Məhkəmə qərarları › İş №1(101)-665/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-665/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-665/2022 10.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1991-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində 2009-cu il təvəllüdlü azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəsulzadə qəsəbəsi, F.Şahbazov küçəsi, ev 39A-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə küllü miqdarda psixotrop maddə əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq küllü miqdarda psixotrop maddə əldə etmək məqsədilə X8 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə küllü miqdarda təmiz çəkisi 3,497 qram olan psixotrop maddə metafetamini əldə edərək daşıyaraq saxlamış, 22.03.2021-ci il tarixdə saat 23 radələrində qrupun digər üzvü Elməddin Balacayev həmin psixotrop maddənin bir hissəsini, təmiz çəkisi 2,472 qram olan metafetamini saxlaması üçün ona vermiş, həmin tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin X5 əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi “BMV” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki açıq çəhrayı rəngli gödəkçənin sol yan cibindən üzərində “Prima” yazısı olan siqaret qutusunun içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 2,472 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və üzərində “Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampul aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 22.03.2021-ci il tarixdə saat 23:40 radələrində Elməddin Balacayev Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 51 ünvanın qarşısında saxlanılaraq ünvan 4ləşən Nizami RPİ-nə gətirilmiş, orada Elməddin Balacayevin üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamin ilə eynilik təşkil edən təmiz çəkisi 1,025 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər qeyri-rəsmi nigahda olmuş, həmin nigahdan bir oğlu dünyaya gəlmiş, psixotrop maddə olan metafetamin qəbul edir. Elməddinlə tutulmamışdan 10 gün əvvəl tanış olmuşdur. Belə ki, istifadə etdiyi metafetamin bir neçə dəfə ondan pulla əldə etmiş, hətta həmin psixotrop maddəni birgə istifadə etmişlər. 22.03.2021-ci il tarxdə Elməddin ona zəng edərək həmin gün dostları ilə görüşərək metafetamin istifadə edəcəyini bildirmiş, onu da görüşə dəvət etmişdir. O da Elməddinlə razılaşaraq həmin gün axşam saatlarında “Sabunçu keçidi” deyilən yerdə görüşmüşlər. Az sonra ağ rəngli bir avtomobildə Elməddinin dostları gəlmişlər. Onlardan biri- İsa avtomobili idarə etmiş, daha bir nəfər isə sürücünün yanında əyləşmişdir. Həmin şəxsin adını bilmir. İsa və yanındakı şəxs Elməddinə 30 manat verib metafetamin sifariş vermişlər. Elməddin telefonunda danışıq konturu olmadığı üçün o, onun telefonu ilə kiminləsə danışmış, maşından düşüb danışdığı şəxslə getməmişdən əvvəl siqaret qutusunu ona verib demişdir ki, “bizim ikimiz üçün çəkməyə patimiz var”. Elməddin onun telefonunu götürərək avtomobildən düşüb metafetamin almaq üçün getmiş, bir müddət sonra İsaya zəng edib onları metronun “Q.Qarayev” stansiyasının yaxınlığına çağırmışdır. Bu zaman Elməddinə 30 manat verən şəxs maşından enib harasa getmişdir. Onlar deyilən yerə gedən zaman yolda polis əməkdaşları onları saxlayıb Bakı şəhəri Nizami RPİ-nə aparmışlar. Orada onun üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sol yan cibindən Elməddinin ona verdiyi siqaret qutunun içərisində Elməddin ilə bir yerdə istifadə edəcəyi metafetamin aşkar edilmişdir. Polis əməkdaşlarına siqaret qutusunun Elməddinə məxsus olmasının, mobil telefonununda hal-hazırda Elməddində olmasını bildirmiş, polislər bundan sonra keçirdikləri tədbir zamanı Elməddini də saxlayıb polis idarəsinə gətirmişlər. Elməddini tanımağına çox peşmandır, onun bu günkü vəziyyətinin səbəbkarı məhz Elməddin olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Elməddin Balacayevi məhəllə uşağı kimi tanıyır, Təqsirləndirilən şəxs isə bir dəfə 22 mart 2021 -ci il tarixdə Elməddinin yanında görmüşdür. Şahid1 isə o sosial şəbəkədən tanımış, onu Elməddinlə tanış etmişdir. O, Elməddinə metafetamin almaq üçün pul verməmiş, Elməddinlə bir yerdə narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, Elməddin, Ülviyyə və Elməddinin dostu İsadan həmin gün aralanmış, onların tutulmasından isə həmin gün xalası oğlu dalaşdığına görə saxlanıldığı üçün bölməyə getdikdə bilmişdir. Onun bu işə heç bir aidiyyatı yoxdur. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində qeyd olunmuşdur ki, o, bir-neçə ildir psixotrop maddə olan metafetamin qəbul edir. O metafetamini adətən dostları ilə bir yerdə olan zaman qəbul edir. Elməddin Balacayevlə bir məhəllədə yaşamışdır, aralarında yaxın münasibət olmuşdur. Şahid1 isə o sosial şəbəkədən tanımış, onunla da yaxın münasibəti olmuşdur. 22 mart 2021ci il tarixdə İsa ilə görüşüb qərara gəlmişlər ki, metafetamin alıb qəbul etsinlər. Bu məqsədlə Elməddinə zəng edib onlar üçün metafetamin tapmasını xahiş etmişlər, o Elməddinə söyləmişdir ki, pulu da o verəcəkdir. Həmun gün İsanın idarə etdiyi BMW markalı avtomobili ilə Elməddinlə qabaqcadan razılaşdıqları kimi “Sabunçu keçidi” deyilən yerdə görüşmüşlər. Orada Elməddinin yanında tanımadıqları bir qızın da olduğunu görmüşlər. Onlar hər ikisi avtomobilə əyləşmiş və Elməddin metafetamin almaq üçün avtomobili Nizami rayonu, 8-ci kilometr qəsəbəsinə sürməyi demişdir. 8-ci kilometr qəsəbəsinə gəldikdən sonra xatırlamadığı bir-neçə yerə getmişlər. Sonra Elməddin ondan 30 manat alıb metafetamin almaq üçün avtomobildən düşərək getmişdir. Bir müddət sonra o da şəxsi işi ilə əlaqədar avtomobildən düşmüş və demişdir ki, Elməddinlə görüşəndə ona zəng edib desinlər, o da gəlib qoşular. Sonra nə İsaya, nə də Elməddinə zəng çatmamışdır. Növbəti gün eşitmişdir ki, həmin gün İsanı, Elməddini və həmin qızı polis əməkdaşları saxlayıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir. Belə ki, həqiqətən o, Niyaməddin və İsa 22 mart 2021 -ci il tarixdə axşamüstü Sabunçu dairəsi deyilən yerdə görüşmüş, İsanın BMV markalı maşını olmuşdur. Orada onlarla bir müddət vaxt keçirdikdən sonra düşüb aralanmışdır. Elməddinə metafetamin almaq üçün pul verməmiş, Elməddinin alacağı metafetamini birlikdə istifadə etmələri barədə razılığı olmamışdır. Şahid2 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, hadisə günü Elməddinə metafetamin əldə etmək üçün 30 manat pulu İsanın yanındakı şəxs vermişdir. Həmin şəxsin saçı uzun, üzü isə qırxılı olmuşdur. Hal-hazırda isə məhkəmə zalında gördüyü Şahid2 saçı qısa, üzü isə saqqallı olduğu üçün onu tanıya bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qısa zamanda tanımış, onunla bir dəfə birlikdə metafetamin qəbul etmişlər. 22.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə axşam saatlarında tanışları İsa və Niyaməddin ilə “Sabunçu keçidi” deyilən yerdə görüşmüş, məqsədləri əldə edərək birlikdə istifadə etmək olmuşdur. Metafetamin əldə etmək üçün pulu isə Niyaməddin verməli idi. Hamısı birlikdə İsanın idarə etdiyi avtomobilə əyləşmiş və metronun “Neftçilər” stansiyasına getmişlər. Orada o, Vadim adlı tanışı ilə telefon əlaqəsi saxlayaraq ona 30 manatlıq metafetamin sifariş vermişdir. Vadim ona «Diqlas» ticarət mərkəzinin yanına gəlməsini, orada onunla telefon əlaqəsi saxlamasını, özünün isə gizlətdiyi yerdən metafetamin götürməyə getdiyini demişdir. Vadimi «Diqlas» ticarət mərkəzinin yanında maşından düşürmüşlər, o, ona yaxınlıqdakı aptekə dəyib oradan isə «Diqlas» ticarət mərkəzinin yanında metafetaminlə onu gözləyəcəyini demişdir. Sən demə, Vadim maşından düşəndə maşının arxa oturacağına, Ülviyyənin yanına bir ədəd siqaret qutusu qoyub getmişdir. Bunu yalnız Ülviyyə görmüş, lakin əhəmiyyət verməmişdir. Bundan sonra Niyaməddin ona 50 manatlıq əskinas verərək onu xırdalayaraq 20 manatını ona qaytarmasını, 30 manatı isə metafetaminə görə Vadimə verməsini bildirmişdir. Pulu yaxınlıqdakı ticarət yerində xırdalayaraq 20 manatı Niyaməddinə vermiş və Vadimin dediyi «Diqlas» ticarət mərkəzinin yanına metafetamini götürməyə getmişdir. Orada bir saata yaxın Vadimi gözləmiş, sonuncuya bir neçə dəfə zəng etsə də sonuncuya düşə bilməmiş, bundan sonra Niyaməddinə zəng vurmuş, sonuncu da cavab verməmiş, lakin bir azdan zəng edərək maskasız olduqlarına görə polis əməkdaşları onları şöbəyə gətirmiş, hal-hazırda şöbədən çıxıb «PANDA» ticarət mərkəzinin yanına getdiklərini, onun da oraya gəlməsini bildirmişlər. O, onların yanına gedən zaman 3 nəfər polis əməkdaşları onu saxlayıb polisə aparmışlar, Ülviyyəni, İsanı və Niyaməddini orada görmüşdür. Xatırladığı qədər Ülviyyənin də üzərindən metafetamin aşkar edilmiş və onu həbs edərək Ülviyyə ilə birlikdə cinayət məsuliyyətinə cəlb etmişlər, lakin Ülviyyəni həbs etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Adil oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Belə ki, o, hadisə baş verən zamanda Bakı şəhəri, Nizami RPİ-nin X6 baş əməliyyat müvəkkili vəzifəsində çalışırdı, hal-hazırda isə Nizami RPİ-nin İB-nin müstəntiqi vəzifəsindədir. 22.03.2021-ci il tarixdə “Elməddin və İsa” adlı şəxslərin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə bölməyə məlumat daxil olmuş, məlumatla əlaqədar əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və həmkarları X9 və Şahid6 ibarət əməliyyat qrupu yaradılmış və 22.03.2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 49 ünvanın qarşısında Şahid1 idarə etdiyi avtomobil ilə saxlanılmış və avtomobildə olan Təqsirləndirilən şəxs və Şahid1 şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nə gətirilmişlər. Aparılmış əməliyyat-axtarış tədbirlərin davamı olaraq həmin vaxt metronun “Q.Qarayev” stansiyası yaxınlığında X1 Nizami RPİ-nə gətirilmişdir. Hər üç şəxs idarənin təhqiqatçısına təqdim edilmiş, təhqiqatçı tərəfindən Elməddin Balacayev, Şahid1 və Təqsirləndirilən şəxs müdafiəçi dəvət olunaraq hər birinin üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindəki siqaret qutusunda 2,472 qram psixotrop maddə metafetaminə bənzər maddə, Şahid1 üzərindən 01 ədəd bükülüdə 2,534 qram metafetaminə bənzər maddə və Elməddin Balacayevin üzərindən 01 ədəd bükülüdə 1,025 qram metafetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. O və digər əməliyyatçılar axtarışda iştirak etmişlər, lakin bütün sənədləşməni təhqiqatçı aparmışdır. Saxlanılan şəxslərin heç birinə təzyiq olunmamış, onlar üzərlərində olan qanunsuz maddələri özləri könüllü olaraq təhqiqatçının təklifi ilə ayrı-ayrılıqda təqdim etmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, heç bir yerdə işləmir, 2 aydır psixotrop maddə olan metamfetamin istifadə edir. Elməddin ilə tanışı Niyaməddinin vasitəsi ilə tanış olmuşdur. Elməddin və Niyaməddin əvvəllər “Yaşıl Bazar” deyilən yerdə qonşu olmuşlar, həmin yerlər söküldükdən sonra aradan bir görüşmüşlər. 22.03.2021-ci il tarixdə axşam saatlarında Niyaməddinlə bir yerdə olan zaman Niyaməddin ona söyləmişdir ki, əlinə pul gəlib, onunla bir yerdə metamfetamin qəbul etmək istəyir. O razılıq verdikdən sonra Niyaməddin Elməddinə zəng edib metamfetamin almaq istədiyini demişdir. Elməddin bir dəfə də onlar üçün metamfetamin almışdır. Beləliklə həmin gün axşam saatlarında o Niyaməddinlə öz avtomobilində Elməddini götürmək üçün Sabunçu dairəsinə getmişdir. Orada Elməddini və sonuncunun yanında olan Ülviyyə adlı qızı götürüb “Neftçilər” dairəsinə gəlmişlər. Elməddin demişdir ki, orada tanışı ilə görüşüb onlar üçün metamfetamin alacaqdır. Onlar “Neftçilər” dairəsinə çatdıqdan sonra Niyaməddin metamfetamin almaq üçün Elməddinə 30 manat vermişdir. Elməddin getdikdən az sonra zəng edib onları metronun “Q.Qarayev” stansiyasının yanına çağırmışdır. O idarə etdiyi avtomobili ilə deyilən yerə yaxınlaşan zaman polis əməkşları onları saxlayıb Nizami rayon polis idarəsinə gətirmişlər. İdarədə polis əməkdaşları onun üzərində olan mobil telefondakı məlumatlara baxan zaman onun İran vətəndaşı olan bir nəfərlə narkotikin alınması, satılması ilə əlaqədar söhbətlərini aşkar etmişlər. Bundan sonra polis əməkdaşları onu sorğu-sual edib İran vətəndaşından natrkotik vasitə alıb satmaqda onu gönahlandırmışlar. Sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Dövlət hesabına dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərində olan idman şalvarının sağ yan cibindən psixotrop maddəmetamfetamin aşkar olunmuşdur. O polis əməkdaşlarından qorxduğu üçün həmin metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması özünün ifadəsi, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nİzami RPİ-nin rəisinə ünvanlanan 22 mart 2021-ci il tarixli raportdan müəyyən olunur ki, Bakı şəhərində yaşayan «İsa və Elməddin» adlı şəxslər mütəmadi olaraq narkotik maddələrin əldə edilməsi, saxlanılması, qəbulu və satışı ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin rəisinə ünvanlanan 22 mart 2021-ci il tarixli raportdan müəyyən olunur ki, 22 mart 2021-ci il tarixdə saat 22:20 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs, X8 və Şahid1 Bakı şəhəri, Nizami rayonu inzibati ərazisində saxlanılıb Nizami RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürülmə aparılması haqqında» 23 mart 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin cibindən siqaret qutusunun içərisində 01 ədəd qırıq şüşə ampul və 01 ədəd bükülüdə ağ rəngli, kristal şəkilli maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 23.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 24.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 23,04.2021-ci il tarixdən 04.03.2021-ci il tarixədək-01 gün həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 23.03.2021-ci il tarixli, 6/1161 saylı rəyindən müəyyən olunur ki, “tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N162 möhür əksi, “Saxlanılan şəxs ... Təqsirləndirilən şəxs ...” vəs. yazılar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,472 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, üzərində “Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq şüşə ampulun daxilində narkotik vasitə - heroin izləri müəyyən edildi. Ampulda heroin iz miqdarda olduğundan çəkisini müəyyən etmək mümkün olmadı.” Məhkəmədə elan edilib araşdırılmış məhkəmə fiziki-kimyəvi ekspertizasının 25.08.2021-c il tarixli, 6/3114 saylı rəyindən müəyyən olunur ki, üzərində “saxlanılan şəxs ... Təqsirləndirilən şəxs ...” sözləri soyadlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,975 qram olan psixotrop maddə metamfetamin ilə üzərində “saxlanılan şəxs...E.Ə.Balacayev ...” sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,422 qram olan metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent və tərkibinə görə eynilik təşkil edir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 11.06.2021-ci il tarixli, 1848 saylı rəyindən müəyyən olunur ki, “Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.” Məhkəmədə elan edilib araşdırılmış «CD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» 26.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış zamanı 22.01.2021-ci il tarixdən 20:48 radələrində Ülviyyəyə Salmanova ***-***-**-** nömrəsi ilə X4 məxsus ***-***-**-** mobil nömrə arasında danışıqlar müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «videogörüntüyə baxış keçirilməsi barədə» 10.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və X8 üzləşdirilən zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək üzərindən aşkar edilmiş içərisində psixotrop maddə olan siqaret qutusunu ona Elməddin Balacayevin verdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 04.10.2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs və X2 üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,382 qram və 0,935 qram qalan 02 ədəd bükümdə psixotrop maddə metafetamin və üzərində “Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampul saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, CD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.12.2021-ci il tarixli qərarı ilə heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarından yayınan Təqsirləndirilən şəxs barəsində ibttdai istintaq orqanı tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri «həbs» “qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan olunmuş və “cinayət işi üzrə icraatın ayrılması və ayrılmış cinayət işi üzrə icraatın dayandırılması haqqında” 28.01.2022-ci il tarixli qərarı ilə 1(101)-1834 saylı cinayət işindən ayrıca icraata yeni cinayət işi ayrılmışdır. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 2067-1222 saylı, 04.03. 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, təqsirlənd irilən şəxs Təqsirləndirilən şəxs 03.03.2022ci il tarixdə saxlanılmışdır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvələr məhkum edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 03.06.2009-cu il tarixli azyaşlı uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli “şəxsi axtarış və götürmə barədə” və “CD diskə baxış keçirilməsi haqqında” protokolları, təqsirləndirilən şəxsin ifadəsi, üzləşdirmə protokolları, şahid ifadələri, məhkəmə kimyəvi və fiziki-kimyəvi, məhkəmə narkoloji ekspertizasının rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin ümumi təmiz çəkisi 2,472 qram psixotrop maddə metafetamin külli miqdarın yuxarı həddindən çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 03 mart 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 gün ərzində, yəni 23,04.2021-ci il tarixdən 04.03.2021-ci tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətindən çıxılmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 2,382 qram psixotrop maddə metafetamin və üzərində “Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampula məhv edilməli, X2 üzərində aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 0,935 qram psixotrop maddə metafetamin 1(101)-291/2022 saylı cinayət işi üzrə maddi sübut olması nəzərə alınmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 142,04 (yüz qırx iki manat dörd qəpik ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 270 AZN (iki yüz yetmiş manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs 23.04.2021-ci il tarixdən 04.03.2021-ci il tarixədək həbsdə saxlanıldığı-01 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən hesaba alınmaqla və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 2,382 qram psixotrop maddə metafetamin və üzərində “Riboksin” sözləri yazılmış 01 ədəd baş hissəsi qırıq, daxilində narkotik vasitə heroin izləri olan şüşə ampula məhv edilsin, X2 üzərində aşkar edilmiş tədqiqatdan sonra qalıq qalmış 0,935 qram psixotrop maddə metafetamin 1(101)-291/2022 saylı cinayət işi üzrə maddi sübut olması nəzərə alınsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 142,04 (yüz qırx iki manat dörd qəpik ) manat məbləğində pul Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 270 AZN (iki yüz yetmiş manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar