Məhkəmə qərarları › İş №1(101)-666/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-666/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-666/2022 09.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Ağalarovun sədrliyi ilə, hakimlər Siyavuş Həbib oğlu Hacıyev və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Arifə Arif qızı Bağırovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X6, X7 və Dövlət ittihamçısı, müdafiəçi: «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu ödənilməmiş, ünvan 2-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə saat 7 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə bir ədəd bükümdə olmaqla təmiz çəkisi 4,617 qram olan qəhvəyi rəngli yumşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib sonradan ayrı-ayrı şəxslərə satıb gəlir əldə etmək məqsədilə üstündə saxlamaqla daşımış, 11 avqust 2021-ci il tarixdə saat 10:40-da ünvan 1 ünvanın yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, RPİ-nin inzibati binasında üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,617 qram olan külli miqdarda narkotik vasitə heroin və «200g/0,1g» yazısı həkk olunmuş bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 2017-ci ildə Abşeron rayon məhkəməsinin hökmü ilə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2021-ci ildə əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə edir. Narkotik vasitələri hər dəfə tanımadığı şəxslərdən, qramını təxminən 5-6 manata almışdır. 11 avqust 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evində olarkən təxminən 1 qram narkotik vasitə heroini çəkmək üçün hazırlamış və bu vaxt polis əməkdaşları yaşadığı evə gəlib onu Yasamal RPİ-nə aparmışlar. Orada polis əməkdaşlarının təzyiqi ilə üzləşmişdir. Belə ki, sonuncular ona etirafedici məzmunda izahat verməyəcəyi halda, evdən 5 kq narkotik vasitə çıxaracaqlarını demiş və o, qorxudan polislərin dedikləri ilə razılaşmışdır. İbtidai istintaq zamanı müstəntiq ona köməklik edəcəyini demiş və o, sonuncuya inanıb adından yazılmış ifadələri oxumadan imzalamışdır. Saxlanılarkən üzərində cəmi 1 qram narkotik vasitə heroin olmuş və həmin narkotik vasitəni də istifadə etmişdir. Cnayət işinin materiallarında olan onun telefon nömrəsinə daxil olan və çıxan mesajları xatırlamır. Həmin mesajları narkotik vasitənin təsiri altında olduğu vaxt yazdığını güman edir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması bağlı idarəyə məlumat daxil olmuşdur. 10 avqust 2021-ci il tarixdə idarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. 11 avqust 2021-ci il tarixdə saat təxminən 11 radələrində BNMİ-nin baş əməliyyat müvəkkilli Şahid2 ilə birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün ünvan 2 ünvanının yaxınlığına yollanmışlar. Təqsirləndirilən şəxs orada saxlayıb Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına gətirmişlər. Xidməti otaqların birində videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin heroin olduğunu və tanışlarının ona verdiyi pulla həmin şəxslərə təşkil etmək məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd elektron tərəzi və bir ədəd plastik pul kartı da təhqiqatçı tərəfindən müvafiq qaydada götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik vasitə heroinə bənzər maddə və elektron tərəzi zərfə qoyularaq möhürlənmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiq göstərilməmiş, sonuncu özü törətdiyi əməli könüllü etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş təhqiqatçı vəzifəsində çalışır. Rəhbərlik tərəfindən verilən göstərişə əsasən Yasamal RPİ-yə getmiş, orada ona Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat sənədləri təqdim edilmişdir. Əvəlcə sonuncunu müdafiəçi ilə təmin etmiş, daha sonra ona hüquq və vəzifələrini izah olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bu vaxt sonuncudan kiminsə onun ciblərini yoxlayıb-yoxlamadığını soruşmuş, Əzizbala heç kimin onun üzərinə baxış keçirtmədiyini demişdir. Müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən heroinə bənzər kütlə aşkar olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini özü könüllü təqdim etmişdir. Şifahi sorğu zamanı sonuncu səmimi peşmançılığını bildirib, narkotik vasitə heroindən istifadə etdiyini, aşkar edilmiş heroini şəxsi istifadəsi üçün əldə etdiyini, bununla belə, başqa şəxslərdən də müəyyən məbləğlərdə pul alıb onlara narkotik təklif elədiyini bildirmişdir. Sonda tədbirin nəticələrini özündə əks etdirən protokol tərtib edilmişdir. Protokolda tarixin 10 avqust 2022-ci il kimi göstərilməsi texniki səhv nəticəsində baş vermişdir. Daha sonra aşkar edilmiş heroinə bənzər kütlə ekspertizaya göndərilmiş, ekspertiza tədqiqatından sonra həmin kütlənin heroin olduğu müəyyənləşmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsindəki materialları aidiyyatı üzrə istintaq orqanına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu iki yaşında olarkən atası dünyasını dəyişdiyindən onu tək böyütmüşdür. 11 avqust 2021-ci il tarixdə səhər saatlarında nəvəsinə baxmaq üçün evdən çıxıb qızıgilə getmişdir. Həmin vaxt Əzizbala evdə olmuşdur. Bir müddət sonra Elman adlı polis əməkdaşı ona zəng edib, polis idarəsinə dəvət etmiş və o, idarəyə gedib həmin polis əməkdaşı ilə görüşmüşdür. Sonuncu ona evdə etdiyi çəkilişi göstərib: «hörmət etsəniz çəkiliş etmərik» demiş, odur ki, Elmana 100 manat pul vermişdir. Sonuncu ona evi təmizləyib səliqəyə salmasını və evdə daha bir çəkiliş edəcəklərini demişdir. Bundan sonra idarədən çıxıb evinə getmişdir. Bir qədər sonra Əzizbala ona zəng edib üzərinə narkotik vasitə qoyulduğunu, boynuna götürməyəcəyi təqdirdə daha çox narkotik vasitə qoyulacağını bildirmişdir. Əzizbalanın narkotik vasitələrdən istfadə etdiyini sonradan bilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İşin 1-ci cildinin 30-33-cü vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etmiş və təqdim etdiyi həmin maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini, bəzi hallarda tanışları üçün də narkotik vasitələr təşkil etdiyini bildirmişdir. Həmçinin onun üzərindən özünə məxsus olan bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd plastik pul kartı və üzərində «200g/0,1g» yazısı olan bir ədəd elektron tərəzi götürülmüşdür. İşin 1-ci cildinin 100-103-cü vərəqlərindəki diskə baxış keçirilməsi haqqında 1 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, 11 avqust 2021-ci il saat 12:00-da Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında xidməti otaqların birində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının və «Yusif Allahverdiyev və partnyorları» vəkil bürosunun vəkili Nizami Həsənovun iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmiş və narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini və bəzən də tanışları üçün təşkil etmək məqsədi ilə əldə etdiyini etiraf etmişdir. Həmçinin onun üzərindən bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd plastik pul kartı və üzərində «200g/0,1g» yazılan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 11 avqust 2021-ci tarixli 6/3425 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə olmaqla təmiz çəkisi 4,617 qram qəhvəyi rəngli yumşaq konsistensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində «200g/0,1g» yazısı olan elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kompüter-texniki ekspertizasının 3 noyabr 2021-ci il tarixli 5/1155 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan «X10» markalı «GT-İ8530» modelli mobil smartfonun yaddaşından məlumatları silmədən ekran kilidini ləğv etmək mümkün olmamışdır. Tədqiq olunan «X10» markalı «GT-İ8530» modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio fayllar və sair fayllar) mövcud olan və pozulmuş məlumatlar müəyyən olunaraq DVD-R modelli diskdə rəyə əlavə edilmişdir. Məhkəmə-ambulator psixiatrik ekspertizasının 29 noyabr 2021-ci il tarixli 2804 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə də o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 1 dekabr 2021-ci il tarixli 4806 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 171-175-ci vərəqlərindəki 4 noyabr 2021-ci il tarixli rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD-R modelli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsi "xxxx" MMC-də təqsirləndirilən şəxsin adına qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə ***-***-**-** mobil telefon nömrəsi arasında «Brat düz başa düş məni səhər ücün falqaya atdım əritdim hamsını ki səhər qalmayım birdə ki əgər əvvəldən ondan başqa versəydim də mən həm indi həm də səhər qalacam bele pis çıxmasın», 099 *** ** ** mobil telefon nömrəsi ilə (təhqir) 42 gətirib obşi 32 sənə verdiyim 1də mənə verdiyi 10da d......(təhqir) 13 gətirib bayaqdan zorlayıram onu nəisə gələrsən gündüz danışarıq hələli k f 055 *** ** ** mobil telefon nömrəsi ilə «....Ataş patı yoxdur mal da cüzidir) 055 *** ** ** mobil telefon nömrəsi ilə «(təhqir).., necə deməmişəm dedim dedin ki atacam evə çatanda karta o gündən sonra da 1 dəfə gəldin daje də dedin ki gedirəm bir az üçün onu da verəcəm ya yarı ya da patı götürmək istəyirəm dostumla gələcəm hələ bu yerəcən dedim ki lazım olmasa pul elebele vereceydim didun delisen catim eve atiram, bir de ki sen o deyen temaya....», «.............. qarşı edərlər şükür ALLAHA ....miz yoxdur alnımız açıqdır biz etdiyimiz şey göz qabağındadır qaldı ki bir dənə butulkaya göre.... etmə» məzmunlu ismarıclar mövcuddur. İşin 1-ci cildinin 171-173-cü vərəqlərindəki 13 noyabr 2021-ci il tarixli rabitə «Whatsapp» proqramı vasitəsilə ötürülən ismarıclara dair məlumatların əks olunduğu DVD-R modelli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Chat 30» adlı qovluqda 050 *** ** ** nömrəli abunəçi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil nömrəsinin «whatsapp» proqramına 7 avqust 2021-ci il tarixdə saat 22:44:06-da «Pa... lazımdır sənə qaqa?» məzmunlu ismarıcın, «Chat 37» adlı qovluqda 055 *** ** ** nömrəli abunəçi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil nömrəsinə 4 avqust 2021-ci il tarixdə saat 17:45:16-da «Mənə tema lazımdır» məzmunlu ismarıcın, «Chat 37» adlı qovluqda Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil nömrəsindən 055 *** ** ** nömrəli abunəçiyə 10 avqust 2021-ci il tarixdə saat 22:25:23-də «Rauf beynimlə oynamayın gətirsin telefonu da otravanı ya da pulu heç nə olmamış kimi sayaram» məzmunlu ismarıcın, «Chat 91» adlı qovluqda Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil nömrəsindən 055 *** ** ** nömrəli abunəçinin «whatsapp» proqramına 10 iyul 2021-ci il tarixdə saat 14:40:15-də «Ataş görürsən mənə inanmadın klok dəyişdim sadəcə» məzmunlu «Chat 27» adlı qovluqda 070 *** ** ** nömrəli abunəçi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan 077 767'67 92 mobil nömrəsinin «whatsapp» proqramına 5 avqust 2021-ci il tarixdə saat 22:48:22-də «brat ölürəm ağrıdan 5 manatım var kola düz qoş edə bilərsən? çox bərk ağrayıram sən öl» məzmunlu ismarıcın, «Chat 27» adlı qovluqda 070 *** ** ** nömrəli abunəçi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil nömrəsinin «whatsapp» proqramına 5 avqust 2021-ci il tarixdə saat 23:02:15-də «Ətağa səhər işdəyəm yata bilmirəm ağrıdan. Dayımdan güclə bir dənə 5-lik almışam neçə sat da bir dənə pul tapa bilmirdim ki» məzmunlu ismarıcın, «Chat 56» adlı qovluqda 070 *** ** ** nömrəli abunəçi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil nömrəsinin «whatsapp» proqramına 7 avqust 2021-ci il tarixdə saat 10:31:27-də «xotyabı aç mən girim 5-lik çıxaq veziyyətdən» məzmunlu ismarıcın, «Chat 71» adlı qovluqda 077 *** ** ** nömrəli abunəçi tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil nömrəsinin «whatsapp» proqramına 8 avqust 2021-ci il tarixdə saat 16:34:21-də «ö. 2 borclusan do», «5 manat verim 0.3 ver də brat» və «ölürük ağrıdan» məzmunlu ismarıcın göndərilməsi müəyyən edilmişdir. İşdəki Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş sorğuya cavabdan görünür ki, X2 Abşeron rayon məhkəməsinin 25 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının müddəti 08 oktyabr 2017-ci il tarixdən hesablanmağa başlamışdır. İşin 1-ci cildinin 111-113 və 141-156-cı vərəqlərindəki Azərbaycan Respublikası DİNin BƏSİİ-dən almmış tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 5 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 4 (dörd) il 10 (on) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2021-ci il tarixli 2545 aylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İşin 1-ci cildinin 98-ci vərəqindəki 20 avqust 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən götürülmüş 4,617 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 4,517 qram hissəsi və «200g/0,1g» markalı elektron tərəzi maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlanc yerinə verilmişdir. İşin 1-ci cildinin 102-ci vərəqəsindəki 1 sentyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində «4.7 GB 16 X 120 MİN» söz və rəqəmləri yazılmış bir ədəd «ZYKLEN» markalı DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 196-cı vərəqindəki 4 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu üzərində ***-*******80 rəqəmləri yazılmış bir ədəd CD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 252-ci vərəqindəki 13 noyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, «whatsapp» proqramı vasitəsilə ötürülən məlumatların əks olunduğu üzərində «Ekspertiza 5-1155» yazısı həkk olunmuş bir ədəd DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 1-ci cildinin 22-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 45.2.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə CM-in qeyd edilən müddəasını rəhbər tutaraq Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 5 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının əvvəlini onun 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edildiyi vaxtdan hesablayır. Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdə hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğundan 18 mart 2021-ci il tarixdən həmin tarixədək 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının 4 (dörd) ay 24 (iyirmi dörd) gününü çəkmiş, 2 (iki) il 1 (bir) ay 6 (altı) günü isə çəkilməmiş qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Abşeron rayon məhkəməsinin 5 may 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) il 1 (bir) ay 6 (altı) gün hissəsi qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası və azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 67.5 və 66.4-cü maddələrinə əsasən əsas cəzaya əlavə cəzanı birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablanmalı, CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə şamil edilməklə, əvvəli onun azadlıqdan məhrum etmə cəzasının çəkib qurtardıqdan sonra hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən götürülmüş 4,617 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 4,517 qram hissəsi və «200g/0,1g» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş videoçəkiliş görüntülərinin əks olunduğu üzərində «4.7 GB 16 X 120 MİN» söz və rəqəmləri yazılmış bir ədəd «ZYKLEN» markalı DVD-R modelli disk, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu üzərində ***- *******80 rəqəmləri yazılmış bir ədəd CD-R modelli disk, «whatsapp» proqramı vasitəsilə ötürülən məlumatların əks olunduğu üzərində «Ekspertiza 5-1155» yazısı həkk olunmuş bir ədəd DVD-R modelli disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona həmin maddə ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Abşeron rayon məhkəməsinin 05 may 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) il 1 (bir) ay 6 (altı) gün hissəsi qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CMnin 67.5 və 66.4-cü maddələrinə əsasən əsas cəzaya əlavə cəzanı birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, azadlıqdan məhrum etmə cəzasının cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə şamil edilməklə, əvvəli onun azadlıqdan məhrum etmə cəzasının çəkib qurtardıqdan sonra hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən götürülmüş 4,617 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 4,517 qram hissəsi və «200g/0,1g» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində «4.7 GB 16 X 120 MİN» söz və rəqəmləri yazılmış bir ədəd «ZYKLEN» markalı DVD-R modelli disk, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu üzərində ***-*******80 rəqəmləri yazılmış bir ədəd CD-R modelli disk, whatsapp proqramı vasitəsilə ötürülən məlumatların əks olunduğu üzərində «Ekspertiza 5-1155» yazısı həkk olunmuş bir ədəd DVD-R modelli disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 174 (yüz yetmiş dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar