Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-661/2025 17.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X4 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “Zəfər” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, himayəsində azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 687/2023 saylı hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 181.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan başqın edərək quldurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmkalını ələ keçirmə məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci Şimal küçəsində yerləşən 18 nömrəli fərdi yaşayış evinin yaxınlığında olarkən həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı həmin evin həyətinin giriş darvazasını açaraq “Opel” markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək həyətdən çıxarmaqla darvazanın çöl qarşı tərəfində işlək vəziyyətdə saxladığını, yaşadığı həyət evinin darvazasının qapılarını bağlamaq üçün avtomobildən enib düşdüyünü və yaşadığı həyətə daxil olduğunu görüb, Zərərçəkmiş şəxs avtomobildən kənarlaşmasını və avtomobilin mühərrikinin işlək vəziyyətdə olmasından istifadə edərək, avtomobilin sürücü oturacağında oturaraq hərəkətə başlamaq istəyən vaxt avtomobilin qarşısına keçən Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan başqın edib üzərinə doğru avtomobili idarə edərək, avtomobilin qabaq sağ təkəri ilə sonuncunun sağ ayağının üzərində keçməklə, ona sağ ayağının və sağ ayaq pəncəsinin əzilmiş yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə ələ keçirdiyi dəyəri 12.000 manat təşkil edən “Opel” markalı, **- ED-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisə yerindən sürüb qaçırmaqla, Zərərçəkmiş şəxs 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan başqın edərək quldurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,218 qram çəkidə qəhvəli rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 01 ədəd bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 10 may 2024-cü il tarixdə, saat 12:10-da Bakı şəhəri Binəqədi rayon polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən yataqxananın yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 13:25-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,218 qram çəkidə qəhvəli rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 181.2.4 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü CM-in 181.2.4-cü maddəsi ilə təqsirli bilməyərək, CM-in 234.1-ci maddəsi ilə isə təqsirli bilərək göstərmişdir ki, baş verən hadisənin tarixi yadında deyil. Elan olunmuş ittihamın 181.2.4-cü maddəsi ilə onu demək istəyir ki, zərərçəkmiş şəxsin avtomobili işlək, qapısı açıq vəziyyətdə idi. Avtomobilə əyləşib, sürüb getmişdir. Avtomobilin sahibi həyətdə, avtomobil isə çöl tərəfdə olmuşdur. Avtomobili Binəqədi rayonu, Biləcəri qəsəbəsindən götürüb, Sabunçu rayonu, Məhəmmədi kəndinə gətirmişdir. Avtomobillə Məhəmmədi kəndinə getmişdir və avtomobil xeyli müddət orda qalmışdır. Sonra isə avtomobilin buferlərini, qapısını və 4 ədəd təkərlərini satmışdır. Narkotik vasitə ilə bağlı ittiham üzrə onu demək istəyir ki, narkotik vasitə istifadəçisi olduğu üçün üzərimdə 0,218 qram narkotik vasitə heroin olmuşdur. Sadəcə onu demək istəyir ki, o, avtomobilin sahibini görməmiş və qabağına çıxması da mümkünsüzdür. Avtomobil sahibinin ancaq arxasınca qışqırmağı mümkündür, amma avtomobilin sahibinin arxasınca qaçmasının şahidi olmamışdır. Hadisəni törətdiyi vaxt içkili olmuş, amma kiminsə qabağına çıxacaq, vurub qaçacaq vəziyyətdə olmamışdır. Hadisə vaxtı özünü idarə edəcək vəziyyətdə olmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəni tutulduğu gündən 3-4 gün əvvəl əldə etmişdir. Zərər çəkmiş şəxsin ayağında xəsarətin olması mümkünsüzdür. Bəlkə də, zərər çəkmiş şəxs qaçıb yıxıldığı üçün özü xəsarət almışdır. Narkotik vasitə istifadə edirdi, üzərində olan narkotik vasitəni istifadəçi olduğu üçün üzərində daşıyırdı. İbtidai istintaq zamanı ona qarşı heç biri fiziki, psixoloji təsir və ya təzyiq olmamışdır. Barəsində olan cinayət işinin verilmiş ittihamla yekunlaşmamasını istəyir. Himayəsində körpə uşağının olması nəzərə alınmaqla barəsində olan cinayət işinə düzgün baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xx.xx.2024-il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” kimi tanınan əraziyə gəlmişdir. O, həmin yerdə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan bir şəxslə görüşmüşdür. Həmin şəxsin anket məlumatlarını bilmir. Həmin şəxs onun narkotik vasitə və psixotrop maddələrində istifadə və qəbul etdiyini bildirdikdən sonra, ona təklif etdi ki, həmin şəxsə 10 manat pul verib ondan bir ədəd bükümündə narkotik vasitə olan heroini alsın. O, həmin şəxsin təklifi ilə razılaşdıqdan sonra həmin şəxsə üstündə olan 10 manat pulu vermiş, həmin şəxs isə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd mavi rəngli kağızı çıxardıb, həmin kağız bükümdə heroin olmasını ona bildirmişdir. Bundan sonra o, həmin bükümü götürmüş və əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, sonradan evə gedib istifadə etsin. xx.xx.2024-cü il tarixdə, saat 12:10 radələrində yuxarıda qeyd etdiyi yaşadığı evə piyada gedən zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən yataqxanın yaxınlığında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edəndən sonra Binəqədi RPİ-nin 6-cı polis bölməsinin əməkdaşları olduğunu bildirmişlər. Həmin şəxslər ona bildirmişlər ki, o, narkotik vasitələr və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəlidir. Həmin polis əməkdaşları onu 6-cı PB-nə dəvət etdilər, o da onlarla razılaşmış və polis əməkdaşları ilə 6-cı polis bölməsinə gəlmişdir. 6-cı PB-də üzərinə şəxsi axtarış keçiriləcəyi təklif edilmiş və o da bundan etiraz etmədiyini bildirmişdir. Ona dövlət tərəfindən müdafiəçi təqdim edilmiş, üzərinə şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsini istədiyi üçün üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarımın sağ yan cibindən bir ədəd mavi rəngli kağız bükümünü təqdim etmiş və içərisində narkomanlar arasında “kakos” kimi tanınan narkotik vasitə heroinin olduğunu, öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, həmin tərəzidə 0,48 qram görünmüşdür. Bununla bağlı protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra üzərindən aşkar edilmiş mavi rəngli kağız bükümü təhqiqatçı zərfə qoyaraq qablaşdırmış, o, və iştirakçılar zərfin üzərində və protokolu imzalamışlar. O, narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin narkotik vasitəni satmaq və ya kiməsə hədiyyə etmək niyyəti olmamışdır. Narkotik vasitə olan heroini aldığı şəxs təxminən 35-40 yaşlarında, arıq bədənli, 175-180 sm boyu, əynində qara şalvar və qara rəngli gödəkçə var idi, həmin şəxsin başqa əlamətlərini xatırlamır. Bundan başqa o, 2024cü ilin aprel ayının ortaların indi dəqiq tarix yadında deyil Bakı şəhəri,Biləcəri qəsəbəsində dəqiq ünvanı bilmədiyi fərdi evin qarşısında texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra“ markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırıb, sonra yaşadığı evin həyətində gizlədib və saxladığı həmin avtomobilə aid detalları söküb, dükana sataraq pul əldə etmişdir. Bu cinayəti törətməyi onu vadar edən onun ailəsində olan çətin maddi-sosial durum olmuşdur. Belə ki, anası Məlahət xanım böyrək çatışmazlığından uzun müddətdir ki əziyyət çəkir. Anasının müalicəsi və ailənin dolanışı onun üzərindədir. Anasının müalicəsi üçün həkimlər tərəfindən çoxsaylı dərman almaq üçün resept verilmişdir, lakin həmin dərmanların qiyməti çox bahalı olduğundan onun dərman almaq üçün və ailəsini dolandırmaq üçün pula ehtiyacı olmuşdur. İşinin olmadığından və pul qazana bilmədiyindən onun maddi vəziyyəti çox pis olmuşdur. O, pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Yuxarıda qeyd etdiyi cinayət ilə bağlı onu göstərə bilər ki, o, xx.xx.2024-cü il tarixdə, saat 23 radələrindən başlayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, adlarını dəqiq bilmədiyi kafelərdə spirlti içki olan pivə qəbul etmişdir. Sonra o, sərxoş halda olduğundan yaşadığı evə getməmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində,dəqiq ünvanı bilmədiyi xalasının övladları Nuri Həmzəyev və Mehriban Həmzəyevanın yaşadığı evə tərəf piyada getmişdir. O, fikirləşmişdir ki, içkili vəziyyətdə olduğu üçün xalasının evinə getsə, onlara qarşı hörmətsizlik olar. Bu səbəbdən o, elə Biləcəri qəsəbəsinin ara küçələrinin birində olan dalana girib orada gecələmək fikrinə gəlmişdir.Bu məqsədlə o, 17 aprel 2024-cü il tarixdə saat 04:45 radələrində Biləcəri qəsəbəsində olan indi dəqiq ünvanını bilmədiyi dalanın qarşısından keçərkən, orada olan işıq dirəyinin yanında yerdə xalçanın olduğunu görmüşdür. Bundan sonra o, qərara gəlmişdir ki, səhər açılana kimi həmin xalçanın üzərində yatıb istirahət etsin, sərxoşluğu keçdikdən yəni, ayılıb özünə gəldikdən sonra xalasının yaşadığı evə qonaq gedəcəkdir. O, qeyd etdiyi xalçanın üzərinə uzandıqdan təxminən 10 dəqiqə sonra, istirahət edib uzandığı yerdən təxminən 4-5 metrlik aralı məsafədə, qeydiyyat nömrəsini xatırlamadığı həyət evinin darvazasının açıldığını, sonra isə oradan “Opel Astra“ markalı avtomobilin sürücüsünün həmin avtomobili sürüb, darvazanın qarşısında avtomobilinin mühərrikini işlək vəziyyədə saxladığını, aqsaqqal kişinin avtomobildən enib, sürücü tərəfində olan qapını açıq vəziyyətdə saxlayıb, yaşadığı evin həyətinə daxil olduğunu görmüşdür. O, bu an həmin şəxsə məxsus “Opel Astra“ markalı avtomobili qaçırmaq qərarına gəlmişdir. Sonra o, tez uzandığı xalçanın üzərindən qalxaraq, avtomobilə gizlincə yaxınlaşıb, açıq qapıdan sürücü oturacağına əyləşib avtomobilin sükanı arxasına keçmişdir. Sürücü qapısını bağladıqdan sonra avtomobili sürüb oradan uzaqlaşmışdır. O, avtomobili qaçırdıqdan sonra yaşadığı Abşeron rayonu, Məhəmmədli qəsəbəsində qeydiyyatsız fərdi yaşayış evinə gəlmişdir, sonra qaçırdığı avtomobili yaşadığı evin həyətində saxlamışdır. Evdə ailə üzvləri ondan avtomobilin kimə məxsus olduğunu soruşduqda, o, onlara yalan deyərək bildirmişdir ki, həmin avtomobil dostu Əlövsətə məxsusdur. Həmin şəxs həmin avtomobili mənə rənglənməsi üçün veribdir. Onun bu yalanına evdəkilər inandılar və o, onlara avtomobilin qaçırılması ilə bağlı heç nə deməmiş və ailə üzvlərinin bundan xəbərləri olmamışdır. Sonra o, pul əldə etmək məqsədi ilə qaçırdığı avtomobilin detallarını söküb və satmaq qərarına gəlmişdir. Bu məqsədlə, o, avtomobilə aid detalları sökməyə başlamışdır. O, alıcını tapmaq məqsədilə, internetə daxil olub, Opel Astra avtomobilinin ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olan mağazaları və şəxsləri axtarmışdır. O, Opel Astra avtomobilinin ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olan dükana zəng etmiş və telefon zənginə cavab verən şəxsə Opel Astra avtomobilinin ehtiyyat hissələrinin olduğunu bildirmişdir. Sorğu-sual zamanı həmin şəxsə avtomobilin özünə aid olduğunu bildirmişdir. Detalları almaq istəyən şəxs ondan avtomobilə aid texniki pasportun tələb olunduğunu bildirmişdir. O, həmin şəxsə bildirmişdir ki, avtomobilə aid texniki pasportu itirmişdir. Bundan sonra avtomobilə aid detalları almaq istəyən şəxs avtomobilə aid ehtiyyat hissələrini almağına dair razılıq vermişdir. O, təxminən 10-11 gün müddətində avtomobilə aid ehtiyyat hissələrini çıxararaq hissə-hissə onları Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən dəqiq ünvanını bilmədiyi dükana aparıb özünə aid şəxsiyyət vəsiqəni təqdim edərək, qaçırdığı “Opel Astra“ markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən sökdüyü arxa və ön qoşa faraları ümumilikdə 150 (yüz əli) manata, 4 (dörd) ədəd istənmiş təkərin hər birini 20 manatdan olmaqla, ümumilikdə 80 (səksən) manata, 4 (dörd ) ədəd diskin hər birini qiyməti 10 (on) manata olmaqla, ümumilikdə 40 (qırx) manata, 2 (iki) ədəd ön sağ və sol qanadlarını ümumilikdə 80 (səksən) manata, avtomobilə məxsus 1 (bir) ədəd ön buferi 50 (əlli) manata, avtomobililə aid ön sərnişin qapısını və baqaj qapısını ümumilikdə 70 (yetmiş) manata, mühərrikin starter aparatı və dinamo ümumilikdə 60 (altmış) manata satmışdır. Əldə etdiyi ümumilikdə 530 (beş yüz otuz) manat pulu mən öz ehtiyaclarıma xərcləmişdir. Narkotik vasitə heroin almaq məqsədi ilə 10 (on) manat pulu isə üzərində saxlamışdır. O, həmçinin ifadəsində, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamasını, təxminən ayda 2-3 dəfə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satan şəxslərlə görüşərək, 10 (on) manat pul qarşılığında 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və ya narkotik vasitə heroin aldığını, saxlanılan və Binəqədi RPİ-nin 6-cı PB-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətlərinin edilməməsini, əvvəllər Zərərçəkmiş şəxs tanımamasını, “Opel Astra“ markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaqda məqsədinin həmin avtomobilin ehtiyyat hissələrinin satmaqla anası Məlahatin müalicə ilə bağlı pul ehtiyaclarını ödənilməsi olmasını, həmin avtomobilə əyləşdikdən sonra Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin qarşısına keçdiyini görməməsini, ona məxsus avtomobili qaçıran zaman idarə etdiyi avtomobilin qabaq sağ təkəri onun sağ ayağının üzərindən keçdiyini görməməsini və həmin şəxsə xəsarət yetirməməsini, avtomobilin sahibi olan kişini o, avtomobili qaçıran zaman orada görməməsini, o avtomobili qaçırdıqdan sonra saxlanc yerinə baxarkən həmin saxlanc yerlərində tanımadığı şəxslərə aid sənədlər və bank kartları olmasını, içkili vəziyyətdə olduğundan, avtomobili qaçıran zaman hava qaranlıq olduğundan, sürücünün sifət cizgilərinin onun yaddaşında səthi qalmasını, avtomobilə aid detalları söküb satdığı dükanın Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşdiyini, söküb satdığı avtomobilə aid detalları həmin dükanda işləyən və Natiq kimi tanıdığı şəxsə satmağını, 2010-cu ildə “B” kateqoryalı sürücülük vəsiqəsi almasını və onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olmasını, “Opel Astra“ markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid detalları sökdükdən sonra taksi kimi fəaliyyət göstərən şəxslərin idarə etdiyi avtomobillərlə detalları mağazaya aparıb orada Natiq adlı şəxsə satıb pul əldə etməsini, avtomobili qaçırmağı ilə bağlı heç kimə məlumat verməməsini və bu hadisə barədə heç kimə heç nə danışmamasını bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə keçən il xx.xx.2024-cü il tarixdə, saat 05:00 radələrində baş vermişdir. Hər gün yuxudan durub, evdən çıxanda avtomobilin mühərrikini işə salırdı. Avtomobilin mühərrikinin qızması üçün yaşadığı evin darvazasını açıb avtomobili çölə çıxardırdı. Özü isə mühərrik qızana qədər düşüb evin darvazasını bağlayırdı. Darvazanı bağlayıb qapıdan çölə çıxanda avtomobilinə kiminsə əyləşdiyini eşitmişdir. Səsi eşitdikdən sonra avtomobilin ön tərəfinə qaçmışdır. Darvaza ilə avtomobil arasında 2-3 metr məsafə olardı. Avtomobilə əyləşən şəxsin avtomobili sürüb getmək istədiyini görmüşdür. O da əllərini avtomobilin ön hissəsinə qoymuşdur. Təqsirləndirilən şəxs isə avtomobili sürüb çıxıb getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobillə ayağının üstündən keçmişdir. Hava qaranlıq olmuş, saat səhər saat 05 radələri olmuşdur, amma Təqsirləndirilən şəxs həmin vaxtı onu görməyə bilməzdi. Avtomobilə doğru qaçanda avtomobilin sağ tərəfindən önünə doğru yaxınlaşmışdır. Hadisədən sonra isə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən saat 05 radələrində, 6-ya 2-3 dəq işləmiş baş vermişdir. Təqsirləndirilən şəxs əvvəllər görməmiş, ilk dəfə görmüşdür. Hadisə vaxtı avtomobilinin şüşəsi bağlı olmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs dediklərini eşidib-eşitmədiyini bilmir. Hava ala-toran olduğundan Təqsirləndirilən şəxs üzünü görə bilmədiyindən onun hərəkətlərinə nə reaksiya verdiyini görə bilməmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Hadisə vaxtı aldığı xəsarətlə bağlı həkimə müraciət etmişdir. Təqsirləndirilən şəxs avtomobili sürər onu vurar deyə avtomobilin ön hissəsinə keçməmişdir, avtomobilin sağ tərəfində təkərin yanında durmuşdur. Hadisə baş verən vaxtı hava qaranlıq olmuş, yağıntı olmamışdır. Hadisəni ondan başqa heç kim görməmişdir. Qonşuda kamera var idi, amma həmin kameradan heç bir məlumat əldə olunmamaşdır. Hadisəni Təqsirləndirilən şəxs törətməsini o, təsdiq etmir, amma onun avtomobili 21 gündən sonra sonuncunun yaşadığı evin həyətindən tapılmışdır. Təqsirləndirilən şəxsla barışmamış, şikayətçidir. 1 il ərzində onunla heç kim dəymiş ziyanla bağlı razılaşmaya gəlməmişdir. Avtomobili 1 ildir cərimə meydançasındadır. Avtomobilini geri qaytarsalar şikayətini geri götürər. Təqsirləndirilən şəxs cavan, körpə uşağı, ailəsinin olmasının nəzərə alınmaqla yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs bu hadisə ilə bağlı tanımışdır. 2024-cü ilin may ayında bölmənin baş əməliyyat müvəkkili Şahid2 daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən yataqxananın yaxınlığında yaxınlaşmışlar, özlərini polis əməkdaşları olduqlarını təqdim etmişlər və üzərində qanunsuz narkotik vasitələrin saxlanmasında şübhəli olduğunu bildirmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçın xidməti otağında Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında saxlamışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü saat 05 radələri idi. Həmin vaxtı yatmış, evin qapısı döyülmüş, qapını açmış və atası içəri daxil olmuşdur. Həmin vaxtı hadisə artıq baş vermişdir. Atası hadisənin necə baş verdiyini onlara danışmış və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Atası özü ilə bağlı avtomobil qaçırılan vaxtı ayaq nahiyəsindən xəsarət aldığını bildirmişdir. Hal-hazırda da atasının ayağında həmin xəsarətin izləri qalıb. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı vəzifəsində işləyir. Ona daxil olmuş əməliyyat məlumatlarına əsasən xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli , orta təhsilli, məhkum edilmiş, işsiz, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi ev 19-da qeydiyyatda olan və ünvan 2ə yaşayan Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, daşıması və saxlaması ilə məşğul olmasına dair etimad doğuran, məlum və qərərsiz mənbədən əməliyyat məlumat daxil olmuşdur.Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, o və Binəqədi RPİ-nin 6-cı polis bölməsinin sahə inspektoru, polis kapitanı Şahid3 oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır, o, qrupun rəhbəri təyin edilmişdir. 10 may 2024-cü il tarixdə, saat 12:10 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsindəki yataqxana yaxınlığında piyada olan zaman əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Onlar həmin şəxsə özlərini təqdim etmişlər və Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları olduqlarını bildirmişlər. Saxlanılan zaman həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəlidir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün həmin şəxsi Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-in inzibati binasına gəlmiş və inzibati binanın xidməti otaqların birinə dəvət olunmuşdur. Vəkil ona təqdim edildikdən və hüquq, vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmiş, sonuncu əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd mavi rəngli kağıza bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs həmin masanın üzərinə qoyduğu maddənin deməsi təklif olunduqda, o, 01 ədəd mavi rəngli kağız bükümün içərisində olan narkotik vasitə heroinin olduğunu bildirmişdir. Ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə narkotik vasitə olan heroini 10 may 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mavi rəngli kağız büküm elektron tərəzinin üzərinə qoyulmuş və çəkisi 0,48 qram olmuşdur. Aşkar edilən narkotik vasitəyə bənzər maddə mavi rəngli kağız bükümü boş zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O həmçinin ifadəsində, etimad doğuran gərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə heroinin daşıması və saxlaması barədə daxil olmuş məlumat öz təsdiqini tapmasını, lakin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar hansısa bir məlumat əldə olunmamasını bildirmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadələrindən görünür ki, 28 aprel 2024-cü il tarixdə o icarəyə götürüb və işlətdiyi avtomobillərin detalların alqı satqı mağazasına əvvələr tanımadığı, sonradan tanıdığı Təqsirləndirilən şəxs zəng edib bildirmişdir ki, o, özünə məxsus avtomobillə aid ehtiyatlar hissələrini satmaq istəyir. O, həmin şəxsdən avtomobillinə aid sənədlərin surətini istədikdə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, özünə məxsus avtomobilin sənədlərini itirdiyindən avtomobilinə aid detalları satır. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim etdikdən sonra avtomobilə aid ehtiyyat hissələrini qəbul edib alacağını bildirdikdə Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs onun işlətdiyi mağazaya 2005ci il buraxılışı olan “Opel Astra“ markalı avtomobilə aid arxa və ön qoşa faraları, 4 ədəd işlənmiş təkərləri, 4 ədəd diskləri, avtomobilə aid 2 ədəd ön sağ və sol qanadları, avtomobilə məxsus 1 ədəd ön buferi, avtomobilə aid 1 ədəd ön sərnişin qapısını və avtomobilə aid 01 ədəd baqaj qapısını, avtomobilə aid 01 ədəd mühərrikin starterin aparatını və avtomobilə aid 01 dinamonu gətirib təhvil vermiş və o da ondan avtomobilə aid hissələri qəbul etdikdən sonra Təqsirləndirilən şəxs ümumilikdə 530 manat pul vermişdir. O həmçinin ifadəsində Təqsirləndirilən şəxs ona oğurladığı avtomobildən detalların söküb satdığı barədə heç nə bildirməməsini, həmin avtomobilə aid detalları və əşyaları Təqsirləndirilən şəxs qəbul edərkən, o, tək olmuşdur və yanında kənar şəxslər olmamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 16 aprel 2024 cü il tarixdə indi dəqiq vaxt yadında deyil həyat yoldaşı Təqsirləndirilən şəxs evdən çıxıb getmiş və həmin gün evə qayıtmışdır.17 aprel 2024-cü il tarixdə indi dəqiq saat və vaxt yadında deyil o, evin həyətinə çıxanda bir boz rəngli markasını və dövlət qeydiyyat nömrəsini bilmədiyi avtomobilin dayandığını görmüşdür. O və Səfadarın anası Məlahət xanım Səfadardan həmin avtomobilin kimə məxsus olduğunu və nə üçün yaşadıqları evin həyətində saxladığını soruşduqda, Səfadar bizə bildirmişdir ki, həmin avtomobil onun dostuna məxsusdur, avtomobili təmir etmək üçün dostu ona vermişdir. Avtomobil həyətdə olduğu müddətdə Səfadar avtomobilin üzərində olan detalları söküb harasa aparıb vermişdir. Səfadarın avtomobilə məxsus detalları kimə verdiyini o bilməmişdir. 10 may 2024-cü il tarixdə axşam saatlarında onun yaşadığı evə Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları gəlmişlər və Səfadarın oğurladığı avtomobilə görə axtardıqlarını bildirmişlər. Onlardan polis əməkdaşları Səfadarın evdə olmadığını soruşduqda qaynanası onlara bildirmişdir ki, oğlu Səfadar evdə yoxdur. Polis əməkdaşları Səfadarın evdə olmadığından əmin olduqdan sonra çıxıb getdilər. Həmin gün gecə saatlarında Səfadar evə gəlmişdir və onlar ona polis əməkdaşlarının gəlib onu axtardıqlarını bildirmişdir. X10 bildirmiş ki, gedib təslim olsun və onu polis axtarır. 11 may 2024-cü il tarixdə indi dəqiq vaxt yadında deyil Səfadar polisə getmək adı ilə evdən çıxıb getmiş və ondan sonra bir müddət xəbər olmadı. Həmin gün axşam saatlarında onlara məlum oldu ki, Səfadarı polis əməkdaşları saxlamışlar. O həmçinin ifadəsində, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə heroin və avtomobil oğurladığına görə saxlandığını bildirmişdir. Məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş vəfat etmiş şəxs Şahid5 ifadələrindən görünür ki, digər Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi bildirilmişdir. (l cild i.v. 3) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi barədə Binəqədi RPİ-nin 6-cı PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 5-6) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:15-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 12:10-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 24) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd mavi rəngli kağıza bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitə olan heroinə bənzər kütlənin çəkisi 0,48 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin narkotik vasitə olan heroinə bənzər kütləni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (l cild i.v. 35-36, 199-200) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2643 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 175“ dairəvi möhür əksi, “Şübhəli şəxs: Axundov (imza)” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,218 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild i.v. 45-49) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1/1061 saylı material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (İ cild i.v. 67) xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə ünvan 7 ünvanının qarşısında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 71-73) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 86-93) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq təsdiq etmişdir. (İ cild i.v. 108-111) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 180.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 112-113) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 118-120) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-315/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-582/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(001)-766/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 151-156, 217-221, 315-319) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X6 adlı azyaşlı uşağı vardır. (İ cild i.v. 171) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-687/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. ( İ cild, i.v. 175-176, 224-231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X13 Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3739 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. (İ cild i.v.188-189) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 xx.xx.2024-cü il tarixli, 952 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. (İ cild i.v.190-192) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 xx.xx.2024-cü il tarixli, 955 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ ayağın və sağ ayaq pəncəsinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin təkərinin onun sağ ayağının üzərindən keçməsi nəticəsində əmələ gələ bilərdilər. (İ cild i.v.193-195) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6441 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2006-cı il buraxılışı olan “Opel” markalı “Astra” modelli **-ED-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə məxsus ehtiyyat hissələrinin istifadədə olmuş vəziyyətdə 2024-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1200,00 manat müəyyən edilir. Həmin ehtiyyat hissələrinin adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (İ cild i.v. 233-235) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi, tövsif edilməsi və maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlləri CM-in 180.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 181.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalan 0,168 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Opel” markalı “Astra” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi rayonu 5 saylı “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin saxlama meydançasına təhvil verilmişdir. (İ cild i.v. 247-264) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 181.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 267-269) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza cəkməkdən yayındığı üçün idarədə qeydiyyata götürülməmiş, ona təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə cəzanın heç bir hissəsini çəkməmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 181.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 181.2.4 və 234.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır və az ağır cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə zamanı CM-in 181.2.4-cü maddəsi ilə təqsirli bilməməsi, avtomobilin sahibini görməməsi, zərərçəkmiş şəxsin ayağında xəsarətin olmaması və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan başqın edərək quldurluq etməsi və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımasına dair ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır”. X12 18-ci bəndində göstərilmişdir ki, “Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. X12 27-ci bəndində göstərilmişdir ki, özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 181.2.4 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-687/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza cəkməkdən yayındığı üçün idarədə qeydiyyata götürülməmiş, ona təyin edilmiş 01 il 05 ay 26 gün müddətinə cəzanın heç bir hissəsini çəkməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi çəkilməmişdir. CM-in 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-in 67.1-ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 26 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 08 ay 28 gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 26 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 08 ay 28 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmədə tədqiq edilmiş və xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:15-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-315/2024 saylı qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(001)-582/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(001)-766/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 164 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatından sonra qalan 0,168 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayonu 5 saylı “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin saxlama meydançasına təhvil verilmiş 01 ədəd “Opel” markalı “Astra” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində axtarış və götürməni əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçilər Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 saat, “Zəfər” Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 20 saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat, “Zəfər” Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 manat, göstərdiyi cəmi 20 saat hüquqi yardıma görə “Zəfər” Vəkil Bürosunun vəkili X2 üçün 120 manat, məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış: Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatından sonra qalan 0,168 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Binəqədi rayonu 5 saylı “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin saxlama meydançasına təhvil verilmiş 01 ədəd “Opel Astra” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat, göstərdiyi cəmi 20 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Zəfər” Vəkil Bürosunun vəkili X2 üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-661/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-661/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver