Məhkəmə qərarları › İş №1(101)-66/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-66/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-66/2025 10.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X9 və X15, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Arbitrium” Vəkil Bürosunun vəkili Nümayəndə1, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 25 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, 12 sentyabr 1990-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qarşısında Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Şahid10 tərəfindən aldadılaraq mənzillərinin ələ keçirilməsi barədə aparılmış araşdırma üzrə qəbul edilmiş qərardan şikayət etmək üçün oraya qəbula gəlmiş Zərərçəkmiş şəxs1 yaxınlaşaraq onun etibarından sui-istifadə etməklə özbaşına özünü Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, eləcə də vəzifəli şəxslərin qərarlarına təsir gücünə malik vəzifəli şəxsin qohumu kimi təqdim edib həmin əlaqələrindən istifadə etməklə Zərərçəkmiş şəxs1 və əri Zərərçəkmiş şəxs2 xeyrinə müxtəlif məhkəmə instansiyalarında qərarlar qəbul edilməsində, mənzillərinin özlərinə qaytarılmasında köməklik edəcəyini bildirib Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində xx.xx.2019-cu il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında Nərimanov rayon məhkəməsinə verilmiş şikayət üzrə qərarın ləğv edilərək xeyrinə qərar çıxarılması üçün həmin məhkəmənin hakiminə rüşvət verəcəyi adı ilə Zərərçəkmiş şəxs1 aldadaraq 2020-ci il yanvar ayında ünvan 2 ünvanında sonuncudan 4000 manat pulu alaraq ələ keçirib dələduzluq etmiş və fiziki şəxs olan Zərərçəkmiş şəxs1 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa o, özbaşına özünü Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, eləcə də vəzifəli şəxslərin qərarlarına təsir gücünə malik vəzifəli şəxsin qohumu kimi təqdim edərək həmin əlaqələrindən istifadə etməklə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində xx.xx.2019-cu il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında Nərimanov rayon məhkəməsinə verilmiş şikayət üzrə həmin qərarın ləğv edilərək xeyrinə qərar çıxarılması üçün vəkilə verəcəyi adı ilə Zərərçəkmiş şəxs1m aldadaraq 2020-ci iİ yanvar ayında ünvan 2 ünvanında sonuncudan 5000 manat pulu alaraq ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və fiziki şəxs olan Zərərçəkmiş şəxs1 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa o, özbaşına özünü Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, eləcə də vəzifəli şəxslərin qərarlarına təsir gücünə malik vəzifəli şəxsin qohumu kimi təqdim edərək Nərimanov rayon məhkəməsinin qərarından Bakı Apellyasiya məhkəməsinə verilmiş şikayət üzrə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması üçün həmin məhkəmənin hakiminə rüşvət verəcəyi adı ilə Zərərçəkmiş şəxs1 aldadaraq 2020-ci il fevral ayında ünvan 3 ünvanında sonuncudan həmin dövrün milli məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dollarını alaraq ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və fiziki şəxs olan Zərərçəkmiş şəxs1 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 tanışı vasitəsilə 1500 manat qarşılığında sürücülük vəsiqəsi düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2019-cu il oktyabr ayında ünvan 3 ünvanında sonuncudan 1500 manat pulu alaraq ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, guya Rahib Mirzəyev tərəfindən Zərərçəkmiş şəxs1 qaytarılmış “Ayna Sultanova” heykəli yaxınlığında yerləşən mənzilin təmir və əşya ilə təmin edilməsini təşkil edəcəyini bildirib bu adla sonuncunu aldadaraq 2019-cu il dekabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəli yaxınlığındakı həmin mənzildə sonuncudan 2700 manat pulu alaraq ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, əvvəllər Zərərçəkmiş şəxs1 verilmiş və məcburi köçkünlər üçün nəzərdə tutulmuş çörək pulunun bərpa edilməsi üçün Ağdam rayonu, Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə rüşvət verəcəyi adı ilə Zərərçəkmiş şəxs1 aldadaraq xx.xx.2020-ci il tarixdən 2020-ci ilin dekabr ayının sonuna qədər olan dövr ərzində Ağdam rayonu, Quzanlı qəsəbəsində sonuncudan 600 manat pulu ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 bacısı X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən tanışı vasitəsilə sosial müavinət düzəldilməsi üçün həmin şəxsə verəcəyi adı ilə Zərərçəkmiş şəxs1m aldadaraq xx.xx.2020-ci il tarixdən 2020-ci il dekabr ayının sonuna qədər olan dövr ərzində Bakı şəhəri, Nəsimi rayonu, “28 Mail" ticarət mərkəzində sonuncudan 4000 manat pulu alaraq ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı vasitəsilə Zərərçəkmiş şəxs1 Qarabağ veteranlarına dövlət tərəfindən avtomobil verilməsi üçün adının siyahıya salınması adı ilə Zərərçəkmiş şəxs1m aldadaraq xx.xx.2020-ci il tarixdən 2020-ci il dekabr ayının sonuna qədər olan dövr ərzində Bakı şəhəri, Nəsimi rayonu, "28 Mail” ticarət mərkəzində sonuncudan 2000 manat pulu alaraq ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı vasitəsilə Zərərçəkmiş şəxs1 Qarabağ veteranlarına dövlət tərəfindən mənzil verilməsi üçün tanışı vasitəsilə adının siyahıya salınması adı ilə Zərərçəkmiş şəxs1m aldadaraq xx.xx.2020-ci il tarixdən 2020-ci il dekabr ayının sonuna qədər olan dövr ərzində Bakı şəhəri, Nəsimi rayonu, "28 Mail” ticarət mərkəzində sonuncudan 2000 manat pulu alaraq ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı vasitəsilə Zərərçəkmiş şəxs1 Qarabağ müharibəsi əlili təqaüdü düzəltmək adı ilə Zərərçəkmiş şəxs1m aldadaraq xx.xx.2020-ci il tarixdən 2020-ci il dekabr ayının sonuna qədər olan dövr ərzində Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzində sonuncudan 3000 manat pul, həmin təqaüdün düzəldilməsi zamanı tanışı vasitəsilə sonuncunun növbədə irəli çəkilməsi adı ilə Zərərçəkmiş şəxs1m aldadaraq xx.xx.2020-ci il tarixdən 2020-ci il dekabr ayının sonuna qədər olan dövr ərzində Bakı şəhəri, Nəsimi rayonu, “28 Mail” ticarət mərkəzində sonuncudan 600 manat pul, ümumilikdə 3600 (üç min altı yüz) manat pulu vahid niyyətlə alaraq ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində guya Zərərçəkmiş şəxs1 və əri Zərərçəkmiş şəxs2 aldığı mənzilin kreditinin ödənilməsi adı ilə Zərərçəkmiş şəxs1m aldadaraq 2020-ci il dekabr ayında Bakı şəhəri, Nəsimi rayonu, “28 Mali” ticarət mərkəzində sonuncudan 7000 manat pulu alaraq ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı onun əri Zərərçəkmiş şəxs2 sonuncunun taxta ticarəti ilə məşğul olduğu Şahid10 və Rahib Mirzəyev tərəfindən aldadılaraq ələ keçirilmiş mənzilləri və pulunun qaytarılmasında köməklik edəcəyini bildirib məhkəmədə müvafiq işlərin görülməsi müqabilində vəkilin xərclərinin ödənməsi adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq xx.xx.2020- ci il tarixdə sonuncu tərəfindən onun adına bank yolu ilə köçürülmüş həmin dövrün məzənnəsi ilə 3.892 manat təşkil edən 140.000 rus rublu, xx.xx.2020-ci il tarixdə köçürülmüş həmin dövrün məzənnəsi ilə 556 manat təşkil edən 20.000 rus rublunu Azərbaycan Respublikası ərazisində yerləşən müxtəlif banklardan çıxararaq ümumilikdə 4448 manat pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa o, guya Şahid10 tərəfindən Zərərçəkmiş şəxs1 qaytarılmış Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində yerləşən mənzilin plana düşməsi və həmin binanın yerində yeni tikiləcək binadan verilən 2 otaqlı mənzilə 1 otaq da əlavə edilməsi adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq 2020-ci il yaz aylarında Azadlıq metrostansiyası yaxınlığında sonuncunun tanışı Şahid3 Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün milli məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları pulu alaraq ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, guya Rahib Mirzəyev tərəfindən qaytarılmış Bakı şəhəri, Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən mənzilin plana düşməsi və həmin binanın yerində yeni tikiləcək binadan verilən 2 otaqlı mənzilə 1 otaq da əlavə edilməsi adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq 2020-ci ilin may ayından iyul ayına qədər olan dövr ərzində Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 42 ünvanında sonuncunun tanışı Şahid2 Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün milli məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları pulu alaraq ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, guya Rahib Mirzəyev və Şahid10 tərəfindən qaytarılmış 6 mənzilin çıxarışlarının “ASAN" xidmət və “Daşınmaz Əmlak Dövlət Agentliyimdən” alınması adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq 2020-ci ilin may-iyul aylarında Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 42 ünvanında sonuncunun tanışı Şahid2 Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün milli məzənnəsi ilə 13.600 manat təşkil edən 8.000 ABŞ dolları pulu alaraq ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özbaşına özünü Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, eləcə də vəzifəli şəxslərin qərarlarına təsir gücünə malik vəzifəli şəxsin qohumu kimi təqdim edərək həmin əlaqələrindən istifadə edib guya məhkəmə yolu ilə Şahid10 tərəfindən verilmiş qeyriyaşayış obyektlərinin məhkəmədə qiymətləndirilməsi və sənədləşmə işləri üçün rüşvət kimi həmin məhkəmənin hakiminə və qiymətləndirmə üzrə ekspertə verilməsi adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq 2020-ci ilin yay aylarında Azadlıq metrostansiyası yaxınlığında Şahid3 Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün milli məzənnəsi ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları pulu alaraq ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və fiziki şəxs olan Zərərçəkmiş şəxs2 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa o, guya müxtəlif məhkəmə instansiyalarında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə qərarlar çıxarılması, mənzillərinin geri qaytarılmasına köməklik etmiş vəzifəli şəxs olan qohumunun bağ evinin tikintisi üçün taxta materiallarına ehtiyac olması adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq sonuncu tərəfindən ona edilmiş köməkliklərin qarşılığında pay kimi göndərilməsinə nail olduğu Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün milli məzənnəsi ilə 57.800 manat təşkil edən 34.000 ABŞ dolları dəyərindəki 2 vaqonda 200 kub metr ölçüdə olmaqla taxta materiallarını xx.xx.2020-ci il tarixdə X29, həmin məqsədlə göndərilmiş Zərərçəkmiş şəxs2 məxsus həmin dövrün milli məzənnəsi ilə 57.800 manat təşkil edən 34.000 ABŞ dolları dəyərindəki 2 vaqonda 200 kub metr ölçüdə olmaqla taxta materiallarını xx.xx.2020-ci il tarixdə X25, ümumilikdə 4 vaqonda 400 kub metr ölçüdə olmaqla 115600 (yüz on beş min altı yüz) manat dəyərindəki taxta materiallarını vahid niyyətlə ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özbaşına özünü Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, eləcə də vəzifəli şəxslərin qərarlarına təsir gücünə malik vəzifəli şəxsin qohumu kimi təqdim edərək həmin əlaqələrindən istifadə etməklə guya Azərbaycan Respublikası Ali Məhkəməsində Şahid10 və Rahib Mirzəyev barəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayətlərinə baxılması və onların xeyrinə qərar çıxarılması üçün həmin məhkəmənin hakiminə rüşvət vermək adı ilə Teymur Qrubanovu aldadaraq sonuncu tərəfindən pul köçürmələri vasitəsilə onun adına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində köçürülmüş həmin dövrün məzənnəsi ilə 7770 manat təşkil edən 350,000 rus rublu, həmin dövrün məzənnəsi ilə 555 manat təşkil edən 25.000 rus rublu, həmin dövrün məzənnəsi ilə 3300 manat təşkil edən 150.000 rus rublu, həmin dövrün məzənnəsi ilə 7.615 manat təşkil edən 343.000 rus rublu, 254 manat, 1000 manat, 3000 manat, 4500 manat pulu, X2 adına köçürülmüş həmin dövrün məzənnəsi ilə 833 manat təşkil edən 37.500 rus rublu, Şahid14 Alı oğlunun adına köçürülmüş həmin dövrün məzənnəsi ilə 1.794 manat təşkil edən 80.800 rus rublunu Azərbaycan Respublikası ərazisində müxtəlif banklardan çıxararaq, eləcə də X5 və Şahid14 Alı oğlundan sonuncuların adlarına köçürülmüş pul vəsaitlərini alaraq Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə həmin dövrün milli məzənnəsi ilə 30.621 (otuz min altı yüz iyirmi bir) manat təşkil edən pul vəsaitini vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və fiziki şəxs olan Zərərçəkmiş şəxs2 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa o, guya Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə işlərinin görülməsi ilə əlaqədar avtomobil, benzin və digər xərclərin qarşılanması adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq sonuncu tərəfindən bank yolu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020- ci il tarixə qədər olan dövr ərzində onun tanışı Şahid8 adma köçürülmüş həmin dövrün məzənnəsi ilə 8.214 (səkkiz min iki yüz on dörd) manat təşkil edən 370.000 rus rublu pul vəsaitini sonuncudan alaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, özbaşına özünü Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, eləcə də vəzifəli şəxslərin qərarlarına təsir gücünə malik vəzifəli şəxsin qohumu kimi təqdim edərək həmin əlaqələrindən istifadə etməklə guya Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda Şahid10 və Rahib Mirzəyev barəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayətlərinə baxılması və onların xeyrinə qərar çıxarılması üçün həmin məhkəmənin hakiminə rüşvət vermək adı ilə Zərərçəkmiş şəxs2 aldadaraq sonuncu tərəfindən bank yolu ilə onun adına xx.xx.2020-ci il tarixdə köçürülmüş 3.000 manat, xx.xx.2020-ci il tarixdə köçürülmüş 2.100 manat pulu Azərbaycan Respublikası ərazisində müxtəlif banklardan çıxararaq, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə həmin dövrün milli məzənnəsi ilə 5.100 (beş min yüz) manat təşkil edən pul vəsaitini vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və fiziki şəxs olan Zərərçəkmiş şəxs2 hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 310 və 32.4, 312.2-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin təxminən noyabr ayında “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən Nizami rayon Polis İdarəsinin qarşısından keçərkən sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi bir qadının yüksək səslə qışqırdığını görüb yaxınlaşıb nə baş verdiyini soruşduqda Elyana ona Şahid10 adlı şəxsin ona məxsus Nərimanov və Nizami rayonu ərazisindəki evlərini qanunsuz olaraq ələ keçirdiyini bildirmişdir. Elyana ərizə yazmaqda ona köməklik etməyi xahiş etmiş, o da etiraz etməmiş, öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni əlaqə saxlaması üçün Elyanaya vermişdir. Təxminən 3 gün sonra Elyana ilə danışıb “Gənclik Mall”da onunla görüşmüşdür. Həmin görüşdə Elyana başına gələn hadisələri ona ətraflı danışmış, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığını, həyat yoldaşı Zərərçəkmiş şəxs2 taxta işi ilə məşğul olduğunu, Şahid10 adlı şəxslə iş qurduqlarını və Bakıda yerləşən 2 ədəd mənzili Cabbarın adına keçirdiklərini, sonradan Cabbarın həmin mənzilləri ələ keçirdiyini bildirmişdir. Elyana mənzillərin geri qaytarılması üçün hansısa qadın vəkil tutduğunu və 5.000 manat pul verdiyini, lakin, vəkilin işlərini həll edə bilmədiyini demişdir. Elyana ondan pul qarşılığında müvafiq orqanlara ərizə yazmasını xahiş etmişdir. Elyana Bakıdakı qohumlarının mərkəzdən uzaqda yaşadığını bildirmiş və o, Elyananı bacısı Sevincin Binəqədi rayonu 8-ci mkr da yerləşən evinə aparmışdır. Bu müddətdə Elyananın həyat yoldaşı Zərərçəkmiş şəxs2la telefon vasitəsi ilə danışıb tanış olmuşdur. Teymur da danışıq zamanı Elyanın dediklərini təsdiq edərək, onlara kömək etməyini xahiş etmişdir. Elyana bacısıgildə olduğu müddətdə ona müəyyən sənədləri göstərmişdir. Müəyyən olmuşdur ki, Zərərçəkmiş şəxs1 şikayəti ilə bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra o, həmin qərarın ləğv olunması ilə bağlı hüquqşünasa ərizə yazdırmışdır. Bundan başqa, Elyananın adından hüquq mühafizə orqanlarına şikayət ərizəsi yazmış, ərizədə Elyananın ünvanı olaraq öz yaşadığı Binəqədi qəsəbəsindəki evin ünvanını qeyd etmişdir. Bir müddət sonra ev telefonuna zəng gəlmiş, Zərərçəkmiş şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir. Səhəri gün Elyana ilə birlikdə ora getmiş, Elyana onu qohumu kimi təqdim etmiş, Elyana orada Şahid10la görüşmüşdür. Elyananın izahatını almışlar. 2019-cu ilin dekabr ayında Elyanın oğlu Şöhlət Rusiya Federasiyasından Bakıya gəlmişdir. Həmin müddətdə onlar Ayna Sultanova parkı yaxınlığında yerləşən hündürmərtəbəli binanın 12-ci mərtəbəsində kirayə ev tutmuşlar. Şöhlətlə Elyana ilə həmin mənzildə qalmışlar. Bundan bir neçə müddət sonra Nərimanov rayon məhkəməsində prosses yaxınlaşan ərəfələrdə Zərərçəkmiş şəxs1 istəyi ilə vəkil tutmuşlar. Eynulla adlı vəkil Nərimanov rayon məhkəməsində Zərərçəkmiş şəxs1 müdafiəsini həyata keçirmiş, Nərimanov rayon məhkəməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv etmiş və Şahid10 həmin qərardan apellyasiya şikayəti vermişdir. Təxminən 2020-ci ilin fevral ayında məhkəmə olmuş və apellyasiya şikayəti təmin olunmuş, Nərimanov rayon məhkəməsinin qərarı ləğv olunmuşdur. Bundan sonra Elyana Rusiya Federasiyasına qayıtmışdır. Elyana ilə tanış olduqdan sonra Bakıda olduğu müddətdə Elyana onun işləri ilə bağlı gedib-gəlməyi üçün ona kirayə maşın tutmuş, buna görə Elyana maşının kirayə pulunu verib, 2 dəfə ona 250 manat xərclik pulu və oğlu Şöhlət ona 600 manat pul vermişdir. Elyana Bakıda olduğu müddətdə ona Elyananın adından ərizə yazmağı üçün etibarnamə vermişdir. Elyana Rusiya Federasiyasına qayıtdıqdan sonra o, Şahid10la aralarında olan alğı-satqı müqaviləsinin ləğv olunması üçün hüquq mühafizə orqanlarına ərizələr yazmışdır. Həmin müddətdə Elyana və həyat yoldaşı Teymurla tez-tez telefon əlaqəsi saxlayıb danışmışdır. Həmin müddətdə Elyana ilə danışıb maşın kirayəsi pulu və xərclik üçün bir neçə dəfə ümumilikdə təxminən 30 min manata yaxın pul almışdır. Bundan başqa anasının əməliyyat olduğunu bilən Elyana ona borc olaraq 20 min manat bir dəfə 25 min manat bank yolu pul göndərmişdir. 2020-ci ilin yay aylarında Elyana ilə danışıq zamanı Teymurun Bakıya taxta göndərə biləcəyini əgər sata bilsə taxtanı satmağını istəmişdir. Teymurla o, bu barədə danışmış və razılaşmaya əsasən Teymur 1 kub metr 100 ABŞ dollarından olmaqla pulunu ona göndərmək şərti ilə taxta göndərəcəyini baha qiymətə satıb onun da qazanc əldə edə biləcəyini söyləmiş, o da razılaşmışdır. Zərərçəkmiş şəxs2 2020-ci ilin yay ayında dəqiq tarixi yadında qalmayan gündə 2 vaqon, yəni 200 kub taxta göndərmişdir. Həmin taxtanı Teymur Bakı şəhərinə dəmir yolu vasitəsilə hansısa MMC-nin adına göndərmişdir. Həmin MMC-nin nümayəndəsinin adı Mehman olmuşdur. Taxta materiallarını o, Qaradağ rayonu, X29 qəbul etmişdir, taxta materialının rəsmiləşdirilməsi üçün taxtanın hər kubuna görə Mehmana öz cibindən 30 ABŞ dolları ödəmişdir. Teymur ilə belə razılaşmışlar ki, taxta materialının rəsmiləşdirilməsi üçün taxtanın hər kubuna verdiyi 30 ABŞ dollarını iki vaqon taxtaya görə Teymura ödəyəcəyi 20.000 ABŞ dollarından çıxacaq. Beləliklə birinci 2 vaqon taxtanın rəsmiləşdirilməsi üçün Mehmana 6000 ABŞ dolları ödəmiş, sonra taxta materialını Abşeron Portda alıcı ilə razılaşıb hər kub metrini 140 ABŞ dollarına satmışdır. Lakin, taxtanı satdığı adamın adı və soyadını xatırlamır, mobil nömrəsini isə ümumiyətlə qeyd etməmişdir. Taxtanı satdıqdan sonra ümumi məbləğ 28.000 ABŞ dolları etmiş, Teymur ilə razılaşmaya görə hər taxta kubundan ona 40 ABŞ dolları qazanc olaraq qalmalı olmuşdur. Beləliklə o, 28.000 ABŞ dollarından ona qazanc qalan 8000 ABŞ dollarını götürmüş, yerdə 20.000 ABŞ dolları qalmış, Teymura verəcəyi 20.000 ABŞ dollarından taxtanın rəsmiləşdirilməsinə görə ödədiyi 6000 ABŞ dollarını götürmüş, yerdə 14 000 ABŞ dolları qalmışdır. 14.000 ABŞ dollarından Azərbaycan manatına çevirəndə 12.000 manat edən 545300 Rus rublunu taxta materialının Rusiya Federasiyasından Azərbaycana göndərildiyi MMC-nin nümayəndəsi Mehmana vermişdir ki, Perm şəhərinə, yəni Zərərçəkmiş şəxs2 göndərsin. Mehman da həmin pulu Perm şəhərinə Zərərçəkmiş şəxs2 göndərmişdir. Yerdə qalan 7000 ABŞ dollarından 1000 ABŞ dollarını Teymurun öz sözünə əsasən onun qardaşı oğlu Qurban ilə Binəqədi rayonun ərazisində görüşüb Qurbana vermiş, 1000 ABŞ dollarını isə Zərərçəkmiş şəxs2 sözünə əsasən Rusiya Federasiyasında onun işçisi olan adı yadında qalmayan Teymurun deməsinə görə əslən Mingəçevir şəhərindən olan şəxsin Mingəçevir şəhərində yaşayan həyat yoldaşının pul kartına milli ön aparatı vasitəsilə göndərmişdir. Beləliklə, birinci dəfə ona göndərilən 2 vaqon taxta materialının pulundan 5000 ABŞ dolları onda qalmışdır. Bu söhbətdən təxminən iki ay sonra Zərərçəkmiş şəxs2 2020-ci ilin oktyabr ayında Perm şəhərindən Bakı şəhərinə yenidən satmaq üçün 2 vaqon, yəni 200 kub metr taxta materialı göndərmişdir. Taxta materialının satılması barədə danışıqları yenə eyni qaydada olmuşdur. Həmin taxta materialını Teymur Bakı şəhərinə dəmir yolu vasitəsilə adı yadında qalmayan Mehman adlı şəxsin işlədiyi MMC-nin adına göndərmişdir. Taxta materiallarını o, Qaradağ rayonu, X29 qəbul etmiş, taxta materialının rəsmiləşdirilməsi üçün taxtanın hər kubuna görə Mehmana öz cibindən 30 ABŞ dolları ödəmiş, Teymur ilə belə razılaşmışlar ki, taxta materialının rəsmiləşdirilməsi üçün taxtanın hər kubuna verdiyi 30 ABŞ dollarını ona iki vaqon taxtaya görə ödəyəcəyi 20.000 ABŞ dollarından çıxaçağaq. Beləliklə 2 vaqon taxtanın rəsmilşdirilməsi üçün Mehmana 6000 ABŞ dolları ödəmişdir. Sonra taxta materialını Abşeron Portda alıcı ilə razılaşıb hər kub metrini 140 ABŞ dollarına satmışdır. Lakin, taxtanı satdığı adamın adını və soyadını xatırlamır, mobil nömrəsini isə ümumiyətlə qeyd etməmişdir. Taxtanı satdıqdan sonra ümumi məbləğ 28 000 ABŞ dolları etmişdir. Teymur ilə razılaşmaya görə hər taxta kubundan ona 40 ABŞ dolları qazanc olaraq qalmalı olmuş, beləliklə o, 28.000 ABŞ dollarından ona qazanc qalan 8.000 ABŞ dollarını götürmüşdür. Yerdə 20.000 ABŞ dolları qalmışdır. O, Teymura verəcəyi 20.000 ABŞ dollarından taxtanın rəsmiləşdirilməsinə görə ödədiyi 6.000 ABŞ dollarını götürmüş, yerdə 14.000 ABŞ dolları qalmışdır. Beləliklə birinci taxta materiallarının satışından Zərərçəkmiş şəxs2 çatacaq puldan qalmış 5.000 ABŞ dolları ilə birlikdə onda 19.000 ABŞ dolları qalmışdır. Zərərçəkmiş şəxs2 ilə telefon danışıqları zamanı ona həmin pulu onun arvadı Elyanaya verməyini demişdir. O da Teymurun sözünə əsasən 2020-ci ilin səhv etmirsə noyabr ayında dəqiq tarix yadında qalmayan günündə o, Rentakardan götürdüyü idarə etdiyi Hyundai markalı avtomobil ilə Elyananı Əhmədli qəsəbəsində bacısının yaşadığı binanın qarşısına aparmış, binanın qarşısında avtomobildə 32.300 manatı sayıb Elyana verib taxta materiallarının pulu olduğunu demişdir. Elyana 19.000 ABŞ dolları məbləğində 32.300 manat pulu ondan alıb avtomobildən düşüb bacısının evinə getmişdir. Sonradan isə Elyana ondan şikayət etmişdir. Onun Zərərçəkmiş şəxs1 ilə dəfələrlə intim əlaqələri olmuşdur. O, Zərərçəkmiş şəxs1 ilə Mingəçevir şəhərində Ağsaray adlanan oteldə cinsi əlaqədə olmuş, Şamaxı, Masallı, Qazax, Yevlax və Ağstafa rayonlarında gündəlik koteclərdə cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs1 ona özü dəfələrlə demişdir ki, “mən ərim Teymurla telefonda danışanda sən dinmə, mən nə deyəcəm, sən təsdiqlə, ərimdən pul alaq, gedək rayonlara, gedək istirahət edək”. Onun Elyananın ərindən dələduzluq edib pul almaq fikri olmamışdır. O, Teymurla üzbəüz nəsə danışıb almamışdır. O, Teymurdan nəsə istəməmişdir. Elyana danışıb, Elyana istəyib, Teymur da pulu onun adına göndərmişdir. O, Elyanadan xahiş etməmişdir ki, ona rentakardan Galenvagen markalı maşın götürsün, o, Elyanadan xahiş etməmişdir ki, ona Sədərək ticarət mərkəzindən əyin-baş alsın, bahalı ətirlər alsın. O, Elyana ilə eşq yaşamış, Elyana ona pul xərcləmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Zərərçəkmiş şəxs2 ondan xahiş etmişdir ki, bacısı oğlu Vüqar və həyat yoldaşı Gülanəni məktəblərdən birinə işə düzəltməyə kömək etsin. O da gücü çatmasa da tanış adamdan xahiş edə biləcəyini demişdir. Həmin tanış adam da Vaqif müəllim adlı hüquqşünas olmuşdur. Nərimanov rayon məhkəməsində Cabbargilin işində onlara hüquqi yardım göstərmişdir. 2021-ci ilin əvvəllərində Vaqif müəllim rəhmətə getmişdir. Vaqif müəllim barəsində ondan hər hansı başqa məlumat yoxdur. Vaqif müəllimdən bir neçə dəfə iş barəsində soruşduqda xəbər edəcəyini bildirsə də iş alınmamışdır. Teymur ona Vüqar və Gülanənin işə düzəldilməsi üçün hər hansı məbləğdə pul verməmişdir. Səs yazılarında ağsaqqal və müəllim dediyi şəxs Vaqif müəllimdir. “Teymur Q,-Cingiz-Dialoq-20210209-(68)” adlı səs yazısında Zərərçəkmiş şəxs2 dediyi “deyir bu həftə tikintisi yekunlaşır, taxta işləri başlayacaqdır ona görə” ifadədə taxta satdığı şəxsin tikintisinin yekunlaşdığını nəzərdə tutmuşdur. Lakin, konkret olaraq hansı tikinti olduğunu, taxta satmaq üçün kiminlə razılaşdığını xatırlamır. “Teymur Q.-Cingiz-Dialoq- 20210209-(126)” adlı səs yazısında Zərərçəkmiş şəxs2 dediyi “Teymur müəllim yaxşı olasınız, məndən istədiyiniz orda nə razmer olur? Siz razmerləri mənə dediniz, mən də dedim bu razmerdi, indi dedi ki, yaxşı sizə cavab deyəcəm, indi cavab gözlüyürəm” ifadəyə görə həmin səs yazısında onu nəzərdə tutmuşdur ki, taxta satmaq üçün razılaşadığı şəxsə ölçünü göndərmişdir. Həmin şəxs də cavab verməli olmuşdur. Taxta satmaq üçün razılaşdığı həmin şəxsi tanımır. Onda həmin şəxsə aid heç bir məlumat yoxdur. Həmin şəxsi tanışlar vasitəsilə soraqlayıb tapmışdır. Səs yazılarında menecer dediyi şəxs isə həmin taxta satdığı və müəllim dediyi şəxsin meneceri olmuş, həmin şəxs özü ona demişdir ki, meneceri sözünə baxmır və işləri görmədiyi üçün onu güya ki, döydürtdürüb. O, həmin meneceri tanımır. Taxta satdığı və müəllim dediyi adam onun satdığı taxtaları müxtəlif evlərin binaların tikintisi üçün istifadə etmişdir. Həmin müəllim də taxta lazım olduqca ona demiş, o da öz növbəsində Teymura xəbər vermişdir. Taxta satdığı adam Şəmkirli olmuş, barəsində başqa heç bir məlumatı yoxdur. O, taxtalar Abşeron gömrük postuna gəldikdə müəllim adlı şəxslə əlaqə saxlamış, gömrük postunda həmin şəxsin adamları olmuş, onlar özləri taxtaları sayıb pulu da ona vermişlər. O, müəllim adlı şəxsdən əlbəəl pul almamışdır və taxtaları da birbaşa özünə təhvil verməmişdir. Gömrük postunda olan şəxsləri də tanımır. Teymurun bacısı oğlu Vüqar Məhərrəmov ipotekaya ev götürmüşdür. Evin ipotekasını ödəməkdə çətinlik çəkmiş, Teymur da Vüqarın çətinlik çəkdiyini dediyi üçün Teymura göndərdiyi taxtadan 7.000 manatını Vüqara verməyini bildirmişdir. Lakin Teymur razı olmamışdır. Teymurla birinci dəfə taxta barədə danışanda Teymur ona taxtanı sənə pay verəcəm demişdir. Nəyə görə verdiyini bilmir. O da həmin satdığı taxtanın pulundan iki dəfə 7.000 manat olmaqla, ümumilikdə 15.000 manat pulu Teymura göndərmişdir. O, Zərərçəkmiş şəxs2 14.000 ABŞ dolları göndərmişdir. Taxta satdığı və müəllim dediyim şəxs Şəmkirdə olmuş, o da taxtanı gecikdirdiyi üçün, həmin şəxsin də taxta verməli olduğu bir evin taxtanı gecikdirdiyi üçün üstü bağlanmadığından yağış yağmış və evi su basmışdır. Müəllim də ondan həmin evə gedim motor qoyub suları çölə vurmağı xahiş etmişdir. Həmin hadisə 2020-ci ilin sentyabr oktyabr ayında olmuşdur. Həmin ev Novxanı yolunun üzərində dəqiq bilmədiyi ünvanda yerləşir. Teymurun da tanıdığı və Teymurun da dediyinə görə əvvəllər Rusiyada yaşamış Cəlil adlı taxta işi ilə məşğul olan şəxsin barəsində cinayət işi başlanmışdır. Belə ki, Teymur özü ondan xahiş etmişdir ki, Cəlil barəsində olan məsələ ilə maraqlansın. O da Dərnəgüldə taxta satılan yerlərdən maraqlandıqda demişlər ki, Cəlil dəyəri aşağı olan keyfiyyətsiz taxtaları saxtakarlıq edərək 3 milyona satmış, Cəlilin barəsində Rusiyada iş başlanıb Azərbaycan göndərilmişdir. Zərərçəkmiş şəxs2 kirayə avtomobil götürmək, yol xərcləri, Elyananın sənəd işləri ilə əlaqədar mənə 2 il ərzində müxtəlif vaxtlarda bank vasitəsilə pullar göndərmişdir. Zərərçəkmiş şəxs2 ona hansı tarixdə, nə məqsədlə və nə qədər pul göndərdiyini uzun müddət keçdiyi üçün tarixlərini xatırlamır. Məbləğ barəsində də dəqiq fikir bildirə bilmir. Şahid3 tanımır və həmin şəxs ona hər hansı məbləğdə pul verməmişdir. Şahid2 tanımır və həmin şəxs ona hər hansı məbləğdə pul verməmişdir. O, taxtaları kubu 140 ABŞ dollarından olmaqla Sənaniyə satmışdır. O, Sənaniyə birbaşa taxta satmamışdır. O, həmin adını və hər hansı məlumatını xatırlamadığı Şəmkirli taxta biznesi ilə məşğul olan şəxs vasitəsilə Sənaniyə satmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş pul köçürmələri barədə 2020-ci il ərzində qəbzlərdə göstərilən tarixlərdə 140.000 rus rublu, 20.000 rus rublu, 350.000 rus rublu, 343.000 rus rublu, 80.800 rus rublu, 150.000 rus rublu, 370.000 rus rublu, 25.000 rus rublu, 37.500 rus rublu, 2100 manat, 3000 manat, 4500 manat, 254 manat, 1000 manat, 3000 manat pul Zərərçəkmiş şəxs2 tərəfindən ona göndərilmişdir. Onun adına göndərilən pul vəsaitləri kirayə avtomobilləri kirayə haqqı kimi, cib xərcliyi kimi, eləcə də onun vasitəsilə Zərərçəkmiş şəxs1, Elyananın kirayə və Bakıda qalmaq xərcləri kimi göndərilmişdir. Tanışı Abbas-X11 adına göndərilmiş 370.000 rubl pul və atasının adına göndərilmiş 80.800 rubl pulu anasının müalicə xərclərinin ödənməsi üçün borc kimi almışdır. Onun adına çox pul göndərilməsinə icazə olmadığı üçün tanışı Musa və atasından xahiş etmişdir ki, onların adına pul göndərilsin. Onlar da pulu götürüb ona vermişlər. Səs yazılarındakı pul məsləsi Elyana üçün kirayə tutduğu evə kirayəyə görə verdiyi puldur. Səs yazılarında məhkəmə və ekspertlə danışmağı barədə səsləndiriyi fikirlərlə əlaqədar hər hansı bir söz deyə bilmir, xatırlamır. Elyana ona avtomobil kirayəsi, yol xərcləri, eləcə də birlikdə restoran xərcləri və.s xərclər üçün müxtəlif vaxtlarda pullar vermişdir. Restoran xərcləri dedikdə Bakıda olan tanışları, eləcə də keçmiş müharibə yoldaşlarına qonaqlıq verilməsi zamanı olan xərcləri nəzərdə tutur. Hansı ki, həmin xərcləri Elyana ona verdiyi puldan o, ödəmişdir. Bundan əlavə Elyana özünə sürücülük vəsiqəsi düzəldilməsi üçün 2019-cu il oktyabrnoyabr aylarında ona 28 Mall ticarət mərkəzinin yanında 1500 manat pul vermişdir. Sonrdan pandemiya olmuş və sürücülük vəsiqəsini düzəldə bilməmiş, buna görə də 1000 manat pulu bank vasitəsilə Şöhlətə qaytarmış, Elyana isə 500 manat pulu cib xərcliyi etməyini bildirdiyi üçün özünə götürmüşdür. 2020-ci il yanvar ayında o, anası və Elyana birlikdə Mingəçevir şəhərinə, sonra da Ağdam rayonuna Elyananın qohumunun qəbir üstünə getmişlər. Lakin, çörək pulu düzəltmək üçün ona hər hansı məbləğdə pul verməmişdir. O, Elyanadan nə özünə, nə də bacısına sosial müavinət düzəldilməsi üçün pul almamışdır. Elyana ondan sosial müavinət üçün lazım olan sənədlərin toplanmasını xahiş etmiş, lakin sosial müavinət düzəldilməsi üçün hər hansı sənədi olmadığından bu baş tutmamışdır. Elyana özü ona demişdir ki, Qarabağ əlillərinə dövlət tərəfindən ev və avtomobil verilir. Buna görə də müvafiq dövlət qurumuna müraciət etmək üçün köməklik etsin. O da həm ev, həm də avtomobil verilməsi üçün Elyananın adından Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə ərizə yazmışdır. Lakin, Elyanadan hər hansı məbləğdə pul almamış və hər hansı vəd verməmişdir. Elyana Rusiya Federasiyasında yaşadığı üçün Qarabağ müharibəsi əlili təqaüdü dayandırılmışdır. Təqaüdün bərpasını ondan xahiş etmiş, bu məqsədlə, hansı ki, Ağdam rayonunda Sosial Müdafiə Fonduna zəruri müraciətlərin edilməsi üçün, eləcə də yol xərci kimi 300 manat pul vermişdir. Özü də onunla birlikdə getmişdir. 300 manatın 150 manatını kirayə avtomobil üçün, qalanı da yemək və benzin puluna xərclənmişdir. Bundan başqa hər hansı məbləğdə ona pul verməmişdir. Elyana ona hansısa evin kreditinin ödənilməsi üçün pul verməmişdir. Səs yazılarında kart dedikdə Elyananın bərpa olunmuş müharibə veteranlığına görə bank kartını nəzərdə tutur. Həmin kart da bərpa olunaraq elyanaya verilmişdir. Elyana çörək pulu kartını ondan istəmişdir. O isə Elyanaya həmin kartın düzəlmədiyini bildirmişdir. “Həll edərik sabah götürəcəm” dedikdə isə əlillik kartını nəzərdə tutmuşdur. Elyana özü ondan xahiş etmişdir ki, dövlət tərəfindən verilməli olan ev üçün adının siyahıya salınması barədə Teymura yalandan “5-3 manat verib həll edərik” desin. O da Elyananın xahişi ilə Teymura yalan demişdir. Səs yazısında dediyi “Teymur müəllim, məhkəməni 3-ə təyin etmişəm, məhkəməyə gedirəm, xəbəriniz oldu da müəllimi də o işdən çıxarılan yerə təyin ediblər, müvəqqəti vəzifə icrasındadır, Respublikanın bildin də nəyini deyirəm” ifadə barəsində bir söz deyə bilmir. Səs yazısında “Razı salıb oturda bilsək orada istədiyimiz adamın qapısını təpiklə açıb gedib qulağının dibinə bir sillə vurardıq” ifadəsinə bir söz deyə biimir. O, 2012ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Nəşriyyat Azərbaycan Ordusu qəzetində mühafizə xidmətinin növbə rəisi vəzifəsində işləmiş, 2012-ci il tarixdən hal-hazıradək isə hər hansı dövlət qurumunda işləməmişdir. Bir də ki, 2019-cu ilin əvvəlindən sonuna qədər DOST MMC-də sosial işçi kimi işləmişdir. Bundan başqa hər hansı dövlət qurumunda işləməmişdir. O, ona elan olunmuş ittihamla özünü təqsirli bilmir. Belə ki, o, heç vaxt özünü nə Zərərçəkmiş şəxs1, nə də Zərərçəkmiş şəxs2 Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşı, eləcə də hər hansı vəzifəli şəxs kimi təqdim etməmişdir. 2020-ci ilin yanvar ayında Nərimanov rayon məhkəməsində Elyananın şikayəti əsasında baxılan iş üzrə Elyanadan 4000 manat pul almamış, bundan əlavə həmin iş üzrə vəkilə vermək adı ilə 5000 manat pul almamış, apellyasiya məhkəməsində qərar çıxarılması adı ilə Elyanadan 10.000 dolar pul almamış, hər iki məhkəmə üzrə yalnız ərizələrin yazılmasında və vəkil tutulmasında köməklik etmişdir. Vəkil Eynullaya Elyana özü 300 manat vermişdir. Ona də vəkilə vermək üçün verdiyi 500 manatı Eynullanın özünə vermişdir. Bundan başqa heç bir pul söhbəti olmamışdır. O, 2020-ci il yanvar ayında bank yolu ilə onun adına köçürülmüş 4448 manat pulu Elyananın xahişi ilə götürüb özünə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs2la taxta satışı ilə bağlı aralarında olan işin etibarlı olması üçün Şahid10 2 ədəd mənzil etibarnamə ilə verilmişdir. Lakin, Şahid10 və Rahib Mirzəyev onun həyat yoldaşını aldadıb həmin evləri öz adlarına keçirmiş, həm də həyat yoldaşı tərəfindən Azərbaycana göndərilən taxta məmulatlarının pulunu ödəməmişlər. O, bu məqsədlə 2019-cu il avqust-sentyabr aylarında həmin mənzillərin geri qaytarılması üçün onlardan mənzillərin olduğu yer üzrə həm Nərimanov RPİ-yə, həm də Nizami RP-yə müraciətlər etmişdir. Yerli polis orqanlarında müraciətlərinə baxılmadığı üçün Prezident Administrasiyasına müraciət etmiş və onu oradan X37 qəbuluna göndərmişlər. 2019-cu ilin təxminən sentyabr-oktyabr aylarında X12rşısında nazirin qəbuluna getmiş, lakin, onu qəbul etməmişdilər. Qəbul şöbəsinin müdiri Rahib Mirzəyevdən şikayət etdiyini əsas gətirərək onu qəbula buraxmadılar. O da aqressiv şəkildə onlara öz iradını bildirib yüksək səslə danışmışdır. Həmin vaxt vətəndaşların girişi üçün nəzərdə tutulmuş qapıda bir nəfər oğlan əlində kağız qapıya polisə yaxınlaşmışdır. Bir müddət söhbət etdikdən sonra onun telefonda aqressiv danışdığını görüb həmin şəxs ona yaxınlaşdı. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edib Prokurorluqda işlədiyini, hüquqşünas olduğunu deyib, ona kömək edəcəyini bildirmiş və onunla getməyi xahiş etmişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin onun dayısı olduğunu bildirmişdir. O, Çingizlə bir müddət gəzdikdən sonra yaxınlıqda olan parkda kafedə oturmuşlar. Çingiz ona kömək edə biləcəyini demiş, o da Şahid10 və Rahib Mirzəyevin həyat yoldaşı Zərərçəkmiş şəxs2la aralarında olan məsələləri, onların həyat yoldaşını aldatmasından danışmışdır. O, ibtida istintaq zamanı verdiyi bütün ifadələrini və izahatlarını təsdiq edir, lakin hadisənin üzərindən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs verilmiş pul vəsaitlərini xatırlamır. O, bütün faktları ardıcıllıqla və dəqiqliklə ibtida istintaq zamanı bildirmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasından vaqonlarda taxta göndərmişlər, həmin taxtaların pulunu mənimsəyib, məcburi köçkünlər üçün Mingəçevir şəhərində tikilmiş binalarda bizə ev veriləcəyini bildirib, bu məsələ ilə bağlı ona verilmiş pulları mənimsəmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Kamran Əliyevin dayısı olduğunu, onların Şahid10la aralarında mənzillə bağlı yaranmış problemin Kamran Əliyev tərəfindən həll edildiyini bildirib, buna görə də hədiyyə adı altında Kamran Əliyevin villasının tikintisi üçün taxta göndərməklərini bildirmiş, yoldaşı da Təqsirləndirilən şəxs qatarla taxta göndərmişdir. Təqsirləndirilən şəxs Kamran Əliyevin adından mesajlar yazmışdır. Yoldaşı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 5 vaqon taxta, bundan başqa həmin taxtaların göndərilməsi ilə bağlı xərcləri üçün də ona əlavə pul göndərmişdir. O, DİN-in inzibati binasına gedib Şahid10 və Rahib Mirzəyevin etdiyi qanunsuzluqlara bağlı şikayət etmək istəsə də, nazirliyin əməkdaşı olan Aybəniz adlı xanım onu qəbula buraxmamışdır. O, yoldaşına zəng edib onu qəbula buraxmadıqlarını bildirəndə Təqsirləndirilən şəxs əlində sənədlər yaxınlıqda dayanmışdır. Çingiz özünü DİN-in yanında olan Baş Prokurorluğun hüquqşünası olduğunu və ona kömək edə biləcəyini bildirdikdə o, kobud cavab vermişdir. Çingizə kabinetinə gedib məsələni izah edə biləcəyini dedikdə, sonuncu “Covid 19” virusuna görə idarənin bağlı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Baş Prokurorluğun yanında Korrupsiyası Mübarizə Baş İdarənin rəisi Kamran Əliyevin bacısı oğlu olduğunu və ona problemin həllində kömək edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs yoldaşı və o, etibarnamə vermişlər. Təyyarədən düşən kimi Çingiz ona etibarnamə verməyi üçün şəxsiyyət vəsiqəsini götürmüş, lakin Rusiyadan bura etibarnamə vermək üçün gəldiyini, onunla birlikdə gedə biləcəyini demiş, o isə cavabında etibarnamənin hazırlamaq üçün şəxsiyyət vəsiqəsini götürdüyünü, hazır olduqda onunla birlikdə gedib götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs evində olmuşdur, anasını, bacısını bütün ailəsini tanıyır. Təyyarədən düşəndən Ayna Sultanovda olan evi göstərənə kimi o, Təqsirləndirilən şəxs evində məcbur olub qalmışdır. Çingiz Şahid10 oğlunun onu güddüyünü, Rahib Mirzəyevin onu axtardığını bildirib onun ailəsi birlikdə qalmağının təhlükəsiz olduğunu bildirmişdir. O, Çingiz və onun anası ilə birlikdə Ağdam və Mingəçevir şəhərlərinə getmişdir. Ağdam rayonuna qəbir üstə getdiyini bildirdikdə Çingiz və anası mütləq şəkildə onunla birlikdə gedəcəklərini bildirmişlər. Çingizə “28 MALL” ticarət mərkəzinin içərisində olan bankomatdan çıxarıb əlbəəl pul vermiş, bundan başqa yoldaşı Çingizə Rusiyadan pul göndərmişdir. Təqsirləndirilən şəxs avtomobillə gedən zaman onları elə təşvişə salıb Cabbarın oğlunun onları izlədiyini, həyatının təhlükədə olduğunu demiş, buna görə də yoldaşı çəkinmədən onun təhlükəsizliyi üçün Çingizə pul göndərmişdir. Evin sənədləşməsi və Şahid10 ələ keçirdiyi evlərini onlara qaytarmaq üçün Çingiz onlardan pul almışdır. Təqsirləndirilən şəxs güya Kamran Əliyevin yanında konfransa gedib həmin konfransda Rahib Mirzəyevlə onu danışdırdıqdan sonra o, Çingizə ona tam inanmışdır. Rahib Mirzəyev adı ilə onunla danışan şəxs evi Cabbardan alıb onlara qaytaracağını və bu hadisədən indi xəbəri olduğunu bildirmişdir. 1-ci Qarabağ müharibəsinin iştirakçısı olduğundan Çingiz ona 1-ci qrup əlillik təyin edilərək pensiya veriləcəyini bildirib bu məqsədlə də onlardan pul almışdır. O, Çingizə avtomobil alması üçün pul vermişdir. Çingizə inanmağının əsas səbəblərində biri də onun anasının ona verdiyi sözlər olmuşdur. Əvvəllər Azərbaycan Respublikasının CM-in 147-ci maddəsi ilə məhkum olunmuşdur. Onun sürücülük vəsiqəsi olmasa da, sürücülük təlim kursunda iştirak etmişdir. Çingiz onun hər hansı bir probleminin olduğunu bildikdə özü dərhal o, demədən həmin problemi həll eləməyə çalışmışdır. Xatırlamadığı tarixdə Çingiz ona sürücülük vəsiqəsi verilməsi üçün ondan pul almış, lakin məbləği xatırlamır. Təqsirləndirilən şəxs məhkəmə ilə bağlı ona verdikləri 9.000 manat pulu hakim vasitəsilə qaytarmışdır. Çingiz hüquqlarını müdafiə etmək üçün Eynulla adlı vəkil ilə müqavilə bağlamış, lakin vəkilin pulunu yoldaşı vermişdir. Çingiz Eynulla müəllimlə onun ətraflı söhbət etməyinə imkan verməmişdir. Çingiz Bakıda onu harasa aparanda yoldaşının aldığı avtomobil vasitəsilə aparmışdır. Təqsirləndirilən şəxs məhkəmədə xeyrimizə qərar çıxarılması üçün Təqsirləndirilən şəxs pul verilsə də, həmin pulun məbləğini xatırlamır. Ayna Sultanova heykəlinin yaxınlığında olan evlə bağlı bizə saxta sənəd göstərmiş və onu inandırmışdır, lakin həmin evlə bağlı ona nə qədər pul verildiyini xatırlamır. Səlimə Əsgərovaya və ona pensiya təyin edilməsi üçün Çingizə pul vermişdir, lakin məbləği xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, lakin məbləğləri xatırlamır. Əvvəllər Çingiz kirayə götürdüyü avtomobil vasitəsilə onu gəzdirmiş, daha sonra yoldaşının verdiyi pulla özünə qırmızı avtomobil almışdır. Hətta bir dəfə Rusiyada olarkən yoldaşına zəng edib Cabbarın qudası olan Tariyel onun avtomobilini sıxışdırdığını, qəza törətdiyindən qabırğa sındığını demiş, buna görə də yoldaşı ona pul göndərmişdir. Şöhlət onun oğludur, Çingiz sürücülük vəsiqəsini Şöhlətə yox ona təşkil etməli idi. Çingizin ailəsinin onu zorla evdə saxlaması ilə bağlı həmin evdə yaşadığından şikayət edə bilməmişdir, lakin o, evdən çıxdıqdan sonra polis orqanlarına bu barədə şikayət etmişdir. O, Çingizin anası ilə birlikdə mağazaya gedərkən sonuncu hər dəfə üzərində pul olmadığını, gah da pul qabının üzərində olmamasını bildirdiyi üçün sonuncuların evlərinə ərzaqları o, almışdır. Çingizə nə qədər və birinci dəfə nə vaxt pul verdiyini xatırlamır. Çingiz nümayəndəsi vasitəsi ilə 30.000 manat pul qaytarmışdır. Çingiz ilə oğlu Şöhlət arasında heç bir dostluq münasibəti olmamışdır. Çingiz tərəfindən Şöhlətə 1.000 manat pul verilməmişdir. Çingiz, o və Çingizin anası rayonlara ziyarətə getmişlər. Həmin rayonlara Çingiz onları yoldaşının verdiyi pullar əsasında aldığı maşın ilə aparmışdır. Çingiz vəkil tutmaq adı ilə həm ondan, həm də ki, yoldaşından pul almışdır. Çingizin onu aldatdığını anladıqdan sonra artıq ona pul verməmişdir. Çingizə “28 Mall” ticarət mərkəzində görüşüb pul vermişdir. Onu və dostlarını ATV kanalına aparmamışdır. 25 dekabr 2020-ci il tarixdə Ağstafa rayonuna gedib 5 yanvar 2021-ci il tarixdə geri qayıtmışlar. Nərimanov rayon məhkəməsinin hakiminə heç bir məbləğdə pul verməmişdir. İlk dəfə maşın növbəsinə yazılmaq üçün Çingizə pul vermişdir. Çingiz anasının xəstə olduğunu və əməliyyat olunmalıdı olduğunu deyib ondan pul almışdır. O, ilk dəfə Çingizi 2019-cu ilin sentyabr-oktyabr aylarına görmüşdür. O, 2006-cı ildə Həcc ziyarətinə getmişdir. Çingiz məhkəmə iclasında guya onunla kəbin kəsdirmək istədiyini bildirmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidiai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid10 həyat yoldaşı Zərərçəkmiş şəxs2la taxta satışı ilə bağlı aralarında olan işin etibarlı olması üçün onlar tərəfindən onlara məxsus iki ədəd mənzil etibarnamə ilə Şahid10 verilmişdir. Lakin, Şahid10 və Rahib Mirzəyev həyat yoldaşını aldadıb həmin evləri öz adlarına keçirmişlər, həm də həyat yoldaşı tərəfindən Azərbaycana göndərilən taxta məmulatlarının pulunu ödəməmişlər. O, bu məqsədlə 2019-cu il avqust-sentyabr aylarında həmin mənzillərin geri qaytarılması üçün onlardan mənzillərin olduğu yer üzrə həm Nərimanov rayon polis idarəsinə, həm də Nizami rayon polis idarəsinə müraciətlər etmiş və müvafiq araşdımalar aparılmışdır. Yerli polis orqanlarında müraciətlərinə baxılmadığı üçün Prezident Administrasiyasına müraciət etmiş və onu orada X37 qəbuluna göndərmişlər. 2019-cu ilin təxminən sentyabr-oktyabr aylarında X12rşısında nazirin qəbuluna getmişdir. Lakin, onu qəbul etməmişlər. Qəbul şöbəsinin müdiri onu qəbula buraxmamış və Rahib Mirzəyevdərı şikayət etdiyini əsas gətirərək polis əməkdaşından şikayət etdiyi üçün onu buraxmamışdır. O da aqressiv şəkildə onlara öz iradını bildirib yüksək səslə danışmışdır. Həmin vaxt vətəndaşların girişi üçün nəzərdə tutulmuş qapıda bir nəfər oğlan əlində kağız qapıdakı polisə yaxınlaşmışdır. Bir müddət söhbət etdikdən sonra onun telefonda aqressiv danışdığını görüb həmin şəxs ona yaxınlaşmışdır. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edib Prokurorluqda işlədiyini, hüquqşünas olduğunu demişdir. Ona kömək edəcəyini bildirmiş, onunla getməyi xahiş etmişdir. Qohumunun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev olduğunu, Kamran Əliyevin onun dayısı olduğunu bildirmişdir. O da onunla bir müddət piyada gəzdikdən sonra yaxınlıqda olan parkda kafedə oturmuşlar. Çingiz ona kömək edə biləcəyini demiş, o da Şahid10 və Rahib Mirzəyevin həyat yoldaşı Zərərçəkmiş şəxs2la aralarında olan məsələləri, onların həyat yoldaşını aldatmasını danışmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs inanamadığı üçün həyat yoldaşı Teymura da zəng edib onları danışdırmışdır. Danışıqlar “Whatsapp” tətbiqi vasitəsilə olmuşdur. Bundan sonra Çingiz onun həmin vaxt istifadəsində olan ***-***-**-** mobil nömrəsini götürmüş və əlaqə saxlaycağını, hər hansı vəkilə deməməyi, vəkillərin belə işləri həll edə bilməyəcəyini bildirmişdir. Bundan sonra ayrılmış və bacısıgilə getmişdir. Təxminən iki gün sonra Çingiz onun mobil nömrəsinə zəng edib “bəs muştutluğumu ver, dayıma demişəm, Rahib onun kabinetinə gedəcək, telefonla üzləşmə olacaq” demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs öz mobil nömrəsi ilə onun mobil nömrəsinə “Whatsapp” tətbiqi ilə görüntüsüz zəng etmiş və bildirmişdir ki, “Kamran Əliyev, Rahib Mirzəyev və digər yüksək vəzifəli şəxslər səni dinləyir. Üzləşmə olacaq”. X30 kimi təqdim etdiyi şəxs onunla danışmağa başlamışdır. O, uzun müddət idi ki, Rahib Mirəzyevi görmədiyi və səsini də eşitmədiyi üçün danışan şəxsin sonuncu olduğunu düşünmüşdür. Danışıq zamanı Rahib Mirəzyev kimi bildiyi şəxs heç bir günahı olmadığını, onlara məxsus iki ədəd evi Şahid10 ələ keçirdiyini, bu barədə onun heç bir məlumatı olmadığını bildirmişdir. Rahib Mirzəyev ona guya onun evlərini Şahid10 alıb ona qaytaracağını demişdir. Lakin, ondan şikayət etməməyini, hətta Cabbar da qaytarmasa evlərini özü verəcəyini demişdir. Bundan sonra danışıq yekunlaşmış, bir müddət sonra Çingiz zəng edib ona Rahibi danışdırıb, hər şeyi boynuna alıb demişdir. Bundan sonra o, Çingizə inanmağa başlamışdır. Hətta həmin danışığın səs yazısı da vardır və istintaqa təqdim edəcəkdir. Bundan sonra 2020-ci il yanvar ayında Nərimanov rayon polis idarəsində onun şikayəti əsasında Şahid10 və Rahib Mirzəyev barəsində olan araşdırma əsasında qəbul edilmiş rədd qərarından Çingiz Nərimanov rayon məhkəməsinə onun adından ona verdiyi etibarnamə əsasında ərizə yazmışdır. 2020-ci il yanvar ayında Binəqədi rayonu, Xutor qəsəbəsində, “Grand” marketin yanında, “Qoşa zapravka” adalanan yerin yaxınlığında bacısı Sevincin evində hakimə vermək adı ilə 4.000 manat, vəkil Eynullaya vermək üçün 5.000 manat pulu Çingiz ondan almışdır. Həmin pulu verdikdə evdə bacısı Sevinc, anası Arzuyə, Sevincin yoldaşı Fərid də olmuşdur. Məhkəmə rədd qərarını ləğv etmişdir. Şahid10 həmin qərardan apelyasiya şikayəti vermiş və 2020-ci il fevral ayının əvvəlində apellyasiya məhkəməsi olmuşdur. Həmin məhkəmənin xeyrinə qərar çıxarması, yəni birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması üçün hakimə verəcəyi adı ilə ondan Binəqədi rayonunda, Çingiz öz yaşadığı evdə 2020-ci il fevral ayında 10.000 ABŞ dolları pul almışdır. Həmin vaxt evdə hamı yatmışdır və pulun verilməsini onunla Çingizdən başqa heç kim görməmişdir. Apellyasiyada məhkəməsində hakimin danışığından belə başa düşmüşdür ki, evləri onlara veriləcək və xeyrinə qərar çıxarılacaq. Çingiz məhkəmənin xeyrinə qərar çıxardığını və Cabbarın ələ keçirdiyi mənzillərin qarşılığında ona 4 ədəd mənzil veriləcəyini demişdir. Bundan təxminən bir ay sonra Çingiz onu Nizami rayonu Özbəkistan küçəsində yerləşən və həmin vaxt artıq sökülmüş binaya aparmış, ona məxsus olmuş və sökülmüş həmin evin əvəzinə Qara Qarayev yaxınlığında yeni tikilməkdə olan bir evi göstərib oradan Rahib Mirzəyevin onlara mənzil verəcəyini demişdir. Bundan sonra Çingiz Teymurla əlaqə saxlamış və Teymurla danışmışdır. Bundan sonra Nərimanov rayonunda olan və Şahid10 tərəfindən ələ keçirilmiş mənzillərinin əvəzinə Rahib Mirzəyev yeni mənzil verməli imiş. Çingiz də ona müxtəlif mənzilləri gəzdirir və hansını bəyənsə, Rahib Mirəzyev və Şahid10 həmin mənzili onlara alacağını demişdir. Nəhayət Çingiz onu Ayna Sultanova yaxınlığında olan hündürmərtəbəli binaya gətirmiş və oradakı mənzillərin birini göstərmişdir. O da razılıq vermişdir. Çingizin deməyinə görə həmin evi də Rahib Mirzəyev və Şahid10 onlara vermişdir. Hətta həmin evin onun adına olan çıxarışını da Çingiz ona göstərmişdir. Lakin, itirə biləcəyini deyib sonra həmin çıxarışı ondan götürmüşdür. O, hətta həmin evdə bir müddət yaşamışdır. Evin təmiri üçün ondan müxtəlif vaxtlarda pullar almışdır və evin təmirinə sərf etmişdir. O da öz evi olduğunu zənn edib təmirə etiraz etməmişdir. Çünki, bir müddət həmin evdə yaşamışdır. Ayna Sultanova yaxınlığında yerləşən mənzilin çıxarışını Çingiz ona göstərdikdən sonra ona bəs dayısı Kamran Əliyevin etdiyi yaxşılığın qarşılığında hədiyyə vermək lazım olduğunu demişdir. O da saat ala biləcəyini demişdir. 4.000 manat qiyməti olan qızıl saat almış və Kamran Əliyevə vermək üçün Çingizə vermişdir. Həmin vaxt oğlu Şöhlət də Bakıda olmuşdur. Saatın pulunu da Sevincə Şöhlət vermişdir. Bundan sonra Çingiz dediyinə görə həmin saatı Kamran Əliyevə vermiş, sonuncu isə onun üçün Quran kitabı hədiyyə etmiş, o, Rusiyaya gedənə yaxın ona verəcəklərmiş. 2020-ci ilin səhv etmirsə mart ayında Covid 19 pandemiyası başlayana yaxın o, Rusiyaya getmiş, Rusiyada olduğu müddətdə Çingiz əksər vaxtlarda məhkəmə və evlərin alınması ilə əlaqədar məsələlər barədə həyat yoldaşı Teymurla əlaqə saxlamışdır. Rusiyada olduğu müddətdə Çingizlə münasibəti pozulmuşdur. Belə ki, Çingiz evlərin alınması ilə əlaqədar məhkəmə proseslərini uzatdığı, eləcə də Teymurdan məhkəmə işlərinə görə çox miqdarda pul aldığı və anası xəstələndiyi üçün Teymurdan yenə də pul istədiyi və aldığı üçün o, əsəbiləşmiş və Çingizlə münasibəti pozulmuşdur. 2020-ci il noyabr ayında Çingiz Teymurla danışıb Ali Məhkəmənin Plenumunda məhkəmə prosesi olacağını deyib onun iştirak etməyinin zəruri olduğunu bildirmişdir. O da 2020-ci il noyabr ayında Bakıya gəlmiş, Bakıda olduğu müddətdə Çingizin bacısı Sevincin evində qalmışdır. Bundan əlavə Çingizin Binəqədi rayonundakı evində də qalmışdır. 2020-ci il noyabr ayından 2021-ci il yanvar ayında qədər Çingiz bir neçə dəfə məhkəmənin digər tərəfin, yəni Şahid10 prosesə gəlməməsi, eləcə də Covid 19 pandemiyası ilə əlaqədar təxirə salındığını bidirmş və məhkəmədə iştirakı baş tutmamışdır. Həmin dövrdə, yəni 2021-ci il yanvar ayında Teymur pula ehtiyacı olduğu, Şahid10 və Rahib Mirzəyevdən alınmış evləri satmasını, pulu da ona göndərməsini Çingizə bildirmişdir. Çingiz də Ayna Sulatnova parkı yaxınlığında olan Rahib Mirzəyev tərəfindən verilmiş evə alıcı olduğunu, həmin şəxsin dənizdə işlədiyini, həmin şəxsin yalnız gecə vaxtları şəhərə gəldiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə gecə saatlarında Sevincgildə olanda Çingiz həmin şəxsin evə baxmalı olduğunu demiş və öz avtomobili ilə onu həmin evə aparmışdır. Binanın həyətində Çingiz telefonla zəng edib kiməsə “çatdım” demişdir. Arxa tərəfdən qapı açılmış və bir nəfər maskalı şəxs bıçağı boğazına tutub başına yumruqla vurmuşdur. O, oğlanı itələmiş və oğlan yıxılmışdır. O da tez yola qaçmışdır. Yüksək səslə kömək istəmiş, Çingiz də onun arxasınca gəlmiş və qarnını göstərib qarnında bıçaq olduğunu, tez onunla getməli olduğunu demişdir. Avtomobilə minmiş və Çingiz özü idarə edərək onu Sevincgilə aparmışdır. Onu düşürdüb, özü isə guya yaralı vəziyyətdə xəstəxanaya getmişdir. Lakin, hansı xəstəxana olmasını heç kimə deməmişdir. Yeznəsi Fərid də yanına heç kimi buraxmadıqlarını demişdir. Bundan sonra yeznəsi, bacısı, anası evə gəlib Çingizin böyrəyinin yaralandığını, müalicəsi üçün pul lazım olduğunu demişlər. Təxminən 3 gün onlarda qalmışdır. Onu evdən çölə buraxmamışlar. Çingiz tapşırmışdır ki, sağalıb xəstəxanadan çıxana qədər onu buraxmasınlar. İstəkləri o olmuşdur ki, o, polisə bu hadisə barədə məlumat verməsin. Çünki, Çingiz bu hadisəni Kamran Əliyevin özünün bildiyini və özü araşdıracağını demişdir. O, bu barədə heç kimə məlumat verməmişdir. Ağrıları olduğu üçün anası onu rentgen müayinəsinə aparmış və yenə evə qayıtmışlar. Onu evdən buraxmayacaqlarını bilib gizli evdən qaçmışdır. Əvvəlcədən də qaynı oğlu Qurbana məlumat verilmişdir. Çölə çıxdıqda Qurbanı görmüş və Qurbanın avtomobilinə əyləşib Qurbanla birlikdə getmişdir. Bundan sonra telefonunu da söndürmüş və Çingizlə əlaqəsini kəsmişdir. Çingiz və ailəsi isə qohumlarından onun harada olduğunu soruşur, onu axtarırmışlar. xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci polis bölməsində izahat vermiş və araşdırma başlamışdır. Daha sorna xəsarət almağı ilə əlqədar cinayət işi başlanmış və izahatı alınarkən Təqsirləndirilən şəxs onlara qarşı edilmiş dələduzluqları barədə məlumat vermişdir. Çingiz onun mobil telefonunu öz telefonuna yönləndirmişdir. Ona gələn yazışmalar və səs yazıları Çingizin də telefonuna getmişdir. 2020-ci ilin noyabr-dekabr aylarında o, Ağdam rayonuna valideynlərinin qəbrini ziyarət etmək üçün Çingiz və anası Arzuyə ilə birlikdə getmişdir. Quzanlı qəsəbəsində olanda o, əvvəllər çörək pulu aldığı üçün yenidən bu barədə müraciət etmək istəmişdir. Çingiz özü bu işi həll edəcəyini, 600 manat lazım olduğunu demiş, o da Çingizə anası Arzuyənin yanında 600 manat vermişdir. Çingiz ona çörək pulu düzəltmək üçün Ağdam rayonu Quzanlı qəsəbəsində sovet sədrinin rəhbəri ilə danışdığını və bu yolla ona çörək pulu veriləcəyini demişdir. 600 manatı da həmin tanımadığı sovet sədrinin rəhbərinə verəcəyini demişdir. Bir aya həll olunacağını desə də həll olunmamışdır. Bundan əlavə bacısı Səlimə İskəndərova ərini itirdiyi, eləcə də pensiya yaşı olduğu üçün sosial müavinət düzəldilməsi məqsədilə o, 2020-ci ilin sonlarında sms icazə sistemi tətbiq edildiyi dövrdə 28 Mall ticarət mərkəzində bankomatdan həmin dövrdə ona məxsus veteran kartından, həm də “Ziberbank” kartından 4.000 manat çıxardıb Çingizə vermişdir. Bacısının bundan xəbəri olmamış, hədiyyə etmək istəmişdir. Çingiz özü sosial müavinəti düzəldə biləcəyini, Sosial Müdafiə Nazirliyində işləyən tanışı vasitəsilə bunu edəcəyini demişdir. Lakin, həmin şəxsin adını və vəzifəsini deməmişdir. 4.000 manat ona məxsus olmuşdur. Bundan əlavə 2020-ci ilin sonlarında o, Çingizə 28 Mall ticarət mərkəzində kart hesabından çıxartdığı 2.000 manat pulu vermişdir ki, Qarabağ veteranlarına maşın verilməsi ilə əlaqədar adını siyahıya salsın. Çingiz özü demişdir ki, o, Qarabağ veteranı olduğu üçün dövlət tərəfindən ona maşın verilə bilər. Bu işi həll edə bilər və 2.000 manata ehtiyac vardır. Çingiz həmin işə baxan adamla danışdığını, pulu da ona verəcəyini demiş, lakin həmin şəxsin adını, harada işləməsini deməmişdir. Bundan əlavə 2020-ci il sonlarında Çingiz ona Qarabağ veteranı oduğu üçün dövlətin ev verə biləcəyini demiş, bu işi həll etmək üçün 2.000 manat lazım olduğunu bildirmişdir. O da 2020-ci ilin sonlarında 28 Mall ticarət mərkəzində Zber bank kart hesabından 2.000 manat pul çıxardıb Çingizə vermişdir. Çingiz həmin işə baxan adamla danışdığını, pulu da ona verəcəyini demiş, lakin həmin şəxsin adını, harada işləməsini deməmişdir. Bundan əlavə o, Qarabağ veteranı olduğu üçün Qarabağ müharibəsi əlili təqaüdünü almaq məqsədilə Çingizə sonuncunun təklifi ilə 3.000 manat pul vermişdir. Həmin pulu da 2020-ci ilin sonlarında 28 Mall ticarət mərkəzində “Zberbank” kartından çıxardıb Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Qarabağ müharibəsi əlili təqaüdünü almaq üçün onu növbədə qabağa çəkmək məqsədilə Çingiz 2020-ci ilin sonlarında ondan 28 Mall ticarət mərkəzində 600 manat pul almışdır. Çingiz həmin işə baxan adamla danışdığını, pulu da ona verəcəyini demiş, lakin həmin şəxsin adını, harada işləməsini deməmişdir. Bundan əlavə o, sürücülük vəsiqəsi düzəldilməsi adı ilə 2019-cu il oktyabr ayında Çingizə Bakı şəhəri, Binəqədi rayonu, ünvanını bilmədiyi və Çingizini ailəsi ilə birlikdə yaşadığı evdə 1.500 manat pul vermişdir. Ola bilər ki, əvvəlki izahat və ifadəmdə verdiyi məlumatlar dəqiq olmamışdır. Çingiz sürücülük vəsiqəsi işinə baxan adama həmin pulu verəcəyini demiş, lakin həmin şəxsin adını, vəzifəsini, harada işləməsini deməmişdir. Bundan əlavə o, Çingizə guya onlara qaytarılmış Ayna Sultanovada yerləşən mənzilin əşyalarının da onlara qalması, eləcə də evin təmiri üçün 2019-cu ilin dekabr ayında 2.700 manat pul vermişdir. Lakin sonradan məlum olmuşdur ki, ev kirayədir və sahibi başqa adamdır. Bundan əlavə 2020-ci il dekabr ayında 28 Mall ticarət mərkəzində Zber bank kartından 7.000 manat çıxardıb Çingizə vermişdir. Belə ki, X38 guya onların adına aldığı təqribən 70.000 manatlıq evin kreditinin ödənilməsi üçün həmin pulu ondan almışdır. 2019-cu il noyabr ayından 2020-ci il mart ayına qədər maşın kirayəsi adı ilə 12.000 manat pulu oğlum Şöhlət Çingizə göndərmişdir. İstintaq dövründə ödənilmiş 9.000 manat pulu müstəntiqdən təhvil almış və müstəntiq qarşı tərəfin, yəni Çingizin həmin pulu ona vurduğu zərərin, yəni aldadıb ələ keçirdiyi pulların bir hissəsi kimi verdiyini bildirmişdir. Çingiz ona heç vaxt onu aldadıb ələ keçirdiyi, eləcə də hər hansı başqa məbləğdə pul verməmişdir. Sadəcə olaraq yaşadığı evin adına sənədləşməsini və şikayətini geri götürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şöhlət Qrubanovun adına köçürtdüyü 1.000 manat pul Şöhlətdən borc aldığı pul olmuş, sürücülük vəsiqəsi üçün ondan aldığı pul olmamışdır. Şöhlət Qrubanov 2023-cü il yanvar ayından Rusiya Federasiyasında səfərbərlik olduğu üçün hərbiyə çağırılmışdır. Hal-hazırda yanlarında yoxdur, buna görə də ifadə verə bilmir. Təqsirləndirilən şəxs onu yaxın və intim münasibətdə olması, ona pul xərcləməyi barədə dedikləri yalandır. Çingiz nə onun bacısı oğlu, nə də qardaşı oğlu üçün heç bir ev almamışdır. Səs yazılarında olan ipoteka və sənəd məsələləri də guya Cabbarın onlara qaytardığı evlər barədədir (cild 1, iş vərəqi 66- 72, cild 2, iş vərəqi 140-144, cild 3, iş vərəqi 165-168, cild 4, iş vərəqi 5-18, 91-94 və 184- 186). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.1967-ci ildə Yevlax rayonu Göyçə kəndində doğulmuşdur. Hal-hazırda Rusiya Federasiyasında, Perm vilayətinin Solikamsk şəhərində yaşayır. 2008-ci ildə o, Azərbaycanlı Şahid10la tanış olmuş, həmin tarixdə Cabbar ona müqavilə bağlamağı və onun Cabbarı Azərbaycanda taxta məhsuları ilə təmin etməiyini xahiş etmişdir. Uzun söhbətlərdən sonra Cabbar onu razı salmış, o da Cabbarla işləməyə başlamışdır. Həmin vaxt onun imkanları yaxşı olmuş, öz imkanları ilə Cabbara taxta göndərməyə başlamışdır. O, həmin taxta materialları nisyə olaraq Cabbara vermiş, çünki, Cabbar onu inandırıb etibarını qazanmışdır. Cabbarla münasibətləri yaxın olmuş, Cabbar öz oğlunun toy gününü onun həmin toyda iştirak etməyi üçün dəyişdirmişdir. Lakin, 16 ay ərzində göndərdiyi taxta materialların pulu ona qayıtmamışdır. Sonradan Cabbar onu başqa bir şəxslə, yəni köhnə polis işçisi olan Rahib Mirzəyevlə tanış etmişdir. X31 imkanlı olduğunu, qardaşı X32 İşlər Naziriiiyndə general olduğunu, imkanları və pullarının çox olduğunu, taxta işinə pul qoymaq istədiklərini bildirmişdir. Cabbar əvvəllər Şirvan adlı şəxslə işləmiş və ondan ayrılmışdır. O, Cabbara dövriyyəsinin bəs olduğunu və əlavə kiminsə onlara qoşulmağına gərək olmadığını demiş, lakin, Cabbar dövriyyəni artırmaq və köhnə şəriki Şirvanı bazardan çıxartmaq lazım olduğunu demişdir. Buna görə də Rahib Mirzəyevin də onlara qoşulmasını istəmişdir. X31 Avropa banklarında pulu olduğunu bildirmiş və bundan sonra onu və ailəsini Bakıya qonaq çağırmışlar. O və ailəsi, Rahib Mirzəyevin ailəsi və Şahid10 ailəsi Bakıda restoranda görüşmüşlər. Həmin görüş vaxtı, iş məsələsini də dəqiqləşdirmişlər. Belə ki, Şahid10, qohumları Rahib Mirzəyev və adamları Azərbaycanda bu işi yəni taxta satışı işini görməli idi. O, Rusiyaya qayıtmış və Azərbaycana taxta göndərməyə başlamışdır. Şahid10 özü Rusiyaya gəlməli olsa da, qaynını göndərmişdir. 2011-ci ilin axırı, 2012-ci ilin əvvəli o, dövriyyəni qaldırmağa başlamış, Cabbar onun Bakı şəhərində olan iki mənzilinin gördükləri işin etibarlılığı üçün onların adında girov kimi qalmasını istəmişdir. Belə ki, Cabbar və Rahib ona böyük məbləğ göndərərək dövriyyəni böyütmək istəmişlər. Həmin mənzillər də onların ona göndərəcəyi böyük məbləğin təminatı imiş. Əslində isə ona hər hansı məbləğdə pul göndərməmişlər. O da razılaşmışdır. Artıq 2011-ci ilin qışında taxtalar göndərilməsinə baxmayaraq ona pul gəlməmiş və bunu da bankda olan problemlərlə bağlı olduğunu demişlər. O, yenə də onlara inanmış, artıq əlindəki taxta bitmiş və tanışlardan nisyə taxta götürüb Bakıya, Cabbargilə göndərmişdir. Lakin, yenə onu yubadaraq pulunu müxtəlif bəhanələrlə göndərməmişlər. 2012-ci ilin may ayında mühasibatlıq hesabat aparmış və müəyyən etmişdir ki, 70.000.000 rubldan çox kəsir vardır. Bundan əlavə girov kimi Cabbargilə verdiyi iki mənzili də Cabbargil ələ keçirmişlər. O, həmin borcları öz hesabına bu ilin yanvar ayında bağlayıb qutarmışdır. Çox çətinliklə bu borcları bağlamışdır. O qədər borcu olmuşdur ki, 2019-cu ilə qədər Bakıya getməyə belə imkanı olmamışdır. Bundan əlavə Rusiya Federasiyasında vergi borcu olduğu üçün ölkədən çıxmağa məhdudiyyət də qoyulmuşdur. 2019-cu il tarixdə borcların böyük bir hissəsini verib qurtarmış və əvvəlki imkanını bərpa etmişdir. 2019-cu il avqust ayında həyat yoldaşı Zərərçəkmiş şəxs1 heç olmasa onlara məxsus iki mənzili geri qaytarmaq üçün Bakıya göndərmişdir. Elyana Bakıda olan tanışı vasitəsilə iki mənzilin geri qaytarılması ilə bağlı dövlət orqanlarına, Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə və digər dövlət qurumlarına şikayət etmişdir. Həmin dövrdə Azərbaycan Mediasında da Rusiyadan gələn iş adamının Şahid10 və Rahib Mirzəyev tərəfindən aldadılması ilə bağlı xəbərlər olmuşdur. 2019-cu il sentyabr ayında Zərərçəkmiş şəxs1 Daxili İşlər Nazirliyinə qəbula gedərkən qəbulda Elyanaya bir oğlan yaxınlaşmış və onu tanıdğını, özünün Korrupsiyanın müstəntiqi olduğunu, dayısı Kamran Əliyevin oranın rəhbəri olduğunu, şikayəti barədə məlumatlı olduqlarını, şikayət etdikləri insanın qardaşının Daxili İşlər Nazirliyində general olduğunu, buna görə də Elyananı orada qəbul etməyəcəklərini bildirmişdir. Bundan əlavə Kamran Əliyevin bu məsələdən xəbərdar olduğunu, onlara kömək etmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 əvvəlcə inanmasa da bir neçə gün sonra guya ki, Rahib Mirzəyev, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 telefonla üzləşmə olmuşdur. Guya ki, Rahib Mirzəyevi Korrupsiyaya Kamran Əliyevin qəbuluna çağırmışlar. Orada Zərərçəkmiş şəxs1 zəng etmişlər. Söhbət zamanı X39 Məmmədovun onların evlərini aldığını, bundan xəbəri olmadığını bildirmişdir. Bir neçə gün sonra yenidən Təqsirləndirilən şəxs əlaqə saxlayıb bəs “X51 Mirzəyevin paqonunu çıxardıb, o da yalvarıb ki, pensiyama az qalıb, mənlə işiniz yoxdur, mənzilləri qaytaracam” demişdir. Bundan sonra Çingiz və Elyana guya Rhib Mirzəyevin bu sözündən sonra ev axtarmağa başlamışlar. Hansı evi seçsələr Rahib Mirzəyev həmin evi onlara qaytarmalı imiş. Ona ev şəkilləri də atmışlar. Evlərin birində razılaşmış və ev 180 kvadrat metr, qiyməti isə 310.000 manat olmuşdur. Rahib Mirzəyev isə 280.000 manat verə bilmiş, 30.000 manatı çatmamışdır. O da 2019-cu ilin noyabrdekabr aylarında Çingizini sözü ilə 30.000 manatı Çingizə göndərmişdir. Guya ki, 280.000 manat Rahib Mirzəyev pul qoymuş, 30.000 manat da o, göndərmiş və 310.000 manata Çingizin təşkilatçılığı ilə Bakı şəhəri, Ayna Sultanova heykəlinin yanında yerləşən evi almışlar. Bundan sonra Çingiz həmin binanın aşağısında münasib qiymətə, yəni 25000 manata 1 avtomobillik qaraj olduğunu bildirmiş, o da razılaşıb 2020-ci il yanvar ayında 25000 manatı həmin qarajı almaq üçün Çingizə göndərmişdir. 2019-cu il tarixdə yeni il qabağı Elyana Bakıda olmuş, oğlu Şöhlət də Bakıya getmiş və həmin evdə qalmışlar. Bundan sonra X33 dediyinə görə 2020-ci il yanvar ayında Qara Qarayevdə onlara 2 otaqlı ev qaytarmışdır. Təqsirləndirilən şəxs həminin evin plana düşdüyünü, əgər yeni tikiləcək binadan əlavə 1 otaq da götürsələr yarı qiymətə düşəcəyini, yəni əlavə 20.000 manat qarşılığında yeni binada 2 otaqlı ev əvəzinə 3 otaqlı ev verilə biləcəyini demiş, o da razılaşmış və 2020-ci il yanvar ayında 20.000 manatı göndərmişdir. 2020-ci ilin yanvarfevral aylarında Çingiz ona Şahid9 adlı vəkilin onları məhkəmələrdə müdafiə etdiyini, bu məqsədlə zəhmət haqqı kimi vəkilə 15.000 (on beş min) manat verməli olduğunu demiş, o da Çingizə 2020-ci ilin yanvar-fevral ayı ərzində 15.000 manat pul göndərmişdir. O, 285.000 dollar pulu Elçin adlı tanışı vasitəsilə Çingizə göndərmişdir. Elçin də 5.000, 7.000, 15.000 və s. məbləğlərdə həmin pulları müxtəlif vaxtlarda Çingizə vermiş, Elçin də Rusiyada olanda Elçinə qaytarmışdır. Bundan əlavə 2020-ci il mart ayında Vaqif adlı tanışı 15.000 dollar, 2020-ci ilin yay aylaırnda isə 20.000 dollar Çingizə pul vermişdir. Bundan əlavə İlkin adlı tanışı xx.xx.2020-ci il tarixdə 26.770 manat pulu Çingizə vermiş. Bundan əlavə xx.xx.2022-ci il tarixdə 12.210 manat pul vermişdir. Qalan bütün pulları Elçin 2019cu il noyabr ayından, 2020-ci ilin axırına qədər Çingizə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə vermişdir. Qalan pullar isə onun tapşırığı ilə, oğlu Şöhlət tərəfindən bank yolu ilə Çingizin və onun göstərdiyi digər şəxslərin adlarına köçürülmüşdür. Həmin köçürmələrin qəbzlərini də Elyana istintaqa təqdim etmişdir. Qarayevdəki ev qayıtdıqdan sonra 2020-ci il fevral ayında Təqsirləndirilən şəxs həmin evə qonşu ev olan mənzilin münasib qiymətə, yəni 74.000 manata satıldığını bildirmiş, Rahib Mirzəyevin də ona 78.000 manat borcu qaldığını demişdir. O da Rahib Mirzəyevin həmin pulu qaytaracağını düşünüb 74.000 manat pulu Çingizin sözü ilə Təqsirləndirilən şəxs həmin mənzili alması üçün göndərmişdir. Qarayevdəki evi alıb, əlavə 1 otaq üçün ödəniş edib, qonşu 3 otaqlı evi də aldıqdan sonra Təqsirləndirilən şəxs həmin binanın altında 1 avtomobillik qarajın satıldığını bildirmişdir. Həmin qarajın alınması üçün 2020-ci il fevral ayında 20.000 manat pulu Çingizə göndərmişdir. Qeyd olunan mənzil və qarajların alınması üçün ilkin olaraq onda pul olmamış, Çingiz ona “müəllim” deyə çağırdığı dayısı Kamran Əliyevin tapşırığı ilə ipoteka ilə həmin mənzilləri alacağını bildirmişdir. O da həmin pulları müxtəlif vaxtlarda Çingizə vermişdir. 2020-ci il mart-aprel ayında Çingiz X13ra ödəməli olduğu 78.000 manat borcu qarşılığında Nizami rayon Özbəkistan küçəsində olan evini vermək istədiyini bildirmişdir. O da razılaşmışdır. Bundan sonra Çingiz həmin evin də plana düşdüyünü əlavə 1 otaq almaq üçün 30.000 manat lazım olduğunu bildirmiş, o da razılaşıb həmin pulu Çingizə göndərmişdir. Yuxarıda qeyd etdiyi məsələlər məhkəməyədək olan proseslər olmuş, Təqsirləndirilən şəxs dayısı, Korrupsiyanın rəhbəri Kamran Əliyevin nüfuzu ilə həmin mənzilləri qaytarmışdır. Qeyd olunan proseslərlə paralel Şahid10la məhkəmə prosesləri getmiş, Elyana Bakıda olanda artıq iki məhkəmə prosesi olmuş, 2020-ci ilin mart ayında “Covid 19” pandemiyası təzə başlayanda Elyana Rusiyaya qayıtmışdır. 2020ci ilin aprel ayında Çingiz ona özünün daha yaxşı vəzifəyə keçmək istədiyini, bunun üçün 25.000 (iyirmi beş min) manat lazım olduğunu bildirmiş və həmin pulu ondan istəmiş, o da 25.000 manat pulu Çingizə göndərmişdir. 2020-ci ilin may ayında Çingiz ona Rahib Mirzəyev tərəfindən qaytarılmış Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində olan mənzilin yerləşdiyi binanın da plana düşdüyündən söküldüyünü, əvəzində yeni tikilən binadan 2 otaqlı mənzil verildiyini, yeni tikilən binada 1 kv.metrin 1.200 (min iki yüz) manata olduğunu, verilən mənzilə 1 otaq da əlavə etməyini, bu məqsədlə 30.000 (otuz min) manat göndərməyini təklif etmiş və o, Çingizin bu təklifi ilə razılaşıb həmin məbləğdə pulu Çingizə göndərmişdir. Çingiz 2020-ci il may-iyun ayında ona ağsaqqalı dayısı olduğunu bildirdiyi Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru təyin edildiyini, bu məqsədlə bağ evində qonaqlıq verildiyini, qonaqlıq xərcliyi üçün 15.000 (on beş min) manat lazım olduğunu bildirib, həmin pulu onun göndərməyini istəmiş, o da həmin məbləğdə pulu Çingizə göndərmişdir. 2020-ci ilin may-iyun aylarında Çingiz guya idarə etdiyi avtomobilin əyləc sisteminin Şahid10 tərəfindən kəsildiyini, bu səbəbdən yol qəzasına düşdüyünü, xəsarət aldığını, müalicə və avtomobilin təmiri üçün 5.000 (beş min) manat lazım olduğunu bildirmiş və həmin məbləğdə pulu Çingizə göndərmişdir. 2020-ci ilin iyul-avqust aylarında Çingiz ona guya qaytarılmış 6 mənzilin kupça və arayışlarının hazırlanması üçün 15.000 manat lazım olduğunu demiş, o da 15.000 manat pulu Çingizə göndərmişdir. 2020-ci ilin avqust ayında Çingiz ona özlərinə məxsus Şahid10 tərəfindən alınmış Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mənzilin məhkəmə yolu ilə geri qaytarıldığını, icraçılar tərəfindən evin boşaldığını, evi Şahid10 alan qadının mənzilə təmir üçün xərclədiyi 25.000 (iyirmi beş min) manat pulu tələb etdiyini, məhkəmə yolu ilə həmin pulun qaytarılmalı olduğunu bildirmiş, o da 25.000 (iyirmi beş min) manat pulu Çingizə göndərmişdir. 2020-ci ilin avqust ayında Çingiz ona guya məhkəmə yolu ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mənzilin mətbəxində xırda təmir işləri aparılmalı olduğunu, bunun üçün 3.000 (üç min) manat göndərməli olduğunu bildirmiş və o, həmin məbləğdə pulu Çingizə göndərmişdir. 2020-ci ilin iyul-avqust aylarında Çingiz ona guya bacısı oğlu Vüqar Məhərrəmovu Bakı şəhəri, Nizami rayonu məhkəməsinə hakim köməkçisi, onun həyat yoldaşı Gülanə Məhərrəmovanı isə Bakı şəhərində yeni açılacaq kolleclərdən birinə direktor vəzifəsinə düzəldə biləcəyini, hər vəzifə üçün 15.000 (on beş min) manat, ümumilikdə isə 30.000 (otuz min) manat lazım olduğunu demiş, o da həmin məbləğdə pulu Çingizə göndərmişdir. Lakin, sonradan dəqiq tarixini xatırlamadığı vaxtda Vüqar həmin pulu onun özünə qaytarmışdır. Belə ki, həmin pul ounu qardaşı oğlu Qurbana verəcəyi pulun əvəzi kimi verilmişdir. 2020-ci ilin avqust-sentyabr aylarında Çingiz ona guya vurulmuş ziyanın əvəzində məhkəmə yolu ilə Şahid10 2 obyekt alındığını, həmin obyektlərin qiymətləndirilməsi üçün 30.000 (otuz min) manat, sənədləşdirilməsi üçün isə 5.000 (beş min) manat, ümumilikdə 35.000 (otuz beş min) manat lazım olduğunu bildirmiş və həmin məbləğdə pulu Çingizə göndərmişdir. Dəqiq tarixlərini xatırlamadığı vaxtlarda ümumilikdə 2020-ci ilin ərzində Çingiz ona məhkəmələrə və digər yerlərə getməsi üçün kirayə avtomobil götürdüyünü bildirmiş, benzin və digər xərclər üçün ümumilikdə Çingizə 30.000 manat göndərmişdir. 2020-cilin aprel-sentyabr ayları ərəfəsində Çingiz ona guya Şahid10 olan pullarının geri qaytarılması üçün məhkəmələrə müraciət etdiyini, 6 məhkəmə prosesinin keçirildiyini, məhkəmələrdə onların xeyrin qərar çıxarılması üçün hər məhkəmə üçün 10.000 (on min) manat lazım olduğunu bildirmiş və qeyd etdiyi müddətdə ümumilikdə Çingizə 60.000 (altmış min) manat göndərmişdir. 2020-ci ilin sentyabr ayında Çingiz ona guya bütün məhkəmə proseslərində xeyirlərinə qərar çıxarıldığını, Şahid10 məhkəmə qərarlarından Ali Məhkəməyə şikayət etdiyini, həmin məhkəmə də onların xeyirnə qərar çıxarılması üçün 30.000 (otuz min) manat lazım olduğunu demiş, o, həmin məbləğdə pulu Çingizə göndərmişdir. Çingiz ona guya dayısı olduğunu dediyi Kamran Əliyevin bağ evi tikdirdiyini, bu məqsədlə təmir üçün taxta lazım olduğunu bildirmiş və o, xx.xx.2020-ci il tarixdə 2 vaqon, xx.xx.2022-ci il tarixdə isə 2 vaqon olmaqla, ümumilikdə 70.000 ABŞ dolları dəyərində taxtaları Perm şəhərindən Bakı şəhərinə göndərmiş və həmin taxtaları Çingiz Bakı şəhərində qəbul etmişdir. O, sonradan öyrənmişdir ki, Çingiz həmin taxtaları kubu 175 dollardan olmaqla Şəmkir rayonunda taxta ticarəti ilə məşğul olan Sənaniyə satmışdır. O, Sənanini Azərbaycanda olduğu dövrdə tanımışdır. 2020-ci ilin noyabr-dekabr aylarından Çingiz ona guya Plenum Məhkəməsində də onların xeyrinə qərar çıxarılması üçün məhkəmədən 50.000 (əlli min) manat istədiklərini, dayısı olduğunu dediyi Kamran Əliyev məhkəmə ilə danışaraq məbləği 5.000 (beş min) manat aşağı saldığını, yəni 45.000 (qırx beş min) manata razılaşdığını, onun Çingizin öz işi ilə bağlı göndərdiyi 20.000 (iyirmi min) manatı özündən qoyduğunu, yerdə qalan 25.000 (iyirmi beş min) manatı onun göndərilməli olduğunu bildirmiş və o da 25.000 (iyirmi beş min) manatı Çingizə göndərmişdir. Şahid3 tərəfindən 2020-ci ilin yaz aylarında Təqsirləndirilən şəxs verilmiş 15.000 dollar guya Təqsirləndirilən şəxs köməkliyi ilə Şahid10 tərəfindən qaytarılmış Nizami rayonu, Özbəkistan küçəsində yerləşən plana düşmüş mənzilə 1 otaq əlavə etmək üçün verilmişdir. Şahid3 tərəfindən 2020-ci ilin yay fəslinin sonuna yaxın Əİİyev Çingiz Alı oğluna verilmiş 20.000 dollar Çingiz dediyinə görə guya ki, onlara dəymiş zərərin qarşılığında Şahid10 tərəfindən məhkəmə yolu ilə onlara verilməli olan iki ədəd obyektin qiymətləndirilməsi və sənədləşməsi üçün hakimə və ekspertə vermək adı ilə verilmişdir. X21 tərəfindən 2020-ci il may-iyul aylarında Təqsirləndirilən şəxs verilmiş 15.000 dollar pul guya ki, Rahib Mirzəyevin onlara qaytardığı evin plana düşməsi və əlavə bir otaq verilməsi üçün verilmişdir. Şahid2 tərəfindən 2022-ci il may-iyul aylarında Təqsirləndirilən şəxs verilmiş 8.000 dollar pul guya məhkəmə yolu ilə qaytarılmış 6 mənzilin çıxarışlarının alınması üçün verilmişdir. Çingiz həmin çıxarışları ASAN xidmətdən, daşınmaz əmlakdan alacağını demişdir. Pulu hansı formada xərcləyəcəyi barədə bir söz deməmişdir. Təqsirləndirilən şəxs adına köçürülmüş pullar barədə qəbzlər Elyana Qurabnova tərəfindən istintaqa təqdim edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə 140.000 rubl, xx.xx.2020-ci il tarixdə isə 20.000 rubl məhkəmədə işlərin görülməsi üçün vəkilə verilməsi adı ilə oğlu Şöhlət tərəfindən Çingizə göndərmişdir. Pul ona məxsus olmuşdur. 2020-ci il oktyabr ayında 350.000 rubl, 25.000 rubl, 150.000 rubl, 343.000 rubl, 254 manat, 1.000 manat, 3.000 manat, 4.500 manat, 37.500 rubl, 80.800 rublu olan ona məxsus pul vəsaiti Ali Məhkəmədə hakimə verilməsi üçün Təqsirləndirilən şəxs göndərilmişdir. Çingiz demişdir ki, “əgər bu məhkəməni uduzsaq indiyə kimi Rahib Mirzəyev və Şahid10 məhkəmə yolu ilə əldə etdiyimiz mənzilləri uduza bilərik”. Buna görə də Çingizin sözü ilə hakimə onun xeyrinə qərar çıxarılması məqsədilə həmin pulları göndərmişdir. 2020-ci il oktyabr ayında 370.000 rublu Çingizin xahişi ilə onların işlərinin görülməsi ilə əlaqədar avtomobil, benzin və digər xərclərin qarşılanması məqsədilə tanışı Musanın adına göndərilmişdir. Bundan əlavə xx.xx.2020-ci il tarixdə 3.000 manat, xx.xx.2020-ci il tarixdə isə 2.100 manat pul Çingizə göndərilmişdir ki, Ali Məhkəmənin Plenumu olacaq. Plenumda işə baxılması zamanı onun xeyrinə qərar çıxarılsın. Həmin pul Ali Məhkəmənin hakiminə verilməli olan 20.000 manat pulun bir hissəsi olmuşdur. Qalan bütün epizodlar üzrə pulların isə Çingizə verilməsi tanışı Elçin Məmmədov tərəfindən təşkil edilmişdir və digər epizodlar üzrə Elçin vasitəsilə 285.000 dollar pul Çingizə verilmişdir. Təqsirləndirilən şəxs göndərilmiş taxta materialların satışından əldə etdiyi pul vəsaitindən 545.300 rus rublunu taxtanın yol pulu kimi ona göndərmişdir. Belə ki, o, 4 vaqon taxtanı pay kimi Kamran Əliyevə verilməsi üçün Çingizə vermişdir. Lakin, yol pulunu verməyə pulu qalmamışdır. Buna görə də Çingiz 1 vaqonun yol pulu edən 545.300 rublu 2020-ci il oktyabr ayında ona göndərmişdir. Çingiz onun hansısa tanışının Mingəçevir şəhərində olan yoldaşına pul verməmişdir. O, Elçin Məmmədov, Şahid3 və Şahid2 ona məxsus pul vəsaitini Təqsirləndirilən şəxs vermələri ilə bağlı onlara hər hansı məbləğdə əlavə pul verməmişdir. 2020-ci il noyabr ayında Çingiz Ali məhkəmənin Plenumunun olacağını, Elyananın orada mütləq işitrak etməii olduğunu bildirmişdir. Buna görə də Elyana xx.xx.2020-ci il tarixdə Rusiyadan Bakıya getmişdir. Elyana Bakıda olduğu müddətdə Çingiz hər dəfə bir bəhanə ilə, gah digər tərəfin vəkilinin gəlmədiyini, gah Plenumda hakimlərin tam yığılmadığını bildirmişdir. Əslində isə belə bir məhkəmə prosesləri olmamışdır. 2021-ci ilin yanvar ayının sonunda Elyana ona zəng edərək bəs Çingizin onu evə baxmaq üçün apardığını, Çingizin maşınında olanda arxa qapını bir nəfərin açıb vurduğunu, çətinliklə həmin adamın əlindən qaçıb qurtulduğunu, Çingizin isə bıçaqlandığını bildirmişdir. Həmin hadisədən sonra Çingiz Elyananı öz evlərinə aparmışdır, özü isə xəstəxanaya getmişdir. Elyana Çingizin ailəsinin onu zorla həmin evdə saxladığını, həkimə də getməyə qoymadığını demişdir. Həmin vaxt o, qardaşı oğlu Qurbanı Elyananı oradan götürüb öz evinə aparmasını demişdir. Qurban Elyananı oradan götürüb apardıqdan sonra Çingiz onlarla əlaqə saxlamışdır. O, Çingizdən məhkəmə proseslərinin, evlərin sənədlərini istədikdə hər dəfə bir bəhanə ilə onu yubatmışdır. Artıq həmin dövrdə onlar başa düşmüşlər ki, il yarımdır ki, Çingiz onları aldadır. X40 Əliyevin bacısı oğlu deyil, ona qarşı dələduzluq etmiş, onun etibarından sui-istifadə edərək külli miqdarda pullarını mənimsəmişdir. Onun hər hansı bir əmlakı geri qaytarılmamış, həmçinin göndərdiyi pullarla hər hansı bir ev və qaraj alınmamışdır (cild 3, iş vərəqi 93-96, 171-177, 210-212, cild 4, iş vərəqi 95-99). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdən indiyə qədər Rusiya Federasiyasında taxta materiallarının ticarəti ilə məşğul olur. Zərərçəkmiş şəxs2 şəxsən tanımır. Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasının Perm şəhərində yaşayan qardaşı İlqar Məmmədovun vasitəsilə tanımışdır. Qardaşı İlqarın xahişi ilə Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlayıb Teymurla danışmışdır. 2020-ci ilin yay ayında qardaşı X8 mobil telefonuna zəng vuraraq Zərərçəkmiş şəxs2 Bakı şəhərinə taxta materialı göndərdiyini, Bakı şəhərindən taxta materillarını qəbul edəcək şəxsin mobil telefonuna zəng vuracağını, həmin taxta materiallarnın gömrük sənədləşdirilməsinə köməklik etməyini bildirmişdir. 2020-ci ilin yay ayında dəqiq tarix yadında qalmayan gündə mobil telefonuna bir nəfər şəxs zəng vurub mobil nömrəni Zərərçəkmiş şəxs2 verdiyini, Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasından Bakı şəhərinə iki vaqon taxta materialı göndərdiyini, həmin taxta materialının Gömrük rəsmiləşdirilməsində ona köməklik etməyini ondan xahiş etmişdir. O, da həmin şəxsə etiraz etməmiş köməklik etmişdir. Belə ki, həmin taxta materialı “OOO AZURİT GROUP” şirkətinin adına göndərilmiş, həmin 2 vaqon taxta materialının gömrük sənədləşdirilməsi 6.000 ABŞ dolları etmiş, o, həmin 6.000 ABŞ dolları məbləğində Azərbaycan manatını Çingiz adlı şəxsdən alıb “OOO AZURİT GROUP” şirkətinin nümayəndəsinə Abşeron Portun ərazisində vermişdir. Çingiz adlı şəxs yanında bir nəfər də cavan oğlan ilə birlikdə ora gəlmişdir. Çingiz özü sözü gedən 2 vaqon taxta materialının yerini bilmişdir. O, Çingizə sözü gedən 2 vaqon taxta materialının gömrük sənədləşdirilməsinə köməklik etmiş, sonra Çingiz özü taxta materialını Abşeron Portda müştəriyə satmışdır. Çingiz taxta materialının pulunu yəni 545.300.00 rubl məbləğində pulu hesablayıb səhv etmirsə 11.700 manat pulu ona vermişdir ki, həmin pulu Perm şəhərinə Teymurun dediyi şirkətin adına göndərsin. O, da Çingizin ona verdiyi 11.700 manata yaxın pulu “OOO AZURİT GROUP” şirkətinin nümayəndəsinə vermiş, həmin pulu da “OOO AZURİT GROUP” şirkəti Rusiya Federasiyasına göndərmişdir. Bu söhbətdən bir neçə ay sonra 2020-ci ilin oktyabr və noyabr aylarında Çingiz yenidən onunla telefon əlaqəsi saxlayıb Zərərçəkmiş şəxs2 2 vaqon taxta materialı göndərdiyini, həmin taxta materialının gömrük sənədləşdirilməsinə kömək etməyini xahiş etmişdir. O da əvvəlki qaydada Çingiz adlı şəxsə 2 vaqon taxta materiallarının gömrük sənədləşdirilməsinə köməklik etmiş, həmin 2 vaqon taxta materialının gömrük sənədləşdirilməsi 6000 ABŞ dolları etmiş, həmin 6.000 ABŞ dolları məbləğində Azərbaycan manatını Çingiz adlı şəxsdən alıb “OOO AZURİT GROUP” şirkətinin nümayəndəsinə Abşeron Portun ərazisində vermişdir. Çingizə sözü gedən 2 vaqon taxta materialının gömrük sənədləşdirilməsinə köməklik etmiş, sonra Çingiz özü taxta materialını Abşeron Portda müştəriyə satmışdır. Təqsirləndirilən şəxs ümumilikdə 4 vaqon taxta materialının sənədləşdirilməsi ilə əlaqədar ona 12.000 ABŞ dolları məbləğində Azərbaycan manatı vermiş, o da həmin pulu “OOO AZURİT GROUP” şirkətinin nümayəndəsinə taxta materialının gömrük sənədləşdirilməsi üçün vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Bakı şəhərinə göndəriyi 4 vaqon taxta materialını hansı məqsədlə göndəriyini ona deməmişdir. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Çingiz ona gömrük rəsmləşdirməsi üçün pul vermişdir. Taxtanın nə məqsədlə göndərildiyini bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdə Azurit Group MMC-ni təsis etmiş və hazırda da həmin MMC-nin direktorudur. Azurit Group MMC xarici dövlətlərdən tikinti materiallarını idxal edib satışı ilə məşğul olur. Xarici ölkələrdən direktoru olduğu Azurit Group MMC-nin adına xarici dövlətlərdən tikinti materialları idxal ediləndə həmin tikinti materiallarının dəmiryolu vasitəsilə daşıma haqqı, gömrük sənədləşdirilməsi direktoru olduğu MMC tərəfindən həyata keçirilir. Şahid6 2016-cı il tarixdən tanıyır. Şahid6 Rusiya Federasiyasından Azərbaycana direktoru olduğu MMC-nin adına taxta matrialları gətirib satışı ilə məşğul olmuşdur. Rusiya Federasiyasından direktoru olduğu MMC-nin adına Azərbaycana gələn bir vaqon taxta materialının dəmiryolu vasitəsilə daşıma haqqı, gömrük sənədləşdirilməsi və Abşeron Portun xərci, taxtanın kubuna görə təxminən 3000-3200 ABŞ dolları məbləğində xərc tələb edirdi. Təqsirləndirilən şəxs Abşeron Portdan direktoru olduğu Azurit Group MMC-nin adına Rusiya Federsiyasından gələn taxta materialını götürməsi barədə indi məlumatlıdır. Bununla bağlı MMC-də aparılmış sənədlərə baxıb hansı miqdarda taxta materialını Təqsirləndirilən şəxs götürməsini, taxta materialının dəmiryolu vasitəsilə daşıma haqqının, gömrük sənədləşdirilməsinin və Abşeron Portun xərcinin hansı məbləğ təşkil etməsini bilir. 545,300 Rus rublu direktoru olduğum MMC-nin adından Rusiya Fedreasiyasma göndərilmişdir. Şahid7 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Göndərilən pullar və gömrük rüsumları ilə bağlı sənədlər mövcud idi. Onun direktoru olduğu MMC-nin adından 545.300 rubl Rusiya Federasiyasına göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-2020-ci illərdə ortaq tanışları vasitəsilə tanımışdır. Ortaq məclislərdə tanış olmuşlar. Çingiz Qarayevdə hansısa məhkəmədə işlədiyini demişdir. Hansı vəzifədə işlədiyini bilmir. Həmin dövrdə çay evində ortaq tanışlarımız vasitəsilə görüşmüşlər. Bildiyim qədərilə maddi vəziyyəti yaxşı idi. Yəni yaxşı imkanı olan biri kimi təəssürat yaratmışdır. Lakin, 2020-ci ilin sonlarında onunla əlaqəsi kəsildi. Belə ki, Dubayda işlədiyi və həmin vaxtdan sonra uzun müddət Dubayda yaşadığı üçün Çingizlə əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 adlı şəxsləri tanımır. Təqdim edilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə Zərərçəkmiş şəxs2 tərəfindən onun adına göndərilmiş 370.000 rus rublu məbləğində pul vəsaitinin olduğu qəbz barəsində bildirmək istəyir ki, bir dəfə Çingiz ondan onun adına göndərilməsini xahiş etmişdir. O də öz şəxsiyyət vəsiqəsinin şəklini Çingizə göndərmişdir. Həmin pul vəsaitini hal-hazırda xatırlamadığı banklardan birindən götürüb Çingizə vermişdir. Bundan başqa Çingiz üçün ona hər hansı pul vəsaiti göndərilməmişdir. Həmin pulun hansı məqsədlə Çingizə göndərilməsini bilmir. Sadəcə olaraq Çingiz xahiş etdiyi üçün vəsiqəsinin şəklini Çingizə vermiş və onun adına göndərilmiş pulu bankdan götürüb Çingizə vermişdir. Şahid8 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Çingizi 1-2 dəfə Nizami rayon məhkəməsində gördüyü üçün onun məhkəmədə işlədiyini zənn etmişdir. O, heç vaxt Çingizə hücum etməmiş və ya hücuma köməklik göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2017-ci ildən vəkillik fəaliyyəti ilə məşğuldur. Həmin tarixdən Bakı şəhəri, 11 saylı vəkil bürosunda çalışır. Tarixini dəqiq xatırlamadığı vaxtda, təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində hazırda nömrəsini xatırlamadığı nömrədən zəng gəldi, telefonda özünü Çingiz kimi təqdim edən şəxs bildirdi ki, nömrəni Vəkillər Kollegiyasının rəsmi saytından götürmüşdür. “Qohumumun məhkəmə işi var, köməklik edə bilərsinizmi?” dedi, o da büroya yaxınlaşmasını, sənədlərlə tanış olub, sonra fikrini bildirə biləcəyini demişdir. Danışıqdan təxminən bir neçə saat sonra büroya 2 nəfər adını sonradan bildiyi Çingiz və Elyana adlı şəxslər yaxınlaşmışlar. Danışıq zamanı Çingizi Elyana öz qohumu kimi təqdim etmişdir. Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X27 Qurbanova tərəfindən Şahid10 barəsində etmiş olduğu şikayət üzrə qəbul olunan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayət verdiklərini bildirmişlər, həmin şikayətlə bağlı Nərimanov rayon məhkəməsində hüquqi xidmət göstərilməsini xahiş etmişlər. O da Zərərçəkmiş şəxs1 ilə rəsmi hüquqi xidmətin göstərilməsinə dair müqavilə bağlamış, 400 manat büdcə ödənişi etmiş, order tərtib olunmuş, şəxsən Zərərçəkmiş şəxs1 ilə müqavilə imzalamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 vəkili kimi Pərviz Məmmədovun qərarından verilmiş şikayətlə bağlı Nərimanov rayon məhkəməsində vəsatət təqdim etmişdir. Material üzrə bir neçə şəxsin dindirilməsini xahiş etmiş, Nərimanov rayon məhkəməsi 24 yanvar 2020-ci il tarixdə Nərimanov RPl-nin İŞ-in müstəntiqi, polis mayoru Pərviz Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını ləğv etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 şəxsən iştirak edirdi. Təqsirləndirilən şəxs məhkəmə iclas zalına iclas qapalı keçdiyinə görə buraxmamışdılar. X53 ilə birlikdə məhkəməyə gəlmişdi. Bundan sonra qarşı şikayət olunan tərəf Nərimanov rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Tarixini dəqiq xatırlamadığı vaxtda Apellyasiya məhkəməsi olmuş, orada şəxsən Zərərçəkmiş şəxs1 ilə birlikdə məhkəmə iclasında iştirak edib çıxış etmişdir. Orada Şahid10 da öz vəkili ilə iştirak etmişdir. Apellyasiya məhkəməsi isə Nərimanov Rayon məhkəməsinin qərarını ləğv edərək Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Pərviz Məmmədovun qərarını qüvvədə saxlamaqla qanuni olmasına dair yeni qərar qəbul etmişdir. Sədrlik edən hakim Elyana xanıma bildirmişdir ki, “siz bu işdə bir başa iştirakçı olmadığınıza görə bununla bağlı şikayəti sizin əriniz Zərərçəkmiş şəxs2 verməlidir”. 2 ədəd mənzil ilə bağlı alğı-satqı müqavilələrinin ləğv edilməsinə dair müddətin bərpa olunması ilə bağlı iddia verilməklə müqavilələrin ləğv olunmasına dair mülki qaydada iddia verilməlidir. Eyni zamanda hakim izah etmişdi ki, məhkəmə nəzarəti qaydada verilmiş şikayət üzrə baxılan iş olduğundan Apellyasiya məhkəməsinin qərarı qətidir, qərardan şikayət verilə bilməz. Bundan sonra Elyana və Çingizi görməmişdir. Onlarla hər hansısa bir qeyri-qanuni danışıqlarda iştirak etməmişdir. Təqsirləndirilən şəxs hər hansısa bir əlavə ödəniş etməmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda Nərimanov rayon məhkəməsinin hakiminə, vəkilə verməsi üçün 4000 manat və 5000 manat verməsi barədə hər hansı məlumatı yoxdur. Şahid9 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, O, Zərərçəkmiş şəxs1 ilə bağladığı müqaviləyə əsasən onun hüquqlarını məhkəmədə müdafiə etmiş, başqa heç bir qanunsuz fəaliyyətlə məşğul olmamışdır. Bakı Apellyasiya Məhkəməsində iş üzrə yekun qərardan sonra Zərərçəkmiş şəxs1 ilə əlaqəsi kəsilmişdir. Hüquqi xidmət ilə bağlı 400 manat pulu Çingiz ödəmişdir. Hüquqi xidmətlə bağlı müqaviləni Elyana xanım ilə bağlamışdır. Zərərçəkmiş şəxs1 hüquqi yardım göstərəcəyi iş ilə bağlı ona danışmışdır. Nərimanov rayon məhkəmsində proses qapalı keçirildiyi üçün Çingizi məhkəmə iclasına buraxmamışdılar. Hüquqi xidmət ilə bağlı 400 manat pul almışdır. Elyana xanımın Nərimanov rayon məhkəməsinə vermək üçün Çingizə pul verməsi ilə bağlı məlumatı yoxdur. Çingiz Elyana xanımı qohumu kimi tanıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, X54-də mütəxəssis işləyir. X17 əmisidir. 2021-ci il yanvar ayının 30-da əmisi zəng edərək demişdir ki, “Elyananı öldürmək istəmişlər, lakin, Elyana xəsarət alaraq xilas olmuşdur, Çingizi isə bıçaqlamışlar, Elyananı Çingizin evindən götürmək lazımdır”. O də əmisi oğlu Şöhlətin dediyi ünvana getmişdir. Çətinliklə Çingizin ailə üzvləri ilə danışıb Elyananı götürmüşdür, Elyananı götürəndən qısa müddət sonra Çingiz nömrəsinə zəng etmiş, Çingiz yaralı və asta səslə “Elyanadan muğayat ol, məndən xəbər gözlə və məndən xəbərsiz hərəkət etməyin”-demişdir. Onlar 2-3 gün gözlədikdən sonra DİN-nin 102 xidmətinə məlumat vermişlər. Sonradan həmin sui-qəsdin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini öyrənmişdir. Bundan başqa, əmisi, bibisi oğlu Vüqarın işə düzəldilməsi üçün Çingizə 30.000 manat pul yollamışdır. Sonradan Vüqar həmin pulu ona geri qaytarmış, ancaq Çingiz həmin pulu qaytarmamışdır. Çingiz özünü onlara Baş prokuror Kamran Əliyevin bacısı oğlu kimi tanıtmışdır. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əmisi əvvəllər Rusiyadan taxta göndərmiş, o, həmin taxtanın satışı ilə məşğul olmuşdur. Şahid10 əmisinin şəriki idi. Əmisi Cabbar ilə şərik olduqdan sonra artıq taxta işi ilə məşğul olmuşdur. Çingizi əmisinə və Zərərçəkmiş şəxs1 görə görə tanımışdır. Əmisinin Rusiyada vergi borcu olduğu üçün ölkədən çıxışı qadağan olunmuşdur, buna görə də Zərərçəkmiş şəxs1 Azərbaycana gəlmişdir. Çingiz məhkəmə ilə bağlı işlərdə Zərərçəkmiş şəxs1 köməklik etmişdir. Çingiz özünü prokurorluq əməkdaşı və Baş prokurorun bacısı oğlu kimi təqdim etmişdir. Çingizin prokurorluq əməkdaşı və Baş prokurorun bacısı oğlu olmasını Zərərçəkmiş şəxs1 ona demişdir. Əmisi 30.000 manat pulu bibisi oğlu Vüqarın işə düzəldilməsi üçün Çingizə göndərmişdir. Çingiz sui-qəsd zamanı bıçaq xəsarətləri aldığını bildirmişdir. Sui-qəsd zamanı xəsarət almağı ilə bağlı heç kəsə heç nə deməmişdir. O, Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs ilk dəfə 2020-ci ilin əvvəllərində görmüşdür. Çingiz Elyanaya Bakı şəhərində ən etibarlı və təhlükəsiz yerin onun yaşadığı ev olduğu təsüratını yaratdığı üçün Elyana Çingizin evində qalmışdır. Elyananın Çingizin evində məcburi saxlanılmasını sonradan əmisindən öyrənmişdir. Elyananın məcburi olaraq Çingizin evində saxlanılması ilə bağlı polisə müraciət etməmişdir. Elyananı Çingizin evindən çıxarandan sonra Çingizi görməmişdir. Təqsirləndirilən şəxs 9 mərtəbəli binada yaşamışdır. Zərərçəkmiş şəxs1 sizin binanızın qabağından götürüb aparmışdır. İmkan vermədiyin üçün əmisinin işləri ilə məşğul ola bilməmişdir. O, Çingizdən 800 dollar götürmüşdür. O, anası ilə Zərərçəkmiş şəxs1 evlərindən qovmamışlar. Təqsirləndirilən şəxs əmisinin göndərdiyi 2 kub taxtanın pulunu dayısı kimi bildirdiyi Kamran Əliyevin bağ evinin tikilməsinə xərclədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Sonuncu 14-15 yaşında avtomobil qəzasına düşmüş, yəni 8-ci sinifdə oxuyarkən yolu keçəndə yük maşını Çingizi vurmuşdur. Həmin vaxtdan Çingizin epileptik tutmaları başlamışdır. Dəfələrlə müalicə almışdır. Bir neçə dəfə həm Respublika Psixiatrik xəstəxanasında, həm də 2 nömrəli Kliniki Psixiatriya xəstəxanasında stasionar müalicə almışdır. Xəstəliyi hələ də davam edir. Buna görə də hərbi xidmətə yararsız olmuşdur. Çingiz 11 ilə yaxındır ki, Quliyeva Lamiyə ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2 övladı vardır. Çingiz əvvəllər Nəşriyyatda işləmiş, 2012-2013-cü il tarixdə Çingiz dələduzluq cinayəti ilə məhkum olunmuşdur. Təxminən 5 il sonra həbsdən çıxmışdır. Bundan sonra çayxana işlətmiş, maklerlik etmiş, xırda ticarətlə məşğul olmuşdur. O, yoldaşı, ailə üzvləri də Çingizə kömək etmişlər. 2018-ci il noyabr ayının 18-i Lamiyənin bacısının toy şənlik mərasimi olmuş, Sevinc ona zəng edib Çingizin onlara Elyana adlı bir qadını gətirdiyini demişdir. O də Sevincin evinə getmiş, evə getdikdə başı bağlı bir qadının evdə olduğunu görmüşdür. Elyana gəlib onu qucaqlayıb “anamsan” demişdir. Çingiz dediyinə görə X42 ilə tanış olmuşdur. Elyanaya ərizə yazmaqda kömək etmiş, Bakıda da tanışı olmadığı üçün Elyananı evə gətirmişdir. O, Çingizə həbsdə olduğunu, ağıllanmadığını dedikdə, Çingiz sadəcə məhkəmə işlərində vəkil tapıb Elyanaya kömək etdiyini demişdir. Elyana da Şahid10la, Sahib Mirzəyevin onun evlərini aldıqlarını, həmin evləri geri qaytarmaq istədiyini, Çingizin də ona məhkəmə orqanlarında vəkil vasitəsilə kömək etdiyini demişdir. Hətta Elyana ondan Kamran Əliyevin qardaşı olub-olmadığını soruşduqda Kamran Əliyevin qardaşı olmadığını demişdir. O, Elyanaya oğlunun dələduzluqla tutulduğunu da demişdir. Elyana oğluma bahalı paltarlar, telefon, ayaqqabılar almış, Çingizə “Rent A Car”dan avtombil götürmüşdür. Həmişə Çingizə zəng edir, Çingiz Elyananı istədiyi yerlərə aparır, dövlət orqanlarına gedirdilər. Elyananın Çingizə belə münasibətinə görə Çingizin yoldaşı Lamiyə narazılıq etmişdir. Ailədə sözsöhbət düşmüşdür. Buna görə də onları çox vaxt tək buraxmamışdır. 2019-cu il dekabr ayında Elyananın oğlu Saşa Bakıya gəlmişdir. Elyana onları da restoranda yeni il şənliyinə dəvət etmişdir. Hesabı da özü vermişdir. Onlar Saşa, Elyana həmin şənlikdə olmuşlar. 2020-ci il yanvar ayında Saşa Rusiyaya qayıtmışdır. 2020-ci ilin fevral-mart aylarında Elyana Yevlax rayonuna həyat yoldaşı Teymurun anasının qəbrini görməyə getmişdir. O da Çingiz və Elyana ilə birlikdə getmiş və həmin gün də qayıtmışlar. Bundan bir müddət sonra isə Elyana kiməsə baş sağlığı vermək üçün Mingəçevirə getməli olduğunu demişdir. O da Çingiz ailəsində narazılıq olmaması üçün Çingiz və Elyana ilə birlikdə getmişdir. Gecəni Mingəçevirdə oteldə qalıb səhəri gün Bakıya qayıtmışlar. Mingəçevirdə olanda yanında Elyana Çingizə demişdi ki, “mən Teymura deyərəm hər ay sənə 2000 manat pul yollasın”. O da etiraz etmiş və Elyanaya Çingizi pis öyrətməməyi, ondan aralı durmağını demişdir. 2020-ci ilin mart ayında Elyana Rusiyaya getmiş və həmin ilin noyabrında yenidən gəlmişdir. Yenə də qızı Sevincin evinə gəlmişdir. 2020-ci ilin dekabr ayında bayram ərəfəsi Elyana da bizimlə birlikdə Ağstafaya getmişdir. Bir həftə orada qalmışlar və 2021-ci il yanvar ayının əvvəli Ağsatafadan qayıtmışlar. 2021-ci il fevral ayında dəqiq xatırlamadığı tarixdə axşam saatlarında Sevincin evində olanda Elyana Çingizlə gəzəcəyini deyib getmişdir. Bir müddət sonra Elyana evə qayıtmış və Çingizlə maşında olanda bir nəfərin arxa qapını açıb onu vurduğunu demişdir. Çingiz də tez Elyananı evə gətirmişdir. Lakin, Çingizi həmin gün görməmişdir. Çingizə zəng etdikdə Çingiz Elyananın kiməsə sataşdığını bildirmişdir. Çingiz də Elyananı aralayıb evə gətirmişdir. Çingiz həmin vaxt ona telefonda 3-4 gün olmayacağını, Elyana ilə münasibətinin bitdiyini demişdir. Elyana isə gecə onlarda qalmış, səhəri gün isə onunla taksidə xəstəxanaya getmişdir. Həkim heç nəyinin olmadığını demiş, evə qayıtmış və həmin gün hansısa tanış ilə getmişdir. Bundan sonra Elyananı görməmişdir. Bir müddət sonra onları Binəqədi polisinə çağırmışlar və Elyananın Çingizdən şikayət etdiyini, guya ki, Çingizin Elyanadan 600.000 manat pul aldğını demişdir. Lakin, bu deyilənlər yalandır. 2020-ci il fevral-mart ayında o, bərk xəstələnmiş, ürəyi narahat olmuşdur. Dəfələrlə həkimə getmişdir. Həmin ərəfədə Teymurgil ona səhv etmirsə 20.000 manata yaxın xəstəxana xərcləri üçün pul göndərmişdir. Həmin pulu borc olaraq ona göndərmişlər və həmin pulu onlara qaytaracaqdır. Şahid11 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Elyana həmin vaxtlar onlarda qalmışdır. O, müalicəsi ilə bağlı Elyanadan deyil, Zərərçəkmiş şəxs2 borca pul almışdır. Elyana Çingizin və onların yüksək vəzifəli şəxsin qohumu olduqları ilə bağlı sual vermiş o da cavabında elə şeyin olmadığını bildirmişdir. Elyana Çingizə heç bir məbləğdə pul verməmişdir. O, Zərərçəkmiş şəxs2 yalnız aldığı borca görə tanımışdır. Elyana ilə Çingiz qeyri-rəsmi münasibətdə olmuşlar. Onlar Elyananı zorla evdə saxlamamışlar. O, maşında Elyana ilə Çingizdən əl çəkməsi üçün dalaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Minbaşıyeva Sevinc Alı qızı ifadəsində göstərmişdir ki, o, prokurorluqda verdiyim izahatların heç birini təsdiq etmir. Zərərçəkmiş şəxs onun qardaşına pul verməmişdir. O, sadəcə olaraq “Rent a car”-lardan maşınları icarəyə götürərək şəxsi məqsədləri üçün istifadə etmişdir. Şahid Minbaşıyeva Sevinc Alı qızı məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Kamran Əliyevlə qohumluq əlaqəsinin olub-olmaması barədə ona sual verilməmişdir. İstintaqda ifadə vermiş, ilk izahatı Binəqədi rayon Polis İdarəsində alınmışdır. Kamran Əliyev onun dayısı deyil. Onun yanında zərərçəkmiş şəxs Çingizə pul verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Minbaşıyev Fərid Əsgər oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 birinci onların evinə gəlmiş, sonra isə Çingizin evinə getmişdir. Elyana özünü kimsəsiz, yaxınları olmayan bir şəxs kimi tanıtmışdır. Ancaq sonradan onun burada çoxsaylı qohumlarının olması məlum olmuşdur. Çingizin evində bir həftə qaldıqdan sonra Elyana onlara Çingizin prokurorluqla problemi olduğunu və həmin məsələnin həlli məqsədi ilə prokurorluğun qabağında dayanaraq onunla birlikdə protest etməklərini təklif etmişdir. Bundan başqa Mingəçevir şəhərində qəbiristanlıqda olan hadisə ilə bağlı işə həmin hadisədə onlar artıq məcburiyyət qarşısında qalmışlar, çünki Elyananın görünüşünə uyğun olmayan əməlləri var idi. Şahid Minbaşıyev Fərid Əsgər oğlu məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Çingizin xəsarət alması və xəstəxanada olması ilə bağlı məlumatı yox idi. Polis idarəsində yox, prokurorluqda ifadə vermişdir. O, xatırladığı qədər qəbiristanlıqda baş verən hadisə 2020-ci il tarixdə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsinin xəstəxana ilə bağlı hissəsini təsdiq etmir. Elyana istintaq zamanı Çingizə hər hansı məbləğdə pul təklif etməmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Minbaşıyev Fərid Əsgər oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, üç övladı və həyat yoldaşı Şahid12 ilə birlikdə kirayədə yaşayır. "xxxx" MMC-də 2 ilə yaxındır ki, ekspeditor işləyir. Təqsirləndirilən şəxs qaynıdır. Bir qohum kimi yaxşı münasibəti olmuşdur. Çingiz əvvəllər Nəşriyyatda işləmiş, daha sonra barəsində cinayət işi başlanmış və məhkum olunmuşdur. Azadlığa çıxandan sonra fərdi işlərlə məşğul olmuş, əvvəlcə çayxana işlətmiş, daha sonra Türkiyə Respublikasına getmiş və bir müddət aşbaz kimi işləyib 2018-ci ildə Bakı şəhərinə geri qayıtmış, yenə də çayxana işlətməyə başlamışdır. Təxminən 2019-cu il payız aylarında Çingiz Elyana adlı başı bağlı qadını onların evinə gətirmişdir. Həmin dövrdə o, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 26a-da kirayədə yaşadığı evə gətirmişdir. Təxminən iki gün Elyana onlarda qalmış, yoldaşından qadının kim olduğunu soruşduqda Çingizin qonağı olduğunu, bir-iki gün onlarda qalacağını demişdir. Çingizdən kim olduğunu soruşduqda ona Nizami rayon Polis idarəsinin qarşısından keçəndə Elyananın polis idarəsinin qarşısında narazılıq etdiyini və qışqırdığını gördüyünü və köməklik etmək istədiyini bildirmişdir. Belə ki, Elyananın kiminləsə problemi olmuş, evlərini əlindən almışlar. Çingiz də dediyinə görə Elyanaya kömək etmişdir. Elyananın ərizələrini yazdırmışdır. Ona aid olmadığı üçün də işinə qarışmamışdır. Elyananın təqribən 1 ildən artıq müddətdə Çingizlə əlaqəsi olmuş, arada bir onların evinə də gəlmişdir. Həmin dövrdə Çingiz Rent A Car-dan götürülmüş avtomobillər sürmüşdür. Çingizdən soruşduqda avtomobili Elyananın kirayəyə götürdüyünü, işlərinin arxasınca getdiyini demişdir. 2019-cu ilin sonlarında Elyananın oğlu Şöhlət də Bakıya gəlmişdir. Şöhlət də bir-iki gün Çingizini qonağı kimi onlarda qalmışdır. Şöhlətin xahişi ilə onu bir dəfə Mingəçevir şəhərinə qəbirüstünə aparmışdır. 2020-ci ilin sonları 2021-ci ilin əvvəllərində Elyana ilə Çingiz teztez müxtəlif yerlərə gedir, dövlət qurumlarına şikayətlər etmişlər. Belə ki, Elyana və Çingiz məhkəmə təxirə salınıb, ya da ki onların xeyrinə qərar çıxardıb demişlər. Lakin, o, məsələnin mahiyyətini bilməmişdir. Çingizin çox vaxt Elyana ilə birlikdə olması həyat yoldaşı ilə də münasibətlərini pozmuşdur. Ailə üzvləri də dəfələrlə Çingizə həmin qadından uzaq durmağı demişlər. Lakin, Çingiz heç kimi eşitməmişdir. 2021-ci ilin mart ayında, bayram qabağı Binəqədi RPİ-dən ona zəng edilmiş və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayət etdiyini demişlər. O da həmin tarixdə Binəqədi RPİ-yə getmiş və orada müstəntiq ona Elyananın Çingizdən şikayət etdiyini və 400.000 manatdan çox pulunu ələ keçirdiyini bildirmişdir. Elyana dediyinə görə Çingiz həmin pulları Elyanaya məxsus mənzilləri geri qaytarmaq üçün almışdır. Onun isə həmin vaxt bu deyilənlər barəsində məlumatı olmamışdır. Çingiz də bu barədə ona heç bir söz deməmişdir. Lakin, bu məsələlər ortaya çıxandan sonra o, Çingizdən Elyananın nəyə görə belə şikayət etdiyini soruşduqda ona demişdir ki, bəs Elyana işləri görmək üçün “Rent A Car”a, müxtəlif qurumlara yazılan şikayət ərizələrinə pullar xərcləmiş, müsbət nəticə olmadıqda isə həmin pulları ondan almaq məqsədilə şikayət emtişdir. Teymuru Elyananın əri kimi tanımış, hər hansı ünsiyyəti olmamış və görməmişdir. Şahid10 adlı şəxsin adını Çingiz və Elyanadan eşitmişdir. Çingiz dediyinə görə Elyananın həmin şəxslə ədavəti olmuşdur. Lakin, həmin şəxsi tanımır və görməmişdir. xx.xx.2021-ci il tarixdə Çingiz Elyananı onlara gətirmişdir. Lakin, özü evə gəlməmişdir. Elyana demişdir ki, Çingizlə birlikdə olanda kimsə üstünə hücum edib onu vurmuşdur. Onlar da Elyanaya su vermiş və Elyana sakitləşdikdən sonra Çingizi də bıçaqladıqlarını demişdir. O, Çingizin harada olduğunu, vəziyyətinin necə olduğunu soruşduqda Elyana Çingizin hara getdiyini demədiyini demiş, o, Çingizə dəfələrlə zəng etsə də 2 gün ərzində zəng çatmamışdır. Növbəti gün isə Elyananı “NewMed” klinikasına həkimə aparmışlar. Vəziyyəti yaxşı olmuşdur. Həmin hadisədən təxminən bir-iki gün sonra o, Çingizə zəng etdikdə vəziyyətinin yaxşı olduğunu, əlaqə saxlayacağını deyib əlaqəni kəsmişdir. Bundan bir neçə gün sonra da Çingiz onlara gəlmişdir. Həmin vaxt Elyana onlarda olmamış və qohumlarıgilə getmişdir. Çingiz demişdir ki, evə baxmaq üçün Elyana ilə binanın həyətində olarkən Elyananın bir nəfərlə mübahisəsi yaranmış, həmin şəxs Elyananı vurmuş, o da onları ayırmaq istədikdə dava düşmüşdür. Lakin o, hər hansı xəsrət almamışdır, bıçaqlanmamışdır. Çingizin hər hansı ciddi xəsarəti olmamışdır. Həmin hadisə ilə bağlı müalicə almasını xatırlamır. Zərərçəkmiş şəxs2, Şahid1 və ya Zərərçəkmiş şəxs1 tərəfindən onun adına hər hansı pul vəsaiti köçürülməmişdir. Nə o, nə də ailə üzvləri Elyananı zorla evlərində saxlamamışlar. Elyana xəsarət alandan sonra Çingiz iki gün sonra zəng edib xəstəxanada olduğunu, yaralı olduğunu bildirmişdir. O, harada olduğunu soruşduqda harada olduğunu deməmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 ona “Whatsapp” vasitəsilə zəng etmişdir. Çingizə bunu dedikdə Çingiz ona “yaralıyam, xəstəxanadayam Teymura deyərsən ki, xəstəxanadadır, yaralıdır, danışa bilmir” demişdir. O da Çingiz ondan xahiş etdiyi üçün Teymura demişdir ki, Çingiz yaralıdır, ona dərman alır. O, Çingizin xahişi ilə yalandan Teymura demişdir ki, Çingiz xəstəxanadadır, yaralıdır. O, Teymura yalan dedikdən bir neçə gün sonra Çingiz evə gəlmişdir. Həmin vaxt Çingizdən nəyə görə Teymura yalan dediyini soruşduqda Çingiz demişdir ki, Elyanagilin işi hələ düzəlmədiyi üçün vaxt udmaq istəyir. Buna görə də ondan Teymura bu cür yalan deməyini xahiş etmişdir. Elyanagilin işi dedikdə məhkəmə işlərini, onların mənzillərinin geri qaytarılması işlərini nəzərdə tutmuşdur. Çingiz “mən Elyanın əvəzinə ərizə yazır, dövlət orqanlarında tanışları vasitəsilə Elyanaya kömək edirəm” demişdir. Çingizin tanışlarının kim olmasını bilmir. O, əvvələr yəni 2020-ci ilin yazına qədər gömrükdə broker kimi işləmişdir. Səhv etmirsə 2020-ci ilin yayında Çingiz Teymur adlı şəxsin satmaq üçün taxta göndərdiyini bildirmiş və ondan bu prosedurun nə cur olduğunu soruşmuşdur. O da Çingizi Abşeron gömrük postuna aparmış və ümumi proseduru ona izah etmişdir. Bundan sonra Çingiz özü taxtaları qəbul etmişdir. Ona dediyinə görə Çingiz taxtaları satıb pulunu da Teymura göndərmiş və Elyanaya vermişdir. Bundan başqa məlumatı yoxdur (cild 3, iş vərəqi 258-262). Məhkəmə istintaqında şahid qismində dindirilmiş X52 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Cıdır atçılıq mərkəzinin yanında qızı Həcərin yanında kirayədə yaşayır. 1 ilə yaxındır ki, həmin ünvanda qızı Həcər və azyaşlı nəvəsi ilə birlikdə yaşayır. Nərimanov rayonu, Maqsud Əlizadə 20A ünvanında çay evi işlədir. Əvvəllər MTKda komendant işləmişdir. Təqsirləndirilən şəxs doğma oğludur. Çingiz 2010-cu il tarixdən təxminən 3 il Nəşriyyatda işləmişdir. Daha sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3-cü maddəsi ilə məhkum olunmuşdur. 2018-ci il tarixdə azadlığa çıxmışdır. Azadlıqda olanda fərdi işlər görür, fəhlə işləmiş, evləri təmir etmişdir. İki dəfə məhkumluğu olduğu, ona və ailəsinə problemlər yaratdığı, sözə baxmadığı üçün, bir evdə yaşasa da Çingizlə yaxın münasibəti olmamışdır. Təxminən 2019-cu il payız aylarında Çingiz Elyana adlı qadınla tanış olmuşdur. Çingiz demişdir ki, Elyana ilə 28 May tərəfdə Ağır Cinayətlər məhkəməsinin yanında tanış olmuşdur. Belə ki, həmin dövrdə Çingiz məhkəmənin yanından keçəndə Elyananın hansısa vəkillə mübahisəsi yaranmış, halı pisləşmiş, Çingiz də kömək üçün yaxınlaşmış və həmin vaxtdan tanışlıqları yaranmışdır. Bundan sonra bir-iki dəfə Çingiz Elyananı həmin dövrdə yaşadıqları və il yarım əvvəl satdıqları ünvan 1-dakı əvvəlki evlərinə də bir-iki dəfə gətirmişdir. Elyana ilə Çingizin nə kimi münasibəti olduğunu bilmir. Elyananın Rusiyada yaşayan yoldaşı ilə Cabbar adlı şəxsin problemləri olmuş və Elyana da həmin problemləri həll etmək istəmişdir. Bundan başqa hər hansı məlumatı yoxdur. Çingizin Elyana ilə 2 ilə yaxın tanışlıqları olmuşdur. Belə ki, Elyana hansısa işinin arxasınca həmişə Çingizlə getmiş, Çingiz üçün “Rent A Car”dan avtomobil də götürmüş, bahalı paltarlar almışdır. 2021-ci ilin fevral-mart aylarında Elyana Çingizdən şikayət etmişdir. Bir müddət sonra Çingiz Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Lakin, oğlunun yaratdığı problemlərdən bezdiyi üçün artıq onunla maraqlanmamışdır. Oğlundan Elyana ilə nə problemi olduğunu soruşduqda Çingiz demişdir ki, Elyana əri Teymurdan pullar almış və ərini aldatmış, indi də aldığı pulları guya onun üstünə yıxmaq istəmişdir. Şahid14 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Çingiz müəyyən işlərdə Elyanaya köməklik etmişdir. Çingiz ilə Elyana arasında hansı münasibətin olmasını bilmir. Həyat yoldaşının xəstəliyi ilə bağlı Elyananın həyat yoldaşı Teymurdan borca pul almışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. 2019-cu il noyabr ayında Elyana adlı qadın onların evinə gəlib-getmişdir. Belə ki, həmin dövrdə Çingiz, həyat yoldaşı Lamiyə, anası, atası, o və övladları Binəqədi rayonu ərazisində bir evdə yaşamışlar. Çingiz Elyananın qalmağa yeri olmadığını, 3-4 gün qalıb gedəcəyini, köməyə ehtiyacı olduğunu demişdir. Lakin, Çingizlə Elyananın yaxın münasibətləri olduğu, yəni sevgili münasibətlərində olduğu görünmüşdür. Buna görə bir neçə dəfə Çingizlə həyat yoldaşı Lamiyə arasında söz-söhbət olmuşdur. Buna görə də o, bir neçə dəfə Elyananı evdən qovmuşdur. Lakin, yenə də bizim evimizə gəlmişdir. Elyana bütün günü Çingizlə şəhəri gəzirdi, Elyana Çingizə bahalı paltarlar alırdı, kirayə maşın götürmüşdür. O, həmin dövrdə də, hal-hazırda da “İstikbal” mebeldə satıcı işləmiş və evdə çox olmadığı üçün Elyananı və Çingizi az-az görmüşdür. Buna görə də çox söhbətlərdən xəbəri olmamışdır. Təxminən 2021-ci il yay aylarında Elyananın şikayəti əsasında Binəqədi polis idrəsində araşdırma gedəndə anasına demişlər ki, Elyanaya dəyən maddi ziyan ödənilməlidir. Anası da evdə gəlib ailə üzvlərinə və ona demişdir. Onlar da Çingizə problem olmasın deyə Elyanaya ödənilməli olan 9.000 manatı düzəldib anası vasitəsilə istintaqa vermişlər. Həmin pulun 5.000 manatını o, iş yerindən borc alıb vermiş, 4.000 manatını isə ailə üzvləri borc-xərc edib düzəltmişdir. 5.000 manatı da anasının xətrinə vermişdir. Çünki, Çingiz onların ailəsinə çox problemlər yaratmışdır. Ona görə də Çingiz üçün heç nə etməz. Qardaşının Elyana ilə tanışlığından sonra əməlli başlı maddi durumunda yaxşılaşmalar baş vermişdir. O, Çingizə dəfələrlə xəbərdarlıq etmişdir ki, ağlını başına yığsın. Çünki, əlində bahalı telefon, altında bahalı kirayə maşınlar, əynində bahalı kostyumlar olmuşdur. Amma ara-sıra evdə olan zaman dəfələrlə Elyananın Çingizlə pıçıldaşa-pıçıldaşa danışmaqlarını görmüşdür. Elyana Çingizə bir dəfə “Sən Teymura denən, mən də sən dediklərini təsdiqləyəcəm, qoy pul göndərsin, gedək dincələk, kayf edək” demişdir. X18rşı birləşib yalan danışmışlar. 2020-ci ilin yay aylarında hazırda nömrəsini xatırlamadığı adı Fazil Quliyev olan bir şəxs istifadəsində olan 055-733- 48-33 saylı nömrəsinə “Whatsapp” profil nömrəsindən onun profilinə “salam, necəsiniz?” yazmış, o da cavabında “salam, siz kimsiz tanımıram” yazmış, həmin şəxs də ona “sizin nömrənizi mənə Zərərçəkmiş şəxs1 verib, mənim sizinlə tanış ola biləcəyimi dedi” yazmışdır. O, həmin şəxsin telefonda artıq-əskik yazmasını görüb nömrəsini bloka atmışdır. Bundan sonra digər nömrədən həmin şəxs “mənim nömrəmi nəyə görə bloka atırsan, sizin şəkilləriniz Zərərçəkmiş şəxs1 profilində var, Elyana sizin kimi minlərlə qızı Rusiyada insan alveri qismində satır, qarşlığında da pul, maşın və evlər alır” yazmışdır. O, həmin şəxsə təhqiramiz formada söyüş yazmış, həmin şəxs isə ona cavabında “Səni də, Elyananı da tapıb öldürəcəm” yazaraq, ardı ilə ona öz şəkillərini “Whatsapp”la ona göndərməyə başlamışdır. O, dərhal Elyanaya zəng edib “Fazil kimdi?” deyeə soruşmuş, Elyana da ona “narahat olma, mən həmin adama pul verəcəm, səni və məni bir daha narahat etməyəcək” demişdir. Şahid15 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Elyana Fazil adlı şəxsə onun nömrəsini və şəkillərini vermişdir. Elyana ilə Çingiz qeyri-rəsmi münasibətdə idilər. Onlar Elyananı zorla evdə saxlamamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 2012-ci ildən ailə qurmuşdur, rəsmi olaraq 2014-cü ildə də nikaha daxil olmuşdur. Nikahdan 2 övladı var. Yoldaşı əvvəllər dələduzluq cinayəti törətməsinə görə məhkum olunmuşdur. 2019-cu ilin noyabr ayının sonlarından Çingizin yanında bir yaşlı, başı bağlı qadının gəlib-getməsini görmüşdür. O, Çingizdən həmin qadının kim olmasını soruşduqda, Çingiz ona demişdir ki, həmin qadın hansısa idarəyə ərizə yazmaq istəmiş, ərizəni verə bilmədiyi üçün qadına köməklik etmişdir. O da “insandır, qonaq kimi gətirib” demişdir. Lakin, Elyana gecə saatlarında ərinə sms yazmış, telefonla zəng etmişdir. Artıq o, Çingizi qısqanmağa başlamışdır. Elyana ilə dalaşıb sonuncunu evdən qovmuşdur. Dəfələrlə Çingizlə aralarında mübahisə düşmüşdür. Elyana ilə Çingizin arasında qeyri-rəsmi münasibət olmuşdur, bir evin içərisində otaqdan-otağa Çingizlə mesajlaşmışlar. Dəfələrlə qayınanasına demişdir ki, bunlar sevgilidirlər, əri üçün bahalı maşınlar kirayə götürmüşdür. O, Elyanadan “sən Çingizin nəyisən, nəyə görə ona bahalı maşın kirayəyə götürüsən, nəyə görə ona bahalı kostyum alırsan, nəyə görə?” soruşanda Elyana “Çingiz mənim yanımda müəllim kimi görünməlidir. Mən görüşlərə gedən zaman mənim yanımda yaraşıqlı və yaxşı görsənməlidir” demişdir. O, dəfələrlə evdə olan zaman Elyananın əri Teymurla danışıq zamanı pulları öz adına istəmişdir. Elyana ərinə “göndər Çingiz çıxarsın, bizim məhkəmə məsələmizi həll edəcək” demiş, amma onun yanında Çingizə “Çina, mən Teymurla danışanda sən sakit dur, nə desə, denən ki, bəli elədir” demişdir. Çingizlə Elyana sevgili olmuşlar, dəfələrlə Çingizlə otellərə getmişlər. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Perm vilayətində avtomobillərin alğısatqısı ilə məşğul olur və özünün Solikamsk şəhərində avtosalonu vardır. Atası isə Perm vilayətində icarəyə meşə götürməklə ağacları kəsdirib emal etdirməklə satışını həyata keçirib bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2009-2012-ci illər ərzində atası Teymurla tanışı Cabbar arasında taxta ticarəti zamanı atası Temyur Bakı şəhərində 2 ədəd mənzili etibarnamə ilə Cabbara vermişdir. Həmin mənzillərlə bağlı mübahisənin həll olunması üçün atası Teymurun vergi borcları olduğundan 2019-cu ilin iyun ayında anası Bakı şəhərinə gəlmiş və bunlarla bağlı anası müxtəlif instansiyalara şikayət etməyə başlamışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində anası Elyana Bakı şəhərində olarkən ona və atasına zəng edərək Daxili İşlər Nazirliyinə şikayət etmək üçün gedərkən orada Çingiz adlı şəxslə tanış olduğunu bildirmişdir. Çingizin anasına deməsinə görə guya Çingiz, Korrupsiya Prokurorluğunda işləyir və bu işlərdə onlara köməklik edə bilər. Bundan sonra, atası və o Çingizlə videokonfrans vasitə ilə danışmış və danışıq zamanı Çingiz onlara da guya Korrupsiya Prokurorluğunun əməkdaşı olduğunu, həmin vaxtı Korrupsiya Prokurorluğunun rəisi olan, hazırda Azərbaycan Respublikasının Baş prokuroru olan Kamran Əliyevin onun dayısı olduğunu və həmin 2 ədəd mənzilin geri qaytarılmasında onlara lazımi köməkliyi göstərə biləcəyini bildirmişdir. Bu səbəbdən də Çingizin təkliflərinə əsasən atası Bank və Bakıda olan tanışları vasitəsilə Çingizə pullar göndərmişdir. Beləliklə də, 2019-cu ilin dekabr ayının sonlarında Çingiz guya artıq 1 ədəd mənzili məhkəmə yolu ilə udduğunu, onun isə Bakı şəhərinə gəlib digər məsələləri də müzakirə etmələrini təklif etmişdir. Bu səbəbdən də, o, dekabr ayının 28-də Bakı şəhərində gəlmiş və aeroportda Çingiz anası ilə birlikdə onu qarşılamışlar. Bakı şəhəri gəlməmişdən əvvəl atası ona bir neçə tapşırıqlar vermişdir. Belə ki, onlara köməklik edən şəxs, yəni Kamran Əliyevlə görüşməyini, ilk öncə ona təşəkkürünü bildirməyini, sonra onunla digər məsələlərlə bağlı söhbətlər aparmağını, eləcə də digər 2-ci mənzillə bağlı maraqlanmağını tapşırmışdır. Aeroportda avtomobilə əyləşən kimi Çingiz ona psixoloji təsir göstərərək anasının çox sual verdiyini, hər bir şeyin sənədlərini istədiyini, ona güvənmədiyi üçün bunlardan bezdiyini və sair bu mövzuda narazılıqlarını bildirməyə başlamışdır. Çingiz özünü elə aparmışdır ki, guya hər şey onun əlindədir və anası onun işlərinə mane olur. Beləliklə, onlar birlikdə Çingizin anası Arzuyə və bacısı Sevincin ailəsi ilə birlikdə yaşadığı evə getmişlər. O, Bakı şəhərini tanımadığı üçün həmin ünvanın harada yerləşdiyini deyə bilməz. Orada o, anası Arzuyə, bacısı Sevinc, yeznəsi Fərid, digər bacısı Həcərlə tanış olmuşdur. Bir qədər sonra Çingiz onları guya məhkəmə yolu ilə udmuş olduqları Ayna Sultanova deyilən yerdə yerləşən 4 otaqdan ibarət evə aparmışlar. Sonradan məlum olmuşdur ki, həmin mənzili Çingiz kirayə tutmuşdur və onları aldadaraq guya məhkəmədə udulmuş ev kimi göstərmişdir. Səhəri günü yenidən Çingizgilin evinə getmişlər. Orada Çingizin bacısı Sevinc ona evi udduqları üçün göz aydınlığı verərək ondan şirinlik istəmiş və o, Sevincə nə qədər pul verməli olduğunu soruşduqda, Sevinc 4.000 (dörd min) manat cavabını vermişdir. O da etiraz etməyib şəxsən Sevincin özünə 4.000 (dörd min) manat vermişdir. Bundan sonra hətta birlikdə «Lido» restoranında Yeni il bayramını keçirtmişlər. xx.xx.2020-ci il tarixdə Çingizgilin evində olarkən orada anası Arzuyə ona evin udulmasında köməklik etdiyi üçün təşəkkür etmək məqsədilə hədiyyə kimi qardaşı Kamran Əliyevə qiymətli saat almaq lazım olduğunu bildirmişdir. O, buna etiraz etmədikdə, anası öz mobil telefonunda olan saatların şəkillərini ona göstərmiş və seçimə əsasən markası yadında qalmayan qızıl saatı almağı barədə razılaşmışlar. Həmin vaxtı o, Arzuyəyə 2.500 (iki min beş yüz) manat vermişdir. Təxminən 1-2 saatdan sonra qızı Sevinc haradansa seçdikləri həmin saatı gedib gətirmişdir. Sonra o, söhbəti açaraq Kamran Əliyevlə görüşmək istədiyini, saatı şəxsən özünün ona vermək istədiyini və atasının adından ona təşəkkürünü bildirmək istədiyini demiş, lakin, onların hamısı, yəni Çingiz, anası Arzuyə, bacısı Sevinc, yeznəsi Fərid, digər bacısı Həcər səs-küy salaraq buna qəti şəkildə etirazlarını bildirmişlər. Belə ki, onlar ona uşaq olduğunu, onunla görüşə bilməyəcəyini, bundan sonra bu işlərdə onlara köməklik göstərməyəcəklərini və bundan sonra özlərinin bu işləri davam etdirmələrini demişlər. Onlar ona elə bir psixoloji təsir göstərmişlər ki, həmin vaxtı o, onlarla razılaşmışdır. Sonrakı günlərdə o, yenə də Kamran Əliyevlə görüşmək istəsə də, hər dəfə onlar ona eyni psixoloji təsir göstərib bu görüşdən yayındırmışlar. Bundan başqa, 2020-ci ilin yanvarın 17-də Sevinc evin qaytarılmasında köməklik etdikləri üçün yenə ondan 1.500 (min beş yüz) manat pul istəmiş və o, yenə də həmin məbləği ona vermişdir. Çingiz özü ona KQMBİ-nin inzibati binasını göstərərək özünün burada işlədiyini, dayısı Kamran Əliyevin də buranın rəisi olduğunu, guya həmin ərəfələrdə onlarla məşğul olduğu üçün özünün bülletenə çıxdığını bildirmişdir. Beləliklə də, o, xx.xx.2020-ci il tarixdə Perm vilayətinə qayıtmışdır. Perm vilayətində olarkən müxtəlif bəhanələrlə Arzuyə ondan 2.000 (iki min) manat, 1.000 (min) manat pul istəmiş və həmin pulları Bank vasitəsilə Arzuyəyə çatdırmışdır. Bundan sonra, atası Teymurun tapşırığına əsasən guya mənzillərin qaytarılması, obyektlərin qiymətləndirilməsi, bankdan mənzillərin girovdan çıxarılması, məhkəmələrə verilməsi və sair məsələlərlə bağlı Bank vasitəsilə Çingizə müxtəlif məbləğlərdə pullar göndərmişdir. Həmin pulları 2020-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayına qədər olan dövrdə müxtəlif vaxtlarda təxminən 3.000 (üç min) manat, 1.000 (min) manat, 8.000 (səkkiz min) manat, 3.500 (üç min beş yüz) manat, 600 (altı yüz) manat, 8.500 (səkkiz min beş yüz) manat, 2.000 (iki min) manat və.s məbləğlərdə bank yolu ilə göndərmişdir. Həmin pul köçürmələrinin qəbzləri anası tərəfindən istintaqa təqdim edilmişdir. Atası Teymurun deməsinə və ona məlum olduğuna görə isə atası Çingizə ümumilikdə 600.000 (altı yüz min) manatdan çox pul, əlavə olaraq 4 vaqon taxta materialları göndərmişdir (cild 2, iş vərəqi 257-260). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ticarətlə məşğul olur. Həm Rusiya Federasiyası vətəndaşı, həm də Azərbaycan Respublikası vətəndaşıdır. O, həm Azərbaycanda, həm də Rusiya Federasiyası, Perm vilayəti, Solikamsk şəhərində yaşayır və işləyir. Zərərçəkmiş şəxs2 2012-ci il tarixdə həmyerlisi kimi tanımışdır. Tanışlıqları bundan ibarət olmuşdur. 2020-ci il yay aylarında o, Bakıda olanda səhv etmirsə iyun-iyul aylarında Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb Çingiz adlı şəxsə onun əvəzindən 15000 dollar pul verməyini xahiş etmiş və onun nömrəsini Çingizə verdiyini bildirmişdir. Qısa müddət sonra Çingiz adlı şəxs ona zəng edərək Zərərçəkmiş şəxs2 onun nömrəsini ona verdiyini və Teymurun əvəzindən ona pul verməli olduğunu bildirmişdir. O da yaşadığı, ünvan 7 ünvana gəlmişdir. Binanın həyətində Çingizə 15.000 dollar pul vəsaitini vermiş və Teymura zəng edib pulu verdiyini bildirmişdir. Bundan təxminən 20- 25 gün sonra Teymur yenə də ona zəng edib onun əvəzindən Çingizə 8.000 dollar pul verməyini xahiş etmiş, həmin qaydada Çingiz ona zəng edib yaşadığı ünvana gəlmiş və yenə də binanın həyətində Çingizə 8000 dollar pul vermiş və Çingizin yanında Teymura zəng edib bu barədə məlumat vermişdir. Bundan başqa Çingiz adlı şəxsə hər hansı məbləğdə pul verməmişdir. O, həmin pulları tanışlıqları olduğu üçün Teymurun əvəzindən borc kimi vermiş və Rusiyaya qayıtdıqda Teymur ona məxsus 23.000 dollar pulu özünə qaytarmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Çingizə yalnız iki dəfə birində 15.000 dollar, birində isə 8.000 dollar pul vermişdir. Teymur sadəcə olaraq ona Çingiz adlı şəxsə pul verməyini xahiş etmişdir. O, pulların verilməsi ilə bağlı hər hansı qeydiyyat aparmamışdır. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün Teymur Qrubanovla arasında hər hansı səs yazısı, mesaj, yazışma qalmamışdır. O, Çingizə pul verərkən yanında heç kim olmamışdır. Çingiz də tək olmuşdur (cild 3, iş vərəqi 233-235). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Cəlilabad rayonu Əliabad kəndində qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs2 Rusiya Federasiyası Perm vilayətindən tanıyır. Belə ki, 2021-ci ilə qədər Perm vilayətinin Solikamsk şəhərində yaşamaqla orada ticarətlə məşğul olmuşdur. Eyni zamanda taxta ticarəti ilə də məşğul olmuş, Teymurla orada tanışlıqları yaranmışdır. 2020-ci ilin yaz aylarında o, Permdə olarkən Teymurla söhbət zamanı Teymur ona demişdir ki, bəs Bakı şəhərində Çingiz adlı tanışı vardır və onun işlərini düzəltməyə kömək edir. Lakin, nə işi olduğunu deməmişdir. Buna görə də o, Bakıya gedəcəyi üçün ondan 15.000 dollar pulu Çingizə veməyini xahiş etmişdir. O da Teymurun ona verdiyi 15.000 dollar pulu Bakı şəhərində, 2020-ci ilin yaz aylarında Azadlıq metrostansiyasının yanında Çingizin özünə vermişdir. Teymura da zəng edib bu barədə məlumat vermişdir. Bundan bir müddət sonra, təxminən yay fəslinin sonuna yaxın Bakıda olarkən Teymur zəng edib Çingizə 20.000 dollar pul verməyini xahiş etmiş, Teymurun da onda pulu olduğu, yəni Teymura borcu olduğu üçün razılaşmış və həmin tarixdə yenə də Azadlıq metrostansiyası yaxınlığında Çingizlə görüşüb Teymura olan borcundan Çingizə 20.000 dollar pul vermişdir. O, Çingizlə görüşəndə həmin vaxt istifadəsində olan ***-***-**- ** nömrəsi ilə əlaqə saxlamışdır. O, Çingizə yalnız iki dəfə birində 15.000 dollar, birində isə 20.000 dollar pul vermişdir. Söhbət zamanı Teymur demişdir ki, Çingiz onun tanışıdır və Bakıda olan işlərini həll edir. O, pulların verilməsi ilə bağlı hər hansı qeydiyyat aparmamışdır. Teymurun ona verdiyi 15.000 dolları və ona olan borcundan 20.000 dollar pulu Çingizə vermişdir. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün hər hansı səs yazısı, mesaj, yazışma qalmamışdır. O, Çingizə pul verərkən yanında heç kim olmamışdır. Çingiz də tək olmuşdur (cild 3, iş vərəqi 222-225). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şəmkir rayonunda uzun müddətdir taxta satışı ilə məşğul olur. Çingiz adlı şəxsi 2019-2020-ci illərdə tanımışdır. Uzun müddət keçdiyi üçün dəqiq xatırlamır. Belə ki, Çingiz həmin tarixdə ondan Ağstafa rayonunda olan evləri üçün tikinti materialları almışdır. Həmin vaxt Çingiz onun əlaqə nömrəsini götürmüş və bildirmişdir ki, “mənim də kanallarım var, ölkəyə taxta gətirə bilirəm, siz ala bilərsiz?”. O da “taxtanı görməsəm, ölçülərinə baxmasam ala bilmərəm” demişdir. Bundan təxminən bir neçə ay sonra Çingiz onun mobil nömrəsinə zəng edib taxta gətirdiyini, təmiz 5-lik taxta olduğunu, kubunu 170 dollara satdığını bildirmişdir. O da razılaşmış və Çingizə “əgər 5-lik taxta olmasa geri qaytaracam” demişdir. Həmin vaxt üçün Çingizin dediyi qiymət bazar qiyməti olmuşdur. Çingiz 2 vaqon, yəni 200 kub metr taxtanı özü maşın tutaraq göndərmişdir. Belə ki, Çingiz özü taxta göndərən maklerlərdən biri ilə onu əlaqələndirmiş və o da həmin şəxslə danışmışdır. Həmin makleri xatırlamır. Telefon nömrəsi də onda qalmamışdır. Taxtalar Şəmkir rayonuna gəlib çatdıqda dediyi ölçülərə uyğun olduğunu görüb 34.000 ABŞ dolları məbləğində olan səhv etmirsə manat valyutası ilə olan pulu taksi sürücüsü ilə həmin maklerə Çingizə verməsi üçün göndərmişdir. Bir neçə ay sonra Çingiz yenə də onunla əlaqə saxlayıb daha 2 vaqon taxtası olduğunu bildirmiş, o yenə də Çingizlə razılaşmış və 2 vaqon, yəni 200 kub metr taxtanı kubu 170 dollardan olmaqla 34.000 dollara almışdır. Həmin taxtanı da hər hansı bir makler vasitəsilə göndərmişdir. Taxtanı qəbul etdikdən sonra o, yenə də 34.000 dollar pulu manat valyutası ilə ya tır sürücüsü, ya da taksi sürücüsü ilə Çingizə göndərmişdir. Uzun müddət keçdiyi üçün taxtaları aldığı tarixləri xatırlamır. Lakin, birinci taxta aldığı vaxt payız ayları olmuş, ikinci dəfə taxta aldığı vaxt isə səhv etmirsə oktyabr-noyabr ayları olmuşdur. Sonuncu taxtanı aldıqdan 6-7 ay sonra, bəlkə də daha uzun müddət sonra Zərərçəkmiş şəxs2 adlı şəxs ona zəng edərək Rusiyada yaşadığını, taxta satışı ilə məşğul olduğunu əvvəllər Şahid10la işlədiyini demişdir. Həmin vaxt yadına düşmüşdür ki, Zərərçəkmiş şəxs2la uzun müddət əvvəl Cabbarla birlikdə yas yerində Şəmkirdə görüşmüşdür. Cabbar müəllimi də o, uzun müddətdir ki, tanıyır ailəvi yaxınlıqları olmuşdur. Cabbarla Teymur da birlikdə işləyib Şəmkirə taxta göndərmişdir. Teymurla söhbət zamanı Teymur ondan Çingiz adlı şəxsin ona taxta satdığını soruşmuş, o da təsdiqləmişdir. Bundan sonra Teymur həmin taxtaların ona məxsus olduğunu və Çingiz adlı şəxsin onu aldadaraq taxtaları satıb pulunu ələ keçirdiyini bildirmişdir. Çingiz taxtaları haradan gətirməsi, kimə məxsus olması barədə heç nə deməmişdir. O da çox adamdan taxta alıb satdığı üçün bu barədə maraqlanmamışdır. Taxtalar Çingizin tapdığı maklerlərin tırları ilə Şəmkir rayonuna gəlmişdir. Həmin tırları, sürücüləri, maklerlər barədə onda heç bir məlumat yoxdur. Çünki hadisənin üzərindən uzun müddət keçmişdir. O, Çingizdən ona taxta satmasını xahiş etməmiş və hansısa taxtanı gətirməyini istəməmişdir. Birinci dəfə Çingiz taxta satmaq istədikdə Çingizə “taxtanı gətirərsən, mənə uyğun olsa alaram” demişdir. Çingiz də taxtanı gətirdikdən sonra ona bu barədə məlumat vermiş, taxtanın ölçülərini isə Çingizə o, göndərmişdir. Çünki, əvvəlcədən hansı ölçülü taxtanın bazarada satılıb-satılmadığını soruşmuşdur. O, Çingizdən hansısa tikinti və ya ev üçün taxta almamış, aldığı taxtanı bazarda başqa adam tapıb ona satmışdır. Həmişə bu cür işləmişdir. Onun Novxanıda da bağ evi yoxdur və Çingizə də taxta gecikdirdiyi üçün hansısa bağ evinə getməsini deməmişdir. O, Çingizdən taxta almış və pulunu ödəmişdir. Bundan başqa heç bir münasibəti və söhbəti olmamışdır. Çingiz yalan deyir. Onun meneceri olmamış və o, heç kimi qovmamışdır (cild 3, iş vərəqi 194-197). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ölkə ərazisinə Rusiya Federasiyasından müxtəlif növ tikinti məmulatlarını gətirib satmaqla məşğul olmuşdur. Zərərçəkmiş şəxs2la 2000-ci illərin əvvəllərində ortaq tanışları vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 çox şərbaz insanlardır. Zərərçəkmiş şəxs2 onunla 2007-2017-ci illərdən aralarında olan taxta və taxta-şalban məmulatlarının alışı-satışı ilə bağlı ona 1 milyon 200.000 manata yaxın borcu yaranmışdır. Teymur ona olan borcunu ödəmək üçün Perm şəhərində meşə alaraq taxta fəaliyyətini bərpa edəcəyini, bu fəaliyyəti bərpa etmək üçün əlində pulunun olmamasını əsas gətirərək ondan pul istəmişdir, o isə Teymura qalan borcu qaytarmadığını, ona inanmadığını bildirmiş, Teymur isə Bakı şəhərində olan 2 ədəd evini satmasını bildirmişdir. O, gedib evə baxmışdır. Qiymətləri tam dəqiq xatırlamır. O, həmin evləri özü alğı-satqı müqaviləsi ilə almışdır. Tam qanuni olaraq, evlərin müqabilində olan pulları Zərərçəkmiş şəxs2 hesabına göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 Perm şəhərindən gələrək ərinin adından onun barəsində müxtəlif orqanlara şikayət ərizəsi yazmışdır. Nərimanov RPİ-yə, Nizami RPİ-yə və BMCMİ-yə ərizələr yazılmışdır. Hər üç qurumda barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla yekunlaşmışdır. Zərərçəkmiş şəxs1 şikayət etmiş, hazırda Elyana barəsində Abşeron rayon məhkəməsində hakim Vaqif Həsənovun icraatında xüsusi ittiham qaydasında Azərbaycan Respublikası CM-in 147-ci maddəsi ilə məhkəmə cinayət işi istintaq olunmaqdadır. Hazırda barəsində istintaq olunan iş üzrə Təqsirləndirilən şəxs hakim Vaqif Həsənov tərəfindən məhkəməyə şahid qismində ifadə verməsi üçün dəvət olunmuşdur. Məhkəmədə, 26 iyul 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə tanış olub, onunla qeyri-rəsmi sevgili olmuşlar, dəfələrlə cinsi əlaqədə olmuşlar. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la ona dəfələrlə pul göndərmiş, onun öldürülməsi üçün adam axtarılması həvalə olunmuş, 2-3 dəfə Çingizə 20.000, 30.000 manat məbləğində pullar göndərilmişdir ki, onun öldürülməsi üçün killer tapılsın. Onun öldürülməsi sirafiş olunsun. O, Çingiz ilə Elyana arasında olan digər danışıqlardan ümumiyyətlə məlumatsızdır. Amma Zərərçəkmiş şəxs1 və əri Zərərçəkmiş şəxs2 şərbazdırlar, onu şərləməkləri göz qabağındadır. Elyana hər yerə gedib Çingiz bacısı oğludur, qardaşı oğludur demiş, hazırda isə Çingizdən şikayət etmiş, hamıya yalandan qazi olduğunu demişdir (cild 1, iş vərəqi 224-226). Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid2 üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 4, iş vərəqi 56-58). Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid3 üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 4, iş vərəqi 53-55). Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Şahid5 üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları təqsiriəndirilən şəxs Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 4, iş vərəqi 59-62). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd diskdə olan səs yazılarına baxış zamanı müəyyən edilmişdir ki, Əliyev X36 Qrubanova məhkəmə proseslərində onun xeyrinə qərar çıxarılması üçün hakimlə, ekspertlə danışdığını, hakimə və ekspertə hörmət etmək lazım olduğunu, məhkəmə proseslərinin Ali Məhkəmənin Plenumuna qədər davam etdiyini, Şahid10 həbs etdirdiyini, taxta materiallarını pay kimi göndərdiyini və Təqsirləndirilən şəxs verilmiş ittiham epizodları üzrə Təqsirləndirilən şəxs törtədiyi əməlləri təsdiq edən çoxsaylı səs yazıları vardır. Həmin səs yazılarından əsas olanlar aşağıdakılardır: “Teymur Q.- Cingiz-Dialoq-20210209-(68)” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “deyir bu həftə tikintisi yekunlaşır, taxta işləri başlayacaqdır ona görə” deyir. “Teymur Q.- Cingiz-Dialoq-20210209-(126)” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 “Teymur müəllim yaxşı olasınız, məndən istədiyiniz orda nə razmer olur? Siz razmerləri mənə dediniz, mən də dedim bu razmerdi, indi dedi ki, yaxşı sizə cavab deyəcəm, indi cavab gözlüyürəm” deyir. “Teymur Q.-Cingiz-Dialoq-20210209-(142)” adlı səs yazısında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs deyir “məllim bir də orda öyrənin, obyektə yaxın dəmiryol stansiyası hansı var, hansına gətirək ki, hansı stansiya yaxındı ora, maşınla daşımaq rahat olsun”. Təqsirləndirilən şəxs isə həmin səs yazısına cavab olaraq “Teymur Q.-Cingiz-Dialoq-20210209-(143)” adlı səs yazısında Teymur deyir: “başa düşdüm Teymur müəllim narahat olmuyun indi mən müəllimə deyəcəm. Bir də ki, onu deyim ki, müəllim menecerini qovdu, onun yaman başına oyun açdı, onu iki gün saxlatdı içəridə, döydürtdü. Neçə gündür müəllim iş zad tapşırıbmış, o da eləmirmiş telefonu açmırmış, ona görə müəllim onu yaman günə qoyub, onu qovubdu. Müəllimə dedim bəs o, dedi verilən razmerlər düzəlsin təzə işçi şey eləyəcək o özü əlaqə saxlaycaqdır....”. “Teymur Q.-Cingiz-Dialoq-20210209-(181)” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 deyir: “ Teymur müəllim salam, nətərsiz, nə var nə yox, Teymur müəllim o taxtadan nə xəbər çıxdı, bayaqlarım müəllim yığmışdı, soruşdu, dedim soruşub deyərəm indi, ondan mənə bir xəbər deyərdiz də”. Teymur Q.-Cingiz-Dialoq-20210209- (232)” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 deyir: “o vaqonları hələ siz bir şey eləyə bilməmisiz hə? Çünki müəllim soruşdu çıxmağı zadı, mən dedim bu həftənin axırına kimi çıxacaqdı... Çünki, bunda tikinti olub, qurtarıb üstün bağlanmasıdı, içərinin polu-molu, o-bu işlər taxtaya görə dayandırılıbdır, indi elə-belə yalandan nəsə qurdalanırlar....” Teymur Q.-Cingiz-Dialoq-20210209-(233)” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 deyir: “ kvartiraya, kreditə alıb verdiyimiz 7000-i mən müəllimnən həll elədim. Çalışacam ki, bu ikinci ayı da, yəni sentyabr ayını da nüəllimnən mən onu həll eliyim, elə eliyəcəm ki, nə şiş yanacaq, nə də kabab da. Çünki, day sizdə ordan o boyda taxtanı pay verirsiz verirsiz, o boyda rasxod çəkmisiz, o rasxodu mən çalışacam ki, müəllim uje 7 şey eliyibdi, gələn ay da yeddidi, onu müəllimin əliynən düzəm qoşam”. “Teymur Q.-Cingiz-Dialoq-20210209-(235)” səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 deyir: “Oldu müəllim oldu çox sağ olun, minnətdaram. Sizin əsas böyük köməkliyiniz o oldu ki, o boyda taxtanı pulsuz verdiniz, hesablayanda az bir məbləğ deyil, pulsuz elədiz çox sağ olun...” “Teymur Q.-Cingiz-Dialoq-20210209-(362)” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 deyir “Ay məllim, salam məleyki, nətərsiz, nə var nə yox. Bir xəbər çıxmadı e sizdən cavab gözlədim. Özüm də dünən gecə saat 2-də məllim zəng eliyibdi ki, get ora da o tikdirdiyi yerə. Getmişəm ora oranın üstü bağlanmayıbdı, yağışda gecə səhər qədər dəhşət yağış yağıbdı. Matorlar qurdumuşam, matorla suyu kanalizasiyaya vurdumuşam. Yuxusuzam. 50-nin 30-a düşmüşdü təzyiqim....”. Teymur Q.-Cingiz-Dialoq-20210209-(369)” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 deyir “hə məllim başına dönüm mənim də uje başım ağrıdı məllimin bu taxta temasından, sizindən başınızı ağrıtdım qurban olum, bir təhərim iki üç gün gec olsun bunun bu razmerini verək sən Allah çıxsın getsin. Başım ağrıyır e məllimin bu məsələlərindən. O günləri gecə də getmişəm, matoru qoşmuşam, bütün gecə....”. “Teymur Q.-Cingiz-Dialoq-20210209-(460)” adlı səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 deyir “Cəlil burda dövlətlə müqavilə balığıyıb, müqavilə əsasında bütün dövlət əhəmiyyətli müəssisələrə taxtanı bunlar paylıyır. Dövlət tərəfindən də bunlara 3 milyon pul ayrılıb verilibdi. Bunlar da ordan vurub gətirdikləri taxta hamısı çat taxtalar olub. Bu taxtaların maya dəyəri heç beş yüz min eləmir. Bunlar da götürüb iki milyon yarım pul yazıblar. İndi bunlar barəsində cinayət işi qaldırılıbdı, həmin cinayət işi də bizə gəlibdir. Bizdə qaldırılıbdır cinayət işi....”. “Elyana Q.-Cingiz-Dialoq-20210210-(6).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: Hacı mən də istəmirəm ki, kiminsə qəlbini qırım. Sadəcə bəzi allarda sən insanı o dərəcəyə çatdırırsan, ayıbdır. Həqiqətən mən Teymur müəllimə, sənin özünə, uşaqlarına, ailənə böyük hörmətim var gözəl ailə kimi. Elə eliyək ki, münasibətimiz yerində qalsın. Bu iş zad düzələcəkdi, satassan da, təzə evlər alassan da, borcu xərci verəssən də, xərcliyəssən də, bunlar hamısı boş şeydi. Yerdə qalan isanlıqdı. İnsanlığımızı itirməyək, mənim sizdən xahişim budur. “Elyana Q.-Cingiz-Dialoq-20210210- (7).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: Gözlüyürəm də qoy məhkəmə günü təyin eləsinlər, sizin işi düzüb-qoşub təhvil verəcəm sənə. Amma mən əziyyətimin itirilməsini istəmirəm. Mənə maddiyyat lazım deyil. Düzdür hamı maddiyyata görə əziyyət çəkir. Amma mən sırf maddiyyata görə sizlə şey eləməmişəm. Yəni mən pula-mula görə İş aparan deyiləm.........”Elyana Q.-Cingiz-Dialoq-20210210-(10).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: Narahat olma Hacı, hazırlayırlar, ayın axırına kimi sənin İşin hazır olacaq, çox yer işləmirdi axı, indi işləyir, oradan da sənəd sünədləri, kart-mart işini həll eliyib verəcəklər. “Elyana Q.-Cingiz- Dialoq-20210210-(15).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: 25-dən normal İş gününə dönüb də, bu gündən başlayır ki, həyat canlanmağa burda. Banklar tam fəaliyyət göstərmir. Banklar ancaq transferlə kredit fəaliyyətinə baxırlar. Dedi ki, səbrli olun 18-dən sonra zəng eliyəcəyik gəlib götürəssiniz. “Elyana Q.-Cingiz-Dialoq-20210210-(16).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: Hər dəfə nə uzanır Hacıxanım! Vəkildi də gələ birimirsə ona nə biz, nə də məhkəmə söz deyə bilməz. Bir dəfə gəlməyəcək, iki dəfə gəlməyəcək, üçüncü dəfə məhkəmə vəkilsiz hökm çıxardacaq. “Elyana Q.-Cingiz-Dialoq-20210210-(17).opus” adlı audio fayla baxış zamanı Zərərçəkmiş şəxs1 aşağıdakı şəkildə danışıq aparır: Bunu neçə vaxtdır niyə xəbər vermirdilər ki, o da olaydı də. Gərək qabaqcadan xəbər verəydilər onun vəkilinə. “Elyana Q.-Cingiz-Dialoq- 20210210-(18).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: Kişinin qızı! Mən kiməsə göstəriş verə bilmirəm, Plenum məhkəməsidir, 17- 18 hakim oturur, nə vaxt yığılacaqsa onda da gün təyin edilir. “Elyana Q.-Cingiz-Dialoq-20210210-(20).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: Oğraşlar bəlkə də qəsdən edirlər, nəsə oyun oynamaq üçün. “Elyana Q.- Cingiz-Dialoq-20210210-(22).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: Mən ona heç bir müdaxilə edə bilmirəm. İndiyə kimi Plenumu məhkəməsi təyin olunmayıb. Bu gün təyin olundu, bu gün də vəkil dedi yoxam. Məhkəmə iki dəfə də çağıracaq gəlməsə qərar çıxaracaq. “Elyana Q.-Cingiz-Dialoq-20210210-(23).opus” adlı audio fayla baxış zamanı Zərərçəkmiş şəxs1 aşağıdakı şəkildə danışıq aparır:Mənim o çörək kartımı da düzəlt əlimdə qəpik-quruş, xərcliyim də yoxdur, nə olar düzəlt götürüm xərcliyim. “Elyana Q.-Cingiz-Dialoq-20210210- (24).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: arayış-urayışdı Hacı xanım hamısı Asan xidmətlədi, həll edirəm, birini sabah götürəcəm, o biriləri də ki, sabah. “Elyana Q.-Cingiz-Dialoq-20210210-(26).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır: Təxirə düşdü Hacı, məhkəmə, vəkilləri Gəncədə başqa prosesdədi. Yenidən görək Plenum məhkəməsi nə vaxta yığılacaq, ona təyin edəcəklər. “Elyana Q.-Cingiz-Dialoq-20210210- (29).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır:Bircə dənə olur Hacı, bir məhkəmə, bu günləri də yekunlaçacaq. “Elyana Q.-Cingiz- Dialoq-20210210- (30).opus” adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır:Vekili yığırlar telefonu götürmür ona görə, bayaq yenə yığımışdım. “Elyana Q.-Cingiz-Dialoq-20210210-(31).opus'' adlı audio fayla baxış zamanı Təqsirləndirilən şəxs aşağıdakı şəkildə danışıq aparır:Məhkəmədən zəng gəldi. Bu gün məhkəmə eləmək istəyirlər, onların vəkilləri əlaqə saxlaya bilmirlər. Dedilər gözlə görək Cabbarla əlaqə saxlayıb öyrənək vəkil hardadır. Əlaqə saxlaya bilsələr vəkillə danışıb gün təyin edəcəklər. “Teymur Q.-Cingiz-Dialoq-20210209-(121).opus” və “Teymur Q.-Cingiz- Dialoq-20210209-(122).opus” səs yazısında Təqsirləndirilən şəxs deyir: “....Mən sizə bir azdan yığacam ətraflı danışarıq” “kvadratın artırılması müqaviləni bağladım, gəldim 8-ci mkr-daı evə orada binanı sökürlər, orada təcili müqaviləni bağlamalıyam ki, söküntüyə başlasınlar, orada tapşırıq verdim 20 kvadrat da orada artırırlar, ətraflı sizinlə danışacam” “Teymur Q.-Cingiz-Dialoq-20210209-(111).opus”, “Teymur Q.-Cingiz-Dialoq-20210209- (112).opus” və “Teymur Q.-Cingiz-Dialoq-20210209- (194).opus” səs yazısında Təqsirləndirilən şəxs deyir: “.... sabah məhkəmədi, iki məhkəmə olacaq sabah, ekspert gedib qiymətləndirmə də verməlidi, saat 3ə kimi rəyini bildirməlidir” “Ekspert ümumilikdə 35000 pul yazıb, hakim dedi ekspertə tapşıracam, onu yazsın” “Ekspertiza təyin olundu, ekspertə göstəriş verildi, iki siyahıya alınmış əmlakı qiymətləndirsin, ekspertlə və məhkəmə ilə danışdım, dünən sizə dediyim qiymət barədə”. “Shohlat-Arzuye-Dialoq- 20210207-(2).opus”, “Shohlat-Arzuye-Dialoq-20210207-(3).opus”, “Shohlat-Arzuye- Dialoq-20210207-(4).opus” adlı audio fayllara baxış zamanı Şahid11 aşağıdakı şəkildə danışıq aparır: “Ataş mən səndən pul istədim, məcburam ona görə istədim, yoxsa mən səndən istəməzdim.” “Heç nə olmaz Saşa o biri birinci gün gedərəm, analiz verərəm, dərmanımı alaram, iki-üç günə düzəldəndə deyərsən Saşa.” “İstəmirəm xəstələndiyimi onlar bilsin, istəmirdim sən də biləsən, əlacım olmadığı üçün sənə dedim.” “Shohlat- Arzuye-Dialoq-20210207-(5).opus”, “Shohlat-Arzuye-Dialoq-20210207-(6).opus”, “Shohlat-Arzuye-Dialoq-20210207-(10).opus” audio fayla baxış zamanı Şahid11 aşağıdakı şəkildə danışıq aparır: “Mən sənə kod yoüayaram, sən Çingizə verərsən o da vurar, heç nə bilməz o da, Allah əvəzini yetirsin, ataş”. “Ataş, mən o pulu sənə 2-3 aya qaytaracam, Fəridin ev pulu var, alsın qaytaracam”. ‘Ataş kartım var onu çəkib yollayaram ora atarsan, ancaq heç kim bilməsin Ataş.” “Shohlat-Arzuye-Dialoq-20210207-(12).opus,J adlı audio fayla baxış zamanı Şahid1 aşağıdakı şəkildə danışıq aparır: “Xala, Çingiz indi getdi pulu götürməyə, deyəcəm ki, bu gün qoysun karta o pulu” “Shohlat-Arzuye-Dialoq-20210207- (14).opus”, “Shohlat-Arzuye-Dialoq-20210207-(17).opus”, “Shohlat-Arzuye-Dialoq- 20210207-(23).opus” adlı audio fayla baxış zamanı Şahid11 aşağıdakı şəkildə danışıq aparır: “Saşa sənə qurban olum, bilirəm Fərid səndən on min istəyibdir, mən səndən on min istəmirəm, stendimin birini almışam 250 manata, mənə səhərə min manat lazımdır, indi xəstəxanadayam martın 5-dən sonra şüaya girəcəm, onda mənə pul lazım olacaq. Mən sənə yalandan indidən nə deyim? Mənə martda şüaya girəndə pul lazım olacaq.” “......mən sənə o pulu qəpiyinə qədər qaytaracam, amma sənin mənə cavab verməməyin mənə pis təsir etdi. Mənim uşaqlarımdan kimsə mamana, Elyaya qarşı hörmətsizlik etsə mən onların ağızlarını cıraram.” “Çingiz bilsin e pul almışam, neyləmişəm, Çingizi mən doğmuşam, Çingiz məni doğmuyubdu, mən istəmirdim ki, xəstə olduğumu bilsinlər. Deyəcək ki, pulu niyə almısan? Söz-söhbət olmasını istəmirəm, istəmirəm ki, müalicə aidğımı bilsinlər.” “Shohlat-Arzuye-Dialoq-20210207-(36).opus”, “Shohlat-Arzuye-Dialoq- 20210207-(37).opus” adlı audio fayla baxış zamanı Şahid11 aşağıdakı şəkildə danışıq aparır: “Çingiz də ayılsın, mən telefon verəcəm, danışarıq, mən özüm ölürəm onunla danışmaqdan ötrü. Biz Elyananm düşməniyikmi, birinci gün Çingizin konsultasiyası olacaq həkimi ilə, ondan sonra Elyana hara istəyər gedər, biz onu məcbur saxlamamışıq ki. “ “Allaha dua edək ki, Çingiz yaxşı olsun, ürək açan xəbər verilsin, hər şey düzələcəkdir. Tam ayılıbdı indi Fəridi istəyibdir. Fərid getdi xəstəxanaya. Maman da izahat verəcəkdir narahat olmayın”. “Shohlat-Arzuye-Dialoq-20210207-(45).opus”, “Shohlat-Arzuye-Dialoq- 20210207-(47).opus”, “Shohlat-Arzuye-Dialoq-20210207-(48).opus” adlı audio fayla baxış zamanı Şahid11 aşağıdakı şəkildə danışıq aparır: “Salam. Bağışlayın narahat edirəm, burda bir-iki sənəd tapmışam, o sənədlər də sizə aiddir, sizə aid məhkəmə sənədləri, məktublar var, Elyana deyin mən onları kiməsə verərdim. Mənə deyin görüm nə işdi, telefona cavab verməməklə işmi olar?Deyin görək Çingiz neyləyibdir? Çingizin borcuxərcimi var sizə?” “Mənə deyin görüm nə məsələdir, mən ondan xəbər ala bilmirəm, qaçıb hara gedibdir bilmirəm, məni başa salın görüm nə məsələdir.” “Ataş niyə cavab vermirsiniz? Nə atan caba verir nə də anan....” cild 3, iş vərəqi 55-81). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsinə baxış keçirilmiş və xx.xx.2020 və 14,01.2020ci il tarixdə 1 Rus rublunun 0.0278 Azərbaycan manatı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 Rus rublu ən çox 0.0222 Azərbaycan manatı, xx.xx.2020-ci il tarixdə 1 Rus rublu 0.0218 Azərbaycan manatı təşkil etdiyi müəyyən edilmişdir (cild 4, iş vərəqi 118-121). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş pul köçürmələri barədə qəbzlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 3.892 manat təşkil edən 140.000 rus rublu, xx.xx.2020-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 556 manat təşkil edən 20.000 rus rublu, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan dövr ərzində həmin dövrün məzənnəsi ilə 7770 manat təşkil edən 350.000 rus rublu, həmin dövrün məzənnəsi ilə 555 manat təşkil edən 25.000 rus rublu, həmin dövrün məzənnəsi ilə 3300 manat təşkil edən 150.000 rus rublu, həmin dövrün məzənnəsi ilə 7.615 manat təşkil edən 343.000 rus rublu, 254 manat, 1000 manat, 3000 manat, 4500 manat pul, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2020-ci il tarixdə 2100 manat, Şahid11 adına həmin dövrün məzənnəsi ilə 833 manat təşkil edən 37.500 rus rublu, Şahid14 Alı oğlunun adına həmin dövrün məzənnəsi ilə 1794 manat təşkil edən 80800 rus rublu, Şahid8 adına həmin dövrün məzənnəsi ilə 8214 (səkkiz min iki yüz on dörd) manat təşkil edən 370000 rus rublu bank vasitəsilə köçürülmüşdür (cild 3, iş vərəqi 38-54). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Şahid7 tərəfindən iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 məxsus taxta materialların Azərbaycan Respublikasına göndərilməsi barədə 1,2,3 və 4-cü vərəqədəki sənədlərdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına Zərərçəkmiş şəxs2 tərəfindən göndərilmiş və Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş taxta materiallarının ölçü vahidi, qiyməti, dəyəri, taxtanın sortu və hansı şirkət tərəfindən göndərilməsi qeyd edilmişdir. Sənədin adı İNVOlSE-dir. 1-ci və 2-ci vərəqəyə baxış zamanı müəyyən olunur ki, xx.xx.2020-ci ildə 2 vaqon taxta materialının Azərbaycan Respublikasına göndərilməsi, 1 kub taxta materialının 7000 Rus rublu dəyərində satılması, 1-ci vaqonda 107,259 kub taxta materialı olması, 1 vaqonda olan taxta materialının 750813,00 Rus rublu dəyərində olması, 2-ci vaqonda 107,249 kub taxta materialı olması, 1 vaqonda olan taxta materialının 750743,00 Rus rublu dəyərində olması qeyd edilmişdir. 3-cü və 2-ci vərəqəyə baxış zamanı müəyyən olunur ki, xx.xx.2020-ci ildə 2 vaqon taxta materialının Azərbaycan Respublikasına göndərilməsi, 1 kub taxta materialının 7000 Rus rublu dəyərində satılması, 1-ci vaqonda 106,263 kub taxta materialı olması, 1 vaqonda olan taxta materialının 743841,00 Rus rublu dəyərində olması, 2-ci vaqonda 103,106 kub taxta materialı olması, 1 vaqonda olan taxta materialının 721742,00 Rus rublu dəyərində olması qeyd edilmişdir. 5-ci vərəqə Hesabat Fakturasıdır. Həmin sənəddə 2 vaqon taxta materialına görə X14 ödənilmiş pulun məbləği, yəni xx.xx.2020-ci il tarixdə ödənilmiş 970 manat pul qeyd edilmişdir. 6-cı vərəqədə taxta materialına görə gömrük rüsumunun ödənilməsi barədə məbləğ qeyd edilib. Yəni xx.xx.2021 -ci il tarixdə 2 vaqon, 214,508 kub taxta materialına görə 7094,30 manat pulun gömrük rüsumu olaraq ödənilməsi qeyd edilib. 7-ci vərəqədə taxta materialına görə gömrük rüsumunun ödənilməsi barədə məbləğ qeyd edilib. Yəni xx.xx.2021-ci il tarixdə 2 vaqon, 209,369 kub taxta materialına görə 6742,56 manat pulun gömrük rüsumu olaraq ödənilməsi qeyd edilib. 8-ci vərəqə "xxxx" MMC ilə “Azurit Group" MMC arasında olan müqavilədir. Həmin müqavilədə 3 vaqon taxta materialının dəmir yolu vastəsilə daşınma haqqında ödənişin məbləği qeyd edilib. Lakin həmin müqavilədə olan 3 vaqon taxta materialının 2 vaqonu Zərərçəkmiş şəxs2 Rusiya Federsiyasmdan göndərdiyi taxta materialına aiddir. Yəni ki, xx.xx.2020-ci il tarixli müqavilədə qeyd edilən 2159 ABŞ dollarından 1440 ABŞ dolları həmin 2 vaqon taxta materialının daşınması haqqına aiddir. 9-cu vərəqə 'Translog” MMC ilə "xxxx" MMC arasında olan müqavilədir. Həmin müqavilədə Zərərçəkmiş şəxs2 Rusiya Federsiyasmdan göndərdiyi 2 vaqon taxta materialının dəmir yolu vastəsilə daşınma haqqında ödənişin məbləği qeyd edilib. Həmin müqavilə xx.xx.2020-ci il tarixlidir, həmin müqavilədə 1440 ABŞ dollarının 2 vaqon taxta materialının daşınmasına görə ödənilməsi qeyd edilmişdir. 10-cu vərəqədə "xxxx" MMCnin hesabından 545300,00 Rus Rublunun xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasının Permskiy Krai ərazisinə köçürülməsi qeyd olunub. 11 və 12-ci vərəqələrdə Rusiya Federasiyasından Azərbaycan Respubliaksına göndərilmiş 4 vaqon taxta materiallarının nömrələri qeyd edilmişdir. **********8174 nömrəli gömrük bəyannaməsində 2 vaqon taxta üzrə göndərilən yükün gömrük dəyəri 37642 ABŞ dolları, **********6854 nömrəli gömrük bəyannaməsində 2 vaqon taxta üzrə göndərilən yükün gömrük dəyəri 35688 ABŞ dolları göstərilmişdir (cild 2, iş vərəqi 95-113). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, 2020-ci ilin sentyabr-oktyabr ayı ərzində “Pinus Sylvestris İ” növlü şam ağacı materialında taxtanın orta bazar qiyməti 280-350 manat aralağında olmuşdur (cild 4, iş vərəqi 86) Cinayət işinin materiallarında olan 6 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 tanışı Şahid10 onu aldadaraq ünvan 8 ünvanında və Bakı şəhəri ünvan 10 ünvanında yerləşən mənzillərini ələ keçirməsi ilə bağlı müraciəti əsasında araşdırma aparılmış və Şahid10 əməlində cinayət tərkibi olmaması əsası ilə Zərərçəkmiş şəxs1 mülki qaydada məhkəməyə müraciət etmək hüquq izah edilmişdir (cild 2, iş vərəqi 44-50). Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş xx.xx.2020-ci il tarixli 6(005)-9/2020 nömrəli qərardan görünür ki, Qurbanova X7 RPİ-nin İŞ-nin baş müstəntiqi X6 6 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məhkəmə nəzarəti qaydasında şikayət etmiş və məhkəmə tərəfindən həmin qərar ləğv edilərək əlavə araşdırma aparılması müəyyən edilmişdir (cild 1, iş vərəqi 76- 81). Cinayət işinin materiallarında olan Bakı Apellyasiya məhkəməsinin 6(103)-38/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X6 6 dekabr 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir (cild 1, iş vərəqi 82-84). Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2019-cu il avqust ayından 2021-ci il iyun ayına qədər olan dövrdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 barələrində məhkəmə baxışı olmamış və yekun məhkəmə aktı qəbul edilməmişdir (cild 4, iş vərəqi 69). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatından daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilmiş xx.xx.2022-ci iİ tarixli 1(102)-755/2022 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Abşeron rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə məhkum edilməsinə dair olan hökmə kasasiya qaydasında baxılmış və Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı qüvvədə saxlanmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətləri və ya onlar barəsində hər hansı müraciət olmamışdır (cild 4, iş vərəqi 103). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-392 nömrəli, xx.xx.2013-cü il tarixli hökmünə əsasən ambulator komission məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2012-ci il tarixli, 1258 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunduğundan hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqi 2-30). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş sərhəd giriş-çıxış məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Şahid1 xx.xx.2019-cu İİ tarixdə Azərbaycan Respublikasına daxil olmuş və xx.xx.2020-ci il tarixdə isə ölkə hüdudlarını tərk etmişdir. X23 xx.xx.2019-cu il tarixdə ölkə hüdudlarını tərk etmiş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır (cild 3, iş vərəqi 181-186). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş Sumqayıt “ASAN xidmət” mərkəzinə verilmiş **********467 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adına verdiyi 7E-11489 nömrəli etibarnaməni xx.xx.2021-ci il tarixdə ləğv etdirmişdir (cild 1, iş vərəqi 85). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və Rusiya Federasiyasında Təqsirləndirilən şəxs adına verilmiş etibarnamələrdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onların adlarından çıxış etməsi, müqavilələr bağlaması və.s məqsəd üçün sonuncunun adına etibarnamələr vermişlər (cild 1, iş vərəqi 86-90). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 59AA3644854 nömrəli Rusiya Federasiyasında verilmiş etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 11 ünvanı üzərində sərəncamvermə hüququnu Təqsirləndirilən şəxs vermişdir (cild 1, iş vərəqi 89). Cinayət işinin materiallarında olan Respublikaı Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “baş-beyin üzvi zədələnməsi nəticəsində psixi pozuntular (epileptiform sindrom)” diaqnozu ilə stasionar qaydada müalicə almışdır (cild 4, iş vərəqi 100). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Əliyeva X4 Elyana Şöhlət qızına ödənilməsi üçün 9000 manat pulu istintaqa təhvil vermişdir (cild 1, iş vərəqi 173). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid11 tərəfindən verilmiş 9.000 manat pul Zərərçəkmiş şəxs1 verilmişdir (cild 1, iş vərəqi 174). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, həmin dövrün məzənnəsi ilə 545.300 rubl təşkil edən 11.888 manat pul vəsaiti "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs2 göndərilmişdir (cild 2, iş vərəqi 111). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-392 nömrəli, xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 3, iş vərəqi 2-30). Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)- 72/2014 nömrəli, xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası hökmlərin məcmusuna əsasən toplanaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 3, iş vərəqi 31-37). Cinayət işinin materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 7(007)- 1030/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməl 1 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrə tövsif edilmiş, təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzası 5 ilə azaldılmış və qəti olaraq üzərində 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, xx.xx.2012-ci il tarixdən həbsdə olması və cəza çəkməsi nəzərə alınmaqla cəza çəkməkdən azad edilmişdir (cild 3, iş vərəqi 249-253). Məhkəmənin qeyd edilən qərarından görünür ki, Təqsirləndirilən şəxs vəziyyəti yüngülləşdirilərək onun törətdiyi cinayət əməli az ağır cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzadan azad olunduğu xx.xx.2017-ci il tarixdən iki il keçmədən hazırda təqsirli bilindiy cinayəti törətdiyindən, bu hal onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 128). Cinayət işinin materiallarında olan qərarlardan görünür ki, 3 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə barəsində 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 1, iş vərəqi 175- 178, cild 2, iş vərəqi 25-36). Cinayət işinin materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddətinin uzadılması ilə bağlı xx.xx.2021-ci il tarixli vəsatətlə rayon prokurorluğuna müraciət olunsa da, ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilmişdir. Bu səbəbdən də, elə həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 211-217). Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin qərarından görünür ki, 20 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 4, iş vərəqi 173-174). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X35 və xx.xx.2019-cu il təvəllüdlü X24 adlı övladları vardır (cild 1, iş vərəqi 193-199, cild 1, iş vərəqi 150-154). Məhkəmə çıxışları zaman dövlət ittihamçısı Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının (4 iyun 2023-cü il tarixli dəyişiklik nəzərə alınmaqla) 36-cı bəndinə istinad edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina edərək həmin maddə üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, dövlət ittihamçısının çıxışını müzakirə edib nəticəyə gəlir ki, onun çıxışı əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının (4 iyun 2023-cü il tarixli dəyişiklik nəzərə alınmaqla) 36-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərərçəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi Cinayət Məcəlləsinin 29,312-ci maddələri ilə tövsif edilir, Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 318.1-ci madəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamlardan görünür ki, o, Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində xx.xx.2019-cu il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında Nərimanov rayon məhkəməsinə verilmiş şikayət üzrə qərarın ləğv edilərək xeyrinə qərar çıxarılması üçün həmin məhkəmənin hakiminə rüşvət verəcəyi, Nərimanov rayon məhkəməsinin qərarından Bakı Apellyasiya məhkəməsinə verilmiş şikayət üzrə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması üçün həmin məhkəmənin hakiminə rüşvət verəcəyi və məcburi köçkünlər üçün nəzərdə tutulmuş çörək pulunun bərpa edilməsi üçün Ağdam rayonu, Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə rüşvət verəcəyi adı ilə Zərərçəkmiş şəxs1, məhkəmə yolu ilə Şahid10 tərəfindən verilmiş qeyri-yaşayış obyektlərinin məhkəmədə qiymətləndirilməsi və sənədləşmə işləri üçün rüşvət kimi həmin məhkəmənin hakiminə və qiymətləndirmə üzrə ekspertə verilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsində Şahid10 və Rahib Mirzəyev barəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayətlərinə baxılması və onların xeyrinə qərar çıxarılması üçün həmin məhkəmənin hakiminə rüşvət vermək və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda Şahid10 və Rahib Mirzəyev barəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayətlərinə baxılması və onların xeyrinə qərar çıxarılması üçün həmin məhkəmənin hakiminə rüşvət vermək adı ilə Zərərçəkmiş şəxs2 aldatmaqla və etibardan sui-istifadə etməklə onların pullarını ələ keçirmişdir. Belə olan halda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə qarşı törətdiyi əməllər yalnız dələduzluq kimi qiymətləndirilməli, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmə cinayətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınır. Himayəsində azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayətlərin təkrar törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsinə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə Cinayət Məcəlləsinin 65.2-ci tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 6 (altı) gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələblərinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübutlar: -Bakcell MMC-dən daxil olmuş 1 ədəd disk, Azercell MMC-dən daxil olmuş 1 ədəd disk, Azərbaycan Respublikası DİN Kommunikasiya və İnformasiya İdarəsindən daxil olmuş 2 ədəd disk, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 2 ədəd disk, videokonfrans formatında cinayət mühakimə icraatı üzrə video görüntü fayllarının saxlanıldığı 1 ədəd “Sandisk” markalı “flaş kart” cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 6 (altı) gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 6 (altı) il 7 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı dövlət ittihamçısı ittihamdan imtina etdiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakcell MMC-dən daxil olmuş 1 ədəd disk, Azercell MMC-dən daxil olmuş 1 ədəd disk, Azərbaycan Respublikası DİN Kommunikasiya və İnformasiya İdarəsindən daxil olmuş 2 ədəd disk, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 2 ədəd disk, videokonfrans formatında cinayət mühakimə icraatı üzrə video görüntü fayllarının saxlanıldığı 1 ədəd “Sandisk” markalı “flaş kart” cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar