə nəğd qaydada təxminən 2022-ci ilin iyun-iyul ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs işlətdiyi “Cars 015” olan maşın salonunda bir dəfə 3.000 manat, digər vaxt isə 2500 manat məbləğində pul vəsaiti verməklə, ümumilikdə 5500 AZN nəğd pul vermişdir. Lakin bir müddət keçməsinə baxmayaraq Səbuhi onun pulunu qaytarmamışdır. Bundan sonra böyüklər, yəni valideynlər məsələyə qarışmış və 6800 AZN pulu Səbuhi ona hissə-hissə geri qaytarmışdır. Şahid X14 ifadələrində məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tandığını bildirib göstərdi ki, zərərçəkmiş şəxslərdən Baxşəliyev Sahib onun atasıdır. Atası ona 10000 ABŞ dollar pul verib həmin pulu Səbuhiyə verməyi tapşırdı. Bundan sonra avtosalonda atası Səbuhi söhbət etmək üçün qırağa çəkildilər, həmin zaman atası Səbuhiyə 20000 manat pul verdi. O, Səbuhiyə 10000 ABŞ dollar pulu verəndə Səbuhi həmin pulun qarşılığında “Range Rover” markalı avtomobil gətirəcəyini dedi. Bir qədər sonra Səbuhi onun atasından avtomobilin gömrük xərclərinə görə 20000 manat aldı. Ümumilikdə Səbuhi onun atasından 67000 manat pul alıb. Deyilənə görə həmin məbələğin 10000 manatı onun atasına qaytarılıb. Sonuncu dəfə Səbuhiyə 15000 manat veriləndə Səbuhi onlara verəcəyi maşının dəyərini 30000 manat olduğunu demişdi. İfadəlrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində Zərərçəkmiş şəxs3 göstərdiyi halları təsdiq etmişdir. Şahid X21 ifadələrində məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tandığını bildirib göstərdi ki, əvvəllər Səbuhi ilə aralarında işlə bağlı münasibətlər olub. O, lombardda işləmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Səbuhi onlardan maşını idarə etmək üçün etibarnamə istəyib, onlar da ona etibarnamə vermişlər. “Range Rover” markalı avtomobili neçəyə satdıqları yadında deyil. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadələrində göstərmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Bundan əlavə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən Lombardın sahibi Rəvanın tapşırığı ilə taksi sürücüsü kimi sənədlərin, eləcə də digər zəruri əşyaların çatdırılmasını həyata keçirir. Təqsirləndirilən şəxs da həmin Lombardda işləməyilə bağlı 3 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında avtosalon işlətmişdir. Daha sonra isə Yeganə şadlıq sarayının altında, sonuncu dəfə isə Yeganə şadlıq sarayının yanında olan avtosalonu işlətmişdir. Səbuhi salonda olan avtomobilləri Lombarda girov qoyub pul götürür və avtomobillər satıldıqda həmin pulu qaytarıb avtomobili girovdan çıxartmışdır. 2022-ci il sentyabr ayında Səbuhinin lombarda 1600 manat borcu olmuşdur. 2022-ci il oktyabr ayının əvvəlində lombard Səbuhidən pulu tələb etdikdə Səbuhi də etibarlı şəxs kimi ona zəng edib bildirmişdi ki, bir nəfərdən faizə pul götürməlidir və həmin pulu onun əvəzinə götürsün. Səbuhi “Xətai rayonu ərazisində Babək plazanın yaxınlığında bir nəfər pul verəcək onu götür” demişdir. O da 2022-ci il oktyabr ayının əvvəlində dəqiq xatırlamadığı tarixdə qeyd olunan ünvana getmiş və əvvəllər də Səbuhinin yanında gördüyü Sahib adlı şəxsdən 10.000 manat pul götürmüşdür. Həmin pulu Yeganə şadlıq sarayının yanındakı Səbuhinin işlətdiyi avtosalonda Səbuhiyə vermişdir. Səbuhi də həmin puldan 1600 manat pulu lombarda olan borcunu ödəmək üçün ona vermişdir. O da 1600 manat pulu lombarda təhvil vermişdir. Səbuhi **-SP-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili lombarda girov qoymuş və 19.000 manat pul götürmüşdür. Avtomobil girov qoyulduqda lombardın işçilərindən birinin adına özəlləşdirilir ki, gələcəkdə pul ödənmədiyi halda avtomobilin satılması rahat olsun. Buna görə də həmin avtomobil lombardın işçisinin adına özəlləşdirilmişdir. Bundan sonra Səbuhinin xahişi ilə avtomobili idarə etmək üçün xx.xx.2022-ci il tarixdə Sahibə və oğlu Altaya nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Şahid3 məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tandığını bildirib göstərdi ki, onunla ədavəti yoxdur. Təqsirləndirilən şəxs dələduzluq etməyi ilə bağlı tam məlumatı yoxdur. O, Səbuhini tanışı Yusifə görə tanımışdır. O, Yusifə 20000 manat vermişdir. Pulu ona görə vermişdir ki, Yusif həmin pulu Səbuhiyə versin ki, Səbuhi onun üçün maşın gətirsin. O, pulu verdikdən 15-20 gün keçdikdən sonra pulunu özünə qaytarıblar. Ona heç bir zərər vurulmayıb. Səbuhi 20000 manat pula dörd ədəd “Toyota” Prius markalı avtomobili gətirməli idi. Yusifin dediyinə görə Səbuhi ona maşın gətirəcəkdi, lakin gətirmədi. Səbuhinin Yusifə zərər vurub-vurmaması ilə bağlı məlumatı və ifadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun dostudur. Təqsirləndirilən şəxs da Yusifə görə tanımışdır. Təxminən 2022-ci il yay aylarında o, özünə 4 ədəd “Toyota Prius” markalı avtomobil almaq istəmişdir. Bu barədə onun dostlarının, o cümlədən Yusifin də məlumatı olmuşdur. Yusif ona avtomobilləri Səbuhiyə siafariş verməyini bildirmişdir. Lakin o, tanımadığı adamla iş görmək istəmədiyini bildirmişdir. Çünki Səbuhini yaxından tanımamışdır. Yusif Səbuhi ilə maraqlandıqda sonuncu ona dörd ədəd “Prius” üçün gömrük rəsmiləşdirilməsi olmadan 20000 AZN pul istəmişdir. Lakin o, razılıq verməmişdir. Bundan sonra Yusif 4 ədəd “Prius” markalı avtomobil üçün 20.000 manatı 2022-ci il avqust ayında onun xəbəri olmadan Səbuhiyə vermişdir. Yusif öz pulunu Səbuhiyə vermişdir. Səbuhi avtomobilləri Gürcüstan Respublikasından gətirməli olmuşdur. 2022-ci ilin təxminən sentyabr-oktyabr aylarında Yusif ona bildirmişdir ki, Səbuhi xeyli adamı aldadıb onların pulunu ələ keçirtmişdir. Həmçinin Yusif ona bildirmişdir ki, Səbuhi onu da aldaraq ona təxminən 75000 AZN ziyan vurmuşdur. Həmin vaxt o, bilmişdir ki, Yusif Səbuhiyə 4 ədəd “Prius” markalı avtomobil üçün 20000 AZN və başqa avtomobillərin də alınmas üçün təxminən 55000 pul vermişdir. Şahid4 ifadələrində məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tandığını bildirib göstərdi ki, “Range Rover” markalı avtomobil ilə əlaəqdar ibtidai istintaq zamnaı müstəntiq tərəfindən dindirilmişdir. “Range Rover” markalı avtomobil Səbuhinin idi, lombarda qoyularaq, etibaramə ilə istifadə edilirdi. O, avtomobilin sahibi kimi Səbuhini tanımışdır. Səbuhinin borcu çox olduğuna görə avtomobil onlar tərəfindən satılmışdır. Onlar avtomobili idarə etməyə bir-iki aylıq etibarnamə verirlər. Onun telefonla danışdığı şəxs Səbuhi ilə aralarında pul münasibətlərinin olduğunu deyirdi. Deyirdi ki, “Range Rover” markalı avtomobilə görə Səbuşiyə pul vermişdir,lakin həmin vax maşın onlara girov qoyulub lambarddaq pul alınmışdı. O da bunu onunla telefonda danışa adama demişdir. Həmin adımın kim olduğunu xatırlamır. Ona “Range Rover” markalı avtomobili idarə etmək üçün notariusdan qeydiyyatdan keçirilmiş etibarnamə verilmişdi. Səbuhi borcunu qaytara bilmədiyi üçün etibarnamə ləğv olundu. Maşın qaytarıldı və satıldı. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ildən Nəsimi rayonu Azadlıq prospektində fəaliyyət göstərən lombardda çalışır. Səbuhi alacağı avtomobili lombarda girov qoyur əvəzində avtomobilin qiyməti qədər pul götürmüş, daha sonra avtomobili satıb girovdan çıxartmışdır. Lombardın burda xeyri aylıq 3 % təşkil etmişdir. Səbuhi təxminən 10-15 avtomobili onun işlədiyi lombardda girov qoyub satmışdır. 2020-ci ilin oktyabr ayında “**-SP-***” dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili Səbuhi lombarda girov qoyub 20000 AZN pul götürmüşdür. Onlar avtomobilləri öz adlarına sənədləşdirməklə girova qəbul edir və avtomobilin başına gələcək problemin qarşısını almaq üçün etibarnamə verilmir. Bir müddət sonra Səbuhi ona bildirmişdir ki, avtomobil ustaya getməlidir, ona görə də onun xalası oğluna etibarnamə vermək lazımdır. Bu məqsədlə ona Zərərçəkmiş şəxs3 adlı şəxsin şəxsiyyət vəsiqəsinin şəklini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərmişdir. O, elə bilmişdir ki, Zərərçəkmiş şəxs3 həqiqətən də onun xalası oğludur. Həmin vaxt lombarda çalışan X31 bazarı yaxınlığında yerləşən notariusda gedərək Sahib Baxşəliyevə avtomobili idarə etmək hüququ verən müdətli etibarnamə vermişdir. Bir müddət sonra o, salona yaxınlaşmış və orada həmin avtomobilin olmadığını görüb bununla maraqlandıqda tanımadığı şəxs ona bildirmişdir ki, “**-SP-***” dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil artıq satılıb. Bundan sonra o, Səbuhiyə zəng etmişdir. Amma Səbuhi ona avtomobilin hələ satılmamasını bildirmişdir. O da Nailə ilə Nəsimi bazarı yaxınlığında yerləşən notariusa “**-SP-***” dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili idarə etmək hüququ verən, Sahib Baxşəliyevə verilmiş etibarnamənin ləğv olunması və BDYPİ-nə avtomobilin saxlanıb duracağa yerləşdirilməsi üçün müraciət etmişdir. Bir gün sonra Səbuhi ona zəng edərək avtomobilin saxlanılması barədə məlumat vermişdir. O, Baxşəliyev Sahibə zəng edərək avtomobilin açarını və texniki pasportunu tələb etmişdir. O da "mən maşını Səbuhidən almışam, açarı və texniki pasportu ona qaytaracağam” demişdir. Həmin vaxt bilmişdir ki, Səbuhi avtomobili Sahibə satmışdır. Avtomobilin duracağa yerləşdirilməsindən iki gün sonra o, BDYPİ-dən buraxılış vərəqəsi alıb avtomobilin yerləşdirildiyi Ağ şəhər ərazisindəki cərimə meydançasına daxil olaraq usataların köməyi ilə avtomobili ordan çıxartmışdır. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona zərərçəkmiş şəxs qismində təqdim olunan Zərərçəkmiş şəxs5 onun anasıdır, təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tandığını bildirib göstərdi ki, bəzi səbəblərə görə onların Səbuhi ilə münasibətləri pozulmuşdur. O, anası ilə birlikdə Sədərəkdə yanacaq doldurma məntəqəsinə gedib orada anası onun yanında Səbuhiyə 14800 manat pul vermişdir. Həmin tarixi dəqiqliyi ilə xatırlamır. Yay ayları idi. Anası Səbuhinn həmin pulun qarşılığında onlara maşın gətirəcəyini demişdi. Anasının “Toyota Prius” markalı avtomobil olmuşdur. Səbuhi pulu anasından götürəndə o, bunu görmüşdür. Səbuhi pulu saydıqdan sonra anasına çox sağ ol dedi. O,həmin vaxt avtomobildə ön oturacaqda əyləşmişdir. Səbuhi maşın gətirmədi. Hər dəfə anası ondan pulu istəyəndə bu gün, sabah həmin pulu qaytaracağını deyirdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadələrində Zərərçəkmiş şəxs5 ifadələrində göstərdiyi hallara uyğun ifadələr verib sonuncunun ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Şahid7 ifadələrində məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs Rəbail oğlunu tandığını bildirib göstərdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanımır. Digər zərərçəkmiş şəxsləri tanıyır. O, Səbuhinin borcu olduğunu bilmişdir, lakin hadisələrin şahidi olmamışdır. Səbuhinin Sitarəyə borcu vardır. Təqsirləndirilən şəxsin borcu onun qardaşına aid deyil. Səbuhinin digər şəxslərlə olan pulla bağlı söhbətləri haqqında məlumatım olmayıb. Səbuhi ona Sitarəyə verməl üçün pul verməmişdir. O da da Səbuhinin adından Sitarəyə pul verməmişdir. Hadisə ilə bağlı bütün bildiklərini müstəntiqə bildirmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. 1 il 3 ay müddətində Səbuhinin işlətdiyi “015 Cars” avtosalununda satıcı kimi işləmişdir, 2022ci ilin avqust ayının əvvəllərində işdən çıxmışdır. O, hər avtomobilin satışından faiz götürürmüş. O, işdən çıxdıqdan 1 ay sonra avtosalon fəaliyyətini dayandırmışdır. Bunun səbəbi Səbuhinin xeyli sayda şəxsə borclu olması olmuşdur. Səbuhi ilə birlikdə işləsələr də müəyyən işlərdə Səbuhi ilə aralarında sərhəd olmuşdur. Yəni Səbuhinin kimlərlə iş görməsindən, ticarətə hardan sərmayə tapmasından, alınan avtomobilləri hansı pulla almasından məlumatlı olmamışdır. Nə Səbuhi bu barədə ona danışmış, nə də özü ondan bu barədə soruşurmuşdur. Lakin ticarətləri uğurlu olmuş, işlədiyi müddət ərzində xeyli sayda avtomobil alıb satmışlar. Avtosalonun mühasibliyini, hesabatını Səbuhi özü etmişdir. Həmçinin Səbuhi çöldən-çölə də, yəni avtomobili salona yerləşdirmədən də satmışdır. Səbuhi həm də daxili işlər orqanında çalışdığı üçün onun geniş əhatə dairəsi, dostları olmuşdur. Onlardan Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Natiq Zamanovu, Natiq Cəfərovu, Sədaqət Məmmədovanı tanımışdır. Həmin şəxslərin Təqsirləndirilən şəxsla aralarında olanlardan, münasibətlərdən, yəni birlikdə iş görməklərindən məlumatsız olmuşdur. Səbuhi ilə Yusifin avtomobil alıb-satmasını görməmişdir. İşdən çıxdıqdan sonra bilmişdir ki, Səbuhinin Yusifə xeyli borcu vardır. Lakin həmin borcunun necə yaranmasını bilməmişdir. Təqsirləndirilən şəxs Sitarədən aldığı 14800 AZN pul qardaşına məxsus olmamışdır. X28 pul borclu olmasını bilmiş, lakin bu borcun hansı şəkildə yaranmasından, yəni borc olmasından və ya avtomobil gətirmək vədi ilə alınmasından məlumatı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur, qardaşı Abbasın bacanağıdır. Təqsirləndirilən şəxs ortaq tanışı olan Zərərçəkmiş şəxs5 2022-ci ilin sentyabr ayının ortalarında “Toyota Prius” markalı avtomobili gətirəcəyi adı ilə 14.800 manat pul almışdır. Bu barədə sonradan o, məlumatlı olmuşdur. Belə ki, Sitarə onunla əlaqə saxlayıb bildirmişdir ki, Səbuhiyə “Toyota Prius” markalı avtomobil gətirməsi üçün 14.800 AZN pul verib, lakin Səbuhi maşını gətirmir, nə də pulunu geri qaytarmır. Sitarə ona Təqsirləndirilən şəxs şikayət etmək niyyətində olduğunu bildirmiş, o, Səbuhi ilə danışacağını, şikayət etməməsini bildirmişdir. Səbuhi ilə telefonla əlaqə saxlayıb Sitarənin dediklərini ona danışmışdır. Səbuhiyə Sitarənin tək qadın olmasını, şikayət edəcəyini, pulunu qaytarmasını bildirmişdir. Səbuhi də ona Sitarəyə pulunu qaytaracağını bildirmişdir. X29 pulunu qaytarmamış, nə də söz verdiyi avtomobili gətirməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X22 ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 Səbuhinin işlətdiyi avtosalondan tanıyır. Onun Təqsirləndirilən şəxsla aralarında yalnız pul mübahisəsi olmasını bilir, başqa heç bir məlumatı olmamışdır. Sahibin oğlu Altay avtosalonda satışda olan **-SP-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobili idarə etmişdir, ona görə də elə bilmişdir ki, onlar həmin avtomobili alıblar. Zərərçəkmiş şəxs4 Səbuhinin işlətdiyi avtosalondan tanıyır. Bir dəfə o, Yusifin göndərdiyi pulu Səbuhiyə çatdırmışdır. Lakin məbləğ və tarix yadında deyildir. Onların arasında olan alıb verəcəkdən məlumatı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində iş üzrə ibtidai istsisntaq zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Xızı rayon polis şöbəsindən tanıyır, onunla birlikdə işləmişdir. Zərərçəkmiş şəxs1 bacanığı olmuşdur. O, əvvəllər Ülvinin arvadının bacısı ilə evli olmuş, sonra boşanmışlar. Ceyhun Ukraniyada hüquqşünaslıq ixtisası üzrə ali təhsil alıb qayıtmış, iş axtarmışdır. Onun daxili işlər orqanında işləməyə marağı olmuşdur. Səbuhi daxili işlər orqanına işə düzətməyi bacardığı barədə onun yanında bir neçə dəfə danışmışdır. Səbuhi uzun müddət daxili işlər orqanında çalışdığından fikirləşmişdir ki, onun geniş əlaqələri var, həmçinin işə düzəlmək üçün Ceyhuna düzgün istiqamət verə bilər. O da bu barədə həmin ərəfədə Ceyhunun, Ülvinin, Malikin yanında söhbət etmişdir. Bundan sonra Malik ondan Səbuhi ilə onları tanış etməsini xahiş etmiş, o da tanış etmişdir. Bundan sonra onların aralarında olan söhbətlərdən xəbəri olmamışdır. O, Malik və oğlanlarına işə düzəlmək üçün Səbuhiyə pul vermələri barədə hər hansı məsləhət və ya tövsiyyə verməmişdir. Onları tanış etdikdən bir neçə il sonra Ceyhundan eşitmişdir ki, Səbuhi Ülvini və X37 orqanında işə düzəltmək üçün onlardan 50000 AZN pul almış, lakin vədinə əməl etməmişdir. O, həmin vaxtı Səbuhiyə nahaq pul vermələrini bildirmiş, Ceyhun da peşman şəkildə aldandıqlarını bildirmişdir. Onların Səbuhi ilə aralarında olan söhbətdən məlumatı olmamışdır, onların işə düzəlmək üçün Səbuhiyə pul vermələrini bilməmişdir. O, yalnız onları tanış etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Səbuhi daxili işlər orqanında işlədiyi vaxt həm də onun icarəyə götürdüyü avtosalonda avtomobil satışı ilə məşğul olmuşdur. Həmin vaxtı bir neçə şəxs, yəni Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Əlləz Yaqubov, Sədaqət, Natiq qazanc əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxsla avtomobil alqı-satqısında iştirak etmişlər. Belə ki, onlardan bəziləri Səbuhiyə avtomobil alqı-satqısında istifadə etməsi üçün faizə pul vermiş, bəziləri isə birlikdə avtomobil alıb-satmışlar. Buna baxmayaraq avtosalonun bütün xərcləri Səbuhinin üzərində olmuş, adlarını çəkdiyi şəxslər yalnız qazanc əldə etmişlər. Borcun üstündəki faizlər, avtosalonun çox yüksək məbləğdə xərcləri Səbuhin müflis olmağına gətirib çıxartmışdır. Səbuhi ilə birlikdə zərər görmüş şəxslər isə pulları batmasın deyə yalan uydurmalarla Səbuhinin dələduzluq etməsi barədə şikayət etmişlər. Əsas da Yusif polis əməkdaşı ola-ola Səbuhi ilə birlikdə çoxlu sayda avtomobil satıb qazanc əldə etdiyi halda yalandan şikayət etmişdir ki, guya Səbuhiyə avtomobil sifariş verib o da gətirməyibdir. Təqsirləndirilən şəxs təxminən 2013-cü ildən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində bələdiyyə sənədi ilə 4 sot torpağı olmuşdur. Səbuhi evləndikdən sonra 2010-cu ildə ona Binəqədi rayonu, 9-cu mkr-da təzə binada aldığı evi 2019-cu ildə 62000 AZN-ə satıb Səbuhinin də əlavə dəstəyi ilə həmin torpaqda iki mərtəbəli ev tikib təmir etmişlər. Səbuhi öz ailəsi ilə təxminən bir ilə yaxın o evdə yaşamışdır. 2022-ci ilin yay aylarında Səbuhi borclarının olduğunu bildirmiş və evi satıb bir hissəsi ilə borcunu qaytaracağını, yerdə qalan pula binadan mənzil alacağını bildirmişdir. O da razılaşmışdır. Həmin vaxtı Səbuhi borcunun evi tikən zaman yaranmasını ona bildirmişdir, yəni ona qədər baş verənlərdən məlumatı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı ifadələri yerində yoxlanılarkən şahid X11 ifadələrində göstərdiyi halları 28 fevral 2023-cü il tarixdə ifadələrini təsdiq edib, ifadələrində istinad etdiyi yerləri göstərmiş, zərərçəkmiş şəxs X7 20 aprel 2023-cü il tarixdə ifadələrində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərmiş, 28 fevral 2023cü il tarixdə X21 ifadələrində ə göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərmiş, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs yanınıda onun barəsində verdiyi ifadələrini, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yanında onun barəsində verdiyi ifadələri, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yanında onun barəsində verdiyi ifadələrini, Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs ifadələri arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs yanında onun barəsində verdikləri ifadələrini, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs yanında onun barəsində verdiyi ittiham edici ifadələri təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi diskə keçirilmiş 07 dekabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, baxış zamanı “WhatsApp Audio faylda kişi cinsli şəxs danışıq aparır: “Çıxan kimi mənə denən bi dənə danışım”, “Bir dənə səbrin olsun sənin işin düzəlib ee, eşidirsən? narahat olmaginən, deyirəm indi get pulu götür ordan”. “Bir dənə Abbas çatsın deyəcəm onnan sonra get atam, indidən getmə, gedib oturub gözləmə, salon bağlıdı onsuz da ona görə, qoy bi dənə çatsın onnan sonra diyim get”. “Pulu götür qalan işlə işin yoxdu qoy qalsın”. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin səs yazısında Təqsirləndirilən şəxs ona Siyəzən polis şöbəsində işinin hazır olduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ona verdiyi pulu avtosalondan götürməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs Abbas adlı işçisi sonradan ona zəng edərək salonda olmadığını, pulu sonra görüşüb verəcəyini bildirmiş, lakin hər hansı məbləğdə pul verməmişdir, “X44 2022-12-07 at 1.32.54 PM (3).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Yox Ceyhun bax bu dəqiqə çıxıram burdan, gələcəm gedək görüşək özü ilə, götür o şeylərə qol çək də”. “O şeyləri emaile atıblar sənədləri?”. “İşçilər üçün xüsusi açqilər, geyimlər gəlib deyir. Deyir ona görə anbardayıq, baş qatışıqdı qardaş, bəs göstəriş verilibdir ki, xəstəlik keçənə qədər hamı açqi ilə olsun, ona görə çıxa bilmir anbardan. Nömrəni indi atır mənə, atıram sənə tezdən olursan orda deyirsən ki, Sabir müəllim göndərib, çünki məni tanımırlar orda. Sizin ərizəni zadı bütün sənədləri qəbul edəcəklər.” Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 işi ilə bağlı danışır və bildirir ki, təchizat idarəsi adlı yerdə Sabir müəllim adlı şəxsin adı ilə həmin idarəyə gedib işə düzəlmək üçün sənədlər götürmək lazımdır. O da Ülvi ilə Biləcəri qəsəbəsində yerləşən DİN-in təchizat anbarının qarşısında bir neçə saat gözləmiş və Səbuhi zəng edərək sabah gəlmələrini bildirmişdir. Lakin, uzun müddət Səbuhidən xəbər çıxmamışdır. “WhatsApp Audio 2022-12-07 at 1.32.55 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Sənə nömrə atacam həmin nömrəyə zəng vurursan, tezdən olursan təchizatın qabağında saat 10-da, 10-un yarısı ” Zərərçəkmiş şəxs2 bildirir ki, həmin səs yazısında Təqsirləndirilən şəxs yenidən təchizat idarəsinə getmələrini bildirmişdir. O da Ülvi ilə Biləcəri qəsəbəsində yerləşən DİNin təchizat anbarının qarşısında bir neçə saat gözləmiş və Səbuhi zəng edərək alınmadığını, xəbər edəcəyini bildirmişdir. Lakin, uzun müddət Səbuhidən xəbər çıxmamışdır. “WhatsApp Audio 2022-12-07 at 1.32.55 PM (3).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Zəng eliyəcək e hardadısa götürmür bu telefonu ona görə. Deyirəm götürsün telefonu get”. “WhatsApp Audio 2022-12-07 at 1.32.55 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Sənədlərin hamısını orda çıxardacaq qız yarım saatın içində özü doldurar, lap deyərsən mənə tapşıraram səni də buraxar içəri, kömək eliyərsən səliqə ilə doldurar”. “WhatsApp Audio 2022-12-07 at 1.32.56 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Qaqa, inşallah bu günə deyib, görək Allaha qurban olum”. “WhatsApp Audio 2022- 12-07 at 1.32.56 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Bir yerdə, maşında oturun indi deyəcək”. “WhatsApp Audio 2022-12-07 at 1.32.56 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Gözlə, iclasdadılar e, deyir çıxıb inspektoru göndərirəm” Zərərçəkmiş şəxs2 bildirdi ki, yuxarıdakı səs yazılarında Təqsirləndirilən şəxs Ülvinin təchizat idarəsinə işə düzəlməsi ilə əlaqədar onlara həmin idarəyə getməyi bildirmiş və qeyd olunan səsləri onlara göndərmiş, lakin həmin gün ərzində təchizat idarəsinin qarşısında gözləsələr də onları qəbul edən olmamışdır. “WhatsApp Audio 2022-12-07 at 1.32.58 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “İclasa girirəm, çıxım zəng vururam sənə, Ülvini aparaceysən, Ülvinin sənədləri hazırdı.” “WhatsApp Audio 2022-12-07 at 1.32.58 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Çağıracaqlar Ülvini özləri qəbul eliyəcəklər, problem yoxdu Ülvininkində. Amma qaldı ki, sənin işin bilsəm ki, kimsə bir dənə alıb çöküm boğazlarına. Amma bilirəm ki, almayıb, darıxma” Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin səs yazısında Təqsirləndirilən şəxs Ülvinin təchizat idarəsində işə düəzlməsində problem olmadığını, onun isə polis orqanlarına işə düzəlməyinin hələ ki alınmadığını bildirmişdir. “WhatsApp Audio 2022-12-07 at 1.32.59 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Ülvinin işinə görə nə qədər vermisən de də mənə” Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin səs yazısında Səbuhi ondan Ülvinin işə düəzldilməsi üçün ona nə qədər pul verdiyimi soruşaraq özündə hesabat aparırdı. “WhatsApp Audio 2022-12-07 at 1.33.02 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Narahat olma lijbi düzəlsin qurtarsın, heç olmasa biri düzəlsin qurtarsın, canımız qurtarsın, sənin diplomun da görən nə olur?”. “WhatsApp Audio 2022- 12-07 at 1.33.03 PM (3).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Denən haızrlasınlar, sabah inşallah VVK-nı keçsin, onu keçəndən sonra əmr vermək ikiüç gün içində olan şeydir” Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin səs yazısında Təqsirləndirilən şəxs Ülvinin yoxlanışdan keçməli olduğunu bildirmiş və Ülvi də DİN-in hospitlında VVK-dan keçmiş, lakin işə düzəlmək üçün əmr verilməmişdir. “WhatsApp Audio 2022-12-07 at 1.33.03 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Gəlmişəm Bakıdayam, prosta zəng vurdum, qospitalda da bu şeyə görə koronavirusa görə komissiyadan adam keçirmirlər. Yəni həftənin iki günü olur”. “WhatsApp Audio 2022-12-07 at 1.33.05 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Sənin diplomundan heç bir xəbər demiyiblər, 20 nəfərlə də məsləhətləşmişəm, hamı deyir ki, heç kiminki verilməyibdir”. “WhatsApp Audio 2022-12-07 at 1.33.07 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Onun dəxli yoxdu, təzə nazir gəlib sənin diplomunu maraqlanmayacaq ki.” Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs ona demişdir ki, guya ki təzə nazir, yəni Vilayət Eyvazov onun diplomu ilə maraqlanmayacaq, guya belə bir söhbət var ki, xaricdə təhsil alanların diplomunun təsdqilənməsinə ehtiyac yoxdur. “WhatsApp Audio 2022-12-07 at 1.33.09 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Görüşməyinə görüşərik problem yoxdu, ama səhər onsuz da qol çəkdirib götürərdin bir dəfəlik, gələn həftə də girərdin komissiyasına”. “WhatsApp Audio 2022-12-07 at 1.33.09 PM (3).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Get çəkdirib deyəcəm sənə gələrsən, cavab gözləyirəm.” “WhatsApp Audio 2022-12-07 at 1.33.09 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Axşamın xeyir qaqa, bir azdan görüşərik inşallah, Samirlə görüşəcəm” Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin səs yazısı Ülvinin işi ilə əlaqədar olmuşdur. “WhatsApp Audio 2022-12-07 at 1.33.10 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Dedi qaqa qol çəkdirib zəng vuracam, gözlüyürəm, qol çəkdirsin zəng vursun görüşək verim sənə”. “WhatsApp Audio 2022-12-07 at 1.33.11 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Salam qaqa necəsən, bu gün çəkməlidilər inşallah, bu gün götürməlidi, qoy görək, biləcəm”. “WhatsApp Audio 2022-12-07 at 1.33.11 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Salam qaqa, sənədi götürməyiblər, vermiyiblər verməyinə, ancaq (ad eşidilmir) məllim deyib ki narahatçılığıa səbəb yoxdur, qol çəkizidirəcəm, yəni baş kadrların rəisi çəkir də Natiq Abbasov çəkir ona görə, razılıq olunur. O balaca boydu, qayı xidmətinə keçməkdi, boynan bağlı bunların hamısına kadrlardan razılıq alınır, Deyib alacam problem yoxdu.” Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs həmin səs yazısında Ülvinin işi ilə bağlı kiməsə tapşırdığını, həmin adamın da ona söz verdiyini, narahatlıq olmadığını bildirmişdi. “WhatsApp Audio 2022-12-07 at 1.33.12 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Allah qoysa bu gün götürəcək, bu gün inşallah götürəcək, danışmışam”. “WhatsApp Audio 2022-12-07 at 1.33.15 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Sənəd ondadı gedib götürüb VVK-ya gedəciyik, narahat olma”. “WhatsApp Audio 2022-12-07 at 1.33.16 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Allah qoysa qaqa ya sabah, ya da biri gün keçirdəcəm, narahat olma, Ülvidə problem yoxdu”. “WhatsApp Audio 2022-12-07 at 1.33.17 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Götürmüşəm qaqa. Nardarandayıq burda problem bir məsələmiz var idi, rəis tapşırıb ki özün başçılıq elə ona görə”. “WhatsApp Audio 2022-12- 07 at 1.33.17 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Qayı Respublikanın qabağındayam, bir qardaş var onu keçirdim imtahandan zəng vuracam”. “WhatsApp Audio 2022-12-07 at 1.33.17 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “1 saata boşalım zəng vuracam, Samirlə görüşüb deyəcəm gəl ora” Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin səs yazısında Təqsirləndirilən şəxs Ülvinin işi ilə əlaqədar DİN-Hospitalında işləyən Samir adlı şəxslə görüşəcəyini və Ülvinin də ora gəlməyini demişdir. Lakin sonradan Səbuhidən xəbər çıxmamışdır. “WhatsApp Audio 2022-12-07 at 1.33.22 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Axşamın xeyir Ceyhunun işinə görə birdən kimsə zəng zad vurar, eliyər, soruşarlar nəyə görə imenni ora müraciət elədiz?. Eşidirsən ordan burdan tanışlardan öyrəndik ki, boy həddi aşağı olduğuna görə ancaq təchizat idarəsinə qəbul oluna bilər. Əlavə kiməsə nəsə verdik,görüşdük o barədə heç nə demə, nə badə elə şey danışmıyın.” Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin səs yazısında Səbuhi Ceyhun dedikdə onu nəzərdə tutmuşdur. Belə ki, qardaşı ilə adını çox vaxt səhv salmıpşdır. Səs yazısında Səbuhi Ülvinin işə düzəlməsi ilə bağlı kiməsə pul verilməsi barədə heç kimə heç nə deməməyi tapşırmışdır. “WhatsApp Audio 2022-12-07 at 1.33.23 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “O inspektor zəng vurmuşdu, dedi 4-dən 5-dən sonra olacam işdə, dedi ki, təchizatın qabağında görüşərik. Gəlsən bu tərəflərə zəng vur mənə mən götürüb aparıb verərəm”. “WhatsApp Audio 2022-12-07 at 1.33.25 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Salam qaqa deyir çağrımalıdı, özüm əlaqə saxlayacam”. “WhatsApp Audio 2022-12-07 at 1.33.26 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Danışmışam Ceyhun deyir iş günü deyil, sabah bayraq günüdü çağıracaq”. “WhatsApp Audio 2022-12- 07 at 1.33.26 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Allahın köməkliyi ilə hər şey yaxşı olacaq”. “WhatsApp Audio 2022-12-07 at 1.33.27 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “İnşallah tez həll olacaq Ülvinin işi, elə onun işinə görə gəlmişəm, görüşəcəm, nə mesaj gəlsə at mənə”. “WhatsApp Audio 2022-12-07 at 1.33.29 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Salam qaqa, uşağın əməliyyatı dalınca gedirəm, əməliyyatı elətdirim danışmışam, Ülvidən çıxacaq, olacaq nəsə”. “WhatsApp Audio 2022-12-07 at 1.33.31 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Ülvi lazım deyil, Ülvi nəyə lazımdır. Götürmür, ola bilsin Nazirlikdədi.” Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin səs yazısında Səbuhi ona Ülviyə ehtiyac olmadığını, Nazirlikdə bir adamla danışdığını, Ülvinin işinin həll olacağını bildirmişdir. “WhatsApp Audio 2022-12-07 at 1.33.31 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Gözlə, deyir gözdəginən qardaş”. “WhatsApp Audio 2022-12-07 at 1.33.32 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “.... Bir azdan gələcəm o tərəfə verərsən sənədi mənə, danışmışam axşamüstü verəcəm”. “WhatsApp Audio 2022-12-07 at 1.33.34 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Ülvinin sənədi hazırdı e, şöbə rəisləri gəlmirdi, xəstə idi oğraş, hazır olan kimi deyəcəm get götür”. “WhatsApp Audio 2022-12- 07 at 1.33.37 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Səhər gəlim özüm, eybi yoxdu mən alacam. Bir dənə viskidən zaddan da alım, gərək özüm aparım. Birinci dəfədi eşidirsən? Ülvi də bir az şeydi. Gedər girər yanına şirinlikmirinlik, baxma də Baş İdarə götürür də bunu. Ona görə özüm izah edim ki, bəs filankəsin təqdimatı ilə verilib.” Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin səs yazısında Səbuhi X23yışına işə düzəlməsinin həll olduğunu, Zabrat qayışının rəisinin yanına girmək lazım olduğunu, bir viski verəcəyini və Ülvini tapşırdacağını bildirmişdir. O və Ülvi də viski ilə Zabrat qayısının qabağında Səbuhini gözləmişlər. Səbuhi gəlmiş, lakin, həmişə olduğu kimi heç kim onları qəbul etmədiyinə görə geri qayıtmışlar. “WhatsApp Audio 2022-12-07 at 1.33.37 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Sabah Şirini də gətirəcəm, Ülvini də gətir, Şirin də perevod gedəcək ” Zərərçəkmiş şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs həmin səs yazısında ona Şirin adlı polis əməkdaşını da Zabrat qayısına gətirəcəyini, Ülvinin də gəlməsini bildirir. Ülvi ilə birlikdə həmin polis əmkdaşının da Zabrat qayısında işə düzələ biləcəyini demişdir. Şirin adlı şəxsi görmüş, lakin onun barəsində hər hansı başqa məlumatı olmamışdır. “WhatsApp Audio 2022-12-07 at 1.33.37 PM (3).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Özüm gəlim aparım, baxma də rəis deyər ki səni kim göndərib. Pis təəssüratla başlamasın” Təqsirləndirilən şəxs həmin səs yazısında Ülvini özü Zabrat qayışının qəbuluna aparcağını bildirir. “WhatsApp Audio 2022-12-07 at 1.34.05 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “İndi danışmışam götürüblər sənədləri, poçtdadı, hələ verilməyib, indi zəng vurub sevindirici xəbəri deyəcəm.” “WhatsApp Audio 2022-12- 07 at 1.34.05 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Qaqa dərkənarın qoydurdum ki təmin edilsin. İnşallah sabah qol çəkdirəcəm, əmrin yazılacaq.” “WhatsApp Audio 2022-12-07 at 1.34.08 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “İndi burdayam, çıxım gedirəm təchizata, tələsmə, çağıracam sizi”. “WhatsApp Audio 2022-12-07 at 1.34.10 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Zəng vurmuyublar. Mən zəng vurdum deilər ki, hələ yoxdu rəisləri. Dedim onda istəmirik, dünən Malik müəllimlə danışdıq, istəmirik. Rayondayam mən axşam neçədə gəlsəm zəng vuracam, yük zad məndədi, sənədləri götürməmişəm, axşam gəlsəm axşam, olmasa səhər görüşək verim”. “WhatsApp Audio 2022-12-07 at 1.34.19 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Yanında idim qaqa. Çağırdı kadr dedi ki, əmrin də ver, Narahat olma veriləcək”. “WhatsApp Audio 2022-12-07 at 1.34.23 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Qaqa razılığı alınıb, birinci gün kağızı götürüəcəm”. “WhatsApp Audio 2022-12-07 at 1.34.27 PM (2).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Salam Ceyhun necəsən dünən Malik müəllimə də dedim. Gözlüyürlər ki əmr verilsin. Verilmiş kimi bir şeydi, bu gün sabah olacaq inşallah” “WhatsApp Audio 2022-12-07 at 1.34.31 PM (1).mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “... Məzuniyyətə çıxmışam ki, bunu həll eləməliyəm, indi gedirəm görüşməyə, Allahın köməkliyi ilə bu gün sevindirəcəm səni”. “WhatsApp Audio 2022-12-07 at 1.34.32 PM.mp3” adlı audio fayla baxış zamanı kişi cinsli şəxs danışıq aparır: “Ürəyini buz kimi saxla Ülvini həll eləmişəm elə bil, narahat olma”. Digər səs yazılarında kişi cinsli şəxs “narahat olma”, “bu gün sabah düzələcək”, “zəng eliyirəm götürmürlər, mən də gözləyirəm”, “inşallah sabah şad xəbər verəcəm” kimi oxşar məzmunlu ifadələr işlədir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş 26 yanvar 2023cü il tarixli diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 təqdim etdiyi diskə baxış keçirilmiş və baxış zamanı zamanı iki ədəd video fayl olduğu müəyyən edilmişdir. “WhatsApp Video 2023-02-06 at 11.20.57.mp4” video faylda Zərərçəkmiş şəxs4 mobil telefon vasitəsilə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi olan Təqsirləndirilən şəxsla telefon vasitəsilə aşağıdakı məzmunda danışıq aparır: Yusif-Hə Səbuhi. Səbuhi- Mikrorayon tərəfdəyəm, səhər Allah qoysun görüşəcəm e. Bilmirəm nə qədər, qoy olsun ondan sonra. Müəyyən qədər veriləcək. Yusif-Hardan gözlüyürsən axı sən pulu?Səbuhi- Bir yer var də ordan. Demişik. Götürəcəyik. Müəyyən qədər veriləcək. Əhmədə də, Alışa da. Ən çox sənə veriləcək. Yusif-Qalanı nə olacaq? Səbuhi- Yaxın günlər içində həll olunacaq uzanmayacaq. Zərərçəkmiş şəxs4 bildirmişdir ki, həmin görüntüdə o Səbuhiyə zəng edərək Səbuhinin ona verəcəyi pul barəsində soruşur. Səbuhi də ona yaxın günlərdə ona məxsus olan pulları verəcəyini bildirir. Əhməd və Alış adlı şəxslər də Səbuhinin avtomobil almaq adı ilə pul alıb aldatdığı şəxslərdir. “WhatsApp Video 2023-02-06 at 11.15.16.mp4” video faylda Zərərçəkmiş şəxs4 mobil telefon vasitəsilə ***-***-**-** saylı mobil nömrənin istifadəçisi olan Təqsirləndirilən şəxsla telefon vasitəsilə aşağıdakı məzmunda danışıq aparır: Yusif-Alo Səbuhi- Salam Yusif, qardaş şəhərdəsən rayonda?Yusif-şəhərdə. Səbuhi-Siyəzəndə kim var bir adam denən onunla görüşüm bir azdan. Yusif-Siyəzəndə heç kim yoxdur.Səbuhi- Belə bir adama vermək olar, belə bir şey var onu verim.Yusif-Nə qədərdi? Səbuhi-12-13 olacaq.Yusif-Olanda xəbər elə mən deyərəm. Dollar yoxsa manat? Səbuhi- Manat. Yusif-Yaxşı xəbər edərsən. Zərərçəkmiş şəxs4 bildirdi ki, həmin görüntüdə Səbuhi ona zəng edərək ona verəcəyi puldan 12 ya da 13 min manatını verə biləcəyini deyir. Lakin, sonradan Səbuhidən heç bir xəbər çıxmır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş 27 yanvar 2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 təqdim etdiyi diskə baxış zamanı ki ədəd video fayl və 01 ədəd şəkil olduğu müəyyən edildi: “VİD-20230203- WA0001.mp4” adlı video faylda bir nəfər şəxsin avtomobil təmir mərkəzində çəkiliş apardığı görünür. Zərərçəkmiş şəxs5 bildirmişdir ki, həmin videonu xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs vatsap tətbiqi vasitəsilə ona göndərmiş və olduğu yeri bildirmişdir. Həmin yer Bakı şəhərindən Sədərək ticarət mərkəzi istiqamətində getdikdə “Lukoil” yanacaq doldurma məntəqəsinə çatmamış yolun sağında yerləşir. Həmin yerdə Təqsirləndirilən şəxs 14.800 manat pul vermişdir. “İMG-20230203-WA0017.jpg” adlı şəkildə isə həmin videogörüntünün çəkildiyi tarix, yəni pulun verildiyi tarix, xx.xx.2022-ci il tarixi görünür. “VİD-20230203-WA0002.mp4” adlı video faylda Zərərçəkmiş şəxs5 mobil telefonunda Səbuhi Telman adı ilə qeyd edilmiş şəxslə, yəni Təqsirləndirilən şəxsla telefon vasitəsilə aşağıdakı məzmunda danışıq aparır: Sitarə-Salam, yaxşıyam siz necəsiz?Səbuhi- Sağol qadanalım yaxşıyam çox sağ ol. Sitarə-Səbuhi bir dənə söz deyim sənə .Səbuhi-Yox ehtiyac yoxdu, vallah bilirəm sizin vəziyyəti də, Allaha and olsun bilirəm, hamısın bilirəm. Birisi gün Allah qoysa sizlə görüşəcəm verəcəm sizə, heç kim də bilməsin. Yarı hissəsin verəcəm. Sitarə-14800-ün yarısı nə qədər eliyir Səbuhi?Səbuhi- Hardasa bir 6 min, 7 min verəcəm. Sitarə-14800-ün yarısı 6 min eliyir? Səbuhi-Elə eləmir e. Deyirəm hardasa 6-7 min verəcəm. Sitarə-Qurban olum Səbuhi. Sabah verəssən? Dəqiqdi? Səbuhi- Birisi gün verəcəm yüz faiz. Zərərçəkmiş şəxs5 bildirdi ki, həmin görüntüdə xx.xx.2022-ci il tarixdə o Səbuhiyə zəng edərək 14800 manat pulu nə vaxt geri qaytaracağını soruşmuş, o isə birisi gün pulun 6-7 min manat pul verəcəyini bildirmişdir. “İMG-20230206-WA0008.jpg” adlı şəkildə isə həmin video görüntünün çəkildiyi tarix, yəni xx.xx.2022-ci il tarixi görünür. 5.02.2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi diskə baxış zamanı iki ədəd video fayl və çoxsaylı audio fayllar olduğu müəyyən edildi: “d9168893-0353-4714-b644-ccd82e30a10f.MP4” adlı video faylda Şahid1 üzərində minik avtomobilləri olan çoxsaylı avtocarların olduğu yerdə video çəkərək terminalda hər hansı avtocarın içərisində Optima markalı avtomobilin olamdığını, həmin sözləri Səbuhiyə də dediyini bildirir. Zərərçəkmiş şəxs3 bildirdi ki, 2022-ci il sentyabr ayında X43 maraklı avtomobilin gəldiyini bildirmiş və oğlu Altayda terminalda həmin avtomobili axtarsa da tapmamışdır. “VİD-20230108-WA0019.mp4” adlı video faylda Zərərçəkmiş şəxs3 mobil telefonla Təqsirləndirilən şəxsla danışır və Təqsirləndirilən şəxs 70min verəcəyi olduğunu deyir, Təqsirləndirilən şəxs isə 3 gün səbirli olmağı, 65 min olduğunu və pulu qaytaracağını bildirir. “5min vurun karta.ogg” adlı səs yazısında Təqsirləndirilən şəxs “Sahib məllim olar niyə olmur, kartı atıram 5-i vurun qalanı da sonra həll edərik” deyir. Zərərçəkmiş şəxs3 bildirdi ki, Təqsirləndirilən şəxs ona səs ataraq “**- SP-***” dqnl-i Range Rover markalı avtomobili borcu qarşılığında ona vermək üçün 15.000 manat pulun 5000 min manatını karta atmağı, 10.000 min manatını isə göndərəcəyi şəxsə verməyi bildirmişdir. Digər səs yazılarında Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs nəyə görə pulunu qaytarmadığını, nəyə görə 15 min verdiyi halda ona baş etibarnamə deyil, sürmək üçün etibarnamə verdiyini, nəyə görə bu problemləri həll etmədiyini deyir. Təqsirləndirilən şəxs isə pulu qaytaracağını, bütün problemləri həll edəcəyini deyir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 15 fevral 2023-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 istifadə etdiyi “Samsung Galaxy A52” markalı mobil telefonun whatsapp tətəbiqində Təqsirləndirilən şəxs mobil nömrəsi ilə olan yazışmalara baxış zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 21:07-də Zərərçəkmiş şəxs3 “500 nağd pul var, karta olar” məzmunda mesaj yazmış, Təqsirləndirilən şəxs saat 21:08-də “Sahib məllim olar, niyə olmur kartı atıram beşi vurun qalanıda ki həll edərik” səs yazısı və Laman İsmayılovaya məxsus **********593460 nömrəli Umico plastik kartın şəklini göndərmişdir. Saat 21:09-da Zərərçəkmiş şəxs3 Şahid1 şəxsiyyət vəsiqəsini göndərmiş, saat 21:10-da Təqsirləndirilən şəxs “Altaya yazdıraram, yaxşı baş üstə” səs yazısı göndərir. Saat 21:10-da Zərərçəkmiş şəxs3 “hardasa 7 dəqiqəyə çataram, Altayın adına generalni davernusda yazarsan” səs yazısı göndərir, saat 21:11-də Təqsirləndirilən şəxs “qadanalım yaxşı, sizin məhlədəyəm də mən” səs yazısı göndərir. Saat 21:12-də Zərərçəkmiş şəxs3 “Oldu” yazır və 5000 manat pulun xx.xx.2022-ci il tarixdə saat 21:14-də Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş kart hesabına köçürülməsi barədə qəbzin şəklini göndərir. xx.xx.2022-ci il tarixdə saat 23:12-də Zərərçəkmiş şəxs3 “axşamın xeyir Səbuhi o davernusu yadından çıxdı atmıyıbsan, onun şəklini at də mənə” səsli mesaj göndərir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş 12 may 2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi diskə baxış zamanı 39 ədəd audio fayl olduğu, həmin audio fayllarda olan danışıqların Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında olması müəyyən edilmişdir. “WhatsApp Audio 2023-06-20 at 11.37.08 (1)” adlı audio faylda 18 saniyəlik Təqsirləndirilən şəxs danışıq apardığı eşidilir. Təqsirləndirilən şəxs aşağıdakı məzmunda danışıq aparır: “Sahib müəllim, salam, o 1500 də vurdururam indi karta, bir saata kimi vurduracam. Ordan da indi, oradan almasam da hardan olsa götürüb sizə pul atacam. Problem yoxdur, çünki inanmıram bugün qurtararlar, hardan da olsa pul atdıracam”. WhatsApp Audio 2023-06-20 at 11.37.09” adlı audio faylda 16 saniyəlik Zərərçəkmiş şəxs3 danışıq apardığı eşidilir. Zərərçəkmiş şəxs3 aşağıdakı məzmunda danışıq aparır: “Mən yubanıram, mən söz vermişəm. Mən deyirəm ki, vaxtında verim ki, hörmətli olsun, sən 1 saata, 2 saata gəlir deyirsən. Nə vaxt gələcək? Mən Altayı göndərim getsin otursun salonda. Salona gətirəcəklər Altay orda olsun?”. “WhatsApp Audio 2023-06-20 at 11.37.10” adlı audio faylda 08 saniyəlik Təqsirləndirilən şəxs danışıq apardığı eşidilir. Təqsirləndirilən şəxs aşağıdakı məzmunda danışıq aparır: “ Yoxe salonda oturmaqla deyil, mən buradayam demişəm, o adam var düzəldir, deyir düzəldim deyirəm, qoy düzəltsin deyəcək mənə deyərəm gedib yer var ordan götürərsən”. “WhatsApp Audio 2023-06-20 at 11.37.11” adlı audio faylda 22 saniyəlik Sahib Baxşəliyevin danışıq apardığı eşidilir. Zərərçəkmiş şəxs3 aşağıdakı məzmunda danışıq aparır: “Səbuhi xahiş edirəm onu tez elə də, mən axı dünən sənə dedim axı vəziyyəti dedim, təcili pul keçirtməliyəm....... dünən də alınmadı”. Digər səs yazılarında tərəflər “təcili pul lazımdır”, “pul göndərəcəm” və ya yuxarıda göstərilən məzmunlu ifadələr işlədir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi diskə baxış zamanı 592 ədəd audio fayl olduğu müəyyən edildi. Həmin audio fayllarda olan danışıqların Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında olması müəyyən edildi: “AUD-20230219-WA0221” adlı audio faylda 38 saniyəlik Zərərçəkmiş şəxs4 danışıq apardığı eşidilir. Zərərçəkmiş şəxs4 aşağıdakı məzmunda danışıq aparır: “Səbuhi mən dünən kişi ilə görüşdüm, əminlə də. Nəsə də sənə heçnə demirəm, sənə deyəsi söz yoxdur, day deyiləsi bir söz yoxdur, nəysə Allahın bil, özün bil. Amma mən kişiyə də dedim, əmivə də, mənim pulum 3 gün, 5 gün, 10 gün gözləyəsi pul deyil. Mən evin pulunu aparıb camaata vermişəm, ev almalıyam. Mənim pulumu bugünə, uzağı sabaha çatdırsınlar. Yəni kimin borcun verəcəklər, neyləyəcəklər özləri bilərlər, mənim pulumu birinci versinlər, tez versinlər”. “AUD-20230219-WA0222” adlı audio faylda 12 saniyəlik Təqsirləndirilən şəxs danışıq apardığı eşidilir. Təqsirləndirilən şəxs aşağıdakı məzmunda danışıq aparır: “O, nədirsə mən çəkəcəm əzabın, sənlik heçbir şey yoxdur. Qurana and olsun deyibki gəl dollar verim götür. Həll eliyəcəm. Səni mən heç vaxt şeydə qoymaram, Allaha and olsun”. “AUD-20230219-WA0223” adlı audio faylda 15 saniyəlik Zərərçəkmiş şəxs4 danışıq apardığı eşidilir. Zərərçəkmiş şəxs4 aşağıdakı məzmunda danışıq aparır: “Mənə görə gedirsənsə getmə, qayıt gəl, mən faizə pul götürmüşəm, sənə etibarım yoxdur.... qayıt gəl getmə”. Digər səs yazılarında tərəflər “qardaş harsansan yerivi de görüşək”, “Səbuhi sənə zəng edirəm”, “gedirəm pul dalınca”, “pulu götürüb sənə zəng edəcəm” və ya yuxarıda göstərilən məzmunlu ifadələr işlədir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş 14 iyun 2023-cü il tarixli baxış protokolundan görünür ki, Pərvin Şahklərəmov təqdim etdiyi “whatsapp” proqramında Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs pulunu tələb etməsi, sonuncunun ona borcunun olması barəsindədir. Təqdim olunan xx.xx.2021-ci il tarixli (məbləğ 1080 AZN), xx.xx.2021-ci il tarixli (1400 AZN), xx.xx.2021-ci il tarixli (2000 AZN), xx.xx.2021-ci il tarixli (3000 AZN), xx.xx.2022-ci il tarixli (5500 AZN) qəbzlər barədə Zərərçəkmiş şəxs6 bildirmişdir ki, həmin vəsaitləri Şabran rayonunda müxtəlif iaşə obyektlərində yerləşən “Million” aparatlarından Təqsirləndirilən şəxs kart hesabına göndərimişdir. Həmin məbləğləri Təqsirləndirilən şəxs ondan xarici dövlətdən avtomobil gətirmək adı ilə almışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş 19 may 2023-cü il tarixdə məhkəmə-fonoskopik ekspertizasınin 25 iyun 2023-cü il tarixli 4/988 №-li rəyinə əsasən ekspertizaya təqdim edilən 10 ədəd optik diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs4, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi X15, “K4” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs3, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs5 məxsusdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinə əlavə olunmuş komisyon kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1551 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, məsuliyyətsizlik, əsəbilik, laqeydlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində qeyri ardıcıl olub həm zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onları polis orqanlarına işə düzəlmək üçün pul almasını etiraf etdi, həm də onlardan bu məqsədlə pul almadığını, onların atası Malik Mikayılovdan isə borc aldığını, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4la avtomobil alqı-satqısı ilə bağlı iş birliyi qurması, Zərərçəkmiş şəxs3 müxtəlif vaxtlarda ona həm faizə, həm də avtomobil satıb xeyir götürmək üçün pul verməsi və zərərçəkmiş şəxslərdən bəzi hallarda borc, bəzi hallarda isə həm də faizlə pul alması, Zərərçəkmiş şəxs5 isə ona ümumiyyətlə pul vermədiyini zərərçəkmiş şəxsləri aldatmaq niyyətinin olmamasını göstərmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs bu iddialarını iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, şahidlərin ifadələri, iş üzrə zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri halları təqsirləndirilən şəxsin yanında təsdiq etməsini özündə əks etdirən ühlədirmə protkolları ilə, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında aparılmış telefon, « “WhatsApp » danışmalarının əks olunduğu protokollarla, həmin danışıqlardakı səslərin təqsirləndirilən şəxs Sadıxov Sahibə malik olmasını təsdiq edən məhkəmədə elan olunub araşdırılmış fonoskopik ekspertizasının rəyi ilə, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməli törədərkən anlaqlı olmasını təsdiq edən məhkəmə komisiyon psixiatrik ekspertizasının rəyi ilə, digər sübutlarla və işin faktiki halları ilə təkzib olundu. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxs X16 ziddiyyəti ifadələrini obyektiv həqiqətə uyğun olmayan, təqsirləndirildiyi əməlləri mülki münasibətlər görüntüsü yaradıb, ehtimal etdiyi cinayət hüquqi qaydasında ona təyin edilə biləcək cəzadan yayınmaq üçün göstərdiyi uğursuz cəhdi kimi qiymətləndirir. Çünki onun bu iddalarını təsdiq edən sübut müəyyən olunmadı. O özü də iddalarını təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, gəldiyi bütün nəticələri əsaslandırmalıdır, lakin bu o demək deyildir ki, məhkəmə gəldiyi nəticəyə əsas olmuş bütün halları təsvir etməlidir. Məhkəmənin bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X24rşı (19 aprel 1994-cü il) işində (51 b bəndi) gəldiyi qənaəti baxımından da əsaslıdır. Məhkəmə həmin qərarında qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüquqi tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o, demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs hərəkətlərini təsvir edən sübutların və işin faktiki halları fonunda yaranmış obyektiv təsəvvür baxımından onun əməllərinin ittiham olunduğu cinayət qanunun müvafiq maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi və sübuta yetirildiyi qənaətinə gəlir və onun əməllərinin Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi tövsif olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X17 və Zərərçəkmiş şəxs2 vurduğu zərərin 30000(otuz min) manatını ödəməsi, zərərin qalığını təşkil edən 20000 ( iyirmi min manata) hissəsini onlara ödəmək üçün depozit hesabına keçirməsi, onlar və digər Zərərçəkmiş şəxs6 ilə barışması, digər zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməməsi müəyyən olundu. Zərərçəkmiş şəxs5 məhkəmədə Təqsirləndirilən şəxs qarşı mülki iddia verib təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 14800( on dörd min səkkiz yüz) manatı və mülki iddia vermək üçün 135(yüz otuz beş) manat dövlət rusumunun Təqsirləndirilən şəxs alınıb ona verilməsi barədə qərar qəbul etməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olundu əməllərinin sübuta yetirildiyi, o cümlədən, onun tərəfindən Zərərçəkmiş şəxs5 14800 (on dörd min səkkiz yüz) manat zərər vurduğununun sübuta yetiridiyi qənaətinə gəldiyindən Zərərçəkmiş şəxs5ın mülki iddiasının təmin edilməsini əsaslı sayır və təmin edir. Məhkəmədə Təqsirləndirilən şəxsn törətdiyi əməllər nəticəsində Zərərçəkmiş şəxs3 67000 manat və Zərərçəkmiş şəxs4 75000 manat zərər vurması müəyyən olunmuş, lakin onlar həmin zərərin tutulması barəsində mülki iddia verməmişlər. Məhkəmə həmin halı nəzərə alır və zərərçəkmiş şəxslərə onlara dəymiş zərərlə əlaqədar olaraq hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraat qaydasında iddia vermək hüquqlarının olmasının izah oldunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X17 və Zərərçəkmiş şəxs2 vurduğu zərərin 30000(otuz min) manatını ödəməsi, zərərin qalığını təşkil edən 20000 ( iyirmi min) manat məbləğdə pulun ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına qoyulması müəyyən olundu. Məhkəmə həmin pul vəsaitinin zərərçəkmiş şəxslərə X17 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi üçün onlara verilməsini əsaslı sayır. İş üzrə maddi sübut yoxdur və qanunvericilikdə nəzərdə tutuluan qaydada müsadirə olunan əməlak müəyyən olunemadlı. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfəiəndən ona 70 (yetmiş) saat hüquqi yardım göstərilməsi müəyyən olundu. Bu səbəbdən də ona 420 (dörd yüz iyirmi) manat pulu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X8 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunmasını əsaslı sayır. Məhkəmədə İbtidai istintaq zamanı məhkəmə fonoskopik ekspertizasının keçirilməsinə 200 (iki yüz ) manat xərcələnməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli olması qənəatinə gəldiyindən həmin məbləğin ondan tutulub dövlət büdəcsinə ödənilməsini əsəaslı sayır. Çünki onu həmin ödəmədən azad etmək üçün əsəas müəyyən olunmadı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi himayəsində azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin törədilməsi hallarını, şəraitini, kəmiyyət göstəricələrini, davamlılığını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna əsaslanıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində bu iş üzrə 06 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə şübhəli bilinib tutulub, həmin tarixdə Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməsi, həmin tarixdə də Nəsimi rayon məhkəməsinin həbs qətimkan tədbiri seçilməsi, 14 iyul 2023-cü il tarixli qərarla həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edililib hazırkı vaxta qədər ev dustaqlığında olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs təyin ediləcəkə cəzanın müddəçtinin və başlanğıcını müəyyən edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qəimkan tədbiri qismində seçilmiş ev dustaqlığını ləğv edib onun barəsində həbs qətimkan tədbiri seçilməsini hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərəkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənmiş 20.000 (iyirmi min) manat pul vəsaiti zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bərabər hissələrlə ödənilsin. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin olunsun və dəymiş zərərin əvəzi kimi 14800 (on dörd min səkkiz yüz) manat, mülki iddianın dövlət rüsumu olan 135 (yüz otuz beş) manat, ümumilikdə 14935 (on dörd min doqquz yüz otuz beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hökm qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunsun. Dövlət büdcəsi hesabına ekspertiza xərcini təşkil edən 200 (iki yüz) manat pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər X8 və Tədris Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcini təşkil edən məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin, o, müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı andan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-659/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-659/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver