Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-666/2025 24.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X16 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 qızının, X8 və X9, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, “M.B.M” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci ildə Ağdaş rayonunun Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs6 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə vahid niyyətlə əhatə olunmuş müxtəlif bəhanələr gətirərərək sonuncuya “Hyundai i30” və “Kia Ceed” markalı avtomobil gətirəcəyi, Zərərçəkmiş şəxs6 məxsus “Opel Astra” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili satacağı, Ağdaş rayonunda yonca sahəsi alacağı, Gürcüstan Respublikasından “BMW F30” markalı avtomobil gətirəcəyi və beş baş dana alacağı ilə bağlı yalan vədlər verib aldadaraq 2022-ci ilin dekabar ayının əvvəllərindən 2023-cü ilin fevral ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində Zərərçəkmiş şəxs6 ümumilikdə 52850 (əlli iki min səkkiz yüz əlli) manat məbləğində, yəni külli miqdarda pul vəsaitini ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs6 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs4 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncuya Gürcüstan Respublikasından “Hyundai Elantra” markalı minik avtomobili gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2023-cü ilin may ayının təxminən əvvəllərində Zərərçəkmiş şəxs4 ünvan 1 ünvanında yerləşən evinin qarşısında həyətdə Zərərçəkmiş şəxs4 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs5 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncuya Gürcüstan Respublikasından “Hyundai Elantra” markalı minik avtomobili gətirəcəyi barədə yalan vəd verib aldadaraq 2023-cü ilin may ayının təxminən əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində Zərərçəkmiş şəxs5 13000 (on üç min) manat, yəni xeyli miqdarda pul vəsaitini ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs1 adına olan **-KU-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında Zərərçəkmiş şəxs7 15500 manata satmış, daha sonra etibarnaməni ləğv edərək 15500 (on beş min beş yüz) manat pul vəsaitini ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs2 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncuya Gürcüstan Respublikasından “Hyundai Elantra” və “Hyundai i30” markalı minik avtomobili gətirəcəyi barədə yalan vəd verib aldatmış, bu niyyətlə 2023-cü ilin iyul ayının 2-ci ongünlüyündə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Çaynik” çay evində “Hyundai Elantra” markalı avtomobili gətirəcəyi adı ilə 12000 manat, “Hyundai i30” markalı avtomobil gətirəcəyi adı ilə 16000 manat və “Mercedes” markalı maşına forsunka ehtiyat hissəsini gətirəcəyi adı ilə 1000 manat pulunu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 29000 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirib, vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Zərərçəkmiş şəxs2 özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə sonuncuya Gürcüstan Respublikasından “Hyundai Elantra” markalı minik avtomobili gətirəcəyi barədə yalan vəd verib aldatmış, bu niyyətlə 2023-cü ilin sentyabr ayının 3-cü ongünlüyündə sonuncunun hüquq şöbəsinin müdiri kimi işlədiyi Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən “Okean” adlanan maşın salonunda 10000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib, vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 maşınını satdıqdan sonra sonuncu onu atası Zərərçəkmiş şəxs6la tanış etmişdir. Zərərçəkmiş şəxs6 ona maşın gətirib satmağı təklif etmiş, əlində də 4500 ABŞ dolları məbləğində pulu olduğunu bildirmişdir. Beləliklə, həmin pulla Elçinə **-HF-*** qeydiyyat nömrəli “Hyundai i30” markalı maşın gətirmişdir. Bu maşını satmışlar, Elçin də hər maşından ona 600-700 manat məbləğində pul vermişdir. Daha sonra başqa maşınlar gətirmiş, onları da satmışlar, nəticədə Elçin 10500 ABŞ dolları məbləğində pul toplamış və həmin pulla ondan 3 maşını bir yerdə gətirməsini istəmişdir. O, Elçinə üç maşının bir yerdə gətirilməsi zamanı qeydiyyat mərhələsində əlavə pul ödəməli olduqlarını izah etmiş, razılığını aldıqdan sonra 3 maşın gətirtmişdir. Həmin maşınlardan biri **-XV-*** qeydiyyat nömrəli qırmızı rəngli “Opel Astra” markalı imiş. Həmin üç maşını öz adına gətirtmiş, daha sonra da həyətində saxlamışdır. Sonradan onun pula ehtiyacı olmuş, Elçinin icazəsini alaraq qırmızı rəngli “Opel Astra” markalı maşını satmış, pulunu götürmüşdür. **-XG-*** qeydiyyat nömrəli “Hyundai i30” markalı maşını satmış, pulunu aralarında bölüşmüşlər. Elçin üçün bir ədəd maşın gətirəsi olmuşdur. Ümumilikdə, Elçinə 23000 manat məbləğində borcu olmuşdur. “Opel Astra” markalı maşını satdığı Tural adlı şəxs 2 saat sonra ona zəng edərək maşının etibarnaməsinin ləğv olunduğunu demişdir. O, maşını Turala satmış, Tural da adını bilmədiyi qaziyə satmışdır. Bundan sonra o, Elçinə zəng edib etibarnaməni niyə ləğv etdiyini soruşmuşdur. O, Elçinə olan 23000 manat məbləğində borcdan 3500 manat və 1300 manatı geri ödəmişdir. Elçindən etibarnaməni niyə ləğv etdiyini soruşanda maşının qiymətinin 10000 manat məbləğində olduğunu, həmin maşını geri istədiyini bildirmişdir. O da artıq maşını satdığını, pulu götürdüyünü, həmin maşının qazi bir şəxsdə olduğunu demişdir. Belə ki, onlar həmin qazi ilə Xırdalan şəhəri ərazisində görüşmüşlər. Tural onun maşın alıb-satdığı yaxın tanışı imiş. Qaziyə vəziyyəti danışaraq Elçinin maşınını geri istədiyini bildirmişdir. Onun rayonda torpaq sahəsi var imiş. Həmin torpaq sahəsini 3500 manata satmış, Tural da həmin pulun üzərini düzəltmişdir, ümumilikdə 7500 manat məbləğində pulu qaziyə vermişlər və sonuncu, maşını Elçinə qaytarmışdır. O, Elçinin həmin maşını başqalarına satmasına imkan verməmişdir. Çünki həmin maşın başqasına aid imiş. Bir müddət sonra Elçin yola gəlmiş, onlardan 10000 manat pul istəmiş, həmin pulu verdikdən sonra maşının etibarnaməsini bərpa edəcəyini bildirmişdir. Beləliklə, Turalla danışıb bir qərara gəlmişlər. O, Turala 3500 manat məbləğində pul vermiş, Tural da həmin pulun üzərini düzəltmiş, aparıb Elçinə vermiş, maşının da etibarnaməsini geri almışdır. Etibarnaməni geri aldıqdan sonra maşını qazinin adına keçirtmişlər. Qazinin adı səhv xatırlamırsa, ya Vüsal, ya da Vüqar imiş. Onun Elçinə 23200 manat borcu olan zaman Elçinə “Kia Carnival”, ya da “BMW F30” gətirdəcəyini demişdir. Lakin bu zaman kəsiyində Elçinin kartına 3500 manat pul yollamış, 7500 manat maşının pulunu geri qaytarmışdır. Onlar Elçinlə anbarı 23200 manat məbləğində razılaşan zaman Elçinin oğlu da yanlarında olmuşdur. Etibarnamə ləğv olunduqdan bir müddət sonra Elçinin onun barəsində Binəqədi Rayon Məhkəməsinə onun barəsində şikayət etdiyini öyrənmişdir. Şikayət əsasında gedən zaman onun Elçinə 56000 manat məbləğində borcu olduğunun qeyd edildiyini görmüşdür. Hətta bunu görən zaman onun özündə 56000 manat pul olmadığını demişdir. Elçin məhkəmədə sərbəst ifadə verən zaman kartına onun ödədiyi 3500 manatı, 7500 manatı boynuna almışdır, lakin 1300 manatı, 3200 manatı qəbul etməmişdir. Elçin ifadəsinin sonunda borca dair heç bir məlumat verməmişdir. Elçinin onun barəsində şikayət etdiyini öyrəndikdən sonra Elçinlə olan bütün münasibətini sonlandırmışdır. Elçin ona 10500 ABŞ dolları verdikdən sonra Elçinin adına 3 maşın gətirtmişdir, hamısının qeydiyyat sənədi də olmuşdur. Həmin maşınlardan birini, yəni “Opel Astra” markalı maşını Sumqayıt şəhərindəki maşın bazarında satmışlar. Həmin maşın bazarına Ülvi, Kənan və o getmişdir. Satışdan sonra 100 manat beh almışlar. Ülvi ilə birlikdə Elçinin evinə gəlmiş, 100 manat behi qapının önündə sonuncuya vermişdir. Növbəti gün müştəridən 13500 manatı almışlar, Elçin də maşını müştərinin adına keçirtmişdir. Maşın satıldıqdan sonra Ülvi, Elçin və o, bir yerdə əyləşib ümumi haqq-hesab aparmağa başlamışlar. Haqq-hesab aparmaq üçün özündə qeydlər apardığı kağızları da Elçinə vermişdir. Nəticədə, onun Elçinə 23200 manat borcu olduğu barədə razılaşmışlar. Ülvinin özü də bu işə razılıq vermişdir. O, Ağdamda olan zaman Ülvi zəng etmiş, lakin söhbət zamanı 53000 manat borcundan 7500 manat pulun silindiyini deməmişdir, sadəcə borcundan 7500 manat silindiyini bildirmişdir. X15 rayon Polis İdarəsində adına 56000 manat borc yazdırdığını öyrənmişdir. Elçingil vermiş olduğu 3500 manatı, 7500 manatı heç nəzərə almamışlar. 3500 manatı o, Elçinin bank kartına göndərmişdir. 3200 manatı isə “Madeyra” mebel salonun önündə Ülvinin 2550 manat ödənişinə görə, əlavə də 700 manatı Elçinin özünə vermişdir. Belə ki, bacanağının atası ilə danışıb 2550 manatı Rusiyadakı məktəblərin birinə ödəniş etmişdir, səhv etmirsə, oğlu Rusiyadakı məktəblərin birində təhsil almışdır. Bu pulu verdikdən sonra Ülviyə 100 manat da vermişdir. Onun Elçinə bir maşın borcu olmuşdur. Elçinə “Hyundai i30” gətirməli imiş. Elçin ona 16000-17000 manat pul ödəməli imiş. Digər epizodlar üzrə irəli sürülmüş ittihamı, deyilən borcları qəbul edir. Zərərçəkmiş şəxs5 12850 manat borcu var, Kənanla bağlı irəli sürülmüş ittihamı qəbul edir. Zərərçəkmiş şəxs1 borcu yoxdur. Məhəmmədin maşını özündə olmuş, sonradan satıb pulunu götürmüşdür. Zərərçəkmiş şəxs7 onun 15000 manata borcu var. Zərərçəkmiş şəxs2 ona pulu verən şəxs imiş, lakin Binyaminin xalası oğlu da onun barəsində şikayət etmişdir. Ümumilikdə, Binyaminə 29000 manat borcu var, bunu qəbul edir. Binyamindən “Hyundai Elantra” markalı maşın gətirmək üçün 10000 manat almışdır, bunu etiraf edir, lakin həmin pulu sonradan Binyaminin özünə qaytarmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, lap əvvəldən də maşın alveri ilə məşğul olmuşdur, lakin yüksək məbləğlərlə işləməmişdir. Borcu olduğu şəxslərin hamısı ilə əvvəllər heç bir borcu olmadan işləmişdir. 2023-cü ildə yeni qayda çıxandan sonra vəziyyət dəyişmişdir. Məhəmmədin tikinti yerində 5 il işləmişdir. Məhəmmədin müştəridən 100000 manat alacağı olmuş, onun Məhəmmədə borcu olmamışdır. Elçinə 23200 manat borcu olduğunu təsdiq edir. İbtidai istintaq zamanı müstəntiq ondan heç nə soruşmamışdır. Elçinlə üzləşdirmə zamanı ona 23200 manat borcu olduğunu demiş, ittihamda irəli sürülən məbləğlə razılaşmır. Elçin ibtidai istintaq vaxtından pul məbləği barəsində yalan danışmış, onun Elçinə olan borcunu 30000 manat artıq qeyd etmişdir. Elçinə “Hyundai Elantra” ilə bağlı 16700 manat borclu olduğunu qəbul edir. Maşın icarədə olmuş, 9000 manata satmış, sonra da aldığı məbləğlə icarə pulunu ödəmişdir. Elçin ona 3500 ABŞ dolları pul verməmişdir, sadəcə 9000 manat pul vermişdir. Həmin pulu da 3500 manat, 3200 manat, 1300 manat olmaqla hissə-hissə qaytarmışdır. Mebellə bağlı Elçindən 3000 manat almamışdır. 1000 manat söhbəti olmuşdur. 7500 manatı Ülvinin özü götürmüşdür. 3200 manatı “Madeyra” mebel salonunun önündə Elçinə vermişdir, Elçin ona pula ehtiyacı olduğunu bildirmişdir. O, Elçinə “Kia Carnival”ı gətirəcəkmiş, lakin Elçin onun adına 56000 borc yazdıranda gətirə bilməmişdir. “Hyundai Elantra”nı Elçinə olan borcu silinsin deyə gətirəcəkmiş. İttihamda adları çəkilən maşınların hamısını gətirmişdir, “BMW”ni gətirmək alınmamışdır, bu səbəbdən pulunu qaytarmışdır. Zərərçəkmiş şəxs5 13000 manatı təhvil aldıqdan sonra maşının gətirilməsi ilə bağlı hər hansısa bir hərəkət etməmişdir. Maşını gətirmək istəyən zaman gömrükdə müəyyən problemlər yarandığı üçün maşını gətirməyi mümkün olmamışdır, verilən pullar da batmışdır. Hal-hazırda əlində pul olmadığı üçün zərərçəkmiş şəxslərin pullarını geri qaytara bilmir. “Hyundai Elantra” markalı, 2014-cü il buraxılışlı maşını gətirmək üçün Zərərçəkmiş şəxs5 almış olduğu 13000 manatı maşın üçün ödəniş etmişdir. 13000 manatı ödəniş etdiyi ilə bağlı poçtdan ödənişi təsdiq edən sənədi olmuşdur. Zərərçəkmiş şəxs6 Gürcüstandan 5 ədəd maşın gətirmişdir. Zərərçəkmiş şəxs6 sifariş etdiyi “BMW” markalı maşını Bakıya gətirməmişdir. O, qaytardığı pulun da, aldığı pulun da məbləğini dəqiq bilmişdir. O, maşını iki nəfərə satmamışdır, təkcə Yaşara satmışdır, Yaşar da sonradan başqa şəxslərə satmışdır. Maşını Yaşara 15500 manata satmışdır. 15500 manatla borclarını ödəmişdir. Maşının dörd-beş nəfər satılması ilə bağlı heç bir məlumatı yoxdur. 15500 manat dəymiş ziyandan heç bir məbləği geri qaytarmamışdır. O, zərərçəkmiş şəxs Məhəmmədin işçisi olmuşdur. Məhəmməd ona maşınını satması üçün vermişdir, hətta birlikdə maşın bazarına da getmişlər. Məhəmməd ona maşını gətirdikdən sonra 4000-5000 manat məbləğində əlavə pul verməli imiş, lakin həmin pulu verməmişdir. O, maşını satdıqdan sonra əldə etdiyi 15500 manat pulu Məhəmmədə verməmişdir. Zərərçəkmiş şəxs1 epizodu ilə bağlı özünü qismən təqsirli bilir, çünki maşını satışa çıxarması ilə bağlı Məhəmmədin məlumatı olmuş, lakin maşını satmasından, 15500 manat gəlir əldə etməsindən, həmin pulu da öz borclarını ödəmək üçün istifadə etməsindən xəbərsiz olmuşdur. Məhəmmədə 2700 manat borcu var. Özü üçün maşın alanda Məhəmməd ona pul vermişdir. Elgünə “Ford Transit” markalı maşını baş etibarnamə əsasında 15500 manata onlayn şəkildə satmışdır. Satdıqdan bir həftə sonra Elgün ona zəng edərək maşının 40 manat cəriməsi olduğunu demişdir. O da Elgünə kartını yollamasını, 40 manatı həmin karta köçürəcəyini bildirmişdir. Maşın satıldıqdan 2-3 saat sonra maşının qeydiyyat şəhadətnaməsinə əsasən sahibi olan X12 baş etibarnaməni ondan xəbərsiz ləğv etdirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, əvvəllər bir şirkətdə baş anbardar vəzifəsində, Pərviz də orada gözətçi kimi işləmişdir. Bir müddətdən sonra o, ərizə yazaraq işdən çıxmış, özünə bir mağaza açmış, Pərvizi də yanında rəsmi qaydada fəhlə kimi işə götürmüşdür. Pərvizlə xeyli müddət işləmişdir. Sonradan mağazada olan kameralar vasitəsilə, eləcə də xadimənin xəbər etməsi sayəsində Pərvizin mağazadan oğurluq etdiyini, malların adlarının çoxunu yazmadığını öyrənmişdir. Bütün bunlardan sonra Pərvizi yanına çağırmış, ondan bu əməli etmə səbəbini soruşmuşdur. Pərviz də heç bir şəkildə etiraz etmədən kövrək vəziyyətdə etdiyi əməldən çox peşman olduğunu, bir daha belə bir hərəkət etməyəcəyini demişdir. Əməlindən çox peşman olduğunu anladıqdan sonra Pərvizi bağışlamaq qərarına gəlmişdir. Bir müddət işləri qaydasında davam etmiş, sonra o, Pərvizin tez-tez telefonla danışdığını görmüş, sonuncunun yenə bir əməl törədəcəyindən şübhələnmişdir. Bu səbəbdən yanına çağıraraq Pərvizdən nə işlə məşğul olduğunu soruşmuşdur. İlk başda Pərviz hansı işlə məşğul olduğunu gizlətmişdir, lakin bir az üzərinə düşdükdən sonra avtomobillərin alışsatışı ilə məşğul olduğunu etiraf etmişdir. Bunu eşitdikdən sonra o, Pərvizi dəstəkləmiş, hətta işlərini haqla yerinə yetirməsi, harama əl uzatmaması barədə məsləhət vermişdir. Bu hadisədən bir müddət sonra o da Pərvizdən özü üçün maşın gətirməsini xahiş etmişdir. İlk sifariş etdiyi maşın göy rəngli “Ford” markalı maşın imiş, həmin maşını da qaynanasının adına gətirtmişdir. Hətta sonradan bacanağı üçün də maşın sifariş etmişdir. Pərviz maşını gətirtmiş və ona təhvil vermişdir, səhv etmirsə maşın üçün Pərvizə 19000-20000 manata yaxın pul vermişdir. O, mağazada dərman bitkilərinin satışını da həyata keçirmiş, hətta Dağıstana da həmin məhsullardan çatdırmışdır, eləcə də oradan müəyyən məhsullar gətirtmişdir. Pərvizə də sərhədi rahat şəkildə keçməsi üçün maşınına dair baş etibarnamə vermişdir, beləliklə, Pərviz də Dağıstana gedib-gəlmişdir. Bir müddətdən sonra Pərviz Dağıstandan gəldikdə maşını bacısının yaşadığı evin önündə saxlamışdır. Pərvizin bacısının evi Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşmişdir. O, tez-tez Pərvizdən maşınının harada olduğunu soruşmuş, Pərviz də bacısının evinin önündə olduğunu, heç bir problem olmadığını demişdir. Bundan sonra o, Pərvizin bacısının evinin önünə getmiş, maşının orada olmadığını görmüşdür. Bundan sonra notariusa getmiş, maşınının sənədlərini təqdim etmiş, ona maşınının etibarnamə əsasında başqa bir şəxsə satıldığını demişlər. Bunu eşitdikdən sonra bir anlıq özünə gələ bilməmişdir, çünki Pərvizin maşınını ondan xəbərsiz satması onu xeyli qəzəbləndirmişdir. O, həmin etibarnaməni ləğv etdirmiş, sonra da polisə Pərviz adlı şəxs tərəfindən maşınının qanunsuz olaraq satılması barədə şikayət etmişdir. Bundan sonra Pərvizi “Gənclik”də görmüş, ona yaxınlaşmış, maşınının harada olduğunu soruşmuşdur. Əvvəlcədən Pərvizə maşınının satıldığından xəbəri olduğunu bildirməmişdir. Pərviz ona maşının bacısının həyətində olduğunu demiş, o, Pərvizə birlikdə həmin həyətə gedərək maşına baxmağı təklif etmişdir. Bunu eşidəndə Pərviz maşını dostuna verdiyini demişdir. O da Pərvizdən hansı əsasla maşınını dostuna verdiyini soruşmuşdur. Pərviz kədərlənərək, gözüyaşlı şəkildə maşını satdığını etiraf etmişdir, amma Pərvizdə maşının satışından əldə etdiyi pul olmamış, sadəcə başını aşağı salaraq sakitcə dayanmışdır. Pərvizdən bu işin sonunun necə olacağını soruşmuş, Pərviz də əlindən heç nə gəlmədiyini, maşını artıq satdığını demişdir. Bundan əlavə, o, bacanağı üçün də Pərvizə maşın gətirtmişdir, hətta həmin maşını da Pərviz satmaq istəmişdir. Lakin maşını satmaq istədiyi müştərilər onun yanına maşına baxmaq üçün gəlmişlər. Bacanağının maşını onda olduğu üçün müştərilər də yanına gəlib qiymətdə razılaşmaq istəmişlər. Onlardan maşını satdığı ilə bağlı yanlış məlumatı kimin verdiyini soruşmuş, alıcılar da Pərvizin adını vermişlər. Həmin şəxsləri o, tanımamışdır, yanlarında bir nəfər xanım da olmuşdur. Daha sonra Pərviz ona zəng edərək yanına müştərilərin gələcəyini, maşın almaq istədiklərini demişdir, bacanağının maşınına baxması üçün icazə istəmişdir. Bunu eşidəndə Pərvizə həmin şəxslərin onun maşınına baxmaqlarının səbəblərini soruşmuşdur, çünki o, maşınını satmaq fikrində deyilmiş. Tez bacanağına zəng etmiş, bacanağına Pərvizin əməllərindən danışmışdır. Növbəti gün səhər saat 08:00-da bacanağı Bakıya gəlmiş, birlikdə gedib maşını bacanağının adına keçirmişlər. Pərvizlə də sonuncu dəfə onun sonu “683-43-83” ilə bitən mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır, bundan sonra da Pərviz tamamilə yoxa çıxmış, heç yerdə tapa bilməmişdir. Göy rəngli “Ford” markalı maşın da polis əməkdaşları tərəfindən tapılaraq ona təhvil verilmişdir. O da həmin maşını tanımadığı şəxsə alqı-satqı əsasında satmışdır. Hansı məbləğdə dövlət rüsumu ödədiyini tam xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, onun maşınını dostu tanımadığı şəxsə satmışdır. Həmin alqı-satqı nəticəsində 18500 manat gəlir əldə etmişdir. Pərvizdən maşını 20000 manata yaxın məbləğdə pula almışdır. Ziyana düşdüyünü gördüyü üçün də maşını satmışdır. Pərviz maşını 2 nəfərə satmışdır, o, notariusa gedəndə iki nəfərdə etibarnamə olduğu deyilmişdir. Pərvizin maşını kimlərə satdığını bilmir, həmin şəxsləri tanımır. Sonradan Hacı adlı şəxs ona yaxınlaşaraq maşının özünə məxsus olduğunu demişdir, o da Hacıya bütün vəziyyəti izah etmiş, Pərvizin onun işçisi olduğunu, onun icazəsi olmadan maşınını satdığını bildirmişdir. Pərvizə Dağıstana gedən zaman sərhədi rahat keçməsi üçün maşınına dair baş etibarnamə vermişdir. Pərvizə maşınını satması üçün baş etibarnamə verməmişdir, sadəcə sərhədi keçməsi üçün etibarnamə vermişdir. Pərviz onun işçisi olduğuna görə, sadəcə işləri yerinə yetirməsi üçün maşınından istifadə etməsi ilə əlaqədar baş etibarnamə vermişdir. Müştərisinin ona borcu var imiş, həmin pulu da Pərvizin kartına ödəmişdir, sonradan müştəri ona çekləri yollayaraq pulları Pərvizin kartına yolladığını demişdir, elə o vaxtdan Pərvizin ona 2700 manat borcu var imiş. Hal-hazırda “Ford” maşını ilə bağlı Pərvizdən heç bir tələbi yoxdur. O, maşını sonradan geri qaytarmış, başqa şəxsə satmışdır, bu səbəbdən “Ford” maşını ilə əlaqədar Pərvizdən heç bir tələbi yoxdur. Pərviz bir dəfə 3600 manat, sonra 2700 manat pul oğurlamışdır, bununla bağlı polisə də şikayət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Pərvizlə oğlu dost, həm də qonşu imiş, tanışlıqları bu şəkildə yaranmışdır. Pərviz Gürcüstandan maşın gətirirmiş, o da Pərvizdən onun üçün maşın gətirməsini xahiş etmişdir. Hətta maşınları gətirdikdən sonra “maşın bazarı”nda satıb əldə etdikləri pulları aralarında bölməyi təklif etmişdir, o da razılaşmışdır. Pərvizə Gürcüstandan 3 ədəd maşın gətirməsi üçün 10500 ABŞ dolları vermişdir. Sifariş etdiyi maşınların şəkillərini Pərviz ona telefonda göstərmiş, bəyəndikdən sonra o, razılıq vermişdir. Markaları “Hyundai i30”, “Kia Ceed” və “Opel Astra” imiş. Pərviz ona maşının birinin qiymətinin 3500 ABŞ dolları məbləğində olduğunu demişdir. Pərvizə 10500 ABŞ dollarını oğlu Ülvinin yanında vermişdir. Hətta bundan sonra ona “BMW” markalı maşın üçün 9000 manat vermişdir. “Hyundai i30”, “Kia Ceed” və “Opel Astra” markalı maşınları Pərviz gətirdikdən sonra Bakı “maşın bazarı”na satmaq üçün çıxarmışlar. “Opel Astra” markalı maşını 12500 manata satmışlar. Pərviz ona 13000 manat pul gətirib vermişdir, amma onlar pulu hələ aralarında bölməmişlər, çünki Pərviz maşınların hamısını gətirib satdıqdan sonra pulu bölüşəcəklərini demişdir. Maşının bütün təmir, bir sıra əlavə xərclərini ödədikdən sonra əllərində 1500 manat pul qalmışdır, demək olar ki, hərəsinə 700-800 manat pul çatacaqmış. Pərviz də evində mətbəx mebelini dəyişəcəyini deyərək 3000 manat pul istəmişdir, o da pulu vermişdir. Sonra Pərviz “Kia Ceed” markalı maşını gətirmişdir. Həmin maşın üçün Pərvizə 6900 manat ödəmişdir. Həmin maşını da bazarda satdıqdan sonra 1200 manat pul qalmışdır, bu pulu da aralarında bölüşməmişlər. 1200 manatı da əlavə etməklə, ümumilikdə, 9000 manat pulu Pərvizə “BMW” markalı maşın gətirməsi üçün vermişdir, amma Pərviz həmin maşını gətirməmişdir. Pərvizdən maşınla bağlı soruşanda yubadayubada günləri ötürmüşdür. Ona 1-2 aya maşını gətirəcəyini vəd etsə də, hələ də nə maşın gətirilmiş, nə də pulu geri qaytarılmışdır. Bunlardan əlavə, Pərviz ona qırmızı rəngli “Opel Astra” markalı maşın gətirmişdir, həmin maşını gətirdikdən sonra dayısı oğluna kirayəyə verməsini xahiş etmişdir, o da etiraz etməmişdir. Kirayəyə verən zaman sadəcə etibarnamə ilə bu məsələni həll etmiş, müqavilə bağlamamışlar. Pərviz ona Ağdaş rayonunda satışda olan torpaq sahəsi olduğunu demişdir, həmin ərazidə də yonca əkilmişdir. Pərviz ona həmin torpaq sahəsini maşınla əvəzetmə üsulu ilə almasını təklif etmişdir, o da razılaşmışdır. Torpaq sahəsini aldıqdan sonra Pərviz ona heç bir sənəd verməmişdir, soruşan zaman “bu gün gətirəcəyəm, sabah gətirəcəyəm” deyə-deyə yubatmışdır. Pərvizin ona, ümumiyyətlə, 53000 manata yaxın borcu vardır. Bu borcdan ona heç bir məbləğdə pul qaytarılmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq, Zərərçəkmiş şəxs6 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, əvvəldən Pərvizin belə əməl törətdiyindən məlumatı olmamışdır, nə torpaq satılması ilə bağlı, nə də maşınla bağlı xəbəri var imiş. Pərviz ona Gürcüstandan 3 ədəd maşın gətirmişdir. Pərvizə 5 ədəd maşın sifariş etmişdir, 3 ədədini gətirilmiş, digər 2 maşını isə dəyişdirəcəyini deyərək gətirməmişdir. “Hyundai i30” və “Kia Ceed” markalı maşınları gətirmişdir, bundan sonra “Mercedes Vito” markalı maşın da sifariş etmişdir, onu gətirməmişdir. BMW” markalı maşın üçün Pərvizə 9000 manat pul ödəmişdir. Həmin puldan 3500 manatını sonradan oğlunun təhsil haqqını ödəməsi üçün Pərviz karta yollamışdır. “Medera Hospital”ın yanında əlbəəl şəkildə Pərviz ona pul verməmişdir. Restoranda Pərvizin ona 1300 manat pul verdiyini xatırlamır. “Opel Astra” markalı **-XU-*** qeydiyyat nişanlı maşını Sumqayıt şəhəri “maşın bazarı”nda Pərvizlə birlikdə 13500 manata satıb pulunu özü götürmüş, sonra həmin pulu yeni maşın gətirməsi üçün Pərvizə vermişdir. Pərvizə pulları verən zaman qəbz almamışdır. Pərviz 3500 manatı oğlu Ülvinin kartına yollamışdır. Pərvizlə üzləşdirmə keçirilmişdir. Pərviz üzləşdirmə zamanı onun dediklərinin hamısının düzgün olduğunu demişdir. Pərvizlə aralarında mübahisələr, hörmətsizliklər olmamışdır. Pərviz “Hyundai Elantra” ilə bağlı 16700 manat borclu imiş. Pərvizə BMW gətirməsi üçün 9000 manat və 3500 ABŞ dolları pul vermişdir, ümumilikdə, 15000 manat imiş. Lakin həmin maşın gətirilməmişdir, pulu da geri qaytarılmamışdır. Pərviz mebellə bağlı ondan 3000 manat götürmüşdür. Pərviz 1000 manata 5 baş körpə dana almışdır. Ona atasının obyekti olduğunu, orada danaların satışını həyata keçirəcəklərini demişdir. Pərviz ona 3200 manat verməmişdir. Pərvizin ona, ümumilikdə 43600 manat borcu var. Pərviz BMW-nin pulunu geri qaytarmamışdır. Onun Pərvizdən 27000 manat tələbi var. Pərvizə “Hyundai i30” üçün 16800 manat, “Opel” üçün isə 12500 manat pul vermişdir. Sonra oğlu üçün BMW sifariş etmişdir. Pərviz ona maşını gəmiyə vurduqlarını, iyul ayında çatdırılma edəcəklərini demişdir. Pərviz tutulmamışdan 15 gün öncə o, zəng etmiş, Pərvizə “Hyundai Elantra” markalı maşın gətirməli olduğunu xatırlatmışdır. Pərviz də ona yaxın müddət ərzində maşın bazarına getməsini, 23500 manatı götürməsini demişdir. Bundan sonra oğlu da, o da Pərvizə dəfələrlə zəng etmişlər, lakin cavab verən olmamışdır. Ən sonda Pərvizin yoxa çıxdığını öyrənmişlər. Belə ki, Pərvizin telefonu, ümumiyyətlə, söndürülmüşdür, müdiri ilə danışanda Pərvizin günlərlə işə gəlmədiyini demişdir. İttihamda qeyd olunmuş ziyanın məbləği 52850 manatdır, bununla razılaşır, sadəcə “Opel Astra” markalı maşını çıxmaq şərtilə qalanları düzgündür. “Opel Astra” markalı maşının satıldığı şəxslər sonradan ona 7000 manatı geri qaytarmışlar, bu epizod üzrə ona dəymiş zərər ödənilmişdir. Pərvizdən “Hyundai i30” markalı maşını tələb edir, bu maşın geri qaytarıldıqdan sonra Pərvizdən tələbi 23000-24000 manatdır. Pərvizə humanistlik göstərdiyi üçün dəymiş zərərin hamısını tələb etmir, belə ki, Pərvizin körpə balası var, onun da körpə nəvəsi var. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, 2023-cü ildə Natiq adlı şəxsin 9-cu mikrorayon ərazisində yerləşən bərbərxanasına gedibgəlmişdir. Gedib-gəldiyi müddətdə şəriki, həm də uşaqlıq dostu Zərərçəkmiş şəxs5 da olmuşdur. Ora gedib-gəldiyi müddətdə Pərvizlə tanış olmuşdur. Pərviz onlara özünün keçmiş müdiri Məhəmmədlə birlikdə dərman zavodları, gübrə mağazaları açdığını, maşın alveri etdiklərini demişdir. Həmin ərəfələrdə Kənanla o, iş qurmaq istədikləri üçün maşınlarını satmaq qərarına gəlmişlər. Beləliklə, Pərvizin vasitəsi ilə maşınları satışa qoymuşlar. Atasına bu barədə danışıb məsləhət almışdır. Atası ona Pərvizlə tanış olub üzbəüz şəkildə söhbət etmək istədiyini demişdir. Atası ilə Pərvizi görüşdürmüşdür. Onların maşınları satılmamış, atası Pərvizlə şərikli işləməyə başlamışdır. Pərviz atasına 6 maşın gətirməli olduğunu deyib pul istəmişdir. Atası da ona 6 maşının pulunu vermişdir. Həmin maşınlar gətirilmiş, daha sonra da satılmışdır. Bir müddət sonra Kənanın da maşını satılmışdır. Onun həmin vaxtlarda toy ərəfəsi olduğu üçün başı qarışıq imiş. Kənan maşını satıldıqdan sonra Pərvizlə işləməyə başlamışdır, onlar maşın gətirib satmışlar. Fevral-mart aylarında onun da maşını satılmışdır. 9-cu mikrorayon ərazisinə, Mir Cəlal küçəsi 34 ünvanında məhəllədə Pərvizlə görüşmüşdür. Pərvizə 10500 manat pul vermişdir. Bu pulla Pərviz bir maşın gətirmişdir, həmin maşını da satmışlar. Bundan sonra Pərviz, o və Kənan söhbət edib pullarını birləşdirib bir neçə maşın gətirib satmaq qərarına gəlmişlər. Nəticədə “Hyundai Elantra” markalı maşın gətirmişlər. Həmin maşını Kənanla birlikdə bazara aparıb satmışlar. Səhv etmirsə, 21500 manata satmışlar. Daha sonra 4-cü mikrorayonda obyektlərin birində Pərvizlə görüşüb pulu ona vermişdir. Pulu aldıqdan sonra Pərviz onlara bir ədəd göy rəngli “Hyundai Elantra” markalı, həmçinin bir ədəd ağ rəngli “Toyota Prius” markalı maşın gətirəcəyinə dair söz vermişdir. Onun xalaoğulları da maşın gətirmək qərarına gəlmişlər. Xalaoğullarını Pərvizlə tanış etmişdir. Bu müddətdə o, problemli bir hal olduğunu hiss etmişdir. Çünki Pərviz əvvəlki kimi hamısı ilə birgə görüşməmiş, ayrı-ayrı söhbət etmişdir. Bir müddət sonra Pərviz göy rəngli “Ford Transit” markalı maşın gətirmiş, ona zəng edib maşın gətirdiyini demiş, bunu da satmağı təklif etmişdir. Həmin ərəfələrdə atası ona zəng edib Pərvizin təzə maşın gətirdiyini, bunu satacağını demişdir. O da şəkilə baxan zaman Pərvizin ona dediyi maşınla eyni olduğunu görmüşdür. Lakin atasına və Pərvizə heç nə deməmişdir. Həmin ərəfələrdə atası ilə arası yaxşı olmadığı, küsülü olduqları üçün 1-2 aya yaxın müddət danışmamışlar. Onun Binyamin adlı bir qohumu var imiş. Binyamin ona zəng edib Pərvizlə işlədiyini, lakin son vaxtlarda Pərvizin maşınları və pulları gətirməyi gecikdirdiyini bildirmişdir. Binyaminlə Pərvizin birlikdə işlədiyindən onun xəbəri olmamışdır. Çünki Pərviz ona Bünyamindən xoşu gəlmədiyini, onunla heç vaxt işləməyəcəyini demişdir. Binyaminlə söhbət edən Pərvizin sadəcə göy rəngli “Ford Transit” markalı maşın gətirdiyini demişdir. Binyamindən maşının qeydiyyat nişan nömrəsinin “706” olub-olmadığını soruşmuş, Binyamin də gülüb bunu haradan bildiyini soruşmuşdur. Binyaminə Pərvizin ona və atasına da eyni maşını gətirdiyini demiş və bu məsələ barədə atasına zəng edib məlumat vermişdir. Pərviz üçünə də maşının eyni şəklini yollamışdır. Sonradan göy rəngli “Ford Transit” markalı maşının Məhəmmədin qayınanasının adına olduğunu, pulu da özünün şəxsən ödədiyini öyrənmişdir. Bundan sonra Pərviz qara rəngli “Hyundai Elantra” markalı maşın gətirmişdir. Pərvizin dediyinə görə, bu maşını atası ilə şərikli olaraq gətirmişdir. O, həmin maşını satışa qoymuşdur. Müştərilər olduqca Pərvizə zəng edib yanına çağırmışdır. Pərviz də hər dəfəsində bir bəhanə uydurmuşdur. Əslində ilk başda Pərviz belə biri deyilmiş. Nə zaman çağırsa, əlində işi olsa da, gəlmişdir. Bir müddət sonra Məhəmməd onun atasına zəng edib bacanağınının maşınını Ülvi adlı şəxsin satışa qoyduğunu bildirmişdir. Atası da ondan elanın altında yazılmış nömrəni soruşmuşdur. Məhəmməd də onun nömrəsini demişdir. Atası da bu maşını Pərvizin onlar üçün gətirdiyini demişdir. Sonradan maşının onların olmadığı məlum olmuşdur, Pərviz sadəcə onların adından istifadə edərək pulları götürmüşdür. Ümumilikdə, ona 10500 manat məbləğində zərər vurulmuşdur. Lakin həmin zərərdən müəyyən məbləğ ödənilmişdir. Hal-hazırda Pərvizin ona 4600 manat məbləğində borcu vardır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Pərvizlə aralarında maşın alveri söhbəti 2023-cü ildə olmuşdur. Pərviz onun atası ilə şərikli olaraq 6 ədəd, Kənan və onunla 1 ədəd maşın gətirmişdir. Dəqiq 7 ədəd maşın gətirdiyini bilir. Məhəmmədlə birlikdə neçə ədəd maşın gətirdiyindən məlumatı yoxdur. Binyaminlə sonuncu dəfə danışanda ona Pərvizlə 10 ədəd yaxın maşın gətirəcəklərinə dair razılaşdıqlarını demişdir. Pərviz ona “Hyundai Elantra” markalı maşın gətirməli imiş. Pərvizin ona 4600 manat məbləğində borcu qalmışdır. Bundan başqa heç bir tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, avtomobillərin gətirilməsi ilə bağlı Pərvizə müraciət etmişdir. Pərviz də dediyi avtomobilləri gətirə biləcəyini, daha sonra isə qiymətlərini demişdir. Qiymətləri 16000 manat, 12000 manat, 10000 manat məbləğində müəyyənləşdirib ona bildirmişdir. Həmin məbləğləri ödəyən zaman Pərviz pulun onun deyil, xalası oğlunun olduğunu bilmişdir. Həmçinin maşınları da xalası oğlu üçün gətirtmişdir. 3 maşın üçün Pərvizə ümumilikdə 39000 manat pul vermişdir. Pərviz onun sifariş etdiyi heç bir ehtiyat hissəsini gətirməmişdir. 39000 manat ödədiyi puldan sadəcə 8000 manatı geri ala bilmişdir. Ümumi olaraq, Pərvizin ona 31000 manat ödəməli olduğu borcu vardır. Pərvizin ona niyə ehtiyat hissələri gətirmədiyi, pulunu niyə qaytarmadığı ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, Pərviz ona əvvəlcədən sifariş etdiyi 3 avtomobili gətirmişdir. Bundan sonra Pərvizə güvənib ehtiyat hissələri də sifariş etmişdir. Onun maşınları sifariş edən zaman heç bir kommersiya məqsədi olmamışdır. Bununla bağlı nə müqaviləsi, nə də ki, başqa bir sənədi var imiş. Pərvizə 16000 manatı, 12000 manatı və 10000 manatı ödəyəndən sonra Pərviz maşınları və ehtiyat hissələri gətirməməyə başlamışdır. Bu hadisələr 2023-cü ilin sentyabr ayının 10dan başlamışdır. Pərvizin ona 31000 manat borcu var. Gömrükdə bəzi problemlər yarandığı üçün Pərviz maşınları gətirə bilməmişdir, amma bunun onların məsələsinə heç bir aidiyyəti yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla tanışlığı 2021-ci ildən yaranmışdır. Pərvizin bacısı 9-cu mikrorayon ərazisində yaşamış, bu vasitəylə də onlar tanış olmuşlar. Digər Zərərçəkmiş şəxs4 onun uşaqlıq dostudur. “Hyundai Elantra” markalı maşının Gürcüstan ərzisindən gətirilməsi ilə bağlı 4800 manat Zərərçəkmiş şəxs4 tərəfindən, 13000 manat onun tərəfindən Pərvizə verilmişdir. May ayında bir neçə müddət gömrükdə problem yaşandığı ilə bağlı Pərviz onlara məlumat vermişdir, onlar bunu normal hal kimi qarşılayaraq Pərvizin sözünə inanmışlar. Daha sonra Pərviz zənglərə cavab verməməyə başlamışdır, elə bu zaman onlar Pərvizin qaçdığını anlamışlar. Ülvi ilə birlikdə digər zərərçəkmiş şəxslərlə əlaqə saxlamağa başlayanda Pərvizin digərlərinə qarşı da bu cür hərəkətlər etdiyini öyrənmişdir. Bir müddət sonra Pərvizlə əlaqə saxlayaraq üzbəüz şəkildə görüşmüşdür. Görüşən zaman Pərviz ona pulun batdığını, maşını ala bilmədiyini demişdir. Bunu eşitdikdən sonra Ülvi ilə birlikdə Binəqədi rayonu ərazisində şikayət ərizələrini vermişlər. Ümumilikdə, Pərvizə 13000 manat pul vermişdir, amma bu pulun ona sadəcə 150 manatı qaytarılmışdır. Həmin 150 manat isə keçən ilin dekabr ayında verilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Pərvizə “Hyundai Elantra” markalı, 2014-cü il buraxılışlı, göy rəngli maşın sifariş vermişdir, hətta şəklini də göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 1 il 6 ay əvvəl onlar Badamdar deyilən ərazidə maşın almışlar. Belə ki, o, yeznəsi və yanlarında bir tanışı ilə Badamdarda maşın bazarını gəzmiş, orada “Hyundai” markalı bir avtomobilə rast gəlmişlər, həmin maşını İlkin adlı cavan oğlan satırmış. O, maşını evinin həyətində saxlamağı, sonra notariusa gedib alqı-satqını həyata keçirməyi təklif etmişdir. Həmin İlkin adlı şəxs vaxtı olmadığını demiş və ona baş etibarnamə verməsini və 1 il ərzində gedib avtomobili öz adına keçirməsini təklif etmişdir. İlkinin özünün təklifi ilə aparıb maşını Biləcəri qəsəbəsində ustalara göstərib yoxlatdırmış, maşının xırda xərcləri olmuş, İlkinlə bu barədə danışıb razılaşmışlar. Maşında o, yeznəsi Zakir və onun dayısı İsfəndiyar olmuşdur. Əslində maşını yeznələri Zakir üçün alırmışdır, belə ki, Zakir xəstə imiş, maşını alıb taksi fəaliyyəti kimi yüngül oturaq işlə məşğul olmaq istəmişdir. İlkin ona şəxsiyyət vəsiqəsini verməsini, onun adına baş etibarnamə verməsini, 1 il ərzində maşını alqı-satqı yolu ilə yeznəsinin adına keçirməsini, sonra özləri gedib rahat rüsumları ödəməkdə yeznəsi ilə alqı-satqı etmələrini təklif etmişdir. Təxminən yarım saatdan sonra İlkin onun telefonuna SMS-lə baş etibarnamə ilə bağlı fayl atmışdır. Bundan sonra İlkinə 16700 manat pul vermişlər. Təxminən 4 ay sonra uşaqların məktəblərinin başlayan vaxtında maşını gedib öz adlarına keçirmək istəmiş, maşını aldıqdan sonra mobil telefonuna yüklədiyi mobil notariat proqramına daxil olmuş və orada baş etibarnamənin qüvvədən düşməsi barədə qeyd olduğunu görmüşdür. Baş etibarnamə İlkinin atası Şahid1 tərəfindən ona verilmişdir, lakin maşın Elçin adlı şəxsə məxsus imiş. Elçin də, yəqin maşını İlkinin atası Seyfullaya satmışdır. Bundan sonra o, yeznəsi Zakiri çağırmış, birlikdə maşının əsas mülkiyyətçisi olan Elçin adlı şəxsin 9-cu mikrorayon Mir Cəlal küçəsindəki ünvanına getmişlər, Elçin adlı şəxsi soraqlaşarkən oradakı qadınlar binanın komendantının nömrəsini onlara vermişlər. O, komendanta zəng etmiş, Elçin adlı şəxsi maşınla əlaqədar axtardıqlarını demiş, həmin komendant da etibarnamələrlə bağlı çox şəxslərin gəlib-getdiklərini, maşının texniki pasportunun şəklini çəkib ona atmasını, özünün də texniki pasportun şəklini mülkiyyətçiyə atacağını, tezliklə nə məsələ olduğunu öyrənib deyəcəyini bildirmişdir. Təxminən yarım saatdan sonra komendant ona zəng vurmuş, gəlməsini demişdir. Orada hündür bir yerdə ağ rəngli “Audi Q7” markalı avtomobil dayanmışdır, onlar gələn kimi maşının içindən 3 nəfər düşmüş, onlardan biri yaşlı, yanındakılardan biri cavan oğlan, digər isə orta yaşlı şəxs imiş. O, həmin yaşlı şəxsə maşınla bağlı problemini danışdıqdan sonra onlara maşın satmadığını demişdir. O da maşın satmadığını bildiyini, baş etibarnamədə adı olan mülkiyyətçini axtarıb tapmaq və söhbət etmək üçün buraya gəldiyini demiş, həmin şəxs də Pərvizin onu aldatdığını demişdir, Pərviz dedikdə kimi nəzərdə tutduğunu dəqiq bilməmişdir, yəqin ki, hazırda təqsirləndirilən şəxs olan Pərvizi nəzərdə tutmuşdur. Maşının sahibi olan həmin Elçin adlı şəxs maşınla bağlı artıq Binəqədi rayon Polis İdarəsində nömrəsini xatırlmadağı polis bölməsinə şikayət etdiyini, işə Aslan adlı təhqiqatçının baxdığını demiş, onlara da gedib şikayət etmələrini məsləhət görmüşdür. Bundan sonra o, yeznəsi ilə oradan çıxıb getmişdir. Bundan 2 gün sonra ona polis bölməsindən zəng gəlmişdir. Zəng edən polis əməkdaşı onlarda maşın olduğunu, gətirib maşını təhvil vermələrini demişdir, o da maşının onda olmadığını, rayonda olduğunu, yeznəsinin də adına idarə etmək üçün etibarnamə verdiyini demişdir. Polis əməkdaşının zəngindən sonra o, DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir, bundan sonra onun işini Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə vermişlər. O, Təqsirləndirilən şəxs tanımamışdır, Pərvizin adını ona Elçin demişdir, Elçin ona maşını Pərvizə verdiyini, Pərvizin də onu aldatdığını demişdir, ümumiyyətlə Pərviz barədə konkret olmayan min söz danışmışdır. O, pulu İlkinə vermişdir və pulunu İlkindən tələb etmişdir. İlkinlə danışdığı vaxt İlkin də maşını ona qanuni yolla satdığını, arada kiminsə getdiyini demişdir. O, orta ixtisas hüquqşünas təhsillidir, maşını alarkən alqı-satqı müqaviləsinin bağlanılmalı olduğunu bilmişdir, lakin İlkinə inandığından baş etibarnamə əsasında maşını qəbul edib pulunu ödəmişdir. Onun Pərvizə qarşı tələbi yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirdi ki, maşının alınması ilə bağlı heç bir prosedurlarda Təqsirləndirilən şəxs iştirak etməmişdir, Pərvizi görməmişdir. Təqsirləndirilən şəxs ondan pul istəməmişdir. Təqsirləndirilən şəxs pul verməmişdir. O, “Hyundai” markalı maşın almışdır, amma həmin maşını Pərvizdən almamışdır. Pərvizi tanımamış, ilk dəfə məhkəmədə görmüşdür. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Pərvizlə Şamaxıda tanış olmuşlar. Pərviz internet səhifəsinə avtomobil satışı ilə əlaqədar elan qoymuş, o da bu elanı gördükdən sonra zəng etmişdir. 2-3 gün qiymətlə bağlı razılığa gəlmələri üçün söhbət etmişlər. Son nəticədə razılığa gəlmişlər, o, axşam vaxtı maşının olduğu əraziyə getmiş, maşına baxmış, bəyəndikdən sonra da 15500 manat ödəyərək maşını almışdır. Pərvizlə maşın alan zaman alqı-satqı müqaviləsi bağlamamışlar, bunun əvəzində ona etibarnamə vermişdir. Həm axşam saatları olduğu üçün, həm də özü alqı-satqı işləri ilə məşğul olduğundan müqavilə üçün əlavə 200-300 manat ödəməmək məqsədilə alqı-satqı müqaviləsi bağlamamışdır. Maşını aldıqdan sonra müəyyən hissələrinin təmiri üçün 1400-1500 manat ödəmişdir. Bütün təmir işlərini bitirdikdən sonra maşını Sumqayıt şəhər “maşın bazarı”na çıxararaq Akif adlı şəxsə satmışdır. Bazar günü olduğundan notariusdan baş etibarnamə alaraq Akifə yollamışdır. Akiflə də alqı-satqı müqaviləsi bağlamamışlar, çünki bazar günü bütün iş yerləri bağlı imiş. Sonra maşının yol hərəkəti qaydalarının pozulması ilə bağlı 40 manat məbləğində cəriməsi olduğu ortaya çıxmışdır. Pərvizə bunu deyən zaman sonuncu, maşının nə cəriməsi çıxsa, özünün ödəyəcəyini bildirmişdir. Maşın Nicabət xanımın adına imiş, həmin xanım da Zərərçəkmiş şəxs1 qayınanasıdır. Nicabət xanım etibarnaməni ləğv etdirmişdir. Bunun üzərindən 3-4 gün keçdikdən sonra maşını satdığı şəxs ona zəng edərək etibarnaməni niyə ləğv etdirdiyini soruşmuş, o da ləğv etmədiyini izah etmişdir. Sonradan o, Nicabət xanımın yaşadığı ünvana getmiş, ona orada yaşamadığını demişlər. Nə qədər çalışsa da, Nicabətlə üzbəüz görüşə bilməmiş, sadəcə telefonla əlaqə saxlamışdır. Ona ümumiyyətlə 17000 manat məbləğində maddi zərər vurulmuşdur. Maşını satdığı şəxs onun barəsində məhkəməyə şikayət etmişdir. Onların Xətai Rayon Məhkəməsində məhkəmə prosesi keçirilmişdir. Maşını 18000 manata satmışdır, məhkəmədə də qanuni şəkildə həmin pulu geri qaytarmışdır. Pərvizdən pulunu tələb edir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs7 bildirdi ki, maşını alan zaman axşam vaxtı imiş, həm bu səbəbdən, həm də alqı-satqı müqaviləsi üçün rüsumla bağlı əlavə 300-400 manat xərcinin çıxmamasından ötrü müqavilə bağlamamışlar. Özü də alqı-satqı işləri ilə məşğul olmuşdur, həmişə etibarnamə əsasında əldə olunmuş malı etibarnamə ilə satmışlar. İlk dəfə başına belə bir hal gəlmişdir. Pərviz ona maşının əmisinin həyat yoldaşının adına olduğunu, əmisinin vəfat etdiyini, pul əldə etmək məqsədilə maşını satdığını demişdir. Pərvizlə əvvəldən heç bir tanışlığı, əlaqəsi olmamışdır, ilk dəfə bu maşın alqı-satqısı ilə bağlı tanışlıqları yaranmışdır. Maşın ilə bağlı problem yarananda Pərvizə zəng edib bildirmişdir, Pərviz də ona tez bir zamanda etibarnamə alıb verəcəyini demişdir. Hətta Pərvizin dayısı Ağadadaş bəylə də danışmışdır. Məhəmmədlə əlaqə saxlanılmış, telefon danışığı zamanı Məhəmməd 2-3 günə etibarnamə verəcəyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. “Ford Transit” markalı maşını Nicabət xanım sonradan başqa bir şəxsə sataraq pulunu özü təhvil almışdır. Pərvizə “Ford Transit” markalı maşın üçün 15500 manat ödəmişdir, hətta özü də Xətai Rayon Məhkəməsində dindirilən zaman ifadəsində bu faktı təsdiq etmişdir. Pərvizin təqsiri Məhəmmədlə aralarında olan mübahisələri ilə əlaqədar onun Akifə satdığı maşınla bağlı etibarnamənin ləğv edilməsi olmuşdur. Daha sonra da həmin maşın Məhəmməd, ya da Nicabət xanım tərəfindən başqa bir şəxsə satılmışdır. Akif də Xətai Rayon Məhkəməsində məhkəmə prosesində 18000 manat pulu ondan tələb etmişdir, o da qanuni şəkildə tələb olunan pulu ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, 6 avqust 2023-cü il tarixdə Sumqayıt maşın bazarında olan zaman Elgün adlı gənc ona yaxınlaşıb nə axtardığını soruşmuşdur. O da “Ford Transit” markalı maşının qiymətini soruşmuş, 22000 manat olduğunu öyrəndikdən sonra məbləğin yüksək olduğunu bildirmişdir. Elgün qiyməti 20000 manata endirə biləcəyini demiş, həmin qiymət yenə yüksək olduğu üçün razılaşmamışdır. Həmin vaxtlarda Qəbələdən onun qonağı gəlmiş, qonağını maşın bazarına gətirib maşını göstərmiş, bununla bağlı fikrini soruşmuşdur. Qonağı da ona maşının yaxşı olduğunu, lakin qiymətinin yüksək olduğunu bildirmişdir. Dostuna maşının qiymətində endirim etdirəcəyini bildirmişdir. Beləliklə, Elgünlə yenidən danışmışdır. Elgün də ona 18000 manata maşını satacağını demişdir. Bundan sonra Elgün birlikdə notariusa getməyi təklif etmişdir. Notariusda olan zaman bütün sənəd işlərini həll etmişlər, 2000 manat behi də Elgünə vermişdir. Elgünə növbəti gün görüşüb maşının etibarnamə məsələsini həll etməli olduqlarını bildirmişdir. Elgün də pulun tam ödənişi edilmədən etibarnamə məsələsini həll etməyəcəyini demişdir. Bundan sonra Biləcəridə yerləşən evinə getmişlər, evdən 16000 manat götürüb Elgünə vermişdir. Bununla da onların pul haqqhesabı bitmişdir. Maşını aldıqdan bir neçə gün sonra yolda hərəkətdə olarkən Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları onu saxlamışlar. Əməkdaşlardan biri mədəni şəkildə ona yaxınlaşıb maşının arxa tərəfində qeydiyyat nişan nömrəsinin olmadığını bildirmişdir. O da əməkdaşa pul təklif etmiş, lakin əməkdaş razılaşmamış, rəisinə bu barədə məlumat vermişdir. Bundan sonra onun maşınını cərimə meydançasına aparılmış, sonra da cərimə çeki yazıb vermişlər. Növbəti gün maşınını təhvil almaq üçün həmin ünvana gələndə maşının orada olmadığını görmüşdür. Elgünə bu barədə məlumat vermiş, cəriməni ödəməsini tələb etmişdir. Lakin Elgün ona həmin maşını Pərviz adlı şəxsdən 15500 manata aldığını bildirmişdir. O, Elgünün digər dələduzlarla əlbir olduğunu düşünmüşdür. Pərvizin bu işdə heç bir günahı yox imiş, o, sadəcə öz nəfsinin qurbanı olmuşdur. O, çayxanada oturan zaman şəxsən bu cinayət işindəki əsas dələduzların söhbətinə şahid olmuşdur. Belə ki, onlar Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına pul təklif edərək istədikləri şəxsin maşınlarını saxlatdırmış, sonra cərimə meydançasına çəkdirmiş, ən sonda maşın yoxa çıxmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, Pərvizlə heç bir əlaqəsi olmamış, əvvəlcədən bir-birlərini tanımamışlar. Pərvizin bu cinayət işi üzrə pul əldə etməsi ilə bağlı heç bir məlumatı yoxdur. Elgün ona olan borcunu məhkəmə qaydasında qaytarmışdır. Elgün Sumqayıt maşın bazarında ona “Ford Transit” markalı maşını satanda Pərviz yanlarında olmamışdır. Elgün maşını satan zaman ona maşını Pərvizdən aldığını, indi də ona satdığını demişdir. Maşını cərimə meydançasından Mamedlə Pərvizin dələduz müdiri aparmışdır. “Ford Transit” markalı maşının satışının arxa kadrında Pərvizin iştirak edib-etmədiyinə dair heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə özünə avtomobil almaq məqsədilə Badamdar “maşın bazarı”na getmiş, orada əvvəllər tanımadığı, sonradan adını bildiyi X3 “Hyundai i30 minik” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı 2009-cu il buraxılışlı avtomobili görmüş və həmin avtomobil diqqətini çəkdiyindən satış qiyməti iiə maraqlanmış, avtomobilin satış qiymətinin 16000 manat olduğunu bildikdən sonra avtomobili almaq niyyəti olduğundan dəqiqləşdirməyə başlamış, bundan sonra həmin şəxsə beh verib sonra maşını bazardan çıxararaq yoxlatdırmış və avtomobilin xırda nasazlıqları olmasını nəzərə alaraq razılıq əsasında 15000 manat pul verib maşını Malik Hüseynovdan almış, sonra Malik Hüseynov online qaydada baş etibarnamə vermiş, maşını aldıqdan sonra oğlu İlkin Məmmədova etibarnamə vermiş, avtomobili bir neçə gün idarə etdikdən sonra nasazıqlarnı təmir edib satmaq qərarına gəlmiş, xx.xx.2023-cil ii tarixdə oğlu İlkin qeyd olunan avtomobili Zərərçəkmiş şəxs3 16700 manata satmış və həmin şəxsə online etibarnamə vermiş, avqust ayının 20-21-də Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq nə üçün avtomobilin etibarnaməsini ləğv etdirdiyini soruşmuş, o, Rövşənə bu barədə heç bir məlumatı olmadığını və etibarnaməni ləğv etdirmək hüququ olmadığını, yalnız mülkiyyətçinin bunu edə biləcəyini demiş, buna baxmayaraq yenə də Malik Hüseynovu taparaq onunla görüşüb məsələni aydınlaşdırmış, Malik də cavab olaraq avtomobili mülki etibarnamə ilə başqa şəxsdən aldığını bildirmişdir. “Hyundai i30 minik” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı 2009-cu il buraxılışlı avtomobili qanuni sənəd olaraq online qaydada baş etibarnamə ilə Malikdən almış və 16 gün sonra oğlu İlkin Məmmədov həmin avtomobili Rövşənə satdığından online qaydada baş etibarnamə vermiş, həmin maşının şəhadətnaməyə əsasən sahibi olan Elçin adlı şəxsi tanımamış, onunla heç bir əlaqəsi olmamış, onun etibarnaməni nə üçün ləğv etməsinin səbəbini bilməmiş, Təqsirləndirilən şəxs tanımamış və onunla heç bir əlaqəsi olmamışdır (cild 2, iş vərəqi 198-200). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 37-38). - Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə ona məxsus olan Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən bitkiçilik mağazasında fəhlə işləyən Təqsirləndirilən şəxs ona məxsus olan otağından 3600 manat pul oğurladığını, bundan başqa müştərisi Seyranın ona olan 2776 manat pul borcunu onun xəbəri olmadan alaraq həmin pulu mənimsəyərək dələduzluq etdiyini göstərmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (cild 1, iş vərəqi 56). - zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 64). - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 1, iş vərəqi 89-90). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsini bir daha təsdiq edərək bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-Xuna bağları adlanan yerdə Pirallalı yolunun kənarında bitkiçilik satışı ilə məşğul olan dükan işlətmiş, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən dükanında satıcı işləmişdir. 04 avqust 2023-ci il tarixdə işdə olan zaman Təqsirləndirilən şəxs anası Tumarə zəng edərək oğlunun problemi olduğunu və işə düşdüyünü bildirmiş, bundan sonra Pərvizin yaşadığı evə getmiş və Pərvizi götürüb avtomobilində söhbət edərək problemləri barədə soruşmuş, həmin vaxt Pərviz xarici ölkəyə avtomobil alması üçün pul göndərdiyini, lakin onu aldatdıqlarını bildirmiş, bir qədər onunla söhbət etdikdən sonra Pərviz evinə getmiş, sonradan o, Pərvizin qanunsuz işlər gördüyündən şübhələnmiş, ona görə özünə məxsus etibarnamə ilə Pərvizə verdiyi bir ədəd “Ford Transit” markalı, **-KU-*** nömrəli avtomobilin etibarnaməsini ləğv etdirmiş, bununla əlaqədar notariat ofisinə getmiş və orada Pərvizin həmin avtomobili başqa adamlara sataraq etibarnamə verməsini bilmiş, avtomobilin qeydiyyat vəsiqəsi öz adına olduğu üçün etibarnamələri dərhal ləğv etdirmiş, bundan sonra məsələni aydınlaşdırmaq üçün Pərvizlə görüşmüş, ilkin olaraq ona heç bir şey bildirməmiş, Pərvizdən “Ford Transit” markalı avtomobilin harada olduğunu soruşmuş, Pərviz ilk olaraq həmin avtomobilin bacısının həyətində olduğunu demiş, sonra Pərvizə bacısnın həyətinə getməyi və maşını göstərməsini təklif etmiş, bu zaman Pərviz avtomobilin hansısa dostunda olduğunu bildirmiş, sonra Pərvizə dostuna zəng etəmsini və onunla görüşmək istədiyini bildirmiş, həmin vaxt Pərviz avtomobilin oğurlandığını demiş, ona “əgər maşın oğurlanıbsa gedək polisə şikayət edək” dedikdə Pərviz şikayət etməməsini xahiş etmiş və hər şeyi olduğu kimi deyəcəyini bildirmiş, bundan sonra maşından düşərək getmiş, ertəsi günü işə gəlmiş və Pərvizi gözləmiş, lakin Pərviz gəlməmiş, bundan sonra Sumqayıt şəhərinə gedərək etibarnamə orada verildiyi üçün polisə şikayət etmiş, Pərvizə zəng etdikdə isə ona zəng çatmamış, sonradan Pərvizin ona məxsus avtomobili “Şamaxinka” adlanan yerdə 15500 manata tanımadığı şəxsə satması məlum olmuş, etibarnaməni ləğv etdirərək maşını geri qaytarmışdır. Bundan başqa dükana borcu olan müştərisi Seyran adlı şəxsə zəng edərək borcunu verməsini xahiş etmiş, bu zaman Seyran qəbzləri və Pərvizin “vatsap” səs yazılarını ona ataraq borcunun, yəni 4175 manat borcunu tam şəkildə ödədiyini bildirmiş, daha sonra Pərvizin digər əmlaklarını oğurlaya biləcəyindən şübhələnərək dükandakı iş otağına daxil olmuş və orada masanın altındakı siyirmədə fayl sənədlərinin arasında saxladığı pulunun yerində olub-olmadığını yoxlamış, bu zaman həmin yerdə olan 3600 manat pulunun yerində olmadığını aşkar etmiş, hətta öz adına “Konrakt Home” mağazasından aldığı və iş zamanı istifadə etməsi üçün Pərvizə verdiyi “Honor X8” markalı mobil telefonunun da Pərviz tərəfindən satıldığını və əldə olunmuş pulu özü üçün xərclədyini bilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dediklərini dinləmiş və bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2012-ci ildən tanımış, əvvəllər aralarında heç bir ədavət olmamış, Məhəmməd "xxxx" MMC-də anbardar işləyən zaman orada mühafizəçi işləmiş və həmin vaxtlar aralarında səmimi münasibət yaranmış, 2016-cı ildə Məhəmməd işdən çıxmış və özünə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində bitki dərmanları dükanı açmış, həmin dükanın adı əvvəlcə “X26” olmuş, 2020-ci ildən sonra isə adını dəyişərək “Suqovuşan Aqro” qoymuş, həmin dükanda rəsmi olaraq adı satıcı kimi qeydiyyata alınsa da orada hər bir vəzifəni həyata keçirmiş, Məhəmməd dükanda bütün işləri ona tapşırmış, belə ki, kassaya nəzarəti, satışı, işçilərə nəzarəti, malların qəbulu və çıxarışını həyata keçirmişdir. 2021-ci ilin dekabr ayına qədər Məhəmmədlə normal işləmiş, həmin dükanda gördüyü işlərin qarşılığnda ayda 600 manat əmək haqqı almış, 2020-ci ildə doğulmuş övladının səhhətində problemlər olduğundan onun müalicəsi üçün borcu yaranmış, bu səbəbdən Zərərçəkmiş şəxs1 verdiyi maaş onu qane etməmiş və işdən çıxmaq istəmiş, çünki Məhəmmədin 600 manatdan çox əmək haqqı vermək imkanı olmamış, işdən çıxmaq istədikdə isə Məhəmməd ona dükana borcu olan şəxslərdən borcları yığıb qurtardıqdan sonra işdən çıxa biləcəyini demiş, dükana təxminən 100000 manat məbləğində borclu olan şəxslər olduğundan həmin borcları yığmaq ona çətin olmuş, buna görə qalıb işləmək məcburiyyətində qalmış, maddi vəziyyətini düzəltmək üçün tanışları ona xarici avtomobilləri ölkəyə gətirib satmaqla məşğul olmasını təklif etmiş, bu təklifi qəbul etmiş və tanışları Kənan, Ülvi, Elçin adlı şəxslərlə Almanya, ABŞ və digər ölkələrdən avtomobil gətirib satmağa başlamış, həm Məhəmmədin dükanında işləmiş, həm də maşın alveri ilə məşğul olmuş, hətta Məhəmmədə 3 dəfə avtomobil gətirmiş, lakin avtomobili gətirməyi üçün heç bir maya qoymamışdır. Gətirdiyi avtomobilləri auksionda udmuş, eləcə də Gürcüstanda olan tanışlarının vasitəsi ilə avtomobil tapıb gətirmiş, hər avtomobildə tanışları ona 400-500 manat pul vermişdir. 2022-ci ildə atası cərrahi əməliyyat keçirdikdən sonra maddi vəziyyəti daha da çətinləşmiş və borcları artmış, avtomobil alverində də ziyan etməyə başlamışdır. Məhəmmədə xaricdən gətirdiyi avtomobillərdən biri “Ford Transit” markalı, **-KU-*** nömrəli avtomobil olmuş, həmin avtomobili 2023-cü ilin əvvəllində gətirmiş, avtomobili etibarnamə ilə idarə etmiş, sonradan borclarını ödəmək üçün həmin avtomobili satıb pul əldə etmək istəmiş və xx.xx.2023-cü il tarixdə “Şamaxinka” adlanan yerdə avtomobili X10 15500 manata satmış və Elgünə etibarnamə vermiş, Məhəmməd avtomobili saldığını bildikdə məcbur olub avtomobili geri qaytarmış və Məhəmmədin özünə vermiş, bundan sonra aralarında söz-söhbət yaranmış və buna görə işdən çıxmışdır (cild 1, iş vərəqi 101- 104). - vətəndaş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Gürcüstün Respublikasından iki ədəd “Hyundai Elantra” markalı avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayının təxminən ikinci ongünlüyündə hissə-hissə olmaqla, ümumilikdə 36000 manat pulunu Bakı şəhəri, Xətai rayonu və Nərimanov rayonu ərazilərində alaraq ələ keçirmiş, lakin vədinə əməl etməyib pulunu geri qaytarmayaraq ona qarşı dələduzluq etmişdir (cild 1, iş vərəqi 120). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 120a). - vətəndaş Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 2023-cü ilin may ayının əvvəllərində Binəqədi rayonu, Mir Cəlal 41 ünvanında tanışı Təqsirləndirilən şəxs Gürcüstan Respublikasından ölkə ərazisinə onun üçün avtomobil gətirilməsi məqsədi ilə 17800 manat pul versə də, həmin şəxs onu aldatmış və vədinə əməl etməyərək pulunu dələduzluq yolu ilə ələ keçirmişdir (cild 1, iş vərəqi 134). - vətəndaş Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə ərizə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Gürcüstan Respublikasından onun üçün avtomobilə gətirəcəyinə vəd verib müxtəlif vaxtlarda onun yaşadığı ünvanda ondan ümumilikdə 53000 manat pul alsa da sonradan vədlərinə əməl etməyib onu aldatmaqla ona qarşı dələduzluq etmişdir (cild 1, iş vərəqi 141). - hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal 34 ünvanıdır. Binəqədi rayonunda yerləşən “Madeyra” mebel mağazasının arxasında 9 mərtəbəli yaşayış binaları qarşısında isə magistral 2 tərəfli avtomobil yolu müşahidə olunur. İstintaq hərəkətində iştirak edən Zərərçəkmiş şəxs6 bir neçə ay bundan öncə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal 34 ünvanında yerləşən “Madeyra” mebel dükanının qarşısında 10000 manat pul verdiyini bildirmişdir (cild 1, iş vərəqi 142-145). - “Elektron notariat” X1 çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 43 nömrəli notariat ofisində Zərərçəkmiş şəxs6 mülkiyyətçi X6 ona verdiyi etibarnamə əsasında Təqsirləndirilən şəxs adına “Opel Astra” markalı, **-XU-*** nömrəli minik maşınına dair baş etibarmnamə vermişdir. xx.xx.2023-cü il tarixdə həmin notariat ofisində Zərərçəkmiş şəxs6 mülkiyyətçisi olduğu “Hyundai i30” markalı, **-XG-*** nömrəli minik maşınına dair Təqsirləndirilən şəxs adına baş etibarmnamə vermişdir. xx.xx.2023-cü il tarixdə həmin notariat ofisində X14 mülkiyyətçisi olduğu “Opel Astra” markalı, **-XU-*** nömrəli minik maşınına dair Təqsirləndirilən şəxs adına baş etibarmnamə vermişdir (cild 1, iş vərəqi 149-152). - vətəndaş Zərərçəkmiş şəxs6 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixli şikayət ərizəsinə əlavə olaraq bildirir ki, mülkiyyət hüququ ilə onlara məxsus olan "Hyundai i30" minik markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı və "Opel Astra" minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə başqa şəxslərə satılmışdır. Lakin tərəflərindən etibar edilərək verilmiş bütün növ etibarnamələr ləğv edilmiş və hazırda həmin nəqliyyat vasitələri qanunsuz olaraq üçüncü şəxslər tərəfindən onlara geri təhvil verilməmişdir. Daha sonra həmin avtomobilləri saxlayan şəxslərlə əlaqə saxlanılaraq nəqliyyat vasitələrini geri təhvil vermələri xahiş olunsa da onlar avtomobilləri geri təhvil verməkdən boyun qaçırmış və davamlı olaraq onları narahat etməyə başlamışlar. Belə ki, həmin şəxslər telefon zəngləri edərək onlardan heç bir qanuni əsas olmadan avtomobillərin mülkiyyət hüququnun onlara verilməsini tələb etməkdə və bununla bağlı yaşadıqları ünvanlara gələrək onlara narahatçılıq yaratmaqdadırlar (cild 1, iş vərəqi 156). - Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 2023-cü ilin aprel ayında Bakı şəhəri Badamdar avtomobil bazarında Cəlilabad şəhəri, 8 mart küçəsi ev 41də qeydiyyatda olan X5 16700 manat pul qarşılığında “Hyundai i30” markalı avtomobil almış, avtomobil üzrə etibarnaməni ona İlkinin atası Şahid1 "mobile notariat” vasitəsi ilə verdikdən sonra Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində 16700 manat pulu Zakir və İsbəndiyar adlı iki nəfər qohumumun yanında İlkinə sayıb vermişdir. Aralarında olan razılığa əsasən ilin axırına kimi avtomobili öz adına keçirtməli imiş. Avtomobil isə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 34, mənzil 6-da qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs6 mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, avtomobilin mülkiyyətçisi olan Zərərçəkmiş şəxs6 tərəfindən avtomobilə olan etibarnamələr ləğv edilmiş və yalnız Ağdaş rayonu, Ağzıbir kənd sakini olan Təqsirləndirilən şəxs 2032-ci ilə kimi verilmiş sürmək üçün olan etibarnamə saxlanılmışdır. Yaranmış problemi aradan qaldırmaq üçün o, Şahid1 zəng etmiş, Şahid1 isə bildirmişdir ki, Zərərçəkmiş şəxs6 adına olan bütün avtomobillərin etibarnaməsini ləğv elətdirib və onunla heç bir əlaqəsi yoxdur. Etibarnaməni bərpa etmək ümidi ilə Zakir adlı qohumu ilə birlikdə Zərərçəkmiş şəxs6 ünvanına gedib onunla görüşmüş, Zərərçəkmiş şəxs6 Ağdaş rayon sakini olan Təqsirləndirilən şəxs ilə şərikli maşın alveri etdiklərini, Pərvizin ona 5 hektar torpaq verməli olmasını, buna görə də həmin torpaq sahəsini Təqsirləndirilən şəxs almaq üçün etibarnaməni ləğv elətdirdiyini demişdir. O, Zərərçəkmiş şəxs6 izah etmişdir ki, Təqsirləndirilən şəxsla heç bir əlaqəsi yoxdur və o, avtomoblin 5-ci sahibidir, həmin avtomobili də Cəlilabad sakinindən almışdır. Zərərçəkmiş şəxs6 isə ona polis gücü ilə avtomobili zorla əlindən alacağını deyib ona hədə-qorxu gəlmişdir. O, həmin avtomobilə 6700 manat pul verib ölkə qanunvericiliyində hər hansı bir pozuntu kimi nəzərdə tutulmayan "Ümumi etibarnamə" ilə almışdır. Əgər Zərərçəkmiş şəxs6 qarşı həqiqətən Təqsirləndirilən şəxs adlı şəxs dələduzluq etmişdirsə pulu ondan tələb etsin. Pərviz adlı şəxs ziyan vurmuşdursa, o, niyə onun ziyanın ödəməlidir. Hesab edir bu qabaqcadan əlbir olan bir şəxsin öz aralarında planlaşdırdıqları bir ssenaridir. Xahiş edir ki, ərizədə göstərdiyi xüsusatlar ətraflı araşdırılmaqla onun 16700 manat pulunun alınmasında və ya Zərərçəkmiş şəxs6 avtomobili onun adına keçirtməsi üçün ona kömək edilsin (cild 1, iş vərəqi 175). - “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Saatlı rayon notariat ofisində Şahid1 Zərərçəkmiş şəxs6 mülkiyyətçisi olduğu “Hyundai i30” markalı, **- XG-*** nömrəli minik avtomaşınına dair Zərərçəkmiş şəxs3 adına baş etibarmnamə vermişdir (cild 1, iş vərəqi 178-179). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 225). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 232). - vətəndaş Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Gürcüstan Respublikasından “Hundai Elantra” markalı avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib aldadaraq 2023-cü ilin may ayının təxminən əvvəlində ondan və dostu Zərərçəkmiş şəxs4, ümumilikdə 17800 manat pulu alaraq ələ keçirmiş, lakin vədinə əməl etməyib pulunu geri qaytarmayaraq ona qarşı dələduzluq etmişdir (cild 1, iş vərəqi 240). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 242). - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 1). - “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 3 nömrəli notariat ofisində X12 mülkiyyətçisi olduğu “Ford Tranzit” markalı, **-KU-*** nömrəli yük maşınına dair Təqsirləndirilən şəxs adına baş etibarmnamə vermişdir (cild 2, iş vərəqi 13-14). - zərərçəkmiş kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 2, iş vərəqi 25). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (cild 2, iş vərəqi 118-120). - vətəndaş Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 istintaq zamanı ifadəsində göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona Gücüstan Respublikasından maşın gətirmək adı ilə aldadaraq iki dəfəyə ümumilikdə 39000 manat pulunu alıb ələ keçirmişdir. Belə ki, ilk dəfə Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının ikinci ongünlüyündə “Hyundai i30” markalı avtomaşınına 16000 manat və “Hyundai Elantra” markalı maşını üçün 12000, farsunka ehtiyyat hissəsini Gürcüstan Respublikasından gətirilməsi üçün 1000 manat, ümumilikdə 28000 manat pulunu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən “Çaynik” adlanan çay evində görüşüb aldıqdan sonra aldadıb vədinə əməl etməyərək ələ keçirmişdir. Sonuncu dəfə isə bir ədəd “Hyundai Elantra” maşının gətirmək üçün Pərvizə 10000 manat verdiyini, gətirəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə şəhərdaxili yollarla Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən “Okean” adlanan maşın salonunun qarşısına gəlmişlər (cild 2, iş vərəqi 261-265). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir (cild 2, iş vərəqi 274-276). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqi 66-66a). - xx.xx.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, iş üzrə maddi sübut əhəmiyyəti kəsb edən “Ford Transit" markalı, **-KU-*** nömrəli avtomobil vǝ “Hyundai i30” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahiblərinin saxlancında olması nəzərə alınmışdır (cild 3, iş vərəqi 67-85). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şəxslərə suallar vermiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə Zərərçəkmiş şəxs6 ilə bağlı epizoddan başqa ittihamın digər epizodlarını qəbul etdiyindən məhkəmə həmin epizodlar üzrə ittihamı mübahisəsiz hallar kimi qəbul edir. Zərərçəkmiş şəxs6 ilə bağlı epizod üzrə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Zərərçəkmiş şəxs6 külli miqdar deyil, 23200 manat verməli olduğunu bildirmişdir. Yəni, həmin epizodla bağlı da təqsirləndirilən şəxs ittihamı qismən qəbul etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır, hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələri müdafiə məqsədilə verilmişdir, bu ifadələri təsdiq edəcək hər hansı sübut müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə, təqsirləndirilən şəxsin qeyd edilən iddiaları məhkəmədə araşdırılmış sübutlarla təkzib edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı və məhkəməyə verdiyi ifadələrində Təqsirləndirilən şəxs maşın gətirtmək adı ilə onu aldadaraq xeyli müddət ərzində fasilələrlə ondan müxtəlif məbləğlərdə, ümumilikdə 52850 (əlli iki min səkkiz yüz əlli) manat pul almasını, həmin məbləğdən 7000 (yeddi min) manatı təqsirləndirilən şəxs tərəfindən deyil, tamamilə başqa şəxs tərəfindən qaytarılmasını göstərmişdir. Zərərçəkmiş şəxsin həmin ifadələri məhkəmədə tədqiq edilmiş və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tam tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində qeyd edilən epizodla bağlı özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü Şəhrǝzad Şahmuradova və xx.xx.2023-cü il təvəllüdlü David Şahmuradov adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərə vurduğu ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə almaqla, özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən onların törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan, müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 27 oktyabr 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat rədd edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 16 yanvar 2024-cü il tarixdə o, yenidən şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən 18 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 84, 110-116, 117-119; cild 2, iş vərəqi 42, 71-77, 138-142, 185-189, 242-247, 297-301; cild 3, iş vərəqi 56-59). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 oktyabr – 29 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun tutulduğu 16 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış - “Ford Transit" markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin vǝ “Hyundai i30” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahiblərinin saxlancında olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Ona görə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və və o, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 3 (üç) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 6 (altı) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış - “Ford Transit" markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin vǝ “Hyundai i30” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahiblərində olması nəzərə alınsın. İş üzrə mülki iddianın verilməməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-666/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-666/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver