Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-665/2021 09.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, taksi sürücüsü işləmiş, məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X9 küçəsi, ev 20-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq üç ədəd bükümdə, hər birində ayrı-ayrılıqda təmiz çəkiləri - 2,194 qram, 2,167 qram və 0,271 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 4,632 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri - 0,337 qram, 5,600 qram və 0,256 qram olmaqla ümumilikdə külli miqdarda cəmi 6,193 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd kibrit qutusunda və bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,431 qram və 0,095 qram olmaqla cəmi 0,526 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra bir hissəsini bir ədəd bükümdə təmiz çəkisi- 0,256 qram olan heroini, bir ədəd bükümdə təmiz çəkisi - 0,271 qram olan psixotrop maddə metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi - 0,095 qram olan qurudulmuş marixuananı üstündə, qalan hər birində ayrı-ayrılıqda təmiz çəkiləri - 2,194 qram və 2,167 qram olmaqla ümumilikdə 4,361 qram olan metamfetamini, iki ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri - 0,337 qram və 5,600 qram olmaqla ümumilikdə 5,937 qram olan heroini və bir ədəd kibrit qutusunda təmiz çəkisi - 0,431 qram olan narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Renault” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilində gizlətməklə saxlayıb daşıyarkən xx xxxxxx 2020-ci il tarixdə saat 02:40 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi yaxınlığında idarə etdiyi avtomobildə DİN-nin X5 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılarkən avtomobildən düşərək qaçdığından onun iştirakı olmadan avtomobilə baxış zamanı, avtomobilin saxlanc yerindən (bardaçokundan) iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 2,194 qram və 2,167 qram, ümumi təmiz çəkisi - 4,361 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,337 qram və 5,600 qram, ümumi təmiz çəkisi - 5,937 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda təmiz çəkisi - 0,431 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, barəsində elan olunmuş axtarışla əlaqədar xx xxxxxxxx 2020-ci il tarixdə saat 16:05 radələrində Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 1 saylı ünvanda şübhəli şəxs qismində saxlanılıb polis bölməsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı isə əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun qızılı rəngli kağızından hazırlanmış 2 bükümdən birində 0,256 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ikincisində 0,271 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofan bükümdə 0,095 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Marixuananı şəhərin müxtəlif yerlərində tanımadığı şəxslərdən almışdır. Boş vaxtlarında özünə məxsus “Renault” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. x xxxxxx 2020-ci il tarixdə təxminən saat 02:40 radələrində idarə etdiyi avtomobillə Sabunçu rayonu Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi yaxınlığında hərəkətdə olarkən avtomobilinin qarşısında üzərində “ÇPA” yazılmış polis maşını dayanmışdır. Həmin vaxt avtomobilində müştəri qismində üç nəfər Maştağa qəsəbəsinə aparacağı sərnişin olmuşdur. Sərnişinlərdən biri uzun müddət tanıdığı X2 olmuş, digərlərini isə tanımamışdır. Polis avtomobilindən iki nəfər əməkdaşı aşağı düşüb, onun maşınına yaxınlaşmışdır. Polis əməkdaşları onlardan nə etdiklərini və kim olduqlarını soruşmuş, sonunculara taksi fəaliyyəti ilə məşğul olduğunu, avtomobilində olan sərnişinlərin isə müştəri olduqlarını bildirmişdir. Polis əməkdaşları ona sənədlərini təqdim etməsini təklif etmiş, sonunculara üzərində heç bir sənədi olmadığını bildirmişdir. Odur ki, polislərin onu bölməyə aparacaqlarını güman edib, avtomobildən düşüb qaçmışdır. Onun ardınca həmin vaxt avtomobildə olan X2 da qaçmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 16:15-də Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsində yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs onu səsləyib yaxınlaşmasını bildirmişlər. Sonuncuların polis əməkdaşları olmasını güman etmiş və həmin vaxt üzərində narkotik vasitə marixuana olduğundan tutulacağından qorxub qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra polis əməkdaşları onu saxlayıb, Sabunçu RPİ-nin 14-cü PB-nə aparmışlar. Orada xidməti otaqların birində üzərinə baxış keçirilmiş və bir ədəd sellofan bükümdə marixuana aşkar edilmişdir. Bundan sonra onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Ona verilən ittihamla razı deyildir. İdarə etdiyi avtomobildə narkotik vasitə olmamışdır. Eləcə də saxlanılarkən üzərində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi marixuana olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan X5 Alayının 8-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Vəzifə səlahiyyətlərinə ictimai asayişi və ictimai qaydanı qorumaq daxildir. x xxxxxx 2020-ci il tarixdə, saat 02:40 radələrində X6 8-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı X3 ilə birlikdə 2482 çağrışlı avtopatrulda Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində xidmətdə olarkən, Maştağa qəsəbəsi Məmmədyarov dairəsi yaxınlığında «Renault» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı taksi fəaliyyəti ilə məşğul olan avtomobilin dayandığını və içərisində 4 nəfər olduğunu görmüşdür. Gecə vaxtı olduğundan həmin avtomobilin dayanması onlarda şübhə yaratmışdır. Həmin avtomobilə yaxınlaşan zaman sürücü özünü həddindən artıq şübhəli aparmışdır. Sürücüyə və avtomobildə olan sərnişinlərə şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etmələrini xahiş etmişlər. Avtomobilin sürücüsü şəxsiyyət vəsiqəsini təqdim etmək əvəzinə özünü qeyri-adi apardığından onları Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Bunu eşidən kimi sürücü və avtomobilin qabaq sağ oturacağında əyləşən sərnişin düşüb qaçmağa başlamışdır. Avtomobilin arxa oturacağında əyləşən sərnişinlər isə qaçmamışlar. Budan sonra onlar avtomobildə olan həmin sərnişinləri avtomobillə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə gətirib təhvil vermişlər. Polis bölməsində avtomobilin sərnişinləri olan Şahid1 və Şahid2 iştirakı ilə bölmənin həyətində «Renault» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı avtomobilin kabinəsindən sənədlər və əşyaların saxlanması üçün nəzərdə tutulmuş yerdən (bardaçok) bir ədəd elektron tərəzi, dörd ədəd selofan bükümlər və bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin bükümlər və kibrit qutusu bir-bir polis əməkdaşı tərəfindən açılmış və içərisindəki maddələr götürülərək qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Sorğu zamanı bölməyə gətirilmiş avtomobilin sərnişinləri Şahid1 və Şahid2 “Renault” markalı avtomobilə Maştağa qəsəbəsinə getmək üçün Sabunçu qəsəbəsi ərazisində müştəri kimi əyləşdiklərini demiş və nə avtomobilin sürücüsünü, nədə ki, sürücünün yanında əyləşən sərnişini tanımadıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Sabunçu RPİnin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilidir. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16:15-də Sabunçu RPİ-nin 14-cü PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid6 ilə birlikdə inzibati ərazidə xidmət apararkən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi, 56-da Sabunçu RPİ-nin İstintaq Şöbəsi tərəfindən barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs piyada getdiyini görüb onu səsləyərək dayanmasını bildirmiş, lakin, sonuncu onlara əhəmiyyət verməmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşmış, sonuncu qaçmağa cəhd göstərsə də, onu saxlayıb Sabunçu RPİ-nin 14-cü PB-nə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olması və üzərində narkotik vasitə olmasından şübhələnmişlər. Bundan sonra Təqsirləndirilən şəxs bölmənin xidməti otaqlarının birinə dəvət olunmuş, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə şübhə yarandığından bölmənin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra mobil telefon vasitəsi ilə video çəkiliş aparılmaqla əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra isə üzərində qanunla qadağan olunmuş nə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən iki ədəd siqaretin qızılı rəngli kağızı bükümünü və bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər tərəflərindən açıldıqda içərisindən narkotik vasitə marixuanaya bənzər ot kütləsi və heroinə oxşar maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində narkotik vasitələr olduğunu, onları Balaxanı qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddələr olan bükümlər qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara oxunduqdan sonra sonuncular tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, x xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində idarə etdiyi avtomobili təmir etdirmək məqsədi ilə tanış usta Şahid2 yaşadığı ünvan 2 ünvana aparıb orada saxlamışdır. Sonuncu onun avtomobilini rəngləmiş, rəngin qurumasına ən azı 5-6 saat vaxt lazım olduğundan, avtomobilin axşama hazır olacağını bildirmişdir. O da həmin vaxtı keçirtmək üçün Romanı yaşadığı evə dəvət etmişdir. Bundan sonra Romanla birlikdə onun yaşadığı evə getmişlər. x xxxxxx 2020-ci il tarixdən x xxxxxx 2020-ci il gecə saatlarınadək onun evində olmuşlar. 9 avqustda saat 02:20-də Romanla yaşadığı evdən çıxıb Maştağa qəsəbəsinə getmək üçün Sabunçu qəsəbəsi ərazisində “Renault” markalı taksiyə əyləşmişlər. Onlardan başqa həmin avtomobilin qabaq sağ oturacağında sərnişin qismində tanımadıqları bir nəfər şəxs olmuşdur. Həmin taksi ilə Maştağa qəsəbəsinə gəlmişlər. Məmmədyarov dairəsi yaxınlığında polis əməkdaşları onlara yaxınlaşmış, həmin vaxt taksi sürücüsü polis əməkdaşlarına «kənd uşağıyıq» demişdir. Polis əməkdaşları sürücünü sorğusual etməyə başlamış, bu zaman sürücü və avtomobilin qabaq oturacağında əyləşən tanımadığı şəxs avtomobildən düşüb qaçmışdır. Onlar isə polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getmişlər. Bölmədə polis əməkdaşları tərəfindən onun və Romanın iştirakı ilə «Renault» markalı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobilin kabinasındən sənədlər və əşyaların saxlanması üçün nəzərdə tutulmuş yerdən (bardaçok) bir ədəd elektron tərəzi, dörd ədəd selofan bükümlər, bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin bükümlər və kibrit qutusu bir-bir polis əməkdaşı tərəfindən açıldıqda, içərisindən maddələr aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara oxunmuş və düzgün tərtib edildiyinə görə orada olan şəxslərlə yanaşı Roman və onun tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə-kimyəvi ekspertizasının x xxxxxx 2020-ci il tarixli, 6/1494 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...**-UN-***... aşkar olunmuş maddə...» sözləri olan bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,194 qram, 2,167 qram, ümumi təmiz çəkisi 4,361 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 5,600 qram, ümumi təmiz çəkisi 5,937 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində «...**-UN-***... aşkar olunmuş elektron tərəzi...» sözləri olan bir ədəd zərfdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetaminin ümumi təmiz çəkisi-4,361 qr, tədqiqata sərf edildi-0,100 qram, qalıq 4,261 qram. Heroinin ümumi təmiz çəkisi-5,937 qr, tədqiqata sərf olundu-0,100 qr, qalıq-5,837 qram. Məhkəmə-bioloji ekspertizasının x xxxxxx 2020-ci il tarixli, 7/496 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərfdə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-0,431 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-0,431 qram, tədqiqata istifadə olundu cəmi-0,02 qram, qalıq-0,411 qram. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 6/2012 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN zərflər üçün N 100» dairəvi möhür əksi olan «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Qeyd: heroinin təmiz çəkisi-0,256 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,206 qram. Metamfetaminin təmiz çəkisi-0,271 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,221 qram. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 7/672 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət Təqsirləndirilən şəxs üzərindən...» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0,095 qram, olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-0,095 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq-0,075 qram. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 7/704 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs maşınından götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-411 qram və üzərindən götürülmüş 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0,075 qram olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların təmiz çəkiləri-0,411 qaram (1 N-li ob), 0,075 qram (2 N-li ob) tədqiqata istifadə olundu hər obyektdən-0,02 qram, qalıqlar-0,391 qram, 0,055 qram. Məhkəmə-kimyəvi ekspertizasının x xxxxxx 2020-ci il tarixli, 6/2095 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...**-UN-***...aşkar olunmuş maddə...» sözləri olan bir ədəd zərfdəki (zərf N 1) iki ədəd bükümdə olan psixotrop maddə metamfetaminlə üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri olan zərfdəki (zərf N 2) bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və komponent tərkiblərinə görə eynidirlər. Üzərində «...**-UN-***...aşkar olunmuş maddə...» sözləri olan bir ədəd zərfdəki (zərf N 1) iki ədəd bükümdə olan narkotik vasitə heroinlə üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri olan zərfdəki (zərf N 2) bir ədəd bükümdə olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Qeyd: 1 №-li zərfdəki metamfetaminin ümumi təmiz çəkisi-4,261 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-4,161 qram 2 №-li zərfdəki heroinin ümumi təmiz çəkisi-5,837 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-5,737 qram 3 №-li zərfdəki metamfetaminin təmiz çəkisi-0,221 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,171 qram 3 №-li zərfdəki heroinin təmiz çəkisi-0,206 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 0,156 qram Məhkəmə-narkoloji ekspertizasının x xxxxxx 2020-ci il tarixli, 3062 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 2089 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda «Yüngül dərəcəli üzvi emosional-labil pozuntu» aşkar olunur. Təqsirləndirilən şəxs aşkar olunan «Yüngül dərəcəli üzvi emosional-labil pozuntu» onu törətdiyi cinayət əməli dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etməmişdir, yəni Təqsirləndirilən şəxs ona ittiham olunan dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 220-229-cu vərəqlərindəki elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, «xxxx» MMC-dən daxil olmuş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi məlumatlarına keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və smsi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:
1. xx.xx.2020-ci il tarixdə, saat 12:18:28-də - ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Qaqaş otdan motdan yoxu? Ölürəm”.
2. xx.xx.2020-ci il tarixdə, saat 23:37:11-də - ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Daş yoxundu”.
3. xx.xx.2020-ci il tarixdə, saat 20:58:42-də - ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Səbir et, götürmüşem gelirem, maşındayam atam”.
4. xx.xx.2020-ci il tarixdə, saat 21:05:27-də - ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Kubanovdayam, aramızda 7 deygelik yol var., P götürürem chixiram, pulu vermişem”.
5. xx.xx.2020-ci il tarixdə, saat 16:06:57-də - ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Qaqaş ölürəm daşın maşın yoxdu”.
6. xx.xx.2020-ci il tarixdə, saat 12:48:42-də - ***-******* saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə “Qaqaş verdiyun hecne idi, biraz elim asagidi, düz-qoş eliyib 20 verecem sene narahat olma ama hecne idi bilesen de yani ”. Baxış zamanı həmçinin müəyyən edildi ki, ********* saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs oğlunun adınadır. ***-***-**-** saylı mobil nömrə Hacıyev Nicat Zöhrab oğlunun (Abşeron rayonu, Masazır kəndi) adınadır. ***-***-**-** və ***-******* saylı mobil nömrələrin kimə məxsus olması barədə məlumat yoxdur. Digər nömrələri məxsusluğu barədə məlumat aşkar edilməmişdir. İşin 90-92-ci vərəqlərindəki maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, «Renault» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş bir ədəd zərfdə, içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,194 qram, 2,167 qram, ümumi təmiz çəkisi 4,361 qram olmuş psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,337 qram, 5,600 qram, ümumi təmiz çəkisi 5,937 qram olmuş narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və bir ədəd zərfdə, içərisində bir ədəd kibrit qutusunda təmiz çəkisi-0,431 qram olmuş narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış, metamfetamindən tədqiqata 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 4,261 qram qalığı, heroindən 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 5,837 qram qalığı və marixuanadan 0,02 qram sərf edilməsi nəzərə alınmaqla 0,411 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşin 262-264-cü vərəqlərindəki maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə, içərisində bir ədəd bükümdə təmiz çəkisi-0,256 qram olmuş heroin, bir ədəd bükümdə təmiz çəkisi-0,271 qram olmuş psixotrop maddə metamfetamin və bir ədəd zərfdə, içərisində bir dəd sellofan bükümdə təmiz çəkisi-0,095 qram olmuş qurudulmuş marixuana maddi sübut kimi tanınmış, heroinin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 0,156 qram qalığı, metamfetaminin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 0,171 qram qalığı və marixuananın tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 0,055 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İşin 271-283-cü vərəqlərindəki Sübutların qiynətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə şəxsi axtarış və avtomobilə baxış prosesi zamanı görüntüləri əks olunmuş CD disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 205-206-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 16-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan “Renault” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş bir ədəd zərfdə, içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,194 qram, 2,167 qram, ümumi təmiz çəkisi 4,361 qram olmuş psixotrop maddə metamfetaminin tədqiqata 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 4,261 qram qalığı, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 5,600 qram, ümumi təmiz çəkisi 5,937 qram olmuş narkotik vasitə heroinin tədqiqata 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 5,837 qram qalığı, bir ədəd zərfdə, içərisində bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,431 qram olmuş narkotik vasitə qurudulmuş marixuananın tədqiqata 0,02 qram sərf edilməsi nəzərə alınmaqla 0,411 qram qalığı, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə, içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram olmuş heroinin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 0,156 qram qalığı, bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olmuş psixotrop maddə metamfetaminin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 0,171 qram qalığı və bir ədəd zərfdə, içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,095 qram olmuş qurudulmuş marixuananın tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 0,055 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış və avtomobilə baxış prosesi zamanı görüntüləri əks olunmuş CD disklər isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 431 (dörd yüz otuz bir) manat 38 (otuz səkkiz) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə,
H ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan “Renault” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş bir ədəd zərfdə, içərisində iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,194 qram, 2,167 qram, ümumi təmiz çəkisi 4,361 qram olmuş psixotrop maddə metamfetaminin tədqiqata 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 4,261 qram qalığı, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 5,600 qram, ümumi təmiz çəkisi 5,937 qram olmuş narkotik vasitə heroinin tədqiqata 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 5,837 qram qalığı, bir ədəd zərfdə, içərisində bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,431 qram olmuş narkotik vasitə qurudulmuş marixuananın tədqiqata 0,02 qram sərf edilməsi nəzərə alınmaqla 0,411 qram qalığı, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd zərfdə, içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram olmuş heroinin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 0,156 qram qalığı, bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olmuş psixotrop maddə metamfetaminin tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 0,171 qram qalığı və bir ədəd zərfdə, içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,095 qram olmuş qurudulmuş marixuananın tədqiqata sərf olunmuş miqdarları nəzərə alınmaqla 0,055 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə şəxsi axtarış və avtomobilə baxış prosesi zamanı görüntüləri əks olunmuş CD disklər isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 431 (dörd yüz otuz bir) manat 38 (otuz səkkiz) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.