Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-668/2022 19.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1991-ci il fevralın 24-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, deməsinə görə, qeyri-rəsmi olaraq taksiçi işləmiş, Abşeron rayonunun Mehdiabad qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki nömrəsiz evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci il iyul ayının sonlarında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldəetmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Dayı» ləqəbli İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olduğu bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən sonuncunun satış məqsədi ilə qanunsuz olaraq istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edib istintaqla müəyyən olunmayan qaydada Abşeron rayonu, Mehdiabad qəsəbəsində məişət tullantıları qutusunun yanına yerləşdirdiyi, kimyəvi tərkib komponentlərinə görə eyni olan bir ədəd bağlamanın içərisindəki iki ədəd bükümdə olmaqla ayrı-ayrılıqda 0,597 qram və 0,347 qram, ümumilikdə 0,944 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə olmaqla 29,085 qram təmiz çəkidə ağ rəngli kristalşəkilli maddə külli miqdarda psixotrop maddə metamfetamini 2021ci il avqustun 10-da gecə saatlarında həmin yerdən satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, ayrı-ayrı şəxslərə satıb topladığı gəlirin bir hissəsini özünə götürmək şərti ilə yaşadığı, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə daşımaqla üzərində saxlamış, 2021-ci il avqustun 10-da axşam saatlarında bunları bir ədəd plastik qaba yerləşdirərək əynində olan göy rəngli cins şalvarın sağ arxa cibinə qoyub üzərində saxlamaqla istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə ünvan 1 ünvanın qarşısına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən tarixdə saat 19:30 radələrində qeyd olunan ünvanda saxlanaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə aparılarkən geyindiyi göy rəngli cins şalvarın sağ arxa cibindən həmin narkotik vasitə heroin ilə psixotrop maddə metamfetamin göstərilən çəkilərdə, sağ yan cibindən «X27» yazılan 6x10 sm ölçülü bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik aludəçisi olduğundan 2021-ci il iyul ayının sonlarında adını xatırlamadığı bir nəfər narkotik vasitələrin əldə etməsi üçün onu «Dayı» ləqəbli İran İslam Respublikasının vətəndaşı ilə tanış etmiş, sonuncu ilə «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxladıqda həmin şəxs pulu kart hesabına köçürmək şərti ilə Bakı şəhərindəki əlaqələrin köməyi ilə ona narkotik maddələr təşkil edəcəyini bildirmişdir. 2021-ci il avqustun 10-da saat 02 radələrində sonuncu ona Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində yerləşən, hazırda xatırlamadığı ünvandan məişət tullantıları qutusunun yanındakı içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamanı gedib apara biləcəyini nəzərinə çatdırmışdır. O, deyinləri götürərək dərhal yaşadığı ünvana yollanmaqla bağlamanı üzərində saxlamışdır. 2021-ci il avqustun 10-da saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 33 ünvanında olarkən mülki geyimli polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin satışı ilə bağlı şübhə əsasında onu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın arxa yan cibindən ağ rəngli plastik qabı, sağ yan cibindən elektron tərəzini çıxarmaqla təqdim etmiş, qabın içərisindəki iki bükümdə olan narkotik vasitə heroini və bir bükümdə olan psixotrop maddə metamfetamini necə əldə etdiyini izah etmişdir. Üzərindən əlavə olaraq Samsung» markalı mobil telefon, 25 manat və özünə məxsus şəxsiyyət vəsiqəsi aşkarladıqda pul qaytarılmış, qalanlar və narkotik vasitə heroin ilə psixotrop maddə metamfetamin qablaşdırılıb möhürlənərək götürülmüşdür. Tərtib edilən protokolun düzgünlüyü iştirakçılar ilə yanaşı imzası ilə təsdiqləmişdir. Tutularkən və sonradan ona qarşı heç bir zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. Həyəcan keçirtdiyindən istintaqdakı izahatı və ifadələri öz ələyhinə vermişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün 2021-ci il avqustun 10-da onun rəhbərliyi ilə əməliyyat qrupu təşkil olunmuş, göstərilən tarixdə saat 19 radələrində o, əməliyyat müvəkkilli polis baş leytenantı Şahid1 ilə birlikdə yollandığı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 33 ünvanında piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, şübhənin mahiyyətini bildirdikdən sonra sonuncunu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etməklə orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd plastik qabı çıxarıb təqdim edərək içərisindəki bükümlərdə narkotik vasitə və psixotrop maddə olduğunu, həmin maddələri satıb qazanc əldə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Şəxsi axtarış vaxtı Təqsirləndirilən şəxs üzərindən aşkarlanan bir ədəd «Samsung» markalı mobil telefon və bir ədəd elektron tərəzi götürülmüşdür. Tərtib edilən protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyən Şahid1 Şahid2 ilə oxşar ifadə verdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda elan olunaraq tədqiq edilən, verdiyi izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə ittiham olunduğu əməlləri tamamilə etiraf etiraf edib təfsilatı ilə izah etməklə maddi çətinlikləri olduğundan narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə məqsədi satıb ödəmək üçün qazanc əldə etmək olduğunu, «Dayı» ləqəbli İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə 2021-ci il avqustun 10-da saat 02 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində yerləşən, hazırda xatırlamadığı ünvandan məişət tullantıları qutusunun yanından bağlama götürdüyünü, içərisində olan, cəmi üç ədəd bükümdəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yerləşdirdiyi bir ədəd ağ rəngli plastik qabı əynindəki göy rəngli cins şalvarın sağ arxa cibinə, bir ədəd elektron tərəzini isə şalvarın sağ yan cibində saxlayıb göstərilən kütlələri satmaq üçün həmin tarixdə saat 18 radələrində ünvan 1 ünvana daşıdığını, saat 19 radələrində orada dayanaraq müştəri gözləyən zaman mülki geyimli polis əməkdaşları yaxınlaşıb narkotik vasitə satışında şübhələndiyini bildirməklə onu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etdiklərini göstərmişdir (1-ci cild, iş vərəqi 33-34, 50- 53 və 63-66; 2-ci cild, iş vərəqi 25-28). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2021-ci il 10 avqust tarixli raportlarından, əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərarından və əməliyyat qrupunun yaradılması haqqında Ə207-008-21 №-li əmrindən, eyni tarixdə tərtib etdiyi protokoldan, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 16 avqust tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə satış məqsədi ilə edib Bakı şəhəri Yasamal rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, həmin şəxs 2021-ci il avqustun 10-da saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 33 ünvanının qarşısında saxlanmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, məhkəmə tərəfindən göstərilən qərar qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 4-8, 11 və 91-92). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 10 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun atası X23 xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 21). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2021-ci il 10 avqust tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı telefonu, 25 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən bir ədəd elektron tərəzini, sağ arxa cibindən plastik qabın içərisindəki üç ədəd büküm çıxarıb təqdim etməklə iki ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik maddə narkotik vasitə heroin və bir ədəd bükümdə ağ rəngli kütlə psixotrop maddə metamfetamin olduğunu, bunları Abşeron rayonunda tanımadığı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə satmaq üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq olunmadığını bildirmiş, bükümlər zərfə qablaşdırılıb götürülmüş, şikayət, təklif və qeydlər daxil olmamış, bir ədəd DVD-R diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 30-32). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 11 avqust tarixli 6/3412 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 29,085 qram ağ rəngli kristal şəkilli maddə psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,597 qram və 0,347 qram olmaqla ümumi təmiz çəkisi 0,944 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanan narkotik vasitə heroindir, «X27» yazılan 6x10 sm ölçülü bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri cüzi olduğundan çəkisini müəyyənləşdirmək mümkün olmamışdır, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 0,864 qram və 29,045 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 88,7 manatdır (1-ci cild, iş vərəqi 40-44). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 12 avqust tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 54-55). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 12 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il avqustun 10-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 79-83). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 avqust tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,864 qram və 29,045 qram çəkidə qalıqları, habelə «X27» yazılan 6x10 sm ölçülü bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla idarənin saxlanc yerinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 88-89). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 01 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması görüntülərini əks etdirən bir ədəd DVD-R diskinə baxış keçirilərkən sonuncunın əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd «Samsung» markalı telefonu, 25 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən bir ədəd elektron tərəzini, sağ arxa cibindən plastik qabın içərisindəki üç ədəd büküm çıxarıb təqdim etməklə iki ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik maddə narkotik vasitə heroin və bir ədəd bükümdə ağ rəngli kütlə psixotrop maddə metamfetamin olduğunu bildirərək bu barədə şifahi izahat verməsi, bükümlərin və elektron tərəzinin zərfə qoyulub qablaşdırılması, üzəri iştirakçılar tərəfindən imzalanması müşahidə olunmuşdur (1-ci cild, iş vərəqi 93-94). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 05 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması görüntülərini əks etdirən bir ədəd DVD-R diski maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 95-97). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il sentyabrın 27-də tərtib etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2012ci il 18 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.2.-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2014-cü il oktyabrın 31-də cəzasının sonu ilə azad edilmişdir (1-ci cild, iş vərəqi 103-104; 2-ci cild, iş vərəqi 5-16). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 27 sentyabr tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 22 sentyabr tarixli BKC/LGL-17192/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış vaxtı 2021-c il iyunun 02-dən 2021-c il iyulun 05-dək olan müddət ərzində «Nazimoğlu Company» məhdud məsuliyyətli cəmiyyətinin adına qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə ***-***- **-** saylı nömrə arasında «Qaqaş aç patı götürmək istəyirəm 200 varımdır», «Ay qaqaş varsa daş ver qoyaq varyoxuna nehlet yatıram qaqaş birdə çıx da qurban sənə» və «Kənan bu etdiyin hərəkət düzdür özlüyündə buna düzmü deyirsən qaqaş bu menim palojnamdır belə edirsən nə olub ala sənə varyoxun düz deyil etdiyin bunu özün də gözəl bilirsən aç da telefonunu qaqaş səbəb nədir axı ay qaqaş belə edirsən cahili hərekət deyil qaqaş deyirəm canım agrayır səndə ola ola vermirsən nə ad qoyaq buna sənə deyirəm pulsuz verdə qiymətini gəlim götürüm də deyirəm sen isə açmırsan qaqaş asnavaniya nədirki» məzmunlu, ***-***-**-** saylı nömrə ilə «danışa bilmirəm evdəkilər yanımdadır sən nə qədər istəyirdin» məzmunlu, ***-***-**-** saylı nömrə ilə «ne sifət qoyursan ala mənə minnətli də çıxardırsan məni gedirsən dünəndən get patını bölməmişəm durub qız bibi kimi inciyirsən səninlə yol çıxandadır günah» məzmunlu, ***-***-**-** saylı nömrə ilə «zulu and içməyə yəqinki ehtiyac yoxdur patı da heç yerdə yoxdur güclə tapdım sən ölbirdəfəlik götürdüm qaqa canı 25 almışa» məzmunlu və «qarşı edərlər şükür ALLAHAmiz yoxdur alnımız açıqdır biz etdiyimiz şey göz qabağındadır qaldı ki bir dənə butulkaya görə g.... eləm» məzmunlu mesajlar olması müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 105-121). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 27 sentyabr tarixli qərarından görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 22 sentyabr tarixli BKC/LGL-17192/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diski maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 123-124). İş materiallarında olan «Azercell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 08 oktyabr tarixli 21075 №-li, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 11 oktyabr tarixli AZF/LGL-25150/21 №-li və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 20 oktyabr tarixli BKC/LGL-16927/21 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs adına nömrələr qeydə alınmamışdır (1-ci cild, iş vərəqi 132, 144 və157). İş materiallarında olan «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 07 oktyabr tarixli BKC/LGL-18210/21 №-li və 2021-ci il 21 oktyabr tarixli BKC/LGL-19144/21 №-li məktublarından görünür ki, ***-***-**-** saylı nömrə «RQ Caspian» məhdud məsuliyyətli cəmiyyətinin, ***-***-**-** saylı nömrə X14, ***-***-**-** saylı nömrə X5, ***-***- **-** saylı nömrə X18, ***-***-**-** saylı nömrə X6, ***-***-**-** saylı nömrə X24 və ***-***- **-** saylı nömrə X9 adlarına qeydiyyatdadır (1-ci cild, iş vərəqi 140-141 və 167-168). İş materiallarında olan «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 07 oktyabr tarixli AZF/LGL-29571/21 №-li və 2021-ci il 26 oktyabr tarixli AZF/LGL-30652/21 №-li məktublarından görünür ki, ***-***-**-** saylı nömrə X10 və ***-***-**-** saylı nömrə X3, ***-***-**-** saylı nömrə X7, ***-***-**-** saylı nömrə X11, ***-***-**-** saylı nömrə X19, ***-***-**-** saylı nömrə X12, ***-***-**-** saylı nömrə X4, ***-***-**-** saylı nömrə «Azərişıq» açıq səhmdar cəmiyyətinin, ***-***-**-** saylı nömrə X8 adlarına qeydiyyatdadır (1-ci cild, iş vərəqi 141 «a»-143 və 180-187). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 21 oktyabr tarixli 21978 №-li məktubundan görünür ki, ***-***-**-** saylı nömrə X15, ***- ***-**-** saylı nömrə X13 və ***-***-**-** saylı nömrə X16 adlarına qeydiyyatdadır (1-ci cild, iş vərəqi 169). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin 2021-ci il 01 noyabr tarixli 016-128184-1221 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (1-ci cild, iş vərəqi 179). İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2021-ci il 01 noyabr tarixli **********43 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakı şəhərində qeydiyyata alınan daşınmaz əmlak aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 197). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 03 noyabr tarixli 5/1154 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd sensor ekranlı «Android» əməliyyat sistmemi ilə təchiz olunmuş «Samsung Galaxy A51» markalı «SM-A515F/DSN» modelli 352349/11/631340/9 İMEİ kodlu mobil smartfon işlək vəziyyətdə olub yaddaşından şəkilləri silmədən ekran kilidini ləğv etmək, smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmamasını, eləcə də hər hansı bir məlumatın pozulub-pozulmamasını müəyyənləşdirmək mümkün olmamışdır, ekspertiza tədqiqatının dəyəri 60 manatdır (1-ci cild, iş vərəqi 210-212). İş materiallarındakı X20 2021-ci il 15 noyabr tarixli ərizəsindən və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin eyni tarixdə tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki nömrəsiz evdə baxış keçirilərkən heç bir narkotik vasitə və qanunsuz predmet aşkar olunmamış, fotocədvəlin surəti protokola əlavə eilmişdir (1-ci cild, iş vərəqi 213-215). İş materiallarındakı X20 imzaladığı 2021-ci il 22 noyabr tarixli qəbzdən görünür ki, sonuncu övladı Təqsirləndirilən şəxs məxsus «Samsung Galaxy A51» markalı mobil telefonu təhvil almışdır (1-ci cild, iş vərəqi 225). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2021-ci il 12 noyabr tarixli 2653 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə xasiyyətin psixopatik cizgiləri müəyyən olunmuş, sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 252-253). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 24 noyabr tarixli 4650 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, iş vərəqi 3-4). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 13 yanvar tarixli 091-1208-1222 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınması faktı ilə bağlı əlaqələri olan şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamışdır (2-ci cild, iş vərəqi 17). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 17 yanvar tarixli sübutların qiymətləndirilməsi, habelə eyni tarixli başqa cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması, eləcə də təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif olunmaqla Təqsirləndirilən şəxs qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 206.3.2.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, hazırki cinayət işinin materiallarından «Dayı» ləqəbli İran İslam Respublikasının vətəndaşı barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə başqa cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs aşkarlanan «Samsung Galaxy A 51» markalı mobil telefonun maddi sübut kimi tanınmadan sonuncunun atasına qaytarılması, iş üzrə maddi sübut kimi tanınan bir ədəd CD və bir ədəd DVD-R disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,864 qram və 29,045 qram çəkidə qalıqları, «X27» yazılan 6x10 sm ölçülü bir ədəd elektron tərəzi idarənin saxlanc yerinə təhvil verilmişdir (2-ci cild, iş vərəqi 29-48, 50-53 və 57-59). Məhkəməyə təqdim olunan 2014-cü il 02 iyul tarixli AZ-İ seriyalı 972107 №-li nikah və 2017-ci il 01 iyun tarixli AZ-İİİ seriyalı 933421 №-li doğum haqqında şəhadətnamələrin, 2019-cu il 11 iyul tarixli TQŞ seriyalı 103 №-li doğum haqqında tibbi şəhadətnamənin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Səhiyyə İdarəsinin Xocəsən Sağlamlıq Mərkəzinin 2020-ci il 10 mart tarixli 26 №-li arayışının kserosurətlərindən görünür ki, Zülfü Yusif oğlu X1 ilə birgə nikahından 2017-ci il 15 may təvəllüdlü X22 və 2019-cu il 08 iyul təvəllüdlü X25 adlı övladları vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə eedilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla əməlindən peşman olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2012-ci il 18 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.2.-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2014-cü il oktyabrın 31-də cəzasının sonu ilə azad edilmiş, hazırda ittiham olunduğu əməli məhkumluğu ödənildikdən sonra törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,864 qram və 29,045 qram qalıqları, «X27» yazılan 6x10 sm ölçülü bir ədəd elektron tərəzi məhv edilməli, bir ədəd CD-R və bir ədəd DVD-R disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 148,7 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il avqustun 10-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il avqustun 10-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə 148,7 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 0,864 qram və 29,045 qram qalıqları, «X27» yazılan 6x10 sm ölçülü bir ədəd elektron tərəzi məhv edilsin, bir ədəd CD və bir ədəd DVD-R disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-668/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-668/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver