Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-659/2025 07.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X5 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X7 və Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə4, Zərərçəkmiş şəxs3 və onun qanuni nümayəndəsi X6, Zərərçəkmiş şəxs4 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 Zeynəb qızının, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda yaşayan, barəsində 24 sentyabr 2024-cü il tarixli qərar ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 25 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsində yerləşən 15 saylı evin yaxınlığında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 onun xalası oğlu Şahid1 ilə aralarında baş vermiş sözlü mübahisənin həlli məqsədilə görüşdükdən sonra Zərərçəkmiş şəxs4 onun xalası oğlu Şahid1, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs vurması ilə sözlü mübahisənin şəxsi münasibətlər zəminində davaya çevrilməsi nəticəsində deşicikəsici xassəyə malik olan silah qismində istifadə etdiyi bıçaqla qəsdən Zərərçəkmiş şəxs1 sağ qalça nahiyəsinə vuraraq, sağ qalça arteriya və venalarının zədələnməsi ilə müşayiət olunan sağ qalça çuxuru nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi, insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, xalası oğlu Mirəkbər zəng edərək dostu Hüseyn tərəfindən ona hədə-qorxu gəlindiyini bildirmişdir. O isə Mirəkbərə köhnə dost olduqlarına görə məsələni öz aralarında həll etməklərini demişdir. Bir müddətdən sonra Hüseynə zəng edərək normal şəkildə çay süfrəsində söhbəti həll etməyi təklif etmişdir. Universitetdə olanda Hüseyn ona zəng edərək görüşməyi təklif etmiş, o da Hüseynə dərsi olduğu üçün görüşə bilməyəcəyini bildirmişdir. Hüseyndən sonra Kənan ona zəng edərək gözlədiklərini demiş, o da universitetdən çıxıb Hüseynin yanına getmişdir. Onlar dönərxanada yemək yedikdən sonra dönərxanada çox adam olduğu üçün daha sakit yerdə söhbət etmək qərarına gəlmişlər. Onların yanında Mirəkbər, Lütfəli, Hüseyn, Nihad və Tamirlan da olmuşdur. Söhbət əsnasında Mirəkbər və Tamirlan arasında mübahisə yaranmışdır. O, Mirəkbər və Tamirlanı ayırmağa çalışmışdır. Tamirlan və Mirəkbər mübahisə edərkən kimsə ona arxadan təpik vurmuş, o, yerə yıxıldıqdan sonra həmin vaxt Nihad üzərinə çıxaraq onu vurmağa başlamışdır. Onun yıxıldığı yer daşlıq, zibil qabının yanı olmuşdur. O, yerdə olarkən tutacağı olmayan kəskin əşyanı sağ tərəfində yerdən götürərək Nihadı vurmuşdur. Bundan sonra Nihad ondan uzaqlaşmağa başlamış, o da həmin yerdən uzaqlaşmışdır. Onun gözünün altı və dodağı zədələnmişdir. Hadisə nəticəsində Mirəkbər də xəsarət almışdır. Hadisədən 2-3 saat sonra özü Polis İdarəsinə gedib təslim olmuşdur. Zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, hadisə 25 sentyabrda baş vermişdir. Mirəkbər guya ki, dörd nəfərin də arxası ilə danışdığı üçün hadisə yerinə zərərçəkmiş şəxslərin dördü də gəlmişdir. Həmin söhbətə görə guya Mirəkbər başqa şəxslərə zərərçəkmiş şəxsləri kiminsə döydüyünü, onların isə buna qarşılıq vermədiyini demişdir. Hadisə yerinə getməmişdən əvvəl söhbətdən biraz məlumatı olmuşdur. O, hadisə yerinə söhbəti aydınlaşdırmağa getmişdir. Onlar təsadüfən hadisə yerinə dörd nəfər getmişlər. Onlar dönər yedikdən sonra dönərxananın arxasında qarşı tərəflə axşam saat 6-7 aralığında görüşmüşlər. O, dəmir parçası ilə bir dəfə xəsarət yetirmişdir. Kəsici alət onun da əlini də kəsmişdir. Dəmir parçasını sonradan kənara atmışdır. Yerdə olarkən dəmir parçasından başqa şüşə qırıntıları da olmuşdur.Hadisə yerində onların söhbət etməklərini ətrafdan kimsə görə bilməzdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Şahin adlı şəxslə onun arasında söz-söhbət olduqdan sonra Tamirlan ona Şahinin onları vurduğunu və təhqir etdiyini, bu məlumatı ona Mirəkbərin verdiyini bildirmişdir. O, kollecdən çıxanda Hüseyn ona zəng edərək “Yusif məni, Nihadı və Tamirlanı söhbətə çağırır” demişdir. O, ancaq Hüseynlə əlaqə saxlamışdır. O, evdə olarkən Hüseyn zəng edərək görüşün saat 4-ə təyin edildiyini bildirmişdir. Onlar dönərxanada yemək yedikdən sonra Hüseyn ona “qarşı tərəf də yemək yesin sonra söhbət edək” demişdir. Qarşı tərəf də yemək yedikdən sonra onlar arxa tərəfə keçmişlər. Mirəkbər və Tamirlan üzbəüz söhbət edən zaman onlar arasında anlaşılmazlıq yaranmağa başlamışdır. Tamirlan Mirəkbəri zərbə ilə vurduqdan sonra Nihad da Tamirlanı aralaşdırmaq üçün onu vurmuşdur. Bundan sonra Nihad Yusifə zərbə ilə vurmuşdur. Yusif yerdə olarkən cibində olan açılıb-bağlanan bıçağı çıxarmış, Nihadın ayaq nahiyyəsindən zərbə vurmuşdur. Nihad Yusifin əlindən bıçağı almaq üçün onu itələmişdir. Yusif bıçaq çıxardıqdan sonra ona xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, hadisə yerində olan hər kəs Yusifin əlində olan bıçağı görmüşdür. Tamirlan Mirəkbəri vurduqdan sonra Yusif “siz mənim xalamoğlunu vurursunuz?” deyə müraciət edərək cibindəki bıçağı çıxarmışdır. Yusif bıçaq çıxardıqdan sonra Nihad Yusifə “məni bıçaqla vuracaqsan sən?” demişdir. Nihad bu sözü deyərkən hər ikisi ayaq üstə olmuşdur. Yusifin xəsarətləri bıçaq çıxartdıqdan sonra olmuşdur. Nihad küncə sıxıldıqdan sonra bıçaq zərbəsi onun ayağından dəymişdir. Nihad Yusifi vurduqdan sonra Yusif arxaya gedərək yerə yıxılmışdır. Hadisə taxta zavodunun girişinə yaxın olmuşdur. Onlar söhbəti binanın altında heç kim olmayan yerdə etmişlər. Nihad xəsarət aldıqdan sonra Yusif və onun yanında gələn şəxslər oradan qaçmışlar. O, Yusifi tanımır. Hadisə nəticəsində ona heç bir zərər dəyməmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, hadisə 25 sentyabr 2023-cü ildə Dadaş Bünyadzadə küçəsi 15 ünvanında boş bir ərazidə baş vermişdir. Onun yaşadığı ev həmin ünvanda yerləşir. Hadisə baş verməzdən əvvəl o, yaşadığı evdən çıxaraq məhləyə, yəni hadisənin baş verdiyi yerə getmişdir. Həmin yerə onun yoldaşları yəni, Nihad, Hüseyn, Kənan və qarşı tərəfdən olan şəxslər yəni Yusif, Yusifin qohumu Mirəkbər və digər tanımadığı iki nəfər şəxs gəlmişlər. Yusifin qohumu Mirəkbərlə eyni məhlədə yaşadıqları və uşaqlıqdan bu zamana kimi dost olduqları üçün Yusifi Mirəkbərin qohumu qismində tanımış, lakin yaxından tanışlığı olmamışdır. Hüseyn ona yaşadıqları evin məhləsində olduqlarını bildirərək çağırdığı üçün aşağı düşmüşdür. Münaqişə Hüseyn, Nihad və Kənana sillə vurulması nəticəsində həmin yoldaşlara hörmətsizlik edilib alçaldılmaları zəminində olmuşdur. Onlar bu məsələnin aydınlaşdırılması və belə bir hadisənin baş vermədiyini bildirmək üçün görüşməyi planlamışlar. Onun həmin münaqişəyə daxil olmağının səbəbi odur ki, bu məsələ ona deyiləndə o, belə hadisənin baş vermədiyini, elə olsa idi, mütləq yoldaşlarının ona məlumat verəcəklərini bildirməsi olmuşdur. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs üzərində bıçaq görmüşdür. Yusif bıçağı şalvarının kəmərinin altına yerləşdirmiş, bıçaq gözlə görünəcək formada olmuşdur. Yusifin üzərindəki bıçaq uzun və qara rəngli bıçaq olmuşdur. Mətbəx bıçağı olub-olmadığını bilmir. O, həmin vaxt qorxu hissi keçirərək bədəninin ani refleksi nəticəsində Mirəkbərlə dalaşmağa başlamış və ona yumruq zərbəsi endirmişdir. Mirəkbərə zərbə vurduğunda yıxılmamış, sonra o, Mirəkbəri tutmuş və uşaqlıqdan dost olduğu üçün dalaşmağa davam etməmişlər. Həmin zaman Yusifin qarşısında Hüseyn, Kənan və Nihad olmuşdur. Hüseyn və Kənan həmin an kənara çəkildiyi üçün Yusifin qarşısında Nihad qalmışdır. Yusif Nihada qarşı bıçaq zərbələri endirməyə cəhdlər etmiş və hadisə baş vermişdir. Hüseyn, Kənan və Nihad Yusifin əlindən bıçağı almaq üçün cəhd etmişlər. Nihad bıçağı götürmək istəmiş, həmçinin də arxaya irəliləmişdir ki, bıçaq zərbəsi ona dəyməsin. Bu anda Yusif Nihadı ayaq nahiyəsindən bıçaqlamış,sonra hadisə baş verən kimi qaçmışdır. Daha sonra o, Nihada kömək etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, həmin əraziyə getməyi o, təklif etməmişdir. Məhlələrində çox insanın birlikdə toplaşmasına komendantın icazəsi yoxdur. Onlar say baxımından çox olduqları üçün oraya getmişlər, xüsusilə boş bir əraziyə getmək məqsədləri olmamışdır.Həmin zaman hamı qısaqol idman geyimində və üst geyimlərində olmuşlar. O, ilk dəfə yoldaşları ilə evinin yanında görüşmüş, həmin vaxt yanlarında qarşı tərəfdən heç kim olmamışdır. Onlar hadisə baş verən əraziyə getdikdə, söhbətləri gərginləşdiyi zaman Yusifin əlində bıçaq görmüşdür.Yusifin üzərindəki bıçağı ondan başqa kimin gördüyünü dəqiq bilmir. Yusifin hər kəsə qarşı bıçaq çəkməyinin səbəbinin özünü müdafiə olduğunu ehtimal edir. Onların heç birində hər hansı silah qismində alət olmamışdır. Hamı cüssə və say baxımından eyni vəziyyətdə olmuşdur. Yusifin Kənanın bədən nahiyəsinə qarşı bıçaq zərbəsi endirmək cəhdləri olmuşdur. Yusiflə Nihad arasında birinci zərbəni kimin endirdiyini və Yusifin gözünə kimin zərbə endirdiyini bilmir. Münaqişə gərginləşdiyi üçün Yusif bıçağı çıxarmışdır. O, Mirəkbərlə dalaşmağa başlamasaydı da Yusif bıçağı çıxara bilərdi. Davanın nə qədər müddət davam etdiyini bilmir. Hadisə zamanı 16 yaşı olmuşdur. O, heç kimə təhdid məzmunlu mesajlar göndərməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, hadisə günü Əli adlı dostunun ad gününü keçirtməyi planlamışlar. Mirəkbər Tamirlan vasitəsilə Hüseynə səhərisi günü görüşməyi təklif etmişdir. Onlar Hüseynin yanında hadisə günü birlikdə dönərxanada dönər yemişlər. Onlar çölə çıxdıqdan sonra Yusif tərəfdən gələn iki nəfər mübahisəni danışıq yolu ilə həll edəcəklərini bildirmişlər. Tamirlan və Mirəkbər kənarda danışıqlar aparan zaman birdən-birə Tamirlan Mirəkbəri yumruq zərbəsilə vurmuşdur. O, Tamirlanı arxaya çəkən zaman Yusif də arxaya çəkilmiş və əlində açılıb qatlanan bıçağı çıxardıb onunla mobil telefonda danışanın kim olduğu bildirmişdir. Yusif əlində bıçağı ətrafa vura-vura onları qorxuzmağa çalışmışdır. O, arxaya çəkilən zaman Yusif onun ayağından bıçaqla zərbə endirmişdir. Yusif bıçaqla onun üzərinə gələn zaman o, məcburiyyətdən onun üzərinə gedib özünü müdafiə etmək istəmişdir. Hadisə zamanı ətrafda onlardan başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, hal-hazırda səhhətində problem var. Uzunmüddətli müalicədən sonra o, sağala bilər. İndiyə kimi ona 10 000 manat pul verilmişdir.O, zərərçəkmiş şəxsdən daha 10000 manat pul tələb edir. Sonuncu məhkəmə iclasında zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə ona tələb etdiyi 10000 manat pul vəsaitinin də verilməsini bildirərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Əli adlı dostunun ad günü olduğu üçün o, dostları ilə birlikdə yığıncaq keçirtmişlər. Tamirlan ona demişdir ki, Mirəkbər sonuncuya mesaj yazıb “Hüseyn telefona cavab versin” demişdir. O, Mirəkbərə cavab yazdıqdan 10 dəqiqə sonra Yusif ona zəng edərək görüş təyin etmişdir. Onlar dörd nəfər bir yerdə dönər yeyərkən Mirəkbər, Yusif və onlarla birlikdə iki nəfər hadisə yerinə gəlmişlər. Tamirlan Mirəkbəri vurduqdan sonra Yusif bıçaq çıxardıb ətrafdakılara hücum etməyə başlamışdır. Yusif onu bıçaqla vurmaq istəyən zaman o, sonuncunu yumruqla vurmuşdur. Bundan sonra Nihat Yusifin üzərinə gedən zaman Yusif bıçaqla Nihata xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Yusif bıçağı Tamirlan Mirəkbəri vurduqdan sonra çıxarmışdır. o, Yusifi yumruqla vuran zaman onun əlindən bıçaq yerə düşməmişdir. Yusif onun üzərinə bıçaqla hücum edən zaman o, sonuncunu vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə birlikdə universitetdə oxumuşdur. O, Yusif, Mirəkbər yemək yedikdən sonra çölə çıxdıqda hadisə baş vermişdir. Hadisənin başlanğıcında qarşı tərəf 3- 4 nəfər olsa da hadisə gedişatında qarşı tərəfin sayı artmağa başlamışdır. Hadisə zamanı birinci zərbəni qarşı tərəf Mirəkbərə vurmuşdur. Hadisə zamanı kiminsə əlində bıçaq görməmişdir.O, zərərçəkən şəxsi tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Tofiq oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs universitetdən qrup yoldaşıdır. Onlar birlikdə kompyuter oyunu oynamağa getmək istəmişlər. Onlar yemək yedikdən sonra çölə çıxdıqdan sonra mübahisə baş vermişdir. Qarşı tərəf Yusifin xalası oğlu ilə mübahisə etmişdir. Qarşı tərəfdən xatırlamadığı şəxs Yusifə də əl atmışdır.Hadisə zamanı kiminsə xəsarət almasını görməsə də Yusifin üzərində, onun xalası oğlunun isə üzündə qan olduğunu görmüşdür. Hadisə zamanı Azər, Yusif, o və Yusifin xalası oğlu hadisə yerindən uzaqlaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Hadisə zamanı o, “Oba” marketə düşən zaman səs küy eşitdiyi üçün hadisə yerinə getmişdir. O, hadisə yerində ancaq zərərçəkmiş şəxsi görmüşdür. Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olmuşdur. O, kəmərini çıxardıb qan itirməsin deyə onun yarasını sıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalasıoğludur. Hüseyn adlı şəxs onu hədələyərək “Kubinka” adlı yerə çağırmışdır. Hüseyn adlı şəxsin ola bilsin ki, onunla problemi olmuşdur. O, mübahisə zamanı təklənəcəyindən qorxduğu üçün Yusifi də hadisə yerinə aparmışdır.O, Tamerlan adlı şəxslə mübahisə edən zaman sonuncu onun qaş nahiyyəsinə yumruqla zərbə endirmişdir. Hadisə zamanı Nihad adlı şəxsin ayağından qan axdığını gördükdən sonra oradan uzaqlaşmışdır.O, Yusifin üzərində bıçaq olduğunu bilməmişdir. Hadisədən sonra Yusiflə danışıqlar apararkən Yusif zərərçəkmiş şəxsə xəsarəti yerdən tapdığı dəmir tiyə ilə vurduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, 25 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı məhəllənin yaxınlığındakı yerləşən dönər evində dönər yeyən zaman tanışları Kənan, Nihad və Hüseynin dönər evində oturduqlarını görmüş, dönər sifariş verdikdən sonra onlara gözləmələrini bildirmiş, lakin işlərinin olduğunu bildirib çıxmışlar. Onlara məhəlləyə gələcəyini demişdir. Kənan, Nihad və Hüseyn dönər evindən çıxıb getmişlər. O, yeməyini yeyib dönər evindən çıxıb bir qədər getdikdən sonra 4 nəfər şəxsin qabağından qaçdığını görmüş, ilk öncə düşünmüşdür ki, Kənan, Tamirlan və Nihaddır. Lakin sonradan görmüşdür ki, qaçanlar Yusif, Mirəkbər və onlarla olan iki nəfərdir. O da bir qədər irəliyə getdikdən sonra Nihadın yerdə uzandığını, bədənindən qan axdığını görmüşdür. Bundan sonra qışqıra-qışqıra kömək istəmiş, bir nəfər tanımadığı cavan oğlan ona kömək etmiş və avtomobili ilə Nihadın uzandığı yerə gəlmişdir. Onlar Nihadı avtomobilə uzandırmışlar. Kənan, Hüseyn və Tamirlan avtomobilə əyləşib birlikdə getmişlər. Həmin ərəfədə hadisə yerinə gəlmiş özünü polis kimi təqdim edən şəxs onu şöbəyə dəvət etmişdir, hadisənin necə baş verməsindən, nə qədər davam etməsindən məlumatı olmamışdır (cild 1, iş vərəqə 135-137). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 25 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 17:41 radələrində Dadaş Bünyadzadə 15 ünvanında X1 İşlər Nazirliyinin “102” xidmətini yığaraq Nihad adlı şəxsin bıçaqlanması barədə məlumat vermişdir (cild 1, iş vərəqə 3). 26 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən hündür mərtəbəli yaşayış binasının yanıdır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 31-34). 26 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxslər ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 79-93). 27 sentyabr 2023-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsində yerləşən 15 saylı evin yaxınlığını göstərməklə məhz həmin yerdə Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirdiyini əyani şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 104-108). 27 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 2, iş vərəqə 209-215). 10 noyabr 2023-cü il tarixli paltarın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 şalvarının qara rəngli cins materialdan olması, uzunluğu 1,050 sm, bel hissəsində eni 0,49 sm olması, öndən metal zəncir bəndlə və metal düymə ilə bağlanması, şalvarın iki yan, bir gizli və iki arxa cibi olması, bel hissəsinə kəmər keçirmək üçün ilgəklər tikilməsi, şalvarın belinin arxa-sağ hissəsinə qara rəngli dəriyəbənzər etiket tikilməsi və etiketə «SR» işarəli markalanma nişanlı metal emblem bərkidilməsi, şalvarın arxa sağ cibinin üzərinə qara rəngli dəriyəbənzər etiket tikilməsi, etiketin üzərinə «quş başı» təsvirli metal emblem bərkidilməsi, şalvar istifadə olunmuş vəziyyətdə və üzərində qana bənzər ləkələrin, torpaq izlərinin olması, şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində, yuxarı sərbəst kənardan 15 sm məsafədə aşağı, sağ yan tikişindən 21,2 sm məsafədə sol tərəfə doğru çəp istiqamətli düzxətt şəkilli, 2 sm uzunluqlu bir ədəd dəlib-keçən zədə olması aşkar olmuşdur (cild 1, iş vərəqə 204). 26 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 müayinə edilərkən 25 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində Yusif və tanımadığı iki nəfər şəxslər əllə onu vurduqlarını bildirsə də onun bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 214-216). 27 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ gicgah nahiyəsinin səthi əzilmiş yarası, sağ gözün konyuktiva qişasının altında qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançırı küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər.Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi,eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur(cild 1, iş vərəqə 217-219). 26 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 220-222). 28 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 müayinə olunan zamanı Yusif və tanımadığı iki nəfər şəxslər əllə onu vurduqlarını bildirsə də, bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 223-225). 29 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - üst dodağın içəri səthinin əzilmiş yarası, sol gözaltı nahiyənin qançırı küt əşyanın(əşyaların) təsirindən, sağ əlin 2-ci barmağının əsas falanqasının kəsilmiş yarası isə iti kənarlı alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər.Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Qeyd olunan xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi,eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur (cild 1, iş vərəqə 226-228). 24 fevral 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən- üst dodağın içəri səthinin əzilmiş yarası, sol gözaltı nahiyənin qançırı küt əşyanın(əşyaların) təsirindən, sağ əlin 2-ci barmağının əsas falanqasının kəsilmiş yarası isə iti kənarlı alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə üst dodağın içəri səthinin əzilmiş yarası və sağ əlin 2-ci barmağının əsas falanqasının kəsilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər, sol gözaltı nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir (cild 2, iş vərəqə 169-171). 18 oktyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ qalça arteriya və venalarının zədələnməsi ilə müşayiət olunan sağ qalça çuxuru nahiyəsinin deşilmişkəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, belə ki, kənar şəxs tərəfindən bıçaqla törədilə bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla,qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir,dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Qeyd olunan xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi,eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur (cild 1, iş vərəqə 229-232). 19 dekabr 2023-cü il tarixli kompleks məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu: AB/İV/-dir ( axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 şalvarın üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrupu AB0 sistemi üzrə tədqiq olunduqda A və V antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB0 sistemi üzrə AB/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər (cild 2, iş vərəqə 164-167). 14 dekabr 2023-cü il tarixli kompleks məhkəmə tibbi-kriminastik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əməldə gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın üzərində aşkar edilmiş zədə onun bədənində müəyyən edilmiş sağ qalça çuxuru nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər (cild 2, iş vərəqə 173-177). 27 fevral 2024-cü il tarixli məhkəmə ambulator-psixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ittiham olunan əməl dövründə psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə törətdiyi əməlin mahiyyətini dərk edir və düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 179-181). 30 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 götürülmüş hadisə zamanı ona xəsarətlər yetirilərkən əynində olmuş ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə və həmin zədənin ətrafında qan ləkələri olan şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 216-237). 30 mart 2024-cü il tarixli ayrıca icraata cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və digərlərinin barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 240-242). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 208). 27 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, Qanuni nümayəndə1 oğlu Zərərçəkmiş şəxs1 25 sentyabr 2023-cü il tarixdə xəsarət yetirmiş Təqsirləndirilən şəxs barəsində şikayəti olmadığını bildirmişdir (cild 1, iş vərəqə 109). 04 aprel 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunduğunu, sonuncunun onun sağlamlığına yüngül zərər vurduğunu, 25 sentyabr 2023-cü il tarixdə baş vermiş hadisənin səbəbkarının Təqsirləndirilən şəxs olmadığını, hadisənin mübahisənin təsadüfi axırı zəmnində baş verdiyini, söhbətin davaya çevriləcəyini heç kimin güman belə etmədiyini, Təqsirləndirilən şəxs onu həmin gün əlinə keçən bir cisimlə onu yüngül yaraladığını, Təqsirləndirilən şəxs səmimi peşmançılığını nəzərə alaraq sonuncuya qarşı şikayətinin olmadığını və gələcəkdə də şikayət və tələbinin olmayacağını bildirmişdir (cild 2, iş vərəqə 251). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə ittiham elan edilmişdir. Elan edilmiş ittiham onunla əsaslandırılmışdır ki, o, 25 sentyabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsində yerləşən 15 saylı evin yaxınlığında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 onun xalası oğlu Şahid1 ilə sözlə mübahisə etmələrini heç bir əsaslı səbəb olmadan bəhanə edərək, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, həmçinin onların yanında olan tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə mübahisə yaradıb öz şəxsiyyətini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgə yaşayış qaydalarını kobud surətdə pozmaqla, yəni uca səslə nalayiq ifadələr işlətməklə əvvəlcədən əldə edib üzərində gəzdirdiyi istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan silah qismində istifadə etdiyi bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs1 sağ qalça nahiyəsinə vuraraq, sağ qalça arteriya və venalarının zədələnməsi ilə müşayiət olunan sağ qalça çuxuru nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi, insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və X4 üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə silah qismində istifadə edilən əşyadan istifadə edib xuliqanlıq etmişdir. Məhkəmə toplanmış sübutları qarşılıqlı şəkildə müqayisə etmək yolu ilə qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsində təqsirliliyi müəyyən edilmədiyindən həmin maddə ilə ona bəraət verilməli, Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurma ilə bağlı əməlləri isə Cinayət Məcəlləsininin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən iş üzrə toplanmış sübutlarla təsdiq edilən aşağıdakı fatiki halları əsas götürür: - Cinayət işi materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs2, 26 sentyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 şahid qismində dindirilmə protokollarından görünür ki, Mirəkbər ilə Tamirlan üz-üzə dayanaraq söhbət edərkən sonuncu birdən Yusifin maykasında gizlətdiyi bıçağı görmüş, özündən asılı olmadan Mirəkbəri vurmuş, bu zaman Yusif bıçağı tam olaraq çıxarıb Tamirlanı vurmaq istəyən zaman Nihad yumruqla Yusifi vurmuş, Yusif zərbədən yıxıldıqdan sonra Yusiflə gələn uşaqlar onlara hücum etmiş, Yusif yerdən duraraq düyməli bıçağı açaraq ilk öncə Hüseynə, sonra Kənana vurmaq istəsə də hər iki zərbə onlardan yan keçmiş, bundan sonra Nihada hücum edən zaman Nihad onu təpiklə vurub özündən uzaqlaşdırmaq istəsə də Yusif yenidən sonuncunun üzərinə gərələk ona ayağından xəsarət yetirmişdir; - İş materiallarına əlavə edilmiş 27 oktyabr 2023-cü il tarixli Zərərçəkmiş şəxs1 ifadəsindən isə görünür ki, Mirəkbər ilə Tamirlan söhbət edərkən sonuncu anidən Mirəkbəri vurmuş, o, Tamirlanı geri çəkərkən Yusif bıçaq çıxararaq açmış, bıçağı onlara nümayiş etdirərkən sonuncuya “sən bizi bıçaqla vuracaqsan ” deyərək qarnından vuraraq yerə yıxmış, lakin bıçağı əlindən buraxmamışdır, yerdən qalxaraq Hüseynlə Kənan tərəfə yaxınlaşaraq onlara bıçaqla zərbə endirmiş, lakin vura bilməmişdir, Yusif, Mirəkbər və iki nəfər yerdən qalxaraq onların yanından qaçmaq istəmişdir. Əlində bıçaqla onun qarşında dayanmış, onu vurmasın deyə ona təpik atmış, lakin dəyməmiş, yaxınlaşıb onu vurmaq istəyən zaman isə o, ona bıçaqla zərbə endirmişdir; - İş üzrə şahid qismində dindirilmiş Şahid3 isə ibtidai istintaq dövründə verdiyi və mötəbərliyi məhkəmə istintaqında mübahisələndirilməyən ifadələrindən görünür ki, barışıq üçün söhbət etməyə getdikləri zaman Tamirlanla Mirəkbər söhbət edən zaman Mirəkbər sözünü qurtaran kimi Tamirlan onu, Nihad adlı uşaq isə Yusifi vurmuşdur; - İş üzrə ifadə vermiş zərərçəkmiş şəxslər və şahidlər hər biri Yusifin mehribançılıq üçün gəldiyini, yerin də məhz onun tərəfindən seçildiyini bildirmişlər. İfadələrdən isə aydın olmuşdur ki, həmin ərazi sakit yer olmuş, ətrafda kənar şəxslər olmamışdır; - 27 mart 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 görüş üçün təklif edilən ərazi barədə dindirilərkən bildirmişdir ki, “biz oraya insanlar olmadığı üçün getmişdik ki, qıraqdan müdaxilə olmasın”; - Təqsirləndirilən şəxs qarşı tərəfin 4 nəfər deyil daha çox olduğunu göstərmiş, Nihad Həsənzadə isə ibtidai istintaq dövründə qeyd olunan xüsusat barədə dindirilərkən həmin şəxslərin o yaralandıqdan sonra gəldiyini qeyd etmişdir; - Araşdırılmış sübutlardan aydın olmuşdur ki, hadisə yerində mübahisə iştirakçısı olmayan yalnız bir kənar şəxs Şahid5 şahid qismində cəlb edilmiş, o isə hadisənin şahidi olmadığını bildirmişdir; - İş materiallarına əlavə edilmiş 27 sentyabr 2023-cü il və 29 sentyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəylərindən görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs bədənində xx.xx.2023-cü il tarixdə əmələ gələ bilən sağlamlığa yüngül zərər vuran xəsarətlər aşkar edilmişdir; - 30 mart 2024-cü il tarixli “Sübutların Qiymətləndirilməsi haqqında” qərarla isə hazırki işdən Zərərçəkmiş şəxs4 Şahid1 sağ gicgah nahiyəsinin səthi əzilmiş yarası, sağ gözün konyuktivita qişası altında qansızma ilə müşayiət edilən sağ üst göz qapağının qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs1 yumruqla Təqsirləndirilən şəxs vuraraq üst dodaq içəri səthinin əzilmiş yarasından ibarət, Zərərçəkmiş şəxs2 isə Təqsirləndirilən şəxs vuraraq sol gözaltı nahiyəsinin qançırı kimi xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etməsilə bağlı barələrində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. X13 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Yuxarıda təhlil edilən sübutların məcmusundan aydın olur ki, Şahid1 və Zərərçəkmiş şəxs4 arasında olan mübahisənin həlli üçün Təqsirləndirilən şəxs görüş təklif etmiş, sonuncu məhz ictimai qayda pozulmasın deyə sakit yer seçmiş, söhbət zamanı Zərərçəkmiş şəxs4 Şahid1 Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs yumruqla vurması ilə aralarında olan mübahisə artıq dərinləşərək dava-dalaşa çevrilmiş, hadisə yerini tərk etmək istəyən Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zərbələrlə xarakterizə olunan yumruq və təpikləri nəticəsində Zərərçəkmiş şəxs1 kəsici əşya ilə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və X4 üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi iş materialları ilə təsdiq edilməmiş, hadisənin mübahisə tərəflərindən başqa şahidi olmamışdır. Məhkəmə bu mövqeyini əsaslandırarkən ittiham tərəfindən sübut kimi təqdim edilmiş şahidlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs iki dəfə bıçaq açması, yəni ilk dəfə Zərərçəkmiş şəxs1, sonra isə təkrarən onlara bıçaq açaraq xəsarət yetirmək istəməsi barədə ifadələrini ağlabatan hesab etmir. Belə ki, Nihad Hüseynovu bıçaqlamaq üçün bıçağı açdıqdan sonra sonuncunun xəsarəti ilə yerə yıxılan təqsirləndirilən şəxsin həmin bıçağı cibinə qoyması və yenidən ayağa qalxaraq təzədən bıçaq çıxararaq Zərərçəkmiş şəxs3 və Hüseyn Rövşən oğlunun üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən hərəkətlər etməsi həqiqətə uyğun gəlmir. Digər tərəfdən təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs4 münasibətdə zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməsi ümumiyyətlə toplanmış sübutlarla təsdiq edilmir. Belə ki, məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs4 münaqişə gərginləşdiyi üçün Yusifin özünü müdafiə etmək məqsədilə bıçaq çıxarmasını ehtimal etdiyini qeyd etsə də ona qarşı zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsinə yol verilməsi halının olduğunu göstərməmişdir. Zərərçəkmiş şəxs1 da həmçinin etiraf etmişdir ki, Yusif bıçaq çıxaran kimi hələ heç bir hərəkət etməmiş “sən bizi vuracaqsan” deyərək özü Yusifə təpiklə xəsarət yetirmişdir. Digər tərəfdən Zərərçəkmiş şəxs1 dindirilərkən “Yusif, Mirəkbər və iki nəfərin yerdən qalxaraq bizim yanımızdan qaçmaq istəyirdi” ifadəsini səsləndirməklə əslində onların qarşı tərəfin hər birinin tərəflərindən zərərsizləşdirildiyini etiraf etmişdir. “Əlində bıçaqla mənim qarşımda dayandı məni vurmasın deyə mən ona təpik atdım lakin dəymədi, yaxınlaşıb onu vurmaq istəyən zaman isə o, mənə bıçaqla zərbə endirdi” ifadələrini isə məhkəmə ağlabatan hesab etmir, ona görə ki, şahid Zərərçəkmiş şəxs1 özü də dediyi kimi Yusifgil onların arasından qaçaraq uzaqlaşmaq istəyirdisə əgər Zərərçəkmiş şəxs1 qarşısında dayanaraq ona bıçaqla zərər vurması ağlabatan hesab edilmir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin qarşı tərəfin dörd nəfər deyil daha çox olması barədə ifadələri Zərərçəkmiş şəxs1 da dedikləri ilə təsdiqlənsə də sonuncu həmin şəxslərin yaralandıqdan sonra gəlməsini həqiqətəuyğun hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs1 bıçaqladıqdan sonra Təqsirləndirilən şəxs qaçması halı sonradan gələn adamlar haqqında sonuncunun məlumatlı olmasını istisna edir. Beləliklə, məhkəmə toplanmış sübutlarla hər iki tərəfdən dörd nəfər olması, təqsirləndirilən şəxs və Şahid1 sağlamlığına yüngül zərər vuran xəsarət alsa da, qarşı tərəfdən Zərərçəkmiş şəxs1 başqa heç kəsin bədən səthində xəsarət aşkar edilməməsi, eyni hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 barəsində cinayət işinin başlanılması və hazırki işdən başqa icraata ayrılaraq həmin cinayət işinin dayandırılması, barələrində eyni xüsusat üzrə cinayət işi olduğundan iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bütün şəxslərin həmin hissədə öz əleyhinə ifadə verməmək hüququnun olması kimi halları nəzərə alaraq bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi prinsipindən çıxış edərək təqsirləndirilən şəxsin dava dalaş zəminində Zərərçəkmiş şəxs1 xəsarət yetirilməsi hissəsində ifadəsini mötəbər hesab edir və onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi əlamətlərinin sübuta yetirilməməsi, Zərərçəkmiş şəxs1 sağlamlığına ağır xəsarət yetirilməsi ilə əlaqədar hərəkətlərinin isə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli olması qənaətinə gəlir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamda təsvir olunan obyektiv və subyektiv cəhətin bütün əlamətləri Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə əsasən sübuta yetirilməlidir. Halbuki hazırki iş üzrə ibtidai istintaq orqanının- Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan bəhanə edərək, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti barədə gəldiyi nəticə hadisənin məhz Zərərçəkmiş şəxs4 Şahid1, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vurması ilə başlanması xüsusatı ilə təkzib edilmiş, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, həmçinin onların yanında olan tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə mübahisə yaradıb öz şəxsiyyətini ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgə yaşayış qaydalarını kobud surətdə pozması hərəkətlərinin konkret olaraq nədə ifadə olunması göstərilməmiş, uca səslə nalayiq ifadələr işlətməsi halı isə iş materialları ilə ümumiyyətlə təsdiq edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsinin əhatə olunmaması, hadisələrin şəxsi münasibətlər zəminində gərginləşməsi səbəbindən yalnız Zərərçəkmiş şəxs1 sağlamlığına ağır xəsarət yetirməsini nəzərə alaraq onun hərəkətlərində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan xuliqanlıq əməlinin törədilməsi ilə əlaqədar təqsirliliyi, həmçinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin zəruri tərkib əlaməti kimi çıxış edən “xuliqanlıq niyyəti”nin mövcud olması sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə ona bəraət verilməli, Zərərçəkmiş şəxs1 ağır xəsarət yetirilməsi ilə bağlı əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, ona qarşı şikayət və tələbin olmaması kimi cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. Sosial ədalətin bərpası kimi cəzanın məqsədinin şəxsə vurulmuş ziyanın optimal kompensasiyası imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu ehtiva etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın real çəkilmədən də məqsədlərinə nail olmaq olar. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Tələbədir. Əvvəllər məhkum olunmamışdır. Onun azadlıqdan təcrid edildiyi halda təhsilinin davam etdirilməsi mümkün olmayacaqdır. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs1 götürülmüş hadisə zamanı əynində olmuş ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə və həmin zədənin ətrafında qan ləkələri olan şalvar məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 350, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti təyin edilməsi ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut- Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs1 götürülmüş hadisə zamanı əynində olmuş ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə və həmin zədənin ətrafında qan ləkələri olan şalvar məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-659/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-659/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver