Məhkəmə qərarları › İş №1(101)-663/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-663/2025

13.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-663/2025 13.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X6 (sədrlik edən), X5 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1983-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-3/2019 saylı, 09 yanvar 2019-cu il tarixli tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1840/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) ay 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, 06 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)- 6/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 600 qram və 550 qram ümumi təmiz çəkisi 1150 qram 28 iyun 2005-ci il tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxil edilən ağ rəngli kristal şəkilli maddələr kutsar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və küllü miqdarda 02 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 620 qram və 375 qram ümumi təmiz çəkisi 995 qram 28 iyun 2005-ci il tarixli «Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxil edilən tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaşxaş bitkisindən kutsar üsulla hazırlanmış tiryək əldə edib üzərində saxlamaqla daşımış, 06 yanvar 2024-cü il tarixdə saat 00:30-da Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi 16 ünvanın yaxınlınğında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş və orada video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əlində olan ağ-qara rəngli sellofan torbanmm içərisindən xüsusilə küllü miqdarda 02 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 600 qram və 550 qram ümumi təmiz çəkisi 1150 qram ağ rəngli kristal şəkilli maddələr kutsar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və küllü miqdarda 02 ədəd bükümdə ayrı-ayrılqda təmiz çəkiləri 620 qram və 375 qram ümumi təmiz çəkisi 995 qram qəhvəyi rəngli qətranabənzər maddələr xaşxaş bitkisindən kutsar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitəni tanımadığı İranlıdan alır. Elşən yanında olan zaman İranlıya zəng etmiş lakin onda narkotik vasitə olmadığını bildirmişdir. Elşən ona tanışının olduğunu bildirdi və həmin tanışına zəng etdi. İranlı 100 manat pul istədi və o, 100 manatı İranlının kartına göndərdikdən sonra İranlı onlara narkotik vasitəni göndərmədi və telefon zənglərinə cavab vermədi. Bir müddət sonra Elşən ilə yenidən görüşmüşlər və Elşən ona İranlının zəng etdiyini, kuryerinin tutulduğunu və ona görə narkotik vasitəni göndərə bilmədiyini, hazırda nə lazım olsa göndərə biləcəyini bildirmişdir. Elşəni öz evinə gətirmiş çünki Elşənin mobil telefonu olmadığından İranlı ilə onun telefonu vasitəsi ilə danışırdı. Elşən İranlı ilə yenidən danışmış və ona narkotik vasitəni göndərəcəyini bildirmişdir. Daha sonra narkotik vasitə qoyulmuş məkanı göndərmiş və onlar narkotik vasitəni götürmək üçün həmin göndərilən məkana getmişlər lakin narkotik vasitəni həmin məkanda tapmamışlar. Elşən İranlıya bu barədə demişdir. Daha sonra Atilla hamamının yanında polis əməkdaşları onları saxlamışlar. Gecə 11 radələrində saxlanıldığını və gecə 3-4-ə kimi döyüldüyünü bildirmişdir. Mobil telefonunun polis əməkdaşlarında olduğunu və onların telefonda olan bütün materialları sildiklərini bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, amfetamin adlanan narkotik vasitədən istifadə etdiyini, 5qr narkotik vasitəni 100 manata aldığını və bir ay müddətində istifadə etdiyini, bu hadisəyə qədər Elşənin danışdığı İranlıdan narkotik vasitə almadığını, saxlanılan zaman maşında silah olduğunu və həmin silahı polis əməkdaşı Ülviyə təqdim etdiyini bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir, onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi və saxlaması barədə Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin 33- cü RB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 06 yanvar 2024-cü il tarixdə o, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və polis leytenantı Ülvi Quliyevdən ibarət əməliyyat qrupu təşkil olundu.Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 06 yanvar 2023-cü il tarixdə saat 00:20 radələrində Təqsirləndirilən şəxs, Şahid4 və Şahid5 və X3 içərisində olduğu “Daewoo Nexia” markalı, **-DK-*** qeydiyyat nişanlı avtomobil ünvan 4 ünvanın arxa tərəfində tərəflərində əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə sonra yəni saat 00:30 radələrində Təqsirləndirilən şəxs, Şahid4, Şahid5 və X3 içərisində olduğu “Daewoo Nexia” markalı, **- DK-*** qeydiyyat nişanlı avtomobilə ünvan 5 ünvanın arxa tərəfində yaxınlaşlar və həmin şəxslər tərəflərində saxlanılmışdır. Həmin şəxslərə özlərini təqdim etmiş və Yeni Günəşli qəsəbəsi ərazisində narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanılması və istifadəsində şübhəli olduqlarını izah edərək sonuncuları Suraxanı RPİ-nin 33-cü PB-yə gətirmişlər. İlk öncə bölmənin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edildi. Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əlində olan ağ-qara rəngli sellofan torbamnm içərisində 02 ədəd bükümdə şəffaf rəngli kristal şəkilli madəni və 02 ədəd bükümdə tünd qəhvəyi rəngli maddəni təqdim etmiş və təqdim etdiyi 02 ədəd bükümün içərisində narkotik vasitə tiryək, digər 02 ədəd bükümün içərisində isə psixotrop maddə metamfetamin oğluğunu, 06 yanvar 2023-cü ilə tarixdə gecə saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən İran İslam Respublikasının vətəndaşından onlayn şəkildə özünü və satması üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim 04 ədəd bükümdəki kütlə və «Samsung J3» markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir.Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Bundan sonra Şahid4, Şahid5 və Şahid6 üzərinə ayrı-ayrılıqda baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən maddə vəa əşya aşkar olunmamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, qrup rəhbəri özünün olduğunu, hadisə zamanı dəstək qüvvə dəvət edilmədiyini, aşkar edilmiş bükümlərin sayını xatırlamadığını, Seymur ilə saxlanılan digər şəxslərin üzərlərində qeyri qanuni heç nə aşkar edilmədiyini və sərbəst buraxıldıqlarını, təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiqlər olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları X7 və Şahid2 Şahid1 oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, taksi kimi fəaliyyət göstərdiyini və hadisə günü Xırdalandan Günəşli qəsəbəsinə sifariş gəldiyini və onun həmin sifarişi qəbul edərək müştərini Günəşli qəsəbəsinə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs maşından düşmüş və ona gözləməsini xahiş etmişdir. O, təxminən 10 dəqiqə gözləmişdir ki, polis əməkdaşları ona yaxınlaşmış və polis bölməsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində onun bu iş ilə bağlı əlaqəsinin olmadığı müəyyən edilmiş və sərbəst buraxılmışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, taksi sifarişinin axşam saat 10-11 radələrindən sonra gəldiyini, təqsirləndirilən şəxsin maşından endikdən 10 dəqiqə sonra özünün polis əməkdaşları tərəfindən saxlanıldığını, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını görmədiyini, təqsirləndirilən şəxsin hara getməsi barədə ona heç nə demədiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, şahidlar X4 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2024- cü il tarixli 3-16-16/2-6/25 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171”dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazılar olan bağlamada, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 600 qram və 550 qram, ümumi təmiz çəkisi 1150 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsullahazırlanmış psixotrop maddə metamfetamindir və 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmizçəkiləri 620 qram və 375 qram, ümumi təmiz çəkisi 995 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan “telefon məlumatlarına baxış keçirilməsi haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə narkotik vasitələrin satışına dair “mən am xeyyam 13 manatdiq pati ele p biri qalsin”, “X14 X15 Yerim 24 X16”, “qret elemisem vezyetim pisdi berk agridayam umudum sen sen”, “QARDASİM NOLAR AXSAM GELEDE ZEG ELİYİM 10 MAN VERİM OLAR”, “qaqa sen qadan alaram 1qram lazm deil yari kola bide normal birez p”, “Hayasız biraz daş verdə çəkəy”, “Hara gəlim mənə biraz daş” məzmunda ismarıclar müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X9 verdiyi 09 fevral 2024-cü il tarixli, 822 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostumlyatorların birgə qəbulu ilə nəticəsində yaranan asıllıq Sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 dekabr 2023-cü il tarixli 3586 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixixəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansıpsixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən özhərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da,öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə eyhtiyac yoxdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 06 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən edilmişdir ki, şübhəli şəxsə özünü təqdim etməsini və anket məlumatlarını soruşaraq saxlanılan şəxsə hüquq vəzifələrini elan etdikdən sonra üzərində hər hansı bir qanunsuz əşyanın olub olmadığını və könüllü olaraq təqdim etməyini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlində olanq ağ-qara rəngli sellofan torbanmm içərisində 02 ədəd bükümdə şəffaf rəngli kristal şəkilli madəni və 02 ədəd bükümdə tünd qəhvəyi rəngli maddəni təqdim edir və təqdim etdiyi 02 ədəd bükümün içərisində narkotik vasitə tiryək, digər 02 ədəd bükümün içərisində isə psixotrop maddə metamfetamin oğlubunu 06 yanvar 2023-cü ilə tarixdə gecə saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsindən İran İslam Respublikasının vətəndaşından onlayn şəkildə özünü və satması üçün aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim 04 ədəd bükümdəki kütlə və “Samsung J3” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 171 saylı möhürü ilə möhürlənərək götürüldü. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs souncu dəfə Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, narkotik vasitələrdən öz şəxsi təlabatı üçün istifadə etməsi, narkotik vasitələrin satışını həyata keçirməməsi, polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması, bu səbəbdən etirafedici ifadə verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman qeyriinsani davranışa məruz qalması barədə məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində, Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduqdan sonra 07 yanvar 2024-cü il tarixdə və 08 yanvar 2024-cü il tarixdə vermiş olduğu izahatlarından görünür ki, 05 yanvar 2024-cü il tarixdə günorta saatlarında sosial şəbəkədə tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından özünün istifadəsi və satmaq məqsədi ilə 02 bükümdə psixotrop maddə metamfetamin və 02 bükümdə narkotik vasitə tiryək sifariş vermiş və ünvan 6 ünvanının arxa tərəfində yerləşən “Atilla” adlı hamamın yanından götürmək üçün getmişdir. X11 Respublikasının vətəndaşın ona vermiş olduğu kart hesabına göndərilən narkotik vasitələrə görə 500 manat məbləğində pul göndərmişdir. Həmçinin saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor və təzyiq göstərilmədiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılar”a əsasən narkotik vasitə tiryəkin kütləsi 50 qram təşkil etdikdə külli miqdarda, psixotrop maddə metamfetaminin çəkisi 400 qram təşkil etdikdə xüsusilə külli miqdarda hesab olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsini cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Səfərov X2 Rayon Məhkəməsinin 1(012)- 3/2019 saylı, 09 yanvar 2019-cu il tarixli tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-1840/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) ay 17 (on yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 02 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin “xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə” müddəası həm qadın, həm də kişi məhkumlara aiddir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-6/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində əvvəli 06 yanvar 2024cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 994,8 qram olan narkotik vasitə tiryək və 1149,8 qram olan psixotrop maddə metafetamin məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “Samsung J3” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 994,8 qram olan narkotik vasitə tiryək və 1149,8 qram olan psixotrop maddə metafetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus olan 01 (bir) ədəd “Samsung J3” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 36 (otuz altı) manat məbləğində vəsait Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar