Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-663/2020 29.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X4 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1983-cü il sentyabrın 21-də Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum edilmiş, işləməmiş, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Əmir Bağırov küçəsi, ev 55 «d» ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci il fevralın 04-də saat 16 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Əmir Bağırov küçəsi, 55 «d» ünvanındakı evin yataq otağında yetkinlik yaşına çatmayan 2007-ci il 14 fevral təvəllüdlü övladı Zərərçəkmiş şəxs dəfələrlə nadinclik etməsinə və işlətdiyi «Samsung A10» markalı mobil telefonla əxlaqsız videolara baxmasına əsəbiləşib mətbəx bıçağı ilə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən ön qarın nahiyəsinə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid qarnın ön divarının daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası kimi xəsarət yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.3.-cü maddəsi ilə elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Əmir Bağırov küçəsi, ev 55 «d»ünvanında arvadı Qanuni nümayəndə, övladları X7 və X8 ilə birlikdə yaşayır. Arabir tanımadığı şəxsdən narkotik vasitə marixuana alaraq istifadə edir. 2020-ci il fevralın 04-də saat 15 radələrində evə gəldikdə Fəqanın məhəllədə olmasını görmüş, o, mətbəxə keçməklə kartof soymağa başlamış, daha sonra zəng edib sonuncunu evə çağırmış, oğlunun mobil telefonda əxlaqsız videoya baxdığını bildirəndə Fəqan yan otağa qaçmış, o isə arxasınca gedərək sağ əlindəki bıçaqla oğlanın qarnından bir bıçaq zərbəsi vurmuşdur. Hadisə zamanı narkotik vasitənin təsirində və əsəbi halda olmuşdur. Fəqanın qarnından qan gəldiyindən oğluna yardım etmiş, sonuncuya hamıya su çənindən yıxıldığını deməsini tapşırmaqla qonşusu Şahid1 avtomobili ilə Fəqanı Bakı şəhəri Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, uşağın üzərində cərrahiyyə əməliyyatı keçirilmişdir. Hazırda oğlu ilə barışıq əldə etmiş, hərəkətlərindən çox peşman olmuşdur. Fəqana ağır xəsarət yetirmək istəməmişdir. İş üzrə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci il fevralın 04-də saat 13-14 radələrində dərsdən evdə gəlib öz otağına keçmiş, saat 15 radələrində o, mobil telefonunu götürərək internetə qoşulmaq üçün yaxınlıqdakı mağazanın yanına getmiş, bir saat ötmüş atası Təqsirləndirilən şəxs zəng etməklə əsəbi şəkildə geri çağırmış, evə qayıtdıqda sonuncu onun üstünə hücum çəkdiyindən o, digər otağa qaçmış, lakin atası arxasınca düşüb əlindəki bıçaqla qarnından bir zərbə vurmuş, ondan mobil telefonu istəyəndə vermiş, həkimə və ailə üzvlərinə su çənindən yıxıldığını deməsini tapşıraraq qonşuları Şahid1 avtomobili ilə onu Sabunçu qəsəbəsindəki xəstəxanaya aparmışdır. 2020-ci il fevralın 05-də təklikdə olarkən hər şeyi anasına ətraflı danışmışdır. Həqiqətən də boş vaxtını müxtəlif videolara baxmasına sərf etdiyinə görə qonşuluqda yaşayan Şahid3 ondan atasına şikayət etmişdir. Sonuncu ilə barışmaqla atasına yüngül cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilən Qanuni nümayəndə ifadəsində göstərdi ki, göstərilən ünvanda 2014-cü ildən ailəsi ilə birlikdə yaşayır, X7 və X8 adlarında övladları vardır. Əri Təqsirləndirilən şəxs bir ildir düz yolda deyildir. Dəfələrlə fərdi söhbət əsnasında sonuncudan pis əməllərdən çəkilməyini xahiş etmişdir. Fəqan dəcəl uşaqdır. Son vaxtlar Şahid3 adlı və digər qonşular onun oğlunun nadincliyindən şikayət etmişlər. Bununla əlaqədar Vaqif də Fəqana xəbərdarlıq etmişdir. 2020-ci il fevralın 04-də saat 1730 radələrində işdə olarkən əri ona zəng edib Fəqanın evdə pilləkəndən yıxılaraq xəsarət aldığını, hazırda onların 3 saylı xəstəxanada olmaqla uşağın cərrahiyyə əməliyyatına məruz qalmasını bildirdikdə dərhal yığışıb həmin tibb müəssisəsinə getmişdir. Növbəti tarixdə səhər saatlarında xəstəxanada olduğu zaman Fəqan yıxılmadığını, mobil telefonla videoya baxdığından atası Vaqifin hirslənərək mətbəx bıçağı ilə ona bir bıçaq zərbəsi vurduğunu demişdir. Bunu bilən kimi yaxınlıqdakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getməklə ərizə yazmışdır. Hazırda övladı tam sağalmış, sonuncunun və onun Vaqifdən şikayətləri yoxdur. Hadisənin baş verməsinin səbəbi Fəqanın əxlaqsız videolara mobil telefonla baxması olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Sonuncunun övladı X8 ilə yaxın münasibəti vardır. Vaqifin son zamanlar özünü qeyri-adekvat aparmasını görmüşdür. 2020-ci il fevralın 04-də saat 16 radələrində evdə olarkən Vaqif onu çağırmış, övladı X3 pilləkəndən yıxılıb xəsarət almasını bildirərək oğlunu onun idarə etdiyi avtomobil ilə təcili 3 saylı xəstəxanaya aparmasını xahiş etmişdir. Səhərisi gün Vaqifin Fəqanı nadinc olması səbəbindən bıçaqla vurmasını öyrənmişdir. Fəqanın dəcəl olmasını, qonşuların oğlandan arabir şikayət etməsini eşitmişdir (iş vərəqi 172-174). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid3 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən göstərmişdir ki, 2013-cü ildən Bakı şəhəri Sabunçu rayonunun Əmir Bağırov küçəsindəki yeni tikilidə ailə üzvləri ilə bərabər yaşayır, üç azyaşlı övladı vardır. Qanuni nümayəndə ailəsi ilə qonşuluq münasibətləri saxlayır. Sonuncunun 13 yaşında olan övladı X3 nadinc olması və əxlaqsız videolara baxıb kimisə narahat etməsi barədə qonşular arasında söhbətləri olsa da bu haqda oğlanın atası Təqsirləndirilən şəxs şəxsən şikayət etməmişdir. Sonradan Vaqifin oğlunu dediyi səbəbdən bıçaqla vurmasını qonşularından öyrənmişdir (iş vərəqi 176-178). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin tərtib etdiyi 2020-ci il 05 fevral tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Əmir Bağırov küçəsi, ev 55 «d» ünvanındakı hadisə yerinə baxış keçirilərkən mətbəx masasının üzərindən bir ədəd bıçaq, eləcə də Zərərçəkmiş şəxs məxsus kofta götürülmüş, yataq otağında qan izləri aşkar olunmuşdur (iş vərəqi 6). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 2020-ci il fevralın 10-da tərtib etdiyi tələbnamədən və Qazax Rayon Məhkəməsinin 2017-ci il 17 iyul tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur (iş vərəqi 22-23 və 158-160). İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və AZ-İ seriyalı 928008 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Zərərçəkmiş şəxs 2007-ci il fevralın 14-də doğulmuşdur, yəni hadisənin törədildiyi dövrdə yetkinlik yaşına çatmamışdır (iş vərəqi 37, 40 və 57). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublikası Narkoloji Mərkəzinin 2020-ci il 14 fevral tarixli 1/866 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol, narkotik vasitə və ya psixotrop maddə sərxoşluğu aşkar edilməmişdir (iş vərəqi 47). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 16 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 68). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 17 fevral tarixli 235 nömrəli ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs müəyyən edilmiş qarnın ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənməklə dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, müddəti 2020-ci il fevralın 04-nə uyğun gəlir, xarakterinə və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, habelə Zərərçəkmiş şəxs özü tərəfindən özünə yetirilməsi inkar olunur (iş vərəqi 83-85). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 17 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 126.1.-ci maddəsinə tövsif olunmuşdur (iş vərəqi 86). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 18 fevral tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs göstərilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 89-90). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 18 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il fevralın 16dan hesablanmaqla 03 ay 28 gün müddətində həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 118-119). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasına dair 2020-ci il 26 fevral tarixli 4305 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağı soyuq silah hesab edilmir; ekspertiza tədqiqatının dəyəri 60 manatdır (iş vərəqi 125-126). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» X12 canlı şəxsin ekspertizasına dair 2020-ci il 13 mart tarixli 79- MTKŞ/2020 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus koftanın ön səthində bir qədər sağda aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə deşici-kəsici alətin təsirindən əmələ gəlməklə sonuncunun bədənindəki eyni xarakterli xəsarətlə (qarnın ön divarında bir qədər sağda olan deşilmiş-kəsilmiş yara) yerləşməsinə görə nisbi olaraq uyğun gəlir (iş vərəqi 127-129). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 16 mart tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məxsus kofta və bir ədəd bıçaq maddi sübut hesab edilmişdir (iş vərəqi 131). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 17 mart tarixli və 2020-ci il 18 mart tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsindən həmin Məcəllənin 126.2.3.-cü maddəsinə tövsif olunmaqla ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 137 və 141-142). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 15 aprel tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Əmir Bağırov küçəsi, ev 55 «d»ünvanında baş vermiş hadisə təfərrüatı ilə danışıb ifadəsini təsdiq etmiş, fotocədvəlin kserosurəti protokola əlavə olunmuşdur (iş vərəqi 166- 168). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinin 2020-ci il 17 aprel tarixli 308093/2017 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs 1 il 6 ay islah işləri cəzasından 1 il 3 ayı çəkilməmiş qalmışdır (iş vərəqi 169). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X2» X12 2020-ci il 15 mart tarixli 727 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafı norma daxilində olub yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmamaqla yadda saxlama və yada salma funksiyalarında, təfəkkür, diqqət və qavrama proseslərində hər hansı bir çətinlik qeydə alınmamışdır, o, onunla edilən hərəkətlərin mahiyyətini, xarakterini və mənasını anlamaq, yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malikdir, hadisə zamanı sonuncunun psixi-emosional durumunda həyəcan əmələ gələ bilərdi (iş vərəqi 180-181). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X2» X12 2020-ci il 31 mart tarixli 624 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda və ittiham edildiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə o, öz hərəkətlərinə cavab vermək və cinayəti törətdiyi anda onlara rəhbərlik etmək qabiliyyətində olduğundan anlaqlı hesab edilməlidir, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 183-184). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 2020-ci il 30 aprel tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.3.-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanmış, sonuncunun əməlində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 126.2.4.-cü, 221-ci və 228.4.-cü maddələrinin tərkibi olmadığından cinayət təqibinə xitam verilmişdir (iş vərəqi 187-193). Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq edilmiş 2020-ci il 04 iyun tarixli ərizədən görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.2.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs Müslüm Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri özünümüdafiə xarakteri daşımaqla seçmiş olduğı bu cür taktika tərəfindən heç də kifayət qədər əsaslandırılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən də olsa etirafedici, zərər çəkmiş şəxsin, məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş ibtidai araşdırmadakı şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 2017-ci il 17 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum olunduğundan hazırki cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Azərbaycan Respublikasının CM-nin 18.4.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Qazax Rayon Məhkəməsinin 2017-ci il 17 iyul tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təyin edilən islah işləri cəzasının çəkilməmiş 1 il 3 ay müddəti islah işlərinin dörd günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 03 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş bir ədəd bıçaq və yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus kofta məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 45 iş saatı; məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 7saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********6) 270 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri«Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il fevralın 16-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.3.-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Qazax Rayon Məhkəməsinin 2017-ci il 17 iyul tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1.-ci maddəsi ilə təyin edilən islah işləri cəzasının çəkilməmiş 1 il 3 ay müddəti islah işlərinin dörd günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 03 ay 22 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş 07 (yeddi) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə o, qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 2020-ci il fevralın 16-dan hesablansın. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********6) 270 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. İş üzrə ekspertiza tədqiqatnın dəyəri – 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinə təhvil verilmiş bir ədəd bıçaq və yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus kofta məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-663/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-663/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver