Məhkəmə qərarları › İş №1(101)-667/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-667/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-667/2022 13.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, 08 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 iyul 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Əliyev X4 rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsilə təqsirli bilinərək, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Göyçay rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzanın 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə, 25 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə, məhkumluğunun ödənilməməsinə və götürülməməsinə baxmayaraq, müəyyənləşdirilməmiş vaxtda və müəyyənləşdirilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,738 qram təşkil edən, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini, ümumi təmiz çəkisi 3,396 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsini və təmiz çəkisi 3,361 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini əldə edərək üzərində saxlamaqla daşımışdır. 08 iyul 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin (bundan sonra: RPİ-nin, CAŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev X3 rayonunun Hövsan qəsəbəsində, İ.Əhlimanov küçəsində saxlanılaraq, saat 12:30-da ünvan 1 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına aparılmış, xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,520 qram, 0,141 qram, 0,196 qram, 0,836 qram, 1,045 qram, ümumi təmiz çəkisi 2,738 qram təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi, 02 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,690 qram və 1,706 qram, ümumi təmiz çəkisi 3,396 qram təşkil edən kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsi və əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,361 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi, külli miqdarda metamfetamin psixotrop maddəsi və 3,361 qram miqdarda, külli miqdarn təşkil etməyən qurudulmuş marixuana narkotik vasitəsi əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, Göyçayda yaşamış, xuliqanlığa görə tutulmuşdur. Təqribən 04 və ya 05 iyul 2021-ci il tarixdə özünə məxsus Jiquli-06 markalı avtomaşınla Bakiya gəlmişdir. Maşının prujini qirildığından o, təzə prujin almış və əvəzləşdirməsi üçün Hövsanda ustaya aparmışdır. Həmin vaxt əvvəllər görmədiyi və tanımadığı, adının Rəşad olmasını sonradan öyrəndiyi DYP əməkdaşı ora gəlmiş, maşının arxasının aşağı, qarşı tərəfinin isə yuxarı olduğunu bildirmiş, sənədləşdiriləcəyini bildirmişdir. Rəşad maşının sənədlərini ondan almış, geri qaytarmaq üçün 150 manat pul istəmişdir. Rəşada imkanının olmadığını demiş və 50 manata razılaşmışlar. Əlaqə üçün telefon nömrələrini bir-birinə vermişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 06 iyul 2021-ci il tarixdə o, Rəşadla görüşüb pulu ona vermiş, Rəşad sənədləri onun özünə qaytarmış və bu zaman rüşvət verdiyi yerdə onu mobil telefonunda olan gizli kamera ilə videoya çəkmişdir. Pulu Rəşada onun öz maşınında vermiş, pulu verərkən hətta 10 manatını saxlayıb Rəşada 40 manat vermişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Sonra Göyçaydan onun tanışı, Rəşadın isə qohumu Qəhrəman adlı şəxs ona zəng etmiş, gedib Rəşadla görüşməyi və şikayəti geri götürməyi, videonu silməyi xahiş etmiş, Rəşadın onun pulunu qaytaracağını bildirmişdir. O, Biləcəridə özünün dostu Şəmi adlı şəxslə görüşmüş və videounu ona göstərmişdir. O da bir nəfər tanışı olduğunu, zəng edib ona deyəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 08 iyul 2021-ci il tarixdə o, özünün istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** mobil telefon nömrələrindən biri ilə DYP əməkdaşı Rəşada zəng etmiş və gedib Hövsanda Rəşadla sonuncunun maşınında görüşmüşdür. Maşını təhlükəsizlik şəhər kamerasının altına sürdürmüş, məqsədi onun Rəşadla görüşməsi və sonuncunun pulu ona qaytarması prosesinin şəhər kameralarında qeydə alınmasına nail olmaq olmuşdur. Rəşadla görüşəcəyi barədə danışıqlarını Hövsanda dükan işlədən bacısına da danışmış, 50 manatı həmin bacısından götürüb Rəşada vermişdim, lakin videoçəkiliş edəcəyini bacısına deməmişdir. Rəşad maşında ondan aldığı pulu geri qaytarmış, onu işdən çıxartmaqla ona nəsə edə bilməyəcəyini demişdir. O, əl verib Rəşadla görüşmək istədikdə maşının qapısı açılmış və Rəşadın iş yoldaşları, təxminən 10-15 nəfər onu tutub 31-ci Polis Bölməsinə aparmışlar. Bölmədə mobil telefonu əlindən alınmış, kodu sındırılmış və Rəşadla bağlı videogörüntülər silinmişdir. Lakin o, tutulanadək Rəşadla bağlı çəkdiyi video görüntüləri bir neçə surətdə çoxaltmışdır. O, saxlanılarkən üzərində heç bir növdə narkotik vasitə olmamışdır. Onun üstünə narkotik vasitə qoyulşmuş və Cinayət Məcəlləsinin 234.1-ci malləsi ilə məsuliyyətə alınacağı bildirilmişdir. 31-ci Polis Bölməsində ona verilən narkotik maddəni qəbul etmək istəmədiyindən döyülmüş, ona işgəncə verilmişdir. Məcburiyyət qarşısında polisin dediyini demiş, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, polisdə cox döyüləcəyindən, zəif və xəstə olduğundan ölə biləcəyimdən qorxub polisin dedikləri kimi narkotiki boynuma götürmək məcburiyyətində qalmışdır. O, “ağ ciyər vərəmi” diaqnozu ilə xəstə olmuş, döyülərkən sifətindən, qaşındın xəsarətlər almışdır. Bunları istintaq təcridxanasında qeydiyyata alsalar da, araşdırma zamanı keçirilən məhkəmə-tibbi ekspertiza reyində onun heç bir xəsarət almadığı göstərilmişdir. O, real həyatda narkotik vasitə görməmiş, satışı ilə məşğul olmamış, heç vaxt istifadə etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, hər yerə şikayət etmiş, prokurorluğun müstəntiqi gəlib onun izahatını alarkən o, müstəntiqə məhkəmədə verdiyi ifadəsində göstərdiyi kimi izahat vermiş, döyüldüyü üçün videoçəkilişdə polisin dediklərini dediyini bildirmişdir. Vəkili qadın olmuş, adını bilməmiş, sonuncu onunla söhbət aparmamışdır. İbtidai istintaq zamanı o, ifadə versə də, narkotikin ona məxsus olduğunu bildirməmişdir. Sonradan isə, bildiyinə görə onun çəkdiyi videoya görə Rəşad tutduğu vəzifəsindən azad edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmadığını bildirərək ifadə verməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh. 67-68, 81-82). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin Cinayət Axtarış Şöbəsinin (bundan sonra: CAŞ-nin) rəis müavini Şahid1 ifadəsində göstərdi ki, 08 iyul 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Suraxanı RPİ-nin rəhbərliyinin göstərişi əsasında onun özündən, CAŞ-nin rəisi, polis mayoru Eltac Əbdülhəsənovdan, CAŞ-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin tarixdə, günorta saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində KTV-nin qarşısında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs onlar tərəfdən saxlanılmış, araşdırma ilə həmin şəxs Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəli olduğu bildirilmiş və üzərinə baxış keçirilməsi üçün onu Suraxanı RPİ-yə dəvət etmişlər. Suraxanı RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 05 ədəd kağız bükümlər və 02 ədəd şəffaf sellofan bükümlər, həmçinin şalvarının sol yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Kağız bükümlərdə olan qəhvəyi rəngli maddənin heroin narkotik vasitəsinə bənzər maddə, sellofan bükümlərdə ağ rəngli maddə, kibrit qutusunda isə quru halda, yaşıl rəngli bitki mənşəli kütlə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış prosesində Təqsirləndirilən şəxs həmin maddələri özünün istifadəsi üçün 100 manata alıbğ əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış və götürmə videoçəkiliş müşaiyəti ilə aparılmış, yekunda protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, o, 2021-ci ilin aprelindən Suraxanı RPİ-də xidmətə başlamış, orada Rəşad adlı DYP əməkdaşı olduğunu bilməmiş, sonuncunu tanımamış, hansısa DYP əməkdaşının fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən azad edildiyini eşitməmişdir. O, Rəşad adlı DYP əməkdaşı ilə bağlı heç bir video görməmiş və baxmamışdır. Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar olaraq sənədləşmə təhqiqatcı Suat Həmzəyev tərəfindən aparılmış, şəxsi axtarış və götürmə prosesində vəkilin iştirakı təmin edilmişdir. Şəxsi axtarış və götürmə prosesi videoçəkiliş müşaiyəti altında aparılmışdır. Təqsirləndirilən şəxsin üzərində narkotik vasitələr olmaması, polis əməkdaşları tərəfindən ona işgəncələr verilməsi, narkotik vasitələrin onun üzərinə polis tərəfindən qoyulduğu və bütün bunların Rəşad adlı DYP əməkdaşı və onun videosu ilə bağlı olması barədə göstərdikləri özünü müdafiə xarpakterlidir və qeyri-obyektivdir. Təqsirləndirilən şəxs saxlanılıb polis idarəsinə təhvil verilərkən və ya ondan sonra ona qarşı hər hansı təsir, təzyiq və ya zor tətbiq edilməmiş, bütün proses şəffaf keçirilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Suraxanı RPİ-nin digər əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə analoji ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs oğu ilə şahidlər Şahid1, Şahid2 və Şahid3 arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmədə dindirmə zamanı istər təqsirləndirilən şəxs və istərsə də şahidlər ayrı-ayrılıqda sərbəst ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı bildirməklə bir daha təsdiq etmişlər(iş vərəqə: cild İ, səh. 123-125, 126-128, 129-131). Cinayət işinə məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X2 şahid ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid Samirə Əliyeva tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və Anarın onun yaşadığı Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsindəki nömrəsiz fərdi yaşayış evində yaşamışdır. O, 08 iyul 2021-ci il tarixdə, günorta saatlarında qardaşı Anarın Suraxanı RPİ-yə aparıldığını eşitmişdir. Bundan sonra polis idarəsinə gedib polis əməkdaşları vasitəsi ilə maraqlanmış, polis əməkdaşları qardaşı Anarın polis idarəsinə dəvət olunduqdan sonra üzərində şəxsi axtarış aparıldığını və üzərindən narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq götürüldüyünü bildirmişlər. Şahid Samirə Əliyeva tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, Anar tutulduqdan bir neçə gün sonra müstəntiq tərəfindən onun, vəkilin və hal şahidlərinin iştirakları ilə yaşadıqları Hövsan qəsəbəsindəki evdə axtarış aparılmış, lakin axtarış zamanı yaşadıqları evdən narkotik vasitə və s. aşkar olunmamış və götürülməmişdir. Axtarışın nəticəsi olaraq protokol tərtib olunmuş və iştirakçı kimi o da həmin protokola imza etmişdir. Qardaşı Anarın narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsini və satışı ilə məşğul olmasını heç vaxt görməmişdir (iş vərəqə: cild İ, səh. 164- 165). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə haqqında» 08 iyul 2021-ci il tarixli prokoldan görünür ki, protokol tərtib olunan tarixdə Suraxanı RPİ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs, həmçinin məhkəmə baxışı zamanı şahid qismində dindirilən Suraxanı RPİ-nin əməliyyat xidməti əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videomüşaiyət altında şəxsi axtarış aparılmış, şəxsi axtarış prosesində Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 05 ədəd kağız bükümlərdə narkotik vasitəyə şübhəli maddələri, 02 ədəd sellofan bükümlərdə psixotrop maddəyə şübhəli maddələri və şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitəyə şübhəli bitki mənşəli kütləni çıxararaq təqdim etmiş, təqdim olunan narkotik vasitəyə və psixotrop maddəyə şübhəli maddələr götürülmüş, qablaşdırılmış, müvafiq qablaşdırma möhürlənmiş və şəxsi axtarış və götürmə prosesində iştirak etmiş şəxslər tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş narkotik vasitələrə və psixotrop maddəyə münasibət bildirib, təqdim etdiyi həmin maddələri Hövsan qəsəbəsində üzdən tanıdığ, lakin adını bilmədiyi şəxslən ümumilikdə 100 manata şəxsi istifadəsi üçün alıb əldə etdiyini və üzərində gəzdirdiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokolun məzmunundan görünür ki, həmin protokolun tərtibi zamanı prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: cild İ, səh. 33-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 08 iyul 2021-ci il tarixli tarixli protokolun məzmunu ilə eynidir(iş vərəqə: 66). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə yerləşdirilmiş videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 08 iyul 2021-ci il tarixli protokolun və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında 09 iyul 2021-ci il tarixli protokolun məzmununa uyğundur. “CD” formatlı həmin diskin nümayişi zamanı hər hansı prosesual pozuntuya yol verilmədiyi müəyyən edilmişdir (iş materialları). Cinayət işinə məhkəmə baxışı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 09 iyul 2021-ci il tarixli, 7/650 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı təqdim zamanı üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfə qablaşdırılmış bir ədəd kibrit qutusunda olan bitki mənşəli kütlənin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olması və təmiz çəkisinin 3,361 qram olduğu müəyyən edilmişdir(iş vərəqə: cild İ, səh. 40-43). Bundan başqa, məhkəmə baxışı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizanın 09 iyul 2021-ci il tarixli, 6/2733 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfə qablaşdırılmış 5 (beş) ədəd kağız bükümdə ayrı-ayrılıqda olan tünd qəhvəyi rəngli maddələrin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olması və həmin maddələrin ayrı-ayrılıqda təmiz çəkisinin 0,520 qr., 0,141 qr., 0,196 qr., 0,836 qr., 1,045 qram, ümumi təmiz çəkisinin isə 2,738 qram olduğu müəyyən edilmişdir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatına 2 (iki) ədəd şəffaf polietilen bükümdə təqdim edilmiş ağ rəngli kristallardan ibarət maddələrin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olmasını və ayrı-ayrılıqda təmiz çəkisinin 1,690 qr. və 1,706 qr., olmaqla ümumi təmiz çəkisinin 3,396 qram olduğu müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 44-50). Məhkəmə baxışı zamanı tədqiq olunan «axtarış aparılması haqqında» 28 iyul 2021ci il tarixli protokoldan görünür ki, istintaq orqanı tərəfindən ondan narkotik vasitələr və psixotrop maddə aşkar edilib götürülməsi faktına görə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən evdə axtarış aparılmış, axtarış nəticəsində həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Axtarış aparılması prosesində müvafiq fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 148-161). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2021-ci il tarixli, 2910 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs opioidlərdən və psixotrop maddə olan metamfetamindən mütəmadi istifadə etmə hallarının olduğu, lakin hal-hazırda, yəni tədqiqat mərhələsində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış və onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Tədqiq olunan rəydən görünür ki, ekspertlər Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məsləhət görmüşlər (iş vərəqə: cild İ, səh. 192-193). İşdə olan və məhkəməyədək icraat mərhələsində keçirilmiş, məhkəmə istintaqı zamanı tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının 27 avqust 2021-ci il tarixli, 1946 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiradında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman əməl Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh. 194-196). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs üzərindən 05 ədəd kağız bükümlərdə aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,520 qram, 0,141 qram, 0,196 qram, 0,836 qram, 1,045 qram olmaqla ümumi təmiz çəkisi 2,738 qram təşkil edən heroin narkotik vasitəsi, 02 ədəd şəffaf polietilen bükümlərdə aşkar edilərək götürülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 1,690 qram və 1,706 qram olmaqla, ümumi təmiz çəkisi 3,396 qram təşkil edən metamfetamin psixotrop maddəsi və 01 ədəd kibrit qutusunda təmiz çəkisi 3,361 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,331 qram qurudulmuş marixuana narkotik vasitəsi, ümumi təmiz çəkisi 2,538 qram heroin narkotik vasitəsi və 3,296 qram metamfetamin psixotrop maddəsi maddi sübut olaraq saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: cild İİ, səh. 25-34). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Suraxanı rayon prokurorluğunun 25 sentyabr 2021-ci il tarixli, 222-C-21 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlara uyğun məlumatlar verib, saxlanılarkən onun üzərindən narkotik vasitə aşkar edilmədiyini, onun Rəşad adlı polis DYP əməkdaşı ilə mübahisəsi yarandığını və sonuncunun ondan rüşvət istədiyini, o, rüşvəti verdiyi vaxt polis əməkdaşının hərəkətlərini videokamera vasitəsilə lentə alıb ondan şikayət etdiyini, məhz buna görə ona qarşı qərəzli münasibət yarandığını və bu səbəbdən də ona qarşı belə bir əməliyyat təşkil olunduğunu və şərlənərək tutulduğunu bildirmiş, döyüldüyünü və üzərində narkotik maddələr qoyularaq müvafiq videoçəkiliş zamanı təqdim etməyə məcbur edildiyini qeyd etmişdir. Tədqiq olunan 25 sentyabr 2021-ci il tarixli, 222-C-21 saylı həmin qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs şikayəti ətrafında araşdırma aparılmış, Təqsirləndirilən şəxs müraciətində verdiyi məlumatlar təsdiqini tapmadığından toplanmış materiallar üzrə cinayət işi başlanılması rədd edilmişdir (iş vərəqə: cild İ, səh. 84-85, 227- 228, cild İİ, səh. 1-2, 43-44). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və «metafetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 2,738 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 3,396 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olsa da, qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisi isə 3,361 qram olaraq qeyd olunan siyahıya əsasən külli miqdar təşkil etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 2,738 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 3,396 qram olmaqla külli miqdar təşkil etməsi, külli miqdar təşkil etməsə belə ondan, həmçinin qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilib götürülməsi, aşkar edilib götürülmüş vasitə və maddələrin müxtəlif növlərdə olması, aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin 5 ədəd bağlamada, metamfetamin psixotrop maddəsinin 2 ədəd bükümlərdə aşkar edilib götürülməsi, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda, həmçinin qurudulmuş marixuana narkotik vasitəsini əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini külli miqdarda, o cümlədən külli miqdar təşkil etməyən qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs həməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və sonuncu həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, o cümlədən saxlanılarkən onda heç bir növdən olan narkotik vasitə və psixotrop maddə olmaması, onun saxlanılması onunla DYP əməkdaşı arasında yaranmış neqativ məsələ ilə bağlı polis tərəfindən təşkil edilmiş əməliyyat olması, polis tərəfindən fiziki təzyiqlərə məruz qalması, döyülməsi və üzərinə qanunsuz olaraq ittihamda göstərilən miqdarda narkotik vasitə və psixotrop maddə qoyulması, etiraf etməsinə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunur. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə qərarlarından görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Əliyev X4 rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin təyin olunan cəzanı çəkməkdən yayındığından o, Göyçay rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarına əsasən ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 23 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir və Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdə cəzadan azad olunmuşdur (iş vərəqə: cild İ, 166-168, 171- 181, 182-185). İşdə olan demoqrafik məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu onun baxılan iş üzrə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan yeni cinayəti törətdiyi 08 iyul 2021-ci il tarixə ödənilməmiş və ya götürülməmişdir və onun əməli cinayətlərin residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan qəsdən az ağır cinayəti törətməsi, həmin əmələ görə onun Göyçay rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Təqsirləndirilən şəxs həmin cəzanı çəkməsi, Təqsirləndirilən şəxs cəzadan azad olunduğu 25 iyun 2021-ci il tarixdən qəsdən yeni cinayət törətdiyi 08 iyul 2021-ci il tarixədək Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulan müddətin keçməməsi Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 18.4-cü maddəsinin tətbiqini istisna edəcəkdir. Azərbaycan Respublikası CM-nin 83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, …… az ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 17 avqust 2021-ci il tarixli, 2910 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərdən və psixotrop maddə olan metamfetamindən mütəmadi istifadə etmə hallarının olması, lakin hpal-hazırda onda narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, onun əməlinin cinayətlərin residivini yaratmasını qeyd edir və Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 08 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 10 iyul 2021ci il tarixdə isə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 iyul 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 08 iyul 2021ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumi təmiz çəkisi 2,538 qram təşkil edən heroin narkotik vasitəsi, ümumi təmiz çəkisi 3,296 qram təşkil edən metamfetamin psixatrop maddəsi və 3,331 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən sübut növü kimi qiymətləndirilmiş bir ədəd “CD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 203 (iki yüz üç) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 08 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan ümumi təmiz çəkisi 2,538 qram təşkil edən heroin narkotik vasitəsi, ümumi təmiz çəkisi 3,296 qram təşkil edən metamfetamin psixatrop maddəsi və 3,331 qram qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması prosesinin videogörüntülərini özündə əks etdirən 1 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar