Məhkəmə qərarları › İş №1(101)-663/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-663/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-663/2023 06.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, 24 dekabr 1979-cu il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 azyaşlı olmaqla 3 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələrii ilə xx xxxx 1981-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4ləşən nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 153,1 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 223,9 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış kompleksi, bina 20 ünvanında yerləşən 101 saylı mənzilə daşıyıb saxlamış, həmçinin qeyd edilən çəkidə psixotrop maddə metamfetaminin 47,5 qramını bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində saxlayaraq daşımışdır. Bundan başqa, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni, külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Mehran» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Mehran» adlı şəxs və qeyriləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 49526 qram (49 kiloqram 526 qram) çəkidə narkotik vasitə heroini, külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 21618 qram (21 kiloqram 618 qram) çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»-na daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 195,75 qram təşkil edən 87 konvolyutda 1305 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin həbini istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu ərazisində üç ədəd sintetik kisədə yerləşdirib bu barədə «WhatsApp» ani mesaj laşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitənin, külli miqdarda psixotrop maddənin və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə istintaqa məlum olmayan vaxtda özünə məxsus «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu ərazisinə gedib şəxsiyyəti istintaqa məlum olmayan «Mehran» adlı şəxsin tapşrığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 49526 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 21618 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda tərkibində təsiredici maddəsinin ümumi miqdarı 195,75 qram təşkil edən 87 ədəd konvolyutda 1305 kapsulda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbi olan üç ədəd polietilen kisəni əldə edib «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotildərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 aprel 2022-ci il tarixdə saat 01:00-da ünvan 5 ünvanının yaxınlığında «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq ünvan 6 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 47,5 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2022-ci il tarixdə saat 04:30-dan etibarən Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə ona məxsus «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı külli miqdarda ayrı- ayrılıqda çəkiləri 1987,7 qram, 1919,2 qram, 2000,2 qram, 2009,7 qram, 1995,3 qram, 990,9 qram, 976,2 qram, 986,8 qram, 989,6 qram, 989,6 qram, 988,0 qram, 986,6 qram, 977.2 qram, 988,7 qram, 983,2 qram, 1984,0 qram, 1992,5 qram, 1995,2 qram, 1993,5 qram, 961.5 qram, 1993,1 qram, 975,8 qram, 1995,3 qram, 1985,5 qram, 993,0 qram, 987,1 qram,1991.5 qram, 2002,4 qram, 990,8 qram, 1972,1 qram, 1999,6 qram, 981,2 qram, 985,7 qram və 961.5 qram olmaqla ümumi təmiz çəkisi 49526 qram (49 kq 526 qram) narkotik vasitə heroin ümumilikdə 34 (otuz dörd) ədəd bağlamada, külli miqdarda ayrı-ayrılıqda çəkiləri 981,8 qram, 986,3 qram, 978,0 qram, 980,9 qram, 979,7 qram, 982,3 qram, 985,8 qram, 984.4 qram, 990,8 qram, 974,7 qram, 988,5 qram, 984,8 qram, 977,5 qram, 987,7 qram, 986.5 qram, 983,1 qram, 977,2 qram, 979,2 qram, 991,0 qram, 974,3 qram, 983,1 qram və 980,4 qram olmaqla ümumi təmiz çəkisi 21618 qram (21 kq 618 qram) psixotrop maddə metamfetamin ümumilikdə 22 (iyirmi iki) ədəd bağlamada və külli miqdarda tərkibində təsiredici maddəsinin ümumi miqdarı 195,75 qram təşkil edən 87 ədəd konvolyutda 1305 kapsulda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbi avtomobilin yük yerindən üç ədəd sintetik kisələrdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2022-ci il tarixdə saat 08:00-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış kompleksi, bina 20 ünvanında yerləşən 101 saylı mənzilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyıb saxladığı külli miqdarda 153,1 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 176,4 qram çəkidə psixotrop maddə metamfetamin iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümdə olmaqla mənzilin yataq otağındakı taxta qutunun içərisindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 226,4 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib yaşadığı ünvan 4ləşən mənzilinə daşımış, əldə etdiyi metamfetamini satışa hazırlamaq məqsədi ilə 49,8 qram hissəsini ayırıb bir ədəd sellofan bükümdə üzərində saxlayaraq daşımışdır. Bundan başqa, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni, külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Mehran» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Mehran» adlı şəxs və qeyriləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 49526 qram (49 kiloqram 526 qram) çəkidə narkotik vasitə heroini, külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»~in İ siyahısına daxil edilən 21618 qram (21 kiloqram 618 qram) çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»-na daxil edilən, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 195,75 qram təşkil edən 87 konvolyutda 1305 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin həbini istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu ərazisində üç ədəd sintetik kisədə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitənin, külli miqdarda psixotrop maddənin və külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı qabaqcadan razılıq əldə etdiyi Təqsirləndirilən şəxs1la birlikdə istintaqa məlum olmayan vaxtda sonuncuya məxsus «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu ərazisinə gedib şəxsiyyəti istintaqa məlum olmayan «Mehran» adlı şəxsin tapşrığına əsasən istintaqa məlum olmayan şəxs tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 49526 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 21618 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda tərkibində təsiredici maddəsinin ümumi miqdarı 195,75 qram təşkil edən 87 ədəd konvolyutda 1305 kapsulda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbi olan üç ədəd polietilen kisəni əldə edib «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerində saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 aprel 2022-ci il tarixdə saat 01:00-da ünvan 5 ünvanının yaxınlığında «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq ünvan 6 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərilərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 49,8 qram çəkidə psixotrop maddə metamfetamin əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2022-ci il tarixdə saat 04:30-dan etibarən özünün və Təqsirləndirilən şəxs1 razılığı və iştirakı ilə sonuncuya məxsus «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1987,7 qram, 1919,2 qram, 2000,2 qram, 2009,7 qram, 1995,3 qram, 990,9 qram, 976,2 qram, 986,8 qram, 989,6 qram, 989,6 qram, 988,0 qram, 986.5 qram, 977,2 qram, 988,7 qram, 983,2 qram, 1984,0 qram, 1992,5 qram, 1995,2 qram, 1993,5 qram, 1991,5 qram, 1993,1 qram, 975,8 qram, 1995,3 qram, 1985,5 qram, 993,0 qram, 987,1 qram, 977,3 qram, 2002,4 qram, 990,8 qram, 1972,1 qram, 1999,6 qram, 981,2 qram, 985,7 qram və 961,5 qram olmaqla ümumi təmiz çəkisi 49526 qram (49 kq 526 qram) narkotik vasitə heroin ümumilikdə 34 (otuz dörd) ədəd bağlamada, külli miqdarda ayrı- ayrılıqda çəkiləri 981,8 qram, 986,3 qram, 978,0 qram, 980,9 qram, 979,7 qram, 982,3 qram, 985,7 qram, 984,4 qram, 990,8 qram, 974,7 qram, 988,5 qram, 984,8 qram, 977,5 qram, 987,7 qram, 986,5 qram, 983,1 qram, 977,2 qram, 979,2 qram, 991,0 qram, 974,3 qram, 983,1 qram və 980,4 qram olmaqla ümumi təmiz çəkisi 21618 qram (21 kq 618 qram) psixotrop maddə metamfetamin ümumilikdə 22 (iyirmi iki) ədəd bağlamada və külli miqdarda tərkibində təsiredici maddəsinin ümumi miqdarı 195,75 qram təşkil edən 87 ədəd konvolyutda 1305 kapsulda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbi avtomobilin yük yerindən üç ədəd sintetik kisələrdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2022-ci il tarixdə saat 07.:00-dan etibarən Cavid Əlizadənin yaşadığı ünvan 4ləşən mənzilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyıb saxladığı külli miqdarda təmiz çəkisi 176,6 qram psixotrop maddə olan metamfetamin bir ədəd şəffaf sellofan bükümdə mənzilin otağındakı paltar dolabında asılqanda asılmış qara rəngli dəri gödəkçənin cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 dostudur. İnstagramda tanış olduğu İranlı tərəfindən konum atıldı, dostunu gəlib götürdü. Özləri istifadə etmək üçün götürməyə gedirdilər. Oraya çatdıqda heç nə götürməmişdilər, maşını saxladı, Cavidan maşından düşüb getdi ki, ehtiyacları olan şeyi götürsün. O maşınla qayıdıb Cavidanı götürməyə gedəndə, onun qabağını məhəllədə kəsdilər. Onu boş-boşuna tutublar, Cavidanı ayrı tutublar, sonra Baş idarəyə apardılar. Səhərə yaxın maşının yanına apardılar, maşının baqajın açanda meşokları çıxartdılar, sonra da səhər onu evə apardılar. Evdə də həmçinin elə oldu. Evə də mal qoydular, ailə-uşaqla hədə-qorxu gəldilər. Mal götürmək üçün İranlı onunla əlaqə saxlayıb. Əvvəllərdə iranlının ona tapşırıq verdiyi olub, iranlıdan 100 qram götürüb, 5-10 qram ayırıb ora-bura atmaq barədə tapşırığı olub, bu tapşırıq tutulmamışdan 1-3 ay qabaq olub. İttihamda göstərilən narkotik vasitələr, psixotrop maddələr və onlara aid olmayan güclü təsir edən maddələrin hamısı üzərində, avtomobilində, mənzilində olmayıb. Baş idarədə çəkiliş olub. Vurub döydülər, məcbur qalıb qol çəkdilər. Bir tanışı, dostu ondan narkotik istəyib, başqa heç kim olmayıb. İranlıdan asılı olmağının səbəbi maddi cəhətdən çatdıra bilməmiş, onunla razılaşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, aprel ayının 11-i dostu Ramiz zəng elədi ki, ona xəbər gəlib, gedək əmanəti, yəni metamfetamini öz istifadələri üçün götürsünlər. Günəşliyə getdilər, Ramiz ona dedi ki, “Düş, məhəllənin içərisində bir nəfər qabağına çıxacaq, əlbəəl verməyəcək, sənə hara qoyduğunu göstərəcək. Gedib götürərsən”. O da onula razılaşıb maşından düşdü, 300 metrə məhəllənin içərisinə piyada girdi. Ramiz maşında çöldə qalmışdı. Bir nəfər binanın girişinin qabağında dayanmışdı, ağzında maska var idi. Ona dedi ki, “Dalımca gəl”. O da gəldi. Bloku keçib, məhəllənin içərisinə girdilər. O əli ilə göstərərək “Oraya qoymuşam, get, götür” dedi və özü də çıxıb getdi. O da gedib ağacın dalında axtaran vaxt, 2 nəfər blokdan çıxıb onu tutdu. Onu onlar öz adət-ənənələrinə uyğun maşına saldılar, Ramizi necə tutduqlarını görmədi, onları baş idarəyə apardılar. 2,5-3 saat sonra bir otağa saldılar, gördü ki, Ramiz oradadır. Başına 5-6 nəfər yığışıb vururdular, adlarını bilmir, üzlərini tanıyır. Sonra 5-in yarısı onları idarənin həyətinə saldılar. 7-8 nəfər gəldi, çəkiliş oldu, 3 dənə kisəni maşının baqajından çıxartdılar, 1 saata kimi bunu çəkdilər. Bundan sonra saat 7-ə qalmış onları evə apardılar. Birinci onun evinə getdilər, qapını döydü, anası qapını açdı, evə girdilər. Evdən heç nə, 1 dənə belə olsun narkotik vasitə tapa bilmədilər. Nəcəf var idi, o əli ilə cibindən 1 büküm çıxartdı və dedi ki, “Bunu aparıb aşağıdakı evə qoyacaq, oradan çıxaracaq, evdəkiləri də bölməyə aparacaq, ya da razılaş, öz gödəkcənin cibinə qoyacaq, çəkilişlə götür”. Birinci razılaşmadı, sonra gördü ki, edirlər, ondan sonra gödəkcənin cibinə qoydular. Gödəkcənin cibindən 1 dənə büküm götürdü. Saxlanılmamışdan əvvəl iranlı şəxslə heç bir əlaqəsi olmayıb. Nə evdə, nə üzərində narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə olmayıb. Şəxsi axtarış və mənzilə baxış videoçəkilişlə keçirilib. Şəxsi axtarış və mənzilə baxış keçirilərkən onu döyüblər, evdəkilərlə hədələyiblər, o da məcbur qalmışdır. Zaklatkada 1-2 dəfə iştirak etmişdi, kimin gəlib götürəcəyini bilmirdi. Maşının harasından narkotiki çıxardıqlarını görmədi, aralıqda çıxardılar. Baş Narkotiklərlə Mübarizə İdarəsində maşında axtarış aparıldı, maşının içərisindən 3 dənə kisələr çıxdı. İbtidai istintaqda orada yazılan məzmunda ifadə verməmişdir, o ifadələrin hamısı müstəntiqin ssenarisidir. Maşından çıxanın narkotik olduğunu dedi, kimin olduğunu dediyi yadında deyil. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələr ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Gecə saat 1 radələrində Xətai rayonu ərazisində Ramizin idarə etdiyi avtomobilin yaxınlığında hər ikisini saxladılar, onları baş idarəyə gətirdilər. Onlar baş idarədə vəkillərlə təmin olundular. Onların üzərilərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirildi. Hər ikisi üzərilərində olan narkotik vasitəni könüllü olaraq təqdim etdilər. Dedilər ki, iranlı şəxsdən zaklatka yolu ilə əldə ediblər. Sonra isə nəqliyyat vasitəsinə baxış keçirildi və narkotik vasitələr aşkar olundu. Bu iş üzrə əməliyyata o rəhbərlik etmişdir. Bu işlə bağlı bütün əməliyyat tədbirlərində şəxsən özü iştirak etmişdir. Cavidanın üzərindən 40-50 qram narkotik vasitə aşkar olundu. Bu şəxsləri Xətai rayonu ərazisində saxladılar, şəxsləri saxlayanda avtomobilin yanında idilər, avtomobilə əyləşirdilər. Saxladıqdan sonra bu şəxsləri idarəyə gətirdilər, avtomobil duracağa yerləşdirildi. Təqsirləndirilən şəxs2 həm üzərindən, həm də evindən narkotik vasitə çıxıb. Ramizin avtomobilində birgə olublar. Onlar saxlanılarkən müqavimət göstərməyiblər. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmaları sübuta yetirilir və onların törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə prosesində guya narkotik vasitənin onlara məxsus olmaması barədə verdikləri ifadələrini inandırıcı saymır və hesab edir ki, onlar cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrı ayrılıqda ibtidai istintaqda narkotik vasitələrin onlara məxsus omaları və satmaqları barədə etiraf edici ifadələr vermişdirlər. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 6 ay əvvəl psixotrop maddə metamfetamin istifadəçisi olan həmyerlisi və dostu Təqsirləndirilən şəxs2 «İnstaqram» sosial şəbəkəsindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan «Mehram» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və ondan istifadəsi üçün psixotrop maddə metamfetamin alırmış. Bir müddətdən sonra Təqsirləndirilən şəxs2 vasitəsi ilə özü «Mehram» adlı şəxslə tanış olub sonuncu ilə +98 939 *** **** İran nömrəsinin vatsapı ilə əlaqə saxlamağa başlamışdır. «Mehram»la tanışlıqdan sonra sonuncu ona və dostu Təqsirləndirilən şəxs2 Bakı şəhərinə öz adamları vasitəsi ilə göndərdiyi narkotik vasitə və posixtrop maddələri qoyulduğu yerlərdən götürmələrini və sonra onun tapşırığına əsasən Bakı şəhərinin müxtəlif yerlərinə qoymalarını, qoyulacaq hər narkotik vasitə və ya psixotrop maddələrin kiloqramına görə olara 600 manat pul ödəniləcəyini və bu minvalla pul qazanmalarını təklif etmiş, onun və Təqsirləndirilən şəxs2 maddi imkanları zəif olduğundan «Mehram»ın təklifilə razılaşmışlar. Bu barədə razılaşdıqdan sonra «Mehram» öz adamları vasitəsi ilə Bakı şəhərinin müxtəlif yerlərinə narkotik vasitə və püsixotrop maddələr qoydururmuş, o da Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib narkotik vasitə və psixotrop maddələri qoyulduğu yerlərdən götürürmüş və «Mehram»ın tapşırıqlarına əsasən müxtəlif yerlərə qoyub həmin yerlərin fotoşəkillərini çəkib vatsapda «Mehram»a göndərirlərmiş, bir sözlə «zaklatka» ilə ınəğul olurlarmış, bunun müqabilində «Mehram» pulu həyat yoldaşının adına olan "xxxx" ASC-nin bank kartına göndərirmiş və əldə etdiyi puldan Təqsirləndirilən şəxs2 də verirmiş. Bəzən o, özü tək, yəni Təqsirləndirilən şəxs2 xəbərsiz «Mehram»ın sifarişlərini yerinə yetirirmiş. Sonuncu dəfə 10 aprel 2022-ci il tarixdə saat 19:00 radələrində «Mehram» onunla əlaqə saxlayıb külli miqdarda narkotik vasitə və psixotrop maddə «atdıracağını» və qoyulacaq ərazi barədə ona əlavə məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs2 yaşadığı Nərimanov rayonundakı evinə getmiş və ona «Mehram»ın onunla əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddə «atdıracağını» bildirdiyini söyləyib birlikdə həmin narkotiki götürməyə getmələrini, bunun müqablində «Mehram»ın ödəyəcəyi pulu yarı bölmələrini təklif etmiş, Təqsirləndirilən şəxs2 də onunla razılaşmışdır. Bir neçə saatdan sonra, saat təxminən 00:20 radələrində «Mehram» onunla əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddələri qoyduracağı ünvanın kordinatlarını vatsapda ona göndərmiş və narkotik vasitə və psixotrop maddənin Bakı şəhəri, Xətai rayonu ərazisində hansısa bir yaşayış binasının blokuna qoyulduğunu və orada onları bir nələr şəxsin qarşılayıb narkotik vasitə və psixotrop maddənin qoyulduğu yeri göstərəcəyini bildirmişdir. «Mehram»m vatsapda göndərdiyi fotoşəkildən blokun yan tərəfində gözəllik salonu yerləşirmiş. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə mobil telefondakı xüsusi proqram vasitəsi ilə «konumun» olduğu ünvana, yəni Bakı şəhəri, Xətai rayon ərazisinə getmişlər. Deyilən ünvana çatandan sonra ilk olaraq o, avtomobili yol kənarında saxlamış və Təqsirləndirilən şəxs2 avtomobildən enib binanın həyətinə daxil olmuş, o isə bir qədər müşahidə aparandan sonra avtomobillə hərlənib binanın həyətinə daxil olmuş, avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs2 əlində üç ədəd kisə blokdan çıxıb avtomobilə tərəf gəlmiş və baqajı açıb yükü ora qoyduqdan sonra avtomobilə əyləşmək istəyəndə əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları cəld onlara yaxınlaşıb onları saxlamışlar. Daha sonra polis əməkdaşları özlərini təqdim edib şəxsiyyətləri barədə soraqlaşandan sonra onların külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərini bildirib idarə etdiyi avtomobillə birlikdə onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada hüquqlarının müdafiəsi üçün müdafiəçilərlə təmin edilkdikdən sonra otaqların birində hər ikisinin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona edilmiş təklifdən sonra o, üzərində, yəni əynindəki gödəkçənin cibində şəxsi istifadəsi üçün saxladığı bir büküm psixotrop maddə olan metamfetamini polis əməkldaşlarma təqdim etmişdir. Həmin zaman yanında olan Təqsirləndirilən şəxs2 də əynindəki qısaqol gödəkçəsinin cibindən bir bükümdə psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən nə onun, nədə ki, Təqsirləndirilən şəxs2 üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra üzərlərindən aşkar edilmiş psixtrop maddələr qablaşdırılaraq götürülmüş və şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edildikdən sonra protokolla tanış olub orada qeyd edilənlərin düzgünlüyünü görüb imzaları ilə təsdiq etmişlər. Daha sonra onun razılığı və özünün, Cavidanm, həmçinin müdafiəçilərinin iştirakları ilə polis əməkdaşları idarə edtiyi «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirmiş və bu zaman avtomobilin yük yerindən üç ədəd sintetik kisələrdə otuz dörd ədəd bağlamada narkotik vasitə heroin, iyirmi iki ədəd bağlamada psixotrop maddə metamfetamin və 1305 kapsul preqabalin həbi aşkar edib götürmüşlər. Həmin zaman heroin çəkildikdə onun çəkisinin 50 kiloqramdan çox, metamfetaminin çəkisinin isə 21 kiloqramdan çox olması müəyyən olunmuşdur. Daha sonra avtomobildən aşkar edilmiş narkotik vasitə, psixtrop maddə, həmçinin preqabalin həbləri polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra həmin gün polis əməkdaşları ilk olaraq Təqsirləndirilən şəxs2 razılığı ilə onun yaşadığı evə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı mənzildəki paltar dolabından asılmış gödəkçəsinin cibindəki bir büküm metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları onun razılığı və iştirakı ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri. «Kristal Abşeron» yaşayış kompleksi, bina 20-də yerləşən 101 saylı mənzilə baxış keçirmiş və baxış zamanı özü yataq otağındakı taxta qutunun içərisindən gizlətdiyi bir bükümdəki psixotrop maddə olan metamfetamini və bir bükümdəki narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Baxışın nəticələrinə dair protokol tərtib edildikdən sonra orada qeyd edilənlərin düzgünlüyünü görüb imzası ilə təsdiq etmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildən çox müddət imiş ki, «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul edirmiş. Tutulmazdan təxminən 6 ay əvvəl «inistaqram» sosial şəbəkəsindən «Mehram» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, tanışlıqdan sonra «Mehram»ın göndərdiyi müxtəlif bank hesablarına ödəmə terminallarından pul köçürürmüş, sonuncu da öz adamları vasitəsilə şəhərin müxtəlif yerlərinə metamfetamin qoydurmuş, o da gedib metamfetamini götürüb qəbul edirmiş. Aradan bir müddət keçəndən sonra «Mehram» ona bir qədər xeyli vəsait göndərəcəyi təqdirdə ona külli miqdarda metamfetamin göndərə biləsəyini bildirmiş, lakin onun maddi vəziyyəti yaxşı olmadığından «Mehram»la razılaşmamışdır. Bir müddət sonra o, «Mehram» barəsidə narkotik istifadəçisi dostu Təqsirləndirilən şəxs1 bildirmiş, sonuncu da bundan sonra «Mehram»ın nömrəsini götürüb onunla özü əlaqə saxlamağa və özü ondan heroin və metamfetamin alıb qəbul etməyə başlamışdır. 10 aprel 2022-ci il tarixdə saat 20:00 radələrində müvəqqəti kirayə yaşadığı ünvan 8 ünvanında yerləşən mənzildə olarkən Təqsirləndirilən şəxs1 ora gəlmiş və ona «Mehram»ın onunla əlaqə saxladığını, sonuncunun onun üçün narkotik vasitə və psixotrop maddə «atdıracağını», həmin narkotik vasitənin və psixotrop maddənin qoyulduğu yerdən götürməyə birlikdə getməyi təklif edib, köməklik edəcəkləri təqdirdə «Mehram»ın ona metamfetamin və heroin verəcəyini, əldə ediləcək metamfetamindən ona da pay verəcəyini bildirmiş, o da istifadəsi üçün metamfetamin lazım olduğundan Təqsirləndirilən şəxs1 bu təklifilə razılaşmışdır. Bir müddət sonra «Mehram» Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb külli miqdarda narkotik vasitə və psixotrop maddənin qoyulacağı ünvanın «konum»unu ona göndərib külli miqdarda narkotik vasitə və psixotrop maddənin Bakı şəhəri, Xətai rayonu ərazisində bir yaşayış binasının yaxınlığına qoyulduğunu və orada bir nəfər şəxsin qarşılayıb narkotik vasitə və psixotrop maddənin qoyulduğu yeri göstərəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun idarə etdiyi «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə «konumun» olduğu ünvana getmiş, deyilən ünvana çatandan sonra Təqsirləndirilən şəxs1 avtomobili yol kənarında saxlamış, o, isə avtomobildən enib binanın həyətinə daxil olmuş, «Günay» adlı gözəllik salonun yanma çatanda ağzında tibbi maska olan və telefonla danışan bir nəfər şəxs avtomobili binanın həyətinə sürülməsini istəmiş, o da Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb ona bu barədə bildirmiş, bundan sonra həmin şəxs bloka daxil olmuş, həmin blokun iki tərəfli giriş-çıxışı var imiş, həmin şəxsin arxasınca gedəndə həmin şəxs əli ilə kənarda dayanmış bir avtomobilin arxa tərəfini göstərib özü çıxıb getmişdir. O, avtomobilin arxasına keçəndə orada heç nə olmadığını, lakin bir qədər kənarda, kiçik təpə üzərindəki kolun dibində 3 ədəd kisə olduğunu görmüş, kisələrə yaxınlaşıb onları götürəndə kisələrin ağır olduğunu hiss etmiş, kisələri götürüb birtəhər Təqsirləndirilən şəxs1 avtomobilinə tərəf qayıtmış, baqajı açıb kisələri ora qoymuş və avtomobilə əyləşmək istəyən zaman əvvəllər tanımadıqları, sonradan onlara məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları cəld onlara yaxınlaşıb saxlamışılar. Daha sonra polis əməkdaşları özlərini təqdim edib şəxsiyyətləri barədə soraqlaşandan sonra onların narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərini bildirib hər ikisini «Mersedes» markalı **- EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə aparmışlar. Orada hüquqlarının müdafiəsi üçün müdafiəçilərlə təmin edilkdikdən sonra otaqların birində hər ikisinin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs1 ona edilmiş təklifdən sonra əynindəki gödəkçənin cibində saxladığı bir büküm psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra ona edilmiş təklifdən sonra o, bir bükümdəki metamfetamini əynindəki qısaqol gödəkçəsinin cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən nə onun, nədə ki, Təqsirləndirilən şəxs1 üzərindən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra üzərlərindən aşkar edilmiş narkotik vasitə və psixtrop maddələr qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 razılığı və həm sonuncunun, həm də Özünün iştirakı ilə polis əməkdaşları Baş İdarənin həyətində saxlanılan «Mersedes» markalı avtomobilə baxış keçirmiş və bu zaman avtomobilin yük yerindən üç ədəd sellofan kisələrdə otuz dörd ədəd bağlamada narkotik vasitə heroin, iyirmi iki ədəd bağlamada psixotrop maddə metamfetamin və 1305 kapsul preqabalin həbi aşkar edib götürmüşlər. Həmin zaman heroin çəkildikdə onun çəkisinin 50 kiloqramdan çox, metamfetaminin çəkisinin isə 21 kiloqramdan çox olduğunu görmüşdür. Daha sonra avtomobildən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə, həmçinin həblər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra həmin gün polis əməkdaşları onun razılığı əsasında kirayə yaşadığı ünvan 4ləşən mənzilə baxış keçirilmiş və baxış zamanı özü mənzilin otağındakı paltar dolabında asılqanda asılmış qara rəngli dəri gödəkçəsinin cibində gizlətidiyi bir ədəd şəffaf sellofan bükümdəki psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü onun işiratkı ilə qablaşdıraraq götürmüşlər. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı Xırdalan şəhərindəki «Kristal Abşeron» yaşayış kompleksi, bina 20-də yerləşən 101 saylı mənzilə baxış keçirmiş və baxış zamanı Ramiz özü yataq otağındakı taxta qutunun içərisindən gizlətdiyi bir büküm psixotrop maddə olan metamfetamini və bir büküm narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin 11 aprel 2022-ci tarixdə şübhəli şəxs qismində tutulmuşdurlar. Cinayət işində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun xx.xx.2022-ci il tarixli, 5(011)-210/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 10 aprel 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 11 aprel 2022-ci il tarixli protokolla və protokola əlavə edilmiş şəxsi axtarış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilməsi ilə müəyyən edilmişdir ki, həmin gün saat 03:10-dan etibarən BNMİ-nin inzibati binasında müdafiəçilərin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürlmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan «avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 11 aprel 2022-ci il tarixli protokolla və protokola əlavə edilmiş baxış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilməsi ilə müəyyən edilmişdir ki, həmin gün saat 04:30-dan etibarən etibarən BNMİ-nin inzibati binasının həyətində saxlanılan Təqsirləndirilən şəxs1 məxsus «Mersedes» markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən üç ədəd sintetik kisələrdə 34 ədəd ayrı-ayrı bağlamada narkotik vasitə heroin, 22 ədəd ayrı-ayrı bağlamada psixotrop maddə metamfetamin və 87 ədəd konvolyutda 1305 ədəd kapsulda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin həbi aşkar olunaraq götürlmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan «mənzilə baxış keçirilməsi və götürmə haqqında» 11 aprel 2022-ci il tarixli protokolla və protokola əlavə edilmiş baxış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilməsi ilə müəyyən edilmişdir ki, saat 07:00-dan etibarən Cavid Əlizadənin yaşadığı ünvan 4ləşən mənzilə baxış keçirilərkən mənzilin otağındakı paltar dolabında asılqanda asılmış qara rəngli dəri gödəkçənin cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan «mənzilə baxış keçirilməsi və götürmə haqqında» «mənzilə baxış keçirilməsi və götürmə haqqında» 11 aprel 2022-ci il tarixli protokolla və protokola əlavə edilmiş baxış hərəkətlərinin qeydə alındığı bir ədəd DVD-R diskdəki videogörüntüyə baxış keçirilməsi ilə müəyyən edilmişdir ki, həmin gün saat 08:00-dan etibarən Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron» yaşayış kompleksi, bina 20 ünvanında yerləşən 101 saylı mənzilə baxış keçirilərkən mənzilin yataq otağındakı taxta qutunun içərisindən iki ədəd ayrı-ayrı şəffaf sellofan bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş üzrə məhkəmə qərarı əsasında "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş iki ədəd CD diskdəki Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrindən 01 sentyabr 2021-ci il tarixdən 12 aprel 2022-ci il tarixədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnlərinə dair məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəyə istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrədən xx.xx.2021-ci il saat 12:10:17-də «Bırak duranda yıgde meni lisd lazmdı» məzmunlu, istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrədən xx.xx.2022-ci il saat 01:07:12-də «Gagaw internet Yoxumdu. 2 List M40, 3 dana Torpağ. X5 Bilajariya galdim Nanam Gila. San cixmisan ???» məzmunlu, istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrədən «Brat birdenede daw elave ele 75 verecem» məzmunlu SMS-lər göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə ötürülən məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il saat17:22:53-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəyə «Qaqa 10 deyqeye mən pati xəbərin deməliyəm, mene hə yox de bilim, cunki bu dunennen özün öldürür lomkadadi indi mən uj ey çatıram olara» məzmunlu, saat 17:39:01 -də ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs2 «Qaqa bi cavab vermir sən ol bidene hə desəydi mən həll edərdim smsde yazdım cvb vermiyib yığıram dal nadal açsm deyirəm brat» məzmunlu, xx.xx.2021-ci il saat 17:47:44-də Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəyə «Qaqa ogunki kimidi imkan olsa yarı getirersen. mende dunennen lomkadayam yeni gətirdiynnen məndə çəkəcəm, gozduyurem burdayam» məzmunlu SMS-lər göndərilmişdir. İş üzrə götürülmüş Təqsirləndirilən şəxs1 istifadəsində olan «Samsung Galaxy A32» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrə «Marhem» kimi, +98 ********* nömrə «na» kimi, +98 **********6 nömrə «Namiq» kimi, +98 **********6 nömrə «Namiy» kimi, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə «Ca» və «Sim Cavi» kimi qeyd edilmişdir. Mobil telefon aparatının «WhatsApp» ani mesajlaşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə adı «Савы» kimi qeyd edilən + **********6 nömrənin naməlum istifadəçisinə narkotik vasitə və ya psixotrop maddənin yerləşdirildiyi 6 ayrı-ayrı yerin fotoşəkillərini göndərib saat 23:05-də «xırdalanın kuruqundan girirsen xırdalana duz gəlirsən xırdalan şadlıq sarayı var onnan üzbəüz küçəyə gir sağa divarın qurtaracağında 70 kola karton qutuda balaca kolların dalında şəkilə diqqətlə bax» məzmunlu, saat 23:06da «xırdalanın kuruqundan girirsen xırdalana duz gəlirsən xırdalan şadlıq sarayı var onnan üzbəüz küçəyə gir düz get solda kolun üstündə 8 к 2 p siqaret qutusunda şəkilə diqqətlə bax» məzmunlu, saat 23:08-də «xırdalanın kuruqundan girirsen xırdalana duz gəlirsən xırdalan şadlıq sarayı var onnan üzbəüz küçəyə gir düz get solda turbaları görəcəksən onların arasında divarın dibində karton qutuda 30 kola şəkilə diqqətlə bax» məzmunlu yazılı mesajlar göndərmişdir. «WhatsApp Business» ani mesaj laşma mübadilə sisteminə baxış keçirilərkən müəyyən edilmişdir ki, adı «Namiq» kimi qeyd edilən +98 **********6 nömrənin Cənubi Azərbaycan ləhcəsi ilə danışan istifadəçisi xx.xx.2022-ci il saat 21:52-də Təqsirləndirilən şəxs1 «hə nolar bu nömrəyə zəng edərəm» məzmunlu səsli mesaj göndərmiş və ardınca «Günay gözəllik salonu» plakatı olan yaşayış binasının fotoşəklini, ərazinin yerləşmə kordinatlarını göndərərək «bura çatdın mənə de» məzmunlu səsli mesaj göndərmiş, naməlum şəxsin «gəlsin düşsün Günayın qarşıda içəri yol keçid keçersən mən dayanmışam» məzmunlu yazılı mesajını yönləndirmişdir. Təqsirləndirilən şəxs1 adı «Marhem» kimi qeyd edilən +98 ********** nömrənin Cənubi Azərbaycan ləhcəsi ilə danışan istifadəçisinə xx.xx.2022-ci il tarixdə saat 21:50-də «Mehram danışanda, bu işin dalınca gedəndə bu nömrənin vastapma at, bununla heç kimlə danışmamışam» məzmunlu səsli mesaj göndərmiş, «Marhem» adlı şəxs saat 21:51-də «yaxşı brat o biri nömrəmə at» məzmunlu səsli mesaj göndərmiş, saat 21:51-də Təqsirləndirilən şəxs1 «o biri nömrələr işləyir e, bu nömrəni heç kimə verməmişəm, hər bir ehtimala qarşı bu nömərə yaz» məzmunlu səsli mesaj göndərmiş, «Marhem» adlı şəxs saat 21:52-də «bildim e o biri nömrəmə yaz, at, bu nömrəni işlətmirəm» məzmunlu səsli mesajlar göndərmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan «Samsung Galaxy A40» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatının abunəçilər bölümündə İran İslam Respublikasının mobil operatoruna məxsus +98 ********** nömrə «Marhem» kimi, +98 **********6 nömrə «Behram» kimi, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə «Cavidan Sim» kimi, ***-***-**-** nömrə isə «Cin» kimi qeyd edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 aprel 2022-ci il tarixli 6/2019 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «şübhəli şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən aşkar olunan kütlələr» yazısı və imzalar olan paketdəki, üzərində: «Təqsirləndirilən şəxs1» yazısı olan bükümdə təmiz çəkisi 47,5 qram ağ rəngli kristalardan maddə və üzərində «Təqsirləndirilən şəxs2» yazısı olan bükümdə təmiz çəkisi 49,8 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs: Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunan kütlə» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 176,6 qram ağ rəngli kristalardan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs: Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunan kütlə» yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 176,4 qram ağ rəngli kristalardan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 153,1 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunan» yazısı və imzalar olan kisələrdəki,34 (otuz dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 49526 qram (49 kq 526 qr) qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir,22 (iyirmi iki) ədəd bükümdə ümumi təmiz çəkisi 21618 qram (21 kq 618 qr) ağ rəngli kristalardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir,üzərində «Preqabalin 150 mq» markalanma göstəricisi olan 87 ədəd konvalytda ümumilikdə 1305 ədəd narıncı-göy kapsul preqabalin tərkibli dərman preparatıdır və 1305 kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 195,75 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricilərinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Həmin dərman preparatı xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən, evlərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş metamfetamin xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidir.Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 evindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş heroinlər xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra heroinin qalıq çəkisi 49525,32 qram, metamfetaminin müvafiq qalıq çəkiləri 47,4 qram, 49,7 qram, 176,3 qram, 153 qram, 176,5 qram, 21617,56 qram və 1295 preqabalin həbi, 120 ədəd plastik qab təşkil etmişdir. (Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat) Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslərin məhkəmə prosesində polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə verdikləri ifadələrinə tənqidi yanaşaraq, inandırıcı saymır və onların bu barədə verdikləri ifadələrini özlərini müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nərimanov rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Rafiq Şıxəliyev tərəfindən toplanmış 147-c-23 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa, həmçinin polis əməkdaşları tərəfindən başqa qanunsuz hərəkətlətə məruz qalması öz təsdiqini tapmamışdır, ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədənləri üzərində xəsarətlərin aşkar edilməsi faktı üzrə aparılan araşdırma zamanı polis əməkdaşlarının əməlində cinayət tərkibinin olmaması müəyyən edildiyindən,toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3 X2 20 iyun 2022ci il tarixli 3359 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixosimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 X3 X2 18 iyul 2022ci il tarixli 3894 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 psixostimulyatorlardan qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Azemis elektron məhkəmə sistemində sorğu edilərək əldə olunan və cinayət işi materiallarına əlavə olunan, qohumluq məlumatlarını əks etdirən sənədin surətindən görünür ki Təqsirləndirilən şəxs1 himayəsində biri azyaşlı olmaqla 3 uşağı var. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onların hər birinin şəsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarların cinayətin törədilməsində hər birinin ayrı ayrılıqda rolunu nəzərə alıb, barələrində təqsirli bilindikləri cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduqları vaxtdan, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində biri azyaşlı olmaqla üç uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus Samsung markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılmalı, Azərbaycan Respublikasının DİN-in BMCMİ- nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 49525,32 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 47,4 qram, 49,7 qram, 176,3 qram, 153 qram, 176,5 qram, 21617,56 qram metamfetamin, 1295 preqabalin həbi və 120 ədəd plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış, mənzillərə və avtomobilə baxış və götürmə aparılması istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 04 ədəd DVD diskin və telefon nömrələrini əks etdirən 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat müştərək qaydada alınıb dövlət büdcəsinə verilməli və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus Samsung markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın, Azərbaycan Respublikasının DİN-in BMCMİ- nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 49525,32 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 47,4 qram, 49,7 qram, 176,3 qram, 153 qram, 176,5 qram, 21617,56 qram metamfetamin, 1295 preqabalin həbi və 120 ədəd plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, şəxsi axtarış, mənzillərə və avtomobilə baxış və götürmə aparılması istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 04 ədəd DVD diskin və telefon nömrələrini əks etdirən 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 -cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 11 aprel 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 11 (on bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 11 aprel 2022-ci tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin,ərazi narkoloji dispanserində qeydiyyata alınsınlar. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus Samsung markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılsın, Azərbaycan Respublikasının DİN-in BMCMİ- nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 49525,32 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 47,4 qram, 49,7 qram, 176,3 qram, 153 qram, 176,5 qram, 21617,56 qram metamfetamin, 1295 preqabalin həbi və 120 ədəd plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edisin, şəxsi axtarış, mənzillərə və avtomobilə baxış və götürmə aparılması istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 04 ədəd DVD diskin və telefon nömrələrini əks etdirən 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar