Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-668/2024 07.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Faiq Nağıyev və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 24 avqust 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Nəsimi rayonu Ş.Abdullayev küçəsiev 50 ünvanında qeydiyyatda olmaqla, ünvan 2al rayonu, Yeni Yasamal, Etalon yaşayış kompleksi blok B mənzil ünvanında kirayə yaşayan, barəsində “«həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri, psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Tufan» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada əldə edərək Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ərazisində yerləşdirdiyi "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısına daxil edilmiş 2 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 927,4 qram və 739,4 qram, ümumi təmiz çəkisi Külli miqdar təşkil edən 1666,8 qram olan bitki mənşəli maddələr tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, ümumi təmiz çəkisi Külli miqdar təşkil edən 700,236 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi külli miqdar əşkil edən 356,095 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təsiredici maddəsinin ümumi miqdarı 16,0 qram təşkil edən üzərində «Methadone 40» göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli,dairəvi formalı dərman həbləri narkotik vasitə olan metadonu özünün istifadəsində olan ***-***-**-** Bakcell nömrəsinin «Whatsapp» proqramı vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan «Tufan» adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +98 901 *** **** nömrəsinin «Whatsapp» proqramı vasitəsi ilə əlaqə yaradıb, sonuncunun göndərdiyi məkan paylaşımından istifadə etməklə 16 yanvar 2023-cü il tarixdə həmin yerdən götürüb əldə edərək, sonradan «Tufan» adlı şəxsin tapşırığına əsasən ona gördüyü işin qarşılığında pul verəcəyi şərtilə istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə deyəcəyi yerə qoymaq üçün daşıyaraq yaşadığı evə aparıb saxlamış, 2023-cü ilin yanvar ayının 19-dan 20-ə keçən gecə həmin psixotrop madənin təmiz çəkisi 99,421 qram olan hissəsini bir ədəd bükümdə ayırıb, əynindəki qara rəngli qış gödəkcənin sol yan cibinə qoyaraq özü İlə daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi İlə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin günü yəni 20 yanvar 2023-cü ildə gecə saat 00:20 dəqiqədə yaşadığı Bakı şəhəri Yasamal rayonu X9 yaşayış kompleksi blok B,mənzil 75 ünvanının yaxınlığında piyada hərəkət edərkən, DİN BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq DİN BNMİ-nə gətirilmiş, xidməti otaqların birində üzərində axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli qış gödəkcənin sol yan cibindən 1 ədəd bükümdə, satış məqsədilə, qanunsuz olaraq əldə edib, üstündə saxladığı külli miqdarda ümumi təmiz çəkisi 99,421 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunub götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu X9 yaşayış kompleksi blok B mənzil 75 ünvanına baxış keçirilən zaman mətbəxdə gizlətdiyi 2 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 927,4 qram və 739,4 qram ümimi təmiz çəkisi külli miqdar təşkil edən 1666,8 qram olan bitki mənşəli maddələr tərkiblərinə görə eyni olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana,03 ədəd balğlamada ayrı-ayrılıqda təmiz çəkisi 265,350 qram,249,265 qram,86,200 qram ümumi təmiz çəkisi külli miqdar təşkil edən 600,815 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin.01 ədəd bağlamada təmiz çəkisi külli miqdar təşkil edən 356,095 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi miqdarı 16,0 qram təşkil edən üzərində «Methadone 40» göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli,dairəvi formalı dərman həbləri narkotik vasitə olan metadon,üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 3 ədəd elektron tərəz aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə saat 23:00-23:30 radələrində yaşadığı evdən aşağıdakı dükana su və siqaret almaq üçün düşmüşdür. Blokda polis əməkdaşları onu saxlamışlar. Qoluna girib cibini yoxladılar, üstündən 24 manat pul, plastik kart və açar çıxmışdır. Ondan Tufan adlı şəxsdən 8 kq narkotik vasitə aldığını etiraf etməyini istəmişlər. O, etiraz edərək Tufanı tanıdığını, ondan öz istifadəsi üçün narkotik vasitə aldığını bildirmişdir. Ancaq öz istifadəsi üçün almışdır. Ona razılaşdığı halda qardaşını onunla əlbir kimi sənədləşdirməyəcəklərini bildirmişlər. O narkotik vasitənin çəkisinin 1,700 kq olacağını düşünməmişdir. Polis əməkdaşları evə çxıb axtarış keçirmişlər. Qardaşı da evdə olmuşdur. Qardaşını başqa otağa keçirib orada qolunu qandallayıb idarəyə aparmışlar. Orada cibinə narkotik yerləşdirmişlər. Elməddin adlı polis əməkdaşı ona həmin narkotiki 500 manata Tufandan aldığını deməli olduğunu bildirmişdir. Evdə çəkiliş aparılan zaman narkotiki mətbəxdə stolun üstünə qoyduqlarını görmüşdür. Qardaşını qandallı halda qonaq otağında, onu isə mətbəxdə tuturmuşlar. Roman adlı polis əməkdaşından niyə belə etdiklərini soruşduqda o, narahat olmamağını və razılaşmağını bildirmişdir. Qardaşının üstündən heroin və metamfetamin çıxmışdır. Tufandan sonuncu dəfə tutulmamışdan 1 ay əvvəl narkotik vasitə almışdır. Ümumilikdə isə 3 dəfə olmaqla 4 qram, 100 manatlıq narkotik almışdır. Narkotik vasitənin pulunu isə iş materiallarında olan kapital bank kartı ilə ödəyirmiş. Sonuncu dəfə Tufana 100 manat atmışdır ki, ona narkotik yollasın. Mümkün olmadığı üçün bir neçə gün sonra 100 manatı özünə qaytarmışdır. Evdə maksimum 15-20 dəqiqə qalmış, sonra isə birbaşa idarəyə getmişlər. Qardaşını onunla birlikdə əlbir kimi göndərəcəklərini deyirmişlər. Onu belə qorxudurmuşlar. İdarədə üstündən metamfetamin çıxarmışlar, çəkisini də bilmirmiş. Metamfetaminin miqdarının 99-100 qram olduğunun ittiham aktında görmüşdür. Həmin narkotiki polis əməkdaşları ona vermiş, o da cibindən çıxarmışdır. Telefonu saxlayan zaman polis əməkdaşları götürmüşlər. Həmin vaxt evin açarı, liftin kartı, telefon və pul da var imiş. 4 qram mal üçün ora getmişdir. Qardaşını tutacaqlarından qorxduğu üçün istintaqda etirafedici ifadə vermişdir. Qardaşını da 4 ay sonra tutmuşlar. Ona isə 234.1-1-ci maddə ilə ittiham verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Oğlu Ənvərin narkotik vasitələrdən istifadə etdiyini bilirmiş, amma qalan şeyləri bilmirmiş. Hətta oğlunu müalicə də etdirirmişlər. O Naxçıvana atasının il mərasiminə gedən zaman bu hadisələr baş vermişdir. Onun evinə onsuz, icazəsiz getmişlər. Hadisəni gəlini görmüşdür. Gəlini oğlundan ayrı yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 2023cü ilin yanvar ayında narkotik vasitələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş və tərəflərindən tədbir keçirilmişdir. Təqsirləndirilən şəxs Ənvər evinin yaxınlığında, yəni binanın qarşısında saxlanılmış və idarəyə dəvət olunmuşdur. İdarədə olarkən üzərinə baxış keçirilmiş və üzərində narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitələrdən evdə də saxladığını bildirmiş, evinə baxış keçirilərkən orada da narkotik vasitələr aşkar olunmuşdur. Ənvərdən bu barədə soruşduqda o, narkotik vasitələri İran vətəndaşından haradasa saxlamaq üçün götürdüyünü demişdir. Daha sonra narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Daxil olan əməliyyat məlumatı Ənvərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuş, qrup rəhbəri də o olmuşdur. Ənvəri tutan zaman axşam saatları imiş. Həm üzərindən, həm də evindən narkotik vasitə aşkar olunmuşdur. Baxış zamanı o, Şahid1 və təhqiqatçı iştirak etmişdir. Onunla təqsirləndirilən şəxs arasında hakimə və yaxud da kiməsə nəsə demək barədə söhbət olmamışdır. Saxlanılan zaman təqsirləndirilən şəxsə qarşı heç bir müqavimət göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə günü evdə olmuşdur. Qardaşı mağazaya düşmüş, daha sonra qapı açılmış və polis əməkdaşları içəri daxil olmuşlar. Onu dərhal qonaq otağına salmışlar. Evi axtarmağa başlamışlar. Çəkiliş isə mətbəxdə olmuşdur. Stolun üstünə narkotiki polis əməkdaşları özləri yığmışlar. Bir az keçəndən sonra onları idarəyə aparmışlar. Onları dərhal yox 2-3 saat sonra idarəyə aparmışlar. Əvvəl Ənvəri, daha sonra isə onu. Onu da eyni polis əməkdaşları mayın 13-ü aparmışlar. Ona idarədə ifadə verdikdən sonra “səni də tutacağıq” deyə bilirmişlər. O qonaq otağında olduğu 2-3 saat ərzində evdə hərşeyi düzqoş etmişlər. Onu da çəkilişə dəvət etmişlər. O qardaşı ilə eyni nömrəni işlədirmiş. Onun barəsindəki cinayət işi də Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Ona üzərindən 5 qram narkotik tapıldığı qeyd olunmuşdur. Onu Ənvərlə birgə saxlamışlar, ancaq sonradan, yəni may ayında tutmuşlar. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və evində narkotik vasitə aşkar olunmamasına və narkotik vasitəni satış məqsədi olmadan əldə etməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə həmin hissədə tənqidi yanaşır və onun ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 20 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X2 tərəfindən tərtib edilmiş 20 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” prokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli, cins şalvarının sağ yan cibindən yaşadığı ünvanın açarını, sol yan cibindən 24 manat pulunu, 1 ədəd içərisində ***-***-**-** saylı GSM nömrə olan “Samsung” markalı mobil telefonunu, əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxsin təqdim etdiyi 24 manat pulu, yaşadığı evinin açarı özünə qaytarılsa da, ona izah edilməklə sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və çəkisinin qablaşdırılma ilə birlikdə 103 (yüz üç) qram olması müəyyən edilmişdir. Həmin büküm 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin psixotrop maddə olan adını metamfetamin olduğunu, həmin maddəni təxminən 3-4 gün öncə Bakı şəhəri, Qaradağ rayonu ərazisində “Tufan” adlı İran vətəndaşı vasitəsilə əldə etdiyini, həmin şəxsi 1 aya yaxındır ki, tanıdığını, onun nömrəsinin telefonunda da qeyd edildiyini, həmin maddələri ona deyilən yerlərə qoymaqla 500-600 manat pul əldə etməli olduğunu, bu əməli əvvəl də 1 dəfə törətdiyini buna görə pul əldə etdiyini, yaşadığı Yasamal rayonunda yerləşən evində də narkotik tərkibli maddələr saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazının olmamasını, özünün narkotik maddə istifadəçisi olmamasını, bu əməlindən heç kimin məlumatının olmamasını saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmış, aparılan videoçəkiliş 01 (bir) ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı X2 tərəfindən tərtib edilmiş 20 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” prokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, Yeni Yasamal, Etalon yaşayış kompleksi, blok B, mənzil 75-ə baxış keçirilmişdir. Ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, həmin maddələrin qalan hissəsini mətbəxdə saxladığını bildirərək oraya daxil olmuş, orada olan masanın üzərindəki boz rəngli parça torbanı, 1 ədəd kağız qutunu, stolun yanındakı stulun üzərində olan ağ rəngli sellofan torbanı təqdim etmiş və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Təqdim edilmiş boz rəngli parça torbaya baxış keçirilən zaman içərisində 1 ədəd üzərində **********389846 yazıları olan Kapital banka məxsus bank Kartı, ümumilikdə 400 ədəd üzərində "Metadon-40” sözləri yazılmış narkotik tərkibli həblər müəyyən edilmişdir. Bank kartı sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, ağ rəngli sellofan torbaya baxış keçirlən zaman içərisində 2 ədəd qara rəngli sellofan bağlamada ümumi çəkisi 1 kq 809 qram olan tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Kağız qutuya baxış keçirilən zaman isə içərisində 3 ədəd elektron tərəzi, 3 ədəd şəffaf sellofan torbanın içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, 1ədəd şəffaf sellofan bağlamanın içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələrin çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş, heroinə bənzər kütlənin çəkisinin 410 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisinin isə 654 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin sellofan torbada olan kütlələr qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi yaşadığı ünvandan aşkar edilmiş maddənin narkotik maddə qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamin isə adını unutduğu narkotik tərkibli maddə olduğunu olduğunu, həmin maddəni İran vətəndaşı “Tufan” adlı şəxs vasitəsilə ona deyilən yerlərə qoymaqla 500-600 manat pul əldə etmək məqsədilə əldə etdiyini, əvvəldə belə əməl törətdiyini, həmin “Tufan” adlı şəxsin əlaqə nömrəsinin telefonunda qeyd edildiyini, bu fəaliyyətindən heç kimin məlumatının olmamasını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını, anası və ya başqa bir nəfərin bu barədə məlumatlı olmamasını bildirmişdir. Baxış keçirilməsi və götürmə zamanı video çəkiliş aparılmış, aparılan videoçəkiliş 01 (bir) ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/75 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş iki ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 927,4 qram və 739,4 qram, ümumi çəkisi 1666,8 qram olan bitki mənşəli maddələr təkiblərinə görə eyni olub narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustal üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş 3 ədəd elektron tərəzidə bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. Qeyd: Marixuananıni ümumi təmiz çəkisi 1666,8 qram, tədqiqata 0,1 qram istifadə edildi, (hər obyektdən 0,05 qram, qalıq 1666,7 qram. (ekpertiza tədqiqatın dəyəri 72 manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/372 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №7” dairəvi möhür əksləri olan bir ədəd zərfdə və bir ədəd polietilen paketdə qablaşdırılmış:Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.. ” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 1 ədəd bağlamada təmiz çəkisi 99,421 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.- Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə... ” sözləri, soyad və imzalar qeyd edilmiş paketin içərisində 03 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 265,350 qram, 249,265 qram, 86,200 qram ümumi təmiz çəkisi 600,815 qram oln ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir; 1 ədəd bağlamada təmiz çəkisi 356,095 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; üzərində “Methadone 40” göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə 400 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbləri narkotik vasitə-metadondur, 400 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 16,0 qam (üzərindəki göstəricələrə əsasən bir ədəd həbdə 0,04 qram) olması müəyyən edildi.- 3 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisni müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir.Təqdim edilmiş bir ədəd zərfdə və bir ədəd paketdəki ümumilikdə dörd ədəd bükümdə olan metamfetaminin ümumi təmiz çəkisi-700,236 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in (siyahı İ) daxildir. Heroin 2005-ci İl 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin (siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin (siyahı İİ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 356,095 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq-355,995 qram. Metamfetamin ümumi təmiz çəkisi- 700,236 qram, tədqiqata sərf edildi 0,4 qram, qalıq-699,836 qram. Metadon həblərinin ümumi sayı-400 həb, tədqiqata sərf edildi-20 həb, qalıq-380 həb (ekpertiza tədqiqatın dəyəri 80 manatdır) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-70/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 5(004)-57/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X5 ilə nikahda olmaqla həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X6 adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, dvd formatlı diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin dvd diskdə əks edilmiş görüntülər 20 yanvar 2023-cü il tarixdə saat 02:00-də DİN BNMİ-nin Səbail rayonu ərazisində yerləşən inzibati binasında xidməti iş otağında süni işıqlandırma şəraitində qeydə alınmışdır. X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra digər iştirakçılar özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs iştirakçıların hər hansı birinə etirazının olub-olmaması soruşulmuş, o, etirazının olmamasını, üzərinə hazır ki, müddətə qədər baxışın keçirilmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında BNMİ-nin əməkdaşları tərəfindən 20 yanvar 2023-cü il tarixdə gecə saat 00:20-də Yasamal rayonu Etalon yaşayış kompleksi blok b ünvanının yaxınlığında saxlanılaraq şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofana bükülmüş olan bükümü, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən yaşadığı ünvanın açarını, sol yan cibindən 24 manat pulunu, 1 ədəd içərsində ***-***-**-** nömrə olan «Samsung» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmadı. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və içərisində ağ rəngli, kristal şəkilli maddənin olması videogörüntü zamanı qeydə alınmışdır. Elektron tərəzidə “metamfetamin” adlandırılan bükümün çəkisi qablaşdırma ilə birgə 103 qram olması müəyyən edilmişdir. Sellofan büküm kağız zərfə qoyularaq möhürlənmiş, üzəri imzalarla təsdiqlənmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb təqdim etdiyi bükümün «şüşə» olduğun, kütləni 3-4 gün bundan əvvəl İran vətəndaşı olan “Tufan” adlı şəxs vasitəsi ilə Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Tufan adlı şəxsi 1 aya yaxındır ki, tanıdığını, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı qarşılığında 500-600 manat pul əldə edəcəyini, həmin şəxsin telefon nömrəsinin özünə məxsus telefonda olduğunu, bu vaxta qədər bu əməli 1 dəfə də törətdiyini, bunun müqabilində Tufan adlı şəxsin ona 100 manat verdiyini, 3 ilə yaxındır ki, narkotik vasitə istifadə etdiyini, həmçinin Yasamal rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, dvd formatlı diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, həmin dvd diskdə əks edilmiş görüntülər 20 yanvar 2023-cü il tarixdə gecə saat 03:10-da ünvan 10 ünvanında süni işıqlandırma şəraitində qeydə alınmışdır. Videogörüntüdən müəyyən edilir ki, DİN BNMİ-nin TQ-nin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürülmə aparılmışdır. V.Həsənquliyev özünü təqdim etdikdən sonra digər iştirakçılar özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılaraq şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs mənzildə narkotik vasitə saxlamasından qardaşı Rüstəmin məlumatının olmamasını bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin mətbəxindən masanın üzərindəki boz rəngli parça torbanı, 1 ədəd kağız qutunu,stolun yanındakı stulun üzərində olan ağ rəngli sellofan torbanı təqdim etmiş və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən təqdim edilmiş boz rəngli torbaya baxışı keçirilmiş və baxış zamanı 1 ədəd üzərində 4169 7385 6138 9846 nömrələri olan Kapitalbanka aid plastik kart, ümumilikdə 400 ədəd üzərində «Metadon-40» sözləri yazılmış narkotik tərkibli həblər müəyyən edilmişdir. Bank kartı iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, bundan sonra ağ rəngli sellofan torbaya baxış keçirilən zaman içərsində 2 ədəd qara rəngli bağlama müşahidə olunmuş, həmin bağlamanın içərisində tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr müşahidə edilmişdir. Həmin 2 ədəd qara rəngli sellofan bağlama çəkilmiş və çəkisinin 1 kq 809 qram olması müəyyən edilmçişdir. Bundan sonra kağız qutuya baxış keçirilmiş və qutunun içərisində 3 ədəd elektron tərəzi, 3 ədəd şəffaf sellofan torbanın içərsində ağ rəngli kristal şəkilli psixotorop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd şəffaf selofan bağlamanın içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Heroinə bənzər kütlənin çəkisinin 410 qram olması, psixotrop maddə olan metamfetminin çəkisinin isə 654 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin kütlələr və 3 ədəd elektron tərəzi qablaşdırılmış, tamlığının qorunması məqsədilə yapışqanlı lentlə bağlanıb, möhürlənmiş və üzəri imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar edilmiş kütlələri 3-4 gün əvvəl sosial şəbəkədə tanıdığı İran vətəndaşı olan Tufan adlı şəxs vasitəsilə Qaradağ rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədilə əldə etdiyini, deyiləcək ünvanlara qoyduğu təqdirdə ohə 500-600 manat pul əldə edəcəyini, Tufan adlı şəxsin nömrəsinin istifadəsində olan telefonda olduğunu bildirmişdir. Qardaşı Şahid4 onun yaşadığı mənzildə gizlətdiyi narkotik vasitələrdən xəbərinin olmadığını bildirmişdir. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1810 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəlıyı) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Kapital Bank ASC-dən daxil olmuş plastik kart hesabından çıxarışa və görüntülərə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Kapital Bank ASC-dən daxil olmuş plastik kart hesabından çıxarışa baxış keçirilmiş, baxış zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus kartın balansına sonuncunun ifadəsində qeyd etdiyi kimi İran vətəndaşı Tufan adlı şəxs tərəfindən DB kart sahibi barədə məlumatı məlum olmayan kartdan xx.xx.2023-cü il tarixdə saat 19:11:43-də 100 manat pulun balansa mədaxil olduğu və xx.xx.2023-cü il tarixdə saat 21:23:57-də balansdan bankomat vasitəsi ilə nağdlaşdırılaraq çıxarılması müəyyən edilmişdir. Bundan əlavə Kapital Bank ASC-dən daxil olmuş plastik kartın bankomat vasitəsi ilə aparılan nağdlaşdırma əməliyyatlaırna dair görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs məxsus kart hesabının çıxarışında göstərilən tarixlərdə kart sahibi Təqsirləndirilən şəxs və qardaşı Şahid4 tərəfindən aparılan əməliyyatlara dair görüntülər əks olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 20 yanvar 2023-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzidən aşkar edilmiş qalıq ümumi təmiz çəkisi 1666,7 qram narkotik vasitə olan qurudulmuş marixuana, dörd ədəd bükümdə ümumi təmiz çəkisi qalıq 699,836 qram olan psixotrop maddə metamfetamin,1 ədəd bükümdə təmiz çəkisi qalıq 355,995 qram narkotik vasitə olan heroin, təsiredici maddəsinin ümumi miqdarı 16,0 qram təşkil edən üzərində «Methadone 40» göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə qalıq 380 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbləri narkotik vasitə olan metadon, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 3 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və yaşadığı mənzilə baxış və götürmə keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin və Təqsirləndirilən şəxs adına olan Kapital Bank ASC-ə məxsus olan 4169 7385 6138 9849 nömrəli plastik bank kartının videogörüntülərini fiksə edən 1 ədəd cd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 152(yüz əlli iki) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 09(doqquz) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 20 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 152 (yüz əlli iki) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzidən aşkar edilmiş ümumi təmiz çəkisi qalıq 1666,7 qram narkotik vasitə olan qurudulmuş marixuana, dörd ədəd bükümdə ümumi təmiz çəkisi qalıq 699,836 qram olan psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi qalıq 355,995 qram narkotik vasitə olan heroin, təsiredici maddəsinin ümumi miqdarı 16,0 qram təşkil edən üzərində «Methadone 40» göstəricisi olan 40 ədəd konvalyutda ümumilikdə qalıq 380 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbləri narkotik vasitə olan metadon, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 3 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti və yaşadığı mənzilə baxış və götürmə keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd dvd diskin və Təqsirləndirilən şəxs adına olan Kapital Bank ASC-ə məxsus olan 4169 7385 6138 9849 nömrəli plastik bank kartının videogörüntülərini fiksə edən 1 ədəd cd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-668/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-668/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver