Məhkəmə qərarları › İş №1(101)-669/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-669/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-669/2024 23.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1991-ci ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Salyan şəhəri, Vidadi küçəsi, ev 71-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 3, mənzil 27-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan «Əhməd» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşdirdiyi ümimilikdə təmiz çəkisi 3009,5 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini və ümimilikdə təmiz çəkisi 563,143 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini 3 fevral 2023-cü il tarixdə, saat 18 radələrində həmin yerdən götürüb əldə etməklə sonradan satışdan əldə olunacaq gəlirin bir hissəsinin ona verilməsi şərti ilə üzərində və özünə məxsus «RKS» markalı mopedin saxlanc yerində saxlamaqla daşımış, 3 fevral 2023-cü il tarixdə axşam saatlarında, «Əhməd» adlı şəxsin göstərişi ilə istintaqa məlum olmayan şəxslərə satmaq məqsədi ilə həmin narkotik vasitə olan heroinin təmiz çəkisi 716,2 qram təşkil edən hissəsini və psixotrop maddənin təmiz çəkisi 100,394 qram təşkil edən hissəsini ayırıb əynində olan qara rəngli gödəkçənin qabaq sol cibinə qoyaraq özü ilə daşımış, həmin tarixdə saat 22:00 dəqiqədə Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, «Melissa Park» yaşayış kompleksinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin qabaq sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 716,2 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 100,394 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 4 fevral 2023-cü iİ tarixdə saat 00:35 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, «Melissa Park» yaşayış kompleksinin avto dayanacağında park edilmiş vəziyyətdə olan ona məxsus «RKS» markalı mopedə baxış keçirilərkən həmin mopedin saxlanc yerindən sellofan bağlamalarda beş ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 97,949 qram, 18,370 qram, 28,660 qram, 99,170 qram və 218,6 qram olmaqla ümumi təmiz çəkisi 462,749 qram təşkil edən ağ rəngli kristallik hissəciklərindən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin, beş ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 260,1 qram, 320,7 qram, 232,8 qram, 64,3 qram və 1415,4 qram olmaqla, ümumi təmiz çəkisi 2293,3 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə hesab edilən külli miqdarda heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evlidir, himayəsində bir yetkinlik yaşına çatmayan övladı var. Bakı şəhəri, Yasamal rayonu, «Melissa park» yaşayış kompleksində kafel-metlax ustası işləmişdir. Əvvəllər məhkum olunmamışdır. Narkotik vasitələrdən istifadə etmir. «Əhməd» kimi tanıdığı İran İslan Respublikasının vətəndaşı qardaşı Emilin tanışıdır, həmin şəxs qardaşını narkotik vasitələrlə təmin etmişdir. 2022-ci ilin sentyabr ayında kiçik qardaşı Emil Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilmişdir. Polislər qardaşı ilə eyni vaxtda onu da tutmuş, cinayətdə iştirakçılığı olmadığına görə onu azad etmişlər. İdarədə polislər ona qardaşının kiminlə əlbir olduğunu boynuna almadığını deyib, onu əməkdaşlığa cəlb etmişlər. Belə ki, polislər onun vasitəsilə iranlını tutmaq istəmişlər. Azər Həsənov adlı polis əməkdaşı ona bildirmişdir ki, iranlı onunla əlaqə saxladıqda polislərə məlumat versin, əks halda onu da məsuliyyətə cəlb edəcəklər. Polislər Əhmədin ondan şübhələnməməsi üçün sonunucunun bütün tapşırıqlarını yerinə yetirməyi tapşırmışlar. Bir müddət sonra 31 yanvar 2023-cü il tarixdə Azər Həsənov onun yaşadığı əraziyə gəlib, iranlının ona zəng edib-etmədiyini soruşmuş, o isə əlaqə saxlamadığını bildirmişdir. Həmin vaxt ailə üzvləri və bacanağı yanında olmuşdur. Sonra ondan iranlıya zəng etməyini xahiş etmiş, o da zəng edib, qardaşının vəziyyətinin pis olduğunu deyib, narkotik vasitə istəmişdir. Əhməd də alverinin pis olduğunu bildirib, onun mallarını satmasını xahiş edib, qardaşına kömək edəcəyini demişdir. 1 fevral 2023-cü il tarixdə onu BNMİ-nə çağırıb, yenidən iranlıya zəng etdirmişlər. 3 fevral 2023-cü ildə saat 16 radələrində Əhməd ona zəng edib, 2,5 kiloqramlıq narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi yerin koordinatlarını göndərsə, həmin narkotiki götürüb dediyi ünvana çatdıra bilib-bilməyəcəyini soruşmuşdur. O da Əhmədə işinin olduğunu, bir qədər sonra əlaqə saxlayacağını demişdir. X3 zəng edib məlumat vermiş və polislərin onunla gedibgetməyəcəklərini soruşmuşdur. Sonuncu da onunla gələcəklərini bildirmişdir. Odur ki, Əhmədə məlumat verib, narkotik vasitə və psixotrop maddələri götürə biləcəyini demiş, bundan sonra Əhməd ona koordinatları göndərmişdir. Polislərlə birlikdə koordinatlarda qeyd edilən Xəzər rayonu, Qala dairəsinə gedib narkotik vasitəni götürmüşlər. Polislər iki maşınla, o isə öz mopedi ilə getmişdir. Təxminən 30 dəqiqədən sonra Əhməd ona başqa yerlərin koordinatlarını göndərib, narkotik vasitə və psixotrop maddələri yerləşdirməsini tapşırmışdır. Azər Həsənov isə ona metronun 20 Yanvar stansiyası istiqamətinə getməsini, nə etməli olduğunu sonra xəbər edəcəklərini bildirmişdir. O, Azər Həsənovun dediyi kimi etmişdir. Saat 21:30 radələrində polis əməkdaşları metronun 20 Yanvar stansiyası yaxınlığında ona yaxınlaşıb narkotiki hara qoyduğunu soruşmuşlar. Onlara narkotiki mopedə qoyduğunu demişdir. Sonra onu Binəqədi RPİ-nə aparmışlar. Bundan sonra telefonunda Azər Həsənovla olan zənglər və mesajlar silinmişdir. Samir və İmran adlı polis əməkdaşları tərəfindən döyülmüşdür. Polislər təzyiq altında ona vəkildən imtina ərizəsi yazdırıb, üzərində şəxsi axtarış və mopedə baxış keçirərək videoçəkliş aparmışlar. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsindən ötrü Binəqədi rayon məhkəməsinə aparılmışdır. Orada hakimə hər şeyi olduğu kimi danışmış, hakim onu ev dustaqlığına buraxmışdır. Buna baxmayaraq polislər onu bölməyə aparmış, 5 gün ərzində 4-cü, 5-ci və 7-ci bölmələrdə saxlanılmışdır. 10 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanasına yerləşdrilmişdir. Həmin vaxt artıq üzərində xəsarət olmamışdır. Azər Həsənovla sonuncuya məxsus ***-***-**-** nömrəsi ilə Whatsapp vasitəsilə əlaqə saxlamış, Əhmədin ona yazdığı bütün mesajların surətini Azərə göndərmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkilidir. 3 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə Binəqədi RPİ-yə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması üçün idarə rəhbərliyindən icazə alınmış və əməliyyat-axtarış tədbirinin keçirilməsi, əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Onun rəhbərliyi ilə Binəqədi RPİ-nin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 3 fevral 2023-cü il tarixdə saat 22:00-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, «Melissa Park» yaşayış massivinin qarşısında tərəflərindən saxlanılmış və RPİ-nin inzibati binasına aparılmışdır. Müdafiəçi ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin qabaq sol yan cibində saxladığı qara rəngli sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin bağlamanın içində iki ədəd şəffaf rəngli sellofan olmuşdur. Sellofanların birinin içində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, digərinin içində isə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə müşahidə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən bir ədəd «Samsung A10S» markalı mobil telefon aparatı və «Unibank» plastik kartı aşkar edilmişdir. Aşkar edilmiş heroin və metamfetaminə bənzər maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bir ədəd «Samsung A10S» markalı mobil telefon aparatı və «Unibank» plastik kartı tərəflərindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 3 fevral 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı «Əhməd» adlı şəxsdən Xəzər rayonu, Qala qəsəbəsi ərazisində gizlədilmiş yerdən satışını həyata keçirmək məqsədi ilə götürdüyünü, 3 fevral 2023-cü il tarixdə saat 22:00-da «Melissa Park» yaşayış kompleksinin qarşısında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığını, həmin yaşayış kompleksinin avto dayanacağında saxladığı özünə məxsus mopedin saxlanc yerində də narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Tədbirin nəticəsinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfinən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti «Melissa Park» yaşayış kompleksinin avto dayanacağında saxladığı «RKS» markalı mopedə baxış keçirilmişdir. Sonuncu mopedin saxlanc yerini açmış, oradan bir ədəd şəffaf rəngli, üzərində «Bravo market» sözləri yazılmış sellofan və bir ədəd tünd sarı rəngli, üzəri yapışqan lentlə bağlanmış bağlama aşkar edilmişdir. Sarı rəngli bağlamanın içində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bir ədəd şəffaf rəngli, üzərində «Bravo market» sözləri yazılmış sellofanın içindən olan beş ədəd qara rəngli sellofan bağlama, bir ədəd ağ rəngli sellofan bağlama və bir ədəd ağ rəngli elektron tərəzi aşkar edilmişdir. Qara rəngli bağlamalardan ikisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, üçündə isə həm heroinə, həm də metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Bir ədəd ağ rəngli sellofanın içindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş bağlamalar və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilən maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 3 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Əhməd adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyi koordinat əsasında yerdən götürdüyünü bildirmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən əməkdaşlığa cəlb edilməmiş və ona qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışır. 3 fevral 2023-cü il tarixdə idarədə olarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Binəqədi RPİ-yə gətirilmişdir. Toplanmış material üzrə araşdırmanın aparılması ona həvalə olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçi seçmək hüququnu izah etmiş, vəkillə təmin olunduqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin qabaq sol yan cibində saxladığı qara rəngli sellofan bağlamanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bağlama açıldıqda içində iki ədəd şəffaf rəngli sellofan olduğu müəyyən edilmişdir. Sellofanların birinin içində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, digərində isə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olmuşdur. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin qabaq sol cibindən bir ədəd «Samsung A10S» markalı mobil telefon və göy rəngli cins şalvarın sol yan cibindən «Unibank» plastik kartı aşkar edilmişdir. Sonda aşkar olunmuş heroin və metamfetaminə bənzər kütlələr götürülərək onun tərəfindən qablaşdırılmış, qablaşdırılmanın üzəri möhürlənmiş və şəxsi axtarışda iştirak edən bütün şəxslər tərəfindən imzalanmışdır. Bir ədəd «Samsung A10S» markalı mobil telefon aparatı və «Unibank» plastik kartı tərəflərindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları 3 fevral 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı «Əhməd» adlı şəxslə «Whatsapp» vasitəsilə əlaqə saxlayaraq Xəzər rayonu, Qala qəsəbəsi ərazisində gizlədilmiş yerdən satışını həyata keçirtmək üçün götürdüyünü, 3 fevral 2023-cü il tarixdə saat 22:00-da «Melissa Park» yaşayış kompleksinin qarşısında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanıldığını, həmin yaşayış kompleksinin avto dayanacağında saxladığı özünə məxsus mopedin saxlanc yerində də narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gizlətdiyini bildirmişdir. Sonda şəxsi axtarış və götürmə haqqında protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mopedini saxladığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti «Melissa Park» yaşayış kompleksinin dayanacağına getmişlər. Axtarış zamanı Təqsirləndirilən şəxs RKS markalı mopedin saxlanc yerini açmış, oradan bir ədəd şəffaf rəngli, üzərində «Bravo market» sözləri yazılmış sellofan və bir ədəd tünd sarı rəngli, üzəri yapışqanlı lentlə bağlanmış bağlamanı çıxarıb təqdim etmişdir. Sarı rəngli bağlamanın içində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bir ədəd şəffaf rəngli, üzərində «Bravo market» sözləri yazılmış sellofanın içindən isə beş ədəd qara rəngli sellofan bağlama, bir ədəd ağ rəngli sellofan bağlama bir ədəd ağ rəngli elektron tərəzi aşkar edilmişdir. Həmin bağlamalar açıldıqda iki ədəd qara rəngli sellofan bağlamanın içindən ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd şəffaf rəngli sellofanın içindən narkotik vasitə heroinə bənzər maddə və üç ədəd qara rəngli sellofandan isə içində həm heroinə, həm də metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilmiş bağlamalar və bir ədəd elektron tərəzi götürülərək onun tərəfindən qablaşdırılmış, qablaşdırmanın üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qeyd olunan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları 3 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Əhməd adlı İran İslam Respublikasının vətəndaşı ilə «Whatsapp» vasitəsilə əlaqə saxlayaraq Xəzər rayonu, Qala qəsəbəsi ərazisində gizlədilmiş yerdən satışını həyata keçirtmək üçün götürdüyünü bildirmişdir. Sonda bu barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Götürülmüş qeydlər əsasında protokol tərtib edilərkən bağlamalar aşkar olunduğu kimi səhvən ümumilikdə 5 ədəd bağlama kimi göstərilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən əməkdaşlığa cəlb edilməmiş və ona qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. İşin 1-ci cildinin 30-31-ci vərəqlərindəki 3 fevral 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin qabaq sol cibində saxladığı qara rəngli sellofana bükülmüş el içində «şüşə» kimi tanman ağ kristal formada olan psixotrop maddə metamfetamin və tünd qəhvəyi rəngli kristal formada olan narkotik vasitə heroini masanın üzərinə qoyaraq həmin narkotik vasitələrini 3 fevral 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində tanıdığı İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin qeyd etdiyi yerdən gələcəkdə satmaq üçün götürərək üzərində saxladığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilərkən gödəkçənin qabaq sol cibindən bir ədəd qara rəngli «Samsung AİOS» markalı mobil telefon, göy rəngli cins şalvarının sol yan cibində olan 26 manat pul, «Uni Bank» tərəfindən verilmiş pul kartı və yaşadığı evin liftinin ağ rəngli pul kartı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs 3 fevral 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, «Melissa Park» yaşayış kompleksin yaxınlığında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Binəqədi RPİ-yə gətirildiyini bildirmişdir. İşin 1-ci cildinin 36-37-ci vərəqlərindəki 4 fevral 2023-cü il tarixli «nəqliyyat vasitəsinə axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi «RKS» markalı mopedə baxış keçirilərkən həmin mopedin saxlanc yerində saxladığı bir ədəd sarı rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər maddə, iki ədəd qara rəngli sellofan paketin içərisində olan el içində «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər maddə, üç ədəd qara rəngli sellofanın içərisində yarısı heroin yarısı şüşə olan bükümlər, bir ədəd ağ rəngli elektron tərəzi, bir ədəd flomaster, 2 paket şəffaf «pinqvin» paketlər aşkar olunmuşdur. Həmin narkotik vasitələri 3 fevral 2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində tanıdığı İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin qeyd etdiyi yerdən gələcəkdə satmaq üçün götürərək üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs 3 fevral 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, «Melissa Park» yaşayış kompleksin yaxınlığında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Binəqədi RPİ-yə gətirildiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi «RKS» markalı mopedin saxlanc yerindən aşkar olunmuş bir ədəd sarı rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə, iki ədəd qara rəngli sellofan paketin içərisində olan el içində «şüşə» kimi tanınan psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan paketin içərisində olan narkotik vasitə heroinə bənzər maddə, üç ədəd qara rəngli sellofanın içərisində yarısı heroin yarısı şüşə olan bükümlər götürülüb sellofan paketə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-in 168 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İşin 1-ci cildinin 209-210-cu vərəqlərindəki «videogörüntülərə baxış keçirilməsi haqqında» 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında şəxsi axtarış və götürmə, eləcə də həmin şəxsin Bakı şəhəri, Yasamal rayonu, «Melissa Park» yaşayış kompleksinin avtodayanacağında saxladığı «RKS» və «Yamaha» markalı mopedlərə baxış və götürmə istintaq hərəkətləri keçirilən zaman edilmiş videoçəkilişin olduğu bir ədəd DVD formatlı diskə baxış keçirilərkən diskdə 1-ci faylda 16 dəqiqə 27 saniyə müddətində olan görüntülərin olduğu Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin inzibati binasında həmin idarənin CAŞ-nin əməkdaşları tərəfindən videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli gödəkçənin qabaq sol cibindən 1 ədəd qara rəngli sellofan bükümdə qəhvəyi rəngli kustar üşulla hazırlanmış narkotik vasitə heroinə və ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülməsi, qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərfin iştirakçılar tərəfindən imza edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, 3 fevral 2023-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində İran İslam Respublikasının vətəndaşı «Əhməd» adlı tanımadığı şəxsdən satmaq üçün əldə etdiyini və işlədiyi «Melissa Park» yaşayış massivinin avtodayanacağında saxladığı, özünə məxsus mopedin saxlanc yerində də narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığını bildirdiyi müəyyən edilmişdir. Bundan başqa, 2-ci faylda 17 dəqiqə 25 saniyə müddətində olan görüntülərin olduğu Təqsirləndirilən şəxs işlədiyi yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, «Melissa Park» yaşayış kompleksinin avtodayanacağında Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən müdafiəçilərin iştirakı ilə videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla «RKS» və «Yamaha» markalı mopedlərə axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman «RKS» markalı mopedə keçirilmiş axtarış zamanı saxlanc yerində olan sellofan bağlamalarda bir ədəd şəffaf rəngli, üzərində «Bravo market» sözləri yazılmış sellofan və bir ədəd tünd sarı rəngli, üzəri yapışqanlı lentlə bağlanmış bağlama aşkar edildi. Sarı rəngli bağlamanın içində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edildi. Bir ədəd şəffaf rəngli, üzərində «Bravo market» sözləri yazılmış sellofanın içindən olan beş ədəd qara rəngli sellofan bağlama, bir ədəd ağ rəngli sellofan bağlama bir ədəd ağ rəngli elektron tərəzi aşkar edildi. Həmin bağlamalar açıldıqda iki ədəd qara rəngli sellofan bağlamanın içindən ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd şəffaf rəngli sellofanın içindən narkotik vasitə heroinə bənzər maddə və 0üç ədəd qara rəngli sellofandan isə içində həm heroinə, həm də metamfetaminə bənzər maddələr aşkar edildi və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülməsi, qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin bağlamanın iştirakçılar tərəfındən imza edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, 3 fevral 2023-cü il tarixdə Xəzər rayonu, Qala qəsəbəsində İran İslam Respublikasının vətəndaşı «Əhməd» adlı tanımadığı şəxsdən satmaq üçün əldə etdiyini bildirdiyi müəyyən edilmişdir. İşin 1-ci cildinin 208-ci vərəqlərindəki «mobil telefon aparatına baxış keçirilməsi haqqında» 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, «Samsung A10S» markalı modeli mobil telefonun «Whatsap» proqramı bölməsinə baxış zamanı sonuncunun mütəmadi olaraq «Asiman» adı ilə qeyd olunmuş +**********62 nömrəsi ilə əlaqə saxlaması, onların aralarında səs mesajların olması, «Asiman» kimi qeyd olunan abonent tərəfindən Təqsirləndirilən şəxs ünvanları bəlli olmayan məkan şəkillərinin göndərməsi, Təqsirləndirilən şəxs «Asiman» adlı şəxsə «gedim dükandan birdənə tərəzi götürüm, qara kulyok alım, selofan alım, mənə deyəndə orada olum» məzmununda səs göndərməsi, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə əlaqədar şübhəli məzmunlu sms yazışmalarının aparılması müəyyən edilmişdir. İşin 1-ci cildinin 45-51-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 4 fevral 2023-cü il tarixli 6/693 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqdim edən şəxs Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 716,2 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 100,394 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «...X1...mopedin saxlanc yerindən...» sözləri olan yazılan kağız yapışdırılmış bağlamadakı 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 97,949 qr., 18,370 qr., 28,660 qr., 99,170 qr., 218,6 qr., ümumi təmiz çəkisi 462,749 qram olan ağ rəngli kristlalik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 260,1 qr., 320,7 qr., 232.8 qr., 64,3 qr., 1415,4; qr, ümumi ümumi təmiz çəkisi 2293,3 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Zərfdəki və bağlamadakı narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 3009,5 qramdır. Zərfdəki və bağlamadakı psixotrop maddə metmafetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 563,143 qramdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. İşin 1-ci cildinin 158-160-cı vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 may 2023-cü il tarixli 1325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 150-151-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli 2255 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 128-ci vərəqindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 226-239 və 251-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərar və məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3009,5 qram narkotik vasitə heroin, 563,143 qram psixotrop maddə metamfetamin, 3 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürməni və 4 fevral 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış və götürməni özündə əks etdirən 1 ədəd DVD-R markalı disk, 1 ədəd tərəzi, 1 ədəd «Samsung A10S» markalı mobil telefon aparatı, 1 ədəd «Unibank» bankına aid bank kartı maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 3009,3 qram narkotik vasitə heroin, 562,943 qram psixotrop maddə metamfetamin, 1 ədəd tərəzi, 1 ədəd «Samsung A10S» markalı mobil telefon aparatı, 1 ədəd «Unibank» bankına aid bank kartı Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 240-242-ci vərəqlərindəki «Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, iş üzrə aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfeaminin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. İşin 1-ci cildinin 19-20-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 83-87-ci vərəqlərindəki Binəqədi Rayon Məhkəməsinin 5 fevral 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 3 fevral 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 96-101-ci vərəqlərindəki Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 5 fevral 2023-cü il tarixli qərarı ləğv edilməklə onun barəsində həbsetmənin əvvəli 3 fevral 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 iyun 2016-cı il təvəllüdlü Mehdibala Əhmədov adlı bir azyaşlı uşağı vardır. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə Bakı istintaq Təcridxanasına yerləşdirilmişdir. İlkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilən zaman xəsarət aşkar edilməmiş, köhnə çapıq toxuma müşahidə edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ittiham aktında göstərilənlərlə razılaşmadığını, üzərindən və mopedindən aşkar olunan narkotik vasitə və psixotrop maddələri polis əməkdaşlarının diktəsi ilə «Əhməd» adlı İran İslam Respublikası vətəndaşının məsuliyyətə cəlb edilməsi üçün əldə etdiyini və təqsirsiz olduğunu bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq edilmiş etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır və cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 3 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3009,5 (tədqiqatdan sonra qalıq 3009,3) qram narkotik vasitə heroin, 563,143 (tədqiqatdan sonra qalıq 562,943) qram psixotrop maddə metamfetamin və bir ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd «Samsung A10S» markalı mobil telefon aparatı, bir ədəd «Unibank» bankına aid bank kartı onun ailə üzvlərinə qaytarılmalı, 3 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürməni və 4 fevral 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış və götürməni özündə əks etdirən bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3009,5 (tədqiqatdan sonra qalıq 3009,3) qram narkotik vasitə heroin, 563,143 (tədqiqatdan sonra qalıq 562,943) qram psixotrop maddə metamfetamin və bir ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd «Samsung A10S» markalı mobil telefon aparatı, bir ədəd «Unibank» bankına aid bank kartı onun ailə üzvlərinə qaytarılsın. 3 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürməni və 4 fevral 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış və götürməni özündə əks etdirən bir ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar