Məhkəmə qərarları › İş №1(101)-665/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-665/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-665/2025 21.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon, psixotrop maddə metamfetamin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edici maddələr tramadol və preqabalin kapsullarının əldə edib saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs bir qrup şəxs halında istintaqa məlum olmayan “Əhməd” adlı şəxslə birləşərək satış məqsədi ilə qanunsuz olaraq sonuncudan külli miqdarda ümumi çəkisi 11.399 qram olan kimyəvi komponent tərkiblərinə görə eyni olan qəhvəyi tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 50.059 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 03 ədəd üzərində üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həb, 18 ədəd üzərində “Preqabalin Kpka 300 mg” markalarına göstəricisi olan ağ-qəhvəyi rəngli kapsul formalı preqabalin tərkibli kapsulları, 06 ədəd üzərində “Preqabalin Kpka 150 mg” markalanma göstəricisi olan ağ sarı rəngli kapsul formalı preqabalin tərkibli kapsulları, 02 ədəd üzərində “Tramadol 50 mg” markalanma göstəricisi olan ağ-göy rəngli tramadol tərkibli kapsulları əldə edərək üzərində saxlamaqla daşımış, 28 iyun 2024-cü il tarixdə saat 22:20 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs oğıu ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılması və orada üzərində şəxsi axtarış apanlarkən əyində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 2.538 qram və 2.418 qram, ümumi çəkisi 4.956 qram olan kimyəvi komponent tərkiblərinə görə eyni olan qəhvəyi tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi əməliyyat axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 4 ünvanına baxış zamanı həmin evin girişindən sağ tərəfdə yerləşən dəhlizdəki taxta konstruksiyalı dolabın üst hissəsində gizlətdiyi içərisində 01 ədəd bükümdə təmiz çəkisi 50.059 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metarnfetamin, 02 ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 4.811 qram və 1.632 qram, ümumi çəkisi 6.443 qram olan kimyəvi komponent tərkiblərinə görə eyni olan qəhvəyi tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həb, 18 ədəd üzərində “Preqabalin Kpka 300 mg” markalanma göstəricisi olan ağ-qəhvəyi rəngli kapsul formalı preqabalin tərkibli kapsullar, 06 ədəd üzərində “Preqabalin Kpka 150 mg” markalanma göstəricisi olan ağ-sarı rəngli kapsul formalı preqabalin tərkibli kapsullar, 02 ədəd üzərində “Tramadol 50 mg” markalanma göstəricisi olan ağ-göy rəngli tramadol tərkibli kapsullar, 01 ədəd bükümdə təmiz çəkisi 2.30 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və üzərində metamfetamin və heroin izləri olan 03 ədəd elekton tərəzi olan 01 ədəd torba aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 28 iyul tarixində Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal təxirəsalınmaz əməliyyat hərəkətləri həyata keçirilmiş və Təqsirləndirilən şəxs Nizami rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilmişdir. İdarədə şübhəli şəxsin üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətləri keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs üzərindən narkotik maddələr aşkar olunmuşdur. Ardınca şübhəli şəxsin yaşadığı, Günəşli qəsəbəsi ərazisində yerləşən evə də baxış keçirilmişdir. Həmin zaman şübhəli şəxsin yaşadığı evdən də narkotik maddələr aşkar olunmuşdur. Şübhəli şəxs saxlanılan zaman əməliyyat müvəkkillərinə hər hansı müqavimət göstərməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından ibarət olmuşdur.

4. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 iyul tarixində, saat 20:20 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq, Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilmişdir. Baş İdarədə müdafiəçi və təhqiqatçının iştirakı ilə şübhəli şəxsin üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətləri həyata keçirilmiş və həmin istintaq hərəkətləri videoçəkiliş ilə aparılmışdır. Şübhəli şəxsin üzərində şəxsi axtarış zamanı marixuana mənşəli narkotik vasitə aşkar olunmuşdur. Şübhəli şəxs ilkin ifadəsində narkotik vasitələri İran vətəndaşından, Əhməd adlı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra şübhəli şəxsin yaşadığı evə baxış keçirilmiş və evdən narkotik vasitələr marixuana və metamfetamin, həmçinin psixotrop dərmanlar aşkar olunmuşdur. Şübhəli şəxs saxlanılan zaman əməliyyat müvəkkillərinə hər hansı müqavimət göstərməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatının məzmunu Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasından ibarət olmuşdur. Şübhəli şəxsin yaşadığı evdən elektron tərəzi aşkar olunmuşdur.

5. xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına məlumat daxil olmuşdur.

6. xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.

7. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmış, Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, xx.xx.2024-cü il tarixdən, saat 20:20 dəqiqədən tutulmuş hesab edilmişdir.

8. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-32) görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərak baltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri ve psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2(iki) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələri təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən 2 (iki) ədəd açar, "Honor" markalı mobil telefon aşkar olundu. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 7 qram (yeddi qram) oldu. Sonra həmin kütlə qablaşdırıldı, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, digər əşyalar qaytarılmış. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı "Əhməd" adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, çatdırmasını təşkil etdiyi 1 qram narkotikə görə 2 AZN pul aldığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, mobil telefonuna Əhmədin adını Baba kimi qeyd etdiyini, heroindən istifadə etdiyini, əlavə olaraq Suraxanı rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını, Yasamal rayon Məhkəməsində CM-nin 234.1-ci maddəsi ilə barəsində olan cinayət işinə baxıldığını bildirmişdir. Şəxsi axtarış və götürmə BNMİ-nin inzibati binasında olan xidməti iş otağında, süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı SONY markalı videokamera vasitəsi ilə BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid2 tərəfindən video çəkiliş aparıldı.

9. 29.06.2024-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 35-36) görünür ki, Azarbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 28 iyun 2024-cü il tarixdə, saat 20:20 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında piyada qət edən zaman saxlanılaraq BNMİ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində yerləşən evində narkotik maddə aldığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Həmin evdə narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 28 iyun 2024-cü tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış olaraq sözügedən evdə olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, həmin evin girişindən sağ tərəfdə yerləşən dəhlizdəki taxta konstruksiyalı dolabın üst hissəsində gizlətdiyi 1(bir) ədəd torbanı təqdim etdi. Həmin torbanın içindən 1(bir) bükümdə ağ rəngli, metamfetaminə bənzər, 2(iki) bükümdə qəhvəyi rəngli, heroina bənzər, 1(bir) bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər, 3 (üç) ədəd metadon həbinə, 26(iyirmi altı) ədəd preqabalin həbinə bənzər kütlələr və 3 (üç) ədəd elektron tərəzi aşkar olundu. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma birlikdə ümumi çəkisi 56 qram(əlli altı qram) oldu. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə ümumi çəkisi 8 qram (səkkiz) oldu. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə ümumi çəkisi 3 qram (üç) oldu. Daha sonra aşkar olunmuş predmetlər (bir) ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırıldı, üzərində müvafiq qeydlər aparılmaqla möhürləndi və götürüldü. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya vəya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı "Əhməd" adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini burada narkotik maddə saxlamasında heç kimin məlumatı olmadığını bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə BNMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı, Şahid2 Farhad oğlu tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, mzalarla təsdiq edildi, protoloka 1(bir) ədəd DVD əlavə olundu.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 iyun 2024-cü il tarixli 6/3409 saylı rəyindən (cild 1, iş vərəqə 43-45) görünür ki, tətqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün JMs7” dairəvi möhür əksi, “şübhəli şəxs:Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar oları kağız paketdəki, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,538 qram və 2,418 qram, ümumi təmiz çəkisi 4,956 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün M7” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan kütlələr E. Babayev (imza)” yazısı və imzalar olan bağlamadakı, iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 4,811 qram və 1,632 qram, ümumi təmiz çəkisi 6,443 qram qəhvəyi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotk vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 50,059 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan 3 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və üç ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir (üzərində qeyd edilmiş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər. Üzərində “Preqabalin Kpka 300mg” markalanma göstəricisi olan 18 ədəd ağ gəhvəyi rəngli kapsul preqabalin tərkibli kapsullardır və 18 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 5,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən kapsulda 0,3 qram preqabalin olmaqla) Üzərində “Preqabalin 150 mg” markalanma göstəricisi olan 6 ədəd ağ san rəngli kapsul preqabalin tərkibli kapsullardır və 6 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 0,9 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən kapsulda 0,15 qram preqabalin olmaqla) Preqabalinin ümumi miqdarı 6,3 qramdır.Üzərində “Tramadol 50mg” markalanma göstəricisi olan iki ədəd ağ göy rəngli kapsul tramadol tərkibli kapsullardır və iki ədəd kapsuldan ibarət tramadol təsir edici maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən kapsulda 0,05 qram tramadol olmaqla) Üç ədəd elektron tərəzinin üzərində metamfetaminin və heroinin izləri vardır. İz şəklində olduğu üçün metamfetamin və heroinin təmiz çəkisini və bükümlərdəki metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibli olub olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 11,399 qramdır və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 29 iyun 2024-cü il tarixli 7/1072 nömrəli rəyindən (cild 1, iş vərəqə 50-53) görünür ki, tədqiqta təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunan...” sözləri yazılmış sellofan bağlamada skoçla bağlanmış bir ədəd sellofan bükülüdə təmiz çəkisi 2,30 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üç ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı.

12. 30.06.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 74-75) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.

13. 30.06.2024-cü il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-211/2024 saylı qərarından (cild 01, iş vərəqə 101-104) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 ay həddində müəyyən edilmiş, həbs müddətinin əvvəlinin 28 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır.

14. 09.07.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 135-136) görünür ki, təqsirləndirilən şəxs Babayev X3 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edimişdir.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-360/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən (cild 1, iş vərəqə 137-146) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək iki gün şübhəli şəxs qismində saxlandığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanmışdır.

16. 12.07.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 148) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntülər olan diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, DİN-nin BNMİ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı polis mayoru, Nəcəf Aburşu xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, BNMİnin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Əli Gülmalıyevin iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən iki bükümdə, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələri təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini İİR-nm vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini və buna görə hər bir qram narkotikə görə 2 manat aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin şalvarın sol yan cibində 2 ədəd açar, “Honor” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür.

17. 15.07.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cil d1, iş vərəqə 149) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı videogörüntünün 17 dəqiqə 13 saniyəsindən etibarən isə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə ilə baxış keçirilməsi, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir, bundan soma Təqsirləndirilən şəxs yaşadığı evin mənzilin girişin sağ tərəfdə yerləşən dəhlizdəki taxta konstruksiyalı dolabın üst hissəsindən içərisində bir ədəd bükümdə ağ rəngli mentamfetaminə bənzər, iki bükümdə qəhvəyi rəngli, heroinə bəznzər, bir bükümdə yaşıl rəngli qurudulmuş marixuanaya bənzər, üç ədəd metadon həbinə, 26 ədəd preqabaiin həbinə bənzər kütlələr və üç ədəd elektron tərəzi olan bir ədəd torbanı təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin evində olan bir ədəd torbanın içərisindəki bir ədəd bükümdə mentamfetamin, iki bükümdə heroin, bir bükümdə qurudulmuş marixuananı, üç ədəd metadon həbi və 26 ədəd preqabaiin həbi olduğunu həmin narkotik vasitələri psixotrop maddəni və həbləri İİR-nın vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini və buna görə hər bir qram narkotikə görə 2 manat aldığını bildirir. Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 12 iyul 2024-cü il tarixli, 4789 nömrəli rəyindən (cild 1, iş vərəqə 150-151) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür.

19. 05.08.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 152) görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ***-***-**-**, ***-***-**- ** simkart nömrəsi olan “Redmi” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, sms yazışmaları və ya şəkillər müəyyən edilməmişdir.

20. 07.08.2024-cü il tarixli üzləşdirmə protokolundan (cild 01, iş vərəqə 162-163) görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir.

21. 07.08.2024-cü il tarixli üzləşdirmə protokolundan (cild 01, iş vərəqə 167-168) görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir.

22. 16.08.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 175) görünür ki, Təqsirləndirilən şəxs 055 *** ** ** mobil nömrəsinə dair daxil olmuş və edilmiş zənglər, daxil olmuş və edilmiş SMS mətnləri barədə məlumatları əks etdirən "xxxx" MMC və "xxxx" MMC tələfindən təqdim olunmuş CD disklərə baxış keçirilməsi haqqında protokoludan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 07:09-da 051 *** ** ** mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə “Tornı mene 5 manatlıq kola lazımdır kömək et” mətinli mesaj göndərmiş, xx.xx.2024-cü il tarixdə saat 09:16-da Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsindən 051 *** ** ** mobil nömrənin istifadəçisinə “Ala senin 'başm xarabdır nedi gijdıllaq olmusan sen!!! Sef zeng elemiseıı bura bariga nömresi deyil”, mətinli mesajlar göndərmişdir, xx.xx.2024-cü il tarixdə saat 04:13-də 077 *** ** ** mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə “Ay xiyar men elxanın yanma gellem poluxine 5k et 1 kluq beta 60 denli pampesi verim pulu alım gedey olem lomkadan gel kaptorkaya” mətinli mesajı göndərmişdir. Ona görə də, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs 055 *** ** ** mobil nömrəsinə dair daxil olmuş və edilmiş zənglər, daxil olmuş və edilmiş SMS mətnləri barədə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-psixiatrik ekspertizasının 27 iyul 2024-cü il tarixli, 2180 nömrəli rəyindən (cild 01, iş vərəqə 179-182) görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs həmin dövrdə öz əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.

24. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-621/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hökm üzrə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

25. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə satışı ilə məşğul olmamışdır. O İİR vətəndaşı ilə əlaqə saxlamış, sonuncu ona Sumqayıtdan narkotik vasitəni götürüb, Hövsana aparmağı müqabilində 200 manat verəcəyini demişdir, o həmin şəxs ilə razılaşmışdır. O özü narkotik vasitə istifadə edir və həmin məbləğ qaşılığında çox az narkotik vasitə əldə edəcəyindən, həmin narkotik vasitəni öz istifadəsi üçün götürmüşdür. O narkotik vasitəni evinə aparmış, həmin narkotik vasitədən özü üçündə istifadə etmişdir. Həmin narkotik vasitə heroin, metamfetamin və dərmanlardan ibarət olmuşdur. O, narkotik vasitəni götürmüş, lakin dediyi yerə aparmamış. Bu səbəbdən özünü narkotik vasitə satışı ilə təqsirli bilmir. Onun əlaqə telefonunda sms mətnləri aşkarlanmışdır, lakin həmin sms mətnləri aprel ayına aid olmuş, həmin mobil nömrə isə onda may ayında olmuşdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun kirayə yaşadığı evində narkotik vasitə olmuşdur, ittiham aktında qeyd olunan bütün narkotik vasitələr ilə razıdır, lakin o narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O İİR vətəndaşı ilə instagram sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaratmış. İİR vətəndaşı bir neçə dəfə ona yazmışdır, lakin o həmin şəxsə cavab verməmişdir. O ilk dəfə idi ölkə xaricindən bir nəfərlə narkotik vasitə ilə əlaqədar danışmışdır. O müharibə dövründə narkotik vasitə istifadə etməyə başlamışdır.O müharibə dövründə ön cəbhədə döyüşmüş və gizir vəzifəsində olmuşdur. Müharibə dövründə olan yuxusuzluq və əsəb pozqunluğu ucbatından narkotik vasitə istifadə etməyə başlamışdır. O narkotik vasitə satışı ilə məşğul olmamışdır. İİR vətəndaşı ona demişdir ki, kuryer polis əməkdaşları tərəfindən saxlanıldığı üçün ona narkotik vasitəni ünvanlar arasında daşımasını tapşırmış, o isə həmin narkotik vasitəni götürmüş və evinə aparmışdır. Onun tərəfindən götürülmüş paketdə narkotik vasitə ilə birgə elektron tərəzi də olmuşdur. O, törətdiyi əməldən peşmandır. O, İİR vətəndaşı ilə instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur, həmin şəxs ona tez-tez işləmək barədə təklif etmişdir, lakin o həmin şəxs ilə razılaşmışdır. Onun götürdüyü narkotik vasitə metametamin, heroin olmuşdur. İİR vətəndaşı ona salam yazmış və narkotik vasitə istifadə etməsi barədə soruşmuşdur. O, həmin şəxsə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin şəxs Hövsanda olan müştərisinin əlil olduğunu, Sumqayıtdan narkotik vasitəni götürüb, Hövsana çatdırmaq lazım olduğunu bildirmişdir. O həmin narkotik vasitəni götürmüş və öz istifadəsi üçün evə aparmışdır. O, həmin narkotik vasitəni satmaq fikri olmamış, İİR vətəndaşına isə həmin narktoik vasitəni dediyi ünvana aparması barədə razılığını bildirmişdir. Onu ayın 28-i saxlamışlar və ona polis əməkdaşları tərəfindən hər hansı xəsarət yetirilməmişdir. İttiham aktında qeyd olunan saxlanıldığı küçə doğrudur, o evdə saxlanılmış, saat 8 radələrində saxlanılmışdır. İttiham aktında qeyd olunan narkotik vasitələr doğrudur. İbtidai istintaq dövründə verdiyi ifadələrini xatırlayır.O ilk iki ifadəsində özünü qorxduğu üçün təqsirli bilmiş, lakin üçüncü ifadəsində qismən təqsirli bilmişdir.

26. Təqsirləndirilən şəxs məxsus İ-7750, İ-17748, İ-6525, İ-12232 Azərbaycan respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsinin iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

27. 675589 saylı X2 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il tarixdə doğulmuş bir azyaşlı övladı vardır.

28. Cinayət işi materiallarına əlavə edilmiş, vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Xdimətdə Fərqlənməyə görə 3-cü dərəcəli medal təqdim edilmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

29. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

30. CM-nin 240.3.2-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma, güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

31. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

32. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

33. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

34. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəsisəsi müəyyən edilir.

35. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

36. Maddə 66.3 Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

37. Maddə 66.5 Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

38. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

39. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

40. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

41. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

42. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

43. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

44. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

45. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

46. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

47. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, narkotik vasitə qurudulmuş marixuana təmiz halda 5 qrama qədəri xeyli miqdarı, 500 qramdan artıq miqdarı külli miqdar, narkotik vasitə metadon 0,02 qram xeyli miqdar, 1,6 qramdan artıq külli miqdar, 160 qramdan artıq isə külli miqdar hesab olunur.

Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu:

48. “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən güclü təsir edici maddə tramadol 06 qramdan yuxarı külli miqdar, 1200 qramdan yuxarı isə xeyli külli miqdar, güclü təsir edən maddə preqabalin 05 qramdan yuxarı külli miqdar, 1000 qramdan yuxarı isə xeyli külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

49. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

50. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

51. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

52. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı

53. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Avropa Məhkəməsinin president hüququ:

54. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi:

55. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə prosesində verdiyi qismən etirafedici ifadəsi, Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə “Tornı mene 5 manatlıq kola lazımdır kömək et” məzmunlu sms mətni, Təqsirləndirilən şəxs 055 *** ** ** mobil nömrəsi ilə müxtəlif mobil nömrələrin istifadəçiləri ilə olan narkotik vasitələrin satışı ilə məşğul olmasını əks etdirən sms mətnləri olması, təqsirləndirilən şəxsin narkotik vasitə satışı ilə məşğul olmasına dəlalət edir. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin üzərində və evində aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, yaşadığı mənzildən həmçinin elektron tərəzinin aşkar olunması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

56. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilməsi, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 43-cü bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

57. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 47-ci bəndi) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

58. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsində İran İslam Respublikası vətəndaşı ilə narkotik vasitələrin daşınması ilə bağlı razılığa gəldiyini bildirmişdir. Bundan başqa, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan 055 *** ** ** nömrəli mobil telefon vasitəsi ilə müxtəlif şəxslər ilə danışıqlar aparmış və həmin danışıqların mətni narkotik vasitənin əldə edilməsi və realizə olunması ilə bağlı olmuşdur.

59. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 39, 40, 41 və 43-cü bəndlərindəki normativ aktlara əsasən).

60. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən və yaşadığı mənzildə aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, həmçinin yaşadığı mənzildən 03 ədəd elektron tərəzinin aşkar olunmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitə, psixotrop maddə və güclü təsir edici maddələri məhz satış məqsədilə əldə etmişdir.

61. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 39-cu bəndi).

62. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məclləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

63. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 31,32 və 33-cu bəndləri).

64. Məhkəmə Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində iştirak etməsi, müharibə zamanı xəsarət alması, medallar ilə təltif edilməsi, himayəsində bir azyaşlı övladının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir.

65. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir.

66. Cinayət işinə əlavə edilmiş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)- 621/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hökm üzrə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qətii olaraq 07 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır.

67. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

68. Təqsirləndirilən şəxs cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 34-cü bəndi).

69. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 28 iyun 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 01, iş vərəqə 101-104). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir. (qərarın 38 və 44, 45-ci bəndləri).

70. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 28 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

71. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

72. İş üzrə maddi sübut olan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 6,293 qram heroin,49,859 qram psixotrop maddə metamfetamin, 02 ədəd metadon həblər, 22 ədəd preqabalin kapsulları, 2,25 qram narkotik vasitə qurudulmuş marixuana və üç ədəd elektron tərəzi məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı və evə baxış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd disk, Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə dair daxil olmuş və edilmiş SMS mətnləri barədə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim edilmiş bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 40,41,42-ci bəndi).

73. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.

74. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 203 (iki yüz üç ) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 40 və 46-cı bəndi).

75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-621/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin olunmuş 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə ona təyin olunmuş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 15 yanvar 2024-cü il tarixdən 17 yanvar 2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökm üzrə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, onun üzərində qəti olaraq 06 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 6,293 qram heroin,49,859 qram psixotrop maddə metamfetamin, 02 ədəd metadon həblər, 22 ədəd preqabalin kapsulları, 2,25 qram narkotik vasitə qurudulmuş marixuana və üç ədəd elektron tərəzi məhv edilsin, maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı və evə baxış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd disk, Təqsirləndirilən şəxs ***-***-**-**mobil nömrəsinəd air daxil olmuş və edilmiş SMS mətnləri barədə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim edilmiş bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 203 (iki yüz üç ) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova

Hakimlər Fərid Namazov

Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar