Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-666/2020 18.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, “AİM” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə 26 avqust 1998-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəlilabad Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 85.2-ci maddəsi ilə tətbiq edilməklə 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, 27 dekabr 2016-cı il tarixdə 500 manat cərimə cəzasını tam ödəmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeyydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Miki kəndində qeydiyyatında olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 115 saylı ünvanda müvəqqəti yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmə məqsədilə yaşayış sahəsinə daxil olmaqla, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək quldurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin, yəni, Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə, 13 yanvar 2020-ci il tarixdə saat 19 radələrində aralarında aparılmış vəzifə bölgüsünə əsasən əldə olunacaq qazancı aralarında böləcəklərinə dair razılıq əldə edib, Təqsirləndirilən şəxs2 kirayədə yaşadığı Zərərçəkmiş şəxs məxsus ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxs2 ilə görüşüb sonuncunun arxası ilə gedib Təqsirləndirilən şəxs2 onun qeyd olunan evə sərbəst və maneəsiz daxil olması üçün şərait yaratmasını gözləmiş, evin dəmir konstruksiyalı giriş qapısının kilidinin Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən açıq saxlanmasını yəqin edərək Zərərçəkmiş şəxs məxsus evə qanunsuz daxil olaraq, Təqsirləndirilən şəxs2 isə evin dəhlizində olan işıq ayırıcından evin bütün işıqlarını söndürməklə dəhlizdə olan qonaq otağının taxta konstruksiyalı qapısının arxasında gizlənərək, evin dəhlizinə çıxan Zərərçəkmiş şəxs ağzını əlləri ilə tutub idman fəndi tətbiq etməklə yerə yıxmış və dizi ilə belindən sıxaraq Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələyib sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək boynundan tutaraq yerdə sürüdükdən sonra dəhlizdəki pilləkanlardan asılmış vəziyyətdə olan pərdənin ipini Təqsirləndirilən şəxs2 alıb Zərərçəkmiş şəxs biləklərini həmin iplə bağlayaraq Zərərçəkmiş şəxs bel nahiyəsinin qançırı kimi dərəcəsi təyin olunmayan xəsarət yetirərək sonuncudan üzərində olan qızılzinət əşyalarını verməsini tələb etmiş, daha sonra Zərərçəkmiş şəxs məxsus qulağındakı 500 manat dəyərində çəkisi 5.42 qram olan 583 əyarlı 1 cüt qızıl sırğanı, sağ əlində olan 120 manat dəyərində gümüş üzüyü, boynunda olan 100 manat dəyərində 1 ədəd mirvari boyunbağını və içərisində qiyməti 4 manat olan ***-***-**-** saylı GSM mobil nömrə olan, 1 ədəd 150 manat dəyərində “Samsung A 10” markalı, **********14310 və **********14317 İMEİ kodlu mobil telefonu ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs 874 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2018-ci ilin may ayından Bakı şəhərində yaşayır. Onun Bakı şəhərində daimi yaayış yeri yoxdur, gecələri gündəlik kirayə evlərdə yaşamışdır. Əvvəllər mobil telefon mağazasında işləmiş, hadisə olan zaman isə işləməmişdir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Cəlilabad şəhər məhkəməsinin hökmü ilə 500 manat cərimə cəzasına məhkum olunmuşdur. O, arada gecə klublarına gedirmiş və həvəskar rəqsçi kimi rəqs də etmişdir. 05 yanvar 2020-ci il tarixdə “Troya” gecə klubunda “Xədicə” adlı, sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildiyi təqsirləndirilən şəxslə tanış olmuşdur. Sonradan Səadətlə münasibətləri yaranmışdır. Onlar tez-tez “Troya” gecə klubunda və kafelərdə görüşməyə başlamışlar. Hətta bir neçə dəfə cinsi əlaqədə də olmuşlar. Həmin ərəfələrdə o, bilmişdir ki, Səadət Nəsimi rayonu ərazisində “Papanin” adlanan yaşayış massivi yaxınlığında kirayə evdə yaşayır. 12 yanvar 2020-ci il tarixdə o, yenə də “Troya” gecə klubunda olan zaman Səadətə təklif edib ki, birlikdə bir yerdə kirayə ev tutub yaşasınlar. Səadət onun təklifi ilə razılaşmış, lakin pullarının olmadığını, birlikdə necə yaşayacaqlarını demişdir. Sonra Səadət ona bildirib ki, kirayədə yaşadığı evin sahibəsi Nərgiz xanımın evində 1 ədəd təzə vəziyyətdə mobil telefon və qızıl sırğaları var, onları oğurlayar aparıb satıb pul əldə edər və birlikdə yaşaya bilərlər. Lakin, Səadət tək şəkildə bu oğurluğu edə bilməyəcəyini ona bildirdiyindən, o da Səadətə bu işdə köməklik edəcəyini demişdir. Səadət bildirmişdir ki, özü evdə olan zaman evin giriş qapısını açıq saxlayacaq, o da rahatlıqla evə daxil olar və bundan sonra evin işıqlarını Səadət özü söndürər, bununla da evdən oğurluq etməyi planlaşdırmışlar. Razılaşmalarına əsasən əldə edəcəkləri qazancı aralarında böləcəklər. Hadisəyə qədər o, heç vaxt Səadətin kirayədə yaşadığı Nərgiz xanıma məxsus evdə olmamışdır. 13 yanvar 2020-ci il tarixdə Səadətdən Nərgiz xanımın yaşadığı evin ünvanını öyrənmişdir. Səadət ona Nəsimi rayonu, “Papanin” adlanan yaşayış massivində “Hərbi Hospital”-ın yaxınlığında yaşadıqlarını bildirmişdir. 13 yanvar 2020-ci il tarixdə səhər tezdən 06 radələrində “Troya” gecə klubunun iş saatı sona çatdığı üçün Səadətlə klubdan çıxmışlar və Səadət Nərgiz xanımla birlikdə kirayə qaldığı evə tərəf getmişdir. O, isə yaxınlıqda yerləşən kafeyə getmiş və kafedə yeyib-içdikdən sonra gündəlik kirayə evlərdən birinə gedib yatmışdır. Axşam saat təxminən 18:30 radələrində telefonla Səadətə Nəsimi rayonu ərazisində “Hərbi Hospital” ın yaxınlığında olduğunu bildirmişdir. Səadət ona yaşadığı evin ünvanını başa salmış və özü də “Hərbi Hospital” ın qarşısına çıxmışdır. Orada görüşərkən onlar birlikdə edəcəkləri cinayəti yenidən müzakirə etmişlər. Səadət birinci evə daxil olacağını, giriş qapısının kilidini açıq qoyacağını, o isə Səadətin ardınca gələcəyini və evə daxil olan kimi evin işıqlarını Səadətin söndürəcəyini müzakirə etmişlər. Həmçinin Səadət ona bir daha Nərgiz xanımın evində 1 ədəd təzə vəziyyətdə mobil telefon olduğunu və Nərgiz xanımın qulağında qızıl sırğaların olduğunu ona bildirmişdir. Səadət evə tərəf gedib, evə girmişdir. Səadətin hansı evə girdiyini görmüşdür. O, həyətdə biraz gözləmişdir. Sonra Səadətlə telefonla danışan zaman o, evin giriş qapısını açıq vəziyyətdə qoyduğunu və birinci mərtəbədə dayanıb onun evə daxil olmağını gözlədiyini bildirmişdir. Təxminən saat 19 radələrində o, evin giriş qapısını açıb evə daxil olmuşdur. O, evə girən kimi Səadət evin dəhlizində olan işıq ayrıcından işıqları ayırıb söndürmüş və həmin vaxt, evin dəhlizi qaranlıqlaşmışdır. O, dəhlizdə olan qonaq otağının giriş qapısının arxasında gizlənmişdir. Təxminən bir neçə saniyə sonra Nərgiz xanım qonaq otağından evin dəhlizinə tərəf olan giriş qapısını açmış və Səadətdən evin işıqlarının nə üçün söndüyünü soruşmuşdur. Səadət Nərgizə cavab verməmişdir. Nərgiz dəhlizə tərəf gəlmək istəyəndə onunla üz-üzə gəlmişdir. O, həmin vaxt Nərgiz xanımın ağzını əlləri ilə tutub, idman fəndi tətbiq edərək yan çiyni üstə yerə yıxmışdır. Bu vaxt Nərgiz xanım yerə yıxılmışdır. O da dizini qatlayıb yerə qoymuş və yerdə yıxılmış vəziyyətdə olan Nərgiz xanımın belini dizinə sıxmağa başlamışdır. Bu zaman Nərgiz xanım ona yalvarmağa başlamışdır. Nərgizə sakit olmasını, səsini çıxarsa boynu qolları arasında olduğundan boynunu qıracağını demişdir. Sonra o, Nərgizi boynundan tutaraq təxminən 1 metr məsafədə evin dəhlizində, ortada olan evin dirəyinə tərəf sürümüşdür. Sonra Səadətdən ip verməyini istəmiş və Səadət də pilləkənlərdən asılmış asılqan üzərində olan ikinci mərtəbənin pərdəsinin ipini ona vermişdir. O, Səadətin verdiyi iplə Nərgiz xanımın əllərini biləkdən bağlamış və Nərgiz xanımdan qulağında olan sırğalarını verməsini istəmişdir. Nərgiz xanım isə həmin vaxt əlləri biləkdən bağlanmış vəziyyətdə olmuş və Nərgiz xanım o vəziyyətdə qulağındakı sırğanın birini açıb ona təqdim etmişdir. İkinci sırğanı o, açmaq istədikdə isə əlini ona vurmamağını deyərək birtəhər əlibağlı sırğanın ikncisini də çıxarıb ona vermişdir. Bundan sonra o, Nərgizdən boyunbağısını verməyini tələb etmişdir. Bu zaman Nərgiz boyunbağının sadə olduğunu bildirmiş, lakin o yenə də ondan boyunbağını çıxarmağını istəmişdir. Bu vaxt Nərgiz xanım boyunbağısını dartaraq sındırıb ona təqdim etmişdir. Həmin vaxt Səaədət onları izləmişdir. Sonra Nərgiz əlləri biləkdən bağlanmış şəkildə əlində olan üzüyü də ona təqdim etmişdir. O, həmin üzüyü götürüb cibinə atmışdır. Bundan sonra o, Nərgizin sol ayağını bağlanmış şəkildə olan əllərinin üstündən bağlamışdır. Sonra Nərgizdən telefonunu verməsini tələb etdikdə, Nərgiz telefonunun olmadığını bildirdikdə o, hirsli şəkildə səsinin tonunu qaldıraraq Səadətə gedib qadının mobil telefonunu gətirməsini bildirmişdir. Səadət qonaq otağına keçib ortada stolun üstündən 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefonu götürərək ona verməyərək özündə saxlamışdır. Bundan sonra o, Nərgizə onun ağzını da bağlayacağını dedikdə Nərgiz ona əgər ağzını bağlayacaqsa, başında olan şərflə bağlamasını bildirmişdir. Nərgiz başında olan şərfini başından açaraq ona vermişdir. O, həmin şərflə Nərgizin ağzını sıxaraq bağlamışdır. Sonra Nərgizə ona yarım saat vaxt verdiyini, həmin vaxta kimi hər hansı bir hərəkət etsə geri qayıdıb onu öldürəcəyini bildirmişdir. Bundan sonra o, Səadətlə evdən çıxıb getmək istəyən zaman Nərgiz Səadətə evin açarını evə qoyub getməsini bildirmişdir. Səadət açarı stolun üstünə qoymuş, lakin o, Səadətə evdən çıxanda açarı götürməsini bildirmişdir. Səadət də açarı qoyduğu yerdən götürmüş və hər ikisi evi tərk etmişlər. Evdən çıxan zaman Səadət özündə olan açarla evin giriş qapısını bağlamışdır. Onlar yoldan keçən “Mercedes Benz 200” markalı taksi ilə 28 May metrostansiyası yaxınlığına, telefon mağazalarından birinə getmişlər. Həmin telefon mağazasında Səadət öz şəxsiyyət vəsiqəsi ilə Nərgizə məxsus olan “Samsung Galaxy A 10” markalı mobil telefonu 150 manata satmışdır. Həmin vaxt mağazanın işçisi mobil telefonun oğurluq olduğunu bilməyib, çünki Səadət telefonun özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. Bundan sonra başqa bir taksi ilə «Moskva» Univermağına gedərək Univermağın birinci mərtəbəsində yerləşən piştaxtalardan birinə yaxınlaşıb yenə də Səadətin şəxsiyyət vəsiqəsi ilə Nərgizə məxsus 1 cüt qızıl sırğanı 245 manata satmışlar. Həmin pulun 45 manatını o, Səadətə vermişdir. Həmin gecə Səadətlə “Troya” gecə klubunda olmuşlar. Klubda olan zaman Səadət özünə məxsus mobil nömrəsini və mobil telefonunu sonradan onu Nərgizin ailəsi və polislər tapa bilməsinlər deyə sındırmışdır. Həmin gecəni səhərə kimi Səadətlə birlikdə «Troya» gecə klubunda qalmışlar. O, sonradan həmin pulun 120 manatını tanışı Ruslana olan borcuna vermişdir. Törətdiyi cinayətə görə peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, anası Sənubər Hidayətova 2013-cü il tarixdən Türkiyə Respublikasında yaşayır və orada türk vətəndaşı ilə evlənib, atası Nazim Əsgərovla isə 2012-ci il tarixdən heç bir əlaqəsi yoxdur. O, 2010cu il tarixdən ailəsinin istəyi ilə namaz qılmışdır. 2013-cü il tarixdən 2017-ci ilə kimi Türkiyə Respublikasında icazəsiz və qeydiyyatsız yaşadığı üçün 2017-ci il tarixdə Türkiyə Respublikasından deport olunmuşdur. Həmin vaxtdan da Azərbaycana gəlib Bakı şəhərində yaşamağa başlamışdır. Onun daimi yaşayış yeri yoxdur və Bakı şəhərinin müxtəlif ünvanlarında gündəlik kirayə evlərdə yaşamışdır. O, 2018-ci il tarixdən gecə klubarına getmiş, orada ofisiant və barmen kimi çalışmış, sonradan gecə klublarına getməyə fasilə verib, “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən mağazalardan birində satıcı kimi işləmişdir. O, əvvəllər “instagram cafe” adlı kafedə işləmiş və ora gəlib-gedən şəxslərdən birinin də adı Bürhan olmuşdur. O, həmin şəxsi kafedə cəmi bir neçə dəfə görmüşdür. O, telefon vasitəsi ilə əvvəllər işlədiyi “instagram cafe” -yə gəlib-gedən müştərilərdən biri olan Ceyhunu da tanımışdır. Ceyhun da Bürhanı tanımışdır. “Whatsapp”-da söhbət edən zaman Ceyhun ona Bürhanın nənəsinin öz yaşadığı Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 115 saylı ünvanına kirayəşin axtardığını və bunun üçün Bürhanla danışmağı məsləhət görmüşdür. O da Bürhanla telefonda danışan zaman ona yaşamağa yeri olmadığını, nənəsi ilə bu barədə danışmağını demişdir. Həmin gün axşam Bürhan ona zəng vuraraq nənəsi Nərgizlə danışdığını və nənəsinin 150 manata razılaşdığını bildirmişdir. O da Bürhanla razılaşaraq təxminən dekabr ayının 27-də Bürhanla görüşmüş və Bürhan onu evə aparmışdır. Həmin vaxt başı hicablı olmuşdur. Söhbət əsnasında Bürhanın nənəsinin adının Nərgiz olduğunu öyrənmişdir. O, Nərgiz xanıma adının Xədicə olduğunu demişdir. Nərgiz xanım ondan hardasa işləyib-işləməməyini soruşduqda, o, hazırda heç bir yerdə işləmədiyini, lakin yaxın vaxt ərzində özünə iş tapacağını bildirmişdir. Nərgiz xanım isə heç bir etiraz etməyib və işlədikdən sonra evin kirayəsini verə biləcəyini demişdir. Sonradan isə Nərgizin oğlu Vüsal ilə də tanış olmuş və Vüsalın evli olduğunu, hazırda Masazırda ailəsi ilə birlikdə yaşadığını öyrənmişdir. 30 dekabr 2019-cu il tarixdə Nərgiz xanım səhər oğlu Vüsal ilə birlikdə Masazıra getmişdir. 31 dekabr 2019-cu il tarixdə taksiyə əyləşib Nərgiz xanımın dəvəti əsasında onlara gedərək, yeni ili onlarla birlikdə qarşılamışdır. Sonra o, bir müddət bir sexdə aşpaz işləmişdir. Nərgiz xanıma gecələr çörək bişirən yerdə aşpaz işlədiyini bildirmişdir. 4 yanvar 2020-ci il tarixdə axşam saatlarında tanışı Afaqla telefon əlaqəsi saxlayaraq birlikdə “Troya” gecə klubuna getmişlər. 05 yanvar 2020-ci il saat 06 radələrinədək həmin gecə klubunda qalmışlar. Bundan sonra isə artıq hər axşam Afaqla və Afaqsız həmin gecə klubu olan «Troya»ya getməyə başlamış və gecə səhərə həmin gecə klubunda olub, gecə klubu səhər saatlarında bağlananda isə gecə klubundan çıxıb Nərgiz xanımgilin evlərinə getmişdir. Nərgiz xanım maraqlananda isə gecələr həmin “peraşki” sexində işlədiyini, səhərlər isə işdən çıxdığını bildirmişdir. 05 yanvar 2020-ci il tarixdə həmin “Troya” adlı gecə klubunda Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Qorxmaz ona öz telefon nömrəsini vermişdir. Sonradan Qorxmazla onlar birlikdə gecə klublarında və kafelərdə görüşməyə başlamışlar. 12 yanvar 2020-ci il tarixdə axşam saatlarında onlar yenidən «Troya» gecə klubunda olan zaman Qorxmaz ona birlikdə bir yerdə kirayə ev tutub yaşamlarını təklif etmişdir. O, etiraz etməyib, lakin pulları olmadığını bildirmişdir. Qorxmaz onun Nərgiz xanımın evində kirayədə yaşadığını bilmişdir. Qorxmaz ondan Nərgiz xanımın maddi durumunun necə olmasını soruşduqda o, Qorxmaza maddi durumunun yaxşı olduğunu və nəvəsinində Fövqəladə Hallar Nazirliyində işlədiyini bildirmişdir. Qorxmaz onu evə ötürərkən onun harada yaşadığını da bilmişdir. 13 yanvar 2020-ci il tarixdə axşam saat təxminən 18:30 radələrində Qorxmaz ona zəng edərək onunla görüşmək istədiyİni bildirmişdir. O, Qorxmazla razılaşmış və Qorxmaz ona “Hərbi Hospital” ın yaxınlığında olduğunu demişdir. O, həmin yerə gedib Qorxmazla görüşmüş və bundan sonra Qorxmaz onu evə ötürmüşdür. Evin qapısının açarı onda olmuşdur. O, qapını açıb içəri keçmək istədikdə Qorxmaz onu itələyib özü də içəri keçmişdir. Ona səsini çıxarmamasını, səsini çıxarsa onu öldürəcəyini demişdir. O da səsini çıxarmamışdır. Həmin vaxt Nərgiz xanım evdə olmuşdur. Qorxmaz ona evin işıqlarını söndürməsini demiş, o isə onun deməsinə görə evin işıqlarını söndürmüşdür. Təxminən bir neçə saniyə sonra Nərgiz xanım qonaq otağından evin dəhlizinə tərəf olan giriş qapısını açmış və “Xədicə qızım evin işıqları nə üçün söndü” deyə soruşduqda o, Nərgizə cavab verməmişdir. Sonra isə Nərgiz xanım dəhlizə tərəf gəlmək istəyəndə Qorxmaz ilə üz-üzə gəlmişdir. Qorxmaz həmin vaxt Nərgiz xanımın ağzını əlləri ilə tutub, onu yan çiyni üstə yıxmışdır. Qorxmaz dizini qatlayıb yerə qoyub, yerdə yıxılmış vəziyyətdə olan Nərgiz xanımın belini dizinə sıxmağa başlamışdır. Bu zaman Nərgiz xanım Qorxmaza yalvarmağa başlamışdır. Qorxmaz isə Nərgiz xanıma sakit olmağını, səsini çıxarsa boynu qolları arasındadır, yoxsa boynunu qıraram deyə bildirmişdir. Qorxmaz Nərgizin boynundan tutaraq təxminən 1 metr məsafədə, evin dəhlizində ortada olan evin dirəyinə tərəf sürümüşdür. Sonra isə Qorxmaz ondan ip verməyini istəmiş, lakin o ipi ona vermək istəməyib, ipi göstərərək özü götürməsini ona bildirmişdir. Qorxmaz da onun göstərdiyi yerdən ipi götürüb, həmin iplə Nərgiz xanımın əllərini biləkdən bağlamışdır. Bundan sonra Qorxmaz Nərgiz xanımın qulağında olan sırğaları çıxarmaq istədikdə Nərgiz xanım ona toxunmasına icazə verməyib, əli bağlı vəziyyətdə birtəhər açaraq sırğanı Qorxmaza vermişdir. Bundan sonra isə Qorxmaz Nərgizdən boyunbağısını verməyini tələb etmişdir. Bu zaman Nərgiz Qorxmaza həmin boyunbağının sadə olduğunu bildirdikdə, Qorxmaz yenə də boyunbağını çıxarmağını istəmişdir. Bu vaxt Nərgiz xanım boyunbağısını dartaraq sındırıb, dağılmış şəkildə boyunbağını Qorxmaza təqdim etmişdir. Həmin vaxt o, olanları sadəcə olaraq izləmişdir. Bundan sonra Qorxmaz Nərgizə əllərindəki üzüklərini verməyini tələb etmişdir. Evin dəhlizi qaranlıq olduğu üçün Nərgizin Qorxmaza üzük veribvermədiyini görməmişdir. Bundan sonra Qorxmaz Nərgizin sol ayağını bağlanmış şəkildə olan əllərinin üstündən bağlayıb, Nərgizdən telefonunun harada olmasını soruşmuşdur. Nərgiz telefonunun olmadığını bildirdikdə, bu zaman Qorxmaz səsinin tonunu qaldırıb, ona Nərgizin telefonunu gedib gətirməyini dedikidə o, qonaq otağına gedib stolun üstündə olan Nərgizin “Samsung Galaxy A 10” markalı mobil telefonunu götürüb Qorxmaza vermişdir. Daha sonra Qorxmaz Nərgizə ağzını da bağlayacağını dedikdə Nərgiz Qoxmaza əgər ağzını bağlasa başında olan şərflə bağlamasını deyərək, şərfini başından açaraq Qorxmaza vermişdir. Qorxmaz həmin şərflə Nərgizin ağzını sıxaraq bağlamışdır. Qorxmaz Nərgizə onu öldürməyəcəyini və ona yarım saat vaxt verməyini, həmin vaxta kimi hər hansı bir hərəkət etməməsini tapşırmış, ona hər hansı bir hərəkət etdiyi təqdirdə geri qayıdıb öldürəcəyini demişdir. Bundan sonra Qorxmazla o, evdən çıxıb getmək istəyərkən Nərgiz ona evin açarını evə qoymağı bildirmişdir. O, Nərgiz xanımın evinin açarını evdə qoymaq istəsə də Qorxmaz ona açarı götürməyini demişdir. Bundan sonra o, evin açarını da götürüb evin giriş qapısını bağlayıb hər ikisi birlikdə evi tərk etmişlər. Yoldan keçən bir taksi saxlatdırıb «28 May» metrostansiyası yaxınlığında telefon mağazalarından birində onun şəxsiyyət vəsiqəsi ilə Nərgizə məxsus olan “Samsung Galaxy A 10” markalı mobil telefonu 150 manata satmışlar. Sonra isə başqa bir taksi ilə «Moskva» Univermağına gedərək Univermağın birinci mərtəbəsində onun şəxsiyyət vəsiqəsi ilə Nərgizə məxsus 1 cüt qızıl sırğanı 245 manata satmışlar. Həmin pulun 45 manatını Qorxmaz ona vermişdir. Sonra onlar «Moskva» Univermağının qarşısında ayrıayrı taksilərə əyləşib getmişlər, sonra isə «Troya» gecə klubunda Qorxmazla görüşmüşlər. O, öz istifasində olan mobil nömrəsini sonradan onu Nərgizin ailəsi və polislər tapa bilməsinlər deyə sındırmışdır. Həmin gecəni səhərə kimi Qorxmazla birlikdə həmin gecə klubunda qalıb, həmin puldan xərcləmişlər. O, könüllü həmin cinayəti törətməmiş, o, qorxudan, məcburiyyət qarşısında Qorxmazın bütün hərəkətlərində iştirak etmişdir. O, Qorxmazın Nərgiz xanıma qarşı etdiyi hərəkət zamanı qışqırıb heç kəsi köməyə çağırmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 5 nömrəli x9 x14 25 may 2020-ci il tarixli, TQS №027 saylı “Ambulator Kitabçadan (xətəlik tarixindən) çıxarış” dan görünür ki, Zərərçəkmiş şəxs sol orta beyin arteriyasının hövzəsində kəskin dövr. işemik insult xəstəliyi vardır. Zərərçəkmiş şəxs ağır insult xəstəliyi keçirməsi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməmiş və 08 iyun 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 724 manat maddi ziyanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tələb etdiyini və təqsirləndirilən şəxslərə qanunamüvafiq cəza verilməsini xahiş etmişdir. Proses iştirakçılarının etirazı olmadığından həmin ərizə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Zərərçəkmiş şəxs elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, nəvəsi Bürhan ilə birlikdə yaşayır. Bürhan 1998-ci il təvəllüdlüdür və FHN-də sürücü olaraq çalışır. Bürhan 1 gün işdə, 2 gün evdə olur. Bürhan işdə olanda isə bəzən evdə tək qalır, bəzən də oğlu Vüsal onun evinə gəlir, bəzən də gəlini gəlib onunla birlikdə qalır. Vüsal hazırda heç bir yerdə işləmir, özü idmanla məşğul olur. Özü təxminən 1966-cı il tarixdən Nəsimi rayonu, 3-cü Alatava küçəsi ev 115 saylı ünvanda yaşayır. 2019-cu ilin təxminən dekabr ayının 27-də bir nəfər təxminən 21 yaşında olan qız onun yaşadığı ünvana gəlmiş və yaşamağa yeri olmadığını bildirərək müvəqqəti olaraq ona yaşadığı evdə yer kirayə verməyini xahiş etmişdir. O, ümumiyyətlə heç vaxt yaşadığı evdə kiminsə kirayə yaşamasına icazə verməmiş, lakin bu dəfə ona yaxınlaşan qızın başının hicablı olması və qalmağa yerinin olmaması səbəbindən ona ürəyi yanmış və təmannasız olaraq müvəqqəti yaşaması üçün evinin ikinci mərtəbəsində olan otaqlardan birini ona verdiyini bildirmişdir. Həmin qız ona adının şəxsiyyət vəsiqəsində Səadət olduğunu, lakin hamının onu Xədicə kimi çağırdığını bildirmişdir. Hamının Xədicə kimi çağırdığı qız hətta yeni ili də onlarla birlikdə qeyd etmişdir. Belə ki, 31 dekabr 2019-cu il tarixdə Xədicə də yeni ili onlarla birlikdə oğlu Vüsalın yaşadığı Masazır qəsəbəsində keçirmiş, sonradan isə hətta onunla və oğlu Vüsal və ailəsi ilə birlikdə Dağüstü Parkda yeni il atəşfəşanlığını seyr etməyə getmişlər. Sonradan isə 2020ci ilin yanvar ayının əvvəli o, oğlu Vüsalın yanına Masazır qəsəbəsinə getdikdə Xədicə evdə tək qalırmış və o, evə gəldikdə evdə hər şeyin yerli-yerində olduğunu müəyyən edirmiş. O, Xədicədən çox razıymış və ona da öz nəvəsi kimi baxır, qulluq etmişdir. Sonradan isə söhbət əsnasında Səadət ona 20 Yanvar metrostansiyası yaxınlığında olan bir çörək sexində işə başladığını bildirmişdir. O, axşam adətən 20 radələrində evdən çıxmış və səhər təxminən 09 radələrində onun yaşadığı evə qayıtmışdır. 13 yanvar 2020ci il tarixdə o, əmisi oğlu Əmirşahın yaşadığı qonşuluqdakı mənzilə gedən zaman Əmirşah ona bildirib ki, “bu səhər tezdən, yəni 13 yanvar 2020-ci il tarixdə saat təxminən 06 radələrində bir qara rəngli avtomobil yaşadığı evin yaxınlığına tərəf gəlmişdir. Avtomobildən biraz açıq-saçıq formada geyinmiş bir nəfər qız avtomobildən düşərək həyətə tərəf getməyə başlayanda, o, həmin qızın hansı evə girəcəyini müəyyən etmək üçün onu izləyəndə, görüb ki, həmin qız əlində tutduğu açarla onun yaşadığı evə daxil olmuşdur”. O da şok olub ki, onun bildiyi Xədicə başı-bağlı, hicablı bir qızdır. O necə açıqsaçıq geyinə bilər. Bu zaman Əmirşah həmin qızın geyimlərinin çox açıq formada olduğunu bildirmişdir. O, həmin vaxt sadəcə şoka düşmüş ki, o, necə bir insanı yaşadığı mənzilə buraxmışdır. O, Əmirşahla söhbət edən zaman saat təxminən axşam 17 radələri olmuşdur. O, dərhal yaşadığı mənzilə tərəf addımlamağa başlamış və ikinci mərtəbəyə qalxmışdır. Xədicə həmin vaxt yerinə uzanıb yatmışdır. O, onu çağırdıqdan sonra oyanıb və bildirib ki, Vüsalın yoldaşı hamilədir və onun hamilə qadına qulluq etməyi üçün Vüsal yoldaşını müvəqqəti olaraq onun yaşadığı evə gətirəcəkdir. O, Xədicəyə qısa vaxt ərzində əşyalarını da yığıb mənzilini tərk etməsini xahiş etmişdir. Xədicə ondan Vüsalın və yoldaşının nə zaman gələcəyini soruşduqda o, sabah gələcəklərini dedikdə, Xədicə ona əgər elədirsə elə həmin gün çıxacağını bildirmişdir. O, Xədicənin həyətə açıq-saçıq geyimli gəldiyini onun üzünə deməmişdir. Xədicə onunla danışdıqdan sonra o, aşağı mərtəbəyə düşmüş, sonra isə Xədicənin telefonu ilə kiminləsə asta səslə danışdığını eşitmişdir. Xədicə həmişə telefonla, asta səslə, lakin uzun müddət danışırmış. Xədicə ***- ***-**-** GSM mobil nömrəsini istifadə etmişdir. O, Xədicə ilə danışdıqdan sonra namaz qılmaq üçün öz otağına keçmiş, həmin vaxt saat təxminən 17:30 radələri olmuşdur. O, namazını qıldıqdan sonra Xədicə yenə də kiminləsə telefonla danışırmış və həmin vaxt artıq saat 18:10 radələri olarmış. O da öz növbəsində mətbəxə keçib axşam üçün yemək hazırlamaq istəyirmiş. Sonra isə yeməyi hazırlayıb, özünə yemək qoyub yemək üçün qonaq otağına keçmişdir. Elə yenicə qonaq otağına keçib oturmuşdur ki, bir də görüb ki, evin işıqları sönmüşdür. O, mənzilin pəncərəsindən əmisioğlugilin həyətlərinə baxan zaman onların həyətlərində işığın yandığını görüb təəccüb etmiş və nə baş verdiyini maraqlanmaq üçün qonaq otağının qapısını açıb evin dəhlizinə çıxan kimi dəhliz qaranlıqlı olmuş və anidən qarşısında bir nəfər təxminən 22-23 yaşlarında orta boylu bir oğlanın dayandığını görmüşdür. Həmin oğlan dərhal əlləri ilə onun ağzından tutmuş və boynunu buraraq, dizi ilə belindən bir dəfə zərbə ilə vurmuş və o, nəticədə qonaq otağının qapısında yerə yıxılmış və həmin şəxs dizini qabırğasına dayayaraq qabırğasını sıxmağa başlamışdır. Bundan sonra həmin şəxs onun boynundan tutaraq onu təxminən 1-2 metr sürümüş və qulağına “sakit ol, səsini çıxarma, boynun qollarım arasındadır, yoxsa boynunu qıraram” demişdir. O, çox qorxmuş, bu zaman həmin adam qıza bildirmiş ki, “bir şey ver qadının qollarını bağlayım”. Həmin qız isə Xədicə olmuşdur. Xədicə isə yuxarı mərtəbədə olan pərdənin ipini həmin şəxsə uzatmışdır. Həmin şəxs onun əllərini biləkdən iplə bağlamış və ona sırğalarını çıxartmağını bildirmişdir. O da əlləri biləkdən bağlanmış şəkildə sırğanın birini açmış, ikincisini açan zaman isə həmin şəxs özü bildirmiş ki, “mən açacağam”, lakin o, həmin şəxsə ona toxunmasına icazə verməmiş və ikinci sırğanı da özü əlləri bağlı şəkildə birtəhər açaraq oğlana vermişdir. Bundan sonra isə ondan boyunbağısını verməyini tələb etmişdir. O, həmin oğlana həmin boyunbağının sadə olmasını bildirmiş, lakin yenə də həmin şəxs boyunbağını çıxarmağını istəmişdir. O da hirslənmiş şəkildə boyunbağını dartaraq sındırmış və dağılmış şəkildə boyunbağını həmin şəxsə təqdim etmişdir. Bundan sonra isə ona əllərindəki üzüklərini verməyini tələb etmişdir. Bu zaman o, qaranlıq olduğu üçün dərhal sağ əlində olan oğlu Vüsal tərəfindən ona hədiyyə edilmiş briliyant qaşlı qızıl üzüyünü tez bir şəkildə ağzına qoymuş və sağ əlində olan gümüş üzüyü həmin şəxsə çıxarıb təqdim etmişdir. Sonradan isə həmin şəxs onun sol ayağını bağlanmış şəkildə olan əllərinin üstündən bağlamışdır. O, gümüş üzüyü də həmin şəxsə verdikdən sonra Xədicəyə bildirmiş ki “get qadının mobil telefonunu gətir”. Bu zaman o, həmin şəxsə onun telefonu olmadığını bildirdikdə, həmin onun əllərini bağlayan şəxs səs tonunu biraz da yüksəldərək ona yalan danışmamağını, onun mobil telefonu olduğunu və Xədicəyə qonaq otağına gedib oradan mobil telefonu gətirməyini bildirmişdir. Xədicə isə qonaq otağına gedib ortada stolun üstündə qoyduğu 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefonunu gətirib həmin oğlana vermişdir. Bundan sonra həmin şəxs başında olan qəhvəyi rəngli şərfini başından açaraq onun ağzını sıxaraq bağlamışdır. Daha sonra isə ona iki dəfə “bibi mən səni öldürməyəcəyəm, sən yüz yaş yaşayacaqsan” demiş, lakin o, bu sözləri deyəndə səsi çox titrəyirmiş. Daha sonra isə həmin şəxs ona, “sənə yarım saat vaxt verirəm”, həmin vaxta kimi hər hansı bir hərəkət etməməyini bildirmiş, hətta “hər hansı bir hərəkət edərsənsə, səni geri qayıdıb öldürəcəyəm” deyə bildirmişdir. Sonra isə hər iki şəxs, yəni Xədicə və onu vurub əl-qolunu bağlayan şəxs evindən çıxıb getməyə başlamışlar. Bu zaman o, əlini ağzına tərəf aparıb şalı, yəni şərfini nisbətən boşaltmış və Xədicəyə bildirmiş ki, “gedirsən-gedirsən, heç olmasa evin açarlarını qoy get”. Lakin Xədicə açarı evdə qoymaq yerinə açarı özü ilə aparmış, hətta evin qapısını da bayırdan, yəni çöl tərəfdən bağlamışdır. O, təxminən yarım saat qorxduğu üçün sakitcə qalmış və sonradan isə ağzının şalını, daha sonra isə əllərini açmış və qonşuları köməyə çağırmışdır. Qeyd etmiş ki, baş vermiş quldurluq hadisəsi yaşadığı, Nəsimi rayonu, 3-cü Alatava küçəsi ev 115 saylı ünvanda saat təxminən 19 radələrində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. Bacısı oğlu Bürhan anası ilə bir yerdə yaşamışdır. O, və Bürhan evdə olmurmuşlar. Anası evdə tək olduğundan darıxdığından, hansısa bir qadın olsa evdə ona otaq verməsini bildirmişdir. O, əvvəlcə etiraz etsə də sonradan anasına görə razılıq vermişdir. 2019-cu ilin dekabr ayının sonlarında Xədicə, lakin sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs2 başı bağlı bir qız kirayəşin kimi anasının evinə gəlmişdir. O, anasının evdə tək qalmasına görə, həm də Səadətin namaz qılan, başıbağlı olmasına görə biraz rahatlaşmış və onun kirayəşin kimi yaşamasına etiraz etməmişdir. Anası Səadətə öz qızı kimi davranmışdır. Səadəti özləri ilə qonaqlıqlara da aparmışlar. Hətta öz qohumlarının evinə də Səadət onlarla birlikdə getmişdir. 13 yanvar 2020-ci il tarixdə o, axşam saat təxminən 18 radələrində evə gələn zaman onların evinə qonşular toplaşdığını görmüşdür. Anasının deməsindən ona məlum olmuşdur ki, bir nəfər tanımadığı oğlanla Səadət özündə olan evin açarı ilə qapını açaraq evə daxil olmuşlar və onun əllərini və ayaqlarını bağlamış, başında olan şərflə ağzını bağlayaraq qulağında olan qızıl sırğaları, barmağında olan gümüş üzüyü, boynunda olan mirvari boyunbağını və evdən ona məxsus 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefonu aparmışlar. Sonra isə onlar evdən çıxan zaman evin giriş qapısını da açarla bağlayıb getmişlər. Bundan sonra o, Daxili İşlər Nazirliyinin qaynar xətti olan 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. Səadətlə onların evinə daxil olaraq anasına qarşı quldurluq hadisəsi törədən şəxsin Səadətin tanışı Təqsirləndirilən şəxs1 olması ona istintaq zamanı məlum olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Səadət onların evində yaşayan zaman heç vaxt heç bir tanışı onların evinə gəlməmişdir. Anasının deməsinə görə Səadət həmin oğlana yardım etmişdir. Hətta anasına məxsus olan telefonu da evdən Səadət göturmüşdür. Anası hazırda “insult” keçirmiş və yataq xəstəsidir, ona görə məhkəməyə gələ bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs nənəsiir. O, nənəsi ilə birgə yaşayır. O, Ceyhun və Xeyrini təxminən 10 ildən çoxdur ki, tanıyır. Onunla orta məktəbdə birlikdə oxumuşlar. Ceyhun və Xeyri yaşadığı nənrəsinin evinə tez-tez gedib-gəlirlər. Əvvəllər özünü Xədicə kimi təqdim edən adının sonradan Səadət olduğunu bildiyi təqsirləndirilən şəxsi 2019-cu ilin sonlarında dostu Ceyhunun vasitəsi ilə tanımışdır. 2019-cu ilin dekabr ayının təxminən sonlarına yaxın Səadət “instagram” sosial şəbəkisindən yazaraq Ceyhunun dostu Xədicə olduğunu bildirmişdir. Söhbət zamanı Səadət ona yaşamağa yeri olmadığını bildirmişdir. Ceyhun isə Səadətə onun nənəsi Nərgizin evə kirayəşin axtardığını demişdir. Ona görə də Səadət ondan nənəsinin həqiqətən də kirayəşin axtarıb-axtarmadığı ilə maraqlanmağını xahiş etmişdir. O, Səadətə nənəsinin kirayəşin axtardığını və nənəsinin harada yaşadığını ona bildirmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Səadət onların yaşadığı evə gəlmişdir. O, Xədicəyə onunla tanışlığının olduğunu nənəsinə bildirməməsini demişdir. Həmin vaxt nənəsi evdə olmamışdır. O, Səadətə evdə olmasını, bir azdan nənəsinin də gələcəyini bildirib çıxıb işə getmişdir. O, Səadəti namaz qılan, başıbağlı bir qız kimi tanımışdır. Nənəsi Səadətlə öz qızı kimi davranmışdır. 13 yanvar 2020-ci il tarixdə o, növbədən evə gəlib yatmış, saat təxminən 17 radələrində yuxudan oyanıb dərziyə getmək üçün evdən çıxmışdır. Həmin vaxt Səadət də, nənəsi də evdə olmuşlar. Təxminən saat 19:30 radələrində dayısı Vüsal zəng vuraraq hadisə ilə bağlı ona məlumat vermişdir. O, dərhal evə gəlmiş və evə gələndən sonra Səadətin tanışı şəxsiyyəti ona sonradan məlum olan Qorxmaz adlı oğlanla nənəsinin əl-qolunu bağlayaraq nənəsinə məxsus sırğanı, üzüyü, mirvari boyunbağını və telefonunn götürüb getdiklərini bilmişdir. Hadisənin şəxsən şahidi olmamışdır. Səadət nənəsinin evində yaşadığı dövrdə onun heç bir tanışı evə gəlməmişdir. Xədicənin əsil adının Səadət olduğunu istintaq zamanı bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Xədicə kimi tanıdığı, lakin sonradan adının Səadət olduğunu bildiyi təqsirləndirilən şəxs “intagram-cafe”-də ofisiant kimi işləmişdir. O da həmin kafeyə gedib-gələrkən onu tanımışdır. Sonradan Səadət həmin kafedən işdən çıxmışdır. Onlar bir müddət sonra onunla internet üzərindən əlaqə qurmağa başlamışlar. O, sonradan Səadətin onun dostluğunda olan tanışları ilə də əlaqə yaratdığını bilmişdir. Bürhan ona nənəsinin yaşadığı evin ikinci mərtəbəsini kirayə verdiyini bildirmişdir. O da Səadət kirayə ev axtaran zaman bu barədə ona demişdir. Sonradan isə Səadətin özü Bürhanla əlaqə saxlamış və Bürhanın nənəsi Nərgiz xanımın evinə gedib həmin evdə kirayə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs2 tanışı bir nəfər oğlanla Bürhanın nənəsi Nərgiz xanımın evində Nərgiz xanıma qarşı quldurluq etdiklərini sonradan öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək, Şahid6 ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, özü fasilələrlə 1995-ci ildən zərgər kimi çalışır. Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən “Brend zərgərlik 1” mağazasının isə təxminən 1 ildir icarədarıdır. Əvvəl o, Moskva Univermağında zərgər kimi çalışıbmış. Onun işlətdiyi zərgərlik mağazasında həm qızılın satışı, həm də alışı həyata keçirilir. Həmin mağazada özü həm satışı, həm də alışı həyata keçirir. Mağazada müştərilər tərəfindən qızılın alışı təklif edilən zaman həmin qızılın qaşları və digər aksesuarları nəzərə alınmır, yalnızca qızılın özü, yəni çəkisi və əyyarı yoxlanılır və gündəlik alış qiymətinə uyğun olaraq alış məbləği təklif edilir. Əgər müştəri ona təklif etdiyi qiymətlə razılaşırsa, bundan sonra onlar həmin müştəriyə təqdim etdiyi qızıl-zinət əşyasının həqiqətən də onun özünə məxsus olub-olmamasını sorğu sual edir və özünə məxsus olduğunu bildirdikdən sonra, eyni zamanda ona təklif etdiyi qiymətlə razılaşdıqdan sonra qızılın alışını həyata keçirir. Bildirmiş ki, 13.01.2020-ci il tarixdə axşam saatlarında təxminən 20-22 yaşlarında bir nəfər qız və yanında bir nəfər oğlan onun icarə əsasında işlətdiyi, Nəsimi rayonu, Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən “Brend Zərgərlik 1” mağazasına yaxınlaşmışlar, qızıl sırğa təqdim edib, həmin malı satmaq istədiklərini bildirmişlər. O da həmin bir cüt qızıl sırğanı götürmüş və yoxlamışdır. Yoxlayan zaman ona məlum olmuşdur ki, həmin 1 cüt qızıl sırğanın çəkisi 5.42 qram, əyyarı isə 583 -dür. O, qızıl sırğanı yoxladıqdan sonra həmin sırğanı ona təqdim edən qıza qızıl barəsində məlumat vermiş və həmin qızılı haradan əldə etdiyini soruşmuş və həmin qız ona qızıl sırğanın onların özünə məxsus olmasını bildirmişdir. Bundan sonra o, həmin qıza və oğlana təqdim etdikləri qızıl sırğaya görə gündəlik qiymət kimi 245 manat pul demiş və həmin qız da bildirdiyi məbləğlə razılaşmışdır. Bundan sonra o, alqı-satqı kitabını açmış və həmin qızdan sənəd istəmişdir və qız da öz şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və bu zaman ona məlum olmuş ki, həmin qız xx.xx.1998-ci il təvəllüdlü Astara rayonu, Miki kəndində pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs2dır. Təqsirləndirilən şəxs2 anket məlumatlarını kitaba yazdıqdan sonra sonuncu da kitaba öz imzasını atmış və o, Səadətə həmin 1 cüt qızıl sırğaya görə 245 manat pul vermişdir. Sonradan isə həmin 1 cüt qızıl sırğanı ərinməyə təqdim etmişdir. Qeyd etmiş ki, o, həmin qızılı alan zaman həmin qızılın cinayət yolu ilə əldə edildiyini qabaqcadan bilməmişdir, əgər cinayət yolu ilə əldə edildiyini bilsəymiş, heç ümumiyyətlə həmin qızıl sırğanı almazmış. O, həmin qızılın satanların özlərinə məxsus olduğuna inandığı üçün Təqsirləndirilən şəxs2 sənədi ilə almışdır. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, özü 2017-ci ildən telefon təmiri ilə məşğul olur. Qeyd etmiş ki, özü əvvəllər usta yanına gedib, telefon təmirinin üsul və qaydalarını öyrənmiş, sonradan isə fərdi qaydada dostların və tanışların mobil telefonlarının yüngül nasazlıqlarını təmir edib, həmin problemləri aradan qaldırırmış. Özü bu sahədə professional deyil və bu sahədə hər hansı bir xüsusi təhsili yoxdur. Bəzən isə tanışları təzə telefon alan zaman, həmin telefonlara üzlük şüşələr çəkir, özünün xüsusi mobil telefon təmiri ilə bağlı avadanlıqarı yoxdur, dost, tanış da həmin əziyyətinə görə ona 5 manat, 10 manat hörmət kimi pul verirlər. Belə ki, onun bütün ətrafı bilir ki, anasına da o, baxır, onun bütün maddi tələbatını, həmçinin öz tələbatlarını o özü ödəyir. Qeyd etmiş ki, öz mobil telefonu köhnə olduğu üçün, tez-tez mobil telefon təmiri ustalarına aparırmış. O, tanışlarının hamısına bildirmişdir ki, kim isə əgər ucuz qiymətə mobil telefon satarsa dərhal ona xəbə etsinlər ki, o, həmin telefonu alsın, beləliklə də hazırda işlətdiyi “LG K240” markalı mobil telefonunu dəyişsin, həmçinin bildirmiş ki, özü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişdir. Belə ki, düşünürmüş ki, özü üçün hər hansı bir mağazanı icarəyə götürüb telefon təmiri ilə məşğul olar. Hətta bu məqsədlə müəyyən yerlər də axtarmağa başlamışdır və Nəsimi rayonu, Azadlıq prospekt 91 F ünvanda yerləşən sürət çıxarma mağazasına yaxınlaşan zaman həmin mağazanın daxilində telefon təmiri ilə məşğul olmaq üçün xüsusi ayrılmış yerin və reklam lövhəsinin olduğunu görmüş və buna sevinmişdir. Mağazanı icarəyə götürən şəxslə danışmış və bildirmiş ki, özü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün adına VÖEN açdırsa, obyektin sahibi ilə icarə müqaviləsi bağlasa həmin mağazanın daxilində telefon təmiri işləri ilə məşğul ola bilib-bilməyəcəyini maraqlanan zaman bildirmişlər ki, əgər adına VÖEN açdırsa və icarə müqaviləsi bağlasa, həmin yerdə işləyə bilər. O da onlara söz vermiş ki, tezliklə adına VÖEN açdıracaq və bundan sonra obyektin sahibi ilə gəlib icarə müqaviləsi bağlayıb orada işləyəcəkdir. O, həmin surətçıxarma mağazasına tez-tez gəlib gedirmiş, eyni zamanda adına VÖEN açdırmaq məsələsi ilə də məşğul olmuşdur. O, həmin surətçıxarma mağazasının işçilərinə öz vəziyyətini bildirmiş və qeyd etmiş ki, o, təkbaşına anasına və özünə baxır, anasının və özünün maddi tələbatlarını təmin edir. Həmin şəxslərə bu barədə danışdıqda ona öz köməkliklərini göstərə biləcəklərini demişlər və o, bu zaman oranın işçilərinə öz mobil telefonun nömrəsini vermiş və bildirmiş ki, “əgər kimsə ucuz qiymətə mobil telefon satarsa və mobil telefon təmir etdirmək istəyərsə mənə xəbər edərlər”. Onlar da onunla razılaşmışlar. Qeyd etmiş ki, 13 yanvar 2020-ci il tarixdə axşam saatlarında yenə də həmişə olduğu kimi Nəsimi rayonu, Azadlıq prospekt 91 F ünvanda yerləşən surətçıxarma mağazasına getmiş, həmin vaxt bir də görmüş ki, bir nəfər qızla bir nəfər oğlan surətçıxarma mağazasına daxil olmuş və mağazanın giriş hissəsində telefon təmiri lövhəsini görüb içəri daxil olduqlarını bildirib, özlərinə məxsus mobil telefonu satmaq istədiklərini qeyd etmişlər. O, özü həmin vaxt işlətməyə mobil telefon axtarırmış. Bu zaman o, həmin şəxslərdən mobil telefonu hansı qiymətə satdıqlarını maraqlanmış və ona bildirmişlər ki, həmin telefonu 180 manata satırlar. O, mobil telefona baxmış və çox bəyənib bildirmiş ki, həmin mobil telefon çox səliqəli istifadə edilmişdir, lakin o, həmin vaxt öz narazılığını bildirib, 180 manat pulun çox olduğunu qeyd etmiş və həmin mobil telefona görə cəmi 150 manat pul verə biləcəyini demişdir, çünki cibində də həmin vaxt elə də çox pul olmamışdır. Həmin qız və oğlan da bir-biriləri ilə nə isə danışmışlar və 150 manata satmağa razı olduqlarını demişlər. Bu zaman o, həmin mobil telefonun qutusunu, adapterini və qulaqcığını istəmişdir, lakin onlar hazırda üzərlərində olmadığını, mobil telefonun qutusunun, qulaqcığın və adapterin rayonda olduğunu, tezliklə gətirib verə biləcəklərini demişlər. O da bundan sonra hər ehtimala qarşı onlardan telefonun oğurluq olub-olmamasını bir daha soruşaraq dəqiqləşdirmək istəyəndə ona həmin mobil telefonun özlərinə məxsus olduqlarını bildirmişlər və oğurluq olmadığını qeyd etmişlər. Bundan sonra o, həmin şəxslərdən sənədlərinin surətini istəmiş və bu zaman qız öz sənədini çıxarıb ona təqdim etmiş və telefonun özünə məxsus olduğu üçün öz sənədi ilə satmaq istədiyini bildirmişdir. O da surətçıxarma yerinin işçilərindən xahiş etmiş və həmin qıza, yəni Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin surətini çıxartmışlar və arxasına isə “şəxsi istəyimlə satıram” sözlərini yazmışdır və imza sözünü yazıb öz imzasını çəkmişdir. Həmçinin satdığı mobil telefonun modelini, markasını və İMEİ kodlarını da qeyd etmişdir. O da bundan sonra öz cibindən həmin qıza 150 manat pul vermişdir. Həmin vaxtdan təxminən 10-12 gün sonra o, yenə də Nəsimi rayonu, Azadlıq prospekt 91 F ünvanda yerləşən surətçıxarma mağazasında imiş. Bir də görmüş ki, polis əməkdaşları həmin qızla, yəni ona mobil telefonu satmış Təqsirləndirilən şəxs2 ilə birlikdə mağazaya daxil olmuşlar. O və mağazanın işçiləri nə baş verdiyini maraqlanan zaman onlara məlum olmuş ki, ona Təqsirləndirilən şəxs2 satdığı “Samsung A 10” markalı mobil telefon cinayət yolu ilə əldə edilmiş mobil telefon olubmuş. Belə ki, polis əməkdaşları bildirmişlər ki, Təqsirləndirilən şəxs2 13.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 adlı şəxslə quldurluq etmişdir. Ona satdıqları mobil telefon da həmin quldurluq nəticəsində ələ keçirilmiş mobil telefon olmuşdur. Qeyd etmiş ki, o, həmin telefonu və Təqsirləndirilən şəxs2 məxsus üzərində öz xətti ilə yazısı olan sənədin əslini də istintaqa təqdim eütmişdir. Bildirmiş ki, Təqsirləndirilən şəxs2 ona 150 manata satdığı mobil telefonun o, cinayət yolu ilə əldə edildiyini qabaqcadan və həmin vaxt ümumiyyətlə bilməmiş, əgər bilsəymiş heç ümumiyyətlə almazmış. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, o, Qorxmazı telefon mağazasında telefon təmiri mağazasında işləyən usta kimi tanımışdır. Həmin vaxt bir neçə dəfə Qorxmazın yanma telefon aparıb təmir etdirmişdir və bununla da aralarında müəyyən qədər tanışlıq yaranmışdır. O, Qorxmazın telefon təmiri ustası kimi işini bəyənirmiş. Qeyd etmiş ki, Qorxmazla olan söhbətlərinin birində Qorxmaz bildirmiş ki, bir nəfər şəxsə 120 manat məbləğində borcu vardır və həmin şəxsdən də aldığı möhlət müddət başa çatmışdır. Ona görə də həmin borc pul aldığı şəxs ondan borc verdiyi pulunu tələb edir və onun da verməyə pulu yoxdur. Söhbət zamanı həmin pulu mütləq verməli olduğunu bildirib, ondan 120 manat borc pul istəmiş və qısa bir müddətdə borcunu qaytaracağını demişdir. O da yaşının az olmasına və maddi durumunun aşağı olmasına acıyaraq ona 120 manat borca pul vermiş və bildirmiş ki, nə vaxt əlinə pul düşərsə pulunu geri qaytarar. Qorxmaz isə öz çox sagolunu bildirmiş və ona 120 manat borca pul vermişdir. Həmin vaxt təxminən 2020-ci ilin yanvar ayının əvvəlləri olmuş, lakin tarixi tam olaraq xatırlamır. Qeyd etmiş ki, həmin vaxtdan təxminən bir həftə sonra Qorxmaz onunla telefon əlaqəsi saxlayaraq ona olan borcunu, yəni 120 manat pulu qaytarmaq istədiyini bildirmiş və o da razılaşmış, onunla olan telefon danışığı zamanı onunla görüşə bilməyəcəyini və pulu isə “Troya” gecə klubunda saxlayacağını bildirmişdir. O, da etiraz etməmişdir. O, Qorxmazın onunla telefon əlaqəsi saxladığı gün “Troya” gecə klubuna yaxınlaşmış və orada olan şəxslərə yaxınlaşaraq Qorxmaz adlı şəxsin onun üçün 120 manat pul saxladığını qeyd etmişdir. Həmin vaxt tanımadığı şəxslərdən biri ona yaxınlaşmış və Qorxmazın verdiyi və ona çatmalı olan 120 manatı ona təqdim etmişdir. Bundan sonra isə Qorxmaz onunla telefon əlaqəsi saxlayaraq pulu qoyduğunu bildirən zaman isə o da Qorxmaza pulu artıq götürdüyünü bildirmişdir. Sonradan isə onun Təqsirləndirilən şəxs1 ilə arasında heç bir əlaqə olmamışdır. Sonradan Nəsimi RPİ-nin əməkdaşları onunla telefon əlaqəsi saxlayıb ifadə vermək üçün onu Nəsimi RPİ-nin İstintaq Şöbəsinə dəvət edən zaman bilmiş ki, Qorxmazın ona olan borcunu qaytardığı pul, yəni 120 manat pul cinayət yolu ilə əldə edilmiş əmlakın satılması nəticəsində əldə edilmiş pulların bir hissəsi olmuşdur. O, bir daha bildirmiş ki, polis əməkdaşları onunla telefon əlaqəsi saxlayana kimi o, ona təqdim edilmiş 120 manat məbləğində pulun cinayət yolu ilə əldə edilmiş əmlakın, satılması nəticəsində əldə edilmiş pulların bir hissəsi olmasını bilməmiş, əgər bilsəymiş, cinayət törətməsi barədə dərhal polisə məlumat verərmiş və həmin pulu, yəni 120 manatı götürməzmiş. Məhkəmə iclasında elan olunaraq araşdırılmış Şahid8 ifadəsindən görünür ki, o, ünvan 5 saylı ünvanda yaşayır. Zərərçəkmiş şəxs ilə uzun illərdir ki, qonşuluq münasibəti saxlayır və mütəmadi olaraq ailə üzvləri bir-birinin evinə gedib-gəlirlər. Həm də Nərgiz ilə o, əmi qızıdır. Ona verilən suallara cavab olaraq bildirmiş ki, o, Dövlət Neft Şirkətində sürücü işləyir və işə gedən zaman sübh tezdən təxminən saat 06 radələrində oyanır. İşə getmədiyi günlərdə həmişə olduğu kimi vərdiş etdiyi üçün yenə də 13 yanvar 2020-ci il tarixdə 06 radələrində oyanmış və həyətə çıxan zaman görmüş ki, bir nəfər qadın açıq saçıq geyimdə avtomobildən düşərək həyətdə irəliləməyə başlamışdır. Həmin qadının kim olduğunu bilmək üçün o, həmin qadının arxası ilə düşmüş və görmüş ki, həmin qadın çantasından açar çıxardaraq əmisi qızı Nərgizin evinə daxil olmuşdur. Sonradan Nərgiz onlara gələn gün, yəni elə 13 yanvar 2020-ci il tarixdə o bu barədə Nərgizə də demişdir. Sonradan isə həmin gün axşam saatlarında, yəni elə 13 yanvar 2020-ci il tarixdə eşitmiş ki, Nərgizə qarşı quldurluq cinayəti törədilmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nəsimi RPİ-nin 20-ci PB-nin məsul növbətçisi, polis leytenantı Emin Əliyevin 13 yanvar 2020-ci il tarixli raportundan görünür ki, 13.01.2020-ci il tarixdə, saat 19:22-də DİN-nin 102 Xidməti-Zəng mərkəzindən daxil olmuş ********* saylı məlumatla Nəsimi rayonu, 3-cü Alatava, ev 115, Papanin körpüsünün yanında yaşayan Şahid1 13.01.2020-ci ildə anası Zərərçəkmiş şəxs evdə tək olan zaman bir nəfər şəxsin (kişi) evə daxil olması, anasının əl-qolunu bağlaması, anasının üzərində olan qızıl-zinət əşyalarını və evdə olan telefonu götürüb getməsi, həmçinin anasını öldürməklə hədələməsi barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs Nəsimi RPİ-nə ünvanlanmış ərizəsindən görünür ki, 13 yanvar 2020-ci il tarixdə, saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 115 saylı mənzilə üzünü görə bilmədiyi üçün tanımadığı şəxs girərək ona müqavimət göstərərək qulağında olan 1 cüt qızıl sırğanı, sağ əlində olan paxlava formalı gümüş üzüyünü və otaqda masanın üzərində olan 1 ədəd “Samsung A10” markalı mobil telefonu ələ keçirmişdir. Cinayət işinin 1-ci cild 8-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 yanvar 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 115 saylı evdir. Mənzildən dəhlizə olan giriş qapısının içəri və bayır tərəfdən kilidinə hər hansı müdaxilə edilməmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs da iştirak etmiş və baş vermiş hadisənin təfsilatlarını danışmışdır. Baxış zamanı ekspert-kriminalist tərəfindən əl-barmaq izləri, həmçinin Zərərçəkmiş şəxs əlinin bağlanılmasında istifadə edilən pərdə ipi götürülmüşdür. Baxış zamanı fotoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 1-ci cild 68-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 yanvar 2020-ci il tarixli “xxxxxxx” MMC-dən 22 yanvar 2020-ci il tarixli məktubla daxil olmuş “CD” diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş “CD” diskdən, zəng-sms tarixçələrinin siyahılarından görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**”, həmçinin “***-***-**-**” mobil telefon nömrələrinə 20.12.2019-cu il saat 10:00:00-dan, 21.01.2020-ci il saat 23:59:00-a dək olan müddət ərzində daxil olan sms və zəng nömrələri müəyyən edilmişdir. Həmçinin, həmin “CD” diskdə Təqsirləndirilən şəxs2 məxsus olan “***-***-**-**” mobil nömrəsinin anten dairəsinin 13.01.2020-ci il tarixdə saat 12:33:29-dan 13.01.2020-ci il saat 18:36:03-dək Nəsimi rayonu, S.Adil 30/4 saylı ünvanın yaxınlığında; 13:01:2020-ci il saat 18:36:03-dən 13.01.2020-ci il saat 18:36:33-dək isə ünvan 6 saylı ünvanın yaxınlığında olmuş, daha sonra isə həmin tarixdən, yəni 13.01.2020-ci il saat 18:36:33-dən 13.01.2020-ci il saat 19:24:51-dək Nəsimi rayonu, S.Adil 30/4 saylı ünvanın yaxınlığında olduğu qeydə alınmışdır. Cinayət işinin 1-ci cild 152-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin rəisi, polis mayoru Vüqar Abdullayevin 23 yanvar 2020-ci il tarixli, 084-837-1220 saylı məktubundan görünür ki, 13.01.2020-ci il tarixdə ünvan 7 ünvanına qanunsuz olaraq daxil olub vət. Zərərçəkmiş şəxs məxsus qızıl əşyalarını və telefonu ələ keçirmiş xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Cinayət işinin 1-ci cild 164-cü vərəqəsində olan Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı x3 23 yanvar 2020-ci il tarixli “Maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” qərarından görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus evin 1 ədəd açarı və iplə həmin açara bağlanmış şəkildə olan kürə formalı taxtadan hazırlanmış brelok Təqsirləndirilən şəxs2 götürülmüşdür. Cinayət işinin 1-ci cild 166-cı vərəqəsində olan 23 yanvar 2020-ci il tarixli “könüllü təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq 1 ədəd açar və iplə həmin açara bağlanmış şəkildə olan kürə formalı taxtadan hazırlanmış breloku istintaqa təqdim etmişdir. Cinayət işinin 1-ci cild 175-179-cu vərəqələrdə olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 yanvar 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs evindən götürdükləri “Samsung A10” markalı telefonu, həmçinin Zərərçəkmiş şəxs üzərindən götürdükləri 1 cüt qızıl sırğanı satdığı yeri əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı “Samsung” markalı mobil telefon vasitəsilə fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 243-245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 yanvar 2020-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaq üçün təqdim olunmuş şəxsləri nəzərdən keçirib, həmin şəxslər arasından Təqsirləndirilən şəxs1 göstərərək tanıdığını bildirərək, 13.01.2020-ci il tarixdə onun mənzilinə daxil olub quldurluq edən şəxsin o, olduğunu bildirmişdir. Şəxsin tanınması istintaq hərəkəti keçirilən zaman “Samsung” markalı mobil telefonla fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 256-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 yanvar 2020-ci il tarixli, “Könüllü təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus üzərində yazılar olan 1 ədəd şəxsiyyət vəsiqəsinin surəti və 1 ədəd üzərində “şəxsi istəyimlə satıram”, “Samsung A10” və 359624/10/281431 və 359625/10/281431/7 İMEİ kodlar yazılmış vət. Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin surəti və 359624/10/281431 və 359625/10/281431/7 İMEİ kodlu “Samsung A10” markalı mobil telefon vət. Şahid4 tərəfindən istintaqa təqdim edilmişdir. Cinayət işinin 2-ci cild 81-82-ci vərəqələrində olan 25 yanvar 2020-ci il tarixli könüllü təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənəd kserosurətindən görünür ki, çəkisi 5,42 qram, əyarı 583, qiyməti 245 manat olan qızıl sırğanın vət. Təqsirləndirilən şəxs2 tərəfindən satıldığının təsdiqi olan alqı-satqı sənədinin surəti vət. Şahid3 tərəfindən istintaqa təqdim edilmişdir. Cinayət işinin 2-ci cild 85-ci vərəqəsində olan “xxxxxxxxxxxxxxxx” MMC-nin 24 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına hal-hazırda “xxxxxxxxxxxxxxxx” MMC-də hər hansı nömrə qeydiyyatda deyildir. Cinayət işinin 2-ci cild 94-cü vərəqəsində olan “xxxxxxx” MMC-dən daxil olmuş 30 yanvar 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 adına “xxxxxxx” şəbəkəsində hər hansı aktiv nömrə qeydə alınmamışdır. Cinayət işinin 2-ci cild 91-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 31 yanvar 2020-ci il tarixli, 011-1145-1220 saylı məktubdan görünür ki, 13.01.2020-ci il tarixdə ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs qarşı törədilmiş quldurluq faktı ilə əlaqədar götürülmüş 01 ədəd corab, 01 ədəd pərdə saxlayan parça və tük nümunələri və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş bioloji nümunələrlə müqayisəli molekulyar-genetik tədqiqat aparılmış və müəyyən edilmişdir ki, hadisə yerindən götürülmüş tük nümunəsi x5 məxsusdur. Cinayət işinin 2ci cild 110-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x7 x14 18 fevral 2020-ci il tarixli, 70 №-li ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət- bel nahiyəsinin qançırı küt əşyanın təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 13.01.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur -Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissə\sində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və.s) təsiri nəticəsində əmələ gələ bilməsi mümkündür. Cinayət işinin 2-ci cild 114-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2020-ci il tarixli, 4490 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Samsung” markalı, “SM-A105F” model mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 150,00 manat; ekspertizaya təqdim edilməyən malların 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxmini- rəyin tədqiqi hissəsində göstərilmiş 1 cüt 583 əyar qızıl sırğanın qiyməti 325,20 AZN, +99***-***-**-** saylı GSM danışıq kartının məbləği 4 manat olmaqla, cəmi 329,20 manat müəyyən olunur. Cinayət işinin 2-ci cild 123-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış 26 fevral 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək baş vermiş hadisənin təfsilatını və mənzildən götürdükləri telefonu və qızıl sırğanı satdığı yerləri əyani olaraq göstərmişdir. Cinayət işinin 2-ci cild 134-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış 26 fevral 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək baş vermiş hadisənin təfsilatını əyani olaraq göstərmişdir. Cinayət işinin 2-ci cild 202-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, vətəndaş Şahid4 könüllü təqdim etdiyi 1 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon və digər 3 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefonlar Zərərçəkmiş şəxs təqdim edilmiş, sonuncu özünə məxsus “Samsung Galaxy A 10” markalı mobil telefonu İMEİ koduna baxaraq tanıdığını, **********14310 və **********14317 İMEİ kodlu mobil telefonun onun özünə məxsus olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 204-205-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 mart 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş açarlar arasından ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi mənzil 115-ə aid açarı tanımış və həmin açarın 13.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Məhkəmədə ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, həmin cinayəti Təqsirləndirilən şəxs1din təkidi altına törətmişdir. Digər Təqsirləndirilən şəxs1 isə özünü qismən təqsirli bilmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsi və şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlar üzrə cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə CM-nin 181.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixliqərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış hesab edilir. Qərarın 10-cu bəndində qeyd edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 66-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və x1 daxil olmuş 22 yanvar 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 208-210-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik x10 Hüquqi Şəxsinin 27 fevral 2020-ci il tarixli, 399 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı, intellektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Nümayişkaranəlik, eqosentrizm, diqqət mərkəzində olmağa can atmaq, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin əqli və psixi inkişafının xüsusiyyətlərinə, emosional vəziyyətinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinin 2-ci cild 191-193-cü vərəqələrində olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş kserosurtələrindən görünür ki, Təqsirləndirilən şəxs2 iki azyaşlı uşağı vardır: 27 avqust 2014-cü il təvəllüdlü x4 və 24 mart 2019-cu il təvəllüdlü x6. Məhkəmə Təqsirləndirilən şəxs2 iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Cinayət işinin 2-ci cild 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və x1 daxil olmuş tələbnamədən və cinayət işinin 2-ci cild 142-157-ci vərəqələrində olan Cəlilabad rayon məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 1(073)- 103/2016 saylı hökmündən görünür ki, Rzayev x2 Rayon Məhkəməsinin 28 oktyabr 2016cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 85.2-ci maddəsi ilə tətbiq edilməklə 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin 2-ci cild 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəlilabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 20 fevral 2020-ci il tarixli, 139/36-30 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 olan təyin olunmuş 500 (beş yüz) manat cərimə cəzasını tam olaraq müvafiq bank hesabına tam ödədiyindən o, 27 dekabr 2016-cı il tarixdə məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində -onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 211-213-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik x10 Hüquqi Şəxsinin 27 fevral 2020-ci il tarixli, 400 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamətə yönəlməsi). Eqosentrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin əqli və psixi inkişafının xüsusiyyətlərinə, emosional vəziyyətinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 23 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 225-ci vərəqəsində olan tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 2-ci cild 72-74-cü vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 4(006)-4/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 23 yanvar 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 23 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 194-cü vərəqəsində olan tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 2-ci cild 69-71-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 4(006)-3/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 23 yanvar 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 214-234-cü vərəqələrində olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı x3 18 aprel 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” qərarının 7-ci bəndindən görünür ki, istintaq zamanı vət. Şahid4 könüllü təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus “Samsung Galaxy A10” markalı, **********14310 və **********14317 İMEİ kodlu mobil telefon iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və zəruri istintaq hərəkətləri həyata keçirildikdən sonra Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cild 34-cü vərəqəsində olan 23 aprel 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus 1 ədəd “Samsung A10” markalı, **********14310 və **********14317 İMEİ kodlu mobil telefonu Nəsimi RPİ-nin inzibati binasında Nəsimi RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Nizami Omarovdan təhvil almışdır. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 01 ədəd pərdə saxlayan ip məhv edilməli, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd açar və açara bağlanmış kürə formalı taxtadan hazırlanmış brelok Zərərçəkmiş şəxs qaytarılmalıdır. -“Samsung Galaxy A10” markalı, **********14310 və **********14317 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması və üzərində yazılar olan Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinin və 1 cüt, 5,42 qram, 583 əyarlı qızıl sırğaların satılmasını təsdiq edən sənədin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar, həmçinin məhkum edilmiş şəxslərə məxsus əşyaların qiyməti olmadıqda məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixliqərarlarınınizah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. S.N.Əgərzadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.
3. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 01 ədəd pərdə saxlayan ip məhv edilsin, Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd açar və açara bağlanmış kürə formalı taxtadan hazırlanmış brelok Zərərçəkmiş şəxs qaytarılsın. “Samsung Galaxy A10” markalı, **********14310 və **********14317 İMEİ kodlu mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması və üzərində yazılar olan Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinin və 1 cüt, 5,42 qram, 583 əyarlı qızıl sırğaların satılmasını təsdiq edən sənədin surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın.
4. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.