Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-666/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında 16 avqust 1975-ci il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində üç nəfər azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşamış, 13 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 avqust 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı, məhkəməyədək icraat mərhələsində şəxsiyyəti dəqiqləşdirilməmiş “Nicat” adlı şəxslə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, naməlum vaxtda və şəraitdə “Nicat” adlı şəxsdən satışını həyata keçirib qazanc əldə etmək məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən külli miqdarda - 6010,136 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda - 685,249 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib həmin heroin narkotik vasitəsinin 5,136 qramını və həmin tiryək narkotik vasitəsinin 5,249 qramını üzərində, qalan hissəsini isə ünvan 3 ünvanının yaxınlığındakı torpaq sahəsinə daşıyaraq gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə tiryəki əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən 13 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 03:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq baş idarəyə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, təmiz çəkisi 5,136 qram olan heroin narkotik vasitəsi və təmiz çəkisi 5,249 qram olan tiryək narkotik vasitəsi əynində olan şalvarın sağ yan cibindən 2 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 08:00-da Təqsirləndirilən şəxs iştirakı və istiqamətləndirməsi əsasında ünvan 5 ünvanının yaxınlığındakı torpaq sahəsinə baxış keçirilən zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı həm ayrı ayrılıqda, həm də ümumilikldə külli miqdar təşkil edən təmiz çəkiləri 1015 qram, 1015 qram, 1005 qram, 1005 qram və 1965 qram olmaqla cəmi 6005 qram çəkidə heroin narkotik vasitəsi beş ədəd bağlamada və təmiz çəkisi 680 qram olmaqla külli miqdar təşkil edən tiryək narkotik vasitəsi bir ədəd bükümdə ümumilikdə isə bir ədəd polietilen torbanın içərisində aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, istintaqın ilk mərhələsində özünü təqsirli bilsə də, etirafedici ifadələr versə də bunları qəbul etmir, həmin ifadələri təsdiq etmir. Belə ki, o, təqsirli deyildir, sonrakı ifadələrini isə təsdiq edir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Şahid4 o, uşaq vaxtlarından bir məhəllədə böyümüş, dostluq münasibətləri olmuşdur. Fuadla ailəvi gediş-gəlişi olmasa da o, Fuadın həyat yoldaşını və uşaqlarını tanımış, Fuadın Digahda 2-3 bacısının yaşadığını bilmişdir. Fuadın 2 oğlu, bir qızı, onun isə 2 qızı, bir oğlum var, Fuadın uşaqları onun uşaqlarından böyükdür. Nə Fuad və nə də onun yoldaşı Lena işləməmiş, Fuadın Rusiyada obyektləri olmuş, oradan ona pul göndərilmişdir. O, Fuadın narkotik vasitələrdən istifadə etməsini və ya satmasını bilməmişdir. O, özü maşın ustası olmuş, arada qardaşına məxsus avtosalona getmiş, orada maşın alqı-satqısı ilə mədə məşğul olmuş və ailəsini bu yolla dolandırmışdır. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, o, və dostu Şahid4 2020-ci ilin avqust ayının 12-də, axşam 19-20 radələrində Bakı şəhərində “Neolitin dairəsi” adlanan ərazidə öz məhəllələrində billikdə olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Onları aparıb Xətai rayonu ərazisində şadlıq sarayının yanında bir-iki saat saxlanıldıqdan sonra onları BNMİyə aparmışlar. Aparan kimi onu döymüş, hansısa narkotik vasitələr ondan tələb olunmuşdur. Lakin o, hər hansı narkotik vasitədən xəbərinin olmadığını bildirmişdir. Bir müddət sonra Fuaddan narkotik vasitə aşkar olunduğu ona məlum olmuşdur. Lakin hansı narkotikdən və ya hansı miqdarda aşkar olunduğunu o, bilməmişdir. Buna görə Fuadın həyat yoldaşı Lenanı da ora gətirmişlər. Fuadın arvadına görə onun vicdanı yol verməmiş və Fuaddan çıxan narkotik vasitəni öz boynuna götürmüşdür. Həmçinin Fuad ona özünün başqa cinayətlərinin də olduğunu bildirmiş, ondan narkotiki boynuna götürməyi xahiş etmiş və hətta ona kömək edəcəklərini də demişdir. Lakin orada ona «sənlik bir şey yoxdur, çıxıb gedə bilərsən, lakin Fuadla onun arvadı tutulacaq” sözləri deyilmişdir. Lakin o, həmin vaxt Fuadın arvadını da orada görmüş və qadının tutulacağına qeyrəti yol verməmiş və hadisəni öz boynuna götürmək istədiyini rəisə demişdir. Əvvəl razı olmasalar da, Fuadgillə görüşüb danışdıqdan sonra onun narkotiki üstünə götürməsinə etiraz edilməmişdir. Ona görə də iş üzrə aşkar olunub götürülən narkotik vasitələr Fuadın deyil, onun üzərinə sənədləşdirilmişdir. O, narkotiki boynuna götürdüyü günün səhəri Fuadın yoldaşı, sonra isə Fuad özü buraxılmışdır. Onu tutanlar və döyənlər arasında əməliyyatçı Şahid1, hansı vəzifədə işlədiyini bilmədiyi Şahid7 adlı şəxsləri yadında saxlaya bilmişdir. Ümid özünü ona polis əməkdaşı kimi təqdim etmiş, hətta hadisə yerində onun qollarına qandalı Ümid özü vurmuşdur. Lakin sonradan Ümidin polis olmadığını, sadəcə polislərə işlədiyini eşitmişdir. Bildiyinə görə Ümid onun qardaşı ilə də görüşmüş və hətta ona (Təqsirləndirilən şəxs) kömək etməsi üçün Şahid1 adından qardaşından pul da istəmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, usta kimi tanıdığı Elşad adlı ümumi tanışları ondan və Fuaddan onun oğurlanmış narkotikini tapmaqda kömək etməyi xahiş etmişdir. Elşadın deməsinə görə həmin narkotik 10 kiloqramdan çox heroin olmuşdur. O, isə Elşadın həmin təklifini qəbul etməmiş, polis olmadığını demişdir. Bundan sonra onun bu məsələ ilə bağlı Elşad və ya Fuadla əlaqəsi olmamışdır. O, əvvəllər Digah qəsəbəsini tanımamışdır. Lakin hadisə ilə bağlı polislər iki dəfə onu Digaha aparmışlar. O, üzərinə sənədləşdirilən narkotik vasitələrin konkret olaraq haradan götürüldüyünü bilməmişdir. Onlar saxlanılarkən nə Fuadın və nə də onun üzərindən narkotik aşkar edilməmişdir. Amma eşitdiyinə görə həmin narkotik vasitələr Digahda Fuadın bacısıgilin evində olmuş, Fuad özü narkotikin yerini demiş və narkotik oradan götürülmüşdür. Digahdan narkotikləri götürüb İdarəyə gətirdikdən sonra polislər onu da Digaha aparmış, orada narkotiklər sumkada yolun kənarına kolların arasına qoyulmuş və videoçəkilişlə o, həmin narkotiki oradan götürüb təqdim etmişdir. Digahda narkotikin götürülməsi əvvəlcədən senari kimi hazırlanmış, narkotiki kolluqdan götürməsi üçün ona təzyiqlər edilmiş və təzyiq altında həmin narkotik olan sumkanı kolluqdan götürmək məcburiyyətində qalmışdır. Lakin 1 həftə sonra o, Bakı İstintaq Təcridxanasında olarkən peşiman olmuş, fikrindən dönmüş və elə ilk dəfə müstəntiq onun yanına gəldikdə o, ifadəsini dəyişmişdir. Sonradan ifadə verib həqiqəti danışsa da, nə Fuad və nə də onun yoldaşı Lena onun dediklərini təsdiq etməmişlər. İstintaq zamanı onların arasında üzləşmə keçirilmiş, lakin onların hər ikisi narkotikin onlara məxsus olduğunu etiraf etməmiş, xəbərsiz olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, narkotik vasitələrin istifadəsi və ya satışı ilə məşğul olmamış, heç kimdən hər hansı növdə narkotik vasitə almamışdır. O, Nicat adlı şəxsi tanımamış, hətta BNMİ-də ifadə verərkən Nicatı tanımadığını bildirmişdir. Hətta Nicat adlı şəxslə o, üzləşdirilmiş və onların hər ikisi bir-birini tanımadıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və tiryək narkotik vasitələrini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, həmçinin külli miqdarda istintaq yolu ilə müəyyən edilmiş yerdə saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu və biri digərinə ziddiyyətli olan, həm etirafedici və həm də inkaredici ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan 13 avqust və 14 avqust 2020-ci il tarixli ifadələrində ona elan olunmuş ittihamla özünü təqsirli hesab edərək göstərmişdir ki, tutulmazdan 2 ayd əvvəl Nicat adlı şəxslə tanış olmuş, aralarında normal münasibətlər yaranmışdır. Bir müddət münasibətdə olduqdan sonra, tutulmazdan təxminən 20 gün əvvəl Nicat ona özündə narkotik vasitə olduğunu, həmin narkotik vasitələri deyəcəyi yerdən götürüb, deyəcəyi adama verdikdən sonra özünün qazanacağı pulun bir hissəsini ona verəcəyini demişdir. Karantin müddətində işləmədiyi üçün maddi vəziyyəti pis olduğundan məcbur qalıb onunla razılaşmışdır. Lakin Nicat ona nə qədər pulu verəcəyi barədə heç nə deməmiş, o özü də ondan bu barədə soruşmamışdır. Bir gün sonra Nicat ona zəng edərək onun Abşeron rayonunun Müşfiqabad qəsəbəsinə gəlməsini istədiyindən o, Nicatın dediyi yerə getmiş və ətrafda heç kimin olmadığı yerdə Nicatla görüşmüşdür. O, Nicatla görüşən zaman Nicat ona bir ədəd bağlama verərək onu deyəcəyi adama çatdırmağı və ya deyəcəyi vaxt harasa qoymağı istəmişdir. O, Nicatla razılaşmış və bir ədəd həmin bağlamanı ondan götürmüşdür. Bağlamanı götürdükdən sonra bacısı həmin ərazidə yaşayan tanışı Fuada zəng etmiş, Fuad ona Abşeron rayonunun Digah qəsəbəsinə gəlməyini istəmişdir. O, və dövlət qeydiyyat nömrəsini və markasını dəqiq bilmədiyi taksi ilə onun dediyi yerə gedib görüşmüşdür. O, Fuaddan həmin bağlamadakı kütlələri saxlamasını istəmiş, lakin Fuad onun içərisində narkotik vasitə olduğuna görə tutulmaqdan qorxduğunu demiş və onu saxlaya bilməyəcəyini bildirmişdir. Lakin Fuad bacısının yaşadığı ərazinin kənarlarının boş ərazi olduğunu və orada gizlədə biləcəyini demişdir. Fuadın sözündən sonra o, narkotik vasitələr olan paketi tək aparıb kolluq ərazidə gizlətmiş və yerini heç kimə deməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, 13 avqust 2020-ci il tarixdə, saat 03 radələrində Fuadla birlikdə ünvan 4 ünvanının qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, o, özünü təqdim etdikdən sonra Fuadda özünü təqdim etmişdir. Həmin vaxt mülki geyimli həmin şəxslər də özlərini təqdim edib BNMİ-nin əməkdaları olduqlarını demiş, onların narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə məlumat əldə etdiklərini deyərək onları BNMİ-nə dəvət etmişlər. İfşa olunduğunu bilib buna etiraz etməmiş və birlikdə BNMİ-nə getmişlər. Orada təhqiqatçı tərəfindən onun və Fuadın hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhər Mərkəz vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı təqdim edilmişdir. O və Fuad siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil Kərim Bağırovu və Ramiz Mirzəyevi dəvət etmiş, vəkillər gəldikdən sonra təhqiqatçı hər ikisinə vəkilə etirazlarının olub-olmadığını soruşmuş, onlar etirazlarının olmadığını bildirmişlər. Daha sonra hüquq və vəzifələri izah olunaraq üzərlərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Hər ikisi buna etiraz etmədən razılaşmış, daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməyini xahiş etmişdir. O, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümü çıxararaq təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı 3 manat pul və 2 ədəd “Samsung” markalı mobil telefonu aşkar edilmişdir. Daha sonra Fuadın üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən pul aşkar edilmiş, başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş bükümlər çəkilmiş və hər birinin ayrı-ayrılıqda 6 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin bükümlər qablaşdırılaraq götürülmüş, pullar özlərinə qaytarılsa da, telefonlar götürülmüşdür. Sorğu zamanı üzərindən aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu demiş, həmçinin təxminən 6-7 kq narkotik maddəni Abşeron rayonunun, Müşfiqabad qəsəbəsində saxladığını, həmin narkotik vasitələri saxlaması üçün Fuada vermək istədiyini, bunun əvəzində Fuada pul verəcəyini desə də, Fuadın bununla razılaşmadığını, bundan sonra həmin kütlələri gizlətdiyini bildirmiş və həmin yeri göstərə biləcəyini demişdir. Bundan sonra həmin hissədə Fuadda şifahi formada izahat vermiş və onun dediklərini təsdiq etmişdir. Daha sonra həmin narkotik vasitələrin yerini deyə biləcəyini bildirmiş, bundan sonra videoçəkiliş dayandırılmışdır. Daha sonra şəxsi axtarışda iştirak edən hər bir şəxslə birlikdə narkotik vaisitələri saxladığı yerə getmiş və narkotik vasitələrin yerini polis əməkdaşlarına izah etmişdir. Maşından düşüb narkotik vasitələrin yerini polis əməkdşalarına göstərə biləcəyini demiş, bu zaman videoçəkiliş başlanmış və narkotik vasitələri saxladığı yeri əyani surətdə göstərmişdir. Baxış zamanı kolların arasından bir ədəd bağlamanı təqdim etmiş, bağlamanın içərisi açılanda orada 6 ədəd bağlama aşkar edilmiş, bütün bağlamalar orada 2 hissədə çəkilmiş və həmin bağlamalar qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı həmin bükümlərin orada olmasından Fuadın məlumatının olmadığını demiş, Fuad da onun dediklərini təsdiq etmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış və birlikdə BNMİ-nə gəlmişlər. Orada müvafiq sənədləşmələr aparılmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi 14 avqust 2020-ci il tarixli ifadəsi videçəkilişdən istifadə olunmaqla alınmışdır. Tədqiq olunan DVD formatlı diskdəki videogörüntülərlə müəyyən edildi ki, dindirmə prosessual tələblərə uyğun aparılmış, qanun pozuntusuna yol verilməmişdir (iş vərəqə: cild İ, səh. 89-92, 117-121, 122). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi 03 sentyabr 2020-ci il tarixli ifadəsində özünü təqsirli bilməmiş və göstərmişdir ki, o, 2020-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan X5 ilə danışan zaman həmin şəxs özündə olan İran İslam Respublikası vətəndaşının ona satmaq məqsədi ilə verdiyi külli miqdarda narkotik vasitələrin ona məxsus olan evdən oğurlandığını deyərək həmin şəxslərin tapılmasında köməklik etməyini ondan və dostu Fuaddan xahiş etmişdir. O, və Fuad həmin şəxslərin kimliyi ilə maraqlanan zaman onlar həmin şəxslərin X3 və X7 adlı şəxslərin olmalarını müəyyən etmişlər. Fuadla birlikdə həmin şəxsləri axtarmış və ilkin olaraq Nicat Tağıyevi tapmışlar. Nicatı qısa müddət ərzində tanımış və onunla danışan zaman onun vasitəsi ilə Mahir Məhərrəmovu tapmaq üçün Nicatla Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər metrostansiyası” adlanan yerdə görüşmüş və onunla birlikdə Mahirin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki evlərinə getmişlər. Həmin vaxt yanında dostu Şahid4 da olmuşdur. Onlar Mahirin yaşadığı evin qarşısında sonuncu ilə görüşmüş və söhbət zamanı onlarda olan narkotik vasitələri vermələrini tələb etmişlər. Söhbət əsnasında Mahir onun dediklərini təsdiq edərək Elşad adlı şəxsdən narkotik vasitələri oğurladığını etiraf edərək həmin narkotik vasitənin bir hissəsini verə biləcəyini demiş və onların bir müddət gözləmələrini xahiş etmişdir. Fuadla o, birlikdə bir müddət orada gözləmiş, az bir müddət sonra Mahir onları yanlarına gələrək bir ədəd paketi Fuada vermişdir. Mahir Fuada verdiyi paketin içərisində 2 kq narkotik vasitə olduğunu bildirmiş, narkotik vasitənin qalan hissəsini bir müddətdən sonra verəcəyini demişdir. Bundan sonra Fuad Mahirin ona verdiyi narkotik vasitələri özü ilə aparmış, lakin həmin narkotik vasitələri harada saxladığını o, dəqiq bilməmişdir. Bu hadisədən bir neçə gün sonra o, Mahirlə telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsa da, onu tapa bilməmişdir. Bundan sonra o, Elşada zəng etmiş, sonuncu ona yas mərasimində olduğunu demiş və qısa müddət ərizində onu sevindirəcəyini bildirmişdir. Həmin gün o da yas mərasinə getmiş və yasdan çıxan zaman Elşada zəng etmiş, lakin Elsad onun zənginə cavab verməmişdir. 13 avqust 2020-ci il tarixdə Fuadla birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Neapol dairəsi”nin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, o, heç vaxt narkotik vasitə satmamış, satmaq fikri olmamışdır. Onun məqsədi Elşadın oğurlanmış narkotik vasitələrini alıb Elşada qaytarmaq olmuşdur. BNMİ-də ona qarşı fiziki təsirlər göstərilməsə də, psixi təsirlər göstərilmiş, lakin BMCMİ-də ona qarşı fiziki və ya psixi təsirlər olmamışdır (iş vərəqə: cild İ, səh. 156-159). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BNMİ-inin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 12 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində külli miqdarda narkotik vasitə heroini və tiryəki satış məqsədilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onlar tərəfindən rəsmiləşdirilmiş və əməliyyat tədbirinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o özü və əməliyyat müvəkkili Şahid3 daxil olmuşdur. Qrup üzvləri rəhbərlik tərəfindən təlimatlandırılmış, fəaliyyət istiqaməti müzakirə edilmişdir. 13 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə qeyd olunan ünvana getmişlər. Qeyd olunan ünvana çatan zaman saat 03:00-da özlərini şübhəli aparan, xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin və həmin şəxsin yanında daha bir nəfər kişi cinsindən olan şəxsin olması müşahidə edilmişdir. Onlar həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onun yanında olan digər şəxs isə özünü Şahid4 kimi təqdim etmişdir. Bundan sonra hər iki şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması onun yanında olan naməlum şəxs barədə də şübhə yaratmış və hər iki şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etmələri və qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil əldə etmələrini bildirib onlarla birlikdə BNMİ-nə getmələrini xahiş etmişlər. Təqsirləndirilən şəxs və Şahid4 etiraz etməyib onlarla birlikdə BNMİ-nin inzibati binasına getmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs və Şahid4 Təhqiqat Qrupunun təhqiqatçısı Nəcəf Aburşunun xidməti iş otağına aparmış, orada təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib, hüquqlarının müdafiəsi məqsədilə özlərinə vəkil seçmələrindən ötrü Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkillərinin adları olan siyahını onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə olunmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra vəkil Kərim Bağırov dəvət edilmişdir. Eyni tələblər Şahid4 da izah edilmiş və sonuncu hüquqlarının müdafiəsi üçün Bakı şəhər Mərkəz Vəkil Bürosunun siyahı üzrə istənilən vəkilin təqdim olunmasına etiraz etməmişdir. Bundan sonra Mərkəz Vəkil Bürosunun vəkili X13 İbrahimov üçün vəkil olaraq dəvət edilmişdir. Vəkillərdən ilkin olaraq Kərim Bağırov gəlmiş, Təqsirləndirilən şəxs təqdim olunmuş, vəkilə etiraz olmamış və bundan sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilib üzərində video çəkilişlə şəxsi axtarış aparılacağı ona bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etiraz daxil olmamışdır. Eyni hüquqi prosedurlar vəkil Ramiz Mirzəyevin iştirakı ilə Şahid4 barəsində də aparılmış, Şahid4 da vəkilə və videoçəkilişə, üzərində şəxsi axtarış apavrılmasına heç bir etiraz edilməmişdir. Bundan sonra sonra təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən pul və iki ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Şahid4 üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə, sonuncu üzərində qanunsuz əşya olmadığını bildirmişdir. Şəxsi axtarış nəticəsində Şahid4 üzərindən qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Lakin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə heroin və tiryək olduğunu bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Həmçinin zərurət olduğundan ona məxsus iki ədəd mobil telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. Şahid1 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq götürüldükdən sonra Elçin Nicat adlı şəxsdən təxminən 6-7 kq narkotik vasitələr aldığını, Nicatın deyəcəyi ünvana çatdırıb əvəzində ondan pul alacağını bildirmiş, həmin kütlələri tanışı Şahid4 yaşadığı evin yaxınlığına aparıb orada gizlətdiyini və həmin narkotik vasitələri onlara təqdim edə biləcəyini demişdir. Həmin vaxt Şahid4 da onun Elçinin dediklərini təsdiq etmişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, baxış və götürmə barədə protokol tərtib edilməklə ucadan oxunmuş və protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələri gizlətməsi ilə əlaqədar qeyd etdiyi məsələnin yoxlanılması ilə əlaqədar onun dediyi yerə baxış keçirilməsinə zərurət yarandığından Təqsirləndirilən şəxs özü də daxil olmaqla şəxsi axtarışda iştirak etmiş şəxslər birlikdə onun dediyi yerə getmək məqsədilə yola düşmüşlər. Avtomobildə olan zaman Təqsirləndirilən şəxs yolu izah etmiş və birlikdə onun dediyi istiqamətdə getməyə başlamışlar. Abşeron rayonunun Digah qəsəbəsində konkret bir yerdə Təqsirləndirilən şəxs maşını saxlamalarını xahiş etmişdir. Maşının saxlanıldığı yerdə hamı maşından düşmüş və həmin yerdə Təqsirləndirilən şəxs kolların arasından bir ədəd sarı rəngli sellofan torbanı çıxarıb onlara təqdim etmişdir. Elə oradaca həmin torbanın içərisinə baxış keçirilmiş və baxış zamanı torbanın içərisində 5 ədəd şəffaf sellofan bükümlərdə heroin narkotik vasitəsinə, 1 ədəd şəffaf sellofan bükümdə isə tiryək narkotik vasitəsinə oxşar kütlələr olduğu müəyyən edilmişdir. Həmin bükümlər aşkar edilmiş torbada qablaşdırılıb götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman dediklərini bir daha təsdiq etmiş və bundan sonra müvafiq sənədləşmə işləri aparılması məqsədilə birlikdə BNMİ-nin inzibati binasına qayıtmışlar. Abşeron rayonunun Digah qəsəbəsində edilmiş bütün hərəkətlər videoçəkilişlə aparılmışdır. BNMİ-nin inzibati binasına təhqiqatçı baxışla bağlı müvafiq sənədləşmə işləri aparmış və bu barədə protokol tərtib edilib etmişdir. Protokol ucadan oxunmuş, doğru yazıldığına görə hər bir iştirakçı tərəfindən həmin protokol imzlarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs və Şahid4 heç bir etirazı daxil olmamış, onlara qarşı hər hansı formada psixi və ya fiziki təsir, həmçinin zorakı hərəkətlər edilməmişdir. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs götürülmüş narkotiklərə Şahid4 aidiyyatının olmaması müəyyən olunduğundan Fuad buraxılmışdır. X10 özünün təklifi ilə getmişlər. Elçinin Digah qəsəbəsi ilə nə əlaqələrinin olmasını o, bilməmişdir. Hadisə fonunda o, Fuadın Digahda yaşadığını öyrənmişdir. Lakin Elçinin narkotiki Fuadın evinin yaxınlığında nə üçün gizlətməsinin səbəblərini o, bilməmişdir. Fuad isə belə bir narkotikin Digah qəsəbəsində onun evinin yaxınlığında gizlədilməsindən xəbərsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istər ilk dəfə və istərsə də Digahdan qayıtdıqdan sonra Baş İdarədə olarkən o, Fuadın həyat yoldaşının ora gəldiyini görməmişdir. Narkotik vasitənin Fuaddan götürülməsi, lakin həmin narkotik vasitəyə görə Təqsirləndirilən şəxs məsuliyyəti öz üzərinə götürməsi barədə ona heç nə məlum deyildir. Faktiki narkotik vasitələrin bir hissəsi Təqsirləndirilən şəxs üzərindən götürülmüş, böyük hissəsi isə sonuncunun özü tərəfindən təqdim olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və ya təsir göstərilməmişdir. Onun xidmət etdiyi İdarədə Şahid7 adlı nə polis və nə də mülki şəxs işləməmişdir. Şahid7 adlı şəxs nə Təqsirləndirilən şəxs və nə də qeyrisi barədə keçirilmiş əməliyyat tədbirində iştirak etməmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı 12 avqust 2020-ci il tarixdə daxil olmuş və həmin əməliyyat məlumatı ilə əlaqədar Xətai rayonunun Şıxlinski küçəsində, “Neapol dairəsi” adlanan ərazidə bir neçə dəfə olmuş, əməliyyat özü isə 13 avqust 2020-ci il tarixdə başa çatmışdır. Onun istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuş, həmin telefondan hər gün demək olar ki, saysız-hesabsız qədər istifadə etmişdir. Onun xidməti ərazisi bütün Azərbaycan Respublikasının ərazisinə aid olduğundan ölkənin istənilən ərazisində zərurət yarandığı təqdirdə keçiriləcək əməliyyat tədbirində iştirak edə bilər. Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq olunan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmədə dindirmə protokolundan görünür ki, qeyd olunan şəxslər arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid1 sərbəst ifadəsində ifadəsində qeyd etdiyi və məhkəmə baxışı zamanı dindirilərkən bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir (iş vərəqə: cild İ, səh. 218- 222). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində dindlirilmiş Şahid1 ilə oxşar məzmunda ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq olunan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşmədə dindirmə protokolundan görünür ki, qeyd olunan şəxslər arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid2 sərbəst ifadəsində ifadəsində qeyd etdiyi və məhkəmə baxışı zamanı dindirilərkən bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir (iş vərəqə: cild İ, səh. 206-209). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq olunan Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşmədə dindirmə protokolundan görünür ki, qeyd olunan şəxslər arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid3 sərbəst ifadəsində ifadəsində qeyd etdiyi və məhkəmə baxışı zamanı dindirilərkən bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir (iş vərəqə: cild İ, səh. 210-214). İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxslə dostluq münasibətində olmuş, ailəvi yaxın olmuşlar. Həm Elçin, hə də o, ailələri ilə birlikdə Əhmədlidə yaşamışlar. 2020-ci ilin avqust ayının 12də bacısı Kəmalə Hümbətovanın yaşadığı Abşeron rayonu, Digah qəsəbəsinə sonuncunun uşağının ad gününə getmişdir. Bacısı gildə olan zaman dostu Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Digahda bacımgildə olduğunu demiş və elə həmin gün bir müddət sonra Elçin Digaha gəlmiş, bacısının yaşadığı evin yaxınlığında Elçinlə görüşmüşlər. Görüş zamanı Elçin özündə olan bir ədəd bağlamanı ona göstərərək onun içərisində narkotik vasitə olduğunu, həmin paketi bacısının yaşadığı evdə gizlətməsini xahiş etmiş və hətta buna görə ona pul verəcəyini demişdir. O, bunun təhlükəli bir iş olduğunu bildirmiş, bacısının, onun özünün tutula biləcəyini demiş və Elçinin təklifini rədd etmişdir. Lakin Elçin narkotiki gizlədə bilməsi üçün variant istədikdə o, əli ilə ətrafı Elçinə göstərib boşluq ərazilər olduğunu və istərsə əgər həmin ərazilərdə gizlədə biləcəyini bildirmiş, onunçün maraqsız olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmiş və ona başqa heç nə deməmişdir. Elçinin gətirdiyi bağlamadakı əşyanın həqiqətən narkotik vasitə olub-olmamasını bilməmiş, həmin bağlamanı sonra nə etməsindən məlumatı olmamışdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, 13 avqust 2020-ci il tarixdə, gecə saat 02- 03 radələrində Digahdan gəlib Əhmədliyə evlərinə qayıtmış və tam təsadüfən Elçinlə rastlaşmışdır. Elçinlə birlikdə ünvan 4 ünvanının qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq kim olduqlarını soruşmuş, hər ikisi özlərini təqdim edib özləri barədə qısa məlumat vermişlər. Onlara müraciət edən həmin şəxslər də özlərini təqdim edib BNMİ-nin əməkdaları olduqlarını demiş və onları BNMİ-ə dəvət etmişlər. Nə Elçin və nə də o, etiraz etməmiş və birlikdə BNMİ-nə getmişlər. BNMİ-yə çatdıqda onları xidməti iş otaqlarından birinə aparmış, orada təhqiqatçı tərəfindən onun və Elçinin hüquqlarının müdafiə olunması məqsədi ilə Bakı şəhər Mərkəz vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı onlara təqdim edilmişdir. Onların hər ikisi siyahıda olan istənilən vəkilin iştirakına etiraz etməmişlər. Bundan sonra təhqiqatçı vəkil Kərim Bağırovu və Ramiz Mirzəyevi dəvət etmiş, onların həmin vəkillərə etirazları olmamışdır. Daha sonra onlara hüquq və vəzifələri izah olunmuş və üzərilərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılacağı bildirilmişdir. Hər ikisi buna etiraz etmədən razılaşmışdır. Bundan sonra təhqiqatçı tərəfindən ilkin olaraq Elçinin üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Elçinə üzərində olan əşyaları təqdim etməsini istəmişdir. Elçin əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümü çıxararaq təqdim etmiş, narkortik vasitələr olduğunu, özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış nəticəsində məbləğini xatırlamadığı pul və təxmini yadında saxladığı 2 ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Sonra isə onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən puldan başqa hər hansı əşya aşkar edilməmişdir. Elçinin üzərindən aşkar edilmiş bükümlərdəki maddələr çəkilmiş və qablaşdırlaraq götürülmüşdür. Pullar onların özlərinə qaytarılsa da, telefonlar götürülmüşdür. Elçin üzərindən aşkar edilmiş maddələrin özünə məxsus olduğunu demiş və hətta təxminən 6-7 kq narkotik maddəni Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində saxladığını, həmin narkotik vasitələri saxlaması üçün Şahid4, yəni ona vermək istədiyini, bunun əvəzində ona pul verməyi nəzərdə tutuduğunu, lakin Şahid4, yəni onun razılaşmadığını etiraf etmiş, həmçinin narkotik vasitələri gizlədib saxladığı yeri göstərə biləcəyini demişdir. Bundan sonra videoçəkiliş dayandırılmış, şəxsi axtarışda iştirak edən bütün iştirakçılar, o, və Elçinin narkotik vaisitələri saxladığı yerə getmişlər. Elçin əvvəlcə narkotik vasitəni Abşeron rayonunun Mehdiabad qəsəbəsində gizlətdiyini bildirsə də, BNMİ-dən çıxdıqdan sonra onları Abşeron rayonunun Digah qəsəbəsinə aparmış, gizlətdiyi narkotik vasitələrin yerini polis əməkdaşlarına izah etmişdir. Elçinin narkotik vasitəni gizlətməsini göstərdiyi yer Mehdiabad qəsəbəsi ilə Digah qəsəbəsinin sərhədi olmuşdur. Elçin maşından düşüb narkotik vasitələrin yerini polis əməkdaşlarına göstərə biləcəyini demiş və həmin yerdən videoçəkiliş başlanmışdır. Elçin narkotik vasitələri saxladığı yeri əyani surətdə göstərmiş və kolların arasından bir ədəd bağlamanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bağlamanın içərisi açılıb baxılmış, orada 6 ədəd ayrı-ayrı bağlamalar olduğu müəyyən edilmişdir. Aşkar edilmiş bütün bağlamalar qablaşdırılaraq götürülmüşdür. Videoçəkiliş dayandırılmış və hamı birlikdə BNMİ-nə qayıtmış və müvafiq sənədləşmələr aparılmışdır. Şahid4 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu 03 sentyabr 2020-ci il tarixli, həmçinin məhkəmədə verdiyi ifadəsində göstərdikləri həqiqətə uyğun deyildir. Elçin kiminsə narkotik vasitəsini axtarmaq məqsədilə onunla heç yerə getməmiş, o, Mahir, Elşad və Nicat adlı şəxsləri tanımamış, sonuncular hər hansı məqsədlə ona narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya verməmişlər. BNMİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman onlar birbaşa BNMİ-yə təhqiqatçının xidməti otağına aparılmış, orada vəkillərin iştirakı və videoçəkilişlə hər ikisinin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman Elçin özünün üzərində olan iki cür narkotik vasitələri təqdim etmişdir. Elçinə onun yanında polis əməkdaşları tərəfindən psixi və ya fiziki təsirlər göstərilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bütün əməlini səmimi olaraq etiraf etmiş, hətta Digah qəsəbəsində gizlətdiyi narkotik vasitələri Elçin özü təqdim etmişdir. Onlar polislərlə Digaha yalnız bir dəfə getmiş və həmin vaxt Elçin narkotik vasitələri polislərə təqdim etmişdir. Onun saxlanılması ilə əlaqədar onun həyat yoldaşı Şahid6 Yuryevna polisə aparılmamış, Elçin onun xahişinə və ya onun həyat yoldaşına görə narkotik vasitələri boynuna götürməmiş, onların arasında belə bir söhbət olmamışdır. Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq olunan Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşmədə dindirmə protokolundan görünür ki, qeyd olunan şəxslər arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid4 sərbəst ifadəsində ifadəsində qeyd etdiyi və məhkəmə baxışı zamanı dindirilərkən bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir (iş vərəqə: cild İ, səh. 103- 104, 215-217). Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 2001-ci ildə Şahid4 ilə ailə həyatı qurmuş, təxminən 20 ildir Azərbaycan Respublikasında yaşayır, birgə nigahdan 3 övladları vardır. Qeydiyyatda olduqları və yaşadıqları ünvan Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi, ev 30, mənzil 34 olmuşdur. Təqsirləndirilən şəxs həyat yoldaşı Fuadın dostu kimi tanımış, onu bir neçə dəfə görmüş, aralarında şəxsi ədavət və ya düşmənçilik olmamışdır. 13 avqust 2020-ci il tarixdə yaşadıqları evdə olan zaman həyat yoldaşı Şahid4 narkotik vasitələrin qanunsuz döyriyyəsi ilə məşğul olduğuna görə DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən saxlaıldığını Fuadın hazırda xatırlamadığı qohumlarının birinin zəng etməsindən öyrənmişdir. Fuad barəsində maraqlanan zaman onun BNMİ-də saxlanıldığını bilmiş və çox gec, yəni gecəyarı olduğundan səhəri gün BNMİ-yə getmək qərarına gəlmişdir. 13 avqust 2020-ci il tarixdə səhər saatlarında BNMİ-nə getmiş və orada həyat yoldaşı Şahid4 barəsində toplanmış materiallar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra: BMCMİ) göndərildiyini öyrənmişdir. Bundan sonra BMCMİ-yə getməmiş və həqiqətən də Fuadın orada olduğunu öyrənmişdir. Lakin Fuadın narkotiklə tutulmasını və yaxud ondan narkotik götürülməsini o, bilməmişdir. Fuad tutulandan iki gün sonra, 14 avqust 2020-ci il tarixdə buraxılmışdır. Şahid6 ifadəsinin davamında göstərdi ki, həyat yoldaşı Şahid4 polis əməkdaşları tərəfindən tutulan gün o, övladları ilə birlikdə yaşadığı evdə olmuş, Fuad isə Digah qəsəbəsində yaşayan bacısının oğlunun ad gününə getmişdir. Axşam ona zəng etmiş, atasının vəziyyətinin yaxşı olmadığını demiş və evə tez gəlməsini tapşırmışdır. Fuad isə tez gələcəyinə söz versə də gəlməmiş, gecəyarı isə tutulması xəbərini almışdır. O, 12 avqust 2020-ci il tarixdə axşam Digah qəsəbəsində olmamış, həmin gün axşam BNMİ-yə aparılmamışdır. Həyat yoldaşı Şahid4 tutulduğu 13 avqust 2020-ci il tarixdə gecə saatlarında o, BNMİ-yə aparılmamış, narkotiklə bağlı saxlanılmamış, həmin gün BNMİ-də Təqsirləndirilən şəxslə və ya həyat yoldaşı Şahid4la rastlaşmamış, onlarla görüşməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə götürülməsi ilə bağlı ona heç nə məlum deyildir. Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq olunan Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşmədə dindirmə protokolundan görünür ki, qeyd olunan şəxslər arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid6 sərbəst ifadəsində ifadəsində qeyd etdiyi və məhkəmə baxışı zamanı dindirilərkən bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir (iş vərəqə: cild İİ, səh. 37-39). Məhkəmə baxışı zamanı tədqiq olunan istintaq hərəkəti protokolları ilə müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələrin qanunsuz dövriyysi ilə əlaqədar göstərdiyi xüsusatlarla bağlı X4, X7 dindirilmiş, həmin şəxslərlə Təqsirləndirilən şəxs arasında üzləşmələr keçirilmiş, lakin sonuncunun göstərdiyi xüsusatlar öz təstiqini tapmamışdır (iş vərəqə: cild İİ, səh. 26-28, 29-31, 32-33, 34-35). Məhkəmə baxışı zamanı iş üzrə müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Digah qəsəbəsinə tərəf hissəsində ailəsi ilə yaşamaqdadır. Qardaşı Şahid4 isə ailəsi ilə Bakıda Əhmədlidə yaşamış, ata-anaları yaşlı olduğundan Fuadın evində qaliışlar. 13 avqust 2020-ci il tarixdə oğlunun ad günü olmuş, 12 avqust tarixdə axşam qardaşı Şahid4 oğlu ilə gecə saat 24-də oğlunu təbrik etmələri üçün onlara gəlmişdir. Oğlunun ad gününə Fuadın yoldaşı gəlməmişdir. Gecə saat 12-dən sonra Fuada zəng gəlmiş, o, çıxıb getmiş, oğlu isə onlarda qalmışdır. Oğlunun tortu ad günündə gecə saat 12-dən sonra kəsilmişdir. Növbəti gün isə qardaşı Fuadın tutulduğunu eşidib polisə getmişdir. Amma Fuadın nəyə görə tutulduğunu öyrənə bilməmişdir. Onların evinə hər hansı polis gəlməmiş, onlardan kimisə polisə aparmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid olaraq dindirilən Təqsirləndirilən şəxs qardaşı Şahid9 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs Fuadla birlikdə BNMİ tərəfindən tutulduğunu Fuadın bacısı oğlu Namiq ona demiş, elə həmin gün səhər tezdən, hardasa 11 radələrində BNMİ-yə getmişdir. Şahid8 adlı tanışlarının deməsinə görə o da Elçingillə tutulmuş, lakin onu buraxmışlar. Talehin deməsinə görə onu Şahid7 adlı BNMİ-nin əməkdaşı buraxdırmışdır. Ümid adlı şəxsin BNMİ-nin qeri-qanuni işçisi olduğunu o, sonradan öyrənmişdir. O, Talehdən Şahid7 telefon nömrəsini alıb onun ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, sonuncu Elçinin buraxılması üçün 5000 dollar pul istəmişdir. O, yaradılan şərait nəticəsində Elçinlə əlaqə saxlamış, Elçinin razılığını aldıqdan sonra pul verilmədiyi təqdirdə qardaşının buraxılmayacağını fikirləşib Ümidlə çöldə görüşmüş və ona 5000 dollar pul vermişdir. Ümid pulu götürmüş və 2-3 saata Elçini buraxacaqlarını deyib getmimşdir. Demələrinə görə Fuadın bacısı uşaqları da dayılarının buraxılması üçün Ümidə 5000 dollar pul vermişdilər. Lakin o, axşamçağı BNMİ-yə getdikdə Elçinin orada olmadığını, istintaq üçün BMCMİ-yə verildiyini öyrənmişdir. Bundan sonra isə Elçin Bakı İstintaq Təcridxanasına (BİT) aparılmışdır. Bundan sonra o, BNMİ-yə getmiş və orada Səttar müəllimlə görüşmüş, sonuncu orada onu tanımadığı vəzifəli şəxslə görüşdürmüş, o, ona “pul vermişəm ki, qardaşımı tutub aparsınlar BİT-ə?” sualı ilə mürasiət etmişdir. Həmin şəxs ona qardaşının günahı olmadığını demiş, Fuadın yoldaşına görə narkotiki boynuna götürdüyünü bildirmişdir. O, pulunun qaytarılmasını tələb etmişdir. Bundan 3 gün sonra Səttar adını və idarə etdiyi maşının nömrəsini unutduğu sürücüsü ilə ona 2000 dollar pul göndərmiş, 3000 dolları sonra verəcəyini bildirmiş, lakin qaytarmamış və hətta sonradan telefon nömrəsini də dəyişmişdir. Qardaşının tutulması və pul məsələsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid olaraq dindirilən Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs qardaşı ilə qohumluq münasibətindədir, kirvədirlər. O, hadisə günü saat 20-21 radələrində bərbərxananın qarşısında olarkən Elçin ona zəng etmiş və yerini öyrənib, Fuad adlı dostu ilə sonuncunun bacısının yoldaşının maşını ilə onun yanına gəlmişlər. Təqribən 5 dəqiqə söhbət etmiş və elə həmin vaxt 7-8 nəfr mülki geyimdə olan polis əməkdaşı yaxınlaşıb onların üçünü də tutmuş, üstlərinə baxmış, lakin heç nə aşkar etməmişlər. Bundan sonra hərəsini bir maşına oturtmuş, əvvəlcə Venesiya şadlıq evinin yanına, sonra isə BNMİ-nə aparmışlar. Orada onları ayrı-ayrı otaqlara salmışlar. Səhər saat 10-11 radələrinə kimi onu orada saxlamış, yoldaşlarının, yəni Elçinlə Fuadın narkotik işi ilə məşğul olduğunu bildirmişlər. Saat 11-12 radələrində o, buraxılmış, heç bir izahat verməmişdir. Şahid8 ifadəsinin davamında göstərdi ki, o, BNMİ-dən çıxarkən NMBİ-nin həyətində qapının ağzında Elçinin qardaşı Vüqarı, Fuadın bacısı oğlunu və Fuadın arvadını görmüş, lakin sonuncu ondan heç nə soruşmamışdır. Lakin Vüqar ondan Ümidin telefon nömrəsini istəmiş vəç o, Ümidin nömrəsini ona vermişdir. O, Ümidlə tutulduqdan sonra tanış olmuş, lakin kimliyini bilməmişdir. Həmin vaxt Ümidlə Vüqarın arasında pul söhbəti olmuş, növbəti gün Vüqar onun yanında Ümidə 10000 manat pul vermişdir. Lakin sonradan həmin pulun 2000 manatının qaytarıldığını, qalan hissəsinin qaytarılmadığını eşitmişdir. Onun özündən isə hər hansı məbləğdə pul istənilməmişdir. Məhkəmə baxışı zamanı işdə adı keçən Şahid7 adlı şəxsin əlavə şahid qismində dindirilməsi məqsədilə müdafiə tərəfinin qaldırdığı vəsatət təmin edilmiş, lakin adı çəkilən şəxsin dindirilməsi məqsədilə məhkəmənin gördüyü maksimum tədbirlərə baxmayaraq bu, mümkün olmamış, onun olduğu yer müəyyənləşdirilməmiş, həmçinin Azərbaycan Respublikası DİN-nin BNMİ-də Şahid7 adlı şəxsin işləmədiyi və ya xidmət keçmədiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 avqust 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə heroin narkotik vasitəsinə, daha 01 ədəd bükümdə isə tiryək narkotik vasitəsinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (iş vərəqə; cild İ, səh. 45-48). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “baxış keçirilməsi və götürmə aparılması haqqında” 13 avqust 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında ünvan 3 ünvanının yaxınlığında olan torpaq sahəsinə videoçəkilişlə baxış keçirilmiş və baxış zaman içərisindən 05 ədəd bağlamada heroin narkotik vasitəsinə və 01 ədəd bükümdə tiryək narkotik vasitəsinə bənzər kütlələrin olduğu 01 ədəd sellofan torba aşkar edilərək götürülmüşdür(iş vərəqə; cild İ, səh. 51-53). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan 13 avqust 2020-ci il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, şəxsi axtarış və götürmə aparılarkən axtarış nəticəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümlərdə naməlum maddələrin aşkar edilərək götürülməsi, götürülən həmin maddələrin zərfə yığılmaqla qablaşdırılması, möhürlənməsi təsdiq olunur və DVD diskə yüklənmiş videogörüntülər axtarış və götürmə aparılması barədə 13 avqust 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). Daha sonra məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan 13 avqust 2020-ci il tarixli Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında ünvan 7 ünvanının yaxınlığında olan torpaq sahəsinə baxış keçiriləsi prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, baxışın keçirildiyi 13 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən qeyd olunan torpaq ərazidə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs və baxış zaman içərisindən 05 ədəd bağlamada heroin narkotik vasitəsinə və 01 ədəd bükümdə tiryək narkotik vasitəsinə bənzər kütlələrin olduğu 01 ədəd sellofan torba aşkar edilərək götürülməsi, təsdiq olunur və DVD diskə yüklənmiş videogörüntülər axtarış və götürmə aparılması barədə 13 avqust 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 13 avqust 2020-ci il tarixli, 6/1544 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri yazılmış polietilen torbadakı beş ədəd üzəriləri yağışqan lentlə dağlanmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1015 qr, 1015 qr, 1005 qr, 1005 qr, 1965 qr olmaqla ümumi təmiz çəkisi 6005 qram qəhvəyi rəngli, tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 680 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə isə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. - üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 5,136 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 5,249 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiq olunan həmin rəydən görünür ki, polietilen torbadakı və kağız paketdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Polietilen torbadakı və kağız paketdəki tiryəklər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki: - torbadakı heroinin ümumi təmiz çəkisi-6005,00 qr., tədqiqata sərf edilmişdir -0,100 qr., qalıq-6004, 90 qr.; torbadakı tiryəkin ümumi təmiz çəkisi-680,00 qr., tədqiqata sərf edilmişdir-0,100 qr., qalıq-679, 90 qr.; - kağız paketdəki heroinin ümumi təmiz çəkisi-5,136 qr., tədqiqata sərf edilmişdir- 0,050 qr., qalıq-5,086 qr.; - kağız paketdəki tiryəkin ümumi təmiz çəkisi-5,249 qr., tədqiqata sərf edilmişdir- 0,050 qr., qalıq-5,199 qram olmuşdur (iş vərəqə; cild İ, səh. 69-75). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2020-ci il tarixli 3215 nömrəli rəyindən görünür Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə; cild İİ, səh. 49-50). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan "xxxx" MMCdən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nöərəsinə dair AZF/LGL-11011/20 nömrəli diskə yerləşdirilmiş 20 oktyabr 2020-ci il tarixli məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum şəxslərin istifadələrində olan mobil nömrələrlə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mütəmadi olaraq danışıqlar aparılmışdır (iş vərəqə; cild İ, səh. 226, 230-250). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan "xxxx" MMCdən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nöərəsinə dair BKC/LGL-21290/20 nömrəli diskə yerləşdirilmiş 20 oktyabr 2020-ci il tarixli məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum şəxslərin istifadələrində olan mobil nömrələrlə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mütəmadi olaraq danışıqlar aparılmışdır (iş vərəqə; cild İ, səh. 229, 230-250). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 17 avqust 2020-ci il tarixli məhkəmə qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı şəhəri Xətai rayonu ərazisində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 12 avqust 2020-ci il tarixli qərarına əsasə BNMİ-nin əməkdaşları tərəfindən 13 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirinin əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmış və Xətai Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi qanuni hesab edilmişdir (iş vərəqə; cild İ, səh.185). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və gizlədildiyi Abşeron rayonunun Digah qəsəbəsi ərazisindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 6009,986 qram təşkil edən heroin narkotik vasitəsi, həmçinin, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 685,099 qram təşkil edən tiryək narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİnin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, beş ədəd disk isə saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə; cild İ, səh. 51-63). Məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, ibtidai istintaq orqanının 04 dekabr 2020ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materiallarından külli miqdarda heroin və külli miqdarda tiryək narkotik vasitələrinin əldə edilmə, saxlama, daşıma və satma mənbəyinin və cinayətin digər iştirakçılarının əhatəsinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə; cild İİ, səh. 65-66). Bundan başqa, ibtidai istintaq orqanının 05 dekabr 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işindən həm də Şahid4 barəsində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə; cild İİ, səh. 86-87). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, tiryək narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və sonuncu tərəfindən gizlədildiyi Abşeron rayonunun Digah qəsəbəsinin ərazisindən aşkar edilib götürülmüş hər iki növdən olan narkotik vasitələrin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin və tiryək narkotik vasitələrinin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin və tiryək narkotik vasitələrinin Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müəyyən olunan külli miqdar həddindən qat-qat artıq miqdarda müəyyən olunması və növ müxtəlifliyi (burada: heroin, tiryək narkotik vasitələri), qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlaması və işin sair halları təqsirləndirilən şəxsin həmin narkotik vasitləri satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və tiryək narkotik vasitələri əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə olunmasının, saxlanmasının, daşınmasının və satılmasının müəyyən edilməsi onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir və əməlin CM-nin 234-cü maddəsinin başqa bəndləri ilə tövsifinə zərurət qalmır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində aşkar edilib götürülən külli miqdarda narkotik vasitələrin ona məxsus olmamasına dair verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün özü və yaxınları tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 13 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 avqust 2020-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 avqust 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və narkotik vasitələri gizlətdiyi Abşeron rayonunun Digah qəsəbəsi ərazisindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 6009,986 qram təşkil edən heroin narkotik vasitəsi və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 685,099 qram təşkil edən tiryək narkotik vasitəsi məhv edilsin; - məhkəməyədək icraat mərhələsində konkret əməliyyat-istintaq hərəkətlərinin gedişatı prosesini özündə əks etdirən 5 (beş) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 81,82 (səksən bir manat 82 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və narkotik vasitələri gizlətdiyi Abşeron rayonunun Digah qəsəbəsi ərazisindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 6009,986 qram təşkil edən heroin narkotik vasitəsi və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 685,099 qram təşkil edən tiryək narkotik vasitəsi məhv edilsin; - məhkəməyədək icraat mərhələsində konkret əməliyyat-istintaq hərəkətlərinin gedişatı prosesini özündə əks etdirən 5 (beş) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81,82 (səksən bir manat 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-666/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-666/2021
16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver