Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-667/2024 18.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Ermənistan Respublikası Masis rayonunun Zəngilər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu, Niyazi küçəsi ev 9, mənzil 35-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində «F/M40» yazısı həkk olunmuş, tərkibində ümumilikdə 0,04 qram narkotik vasitə metadon olan 1 ədəd tableti əldə edərək üzərində saxlamaqla daşımış, 3 aprel 2023-cü il tarixdə saat 15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının yaxınlığında idarə etdiyi «Honda İnsight» markalı, **-RO-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sol iç cibində olan qara rəngli pul qabının içərisindən iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,505 qram və 1,605 qram olmaqla, ümumi təmiz çəkisi 5,110 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üzərində «F/M40» yazısı həkk olunmuş, tərkibində ümumilikdə 0,04 qram narkotik vasitə metadon olan bir ədəd tablet aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək narkotik vasitə qurudulmuş marixuana və gündə 0,1 qram olmaqla heroindən istifadə etmişdir. «Honda İnsight» markalı **-RO-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 3 aprel 2023-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanın yaxınlığında üç nəfər polis əməkdaşları onu saxlayıb, idarə etdiyi avtomobillə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada üzərindən bir ədəd siqaretin içərisində təxminən yarım qram narkotik vasitə marixuana aşkar olunmuşdur. İdarə etdiyi avtomobilindən isə bir ədəd şprisin içərisində cüzi miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Daha sonra polis əməkdaşları ona iki ədəd sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd dərman tabletini verib cibinə qoymağını, videoçəkiliş zamanı çıxarıb özününki kimi təqdim etməyini, əks halda evinə narkotik vasitə qoyub ailə üzvlərini də həbs edəcəklərini bildirmişlər. Qorxduğundan həmin bükümləri və dərman tabletini cibinə qoymuş, videoçəkilişlə şəxsi axtarış keçirilərkən çıxarıb təqdim etmişdir. Polislərin diktəsi ilə üzərindən aşkar edilmiş iki ədəd bükümü və bir ədəd dərman tabletini İran İslam Respublikasının vətəndaşına pul göndərməklə, sonuncunun koordinatlarını göndərdiyi Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan bazarının yaxınlığında yol kənarından özü istifadə etmək məqsədilə götürdüyünü bildirmişdir. İstintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə psixi təzyiqə məruz qaldığı barədə məlumat vermişdir. «Samsung» markalı mobil telefonda istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan mesajlar polis əməkdaşları tərəfindən göndərilmişdir. Gözü zəif gördüyündən onları oxumamış və cavab yazmamışdır. Narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmiş və heç vaxt onların satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 3 aprel 2023-cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri zamanı həmin günü saat 15 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi «Honda İnsight» markalı, **-RO-*** qeydiyyat nişanlı avtomobilin yanında olarkən saxlanılmış və idarəyə aparılmışdır. İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təyin edilmiş, sonra şübhəli şəxs qismində tutulmuşdur. Videoçəkilişlə üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd qara rəngli pul qabını və həmin pul qabının içərisindən iki ədəd sellofan bükümləri, həmin gödəkcənin sağ iç cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, həmin gödəkcənin sağ yan cibindən avtomobil açarını və bir ədəd alışqanı, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində «M40» sözləri qeyd edilmiş dərman tabletini çıxarıb təqdim etmişdir. Aşkar edilmiş iki ədəd sellofan bükümlərə baxış zamanı içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin iki ədəd sellofan bükümlər və bir ədəd metadon həbi zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və həbi anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşına «Whatsapp» tətbiqi vasitəsi ilə sifariş verdiyini, ona narkotik vasitənin qoyuluğu Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan bazarının yaxınlığında yol kənarındakı yerin koordinatlarının göndərildiyini, həmin yerə gedib onları şəxsi istifadəsi üçün götürüb üzərində gəzdirdiyini bildirmişdir. Sonda şəxsi axtarışın nəticələrinə dair protokol tərtib edilmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təsir-təzyiq göstərilməmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı narkotik vasitələri və həbi sərbəst şəkildə çıxardıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadələr verdilər. İşin 26-27, 148-ci vərəqlərindəki prokol və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşaları təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol iç cibindən 1 ədəd qara rəngli pul qabını çıxarıb masanın üzərinə qoyur. Həmin pul qabının içərisindən içində qəhvəyi rəngli, tozşəkilli maddələr olan 2 ədəd sellofan bükümlər, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd bank kartı, 1 ədəd vergi uçotu haqqında şəhadətnamə, 1 ədəd avtomobilin qeydiyyat şəhadətnaməsi və 13 manat pul aşkar olunur. Həmçinin Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üzərində «F/M40» yazısı həkk olunmuş 1 ədəd dərman tabletini, əynindəki gödəkcənin sağ iç cibindən 1 ədəd «Samsung» markalı mobil telefonu, həmin gödəkcənin sağ yan cibindən 1 ədəd avtomobil açarını və 1 ədəd alışqanı çıxarıb masanın üzərinə qoyur. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikası vətəndaşından «Whatsapp» vasitəsilə sifariş verməklə, onun göndərdiyi konumdan yəni, Abşeron rayonu Xırdalan şəhəri, Xırdalan bazarının yaxınlığında yol kənarından özü istifadə etmək məqsədilə götürdüyünü bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilmişdir. İşin 169-170-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin, mesajların siyahısı və mətni barədə məlumatlar 1 ədəd CD diskdə "xxxx" MMC-dən götürülmüş, həmin diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən mesajlar aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 23:01:41-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Kisi sen ne isdiyirdin birde sende ot var», xx.xx.2023-cü il tarixdə saat 18:38:19-da ***-***-**-** saylı mobil telefon nömrəsindən «Elman kisi pulu ata bilersen zehmet deyilse», xx.xx.2023-cü il tarixdə saat 18:30:41-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «VERMEDİN MENE SATMAQA İSDİYEN ÇOXDU», xx.xx.2023-cü il tarixdə saat 22:10:57-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Elman terezi goturde bir sey var onu cekib verim», xx.xx.2023-cü il tarixdə saat 15:26:58-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Gedew sec gor hansi yaxwidi onu ver gardawimsan bide pati yatdan cixartma adva laig ela gagawinda bilirsen borjli galmaz», xx.xx.2023-cü il tarixdə saat 02:04:28-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Eknar oul duzekdi nende ysri kola lOkigda daw lazimdi amma kola duz elade az olur henewe», xx.xx.2023-cü il tarixdə saat 22:15:19-da ***-***-**- ** saylı mobil telefon nömrəsindən «.... camaat pul gozduyur cixib mali atmaxa senol qaldi sabaxa ozun bilrrsen», xx.xx.2023-cü il tarixdə saat 16:59:21-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «ELMAR YEDİYUN COREYE QİYMET VER YEKE KİSİSEN AC TELFONU AQRİRAM», xx.xx.2023-cü il tarixdə saat 17:08:18-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «ELMAR TELFONU AC PULU VEREGEM MAL VER MENE AQRAYİRAM KİWİOL», xx.xx.2023-cü il tarixdə saat 17:31:56-da 050-496-31- 32 saylı mobil telefon nömrəsindən «Elmar yatmisdim danisdim malimiz hazirdi baxlanib bidene qalib atmax oda saat 8 ya 9 da atacaxlar», xx.xx.2023-cü il tarixdə saat 14:1 l:27-də ***- ***-**-** saylı mobil telefon nömrəsindən «senin var joxuna salim! kokos cetlijen jerde», xx.xx.2023-cü il tarixdə saat 15:45:11-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Əə Peti koko var əə? Anani ...», 10.0302023-cü il tarixdə saat 22:24:54-də ***-***-**-** saylı mobil telefon nömrəsindən «Elmar salam Emildi gaga 0.3daw lazimdi varindi 20azn var mende goruwey sene rahat yerda otur mene alinar?» məzmunlu mesajlar göndərilmişdir. İşin 42-46-cı vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 4 aprel 2023-cü il tarixli, 6/1949 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 6» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» və s. yazılar, imzalar olan kağız paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,505 qram, 1,605 qram, ümumi təmiz çəkiləri 5,110 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; üzərində «F/M40» yazısı həkk olunmuş bir ədəd tabletin tərkibində ümumilikdə 0,04 qram narkotik vasitə metadon müəyyən edildi. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına, Metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in siyahısına daxildir. İşin 173-174-cü vərəqlərindəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 iyul 2023-cü il tarixli 4300 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 185-186-cı vərəqlərindəki ambulator məhkəmə psixiatrik ekspertizasının 25 iyul 2023-cü il tarixli 2048 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, cinayət törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli olması müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 78-82-ci vərəqlərindəki Nərimanov rayon məhkəməsinin 5 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən hakimə psixi təzyiqlərə məruz qalması barədə heç bir məlumat verməmişdir. İşin 84-85-ci vərəqlərindəki maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 3,505 qram və 1,605 qram olmaqla, ümumi təmiz çəkisi 5,110 (tədqiqatdan sonra qalan 5,010) qram narkotik vasitə olan heroin və üzərində «F/M40» yazısı həkk olunmuş 01 (tədqiqatdan sonra qalıq 0,5) ədəd metadon tableti maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə təhvil verilmişdir. İşin 128-129-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 18-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Əlilik vəsiqəsinin (№ 029417) surətindən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi (narkotik vasitələrin üzərindən aşkar olunmasına aid hissədə etiraf etsə də, onları şəxsi istifadə üçün əldə etməsini bildirmişdir, i.v.54-56), məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İşdəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu və ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görüldüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə norkamanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydaları»nın 3-cü maddəsində göstərilmişdir ki, narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq edilmir. Təqsirləndirilən şəxs İİ qrup əlil olduğundan ona narkomaniyadan məcburi müalicə tətbiq olunmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 3 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,505 qram və 1,605 qram olmaqla, ümumi təmiz çəkisi 5,110 (tədqiqatdan sonra qalan 5,010) qram narkotik vasitə olan heroin və üzərində «F/M40» yazısı həkk olunmuş 01 (tədqiqatdan sonra qalıq 0,5) ədəd metadon tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 ədəd disklər isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 210 (iki yüz on) manat onun işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 3,505 qram və 1,605 qram olmaqla, ümumi təmiz çəkisi 5,110 (tədqiqatdan sonra qalan 5,010) qram narkotik vasitə olan heroin və üzərində «F/M40» yazısı həkk olunmuş 01 (tədqiqatdan sonra qalıq 0,5) ədəd metadon tableti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 3 ədəd disklər isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 210 (iki yüz on) manat onun işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-667/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-667/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver