Məhkəmə qərarları › İş №1(101)-660/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-660/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-660/2022 05.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 oğlu, müdafiəçilər: Bakı şəhəri 22 saylı Vəkil Bürosuda fəaliyyət göstərən vəkil Müdafiəçi3 və Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhər 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəlləri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsiyyəti araşdırılan İran İslam Respublikası vətəndaşı “Şahbuz” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən “Şahbuz” adlı şəxs və ya qrupun digər üzvü satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 9003,268 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 1060 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlədərək bu barədə qrupun üzvü Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi “Ravon” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən ünvana yollanaraq oradan həmin külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə narkotik vasitə heroini 11 ədəd bükümlərə bölərək bir ədəd bükümdə külli miqdarda - 4,51 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 öz üzərində və bir ədəd bükümdə külli miqdarda - 3,758 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 öz üzərində saxlamış, qalan doqquz ədəd bükümdə külli miqdarda - 8995 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 1060 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 ünvanının yaxınlığına daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2021-ci il tarixdə saat 18:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanaraq Baş İdarəyə gətirilmiş və orada üzərilərinə həmin tarixdə saat 20:30-dan keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarın sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda - 4,51 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli şalvarın sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə küll miqdarda - 3,758 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirinin davamı olaraq 13 iyul 2021-ci il tarixdə saat 21:45-də adı çəkilən İdarənin həyətində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə sonuncunun idarə etdiyi “Ravon” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 09 ədəd bükümdə ayrılıqda çəkiləri 995 qram, 995 qram, 1005 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram və 1000 qram olmaqla ümumilikdə külli miqdarda - 8995 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda - 1060 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdın Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəlləri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsiyyəti araşdırılan İran İslam Respublikası vətəndaşı “Şahbuz” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən “Şahbuz" adlı şəxs və ya qrupun digər üzvü satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 9003,268 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 1060 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özü və ya adamlan vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlədərək bu barədə qrupun üzvü Təqsirləndirilən şəxs1 məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi “Ravon” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən ünvana yollanaraq oradan həmin külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə narkotik vasitə heroini 11 ədəd bükümlərə bölərək bir ədəd bükümdə külli miqdarda - 4,51 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 öz üzərində və bir ədəd bükümdə külli miqdarda - 3,758 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 öz üzərində saxlamış, qalan doqquz ədəd bükümdə külli miqdarda - 8995 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 1060 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 ünvanının yaxınlığına daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyul 2021 -ci il tarixdə saat 18:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən ünvanın yaxınlığında saxlanaraq Baş İdarəyə gətirilmiş və orada üzərilərinə həmin tarixdə saat 20:30-dan keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarın sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda - 4,51 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli şalvarın sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda - 3,758 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirinin davamı olaraq 13 iyul 2021-ci il tarixdə saat 21:45-də adı çəkilən İdarənin həyətində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə sonuncunun idarə etdiyi “Ravon” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 09 ədəd bükümdə ayrılıqda çəkiləri 995 qram, 995 qram, 1005 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram və 1000 qram olmaqla ümumilikdə külli miqdarda - 8995 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda - 1060 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2 ildən çox müddətdir ki, narkotik vasitə istifadəçisidir. Şahbuz adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs2 qonçuluqdan taksi şoferi kimi tanıyır. 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə Binəqədi ərazisi, DSK yoluna gedərkən o, marketdən su almaq istədiyimi bildirmiş, Kamil maşını saxlamış, o, maşından düşüb, marketə gedib qayıdıb, maşına əyləşən zaman bir nəfər şəxsin Kamilin qoluna qandal vurduğunu görüb qaçmağa başlamışdır. Polis əməkdaşlaırndan biri silah çıxarmış və qaçdığı halda atəş açacağını bildirmiş, o da məcbur qalıb dayanmışdır. Bundan sonra Kamili və onu başqa maşına əyləşdirib, idarəyə aparmışlar, Kamilin maşını həmin şəxslərdən biri idarə etmişdir. Onlara qarşı idarədə təzyiq göstərilmişdir. Onun üzərində 1-2 qram arası miqdarda narkotik vasitə olmuş. idarədə üzərinə 4,5 qram narkotik vaistə, maşına isə 9 kq narkotik vasitə qoyularaq həmin narktoik vasitlərin onlara məxsus olması məzmunda ifadə verməyə məcbur etmişlər. Məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 cinayət işinin 1-ci cildinin 68-69, 100-102, 132-134-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək 14.07.2021-ci il tarixli şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ifadələrində, izahatında və üzləşdirmə zamanı bildirmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. 2020-ci ilin ortalarında taksilik fəaliyyəti ilə məşğul olurmuş. Həmin ərəfədə yaşadığı Balaxanı rayonundan tanıdığı Salman adlı şəxsi bir neçə dəfə müxtəlif ünvanlara aparmışdır. Sonuncu dəfə Salmanı Binəqədi rayonu ərazisində hazırda xatırlamadığı ünvana apararkən Salman on üzərində telefonun olmadığını bildirib ondan telefonunu istəmişdir. Öz telefonunu Salmana vermişdir. Salman Vatsap vasitəsi ilə tanımadığı nömrə ilə əlaqə saxlamış və zəng etdiyi şəxdən ünvanı dəqiqləşdirdikdən sonra həmin ünvana yollanmışlar. Salman avatomobildən düşmüş və o, bir qədər gözlədikdən sonra Salman geri qayıtmışdır. 2021-ci ilin əvvəllərində ona tanımadığı xarici nömrədən Vatsap proqramı vasitəsi ilə zəng gəlmişdir. Telefona cavab verdikdən sonra zəng edən şəxs adının Şahbuz olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxs ondan Salman barədə maraqlandıqda o, qonşusu olduğunu bildirmişdir. Şahbuz ona Salmanın onun üçün narkotik vasitələri onun dediyi ünvanlara yerləşdirdiyini və bunun əvəzində pul aldığını bildirmişdir. Şahbuz həmin işi ona təklif etmiş və maddi vəziyyəti pis olduğu üçün Şahbuzla razılaşmışdır. 2021-ci ilin əvvəllərindən təxminən bir neçə dəfə Şahbuzun istəyi ilə onun dediyi ünvandan narkotik vasitələri götürərək sonradan Şahbuzun söylədiyi başqa ünvana yerləşdirirmiş. Bu işi gördükdən sonra isə Şahbuzun söylədiyi ünvana gedərək gizlətdiyi pulu götürürmüş. Hazırkı vaxta qədər bu işdən 4.000 manat pul əldə etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı Balaxanı kəndindən tanımışdır. Onların normal dostluq münasibətləri olmuşdur. Kamil özünə məxsus “Ravon” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik fəaliyyəti ilə məşğul olurmuş. Öz avtomobilini satdığı üçün Kamilin idarə etdiyi avtomobillə Şahbuzun göndərdiyi narkotik vasitələri götürüb müxtəlif ünvanlara yerləşdirirmiş. Kamil onun götürdüyü kisələrdə narkotik vasitələrin olmasını və həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Şahbuz adlı şəxsin göndərdiyini bilirmiş. Hər dəfə bu işin müqabilində Kamilə 40-50 manat pul verirmiş. Sonuncu dəfə 13 iyul 2021-ci il tarixdə 13-14 radələrində Şahbuz ona Vatsap vasitəsi ilə zəng edərək Binəqədi rayonu ərazisində narkotik vasitə olduğunu, gedib onu götürməli olduğunu bildirmişdir. Dərhal Kamilə bu barədə məlumat vermiş və Kamilin idarə etdiyi “Ravon” markalı **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahbuzun dediyi ünvana yollanmışlar. Binəqədi rayonu ərazisində olarkən Şahbuzla əlaqə saxlamış və narkotik vasitənin dəqiq ünvanını soruşmuşdur. Şahbuz ona xəbər edəcəyini bildirmişdir. Təxminən bir neçə saat sonra Şahbuz onunla əlaqə saxlayaraq narkotik vasitənin Bakı şəhəri, Binəqədi rayonundan keçən DSK yolunun kənarında olduğunu bildirmişdir. Kamillə birlikdə həmin ünvana yollanmışlar. Ora çatdıqda o, avtomobildən düşmüş və Şahbuzun göndərdiyi bir ədəd qara rəngli sellofan torbanı götürüb Kamilin maşınına gətirmişdir. Həmin sellofanı açmış və içərisində bükümlərin olduğunu görmüşlər. Hər biri sellofanda olan bir ədəd xırda bükümü ciblərinə qoymuşlar və qalan bükümlər sellofanda qalmışdır. Sellofanın ağzını bərk-bərk bağlamışlar. Daha sonra Kamillə siqaret çəkmək üçün avtomobildən düşmüşlər. Bu zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduqlarını, onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onu Təqsirləndirilən şəxs2la birlikdə BNMİ-nə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun və Kamilin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk növbədə ona üzərində qanunla qadağan olan hər hansı əşya varsə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd özünə məxsus Samsung markalı mobil telefonu, sol yan cibindən 20 manat pulu və bir ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 20 manat pul geri qaytarılsa da, bir ədəd “Samsung” markalı mobil telefonu götürülmüşdür. Həmin sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə də şəxsi axtarış keçirilmiş və Kamilin də üzərindən onun verdiyi bir ədəd sellofan bükümdə narkotik vasitə heroin, avtomobilinin açarı və iki ədəd mobil telefon aşkar edilmişdir. Kamilin avtomobilində də narkotik tərkibli maddələr saxladığını, həmin maddələri təqdim edə biləcəyini söyləmişdir. Onun və Kamilin razılıq ərizəsi alındıqdan sonra Kamilin maşınına baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin arxa oturacağının üzərində saxladığı bir ədəd içərisində narkotik tərkibli maddələr olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən 9 ədəd sellofan bağlamada narkotik vasitə heroinə və bir ədəd sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin maddələrə də baxış keçirildikdən sonra elektron tərəzi ilə çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Şifahi sorğu zamanı təqdim etdiyi və Kamilin üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə heroin və avtomobildən aşkar edilmiş bir ədəd sellofan torbadakı maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri saxlanılmadan bir qədər öncə Bakı şəhəri Binəqədi rayonu ərazisindən keçən DSK yolunun kənarından Kamil ilə birlikdə götürdüyünü, həmin sellofan torbanı götürməkdə məqsədinin İran İslam Respublikasının vətəndaşı kimi Şahbuz adlı şəxsin sonradan söyləcəyi ünvana qoymaqla pul əldə etmək olduğunu və bir ilə yaxındır ki, bu işlə məşğul olduğunu söyləmişdir. Bu işi görməsinə görə bu günə qədər təxminən 4000 manata yaxın pul əldə etmişdir. Yanında saxlanılmış Təqsirləndirilən şəxs2la birlikdə bundan öncə 2 dəfə də gedib narkotik vasitələri götürüb Şahbuz adlı şəxsin söylədiyi ünvanlara qoymuş və buna görə Kamilə hər dəfə 40-50 manat pul vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələrində heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə Şahbuz adlı şəxsin söylədiyi ünvanlardan narkotik vasitələri götürüb sonradan onun söylədiyi ünvanlara yerləşdirdiyini, bunun əvəzində pul aldığını, Salmanı yaşadığı Balaxanı kəndindən tanıdığını, onun anket məlumatlarını dəqiq bilmədiyini, Şahbuz adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olduğunu, onu Salmanın vasitəsi ilə tanıdığını və Şahbuzun da anket məlumatlarını dəqiq bilmədiyini bildirmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 qayınatasının qonşuluğunda yaşamasından tanıyır. 13 iyul 2021-ci il tarixdə yoldaşını qaynatasıgilə apararkən Balaxanıda Vüqar ilə qarşılaşmış, ona Binqədidə işi olduğunu, ora gedə biləcəyini soruşmuş, razılaşdıqdan sonra birlikdə Binəqədiyə getmişlər. Vüqar su almaq istədiyi üçün maşını saxlamış, Vüqar su almağa getdiyi zaman o, maşında oturub gözləyərkən birdən bir nəfər şəxs onun qoluna qandal vurmuş. Vüqarı və onu başqa maşına əyləşdirib idarəyə aparmışlar. Orada onu ailəsilə hədələmişlər və ona Vüqarın narkotik vaistə gətirməsindən xəbəri olduğu məzmunda ifadə verməyə məcbur etmişlər. Məhkəmədəki ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 cinayət işinin 1-ci cildinin 71-72, 89-91, 118-120-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək 14.07.2021-ci il tarixli şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ifadələrində, izahatında və üzləşdirmə zamanı bildirmişdir ki, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı Balaxanı kəndindən tanımışdır. Normal dostluq münasibətləri olmuşdur. Özünə məxsus “Ravon” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik fəaliyyəti ilə məşğul olur. Bir neçə dəfə Təqsirləndirilən şəxs1 müxtəlif ünvanlara aparmış və Vüqar həmin ünvanlardan qara sellofan torbaları götürərək sonradan onunla birlikdə apararaq başqa ünvanlarda yerləşdirirmiş. Vüqar ona həmin sellofan torbada olanların narkotik vasitələri olduğunu və İran İslam Respublikasının vətəndaşı Şahbuz adlı şəxsin göndərdiyini bildirmişdir. Vüqar gördüyü işin müqabilində ona hər dəfə 40-50 manat pul verirmiş. Bu qayda ilə Vüqarla birlikdə iki dəfə Şahbuzun dediyi ünvandan narkotik vasiələri götürüb sonradan Şahbuzun dediyi ünvanlara aparmışdır. Sonuncu dəfə 13 iyul 2021-ci il tarixdə saat 13-14 radələrində Vüqar ona zəng edərək Şahbuzun ona Vatsap vasitəsi ilə zəng edib Binəqədi rayonu ərazisində narkotik vasitə olduğunu, gedib onu götürməli olduğunu bildirdiyini söyləmişdir. Onun idarə etdiyi “Ravon” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şahbuzun dediyi ünvana yollanmışlar. Binəqədi rayonu ərazisində olarkən Vüqar Şahbuzla əlaqə saxlamış və narkotik vasitənin dəqiq ünvanını soruşmuşdur. Şahbuz Vüqara xəbər edəcəyini bildirmişdir. Təxminən bir neçə saat sonra Şahbuz Vüqarla əlaqə saxlayaraq narkotik vasitənin Binəqədi rayonundan keçən DSK yolunun kənarında olduğunu bildirmişdir. Birlikdə həmin ünvana yollanmışlar. Ora çatdıqda Vüqar avtomobildən düşmüş və Şahbuzun göndərdiyi bir ədəd qara sellofan torbanı götürüb maşına gətirmişdir. Həmin sellofanı açaraq içərisində bükümlərin olduğunu görmüşlər. Hərəsi sellofanda olan bir ədəd xırda bükümü ciblərinə qoymuş və qalan bükümlər sellofanda qalmışdır. Sellofanın ağzını bərk-bərk bağlamışlar. Daha sonra Vüqarla siqaret çəkmək üçün avtomobildən düşmüşlər və bu zaman 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Vüqarla onu idarə etdiyi avtomobillə birlikdə BNMİ-yə dəvət etmişlər. Burada onların hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və onlara hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Həmin tarixdə müdafiəçinin iştirakı ilə onlann üzərilərində şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən bir ədəd Samsung markalı mobil telefon, 20 manat pul və bir ədəd sellofan büküm aşkar edilmidir. Həmin bükümün içərisinə baxış keçirilmiş və içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış və üzəri möhürləndikdən sonra imzalanaraq götürülmüşdür. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və üzərindən bir ədəd sellofan büküm, bir ədəd avtomobil açarı, iki ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Həmin iki ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş maddə bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin kağız zərfin üzəri möhürlənmiş və imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı ona məxus “Ravon” markalı avtomobildə də Təqsirləndirilən şəxs1 məxsus narkotik maddə olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitəni Vüqardan əldə etdiyini bildirmişdir. Bundan sonra avtomobilinə baxış keçirilmiş və baxış zamanı avtomobilin arxa oturacağının üzərindən bir ədəd sellofan torba aşkar edilmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 9 bağlamada narkotik vasitə heroin və bir ədəd bağlamada psixotrop maddə metamfetmain aşkar edilmişdir. Həmin maddələrdə elektron tərəzi ilə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı təqdim etdiyi sellofan bükümlərdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddəni saxlanılmadan bir qədər öncə tanışı Təqsirləndirilən şəxs1 tərəfindən ona istifadəsi üçün verildiyini bildirmişdir. Bundan öncə iki dəfə Vüqarla birlikdə müxtəlif ünvanlara getmiş və Vüqar oradan narkotik vasitələri götürərək başqa ünvanlara aparmışdır. Sadəcə sürücü qismində Vüqarın dediyi yerlərə sürmüş və buna görə də hər dəfə təxminən 40-50 manat pul almışdır. Bundan əlavə İstintaqa verdiyi ifadələrində heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, sadəcə Vüqarın sözünə əsasən Şahbuz adlı şəxsin söylədiyi ünvanlardan narkotik vasitələri götürüb sonradan Şahbuzun söylədiyi ünvanlara yerləşdirdiklərini, bunun əvəzində pul aldığını, Şahbuz adlı şəxsi sadəcə Vüqardan eşitdiyini, X8 Respublikasının vətəndaşı olduğunu və onun anket məlumatlarını dəqiq bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməsələr də onların törətdiyi cinayət əməli aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmışdır. Qrupun tərkibinə ondan başqa Şahid2 və Şahid3 daxil edilmişdir. Bundan sonra əməliyyat tədbirinin keçirilməsinə başlanılmış və 13 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 olması ehtimal edilən ünvan 22 ünvanın yaxınlığına yollanmışlar. 13 iyul 2021-ci il tarixdə saat 17-18 radələrində həmin ünvana çatdıqda xarici görünüşcə Təqsirləndirilən şəxs1 bənzəyən şəxsin başqa bir nəfər şəxslə “Ravon” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğunu görüb onlara yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını və Baş Narkotiklərlə Mübarizə İdarəsindən gəldiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və yanında olan şəxsdən anket məlumatlarını bildirmələrini istəmişlər. Onlar anket məlumatlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 yanında olan şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəsitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və yanında olan Təqsirləndirilən şəxs2 sonuncunun idarə etdiyi “Ravon" markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə üzərilərinə şəxsi axtarış keçirilməsi üçün Baş İdarəyə gətirmişlər. Baş İdarəyə gəldikdən sonra həmin şəxslərin hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət edilərək onlara təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmaları barədə qərar qəbul edilmişdir. 13 iyul 2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl onlara şəxsi axtarışın videoçəkiliş əsasında keçirilməsi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 buna etiraz etməmişlər. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslərdən ilk öncə Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus “Samsung” markalı mobil telefonu, sol yan cibindən 20 manat pulu və bir ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi özünə məxsus 20 manat pul geri qaytarılsa da, bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddə təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 5,7 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin kağız zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd özünə məxsus “Samsung” markalı mobil telefonları, sol yan cibindən özünə məxsus **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını və bir ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi özünə məxsus avtomobil açarı geri qaytarılsa da, iki ədəd “Samsung” markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan torbaya baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddə təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və təxmini çəkisinin 4,5 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin kağız zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs1 istifadə etmək məqsədilə aldığını, müxtəlif növ narkotik maddələrin istifadəçisi olduğunu, ona məxsus avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını, Təqsirləndirilən şəxs1 ilə birlikdə bundan öncə 2 dəfə Bakı şəhərinin müxtəlif yerindən narkotik tərkibli maddə götürərək onunla birlikdə müxtəlif ünvanlara qoyduğunu, bu işdə onun rolunun yalnız sürücülük olduğunu, buna baxmayaraq narkotik tərkibli maddələri götürmək üçün getdiklərini bildiyini və buna görə də Təqsirləndirilən şəxs1 hər dəfə təxminən 40-50 manat pul aldığını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində gəzdirdiyini, yanında olan tanışı Təqsirləndirilən şəxs2 da istifadəsi üçün narkotik vasitə heroin verdiyini, həmin maddələri saxlanılmadan bir qədər öncə Binəqədi rayonu ərazisindən keçən DSK yolunun kənarından götürdüyü sellofan torbadan əldə etdiyini, həmin yerə narkotik tərkibli maddə qoyulmasını ona adını “Şahbuz” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşının bildirdiyini, onunla təxminən bir İldir ki, tanışlığının olduğunu və bir ilə yaxındır ki, ona deyilən yerdən narkotik vasitələri götürüb, həmin İran vətəndaşının sonradan dediyi ünvanlara qoymaqla bu günə qədər ümumilikdə təxminən 4000 manata yaxın məbləğdə pul əldə etdiyini, tanışı Kamil ilə birlikdə bundan öncə iki dəfə də narkotik vasitə götürməyə getdiyini və o, maddələri deyilən yerlərə qoymaqla pul əldə edərək Kamilə də pul verdiyini, sonuncu dəfə götürdüyü narkotik vasitələri ona deyilən yerlərə qoyması müqabilidə 500 manata yaxın pul əldə etməli olduğunu qeyd etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus avtomobildə də narkotik maddələrin qalan hissəsini saxladığını, həmin maddələri də saxlanılmadan bir qədər öncə əldə etdiyini, avtomobildə olan həmin maddəni təqdim edə biləcəyini və avtomobilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün imzalarla təsdiq edilmişdir. Bundan sonra 13 iyul 2021-ci il tarixdə saat 21- 22 radələrində Baş İdarənin həyətində Təqsirləndirilən şəxs2 İdarə etdiyi “Ravon” markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Avtomobilə baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 avtomobilində saxladığı maddəni təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 qapının kilidini açdıqdan soran Təqsirləndirilən şəxs1 sol tərəfdə yerləşən arxa qapını açaraq arxa oturacağın üstündə olan bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik tərkibli maddələr olduğunu, həmin yerdə narkotik vasitələrin qoyulmasını ona İran İslam Respublikasının vətəndaşı “Şahbuz” adlı şəxsin söylədiyini bildirmişdir. Təqdim edilmiş bir ədəd qara rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində ümumi sayı 10 ədəd olan sellofan bağlamalar aşkar edilmişdir. Həmin sellofan torbalara baxış keçirilən zaman 9 ədəd sellofan bağlamanın içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, digər bir ədəd sellofan bağlamanın içərisində isə ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin sellofan torbalarda olan maddələr təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilməyə başlanılmışdır. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan birinci sellefon bağlamanın çəkisinin 1 kq 8 qram, ikinci sellofan bağlamanın çəkisinin 1 kq 9 qram, üçüncü sellofan bağlamanın çəkisinin 1 kq 6 qram, dördüncü sellofan bağlamanın çəkisinin 1 kq 4 qram, beşinci sellofan bağlamanın çəkisinin 1 kq 14 qram, altıncı sellofan bağlamanın çəkisinin 1 kq 10 qram, yeddinci sellofan bağlamanın çəkisinin 1 kq 8 qram, səkkizinci sellofan bağlamanın çəkisinin 1 kq 7 qram və doqquzuncu bağlamanın çəkisinin isə 1 kq 8 qram olması müəyyən edilmişdir. Bundan sonra digər bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan bağlama da elektron tərəzi ilə çəkilmiş və həmin sellofan bağlamanın çəkisinin 1 kq 69 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş ümumi sayı 10 ədəd olan sellofan bağlamalar içərisi boş olan qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış və üzəri möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra iştirakçılar ilə birlikdə avtomobilin digər hissələrinə baxış keçirilməyə başlanılmışdır. Avtomobilə baxış qabaq sol tərəf qapısını açmaqla başlanılmışdır. Avtomobilin arxa yük hissəsində geyim əşyaları, iş alətləri, qabaq sol tərəfdə yerləşən saxlanc yerindən isə Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, axtomobilin texniki passportu və avtomobili idarə etməyə dair etibarnamə aşkar edilmişdir. Həmin sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan başqa avtomobildən iş üzrə əhəmiyyət kəsb edəcək digər əşya və ya predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sellofan torbada olan 9 ədəd sellofan bağlamadakı maddənin narkotik vasitə heroin, bir ədəd sellofan bağlamada olan maddənin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən DSK yolunun kənarından saxlanılmadan bir qədər öncə götürdüyünü, həmin narkotik vasitələri ona İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Şahbuz” adlı şəxsin göndərdiyini, sellofan torbanı götürərək ona sonradan deyiləcək yerlərə qoyması müqabilində pul əldə etmək istədiyini, təxminən bir ilə yaxındır ki, bu işlə məşğul olduğunu və buna görə bu günə qədər təxminən 4.000 manata qədər pul əldə etdiyini, öz üzərindən aşkar edilmiş və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş sellofan bükümlərdə olan maddəni öz istifadələri üçün həmin qara rəngli sellofan torbadaki bağlamalardan götürdüklərini, bundan Öncə Təqsirləndirilən şəxs2la birlikdə iki dəfə narkotik vasitələri götürməklə sonradan deyilən yerlərə qoyması üçün getdiyini və buna görə hər dəfə Kamilə təxminən 40-50 manat verdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək onunla birlikdə əvvəllər iki dəfə narkotik vasitələri götürmək üçün getdiyini, həmin narkotik vasitələri Vüqara deyilən yerlərə qoyduqdan sonra buna görə Vüqardan hər dəfə 40-50 manat pul əldə etdiyini bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün imzalarla təsdiq edilmişdir. Məhkəmədə dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək hər biri həmin xüsusatları özünə aid hissədə təsdiq etdi. Cinayət işinin 1-ci cildinin 73-80-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2021-ci il tarixli 6/2845 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: “Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,510 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 3,758 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, üzərində “...Təqsirləndirilən şəxs2...” sözləri olan bir ədəd bağlamada 9 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 995 qr., 995 qr., 1005 qr.,1000 qr., 1000 qr., 1000 qr., 1000 qr., 1000 qr., 1000 qr., ümumi təmiz çəkisi 8995 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1060 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 və 2 №-li zərfdəki və bir ədəd bağlamadakı 9 ədəd bükümdə olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işinin 2-ci cildinin 83-86-cı vərəqlərində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10.11.2021-ci il tarixli, 4397 nömrəli və 4395 nömrəli rəylərində göstərilmişdir ki, “Halhazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı X1 və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işinin 1-ci cildinin 49-53-cü vərəqlərində olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyul 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 13 iyul 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada üzərilərinə həmin tarixdə saat 20:30-dan keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda - 4,51 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə külli miqdarda - 3,758 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 57-62-ci vərəqlərində olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 13 iyul 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə sonuncunun idarə etdiyi “Ravon” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərindən 09 ədəd bükümdə ayrılıqda çəkiləri 995 qram, 995 qram, 1005 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram, 1000 qram və 1000 qram olmaqla ümumilikdə külli miqdarda 8995 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda 1060 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 221-ci vərəqində olan 11.08.2021-ci il tarixli 008-6663-1221 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mütəmadi olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Şahbuz” adlı şəxsdən əldə etmələri, Şahbuz adlı şəxsin narkotik vasitə və psixotrop maddələri müxtəlif şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikasının vətəndaşı “Şahbuz” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat- axtanş tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cildinin 225-229-cu vərəqlərində olan Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 may 2021-ci il tarixdən 13 iyul 2021-ci İl tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olmuş, belə ki, həmin nömrəyə müraciət edən şəxslər nömrə sahibinə Kamil deyə müraciət etmişdir. 14/05/2021,10:00:25,**********68,**********36, Kamil bayramin mubarek qardawim necesen nece bele ilere cixasan aylenle birge biratim ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması faktı bir daha təsdiqini tapır. Belə ki, qeyd edilən telefon nömrəsinə gələn mesajlarda müxtəlif nömrə sahibləri ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış danışıqlar zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə əlaqədar yazışmaların əks edildiyi aydın olur: 03/06/2021.12:15:22,**********68,**********36, Kamil necesen birat tema var ozdeki adam si**direna puramoy bunu ceken si*** walvarina birat purosdaki teze tezedi heleki nisiye alinmir birat biraz iwdes 03/06/2021.12:15:23.**********68,**********36, ey inwallah nisiyede olucey baxda birat gor lazim olsa var qardawim 60 olucey nese lazim olsa yig Cinayət işinin 1-ci cildinin 230-237-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 may 2021ci il tarixdən 13 iyul 2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olmuş, belə ki, həmin nömrəyə müraciət edən şəxslər nömrə sahibinə Kamil deyə müraciət etmişdir: 27-06-2021 18:31:13 27-06-2021 18:31:13 1.1.**********68 1.1.**********36 Kamil qardawimsan iwdi birde gorersenki aparduglarvu bugun yerbeyer eledun birat dayi gozdemey ne dimey vapweh at gelsun karta birat dehwet sixintimvar birat ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması faktı bir daha təsdiqini tapır. Belə ki, qeyd edilən telefon nömrəsinə gələn mesajlarda müxtəlif nömrə sahibləri ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış danışıqlar zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə əlaqədar yazışmaların əks edildiyi aydın olur: 08-07-2021 22:22:50 1.1.**********68 1.1.**********36 Qaqaw gor hardan tapmağ olar meti derman tap sen ol ozum olum elemiyecem eyerelesem qehbeyem bugunekimi sene bucur suryoznu soz dimemiwdim birat tap men 08-07-2021 20:05:53 08-07-2021 22:12:40 1.1.**********36 1.1.**********68 Brat belede atam temani duzeltde atam hazir ele 08-07-2021 23:01:57 1.1.**********36 1.1.**********68 Yaxci atam saba tapacam senun ucun nece dene lazimdi sene onu de mende goturum senun ucun eyib deyil qerdewim sen qerdewsen Ebelfezimin cani men seni ele 09-07-2021 14:24:57 09-07-2021 14:24:57 1.1.**********36 1.1.**********68 Atam geliren 3 dene teker gotururem ama sene qurban o birsinden eleme qardawimsan gelirem sen biraz otda gor neynisen atam qurban olaram sene Cinayət işinin 1-ci cildinin 238-245-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 may 2021ci il tarixdən 13 iyul 2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs1 istifadəsində olmuş, belə ki, həmin nömrəyə müraciət edən şəxslər nömrə sahibinə Vüqar deyə müraciət etmişdir: 02-05-2021 14:46:19 02-05-2021 14:46:19 1.1.**********15 1 1 **********28 Vugar gec gelersen eve isim vare senle ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması faktı bir daha təsdiqini tapır. Belə ki, qeyd edilən telefon nömrəsinə gələn mesajlarda müxtəlif nömrə sahibləri ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış danışıqlar zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə əlaqədar yazışmaların əks edildiyi aydın olur: 17-05-2021 14:29:44 17-05-2021 14:33:06 1.1.**********87 1.1.**********28 Vüqar necesen piraz pati yoxundu cekmeye 16-06-2021 01:16:23 1.1.**********26 1.1.**********28 Qaqaş onda sehere 2 dene taparsanda mene.tez gelcem .vüqar senöl pula göre her deyqe mal isdemirama.yoxumdu ona göre. 13-06-2021 15:25:04 13-06-2021 15:25:04 1.1.**********28 1.1.**********26 Sari tema olacaq axsam isdesen de getirim sene yaxsi 13-06-2021 17:17:38 13-06-2021 17:17:38 1.1.**********28 1.1.**********20 ... ilham ... nese gonder mene 2 dene ..das verim sene .. Cinayət işinin 2-ci cildinin 88-94-cü vərəqlərində olan Azərbaycan Respublikası Baş Prokurorluğunda qəbul edilmiş 23 dekabr 2022-ci il tarixli qərara əsasən DİN-in BMCMl-nin İstintaq və Təhqiqat İdarəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülmələri, fiziki və psixi təzyiqlərə məruz qalmaları barədə göstərdikləri xüsusatlar üzrə apanlan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 2-ci cildinin 95-120-ci vərəqlərində olan qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş qalıq çəkisi 9003,078 qram qalmış narkotik vasitə heroin və 1059,95 qram qalmış psixotrop maddə metamfetamin 24.12.2021-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» birinci siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar, ikinci siyahıda 2 qramdan artıq psixotrop maddə metamfetamin külli mqidar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və onların hər biri, CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 21, 39-cü, 159-164 və 169-174-cü vərəqlərində olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 13 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və hər biri barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 19-22-ci vərəqlərində olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cildinin 215-218-ci vərəqlərində olan xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 27.02.2010 və 20.09.2012-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı var və ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himəyəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yoxdur CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasın ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız uzun müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də, hər bir təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə hər iki təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 40, 91 (qırx manat doxsa bir qəpik) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq DİN BMCMİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq çəkisi 9003,078 qram qalmış narkotik vasitə heroin və qalıq çəkisi 1059,95 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir, baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, “Bakcell”, “Azercell” və "xxxx" MMC-yə məxsus 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il azadlıqdan məhrm etmə cəzasına, CM-nin 234.4.1,234.4.3-cü maddələri ilə 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 14 (on dörd) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il azadlıqdan məhrm etmə cəzasına, CM-nin 234.4.1,234.4.3-cü maddələri ilə 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 14 (on dörd) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablansın, ona narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 40, 91 (qırx manat doxsa bir qəpik) manat tutulmaqla məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 81,82 (səksən bir manat səksən iki qəpik) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. DİN BMCMİ-də saxlanılan – ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq çəkisi 9003,078 qram qalmış narkotik vasitə heroin və qalıq çəkisi 1059,95 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk, “Bakcell”, “Azercell” və "xxxx" MMC-yə məxsus 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar