Məhkəmə qərarları › İş №1(101)-66/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-66/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-66/2022 19.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X7 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 4 avqust 1959-cu il tarixdə Tərtər rayonunun, Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “X4” MMC-nin direktoru işləmiş, əvvəllər məhkum olunmuş (Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1-ci maddələri və Cinayət Məcəlləsinin (31.05.2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) il sınaq müddəti ilə şərti hesab edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, qəti olaraq 1 (bir) il müddətə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 4 (dörd) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CMin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 65-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24.12.2021-ci tarixli qərarı ilə həmin hökm Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmışdır) və məhkumluğu ödənilməmiş, Tərtər rayonunun, Borsunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 3 sentyabr 2012-ci il tarixdə təsis etdiyi (VÖEN **********), sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən Cəmiyyətin Nizamnaməsinə əsasən, direktor kimi Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək səlahiyyətinə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib özgənin külli miqdarda əmlakını qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2017-ci il may ayının əvvəllərində mənzil almaq üçün özünə müraciət edən X1 özünün tanışı Hüseynov Şakir Hüseyn oğlu və qeyrilərinin CM-nin 178.3.1 və digər maddələri ilə məhkum olunmalarına dair Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2009-cu il tarixi qərarında təsbit edilmiş və sonuncunun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasına dair müddəaların fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2-ci Dairəvi küçəsi 2 ünvanda inşa edilmiş, Şahid1 məxsus çoxmərtəbəli yaşayış evindən guya ona mənzil satmaq hüququ verdiyini əsas gətirərək, qeyd olunan binada mənzil satmaq səlahiyyətinin olduğuna Zərərçəkmiş şəxs1 inandırıb aldadaraq, həmin binanın 3-cü giriş, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı, 165 m2 sahəsi olan 62 nömrəli mənzili Zərərçəkmiş şəxs1 99.000 manata satacağını yalandan vəd verib, həmin adla 12 may 2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, 3024-27-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində Zərərçəkmiş şəxs1 99.000 manat məbləğində pul vəsaitini alıb, mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – 12.05.2017-ci il tarixli, 42 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin ödənilməsi, mənzilə görə sonuncunun borcunun qalmamasına dair həmin tarixli və nömrəli maliyyə arayışını həmin gün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, 3024-27-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində tərtib edib, imzası və rəhbərlik etdiyi Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 verməklə tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, aldığı 99.000 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus əmlakı ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bundan sonra, cinayətkar hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 olan pul borcunu ödəməkdə çətinlik çəkməsi ilə əlaqədar borcun əvəzində həmin 62 nömrəli mənzili sonuncuya təklif etməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2 mənzilin yerləşdiyi binanı bəyənməyib həmin təklifdən imtina etdiyini 2017-ci ilin iyul ayının əvvəllərində bilib, özünün tanışı Hüseynov Şakir Hüseyn oğlu və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 178.3.1 və digər maddələri ilə məhkum olunmalarına dair Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 20 noyabr 2009-cu il tarixi qərarında təsbit edilmiş və sonuncunun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasına dair müddəaların fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, 3024-27-ci məhəllə ünvanında inşa edilmiş, Şahid2 məxsus çoxmərtəbəli yaşayış evindən də guya ona mənzil satmaq hüququ verdiyini əsas gətirərək, qeyd olunan binadan da mənzil satmaq səlahiyyətinin olduğuna, həmçinin özünün cinayət əməlini müəyyən müddət gizlətmək məqsədi ilə cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs1 borcundan azad olması üçün guya köməklik göstərmək niyyətində olmasına sonuncunu inandırıb aldadaraq, ünvan 3 ünvanında inşa edilmiş binanın 3-cü giriş, 4-cü mərtəbəsində yerləşən 4 otaqlı, 165 m2 sahəsi olan 62 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmləşdirilməsinə dair 12.05.2017-ci il tarixli, 42 nömrəli müqavilənin və maliyyə arayışının əsillərini geri qaytaracağı təqdirdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsin, 3024-27-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 162.000 manat dəyərində olmaqla, 135 m2 sahəsi olan 3 otaqlı 54 nömrəli mənzili Zərərçəkmiş şəxs1 adına, onun adından isə Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirməyi təklif edib, bu barədə sonuncunun razılığını alandan sonra, 12.05.2017-ci il tarixli 42 nömrəli müqavilənin və maliyyə arayışının əsillərini alıb, 54 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədi – 11.07.2017-ci il tarixli, 71 nömrəli alqı-satqı müqaviləsini həmin gün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, 3024-27-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində tərtib edib, imzası və rəhbərlik etdiyi Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs1 verməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, 3 avqust 2017-ci il tarixdə isə həmin mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – eyni tarixli 76 nömrəli müqaviləni və mənzilin əvvəki sahibi olan Zərərçəkmiş şəxs1 ərizəsinə əsasən Zərərçəkmiş şəxs2 adına rəmiləşdirilməsi barədə eyni tarixli 78 nömrəli maliyyə arayışını Sumqayıt şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda tərtib edib, imzası və rəhbərlik etdiyi Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək Zərərçəkmiş şəxs2 verməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməlləri ilə özünü işgüzar şəxs kimi göstərməklə Zərərçəkmiş şəxs1 yanında saxta nüfuz qazanıb qanunsuz üstünlük əldə etmək məqsədi ilə onunla Zərərçəkmiş şəxs2 arasında yaranmış borc münasibətini mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Zərərçəkmiş şəxs2 müvafiq qaydada mülki iddia verməklə özünün pozulmuş hüquqlarının bərpasını tələb etməli olduğu halda fiziki şəxslər arasında yaranmış mülki hüquqi münasibətlərə müdaxilə edib onun praktik və effektiv üsullarla çevik şəkildə həll edilməsinə maneçilik törətməklə Zərərçəkmiş şəxs2 əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamla razı deyildir. O heç kəsin pulunu ələ keçirib dələduzluq etməmişdir. İbtidai istintaq orqanı tərəfindən ona qarşı qərəzli ittiham irəli sürülmüşdür və məhkəmə iclasında veriləcək heç bir suala cavab verməyəcəkdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru kimi tanıdığı, Bakı və Sumqayıt şəhərləri ərazisində yaşayış binaları inşa etdiyini deyən Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən binanın 3-cü blok, 4-cü mərtəbəsində yerləşməklə, sahəsi 165 kv/metr olan 4 otaqlı, 62 nömrəli mənzili 12 may 2017-ci il tarixdə ona 99.000 manata satmışdır. Belə ki, həmin gün Təqsirləndirilən şəxs ünvan 15ndə yerləşən binanın 1-ci mərtəbəsində mənzilin onun adına rəsmiləşdirilməsi barədə müqaviləni tərtib edib imzası və “X4” MMC-nin möhürü ilə təsdiq etmiş, müqavilədə mənzilin dəyərinin ödənildiyinə dair qeyd yazmış, onun mənzilin dəyərini tam şəkildə ödəməyi və mənzilə görə borcunun qalmaması barədə eyni tarixli və nömrəli maliyyə arayışını da tərtib və təsdiq edib vermişdir. O isə həmin vaxt mənzilin dəyəri olan 99.000 manat pulu təklikdə Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin mənzili ona təklif edəndə mənzili təqdim edib göstərərək problemsiz mənzil olmasını demişdir. 2016-cı ilin aprel ayının əvvəllərinədək üstündə hər ay 10 faiz əlavə pul ödəmək şərti ilə hissə-hissə olmaqla 32.500 manat məbləğində borc pul aldığı Zərərçəkmiş şəxs2 barəsində 2017-ci ildə istintaq olunan cinayət işi ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından və borcu qaytara bilməyəcəyindən ehtiyat etdiyinə görə, verdiyi borcu dərhal geri tələb edəndə, Təqsirləndirilən şəxs aldığı 62 nömrəli mənzili girov kimi Zərərçəkmiş şəxs2 təklif etməyinə baxmayaraq, sonuncu mənzilin yerləşdiyi binanı bəyənməyərək razılaşmamışdır. 2017-ci ilin iyul ayının əvvəllərində bu barədə Təqsirləndirilən şəxsla söhbət edəndə sonuncu 62 nömrəli mənzilin əvəzində ona Bakı şəhəri, Binəqədi rayonu, Xutor (M.Ə.Rəsulzadə) qəsəbəsindəki binadan mənzil verə biləcəyini deyib, həmin mənzili Zərərçəkmiş şəxs2 verməyi təklif etmiş, razılığından sonra 12.05.2017-ci il tarixli müqavilənin əslini geri alaraq ünvan 15ndə inşa edilən binanın 1-ci blok, 14-cü mərtəbəsindəki, sahəsi 135 kv/metr olmaqla 3 otaqlı, 162.000 manat dəyərində, 54 nömrəli mənzilin ona satılması barədə 11.07.2017-ci il tarixdə həmin binanın 1-ci mərtəbəsində eyni tarixli 71 nömrəli müqaviləni tərtib edib imzası və rəhbərlik etdiyi MMC-nin möhürü ilə təsdiq edib ona vermişdir. Təqsirləndirilən şəxs müqavilədə mənzilin dəyəri olan 162.000 manatın onun tərəfindən ödənildiyini yazmasına baxmayaraq, həmin mənzil üçün heç bir pul ödəməmişdir, belə ki, Telman həmin, yəni 54 nömrəli mənzili ona 62 nömrəli mənzilin əvəzində vermişdir. ünvan 7ndə inşa edilən binanın 1-ci blok, 14-cü mərtəbəsindəki, sahəsi 135 kv/metr olmaqla 3 otaqlı, 162.000 manat dəyərində, 54 nömrəli mənzilin adına rəsmiləşdirildiyini Zərərçəkmiş şəxs2 deyib, həmin mənzili borcuna görə girov kimi təklif edəndə sonuncu razılaşmış, Təqsirləndirilən şəxs da 54 nömrəli mənzilin onun qanuni mənzili olmaqla heç bir probleminin olmadığını Zərərçəkmiş şəxs2 bildirmişdir. 03.08.2017-ci il tarixdə Zərərçəkmiş şəxs2la və Təqsirləndirilən şəxsla Sumqayıt şəhəri ərazisində görüşmüş, 54 nömrəli mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsinə razılıq verməyinə dair ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 7ndə inşa edilən binanın 1-ci blok, 14-cü mərtəbəsindəki, sahəsi 135 kv/metr olmaqla 3 otaqlı, 162.000 manat dəyərində, 54 nömrəli mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsi haqqında 03.08.2017-ci il tarixli 76 nömrəli müqaviləni tərtib edib imzası ilə və rəhbərlik etdiyi MMC-nin möhürüylə təsdiq edib sonuncuya vermişdir. Müqavilənin mənzilin dəyərinin göstərildiyi və dəyərinin ödənilməsinin göstərildiyi qrafalarda isə “əvəzləşmə” sözünü yazmaqla həmin mənzilin onun adından-əvəzindən Elxanın adına keçirilməsini nəzərdə tutmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs mənzilin əvvəlki sahibi kimi ərizəsinə əsasən Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsi barədə maliyyə arayışını da təsdiq edib vermişdir. Təqsirləndirilən şəxs 99.000 manatlıq mənzilin əvəzində 162.000 manatlıq mənzil verməsi əvvəlcə onu təəccübləndirsə də, Telman bu hərəkətini guya ona kömək etmək niyyəti ilə izah etmişdir. Ancaq sonradan anlamışdır ki, Təqsirləndirilən şəxs istər 62, istərsə də 54 nömrəli mənzilləri satmağa səlahiyyətinin olmadığını bildiyi halda, əvvəlcə 62 nömrəli mənzili adına rəsmiləşdirməklə 99.000 manat pulunu qanunsuz yolla ələ keçirmiş, məhz iz itirmək məqsədi ilə isə sonradan adına 54 nömrəli mənzili rəsmiləşdirmiş, həmin mənzili isə onun adından Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirmişdir. Nəticədə, borcunu ödədiyini güman edib arxayınlaşmışdır. Nə 62, nə də 54 nömrəli mənzilləri satmağa Təqsirləndirilən şəxs səlahiyyətinin olmadığını bilməmişdir. Təqsirləndirilən şəxs özünü ona bina tikintisi ilə məşğul olan bir şəxs kimi tanıtmışdır. O, Elxana olan borcunu ödəmək üçün Telmandan aldığı mənzili ona vermək istəmişdir. Telman ona məxsus olan ünvan 15ndə yerləşən mənzili ünvan 7ndə yerləşən digər mənzillə dəyişmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2016-cı ildə dəqiq xatırlamadığı tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospektində 5.000 manat borc pul vermişdir, lakin aralarında borc müqaviləsi bağlanmamışdır. Həmin borcun bir hissəsini qaytaran Mürsəl sonrakı xatırlamadığı tarixlərdə də borc pul istəmiş, sonuncuya hissə-hissə olmaqla ümumilikdə 85.000 manat məbləğində borc pul vermişdir. Zərərçəkmiş şəxs1 həmin borcu vaxtında qaytarmayanda pulunu geri tələb etmiş, Mürsəl “X4” MMC tərəfindən ünvan 7ndə inşa olunmuş hündürmərtəbəli binada müqavilə ilə adına olan 135 kv.metr sahəsi olan 162.000 manat dəyərində mənzili adına keçirməyi təklif etmiş, mənzilin adına rəsmiləşdirilməsi haqqında 11 iyul 2017-ci il tarixli, 71 nömrəli müqavilənin surətini ona göstərmişdir. “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış, ünvan 7 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 54 nömrəli 3 otaqlı mənzilin sonuncunun adına, hər kv.metri 1.200 manatdan olmaqla cəmi 162.000 manata rəsmiləşdirilməsi barədə olan müqavilədə mənzilin dəyərinin tam şəkildə ödənildiyi göstərilmişdir. Mənzilin Zərərçəkmiş şəxs1 adına olmasına və mənzilə görə onun borcunun olmadığına əmin olduqdan sonra həmin mənzilin özünün adına rəsmiləşdirilməsinə razılıq vermişdir. 2017-ci ilin avqust ayında “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuş, sonuncu da 54 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 məxsus olmasını, mənzilin dəyərinin də sonuncu tərəfindən tam şəkildə ödənildiyini bildirmişdir. 3 avqust 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1la birlikdə Sumqayıt şəhərində, xatırlamadığı ünvandakı çayxanada Təqsirləndirilən şəxsla görüşüb çay içmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ünvan 9 ünvanında inşa edilən binanın 1-ci blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 135 kv.metr olan 54 nömrəli mənzildən imtina etməsinə dair ərizə alandan sonra özündə olan, kompüterdə yığılıb çap edilmiş müqavilə blankında əlyazma ilə müqavilə nömrəsi olan “76” rəqəmini, tarixi olan “03 Avqust 2017-ci il” yazılarını, mənzilin yerləşdiyi blokun, mərtəbənin nömrəsini, mənzilin sahəsini, mənzilin dəyərinin göstərilməli olduğu yerdə “əvəzləşmə” sözünü, müqavilənin sonunda “payçı” qrafasında “Zərərçəkmiş şəxs2, “Sumqayıt ş” sözlərini yazmış, “İcraçı” qrafasında imza etmiş, “payçı” qrafasında ona imza etdirmiş, müqavilənin yazıldığı blankdakı cədvəldə “verilmə tarixi” qrafasında “03/08.2017”, “faktiki ödəniş” qrafasında “əvəzləşmə” sözlərini yazmış, “ödəməni qəbul edənin imzası” qrafasında imza etmiş, “ödəyənin imzası” qrafasında ona imza etdirmişdir. Zərərçəkmiş şəxs1 vermiş olduğu borcun əvəzində 135 kv.metr ölçülü, ümumilikdə 162.000 manat dəyərində mənzil əldə etməyi onu qane etmişdir. O, mənzil adına rəsmiləşdirilən anadək Zərərçəkmiş şəxs1 85.000 manat vermiş, mənzil adına rəsmiləşdiriləndən sonra Mürsəl, “sənə 162.000 manatlıq mənzil vermişəm, əlavə 15.000 manat da ver” deyə sonrakı xatırlamadığı tarixdə Sumqayıt şəhəri ərazisində ondan əlavə 15.000 manat da almışdır. Bir müddət sonra bilmişdir ki, Təqsirləndirilən şəxs adına mənzil rəsmiləşdirmiş olduğu bina heç onun deyilmiş və onun həmin binaya heç bir aidiyyəti olmamışdır. Belə ki, Şahid2 adlı şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsində mənzilin rəsmiləşdirilməsinə dair müqavilənin ləğv olunması tələbi ilə müraciət etmiş, Binəqədi rayon məhkəməsində Təqsirləndirilən şəxs da məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında 54 nömrəli mənzili adına rəsmiləşdirdiyini etiraf edib mənzilin onun olduğunu demiş, lakin sonradan Şahid2 həmin qərardan apellyasiya şikayəti vermiş, Apellyasiya məhkəməsi isə onun şikayətini təmin edərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarını ləğv etmişdir. O həmin qərardan kassasiya şikayəti verməyinə baxmayaraq, şikayəti təmin edilməmişdir. Mürsəl ondan ümumilikdə 100.000 manat pul almışdır. Mürsəl ondan aldığı 85.000 manat pulun əvəzində özünə məxsus olan mənzili onun adına rəsmləşdirmişdir. Həmin mənzili onun adına Mürsələ həmin mənzili satan Telman adlı şəxs rəsmləşdirmişdir. Təqsirləndirilən şəxs həmin mənzilləri satmaq səlahiyyətinin olmadığını bilməmişdir. Telman adlı şəxsin həmin mənzillər ilə bağlı hər hansı bir səlahiyyətinin olmadığını sonradan öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı və Sumqayıt şəhərlərində bina tikintisi ilə məşğul olmuş dayısı Hüseynov Şakir Hüseyn oğlu 21.06.2016-cı il tarixdə cəzaçəkmə müəssisəsində vəfat etdikdən sonra onun işləri ilə oğlu Şahid1, həmçinin o və qardaşı Şahid3 məşğul olmuşlar. “X4” MMC-nin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs isə Şakir Hüseynovun sağlığında sonuncuyla podrat müqaviləsi bağlayıb Sumqayıt şəhərindəki binanın tikintisini aparmışdır. Şakir Hüseynov 2009-cu ildə həbs olunandan sonra onun tərəfindən inşa olunaraq inşası yarımçıq qalmış ünvan 10 ünvanında inşa olunan binanın tikintisi ilə qardaşı Şahid3 məşğul olaraq həmin binanın tikintisini başa çatdırmış, Təqsirləndirilən şəxs həmin binanın tikintisinə heç bir aidiyyəti olmamış, orada heç bir iş görməmiş, heç bir pul xərcləməmişdir. Təqsirləndirilən şəxs özü demişdir ki, Şakir Hüseynovun və onun məhkum olunmalarına dair məhkəmə qərarına əsasən guya Şakir Hüseynova məxsus olan binalarda mənzil satmağa ixtiyarı vardır. Əslində isə məhkəmə qərarında belə bir şey göstərilməmişd, Təqsirləndirilən şəxs Şakir Hüseynova məxsus binalardan mənzil satmağa səlahiyyət verilməmişdir. Şakir Hüseynovun Sumqayıt şəhəri, Bakı şəhəri, Yeni Yasamal qəsəbəsi və Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsi ərazisində tikilməkdə olan binaları vardır. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində inşa olunan bina onun adına olmaqla, həmin binanın tikintisi ilə bağlı bütün sənədləşmələr adına aparılmışdır. Təqsirləndirilən şəxs isə həmin binadan mənzil satmağa, kiminsə adına mənzil və ya qeyri-yaşayış sahəsi rəsmiləşdirməyə heç bir səlahiyyəti olmamışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 54 nömrəli 3 otaqlı mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsi haqqında 11 iyul 2017-ci il tarixli, 71 nömrəli müqavilə tərtib edib vermiş, sonradan isə həmin mənzilin Zərərçəkmiş şəxs2 adlı şəxsin adına rəsmiləşdirilməsi haqqında 03 avqust 2017-ci il tarixli, 76 nömrəli müqaviləni, həmin mənzillə bağlı onun adına eyni tarixli, 78 nömrəli maliyyə arayışı tərtib edib imzası və təsisçisi və direktoru olduğu “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus dairəvi möhürlə təsdiq edib vermişdir. Bunu biləndə mənzilin geri alınması tələbi ilə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsində iddia qaldırmış, həmin məhkəmə iddianı təmin etmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinə həmin qərardan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iddia tələbi təmin olunmuş, Binəqədi rayon Məhkəməsinin qərarı ləğv olunmuşdur. Sonradan Zərərçəkmiş şəxs2 Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verməsinə baxmayaraq, onun şikayəti təmin edilməmişdir. Hətta Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Təqsirləndirilən şəxs mənzili qanunsuz olaraq Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirməklə cinayət törətdiyini hesab edərək bu barədə xüsusi qərardad çıxarmışdır. Təqsirləndirilən şəxs əvvəllər də Şakir Hüseynova məxsus binalardan müxtəlif şəxslərin adlarına mənzil sahələri rəsmiləşdirilməsi haqqında saxta müqavilələr tərtib edib verməklə həmin şəxslərin pullarını aldığına görə,onun barəsində cinayət işləri olmuş və o məhkum olunmaqla hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Şakir Hüseynova məxsus olmaqla oğlu Şahid1 adına rəsmiləşdirilmiş, ünvan 11 ünvanında inşa olunmuş binanın yarımçıq qalmış işlərini də qardaşı Şahid3 dayısının pulu hesabına başa çatdırmış, Təqsirləndirilən şəxs həmin binanın tikintisində də heç bir iş görməmiş, pul xərcləməmişdir. Təqsirləndirilən şəxs həmin binadan mənzil satmağa ixtiyarı olmamışdır. Təqsirləndirilən şəxs satdığı mənzillərin hər birinin qanuni sahibləri olmuşdur. Təqsirləndirilən şəxs dayısının tikdirdiyi və yarımçıq qalmış binalardan qanunsuz olaraq saxta müqavilə əsasında bir neçə şəxsə mənzil satmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, fiziki şəxs kimi fəaliyyət göstərməklə Bakı və Sumqayıt şəhərlərində bina tikintisi ilə məşğul olan atası Şakir Hüseynov 2009-cu ildə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2016-cı il iyun ayının 21-də isə cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Atasının vəfatından sonra onun inşa etdiyi, inşası yarımçıq qalan, Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən binasının tikintisi ilə doğma bibisi oğlu olan Şahid3 məşğul olmuşdur. Həmin bina Şahid3 qardaşı Əlnurun adına sənədləşdirilmişdir. Sumqayıt şəhərində atasının tikintisini apardığı binaların tikintisi ilə isə o məşğul olur. Təqsirləndirilən şəxs onun atası ilə bağlamış olduğu podrat müqaviləsi əsasında əvvəllər Sumqayıt şəhərindəki binanın tikintisi ilə məşğul olmuşdur. Ancaq hazırda həmin müqavilənin qüvvədə olma müddəti qurtarmışdır. Təqsirləndirilən şəxs hazırda Şakir Hüseynov tərəfindən inşa olunaraq, inşası yarımçıq qalan binalara heç bir aidiyyəti yoxdur. Konkret olaraq, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal massivində inşa olunmuş binada, Sumqayıt şəhərində, eləcə də, Bakı şəhəri Binəqədi rayonu Xutor qəsəbəsində inşa olunan binalarda Təqsirləndirilən şəxs mənzil satmaq üçün heç bir səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs mərhum Şakir Hüseynov tərəfindən inşa olunaraq inşası yarımçıq qalan binalarda müxtəlif şəxslərə mənzillər satmaq adı ilə qanunsuz yolla pullarını aldığına, adlarına mənzil rəsmiləşdirilməsi barədə saxta müqavilələr tərtib və təsdiq edib verdiyinə görə məhkum olunmuş, hazırda cəza çəkir. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal massivində mərhum atası tərəfindən inşa olunan bina ona məxsusdur. Həmin binanı atası Şakir Hüseynov xatırlamadığı tarixdə onun adına almış, binaya dair onun adına etibarnamə verilmişdir. Ona görə də o, doğma bibisi oğlu olan Şahid3la birlikdə Yeni Yasamal massivindəki həmin binanı tikib başa çatdırmışdır. Zərərçəkmiş şəxs1 adlı şəxsi tanımır. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçə 2 ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən 165 kv.metr sahəsi olan 4 otaqlı, 62 nömrəli mənzilin Təqsirləndirilən şəxs tərəfindən 12.05.2017-ci il tarixli, 42 nömrəli müqavilə ilə Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs, Şakir Hüseynov tərəfindən inşası başlanmaqla yarımçıq qalmış digər binalar da daxil olmaqla həmin binadan mənzil satmaq, kiminsə adına mənzil və ya qeyri-yaşayış sahəsi rəsmiləşdirməyə heç bir hüququ, səlahiyyəti olmamışdır və yoxdur. Qeyd olunan binada bütün mənzillər satılmışdır. Binanın 3-cü blok, 4-cü mərtəbəsində yerləşən 165 kv.metr sahəsi olan 4 otaqlı, 62 nömrəli mənzilin kimə məxsus olmasını konkret olaraq xatırlamır. Ancaq, həmin mənzilin sahibi vardır və Təqsirləndirilən şəxs həmin mənzilə dair Zərərçəkmiş şəxs1 adına saxta müqavilə vermişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxslərin adlarına Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ərazisində mərhum Şakir Hüseynov tərəfindən inşa olunan binada mənzil satması, mənzil rəsmiləşdirməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin şəxslərin adlarına qeyd olunan binadan da, mənzil rəsmiləşdirmişdirsə, təbii ki, həmin müqavilələri də saxta olaraq tərtib edib vermişdir (cild 1, iş vərəqə 116-119). Cinayət işinin materiallarında olan 12 may 2017-ci il tarixli, 42 nömrəli müqavilədən görünür ki, həmin müqavilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (icraçı) ilə Zərərçəkmiş şəxs1 (payçı) arasında bağlanmaqla, məzmunu ünvan 13 ünvanında inşa edilmiş binanın 4-cü mərtəbəsində yerləşən 165 kv.metr sahəsi olan 4 otaqlı mənzilin 99.000 manata Zərərçəkmiş şəxs1 satılmaqla onun adına rəsmiləşdirilməsindən ibarətdir. Müqavilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 imzaları, həmçinin “X4” MMC-nin möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 2-ci səhifəsində mənzil sahəsinin dəyəri olan 99.000 manat məbləğində pulun 12 may 2017-ci il tarixdə ödənildiyi göstərilmişdir (cild 1, iş vərəqə 97). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs imzası və “X4” MMC-nin möhürü ilə təsdiq edilmiş 12.05.2017-ci il tarixli 42 nömrəli maliyyə arayışında ünvan 14 ünvanında inşa edilmiş binanın 4-cü mərtəbəsində yerləşən 165 kv.metr sahəsi olan 4 otaqlı mənzilin dəyərinin Zərərçəkmiş şəxs1 tərəfindən ödənildiyi və həmin mənzilə görə onun borcunun qalmadığı göstərilmişdir (cild 1, iş vərəqə 98). Cinayət işinin materiallarında olan 11 iyul 2017-ci il tarixli 71 nömrəli müqavilədən görünür ki, həmin müqavilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (icraçı) ilə Zərərçəkmiş şəxs1 (payçı) arasında bağlanmaqla, məzmunu ünvan 7 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 54 nömrəli 3 otaqlı mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsindən ibarətdir. Müqavilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 imzaları, həmçinin “X4” MMC-nin möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 2-ci səhifəsində mənzil sahəsinin dəyəri olan 162.000 manat məbləğində pulun 11 iyul 2017-ci il tarixdə ödənildiyi göstərilmişdir (cild 1, iş vərəqə 99). Cinayət işinin materiallarında olan 3 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilədən görünür ki, həmin müqavilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (icraçı) ilə Zərərçəkmiş şəxs2 (payçı) arasında bağlanmaqla, məzmunu ünvan 7 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 54 nömrəli 3 otaqlı mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsindən ibarət olmaqla, müqavilənin mətnində mənzilin dəyəri və həmin dəyərin ödənilməsi hissələrində “əvəzləşmə” sözü yazılmışdır (cild 1, iş vərəqə 100). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs imzası və “X4” MMC-nin möhürü ilə təsdiq edilmiş 03.08.2017-ci il tarixli 78 nömrəli maliyyə arayışında ünvan 15 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 54 nömrəli 3 otaqlı mənzilin əvvəlki sahibi Zərərçəkmiş şəxs1 ərizəsinə əsasən Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirildiyi göstərilmişdir (cild 1, iş vərəqə 101). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2020-ci il tarixli 4/430 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 7 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 54 nömrəli 3 otaqlı mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsinə dair 03 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilədəki əlyazmalar, həmin müqavilədə “İcraçı” qrafasında “X4” MMC, Direktor:Təqsirləndirilən şəxs VÖEN:**********” yazılarının aşağı hissəsindəki imza, müqavilənin cədvəl hissəsində “ödəməni qəbul edənin imzası” qrafasındakı imza, Zərərçəkmiş şəxs2 adına olan 03 avqust 2017-ci il tarixli 78 nömrəli maliyyə arayışında “X4” MMC-nin Direktoru: Təqsirləndirilən şəxs” yazılarının qarşısındakı imza; əksləri Zərərçəkmiş şəxs1 adına olan 11 iyul 2017-ci il tarixli 71 nömrəli müqavilənin kserosurətində olan əlyazmalar, “İcraçı” qrafasında “X4” MMC, Direktor: Təqsirləndirilən şəxs VÖEN:**********” yazılarının aşağı hissəsindəki imza, müqavilənin cədvəl hissəsində “Ödəməni qəbul edənin imzası” qrafasındakı imza; əksləri ünvan 14 ünvanında inşa edilmiş binanın 4-cü mərtəbəsində yerləşən 165 kv.metr olan 4 otaqlı mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsi haqqında 12 may 2017-ci il tarixli 42 nömrəli müqavilənin kserosurətində olan əlyazmalar, “İcraçı” qrafasında “X4” MMC, Direktor: Təqsirləndirilən şəxs VÖEN:**********” yazılarının aşağı hissəsindəki imza, müqavilənin cədvəl hissəsində “Ödəməni qəbul edənin imzası” qrafasındakı imza, Zərərçəkmiş şəxs1 adına olan 12 may 2017-ci il tarixli 42 nömrəli maliyyə arayışının kserosurətindəki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. ünvan 7 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 135 kv.metr olan 54 nömrəli 3 otaqlı mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsinə dair 03 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilədə “Payçı” qrafasındakı imza, həmin müqavilənin cədvəl hissəsində “Ödəyənin imzası” qrafasındakı imza Zərərçəkmiş şəxs2 tərəfindən icra olunmuşdur (cild 1, iş vərəqə 249-252). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2020-ci il tarixli 5/404 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 adına olan 3 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilənin və eyni tarixli 78 nömrəli maliyyə arayışının üzərlərindəki möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Zərərçəkmiş şəxs1 adına olan 12 may 2017-ci il tarixli 42 nömrəli müqavilənin və maliyyə arayışının kserosurətinin üzərlərindəki möhür əkslərin təsvirləri birbaşa icra olunmayıb, çoxaldıcı qurğu vasitəsi ilə əks olunmuşdur. Zərərçəkmiş şəxs2 adına olan 03 avqust 2017-ci il tarixli 76 nömrəli müqavilənin, eyni tarixli 78 nömrəli maliyyə arayışının üzərlərindəki möhür əksləri, Zərərçəkmiş şəxs1 adına olan 12 may 2017-ci il tarixli 42 nömrəli müqavilənin və maliyyə arayışının kserosurətində olan möhür əksinin təsvirləri təqdim edilmiş “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti X4 MMC” məzmunlu möhürün eksperimental əks nümunələrilə eynilik təşkil edirlər (cild 1, iş vərəqə 267-270). Cinayət işinin materiallarından görünür ki, 12 may 2017-ci il tarixli, 42 nömrəli müqavilə və maliyyə arayışı, 11 iyul 2017-ci il tarixli, 71 nömrəli müqavilə, 3 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilə, 3 avqust 2017-ci il tarixli, 78 nömrəli maliyyə arayışı maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına tikilmişdir (cild 1, iş vərəqə 301-317). Cinayət işinin materiallarında olan tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1-ci maddələri və Cinayət Məcəlləsinin (31.05.2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CMin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) il sınaq müddəti ilə şərti hesab edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, qəti olaraq 1 (bir) il müddətə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 4 (dörd) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 65-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 1, 245, 298-300, cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini öz qulluq mövqeyindən istifadə edərək törətdiyindən, məhkəmə kollegiyası həmin maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə yanaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idaretmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs oğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, lakin həmin Məcəllənin 313cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 2017-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinin tələbinə əsasən məhkəmə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə özünü təqsirli bilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi gündən 2 il keçdiyinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini və təqsirləndirilən şəxsin həmin maddə ilə özünü təqsirli bilməməsini nəzərə alaraq, ona cəza təyin etməməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.1-ci maddələri ilə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2018-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək həmin zərər çəkmiş şəxslərə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 193,52 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan 12 may 2017-ci il tarixli, 42 nömrəli müqavilə və maliyyə arayışı, 11 iyul 2017-ci il tarixli, 71 nömrəli müqavilə, 3 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilə, 3 avqust 2017-ci il tarixli, 78 nömrəli maliyyə arayışı cinayət işinin materiallarına saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə isə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 193,52 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut olan 12 may 2017-ci il tarixli, 42 nömrəli müqavilə və maliyyə arayışı, 11 iyul 2017-ci il tarixli, 71 nömrəli müqavilə, 3 avqust 2017-ci il tarixli, 76 nömrəli müqavilə, 3 avqust 2017-ci il tarixli, 78 nömrəli maliyyə arayışı cinayət işinin materiallarına saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar