Məhkəmə qərarları › İş №1(101)-667/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-667/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-667/2021 26.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri «Pro Bono» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1980-ci il iyulun 10-da Bərdə rayonunun Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi qaydada qəssab işləmiş, Bərdə rayonunun Alaçadırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 və 1978-ci il mayın 05-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi qaydada rəngsaz işləmiş, əvvəllər məhkum edilməmiş, Bərdə rayonunun Alaçadırlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma haqqında əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 2020-ci il iyulun 12-də axşam saatlarında Tərtər rayonu ərazisində istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə qanunsuz olaraq birgə əldə etdikləri külli miqdarda, ümumilikdə 10,689 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bərdə rayonu ərazisinə daşıyıb öz aralarında bölməklə həmin narkotik vasitənin ayrı-ayrılıqda 3,110 qram, 2,753 qram və 1,702 qram təmiz çəkidə, ümumilikdə külli miqdar təşkil edən 7,565 qram təmiz çəkidəki hissəsini üç ədəd şəffaf sellofan bükümdə Təqsirləndirilən şəxs1, ayrı-ayrılıqda 1,818 qram və 1,306 qram təmiz çəkidə, ümumilikdə külli miqdar təşkil edən 3,124 qram təmiz çəkidəki hissəsini iki ədəd şəffaf sellofan bükümdə Təqsirləndirilən şəxs2 öz üzərlərində saxlamışlar, onların bu qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2020-ci il iyulun 13-də saat 16:30da Bərdə rayonunun Alaçadırlı kəndinin girəcəyindəki Səməd Vurğun küçəsində yerləşən «Mürvət» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanaraq idarənin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada göstərilən tarixdə saat 21:00-dan etibarən üzərlərində şəxsi axtarış aparılarkən qeyd edilən narkotik vasitənin Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən çıxarmaqla təqdim etdiyi, ayrı-ayrılıqda 3,110 qram, 2,753 qram və 1,702 qram təmiz çəkidə, ümumilikdə külli miqdar təşkil edən 7,565 qram təmiz çəkidəki hissəsi üç ədəd şəffaf sellofan bükümdə, bunun ardınca Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının arxa sol yan cibindən çıxararaq təqdim etdiyi, ayrı-ayrılıqda 1,818 qram və 1,306 qram təmiz çəkidə, ümumilikdə külli miqdar təşkil edən 3,124 qram təmiz çəkidəki hissəsi iki ədəd şəffaf sellofan bükümdə aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisi olaraq əmisi oğlu Təqsirləndirilən şəxs2 arabir öz şəxsi istifadəsi üçün pul ödəmədən narkotik vasitə heroin götürüb birlikdə qəbul etmişlər. O, heç bir vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Saxlanarkən üzərində narkotik olmamışdır. Əməlindən çox peşmandır. Ona zor tətbiq edildiyindən istintaqdakı ifadələri qorxu altında vermişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisi olduğundan əmisi oğlu Təqsirləndirilən şəxs1la arabir narkotik vasitə heroindən istifadə etmiş, 2020-ci il iyulun 12-də Tərtər rayonunda üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən narkotik vasitə heroin alaraq bu maddədən Natiqə də hədiyyə edib bərabər qəbul etmişlər. O, heç bir zaman narkotik vasitələri kiməsə satmamış, sonuncuya narkotik vasitə heroini pulla yox, pay kimi vermişdir. Saxlandığı an üzərində narkotik olmamışdır. Əməlindən artıq dərəcədə peşmandır. Stress keçirdiyindən istintaqdakı ifadələri düzgün deyildir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal X4 idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci il iyulun 13-də səhər saatlarında Natiq və Elgiz adlı şəxslərin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib üzərlərində saxlamaları və daşımaları, bu kimi maddələrin satışı ilə məşğul olmaları barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün Natiq adlı şəxsin Təqsirləndirilən şəxs1, Elgiz adlı şəxsin isə sonuncunun qohumu Təqsirləndirilən şəxs2 olmaları müəyyən edildikdən sonra həmin tarixdə saat 16:30-da Bərdə rayonunun Alaçadırlı kəndinin girəcəyindəki Səməd Vurğun küçəsində yerləşən «Mürvət» yanacaqdoldurma məntəqəsinin yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxsləri yanlarındakı digər bir nəfər, adını sonradan bildikləri Şahid6 ilə birgə müəyyən etməklə saxlamışlar. Özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib göstərilən şəxsləri idarəyə gətirdikdən sonra müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış, baxış və götürmə prosesi vaxtı sonuncuların üzərlərində, paltarlarında, əşyalarında dövriyyəsi qadağan olunmuş, qanunsuz saxlanılan hər hansı əşya və ya predmet, maddə varsa çıxararaq təqdim etmələri təklif olunmuşdur. X5 Qasımov əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, 127 manat pulu, bir ədəd siqaret qutusunu, sağ yan cibindən isə üç ədəd kiçik sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Pul vəsaiti və siqaret qutusu əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs1 qaytarılmış, sonuncu təqdim etdiyi qeyd edilən bükümlərin içində narkotik vasitə heroin olduğunu, narkotik aludəçisi olmaqla həmin maddəni bir gün qabaq Təqsirləndirilən şəxs2la birlikdə Tərtər rayonunda üzdən tanıdığı bir şəxsdən aldıqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu, sol yan cibindən 50 manat pulu və şəxsiyyət vəsiqəsini, arxa sol yan cibindən isə iki ədəd kiçik sellofan bükümü çıxararaq təqdim etmiş, pul əhəmiyyət kəsb etmədiyinə görə Təqsirləndirilən şəxs2 qaytarılmış, sonuncu göstərilən bükümlərin içərisindəki narkotik vasitə heroini bir gün qabaq Təqsirləndirilən şəxs1la bərabər Tərtər rayonunda üzdən tanıdığı bir şəxsdən istifadə etməkdən ötrü aldıqlarını bildirmişdir. Şahid6 üzərindən qanunsuz heç bir əşya, predmet, maddə aşkar olunmamış, sonuncu uşaqlıqdan tanıdığını Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 bir gün əvvəl özünün idarə etdiyi «Kia» markalı avtomobillə Tərtər rayonuna aparıb gətirdiyini, lakin sonuncuların oraya nə məqsədlə getdiklərindən xəbərsiz olduğunu, narkotikin ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Telefonlar, bükümlərdə aşkanlanan maddələr möhürlənməklə qablaşdırılaraq götürülmüş, tərtib olunan protokol iştirakçılara ucadan oxunub doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərkən və üzərlərində şəxsi axtarış, baxış və götürmə aparılarkən heç bir təzyiq və zorakılıq tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləməklə polis mayoru rütbəsində olan Şahid3, əməliyyat müvəkkili vəzifəsində işlədikləri polis kapitanı rütbəsində olan Şahid2, Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdikləri ilkin izahatlarda, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən şəxsi axtarış zamanı üzərlərində cəmi beş ədəd bükümdə narkotik vasitə heroin aşkar olunsa da narkotik aludəçiləri olduqlarından qeyd edilən narkotik vasitə heroini özlərinin şəxsi istifadəsi üçün əldə edib heç kimə satmaq və ya vermək niyyətləri olmadığını, onlara qarşı heç bir təzyiq və zorakılıq tətbiq edilmədiyini göstərmişlər (1-ci cild, iş vərəqi 75-80, 104-108, 115-119, 166-170 və 149- 153). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş iş üzrə Şahid6 ibtidai araşdırma gedişində dindirilərkən heç vaxt narkotik vasitələr və ya psixotrop maddələr qəbul etmədiyini, 2020-ci il iyulun 13-də saat 16:30 radələrində Bərdə rayonunun Alaçadırlı kəndinin girəcəyindəki Səməd Vurğun küçəsində olan «Mürvət» yanacaqdoldurma məntəqəsinin yaxınlığında uşaqlıqdan tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə saxlandığı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildiyi və üzərində şəxsi axtarış aparılardığı vaxt heç bir təzyiqə və zorakılığa məruz qalmadığını, Natiqin və Elgizin xahişi ilə sonuncuları özünün idarə etdiyi «Kia» markalı avtomobillə Tərtər rayonuna aparsa da həmin şəxslərin üzərlərindən aşkar edilən narkotik vasitə heroini harada, kimdən, hansı şəraitdə, necə əldə etdikləri barədə heç bir məlumatının olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 126-130). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il iyulun 13-də və 2020-ci il iyulun 14-də tərtib etdiyi raportlardan, 2020-ci il 13 iyul tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və eyni tarixli əmrindən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal X4 İdarəsinin 2020-ci il iyulun 13-də tərtib etdiyi raportlardan, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 15 iyul tarixli və Bərdə Rayon Məhkəməsinin 2020-ci il 17 iyul tarixli qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərin narkotik vasitələrinin və psixotrop maddələrinin qanunsuz əldə etmələri, özlərində saxlayaraq daşıma və satışı ilə məşğul olmaları haqqında daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, göstərilən qərar məhkəmələr tərəfindən qanuni hesab edilmiş, idarədə sonuncuların üzərinə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən üç ədəd sellofan bükümdə, Təqsirləndirilən şəxs2 üzərindən iki ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilib götürülmüşdür (1-ci cild, iş vərəqi 4-10, 14, 204-205 və 239-241). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il iyulun 13-də tərtib etdiyi protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən tarixdə müvafiq qaydada saat 16:00-da və saat 20:30-da Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci və 234.4.3.cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar, bu barədə Təqsirləndirilən şəxs1 qardaşı X3 və Təqsirləndirilən şəxs2 qardaşı X8 telefon vasitəsilə məlumat verilmişdir (1-ci cild, iş vərəqi 28-29 və 44-45). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 13 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmələri, saxlamaqla daşımaları və satışı ilə məşğul olmaları haqqında daxil olan məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri vaxtı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid6 2020-ci il iyulun 13-də saat 16:30-da Bərdə rayonunun Alaçadırlı kəndinin girəcəyindəki Səməd Vurğun küçəsində yerləşən «Mürvət» yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanaraq gətirildikləri idarənin inzibati binasında saat 21:00-dan etibarən polis əməkdaşları tərəfindən müdafiəçilərin iştirakı ilə videoçəkilişlə üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi üç ədəd, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının arxa sol yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr aşkar edilməklə götürülmüş, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin aludəçisi olaraq üzərlərindən aşkarlanan maddələri bir gün əvvəl Tərtər rayonunda üzdən tanıdıqları şəxsdən aldıqlarını bildirmişlər, Şahid6 üzərindən qanunsuz heç bir əşya, predmet və ya maddə aşkar edilməmiş, bir ədəd DVD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 68-72). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 14 iyul tarixli 6/1298 №-li rəyindən görünür ki, «Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddələr» yazısı olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda 3,110 qram, 2,753 qram və 1,702 qram, ümumilikdə 7,565 qram təmiz çəkidə, «Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan maddələr» yazısı olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda 1,818 qram və 1,306 qram, ümumilikdə 3,124 qram təmiz çəkidə qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir, tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 7,415 qram və 3,024 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 90-94). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 15 iyul tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən şəxslər qismində cəlb edilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 141-142 və 158-159). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 15 iyul tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əvvəli 2020-ci il iyulun 13-dən hesablanaraq həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 206-211). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 18 iyul tarixli protokolun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 şahid X9 ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dediklərini təkzib etmişdir (1-ci cild, iş vərəqi 225-231). İş materiallarındakı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 01 sentyabr tarixli protokoldan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 24 avqust tarixli məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış keçirilərkən iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkarlanmamışdır (2-ci cild, iş vərəqi 33-35). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 14 sentyabr tarixli məktubundan görünür ki, ********* saylı nömrə sorğulanan müddət ərzində şəbəkədə istifadə olunmamışdır (2-ci cild, iş vərəqi 36). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2020-ci il sentyabrın 29-da tərtib etdiyi tələbnamələrdən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2013-cü il 17 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 128-ci maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum olunmuş, 2014-cü il noyabrın 28-də cəzasını çəkərək qurtarmış, məhkumluğu ödənilmişdir; Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir (2-ci cild, iş vərəqi 42-45 və 97-100). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 29 sentyabr tarixli əməliyyat tapşırığından və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2020-ci il 14 oktyabr tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini satış məqsədilə yaxud şəxsi istehlak niyyəti ilə əldə edib saxlamalarının, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz ticarəti ilə məşğul olub-olmamalarının əməliyyat yolu ilə dəqiqləşdirilməsinə dair göstəriş verilmiş, lakin sonuncuların narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, X9 ilə birgə göstərilən hadisədə iştirak etmiş olan, lakin adları istintaqa məlum olmayan başqa şəxslərin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır (2-ci cild, iş vərəqi 49-51 və 58). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2020-ci il 12 oktyabr tarixli 6953 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan tibb müəssisəsində müalicədə olmamışlar (2-ci cild, iş vərəqi 57). İş materiallarındakı Bərdə Rayonu İcra Hakimiyyəti başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin tərtib etdiyi 2020-ci il 13 noyabr tarixli 2258 nömrəli və 2020-ci il 13 noyabr tarixli 2256 nömrəli arayışlardan, habelə eyni tarixli xasiyyətnamələrdən görünür ki, Bərdə rayonunun Alaçadırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində ailəsi ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs1 iki övlad atasıdır, Bərdə rayonunun Alaçadırlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 fərdi əməklə məşğul olmuşdur, üç övladı vardır (2-ci cild, iş vərəqi 92-95). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X7» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 2020-ci il 29 iyul tarixli 145/MEŞ nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır (2ci cild, iş vərəqi 102-103). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 02 noyabr tarixli 3080 №-li və 2020-ci il 16 noyabr tarixli 3224 №-li rəylərindən müvafiq qaydada görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunaraq hər ikisinin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, sonuncuların ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (2-ci cild, iş vərəqi 104-107). İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2020-ci il 08 dekabr tarixli sübutların qiymətləndirilməsi, habelə 2020-ci il 09 dekabr, 2020-ci il 14 dekabr və 2020-ci il 16 dekabr tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə yenidən ittiham elan edilmiş, sonuncuların üzərlərində şəxsi axtarış, baxış və götürmə aparılması prosesinə dair videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diski, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilib götürülən müvafiq qaydada tədqiqatdan sonrakı 7,415 qram və 3,024 qram çəkidə narkotik vasitə heroinin qalıqları iş üzrə maddi sübut hesab olunmaqla saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş bir ədəd «Samsung» markalı və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş bir ədəd «Nokia» markalı mobil telefon aparatının sonuncuların ailə üzvlərinə və ya yaxın qohumlarına qaytarılması qərara alınmış, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qanunsuz olaraq külli miqdar təşkil edən 10,689 qram təmiz çəkidə narkotik vasitə heroinin satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınması, göndərilməsi və satılması faktına görə Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (2-ci cild, iş vərəqi 108-127, 132-133, 151- 152 və 167-168). Məhkəməyə təqdim olunan 2010-cu il 08 dekabr tarixli AZ-İİ seriyalı 567608 №-li və 2013-cü il 15 fevral tarixli AZ-İİİ seriyalı 057981 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 2010-cu il 21 sentyabr təvəllüdlü Zəhra və 2012-ci il 14 noyabr təvəllüdlü Elşən adlı azyaşlı övladları vardır. Məhkəməyə təqdim olunan 2006-cı il 05 aprel tarixli AZ-İ seriyalı 747560 №-li, 2007ci il 30 oktyabr tarixli AZ-İİ seriyalı 007558 №-li və 2009-cu il 10 dekabr tarixli AZ-İİ seriyalı 360426 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 2006-cı il 08 mart təvəllüdlü Aydan, 2007-ci il 16 sentyabr təvəllüdlü Fidan və 2009-cu il 20 sentyabr təvəllüdlü İlham adlı övladları vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 7,565 qram çəkidə, Təqsirləndirilən şəxs2 isə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 3,124 qram çəkidə narkotik vasitə heroin əldə edib saxlamaqla daşımaları sübuta yetirilir. Bu mənada ibtidai araşdırma orqanı tərəfindən onların əməllərinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə tövsif olunması yanlışdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən 7,565 qram çəkidə narkotik vasitə heroin külli miqdar təşkil etdiyindən satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması kimi qiymətləndirib bunu ümumi fikirlə əsaslandırmaqla sonuncunun törətmiş olduğu cinayət əməlini düzgün olmayaraq Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə tövsif etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ittihamını elan edərkən ittihamı təsdiq edən sübut kimi şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, maddi sübutun mövcudluğuna və işin digər hallarına istinad etmişdir. Lakin iş üzrə ibtidai istintaq zamanı və məhkəmə baxışında dindirilən şahidlər ittihamda satışla bağlı göstərilənləri təsdiq etsələr də Təqsirləndirilən şəxs1 saxlanarkən əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən aşkarlanan üç ədəd bükümdə narkotik vasitə heroinə oxşar tünd qəhvəyi rəngli, kəskin iyli, bərkimiş toz halında maddələrin öz istifadəsi üçün əldə etdiyini bildirdiyini göstərmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 aşkar edilən narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanı tərəfindən əməliyyataxtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, istintaq orqanının Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi şahid ifadələri ittihamın satışla bağlı hissəsini təsdiq etmir, əksinə onu tam təkzib edir. Bundan savayı ittiham tərəfinin Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini təsdiq edən sübut kimi istinad etdiyi ekspertiza rəyləri narkotik vasitənin növünü, çəkisini, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkibçəkmədiyini və buna görə müalicəyə ehtiyacının olub-olmadığını müəyyən etmişdir. Qeyd edilən sübut növü ittihamı, yəni təqsirləndirilən şəxsin satış məqsədi ilə qeyd edilən cinayəti törətməsini heç bir halda təsdiq edə bilməz və etməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 satış məqsədi ilə həmin cinayəti törətməsini təsdiq edən sübut kimi qanunsuz olaraq əldə edib üç bükümdə saxlamaqla daşıdığı 7,565 qram çəkidə narkotik vasitə heroinin mövcudluğuna istinad edir. Hazırki iş üzrə maddi sübut hesab edilən və ekspertiza tədqiqatından sonra 7,415 qram çəkidə narkotik vasitə heroin özü-özlüyündə şəxsin satış məqsədi ilə cinayəti törətməsini təsdiq edə bilməz. Məhkəmə, yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, ibtidai istintaq orqanının istinad etdiyi sadalanan sübutlar Təqsirləndirilən şəxs1 aşkar edilib götürülən külli miqdarda, yəni 7,565 qram çəkidə narkotik vasitə heroinin onun tərəfindən satış məqsədi ilə deyil, gələcəkdə özünün şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edilib saxlanılmasını, habelə Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 3,124 qram çəkidə narkotik vasitə heroin əldə edib saxlamaqla daşımasını təsdiq edir. Azərbaycan Respublikasının CM-nin 34.2.-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində satış məqsədi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs2 əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.9.-1.0.11.ci maddələrinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir; narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 11-ci bəndində göstərilir ki, yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun göstərilən maddəsinin mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. İş materiallarında Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hər hansı bir hərəkət etməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitə heroinin satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini, onların hazırlanması üçün avadanlığın olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə bir sübut məhkəmə istintaqında da müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərdən keçirərək məhkəmə Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə heroinin külli miqdar təşkil edən 7,565 qram olması və sonuncunun Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə heroini əldə etməsi amilindən yanaşılmaqla onun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinin dispozisiyasında nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmə, saxlama və daşıma kimi, Təqsirləndirilən şəxs2 əməlinin isə Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin əldə edib saxlamaqla daşıması kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikasının CPM-nin 28.5.-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 145.3.-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 4-cü bəndində «məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur»; 8-ci bəndində «məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır. Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır kimi, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın»; 10-cu bəndində «məhkəmə hökmdə təqsirkarın cinayət etməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir» göstərilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikasının CMnin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 4cü bəndinə görə, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə iş üzrə sübut edilən hallara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs2 elan olunan ittihamdan isə Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi xaric edilməlidir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və Təqsirləndirilən şəxs2 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci və Təqsirləndirilən şəxs2 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özlərinin qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq olunan özlərinin və şahidin istintaqdakı ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla sonuncunun ilk məhkumluğunu, Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, hər ikisinin əməlindən peşman olmalarını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, sonuncular ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülən müvafiq qaydada tədqiqatdan sonrakı 7,415 qram və 3,024 qram çəkidə narkotik vasitə heroinin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X10 və Müdafiəçi2 tərəfindən müvafiq qaydada 04 iş saatı və 36 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X6 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 24 manat və 216 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları gündən, yəni 2020-ci il iyulun 13-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il iyulun 13-dən hesablansın. Təqsirləndirilən şəxs2 elan olunan ittihamdan Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il iyulun 13-dən hesablansın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və onlar ərazi narkoloji dispanserdə qeydiyyata götürülsünlər. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X6 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) müvafiq qaydada 24 manat və 216 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülən müvafiq qaydada tədqiqatdan sonrakı 7,415 qram və 3,024 qram çəkidə narkotik vasitə heroinin qalıqları məhv edilsin; bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar