Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-662/2024 17.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 9 oktyabr 1999-cu ildə Goranboy rayonu, Hazırəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Goranboy rayonu, Hazırəhmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 aprel 2024-cü il tarixdə, saat 12:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,782 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanında yerləşən “Qrand” marketin qarşısına qədər daşımış, 17 aprel 2023-cü il tarixdə, saat 21:20 radələrində qeyd olunan ünvanda Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq həmin polis idarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən bir ədəd kağız bükümün içərisindən külli miqdarda təmiz çəkisi 5,782 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 13 aprel 2023-cü il tarixdə dostları ilə birlikdə 5 günlük Goranboy rayonundan Bakı şəhərinə gəlmiş, narkokuryerlərlə mübahisəsi yarandığından 14 aprel 2023-cü il tarixdə Neftçilər metrostansiyası yaxınlığında “Maklerlər” parkı adlanan yerdə sonunculardan Şahin adlı birini döymüş, 17 aprel 2023-cü il tarixdə isə həmin şəxs onu hədələmişdir. Dostu ilə birlikdə “Laçın Ticarət Mərkəzi”nə gedib oradan ətir aldıqdan sonra əvvəlcədən tanıdığı, habelə əvvəllər birlikdə idmanla məşğul olduğu, hazırda Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi olan Şahid4 ona yaxınlaşaraq idarəyə getməli olduqlarını bildirmişdir. O, əvvəlcə etdiyi mübahisə ilə bağlı ondan şikayət olması ilə əlaqədar polis bölməsinə aparıldığını düşündüyündən yanında olan dostu ilə birlikdə ona məxsus avtomobilə əyləşmişdir. Yolda olarkən polis əməkdaşları dostu ilə mübahisə edib sonuncunu avtomobildən düşürmüşlər. İdarədə olarkən Şahid4 ona yuxarıdan sifariş verildiyini, buna görə də tutulmalı olduğunu bildirmiş, səbəbini soruşduqda nazirliyin tapşırığı olduğunu demişdir. Şahid4 onunla razılaşmayacağı təqdirdə avtomobilindən 5 kiloqram narkotik vasitə çıxaracağını bildirmiş, habelə onu ya narkotik vasitə, ya da silahla sənədləşdirəcəyi ilə hədələmişdir. Bundan sonra barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işinin başlanmasına razı olmuş, polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitəni gödəkçəsinin sol cibinə qoyaraq çəkiliş aparılmışdır.
3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə məhkum olunmuş, cəzasını çəkib azad olunmuşdur. İbtidai istintaq zamanı ilkin ifadələrində göstərilənlər doğru deyildir. Döydüyü Şahin adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. O, Goranboy rayonunda olarkən mobil telefon vasitəsilə Şahinlə mübahisə etmiş, Bakıda olarkən dostu sonuncunun Neftçilərdə olduğunu demişdir. 17 aprel 2023-cü il tarixdə, saat 19 radələrində “Laçın Ticarət Mərkəzi”nin qarşısındakı “Qrand” marketin yanında 3 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılarkən yanında dostları İsmət, Muğan, Elgün və xalası oğlu Ayxan olmuşdur. Şahid4 da avtomobildə onun yanında oturmuşdur. Belə ki, o, dostları ilə birlikdə özünə məxsus “Chevrolet Cruze” markalı avtomobillə “Laçın Ticarət Mərkəzi”nə ətir almaq üçün getmiş, avtomobili “Qrand” marketin yanında saxlamışdır. Bu zaman Ayxanla Elgün avtomobilin yanında qalmış, İsmət və Muğan onunla birlikdə ”Laçın Ticarət Mərkəzi”nə getmiş, ətiri alıb geri qayıtmışlar. Həmin vaxt Şahid4 ona yaxınlaşıb görüşmüşdür. Polis bölməsinə öz avtomobili ilə aparılmış, avtomobilinin arxa oturacağında əllərinə qandal vurulmadan əyləşmiş, yanında dostu Elgün də olmuş, lakin sonuncu yolda olarkən Şahid4la mübahisə etdiyindən avtomobildən düşürülmüşdür. Onu saxlayan şəxslərdən yalnız Şahid4 tanımış, sonuncu əvvəlcə ona barəsində şikayət verildiyindən polis bölməsinə getməli olduğunu bildirmiş, bölmədə olarkən isə barəsində yuxarıdan sifariş gəldiyini, bu səbəbdən tutulmalı olduğunu, bundan imtina edəcəyi təqdirdə isə avtomobilindən 5 kiloqram narkotik vasitə çıxaracaqlarını bildirməklə onu hədələmişdir. Saxlanıldıqdan sonra Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinə aparılmış, orada təxminən bir saat onunla söhbət edilmiş, təxminən axşam saat 20:30-da namazını qılmış, saat 21:00-da isə razılaşdıqları kimi üzərində şəxsi axtarış aparılmış, müdafiəçi şəxsi axtarış zamanı iştirak etməmiş, sonuncu şəxsi axtarış yekunlaşdıqdan sonra gəlmişdir. Sənədləri şəxsi axtarış istintaq hərəkəti keçirilməzdən əvvəl imzalamış, imzaladığı sənəddə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli olması qeyd edilmişdi. Videoçəkiliş zamanı gödəkçəsindən narkotik vasitəni çıxararkən nə olduğu soruşulduqda həmin narkotik vasitənin nə olduğunu bilmədiyini və yalnız marixuananı tanımadığına görə “nəşə” olduğunu demiş, polis isə həmin kütləyə baxaraq heroin olduğunu demişdir. Bundan sonra çəkiliş dayandırılmış, çəkilişdən sonra da Şahid4la mübahisə etmişdir. Avtomobilinə baxış keçirilməmiş, onun avtomobili də bölməyə aparılmış, anası ilə danışarkən sonuncu avtomobilinin qohumları tərəfindən götürüldüyünü bildirmişdir. Polis bölməsində ona qarşı hər hansı fiziki təzyiq olmamış, döyülməmiş, pis rəftara məruz qalmamış və hər hansı xəsarəti olmamışdır. Ona yalnız psixi təzyiq göstərilməklə avtomobilinə daha çox miqdarda narkotik vasitə və ya odlu silah qoyulmaqla sənədləşdiriləcəyi ilə bağlı hədələrə məruz qalmışdır. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələrini müstəntiq özü yazmış və sonradan ona oxunmuşdur. Məhkəməyədək icraat zamanı yalnız məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə verdiyi sonuncu ifadələr həqiqəti əks etdirir. O, Sabunçu Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində olarkən bir nəfər vəkil onun yanına gəlib özünü müdafiəçisi kimi təqdim etmiş, lakin sonuncu ilə təklikdə görüşməmişdir. Bakı şəhərində S.Rəhimov küçəsində yerləşən özünə məxsus təmir işləri ilə məşğul olduğu icarəyə götürdüyü motoservisi olmuş, lakin vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Bakı şəhərində olarkən xalası oğlu ilə müxtəlif ünvanlarda birlikdə kirayə qalmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ona qarşı psixoloji təzyiqlər edilməsi və aldadılması səbəbindən etmədiyi əməli etiraf etmək məcburiyyətində qaldığını, hər hansı cinayət əməli törətmədiyini, gənc olduğunu, beynəlxalq idman tədbirlərində yüksək nailiyyətlər əldə etdiyini bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçi X3 iştirakı ilə 17 aprel 2023-cü il tarixdə verdiyi izahatı, 18 aprel 2023cü il tarixdə şübhəli şəxs və 19 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin izahat və ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrdə göstərmişdir ki, 15 aprel 2023-cü il tarixdə, axşam saatlarında qohumları ilə görüşmək məqsədi ilə Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində Nərimanov rayonu ərazisində yerləşən hotellərin birində gecələmişdir. 17 aprel 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Xalqlar dostluğu deyilən ərazidəki parkda məşq edən zaman yerdən bir ədəd büküm tapmış və həmin bükümü açdıqda içərisində narkotik vasitəyə bənzər maddə olduğunu görmüşdür. Həmin bükümü polis orqanlarına təhvil vermək məqsədi ilə cibinə qoyaraq üzərində daşımış və 17 aprel 2023-cü il tarixdə, saat 21:20 radələrində ünvan 2 ünvanında yerləşən “Qrand” marketin qarşısı ilə piyada hərəkətdə olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt onlardan yayınmaq istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlayıb ad, soyadını və üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, polis işçilərinin suallarından yayındığı üçün sonuncular onu saxlayıb polis idarəsinə gətirmişlər. Polis idarəsində üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməsini bildirdikdə əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli “İphone 13 Pro” markalı, üzərində ***-***-**-** GSM nömrə olan mobil telefon aparatını, qara rəngli parça şalvarının sağ yan cibindən 68 manat nağd pul vəsaitini, həmin şalvarın sol yan cibindən özünə məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsini və qara rəngli dəri gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd kağız bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış aparılarkən üzərindən başqa heç nə aşkar olunmamışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş bükümün içərisində narkotik vasitə olduğunu, 17 aprel 2023-cü İl tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Xalqlar dostluğu deyilən ərazidəki parkda məşq edən zaman yerdən tapdığını və cibinə qoyaraq daşımasını bildirmişdir. Aşkar olunmuş içərisində tünd-boz rəngli, tozşəkilli maddə olan 1 (bir) ədəd büküm polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüş və ekspertizaya göndərilmişdir. Təqdim etdiyi 68 manat pul isə onun özünə qaytarılmışdır. Həmçinin üzərindən aşkar olunmuş “İphone 13 Pro” markalı, üzərində ***-***-**-** GSM nömrə olan mobil telefon aparatı və özünə məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi də polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini qəbul etmək üçün əldə etdiyini, həmin narkotik vasitə heroini kiməsə satmaq niyyətinin olmadığını bildirmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 34- 35; 51-53; 65-69;).
5. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs sonradan məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş Müdafiəçi vəsatəti əsasında sonuncunun iştirakı ilə 21 iyul 2023-cü il və 24 iyul 2023-cü il tarixlərdə əlavə olaraq verdiyi ifadələrində göstərmişdir ki, əvvəllər istintaqa verdiyi ifadələrini təkzib edir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, 17 aprel 2023-cü il tarixdə günortadan sonra Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Qrand” marketin yaxınlığında olan zaman sonradan bildiyi Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları ona yaxınlaşıb saxlayaraq polis idarəsinə gətirmişlər. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə və digər qanunsuz əşya olmamışdır. Polis əməkdşlarından biri ona bir büküm verərək götürməsini və videçəkilişlə üzərinə şəxsi axtarış aparılarkən təqdim etməsini, həmin bükümün özünə məxsus olmaqla parkda məşq edərkən yerdən taparaq cibinə qoymasını deməsini tapşırmışlar. O, əvvəl razılaşmamış, sonra isə onu polis əməkdaşları təhdid edərək onların təklifi ilə razılaşmadığı halda avtomobilindən 2 kiloqram narkotik vasitə çıxacağını bildirmişlər. Daha sonra onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyini və 2-3 ay həbs olunub sonradan azadlığa çıxacağını, həmin təkliflə razılaşmadığı halda onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə sənədləşdirib, avtomobilindən də 2 kiloqram narkotik vasiitə çıxardacaqlarına bildirmişlər. O, onu saxlayan polis əməkdaşlarının psixoloji təzyiqləri altında ona təqdim olunmuş sənədləri imzalamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq və işgəncə verilməmiş, yalnız psixoloji təzyiqlər olmuşdur (Cild 1, i.v.135-139; 169-173).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş hadisə vaxtı Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin (bundan sonra mətndə - Sabunçu RPİ-nin NMB) əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləməklə polis baş leytenantı rütbəsində olan Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu və Nizami rayonu ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün idarə rəisinin adına 17 aprel 2023-cü il tarixdə raport yazmışdır. İdarə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 17 aprel 2023-cü il tarixdə qərar qəbul edilməklə rayon polis idarəsinin əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Təqsirləndirilən şəxs əməlinin ifşa olunması və onun saxlanılması üçün Bakı şəhəri Nizami rayonunun inzibati ərazisində əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsinə dair raportla məruzə edilmiş, həmin vaxt rayon polis idarəsinin dəftəxanasının iş vaxtı bitdiyindən müvafiq sənədlərin qeydiyyatı 18 aprel 2023cü il tarixdə keçirilmişdir. Lakin rəhbərlikdən Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat tədbirlərinin keçirilməsinə Bakı Şəhər Baş Polis İdarəsindən razılıq alındığı bildirildiyindən bu barədə əməliyyat tədbirlərini keçirmişlər. Həmkarı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması ilə bağlı 17 aprel 2023-cü il tarixdə, saat 21:20 radələrində əməliyyat-axtarış tədbirləri keçirərkən Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən “Qrand” marketin qarşısında tərəflərindən saxlanılaraq Sabunçu RPİ-yə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis idarəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Tərəflərindən narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli bilinərək polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis idarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxt Təqsirləndirilən şəxs etiraz etmədən əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli “İphone 13 Pro” markalı mobil telefonu, qara rəngli parça şalvarının sağ yan cibindən 68 manat pul, həmin şalvarın sol yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini və əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən isə bir ədəd kağız bükümü təqdim edərək bükümün içərisində narkotik vasitə olduğunu, 17 aprel 2023-cü il tarixdə, səhər saatlarında Nizami rayonu, Xalqlar dostluğu deyilən ərazidəki parkda məşq edən zaman yerdən tapdığını, polis orqanına təhvil vermək üçün cibinə qoyaraq daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş içərisində narkotik vasitə heroin olan bir ədəd büküm onların iştirakı ilə götürülərək qablaşdırılmaqla möhürlənmişdir. Əlavə axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz olaraq saxladığı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və şəxsi axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir.
9. Verilmiş suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, əməliyyataxtarış tədbiri Nizami rayonu ərazisində keçirilmiş, Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı, habelə şəxsi axtarış zamanı üzərində aşkar edilmiş predmetlərlə bağlı hər hansı etirazı olmamışdır. Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, sonuncunun əlində hər hansı predmet olmamışdır. Belə ki, Sabunçu RPİ-nin əməkdaşları Bakı şəhəri Baş Polis İdarəsindən icazə alaraq Nizami rayonu ərazisində əməliyyat tədbiri keçirə bilər. Buna görə də icazə almaq məqsədilə raportla Bakı şəhəri Baş Polis İdarəsinin rəhbərliyinə müraciət edilərək raportu dəftərxanaya vermiş, bölmə rəisi də onlara Nizami rayonu ərazisinə gedib orada əməliyyat tədbiri keçirə biləcəklərini bildirdikdən sonra təxirəsalınmaz əməliyyataxtarış tədbiri olduğundan onlar Nizami rayonuna getmişlər. Təqsirləndirilən şəxs onlara məxsus “Niva” markalı xidməti avtomobillə ilə Sabunçu RPİ-yə gətirmişlər. Bu zaman avtomobili özü idarə etmişdir. Şahid2 Ülvinin yanında oturduğundan sonuncunun üzərində olan hər hansı predmeti avtomobildən atmasına şəraiti olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən onun avtomobili yanında olmamış, onun avtomobilinin polis idarəsinə aparılıb-aparılmaması barədə hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs idarəyə apararkən avtomobildə sonuncunun dostlarından kimsə olmamışdır. “Qrand” marketlə Sabunçu RPİ arasındakı məsafənin təxminən nə qədər olmasını dəqiq olaraq bilmir, idarəyə nə vaxt çatmalarını da xatırlamır. Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib idarəyə dəvət etmələri təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-yə aparmışlar, lakin sənədləşmə işləri 13-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən aparılmışdır. İdarədə ilk növbədə növbətçi hissədə qeydiyyatdan keçirilmiş, daha sonra mütəxəssis kimi dəvət edilmiş polis əməkdaşı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış, şəxsi axtarışda Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçi iştirak etməmiş, Təqsirləndirilən şəxs da müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şahid4 onların bölmə rəisi olmuş, sonuncu əməliyyat tədbirində ümumiyyətlə iştirak etməmişdir. 13-cü Polis Bölməsinin xidməti ərazisi Sabunçu RPİ-nin yerləşdiyi inzibati əraziyə daxildir. Həmin gün rayon polis idarəsinə yol nəqliyyat hadisəsi ilə bağlı məlumat daxil olmuş, bu səbəbdən növbətçi təhqiqatçılardan biri həmin hadisə yerinə getmiş və 13-cü polis bölməsinin növbətçi təhqiqatçısı isə sənədləşdirmə işlərini aparmışdır.
10. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı rütbəsində olan Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu, Şahid1 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.
11. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Oğlu Ülvi tutulduqdan təxminən bir həftə sonra müstəntiq Ramil Əliyev ona zəng edib Ülvinin avtomobilini gedib götürə biləcəklərini bildirmişdir. O, qaynı Xəyyam və Elgünlə birlikdə Sabunçu RPİ-yə gedərək avtomobili polis idarəsinin həyətindən təhvil almış, təhvil alarkən avtomobili Ülvinin əmisi Xəyyam idarə etmişdir. Avtomobili təhvil alarkən hər hansı sənədi imzalamasını xatırlamır. Oğlu Ülvinin tutulması barədə məlumatı axşam saatlarında bacısının əri zəng edib xəbər vermiş, sonuncuya da bu barədə məlumatı yeznəsinin oğlu vermişdir. O, hadisə baş verən zaman Goranboy rayonunda olmuş, oğlu Xırdalanda olan evlərinin təmiri ilə bağlı rayondan Bakıya gedib-gəlmişdir. Həmçinin Bakıda oğlunun motosikletlərin ehtiyat hissələrini satdığı mağazası da vardır. Ülvi Goranboydan 17 apreldə çıxmış, gün ərzində oğlu ilə danışmışdır. Ülvi əvvəllər narkotik vasitə istifadə etməmiş, onunla istintaq təcridxanasında ayda bir dəfə olmaqla görüşmüşdür.
12. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Ülviyə məxsus “Chevrolet Cruze” markalı avtomobili sonuncunun tutulduğu gündən təxminən bir həftə sonra müstəntiqlə görüşüb Sabunçu RPİ-nin duracağından təhvil almışlar. Ülvi ilə aprel ayının əvvəllərində danışıb əlaqə saxlamışdır. Müstəntiqlə görüşərkən sonuncu onlara Ülvinin narkotik vasitələrin alqı-satqısı ilə ittiham edildiyini bildirmişdir. Ülvi idmançı olmaqla Bakı şəhərində idman zalı açıb orada idman dərsləri vermişdir.
13. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur, sonuncu ilə birlikdə idmanla məşğul olmuşlar. Ülvi tutularkən sonuncunun yanında özü də daxil olmaqla 5 nəfər olmuşdur. Belə ki, dəqiq xatırlamadığı tarixdə, axşam saatlarında “Laçın Univermağından” birlikdə eynək almağa getmiş, eynək alıb çıxmış, o, kontur yükləmək üçün marketə girmiş, oradan çıxdıqdan sonra Ülvinin əlləri qandallı vəziyyətdə avtomobilinə mindirdiklərini görmüş, yaxınlaşıb Ülvini niyə tutduqlarını soruşduqda Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparacaqlarını bildirmişlər. Ülvi ilə ortaq dostları olan Elgün də tutulmuş, lakin sonuncunu yolda avtomobildən düşürmüşlər. O, dostları ilə birlikdə Ülvigilin hara getdiyini öyrənmək üçün taksi ilə onları təqib etmiş, lakin işıqforda sonuncuları gözdən qaçırmışlar. Polis əməkdaşları Ülvini sonuncuya məxsus “Chevrolet Cruze” markalı avtomobilə əyləşdirib aparmışlar. Ülvi özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş 3 nəfər polis əməkdaşı tərəfindən tutmuşdur. Belə ki, Ülvi avtomobildə olarkən onlara zəng edib onun Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını bildirmişdir. Bundan sonra onlar həmin idarəyə gedib Ülvi barədə maraqlanmış, oradan Ülvinin həmin idarəyə gətirilmədiyi bildirilmiş, onlar da geri qayıdıb Ülvinin valideyninə sonuncunun tutulması barədə bildirmişlər. Onlar Ülvinin tutulması ilə bağlı hər hansı dövlət orqanına və vəzifəli şəxsə şikayət etməmişlər. O, hadisədən sonra Ülvi ilə danışmamışdır. O, Bakıda usta işləmişdir. Belə ki, o, rayona getmək istəmiş, Ülvi də onun taksiyə pul verməməsi üçün onunla birikdə getməsini təklif etmişdir. Hadisədən 3 gün əvvəl bir yerdə dostlarının evində qalmışlar.
14. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun dostudur. O, Ülvinin saxlanılmasının şahidi olmuşdur. Belə ki, hadisə günü, təxminən saat 17-19 radələrində “Laçın Ticarət Mərkəzi”nin qarşısındakı “Bravo” supermarketin yanında baş vermişdir. O, Ülvi ilə birlikdə yolun əks tərəfinə keçib oradan iki ədəd eynək alıb geri qayıtmış, maşına minmək istəyəndə 3-4 nəfər polis əməkdaşı yaxınlaşıb rəisin tapşırıq verdiyini, bu səbəbdən idarəyə getməli olduqlarını bildirmişdir. O, maşının ön qapısını açıb polislərə Ülvini nəyə görə idarəyə apardıqlarını soruşduqda Ülvini banditizmə apardıqlarını bildirmişlər. Onlardan 3 nəfər polis əməkdaşı Ülvinin maşınına minmiş, bir nəfər də polislərin öz maşınını sürüb getmişdir. O da dostları ilə birlikdə polisləri təqib etmiş, lakin işıqforda onları itirmişlər. Ülvini saxlayanlar 4 nəfər polis əməkdaşı olsa da, Ülvinin maşınına 3 nəfər minmiş, onlarla birgə Elgün adlı dostları da maşına minmək üçün israr etmiş, lakin sonuncunu yolun yarısında maşından düşürtmüşlər. Elgün yolda onlara zəng edib maşından düşürüldüyünü bildirdikdə taksi ilə onu yoldan götürmüşlər. Ülvi maşına mindirilərkən onun əlinə qandal vurulmamışdır. Polislərdən biri maşını idarə etmiş, Ülvi arxa oturacaqda ortada, digər iki polis isə onun hər iki tərəfində oturmuşlar. Ülvi maşında olarkən onlara zəng edib onu aparan şəxsi tanıdığını bildirmişdir. Belə ki, onlar Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş, lakin orada Ülvinin həmin idarəyə gətirilmədiyini bildirmişlər. Bundan sonra Ülvinin valideynlərinə zəng edib bu barədə məlumat vermişlər. Onlar polislər Ülvini tutarkən mübahisə edib sonuncunu aparmalarına icazə verməsələr də, Ülvi onu tutanlardan Bəxtiyar adlı şəxsi tanıdığı üçün çox mübahisə etməmişlər. Hadisə baş verəndən 1-2 gün sonra Ülvi zəng edib Sabunçu RPİ-də olduğunu demişdir. İfadəsinin sonunda İ.Ə.Mustafayev verilmiş suallara cavab olaraq məhkəmə iclasları açıq olduğundan Ülvinin dostu kimi əvvəlki məhkəmə iclaslarında da iştirak etdiyini bildirdi.
15. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Onlar hadisə vaxtı özü, Ülvi, İsmət, Muğan və Elgünlə birlikdə 5 nəfər olmuş, 3 gün birlikdə kirayə evdə qalmışlar. Rayona qayıdarkən eynək almaq üçün “Laçın Ticarət Mərkəzi”nə getmişlər, bu zaman o və Elgün maşında oturmuş, Ülvi ilə İsmət isə eynək almağa getmişlər. Ülvi ilə İsmət eynək alıb maşına geri qayıdarkən 3 nəfər polis əməkdaşı maşına yaxınlaşmış, onlardan ikisi Ülvini tutub öz maşınına mindirmişlər. Belə ki, polislərdən ikisi hündürboylu, biri isə balacaboy qırıq qulaqlı olmuş, sonuncular özləri “Hyundai Elantra” markalı maşınla gəlmişlər. Hadisə axşam tərəfi saat 18-19 radələrində günbatan vaxtı baş vermişdir. Polislər Ülvini apardıqdan sonra onlar da polisləri taksi ilə təqib etmişlər. Polislər Ülvinin qolundan tutduqda onlar maşından düşüb polislərə yaxınlaşaraq nə baş verdiyini soruşmuşlar. Hadisə vaxtı polislər onu tutub maşına mindirdikdən sonra Ülviyə zəng edib hara aparıldığını soruşduqda, o, “banditizmə” getdiyini deyəndə aralarındakı əlaqə kəsilmişdir. Onlar hadisə ilə bağlı hər hansı orqana müraciət eləməmişlər. İfadəsinin sonunda A.Ş.İsmayılov verilmiş suallara cavab olaraq məhkəmə iclasları açıq olduğundan Ülvinin qohumu kimi əvvəlki məhkəmə iclaslarında da iştirak etdiyini bildirdi.
16. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
17. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 17 aprel 2023-cü il tarixdə, saat 21:20 radələrində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 13cü PB-yə gətirilmiş Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 1 ədəd kağız bükümün içərisindən külli miqdarda təmiz çəkisi 5,782 qram narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X25 tərəfindən 18 aprel 2023-cü il tarixdə, saat 18:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 1;).
18. Bakı şəhəri, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 17 aprel 2023-cü il tarixli raportundan görünür ki, məlumat əsasında 17 aprel 2023-cü il tarixdə, saat 21:30 radələrində ünvan 7 ünvanında zahiri əlamətləri alınmış məlumata uyğun gələn “Ülvi” adlı şəxs müəyyən edilərək üzərinə baxış keçirilməsi məqsədilə Sabunçu RPİ-yə dəvət edilmiş, idarədə həmin şəxsin 9 oktyabr 1999-cu il təvəllüdü, Goranboy rayonunda anadan olmuş, Goranboy rayonu, Hazırəhmədli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (Cild 1, i.v. 5).
19. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 aprel 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Sabunçu RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən ünvan 7 ünvanında “Ülvi” adlı şəxsin mütəmadi olaraq narkotik vasitə əldə etməsi və onun qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Sabunçu RPİ-nin rəisi, polis polkovniki Cavid Muradov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.7-8;).
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis polkovniki Cavid Muradov tərəfindən təsdiq edilmiş 17 aprel 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v.81-82).
21. “Şübhəli şəxsin tutulması haqqında” 17 aprel 2023-cü il tarixli qərar və bu barədə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixdə, saat 21:20 radələrində Sabunçu RPİnin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində bilavasitə şübhəli bilinərək saxlanılmaqla Sabunçu RPİ-yə gətirilmiş, həmin bölmənin inzibati binasında xidməti otaqların birində Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis mayoru X22 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş hesab edilməsinə dair həmin tarixdə, saat 22:50-də protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 17 aprel 2023-cü il tarixdə, saat 21:20dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.12;20).
22. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 23:10-dan 23:20-dək Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı, polis mayoru X22 tərəfindən Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli “İphone 13 Pro” markalı, üzərində ***-***-**-** GSM nömrə olan mobil telefon aparatı, qara rəngli parça şalvarının sağ yan cibindən 68 manat nağd pul vəsaiti, həmin şalvarın sol yan cibindən özünə məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi və qara rəngli dəri gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd kağız bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən aşkarlanmış 1 (bir) ədəd ağ rəngli kağız bükülü açılan zaman içərisində tünd-boz rəngli, spesifik iyə malik olan, tozşəkilli maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olduğunu, 17 aprel 2023-cü il tarixdə, səhər saatlarında Nizami rayonu, Xalqlar Dostluğu adlanan ərazidə yerləşən parkda məşq edərkən yerdən tapdığını polis orqanına təhvil vermək üçün götürərək cibində daşıdığını, narkotik vasitədən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkar olunmuş içərisində tünd-boz rəngli, spesifik iyə malik olan, tozşəkilli maddə olan kağız büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin “İphone 13 pro” markalı, üzərində ***- ***-**-** GSM nömrə olan mobil telefon aparatı və onun özünə məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi də götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 68 (altmış səkkiz) manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyindən sonuncunun özünə qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir digər əşya, predmet və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə xidməti iş otaqların birində, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. İstintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. İstintaq hərəkətinin aparılması barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunaraq sonunculara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamışdır. Bundan sonra protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 30-33).
23. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 3 dəqiqə 45 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq R.Ə.Əliyev tərəfindən 18 aprel 2023-cü il tarixdə “Baxış keçirilməsi haqqında” protokolla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 54;).
24. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/2259 saylı, 18 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160” dairəvi möhür əksi və “...Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə; Şübhəli şəxs: Kərimov-imza, iştirak etdilər: iki imza, Təhqiqaçı:E.Quliyev-imza...” yazı əlavəsi qeyd edilmiş 1 (bir) ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 5,782 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 5,782 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 5,682 qramdır. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır (Cild 1, i.v. 38-42).
25. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 18 aprel 2023-cü il tarixli təhqiqatçı Elvar Quliyev tərəfindən qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunması ilə əlaqədar toplanmış material araşdırmanın davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 44).
26. “Telefon ilə aparılmış əməliyyatlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X25 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş içərisində ***- ***-**-** mobil telefon nömrəsi olan “İphone 13 Pro” markalı mobil telefonun yaddaşında olan məlumatlara baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən mesaj, vatsap yazışmaları və telefon zəngləri müəyyən edilməmişdir (Cild 1, i.v.55).
27. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X3 iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 56-64).
28. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 4(008)- 308/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 aprel 2023-cü il, saat 21:20-dən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs onun daimi yaşayış yerinin olduğunu, törətdiyi əməldən peşman olduğunu, saxlanılan zaman ona qarşı heç bir təzyiq olmadığını, barəsində olan vəsatətin təmin olunmamasını xahiş etmişdir (Cild 1, i.v. 79-80; Cild 2).
29. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N №-li hərbi hissə komandiri tərəfindən Təqsirləndirilən şəxs verilmiş 18 mart 2019-cu il tarixli “Fəxri Fərman”dan görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət zamanı xidməti vəzifələrinin icrası ilə əlaqədar müsbət xarakterizə olunur (Cild 1, i.v.83).
30. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “P.G və MMA Federasiyası” tərəfindən verilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs “Dünya və Avropa Çempionu” nailiyyətlərinə layiq görüldüyündən həmin federasiya bu barədə müvafiq sənəd təqdim edilmişdir (Cild 1, 84).
31. Təqsirləndirilən şəxs 22-23 iyun 2019-cu il tarixlərdə Rusiyada keçirilmiş “10th World Championship on FCF-MMA” beynəlxalq turnirində 1-ci yerə çıxmaqla “İnternational Federation of X24” tərəfindən mükafatlandırılmışdır (Cild 1, i.v. 85).
32. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Hazırəhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 20 aprel 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, 9 sentyabr 1999-cu il təvəllüdlü Kərimov X17 rayonu, Hazırəhmədli kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs ailə tərkibi anası 28 iyun 1980-ci il təvəllüdlü X2 ibarətdir. Təqsirləndirilən şəxs idmançı olmaqla, dünya və Avropa çempionu olmuş, kənd əhalisi arasında böyük və kiçik yaşlı insanlar arasında böyük hörmət qazanmaqla şəxsiyyəti müsbət xarakterizə olunmuşdur (Cild 1, i.v. 86; 89).
33. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 8 may 2023-cü il tarixli cavabından, müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(005)-345/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 dekabr 2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” qərarla Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir (Cild 1, i.v. 93-94; Cild 2;).
34. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X25 tərəfindən müvafiq məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə 1 noyabr 2022-ci il tarixdən 18 aprel 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən ediməmişdir (Cild 1, i.v. 112).
35. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 8 may 2023-cü il tarixli, 2738 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kabnnabinoidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə, arabir narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir (Cild 1, i.v. 126-127).
36. “Üzləşdirmədə dindirmə” haqqında 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisi Müdafiəçi iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Təqsirləndirilən şəxs Şahid2 onu saxlayan polis əməkdaşlarından biri olduğunu, sonuncu tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını bildirmişdir (Cild 1, i.v. 140-142).
37. Bakı şəhəri, Sabunçu RPİ-nin NMB-nin rəisi, polis kapitanı Şahid4 24 iyul 2023-cü il tarixli, 869 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən olunması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri keçirlmiş, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olması barədə məlumat təsdiq edilməmişdir (Cild 1, i.v. 148).
38. “Sübutların qiymətləndirilməsi haqqında” və “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” 24 iyul 2023-cü il tarixli qərarlardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş təmiz çəkisi 5,782 qram olan narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 5,682 qram heroin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, habelə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülərin əlavə edildiyi bir ədəd disk maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 149-158;).
39. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 24 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi Müdafiəçi iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 160-168).
40. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ə.Ə.Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 5 avqust 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.192-200).
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 4160/2023 nömrəli məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı onun bədən səthində xəsarət izləri aşkar edilməmişdir (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
42. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
43. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
45. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
46. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
47. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
48. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
50. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
51. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmamasını, ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalmaqla sonuncular tərəfindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoyaraq boynuna almayacağı təqdirdə avtomobilindən 5 kiloqram narkotik vasitə çıxaracaqları ilə hədələnməsi, polis əməkdaşlarının onu CM-in 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirərək aldatmaları ilə əlaqədar ilkin ifadələrində həqiqəti göstərməməsinə dair ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
52. Belə ki, hökmün 22-23-cü bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən onun üzərində olan əşya və predmetləri özünün sərbəst olaraq təqdim etməsi və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması əyani formada öz əksini tapmış, habelə ona qarşı hər hansı fiziki və ya psixi təsir və ya təzyiq göstərilməsi, pis rəftara məruz qalması hallarının olması müəyyən edilməmişdir.
53. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq tutularaq üzərinə narkotik vasitə qoyularaq psixi təzyiq nəticəsində təqdim olunmuş narkotik vasitəni boynuna alması ilə bağlı qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.
54. Belə ki, hökmün 19-20 və 22-23-cü bəndlərində göstərilənlərə əsasən də müəyyən edildiyi kimi, Kərimov X21 RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmış, həmin əməliyyat-axtarış tədbirləri barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verilmiş, qeyd edilən tədbirinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması nəticəsində külli miqdarda narkotik vasitə heroin aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir.
55. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmamasını, ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə məruz qalmaqla təqdim olunmuş narkotik vasitəni boynuna almayacağı təqdirdə avtomobilindən 5 kq narkotik vasitə çıxarılacağı ilə hədələnməsi, polis əməkdaşlarının onu CM-in 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirərək aldatmaları və sair hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir.
56. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 və X10 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələrdə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı hal olmadığından işin faktiki halının müəyyən edilməsi baxımından sübut kimi qiymətləndirilməməlidir. Belə ki, Nəhayət Süleymanova təqsirləndirilən şəxsin doğma anası, Xəyyam Zöhrabov isə təqsirləndirilən şəxsin doğma əmisi olmaqla, ümumiyyətlə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmamışlar. Eyni zamanda, N.Ş.Süleymanova oğlunun Goranboy rayonundan 17 apreldə çıxaraq Bakıya gəlməsini qeyd etsə də, Təqsirləndirilən şəxs ifadələrində 13 apreldən etibarən Bakı şəhərində olmasını bildirmişdir. Bu isə həmin ifadələrə təndiqi yanaşılmalı olduğu qənatinə gəlməyə əsas verir. Bununla yanaşı N.Ş.Süleymanova və X.M.Zöhrabovun ibtidai araşdırmanın gedişində müstəntiqlə danışıb təqsirləndirilən şəxsin avtomobilini Sabunçu RPİ-dən götürmələri və ifadələrində göstərdiyi sair halları təsdiq edə biləcək hər hansı mötəbər sübut müəyyən edilməmişdir.
57. Məhkəmə, məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X19, X8 və X9 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, Ayxan İsmayılov təqsirləndirilən şəxsin doğma xalası oğlu, Muğan Qasımov və İsmət Mustafayev təqsirləndirilən şəxsin yaxın dostları olmaqla Təqsirləndirilən şəxs məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmasından yayındırmaq, habelə məsuliyyətini yüngülləşdirməyə cəhd etmələri kimi qiymətləndirir. Belə ki, şahidlər Təqsirləndirilən şəxs hər hansı səbəb göstərilmədən polis əməkdaşları tərəfindən avtomobilə mindirilməklə idarəyə aparılmasını, polislərin və Ülvinin deməsinə əsasən sonuncunun Daxili işlər nazirliyinin müvafiq idarəsinə aparılıb-aparılmamasını dəqiqləşdirdiklərini, Təqsirləndirilən şəxs qeyd edilən idarədə olmadığını dəqiqləşdirdiklərini bildirmişlər. Halbuki, onlar Təqsirləndirilən şəxs özünü polis əməkdaşları kimi təqdim etmiş şəxslər tərəfindən saxlanılaraq aparılması və onun aparıldığı bildirilən idarədə olmamasına baxmayaraq, bu barədə ümumiyyətlə hər hansı dövlət orqanına və ya vəzifəli şəxsə şikayət etməmiş və bildirməmişlər. Məhkəməyədək icraat zamanı da Təqsirləndirilən şəxs tərəfindən həmin şəxslərin dindirilməsi ilə bağlı hər hansı təşəbbüs göstərilməmişdir. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Ayxan İsmayılov və İsmət Mustafayevin əvvəlki məhkəmə iclaslarında iştirak etmələri müəyyən edilmişdir. Bununla yanaşı X19, X8 və X13 ifadələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı yerdə qollarının qandallanaraq avtomobilə əyləşdirilməsi ilə bağlı ziddiyyətli ifadələr vermişlər. Təqsirləndirilən şəxs isə öz ifadələrində onun qollarına hər hansı qandal vurulmadığını bildirmişdir. Qeyd edilənlər kəskin ziddiyyətlər həmin şahidlərin ifadələrinə tənqidi yanaşılması qənaətinə gəlməyə əsas verir.
58. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin, o cümlədən şahidlər Ayxan İsmayılov, Muğan Qasımov və İsmət Mustafayevin təkidlə Təqsirləndirilən şəxs idarəyə sonuncuya məxsus avtomobillə aparılmasına dair ifadələri, eyni zamanda Nəhayət Süleymanova və Xəyyam Zöhrabovun Təqsirləndirilən şəxs məxsus avtomobili idarədən özlərinin götürmələri ilə bağlı ifadələrində göstərdikləri xüsusatları təsdiq edəcək hər hansı mötəbər sübut müəyyən edilmədiyindən, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla da həmin hal təsdiq olunmadığından həmin ifadələrə tənqidi yanaşılmalıdır.
59. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
60. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X4rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
61. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
62. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
63. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
64. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
65. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
66. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
67. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ilkin dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə, zorakılığa, pis rəftara və ya psixi təsirə məruz qalmasını bildirməmişdir. Hökmün 22-23, 28 və 41-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
68. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı sərbəst şəkildə suallara cavab verərək polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən sonuncu ona qarşı hər hansı şəxs, o cümlədən polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, habelə pis rəftara və psixi təsirə məruz qalmasını məhkəmədə bildirməmiş, əksinə törətdiyi əməldən peşman olduğunu, ona qarşı hər hansı təsir və ya təzyiq olmadığını bildirmişdir.
69. Məhkəmə Təqsirləndirilən şəxsnin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid2 ifadələri, üzləşdirmədə dindirmə protokolu, ekspert rəyləri, digər istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
70. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
71. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
72. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
73. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
74. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
75. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət əməli törətməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 dekabr 2021-ci ildə isə amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (bax 33-cü bəndə).
76. Hökmün 33-cü bəndində göstərilənlərə və “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisin 5 noyabr 2021ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə həmin amnistiya aktının 2.4-cü bəndində əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə əlaqədar hazırkı cinayət əməlini törətməsinə görə onun əməlində cinayətlərin residivi yoxdur. Belə ki, həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür.
77. Beləliklə, hökmün 33 və 75-76-cı bəndlərində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayət əməlinə görə məhkumluğu ödənildikdən sonra hazırkı cinayət əməlini törətdiyindən onun əməlində cinayətlərin residivinin olmaması, habelə məhkumluğunun olmaması nəzərə alınmalıdır.
78. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə görə məhkəmə icraatı dövründə davranışını, şəxsiyyətinin müsbət xarakterizə olunmasını, özünün 24 yaşında olmaqla gənc olmasını, narkomaniya xəstəliyindən əziyyət çəkməməsini və tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı olmamasını, beynəlxalq idman yarışlarında iştirak edərək uğurlu yüksək nailiyyətlər qazanmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
79. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
80. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
81. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
82. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
83. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 4(008)-308/2023 saylı qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 17 aprel 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 5 avqust 2023-cü il tarixli, 4(008)-620/2023 saylı qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri uzadılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.20; 79-80; 205-206; Cild 2).
84. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır.
85. Məhkəmə hökmün 35-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
86. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
87. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
88. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
89. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 5,682 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
90. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
91. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
92. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
93. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
94. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
95. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 5,682 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.