Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-665/2020 11.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X5 və hakim köməkçisi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1970-ci ildə İmişli rayonu, Sarxanlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Füzuli şəhəri, Komsomol küçəsi ev 8-də pasport qeydiyyatında olan və ünvan 1- ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı yataqxanasının 38 nömrəli otağında müvəqqəti məskunlaşmış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 39 ədəd bükümdə kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,388 qram, 0,263 qram, 0,617 qram, 0,537 qram, 0,260 qram, 0,586 qram, 0,317 qram, 0,635 qram, 0,338 qram, 0,253 qram, 0,514 qram, 0,396 qram, 0,309 qram, 0,278 qram, 0,577 qram, 0,395 qram, 0,251 qram, 0,501 qram, 0,494 qram, 0,266 qram, 0,246 qram, 0,481 qram, 0,228 qram, 0,616 qram, 0,294 qram, 0,294 qram, 0,353 qram, 0,599 qram, 0,311 qram, 0,232 qram, 0,556 qram, 0,404 qram, 0,562 qram, 0,647 qram, 0,579 qram, 0,453 qram, 0,437 qram, 0,316 qram, 0,242 qram ümumi təmiz çəkisi 16,025 qram olan xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni tərkibli olan külli miqdarda narkotik vasitə heroin və 06 ədəd bükümdə kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,077 qram, 0,109 qram, 0,118 qram, 0,084 qram, 0,041 qram ümumi təmiz çəkisi 0,507 qram olan xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamini ünvan 1 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı yataqxanasının yaxınlığında qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2020-ci il tarixdə saat 19:30-da Yasamal RPİ-nin, NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən adsız kafenin qarşısında saxlanılıb RPİ-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli qutunun içərisindən həmin 39 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 16,025 qram olan külli miqdarda narkotik vasitə heroin və 06 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,507 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Füzuli şəhəri, Komsomol küçəsi ev 8-də qeydiyyatda olsa da, ünvan 1 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı yataqxanasının zirzəmisində 38 nömrəli otaqda tək yaşamışdır. O, 2006-cı ildə arvadından rəsmi şəkildə boşanmışdır. O, yaşadığı yerin qarşısına piştaxta qoyub meyvə alıb satmaqla məşğul olmuşdur. Təxminən bir il olar ki, o, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin qəbul edir. O, 2019-cu ilin avqust ayının ortalarında yaşadığı yataqxananın arxasında yerləşən adsız kafelərdən birində cəlilabadlı olduğunu bildiyi, lakin adını və anket məlumatlarını bilmədiyi bir nəfərlə tanış olmuşdur. Bundan sonra o, ağrıları olduqca həmin şəxsdən yaşadığı yataqxananın qabağında meyvə-tərəvəz satdığı yerdə, şüşə kimi bilinən psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin almışdır. xx xxxxxx 2020-ci il tarixdə günün ikinci yarısı o, istifadəsində olan ***-***-**-** mobil nömrəsindən adını və anket məlumatlarını bilmədiyi həmin Cəlilabad rayon sakini olan şəxsin hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək şəxsi istifadəsi üçün metamfetamin və heroin lazım olduğunu bildirmişdir. Bu zaman həmin cəlilabadlı şəxs ona bildirmişdir ki, onun yaşadığı tərəfə gələndə sonuncu ilə görüşüb istədiyi narkotik vasitə və psixotrop maddəni ona verə bilər. Bundan sonra o, həmin cəlilabadlı şəxslə razılaşaraq xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində onun yaşadığı ünvan 3 ünvanında yerləşən “Memarlıq və İnşaat Universitetinin” 1 saylı yataqxanasının yaxınlığında görüşmüşdür. Bu zaman həmin şəxs ona 01 ədəd ağ rəngli qutu verərək bildirmişdir ki, həmin qutunun içərisində şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin bükümləri vardır. Bundan sonra o, həmin şəxsin yanında sonuncunun ona təqdim etdiyi ağ rəngli qutunu açıb içərisinə baxan zaman görmüşdür ki, həqiqətən həmin şəxsin dediyi kimi qutunun içərisində narkotik vasitə heroin bükümü və psixotrop maddə olan metamfetamin bükümü vardır. Bundan sonra o, həmin şəxsdən ona verdiyi qutuda olan maddələrin qiymətini soruşduqda sonuncu, ona ümumilikdə 500 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra o, həmin narkotik vasitə və psixotrop maddələr üçün həmin şəxsə razılaşdıqları kimi, 500 manat verərək həmin maddələri alıb əynində olan qəhvəyi gödəkcənin sağ yan cibinə qoymuş, həmin şəxs isə ondan aralaşaraq çıxıb getmişdir. O da Cəlilabadlı şəxsdən aldığı həmin psixotrop və narkotik vasitələri əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibində saxlamış və Beyləqan rayonunda yaşayan bacısıgilə gedən zaman orada ağrıları olanda istifadə etməsini düşünmüşdür. Bundan sonra o, xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Beyləqan rayonunda yaşayan bacısıgilə getmək üçün yaşadığı yataqxanadan çıxıb yaxınlıqda olan Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən adsız kafelərin qarşısı ilə avtovağzala getmək üçün dayanacağa doğru gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis idarəsinə gedərkən, polis əməkdaşlarından biri onun şalvarının cibinə narkotik vasitə qoymuşdur. O, buna etiraz etsə də, xeyiri olmamış və Polis İdarəsinə gəldikdən sonra xidməti otaqların birinə apararaq üzərinə baxış keçirilmiş və o, baxış zamanı özü əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən içərisində metamfetamin və heroin bükümləri olan ağ rəngli qutunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. O, həmçinin göstərmişdir ki, üzərinə baxış zamanı polislərə təqdim etdiyi narkotik vasitələri polis əməkdaşları özləri kafedə olarkən onun cibinə qoymuşlar. Onun üzərində özünün istifadəsi üçün cəmi bir qram heroin olmuşdur. Həmçinin o, saxlanılandan sonra polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin NMB-nə daxil olmuş məlumata əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Bakı şəhər sakini Təqsirləndirilən şəxs cinayət xarakterli əməlini ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə onun tərəfindən əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Buna görə də o və Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Arif birlikdə məlumat əsasında həmin gün saat 19:30-da ünvan 4 ünvanında yerləşən adsız kafenin qarşısına gəlmişlər. Orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin qaununsuz dövriyyəsində şübhəli olduğunu bildirib Rövşəni saxlayaraq, sonuncunu Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etmədikdən sonra sonuncunu idarəyə apararaq barəsində araşdırma aparılması üçün X4ə təhvil vermişlər. Ariz Qədiməliyev Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Rövşəni şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir maddənin olub-olmaması soruşulmuşdur. Rövşən əynindəki qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli kiçik qutunu çıxardıb təqdim etmişdir. Həmin qutu açılmış və iştirakçılara nümayiş etdirilmişdir. Qutunun içərisinə baxdıqda orada şəffaf sellofana bükülmüş vəziyyətdə 39 ədəd xırda bükümlərdə qəhvəyi rəngli toz şəkilli maddə və 6 ədəd xırda bükümlərdə ağ rəngli duz kristallarına oxşar maddə olması müəyyən edilmişdir. Rövşən 39 ədəd xırda bükümlərdə qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə heroin olmasını, 6 ədəd xırda bükümlərdə ağ rəngli duz kristallarına oxşar maddənin isə psixotrop maddə hesab olunan metamfetamin olmasını bildirmişdir. Rövşən həmin heroinin və metamfetaminin özünə məxsus olmasını, xx xxxxxx 2020-ci il tarixdə özü qəbul etmək məqsədilə Cəlilabad rayonunda adını bilmədiyi şəxsdən 500 manata aldığını bildirmişdir. Rövşənin üzərinə iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmış, lakin başqa qanunsuz heç bir maddə və ya əşya aşkar olunmamışdır. Bu zaman iştirakçıların və müdafiəçinin iştirakları ilə Rövşənin üzərindən aşkar olunmuş kütlə qablaşdırılıb, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğunu imzalarıyla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlar tərəfindən sonuncuya qarşı heç bir zor və ya təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən iştirakçılar da təsdiq etmişlər. Onlar Rövşəndən narkotik vasitəni və psixotrop maddəni haradan əldə etməsi barədə soruşduqda Rövşən 39 ədəd xırda bükümlərdə narkotik vasitə heroin, 6 ədəd xırda bükümlərdə ağ rəngli duz kristallarına oxşar maddənin isə psixotrop maddə hesab olunan metamfetamin olmasını demiş, həmin heroini və metamfetamini xx xxxxxx 2020-ci il tarixdə özü qəbul etmək məqsədilə adını bilmədiyi şəxsdən 500 manata aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşərək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 7 saylı yataqxanasının, 41-ci otağında məskunlaşmışdır. 2008-ci ildən fərdi qaydada özünə məxsus “Mersedes Benz E124” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyətiylə məşğul olur. ***-***-**-** saylı mobil nömrə təxminən 6-7 ilə yaxındır ki, ona məxsusdur. O, həmin nömrəni “İnşaatçılar” metrostansiyası yaxınlığında yerləşən “xxxxxxx” MMC-nin mağazalarının birindən almışdır. Həmin nömrə indiyə kimi onun istifadəsindədir. Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır və Rövşən onun yerlisidir. Rövşənlə bir yerli kimi normal münasibəti olmuşdur. Rövşən özünün yaşadığı yataqxana ilə onun yaşadığı yataqxana arasında yerləşən ərazidə meyvə-tərəvəz satmışdır. Bir neçə dəfə Rövşən, işlətdiyi meyvə-tərəvəz yerinə meyvə gətirmək üçün taksi kimi ona zəng etmiş və o, özünə məxsus avtomobili ilə Rövşəni Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinə aparmışdır. Onun bundan başqa Rövşənlə heç bir münasibəti olmamışdır. Onunla Rövşən arasında sonuncunu taksi kimi hansısa ünvana aparmaq barədə aralarında telefon danışıqları olmuşdur. Bundan başqa onunla Rövşən arasında olan telefon danışıqlarında hər hansı bir qanunsuz iş barədə söhbət getməmişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə və ya başqa bir işlə məşğul olması barədə məlumatı olmamışdır. O, heç vaxt narkotik və ya psixotrop maddə qəbul etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 1990-cı ildə Füzuli rayonunda anadan olmuşdur. Qarabağ müharibəsi zamanı yəni 1993-cü ildə ailəsi ilə birlikdə Füzuli rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə gəlmiş, atası, anası və qardaşıyla birlikdə Yasamal rayonu, Şərifzadə 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 7 saylı yataqxanasında məskunlaşmışdır. 2003-cü ildə atası Rafiq dünyasını dəyişdiyindən o, ailəyə baxmaq məcburiyyətində qalmışdır. Elə həmin vaxtlardan müxtəlif işlərdə işləyərək ailəsini dolandırmışdır. 2013-cü ildə ailə həyatı qurmuş və həmin nikahdan Rafiq adlı övladları dünyaya gəlmişdir. Oğlu Rafiq sümük boşluğu xəstəliyindən əziyyət çəkdiyindən o, hər nə iş tapsa işləyib oğlunu müalicə etdirmişdir. ***-***-**-** mobil nömrə anası Sevil Zeynalovanın adına olsada onun istifadəsindədir. O, Təqsirləndirilən şəxs bir ildən artıqdır ki, tanıyır. Belə ki, Rövşən onun məskunlaşdığı yataqxana ilə özünün yaşadığı yataqxana arasında yerləşən küçədə meyvə-tərəvəz alveri ilə məşğul olurmuş. Onun Rövşənlə bir yerli kimi normal münasibəti olmuşdur. Onun övladı vitamin çatışmamazlığından əziyyət çəkdiyi üçün o, tez-tez istifadəsində olan ***-***-**-** mobil nömrədən Rövşənin istfadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Rövşəndən meyvə alırmış. O, günün əksər vaxtları işdə olduğu üçün qeyd etdiyi nömrədən Rövşənin nömrəsinə zəng edərək və ya sms yazaraq Rövşənə ev üçün meyvə sifariş edib işdən çıxandav ya özü gedib götürmüş, ya da anası gedib götürmüşdür. Bundan başqa onun Rövşənlə heç bir münasibəti olmamışdır. Onun Rövşənlə sadəcə yaşadığı yerin yaxınlığında meyvətərəvəz satan bir şəxs kimi münasibəti olmuşdur. Həmçinin Rövşən onun yerlisi olduğu üçün pulu olmayan vaxtlarda da ona nisyə olaraq meyvə vermişdir. Rövşənlə aralarında olan telefon danışıqları zamanı o, Rövşənlə sadəcə evlərinə meyvə tərəvəz lazım olduğu üçün zəng edib Rövşənə sifariş verməyi barədə danışıqları olmuşdur. Bundan başqa onunla Rövşən arasında olan telefon danışıqlarında hər hansı bir qanunsuz iş barədə söhbət getməmişdir. O, Təqsirləndirilən şəxs işlətdiyi meyvə tərəvəz mağazasından mütamadi olaraq evinə alış-veriş etdiyindən sonuncu onu tanıdğı üçün o, öz istifadəsində olan mobil nömrədən Rövşənin istifadəsində olan mobil nömrəyə zəng etmiş, konturu olmayanda isə mesaj yazıb onlara meyvə-tərəvəz yığıb hazır etməsini sifariş etmişdir. Onun istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yazılmış mesajda da onun Rövşənə 20 manatlıq meyvə paketi hazırlaması barədə sifarişi olmuşdur. O, Təqsirləndirilən şəxs yaşadığı yataqxananın yaxınlığında meyvə-tərəvəz satan bir şəxs kimi tanımışdır. Rövşənin narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. O, heç vaxt narkotik və ya psixotrop maddə qəbul etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid5 Xumay oğlu ifadəsində göstərmişdir ki, o, 1992-cü ildə Xocalı rayonundan mücburi köçkün düşdükdən sonra həyat yoldaşı və övladları Fariz və Saleh ilə birlikdə ünvan 7 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanası, 221ci otağında məskunlaşmışlar. 1992-ci ildən fərdi qaydada özünə məxsus “Mersedes Benz E124” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyətiylə məşğul olmuşdur. ***-***-**-** saylı nömrə ona məxsusdur. Ona həmin nömrəni qohumu almışdır. O, Təqsirləndirilən şəxs 10 ildir tanıyır. Rövşən onların binasının yaxınlığında yerləşən yataqxanada yaşayır. Rövşənlə onun bir dost kimi normal münasibəti olmuşdur. Rövşənlə o, əvvəllər bir yerdə hərəsi öz avtomobilində taksi fəaliyyətiylə məşğul olmuşlar. Həmin vaxtdan onların normal münasibətləri yaranmışdır. Son vaxtlar Rövşən özünün yaşadığı yataqxana ilə onun yaşadığı yataqxana arasında yerləşən ərazidə meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. 2019-cu ilin iyun ayında Rövşən onunla yaşadığı yataqxananın qarşısında görüşüb problemləri olduğunu bildirərək ondan 200 manat borc pul istəmişdir. O, da Rövşənin ailəsindən boşandığını və tək yaşadığını bildiyindən, həmçinin əvvəllər normal münasibətləri olduğundan Rövşənə kömək etmək məqsədi ilə 200 manat pul tapıb borc olaraq vermişdir. Rövşən həmin pulu alanda 1 həftəyə qaytaracağını vəd etsə də lakin qaytarmamışdır. Bundan 10 gün keçdikdən sonra o, Rövşənin pulunu qaytarmadığını görüb tez-tez Rövşənə zəng edərək 200 manat pulu qaytarmasını bildirmişdir. Rövşən də hər dəfə müxtəlif bəhanələr gətirərək ona pulunu bu gün səhər qaytaracağını bildirirmişdir. Lakin Rövşən söz verdiyi vaxtda pulunu qaytarmadığı üçün o, Rövşənə yenə zəng edəndə Rövşən, onun telefonlarına cavab verməmişdir. Bu səbəbdən o, da Rövşənə bəzən oğlu Farizin istifadəsində olan ***-***-**-** mobil nömrəsiylə zəng etmişdir. Bundan başqa onunla Rövşən arasında narkotik və qeyri-qanuni bir işlə bağlı danışıq olmamışdır Onun əvvəllər Rövşənin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Bu barədə Rövşən polis tərəfindən tutulandan sonra eşitmişdir. O, heç vaxt narkotik və ya psixotrop maddə qəbul etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 1275 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 39 (otuz doqquz) bir ədəd bükümdə, ümumi təmiz çəkisi 16,025qr olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 6 (altı) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,507qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir Cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2444 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-in “Tədqiqat Obyekti 59 №”-li ştamp əksi və “Ekspert rəyi 1275 (xx xxxxxx 2020-ci il) Təqsirləndirilən şəxs götürülmüş heroin və metamfetamin” yazısı olan paketdə bir ədəd zərfdə, 39 (otuz doqquz) bir ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri: 0,383qr, 0,258qr, 0,612qr, 0,532qr, 0,255qr, 0,581qr, 0,312qr, 0,630qr, 0,333qr, 0,248qr, 0,509qr, 0,391qr, 0,304qr, 0,273qr, 0,572qr, 0,390qr, 0,246qr, 0,496qr, 0,489qr, 0,261qr, 0,241qr, 0,476qr, 0,223qr, 0,611qr, 0,289qr, 0,289qr, 0,348qr, 0,594qr, 0,306qr, 0,227qr, 0,551qr, 0,399qr, 0,557qr, 0,642qr, 0,574qr, 0,448qr, 0,432qr, 0,311qr, 0,232qr ümumi təmiz çəkisi 15,825qr olan maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; İlkin tədqiqat zamanı heroinin ümumi təmiz çəkisi 16,025qr olmuşdur (ayrı-ayrılıqda təmiz çəkiləri: 0,388qr, 0,263qr, 0,617qr, 0,537qr, 0,260qr, 0,586qr, 0,317qr, 0,635qr, 0,338qr, 0,253qr, 0,514qr, 0,396qr, 0,309qr, 0,278qr, 0,577qr, 0,395qr, 0,251qr, 0,501qr, 0,494qr, 0,266qr, 0,246qr, 0,481qr, 0,228qr, 0,616qr, 0,294qr, 0,294qr, 0,353qr, 0,599qr, 0,311qr, 0,232qr, 0,556qr, 0,404qr, 0,562qr, 0,647qr, 0,579qr, 0,453qr, 0,437qr, 0,316qr, 0,242 qr), 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,048qr, 0,047qr, 0,079qr, 0,088qr, 0,054qr, 0,011qr, ümumi təmiz çəkisi 0,307qr ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İlkin tədqiqat zamanı metamfetaminin ümumi təmiz çəkisi 0,507qr (ayrıayrılıqda təmiz çəkiləri 0,078qr, 0,077qr, 0,109qr, 0,118qr, 0,084qr, 0,041qr) olmuşdur Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə də, hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehdiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 270 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 48-51-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə müdafiəçisi Nizami Canıyevin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, o, Füzuli şəhəri, Komsomol küçəsi ev 8-də qeydiyyatda olsa da, ünvan 1 ünvanında yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı yataqxanasının zirzəmisində 38 nömrəli otaqda tək yaşamışdır. O, 2006-cı ildə arvadından rəsmi şəkildə boşanmış və həmin vaxtdan tək yaşamışdır. O, yaşadığı yerin qarşısına piştaxta qoyub meyvə alıb satmaqla məşğul olmuşdur. Təxminən 5-6 ay olar ki, o, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin qəbul edirmiş. O, 2019-cu ilin avqust ayının ortalarında yaşadığı yataqxananın arxasında yerləşən adsız kafelərdən birində cəlilabadlı olduğunu bildiyi, lakin adını və anket məlumatlarını bilmədiyi bir nəfərlə tanış olmuşdur. Bundan sonra o, ağrıları olduqca həmin şəxsdən yaşadığı yataqxananın qabağında meyvə-tərəvəz satdığı yerdə, şüşə kimi bilinən psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin alırmış. xx.xx.2020-ci il tarixdə günün ikinci yarısı o, istifadəsində olan ***-***-**-** mobil nömrəsindən adını və anket məlumatlarını bilmədiyi həmin Cəlilabad rayon sakini olan şəxsin hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək şəxsi istifadəsi üçün metamfetamin və heroin lazım olduğunu bildirmişdir. Bu zaman həmin cəlilabadlı şəxs ona bildirmişdir ki, onun yaşadığı tərəfə gələndə sonuncu ilə görüşüb istədiyi narkotik vasitə və psixotrop maddəni ona verə bilər. Bundan sonra o, həmin cəlilabadlı şəxslə razılaşaraq xx.xx.2020-ci il tarixdə saat 14 radələrində onun yaşadığı ünvan 3 ünvanında yerləşən “Memarlıq və İnşaat Universitetinin” 1 saylı yataqxanasının yaxınlığında görüşmüşdür. Bu zaman həmin şəxs ona bir ədəd ağ rəngli qutu verərək bildirmişdir ki, həmin qutunun içərisində 39 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin və 06 ədəd şəffaf sellefona bükülmüş psixotrop maddə olan metamfetamin bükümləri vardır. Bundan sonra o, həmin şəxsin yanında sonuncunun ona təqdim etdiyi ağ rəngli qutunu açıb içərisinə baxan zaman görmüşdür ki, həqiqətən həmin şəxsin dediyi kimi qutunun içərisində ümumilikdə 45 ədəd olmaqla 39 ədəd narkotik vasitə heroin bükümü və 06 ədəd isə psixotrop maddə olan metamfetamin bükümü vardır. Bundan sonra o, həmin şəxsdən ona verdiyi qutuda olan maddələrin qiymətini soruşduqda sonuncu, ona ümumilikdə 500 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra o, həmin narkotik vasitə və psixotrop maddələr üçün həmin şəxsə razılaşdıqları kimi, 500 manat verərək həmin maddələri alıb əynində olan qəhvəyi gödəkcənin sağ yan cibinə qoymuş, həmin şəxs isə ondan aralaşaraq çıxıb getmişdir. O da cəlilabadlı şəxsdən aldığı həmin psixotrop və narkotik vasitələri əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibində saxlayıb ki, bir-iki gün sonra Beyləqan rayonunda yaşayan bacısıgilə gedən zaman orada ağrıları olanda istifadə etsin. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində Beyləqan rayonunda yaşayan bacısıgilə getmək üçün yaşadığı yataqxanadan çıxıb yaxınlıqda olan Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən adsız kafelərin qarşısı ilə avtovağzala getmək üçün dayanacağa doğru gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib polislərlə birlikdə polis idarəsinə gəlmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri qanuni əşya varsa təqdim etsin. O, da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən içərisində metamfetamin və heroin bükümləri olan ağ rəngli qutunu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin ağ rəngli qutu onun iştirakı ilə açılan zaman qutunun içərisində 06 ədəd, şəffaf sellofana bükülmüş ağ rəngli kristal halında maddə olan bükülülər və 39 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə olan xırda bükülülər aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları həmin bükülülərdəki maddələrin nə olduğunu və həmin maddələri haradan əldə etdiyini ondan soruşduqda o, bildirmişdir ki, həmin bükülüdə olan maddələrin 06 ədədi şüşə kimi bilinən psixotrop maddə olan metamfetamin digər 39 ədədi isə narkotik vasitə olan heroindir. Həmin maddələri o, xx xxxxxx 2020-ci il tarixdə saat 14:00 radələrində Cəlilabadlı bir şəxsdən 500 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş ağ rəngli qutunun içərisində olan bükümlər gözünün qarşısında həmin qutuya yığılıb zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzalarıyla həmin protokolu təsdiq etmişlər. O, həmin içərisində heroin və metamfetamin olan bükümləri xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən “Memarlıq və İnşaat Universitetinin” 1 saylı yataqxanasının yaxınlığında cəlilabadlı olduğunu bildiyi, lakin anket məlumatlarını bilmədiyi, telefon nömrəsini xatırlamadığı şəxsdən şəxsi istifadəsi üçün 500 manat pul müqabilində almışdır. Həmin şəxsi tanımamış və harada yaşadığını bilməmişdir. O, metamfetamini və heroini 2019-cu ilin avqust ayından bu günə kimi yalnız həmin şəxsdən almışdır. O, həmin şəxslə hazırda xatırlamadığı mobil nömrəsi vasitəsilə əlaqə saxlayırmış, əksər vaxt isə həmin şəxs onun yaşadığı yataqxananın yanında meyvə-tərəvəz satdığı yerə gələn zaman o, həmin şəxslə görüşərək narkotik və ya psixotrop maddə alırmış. Həmin şəxs onun bildiyinə görə Cəlilabad rayon sakinidir. Həmin şəxs qaramtıl dərili, 40-45 yaşlarında, 170-175 boylarında, saçı sağa doğru daranan, üzü az tükülü və bığsız biridir. Həmin şəxsin görünüşündə hər hansı bir xüsusi əlamət olmamışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş xırda bükülülər halında olan narkotik vasitə heroini və psixotrop maddə olan metamfetaminidə şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman, ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. O, ***-***-**-** mobil nömrəsinin 2019-cu ilin sentyabr ayından, ***-***-**-** mobil nömrəsini isə 2019-cu ilin iyun ayından istifadə edirmiş. O, üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini xırda bükümlərə ayırmamış, həmin heroini və psixotrop maddə olan metamfetamini satan şəxs bükümlərə ayırılmış halda ona satmışdır. Bu şəkildə rahat qəbul etdiyi üçün həmin bükümləri açmamışdır. Üzərində aşkar olunmuş 06 ədəd, şəffaf sellofana bükülmüş içərisində psixotrop maddə olan metamfetamin və 39 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroini aldıqdan sonra polis tərəfindən saxlanılan vaxta kimi istifadə etməmişdir ki, Beyləqan rayonuna gedib orada qalacağı 1 ay müddətində istifadə etsin. O, qeyd olunan mobil nömrələri əzbər olaraq yadında saxlaya bilmədiyi üçün həmin nömrələrin kimlərə məxsus olmasını xatırlamamış və bu səbəbdən həmin mobil nömrələrin sahiblərinin anket məlumatları barədə bir fikir söyləyə bilməmişdir. Onun yaşadığı “Memarlıq və İnşaat Universitetinin” 1 saylı yataqxanası İ.Zülalov küçəsi ilə Şərifzadə küçəsi kəsişməsində yerləşdiyindən o, küçələrin adların qarışdırmışdır. Onun polis tərəfindən saxlanıldığı yer Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən adsız kafenin qarşısı olmuşdur. O, həbs olunana kimi ***-***-**-** mobil nömrəsi onun istifadəsində olmuşdur. Lakin o, “Emi salam efqandi gelmisense 20 lik pati gelim goturumde qadan alaram kon yoxumdu ona göre msj yazdim” sözləri yazılmış mesajın yazılmasından xeyli vaxt keçdiyi üçün həmin mesajı yazan ***-***- **-** mobil nömrənin kimə məxsus olmasını və həmin sms mətnində adı keçən Əfqan adlı şəxsin kim olmasını bilməmiş və xatırlamamışdır. ***-***-**-** mobil nömrəsi onun istifadəsində olsa da uzun müddət keçdiyindən həmin nömrəylə qeyd olunan digər mobil nömrələr - ***-***-**-** və ***-***-**-** mobil nömrələri arasında olan yazışmanın nə barədə olmasını və həmin mobil nömrələrin kimin istifadəsində olmasını xatırlamamışdır. ünvan 8 və 196 ünvanları onun yaşadığı yerə yaxın olduğundan onun mobil nömrələrinin anten dairəsinin həmin ərazidə aşkar olunması normaldır. ünvan 9 ünvanını bilməsə də o, teztez tanışlarıyla yeyib-içmək üçün Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən adını xatırlamadığı restoranda oturmuşdur, yəqin ona görə mobil nömrələrinin anten dairəsi həmin ünvanı göstərmişdir. Cinayət işinin 71-74-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə müdafiəçisi Nizami Canıyevin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə baxışı zamanı iş materiallarında olan bir ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, CD diskdə əks edilmiş görüntülər xx xxxxxx 2020ci il tarixdə saat 21:50-da Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Ariz Qədiməliyevin xidməti otağında qeydə alınır. Otaqda masa arxasında əyləşmiş şəxs, vəkil X1r. Xidməti otaqda əynində qəhvəyi rəngli gödəkcə, göy rəngli siviter və açıq göy rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər-adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və Şahid1dur. X4, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibinə salaraq oradan bir ədəd ağ rəngli qutunu, gödəkcəsinin sol yan cibindən isə bir ədəd 100 manatlıq əskinazı çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli qutu iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin qutuda 39 ədəd qəhvəyi rəngli toz şəkilli maddənin olduğu bükümlər və 06 ədəd ağ kristal formalı maddənin olduğu bükümlərin olması müəyyən olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd 100 manatlıq əskinaz onun özünə geri qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli qutuda olan bükülülər görüntüdəki şəxslərin qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərf Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanır. Cinayət işinin 352-353-cü vərəqlərində olan Yasamal rayon prokurorluğunun müstəntiqi Səyyad Abbasovun xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatı əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və əməlindən peşiman qismən olsa da olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs Məhəmmədıli oğlunun üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 15,725 qram narkotik vasitə heroin və 0,267 qram psixotrop maddə metamfetamin məhv edilməlidir İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş üzrə telefon danışıqları barədə məlumatları özündə əks etdirən və aparılmış şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntüləri özündə əks etdirən 02 ədəd CD disklər cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 tərəfindən 80 (səksən) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkil X3 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri «Mərkəz» Vəkil Bürosuna dövlət büdcəsi hesabından hesabına 480 (dörd səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs Məhəmmədıli oğlunun üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 15,725 qram narkotik vasitə heroin və 0,267 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə olunmuş üzrə telefon danışıqları barədə məlumatları özündə əks etdirən və aparılmış şəxsi axtarış zamanı qeydə alınmış vidogörüntüləri özündə əks etdirən 02 ədəd CD disklər cinayət işində saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı vəkil X3 tərəfindən təqsirləndirilən şəxsə göstərilmiş 80 (səksən) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri «Mərkəz» Vəkil Bürosuna dövlət büdcəsi hesabından hesabına 480 (dörd səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-665/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-665/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver