Məhkəmə qərarları › İş №1(101)-660/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-660/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-660/2023 06.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X6 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, M.S.Əfəndiyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 6,525 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, habelə kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik, istifadəyə yararlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobilə saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyun 2022-ci İl tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 10:55-də ünvan 3 ünvanının yaxınlığında etibarnamə ilə idarə etdiyi “BMW X5 minik” markalı, **-RV-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 6,525 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 3,761 qram və 2,764 qram olmaqla aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini üzərində saxlamaqla daşıması satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə həmin hissədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, iş üzrə təqsirləndirilən şəxs və şahidlərin ifadələri dinlənilmiş və bu zaman ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan Təqsirləndirilən şəxs kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik, istifadəyə yararlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobilə saxlamaqla gəzdirməsinə münasibətdə cinayət əməli törətməsi öz təsdiqini tapmış lakin təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktına münasibətdə onun həmin narkotik vasitəni satış məqsədi olmaqla əldə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik, istifadəyə yararlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobilə saxlamaqla gəzdirmişdir. 16 iyun 2022-ci il tarixdə saat 10:55-də ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “BMW X5 minik” markalı, **-RV-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər.Saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmişdir. Lakin saxlanıldığı gün üzərində narkotik vasitə olmamışdır. Özü kickboks üzrə 2012-ci ildə Gürcüstan Respublikasında keçirilən çempionatda dünya ikincisi olmuşdur. Ümumiyyətlə narkotik vasitə aludəçisi deyil əvvəllər sadəcə bir dəfə marixuana (nəşə) istifadə etmişdir. O hadisədən bir neçə müddət əvvəl dostunun bacısı haqqında nalayiq ifadələr işlətmiş Cavid ilə mübahisə etmiş və dalaşmışdır. Saxlanılma səbəbi kimi də məhz Cavidlə davası olmuşdur. Dava ilə bağlı heç bir şikayət olmasa da polis əməkdaşları onu saxlayıb aparan zaman dava məsələsi ilə bağlı saxlanıldığını demişlər. Lakin idarədə olarkən iki ittiham üzrə həm silah həm narkotik ittihamı üzrə təqsirləndiriləcəyini bildirmişlər. O silahı, yəni beşbarmağı gəzdirməsini boynuna alsa da narkotik ittihamını qəbul etməyəcəyini bildirmişdir. Şahid2 da orada olmuşdur. Polis əməkdaşı Şahid1 yanına gələrək “gəl 234.1-1” maddəsi ilə ittiham verək demişdir lakin o, buna razılaşmamışdır narkotik istifadə etmədiyini bildirmişdir. Ona təyin olunmuş vəkil də polis əməkdaşının dostu olduğu üçün həmin vəkildən da imtina etmişdir. Otaqda ona 02 ədəd bükümdə narkotik vasitə təqdim edərək üzərinə götürməli olduğunu bildirmişlər. Ona təzyiq və təsir olduğu üçün narkotik vasitənin ona məxsus olmasını qəbul etmək məcburiyyətində qalmışdır. Bundan sonra videoçəkiliş edərək həmin ifadələri bir daha təkrarlatmış, verilən sənədlərə imza etməyə məcbur etmişlər. Daha sonra Baş İdarənin həyətində həmin gün saat 13 radələrində idarə etdiyi “BMW X5 minik” markalı, **- RV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmış və idarə etdiyi avtomobildə 01 ədəd beşbarmaq saxladığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Avtomobilin solanunda ön sağ saxlanc hissəsini açaraq 01 ədəd beşbarmağı təqdim etmiş, aşkar edilmiş predmetlər ayrı-ayrılıqda ağ kağız zərflərdə polis əməkdaşı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən iştirakı ilə imzalanmışdır. Baxış davam etdirilərkən idarə etdiyi avtomobildən digər hər hansı əşya və ya predmet aşkar edilməmiş, şifahi sorğu zamanı idarə etdiyi avtomobildən aşkar edilmiş 01 ədəd beşbarmağı Ağstafa rayonu, Göyçəli kəndində qəbirsanlıqda 4 ay əvvəl yerdən tapdığını həmin əşyalara marağı olduğu üçün gəzdirdiyini bildirmişdir. Daha sonra baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ilkin istintaq zamanı narkotik vasitələrlə bağlı hissədə verdiyi etirafedici ifadəsini polis işçilərinin özlərinin yazdığını və oxumadan imzaladığını, polis işçilərinin ona qarşı qərəzli olduqlarını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və həmin gün də saxlanılarkən onda narkotik vasitə olmadığını, təqdim olunmuş bütün sənədləri oxumadan imzaladığını bildirmişdir. Bütün qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 iyun 2022-ci il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa idarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olması barədə məlumat daxil olduqdan sonra həmin gün qeyd olunan ünvana getmişlər. Orada olduqları vaxt saat 10:55-də “BMW X5 minik” markalı, **-RV-*** qeydiyyat nişanlı avtomobilin yanında xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib onun adını və soyadını soruşduqda, o, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonuncuya qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması, həmçinin soyuq silah əldə edib daşıması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə BMCMİ-nə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gələ biləcəyini demiş, bu zaman avtomobili idarə etmiş, Şahid2 və Emin Məımmədov avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmiş, raportun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyevə həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncudan vəkilə etirazının olubolmaması soruşulmuş, vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağını, izah olunmuş, sonuncu etiraz etməmiş və ona üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümü, mobil telefonunu, avtomobil açarını çıxarıb təqdim etmiş, bükümlər açılanda narkotik vasitə heroin aşkar olunmuş, bükümlər qablaşdırılaraq götürülmüş, mobil telefon götürülsə də, avtomobil açarı onun özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələri Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu Bazarı1’ adlanan ərazidə yerdən tapdığını və şəxsi istifadəsi məqsdilə üzərində saxladığını, idarə etdiyi avtomobidə beşbarmaq və elektroşok olduğunu qeyd etməklə avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilib ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı sonuncu avtomobilin qapısını özündə olan açarla açaraq avtomobilində narkotik vasitə və ya psixotrop maddə olmadığını deyərək orada olan elektroşoku və beşbarmağı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin əşyaları Ağstafa rayonu, Göyçəli kəndindən təxminən 04 ay əvvəl tapıdığını, marağı olduğu üçün avtomobilində gəzdirib daşıdığını bildirmiş, həmin əşyalar qablaşdırılaraq götürülmüş, bundan sonra videoçəkiliş dayandırılmış, protokol tərtib edilib ucadan oxunmuş, düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni kimə satması ilə bağlı əməliyyat tədbirləri keçirsələr də heç bir məlumat əldə edə bilməmişlər və Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslərin kimliyi, əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Yaqubov X4 Hüseynovla eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş, qeyd edilən tarixdə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir “Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında” 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 228.4 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2022-ci il tarixli 6/3376 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəkİ 02 ədəd bükümdə (ekspert tərəfindən şərti olaraq nömrələnmiş) aurı-ayrılıqda təmiz çəkiləri 3,761 qram, 2,764 qram, ümumi təmiz çəkiləri 6,525 qram tünd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 və 2 №-li obyektlərə aid heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına “siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi - 6,525 qram, tədqiqata sərf edildi - 0,1 qr, qalıq - 6,425 qr. Məhkəmə-kriminalistik ekspertizanının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli 3/816 nömrəli rəyində aşağıdakılar göstərilmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, təyinaatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və düzəliş edilməmişdir. Məhkəmə-tibbi ekspertizanının 05 iyul 2022-ci il tarixli 319/MEŞ nömrəli rəyində aşağıdakılar göstərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizanının 30 İyun 2022-ci il tarixli 2184/K nömrəli rəyində aşağıdakılar göstərilmişdir. Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edildi. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) fenilalkinamin qrupuna aid olan mafetamin və heroin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. Məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2022-ci il tarixli 3304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış və götürmə haqqında” 16 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 16 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümü, mobil telefonunu, avtomobil açarını çıxarıb təqdim etmiş, bükümlər açılanda narkotik vasitə heroin aşkar olunmuş, bükümlər qablaşdırılaraq götürülmüşdür. “Baxış keçirilməsi” haqqında” 16 İyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “BMW X5 minik markalı”, **-RV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin içərisindəki ön saxlanc yerindən 01 ədəd soyuq silah hesab edilən beşbarmaq (kastet) aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, 16 iyun 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayinu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə dair 16 dekabr 2022-ci il tarixli qərarı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1 21 iyun 2022-ci il tarixli qərarı ilə qanuni hesab edilmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı narkotik vasitənin və soyuq silahın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 1 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Habelə şəxsi axtarış və götürmə Cinayət Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə, müdafiəçinin iştirakı ilə aparılmış, 16 iyun 2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ondan aşkar olunmuş narkotik narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması faktına münasibətdə təqsirli bilməyərək, narkotik vasitə və psixotrop maddə istifadəçisi olmadığını, həmin narkotik vasitəni polis əməkdaşlarının ona məcburi şəkildə verdiyini və videoçəkiliş zamanı cibindən çıxarıb stolun üzərinə qoymalı olduğunu dediklərini, həmçinin istintaq zamanı etirafedici ifadələrini təzyiqlər altında verdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, saxlanılan zaman onun üzərindən narkotik vasitə aşkar olunmaması kimi məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrin arasında əhəmiyyətli ziddiyyət yaradan hallara münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan halları məhkəmə istintaqında qəti şəkildə mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, habelə iddia etdiyi halların həqiqiliyini sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı öz imzası ilə təsdiq etdiyi ifadəsini heç bir kənar təsir və təzyiq olmadan verilmiş doğru ifadə kimi qəbul edir və bu ifadəylə eyni məzmunlu ifadəni onun barəsində qətimkan tədbirinin seçilməsinə dair məsələyə baxan məhkəmədə də verməsini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs iddia etdiyi halların ilk baxışdan mümkün ola biləcəyi görünsə də, o əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən belə bu halları mübahisələndirməmişdir. Bu isə birbaşa olaraq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi həqiqətə uyğundur, həmin ifadə onun öz sərbəst iradəsinin nəticəsidir. Həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrin doğruluğu müdafiəçinin iştirakı ilə aparılmış şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişə baxış zamanı da tam şəkildə təsdiq edilir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən hissələrdə irəli sürülmüş ittihamı mübahisələndirməsini uğursuz özünümüdafiə taktikası kimi qiymətləndirir və bu səbəbdən də onun məhkəmə istintaqında narkotik vasitəylə bağlı hissədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi məqsədi güdmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 228.4-cü maddəsi ilə verilmiş ittiham yəni avtomobilinin salonunda qanunsuz olaraq əldə edib avtomobildə soyuq silah hesab edilmiş bir ədəd zavod üsulu ilə istehsal edilmiş.deşici- kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-biçaqı gəzdirməsi cinayət əməllərində təqsirli olması onun özünün etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyi, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Lakin CM-nin 234.4.3-cü maddəsi ilə-satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilsə də məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə edərək saxlaması və daşıması müəyyən edilsə də, həmin narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanının əməliyyat tapşırığına verilmiş cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması, qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının olması, əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi və müsbət nəticə əldə olunarsa, əlavə məlumat veriləcəyi bildirilsə də, istintaqın sonuna qədər, həmçinin məhkəmə baxışı dövründə bu faktı təsdiq edən heç bir sübut cinayət işinə əlavə edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması qənaətinə gəlsə də iş üzrə nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı həmin xüsusat öz təsdiqini tapmamışdır. İstintaq orqanı belə qənaətə gəlməsini Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin külli miqdarda olmaqla çəkisinin 6,525 qram təşkil etməsi, əldə edilmiş narkotik vasitənin bükümlərə ayrılması (2 büküm) ilə əsaslandırmağa çalışmışdır. Baxılan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən Baş İdarə rəhbərliyinə ünvanlanmış 16 iyun 2022-ci il tarixli raportun, eyni əməkdaş tərəfindən qəbul edilmiş və Baş idarə rəhbəri tərəfindən təsdiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” eyni tarixli qərarın, həmçinin əməliyyat qrupunun təşkil edilməsi haqqında eyni tarixli protokolun məzmunu Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması ilə bağlı olsa da, iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda Təqsirləndirilən şəxs narkotik vasitənin satdığı şəxslərin, habelə əlbir olduğu şəxslərin, onun cinayət əməlinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində hər hansı bir məlumatın əldə edilməməsi qeyd edilmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələrə münasibətdə satış məqsədinin müəyyən edilməsi ilə bağlı onun istifadə etdiyi ***-***-**-**, 010-319-0505 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı məhkəmə qərarları əsasında əldə edilərək baxış keçirilmiş, baxış zamanı narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar, mesaj mətnləri aşkar edilməmiş, bu barədə ibtidai istintaq zamanı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli protokollar tərtib edilmişdir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə təyin edilmiş və keçirilmiş məhkəmə narkoloji ekspertizasının 17 iyun 2022-ci il tarixli 3304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cinayət işi üzrə daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, daşıması, saxlaması, satışı ilə əlaqədar olsa da, iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına xx.xx.2022-ci tarixli cavab məktubu, habelə onun istifadə etdiyi ***-***-**-**, 010-319-0505 saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə baxış keçirilməsi ilə bağlı protokollar, iş üzrə tədqiq edilmiş şahid ifadələri Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni satış məqsədilə əldə etməsi ilə bağlı məlumat yükü daşımadığından, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrə asılılığı ilə müşayiət olunan narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən Təqsirləndirilən şəxs əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi qiymətləndirilməlidir. Bütün bunlara baxmayaraq, ibtidai istintaq orqanı əlavə hər hansı mötəbər sübut əldə etmədən təqsirləndirilən şəxsə yalnız narkotik vasitələrin bükümlərə ayrılaraq külli miqdarda olmasına görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə sadəcə olaraq təqsirkarda narkotik vasitənin bükümlərə ayrılmaqla şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda olmaqsi, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas ola bilməz. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitəni külli miqdarda olması və bükümlərə ayrılması kriteriyasından yanaşaraq onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin tərəzi vasitəsi ilə çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təsvir edilənlər belə deməyə əsas verir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün onun məhz yuxarıda sadalanan məqsədlərin hər hansı birini güdərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Baxılan cinayət işi üzrə isə ittiham tərəfi bu cür halların mövcudluğunu müəyyən edib məhkəməyə təqdim etməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf miqdara əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə-mülahizəyə istinad etmişdir. Halbuki iş materialları ilə təqsirləndirilən şəxsin həmin narkotik vasitəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 6,525 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməlidir. “Satma” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq hər hansı üsulla yayılması anlaşılır. Buraya: satma, bəxşiş vermə, dəyişdirmə, borc əvəzinə vermə, borc olaraq vermə, başqa şəxsə iynə vurma və.s üsullar daxildir. Hazırkı cinayət işi üzrə ibtdiai istintaq zamanı aparılan araşdırma nəticəsində Təqsirləndirilən şəxs əməlində bu üsulların hər hansı birindən istifadə olunması müəyyən edilməmiş ümumiyyətlə onun satış məqsədini sübuta yetirəcək hər hansı fakt mövcud olmamışdır. Məhkəmə istintaqı zamanı da bu hal öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə qeyd etməyi vacib hesab edir ki, ekspert rəyinə əsasən, təqsirləndirilən şəxsdən götürülmüş qan və sidik nümunəsində opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Həmçinin təqsirləndirilən şəxs özü ifadəsində əvvəllər marixuana (nəşə) istifadə etməsini etiraf etmişdir. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs həqiqətən də əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Belə olan halda, yəni əvvəllər də narkotik vasitə istifadə etmiş bir şəxsin üzərindən hər hansı narkotik vasitənin aşkar edilməsi həmin şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmasına dəlalət etmir. Bu hal isə həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini bir daha təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv araşdırmalı, öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham isə məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl isə təqsirin formasına görə qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən ona CM-nin 66.3-cü maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır, yəni onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı azadlığı faktiki məhudlaşdırılmaqla şübhəli şəxs qismində tutulduğu andan, yəni 16 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş- Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 6,425 qram narkotik vasitə olan heroin və idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd beşbarmaq (kastet) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 238 (iki yüz otuz səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 238 (iki yüz otuz səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: DİN BMCMi-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 6,425 qram qalmış narkotik vasitə heroin və idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd beşbarmaq (kastet) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 238 (iki yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar