Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-661/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.2003-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 98 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, yeni sahə, nömrəsiz evdə daimi yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 (Mamedovi Asip) xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində, E.Məhərrəmli küçəsində, 163 saylı marşrut avtobusunun sonuncu dayanacağının yaxınlığındakı boş sahədə aralarında olan borc məsələsi ilə bağlı şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ona xəsarət yetirməsinə cavab olaraq silah qismində istifadə etdiyi bərbər qayçısı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs iki dəfə zərbə vuraraq ona həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa səthinin sol plevra boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid sol bazu nahiyəsinin 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində, 163 saylı marşrut avtobusunun sonuncu dayanacağının yaxınlığında yerləşən bərbərxanada çalışır. Zərərçəkmiş şəxs da çalışdığı bərbərxananın yaxınlığında yerləşən “Emral market” adlı mağazada çalışır. Zərərçəkmiş şəxsla normal münasibətləri olmuş, onu 1 ildir ki, tanıyır, təxminən 1 ay bundan əvvəl şəxsi ehtiyacları üçün Emraldan 50 (əlli) manat dəyərində borca ərzaq almışdır. Lakin karantin rejimi ilə əlaqədar olaraq işləri yaxşı getmədiyi üçün borcunu vaxtında qaytara bilməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Emral onun işlədiyi bərbərxanaya gəlmiş və bərbərxananın qarşısında söhbət etməyə başlamışlar. Söhbət əsnasında Emral ondan borcunu tələb etmiş, o da həmin pulu hələlikdə qaytara bilməyəcəyini bildirdikdə Emral onunla mübahisə etməyə başlamışdır. Onlar səs-küy yaranmaması üçün Emralın təklifi ilə heç kimin onları görməməsi üçün bərbərxananın arxa tərəfindəki boş sahəyə keçmişlər. Orada aralarında olan mübahisə münaqişəyə çevrilmiş, bu zaman Emral onun üz nahiyəsindən gözlənilmədən bir neçə dəfə yumruq zərbəsi endirmişdir. Bədən ölçüləri ondan böyük olduğu üçün Emrala gücü çatmamış və Emralın əlindən qaçıb bərbərxanaya getmişdir. Çox həyəcanlı və əsəbi olmuş, Emraldan qisas almaq üçün bərbərxandan saç qayçısını götürüb yenidən həmin yerə qayıtmışdır. Orada Emrala kortəbii şəkildə iki dəfə qayçı ilə zərbə endirmiş və dərhal oradan qaçaraq uzaqlaşmışdır. Həmin zərbələrin Emralın bədənin hansı hissəsinə dəydiyini bilməmiş, hadisənin təsiri altında olduğu üçün evə getməmiş və yaxınlıqda olan qəbiristanlıqda gizlənmişdir. Bir müddət sonra evə gəlmiş və oradan polis bölməsinə getmişdir. Emralla əvvəllər aralarında yaxşı münasibətləri olmuş, onlar dalaşarkən ikisindən başqa yanlarında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs onu döydüyü üçün fikri onu cəzalandırmaq olmuş, lakin öldürmək niyyəti olmamışdır. Sadəcə olaraq həmin vaxt əsəbilərinə hakim ola bilməyərək qisas hissi ilə ona kortəbii şəkildə zərbələr endirməklə xəsarət yetirmiş və qayçının onun harasına dəydiyini bilməmişdir. Hazırda əməlindən peşmandır. Vurduğu zərbələrdən sonra Emral yerə əyildikdə ona daha çox zərər verməmək üçün hərəkətlərinə davam etməmiş və qaçaraq münaqişə etdikləri yerdən uzaqlaşmışdır. İstifadə etdiyiniz qayçını Emralı vurduqdan sonra qaçarkən yolda atmışdır. Lakin atdığı yeri xatırlamır. Hadisə zamanı Emral yumruqla vurduğu üçün üz nahiyəsindən xəsarət almışdır. Zərərçəkmiş şəxsla aralarında olan münaqişənin səbəbi onun borcunu ödəyə bilməməsi olmuşdur. Hal-hazırda törətdiyi əməldən səmimi peşmandır, yetkinlik yaşına çatmamasının nəzərə alınaraq onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, oğlu təqsirləndirilən şəxs qismində dindirilmiş X5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində, “Dispeçerin yanı" kimi tanınan 163 saylı marşrut avtobusunun sonuncu dayanacağında Emral market adlı kiçik mağazada çalışır. Asif adlı şəxsi 1 ildir ki, tanıyır. Asif onun çalışdığı mağazanın yaxınlığında olan bərbərxanada çalışır. Onunla əvvəllər aralarında hər hansı münaqişə olmamışdır. Asif bir müddət əvvəl onun çalışdığı mağazadan pulunu qısa müddətə vermək şərtilə borca 223 manat dəyərində ərzaq götürmüşdür. Lakin aradan uzun zaman keçməsinə baxmayaraq dəfələrlə istəsə də Asif ona olan borcunu qaytarmamışdır. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində o, Asifdən borcunu almaq üçün Asifin çalışdığı bərbərxanaya getmişdir. Həmin vaxt Asif bərbərxananın qarşısında olmuşdur. Ondan mağazaya olan borcunu tələb etdikdə Asifi borcunun 223 manat deyil, 50 manat olduğunu bildirmiş və pulu olmadığı üçün borcu qaytara bilməyəcəyini demişdir. Asifin dəfələrlə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etməsi onu əsəbiləşdirmiş və arada mübahisə yaranmışdır. Bərbərxananın qarşısında səs-küy yaranmaması üçün o, bərbərxananın yaxınlığında arxa tərəfdə yerləşən boş sahəyə getmişdir. Həmin yerdə arada olan mübahisə münaqişəyə çevrilmiş və o, əsəbilərini cilovlaya bilməyərək Asifin üz nahiyəsinə bir neçə yumruq zərbəsi endirmişdir. Zərbələrdən sonra Asif qaçaraq getmişdir. O, həmin yeri tərk etməmiş Asif yenidən geri qayıdaraq münaqişəyə davam etmiş və həmin yerdə özü ilə gətirdiyi qayçı ilə ona 2 zərbə endirmişdir. Həmin zərbələrdən biri onun sol qoluna, digəri isə kürəyinin sol tərəfinə dəymişdir. Bundan sonra o, özünü itirərək yerə əyilmişdir. Asif isə yenidən qaçıb getmişdir. Bu vaxt oraya tanışı Elnur gəlmiş və onun köməkliyi ilə evə getməyə başlamışdır. Lakin yolda vəziyyəti daha da pisləşdiyi üçün evə gedib çata bilməmiş və çağırılmış təcili tibbi yardım avtomobili onu qonşusu Elçingilin həyətindən götürərək xəstəxanaya aparmışdır. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt əməliyyatdan yeni çıxdığı üçün bədənində ağrılar olduğundan hadisənin təfərrüatını tam çatdıra bilməmişmişdir. Bərbərxananın qarşısında yalnız sözlə mübahisə etmişlər, sonradan başqa şəxslər görməməsi üçün bərbərxananın arxa tərəfində olan boş sahəyə getmişlər və orada Asiflə dalaşdmışlar. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt əməliyyatdan yeni çıxmış və ağrılara görə danışmaqda çətinlik çəkmişdir. Buna görə də baş verənləri düzgün çatdıra bilmədiyindən hadisə barədə izahatında Asifin onu kürəyindən qayçı ilə vurduqdan sonra Asifi yumruqla vurduğunu, daha sonra isə Asifin onun qoluna xəsarət yetirdiyini bildirmişdir. X9 vurduqdan sonra oraya gəlmişdir. Asiflə dalaşarkən Elnur yanında olmamışdır. Asiflə münaqişə edərkən yanında heç kim olmamışdır. Asif onu vurduqdan sonra qaçıb getdikdən sonra oraya tanışı Elnur gəlmişdir. Elnurun yalnız adını bilir və onun barəsində başqa məlumatı yoxdur, harada yaşamasını da bilmir. Asif Məmmədovla aralarında olan münaqişənin səbəbi Asifin onun mağazasına olan borcunu ödəməkdən yayınması olmuşdur. Vurulmuş zərbələrdən sonra o, yerə əyildikdə Asif Məmmədov əlavə zərbələr vura biləcəyi halda hərəkətlərinə davam etməmiş və qaçaraq münaqişə etdiyi yerdən uzaqlaşmışdır. Asif Məmmədov üzərinə gəldikdə onun əlində qayçı olduğunu görmüş və endirdiyi birinci zərbə onun sol qoluna dəymişdir. İkinci zərbənin də həmin istiqamətə dəyəcəyini gördükdə yayınmaq üçün çevrildikdə həmin zərbə kürəyinin sol tərəfinə dəymişdir. Hal-hazırda X5 ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin anası Qanuni nümayəndə2, oğlu zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx xxxxxx 2020-ci il tarixli, 1170 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna keçən 1 (bir) ədəd, sol bazu nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət), ola bilsin qayçının təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixə və qeyd edilən şəraitə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa səthinin plevra boşluğuna keçən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara həyat çüün təhülkəli olan sağlamlığa AĞİR zərərvurmaya; sol bazu nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasısağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (iş vərəqə 88-90) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx xxxx 2020-ci il tarixli, 1160 saylı rəyindən görünür ki, Vət. X3 alın, döş qəfəsi, hər iki bazu, qarın və sağ baldır nahiyələrinin qançırları, sol gözyuvasıətrafı nahiyəsinin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixə və qeyd edilən şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddir. (iş vərəqə 82-83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 539 MTKŞ\2020 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda 01 ədəd dəlibkeçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, deşici-kəsici alətin təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda 01 ədəd deşilmiş-kəsilmiş zədə, onun bədənin döş qəfəsinin sol yarısının arxa səthində olan bir ədəd xəsarətlə nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar edilmiş zədənin lokalizasiyasına görə demək olar ki, şəxs xəsarəti alan zaman müxtəlif duruş vəziyyətlərində olmaqla, xəsarəti yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, köynəkdə olan zədə nahiyəsi isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində solda 01 ədəd deşilmiş-kəsilmiş zədə, bədənin döş qəfəsinin sol yarısının arxa səthində olan bir ədəd xəsarətin eyni alətlə yetirib-yetirilməməsi və qayçı ilə yetirilib-yetirilməməsi barədə fikir söyləmək üçün, iz törədən alətin ekspertizaya təqdim olunduqdan sonra cavab vermək mümkündür. (iş vərəqə 107-109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X7 1915 saylı, xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, X5 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, X3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X5 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X2 məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 100-101) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, X5 Cinayət Məcəlləsinin 126.1-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 86) İş materiallarında olan Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Asif Məmmədov və ailə üzvləri tərəfindən dəymiş ziyan tamamilə ödənib. Asif Məmmədova qarşı heç bir şikayət və tələbi yoxdur və bundan sonra da heç bir şikayət və tələbi olmayacaq. (iş vərəqə 87) Bakı Ağır Cinayətlər Məhkəməsinə Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə2 tərəfindən təqdim edilən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X5 ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu Rayonu İcra Hakimiyyəti Başçısının Növcü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 230 saylı xasiyyətnamədən görünür ki, X5 müsbət xarakterizə olunur. (iş vərəqə 93) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrini rəhbər tutaraq, yetkinlik yaşına çatmamasını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxslə barışması, Asif Məmmədovun ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, əməlini tam etiraf edərək səmimi peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs X5 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun yetkinlik yaşına çatmamasını, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, X2 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddələrinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq tətbiq edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən X2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. X2 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən X2 barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, X5 xx.xx.2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 48) İş materiallarında olan Sabunçu RPİ-nin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, X2 barəsində xx xxxx 2020-ci il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 81) Məhkəmə hesab edir ki, X2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 şübhəli şəxs qismində tutularaq xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. İbtidai istintaq zamanı X2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı 240 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni mindiyi vaxtdan hesablansın. X2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xətai rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. X5 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İbtidai istintaq dövründə X2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X1 təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüququ yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 07 saylı Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-661/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-661/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver