Məhkəmə qərarları › İş №1(101)-668/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-668/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-668/2025 26.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214- 1 və 283.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları dini fanatizm zəminində qəsdən saxlamış, eləcə də əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin bilavasitə və dolayısı ilə Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş - terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətmə və Azərbaycan Respublikası vətəndaşlarının dini düşmənçilik və dini radikalizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmə əməllərinin terrorçu təşkilat tərəfindən təşkil olunmasının, törədilməsinin və həmin terrorçu təşkilatın maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin qəsdən toplayaraq verilməsini həyata keçirməklə terrorçuluğu maliyyələşdirmiş, habelə aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə qəsdən dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına habelə milli və dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlər törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ildə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Aşur” məscidində “Abdulla” dini ləqəbli şəxsdən dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, yəni dini ekstremist material hesab edilən Murad Gəzənlərin müəllifi olduğu 1 ədəd “İrca saldırılarına karşı şüphelerin giderilmesi” (Genel dağıtım yayınları, İstanbul, 2010), Məhəmməd ibn Səid əl-Kəhtaninin müəllifi olduğu 1 ədəd “İslama görə dost və düşmən” (Kayıhan yayınları, İstanbul, 1993), Əbdülhaq əl-Heytəminin müəllifi olduğu 1 ədəd “Kuran ve sünnetden delillerle irtidat ve mürdetin hükmü” (Hak yayınları, İstanbul), Mahmud Şakirin müəllifi olduğu 1 ədəd “İslam nizamı” (Kahraman yayınları, İstanbul, 1994), Əbu Hanzalanın müəllifi olduğu 1 ədəd “Güncel itikad meseleleri”, Ziyaəddin əl- Qüdsinin müəllifi olduğu 1 ədəd “Hakimiyet Allahındır” (Hak yayılan, İstanbul), Abdullah Azzamın müəllifi olduğu 1 ədəd “Tevbe suresinin gölgesinde cihad dersleri 1” (Buruc yayınları, İstanbul, 1996), Abdullah Azzamın müəllifi olduğu 1 ədəd “Tevbe suresinin gölgesinde cihad dersleri 2” (Buruc yayınları, İstanbul, 1998), Ziyaəddin əl-Qüdsinin müəllifi olduğu 1 ədəd “İslam dininin aslı” (Hak yayınları, İstanbul), Həmd b. Əli b. Atiqin müəllifi olduğu 1 ədəd “Vela” (Tevhid yayınları, İstanbul), X27 müəllifi olduğu 1 ədəd “Yeniden İslama dönerken günümüzde Cihad” (Fatih Gençlik vakfı matbaa işletmesi, İstanbul) adlı ümumilikdə 11 ədəd ədəbiyyatı əldə edərək yaşadığı ünvan 1 ünvanında dini fanatizm zəminində 27 sentyabr 2023-cü il tarixədək qəsdən saxlamış, eləcə də Azərbaycan Respublikasının vətəndaşı X11 və digər şəxslərlə cinayət əlaqəsinə girərək əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin bilavasitə və dolayısı ilə Cinayət Məcəlləsinin 214 və 283-1-ci maddələrində nəzərdə tutulmuş - terrorçuluq, yəni 15 ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər (terror aktı) törətmə və Azərbaycan Respublikası vətəndaşlarının dini düşmənçilik və dini radikalizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmə əməllərinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamə ilə terrorçu təşkilat kimi tanınmış “İraq və X29” (İŞİD) adlı terrorçu təşkilat tərəfindən təşkil olunmasının, törədilməsinin və həmin terrorçu təşkilatın üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək bu məqsədlə 2018-2022-ci illərdə “WhatsApp” ani mesajlaşma tətbiqi və “Telegram” sosial şəbəkəsində yaratdığı “Tevhid Ehli-Hayra Davet” adlı hesablarda Suriya Ərəb Respublikasında əsirlikdə olan şəxslərə guya maddi yardım etmək adı altında müxtəlif dini məzmunlu paylaşımlar edərək istifadəsində olan "xxxx" ASC-yə məxsus “**********921382” nömrəli bank kart hesabının fotoşəklini yerləşdirməklə ölkə ərazisində və onun hüdudlarından kənarda yaşayan müxtəlif şəxslərdən qeyd olunan üsulla pul vəsaitləri toplamağa nail olub həmin vəsaitləri Suriya Ərəb Respublikası ərazisində aparılan silahlı münaqişələrdə iştirak edən “İraq və X29” (İŞİD) adlı terrorçu təşkilatının üzvü Emil Novruzov və digərlərinin tapşırığına əsasən sonuncuların ona təqdim etdikləri Türkiyə Respublikasının İstanbul, Mersin, Bursa və Qaziantep şəhərlərində olan ayrı-ayrı şəxslərin adlarına Bakı şəhərindən 24 noyabr 2018-ci il tarixdə “Contact” X26 sistemi vasitəsilə 462 ABŞ dolları, 11 yanvar 2019-cu il tarixdə 600 ABŞ dolları, 25 aprel 2019-cu il tarixdə 1000 ABŞ dolları, 03 iyun 2019-cu il tarixdə “Zolotaya Korona” X26 sistemi vasitəsilə 650 ABŞ dolları, 26 iyul 2019- cu il tarixdə 1041 ABŞ dolları, 21 may 2020-ci il tarixdə “Western Union” X26 sistemi vasitəsilə 300 ABŞ dolları, 13 iyul 2020-ci il tarixdə 1000 ABŞ dolları, 29 iyul 2020-ci il tarixdə 294 ABŞ dolları, 06 avqust 2020-ci il tarixdə 290 ABŞ dolları, 24 avqust 2020-ci il tarixdə 147 ABŞ dolları, 08 sentyabr 2020-ci il tarixdə 100 ABŞ dolları, 26 aprel 2022-ci il tarixdə 357,28 ABŞ dolları, 29 aprel 2022-ci il tarixdə “Zolotaya Korona” X26 sistemi vasitəsilə 768,72 ABŞ dolları, 04 may 2022-ci il tarixdə 473,53 ABŞ dolları, o cümlədən müxtəlif formalarda digər məbləğlərdə pul vəsaitlərini vahid niyyətlə davamlı olaraq köçürülməsini, oradan isə Suriya Ərəb Respublikası ərazisindəki həmin terrorçu təşkilatın üzvlərinə göndərilərək verilməsini təmin etməklə qəsdən terrorçuluğu maliyyələşdirmiş, həmçinin istifadəsində olmuş “Xiaomi Redmi” markalı mobil telefon vasitəsi ilə 2020-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddətdə faktiki yaşadığı ünvan 1 ünvanından internet şəbəkəsinə qoşularaq “Telegram” sosial şəbəkəsində yaratdığı «Tevhid Ehli-Hayra Davet» adlı kanalda aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə məzmununda dini mübarizəyə açıq çağırışlar edən və radikallığı əks etdirən təbliğat xarakterli çoxsaylı foto və video materiallar yerləşdirməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikası ərazisində milli, dini nifrət və düşmənçiliyin salınmasına habelə milli və dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlər törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, həbs edilənə qədər taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Müsəlman dininə etiqad edir. Bir müsəlman kimi Allaha ibadət edir, namaz qılır, məsçidə gedir. hər hansı dini ləqəbi yoxdur. Qardaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, qardaşı ilə cəzaçəkmə müəsisəsinə görüşə gedərkən orada Emil adlı şəxslə tanışlıqları yaranmışdır. Emil cəzasını çəkib qurtarandan sonra onunla görüşüb çay içmiş, sonralar da ailəsi ilə də tanışlığı yaranmışdır. Eminlə onun fikirləri üst-üstə düşməmiş, Eminin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin hansı maddələri ilə təqsirləndirilərək həbsdə olması barədə hər hansı məlumatı olmamışdır. Emin tez-tez Türkiyəyə getmiş, amma nə işlə məşğul olduğu barədə məlumatı olmamışdır. Suriyada yaşayan azərbaycanlı xanımlar ona yazıb bildirmişlər ki, həyat yoldaşları dünyasını dəyişib. Ailə başçısılarının vəfatından sonra körpələrinin taleyindən narahat olduqlarını, onlara kömək etmək lazım olduğunu, sənədləri olmadığını bildirib ondan kömək istəmişlər. Həmin xanımlardan biri tanışı Emilin həyat yoldaşı olmuşdur. O, həmin xanımlara Azərbaycana qayıtmaqları üçün maddi yardım etmiş, daha sonra “Teleqram” kanalı vasitəsilə yardıma ehtiyacı olan həmin ailələrə dəstək məqsədilə elanlar paylaşmışdır. Yaratdığı “Telegram” kanalın adı “Tövhid ehli hayra davet” olmuş, türkcə yazmağının səbəbi Türkiyədə də eyni adlı kanal olmuş, o, da həmin addan istifadə etmişdir. O həmin kanalda özünə məxsus bank kartının şəklini paylaşmış və ayrı-ayrı dindarlar, xeyirsevərlər həmin karta pul göndərmişdir. Toplanan vəsaitin terrora sərf olunması ilə bağlı cəhdi olmamış, yığılan pulu ancaq xeyir işlərə sərf etmişdir. Yığılan vəsaiti Türkiyə Respublikasına ayrı-ayrı şəxslərin adına göndərmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Suriyada baş verən proseslərə hər hansı münasibəti olmamış, ibtidai istintaq zamanı təzyiq altında deyilənləri ifadəsində qeyd etmişdir. Telegramla yanaşı “WhatsApp” sosial şəbəkəsində də “Tevhid Ehli” adlı qrupun admini, yəni idarəçisi olmuşdur. Həmin qruplarda Suriyadakı müharibə ilə bağlı məsələlər müzakirə olunmamışdır. Suriyanın İdlib şəhərindəki düşərgədə yaşayan qadınlardan Elnarə adlı xanımla qeyri-rəsmi münasibəti olmuş, onun valideynləri ilə birgə Azərbaycandan getməsi münasibətlərini bir qədər soyutmuşdur. Həmin Elnarə adlı xanım anası ilə birgə Suriyada yaşayan atasının yanına getmişdir. Onun atasının Suriyada gedən müharibələrdə iştirak edib-etməməsi ilə maraqlanmamışdır. Elnarə onunla əlaqə saxlayaraq, Suriyanın İdlib şəhərində düşərgədə qaldıqlarını, çətinlik çəkdiklərini bildirərək, müəyyən köməklik edən şəxslərin onun kartına pul göndərmələrini və onun da həmin pulu onlara göndərməsini xahiş etmişdir. Həmin məbləğləri həm Elnarəgilin öz tanışları göndərmiş, həm də o, qrupda ehtiyacı olan ailəyə yardım kimi paylaşım edilərək müəyyən şəxslərin göndərdiyi məbləğləri göndərmişdir. Həmin düşərgədə yaşayan qadınlardan Məryəm adlı qadın da sosial şəbəkədəki “Tevhid Ehli” qrupunda admin, yəni idarəçi kimi fəaliyyət göstərmişdir. Həmin qadınlar Azərbaycana qayıtmaq istəsələr də, sənədlərini düzəltmək üçün müəyyən məbləğ lazım olmuşdur. Emil adlı şəxs ona Suriyaya hər hansı pul vəsaiti göndərmək üçün hər hansı məbləğdə pul verməmişdir. Elnarəyə 2018-2019-cu illərdə pul göndərmişdir. “Telegram” şəbəkəsində “Tevhid Ehli” qrupunu nə zaman yaratdığını dəqiq xatırlamır. Pul məbləğlərini Türkiyədə yaşayan bir neçə şəxsin bank hesabına göndərmişdir. Həmin qadınların göndərilən pullar müqabilində Azərbaycana qayıtmaq üçün sənəd düzəldib-düzəltmədikləri ilə maraqlanmamış, onlar həyat yoldaşlarının yanına getsələr də, sonradan özləri bir şəhərdə, həyat yoldaşları isə digər şəhərdə qalmışdır. O, həmin qadınların ərlərinin Suriyaya hansı məqsədlə getmələri, nə işlə məşğul olmaları, orada döyüşlərdə iştirak edib-etməmələri ilə maraqlanmamışdır. Dini kitabları məsçiddə tanış olduğu Abdulla adlı şəxsdən oxumaq üçün almışdır. Həmin kitabların qadağan edildiyini bilməmişdir. Qeyd olunan kitablar açıq şəkildə Türkiyə Respublikasında satılmışdır. Kompüterdə olan videofaylları və şəkilləri xeyli müddət öncə yükləmiş, Emil Novruzovla bağlı şəkilləri onun həyat yoldaşı həqiqətən Emil Novruzovun arvadı olmasını və düşərgədə qalmalarını təsdiq etmək üçün ona göndərmişdir. Emil Novruzovun özü ilə əlaqəsi olmamış, Emil Novruzov ona hər hansı şəkil və ya video göndərməmişdir. Onun istifadə etdiyi qrup “Tevhid Ehli-Hayra Davet” qrupu olmuş, həmin video və şəkillər isə Türkiyədə fəaliyyət göstərən “Hayra Davet-Türk” qrupuna məxsus olmuşdur. Həmin video və şəkillər ona göndərilməmiş, qrupda paylaşılmışdır. Həmin video və şəkillər internet şəbəkəsində açıq şəkildə paylaşılan materiallar olmuşdur. Ondan silah alınması üçün hər hansı pul vəsaiti istənilməmişdir. “Tevhid Ehli” qrupunda ondan başqa idarəçilər də olmuş, o, sadəcə olaraq həmin videoları yükləyib baxmış və sonradan silməmişdir. O, silahın fotoşəkillərinə dair paylaşımlar etməmişdir. Onun pul köçürəcəyi bank hesabını münasibəti olan qadın Elnarə ona təqdim etmişdir. O, sosial şəbəkədə dini ekstremist, dini ayrı seçkiliyi təbliğ edən paylaşımlar etmədiyini bildirmişdir. Dini kitabların müxtəlif müəllifləri olmuş, həmin kitabların hamısını oxuya bilməmişdir. Həmin kitabları din sahəsində biliyini artırmaq üçün almışdır. O, sadəcə olaraq çətin vəziyyətdə olan Azərbaycan qadınlarına kömək etmək istəmişdir. 2023-cü ilin Ramazan ayında “20-ci sahə” deyilən ərazidə AR Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və AR Dövlət Təhlükəsizlik Xidmətində onun əlaqələri barədə sorğu-sual edərək, sosial şəbəkədəki qrupa baxış keçirmişlər. Əməkdaşlardan biri ona qarşı təzyiq göstərərək, əqidə yoldaşlarına kömək göstərməyi ilə əlaqədar ifadələr verəcəyi halda onu buraxacaqlarını demiş, saxlanıldığı zaman onun vəziyyəti yaxşı olmamışdır. Belə ki, o, həmin vaxtlar narkomaniya xəstəliyindən əziyyət çəkmiş və saxlanıldığı zaman məhz psixotrop dərman vasitəsi əldə etmək üçün getmişdir. Sözügedən ifadəni verdikdən sonra o, sərbəst buraxılmış və bir neçə ay sonra yenidən həbs edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 12 avqust 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1994-cü ildə Bakı şəhəri 162 saylı tam orta məktəbdə təhsil almağa başlamış lakin 2000-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçməsi səbəbindən təhsilini yarımçıq qoymuşdur. 2008-ci ildədək Rusiya Federasiyasında atası ilə birlikdə ticarət fəaliyyəti ilə məşğul olmuşdur. 2007-ci ildə X3 və ortancıl qardaşı Şahid1 Azərbaycan Respublikasına geri dönməsi səbəbindən o da öz növbəsində 2008-ci ildə Azərbaycan Respublikasına geri qayıtmışdır. Geri döndükdən sonra bir müddət inşaatda fəhlə kimi fəaliyyət göstərmişdir. 2012-ci ildə X12 ilə ailə həyatı qurmuşdur. 2013- 2014-cü illərdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü kimi fəaliyyət göstərmiş, 2014-2018-ci illərdə Nizami rayonunda yerləşən “Trivares Cofee” restoranında müxtəlif vəzifələrdə çalışmışdır. Bundan sonra bir müddət taksi sürücüsü kimi də çalışmışdır. Atası X2 Ticarət Mərkəzində icarə pullarının yığılması fəaliyyəti ilə məşğul olur. X3 hazırda yaşa görə pensiyadadır. Böyük qardaşı X14 ticarət fəaliyyəti ilə məşğuldur. Ortancıl qardaşı Şahid1 uzun müddət həbsdə olsada hazırda azadlıqdadır və usta kimi fəaliyyət göstərir. Bacıları isə hamısı evdar xanımdır. 2011-ci ildən başlayaraq islam dininin əhli-sünnə təriqətinə etiqad edir və özünə “Abu İsaq” dini ləqəb götürmüşdür. İbadətini ilk əvvəllər ləzgi məscidində həyata keçirmişdir. Bildirmişdir ki, bir müddət sonra ləzgi məscidinin fəaliyyətini dayandırması səbəbindən fərdi qaydada ibadət ilə məşğul olmuşdur. Əqidəsinə görə Suriyada mövcud olan X32 Dövlətininin, yəni “İŞİD”-in həyata keçirdiyi prosesləri cihad kimi qiymətləndirmiş və orada gedən prosesləri daimi olaraq izləmişdir. “Whatsapp” sosial şəbəkəsində müxtəlif dini qruplara qoşulmuş və həmin qruplarda paylaşılan link vasitəsilə “WhatsApp” sosial şəbəkəsində izləyicisi olduğu “TEVHİD EHLİ” adlı qrupuna üzv olmuşdur. Həmin qrupda Suriyada olan əqidə yoldaşlarına yardım edilməsi ilə bağlı paylaşımlar edilirmiş. Oda ilk əvvəllər "xxxx" ASC-yə məxsus “**********921382” nömrəli kartı paylaşaraq yardımla bağlı paylaşımlar edir, yığılmış vəsaitlərlə Azərbaycandakı dindar yoldaşlara köməklik edirmiş. Həmin qrupun bir müddət üzvü olduqdan sonra adminlərin qrupdan çıxması nəticəsində o qeyd olunan qrupun admini olmuşdur. Burada yardımların həyata keçirilməsi ilə bağlı paylaşımlar edilir və həmin paylaşımlar vasitəsilə pul vəsaiti toplanaraq Türkiyə Respublikasına göndərilmişdir. Həmin dövrlərdə qardaşı Şahid1 həbsxanada olması ilə əlaqədar olaraq oraya davamlı olaraq gedirmiş. Orada olarkən X11 və X15 ilə tanış olmuşdur. Qeyd etmişdir ki, Emil Novruzov və Faiq Kərimov ilə tanış olduğu tarixi xatırlamır. Bir müddət sonra o eşitmişdir ki, X21 davam edən döyüşlərdə iştirak etmək üçün həmin ölkəyə getmiş və orada silahlı birləşmələrin tərkibinə qoşulmuşdur. Bundan sonra da o, Emil və Faiqlə mobil telefon vasitəsilə əlaqə saxlayırmış. Emil ona Suriyadan şəkillərini atmışdır. Təxminən 2018-ci illərdə Emil onunla danışan zaman qruplaşmalarında olan şəxslərin və həmin şəxslərin ailə üzvlərinin ehtiyaclarının olduğunu və yığılan yardımdan kömək edilməli olduğunu bildirmişdir. O da Emildən Suriyaya pul göndərməyin yollarını bilmədiyini, yolların bağlı olduğunu, həmçinin Suriyada bank sisteminin olmadığını demiş, Emil isə cavabında pulları bank vasitəsilə X26 sistemi ilə Türkiyəyə, oradan isə tanışları vasitəsilə Suriyaya aparılacağını bildirmişdir. O da Emilin təklifi ilə razılaşaraq 2018-ci ildən başlayaraq mütəmadi şəkildə Suriyaya göndərilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitlərini Türkiyə Respublikasına banklardan və poçtdan istifadə etməklə “Contact”, “Zolotaya Corona” və “Western Union” pul köçürmə vasitəsilə göndərmişdir. Pul vəsaitlərini Emil adlı tanışının ona pulu göndərəcəyi şəxslərin şəxsiyyət vəsiqələrini göndərərək pulları həmin şəxslərin adına göndərməyini tapşırırmış. O da tapşırığa uyğun olaraq pul göndərdikdən sonra bank tərəfindən verilmiş kodu Emilə göndərirmiş. Ümumilikdə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitləri Suriya Ərəb Respublikasına çatdırılması üçün Türkiyə Respublikasına göndərmişdir. Pul vəsaitlərini müxtəlif banklardan nağdlaşdıraraq əsasən "xxxx" ASCnin, "xxxx" ASC-nin Azneft filialından və poçt vasitəsilə ABŞ dollarına dəyişərək göndərmişdir. Oradan göndərməyinin səbəbi isə qeyd edilən filialın yaşadığı ünvana yaxın olması və 24 saat fəaliyyət göstərməsi olmuşdur. Bundan başqa bir neçə dəfə də Faiq Kərimova və ailəsinə yığılmış vəsaitdən göndərmişdir. Göndərdiyi pulların Suriyaya getdiyini, orada silahlı birləşmələrdə iştirak edən azərbaycanlılara və ailələrinə çatdığını bilirmiş. Göndərilən pulları isə əsasən idarəçisi olduğu dindar kontingentin olduğu “TEVHİD EHLİ” adlı “WhatsApp" qrupunda və üzvü olduğu digər qruplardakı paylaşımları nəticəsində kartına göndərilməklə əldə edirmiş. Pulların Türkiyə Respublikasından Suriyaya necə və kimlər tərəfindən göndərilməsi barədə məlumatı olmamışdır. Lakin bildirmişdir ki, qeyd edilən pul vəsaitləri Suriyaya çatırmış, çünki əgər pul vəsaitləri çatmasaydı Emil ona bu barədə məlumat verərmiş. Bir müddət sonra onun Emil və Faiqlə əlaqələri kəsilmiş və sonradan aldığı məlumatlara görə Emil və Faiq Suriyada gedən döyüşlərdə hökümət qüvvələri tərəfindən öldürülmüşdür. 2020-ci ilin aprel ayında “Telegram” sosial şəbəkəsində “TEVHİD EHLİ-HAYRA DAVET” adlı kanal onun tərəfindən qurulmuşdur. Qeyd olunan kanalın admini o olmuş və 27 sentyabr 2023-cü il tarixində Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılanadək həmin kanal aktiv olaraq fəaliyyət göstərmişdir. Kanalda paylaşılan bütün materiallar onun tərəfindən hazırlanmış və yaxud da digər “Telegram” kanallarından götürərək paylaşmışdır. Xatırladığı qədərilə kanalın 103 abunəçisi mövcuddur. Kanalı ilk açdığı vaxtlarda orada Suriyada mövcud olan “İŞİD” adlı terrorçu qruplaşmanın fəaliyyətini təbliğ edən fotoşəkillər, videolar o cümlədən islam dininə aid müxtəlif məzmunlu materiallar paylaşırmış. Bir müddət bu formada fəaliyyətini davam etdirdikdən sonra qeyd olunan “Telegram” sosial şəbəkəsindəki kanal vasitəsilə Suriyada əsirlikdə olduğunu bildirən Məryəm və Elnarə adlı qadınlar onunla əlaqəyə keçərək ona yazmışdırlar. Ona Suriyada əsirlikdə olduqlarını və maddi sıxıntılardan əziyyət çəkdiklərini bildirərək pul vəsaitinə ehtiyacı olduğunu qeyd etmişdirlər. Bundan sonra o həmin kanalda Suriyada əsirlikdə olan qadınlara pul vəsaitinin toplanması məqsədilə ona məxsus olan "xxxx" ASC-yə məxsus “**********921382” nömrəli kartın fotoşəklini paylaşmağa başlamışdır. Həmin kartın fotoşəklini paylaşdıqdan sonra karta müxtəlif şəxslər tərəfindən pul vəsaitləri köçürülürmüşdür. 400-500 manat məbləğində pul vəsaiti kartda toplandıqdan sonra o həmin qadınlara müraciət edərək pulu hara göndərməli olduğunu bildirmişdir. Bundan sonra həmin qadınlar ona Türkiyə Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini ataraq pul həmin şəxsin hesabına köçürməyi xahiş etmişdirlər. O da öz növbəsində X26ləri vasitəsilə həmin pulları Türkiyə Respublikasındakı adını tam xatırlamadığı şəxslərin hesablarına göndərmişdir. Bildirmişdir ki, Suriyada olan Məryəm və Elnarə adlı qadınlara dəfələrlə “Telegram” sosial şəbəkəsində mövcud olan kanalından toplanmış vəsaitdən göndərmiş lakin hər dəfəsində həmin qadınlar ona Türkiyə Respublikasından olan müxtəlif şəxslərin adlarını göndərərək pul vəsaitini həmin şəxslərin hesabına göndərməyini bildirirmişlər. O da yuxarıda qeyd etdiyi kimi pul vəsaitlərini göndərir və pulun götürülməsi üçün tələb olunan kodu həmin qadınlara göndərmişdir. Bundan başqa qeyd etmişdir ki, yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı yataq otağından aşkar edilərək götürülmüş 48 ədəd dini məzmunlu kitabların hamısı ona məxsusdur. Qeyd olunan kitabların bir qismi ona tarixi tam dəqiq xatırlamasada 5 il bundan əvvəl yəni təxminən 2018-ci ildə “Abdulla” ləqəbli dini şəxs tərəfindən pul vəsaiti qarşılığında verilmişdir. Qeyd olunan şəxsin ad və soyadını tam xatırlamır yalnız dini ləqəbi xatirindədir. Tarixi tam dəqiq xatırlamasada 2018-ci ildə həmin şəxslə Bakı şəhəri, Qız qalasının arxasında yerləşən “Ləzgi” məscidində tanış olmuşdur. Belə ki, həmin məscidə davamlı olaraq gedirmiş. Orada olarkən “Abdulla” dini ləqəbli şəxslə tanış olmuş və aralarında səmimi münasibət yaranmışdır. Bir müddət sonra “Abdulla” dini ləqəbli şəxs bir müddət sonra Almaniya Federativ Respublikasına gedəcəyini onda olan müxtəlif adlı dini məzmunlu kitabları istəyəcəyi təqdirdə ona verə biləcəyini bildirmişdir. O da “Abdulla” dini ləqəbli şəxsin bu təklifi ilə razılaşmış və beləliklə həmin kitabların qarşılığında “Abdullah” dini ləqəbli şəxsə 100-150 manat məbləğində pul vəsaiti vermişdir. “Abdullah” dini ləqəbli şəxsdə öz həmin kitabları ona vermişdir. Bundan başqa səmimi olaraq bildirmişdir ki, həmin kitabların bir hissəsini isə internet vasitəsilə Türkiyə Respublikasından adını tam xatırlamadığı “kitab yayın evlərindən” sifariş vermişdir. Qeyd olunan kitabların bir neçəsini oxusa da lakin böyük bir hissəsi ilə tanış olmamışdır. Bundan başqa yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı yataq otağından aşkar edilərək götürülmüş kompyuter prosessoru ona məxsusdur və onun istifadəsində olmuşdur. Belə ki, istifadəsində olan mobil telefon xarab olduğundan o, mobil telefonunun yaddaşında olan bütün şəkil və videoları həmin kompüterə yükləmişdir. Kompüterin yaddaşında olan şəkil və videoların, eləcə də Suriya Ərəb Respublikasındakı silahlı münaqişələrdən göndərilmiş şəkilləri o, kompüterinə yükləmişdir. Daha sonra həmin foto və video materilları hazırlayır və mobil telefonu vasitəsilə admini olduğu “TEVHİD EHLİ-HAYRA DAVET” kanalında paylaşırmış. Orada aşkar edilmiş şəkillərdə Emil Novruzovun şəkilləri vardır. Eləcə də Emil Novruzovun tanış etdiyi hazırda adını xatırlamadığı əslən Türkiyəli olan şəxsin göndərdiyi video və səs yazıları vardır. Səs yazısında Türkiyəli şəxs ondan silah almaq üçün pul istəmiş, o da yığılmış pulu göndərdikdən sonra Türkiyəli şəxs video çəkərək göndərmişdir. Göndərilmiş həmin videoda həmin şəxslərə göndərdiyi pullarla özünə “Kalaşnikov” markalı silah aldığını bildirmiş və bu barədə təsisçisi olduğu kanalın adını kağız parçasına yazaraq kanalın bir növ reklamını etmişdir. Bunu etməkdə məqsədi ondan ibarət olmuşdur ki, həmin videonu o kanalında paylaşaraq əqidə yoldaşları onların maliyyələşməsində aktiv şəkildə iştirak etsinlər. Lakin o həmin videonu kanalında paylaşmayaraq kompüterin yaddaşında saxlamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, o, Bədən Tərbiyyəsi kollecini bitirmişdir. Maşın alqı-satqısı ilə məşğul olmuş, həmçinin dönərçi dükanı işlətmişdir. Təqsirləndirilən şəxs ilə təxminən 10 il əvvəl təxminən 2013-cü ildə tanış olmuş, onunla həmin vaxtı yaşadığı 20-ci sahə adlanan ərazidə münasibətləri yaranmışdır. O, Yusiflə birlikdə ibadət etmiş və asudə vaxtlarda müzakirələr aparmışlar. Daha sonralar Yusifin onun ailəsində baş verən problemlərə münasibət bildirməsi səbəbindən 3 ilə yaxın müddətdə əlaqəsini kəsərək onunla danışmamışdır. Bu hadisənin üzərindən bir müddət keçdikdən sonra 2016-cı ildə yenidən barışmışlar. Yusif ondan 10-15 dəfə borc kimi pul vəsaiti istəmiş, o isə hər dəfəsində ona 20-25 manat arasında pul vermişdir. Qeyd olunan pulları bank kartına göndərmiş, münasibətləri bir müddət bu formada davam etsə də, sonradan Təqsirləndirilən şəxs pul vəsaiti verməkdən imtina etmişdir. Bunun əsas səbəbi isə verdiyi pullarla onun narkotik tərkibli maddələr aldığını öyrənməyi olmuşdur. “Telegram” sosial şəbəkəsində “Tevhid Ehli-Hayra Davet” adlı kanala o da üzv kimi əlavə edilmiş, həmin kanalda Yusif tərəfindən Suriyada əsirlikdə olan qadınlara, uşaqlara və qocalara yardım edilməsi ilə bağlı paylaşımlar edildiyini və onlara köməklik göstərilməsi üçün pul vəsaiti toplanmasını bilmişdir. Burada pul vəsaitinin bank kartında toplanılması haqda məlumatı olmuş, Təqsirləndirilən şəxs ondan borc pul istədiyi vaxtlarda onun özünə pul göndərmiş, lakin Suriyaya yardım edilməsi ilə bağlı heç bir pul vəsaiti göndərməmişdir. “Tevhid Ehli-Hayra Davet” qrupunun kim tərəfindən yaradılmasını bilməmiş, həmin qrupda ailə başçısını itirmiş ailələrə, atasız-anasız uşaqlara yardım edilmişdir. Təqsirləndirilən şəxs də onun kimi həmin qrupda iştirak etmişdir. O, həmin qrupa pul yardımı göndərməmiş, həmin qrupda “İşıd” qruplaşmasına hər hansı yardım göstərilməsinin, ekstremist və radikal paylaşımların şahidi olmamış və həmin qrupun ekstremizmi və radikalizmi təbliğ etməsindən məlumatı olmamışdır. İbtidai istintaq zamanı da eyni məzmunlu ifadə vermiş və həmin ifadəni təsdiq etmişdir. Ona istintaqda hər hansı təzyiq və təsir göstərilməmişdir. Həmin kanalda Yusif tərəfindən terrorçuluğu, cihadı təbliğ edən video və fotoşəkillər, dini ektremist xarakterli fotoşəkillər və Suriya Respublikasında mövcud olan terrorçu qruplaşma, yəni “İŞİD”-ın fəaliyyəti ilə bağlı davamlı olaraq videolar paylaşıldığını gördüyünə dair ifadə verməmişdir. Təqsirləndirilən şəxs qrupda islam dininə aid hədis və ayələri paylaşmış, onun hərbi cihada çağırışlar etməsini, terrorçuluqla əlaqədar Suriyaya pul göndərməsini görməmişdir. O, “Tevhid Ehli-Hayra Davet” qrupunda heç kimə pul göndərməmiş, yardımları tanıdığı ailələrə etmişdir. Qrupda göndərilən pulların yardım olunan şəxslərə çatıb-çatmamasının, eləcə də, kimlərin həqiqətən ehtiyacının olmasının necə müəyyən edilməsini və “Telegram” şəbəkəsində “Tevhid Ehli-Hayra Davet” qrupunun üzvləri olan şəxslərin hamısının hansı dinə mənsub olmalarını bilməmişdir. Onu da həmin qrupa kimsə əlavə etmişdir. Təqsirləndirilən şəxs pis vərdişlərindən məlumatı olmuş, şəxsən şahidi olmamış, onun qadağan edilmiş narkotik tərkibli dərmanlardan istifadə etməsini eşitmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-2019-cu illərdə adını tam xatırlamadığı şəxs tərəfindən ona “WhatsApp” sosial şəbəkəsi üzərindən link gəlmiş, həmin linkə daxil olduqdan sonra “Tevhid- Ehli” adlı qrupa üzv olmuş, qrupun admininin kim olması haqqında isə heç bir məlumatı olmamışdır. Həmin qrupda davamlı olaraq qadınlara, uşaqlara və qocalara yardım edilməsi ilə bağlı paylaşımlar edilmiş və onlara köməklik göstərilməsi üçün pul vəsaiti toplanmışdır. Bir müddət qrup bu formatda öz fəaliyyətini davam etdirsə də, daha sonra qrup silinmiş və “Telegram” sosial şəbəkəsində yeni qrup olan “Tevhid Ehli-Hayra Davet” adlı kanal açılmış, hamı qrupa dəvət edilmişdir. O, göndərilən linkə daxil olaraq həmin qrupun üzvü olmuş, bu qrupda da davamlı olaraq qadınlara, uşaqlara və qocalara yardım edilməsi ilə bağlı paylaşımlar edilərək köməklik göstərilməsi üçün pul vəsaiti toplanılmışdır. 2021-ci ilin iyul-avqust aylarında admin tərəfindən paylaşılan karta 50 manat məbləğində pul vəsaiti göndərmişdir. Həmin pulu göndərməkdə əsas məqsədi fitrə və zəkat vermək olmuşdur. Həmin vaxtlarda Ramazan bayramı olduğundan bu səbəbdən admin tərəfindən fotoşəkli paylaşılan yetim uşaqlara yardım etmək istədiyini bildirmişdir. Bundan başqa, qeyd olunan karta heç bir pul vəsaiti göndərməmiş, lakin həmin qrupa olan üzvlüyü davam etdirmişdir. O, sosial şəbəkələrdən çox da istifadə etməmiş, həmin qrupda terrorçuluğu, cihadı təbliğ edən video və fotoşəkillər, dini ektremist xarakterli fotoşəkillər və Suriya Respublikasında mövcud olan terrorçu qruplaşma yəni “İŞİD”-ın fəaliyyəti ilə bağlı materiallar görməmişdir. Təqsirləndirilən şəxs şəxsən tanımamış, 50 manat pulu fitrə-zəkat məqsədilə göndərmişdir. O, həmin pulu göndərməklə düzgün etmədiyini indi anlamışdır. “Telegram” şəbəkəsindəki qrupda Suriya Respublikasında mövcud olan terrorçu qruplaşma, yəni “İŞİD”-ın fəaliyyəti ilə bağlı paylaşımlar görsəydi, həmin qrupa ümumiyyətlə daxil olmazdı. “WhatsApp” şəbəkəsindəki qrup bağlandıqdan sonra “Telegram” şəbəkəsindəki kanala qoşulmuş, qrupda paylaşılan məlumatları araşdırmamış, lakin ölkə xaricində yaşayan ehtiyacı olan şəxslərlə bağlı paylaşımları görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, o, 27 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ünvan 2 ünvanına keçirilmiş baxışda hal şahidi qismində iştirak etmişdir. Baxış başlanmamışdan əvvəl DTX əməkdaşlarından biri baxış keçirilməsi haqqında qərarı DTX əməkdaşları tərəfindən saxlanılmış sonradan adının Təqsirləndirilən şəxs olduğu bildiyi şəxsə elan etmiş və Təqsirləndirilən şəxs qərarla tanış olduqdan sonra həmin DTX əməkdaşı sonuncuya, ona və digər hal şahidinə malik olduqları hüquq və vəzifələri izah etmiş və bundan sonra DTX əməkdaşları tərəfindən baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağına keçirilmiş baxış zamanı 48 ədəd dini ədəbiyyat, eləcə də həmin otaqda kompyuter müəyyən edilmiş, qeyd edilən əşya və predmetlər DTX əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmiş, baxış qurtardıqdan sonra bu barədə protokol tərtib olunmuş, o, digər hal şahidi və saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin protokolu oxuyub orada yazılanların düzgünlüyünə əmin olduqdan sonra həmin protokolu imzalamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 Mikayıl oğlu da Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında isə Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən ifadə verməkdən imtina etmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o həmin ifadədə göstərmişdir ki, o, Emil adlı şəxsi tanıyır. Qeyd olunan şəxs xx.xx.1978-ci il təvəllüdlü X8r. 2008-ci ildə cinayət törətdiyi üçün 15 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını 15 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Bildirmişdir ki, həmin şəxsi o tutulduqdan bir müddət sonra təxminən 2010-cü ildə Bakı şəhəri 11 saylı çəzaçəkmə müəssisəsindən gətirmişdirlər. 15 saylı çəzaçəkmə müəssisəsinə Emil Novruzovu gətirdikdən sonrada Emil ilə ünsiyyəti yaranmış və aralarında dostluq münasibətləri olmuşdur. Qeyd etmişdir ki, Emil Novruzov Bakı şəhərinin Novxanı qəsəbəsində anadan olmuş və xatırladığı qədərilə təxminən 2005-ci ildə terrorçuluğa hazırlıq və qanunsuz silah gəzdirmə maddələri ilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdir. Orada olduğu müddət ərzində qardaşı Təqsirləndirilən şəxs davamlı olaraq yanına gəlir və hər dəfəsində istifadə üçün ərzaq məhsulları gətirirmiş. Qardaşı Təqsirləndirilən şəxs onun yanına gəldiyi müddətdə X11 ilə onun vasitəsi ilə tanış olmuş və aralarında ünsiyyət yaranmışdır. Tarixi tam dəqiq xatırlamasada 2014-cü ildə Emil Novruzovun cəzası bitmişdir. O isə cəzaçəkmə müəssisəsində çəza çəkdiyi üçün sonrakı proseslər barədə heç bir məlumatı olmamışdır. Emil Novruzov azadlığa çıxdıqdan sonra yalnız 1 dəfə onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və ondan sadəcə hal-əhval tutmuşdur. Bundan başqa qeyd etmişdir ki, Faiq adlı şəxsin yalnız adını eşitmişdir. Belə ki, Emil Novruzov ilə ünsiyyətdə olduğu vaxtlarda Emil ona 2005-ci ildə tutulmasına səbəb olan terrorçuluğa hazırlıq və qanunsuz silah gəzdirmə cinayətini Faiq Kərimov adlı şəxsi birlikdə törətdiyini qeyd etmişdir. Emil ilə söhbətləri zamanı Faiq Kərimovun 2005-ci ildə onunla birlikdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tutulduğunu lakin cəzasını 11 saylı cəzaçəkmə müəssisəsində çəkdiyini qeyd etmişdir. Bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs mobil nömrəsini Emil Novruzova o verməmişdir. Sadəcə olaraq təxmin edir ki, Təqsirləndirilən şəxs davamlı olaraq 15- ci kalona gəldiyindən orada olan məhkumların çoxu ilə ünsiyyəti olmuşdur. Emil Novruzovda həmin şəxslərin birindən Təqsirləndirilən şəxs mobil nömrəni əldə etmişdir. Təqsirləndirilən şəxs Suriyaya pul göndərilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitlərini Türkiyə Respubliksında müxtəlif şəxslərin adına köçürməsi barədə heç bir məlumatı olmamış bunun əsas səbəbi isə uzun müddətdir həbsxanada olması və evlə əlaqəsinin tamamilə kəsilməsi olmuşdur. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs admini olduğu “Telegram” sosial şəbəkəsində olan “TEVHİD EHLİ-HAYRA DAVET” adlı kanalın adını ilk dəfədir eşidir. Ümumiyyətlə 15 ilə yaxındır ki, çəzaçəkmə müəssisəsində çəza çəkdiyi üçün qeyd olunan məsələlərin heç biri haqqında məlumatı olmamışdır. Bundan başqa qardaşı Təqsirləndirilən şəxsdə pul tipli işlərlə məşğul olması səbəbindən tutulmasını 2023-cü ilin oktyabr ayında azadlığa buraxıldıqdan sonra eşitmişdir. 27 sentyabr 2023-cü ildə DTX əməkdaşları tərəfindən yaşadıqlar mənzilə keçirilmiş baxış zamanı yataq otağından götürülmüş 01 ədəd sistem blokunda fotoşəkilləri olan şəxslərdən X7 bundan başqa Musa, Namiq və Xalid adlı şəxslərin fotoşəkillərini tanımışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarəsindən ilkin materiallarla daxil olmuş 16 aprel 2023-cü il tarixli 5/1/2608 saylı arayışın məzmunundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, AR vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan “Abu İsaq” dini ləqəbli Təqsirləndirilən şəxs “Telegram” sosial şəbəkəsində “Tevhid Ehli-Hayra Davet” adlı kanalı təsis edərək, terror təşkilatlarının üzvləri üçün vəsait toplaması və ekstremist məzmunlu materiallar paylaşması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, onun Suriyada əsirlikdə olan qadınlara yardım etmək adı altında Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak edən şəxsləri maliyyələşdirməsi müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs sosial şəbəkələrdə ekstremist məzmunlu materiallar yayması barədə məlumat yoxlanılaraq təsdiq edilmiş, belə ki, “Teleqram” sosial şəbəkəsində “Tevhid Ehli-Hayra Davet” kanalında yayımlanmış foto-video materiallar əldə edilərək Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş, mərkəz tərəfindən aparılmış tədqiqat zamanı, həmin materiallarda dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin olması müəyyən edilmişdir. (Cild 1, iş vərəq 9) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, “Telegram” sosial şəbəkəsində fəaliyyət göstərən “TEVHİD EHLİ-HYRA DAVET” adlı kanalda yer alan dini məzmunlu, cihadın təbliğatına dair paylaşımlar və Suriya ərazisində qanunsuz silahlı birləşmələrin iştirakçısı olan ekstremistlərin fotoşəkil və videogörüntülər olan paylaşımları 01 ədəd CD diskin yaddaşına yazılaraq materiallara əlavə edilmişdir. (Cild 1, iş vərəq 12-16) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli 4/77m nömrəli ekspert rəyindən ki, Təqsirləndirilən şəxs teleqram ünsiyyət proqramında admini olduğu “X30 Davet” adlı kanalında paylaşımları ilə əlaqədar xarici ekstremist qüvvələrlə əlaqəsi və onlar tərəfindən yönləndirilməsi ehtimal olunur. Həmin informasiyalarda cihada açıq çağırışlar etmə, ölkədə ictimai-siyasi vəziyyəti pozmağa çalışma, eləcə də dini nifrət və ya düşmənçiliyin salınmasına, mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin məyyən edilməsinə yönələn hərəkətlər mövcuddur. (Cild 1, iş vərəq 17-23) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Tutulma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdən, saat 10:00 dəqiqədən etibarən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəq 105-106) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214- 1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəq 123-124) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-684/2023 nömrəli qərardan görünür ki, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(009)-19/2024 nömrəli qərarına əsasən, həbsdə saxlanılma müddəti 04 ay müddətinə, yəni 27 may 2024-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(009)-230/2024 nömrəli qərarına əsasən, həbsdə saxlanılma müddəti 05 ay müddətinə, yəni 27 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəq 142-152, cild 2, iş vərəq 72-75, iş vərəq 169-172) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X16 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxsadı göstərilən mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. (Cild 1, iş vərəq 195) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 xx.xx.2023-cü il tarixli 6263 saylı ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDORMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. (Cild 1, iş vərəq 199-201) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Siyəzən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(059)-84/2022 saylı hökmün məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəq 212-218) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 xx.xx.2023-cü il tarixli 387/MEŞ saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində qərarda göstərilən şəraitə uyğun, yəni odlu silah və sursatla yetirilməyə xarakterik xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (Cild 1, iş vərəq 16-19) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2023-cü il tarixli 2797 saylı ekspert rəynidən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 2, iş vərəq 41-43) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2023-cü il tarixli 3-16-16/2-4/1793 nömrəli məhkəmə-dinşünaslıq ekspertizasının rəyindən görünür ki: 1. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dini təyinatlı ədəbiyyat nümunələrindən aşağıda adları qeyd olunan kitablarda dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar mövcuddur:

1. Murat Gezenler. “İrca saldırılarına karşı şüphələrin giderilməsi”;

2. Muhammed bin Said el-Kahtani. “İslama görə dost və düşman”;

3. Abdülhak el-Heytemi. “Kurvan və sünnətden delillerle irdidat və mürtedin hükmü”;

4. Mahmud Şakirin “İslam nizamı”;

5. Ebu Hanzala. “Güncel itikat meseleleri”;

6. Ziyaeddin el-Kudsi. “Hakimiyet Allahındır”;

7. Abdullah Azzam. “Tevbe suresinin gölgesinde cihad dersleri 1-2”

8. Ziyaeddin el-Kudsi. “İslam dininin aslı”;

9. Hamd b. Ali b. Atik. “Vela”;

10. X31. “Yeniden İslama dönerken günümüzde Cihad”. (Cild 2, iş vərəq 47-58) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16\2-4\1933 saylı (məhkəmə-linqvistik) ekspertizasının rəyindən görünür ki, kanalda paylaşılan fotoşəkillərin və videofaylların məzmununda ekstremist və ölkədə ictimai-siyasi vəziyyəti pozmağa çalışma, eləcə də dini nifrət və ya düşmənçiliyin salınmasına, mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn çağırışların olması müəyyən olunmuşdur. (Cild 2, iş vərəq 76-92) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2022-ci il tarixli 4/77m nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs teleqram ünsiyyət proqramında admini olduğu “X30 Davet” adlı kanalında paylaşımları ilə əlaqədar xarici ekstremist qüvvələrlə əlaqəsi və onlar tərəfindən yönləndirilməsi ehtimal olunur. Həmin informasiyalarda cihada açıq çağırışlar etmə, ölkədə ictimai-siyasi vəziyyəti pozmağa çalışma, eləcə də dini nifrət və ya düşmənçiliyin salınmasına, mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin məyyən edilməsinə yönələn hərəkətlər mövcuddur. (Cild 2, iş vərəq 87-91) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınmaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Teleqram” sosial şəbəkəsində təsis edilən “Tevhid Ehli- Hayra Davet” adlı kanalda edilmiş paylaşımların yazıldığı CD disk maddi sübut kimi tanınmışdır. (Cild 3, iş vərəq 62) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2024-cü il tarixli 5/951 saylı (məhkəmə-kompüter) ekspert rəyindən görünür ki,

1. Təqdim edilmiş “Windows 7 MaKcnıvıanbHas 32- paspaflHafl” əməliyyat sistemi ilə təchiz olunmuş kompüter sistem bloku hal-hazırda işlək vəziyyətdədir.

2. Təqdim edilmiş kopmüter sistem blokunun yaddaşının “CADesktop/Xattab”, “C:\Desktop\Yusuf aga”, “C:\Desktop\Yeni nashidalar”, “C:\Desktop\HoBaa nanxa”, “C:\Desktop\Yusuf agaWacib Emanetler”, “C:\Desktop\Yusuf aga\Beyefendi”, “D:\nasheed 2” ünvanlarında olan qovluqlar daxilində müxtəlif dillərdə olan audio fayllar, üz hissəsi bağlı olan şəxslərin,əli silahlı şəxslərin müraciətlərinin əks olunduğu video fayllar, “X30 Davet” yazısı əks olunan videolar, fotoşəkillər, pul əskinazları əks olunan müxtəlif formatlı fayllar müəyyən olundu, həmin fayllar “Ekspertiza 5-951” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu.

3. Təqdim edilmiş kompüterə sistem blokunun yaddaşında xüsusi bərpaedici proqram vasitəsilə aparılmış bərpa nəticəsində daxilində mücahidlərə yardım edilməsi ilə bağlı çağırış olan video fayl, əli silahlı və üz hissələri bağlı şəxslərin fotoları, videoları, qadın və uşaq fotoları, audio fayllar və s (“*.jpg; *.mp4, *.opus, *.gif; formatlı) fərqli məzmunlu silinmiş informasiya bərpa edilmişdir, həmin məlumatlar “Ekspertiza 5-951” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülərək ekspert rəyinə əlavə olundu.

4. Tədqiqat nəticəsində kompütre sistem blokunun yaddaşında olan “Google Chrome” veb brauzerinin axtarış tarixçəsində istifadəçi tərəfindən giriş olunmuş veb resurslara dair linklərin ümumi siyahısı “.txt” formatında xarici yaddaş qurğusuna köçürülərək elektron formada ekspert rəyinə əlavə olundu. Sistem blokunun yaddaşında quraşdırılmış bütün proqramların ümumi siyahısı “Tədqiqi hissədə” göstərilən Şəkil 18də öz əksini tapmışdır.(Cild 3, iş vərəq 63-68) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınmaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxsn yaşadığı evdən aşkar edilərək götürülmüş ASUS markalı komputerin sistem bloku maddi sübut kimi tanınmışdır. (Cild 3, iş vərəq 71) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınmaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanından aşkar edilərək götürülmüş məzmununda dini ekstremist, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran 11 ədəd (1. Murat Gezenler. “İrca saldırılarına karşı şüphələrin giderilməsi”; 2. Muhammed bin Said el-Kahtani. “İslama görə dost və düşman”; 3. Abdülhak el-Heytemi. “Kurvan və sünnətden delillerle irdidat və mürtedin hükmü”; 4. Mahmud Şakirin “İslam nizamı”; 5. Ebu Hanzala. “Güncel itikat meseleleri”; 6. Ziyaeddin el-Kudsi. “Hakimiyet Allahındır”; 7. Abdullah Azzam. “Tevbe suresinin gölgesinde cihad dersleri 1-2”; 8. Ziyaeddin el-Kudsi. “İslam dininin aslı”; 9. Hamd b. Ali b. Atik. “Vela”; 10. X31. “Yeniden İslama dönerken günümüzde Cihad”) kitablar maddi sübut kimi tanınmışdır. (Cild 3, iş vərəq 80-81) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1, 214-1 və 283.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 3, iş vərəq 98-118) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1, 214-1 və 283.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 3, iş vərəq 119-121) Məhkəmənin sorğusuna əsasən, Bakı şəhər Probasiya İdarəsindən təqdim edilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Siyəzən Rayon Məhkəməsinin 1(059)- 84/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində hər hansı cinayət törətməməsi, özünə aid “X30 Davet” adlı telegram kanalı və digər yollarla topladığı pulları “xeyriyyə” məqsədilə xarici ölkəyə göndərməsinə dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi sözügedən hissədə özünü müdafiə xarakteri daşımaqla həqiqəti əks etdirməyərək, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və digər sənədlərlə tam təkzib olunur. Belə ki, 21 fevral 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokola əsasən, “Vacib əmanətlər” adlı qovluqda olan səs yazısı 2-dən görünür ki, naməlum şəxsin “Sən mənə silah almaq üçün pul vəsaiti göndər mən “Tevhid Ehli-Hayra Davet” adına səs yazısı hazırlayaram, video da çəkərəm, hətta insanları təşviq də edərəm məqsəd sənə köməklik göstərməkdir” məzmununda səs yazısı mövcuddur. Bundan başqa, “Vacib əmanətlər” adlı qovluğa baxış keçirilən zaman çoxsaylı video, fotoşəkil və səs yazıları müəyyən edilmiş, həmin video görüntüdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən aşağıdakı ifadələrin işlədildiyini görmək mümkündür: Assalamu Aleykum və Rəhmətullahi və Bərəkətu kardeşlər silah için talepde bulunduğunuz “X30 DAVET”-den YUSUF abimizin bizlere gönderdiyi zəkatla silah aldıq. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində evindən aşkar edilmiş dini kitabların adi kitablar olduğunu və həmin kitabları din sahəsində biliyini artırmaq məqsədilə əldə etdiyini bildirsə də, bu xüsusat da toplanmış danılmaz sübutlarla tamamilə təkzib edilmişdir. Belə ki, məhkəmə-dinşünaslıq ekspertizasının 12 dekabr 2023-cü il tarixli 3-16- 16/2-4/1793 nömrəli rəyindən görünür ki, təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dini təyinatlı kitablarda dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar mövcuddur. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusata da tənqidi yanaşır və qeyd olunanları təqsirləndirilən şəxs tərəfindən söylənilmiş özünü müdafiə xarakteri daşıyan, məsuliyyətdən yayınmaq məqsədi güdən ifadələr kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-1 və 283.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 167-3.1, 214-1 və 283.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214-1 və 283.1-1-ci maddələri ilə təqsirli bilinməli və cəzalanmalıdır. Məhkəmə gəldiyi qənaətlə bağlı eyni zamanda aşağıda göstərilənləri də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1, 214-1 və 283.1-1-ci maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə bir daha vurğulayır ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1, 214-1 və 283.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 167-3.1, 214-1 və 283.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 167- 3.1, 214-1 və 283.1-1-ci maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 167-3.1 maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə, 214-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə, 283.1-1-ci maddəsinin dispozisiyasına görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına, həmin Məcəllənin 167-3.1 və 283.1-1-ci maddələri isə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1, 214-1 və 283.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır və xüsusilə ağır cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və Azərbaycan Respublikası CM-in 167-3.1, 214-1 və 283.1-1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır və xüsusilə ağır cinayət daxil olduğundan, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə, həmin Məcəllənin 68.1.1-1-ci azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası AR CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 07 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 800 manat (səkkiz yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Təqsirləndirilən şəxs tərəfindən “Telegram” sosial şəbəkəsində təsis olunmuş “Tevhid Ehli-Hayra davet” adlı kanalda edilən paylaşımlar təqsirləndirilən şəxsin terrorçuluğa, yəni məzmununda ekstremist və ölkədə ictimaisiyasi vəziyyəti pozmağa çalışma, eləcə də dini nifrət və ya düşmənçiliyin salınmasına, mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn çağırışlar etməsini birbaşa təsdiq etdiyindən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 550 (beş yüz əlli) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 214- 1 və 283.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsinə əsasən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 214-1-ci maddəsinə əsasən 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 283.1-1-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 03 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası AR CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 07 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş 12 (on iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs 800 manat (səkkiz yüz) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 550 (beş yüz əlli) manat məbləğində pul ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar