Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-662/2023 21.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X3 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olub, faktiki olaraq ünvan 4, mənzil 50də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə 5,745 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 3,056 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayaraq daşımış və 06 iyun 2022-ci il tarixdə saat 17:15 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Sabunçu rayonu, ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 5,745 qram çəkidə külli miqdarda qəhvəyi rəngli toz halında kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə 3,056 qram çəkidə külli miqdarda ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxt və yerdə naməlum mənbədən qanunsuz olaraq satış məqsədi ilə 03 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini 35 manat müqabilində alaraq əldə edib, üzərində saxlamaqla daşımış, 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Kənd Əhmədli” qəsəbəsində əvvəllər tanıdığı Şahid5 01 ədəd bükümdə həmin narkotik vasitə olan heroindən 10 manat müqabilində satmış, qalan 02 ədəd bükümdə narkotik vasitə olan heroini üzərində daşımış, 26 avqust 2022-ci il tarixdə saat 21:30 radələrində Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılaraq ünvan 5a yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,164 qram, 0,231 qram, ümumi çəkisi 0,395 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təqsirləndirildiyi bir epizod üzrə Bakı şəhəri Xətai RPİ, digər epizod üzrə isə Sabunçu RPİ tərəfindən tutulmuşdur. Birinci epizod üzrə onu polis əməkdaşları şübhəli şəxs kimi tutub polis bölməsinə aparmış, həmin zaman üzərində bir büküm “patı” adı ilə bildiyi psixotrop maddə metamfetamin olmuşdur. Xətai RPİ tərəfindən tutulan zaman isə onun üzərində heç bir narkotik vasitə olmamış, həmçinin Səməd adlı şəxsə narkotik vasitə verən zaman tutulmamışdır. Onu 26 avqust 2022-ci il tarixdə Xətai rayon 34-cü polis bölməsinin əməkdaşları saxlamış, bölmədə olarkən vəkil də iştirak etmişdir. Polis əməkdaşları bir gün əvvəl Səmədi də tutaraq onu məcbur etmişlər ki, narkotik vasitəni ondan alması barədə ifadə versin, lakin nə onun üstündə, nə də ki, Səmədin üstündə narkotik vasitə olmamışdır. O, Şahid5 qısa bir müddət ərzində tanımış, ona narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, birinci epizod üzrə 2022-ci ilin iyun ayında Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. O, İİR-nın vətəndaşının kartına 100 manat pul köçürüb onun göstərdiyi yerdən narkotik vasitə götürməyə gedəndə polis əməkdaşları onu tutmuşlar. O, 3 qram narkotik vasitə sifariş etmiş, lakin bölmədə onun üzərinə baxış keçirilən zaman 11 qram narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitəni almaq üçün Bakıxanov (Razin) qəsəbəsinə getmiş, ona göndərilmiş ünvan üzrə ərazini axtarmış, lakin heç nə tapa bilməmiş, taksi ilə evə qayıdarkən 2 nəfər polis əməkdaşı onu saxlayaraq üzərinə şübhəli şəxs kimi baxış keçirəcəklərini demişlər. O da bununla razılaşmış, baxış zamanı onun üzərindən narkotik vasitə aşkar olunmamış, üzərində yalnız 1 ədəd balaca bıçaq olmuşdur. Polis əməkdaşları ona maşından düşməyə imkan verməmiş, özləri narkotik vasitəni tapıb ona şəkli göndərilmiş narkotik vasitəni göstərmişlər, o da həmin narkotik vasitənin onun üçün qoyulduğunu təsdiq etmişdir. Onun üzərinə küçədə baxış keçirmişlər, sonra onu bölməyə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Bölmədə olarkən video çəkiliş zamanı o, aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını demiş, bir gün axşama kimi polis əməkdaşları onu döymüş, ikinci gün məcbur qalıb razılaşmışdır. Onu məhkəməyə aparan zaman məhkəmədə narkotik vasitənin istifadəçisi olduğunu demiş, onun barəsində məhkəmədə seçilən həbs qətimkan tədbiri ləğv edilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Müstəntiq ona CMnin 234.1-1-ci maddəsi ilə ittiham veriləcəyini desə də, sonradan bilmişdir ki, CM-nin 234.4.2-ci maddəsi ilə ona ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin verilən suallara cavab olaraq bildirdi ki, Sabunçu RPİnin əməkdaşları tərəfindən İntiqam adlı şəxslə birlikdə tutulmuş, İntiqam onunla taksidə bir yerdə olmuşdur. Narkotik vasitəni əldə etmək üçün ona göndərilmiş ünvana getmiş, ünvanda heç nə tapa bilməmiş, geri qayıdıb taksiyə əyləşmək istədikdə iki nəfər mülki geyimli polis işçisi ona yaxınlaşaraq özlərini təqdim etmiş, onlarla Polis İdarəsinə getməsini xahiş etmişlər. Polis bölməsində üzərinə baxış keçirilən axtarış zamanı üzərindən telefon, pul və bıçaq aşkar olunmuşdur. Polis əməkdaşları onları yenidən narkotik göndərilmiş ünvana aparmışlar, onu maşından çölə çıxarmamışlar. Ona sellofan paketdə büküm göstərmişlər, bükümün şəkili ona göndərildiyi üçün, həmin bükümün onun götürməli olduğu büküm olduğunu anlamış və o, həmin bükümün onun üçün qoyulduğunu bildirmişdir. Sonra onu yenidən bölməyə gətirmişlər, müdafiəçi dəvət etmişlər. Lakin onun qarşısına qoyulan büküm fərqli büküm olmuş, orada olan narkotik vasitə ona məxsus olmamışdır. Onu rəisin yanına aparmışlar, rəis ondan narkotik vasitənin ona məxsus olubolmadığını soruşmuş, o da ona məxsus olmadığını bildirmişdir. Şəkildə göndərilən paket göy rəngli sellofan paket olmuş, o, üç qram narkotik vasitə sifariş vermiş, lakin qarşısına qoyulan narkotik vasitə 15 qram olmuşdur. Xətai RPİ-də tutulduğu zaman evə girən an polislər yaxınlaşıb qolundan tutub, bölməyə aparmışlar, üzərinə baxış keçirilən zaman üzərindən balaca narkotik vasitə hesab olunan “daş” çıxmış, o, siqaret qutusunun içərisində olmuşdur. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda və təkrarən narkotik vasitə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxsi bölmədən tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Təxminən 1 ildən çoxdur ki, təqsirləndirilən şəxsi digər əməliyyat müvəkkili ilə birlikdə Bakıxanov qəsəbəsində narkotik vasitələrdən istifadəyə görə saxlamış və bölməyə gətirmişlər. Bölmədə olarkən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik maddə olan metamfetamin və heroin aşkar edilmişdir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan və ya bölməyə gətirilən zaman hər hansı bir təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilən maddələrlə bağlı bildirmişdir ki, maddəni öz istifadəsi üçün təxminən 100 manat qarşılığında İran vətəndaşından almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsini təsdiq etmişdir. (i/v: cild İ, səh. 259-260) Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tutulmamışdan 10-15 gün əvvəl tanımış, o, Turala zəng edərək ona 10 manat pulu olduğunu, ona narkotik vasitə lazım olduğunu bildirmiş və köməklik etməsini xahiş etmişdir. Tural da ona demişdir ki, məhəlləyə çıxsın, ona köməklik edəcək. O, məhəlləyə çıxdıqda polis əməkdaşları onu saxlamışlar. Təqsirləndirilən şəxs nömrəsini ona tanış bir adam vermiş və ona bildirmişdir ki, Tural da narkotik vasitə istifadəçisidir, ona da narkotik vasitə tapa bilər. O da Turala zəng etmiş və birlikdə narkotik vasitə qəbul etməyi təklif etmişdir. O, AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, onun əvvəllər də məhkumluğu olmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Masallı rayonundan Bakıya təzəcə işləmək üçün gəlmişdir. O, ilk dəfə Turala zəng vurmuşdur. Onun barəsində olan cinayət işində narkotik vasitəni Turaldan alması göstərilmişdir. Üzərindən bir büküm narkotik vasitə aşkar edilmiş, əvvəllər Turalla birlikdə narkotik vasitə qəbul etməmişdir. 3-4 ildir ki, narkotik vasitələrdən istifadə edir. Hadisə günü saat 2-3 radələrində Turalla danışmış, əvvəllər heç vaxt Turalla görüşməmiş, Turala zəng vuraraq nömrəsini tanış adamın verdiyini, ona narkotik vasitə lazım olduğunu və tapmaq üçün köməklik etməsini xahiş etmişdir. Tural da ona “məhəlləyə gəl, həll edərik” demişdir. Məhkəmə iclasında müdafiəçinin vəsatəti ilə Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş və müəyyən olunmuşdur ki, Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilir, özü Masallı rayonunda qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində nömrəsiz evdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Özü təxminən bir il olar ki narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. Özü həmin narkotik vasitəni mütəmadi olaraq istifadə etdiyindən narkotik vasitəni istifadə etmədikdə bədənində ağrılar olur və ona görə də o, həmin narkotik vasitəni tapıb, alıb istifadə edir. 25 avqust 2022-ci il tarixdə saat 20 radələrində o, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində tək piyada hərəkət edən zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs görmüşdür. O, Turalın narkotik vasitə istifadəçisi olduğunu bilib, onda narkotik vasitə olduğunu soruşmuş və Tural ona bildirmişdir ki, onda narkotik vasitə olan heroin var və o, həmin bükümü ona 10 manata sata bilər. O, buna razılığını bildirmiş və 10 manata Turaldan 1 büküm narkotik vasitə olan heroini almış və əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Sonradan o, yaşadığı evə getmiş və həmin narkotik vasitə olan heroini özündə saxlamışdır. 26 avqust 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmişlər və ondan anket məlumatlarım barədə maraqlanmışlar, o həmin şəxslərə özünü təqdim etmiş və onlar onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə keçməyə dəvət etmişlər. O, həmin şəxslərə öz razılığını bildirmiş və həmin şəxslərlə birlikdə polis şöbəsinə getmişdir. Yolda gedən zaman həmin polis əməkdaşları ona əllərini ciblərinə salmağa imkan verməmişlər. Daha sonra polis şöbəsində xidməti otaqda ona təqdim olunmuş vəkil və videoçəkiliş ilə hüquqlarımı izah edərək narkotik vasitənin qanunsuz daşıması və saxlanılmasında şübhəli bilindiyindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddənin və ya əşyanın olmasını, olduğu halda təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş maddəni təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə olan heroindir və o, həmin narkotik vasitə olan heroini 25 avqust 2022-ci il tarixdə axşam radələrində Bakı şəhəri, Xətai rayonu, “Kənd Əhmədli” qəsəbəsində əvvəllər tanıdığı Tural adlı şəxsdən 10 manat müqabilində almışdır. Ondan aşkar olunaraq götürülmüş 1 bükümdə olan narkotik vasitə heroin orada olan tərəzi vasitəsi ilə çəkilmiş və həmin bükümün çəkisinin 0,31 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin büküm zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib olunmuş və imzalanmışdır. Məhkəmə iclasında Şahid5 məhkum olunmasına dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(011)-62/2023 nömrəli hökmü elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Şahid5 özünün təqsirləndirilməsinə dair cinayət işi üzrə də hazırkı cinayət işi üzrə məhkəmə iclasında verdiyi ifadəyə uyğun məzmunda ifadələr vermişdir. Həmin hökmlə Şahid5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 hadisə baş verən vaxtdan uzun müddət keçdiyinə görə hadisəni dəqiqliyi ilə xatırlamadığını bildirdiyindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunarkən müəyyən edilmişdir ki, 26 avqust 2022-ci il tarixdə xidmətdə olarkən Şahid5 Xətai rayon inzibati ərazisində qanunsuz olaraq narkotik vasitələrin daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, aidiyyəti üzrə raportla PŞ-nin rəhbərliyinə müraciət etmiş və Şahid5 qanunsuz əməllərin ifşa edilməsi məqsədi ilə o və Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri o təyin olunmuşdur. Bundan sonra o, Şahid2 ilə birlikdə ünvan 8 ünvanın qarşısına getmiş və orada ətrafı müşahidə etmişlər. Bu zaman saat 19 radələrində bir nəfər zahiri əlamətlərinə görə Şahid5 oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduğunu bildirmiş və ondan anket məlumatları barədə maraqlanmışlar. Həmin şəxs anket məlumatlarını bildirdikdən sonra onlar tam əmin olmuşlar ki, həmin şəxs Şahid5dir və ona narkotik vasitələrin qanunsuz daşınması və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirirək onlarla birlikdə polis bölməsinə keçməyi xahiş etmişlər. Şahid5 onlara öz razılığını bildirmiş və onu əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirmiş və bu barədə raportla müraciət etmişlər. Daha sonra həmin bölmənin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribovun xidməti otağında Şahid5 təyin edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılacağı bildirilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Şahid5 üzərində hər hansı qeyri-qanuni əşya maddə və predmetin olması barədə sual verilmiş, olduğu halda könüllü olaraq təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra Şahid5 əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, içərisində spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə olan heroindir, həmin narkotik vasitə olan heroini 25 avqust 2022-ci il tarixdə öz istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində əvvəllər tanıdığı Tural adlı şəxsdən 10 manat müqabilində almışdır. Həmin narkotik vasitəyə bənzər maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin maddənin çəkisinin 0,31 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin maddə ağ rəngli zərfə qoyulmaqla qablaşdırılmış və proses iştirakçıları tərəfindən zərf imzalanmış, daha sonra bununla bağlı protokol tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur. Bundan sonra o, Tural adlı şəxsin müəyyən edilməsi və qanunsuz əməllərinin ifşa edilməsindən ötrü Xətai RPİ-nin 34-cü PŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra o, Şahid2 ilə ünvan 8 ünvanın qarşısına gedib orada ətrafı müşahidə etmişlər. Bu zaman saat 21:30 radələrində bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduğunu bildirmiş və ondan anket məlumatları barədə maraqlanmışlar. Həmin şəxs anket məlumatlarını bildirdikdən sonra onlar tam əmin olmuşlar ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və ona narkotik vasitələrin qanunsuz daşıması və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirirək polis bölməsinə keçməyi xahiş etmişlər. Təqsirləndirilən şəxs öz razılığını bildirmiş və onu əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirmişlər və bu barədə raportla müraciət etmişlər. Daha sonra həmin bölmənin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribovun xidməti otağında Şahid5 təyin edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə Elxan Qəribov tərəfindən üzərinə şəxsi axtarış və götürmə hərəkətinin aparılacağı bildirilmişdir və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya maddə və predmetin olması barədə sual verilmiş, olduğu halda könüllü olaraq təqdim edilməsi xahiş olunmuşdur. Bundan sonra Şahid5 əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli falqa kağızına bükülmüş, içərisində spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər maddəni çıxararaq təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə olan heroindir, həmin narkotik vasitə olan heroini öz istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli adlanan yerdə tanımadığı şəxsdən 35 manat müqabilində almış və 25 avqust 2022-ci il tarixdə həmin narkotik vasitədən tanıdığı Səməd adlı şəxsə 10 manat müqabilində bir ədəd büküm satmışdır. Həmin narkotik vasitəyə bənzər maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin maddənin çəkisi 0,63 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin maddə ağ rəngli zərfə qablaşdırılmış və proses iştirakçıları tərəfindən zərf imzalanmış, daha sonra bununla bağlı protokol tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur. (i/v: cild İ, səh. 161-163) İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə analoji ifadə verərək sonuncunun ifadəsini təsdiq etmişdir. (i/v: cild İ, səh. 164-166). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nə Şahid5 Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə saxlanılması və qəbulu ilə bağlı daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 26 avqust 2022-ci il tarixdə saat 19 radələrində ünvan 8 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin olduğunu bildirmiş, həmin maddəni 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində əvvəllər tanıdığı Tural adlı şəxsdən 10 manat müqabilində almasını bildirmişdir. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilərək bükümün 0,31 qram olması müəyyən olunmuşdur. (i/v: cild İ, səh. 33- 34) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə saxlanılması və satışı ilə bağlı daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncu 26 avqust 2022-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin olduğunu bildirmiş, həmin maddəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 35 manata aldığını, 25 avqust 2022-ci il tarixdə həmin narkotik vasitədən 1 bükümdə 10 manat müqabilində əvvəllər tanıdığı Səməd adlı şəxsə satdığını bildirmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərək bükümlərin çəkisinin 0,63 qram olması müəyyən olunmuşdur. (i/v: cild İ, səh. 63-64) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 13-cü PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu 06 iyun 2022-ci il tarixdə saat 17:15 radələrində ünvan 10 ünvanın qarşısında saxlanılaraq PB-nə gətirilmiş, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd ağ sellofana bükülmüş qəhvəyi rəngli kəskin iyə malik toz halında, 01 ədəd ağ sellofana bükülmüş ağ kristal şəklində kəskin iyli narkotik vasitəyə bənzər maddələri, həmin şalvarın sol ön cibindən isə bir ədəd “Xiaomi Redmi” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin nə olması və haradan əldə etməsi soruşulduqda o, həmin maddələrin narkotik maddə “Kakos” və “Şüşə” olmasını, şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə internet vasitəsi ilə tanımadığı İran vətəndaşına məxsus kart hesabına mobil telefon vasitəsi ilə 110 manat pul köçürüb, əvəzində gün ərzində narkotik maddəni Bakıxanov qəsəbəsi ərazisində yeri mobil telefon vasitəsi ilə göstərməklə aldığını bildirmişdir. (i/v: cild İ, səh. 206-207) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şahid5 üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə olub-olmamasını, olduğu halda hansı növə aid olmasını və çəkilərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2022-ci il tarixli № 6/4574 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 152” dairəvi möhür əksi olan “Şahid5” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,188 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. (i/v: cild İ, səh. 71-74) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2022-ci il tarixli № 6/4575 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 152” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,164 qram, 0,231 qram, ümumi təmiz çəkisi 0,395 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. (i/v: cild İ, səh. 75-78) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2022-ci il tarixli № 6/3185 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 5,745 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 3,056 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddəri”-in siyahısına (siyahı İ) daxildir. (i/v: cild İ, səh. 212- 217) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 6/4788 saylı 05 oktyabr 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi № 65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə üzərində “6/4574...27 avqust 2022-ci il...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,148 qram heroin ilə üzərində “6/4575...27 avqust 2022-ci il...” sözləri qeyd edilmiş zərfdə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,315 qram heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. (i/v: cild İ, səh.291-293) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “elektron daşıyıcıda olan görüntüyə baxış keçirilməsi haqqında” 28 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “CD-R” formalı diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin olduğunu bildirməsi müəyyən edilmişdir. (i/v: cild İ, səh.142) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “elektron daşıyıcıda olan görüntüyə baxış keçirilməsi haqqında” 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “DVD-R” formatlı diskə Bakı şəhəri Sabunçu RPİ-nin inzibati binasında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd ağ sellofana bükülmüş qəhvəyi rəngli toz halında, 01 ədəd ağ sellofana bükülmüş ağ kristal şəklində maddələri, həmin şalvarın sol ön cibindən isə bir ədəd “Xiaomi Redmi” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin nə olması və haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs həmin maddələrin narkotik maddə “Kakos” və “Şüşə” olmasını, şəxsi istifadə etmək üçün xx.xx.2022-ci il tarixdə onlayn vasitəsi ilə tanımadığı İran vətəndaşına məxsus kart hesabına mobil telefon vasitəsi ilə 110 manat pul köçürüb, əvəzində gün ərzində narkotik maddəni Bakıxanov qəsəbəsi ərazisində yeri mobil telefon vasitəsi ilə göstərməklə aldığını bildirməsi müəyyən olunmuşdur. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan, yəni şəxsi axtarışı aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd ağ sellofana bükülmüş qəhvəyi rəngli kəskin iyə malik toz halında, 01 ədəd ağ sellofana bükülmüş ağ kristal şəklində kəskin iyli narkotik vasitəyə bənzər maddələri, həmin şalvarın sol ön cibindən isə bir ədəd “Xiaomi Redmi” markalı mobil telefonu təqdim etmiş şəxsin özü olduğunu və həmin kütlələrin özünə məxsus olduğunu bildirib, videogörüntülərdə əks olunan xüsusatların həqiqiliyini təsdiq etmişdir. (i/v: cild İ, səh.244) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 14 sentyabr 2022-ci il tarixli 5205 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: cild İ, səh.153-154). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmədə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək saxlanılan zaman üzərində narkotik vasitənin olmadığını, Səməd adlı şəxsə narkotik vasitə satmadığını, onun üzərinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulmasını bildirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs i/v: cild İ, səh. 68-də olan ilkin izahatından görünür ki, o, Xətai RPİ-nin 34-cü PB-də izahat vermiş və həmin izahatda bildirmişdir ki, 26 avqust 2022-ci il tarixdə saxlanılan zaman üzərindən aşkar olunmuş 2 ədəd bükümdə narkotik vasitə heroini Kənd Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən 35 manata almış, 25 avqust 2022-ci il tarixdə tanıdığı Səməd adlı şəxsə satmışdır. Eləcə də, Şahid5 i/v: cild İ, səh. 38-də olan Xətai RPİ-nin 34-cü PB-də verdiyi izahatdan görünür ki, o, saxlanılan zaman üzərindən aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə heroini 25 avqust 2022-ci il tarixdə Kənd Əhmədli qəsəbəsində tanıdığı Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. Bundan əlavə Şahid5 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin gün saat 2-3 radələrində Turalla danışmış, əvvəllər heç vaxt Turalla görüşməmiş, Turala zəng vuraraq nömrəsini tanış adamın verdiyini, ona narkotik vasitə lazım olduğunu və tapmaq üçün köməklik etməsini xahiş etmişdir. Tural da ona, “məhəlləyə gəl, həll edərik” demişdir. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun və Şahid5 həm ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, həm də məhkəmədə vermiş olduqları qismən etirafedici ifadələri ilə tam təsdiq olunmuşdur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən polis əməkdaşları tərəfindən döyüldüyünü, buna görə də ona məxsus olmayan narkotik vasitələri boynuna götürdüyünü bildirmişdir. Qeyd olunan xüsusatla bağlı hər iki epizod üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, Sabunçu RPİ-nin MSY-nə və təqsirləndirilən şəxsin saxlanıldığı Bakı İstintaq Təcridxanasına, həmçinin Xətai rayon prokurorluğuna müvafiq sorğularla müraciət edilmişdir. Sorğu üzrə Sabunçu RPİ-nin 03 aprel 2023-cü il tarixli, 3-13-49-/2-13530/2023 nömrəli məktubu ilə məhkəməyə məlumat verilərək bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10.37-də vətəndaş Səfərov X1 RPİ-nin MSY-nə gətirilmiş, MSY-də Azərbaycan Respublikası NK-nın xx.xx.2014-cü il tarixli 63 saylı qərarına uyğun olaraq onun üzərinə tam baxış keçirilmiş, lakin heç bir xəsarət aşkar olunmamışdır. Yalnız qarnının sağ tərəfində bir neçə il əvvəlin əməliyyat izi aşkar olunmuşdur. Qeyd olunan məktuba xx.xx.2022-ci il tarixli aktın surəti əlavə edilmiş və həmin aktla da müəyyən edilmişdir ki, Səfərov X1 RPİ-nin MSY-yə daxil olan zaman onun üzərində köhnə əməliyyat izindən başqa hər hansı bir xəsarət aşkar olunmamışdır. Həmçinin məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcdirxanasından onun adına açılmış şəxsi işin və tibbi kitabçanın əsli əldə olunmaqla bilavasitə məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman üzərində köhnə çapıq toxumalardan başqa hər hansı bir xəsarət izi aşkar edilməmiş, bununla belə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman arxa düzündə gizlədilmiş vəziyyətdə 1 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüş və bununla bağlı müvafiq prosessual sənədləşmələr aparılmışdır. Bundan başqa Xətai rayon prokurorluğunun 30 mart 2023-cü il tarixli 23-2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması ilə bağlı müraciəti, həmçinin sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar olaraq Bakı İstintaq Təcridxanasına təhvil verilərkən bədəni üzərində hər hansı xəsarətin aşkar edilməsi barədə məlumat rayon prokurorluğuna daxil olmadığından araşdırma aparılmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs istintaq ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokollar, “videogörüntülərə baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 27 avqust 2022-ci il tarixli 6/4574 nömrəli, 27 avqust 2022ci il tarixli 6/4575 nömrəli, 7 iyun 2022-ci il tarixli 6/3185 və 5 oktyabr 2022-ci il tarixli 6/4788 nömrəli ekspert rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsin verdiyi 14 sentyabr 2022-ci il tarixli 5205 saylı rəyi və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 5,745 qram heroin və ümumi təmiz çəkisi 3,056 qram metamfetamin aşkar edilməklə heroin narkotik vasitəsinin və metamfetamin psixatrop maddəsinin «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs təkrar satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, onun üzərində narkotik vasitənin olmaması, yalnız narkotik vasitə almaq üçün gedərkən onu polis əməkdaşlarının saxladığını, üzərinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyularaq təzyiqlərə məruz qalması məzmunundakı ifadələrinə qiymət verərək, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, həmçinin Təqsirləndirilən şəxs şübhəli şəxsin dindirmə protokolunda, izahatında müstəntiqin verdiyi suallara cavab olaraq polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər olması, üzərində hər hansı bir xəsarətinin olması barədə heç bir fikir bildirməmiş və üzərindən aşkar olunmuş narkotik vasitələtin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa cinayət işi üzrə Şahid5 da üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs aldığından bildirmiş, həmçinin cinayət işinin materiallarında olan ekspertiza rəyi ilə də Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə ilə Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitələrin eyni tərkibli olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd etdiyi xüsusatları səmimi qəbul etmir, onu özünü müdafiə məqsədi ilə vermiş olduğu uydurulmuş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2. 234.4.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Xətai rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CMnin 234.1 və 69.3-cü maddələri ilə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetəmə cəzasına məhkum edilmiş, 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. (i/v cild İ, səh. 159-160). İş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli 7(002)-752/2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinə amnistiya tətbiq edilmiş və Milli Məclisin sözügedən qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Eləcə də həmin amnistiya aktının 7-ci bəndində bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad etməsi, habelə həmin cinayət üzrə məhkumluğun götürülməsi hissəsində şamil edilmişdir. Lakin, Təqsirləndirilən şəxs asılı olmayan səbəblərə görə o, məhkəmənin qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsə də məhkumluğu götürülməmişdir. Məhkəmə hesab edir ki, amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından azad etmə cəzasına şamil edilsə də, məhkumluğunun götürülməsi ona tətbiq edilmədiyindən onun hüquqlarının pozulmaması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına və məhkumluğun götürülməsinə tətbiq olunmalıdır. Əks yanaşma Təqsirləndirilən şəxs hüquqlarının pozulması və onun vəziyyətinin ağırlaşması ilə nəticələnəcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, məhkumluğu olmayan şəxs hesab olunur və əməlində cinayətlərin residivi yoxdur. Göründüyü kimi məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs çəkilməmiş cəzasının və ödənilməmiş məhkumluğunun olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 5205 saylı rəyi əsas götürülməli, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Sabunçu rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən 26 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Bakı şəhər Xətai rayon Məhkəməsinin 28 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin ediləcək cəzadan çıxılmalı və ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Xətai RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrı bükümlərdə narkotik vasitə olan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,315 qram olan heroin, 5,695 qram heroin və 3,006 qram psixotrop maddə metamfetamin hökm qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışların videogörüntülərini özündə əks etdirən 01 ədəd “CD-R” və 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə müəyyən olunmuş məhkəmə məsrəfləri – 211 (iki yüz on bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 80 (səksən) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş 06 (altı) il azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Xətai RPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrı bükümlərdə narkotik vasitə olan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,315 qram olan heroin, 5,695 qram heroin və 3,006 qram psixotrop maddə metamfetamin hökm qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışların videogörüntülərini özündə əks etdirən 01 ədəd “CD-R” və 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 211 (iki yüz on bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi 480 (dörd yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-662/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-662/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver