Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-663/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X14 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 hüquqi varisi: X6, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 29 avqust 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və iki zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 03 mart 2023cü il tarixdə saat 20:10 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21013” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq maksimum sürət həddi məhdudlaşdırılan yaşayış məntəqəsində 60 km/saatdan, yəni 80-90 km/saat sürətlə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən keçən Məmmədli-Kürdəxanı yolunda yerləşən “AL” marketin qarşısında üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə əməl etməklə hadisənin qarşısına almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməmiş, həmin qaydaları pozub mövcud şəraitdə yolun orta, yəni 2-ci zolağı ilə hərəkət etdiyi zaman bir qədər irəlidə yolun 1-ci zolağından qövsvari şəkildə onun hərəkət zolağına keçən sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz 200” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks istiqamətinə dönmə əməliyyatı aparmaq istəyərkən, yol ayrıcısı olan qoşa xətdən 0,60 metr aralıda avtomobilin qabaq hissəsi ilə “Mercedes Benz 200” markalı avtomobilin sol orta hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan onun avtomobilində arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün yerini dəyişən, qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, həmçinin həmin avtomobilin qabaq sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 onurğa beyninin boyun şöbəsinin əzilməsi, 1-11 boyun fəqərələrinin, burun sümüyünün yerini dəyişən qapalı sınıqları, sol tərəfli hemotoraks (sol döş boşluğuna qan yığılması), sol ağciyərin əzilmişcırılmış yarası, sol tərəfli İİİ-İV-V-Vİ, sağ tərəfli V-Vİ-Vİİ qabırğaların, hər iki bud sümüyünün yerini dəyişən qapalı sınıqları, başın, sifətin, gövdənin və aşağı ətrafların qançır və sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla Zərərçəkmiş şəxs2 ölümü ilə birbaşa səbəbli əlaqəli olan, habelə “Mercedes Benz 200” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 onurğa beyninin boyun şöbəsinin əzilməsi, İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları, sol tərəfli hemotoraks (sol döş boşluğuna qan yığılması), sol ağciyərin əzilmiş-cırılmış yaraları, sol körpücük sümüyünün, sol tərəfli İİİ-İV-V-Vİ-Vİİ- Vİİİ qabırğaların yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin, sol sağrı nahiyəsinin və hər iki budun qançırları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla Zərərçəkmiş şəxs1 ölümü ilə səbəbli əlaqəli olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs3 sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, “VAZ 21013” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol tərəfi ilə hərəkətdə olan zaman sağ tərəfdən çıxan maşınları görməmiş, soldan dönüb çıxmaq üçün yolun sol tərəfinə baxmışdır. Avtomobil bu zaman neytralda olmuş, lakin işlək vəziyyətdə olmuşdur. O, öz yolu ilə hərəkət edən zaman digər avtomobil sağ tərəfdə onun qabağına çıxmışdır. Toqquşma zamanı avtomobil sönmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman yanında dostları Anar, Vüsal və mərhum Əli olmuşdur. Hadisə baş verəndə hava yeni qaralmağa başlamışdır. O, getdiyi istiqamətdə yolun solu ilə hərəkət etmiş, yolun sağ tərəfində iki–üç maşın hərəkətdə olmuşdur. Öndə Tır getdiyi üçün ondan qabaqda olan maşınlar əyləci basmış, o da neytralda hərəkət etmişdir. O, ötmə əməliyyatı etmək istəməmiş, avtomobili 65-70 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt həmin yolda sürət həddi qoyulmamış, o, qəza törətdikdən sonra əraziyə sürət həddi qoyulmuşdur. Orada ətraf yaşayış massividir. Hadisə vaxtı “Mercedes Benz 200” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş, həmin vaxt sadəcə soluna baxmış, belə ki, 100 metr sonra geriyə qayıdıb çay evinin yanında saxlamağı düşünmüşdür. Onun məqsədi dönmək olmuş, o, qabağa baxmamışdır. Çünki yol onun olmuş, anidən qarşısına maşın çıxacağı ağlına gəlməmişdir. O, istintaq zamanı verdiyi ifadəsində avtomobili 80-90 km/saat sürətlə idarə etdiyini göstərsə də, belə olmamış, avtomobilin sürəti 65-70 km/saat olmuşdur. Müstəntiq hesablama aparmış, ifadəni də onun əsasında yazmışdır. Hadisə onun hərəkət zolağında yolun solunda baş vermişdir. Yan yoldan çıxan avtomobil əsas yola çıxan anda tam dayanmalı olduğu halda dayanmamışdır. Yan yoldan gələn avtomobil 50 metr qabaqdan sola çıxmış, yola çəpinə çıxmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə o və digər dostları Təqsirləndirilən şəxs maşınında Kürdəxanı qəsəbəsi istiqamətində yol gedən zaman o, avtomobilin arxa sağ tərəfində oturmuş və başı telefona qarışmışdır. Hadisənin necə baş verdiyini görməmişdir. O, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə arxa oturacaqda, Zərərçəkmiş şəxs2 isə ön oturacaqda əyləşmişdir. Hadisə zamanı avtomobilin surəti təxminən 70-80 km/saat olmuş, həmin ərazi qəsəbənin içi olmuşdur. O, maşın sürmür, sürücülük vəsiqəsi yoxdur. O, toqquşma anını görməmiş, başı telefona qarışmışdır. Toqquşma anına qədər o, yola baxdığı zaman yolda maşın olmamışdır. O, hansı maşınla toqquşduqlarını görməmişdir. O, mütəmadi olaraq avtomobillə yol getdiyinə görə təxmini olaraq surətin 70-80 km/saat olduğunu təxmin edir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onlar dostları ilə birlikdə çay içməyə getmiş, həmin zaman axşam saatları olmuş, hava qaralmışdır. Yolda işıqlandırma olmuş, görmə ilə bağlı hər hansı bir məhdudiyyət olmamışdır. Yaranmış zidiyyətlə bağlı zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 03 mart 2023-cü il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21013 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən keçən Məmmədli-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi tərəfindən üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət edən zaman o, avtomobilin arxa sağ oturacağında əyləşmiş, ondan başqa avtomobildə digər tanışları Zərərçəkmiş şəxs2 qabaq sağ oturacaqda, Şahid2 isə arxa sağ oturacaqda əyləşmişdir. Onun başı mobil telefona qarışdığı vaxt ani momentdə Elçin və Əli «girdik!, girdik!» sözlərini dediklərini eşitmiş və bu anda Elçin idarə etdiyi avtomobil ilə bir qədər irəlidə geriyə dönmə əməliyyatı edən «Mercedes» markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobilin sol orta hissəsinə dəyərək toqquşma baş vermişdir. Elçin idarə etdiyi qabaq hissəsi ilə toqquşmuşdur. Daha sonra nə baş verdiyini xatırlamır, belə ki, toqquşmadan sonra şok vəziyyətinə düşmüş və ayağının sağ bud sümüyü sınmışdır. Orada tanımadığı şəxslər markası və dövlət nömrə nişanını xatırlamadığı avtomobillə onu X12 aparmışlar və orada onu reanimasiya şöbəsinə yerləşdirmişlər. Reanimasiyada olduğu vaxt ona məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi nəticəsində «Mercedes» markalı avtomobilin sürücüsü hadisə yerində ölmüş, onlarla avtomobildə olan Zərərçəkmiş şəxs2 da ölmüş, Elçin və Vüsal isə müxtəlif bədən xəsarətləri almışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmiş, lakin toqquşmanın yolun hansı hissəsində baş verdiyini xatırlamır. Elan olunmuş ifadə ilə məhkəmə iclasında verdiyi ifadəsinin arasında yaranmış zidiyyətlə bağlı zərərçəkmiş şəxs bildirmişdir ki, o, toqquşduqları avtomobilin markasını sonradan bilmiş, hadisə baş verən an görməmişdir. O, həmçinin ibtidai istintaq zamanı da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin surətinin təxmini olaraq 70-80 km/saat olduğunu demişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 qardaşıdır. Ona hadisə barədə ilkin məlumatı bacısının qızı vermiş, o, hadisə yerinə getdikdə qardaşı artıq dünyasını dəyişmişdir. Təqsirləndirilən şəxs hadisə yerində olmamışdır. O, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir. Zərər çəkmiş şəxsin hüquqi varisi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisəni şəxsən görməmiş, o, hadisə yerinə getdikdə qardaşının artıq öldüyünü görmüşdür. O, hadisənin necə baş verdiyini istintaq zamanı ona təqdim olunmuş videodan görmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyə ərizə ilə müraciət edərək həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmamış, təqsirləndirilən şəxsdən şikayətçidir. Səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 hüquqi varisi X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü fərdi qaydada ağac memar ustası kimi işləyib dolanır. Arvadı ilə birgə nigahdan iki övladı vardır, bir qız və bir oğlan, Zərərçəkmiş şəxs2 onun böyük oğludur. 03 mart 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı VAZ 21013 markalı avtomobildə qabaq sağ oturacaqda əyşləşmiş oğlu Zərərçəkmiş şəxs2 X12 aparılarkən aldığı xəsarətlərdən yolda ölmüşdür. Həmin vaxt o, Balakən şəhərində yaşadığı evdə olmuş, bu barədə hadisə günü gecə saatlarında ona qonşuları demiş, lakin qonşuların haradan bildiyi barədə məlumatı olmamışdır. Daha sonra oğlu Əlinin meyitini Balakən şəhərinə gətirmişlər və sonuncu orada dəfn olunmuşdur. Yol nəqliyyat hadisəsinin şahidi olmadığı üçün hansı formada baş verdiyindən məlumatı yoxdur, lakin eşitdiyinə görə Əli onun tanımadığı və adım bilmədiyi sürücünün avtomobilində qabaq sağ oturacağında əyləşmiş, həmin avtomobilin sürəti yüksək olmuş və həmin sürücü idarə etdiyi VAZ 21013 markalı avtomobil ilə digər bir avtomobil ilə toqquşması nəticəsində oğlu Əli və digər avtomobilin də sürücüsü ölmüşlər. Zərərçəkmiş şəxs2 hüquqi varisi X9 həmçinin məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun əridir. 03 mart 2023-cü il tarixində axşam saatlarında İlkin ilə birlikdə xalasıgilə qonaq getmək üçün İlkinin idarə etdiyi avtomobillə yaşadıqları evin həyətindən çıxıb yola düşmüşlər. Həmin vaxt Kürdəxanı-Məmmədli yoluna üzü Kürdəxanı qəsəbəsi istiqamətində sağa dönərkən arxa tərəfdən bir avtomobil yüksək sürətlə gələrək toqquşmanın baş verməsinə səbəb olmuşdur. Toqquşma baş verən zaman o, huşunu itirdiyinə görə nə baş verdiyini xatırlamır. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, həyat yoldaşı İlkin əsas yola dönərkən avtomobilin sürətini azaltmış və avtomobili yavaş sürətlə idarə etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla tanışdır. Hadisə günü o da Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında olmuşdur. Onlar evə gedən zaman zaman qəza baş vermişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, hadisə günü Elçin, o və Anar çayxanadan çıxıb evə getmişlər. Onların əyləşdiyi avtomobil VAZ 21013 markalı avtomobil olmuşdur. O, sürücünün arxasında- sol arxa oturacaqda, Zərərçəkmiş şəxs2 qabaq sağ oturacaqda, Anar isə arxa sağ oturacaqda-onun yanında oturmuşdur. Avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Axşam saat 18:00-19:00 radələri olmaqla, hava işıqlı olmuşdur. Onlar avtomobillə hərəkətdə olan zaman digər avtomobil onların qarşısına - Məmmədli yolu istiqamətinə çıxmışdır. Beləliklə də yolnəqliyyat hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin təxmini sürəti 70-80 km\saat olardı. Onlar avtomobillə hərəkətdə olan zaman qarşı avtomobil onların qabağına çıxmışdır. Həmin qarşı avtomobil dönmə əməliyyatı etmək istəmişdir. Toqquşmaya qədər onların başı söhbətə qarışmışdır. O, özü sürücü olduğuna görə arxada əyləşsə də, yola baxmışdır. Onların qarşısına maşının çıxmasını görməyi ilə toqquşma anı saniyə məsafəsində olmuşdur. Hadisədən sonra onları xəstəxanaya aparmışlar. O, beyin travması almış, toqquşmadan sonra heç nə görməmişdir. Hadisə onlar öz hərəkət zolağında getdikləri zaman baş vermiş, onlar qarşı yol istiqamətinə çıxmamışlar, əksinə qarşı avtomobil onların qabağına çıxmışdır. Hadisə elə bir ani vaxtda baş vermişdir ki, hadisənin baş verməsi qaçınılmaz olmuşdur. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, orada da hadisəni olduğu kimi danışdığını bildirmişdir. Yaranmış ziddiyyətlə bağlı şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və şahid elan olunmuş ifadə ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yolun dairəsindən təzə çıxmış, avtomaşının sürəti 70-80 km\saat, bəlkə də 90 km\saat olmuşdur. O, arxada oturduğu üçün avtomobilin sürətinə tam dəqiq baxmamışdır. Məhkəmə iclasına dəfələrlə dəvət olunması və barəsində məcburi gətirilmə haqqında qərar qəbul olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində göstərmişdir ki, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatdadır, hazırda Bala şəhəri, Xətai rayonu, Zığ qəsəbəsi, K.Kazımov küçəsi, nömrəsiz evdə kirayədə yaşayır, özü «Toyota Prius» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bolt sistemi vasitəsi ilə taksi fəaliyyəti göstərməklə idarə edir. 03 mart 2023-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən keçən Məmmədli-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi tərəfindən üzü Kürdəxanı qəsəbəsi istiqamətində 60-70 km/saat sürətlə hərəkət edən zaman dövlət nömrə nişanını xatırlamadığı VAZ 21013 markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə yüksək sürətlə onun sol tərəfindən keçərək bir qədər irəlidə «Mercedes» markalı avtomobilin sürücüsünün yolun 1-ci zolağından sol tərəfə, 2-ci zolağa keçərək nəzərdə tutulmuş yerdən geriyə dönmə əməliyyatı etmək istəyən zaman həmin avtomobilin sol orta hissəsinə dəyərək toqquşma baş vermişdir. Yol nəqliyyat hadisəsi baş verdikdə o, idarə etdiyi avtomobili yolun sağ kənarında saxlamış və orada olan tanımadığı şəxslərlə hadisə zamanı xəsarət alan şəxslərə köməklik göstərməyə çalışmışdır. «VAZ 21013» markalı avtomobildə olan kişi sürücü və 3 nəfər kişi sərnişin ağır vəziyyətdə olduqları üçün onlara köməklik göstərmişdir. Həmçinin «Mercedes» markalı avtomobildə bir nəfər sərnişin qadın xəsarət almış, lakin sürücü tərpənmədiyi üçün onun hadisə yerində öldüyünü anlamışdır. Buna baxmayaraq orada olan şəxslər başqa avtomobilə bərkidilmiş qoşqu ilə «Mercedes» markalı avtomobilin sürücü tərəfdən olan qapıya keçirdib həmin qapını açmağa başlamışlar və bu şəkildə tərpənməyən sürücü kişini avtomobildən çıxartmağa çalışmışlar. Daha sonra o, həmin yerdən çıxıb getmişdir. İdarə etdiyi avtomobilin sol tərəfindən ötmə əməliyyatı edən sürücü «VAZ 21013» markalı avtomobillə ən azı 90 km/saat sürətlə hərəkət etmiş və toqquşma yolun əks istiqamətində baş vermişdir. Belə ki, «Mercedes» markalı avtomobilin sürücüsü dönmə əməliyyatı edərkən avtomobilin böyük hissəsi qoşa xətdən artıq yolun əks istiqamətinə keçmiş və «VAZ 21013» markalı avtomobil qabaq hissəsi ilə «Mercedes» markalı avtomobilin sol orta hissəsinə dəyərək toqquşma baş vermişdir. Onun idarə etdiyi avtomobilin ön şüşəsinə quraşdırılmış videomüşahidə kamerasında «VAZ 21013» markalı avtomobilin sol tərəfindən keçməsinin görüntüsü və sonradan toqquşması qeydə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: - Sabunçu RPİ-nin rəhbərinə ünvanlanmış 03 mart 2023-cü il tarixli raportdan görünür ki, 03 mart 2023-cü il tarixdə 20.29 radələrində 102 ZMX-dən Teymur Fətullayev məlumat verərək, Məmmədli Kürdəxanı yolu AL marketin qarşısında YNH olmasını, xəsarət alanların və vəfat edən şəxsin olması barədə məlumat vermişdir. (cild İ, i/v: 5) - «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək və sxemi tərtib edilərək qeyd olunan protokola əlavə olunmuşdur (cild İ, i/v: 6-14). - «Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» 03 mart 2023-cü il tarixli protokollardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar nəqliyyat vasitələrinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, «Mercedes-Benz 200» markalı **- RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol və arxa sol qanadları, qabaq sol və arxa sol qapıları, damı əzilmişdir, qabaq sol və arxa sol qapılarının şüşələri sındırılmışdır, «VAZ 21013» markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq deformasiyaya uğramaqla kapot, qabaq buferi üzlüyü, hər iki qabaq buferi, üzlüyü, hər iki qabaq qanadları, hər iki qapıları, sağ arxa qapı, damı əzilmişdir. Alın, qabaq sağ və arxa sağ qapılarının şüşələri sındırılmış vəziyyətdədir, qabaq sağ təkəri cırılmışdır. (cild İ, i/v: 15-19; 20-24) - AZ-İİ 326559 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 onurğa beynin boyun şöbəsinin kontuziya və ödemi səbəbindən xx.xx.2023-cü il tarixdə ölmüşdür. (cild İ, i/v: 57) - «Baxış keçirilməsi haqqında» 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Kürdəxanı-Məmmədli yolunda yerləşən AL marketin quraşdırılmış videomüşahidə kamerasının və Şahid3 idarə etdiyi “Toyota Prius” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinə quraşdırılmış videomüşahidə kamerasının görüntülərini monitordan mobil telefona çəkməklə 01 ədəd CD diskdə görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 01 ədəd CD diskdə 15 saniyə davam edən VİD-20230517- WA0018.mp4 adlanan, AL marketin qarşısında quraşdırılmış videomüşahidə kamerasının görüntüsündə sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes Benz 200 markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin marketlə üzbəüzdə yolun əks tərəfində fərdi yaşayış evləri olan küçənin Məmmədli-Kürdəxanı yolunun qarşısında bir qədər dayandıqdan sonra həmin yola çıxmış və sola dönmə işığını yandırıb yolun 1-ci zolağından 2-ci zolağına çıxmaqla toqquşma yerinə kimi qövsvari vəziyyətdə geriyə dönmək üçün nəzərdə tutulmuş hissəyə yaxınlaşmış, bu zaman sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21013 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun 2ci zolağı ilə üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət etmiş və Zərərçəkmiş şəxs1 avtomobillə geriyə dönmə əməliyyatı həyata keçirdiyi yerdə toqquşma baş vermişdir. Həmin diskdə 11 saniyə davam etmiş, VİD-20230517-WA0026.mp4 adlanan, Şahid3 idarə etdiyi «Toyota Prius» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön şüşəsinə quraşdırılmış videomüşahidə kamerasının görüntüsündə o, yolun 1-ci zolağı ilə Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət etmiş, bu zaman sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21013 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun 2-ci zolağı ilə üzü Kürdəxanı qəsəbəsi istiqamətində hərəkət edərkən Şahid3 sol tərəfdən kifayət qədər yüksək sürətlə keçmiş və Zərərçəkmiş şəxs1 avtomobillə geriyə dönmə əməliyyatı həyata keçirdiyi yerdə toqquşma baş vermişdir. (cild İ, i/v: 99) Sözügedən videogörüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və həmin videogörüntülərin yuxarıda qeyd olunan baxış keçirilməsi haqqında protokolla eynilik təşkil etdiyi müəyyən edilmişdir. - «İfadənin hadisə yerində yoxlanılması» haqqında 28 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ifadələri hadisə yerində yoxlanılmış və Şahid1 yol nəqliyyat hadisəsinin hansı şəkildə baş verdiyini göstərmiş və onun iştirakı ilə müvafiq ölçülər götürülmüşdür. Müəyyən edilmişdir ki, hadisə baş verən yerdə Kürdəxanı-Məmmədli yolunun hər iki istiqamət üçün ümumi eni 16,2 metrdir, işlək hissəsinin eni 16 metrdir, yol ayrıcı qoşa xətdir, örtük asfaltdır. Hadisə baş verdiyi yer yaşayış məntəqəsidir, maksimum hərəkət surəti 60 km/saatdır. Ölçmə ilə müəyyən edildi ki, Vaz 21013 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yarandığı andan Mercedes Benz 200 markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi qövsvarı vəziyyətdə saatda 10 km sürətlə hərəkətdə olması nəzərə alınmaqla qət etdiyi məsafə 15 metr olmuş və toqquşma yolun əks istiqamətində qoşa xətdən 0,6 metr aralıda baş vermişdir. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükənin yarandığı an Mercedes Benz 200 markalı avtomobilin qabaq sol hissəsinin qövsvari vəziyyətdə onun hərəkət zolağına keçdiyi andan götürülmüşdür. (cild İ, i/v: 100- 104) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 03 aprel 2023-cü il tarixli 527 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 burun sümüyünün xətti sınığı; hər iki gözyuvasıətrafı nahiyələrinin dərialtı hematomaları, hər iki gözün ağlı qişalarına qansızma; burun, döş qəfəsi, sol bud nahiyələrinin qançırları və sol dirsək nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild İ, i/v: 80-82) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 03 aprel 2023-cü il tarixli 63 nömrəli ekspert rəyindən görünür ki, 1. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Onurğa beyninin boyun şöbəsinin əzilməsi. İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları. Sol tərəfli hemotoraks (sol döş boşluğuna qan yığılması). Sol ağciyərin əzilmiş-cırılmış yaraları. Sol körpücük sümüyünün, sol tərəfli İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların yerini dəyişən qapalı sınıqları. Döş qəfəsinin, sol sağrı nahiyəsinin və hər iki budun qançırları. - Xəsarətlər həyatı olub Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir.
2. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları ilə əlaqədar onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-4 saat əvvələ uyğun gəlir.
3. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda və sidikdə məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild İ. i/v: 83-87) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 05 aprel 2023-cü il tarixli 64 nömrəli ekspert rəyindən görünür ki, 1. Mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Onurğa beyninin boyun şöbəsinin əzilməsi. İ-İİ boyun fəqərələrinin, burun sümüyünün yerini dəyişən qapalı sınıqları. Sol tərəfli hemotoraks (sol döş boşluğuna qan yığılması). Sol ağciyərin əzilmiş-cırılmış yarası. Sol tərəfli İİİ-İV-V-Vİ, sağ tərəfli V-Vİ-Vİİ qabırğaların, hər iki bud sümüyünün yerini dəyişən qapalı sınıqları. Başın, sifətin, gövdənin və aşağı ətrafların qançır və sıyrıqları. - Xəsarətlər həyatı olub Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.
2. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb İ-İİ boyun fəqərələrinin yerini dəyişən qapalı sınıqları ilə əlaqədar onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gəlir.
3. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda və sidikdə məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild İ, i/v: 88-92) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 04 may 2023-cü il tarixli 933 nömrəli ekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs3 sağ bud sümüyünün yerini dəyişən qapalı sınığı müəyyən edildi. Xəsarət bərk küt əyşanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (cild İ. i/v: 109-111) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 04 may 2023-cü il tarixli 934 nömrəli ekspert rəyindən görünür ki, 1. Təqsirləndirilən şəxs baş beyin silkələnməsi; sağ bud sümüyünün orta 1/3-nin yerini dəyişən açıq sınığı və həmin səviyyədə sağ budun əzilmiş-cırılmış yarası; sağ diz qapağının yerini dəyişən açıq sınığı və həmin səviyyədə sağ diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası; sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı; sol qaş nahiyəsinin və sağ əlin əzilmiş-cırılmış yaraları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aiddir.
2. Təqsirləndirilən şəxs adına təqdim edilmiş tibbi sənədlərdə xəstəxanaya daxil olarkən onun sərxoşluğu haqqında heç bir qeydiyyat yoxdur. (cild İ, i/v: 112-114) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxs Sabunçu rayon şöbəsinin 08 may 2023-cü il tarixli 974 nömrəli ekspert rəyindən görünür ki, Şahid2 sağ baldır nahiyəsinin dərialtı hematoması müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild İ, i/v: 115-117) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 8/1555 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, VAZ-21013 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21013 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild İ, i/v: 123-127) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 30 may 2023-cü il tarixli 3-13-16/2-69358/2023 №-li məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AC 730351 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (cild İ, i/v: 122) Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməyərək heç bir yol hərəkəti qaydasını pozmaması, hadisə baş verməzdən əvvəl avtomobili 65-70 km/saat sürətlə idarə etməsi, hadisənin onun hərəkət zolağında baş verməsi, digər avtomobilin anidən onun qarşısına çıxması və onun hadisənin qarşısını almaq üçün texniki imkanının olmaması ilə bağlı verdiyi ifadəsinə qiymət verərək bildirir ki, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi də daxil olmaqla, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri, o cümlədən tədqiq olunmuş videogörüntü və ekspert rəyləri ilə də təqsirləndirilən şəxsin avtomobili 90 km/saat surətlə idarə etməsi öz təsdiqini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin qarşı avtomobilin onun qarşısına anidən çıxması və onun hadisənin qarşısını almağa texniki imkanının olmaması ilə bağlı ifadəsi cinayət işinin materiallarında olan hadisə yerinə baxış protokolu, protokola əlavə edilmiş sxem, ifadənin yerində yoxlanılması protokolu, habelə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası üzrə verilmiş ekspert rəyi ilə tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünü müdafiə məqsədi ilə verilmiş və cinayət işinin materialları ilə uzlaşmayan əsassız ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyinə görə onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin 7-ci PB-də araşdırma aparılmış və onun əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddənin tərkibi olmasına baxmayaraq 18 iyun 2012-ci il tarixdə ********* nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. (cild İ, i/v: 78-79) Zərərçəkmiş şəxs2 hüquqi varisi X5 məhkəməyə ünvanlanmış teleqramından görünür ki, onun Təqsirləndirilən şəxs şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Müdafiə tərəfinin təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci təvəllüdlü X2, xx.xx.2016-cı təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan, iki azyaşlı övladları var. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin hüquqi varisi Şamil Muğumov ilə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində 2 azyaşlı övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, habelə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində özünün də ağır xəsarət almasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərdən birinin hüquqi varisi ilə barışmasını və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Bununla belə məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hüquqi varisi X13 ilə barışıq əldə etməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmasını da nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəza çəkməsinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş (cild İ, i/v: 149-150), Sabunçu rayon prokurorunun eyni tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İ, i/v 177-179; 180-181) Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalı, onun barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini qanuni hesab edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353 maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cümaddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsi müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfləri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov