Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-664/2024 19.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X32 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 29 avqust 1976-cı ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, ev 17-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış sahəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 302,990 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda 11,280 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış və xx.xx.2022-ci il tarixdə, saat 18:10-da Suraxanı RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncunun əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,412 qram qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin aşkar edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin evdən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 270,702 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd dəmir qutuda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,435 qram, 15,105 qram və 0,095 qram olmaqla, ümumi təmiz çəkisi 29,635 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram və 11,228 qram olmaqla, ümumi təmiz çəkisi 11,280 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd eynək qabında olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,241 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən yaşadığı evin qapısındakı küçədə saxlanılmışdır. Polislər bundan sonra zorla onun yaşadığı evə daxil olmuşlar. Hətta polislər evin pəncərəsinin şüşələrini sındıraraq evə daxil olmuşlar. Polislər onun həyətində bir neçə dəfə havaya silahdan atəş də açmışlar. Bu səsə qonşular və qardaşı da onun yaşadığı həyətə gəlmişlər. Polislər onun evinə daxil olduqdan sonra ondan guya evdə saxladığı silahı tələb etmişlər. O da polislərə demişdir ki, “məndə silah yoxdur”. Bir də o, görmüşdür ki, polislər masanın üstünə nəsə qoymuşlar. Həmin vaxt polislər ona demişlər ki, “bu narkotiklər kimindir?”. O da demişdir ki, həmin narkotiklərdən xəbəri yoxdur. Polislər də ona demişlər ki, “yaxşı, əgər boynuna almırsansa, onda həmin narkotik vasitələri sənin yoldaşına məxsus olması kimi qeyd edərik”. O da demişdir ki, “belə bir şey etməyin, arvadımı bu işə qatmayın. Mən nə lazımdırsa onu da edərəm”. Bundan sonra o, polislərə demişdir ki, “mənim özümdə narkotik var, həmin narkotiki eynək qabının içərisində saxlayıram”. Onda həmin vaxt 0,5 (yarım) qram narkotik vasitə olmuş, lakin polislərin masanın üzərinə qoyduqları narkotikdən onun xəbəri olmamışdır. Onda olan 0,5 (yarım) qram narkotik vasitə heroin olmuşdur. Ona polislər demişlər ki, “de ki, həmin narkotik sənindir, sənə heç nə etməzlər, uzağı səni müalicəyə göndərərlər”. Polislər onun evinə daxil olandan sonra evdə 4-5 saat ərzində axtarış keçirmişlər. Bu zaman evdə hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra isə evdə videoçəkilişlə axtarış həyata keçirilmişdir. Polislər onun yaşadığı evə vəkil də dəvət etmişlər. Polislər videoçəkiliş zamanı onun arvadının çantasından 1 (bir) ədəd böyük büküm çıxarmışlar. Polislər çəkilişdən əvvəl 4 (dörd) saat onun evində axtarış keçirmişlər. Polislər 2-3 dəfə videoçəkiliş həyata keçirmişlər. Videoçəkilişdən əvvəl polislər onun cibinə 1 (bir) büküm narkotik vasitə qoymuşlar və sonra ona demişlər ki, “bayırda, yəni küçə qapısının yanında dayan və videoçəkiliş zamanı bizim sənə verdiyimiz narkotik vasitəni çıxarıb təqdim edərək de ki, həmin büküm narkotik vasitə sənə məxsusdur”. O da polis əməkdaşları ilə razılaşaraq bunları etmişdir. Çünki polislər ona demişlər ki, “əgər həmin bükümün sənə məxsus olduğunu deməsən, sənin yoldaşın da cinayət məsuliyyətinə cəlb ediləcək, yəni sənin evindən aşkar edilmiş narkotik vasitələri sənin yoldaşına məxsus olmasını sənədlərə qeyd edəcəyik”. Polislər onu yaşadığı evdə deyil, evin yaxınlığındakı küçədə saxlamışlar. Polislər tərəfindən küçədə saxlanıldığı zaman polislər onu elə küçədə 1-2 dəfə yerə yıxaraq vurmuşlar. Bundan sonra polislər evdə də ona qarşı zorakılıq etmişlər, yəni 1-2 dəfə onu döymüşlər. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə heroin olmamasını, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını, yaşadığı evdə cəmi 0,5 qram çəkidə narkotik vasitə olmasını, işgəncəyə məruz qaldığından ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur qalmasını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Suraxanı Rayon Polis İdarəsinə Əsgərov Bayram və Hüseynov Səbuhi adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında rəhbərliyə məruzə edilmiş və sonra həmin şəxslərin saxlanılması üçün Şahid3, Şahid1 və onun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində onlar Əsgərov Bayram və Hüseynov Səbuhini saxlayaraq Polis İdarəsinə aparmışlar. X29 və Hüseynov Səbuhinin üzərinə baxış keçirilən zaman Əsgərov Bayram və Hüseynov Səbuhinin üzərindən ayrıayrılıqda 1 (bir) büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əsgərov Bayram və Hüseynov Səbuhinin üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman hər iki şəxs üzərində aşkar edilmiş narkotik vasitələri “Adil” adlı şəxsdən aldıqlarını bildirmişlər. Həmin məlumata əsasən yenidən rəhbərliyə raportla məruzə edilmiş və bundan sonra əməliyyat qrupu olaraq onlar Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində “Adil” adlı şəxsin saxlanılması üçün əməliyyat tədbirləri keçirmişlər. Həmin əməliyyat-axtarış tədbirlərinin nəticəsində onlar Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar, sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs evində narkotik vasitələr və tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitələrin olduğu bükümlərin sayı onun yadında qalmasa da, onu deyə bilər ki, evdən çoxlu sayda narkotik vasitələr aşkar edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Polis İdarəsinə aparmışlar. Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Əsgərov Bayram və Hüseynov Səbuhi barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında rəhbərliyə məruzə edilmiş və bundan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Şahid1, Şahid2 və o, daxil olmuşdur. Onlar həmin əməliyyat məlumatı əsasında 2022-ci ilin noyabr ayında Bülbülə qəsəbəsində Əsgərov Bayram və Hüseynov Səbuhiyə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra Əsgərov Bayram və X18 Rayon Polis İdarəsinə aparılmışdır. Polis İdarəsində videoçəkiliş vasitəsilə Əsgərov Bayram və Hüseynov Səbuhinin üzərinə baxış keçirilmiş və həmin vaxt Əsgərov Bayramın üzərindən 1 (bir) büküm narkotik vasitə, 1 (bir) ədəd mobil telefon, Hüseynov Səbuhinin üzərindən 1 (bir) büküm narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələri haradan və kimdən əldə etdiklərini soruşduqda, Əsgərov Bayram və Hüseynov Səbuhi üzərlərindən aşkar edilmiş narkotik vasitəni “Adil” adlı şəxsdən Mərdəkan qəsəbəsində 50 manata aldıqlarını bildirmişlər. Həmin məlumat əsasında onlar əməliyyat qrupu olaraq təhqiqatçı və müdafiəçi ilə birlikdə Mərdəkan qəsəbəsinə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında Adilə yaxınlaşaraq özlərini təqdim etmişlər. Hadisə yerində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və həmin vaxt sonuncunun üzərindən 1 (bir) büküm narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmçinin onlar videoçəkilişlə Adilin yaşadığı evə daxil olaraq evə baxış keçirmişlər və həmin vaxt evdə olan dolabın üzərindən narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 5 ildir ki, evlidir. Onlar rəsmi olaraq evli olmasalar da, dini kəbin əsasında evlidirlər və onların üç yaşında 1 (bir) azyaşlı uşağı var. O, Adilin polis əməkdaşları tərəfindən saxlanılması vaxtını xatırlayır. Belə ki, 18 noyabr 2022-ci il tarixdə onun dayısı oğlunun toy mərasimi olmalı imiş və buna görə də onlar toya getməli olmuşlar. Toya getməmişdən əvvəl Adil hamama getmişdir. Birdən evin işıqları sönmüş, ona görə də o, Adildən hamamdan çıxmasını və işıq sayğacını yoxlamasını xahiş etmişdir. Adil də onun sözünə əsasən hamamdan çıxaraq çölə çıxmış, lakin geri qayıtmamışdır. Sonra isə yaşadıqları evə polis əməkdaşları basqın etmişlər. Evə basqın edən polis əməkdaşları ona və azyaşlı uşağına silah çəkərək onları çölə çıxarmışlar. Həmçinin həmin vaxt polis əməkdaşları Adili də döymüşlər. Evə basqın edən polis əməkdaşları onların yaşadıqları evin pəncərələrini və mebellərini də sındırmışlar. Bundan başqa, polis əməkdaşları silahdan da atəş açmışlar. Bildiyinə görə yaşadıqları evdən narkotik vasitə çıxmışdır. Lakin onların yaşadıqları evdə narkotik vasitə ola bilməzdi. Polis əməkdaşları evə basqın etdikdən sonra evdən pulları da yoxa çıxmışdır. Belə ki, polis əməkdaşları evə basqın etməmişdən əvvəl 300 manat toya getmək üçün masanın üstündə olmuşdur. Polis əməkdaşları evdən ümumilikdə 16.200 manat pul götürmüşlər. Lakin o, bununla bağlı heç bir orqana şikayət etməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onun yaşadığı evlə qardaşı Adilin yaşadığı ev arasında 6-7 metr məsafə var. O, hadisə gününü xatırlayır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı gün o, küçədən səs-küy gəldiyini eşitmiş və buna görə də çölə çıxmışdır. O, çölə çıxdıqda, polis əməkdaşlarının Adilin əlinə qandal vurub yerə yıxdıqlarını görmüşdür. O, bunu görüb polis əməkdaşlarına demişdir ki, “ayıbdır, niyə belə edirsiniz?”. Sonra 3-4 nəfər polis əməkdaşı Adilin yaşadığı evin həyətinə girmiş, hətta polis əməkdaşları silahla atəş də açmışlar və evin pəncərəsini vurub sındırmışlar. Sonradan o, 1.200 manat ödəniş edərək evin pəncərələrini düzəltdirmişdir. O, Adilin yaşadığı evdən narkotik vasitə çıxıb-çıxmadığını bilmir, çünki həmin vaxt polis əməkdaşları onları evə buraxmamışlar. O, polis əməkdaşlarına “belə nakişilik etmək olmaz” dediyinə görə polis əməkdaşları buna görə ona silah da çəkmişlər. Polis əməkdaşları təxminən gündüz saat 14:00-15:00 radələrində Adilin yaşadığı evə gəlmişlər. Şahid1 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Suraxanı RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili işləyir və polis polkovnik-leytenantı xüsusi rütbəsi daşıyır. xx.xx.2022-ci il tarixdə X15 və X7 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Suraxanı RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 15:00-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən köhnə toxuculuq fabrikinin yaxınlığında onlar xarici əlamətlərindən X15 və X10 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onlar həmin şəxslərdən özlərini təqdim etməsini tələb etmişlər. Həmin şəxslər də özlərini X15 və X3 onlara təqdim etmişlər. Onlar həmin şəxslərə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Suraxanı RPİ-nə dəvət etmişlər. Səbuhi Hüseynov və Bayram Əsgərov da onlara etiraz etməyərək onlarla birlikdə Suraxanı RPİ-nə gəlmişlər. Suraxanı RPİ-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə X7 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. X1 üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Səbuhi Hüseynov əynində olan qara rəngli, üzərində qırmızı və ağ xətlər olan idman gödəkcəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş heroini çıxarıb təqdim etmişdir. Səbuhi Hüseynovdan təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı üsulla əldə etməsi barədə soruşulmuş, bu zaman Səbuhi Hüseynov həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin bükümün özünə məxsus olduğunu və narkotik vasitə heroini 50 manat müqabilində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Adil adlı şəxsdən aldığını bildirmişdir. X22 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmışdır. Bundan X22 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra X8 üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. X2 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Bayram Əsgərov əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “Samsung A21” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bayram Əsgərovdan təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı üsulla əldə etməsi barədə soruşulduqda, Bayram Əsgərov həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümün özünə məxsus olduğunu, narkotik maddə heroini 50 manat müqabilində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində “Adil” adlı şəxsdən aldığını bildirmişdir. Bayram Əsgərovun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmış, sonra üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmışdır. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq o, Suraxanı RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Suraxanı RPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X19 və 09 saylı Vəkil Bürosunun vəkili Akif Ağayevlə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsinə getmişdir. Onlar Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində nömrəsiz evin qarşısında xarici əlamətlərindən Adil adlı şəxsə oxşayan şəxsə yaxınlaşaraq həmin şəxsdən kim olmasını soruşmuşlar. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş heroini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı üsulla əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümün özünə məxsus olduğunu, narkotik maddə heroini tanımadığı İran İslam Respublikası vətəndaşından onlayn qaydada aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs razılığı və videoçəkiliş ilə yaşadığı evə baxış keçirilmiş və həmin vaxt evdə olan taxta dolabın üzərindəki dəmir qutunun içərisində 05 ədəd büküm, eynək qabının içərisində 01 ədəd şüşə qabda narkotik vasitəyə bənzər maddə, 01 ədəd büküm, 03 ədəd şpris və taxta dolabın içərisində çəhrayı sellofanın içərisində 01 ədəd büküm və həmin taxta dolabın üzərində 04 ədəd mobil telefon, 01 ədəd tərəzi, çəhrayı rəngli sellofanın içərisində 01 ədəd büküm aşkar edilmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 44-45) görünür ki, həmin gün X7 üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt həmin şəxsin üzərindən 01 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Səbuhi Hüseynov üzərindən aşkar edilmiş bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və həmin heroini “Adil” adlı şəxsdən 50 manat müqabilində Mərdəkan qəsəbəsində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 68-69) görünür ki, həmin gün X8 üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt həmin şəxsin üzərindən 01 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Bayram Əsgərov üzərindən aşkar edilmiş bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu və həmin heroini “Adil” adlı şəxsdən 50 manat müqabilində Şağan qəsəbəsində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 75-76) görünür ki, “Adil” adlı şəxsin narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 91) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 100) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 101-102) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə icazə vermişdir. xx.xx.2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında nömrəsiz fərdi yaşayış evinə baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli evə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 106-107) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış sahəsi ünvanında nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş və həmin vaxt evdə olan taxta dolabın üzərindəki dəmir qutunun içərisindən 05 ədəd büküm, eynək qabının içərisində 01 ədəd şüşə qabda narkotik vasitəyə oxşar kütlə, 01 ədəd büküm, 03 ədəd şpris, 01 ədəd büküm, 04 ədəd telefon və 01 ədəd tərəzi aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/6662 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 140-142) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №45 dairəvi möhür əksi və imzalara olan 2 (iki) ədəd zərfdə 1 (bir) ədəd paketdəki, üzərində: “vət.Başəliyev Adil Nasir oğlunun üzərindən aşkar edimiş narkotik vasitə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,412 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində: “vət.Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə” yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 270,702 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustrar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd dəmir qutuda 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,435 qram, 15,105 qram və 0,095 qram, ümumi təmiz çəkisi 29,635 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram və 11,228 qram, ümumi təmiz çəkisi 11,280 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd eynək qabındakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,241 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd 2 ml-lik, iki ədəd 1 ml-lik sprislərin içərisində və iki ədəd falqa kağız parçaların üzərində heroinin izləri vardır, eynək qabındakı bir ədəd şüşə flakonda olan təmiz çəkisi 0,502 qram maddə ağ rəngli xırda kristallardan ibarət maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs evindən aşkar edilmiş elektron tərəzi” yazısı və imzalar olan zərfdəki bir ədəd arxasında “200 g/0.01 g” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 302,990 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş metamfetaminin ümumi təmiz çəkisi 11,280 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tərəzinin, kağız parçaların üzərindəki və şprislərin içərisində heroin iz şəklində olduğu üçün təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlər X15 və X7 üzərlərindən götürülmüş heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»nin, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 222-224) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-658/2022 saylı qərarından (cild 2, iş vərəqə 11-14) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 noyabr 2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-825/2022 saylı qərarından (cild 2, iş vərəqə 15-16) görünür ki, baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni və əsaslı hesab edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 1-3) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrı icraata ayrılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X28 Şəxsin 3257 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 141-142) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 144-163) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,312 qram olan narkotik vasitə heroin, 270,502 qram olan narkotik vasitə heroin, 29,676 qram olan narkotik vasitə heroin, 11,20 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilməsi, 02 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin mənbəyinə dair ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1528/2023 saylı qərarından (cild 2, iş vərəqə 220-226) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 3, iş vərəqə 2-21) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,312 qram olan narkotik vasitə heroin, 270,502 qram olan narkotik vasitə heroin, 29,676 qram olan narkotik vasitə heroin, 11,20 olan qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilməsi, 02 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin mənbiyinə dair ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli 03 saylı İstintaq Təcridxanasının cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçadan (cild 3, iş vərəqə 130-132) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş, lakin onun bədən səthi üzərində yeni xəsarət izi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 236) görünür ki, X11 xx.xx.2020-ci ildə Solmaz adlı övladı anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçi vasitəsilə suallar və vəsatətlər vermiş, eləcə də ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılanadək onun barəsində əməliyyat orqanına məlumat daxil olmuşdur ki, o, Mərdəkan qəsəbəsində X10 01 ədəd bükümdə narkotik vasitə heroini, X12 isə Şağan qəsəbəsində 01 ədəd bükümdə narkotik vasitə heroini 50 manat müqabilində satmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə yoxlanılmış məlumat daxil olmuşdur. Bunun əsasında xx.xx.2022-ci il tarixdə, saat 18:10-da Suraxanı RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni yaşayış sahəsində nömrəsiz evin yaxınlığında saxlanılmış və orada müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,412 qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və həmin vaxt evdən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 270,702 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,435 qram, 15,105 qram və 0,095 qram olmaqla, ümumi təmiz çəkisi 29,635 qram olan narkotik vasitə heroin, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram və 11,228 qram olmaqla, ümumi təmiz çəkisi 11,280 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd eynək qabında olan 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,241 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində yuxarıda göstərilənləri təkzib etsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, onun üzərinə şəxsi axtarış və yaşadığı evə baxış bilavasitə müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə həyata keçirildiyindən göstərilən prosessual hərəkətlərin həqiqiliyinə və qanuniliyinə heç bir şübhə ola bilməz. Eyni zamanda məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş şahidlər X9 və Şahid4 Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiyi hallara uyğun şəkildə ifadə versələr də, məhkəmə hesab edir ki, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə dindirilmiş Aynur Abdullayeva faktiki olaraq Təqsirləndirilən şəxslə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğundan, eləcə də digər Şahid4 Təqsirləndirilən şəxs qardaşı olduğundan, başqa sözlə, Təqsirləndirilən şəxslə yaxın qohumluq münasibətlərində olduqlarından məhkəmədə Təqsirləndirilən şəxs xeyrinə ifadə verərək işin həqiqi hallarını təhrif etməyə və bununla da Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirməyə nail olmaq istəmişlər. Bu səbəbdən də məhkəmə Aynur Abdullayeva və Şahid4 ayrı-ayrılıqda məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri mötəbər sübut hesab etmir. Əksinə cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılanadək X16 və X15 polis əməkdaşları tərəfindən saxlanılmış, bundan sonra göstərilən şəxslərin üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərlərindən ayrı-ayrılıqda narkotik vasitə heroin aşkar edilmiş, sorğu-sual zamanı üzərlərindən aşkar edilmiş narkotik vasitələri “Adil” adlı şəxsdən Mərdəkan və Şağan qəsəbəsində aldıqlarını bildirmişlər, habelə bunun əsasında Təqsirləndirilən şəxs saxlanılmış, sonra üzərindən və yaşadığı evdən müxtəlif çəkidə və növdə narkotik vasitələr və psixotrop maddələr aşkar edilmişdir. Göstərilənlər ona dəlalət edir ki, həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılanadək qanunsuz şəkildə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Onun yaşadığı evdən narkotik vasitə və psixotrop maddələrlə yanaşı, həmçinin elektron tərəzinin aşkar edilməsi və tərəzinin üzərində narkotik vasitələrin izi olması da məhkəmənin gəldiyi nəticənin əsaslı olmasında mühüm rol oynayır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrindən tamamilə fərqli məzmunda ifadə verərək polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə heroin, yaşadığı evdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və Polis İdarəsinə aparıldıqdan sonra orada döyüldüyünü, işgəncəyə və pis rəftara məruz qaldığını, bunun nəticəsində etirafedici ifadə verməyə məcbur qaldığını bildirməklə irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları araşdırmaq məqsədi ilə onun saxlanıldığı istintaq təcridxanasından şəxsi iş materiallarını və tibbi kitabçasını əldə edərək məhkəmədə tədqiq etmişdir. Şəxsi işin materialları və tibbi kitabça əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən onun üzərində xəsarət izi olması barədə qeydiyyat aparılmamışdır. Eyni zamanda o, məhkəmədə də ifadə verərkən döyüldüyünü və işgəncəyə məruz qaldığını qeyd etsə də, həmin vaxt üzərində xəsarət izinin olmadığını bildirmişdir. Beləliklə də, məhkəmə araşdırılmış sübutlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində və evində saxlamış və daşımışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ağır xəstəlikdən (onkoloji xəstəlik) əziyyət çəkməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyasına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan 3257 nömrəli narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,312 qram olan narkotik vasitə heroin, 270,502 qram olan narkotik vasitə heroin, 29,676 qram olan narkotik vasitə heroin, 11,20 qram olan psixotrop maddə metamfetamin, elektron tərəzi məhv edilməli, 02 ədəd DVD disk cinayət işinə əlavə edilməlidir. Bundan başqa, məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokol əsasında müəyyən edilmişdir ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və həmin vaxt evdə olan taxta dolabın üzərindəki dəmir qutunun içərisindən 05 ədəd büküm, eynək qabının içərisində 01 ədəd şüşə qabda narkotik vasitəyə oxşar kütlə, 01 ədəd büküm, 03 ədəd şpris, 01 ədəd büküm, 01 ədəd tərəzi ilə yanaşı, həmçinin 04 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Başqa sözlə, cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs yaşadığı evdən digər predmetlərlə yanaşı, həmçinin 04 ədəd mobil telefonun götürülməsi təsdiq edilsə də, göstərilən mobil telefonların saxlanılması üçün müvafiq polis orqanının saxlanc otağına təhvil verilməsini və ya Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmasını təsdiq edən heç bir sübut cinayət işinə əlavə edilməmişdir. Bununla da göstərilən mobil telefonların müqəddəratı məhkəmə üçün aydın deyil. Həmçinin cinayət işi üzrə ibtidai araşdırma Suraxanı RPİ-də başlandığından və sonradan cinayət işi istintaq aidiyyəti üzrə Xəzər RPİ-nə göndərildiyindən, göstərilən mobil telefonların həmin polis orqanına təhvil verilməsi ilə bağlı cinayət işində heç bir sübut olmadığından məhkəmə belə nəticəyə gəlir ki, həmin mobil telefonlar Suraxanı RPİ-də saxlanılır və bu səbəbdən də həmin mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xəzər Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,312 qram olan narkotik vasitə heroin, 270,502 qram olan narkotik vasitə heroin, 29,676 qram olan narkotik vasitə heroin, 11,20 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 02 ədəd DVD disk cinayət işinə əlavə edilsin. Suraxanı Rayon Polis İdarəsində saxlanılan 04 ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-664/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-664/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver