Məhkəmə qərarları › İş №1(101)-669/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-669/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-669/2023 17.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Füzuli rayonunun, Yuxarı Əbdürrəhmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,801 qram olan külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 31 may 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən, bir ədəd sellofan bükülüdə təmiz çəkisi 2,801 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,901 qram və 0,976 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə saat 20 radələrində həmin iki büküm narkotik vasitə olan heroindən bir bükümünü- 0,976 qram çəkidə heroini tanışı Şahid5 20 manata satmış, yerdə qalan bir büküm 0,901 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada gəzərkən Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmiş və şöbədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən şəffaf sellofona bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 0,901 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, bir müddətdir ki, narkotik vasitə istifadəçisidir. İlk dəfə olaraq onu Sabunçu rayonu Ramana qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının təkidi ilə videoçəkiliş üçün üzərinə 1 qram narkotik vasitə olan heroin yükləmişlər lakin MSY-də olan zaman üzərindən aşkarlanan narkotik vasitə heroinin çəkisinin 2.801 qram olduğunu öyrənmişdir. İkinci dəfə yaşadığı məhəllədə polis əməkdaşları saxlayan zaman üzərində narkotik vasitə olmadığını, bölmədə üzərinə təxminən bir qram narkotik vasitə olan heroin yüklədiklərini bildirmişdir. Bundan əlavə Şahid5 tanımadığını, ittiham aktında qeyd edilən hadisələrin baş vermədiyini, videoçəkiliş zamanı müdafiəçinin iştirak etmədiyini, səhəri gün onunla görüşdüyünü müdafiəçinin iştirakı ilə iş materialları ilə tanış olan zaman Şahid5 verdiyi ifadədən xəbərdar olduğunu, lakin onun qeyd etdiklərinin doğru olmadığını bildirmişdir. Oxu və yazı qabiliyyətinin olmadığını, istintaq zamanı da özünü təqsirli bilmədiyini, verdiyi ifadəni xatırlamadığını, sadəcə müstəntiqin göstərdiyi sənədlərə imza etdiyini, saxlanılan zaman fiziki zor tətbiq olunduğunu, lakin həmin şəxslərin adını bilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində sahə inspektoru vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, o, 2008-ci ildən DİO-da, hazırda Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində sahə inspektoru vəzifəsində çalışır. Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərdiyi zaman, 01 sentyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət aparmışlar. Onlar inzibati ərazidə xidmət apararkən saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində iki nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşmışlar. Onlara özlərini təqdim etdikdən sonra həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etməsini təklif etmiş, bu zaman onlar üzərlərində hər hansı bir sənədinin olmadığım bildirmişlər. Bundan sonra həmin şəxslər özlərini şübhəli apararaq onlardan tez bir zamanda aralanmağa çalışmış və verilən suallara dağınıq cavablar vermişlər. Ona görə də həmin şəxslərin hər ikisini Sabunçu RPİ-nin 12-ci PB-nə dəvət etmiş, yolboyu onları nəzarətdə saxlamışlar. Polis şöbəsində həmin şəxslərdən birinin xx.xx.1986-cı il təvəllüdlü Füzuli rayonunda anadan olmuş, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində kirayə yaşayan Təqsirləndirilən şəxs və digərinin isə xx.xx.1994-cü il təvəllüdlü, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində nömrəsiz fərdi yaşayış evində yaşayan Şahid5 olduqları müəyyən edilmişdir. Bundan sonra şöbə rəisinə raportla məruzə edərək həmin şəxsləri növbətçi hissəyə təhvil vermişlər. Sonra şöbənin baş təhqiqatçısı, polis mayoru Fuad Əmənov tərəfindən müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və şübhəli şəxs qismində tutulmuş, sonra ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bu zaman Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə baxış keçirilən zaman vəkilinin iştirak etməməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı Fuad Əmənov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyalar və ya maddələr vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd Xiomi markalı mobil telefon, sol arxa cibindən 4 ədəd 5 manatlıq əskinas, sağ yan cibindən isə şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükülünü çıxararaq təqdim etmişdir. Sorğu zamanı həmin 01 ədəd bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olmasını və xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olan zaman üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 02 büküm - hər biri 20 manat olmaqla almış və həmən günü Pərvin adlı tanışı ilə görüşdükdə iki büküm narkotikdən bir bükümünü 20 manata satmışdır. Daha sonra təhqiqatçı Fuad Əmənov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənərək üzəri imzalarla təsdiq olunmuş, sonra bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs narkotik vaitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmadığını lakin, Təqsirləndirilən şəxs özü narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, icraatında olan işlərin çoxluğu ilə əlaqədar hadisənin tam təfərrüatını xatırlamır. Verilən suallara cavab olaraq bildirdi ki, o, hazırda DİN Baş Mühafizə İdarəsində çalışır. Sabunçu RPİ-nin 12-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərdiyi zaman, 01 sentyabr 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət apararkən saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində iki nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşmış, özlərini təqdim etdikdən sonra həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini təqdim etməsini təklif etmiş, bu zaman onlar üzərlərində hər hansı bir sənədinin olmadığını bildirmişlər, sonra həmin şəxslər özlərini şübhəli apararaq onlardan tez bir zamanda aralanmağa çalışmışlar və verilən suallara dağınıq cavablar vermişlər, ona görə həmin şəxslərin hər ikisini Sabunçu RPİ-nin 12-ci PB-nə dəvət etmişlər. Hadisənin üzərindən xeyli vaxt keçdiyinə üzərilərindən çıxan narkotik vasitənin çəkisini, növünü xatırlamadığını,Ş ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs və Şahid5 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, İakin sonradan şəxsi istifadəçi olduqları məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 icraatında olan işlərin çoxluğu ilə əlaqədar hadisənin tam təfərrüatını xatırlamadığını bildirərək, ifadəsində göstərdi ki, 31 may 2022-ci il tarixdə saat 16 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. Xidmətdə olduğu zaman 1 nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşdıqlarını, özlərini təqdim etdikdən sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədlərini təqdim etməsini təklif etdiklərini, bu zaman o üzərində hər hansı bir sənədinin olmadığını bildirdi, ona görə həmin şəxsi Sabunçu RPİ-nin 12-ci PB-nə dəvət etmişlər.Hadisənin üzərindən xeyli vaxt keçdiyinə görə tam təfərrüatları xatırlamadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən tanımadığı şəxsdən əldə etdiyi narkotik vasitə heroin aşkar olunmuşdur. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı məlumat olmamış. Özü narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X3 hadisənin üzərindən xeyli vaxt keçməsi ilə əlaqədar hadisənin tam təfərrüatını xatırlamadığını bildirərək, ifadəsində göstərdi ki, Sabunçu RPİnin 12-ci PŞ-də sahə inspektoru, vəzifəsində xidmət göstərir, 31 may 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində iki nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşmış, özlərini təqdim etdikdən sonra həmin şəxslərdən şəxsiyyətini təsdiq edən sənədlərini təqdim etməsini təklif etmiş, bu zaman onlar üzərlərində hər hansı bir sənədinin olmadığını bildirmişlər, sonra həmin şəxslər özlərini şübhəli apararaq onlardan tez bir zamanda aralanmağa çalışmışlar və verilən suallara dağınıq cavablar vermişlər, ona görə həmin şəxslərin hər ikisini Sabunçu RPİ-nin 12-ci PB-nə dəvət etmişlər. Təhqiqatçını otağında üzərinə şəxsi axtarış keçirilmişdir. Uzun zaman keçdiyindən tam xatırlamıram. Üzərindən çıxan narkotik vasitə qablaşdrılmış, möhürlənmiş və ekspertizaya yollanılmışdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadəçisi olması ilə bağlı məlumatlarının olmadığını, bir sıra tədbirlər nəticəsində satışla məşğul olduğunun aşkarlandığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir, tanımadığı şəxslərdən əldə edirmiş. Bəzən Təqsirləndirilən şəxslə ortaq pul qoyub narkotik vasitə əldə edib, birlikdə istifadə edirlərmiş. O, Narkoloji dispanserdə müalicə olunmuşdur. O, 01 sentyabr 2022-ci il tarixdə axşam üstü saat 5 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyinə moykaya iş üçün gəlmiş və marketin yanında Təqsirləndirilən şəxs görmüşdür. O, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 214 nömrəli avtobusun son dayanacağında olan zaman Cavadın marketin yanında bir neçə şəxs tərəfindən saxlanıldığını görmüş, biraz sonra onu saxlamış və Bölməyə gətirmişlər. Saxlanılan zaman qara əl çantası olduğunu amma üzərində heç bir narkotik vasitə olmadığını bildirmişdir. Bölmədə polis əməkdaşlarının onların üzərilərinə 1 qram narkotik vasitə yerləşdiridiklərini narkotik vasitəni boynuma götürməyi üçün təzyiq etdiklərini, neçə ildir narkotik vasitə istifadə etsə də, amma 1 qram narkotik vasitəni bir yerdə heç vaxt görmədiyini, mobil telefon istifadə etmədiyini, polis əməkdaşlarının onu aldadaraq narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildriməsini, sadəcə istifadəçi kimi sənədləşdiriləcəklərini demələrini, ona göstərilən fiziki təzyiqlərdən sonra məcbur qalıb razılaşdığını, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzaladığını, Təqsirləndirilən şəxs işi ilə bağlı müstəntiq tərəfindən he dindirilmədiyini, üzləşmə aparılmadığını, iş materiallarınd olan imzaların ona məxsus olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4708 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün №159” dairəvi möhürü əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən götürülmüş (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,901 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi: -0,901 qram, tədqiqata sərf edildi: -0,05 qram, qalıq: -0,851 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. (cild 01, iş vərəqə 33-37) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3057 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 159» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,801 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi:-2,801 qram, tədqiqata sərf edildi:-0,1 qram, qalıq:-2,701 qram Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (cild 01, iş vərəqə 145-149) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6386 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin «tədqiqat Obyekti №59» ştamp əksi olan 2 (iki) ədəd paketdə, vət. Şahid5 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. İlkin tədqiqat zamanı vət. Şahid5 götürülmüş heroinin təmiz çəkisi 02 sentyabr 2022-ci il tarixli, 6/4709 saylı və Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroinin təmiz çəkisi 02 sentyabr 2022-ci il tarixli, 6/4708 saylı ekspert rəyində göstərilmişdir. (cild 02, iş vərəqə 10-13) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5-narkoloji X1 xx.xx.2022-ci il tarixli, 3042 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 205-206) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X5-narkoloji X1 xx.xx.2022-ci il tarixli, 5532 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 8-9) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, təhqiqatçı X12 RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarının birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara şalvarının arxa sağ cibindən Xiomi markalı mobil telefonu, sol arxa cibindən 04 ədəd 5 manatlıq əskinazı, sağ yan cibindən isə 01 ədəd şəffaf rəngli selefona bükülmüş içərisində qəhvəyi rəngli maddəni çıxarıb masanın üzərinə qoymuş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan kütlə zərfə qoyularaq qablaşdırılır, möhürlənir və üzəri imzalarla təsdiq olunur. Sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi 01 ədəd şəffaf rəngli selefona bükülmüş içərisində qəhvəyi rəngli maddənin «kokos» olduğunu və özünə məxsus olmasını, həmin kütləni Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün iki büküm hər birini 20 manata almasını, tanışı Pərvinin ehtiyacı olduğundan həmin bükümlərdən birini ona 20 manata satdığını, digər bükümü isə öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin baxışın və götürmə prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vərəqə 25-26) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, təhqiqatçı X9 RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarının birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisindən tünd qəhvəyi rəngli maddə olan narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kütlə zərfə qoyularaq qablaşdırılır, möhürlənir və üzəri imzalarla təsdiq olunur. Sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş kütlənin «kokos» olduğunu və özünə məxsus olmasını, həmin kütləni xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini, təxminən 10 ilə yaxındır narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Həmin baxışın və götürmə prosesinin video görüntüsünün əks olunduğu 01 ədəd CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vərəqə 138-139) İş materiallarında olan 02 iyun 2022-ci il tarixli və 05.10. 2022-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD diskə baxış zamanı məlum olmuşdur ki, həmin CD diskdə əks edilmiş görüntülər Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarının birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisindən tünd qəhvəyi rəngli maddə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edir, sonra onun üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmayır. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki kütlə zərfə qoyularaq qablaşdırılır, möhürlənir və üzəri imzalarla təsdiq olunur. Sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş kütlənin «kakos» olduğunu və özünə məxsus olmasını, həmin kütləni xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alaraq istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini, təxminən 10 ilə yaxındır narkotik vasitədən istifadə etdiyini bildirir. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 01, iş vərəqə 188) Həmçinin, iş materiallaırnda olan AR DİN Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 074-14075-1222 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa tədbirlər zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni özü istifadə etmək üçün əldə etdiyi, onun və ailə üzvlərinin əvvəllər narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaması müəyyən edilmişdir. (cild 01, iş vərəqə 232) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan və xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” protokoldan görünür ki, təmiz çəkisi 2,801 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 2,701 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0,901 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,851 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlancına verilmişdir. (cild 01, iş vərəqə 77; cild 02, iş vərəqə 62-76) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 02 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 01, iş vərəqə 62-76) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında”, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında”, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. (iş vərəqə 44-46; 68-70; 154-156) Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının onun üzərinə əlavə narkotik vasitə yükləmələri, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, polis əməkdaşlarının ona zor tətbiq etməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, ibtidai istintaq zamanı özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında”, “CD diskə baxış keçirilməsi barədə” protokollar və digər sübutlarla da tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayır, evlidir, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır, təxminən dörd ildir narkotik vasitədən istifadə edir. Bundan başqa o, göstrmişdir ki, ehtiyacı olanda narkotik vasitələri üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi müxtəlif şəxslərdən almış, 30 may 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindən, üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsə 20 manata pul verərək bir büküm narkotik vasitə heroin almış, aldığı narkotik vasitəni cibinə qoymuş və ehtiyacı yarandıqda istifadə etməyi planlaşdırmış, 31 may 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində küçə ilə piyada getdiyi zaman iki nəfər şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş, daha sonra polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmiş, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarının suallarına dağınıq cavablar verərək tələsdiyini bildirib getməyə çalışmış, bu zaman polis əməkdaşları ondan şübhələnmiş və getməsinin qarşısını alaraq Şöbəyə getməyi təklif etmiş, ancaq polis əməkdaşlarının suallarına cavab olaraq tələsdiyini demiş və getməsinə icazə vermələrini xahiş etmiş, onun hərəkətlərindən polis əməkdaşları şübhələnmiş və birlikdə Şöbəyə getməsinin zəruri olduğunu bildirmiş, bundan sonra məcbur olub polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getmiş, şöbəyə çatdıqdan sonra onu saxlayan polis əməkdaşları raport yazmış və bundan sonra araşdırma aparılması təhqiqatçı, polis leytenantı Ayxan Səfərova tapşırılmış, təhqiqatçı, polis leytenantı Ayxan Səfərov tərəfindən barəsində şübhəli şəxs qismində tutulmağı ilə bağlı qərar qəbul edilərək müvafiq protokol tərtib edilmiş, tutulmağı ilə bağlı hüquq və vəzifələri izah edilmiş, daha sonra dövlət hesabına vəkillə təmin edilərək hüquq və vəzifələri izah edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, bununla bağlı qərar qəbul edilmiş və həmin qərarla tanış edilmiş, qeyd edilən hərəkətlər edildikdən sonra şəxsi axtarışın videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, həmin vaxt ərizə ilə müraciət edib 6 axtarış keçirilən zaman vəkilinin iştirak etməməməsini xahiş etmiş, çünki üzərində narkotik vasitə olduğundan vəkilinin bunu öz öz gözləri ilə görməsini istəməmiş, ona görə şəxsi axtarışın videoçəkilişlə və vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra şəxsi axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olubolmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, polis əməkdaşları bükümdə olan maddənin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşmuş, polis əməkdaşlarının sualına cavab olaraq təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, onu 30 may 2022-ci tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindən üzdən tanıdığı, adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmiş, bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən əlavə olaraq əldə edilməsi, saxlanması və daşınması qanunsuz hesab edilən maddə, əşya və ya predmet aşkar edilməmiş, sonra üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin qablaşdırılmış, qablaşmanm üzəri onun və polis əməkdaşlarının tərəfindən imzalanmışdır. Daha sonra o, göstərmişdir ki, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da onun və polis əməkdaşlarının tərəfindən imzalanmış, polis əməkdaşları tərəfindən saxlanılan zaman və şöbədə olan zaman ona heç bir fiziki və ya psixi təsir göstərilməmiş, həmçinin zor tətbiq olunmamışdır. Bundan başqa o, göstərmişdir ki, ki, 01 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı, lakin adım bilmədiyi şəxsdən iki büküm-hər biri 20 manat olmaqla narkotik vasitə olan kakos almış, həmin günü saat 20 radələrində təxminən altı aydır tanıdığı və yaxm münasibətdə olduğu Pərvinlə görüşərkən ondan qəbul etməsi üçün narkotik vasitə istəmiş, bu zaman üzərində şəxsi istifadəsi üçün alıb saxladığı iki büküm narkotik vasitədən birini Pərvinə 20 manata satmiş, həmin günü saat 21 radələrində tanışı Pərvinlə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada gəzərkən polis əməkdaşları onlara yaxılaşaraq hər ikisini sorğu-sual etmiş və onlardan şübhələnərək 12ci PŞ-nə dəvət etmiş, orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq barəsində şübhəli şəxs kimi tutma barədə qərar qəbul edilmiş və dövlət hesabına hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuş, sonra isə üzərinə videogörüntü ilə baxış keçiriləcəyi bildirlmiş, həmin vaxt üzərinə baxış keçirilməsində vəkilinin iştirak etməməsini xahiş etmiş, çünki üzərində narkotik vasitə olan herion olduğundan vəkilinin gələcəkdə onu yaxşı müdafiə edə bilməsi üçün üzərindən narkotik vasitənin aşkar olunmasım gözləri ilə görməsini istəməmiş, bundan sonra polis əməkdaşları videogörüntü ilə üzərinə baxış keçirmiş və baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra əyninə olan qara rəngli şalvarın sağ yan cibindən narkotik vasitə olan bir ədəd bükümü çıxarıb masananın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə olan kakos adlanan maddə, yəni heroin olmasını, şəxsi istifadəsi üçün Ramana qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra o, göstərmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bir büküm narkotik vasitə olan heroin qablaşdırılaraq zərfə qoyulmuş, üzəri imzalarla təsdiq olunmuş və sonra bu barədə protokol tərtib edilmiş, özü və digər iştirakçılar həmin protokolu imzalamış, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir.(cild 02, iş vərəqə 55-58) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşmə zamanı Şahid5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 01, iş vərəqə 51-54) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X7 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X7 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qara rəngli idman şalvarının sağ yan cibindən aşkarlanan bir ədəd sellofan bükülüdə təmiz çəkisi 2,801 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və xx.xx.2022-ci il tarixdə qara rəngli şalvarın sağ yan cibindən aşkarlanaraq götürülmüş şəffaf sellofona bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 0,901 qram qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir, digər tərəfdən, Təqsirləndirilən şəxs üzərindən müxtəlif vaxtlarda narkotik vasitə aşkarlanması, habelə, narkotikin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (01 cild, iş vərəqə 214) Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs kimi hesab edilməlidir və onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 vardır. (02 cild, iş vərəqə 60) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vərəqə 126) İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-453/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmişdir. (01 cild, iş vərəqə 175-179) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərar ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vərəqə 14) İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-732/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (01 cild, iş vərəqə 81-84) İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-969/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətini uzadılmasına dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. (02 cild, iş vərəqə 29-43) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. AR Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxildir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun barəsində ev dustaqlığı növündə qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 01 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək müvəqqəti saxlama yerində saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 3042 №-li və xx.xx.2022-ci il tarixli, 5532 №-li rəylərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 338 (üç yüz otuz səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,801 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,701 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0,901 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,851 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 02 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək müvəqqəti saxlama yerində saxlanıldığı 03 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 04 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,701 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,851 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 02 ədəd CD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil 338 (üç yüz otuz səkkiz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Fərid Namazov İradə Həsənzadə imza:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar