Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-660/2025 15.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2006-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Xəlifəli kəndində qeydiyyatda olub Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşamış, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan,, Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayından “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu xx xxxxxx 2006-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq 14 iyun 2024-cü il tarixdə saat 11:00 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində nömrəsiz fərdi evə gedib orada Zərərçəkmiş şəxs özü ilə oral sekslə məşğul olmaq təklifini qəbul etməyərək, Zərərçəkmiş şəxs əmlakını ələ keçirməyi qərarlaşdırıb planlaşdırdığı üçün sonuncunun pul vəsaitini və “İphone” markalı mobil telefonunu ələ keçirmək məqsədi ilə onun üzərinə hücum edib basqın edərək, xüsusi əzab verməsini dərk edərək müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla sonuncunu qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə də əvvəlcə onun boğaz nahiyəsindən tutaraq üzü üstə döşəməyə yıxıb dərhal mətbəxə keçərək oradan götürdüyü zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, kəsici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx çapacağı ilə Zərərçəkmiş şəxs ölümünə səbəb olan boyunun sağ yan qrup əzələlərinin, sağ ümumi yuxu arteriyasının, sağ vidaci venanın, sinir və vətərlərin, dilaltı sümüyün, qida borusu və traxeyanın yaralanmasına səbəb olan boyunun sağ yarısının ön səthinin 1 (bir) ədəd, sağ yan səthinin 1 (bir) ədəd canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan kəsilmiş yaraları, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olan burun, sağ almacıq-yanaq, üst və alt dodaq nahiyələrinin qançırları xəsarətləri yetirib, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və əmlakını ələ keçirmək məqsədilə basqın edib quldurluq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlki mərhələlərində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadələrində göstərdi ki, Rəşidlə İnstaqramda yazışıb tanış olmuşdular. Rəşiddən borc pul alıb qaytarmışdır. O hadisə günü də ondan ikinci dəfə yenə borc almağa onun evinə getmişdir. O,Rəşiddən pul istəyəndə, Rəşid əsəbiləşib, ona onunla cinsi əlaqədə olmağı təklif etdi. O da Rəşiddən yüz manat pul istəyib tələsdiyini demişdir. Rəşid də onu söyümüşdür. Bununla da onun Rəşidlə mübahisələri yaranmışdır. Rəşid söyüşlə danışmağa başladı, qeyrət söyüşü söydü. Bundan sonra o, Rəşidi yerə yıxmış və Rəşidin evindən götürdüyü bıçaqla hadisəni törətmişdir. O, bıçağı əsasən Rəşidin boğaz nahiyəsinin şah damarına vurmuşdur. Rəşidin telefonunu izi itirmək niyyəti ilə götürmüş, sonra polisə qaytarmışdır. Daha sonra o, Rəşidin sumkasından üç manat pul götürmüşdür. O, birinci dəfə idi ki, Balaxanıda Rəşidin evinə gedirdi. Ondan qabaq onlar 28-mayda görüşmüşdülər. Rəşid işləyirdi buna görə pulu olurdu. Rəşid ona cinsi ehtirasını təmin etmək üçün təkliflər edib. O, Rəşidin şəkillərinə baxmış və demişdir ki, “belə intim şəkillər paylaşma”. Rəşid də ona dedi ki, “sən birinci şəxs deyilsən yazışdığım”. Ancaq Rəşidlə onun arasında intim münasibət olmayıb. Rəşid dedi ki, pulu ancaq intim münasibətə görə verə bilər. Rəşidlə pula görə yazışmışdır. Rəşidi iyirmi gün olardı ki, tanıyırdı. Birinci dəfə pul istəyəndə Rəşid pul verdi. Pulun qarşılığında heç nə istəməmişdir. O da həmin pulu daha sonra qaytarmışdır. Rəşidlə aralarında yaranmış mübahisənin səbəbi ondan borc istədikdə qeyrət söyüşü söyməsi oldu. Rəşidin cinsi azlığın nümayəndəsi olduğunu bilmişdir. Rəşid ona cinsi ehtirasını təmin etmək üçün təkliflər edib. Rəşid evdən çıxa bilmədiyini və pulu evindən götürməyini bildirmişdir. Rəşid ona əxlaqsız təklif etmiş, o da etiraz etmişdir. Rəşid də əgər cinsi əlaqədə olmayacaqlarsa pul vermiyəcəyini demişdir. Söhbətləri qapının girişində olmuşdu. Hadisəni Rəşidin evindən götürdüyü bıçaqla törətmişdir. Rəşidin boğaz nahiyəsinə vurmuşdur. İki bıçaq zərbəsi endirmişdir. Daha sonra Rəşidin sumkasından üç manat pul götürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəni cinsi münasibət barədə olan hissəsi istisna olmaqla, digər hissəsini təsdiq edir. Rəşid ona borc verəcəyini demişdir, buna görə o, Rəşidin evinə getmişdir. Müstəntiq ifadəni yazmış, o isə oxumadan imzalamışdır. Rəşidin evindən götürüb apardığı telefon “iphone 12” idi. Həmin telefon Rəşidin telefonu idi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, o, tutulana qədər Şuşa rayonu, Xəlifəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi evdə ailəsi ilə birgə yaşamışdır. Təxminən 2 ay öncə, yəni 2024- cü ilin aprel ayında “İnstagram” sosial şəbəkəsində Ağa lələqbli profili işlədən, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə əlaqə saxlayaraq tanış olmuşdur. Tanış olduqdan sonra onunla təklikdə “Whatapp” ani mesajlaşma tətbiqi ilə danışıb cinsi azlıq nümayəndəsi olduğunu bildiyindən məqsədi onunla cinsi əlaqədə olmaq, cinsi ehtirasını təmin etmək olmuşdur. Rəşidlə ilk dəfə onun iş yerində, hazırda xatırlamadığı ünvanda görüşmüş və orada onun danışığından tam əmin olmuşdur ki, Rəşid cinsi azlıq nümayəndəsidir. Təxminən 6-7 gün sonra, yəni 2024-cü ilin may ayının əvvəllərində Rəşidlə “Whatapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesajlaşarkən Rəşid onu yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət etmişdir. Təxminən 10 may 2024cü il tarixdə Rəşidin yaşadığı evdə olarkən ondan 50 manat pul vəsaiti istədikdə Rəşid ona tələsməməsini deyərək yataq otağına aparıb orada oral münasibətdə olmağı və bundan sonra 50 manat pul vəsaiti verəcəyini bildirmişdir. O da onunla razılaşaraq oral cinsi münasibətdə olmuşlar və o, pulu aldıqdan sonra normal olaraq sağollaşıb öz yaşadığı evə getmişdir. Həmin gündən sonra o, Rəşidlə ara-sıra “Whatapp” ani mesajlaşma tətbiqi vasitəsilə danışmışdır. Sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində “Whatapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışarkən Rəşid növbəti günü onu yenidən yaşadığı evə dəvət etmişdir. Bu səbəbdən 14 iyun 2024-cü il tarixdə saat 11 radələrində o, yenidən Rəşidlə oral əlaqədə olub ondan 100 manat almaq məqsədi ilə yaşadığı evə getmişdir. Həmin vaxt evin həyət qapısı açıq olduğu üçün qapını açaraq ümumi dəhlizə daxil olmuş və bundan öncə Rəşidin evində əvvəl də olduğu üçün həmin ünvana doğru irəliləmiş, sonra Rəşidin yaşadığı evin həyətinə daxil olaraq yaşadığı evin giriş qapısını açıb evə daxil olmuşdur. Həmin vaxt Rəşid evin qonaq otağında ona tərəfə irəliləmiş və onu qarşılamışdır. Daha sonra ona çay içməyi təklif etmiş, o da cavabında 100 manat məbləğində pul vəsaiti istədiyini tələb etmişdir. Həmin vaxt Rəşid əsəbi halda onunla pul söhbəti etməməsini deyib yataq otağına dəvət etmişdir. Orada olarkən üzərində olan yaşıl papaqlı kapşonka və idman geyim forması olan sviteri isti olduğundan çıxardıb çarpayı üzərinə qoymuşdur. Bundan sonra ona tələsdiyini bildirərək 100 manat pul vəsaiti verməyini tələb etmişdir. Rəşid isə cavabında soyunduğunu, ona görə oral münasibətdə olmaqlarını təklif etmiş, o isə həmin vaxt Rəşidə tələsdiyini deyərək ona verəcəyi 100 manat pul vəsaitini tələb etmişdir. Bu zaman Rəşid onun qeyrətinə toxunan nalayiq ifadələrlə danışmağa başladığı üçün əsəbləşərək Rəşidin boğaz nahiyəsindən tutub döşəmə istiqamətində yerə itələdikdə onun sifət nahiyəsi döşəməyə dəydiyi üçün aldığı zərbədən müvazinətini itirmiş və ona qarşı təhqiramiz ifadələr işlətməyə başlamışdır. Onun bu formada danışığını görüb Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və bu səbəbdən mətbəx otağına doğru irəliləyib dəstəyi qara rəngli olan plastik bıçağı götürüb yenidən Rəşidin yanına qayıtmış, Rəşidin döşəmə üzərində sol çiyin üzərində uzandığını görüb niyyətini tamamlamaq üçün sol əli ilə saçından yapışıb başını yuxarı istiqamətdə qaldıraraq sağ əlində tutduğu həmin bıçaqla boğaz və sağ qulaq nahiyəsindən bıçaqla ölümcül xəsarət yetirmişdir. Bundan sonra yetirdiyi xəsarətlər nəticəsində boğaz, boyun nahiyəsindən qan kütləsi axmağa başlamış və Rəşid ona hər hansı formada müqavimət göstərə bilməyib döşəməyə doğru yıxılmışdır. Artıq Rəşidin öldüyünə əmin olduğu üçün həmin otaqda masa üzərində olan Rəşidə məxsus “İPhone 12” markalı mobil telefonunu götürüb üzərində olan qolsuz ağ maykanı çıxardıb çarpayı üzərinə ataraq digər yaşıl rəngli kapşonkanı geyinib hadisə yerin tərk etmişdir. Həmin vaxt hadisənin şahidi olmadığından o, orada heç kimi görməmişdir. Buna baxmayaraq, Sabunçu RPİnin əməkdaşları gecə 12 radələrində yaşadığı evə gələrək onu tutub 12-ci PŞ-nə aparmışlar və o, orada törətdiyi əməli etiraf etmişdir. Hadisə 15 iyun 2024-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə baş vermişdir. Rəşid ona qarşı qeyrətinə toxunan nalayiq ifadələr işlətdiyi üçün onun boğaz və sağ qulaq nahiyəsindən bıçaqla zərbə endirməkdə məqsədi Rəşidi öldürmək olmuşdur. Rəşid onun qeyrətinə toxunan nalayiq ifadələrlə danışmağa başladığı üçün əsəbləşərək ayaq üstə Rəşidin boğaz nahiyəsindən tutub döşəmə istiqamətində yerə itələdikdə onun sifət nahiyəsi döşəməyə dəydiyi üçün aldığı zərbədən müvazinətin itirərmiş və ona qarşı təhqiramiz ifadələr işlətməyə başlamışdır. Onun bu formada danışığını görüb Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və bu səbəbdən mətbəx otağına doğru irəliləyib dəstəyi qara rəngli olan plastik bıçağı götürüb yenidən Rəşidin yanına qayıtmış, Rəşidin döşəmə üzərində sol çiyin üzərində uzandığını görüb niyyətini tamamlamaq üçün sol əli ilə saçından yapışıb başını yuxarı istiqamətdə qaldıraraq sağ əlində tutduğu həmin bıçaqla boğaz və sağ qulaq nahiyəsindən bıçaqla ölümcül xəsarət yetirmişdir. Bundan sonra yetirdiyi xəsarətlər nəticəsində boğaz, boyun nahiyəsindən qan kütləsi axmağa başlamış və Rəşid ona hər hansı formada müqavimət göstərə bilməyib döşəməyə doğru yıxılmışdır. Baş verənlər ümumi 3-5 dəqiqə ərzində baş vermişdir. O özü hadisə zamanı xəsarət almamışdır. Rəşid isə ona qarşı müqavimət göstərməyə çalışsa da, özü qaydasız döyüşlə məşğul olduğu üçün onun müqavimətini qırmış və Rəşid ona bir dəfə yumruq atmaq istəsə də, zərbədən yayınmışdır. Hadisə zamanı o, nə içkili, nə də narkotik vasitə təsiri altında olmamışdır. Həmçinin narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamışdır və hər hansı ciddi xəstəliyi yoxdur, Hadisə zamanı üzərimdə yaşıl rəngli kapşonlu idman dəst geyimi və ağ rəngli mayka olmuşdur. üzərində olan ağ rəngli maykanı hadisə yerində qoyub çıxmışdır. Rəşidin üzərində isə qara rəngi idman şalvarı və qısa qol ağ- boz cızıqlı köynək olmuşdur. Hadisə zamanı istifadə etdiyi bıçağı Rəşidin evində mətbəxdən götürmüşdür. Həmin bışaq dəstəyi, tiyəsi qara rəngli olan bıçaq olmuşdur. Hadisədən sonra həmin bıçağı Sabunçu körpüsündən aşağı istiqamətdə hasarın yanına atmışdır. Bununla yanaşı o, cinayəti törətdikdən sonra Rəşidin həmin telefonla onunla əlaqə saxladığını düşünüb izi itirmək üçün telefonu götürmüşdür. Niyyəti onun telefonunu ələ keçirmək olmamışdır. Əgər o niyyətlə olsa idi, telefonu əldə etdikdən sonra hər hansı fomada onu satar və ya məhv edərdi. Buna baxmayaraq, hadisədən sonra polis əməkdaşları evinə gəldikdə o onlar telefon barədə məlumatlı olmadıqları halda artıq cinayətin üstünün açıldığını görüb həmin telefonu istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Hadisədən cəzaçəkmə müəssisəsində xəbər tutmuşdur. 14 iyun 2024-cü il tarixində 13 saylı cəza çəkmə müəssisəsində rəis Elnur müəllim onu çağırıb dedi ki, cəzanın sonuna kimi təkadamlıq kamerada saxlanılmalıdır, çünki onu cəzaçəkmə müəssisəsində öldürə bilərlər. Bundan sonra o, təkadamlıq kameraya getmişdir. Bu hadisə onun cəzasının bitməsinə 9 gün qalmış baş vermişdir. O əvvəlcə Rəşidi düşmənlərinin öldürdüyünü fikirləşmişdir, azadlığa çıxandan sonra ona dedilər ki, Rəşidi Rəhim adlı uşaq vurub. Müstəntiq onunla üstü örtülü danışmışdır. O tutulanda Rəşidin 6 yaşı var idi, o vaxt Rəşiddə nəsə hiss edə bilməzdi. Əvvəllər CM-nin 120.1-ci maddəsi ilə məhkum olunmuşdur. Dörd aydan bir onun ailəvi görüşü olurdu, Rəşid 8 aydan bir yanına gəlirdi. Ölümündən 8 ay əvvəl Rəşid onun yanına gəlmişdi. Ölümündən iki gün qabaq isə Rəşidlə telefonla danışmış, öyrənmişdir ki, Rəşid çöldə dalaşmışdır. Rəşid şikayət eləmişdi, o da dedi ki, get şikayəti götür. O, Rəşiddin cinsi azlıq olması ilə bağlı heç nə hiss etməmişdir. Rəşidin anası bu barədə heç nə deməmişdir. Rəşid ofisant işləyirdi. Rəşidin dalaşdığı adam, onu qətlə yetirən Rəhim deyildi. O, türmədən çıxandan iki gün sonra təqsirləndirilən şəxsin Nizami adlı bir qohumu 1000 manat pul gətirdi, dedi “türmədən təzə çıxmısan lazım olar”. Ümumilikdə təqsirləndirilən şəxsin ailəsi tərəfindən onlara 2200 manat pul verilib. O, Təqsirləndirilən şəxs bağışlayır, cavan uşaqdır. Heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxsin hüquqi varisi X8 göstərmişdir ki, o, Salyan rayonu, Yeni Uluxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun oğlu olmuşdur. Belə ki, o, 2005-ci ildə yoldaşı Şahid2 ailə həyatı qurmuşdur və həmin nikahdan onların iki oğlu olmuşdur. Rəşid onun böyük oğlu olmuşdur. Oğlu mərhum Zərərçəkmiş şəxs sağlığında aşpazlıq kursu almış və aşpaz kimi müxtəlif yerlərdə işləmişdir. O özü əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmuşdur və 24 iyun 2024-cü il tarixdə azadlığa çıxmışdır. O, 11 il 2 ay 7 gün müddətində cəzaçəkmə müəssisəsində olduğu dövrdə yoldaşı və oğulları Salyan rayonu, Yeni Uluxanlı kəndində yaşamışdır. Təxminən bir ildir ki, oğlu Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi adlanan ərazidə nömrəsiz fərdi ev kirayələmişdir və ailəsi orada yaşamışdır. Məhkum olunduğu dövrdə yoldaşı və kiçik oğlu Riad teztez onun yanına görüşməyə gəlsə də, Rəşid onunla görüşməyə gəlməmişdir. Sonuncu dəfə, yəni 15 iyun 2024-cü il tarixdə 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi onu yanına çağıraraq oğlu Zərərçəkmiş şəxs qətlə yetirildiyini və onu qətlə yetirən şəxsin isə hələ tapılmadığını bildirmişdir. O, ilk dəfə bu xəbəri eşidəndə oğlunun onun düşmənləri tərəfindən, yəni öldürdüyü şəxsin yaxınları tərəfindən öldürülə biləcəyini düşünmüşdür. Lakin sonradan o, televiziya vasitəsilə oğlunu öldürən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Bundan başqa bildirmişdir ki, yoldaşı oğlu öldürülməmişdən üç gün qabaq ona oğlunun kimləsə mübahisə etdiyini və sonra da barışdıqları barədə demişdir. Bundan başqa oğlunun kiminləsə ədavəti və ya düşmənçiliyi olmamış, oğlu sağlığında çox sakit təbiətli, davaya meyili olmayan biri olmuşdur. Oğlu Rəşidi öldürən şəxs Təqsirləndirilən şəxs özü və ya yaxınları ilə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O həmin şəxsin adını ilk dəfədir ki, eşidir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim edilən Təqsirləndirilən şəxs tanımır və əvvəllər görməmişdir. Zərərçəkmiş şəxsla münasibəti çox yaxın olmayıb. Daha yaxın münasibəti Rəşid X7 İmanovla olmuşdur. Hadisə baş verən günü evdə olmuşdur. İsmayıl İmanov hərbi ximdətdən məzuniyyətə gəlmişdi və ona zəng edib görüşməyi təklif etdi. O da İsmayıl İmanovla “Oba” marketin qarşısında görüşmüşlər. İsmayıl İmanov bildirdi ki, Zərərçəkmiş şəxs anası Rəşidlə əlaqə saxlaya bilmir və ona Zərərçəkmiş şəxs olduğu evə getməyi tapşırıb. Daha sonra onlar həmin evə getmişlər. Onlar ora gedəndə orada qonşu vardı. Qonşu qapını döysə də cavab verən və qapını açan olmadı. İsmayıl İmanov qapının cəftəsin yoxladı, lakin qapı açılmadı. İsmayıl İmanov evin sağ pəncərəsinin mismarların çıxardı. O da pəncərədən evə daxil oldu. Evin içərisindən qapının açarın hərəkət etdirsə də qapının bağlı olduğuna fikir verməmiş və cəftəni aşağı edib qapını açdı. İsmayıl İmanov da qapıdan evə daxil oldu və birlikdə Rəşidin meyidi olan otağa keçmişlər. O, meyidi görəndə halı pisləşmiş və evdən çıxmışdır. Daha sonra polisə bu barədə məlumat vermişlçər. Hadisə baş verən evin qapısının açarın hərəkət etdirsə də qapının kilidli olduğuna fikir verməmişdir, lakin qapının cəftəsin aşağı edəndə qapı açıldı. Qapının çölündəki cəftə xarab idi. Qapını içəridən açanda açarı hərəkət etdirmişdir, amma qapının kilidli olub-olmadığını xatırlamır. Daha sonra qapının cəftəsini aşağı edəndə qapı açıldı. O, hadisə baş verən evə pəncərədən daxil olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırda usta yanında köməkçi kimi işləyir. O, mərhum Zərərçəkmiş şəxs təxminən 2 ilə yaxındır ki, tanıyır. Belə ki, Rəşid onun dostu İsmayıl İmanovun əmisi oğlu olmuşdur. Onun Rəşidlə yaxın münasibəti olmamış, onu dostu İsmayılın əmisi oğlu kimi tanımış və yalnız bir neçə dəfə İsmayılla görüşəndə görmüşdür. Sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə o, evdə olduğu vaxt dostu İsmayıl zəng vuraraq Rəşidi də götürüb bir yerdə dəniz getmələrini təklif etmişdir. O, yemək yedikdən sonra çıxacağını desə də, İsmayıl yeməməsini, gecikəcəklərini demiş və o da evdən dərhal çıxaraq evlərinin yaxınlığında yerləşən “Oba” marketin qarşısında İsmayılla görüşmüşdür. Onlar marketdən siqaret alıqdan sonra Rəşidə zəng vursalar da, o, telefona cavab verməmişdir. Bundan sonra Rəşidin anası İsmayıla zəng vuraraq oğlu Rəşidə nə qədər zəng vursa da, onun zənglərə cavab vermədiyini, oğlundan narahat olduğunu bildirərək İsmayılın evə gedib ona baxmasını istəmişdir. Onlar da Rəşidgilin evinə getmiş, darvazadan həyətə daxil olaraq evin qapısını döysələr də, qapını açan olmamışdır. Onlar qapını açmağa cəhd etsələr də, qapı açılmamış və cəftəsi də qırıq olmuşdur. Daha sonra onlar pəncərədən evə girib nə baş verdiyini öyrənmək istəmiş və İsmayıl qonşudan kəlbətin götürərək pəncərədə olan mismarları sökməyə başlamışdır. İsmayıl kök olduğu üçün pəncərədən evə o daxil olmuş və evin giriş qapısına doğru gedərək qapını açmağa çalışmışdır. Qapını açdıqda sonra İsmayıl da evə daxil olmuşdur. Daha sonra onlar birlikdə yataq otağına keçib Rəşidə baxmaq istəyəndə onun yerdə huşsuz vəziyyətdə, ağzıüstə uzanıqlı olduğunu, ətrafının isə qan içində olduğunu görmüşlər. Bu zaman onun halı pisləşdiyi üçün dərhal otaqdan çıxmışdır. İsmayıl da onun telefonunu götürərək polisə və təcili tibbi yardıma zəng vuraraq bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları oraya gəlmiş və onları şifahi sorğu-sual etdikdən sonra buraxmış, o da öz evlərinə qayıtmışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs onun oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi İmanov Rüstəm onun əridir. O, hər səhər işə gedəndə oğlu Zərərçəkmiş şəxs saat 09:00 radələrində ona zəng edərək işə çatıbçatmamağını soruşdurdu. Hadisə günü Zərərçəkmiş şəxs dəfələrlə zəng etmişdir, lakin, o, cavab vermədi. Daha sonra Rəşidin nörməsindən ona “gözlə” mesajı göndərildi və Zərərçəkmiş şəxs solaxay olduğundan yazılan mesajda xəttin fərqli olduğunu gördü. Zərərçəkmiş şəxs birlikdə yaşadığı nənəsi və onun qaynanası da ona zəng edərək bildirdi ki, Rəşidə zəng edir amma o, cavab vermir. Daha sonra qaynı oğlu İsmayıla evə getməyi bildirdi və o, dostu ilə evə gedib evin pəncərəsindən Rəşidin qan içərisində olduğunu görüblər. O, həmin vaxt Rəşidi görməmişdir və evə gələndə artıq polis əməkdaşları orada idi. Zərərçəkmiş şəxsin hüquqi varisi olan əri ilə birlikdə yaşayırlar. Ərinin təqsirləndirilən şəxsə münasibəti onun öz seçimidir, lakin, o, təqsirləndirilən şəxsə ən ağır cəza təyin olunmağını istəyir. Müstəntiq əri Rüstəm İmanovla danışıb onu hüquqi varis kimi seçdi və o, kənarda qaldı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ifadələrində göstərmişdir ki, sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə o, işdə olarkən evdə olan oğlu Zərərçəkmiş şəxs dəfələrlə zəng vurmağına baxmayaraq, oğlu onun telefonlarına cavab vermədiyindən başına nə isə gəlməsindən narahat olmuşdur. Bu zaman anası Minayə Mahmudovaya, qaynanası Cəmilə Seyidovaya və qaynının qızı Sara İmanovaya zəng vuraraq Rəşidin telefonlarına cavab vermədiyini və ondan narahat qaldığını bildirərək onların evə gedib Rəşidi yoxlamalarını xahiş etmişdir. Bir az sonra qaynı qızı ona zəng edərək evlərində polis və prokurorluq əməkdaşlarının olduğunu, oğlu Rəşidin isə evin döşəməsində qanlar içində olduğunu, özünü öldürdüyünü demişdir. Daha sonra qonşusu Fərqanə ona zəng edərək oğlu Rəşidin başı kəsilərək öldürüldüyünü demişdir. O, dərhal taksi ilə evə gəlmiş və evə gəldikdə yataq otağının döşəməsində oğlu Rəşidin qanlar içində olan meyitini görmüşdür. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim edilən Təqsirləndirilən şəxs tanımır və onunla ədavəti yoxdur, Zərərçəkmiş şəxs onun qardaşıdır. Hadisəni görməmiş, lakin, bu barədə eşitmişdir. Belə ki, o, işdə olarkən Təqsirləndirilən şəxs onların evə gəlibmiş. Rəşid ofisiant işləyirdi. O, Təqsirləndirilən şəxs evə gəldiyini, Zərərçəkmiş şəxslə aralarında mübahisə yarandığını və dava etdiklərini, daha sonra isə Təqsirləndirilən şəxs mətbəxdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs vurmasını eşitmişdir. Zərərçəkmiş şəxs başqa fəaliyyətlə məşğul olduğunu görməmişdir. O, uşaq olan vaxtdan atası Rüstəm İmanov cəzaçəkmə müəssisəsində cəza çəkib, onu və qardaşı Zərərçəkmiş şəxs nənəsi böyüdüb. Atası altı ay olar ki, azadlığa buraxılıb. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış atası Rüstəm İmanovun təqsirləndirilən şəxsə münasibətini qəbul edir. Hadisə baş verən vaxtı o, işdə olmuşdur. Hadisə barədə ona əmisi oğlu məlumat vermişdir. Əmisi oğlu hadisə baş verən evə gedib və ondan sonra ona məlumat verib. Hadisənin baş verdiyi evin qapısı bağlı olduğundan əmisi oğlu və onun dostu evə pəncərədən daxil olublar. Zərərçəkmiş şəxs evin açarı var idi. Təqsirləndirilən şəxsla qardaşı Zərərçəkmiş şəxs arasında hər hansı münasibətin olması barədə, Təqsirləndirilən şəxs qardaşından pul alması barədə məlumatı olmayıb. Qardaşı Zərərçəkmiş şəxsla münasibəti yaxşı olub. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ifadələrində Şahid2 ifadələrində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim edilən Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs tanımır. Hadisədən sonradan xəbər tutmuşdur. Rəhim evə telefon gətirmişdi. Rəhim telefonun dostuna məxsus olduğunu bildirdi, sonra həmin telefonu polis əməkdaşlarına verdi. Rəhim hadisə barədə məlumat vermədi. Rəhim işləmirdi. Evə gətirdiyi telefonun rəngi yadında deyil. Rəhim həmin telefonu quldurluq yolu ilə əldə etdiyini demədi. Rəhimin öz telefonu var idi. Rəhimin üzərində və paltarlarında qan izi yox idi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ifadələrində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Belə ki, o, 2001-ci ildə yoldaşı X9 ilə ailə həyatı qurmuş və həmin nikahdan onların 2 oğlu olmuşdur. Rəhimdən başqa 2004-cü il təvəllüdlü qızı Səma Əsədova vardır. Həyat yoldaşı 2011-ci ildə ürək tutmasından vəfat etmişdir. Oğlu Rəhim natamam orta təhsillidir və Ağdaş şəhərində Humanitar kollecində təhsilini almışdır. Buna baxmayaraq, heç yerdə işləməmiş və hərbi xidmətə yollanmağa hazırlaşmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, sonuncu dəfə, yəni xx.xx.2024-cü il tarixdə o, evdə olarkən Rəhim evdə olmuş, səhər saatlarında yemək yeyib evdən çıxmış, və günortadan sonra evə qayıtmışdır. Həmin vaxt o, həmişəki kimi normal olmuş və hər hansı problemlə bağlı ona bir söz deməmişdir. Həmin vaxt onun əynində yaşıl rəngli kapşonlu geyim olmuşdur. Buna baxmayaraq, Sabunçu RPİ- nin əməkdaşları gecə 12 radələrində yaşadıqları evə gələrək Rəhimi tutub 12-ci PŞ-nə aparmışlar və o, bu zaman oğlunun Rəşid adlı cavan uşağı yaşadığı evdə bıçaqla öldürdüyünü bilmişdir. Bundan başqa bildirmişdir ki, oğlunun kiminləsə ədavətinin şahidi olmamışdır. Oğlu Rəhimin öldürdüyü Zərərçəkmiş şəxs adını oğlu tutulanda bilmiş və indiyə kimi onu heç yerdə görməmişdir. Onların hər hansı mübahisəsinin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən hadisə yeri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazenda yaşayış massivi adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evdir. Qeyd olunan evin girişində boz rəngli iki taylı eni 3 metr, hündürlüyü 2.50 sm olan dəmir darvaza müşahidə edilir. Qeyd olunan darvazadan evin həyətinə daxil olan zaman uzunluğu 20 metr, eni 2.50 sm olan üzəri açıq dəhliz vardır, həmin dəhliz eyni zamanda qeyd olunan ünvanda yaşayan digər şəxslərin də evlərinə daxil olmaq üçün yaradılmışdır. Dəhlizlə irəliləlidikdə sağ istiqamətdə paralel vəziyyətdə iki fərdi ev və bir yarım tikili müşahidə edilir. Dəhlizin sonunda hadisənin baş verdiyi fərdi yaşayış evinin həyətinin giriş qapısı vardır. Qeyd olunan giriş qapısı bir taylı olub, hündürlüyü 2 metr, eni 0.90 smdir. Evin həyətinə daxil olduqda sağ tərəfdə bir mərtəbəli mişar daşlarından tikilmiş Zərərçəkmiş şəxs yaşadığı mənzil müşahidə edilir. Evin həyətinin uzunluğu 7 metr, eni isə 2.50 sm olması müşahidə edilmişdir. Bundan başqa, baxış zamanı evin qarşısında və sol tərəfindən uzunluğu 4 metr, hündürlüyü 1.70 sm olan qonşularla bitişik hasarlar vardır. Hadisə baş vermiş mənzilin giriş qapısı tünd qırmızı rəngdə olub, dəmirdən hazırlanmışdır, bir taylıdır, eni 90 sm, hündürlüyü isə 2 metr təşkil etməkdədir. Baxış zamanı evin giriş qapısının aşağıdan yuxarı istiqamətə olan 70 sm hissəsində evin qapının kilidi və onun üzərinə quraşdırılmış dəstəyi müşahidə olunur, dəstək yarı sallax halda aşağı doğru əyilmiş, iç hissəsi sürtünmə səbəbindən yeyildiyi üçün öz işləmə mexanizmini itirmişdir. Baxış zamanı qapının çöl hissəsindən həmin dəstəyin köməyi ilə açılmasının mümkün olmaması müşahidə edilmişdir. Evin içərisinə daxil olduqda 1.20 sm olan dəhliz müşahidə edilir. Dəhlizin sol tərəfindən sanitar qovşağı, ondan sonra mətbəx daha sonra yataq otağı və dəhlizin sonunda qonaq otağı vardır. Dəhlizin sağ tərəfindən girişin yanında divara söykənmiş paltarların asılması üçün nəzərdə tutulan dolab vardır. Dolab iki siyirtməli olub, üz qatı güzgü ilə bağlanmışdır. İçəri daxil olduqda sanitar qovşağı və evin mətbəxində müşahidə olunan bütün əşyalar yerində olmaqla səliqəli vəziyyətdədir. Evin qonaq otağına daxil olunan zaman girişdə sağ tərəfdən sərinkeş, onun qarşısında bir nəfərlik yataq çarpayısı, girişdə sağ tərəfdə yemək masası, masanın qarşısında isə üz-üzə iki ədəd bir nəfərlik yataq müşahidə edilir. Baxış zamanı evin yataq otağında yerdə, döşəmə üzərində üzü üstə uzanıqlı vəziyyətdə Zərərçəkmiş şəxs meyiti və yuxarı ətrafın sağ istiqamətində qana bənzər kütlənin olması müşahidə olunur. Rəşid Rüstəmovun meyitinə baxış zamanı əyinində qara rəngli idman şalvarı, qara rəngli at paltarı, qısa qol ağ-boz cızıqlı köynək, sağ və sol əlinin üzərində, bozağının alt hissəsində və sol çiyin üzərində döymə (tatoo) fiqurları müşahidə edilir, eyni zamanda R. Rüstəmovun sağ boğaz və qulaq ətrafı nahiyələrində kəsilmiş, deşilmiş yara izləri eyni zamanda sağ yanaq- almacıq-gicgah alt və üst dodağın sağ yarısında qançırlar müşahidə edilir. Baxış zamanı cinayət baş vermiş fərdi yaşayış evində cinayətin törədilməsində güman edilən alətə və predmetlərə rast gəlinmədi, eyni zamanda meyitin üzərində qiymətli əşyaları, qızıl və pul vəsaitinin aşkar edilmədi. Meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih masası üzərinə arxasıüstə, əynində yaxası düyməli qısaqol köynək, qara finka, qara trusik olan kişi cinsli meyit qoyulmuşdur. Paltarlar hissəvi qana bulaşmışdır. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır, uzanıqlı vəziyyətdə boyunun uzunluğu 172 sm-dir. Üzdən baxdıqda 18-20 yaşlarına uyğun gəlir. Əllə toxunduqda meyit soyuqdur, dəri örtükləri solğun rəngdə olub boyun nahiyəsində qana bulaşmışdır. Meyit ləkələri bədənin ön və yan səthlərində yerləşib, bənövşəyimtil rəngdədir, barmaqla təzyiq etdikdə rəngi avazıyır, 1-2 dəqiqəyə bərpa olunur. Meyit qacıması inkişaf etmişdir. Saçı 1-4 sm uzunluqda olub, qara rəngdədir. Əllə müayinə etdikdə kəllə sümükləri tamdır. Gözləri qapalıdır, qüzehli qişa qəhvəyi rənglidir, bəbəklərin diametri 0,5 sm-dir, buynuz qişa parlaqdır, konyuktivası qansızmasızdır. Qulaq seyvanı qığırdaqları tamdır, xarici qulaq keçəcəkləri sərbəstdir. Əllə müayinə etdikdə burun və üz skeleti sümükləri tamdır. Burun, sağ almacıq-yanaq, üst və alt dodaq nahiyələrində göyümtül- qırmızı rəngdə qançırlar vardır. Ağzı örtülüdür, dil ağız Boyunun orta 1/3-nin sağ yarısının ön səthində 10,0x4,5x4,0 sm və yuxarı 1/3nin sağ yan səthində ənsə nahiyəsinədək uzanan 13,0x4,0x3,5 sm öllçülərdə çəp istiqamətdə yerləşmiş, kənarları hamar, bucaqları iti, tünd- qırmızı rəngdə qansızmalı yaralar vardır. Yaraların mənfəzində kəsilmiş boyunun sağ yan qrup əzələləri, ümumi yuxu arteriyası, sağ vidaci vena, sinir və vətərlər aydın görünür. Yaraların yuxarı bucağı yuxarıya və arxaya, aşağı bucağı isə aşağıya və önə doğru istiqamətdədir. Döş qəfəsi simmetrikdir, əllə müayinə etdikdə qabırğalarda və digər gövdə skeleti sümüklərində patoloji hərəkətlilik müəyyən olunmur. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşmişdir, əllədikdə dərisi yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir, üzərində xəsarət yoxdur. Arxa keçəcək dəliyi ətraf dərisi təmiz və zədəsizdir, dəlik qıfabənzər formadadır, şüayabənzər büküşlər hamarlaşmışdır. Əllə müayinə etdikdə çanaq sümükləri tamdır. Yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllə müayinə etdikdə sümükləri tamdır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilmədi. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb etdiyindən Zərərçəkmiş şəxs üzərində olan ağımtıl-bozumtul rəngli qısaqol köynək, trusik və idman şalvarı qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, hadisə zamanı üzərində olan tünd yaşıl rəngli idman şalvarı, idman gödəkçəsi və hadisə yerindən aşkar edilərək istintaqa təqdim edilmiş ona məxsus ağımtıl rəngli mayka; Zərərçəkmiş şəxs ağımtıl-bozumtul rəngli qısaqol köynək, trusik, idman şalvarı və Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçağa baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs aid olan trusik qara rəngli qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. Bel rezinlidir, ağ rəngdədir. Tədqiqat zamanı əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. İdman şalvarı - tünd göy rəngli qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. İki yan cibi vardır. Bel hissəsi rezinlidir. Tədqiqat zamanı idman şalvarı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.Köynək - qısaqoldur, ağımtıl-bozumtul rəngli qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. Köynək demək olar ki. bütün ölçü boyu tünd qırmızı rəngli qurumuş qanabənzər maddə ilə hopmuş vəziyyətdədir. Köynək öndən 5 ədəd qara rəngli düymə ilə bağlanır. Köynəyin ön səthinin sol aşağı nahiyəsində, bir ədəd qeyri-düz bucaq formalı dəlibkeçən zədə vardır. Təqsirləndirilən şəxs aid olan ağımtıl rəngli mayka üzərində qanabənzər ləkələr vardır, əhəmiyyət kəsb edən hər hansı zədə yoxdur. İdman şalvarı tünd yaşıl rəngli qalın qarışıq materialdandır, üzərində geyilmə izləri müşahidə olunur. İki yan cibi vardır. Şalvarın sağ ayaq hissəsinin ön səthində dəlib-keçən zədələr vardır. Gödəkçə kapyuşonludur, idman tiplidir, yuxarıda təsvir edilmiş idman şalvarı kimi materialdan hazırlanmış, üzərində geyilmə izləri müşahidə olunur. Öndə bir biri ilə əlaqələnən yan cibi vardır. Gödəkçədə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçaq dəstəyi qara rəngli sərt plastik materialdandır, tiyəsi gümüşü rəngli metal materialdandır, ümumi uzunluğu 32,2 sm-dir. Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus “Redmi” markalı və Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş “İphone” markalı mobil telefonlara baxış zamanı “Redmi” markalı mobil telefonda Zərərçəkmiş şəxs tərəfindən çəkilmiş istintaqa məlum olmayan şəxslərlə yataqda çılpaq vəziyyətdə olan video-görüntü və fotoşəkillər sompakt diskə «CD» köçürülməklə protokola əlavə edimiş “İphone” markalı mobil telefona baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 125 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində boyunun sağ yan qrup əzələlərinin, sağ ümumi yuxu arteriyasının, sağ vidaci venanın, sinir və vətərlərin, dilaltı sümüyün, qida borusu və traxeyanın yaralanmasına səbəb olan boyunun sağ yarısının ön səthinin 1 (bir) ədəd və sağ yan səthinin 1 (bir) ədəd kəsilmiş yaraları (cəmi 2 ədəd); burun, sağ almacıq-yanaq, üst və ait dodaq nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər həyatidir, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən: -Boyunun sağ yan qrup əzələlərinin, sağ ümumi yuxu arteriyasının, sağ vidaci venanın, sinir və vətərlərin, dilaltı sümüyün, qida borusu və traxeyanın yaralanmasına səbəb olan boyunun sağ yarısının ön səthinin 1 (bir) ədəd, sağ yan səthinin 1 (bir) ədəd kəsilmiş yaraları kəsici alət (alətlər) təsirindən törənmişlər, ekspertizaya təqdim olunmuş mətbəx çapacağı ilə yetirilə bilər; burun, sağ almacıq-yanaq, üst və alt dodaq nahiyələrinin qançırları isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə: Boyunun sağ yan qrup əzələlərinin, sağ ümumi yuxu arteriyasının, sağ vidaci venanın, sinir və vətərlərin, dilaltı sümüyün, qida borusu və traxeyanın yaralanmasına səbəb olan boyunun sağ yarısının ön səthinin 1 (bir) ədəd, sağ yan səthinin J (bir) ədəd kəsilmiş yaraları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Burun, sağ almacıq-yanaq, üst və alt dodaq nahiyələrinin qançırları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyunun sağ yan qrup əzələlərinin, sağ ümumi yuxu arteriyasının, sağ vidaci venanın, sinir və vətərlərin, dilaltı sümüyün, qida borusu və traxeyanın yaralanmasına səbəb olan boyunun sağ yarısının ön səthinin 1 (bir) ədəd, sağ yan səthinin 1 (bir) ədəd kəsilmiş yaraları ilə əlaqədar kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq və s.) ola bilərdi. Onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 1423 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 357/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus tünd yaşıl rəngli idman şalvarın sağ ayaq hissəsinin ön səthində aşağıda iki ədəd məhdud cırılmalar aşkar olunmuşdur. Bu cırılmalar küt yaranma mexanizminə malik olub, şalvarın müvafiq nahiyələrinin hər hansı bir bərk küt əşyaya (əşyalara) ilişib dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs məxsus tünd yaşıl rəngli gödəkçə və ağımtıl rəngli qısaqol köynəyin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus ağımtıl-bozumtul rəngli qısaqol köynəyin ön stəhinin sol aşağı nahiyəsində bir ədəd cırılma xarakterli zədə aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizminə malik olub, köynəyin müvafiq nahiyənin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus trusik və idman şalvarı üzərində əhəmmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Zərərçəkmiş şəxs məxsus qısaqol maykanın bütün nahiyəsində, əsasən ön tərəfində fasiləli yerləşən qan ləkələri aşkar olunmuşdur. Bu qan ləkələri yaxma xarakterli olub, qanlı səthlə (qan mənbəyi ilə) dinamik kontakt nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində demək olar ki, bütün səthini əhatə edən qan ləkələri aşkar olundu. Bu qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) geniş sahədə statik (hərəkətsiz) kontakt nəticəsində və kapillyarlıq faktoru üzrə səthə hoparaq əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus idman şalvarın üzərində əsasən ön səthində kiçik ölçülü qan ləkələri aşkar olunmuşdur. Bu qan ləkələri qanlı səthdən (qan mənbəyindən) hündürlükdən, bəziləri səthə perpendikulyar, bəziləri isə bir qədər bucaq altında düşən damcılar nəticəsində yarana bilərdilər. Ekspertizaya təqdim edilmiş çapacaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, kəsici xassəyə malik mətbəx çapacağıdır və soyuq silah hesab edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 493/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Oalfabeta(l). Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, təqsirləndərilən şəxs Təqsirləndirilən şəxs məxsus qısaqol mayka, Zərərçəkmiş şəxs məxsus şalvar və köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alınmışdır. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus dəst olan idman şalvarı və gödəkcəsi üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 2039 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi (ruhi) xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək, öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, söz götürməmək, emosionallıq, özünə qarşı hörmət tələb etmək, laqeydlik, öz maraqlarını üstün tutmaq, eqoizm və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onun əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik kimi hallar əmələ gəlmişdir. O, cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 4967 nömrəli rəyindən görünür ki, hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-dən daxil olmuş məktubdan görünür ki, AR DİN Kriminalistik Tədqiqatlar İdarəsində aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş 03 (üç) ədəd tampon, 01 (bir) ədəd tuman, 01 (bir) ədəd idman şalvarı və 01 (bir) ədəd köynək üzərində olan qan nümunələri, 02 (iki) ədəd tənzif üzərində olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Təqdim edilmiş 01 (bir) ədəd şüşə stəkan və 01 (bir) ədəd salfet üzərində olan bioloji mənşəli materiallar kişi cinsindən olan iki müxtəlif naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profilləri, DİN-nin Kriminalistik Tədqiqatlar idarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Təqdim edilmiş 01 (bir) ədəd telefon kabrosu, 03 (üç) ədəd açar və 01 (bir) ədəd brelok üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər məhkum edilməmişlər. Məhkəmənin hüquqi qiymətləndirməsi: İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs son sözlə çıxış edərkən özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilməyib, özünü həmin məcəllənin 120.1-ci maddəsində təqsirli bilib, hadisəni törətdikdən sonra hadisə yerindən zərərçəkmiş şəxsə məxsus telefonu quldurluq niyyəti ilə deyil, cinayətin izini gizlətmək üçün götürdüyünü bəyan etdi, lakin bu iddiasını təsdiq edən sübut təqdim etmədi. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11-ci maddələri ilə deyil həmin məcəllənin 120.1-ci maddəsində təqsirli bilməsi iddialarını məhkəmədə elan olunub araşdırılmış sübutların məcmusu və işi faktiki halları ilə müqayisəli təhlil edib onun bu bəyanatının faktiki əsası olmadığı qənaətinə gəlir. Çünki Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin törədilməsi hallarını təsvir edən yuxarıdakı sübutlardan görünür ki, o, cinayətin qurbanını vurub müqavimətini qırmış, sonuncu yerə yıxılıb ona müqavimət göstərə bilməmiş, bundan sonra Təqsirləndirilən şəxs ona müqavimət göstərmək iqtidarında olmayan şəxsi xüsusi amansızlıqla əmlakını ələ keçirmək məqsədi ilə yəni quldurluq niyyəti ilə öldürmüşdür. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamın bu hissəsini inkar etməyə yönələn iddialarını özünün güman etdiyi cəzasını yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs quldurluq niyyətinin olmaması ilə bağlı iddiası araşdırlarkən həmin iddianının faktiki əsası olmadığı və törətdiyi əməllərin faktiki hallarına uyğun olmadığı müəyyən olundu. Çünki məhkəmədə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs etiraf etdiyi əməli törədərkən zərərçəkmiş şəxsdən yüz manat pul tələb etdiyi, sonuncunun pulu verməməsi, bu səbəbdən də zərərçəkmiş şəxsi vurub yerə yıxıb, mətbəxdən bıçaq götürüb sonuncuya xüsusi amansızlıqla xəsarətlər yetirib öldürdüyü, bundan sonra sonuncuya məxsus üç manat pulu, “İphone” markalı telefonu və etiraf etdiyi əməli törədərkən istifadə etdiyi bıçağı götürüb oradan getdiyi, bıçağı yolda atdığı, telefonu yaşadığı mənzilə aparıb saxladığı və polis əməkdaşları tərəfindən saxlanılan zaman zərərçəkmiş şəxsə məxsus mobil telefonu polis əməkdaşlarına təqdim etdiyi müəyyən olundu. Bu halı Təqsirləndirilən şəxs özü də təsdiq etdi. Məhkəmənin qənaətinə görə həm bu halları təsdiq edən sübutlarla, həm də təqsirləndirilən şəxsin özünün cinayətin törədilmə hallarını təsdiq edən ifadələri ilə onun ittihamı inkar edən hissəsinə yönəlmiş iddiaları təkzib olundu. Çünki cinayətin törədilməsində istifadə olunmuş bıçağın hadisə yerindən götürürüb başqa yerdə tullanıldığı halda, zərərçəkmiş şəxsə məxsus üç manat pulun və mobil telefonu özündə saxlamaq cinayətin gizlədilməsinə xidmət edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yanına ondan yüz manat pul almaq üçün gedib, bu zəmində zərərçəkmiş şəxsi öldürdüyünü, zərərçəkmiş şəxsi həyatdan məhrum etmək üçün başa səbəb müəyyən edilmədiyini nəzərə alıb təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi quldurluq niyyəti ilə öldürməsininin inkar etməsinə yönələn ifadələrini özünün müdafiəsinə yönələn faktiki əsası olmayan və işinin hallarına zidd olan müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmənin bu qənaəti “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin 03 mart 2005-ci il tarixli plenum qərarı baxımından da əsaslıdır. Belə ki, həmin qərarın 24-cü bəndinə əsasən, şəxs quldurluq basqını zamanı zərərçəkmişi öldürərsə, onun əməli AR CM-nin 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən töərdilməsini təsdiq edən sübutların kəmiyyət deyil, keyfiyyət göstəricilərini və işin faktiki hallarını nəzərə alır. Məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli trusik, 01 ədəd tünd göy rəngli idman şalvarı və 01 ədəd ağımtıl-bozumtul rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağımtıl rəngli qısaqol köynək, 01 ədəd tünd yaşıl rəngli idman şalvarı və 01 ədəd idman gödəkçəsi, 01 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, kəsici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx çapacağın istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilməsini, “İphone” markalı mobil telefonun qanuni sahibinə geri qaytarılmasının nəzərə alınmasını əsaslı sayır. Məhkəmə dövlət büdcəsi hesabına məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 137 (yüz otuz yeddi) manatın Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini və həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 60 (altmış) saat hüquqi yardım göstərilməsi və bu səbəbdən ona 360 ( üç yüz altmış ) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X5 və Tədris mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışması müəyyən olundu. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını bəyan etsə də onun təqsirləndirilən şəxslə barışmasını əsaslı şübhələrlə müşahidə olundu. Çünkü zərərçəkmiş şəxsin nümayənədsi təqsirləndirlən şəxslə barışmasını və onun bağışlamasını inandıran davranış nümayiş etdirmədi. Bu səbəbdən məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi ilə Təqsirləndirilən şəxs barışmasını barədə yazılı və şifahi bəyanətləri təqsirləndirilən şəxsə cəza təyi edərkən nəzərə almır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əvvəllər məhkum olunmaması və ələ keçirdiyi telefon aparatını könüllü təqdim etməsi, ibtidai istsisntaq zamanı və məhkəmədə etirifedici ifadələr veriö cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.11-ci maddəsinin sankasiyasında müddətli azadlıqdan məhrum etmə cəzası ilə bərabər, həmin əmələ görə ömurlük azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs müddətsiz, yəni ömürlük azadlıqdan məhrumetmə cəzası təyin etmək üçün əsas müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə onun şəxsiyyətini xarakterizə edən halları və məsuliuyyətini ağırlaşdıran halın olmamasını, yüngülləşdirən halın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs müddətli azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub həmin tarixdə də Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 120.2.4, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, CMnin 181.3.3-cü maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq üsulu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 ( on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 15 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 137 (yüz otuz yeddi) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 360 ( üç yüz altmış ) manat Azərbaycan Respublikası Vəkillər X5 və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli trusik, 01 ədəd tünd göy rəngli idman şalvarı və 01 ədəd ağımtıl-bozumtul rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus 01 ədəd ağımtıl rəngli qısaqol köynək, 01 ədəd tünd yaşıl rəngli idman şalvarı və 01 ədəd idman gödəkçəsi, 01 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, kəsici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx çapacağı istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilsinlər. “İphone” markalı mobil telefonun qanuni sahibinə geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-660/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-660/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver