Məhkəmə qərarları › İş №1(101)-662/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-662/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-662/2025 17.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxs2, müdafiəçi: “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə qapalı məhkəmə iclasında xx xxxxxxxx 1969-cu il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum ounmuş, İmişli rayonu, Mirili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125, 150.2-1.1, 150.2.5, 150.3.3 və 151-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özü üçün aşkar surətdə on dörd yaşına çatmamış Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə edərək uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmiş, özü üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə, eyni zamanda köməksiz vəziyyətindən istifadə etməklə sonuncunun iradəsi əleyhinə təkrar uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmiş və rüsvay edəcəyi hədəsi ilə onu özündən asılı vəziyyətə salıb şərəf və ləyaqətini mütəmadi olaraq alçaldaraq dəfələrlə uşaqbazlığa və ya seksual xarakterli hərəkətlərə məcbur etməklə özünü öldürmə həddinə çatdırmışdır. Belə ki, o, təxminən 2021-ci ilin iyun ayında həmkəndlisi, 17 avqust 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 işləmək adı ilə yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz fərdi yaşayış evinə dəvət etmiş və evdə tək olmalarından, eyni zamanda özü üçün Zərərçəkmiş şəxs2 aşkar surətdə 14 yaşına çatmadığını və sadəlövh olduğunu əvvəlcədən bildiyi üçün cinsi ehtirasını pozğun formada təmin etməklə bağlı cinayətkar qəsdini həyata keçirmək qərarına gəlmiş və sonuncunu çəkic-kəlbətin gətirmək adı ilə həyətdəki tikiliyə göndərib özüdə arxasınca gedərək həmin vaxt artıq tikilinin içində olan Zərərçəkmiş şəxs2 arxasına əlini çəkmiş, buna etiraz əlaməti olaraq qışqırıb kənara çəkilən 14 yaşına çatmayan Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə edərək qolundan, daha sonra boynundan tuturaq oradakı yatacağın üstünə yıxıb paltarını soyunduraraq ereksiya vəziyyətdə olan cinsi orqanını Zərərçəkmiş şəxs2 ayaqlarının arasında hərəkət etdirməklə boşalmış və bundan sonra rüsvay edəcəyi hədəsi ilə onu özündən asılı vəziyyətə salıb 2023-cü ilin dekabr ayınadək olan dövr ərzində ayrı-ayrı vaxtlarda cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə mütəmadi olaraq həmin ünvandakı evində və həyətyanı sahədəki tikilidə cinsi orqanını Zərərçəkmiş şəxs2 anal dəlik nahiyəsinə yeridib hərəkət etdirməklə, həmçinin ayaqlarının arasına sürtməklə cinsi ehtirasını pozğun şəkildə təmin edib özü üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində həmkəndlisi, 02 avqust 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 həyətyanı sahədəki təsərrüfat işlərinə köməklik göstərməsi adı ilə yaşadığı ünvana, Suraxanı rayonu Hövsan qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz fərdi yaşayış evinə dəvət etmiş və evdə tək olmalarından istifadə edib cinsi ehtirasını pozğun formada təmin etməklə bağlı cinayətkar qəsdini həyata keçirmək məqsədi ilə özü üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə, eyni zamanda zor tətbiq edərək sonuncunun iradəsi əleyhinə təkrar uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etmiş və bundan sonra rüsvay edəcəyi hədəsi ilə onu özündən asılı vəziyyətə salıb 2024-cü ilin yanvar ayınadək olan dövr ərzində mütəmadi olaraq Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətini alçaltmaqla yaşadığı həmin evdə və həyətyanı sahədəki tikilidə sonuncunu dəfələrlə uşaqbaşlığa və ya seksual xarakterli hərəkətlərə məcbur etməklə özünü öldürmə həddinə çatdırmış, nəticə də Zərərçəkmiş şəxs1 11 yanvar 2024-cü il tarixdə, saat 11-12 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində olan talvarın tavanındakı taxta tirdən kəndirlə özünü asaraq intihar etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs X7 və Zərərçəkmiş şəxs1 qarşı uşaqbazlıq və ya seksual xarakterli hərəkətlər etməmişdir. Bu şəxsləri tanıyır, onlar yetkinlik yaşına çatmamış uşaqlar olmuşdur. Hər iki zərərçəkmiş şəxs onunla eyni ünvan olan Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yaşamışlar. Onun özünün də bu uşaqlarla eyni yaşda olan oğlu vardır. Nadim Ələstanov və Zərərçəkmiş şəxs1 təsərrüfatda gördüyü işlərə kömək etmək üçün cəlb etmişdir. İttiham aktında göstərilən 2021-ci ilin iyun ayında Nadim ona şəhid olmuş qardaşı oğlunun qəbrinin götürülməsində kömək etmiş, köməkçi damdan çəkic, kəlbətin gətirmişdir. Lakin o, həmin tikiliyə Nadimin arxasınca getməmiş, onunla orada uşaqbazlıq və digər seksual xarakterli hərəkətlər etməmişdir. İstər həmin vaxt, istərsə də ondan sonra Nadimə qarşı bu hərəkətləri etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 qarşı ittihamda göstərildiyi kimi 2022-ci ilin dekabr ayından 2024-cü ilin yanvar ayınadək uşaqbazlıq və digər seksual xarakterli hərəkətlər etməmişdir. Sonuncunun özünü asaraq intihar etməsinin səbəbini bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ailəsi ilə yaxın qonşuluqda yaşayan şəxs kimi tanıyır. Mərhum Zərərçəkmiş şəxs1 isə onun oğlu olmuşdur. Onun iki övladı olmuşdur. Ramiz böyük oğlu, Ariz isə kiçik oğludur. Xanlar oğlu Ramizi həyətində gördüyü işlərə kömək adı ilə tez-tez çağırırdı. Ramiz də onun sözündən çıxmayaraq çağırışlarına gedirdi. O, buna etiraz etsə də oğlu Ramiz onun tələblərinə məhəl qoymayaraq Xanlargilə getməyə davam etmişdir. Həmin vaxt oğlu Ramizin 16 yaşı olmuşdur. O, qonşulardan eşitmişdir ki, Xanlar digər uşaqları da evinə çağırıb onlara qarşı əxlaqsız hərəkətlər etmişdir. Oğlundan soruşmuşdur ki, ora nə üçün gedirsən, oğlu bir söz demədən dayanıb üzünə baxırdı. Hadisə günü, yəni xx.xx.2024-cü il tarixdə işdən evə gəlmiş, Ramiz onu qarşılamış, evə keçib işlərini görən zaman Ramizin evlərinin həyətində olan talvarın tavanındakı taxta tirdən kəndirlə özünü asdığını görmüşdür. Özünə qəsd edəcəyi barədə Ramiz ona bir söz deməsə də əmindir ki, onun özünə qəsd etməsi Təqsirləndirilən şəxs ona qarşı etdiyi əxlaqsız hərəkətlərin təsirinin nəticəsi idi. Ona qanunla nəzərdə tutulmuş layiqli cəza verilməsini məhkəmədən tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qonşularıdır. Xanların oğlu onunla həmyaşıd olmaqla dostu olmuşdur. Bu səbəbdən dostu ilə onların evinə gedib-gəlirdi. Bir dəfə yenə dostu ilə Xanlargildə olduğu zaman Xanlar oğlunu hansısa işlə bağlı harasa göndərmiş, onu isə həyətlərində olan balaca dama çəkic gətirməyə göndərmişdir. O zaman onun 11 yaşı var idi, balaca uşaq idi. İndisə artıq 17 yaşı vardır. Həmin dama keçdiyi zaman arxasınca Xanlar gəlmiş, zorla onun şalvarını və alt paltarını aşağı endirmiş, özü də şalvar və alt paltarını endirərək gərginləşmiş cinsiyyət orqanını arxadan onun ayaqlarının arasına sürtməyə başlamışdır. Boşaldıqdan sonra Xanlar onu buraxaraq bu hadisə haqqında kimsəyə deməməsini tapşırmışdır. Sonuncudan qorxduğu və utandığı üçün valideynlərinə bu hadisə barədə bir şey deməmişdir. Bundan sonra Xanlar öz evində və həmin damda bir neçə dəfə zorla onunla arxadan cinsi əlaqədə olmuş, həmçinin ayaqlarının arasına cinsiyyət orqanını sürtmüşdür. Mərhum Zərərçəkmiş şəxs1 da qonşuları olmuş, Ramiz özünü Xanların ona qarşı etdiyi əxlaqsız hərəkətlərə görə asmışdır. O, özü də bunun şahidi olmuşdur. Belə ki, Xanların çağırışı ilə sonuncunun dediyi vaxtdan tez həmin dama yaxınlaşıb pəncərədən görmüşdür ki, Xanlar Ramizlə arxadan cinsi əlaqədə olur. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, mərhum Zərərçəkmiş şəxs1 isə onun doğma qardaşı olmuşdur. Təqsirləndirilən şəxs qonşuları olmaqla qardaşı Ramizi tez-tez evlərinə çağırırdı ki, ona guya təsərrüfat işlərində kömək etsin. Lakin o, məhlə uşaqlarından eşidib bildiyinə görə Xanlar onun qardaşı Ramizə qarşı əxlaqsız hərəkətlər etmişdir. Ramizdən dəfələrlə tələb etmişdir ki, Xanlargilə getməsin. Hadisə günü, xx.xx.2024-cü il tarixdə səhər Ramiz yatdığı zaman telefonuna zəng gəlmişdir. O, telefona baxaraq zəng edənin Təqsirləndirilən şəxs olduğunu görmüş və zəngə cavab vermişdir. O, Xanlardan nə lazımdır deyə soruşmuşdur. Xanlar isə təkidlə «Ramizi qaldır gəlsin» tələb etmiş, lakin o, telefonu söndürərək Ramizi oyatmayaraq çıxıb dərsə getmişdir. Dərsdən evə qayıdanda qardaşı Ramizin özünü asaraq öldüyünü görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və özünü intihar etməklə rəhmətə getmiş Zərərçəkmiş şəxs1 tanıyır, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. X15 Ağayevin yaşadığı Hövsan qəsəbəsində eyni məhlədə yaşayır, həmin ərazidə oğlu üçün Təqsirləndirilən şəxs torpaq almaq istəmiş, lakin sonuncu onu aldadaraq kənar şəxsə məxsus torpaq sahəsini ona satmışdır. Həmin torpaqda hasarı tikən zaman özünü intihar edən Ramizin atası Rahili tanımış, sonuncudan tikintidə istifadə etmək üçün bir-iki dəfə ləvazimat almışdır. Təqsirləndirilən şəxs hərəkətləri ilə bağlı o, Xəzər RPİ-nə müraciət etmiş və Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin hökmü ilə cəza verilmişdi. Rahilin ailəsini onlara gedən zaman tanımış, Rahilin oğlu Ramizi sakit və tərbiyəli uşaq kimi tanımışdır. Rahil bir müddət əvvəl Rusiya Federasiyasına işləməyə getmiş, o isə bu ərəfələrdə Rahilgilə gedib-gəlməmişdir. Ramiz ölməmişdən xeyli qabaq Rahil zəng edərək ondan evində olan qaz balonunu doldurtmağı xahiş etmişdir. Rahilin xahişini yerinə yetirmək üçün evlərinə getmiş, lakin Rahilin arvadı Nahidə qaz balonunu artıq doldurtduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Rahilin oğlu Ramizin özünü asdığını bilmişdir. Ramiz öləndən bir müddət sonra Rahil ona Təqsirləndirilən şəxs Ramizlə zorla cinsi əlaqədə olduğunu demiş, Ramizi kiməsə deyəcəyi halda biabır edəcəyi ilə qorxutduğundan Ramiz özünü asmışdır. Daha sonra kənddə gedən söz-söhbətlərdən Xanların Ramizə və Eldənizin oğlu Nadimə qarşı da əxlaqsız hərəkətlər etdiyini, zorla qeyri təbii yolla cinsi əlaqədə olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozunda qonşusu kimi tanımış, zərərçəkmiş şəxslərdən isə mərhum Zərərçəkmiş şəxs1la da qonşu olmaqla yanaşı mərhum Ramiz onun oğlu ilə məktəbdə paralel siniflərdə oxumuş və dost olmuşlar. Xanlar haqqında yaxşı bir şey eşitməmişdir. Söz-söhbətlərdən bildiyinə görə həmin Xanlar azyaşlı oğlan uşaqlarını öz maşını ilə gəzdirmiş, onlarla əxlaqsız hərəkətlər etmişdir. Ramiz özünü asaraq intihar etdikdən sonra xatırlamadığı qonşulardan bilmişdir ki, Xanlar Ramizə qarşı da əxlaqsız hərəkətlər etdiyi üçün sonuncu özünü intihar etmişdir. Digər zərərçəkmiş şəxs Nadim Ələstanovun ailəsi ilə münasibətləri olmamış, Nadimə qarşı da Xanların əxlaqsız hərəkətlər etməsini müstəntiqdən bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozunda qonşusu kimi tanımış, zərərçəkmiş şəxslərdən isə mərhum Zərərçəkmiş şəxs1 da qonşu kimi tanımışdır. Xanlar haqqında yaxşı bir şey eşitməmişdir. Söz-söhbətlərdən bildiyinə görə həmin Xanlar azyaşlı oğlan uşaqlarını öz maşını ilə gəzdirmiş, onlarla əxlaqsız hərəkətlər etmişdir. Ramiz özünü asaraq intihar etdikdən sonra xatırlamadığı qonşulardan bilmişdir ki, Xanlar Ramizə qarşı da əxlaqsız hərəkətlər etdiyi üçün sonuncu özünü intihar etmişdir. Digər zərərçəkmiş şəxs Nadim Ələstanova qarşı Xanların əxlaqsız hərəkətlər etməsini müstəntiqdən bilmişdir. O, zərərçəkmiş şəxslərin Xanların yaşadığı ünvana gedib-gəlmələrini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğlu olmuş, təqsirləndirilən şəxs isə qonşusudur. Belə ki, o, Rusiyada yaşayıb-işlədiyi üçün oğlu ilə bağlı hadisələrdən xəbərsiz olmuş, yalnız oğlu intihar etdikdən sonra Azərbaycana gələrək dəfnində iştirak etmiş, dəfndən sonra digər zərərçəkmiş şəxs Nadim Ələstanovun atası Eldəniz ona zəng edərək Ramizin özünü intihar etməsi səbəbini bildiyini, görüşüb söhbət etməsini demişdir. Oğlunu rayonda dəfn etdikdən sonra Bakıya qayıtmış və Eldənizlə görüşmüşdür. Eldəniz ona bildirmişdir ki, qonşuları Təqsirləndirilən şəxs qəsəbədə yaşayan bir çox uşağa qarşı, o cümlədən Ramizə və Nadimə qarşı əxlaqsız hərəkətlər törətmişdir. Eldənizin dediklərini yoxlamaq üçün Nadimlə görüşmüş və sonuncu etiraf etmişdir ki, Təqsirləndirilən şəxs onu və Ramizi yaşadığı həyətin yan damına apararaq onlarla intim əlaqədə olmuşdur. Bundan sonra polisə müraciət etmiş, polis onun müracəti əsasında Təqsirləndirilən şəxs tutub saxlamışdır. Təqsirləndirilən şəxs ən ağır cəza təyin edilməsini məhkəmədən tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qonşularıdır. Dostları və qonşuları olan İlkin və Elçin qardaşları ilə arabir günlük iş olanda fəhləlik üçün birlikdə gedərək bir qədər pul qazanmışlar. Təqsirləndirilən şəxs əvvəllər onlarla bir küçədə yaşamış, lakin sonra köçüb Binə qəsəbəsində yaşamağa başlamışdır. Təxminən 2023-cü ilin yay-payız aylarında Xanlar küçədə ona yaxınlaşaraq iş olduğunu, həyətdə tikintiyə kömək lazım olduğunu deyərək, gəlib işləməyi təklif etmiş, əlavə işləmək istəyən varsa gətirməsini demişdir. O, dostlarının işləyə biləcəyini demişdir. Bundan sonra iş barədə İlkinə və qardaşı Elçinə Xanlargildə iş görməyi təklif etmiş, sonuncular razı olduqları üçün növbəti gün birlikdə taksi maşını ilə Binə qəsəbəsinə Xanlargilə getmişlər. Evdə təmir işi ilə bağlı bir neçə saatlıq iş olduğundan onlar Xanlara kömək etmişlər. Bir qədər keçmiş işlərini qurtardıqdan sonra Xanlar onları özünə məxsus, xatırladığı qədər VAZ 2106 markalı avtomobillə yaxında olan çayxanaya aparmış, orada şirniyyatla çaya qonaq etmişdir. Xanlar orada onların hər birinə 10 manat pul vermiş və onlar taksi ilə evlərinə qayıtmışlar. Bundan sonra Xanlar yenə onu işə çağırsa da o, getməmiş, İlkini və Elçini də işləməyə çağırsa da heç biri razılaşmamışlar. Bir dəfə Yeni Suraxanı qəsəbəsində çayxanada olan zaman orada bəzi şəxslər Xanların normal adam olmadığını, oğlanlara tamah salan olduğunu və uzaq durmalarını eşitmişdir. Bundan sonra o, Xanlarla danışmamış, zəng vurub işə çağırsa da getməmiş və bir daha əlaqəsi olmamışdır. O, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsinin, zərərçəkmiş mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi X8 və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı cinayət işində olan və məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bak şəhəri Suraxanı rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə daxil olmuş telefon məlumatından müəyyən olunur ki, 11 yanvar 2024-cü il tarixdə, saat 14.05-də Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin növbətçi hissəsindən xx.xx.2007-ci il təvəllüdlü, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu, nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində yerləşən talvardan özünü kəndirlə asaraq intihar etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə olunmun fotocədvəldən müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən Şahid3 məxsus yaşayış evidir. Darvazadan içəri daxil olduqda tikili birmərtəbəli olmaqla evin həyətinin qarşısında talvar quraşdırılmışdır. Talvarın taxta dirəyinə kəndir bağlanmış və kəndirin ilgək halında olan hissəsi Zərərçəkmiş şəxs1 boğazındadır. Zərərçəkmiş şəxs1 meyiti dik halda, sanki ayaq üstə dayanmış vəziyyətdə, ayaqları yerlə təmasdadır. Zərərçəkmiş şəxs1 sol ayağının yanında aşmış halda bir ədəd taburetka vardır. Baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus bir ədəd «Xiaomi POCO» markalı mobil telefon götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “meyitin xarici müayinə edilməsi və paltarlara baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən müəyyən olunur ki, təşrih masası üzərində arxası üstə kişi cinsli meyit uzadılmışdır. Mərhumun paltarları səliqəlidir, zədəsizdir, cibləri çevrilmişdir. Meyit kişi cinsli olub üzdən baxdıqda 15-20 yaşlarına uyğun gəlir. Boyunun uzunluğu 175 sm-dir. Düzgün bədən qurluşlu, kafi qidalıdır. Meyitin xarici müayinəsi zamanı xəsarətlər müəyyən edilməmiş, arxa keçəcək nəcis kütləsi ilə örtülüdür, düz bağırsaqda qırışlar bir qədər hamarlaşmışdır, sfinktor boşalmışdır. Məhkmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məxsus telefon qara rəngli olmaqla, “Xiomi POCO” markalıdır. Telefon video, şəkilçəkən funksiyalara malikdir. Telefonun şəkil yaddaşında Ramsiz Hüseynovun qardaşı Arizlə birlikdə çəkdirdikləri şəkillər vardır. Zərərçəkmiş şəxs1 telefonun yaddaşında anasının adını «mom», atasının adını isə “Rahil” olaraq qeydə almışdır. Xanlar adlı şəxsin nömrəsi arzuolunmaz şəxslər siyahısı yəni, bloka atılmışdır. 11 yanvar 2024-cü il tarixdə saat 10:16-da yəni, Ramiz intihar etməzdən əvvəl atası ilə aralarında 8 dəqiqə görüntülü telefon danışığı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Qanuni nümayəndə1 Bakı şəhəri Suraxanı RPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, qonşusu olan Təqsirləndirilən şəxs oğlu Nadim Əlaslanova qarşı onun yaşadığı evdə müxtəlif vaxtlarda əxlaqsız hərəkətlər edərək dəfələrlə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs barəsində tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “könüllü təqdim etmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd «Redmi» markalı mobil telefonunu araşdırmaya təqdim etmişdir. Məhkmədə elan edilib araşdırılmış “tutulma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 05 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə etməklə qeyri-təbii yolla cinsi əlaqədə olaraq uşaqbazlıq etməsinə görə Azərbaycan Respublikası CM-nin 150.2-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” 05 fevral 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi ***-***-**-** saylı “Redmi” markalı mobil telefonuna baxış keçirilmiş, baxış zamanı həmin, Təqsirləndirilən şəxs məxsus nömrədən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsi olan mobil telefonuna aşağıda olan watcşap proqramı ilə mətnlər göndərilmişdir: (Zərərçəkmiş şəxs2 bu mətnlərdə “Malış”kimi qeyd edilib). Mətnələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 seksual xarakterli hərəkətlər etməsi və qeyri-təbii yolla cinsi əlaqədə olmaq üçün pul ödəyəcəyini bildirir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 150.2-1.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qərarın mətnindən müəyyən olunur ki, məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2021-ci ildə Təqsirləndirilən şəxs həyətində yerləşən butkada onunla qeyri-təbii yolla cinsi əlaqəədə olmuşdur. Daha sonra isə 8-9 dəfə onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 599 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, anlaqlı hesab olunmalıdır, CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 05 saylı rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs1 meyiti müayinə edilərkən boyun nahiyəsində arxadan önə, aşağıdan yuxarıya, çəp qalxan istiqamətdə yerləşmiş, boyunun ön səthində qapanan üç qatlı stranqulyasiya şırımı və şırımlar boyunca boyunun yumşaq toxumasına qansızma aşkar edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl yarımsərt, üç qatlı ilgəyin boyun üzvlərini sıxması nəticəsində törənmişdir, eləcə də qərarın təsviri hissəsində göstərilən şəraitdə kəndirdən hazırlanmış ilgəyin təsirindən törənə bilərdi. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olmaqla bir-başa onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhumun müayinəsi zamanı sağ baldır nahiyəsində kiçik ölçülü sıyrıq müəyyən edilmişdir, həmin xəsarət küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 6-8 sutka əvvələ uyğun gəlir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir, mərhumun ölümü ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Ölümünə səbəb boyun üzvlərinin bədənin ağırlığı ilə ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 meyiti üzərində qarşılıqlı dava-dalaşa, savaşmaya xarakterik xəsarətlər müəyyən edilmədi. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış əlavə məhkəmə-tibbi ekspertizasının 01/05 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 meyiti xx.xx.2024-cü il tarixdə müayinə edilərkən onda düz bağırsağın anal dəliyə açılan hissəsində qırışların (büküşlərin) bir qədər hamarlaşması, eləcə də anal dəliyin sfinktorunun boşalması müəyyən edilmişdir. Göstərilən nahiyələrdə qansızma və s. müəyyən edilməmişdir. qeyd edilən əlamətlər də onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı inkar etmir, lakin müddəti haqqında konkret fikir söyləmək mümkün deyildir (c.1, i.v 55-59). Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kompüter-texniki ekspertizasının 5/100, xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, təqdim edilmiş 1 ədəd sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiomi POCO M3” markalı “M2010J19CG” modelli mobil smartfon işlək vəziyyətdə, yaddaşından “7.68.0809 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış (Kontaktlar, zəng qeydləri, SMS mesajlar, foto, audio, video fayllar, “Whasapp”, proqram təminatında aparılmış məlumat mübadiləsi və s) mövcud olan və silinmiş məlumatlar əldə olundu və həmin məlumatlar “Ekspertiza 5-100” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu. Mobil smartfonun yaddaşında “facebook” sosial şəbəkəsinə aid istifadəçi profili müəyyən edilsə də, həmin profilə dair rəqəmsal izləri mobil cihazın texniki təhlükəsizlik xüsusiyyətlərinə görə elektron olaraq köçürüb istintaq orqanına təqdim edilməsi mümkün olmadı. Mobil smartfon internetə daxil olma texniki imkanına malikdir. Məhkəmədə elan edilib araşdırılmış “yaddaş qurğusuna baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə kompüter-texniki ekspertizası şöbəsi tərəfindən təqdim edilmiş yaddaş qurğusuna (flaşkart) baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatlar müəyyən olunmadı. Məhkəmədə elan edilib araşdırılmış 01 mart 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd "Xiomi POCO" markalı mobil telefonu atası Rahil Sabir oğluna təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış komisyon məhkəmə-tibbi ekspertizasının 49/KEŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər müəyyən edilməmişdir. Tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izi aşkar olunursa, bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 135 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs vizual olaraq xarici cinsiyyət üzvü nahiyəsində cinsi əlaqəyə mane olunacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi, cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının 2636 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları normaya uyğun olmuş, gerilik əlamətləri özünü biruzə verməmişdir. Ünsiyyətçilik, konfliktə meyilli olmamaq, sirr-sözünü heç kimə paylaşmamaq, sakit təbiətlilik, mehribanlıq, işgüzarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malik olmuşdur. Güman olunur ki, Zərərçəkmiş şəxs1 ölümündən əvvəlki dövrdə psixi-emosional vəziyyətində sıxıntı, narahatlıq, gərginlik, bezikmə, çıxılmazlıq kimi hallar yaranmış, depressiv psixi-emosionla halda olmuşdur. Həmin halın yaranması situasiya (qonşusu Təqsirləndirilən şəxs işləmək adı ilə onu özü ilə aparması, onunla cinsi əlaqədə olması, ona hədə-qorxu gəlməsi, ondan əl çəkməməsi və.s) ilə şərtləşə bilərdi. Zərərçəkmiş şəxs1 psixoloji vəziyyəti (psixiemosional durumunda sıxıntı, narahatlıq, gərginlik, bezikmə, çıxılmazlıq kimi halların yaranması, depressiv psixi-emosional hlada olması) nəticəsində özünə qəsd edə bilərdi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixoloji ekspertizasının 2625 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir eə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici əlamətə yönəlməsi) daha yaxındır. Həssaslıq, emosional sabitlik, şəraitə qane olmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 təlqinə qapılmağa, özündən uydurmağa və ya başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri müşahidə olunmadı. Yaş xüsusiyyətləri və intellektual imkanları nəzərə alınmaqla, onunla edilmiş hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi-emosional vəziyyətində dəyişiklik olmamışdır. Baş vermiş hadisə zamanı psixi-emosional vəziyyətində qorxu, gərginlik, sıxıntı yarana bilərdi, hal-hazırda psixi-emosional vəziyyətində neqativ dəyişiklik aşkar olunmadı. Ona qarşı edilmiş cinayət əməli zamanı yetkinlik yaşına çatmadığından müqavimət göstərməyə bilərdi, həmçinin ona qarşı cinayət əməli törədilərkən həmin hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 150.2-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən maddə ilə ona ittiham elan edilmiş, məhkəmə nəzarəti qaydsında iş 05.02.2-24-cü il tarixdə, saat 17:02-də Bakı şəhəri Suraxanı rayon məhəkəməsinə daxil olmuş, lakin iş üzrə zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin iştiraklarını təmin olunması üçün iş xx.xx.2024-cü il tarixə, saat 16:00-a təxir edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixdə, saat 19:00-da bitmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədibiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək - 02 gün müddəti ona cəza təyin edidldikdə nəəzərə alınmalıdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RİHB-nın Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müsbət səciyələndirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Respublika Psixatriya Xəstəxanası X16dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 2562 saylı məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X16 İmişli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-46/2-187/2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Ağayev X9 RMX PHŞ-in ruhi-əsəb kabinetində qeydiyyatda olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış 2 nömrəli X2 daxil olmuş xx.xx.2024-cü il tarixli, 1/856 saylı məktubdan müəyyən ki, Təqsirləndirilən şəxs son 10 ildə həmin xəstəxanaya müraciət etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İinformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 16 iyul 1992-ci ildə İmişli rayon xalq məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin həmin vaxt qüvvədə olan 143-cü maddəsinin 4-cü hissəsi ilə əmlakı müsadirə olunmaqla 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 21 sentyabr 1995-ci ildə Salyan rayon xalq məhkəməsinin qərarı ilə AR CM-nin 50 maddəsinə əsasən 01 il 03 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 08 may 1996cı ildə İmişli rayon xalq məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin həmin vaxt qüvvədə olan143-cü addəsinin 4-cü hissəsi ilə əmlakı müsadirə olunmaqla 04 il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 09 avqust 2000-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluqları ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1,320.1,68.3.2,66.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 11(on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin yuxarıda qeyd olunan 12 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının həbsə alındığı xx.xx.2024-cü il tarixə 01 il 02 ay 13 gün hissəsi məhkum tərəfindən çəkilmiş, 01 il 09 ay 13 gün hissəsi çəkilməmiş qalmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusi ilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 01 il 09 ay 13 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırlmasının iki günü bərabər tutulur. Belə olan halda baxılan iş üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə CM-nin 67.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılmasın çəkilməmiş 01 il 09 ay 13 gün müddəti azadlıqdan mərhum etmənin 10 ay 21 günə bərabər tutulmaqla tamamilə və ya qismən birləşdirilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 150.2.5 və 150.3.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə çıxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2.5-ci maddəsi ilə olan ittihamdan imtina etimişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi müvafiq olaraq CMnin 150.2.5-ci maddəsində nəzərdə tutulan əməllərin ağırlaşdırıcı hallarda törədilməsini nəzərdə tutur və həmin maddəni tam əhatə edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 17.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Belə olan halda məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 125, 150.2- 1.1, 150.3.3 və 151-ci maddələri ilə təqsirli bilinərək bu maddələrlə ona cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisələrsinin baş vermə faktları və halları təqsirləndirilən şəxsin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisələri ilə əlaqəsi və həmin cinayət əməllərini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaması, onlara qarşı seksual xarakterli hərəkətlər etməməsi, onları hədələməməsi, həmçinin Zərərçəkmiş şəxs1 özünü asaraq intihar etməsinin səbəbini bilməməsinə dair ifadələri yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, özünü asaraq öldürən digər zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, üzləşdirmə istintaq protokolu, hadisə yerinə baxış keçiriməsi protokolu, təqsirləndirilən şəxslə mərhum Zərərçəkmiş şəxs1 SMS yazışmaları və orada qeyd edillən mətnlərin məzmunu, ekspertiza rəyləri və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təkzib olunur. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətindən istifadə edərək uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə, eyni zamanda köməksiz vəziyyətindən istifadə etməklə sonuncunun iradəsi əleyhinə təkrar uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri etməsi və rüsvay edəcəyi hədəsi ilə onu özündən asılı vəziyyətə salıb şərəf və ləyaqətini mütəmadi olaraq alçaldaraq dəfələrlə uşaqbazlığa və ya seksual xarakterli hərəkətlərə məcbur etməklə özünü öldürmə həddinə çatdırması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la qonşuluqda yaşayaraq, onları yaxından tanımış, onların on dörd yaşına çatmamasını bilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəliyini, əməlin azyaşlı və yetkinlik yaşına çatmayan şəxslərə qarşı törədildiyini, əməlləri ilə zərərçəkmiş şəxslərdən birini özünü öldürmə həddinə çatdırmasını nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu və cinayətlərin və hökmlərin məcmusu ilə müvafiq cəza təyin edilməsi ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.2-1.1 və 150.3.3-cü maddələri xüsusilə ağır, CM-nin 15.3-cü maddəsinə əsasən CM-nin 125 və 151-ci maddələri az ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CM-nin CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsaslanaraq xx.xx.2024-cü il tarixdən hesablamalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək - 02 gün ərzində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs1 özünü asarkən istifadə etdiyi kəndir məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 100 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər "Güvən" Vəkil Bürosunun vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 500 AZN (beş manat) pul Bakı şəhəri "Güvən" Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125, 150.2-1.1, 150.3.3 və 151-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə 04 (dörd) il müddətinə, Azərbaycan Respublikası CM-nin 150.2-1.1 və 150.3.3-cü maddələri ilə 18 (on səkkiz) il müddətinə, Azərbaycan Respublikası CM-nin 151-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 19 (on doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,320.1,68.3.2,66.2, 69.3-cü maddələri ilə təyin edilmiş cəzanın çəkilməmiş, 01 il 09 ay 13 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla 10 (ay) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək həbsdə saxlanıldığı-02 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 19 (on doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi subut olan və Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs1 özünü asarkən istifadə etdiyi kəndir məhv edilsin, cinayət işinə əlavə edilmiş məhkəmə-kompüter texniki ekspertizası tərəfindən təqdim edilmiş yaddaş qurğusu cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 500 AZN (beş yüz manat) pul “Güvən” Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar