Məhkəmə qərarları › İş №1(101)-662/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-662/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-662/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 04 iyul 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilib halhazırda AR ƏN PX-nin Bakı İstintaq Təcridaxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə başqa mənbədən kustar üsulla hazırlanmış külli miqdarda, yəni 3,646 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 12 avqust 2020-ci il tarixdə saat 10:30 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi Musabəyov küçəsində Şahid4 həmin narkotik vasitə heroindən iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,886 qram və 0,637 qram, ümumi təmiz çəkisi 1.523 qram olan narkotik vasitə heroini 20 manata satmış, qalan 2,123 qram təmiz çəkisi olan narktik vasitə olan heroini üzərində saxlamaqla daşımış və 02 oktyabr 2020-ci il tarixdə saat 19:20 radələrində Qaradağ RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Qaradağ rayon Ələt qəsəbəsində A.Abdullayev küçəsində yerləşən «Cavidan» marketin yaxınlığında saxlanılıb Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilib orada üzərində axtarış aparılan zaman onun əynindəki köynəyin cibindən kağıza bükülmüş təmiz çəkisi 2.123 qram küstar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o 2018-ci ilin mart ayından 2020-ci ilin mart ayınadək qanunsuz odlu silah əldə edib üzərində gəzdirdiyi üçün həbsdə olmuş və mart ayında azadlığa çıxmışdır. 02 oktyabr 2020-ci il tarixdə isə o, narkotik vasitə olan heroini əldə edib üzərində saxladığı və daşıdığı üçün saxlanılmışdır. O, narkotik maddələrin alüdəçisidir. Onun Şahid4 adlı tanışı vardır. O, Mehmanı uzun müdətdir tanıyır. Aralarında normal münasibətləri vardır. Ədavətləri yoxdur. Mehman Qaradağ rayonu Ələt qəsəbəsində onunla qonşuluqda yaşamışdır. Mehman narkomandır və narkotik maddələrdən istifadə edir. Mehmanı o, sonuncu dəfə 2020-ci ilin may ayında görmüşdür. 02 oktyabr 2020-ci il tarixdə saat təxminən 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsindən keçib gedərkən yerdə siqaretin qara rəngli kağızındakı bükülü onun marağını cəlb etdiyi üçün həmin o, bükülünü yerdən götürmüş, bükümü açmış, içərisində narkotik maddə olan heroin olduğunu görüb həmin bükümü əynindəki köynəyin cibinə qoyub evə getmişdir. 02 oktyabr 2020-ci il tarixdə saat 19:20-də cibində həmin heroinlə Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən “Cavidan” marketin yaxınlığından keçərkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Qaradağ RPİ-nin 11-ci PBnin əməkdaşları olduqlarını ona bildirdikdən sonra adının Məhəmməd olubolmamasını ondan soruşmuşlar. O polis əməkdaşlarına bildirmişdir ki, o, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları onu Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PB-də otaqların birində üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuşdur. Vəkil Elxas Əsgərov Qaradağ RPİ-nin 11-ci PB-nə gəlmiş və ona təqdim olunmuşdur. O,vəkili qəbul etdikdən sonra vəkilin və polis əməkdaşlarının iştirakları ilə video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşlar. O da əynindəki gödəkçənin sol üst cibindən bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Bükülünün içərisindən heroin aşkar edildi. O, polis əməkdaşlarına həmin narkotik vasitəni 02 oktyabr 2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsində yerdən taparaq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Orada aşkar edilərək götürülmüş içərisində heroin olan büküm zərfə qoyularaq qablaşdırılıb möhürləndi. Bağlamanın üstü iştirakçılar tərəfindən imzalandı. İndi isə törətdiyi əməldən peşimandır. Şahid1 ifadələrində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 avqust 2020-ci il tarixdə Qaradağ rayon Ələt qəsəbə sakini Şahid4 qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuşdu Məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradıldı. O da qrupun rəhbəri təyin edilmişdir. 13 avqust 2020-ci il tarixdə saat 12:50-də o, Ələt qəsəbəsi Park küçəsi 1 ünvanında yerləşən “Ələt Dəmiryolu” xəstəxanasının qarşısında Şahid4 saxlanılaraq polis bölməsinə gətirildi. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişlə Şahid4 üzərində axtarış aparıldı. Axtarışdan əvvəl Murad Xəlilova üzərində daşınması və saxlanması qanunla qadağan olunmuş əşya varsa təqdim etmək təklif olundu. O da əynindəki şalvarın cibindən iki büküm çıxardıb masaya qoydu.Həmin bükümlərə baxış keçirilən zaman qəhvəyi rəngli spesifik iyə malik olan narkotik maddəyə bənzər vasitə aşkar edildi. Sorğu zamanı Mehman həmin maddəni üzdən tanıdığı Məhəmməd adlı şəxsdən aldığını və sonradan həmin maddəni satış məqsədi ilə tanıdığı İsabala adlı şəxsə satacağanı bildirdi. Bu barədə müvafiq protokol tərtib edildi. Aşkar edilmiş iki bükümdə olan maddə zərfə qoyuldu. Zərfin ağzı bağlanıb, üsü imzalandı, sonra da möhürləndi. Murad heroini 02 oktyabr 2020-ci il tarixdə Məhəmməddin aldığını demişdi. Muradın anket məlumatları müəyyən olundu. Bu barədə Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 11-ci PB-nin rəisinə raportla məruzə edərək ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və əldə edərək üzərində saxlaması barədə rəhəbərliyə məruzə edilmişdi. Əməliyyat qrupu yaradıldı. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə saat 19:20-də Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən “Cavidan” marketin yaxınlığında saxlanılaraq Qaradağ RPİnin 11-ci PB-nin inzibati binasına gətirildi. Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxışda onun vəkili X2 da iştirak edirdi. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya vardırsa həmin əşyanı masanın üzərinə qoymaq təklif olundu. Təqsirləndirilən şəxs əynindəki köynəyin cibindən bir ədəd bükülünü çıxarıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini 02 oktyabr 2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsində yerdən taparaq üzərində saxlayıb gəzdirdiyini dedi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm zərfə qoyularaq qablaşdırıldı, «223» saylı möhürlə möhürləndi, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalandı. Şahidlər Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun ifadələrində göstərdiyi halları təsdiq etdilər. Şahid4 ifadələrində göstərdi ki, o, 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Qaradağ RPİ tərəfindən həbs edilmiş və Qaradağ rayon məhkəməsinin hökmü ilə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2019-cu ildə azadlığa buraxılmışdır. O, narkomandır. Onun bədənində güclü ağrılar olduğu üçün heroin qəbul edir. O, 12 avqust 2020-ci il tarixdə saat 10:30 radələrində Ələt qəsəbəsində Musabəyov küçəsində olarkən üzdən tanıdığı və məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Məhəmməd ona 20 manata kokos, yəni heroin təklif etdi. O da razılaşıb 20 manata Məhəmməddən iki büküm kokos almışdır. Həmin bükümləri o, dörd büküm edib, iki bükümünü satıb pul əldə etmək, iki bükümü isə özü istifadə etmək üçün almışdır. O, aldığı iki büküm heroini əynindəki şalvarın cibinə qoymuşdur. 13 avqust 2020-ci il tarixdə iki büküm kokosu dörd büküm edib İsabala kimi tanıdığı şəxsə satmağa hazırlamışdır. 13 avqust 2020ci il tarixdə saat 12:50-də o, bu məqsədlə evdən çıxıb Ələt qəsəbəsi Park küçəsi, 1 ünvanında “Ələt Dəmiryolu” xəstəxanasının qarşısında olarkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini təqdim edib Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdilər və onu Qaradağ RPİ-nin 11-ci Polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində vəkilin iştirakı ilə onun barəsində tutma protokolu tərtib edilmiş və daha sonra video çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, könüllü olaraq əynindəki cins şalvarın cibində saxladığı heroini çıxarıb təhvil vermişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq möhürləndi və bu barədə protokol tərtib edildi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd videodiskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis bölməsinin inzibati binasında xidməti otaqda polis əməkdaşının üzərinizdə qanunla daşınması və saxlanması qadağan olunmuş əşyanın olub-olmaması sualına cavab olaraq əynində ağ rəngli qolsuz köynəyin sol üst cibində olan siqaretin qara rəngli kağız kəsiyinə bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükülüdə olan maddənin narkotik vasitə heroin olmasını və istifadə etmək üçün əldə etməsini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş istintaq zamanı Şahid4 ilə təqsirləndirilən şəxs X5 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 narkotik vasitə hesab edilən heroini Təqsirləndirilən şəxs aldığını təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 avqust 2020-ci il tarixli 6/1548 saylı rəyindən görünür ki, vətəndaş Şahid4 oğlundan aşkar edilmiş 2 ədəd bükümdə ayrı ayırılıqda təmiz çəkiləri 0,886 qram və 0,637 qram, ümumi təmiz çəkisi 1,523 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 noyabr 2020-ci il tarixli 6/2513 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 59” və “Tədqiqat Obyekti №60” ştamp əksləri olan paketlərdəki vət.Şahid4 götürülmüş 2 (iki) ədəd bükümdə heroinlər vət. Təqsirləndirilən şəxs götürülmüş 1(bir) ədəd bükümdə olan heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 oktyabr 2020-ci il tarixli 6/2053 saylı rəyinin surətindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,123 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 2,123 qram narkotik vasitə və Şahid4 aşkar edilmiş 1,523 qram heroin maddi subut tanınıb məhkəmə fiziki-kimyəvi ekspertizası keçiriləndən sonra qalıq qalmış 2,073 qram və 1,373 narkotik vasitə olan heroin saxlanılması üçün Qaradağ RPİ-nin saxlancına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 oktyabr 2020-ci il tarixli 2807 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onu bu əməli törətməyə görə təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli olması qənaətinə gəldiyindən onun bu əmələ görə qanunda nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 08 oktyabr 2020-ci il tarixli 2807 saylı rəyinə ona narkomaniyadan xəstəliyndən əziyyət çəkməsini nəzərə alıb ona cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə 109 (yüz doqquz) manat 90(doxsan) qəpik xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat ərzində hüquqi yardım göstərilmişdir. Buna görə ona 150 (yüz əlli) manat ödənilməlidir. Məhkəmə, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünki Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 2,123 qram narkotik vasitə və Şahid4 aşkar edilmiş 1,523 qram heroinin məhkəmə fizikikimyəvi ekspertizası keçiriləndən sonra qalmış 2,073 qram və 1,373 qram heroinin dövriyyəsi qadağan edilən əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitənin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarı arasında yaranmış fərqi onun ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 14 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi cinayət qanunu ilə az ağır cinayətlər kateqoriyasına aid edilib bu əmələ görə cəza çəkilib qurtardıqdan sonra iki il müddətə məhkumluq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hazırkı əməli 12 avqust 2020-ci il tarixdə, yəni məhkumluğu dövründə törətmişdir. Bu səbəbdən də onun əməlində cinayətələrin residivi vardır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, onun əməlində cinayətələrin residivi olduğunu nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdə tutulub, 29 oktyabr 2020-ci il tarixdə barəsində qətimkan tədbiri qismində həbs seçilməsi və hazırkı vaxta qədər AR ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılması müəyyən edildi. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən qanunun tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin 27 oktyabr 2020-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə araşdırılmış iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, ittiham olunduğu cinayət əməlinin törədilməsi halları barəsində ifadələr verib cinayətin açılmasında iştirak etmişdir. Məhkəmə həmin halları onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirli bilindiyi əməli törətməmişdən qabaq və sonrakı davranışını xarakterizə edən yuxarıda göstərilən halları, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356- cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesab edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya xəstəliyi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsi ilə bağlı 150 (yüz əlli) manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Qaradağ RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 2,123 qram narkotik vasitə heroin və Şahid4 aşkar edilib götürülmüş 1,523 qram heroin maddi subut hesab edilmiş və məhkəmə fiziki-kimyəvi ekspertizası keçiriləndən sonra qalıq qalmış 2,073 qram və 1,373 narkotik vasitə dövriyyəsi qadağan edilən əşya kimi məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar