Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-663/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs, qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, üzərində saxlamış və daşımışdır; belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 22 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla, daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2021-ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Yaşıl1' marketin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli idman şalvarının sağ cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,095 qram, 3,748 qram, 2,066 qram və 1,039 qram, ümumi təmiz çəkisi 7,948 qram açıq qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür; bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 oktyabr 2021-ci il tarixdə saat 19-da Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli idman şalvarın sağ cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, təxminən iki ilə yaxın olar ki, narkotik vasitə heroindən istifadə etmiş, ittihamda yazılanlarla razı deyildir, hamısı yalandır, 22 sentyabr 2021-ci il tarixdə öz istifadəsi üçün 1 «çet» narkotik vasitə heroin alıb evinə getmiş, 9 nəfər polis əməkdaşı evinə gəlib onu polis bölməsinə aparmışlar, onu döyərək üzərinə 7 qram narkotik vasitə heroin qoymuşlar, o, ittihamda göstərilən «Yaşıl» marketin yanında tutulmamışdır, müstəntiq ondan əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün 15.000 manat pul istəmiş, onun həmin pulu verməyə imkanı olmadığına görə onu daha ağır ittihamla, yəni narkotik vasitələrin satışı ilə bağlı tutaraq həbs etmişlər. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, bir müddətdir ki, heroin kimi tanıdığım narkotik maddədən istifadə edir. Belə ki, həmin narkotik maddəni Bakı şəhərində müxtəlif yerlərdən öz şəxsi istifadəsi üçün alıb istifadə edir. 22 sentyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 70 manat ödəməklə 04 ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. 23 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Yaşıl” marketin qarşısında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onların polis əməkdaşı olduğunu bilmişdir. Onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması zərurətini bildirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Onlarla birlikdə Suraxanı RPİnin 30-cu PŞ-nə gəlmiş, PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o, əynində olan göy rəngli idman şalvarının sağ cibindən 04 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin 04 ədəd bükümün içərisində nə olmasını, nə vaxt, kimdən, hansı yolla əldə etdiyini, nə məqsədlə üzərində saxladığını soruşmuşlar və o, həmin 04 ədəd bükümün içərisində heroin narkotik maddəsi olduğunu, onları 22 sentyabr 2021-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 70 manat ödəməklə öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdi. Həmin 04 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra 27 oktyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat ödəməklə 01 ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün, yəni 27 oktyabr 2021 -ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş, onların polis əməkdaşı olduğunu bilmişdir. Onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması zərurətini bildirərək onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmiş, PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra ona hüquq və vəzifələri izah olunmuş və dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra polis əməkdaşları videoçəkiliş aparılmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o, əynində olan qara rəngli idman şalvarının sağ cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin 01 ədəd bükümün içərisində nə olmasını, nə vaxt, kimdən, hansı yolla əldə etdiyini, bir ədəd elektron tərəzini isə nə məqsədlə üzərində saxladığını soruşmuşlar və o, həmin 01 ədəd bükümün içərisində heroin narkotik maddəsi olduğunu, həmin gün Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat ödəməklə öz istifadəsi üçün alıb əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdi. Həmin 01 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Həmin aldığı narkotik maddələrdən heç kimə satmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 23 sentyabr 2021-ci ildə Suraxanı rayonu Hovsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatiı daxil olmuşdur. Bununla bağlı şöbə rəisinə raportla müraciət etmiş, əməliyyat qrupunun yaradılması və əmədliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra əməliyyat qrupunun üzvü - şöbənin əməliyyat müvəkkili polis kapitanı Şahid4lə birlikdə həmin tarixdə Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Saat 19:30 radələrində Hovsan qəsəbəsi İ.Əhlimanov küçəsindəki «Yaşıl market»in yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Lakin həmin şöxs özündə heç bir sənədi olmadığını bildirdikdə ona qarşı şübhələri bir qədər də artdığından onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində həmin şəxsin xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, İ.Əhlimanov küçəsi ev 11 mənzil 42-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onun üzərində şəxsi axtarış aparılması zərurəti yaranmış və bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmişlər. Şöbə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin aparılması təhqiqatçı Şahin Mikayılova həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, başqa çıxış yolu olmadığından özü könüllü olaraq əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş dörd bükümdə maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verildikdə, o həmin 4 ədəd bükümdə olan maddənin kokos kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 70 manata aldığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bükümlərdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür, onun üzərindən qanunla qadağan olunmuş başqa əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin Emilin özü imza etmişlər. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunaraq oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinin də Emil özü imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və eləcə də narkotik vasitəni haradan əldə etməsi barədə hər hansı məlumati yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-ci polis bölməsinin əməliyyat-müvəkkili Şahid4 Şahid3 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-ci polis bölməsinin baş əməliyyat-müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 27 oktyabr 2021-ci ildə Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması barədə əməliyyat məlumatiı daxil olmuşdur. Bununla bağlı şöbə rəisinə raportla müraciət etmiş, əməliyyat qrupunun yaradılması və əmədliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvü - şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2la birlikdə həmin tarixdə Təqsirləndirilən şəxs ehtimal olunduğu ünvana yollanmışlar. Saat 19 radələrində Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsindəki yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Lakin həmin şöxs özündə heç bir sənədi olmadığını bildirdikdə ona qarşı şübhələri bir qədər də artdığından onu Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi ev 11 mənzil 42-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onun üzərində şəxsi axtarış aparılması zərurəti yarandı və bu barədə dərhal raport yazıb şöbə rəisinə məruzə etmişdir. Şöbə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin aparılması təhqiqatçı Şahin Mikayılova həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, başqa çıxış yolu olmadığından özü könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş bir bükümdə maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verildikdə, o həmin 1 ədəd bükümdə olan maddənin kakos kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni həmin gün Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin maddə zərfə qoyularaq möhürlənərək zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin Emilin özü imza etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunaraq oxunmuş, protokolun doğruluğuna iştirakçılar, həmçinin də Emil özü imza etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-ci polis bölməsinin əməliyyat-müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 23 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:30-də Bakı şəhəri, Suraxanı rayonu Hovsan qəsəbəsi İ.Əhlimanov küçəsindəki «Yaşıl market»in qarşısında saxlanılaraq Suraxanı RPİnə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan göy rəngli idman şalvarının sağ cibindən şəffaf rəngli selofanda olan dörd bükümdə boz rəngli toz şəklində olan narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasım və hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da həmin 4 ədəd bükümdə toz halında olan maddənin kakos kimi tanıdığı narkotik vasitə olduğunu bildirir. Ondan üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verilir və sonuncu həmin narkotik vasitəni bir gün əvvəl Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 70 manata aldığını bildirir. Bükümlərdəki maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 109-110). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 24 sentyabr 2021-ci il tarixli 6/4250 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 194» dairəvi möhür əksi «şübhəli şəxs Təqsirləndirilən şəxs» yazısı olan zərfdəki 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,095 qram, 3,748 qram, 2,066 qram, 1,039 qram, olmaqla ümumi çəkisi 7,948 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (1-ci cild iş vərəqi 124). İşdə olan 25 sentyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 30-cu PŞ-nin binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkiliş videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 23 sentyabr 2021-ci tarixdə çəkilişdir. Çəkiliş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 30-cu PŞnin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan göy rəngli idman şalvarının sağ cibindən şəffaf rəngli selofanda olan dörd bükümdə boz rəngli toz şəklində olan narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da həmin 4 ədəd bükümdə olan maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu həmin narkotik vasitəni bir gün əvvəl Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 70 manata aldığını bildirmişdir. Bükümlərdəki maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 139). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 28 oktyabr 2021-ci il tarixli 6/4776 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «AR DİN Zərflər üçün № 194» möhür əksi «Təqsirləndirilən şəxs aşkar edilmiş» yazı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,781 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (1-ci cild iş vərəqi 39-41). İşdə olan 27 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 30-cu PŞ-nin binasının içərisində xidməti otaqda baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ cibindən şəffaf rəngli selofanda olan bir bükümdə qəhvəyi rəngli toz şəklində olan narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin 1 ədəd bükümdə olan maddənin «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş, ondan üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və sonuncu həmin narkotik vasitəni həmin gün Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 28-29). İşdə olan 29 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 30-cu PŞ-nin binasının içərisində xidməti otaqda kesirilmiş şəxsi axtarış və götürmə zamanı çəkiliş videogörüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 27 oktyabr 2021ci tarixdə çəkilmişdir. Çəkiliş videogörüntüdən görünür ki, polis əməkdaşlarının iştirakı ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ cibindən şəffaf rəngli sellofanda olan bir bükümdə qəhvəyi rəngli toz şəklində olan narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs həmin maddənin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilir, sonuncu da həmin 1 ədəd bükümdə olan maddənin kakos kimi tanıdığı narkotik vasitə olduğunu bildirir. Ondan üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verilir və sonuncu həmin narkotik vasitəni həmin gün Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Bükümdəki maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 64). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 15 dekabr 2021-ci il tarixli 5109 №-li ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 176-177). İşdə olan məhkəmə psixiatrik ekspertiza üzrə 19 noyabr 2021-ci il tarixli 2720 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (1-ci cild iş vərəqi 173-174). İşdə olan 19 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23.09.2021-ci tarixdə üzərindən aşkar edilərək götürülmüş 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 1,095 qram, 3,748 qram, 2,066 qram, 1,039 qram, olmaqla ümumi çəkisi 7,948 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 7,748 qram heroin saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (1-ci cild iş vərəqi 193-200). İşdə olan 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27.10.2021-ci ild üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,781 qram olan narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,731 qram heroin saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (1-ci cild iş vərəqi 193-200). İşdə olan 19 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 23.09.2021-ci il tarixdə Suraxanı RPİ-nin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkiliş videogörüntüləri əks etdirən bir ədəd və 27.10.2021-ci il tarixdə Suraxanı RPİ-nin inzibati binasında baxış keçirilən zaman çəkiliş videogörüntüləri əks etdirən bir ədəd DVD iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınmışdır (1-ci cild iş vərəqi 193-200). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 165). İşdə olan 23 sentyabr 2021-ci il tarixli tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 97). İşdə olan 25 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs «Covid-19» infeksiya xəstəliyinə tutulması müəyyən edildiyindən 25 sentyabr 2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 149-150). İşdə olan 27 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 23). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 71-74). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr) əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə heroinin çəkisi 7,948 qram olduğundan külli miqdar, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 0,781 qram olduğundan şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır, ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına daha uyğun gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi az ağır, həmin Məcəllənin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 23 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs oğlunun cəza çəkməsinin başlanğıcı tutulduğu 27 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi az ağır və ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 23 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmaqla cəza çəkməsinin başlanğıcı tutulduğu 27 oktyabr 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 15 dekabr2021-ci il tarixli 5109 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu üçün məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 7,748 qram və 0,731 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri - 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 7,748 qram və 0,731 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri - 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-663/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-663/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver