Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-669/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, ev 14, mənzil 3-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, , satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2011-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarsa da məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, 20 sentyabr 2021-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan şəxsdən külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 11,374 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 11,127 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 sentyabr 2021 -ci il tarixdə saat 19:30 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci PBnin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan boz rəngli jiletin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 11,374 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 11,127 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan bir ədəd “gümüşü-sarı” rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirili bilməyərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə, psixotrop maddə və elektron tərəzi aşkar olunmamışdır. Bu barədə cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı alınmış ifadəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin hər hansı növünün satışı ilə məşğul olmamışdır. Onun heç bir günahı yoxdur və ona verilmiş ittiham tamamilə əsassızdır. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən bir neçə müddətdir ki, narkotik maddələrdən olan heroindən və metafetamindən istifadə edir. Narkotik maddələri Bakı şəhərində ayrı-ayrı yerlərdə tanımadığı şəxslərdən öz istifadəsi üçün alıb əldə edir. 20 sentyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Araz” marketin yaxınlığında piyada gəzən zaman yerdən iki büküm narkotik maddə və bir ədəd elektron tərəzi tapmışdır. Həmin iki bükümün içərisinə baxdıqda və narkotik maddə aludəçisi olduğu üçün həmin bükümlərdən birinin içərisində heroin, digər bükümün içərisində isə metamfetamin olduğunu bilmişdir. Həmin bükümləri və tərəzini götürüb sonra istifadə etmək və onları çəkmək üçün üzərində saxlamışdır. 21 sentyabr 2021-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə razılaşıb birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə gəlmişlər. PB-də xidməti otaqların birinə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verilmiş və təklif olunmuşdur ki, üzərində qanunsuz əşya vardırsa təqdim esin. O, əynində olan boz rəngli jiletin sol yan cibində saxladığı iki ədəd bükümü və bir ədəd eletron tərəzini çıxarıb təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması və kimdən, necə, hansı məqsədlə əldə etməyi barədə soruşulmuş, o isə həmin bükümlərdən birinin İçərisində heroin, birinin içərisində metemfetamin və həmin narkotik maddələri 21 sentyabr 2021-ci il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Araz” marketin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz başqa heç bir əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik maddələr olan bükümlər və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin narkotik maddələri yalnız özü istifadə etmək üçün götürüb üzərində saxlamışdır. Narkotik vasitə və psixotrop maddəni heç kimə satmaq və ya vermək niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən istifadə etməyə imkanı olmadan polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 21 sentyabr 2021-ci ildə Elçin adlı şəxsin Qaraçuxur qəsəbəsində Y.Eyvazov küçəsində üzərində külli miqdarda narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Odur ki, həmin şəxsi müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından PB- nin rəisinə raportla müraciət etmiş və təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edərək Bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 21 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində əməliyyat qrupunun üzvü, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2lə birlikdə Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsinə getmişlər. 1 salı ünvanın qarşısında məlumatda bildirilən əlamətlərə görə Elçin adlı şəxslə rastlaşaraq onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1985-ci ildə Cəlilabad şəhərində anadan olmuş və Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ev 14, mənzil 3-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onun üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi təhqiqatçı Ayaz Meydanova həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmiş, bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olubolmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli jiletin sol yan cibindən bir ədəd elektron tərəzi və üzərində «Camera kvs» yazı olan qara rəngli qabın içərisində 2 ədəd bükümü çıxarıb təqdim edərək, İçərisində ağ rəngli selofana bükülmüş narkotik vasitəyə bənzər maddə və digəridə isə psoxitrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik maddəlri 20 sentyabr 2021-ci ildə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsindəki «Araz» marketin yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 2 bükümdə olan həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan Bakı şəhər Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqqiatçısı, polis kapitanı Ayaz Meydanov tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 21 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:30 radələrində ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 32- cu polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə baxış keçirilən zaman sonuncu əynindəki boz rəngli jiletin sol yan cibindən bir ədəd elektron tərəzi və üzərində «Camera kvs» yazı olan qara rəngli qabın içərisində 2 ədəd bükümü çıxarıb təqdim edərək, içərisində ağ rəngli selofana bükülmüş narkotik vasitəyə bənzər maddə və digəridə isə psoxitrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik maddəlri 20 sentyabr 2021-ci ildə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsindəki «Araz» marketin yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 2 bükümdə olan həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 39-41-ci vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının 22 sentyabr 2021-ci il tarixli 6/4199 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxsM» yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 11,374 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 11,127 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd gümüşü-sarı rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 69-cu vərəqində olan Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 32ci polis bölməsinin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş videogörüntüləri əks etdirən bir ədəd bir DVD diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd fayl vardır, faylda olan videogörüntü 21 sentyabr 2021-ci ildə çəkilmişdir. Çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Suraxanı RPİ-nin 32-ci polis şöbəsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, sonuncu əynindəki boz rəngli jiletin sol yan cibindən bir ədəd elektron tərəzi və üzərində «Camera kvs» yazı olan qara rəngli qabın içərisində 2 ədəd bükümü çıxarıb təqdim edərək, içərisində ağ rəngli selofana bükülmüş narkotik vasitəyə bənzər maddə və digəridə isə psoxitrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirdi ki, həmin narkotik maddəlri 20 sentyabr 2021-ci ildə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsindəki «Araz» marketin yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, 2 bükümdə olan həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qablaşdırılıb Suraxanı RPİ-nin 32-ci PB-nin 196 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 115-116-cı vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4344 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 120-125-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11,374 qram, ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 11,274 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 11,127 qram, ekspertiza tədqiqatından sonra qalıq 11,027 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdır. Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınmışdır. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq narkotik vasitə heroin, o cümlədən psixotrop maddə olan metamfetamin aşkar edilməsini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirir,Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil yalnız özü istifadə etməsi üçün əldə etməsi, elektron tərəzinin ona məxsus olmadığını göstərməsi iş üzrə sübutlarla təkzib olunduğundan özünü müdafiə xarakterli kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 22 və 80-82-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-89, 103-113-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs ACDİU AR Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixli AR Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 6.1-ci bəndinə əsasən azad olunub. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 02 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 27 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,xx.xx.2018-ci il tarixdə Bakı şəhər Xətai rayon məhkəməsinin qərarı ilə 03 ay 15 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs digər hökmlər üzrə olan məhkumluğu ödənilsə də xx.xx.2011-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətməsi CM-nin 18.2-ci maddəsi ilə cinayətin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Himayəsində iki azyaşlı uşağının olması Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 21 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.3-ci maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 11,274 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq 11,027 psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 21 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar-Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra təmiz çəkisi 11,274 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq 11,027 psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov