Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-664/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Rzalar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları yaşayış massivi, Nizami küçəsi, ev 529B ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixində, təxminən saat 18 radələrində anasının kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları massivi, Nizami küçəsi, ev 529B ünvanında yerləşən ikimərtəbəli evin onlar üçün aynlmış birinci mərtəbəsindəki mətbəxdə anası Zərərçəkmiş şəxs və xalası Şahid1 ilə olan zaman anası ilə söhbət edərkən xalası Şahid1 onun anası ilə etdiyi söhbətin tərzinə dair Təqsirləndirilən şəxs irad tutduqda xalası ilə mübahisəyə başlayıb mətbəxdəki masanın üzərindən götürdüyü, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı ilə xalası Şahid1 sol yanağın kəsilmiş-deşilmiş yarasına səbəb olan bədən xəsarəti yetirəndə, anası Zərərçəkmiş şəxs onun qarşısını kəsərək hüquqa zidd hərəkətlərinin qarşısını almaq üzrə ictimai borcunu yerinə yetirərkən Təqsirləndirilən şəxs həmin bıçaqla zərbə endirərək Zərərçəkmiş şəxs boyun nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan, sağ yanaq nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və ağır dərəcəli hemorragik şokla, sağ ağciyərin yaralanması və sağ tərəfli hemopnevmotoraksla (sağ plevra boşluğuna sərbəst hava və qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır və o, anası Zəhra ilə birlikdə yaşamışdır. Şahid1 isə onun xalasıdır. O, anket məlumatında göstərilən ünvanın yaxınlığındakı torpaq sahəsindəki evdə və həyətdə olan vaqon tipli otaqda yaşamışdır. Bəzən isə Ağdam rayonunda yerləşən evlərinə getmişdir. Təxminən 3-4 il əvvəl atası ilə anası ailə-məişət problemlərinə görə boşanmışlar. Buna baxmayaraq onun hər iki valideyni ilə münasibətləri yaxşıdır, onlarla heç bir problemi yoxdur. Sonuncu dəfə 24 sentyabr 2022ci il tarixində anasının yaşadığı evə gəlmişdir. Xalası Zöhrə də həmin evə qonaq gəlmişdir. Xalası ilə də münasibəti pis olmamışdır. 26 sentyabr 2022-ci il tarixində təxminən saat 18 radələrində həmin evin mətbəxində kresloda oturub çay içərkən xalası Zöhrə döşəmədə oturub fındıq qırmaqla, anası isə orada yemək bişirməklə məşğul olmuşdur. O, anası ilə söhbət edərkən anasına onların soyadlarından çıxmağını, onun burada yaşamaq istəmədiyini demişdir. Anası əlli yaşına çatmağına bir il qaldığını demiş və bir ildən sonra soyadını dəyişdirəcəyini bildirmişdir. Bu zaman söhbətə xalası Zöhrə qoşulmuş və anasını müdafiə etməyə başlamış, onun haqsız olduğunu bildirmiş, anası isə xalasına söhbətə qarışmamağını demişdir. Xalası isə onu təhqir etmiş, atasını və ölmüş yaxınlarını söymüşdür. O da cavabında xalası Zöhrəni təhqir etdikdə xalası Zöhrə oturduğu yerdən qalxıb onun üstünə cummuş, hər iki əli ilə onun baş nahiyəsinə, təpiklə ayaq nahiyəsinə zərbələr vurmuşdur. Anası bunu görüb onu xalasından aralamış və o, kənara yıxılmışdır. Xalası isə dayanmamış, fındıq qırdığı çəkici götürüb onun başına bir dəfə zərbə vurmuşdur. Onun başından qan axmağa başlamışdır. O, əsəbiləşmiş və başı hərlənməyə başlamışdır. O, mətbəxdə qaşıq, çəngəl yığılan dolabın üzərindəki bankanın içərisində dəstəyi rəngbərəng mətbəx bıçağını götürmüş və xalası Zöhrənin sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman xalası qışqırmışdır. Anası isə onu dayandırmaq üçün qabağına keçib xalası ilə onu aralamağa başlamışdır. Bu zaman bıçaq anasının da qarın nahiyəsindən dəymiş, lakin onun niyyəti anasını vurmaq olmamışdır. Bu zərbədən sonra anası döşəməyə yıxılmış, xalası isə küçəyə qaçmışdır. O, qorxduğu üçün evin qapısından çıxıb getmişdir. Əvvəlcə paltar ipindən asılmış paltarlarını götürüb həyətyanı sahədə əynini dəyişmiş, bıçağı isə paltarlarını dəyişdiyi yerdə qoymuş və həyətyanı sahənin arxa qapısından çıxıb getmişdir. Anasının və xalası Zöhrənin aqibətindən xəbəri olmamışdır. Qorxduğu üçün mobil telefonunu satıb Ağdam rayonuna yollanmışdır. Elə həmin gün polis tərəfindən axtarıldığını öyrənmiş və onu saxlayıb Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşlarına təhvil vermişlər. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, 1990cı ildə Mirzəyev Cehunla ailə həyatı qurmuş, bu nikahdan iki oğlulları dünyaya gəlmişdir. Təxminən 2013-cü ildə ailədaxili problemlərə və Cehunun ailələrinə qarşı səhlənkar yanaşdığına görə boşanmışlar. 9-10 il olar ki, Maştağa qəsəbəsində yerləşən Bəxtiyar adlı şəxsə məxsus olan evdə yaşayır. Oğlu Fərid onunla birlikdə həmin evin yaxınlığındakı fermada çalışdığından onunla yaşamışdır. Fərid bir neçə dəfə işləmək məqsədi ilə Rusiya Federasiyasına gedib sonra qayıtmışdır. Təxminən 14 sentyabr 2021-ci il tarixində Fərid yaşadığı evə gəlmiş və özünə iş axtarmaqla məşğul olmuşdur. O də bu istiqamətdə Fəridə köməklik etmiş, lazımi sənədlərini hazırlamışdır. Bundan başqa Ağdam rayonunda yaşayan və onkoloji xəstə olan bacısı Zöhrə də müayinə olunmaq üçün 24 sentyabr 2021-ci ildə Bakı şəhərinə gəlmiş və onun evində müvəqqəti qalmışdır. Onun oğlu Fəridlə bacısı Zöhrənin münasibəti pis olmamışdır. 26 sentyabr 2021-ci il tarixində təxminən saat 18 radələrində o, mətbəxdə yemək bişirməklə, bacısı Zöhrə döşəmədə oturub fındıq qırmaqla məşğul olmuş, Fərid isə kresloda oturub çay içimişdir. Bu zaman Fərid ondan pul istəmiş və şəhərin mərkəzinə yaxın ərazidə kirayə ev götürmək istədiyini bildirmişdir. O, etiraz etməmiş və tapıb verəcəyini demişdir. Bu zaman Zöhrə onların söhbətlərinə qarışaraq, Fəridə anasının, yəni onun xəstə olduğunu və pulu olmadığını, Fəridin özünün pul qazanıb anasına verməli olduğunu bildirmişdir. Xalası belə sözlərlə Fəridi tənqid etmiş və etirazını bildirmişdir. Fərid də Zöhrəyə cavab qaytarmış və sözlə mübahisə etmişlər. O, arakəsmənin digər tərəfində, mətbəx olan hissədə olduğu üçün nə danışdıqlarını dəqiq eşitməmişdir. Bu vaxt o, əlini yumaq üçün evdən həyətyanı sahəyə çıxmışdır. Həyətyanı sahədə əlini yuyub geri qayıtdıqda Fəridlə Zöhrənin əlbəyaxa olduqlarını və münaqişə etdiklərini görmüşdür. O, həyəcanlanaraq özünü itirmiş, bu səbəbdən kimin kimə hansı zərbə vurduğunu görməmiş və indi də xatırlamır. O, oğlunu və bacısını ayırmaq üçün Fəridə arxadan yaxınlaşmış və hər iki əli ilə Fəridin belindən tutmuşdur. Bu zaman Zöhrənin və Fəridin əlində heç bir əşya və ya alət, həmçinin onların üzərində və bədənində olan xəsarətləri görməmişdir. Fəridi öz yataq otağı istiqamətində aparmaq istədikdə, Fərid sol əli ilə arada olan qapının kənarındakı divardan tutub mane olmuş və qapıdan keçməmişdir. Sağ əli ilə də müqavimət göstərmiş, onun tərəfə əl-qol atmışdır. Bu zaman o, Fəridin əlində bıçaq olduğunu hiss etmişdir. Çünki zərbələr onun sağ yanağına və boyununun sağ nahiyəsinə dəymişdir. Bundan sonra o, Fəridi bərk itələyərək içəri salmaq istəmişdir. Fərid bir qədər içəri keçsə də arxaya güc vermişdir. Onun başının sol tərəfi qapının sol haşiyəsinə dəymiş və o, huşunu itirərək döşəməyə yıxılmışdır. Fərid onu yerdən qaldırarkən bədənimin sağ tərəfində istilik hiss etmişdir. Başa düşmüşdür ki, bıçaq dəyib və qan axır. Fərid onu qaldıran zaman bilmədən bıçaq ona dəymişdir. Fərid bunu görüb qorxmuş, Zöhrə isə ağlaya-ağlaya küçəyə çıxmışdır. O, qalxmaq istəsə də qalxa bilməmişdir. Lakin ətrafdan səs-küy olduğunu eşidmişdir. Polis əməkdaşlarının və təcili-tibbi yardım avtomobilinin gəlməyini təxmini xatırlayır. Bundan sonra baş verənləri xatırlamır. Gözünü açanda xəstəxanada reanimasiya şöbəsində olduğunu görmüşdür. O, oğlu Fəridlə barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdam rayonu, Qaradağlı kəndində ailəsi ilə birlikdə yaşayır, onkoloji xəstədir. Bu səbəbdən müalicə olunmaq üçün 23 sentyabr 2021-ci il tarixində bacısı Zəhranın, oğlu ilə yaşadığı Maştağa qəsəbəsində yerləşən evinə gəlmişdir. Bacısıgil orada kirayə yaşamışlar. Gəldiyi günlərdə heç bir problem, münaqişə və mübahisə yaranmamışdır. Fərid heç yerdə işləmədiyi və iş tapa bilmədiyi üçün həmişə evdə olmuşdur. Hadisənin baş verdiyi gün saat 18 radələrində həmin evin mətbəx və dəhliz hissəsində olmuşlar. Mətbəx və dəhliz bir otaqdadır. Həmçinin otaqda oturacaq və masa da olmuşdur. O, döşəmədə oturub fındıqların qabığını təmizləmişdir. Bacısı Zəhra isə mətbəx hissəsində xəmir hazırlamışdır. Fərid isə divanda əyləşmişdir. Ümumi söhbət zamanı Fəridin iş tapmağından və işləməməsindən danışmağa başlamışlar. Fəridin onunla heç bir problemi olmamışdır. Fərid yalnız anası Zəhraya işə düzəlmək üçün pul lazım olduğunu demiş və anasından pul istəmişdir. Anası Zəhra isə pulunun olmadığını demişdir. Bu söhbətlər zamanı Fərid Zəhraya qalxıb külqabını sonuncunun başına çırpacağını demişdir. Bu, ona pis təsir etmiş və o, Fəridə etirazını bildirmişdir. Zəhra isə ona Fəridə baş qoşmamağını demişdir. Bu vaxt Fərid ona “eşşək qızı” deyərək onu təhqir etmişdir. Bu onu çox əsəbiləşdirmiş və ayağa qalxıb Fəridin yaxasından tutmuşdur. Zəhra onu ayırmış və Fəridi başqa otağa aparmışdır. Sonra Zəhra mətbəxə qayıdaraq işini davam etdirmişdir. Bu an Fərid otaqdan çıxmış, mətbəxə gəmiş və qəfildən onun sifət nahiyəsindən zərbə endirmişdir. Zəhra oğlu Fəridi ayırıb otağına aparmaq istəyəndə o, ağzını yumaq üçün evdən çıxmış və geri qayıdanda bacısı Zəhranı divara söykənmiş vəziyyətdə qan içində görmüşdür. Zəhra yerə yıxılmışdır. O, özünü itirmiş və qışqıraraq ev sahibini çağırmış, özü isə bacısının yarasını bağlamağa başlamışdır. Ev sahibi Həsən hadisə barədə polisə məlumat vermişdir. Bir müddət keçmiş polis əməkdaşları və təcili-tibbi yardım briqadası gələrək Zəhranı xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları yaşayış massivi, Nizami küçəsi, ev 529B ünvanında iki mərtəbəli evdə atası ilə birlikdə yaşayır. Evin üst mərtəbəsində o və atası Bəxtiyar, alt mərtəbədə isə bu iş üzrə zərərçəkmiş şəxs Zəhra adlı qadın yaşayır. Zəhra həmin evdə kirayənişin kimi yaşayır, həm də həyətyanı sahənin təmizlik işlərini görür. Zəhra həmin evdə tək yaşayır, bəzən oğlu Fərid həmin evə gəlib-getmişdir. Onların münasibətləri yaxşı olmuş, Fəridi yaxşı insan kimi tanımışdır. 26 sentyabr 2021-ci ildə saat 18 radələrində həm Zəhranın oğlu Fərid, həm də Zəhranın bacısı Zöhrə həmin evə qonaq gəlmişlər. Zöhrə bir neçə dəfə bu evə gəlib-getmişdir. O, həmin aşağı düşüb Zəhradan çay süzməsini xahiş etmiş, bu zaman Zəhra evin mətbəx hissəsində, Fərid girişlə üzbəüz divanda əyləşmiş, Zöhrə isə girişdən sol tərəfdə döşəmədə əyləşib fındıq qırmışdır. Lakin fındığı nə ilə qırdığına fikir verməmişdir. Zəhra çay süzdükdən sonra o, çayı götürmüşdür. Bu zaman Fəridlə Zöhrə söhbət etmişdir. Onların ucadan danışdığını hiss etmiş və yavaş danışmalarını xahiş edərək evdən çıxmışdır. Yaşadığı evə keçib öz işi ilə məşğul olmağa başlamışdır. Təxminən 15 dəqiqə sonra Zöhrə qışqıraraq onun yaşadığı evə daxil olmuş və Fəridin anasını vurduğunu deyərək onu köməyə çağırmışdır. Zöhrənin üzü qanamışdır. Zöhrə Fəridin onu da vurduğunu bildirmişdir. O, dərhal aşağı düşmüş və həmin evin girişindən Zəhranın qan içində döşəmədə uzandığını görmüş, çox həyəcanlanmışdır. O, dərhal öz mobil telefonu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidməti zəng mərkəzi sisteminə məlumat vermişdir. Qısa müddətdə polis əməkdaşları gəlmişlər. Bu müddətdə Zöhrə ağ rəngli əsgilər gətirərək Zəhranın yarasına basmışdır. Zöhrə evin arxa tərəfini göstərərək Fəridin həmin istiqamətə qaçdığını bildirmişdir. Bir müddət sonra təcilitibbi yardım avtomobili gəlmiş və Zəhranı xəstəxanaya aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanılması, baxış protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26.09.2021-ci il tarixli raportdan görünür ki, Maştağa qəsəbəsi, Ləhic bağları, “İnsaf market”lə üzbəüz yaşayan Şahid2 evlərində müvəqqəti yaşayan bir qadının oğlu tərəfindən bıçaqlanması, hər yerin qan içərisində olduğunu bildirmiş, qadının sağ olub-olmamasını təyin edə bilməmiş və polisin ərazi üzrə yaxınlaşmasını istəmiş və şəxsən TTY-a zəng etmişdir (iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 26.09.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları massivi, ünvan 2 ünvanda yerləşən fərdi ev həyətyanı sahədən və mənzildən ibarətdir. Həyətyanı sahənin sağ tərəfində iki mərtəbəli ev yerləşir. Digər ikinci mərtəbədəki evə daxil olmaq üçün ayrılmış pilləkən birbaşa həyətə çıxır. Evdə birinci mərtəbədə, yerdə dairə şəklində qana bənzər izlər mövcuddur. İzlərin bəziləri qeyri-müəyyən formalıdır. Evin girişindən sağ tərəfdə təxminən 1 metr hündürlüyü olan daş arakəsmə mətbəxi əsas hissədən ayırır. Girişdən sol tərəfdə divara söykənmiş taxta masanın üzərində çini qablar, plastik məişət təyinatlı qablar, çörək və stəkanlar, həmçinin içərisində çəngəl, qaşıq, bıçaq olan 1 ədəd banka vardır və masanın qarşısında döşəmənin üzərində 1 yastıq və 1 örtük, örtüyün üzərində fındıqlar və fındıq qabıqları vardır. Giriş qapısı ilə üzbəüz, təxminən 60 sm diametrli qeyri-müəyyən formalı qanabənzər iz, həmin izin üzərində 2 ədəd ağ rəngli, üzərində qana bənzər ləkələr olan əsgilər yerləşir (iş vərəqi 3-10). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 03.10.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən ifadəsində qeyd etdiyi kimi, anası Zərərçəkmiş şəxs və xalası Şahid1 bıçaqla xəsarət yetirdiyi yeri, törətdiyi əməlin baş vermə, davam etmə və başa çatma mexanizmini göstərmək təklif olunduqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin həyətində avtomobilə əyləşmiş və onun göstərdiyi marşrutla Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları yaşayış massivi, Nizami küçəsi, ev 529B ünvanının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşüb həmin evi göstərərək bildirmişdir ki, 26 sentyabr 2021-ci il tarixində təxminən saat 18 radələrində bu evin mətbəxində əyləşmiş, xalası Zöhrə döşəmədə oturub findıq qırmış, anası isə yemək bişirmişdir. Anası ilə söhbət edərkən anasına onların soyadlarından çıxmağını, onun burada yaşamaq istəmədiyini demişdir. Anası əlli yaşına çatmağına bir il qaldığını demiş və bir ildən sonra soyadını dəyişdirəcəyini bildirmişdir. Bu zaman söhbətə xalası Zöhrə qoşulmuş və anasını müdafiə etməyə başlamış, onun haqsız olduğunu bildirmişdir. Anası da xalasına söhbətə qarışmamağını demişdir. Xalası isə onu təhqir etmiş, atasını və ölmüş yaxınlarını söymüş, o da cavabında xalası Zöhrəni təhqir etdikdə xalası Zöhrə oturduğu yerdən qalxıb üstünə cummuş, hər iki əli ilə onun baş nahiyəsinə, təpiklə ayaq nahiyəsinə zərbələr vurmuşdur. Anası bunu görüb onu xalasından aralamış və o, yıxılmışdır. Xalası isə dayanmamış, findıq qırdığı çəkici götürüb başına bir dəfə zərbə vurmuşdur. Onun başından qan axmağa başlamışdır. O, əsəbiləşmiş və başı hərlənməyə başlamışdır. Mətbəxdə dolabın üzərindəki bankanın içərisində dəstəyi rəngbərəng mətbəx bıçağını götürmüş və xalası Zöhrənin sifət nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman xalası qışqırmışdır. Anası isə onu dayandırmaq üçün qabağına keçmişdir. O, bıçaqla anasının da qarın nahiyəsindən zərbə vurmuşdur. Bu zərbədən sonra anası döşəməyə yıxılmış, xalası isə küçəyə qaçmışdır. O qorxduğu üçün evin qapısından çıxıb getmişdir. Əvvəlcə paltar ipindən asılmış paltarlarını götürüb həyətyanı sahədə yerləşən hində əynini dəyişmiş, bıçağı paltarlarını dəyişdiyi yerdə qoymuş, həyətyanı sahənin arxa qapısından çıxıb getmişdir. İfadənin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, evin arxa tərəfindəki həyətyanı sahənin sonunda, sol tərəfdən yerləşən hində, döşəmənin üzərində 1 ədəd göy rəngli köynək, bir ədəd qara rəngli şalvar və 01 ədəd bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs bıçağı göstərərək həmin bıçaqla anası Zərərçəkmiş şəxs və xalası Şirinova Zöhraya xəsarət yetirdiyini bildirmişdir. Daha sonra paltarlarını həmin yerdə dəyişərkən bıçağı da oraya qoyduğunu bildirmişdir. Həmin 01 ədəd bıçaq metal tiyədən və plastik dəstəkdən ibarət olmuş və qatlanmayan formalıdır. Dəstəyi zolaqlar şəklində ardıcıl olaraq qırmızı, göy və ağ rənglidir və hər bir zolağın mərkəzində vint bərkdilmişdir. Bıçağın üzərində qana bənzər ləkələr vardır və bıçağın dəstəyinin uzunluğu 11 sm, tiyənin uzunluğu 15 sm-dir. Cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığı üçün həmin bıçaq götürülmüş, 01 ədəd zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini "Zərflər üçün № 48" möhürü ilə möhürlənmişdir (iş vərəqi 81-90). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 19.11.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi kimi, oğlu Təqsirləndirilən şəxs ona və bacısı Şahid1 xəsarət yetirdiyi yeri göstərməsi və hadisələrin yaranma və davam etmə mexanzmini izah etmək təklif olunduqdan sonra, Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin həyətində avtomobilə əyləşmiş və onun göstərdiyi marşrutla Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları yaşayış massivi, Nizami küçəsi, ev 529B ünvanının qarşısına gəlmişlər. Zərərçəkmiş şəxs mənzilə daxil olaraq bildirmişdir ki, 26.09.2021-ci il tarixində təxminən saat 18 radələrində həmin evin mətbəxində olmuş, bacısı Zöhrə döşəmədə oturub fındıq qırmış, o isə yemək bişirmişdir. Fərid isə oradakı kresloda oturub çay içmişdir. Fərid ondan pul istəmiş və şəhərin mərkəzinə yaxın ərazidə kirayə ev götürmək istəmişdir. O, etiraz etməmiş və tapıb verəcəyini demişdir. Bu zaman Zöhrə onların sohbətlərinə qarışmışdır. Bacısı, Fəridə demişdir ki, anası, yəni o, xəstədir və pulu yoxdur. Fəridin özü pul qazanmalı və ona verməlidir. Belə sözlərlə Fəridi tənqid etmiş və etirazını bildirmişdir. Fərid də bacısı Zöhrəyə cavab qaytarmış və sözlə mübahisə etmişlər. O, arakəsmənin digər tərəfində, mətbəx olan hissədə olduğu üçün onların nə danışdıqlarını dəqiq eşitməmişdir. Həmin vaxt əlini yumaq üçün evdə həyətyanı sahəyə çıxmışdır. Həyəyanı sahədə əlini yuyub geri qayıtdıqda Fəridlə Zöhrənin əlbəyaxa olduqlarını və münaqişə etdiklərini görmüşdür. Həyəcanlanaraq özünü itirmiş, bu səbəbdən kimin kimə hansı zərbə vurduğunu görməmiş və hal-hazırkı zamanda da xatırlamır. O, ayırmaq üçün Fəridə arxadan yaxınlaşmış və hər iki əli ilə belindən tutmuşdur. Bu zaman Zöhrənin və Fəridin əlində heç bir əşya və ya alət görməmişdir. Həmçinin onların üzlərində və bədənində olan xəsarətlərini də görməmişdir. Fəridi öz yataq otağı istiqamətində aparmaq istədikdə Fərid arada olan qapıdan keçməmiş və sol əli ilə qapının kənarındakı divardan tutub mane olmuşdur. Sağ əli ilə də müqavimət göstərmiş, onun tərəfə zərbələr vurmuşdur. Bu zərbələr zamanı Fəridin əlində bıçaq olduğunu hiss etmişdir. Çünki zərbələr onun sağ yanağına və boynunun sağ nahiyəsinə dəymişdir. Bundan sonra o, Fəridi bərk itələyərək içəri salmaq istəmişdir. Fərid bir qədər içəri keçsə də arxaya güc vermiş, başının sol tərəfi qapının sol haşiyəsinə deymiş və o, huşunu itirərək döşəməyə yıxılmışdır. Bundan sonra baş verənləri xatırlamamışdır (iş vərəqi 144-148). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın tanınmaya təqdim edilməsi haqqında 20.10.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, tanıyan zərər çəkmiş şəxs Şahid1 tanınma üçün ona təqdim edilmiş "2" sıra nömrəsi ilə işarələnmiş 01 ədəd ağ, göy, qırmızı rəngli plastik dəstəyi olan, gümüşü rəngli tiyəsi olan bıçağı və digər 3 ədəd bıçaq arasında yerləşdirilərək müvafiq olaraq hər biri "1", "3" və "4" sıra nömrəsi ilə nömrələnmiş 4 ədəd bıçağı nəzərdən keçirmiş və "2" sıra nömrəsi ilə işaralənmiş bıçağı tanıyaraq, bacısı Zərərçəkmiş şəxs yaşadığı evdə sonuncunun oğlu Təqsirləndirilən şəxs onun üzünə və bacısı Zəhranın bədəninə zərbələri həmin bıçaqla vurduğunu, bu bıçağı yaşadığı evin mətbəxindən götürdüyünü, həmin bıçağı ölçüsünə, dəstəyinin rənginə görə tanıdığını bildirmişdir (iş vərəqi 129-130). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30.09.2021-ci il tarixli, 1587 saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs ağır dərəcəli hemorragik şokla, sağ ağ ciyərin yaralanması və sağ tərəfli hemopnevmotoraksla (sağ plevra boşluğuna sərbəst hava və qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən bir ədəd, sağ yanaq nahiyəsinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları, boyun nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlərin törənmə müddətləri 26.09.2021-ci il tarixə uyğun gəlir. - Xəsarətlərdən ağır dərəcəli hemorragik şokla, sağ ağ ciyərin yaralanması və sağ tərəfli hemopnevmotoraksla (sağ plevra boşluğuna sərbəst hava və qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən bir ədəd, sağ yanaq nahiyəsinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları deşicikəsici (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, boyun nahiyəsinin qançırı isə bərk küt alətin təsirindən törənmişdir. - Dərəcəsinə görə ağır dərəcəli hemorragik şokla, sağ ağ ciyərin yaralanması və sağ tərəfli hemopnevmotoraksla (sağ plevra boşluğuna sərbəst hava və qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sağ yanaq nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, boyun nahiyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir.
2. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (iş vərəqi 132-135). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12.01.2022-ci il tarixli, 04/1587 saylı (əlavə) rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs ağır dərəcəli hemorragik şokla, sağ ağciyərin yaralanması sağ tərəfli hemopnevmotoraksla (sağ plevra boşluğuna sərbəst hava və qanın yığılması) ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən bir ədəd, sağ yanaq nahiyəsinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları, boyun nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlərdən ağır dərəcəli hemorragik şokla, sağ ağciyərin yaralanması sağ tərəfli hemopnevmotoraksla (sağ plevra boşluğuna serbəst hava və qanın yığılması) ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən bir ədəd, sağ yanaq nahiyəsinin bir ədəd (cəmi iki ədəd) deşilmişkəsilmiş yaraları deşici-kəsici alət (alətlər) təsirindən törənmişdır, bıçaqla yetirilə bilər, boyun nahiyəsinin qançırı isə bərk-küt əşya təsirindən törənmişdir, törənmə müddətləri 26.09.2021-ci il tarixə uyğun gəlir. - Dərəcəsinə görə ağır dərəcəli hemorragik şokla, sağ ağciyərin yaralanması və sağ tərəfli hemopnevmotoraksla (sağ plevra boşluğuna sərbəst hava va qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sağ yanaq nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir, boyun nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir.
2. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur.
3. Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsində olan bir ədəd deşilmiş kəsilmiş yara sifətdə kobud çapıq, deformasiya, mimika və çeynəmə pozğunluqları və nəzərə çarpan asimmetriya ilə müşahidə olunmadığından, eləcə də vaxt keçdikcə qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlərə aid olduğundan sifətin silinməz xəsarətlərinə aid edilmir (iş vərəqi 194-198). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 29.09.2021-ci il tarixli, 1588 saylı rəyindən görünür ki:
1. Şahid1 sol yanaq nahiyəsinin bir ədəd deşilmiş kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alət təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Törənmə müddəti 26.09.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YUNGÜL zərərvurmaya aiddir.
2. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfinsən özünə yetirilməsi inkar olunur (iş vərəqi 136- 137). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 12.01.2022-ci il tarixli, 03/1588 saylı (əlavə) rəyindən görünür ki:
1. Şahid1 sol yanaq nahiyasinin bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alət təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti 26.09.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.
2. Lokalizasiyasına və xarakterinə görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur.
3. Şahid1 sol yanaq nahiyəsində olan bir ədəd deşilmiş kəsilmiş yara sifətdə kobud çapıq, deformasiya, mimika və çeynəmə pozğunluqları və nəzərə çarpan asimmetriya ilə müşahidə olunmadığından, eləcə də vaxt keçdikcə qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan, çəkilib gedən xəsarətlərə aid olduğundan sifətin silinməz xəsarətlərinə aid edilmir (iş vərəqi 191-193). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 21.10.2021-ci il tarixli, 1684 saylı rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs Ceyhun oğlunda təpə nahiyəsinin əzilmiş səthi yarası müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti şəxsin məhkəmə-tibbi ekspertizasından (18.10.2021-ci il) 15-17 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir.
2. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 166- 167). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 22.10.2021-ci il tarixli, 2469 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs kobudluq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, laqeydlik, inadkarlıq kimi fərdí-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərinə görə, cinayət əməlini törədən zaman hadisə şəraitini nəzərə alaraq iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqi 151-154). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 22.12.2021-ci il tarixli, 758 nömrəli rəyindən və fotocədvəldən görünür ki:
1. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqdır və soyuq silah hesab edilmir.
2. Təqdim olunmuş bıçağın üzərində sonradan əlavə və dəyişikliklər edilməmişdir. İİ.1. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin - ağır dərəcəli hemorragik şokla, sağ ağciyərin yaralanması və sağ tərəfli hemopnevmotoraksla (sağ plevra boşluğuna sərbəst hava və qanın yığılması) müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən bir ədəd, sağ yanaq nahiyəsinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaralarının yara kanalı haqqında məlumat olmadığından bu xəsarətin konkret olaraq ekspertizaya təqdim olunmuş bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. Bu suala cavab vermək üçün hadisə zamanı X2 əynində olmuş paltarların kriminalistik tədqiqatı məsləhət görülür.
2. Şahid1 bədəni üzərində olan xəsarət-sol yanaq nahiyəsinin bir ədəd deşilmişkəsilmiş yarası hər hansı bir iti ucu, iti kənarı olan deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən yaranmışdır, konkret olaraq ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənib-törənməməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı (iş vərəqi 155-159). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizasının 15.12.2021-ci il tarixli, 867 nömrəli rəyindən və fotocədvəldən görünür ki:
1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/.
2. Şahid1 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/.
3. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi:O(İ) /axtarış vəsiqəsinin kserosurətinə əsasən/.
4. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə "A" və "H" antigenləri alındı, "B" antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/ (İİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Şahid1 (əgər onların qanlarında müşaiətçi "H" antigeni varsa) məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür (iş vərəqi 160-164). İşdə olan 27.09.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 18). İşdə olan 29.09.2021-ci il tarixli qərardan görünür ki, Şahid1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 27-29). İşdə olan Şahid1 ibtidai istintaq orqanına təqdim etdiyi 11.01.2022-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur (iş vərəqi 190). İşdə olan Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi 17.01.2022-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur (iş vərəqi 199). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 18.01.2022-ci il tarixli qərardan və 24.01.2022-ci il tarixli raportdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Şahid1 ilə barışması ilə əlaqədar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə və Şahid1 zərər çəkmiş şəxs kimi statusuna xitam verilmişdir. Cinayət işi üzrə götürülmüş 01 ədəd bıçaq cinayətin aləti olduğundan maddi sübut kimi tanınmış, məsul saxlama üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 204-212, 237). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 58). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, zərərçəkmiş ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildməsi mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli 3 saylı Qərarının 7-cı bəndində məhkəmələrə tövsiyə edir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CMnin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Maddəsinin 7.0.32-ci maddəsinə əsasən yaxın qohumlar - babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də zərərçəkmiş ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildməsinin mahiyyəti ilə eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs anasını vurmaq niyyətinin olmaması, yəni bıçağın anasına təsadüfən dəyməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri həqiqəti əks etdirməməklə yanaşı, özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs olan anası ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, onun cavanlığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmanlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda şərh edilənləri məcmu halda təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə zərurət vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan uzun müddətə məhrum olunmasını onun özünü cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, himayəsində olan anasının maddi-mənəvi durumunun ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və yuxarıda sadalanan təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hal kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 126.2.2-ci maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən onun barəsində 04 oktyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 71, 118-120, 174-176). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 02 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlanc yerində saxlanılan 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 02 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlanc yerində saxlanılan 01 ədəd bıçaq məhv edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.