Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-669/2025 03.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X12 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, Müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,327 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə saat 19:15-də Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 140 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq DİN-in ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 21:15-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 3,327 qram təmiz çəkidə psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 09 iyun 2024-cü il tarixdə keçiriləcək Dövlət Gömrük Komitəsinə qəbul olmaq üçün imtahan verməyə hazırlaşmışdır. Həmin imtahanda iştirak etmək üçün dövlət rüsumu ödəməyə getmişdir. Rüsumu ödədikdən sonra evə gedərkən 23 may 2024-cü il tarixdə, saat 18-19 radələrində ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng gəlmişdir. Zəng edn şəxs özünü təqdim etmiş və onu idarəyə dəvət etmişdir. O, əvvəlcə dost-tanışlarının onunla zarafat etdiyini düşünmüşdür. Sonradan məsələnin ciddi olduğunu başa düşmüşdür. Zəng edən şəxsə hazırlıq kursuna getdiyi üçün, sabah, yəni mayın 24-də gələ biləcəyini demişdir. Bunu dedikdən sonra sağollaşmışlar. Lakin 1 saat sonra yenidən ona zəng gəlmişdir. Zəngdə bu dəfə də ondan idarəyə nə vaxt gələ biləcəyini soruşmuşlar. Yenə səhəri gün gələ biləcəyini desə də, ona həmin gün gəlməli olduğunu, 1-2 dəqiqəlik işlərinin olacağını demişlər. Daha sonra öz əməkdaşlarının onunla görüşə gələcəyini demişdir. O, Ayna Sultanova parkının yaxınlığında, “101Cars” avtosalonun yanında olduğunu demiş və gözləmişdir. Zəng barədə ailəsinə heç nə deməmişdir. Təxmindən 10 dəqiqə sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər BMCMİ-nin əməliyyatçılar olmuşdur. Əvvəlcə üzəri yoxlanılmış və ağ rəngli “BMW” markalı avtomobilə əyləşdirərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. İdarəyə aparıldıqdan sonra orada ona döymüş və ona məxsus olmasını etiraf etməsi üçün nakotik vasitə təqdim etmişlər. Həmin narkotik götürməyəcəyi halda başqa formada təzyiq edəcəklərini demişlər. O isə azılaşmamışdır. Yenidən ona qarşı zorakılıq edildiyindən ona qarşı söyüşlər işlədildiyindən məcbur olaraq narkotik vasitəni boynuna götürmüşdür. Onun qarşısına etiraf etməsi üçün silah da qoyulmuşdur. Lakin silahın daha problemli olacağını düşünərək narkotik vasitəni boynuna götürmüşdür. Üzərinə şəxsi axtarış tutulduğu günün səhəri, işqlı vaxtda keçirilmişdir. Şəxsi axtarışda havanın qaranlıq olduğunu göstərmək üçün jalüzləri aşağı endirmişlər. 25 mayda barəsində həbs qətimkan tədbi seçilməsi barədə təqdimata baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə aparılmışdır. Məhkəmədə olarkən də yanına polis əməkdaşları olmuşdur. Narkoloji ekspertizadan keçməsi üçün ekspertizaya aparıldıqda ondan analiz götürülməmişdir. Həmin vaxt ona yemək verməmiş, ancaq çay və su vermişlər. çayın içinə polislər tərəfindən əlavə nəsə qatıldığını bilməmişdir. Ekspertizadan sonra onda narkotik vasitə aşkar olunduğu müəyyən olunmuşdur. İstintaqın gedişində ona CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülməsi barədə razılaşmağı təklif etmişlər. Ona əməli etiraf etməsini və barəsində olan işin inzibati işə çevrilərək cərimə cəzası ilə azadlığa çıxa biləcəyini demişlər. Vəkili ona marixuananı etiraf etməməsini desə də, məcbur olub marixunanın da ona məxsus olmasın boynuna almışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona verilən suallara cavab olaraq göstərdi ki, üzərinə keçirilən şəxsi axtarış 2-ci cəhddə baş tutmuşdur. Ona edilən təzyiqlələ bağlı heç bir orqana müraciət etməmiş, barəsidə həbs qətimkan tədbiri seçilməsi barədə məsələyə baxılarkən də heç nə deməmişdir. Əvvəllər BMCMİ-ə dəvət edilməmişdir. Ümumiyyətlə polis idarələrində heç bir işi olmamışdır. İdarəyə gətiriləndən sonra onun telefonu ilə atası ilə əlaqə saxlamışlar. İdarəyə aparıldıqdan sonra təxminən 2 saat qolları qandalda olmuşdur. Saxlanılmazadan 1 həftə əvvəl hanısa dava-dalaşda iştirak etməmiş, yıxılaraq xəsarət almamışdır. Nə tutulduğu gün, nə də sonrakı gün atası ilə görüşməmişdir. Tutulduğu gün nə tərcüməçi, nə də vəkil olmamışdır. Həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçi və tərcüməçi iştirak etməmişdir.Tutulma səbəbi əmisinin maddi vəziyyətinin çox olmasıdır. Tutulandan sonra əmisi də idarəyə çağırılmış, lakin əmisi idarəyə getməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, anten məlumatları, maddi sübutlar və digər sənədlərlə təkzib edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 23 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə bu kimi maddələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyataxtarış tədbiri keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. əməliyyat qrupuna o rəhbərlik etmiş və əməliyyat qrupunun digər üzvü isə Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs 23 may 2024-cü ildə, axşam saat 8-ə işləmiş Atatürk prospekti 140 ünvanın yaxınlığında müəyyən edilmişdir. Sonuncunun olduğu yerə yaxınlamış və ozlərini təqdim etmişlər. özlərini təqdim etdikdən sonra onu əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs nədə şübhəli olması barədə məlumat verdikdən sonra üzərində qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs səmimi etiraf edərək üzərində marixuana və patı» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu demişdir. Bunu dedikdən sonra Əlini öz avtomobilləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış və MCMİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısına təhvil vermişlər. Daha sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə prosesi keçirilmişdir. Şəxsi axtarışda vəkil və tərcüməçi iştirak etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs metamfetaminə bənzər kütləni və marixuanaya bənzər maddələri təqdim etmiş və həmin narkotik vasitə marixuananı və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün sosial şəbəkədə tanımadığı şəxsdən onlayn qaydada əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq, başqa qanunsuz hərəkətlərə yol verilməmişdir. Əvvəllər BMCMİ-də Təqsirləndirilən şəxs barəsində hər hansı bir cinayət işi və ya materillar olmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 23 may 2024-cü il tarixdə 23 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə bu kimi maddələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupunun üzvü kimi həmin şəxsin saxlanılmasında iştirak etmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs Atatürk prospekti 140 ünvanın yaxınlığında saxlayıb Baş İdarəyə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində şəxsi istifadəsi məqsədilə saxladığı az miqdarda marixuana və «patı» kimi tanınan psixotrop maddə metamfetamin olduğunu demişdir. Təqdim edilən narkotik vasitələrlə bağlı sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq, başqa qanunsuz hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs onun oğludur. 23 may 2024-cü il saat 20:30-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Rahib adlı əməkdaşı ona zəng edərək idarəyə çağırmışdır. Həmin gün BMCMİ-ə getmişdir. Qəbul şöbəsində Rahib adlı şəxs ona səhəri gün gəlməsini demişdir. Səhəri gün yenidən BMCMİ-ə getmişdir. Orada Rahib adlı şəxs ona oğlunun narkotik vasitə istifadəçisi kimi tutulduğunu demişdir. O, oğlunun narkotik vasitə istifadəçisi olmadığını demişdir. Rahib adlı şəxs ondan 50.000 dollar pul istəmişdir. Həmin miqdarda pulunun olmadığını demişdir. Axşam saatlarında Rahib enə zəng edərək onu idarəyə çağırmışdır. Borc taparaq 10.000 manat düzəltmiş və idarəyə Rahibin yanına getmişdir. İdarədə Rahiblə görüşmüş və sonuncu “ona dolları manat elə və oğlunu da götür çıx” demişdir. Üzərində 10000 manat pulunun olduğunu, artıq pulunun olmadığını dedikdən sonra Rahib ona getməsini demişdir. 25 mayda Nizami adlı şəxs ona zəng edərək oğlunun 4 ay müddətinə həbs edildiyini demişdir. Qardaşı Bakı şəhərində yenitikili binaların tikintisi ilə məşğul olur. Qardaşının hüquq mühafizə orqanları ilə heç bir problemi olmamışdır. Qardaşı da BMCMİ-ə dəvət edilsə də oraya getməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov 21 mənzil 41 Azərbaycan Dövlət Bədən Tərbiyə Akademiyasında rus dili müəllim işləyir. Tərcüməçi qismində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qsmində dəvət edilmişdir. İdarənin təhqiqat şöbəsində Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə tərcüməçi qismində iştirak etmişdir. Əlini də orda tanımışdır. İdarəyə onu müstəntiq Orxan Quliyev dəvət etmişdir. İlk dəfə hansı taixdə çağrıldığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs işi ilə bağlı ilk dəfə günortadan sonra, işdən çıxdıqdan sonra getmişdir. Ümumiyyətlə BMCMİ-ə yalnız bir dəfə axşam vaxtı getmişdir. Həmin iş isə Əlinin barəsində olmamışdır. İdarədə olduğu otaqda müstəntiq Orxan Quliyev, müdafiəçi Əli və əməliyyatçılar olmuşdur. Əliyə qarşı hər hansı formada təzyiq edilməsinin şahidi olmamışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə tərcüməçilik barədə müqavilə bağlamamışdır. Tərcüməçi xidməti müqabilində müstəntiq özü nağd formada ödəniş etmişdir. Ondan əvvəl BMCMİ-də tərcüməçi kimi iştirak edən tanışı onu məsləhət görmüşdür. Çəkilişdən əvvəl Əlinin hər hansı sənədlərə imza etməsini görməmişdir. Əliyə orada hüquq və vəzifələrini izah etmişlər. daha sonra videoçəkiliş başlamışdır. Videoçəkiliş bir dəfə olmuşdur. Tərcüməçi kimi iştirak etdiyi vaxtlarda həftədə dörd dəfə dərsə getmişdir. Dərsdən sonra da BMCMİ-ə getmişdir. 5-ci gün isə onu sənədlərə imza atmaq üçün dəvət etmişlər. Bu iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məsələyə baxılarkən Nərimanov rayon Məhkəməsində iştirak etmişdir. Həmin gündə BMCMİ-ə getməsi dəqiq yadında deyil. Videoçəkilişdən sonrakı gün Əlinin dindirilməsində iştirak etməmişdir. İstifadəsində olan mobil nömrələr ***-***-**-**, ***-***-**- **-dir. Votsap nömrəsi isə ***-***-**-**-dir. Orxan Quliyev onunla ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. O, daha sonra qeyd etmişdir ki, növbəti gün BMCMİ-ə getdikdə müstəntiq ona topa şəkildə sənədləri təqdim edərək imzalatmışdır. Heç vaxt Əlinin yanında oturub müstəntiqin sonucunu dindirməsi halı olmamışdır 23 may 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Əli” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri satması, saxlaması və istifadə etməsi bildirilir. Müəyyən edilmişdir ki, “Əli” adlı şəxs xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1-da qeydiyyatda olmaqla Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, ev 99-101, mənzil 33-də yaşayan Təqsirləndirilən şəxsdur. (Cild 1 i.v. 4) 23 may 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1-da qeydiyyatda olmaqla Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, ev 99-101, mənzil 33-də yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 140 ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üzərinə şəxsi axtarış keçirilməsinə şərait olmadığına görə saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. (Cild 1 i.v. 9) 23 may 2024-cü il tarixli protokoldan görünür ki, tərcüməçi Şahid3 tərcüməçi qismində Təqsirləndirilən şəxs təqdim edilmişdir. (Cild 1 i.v. 14) 23 may 2024-cü il tarixli protokoldan görünür ki, müdafiəçi X9 müdafiəçi qismində Təqsirləndirilən şəxs təqdim edilmişdir. (Cild 1 i.v. 22) 23 may 2024-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 20:50-də (faktiki saxlanılma saat 19:15-də) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Tutma protokolu saat 20:50-də tərtib edilmiş, protokol şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X9 və tərcüməçi Şahid3 tərəfindən imzalanmışdır. (Cild 1 i.v. 24) 25 may 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v. 111-115) 14 avqust 2024-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qtəimkan tədbii ilə əvəz edilməsi barədə vəsatəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərmişdir ki, 23 may 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanlmışdır. Saxlanılarkən üzərində az miqdarda marixuana olmuşdur. Lakin BMCMİ-ə gətirilirək orada döyülmüş, şiddət və təzyiqə məruz qalmış və üzərinə az əlavə narkotik vasitə qoymuşdur. O, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə gətirilərkən hansı cinayət əməli ilə ittiham olunmasını bilməmiş, ona bildirmişlər ki, üzərində narkotik vasitənin özününmüş kimi olmasını etiraf etsin, əks halda yenidən idarəyə qayıdacaq və ona işgəncələr ediləcək. Buna görə də ilk dəfə məhkəməyə gətirilərkən heç nəyə etiraz etməmişdir. (Cild 1 i.v. 158- 161) Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (Cild 2 i.v. 31-35) 23 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə saat 19:15-də Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 140 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 21:15-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxarıb təqdim etməsi əsasında 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Protokol saat 21:33-də tərtib edilməyə başlanmış, saat 22:00 dəqiqədə başa çatmış və şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X9 və tərcüməçi Şahid3 tərəfindən imzalanmışdır. (Cild 1 i.v. 34-35) 23 may 2024-cü il tarixli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu izahatdan görünür ki, sonuncu etirafedici izahat vermiş, izahat şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X9 və tərcüməçi Şahid3 tərəfindən imzalanmışdır. (Cild 1 i.v. 38-39) 24 may 2024-cü il tarixli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində vermiş olduğu ifadəsindən görünür ki, sonuncu etirafedici ifadələr vermiş, dindirmə saat 19:30-da başlanmış, saat 20:00 dəqiqədə başa çatmış və şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X9 və tərcüməçi Şahid3 tərəfindən imzalanmışdır. (Cild 1 i.v. 34-35) 25 may 2024-cü il tarixli Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsindən görünür ki, sonuncu etirafedici ifadələr vermiş, dindirmə saat 10:25-də başlanmış, saat 11:20 dəqiqədə başa çatmış və şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X9 və tərcüməçi Şahid3 tərəfindən imzalanmışdır. (Cild 1 i.v. 34-35) 30 may 2024-cü il tarixli mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “iPhone” markalı mobil telefona baxış keçirilən zaman iş üzrə sübut əhəmiyyətli hər hansı əşya aşkar edilməmişdir. (Cild 1 i.v. 126) 24 may 2024-cü il tarixli ekspert rəyinin şübhəli şəxsə təqdim edilməsi protokolundan görünür ki, 24 may 2024-cü il tarixli 3-16-16/2-6/2943 nömrəli ekspert rəyi Təqsirləndirilən şəxs təqdim edilmiş və protokol şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X9 və tərcüməçi Şahid3 tərəfindən imzalanmışdır. (Cild 1 i.v. 55) 24 may 2024-cü il tarixli ekspert rəyinin şübhəli şəxsə təqdim edilməsi protokolundan görünür ki, 24 may 2024-cü il tarixli 3-16-16/2-7/831 nömrəli ekspert rəyi Təqsirləndirilən şəxs təqdim edilmiş və protokol şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi X9 və tərcüməçi Şahid3 tərəfindən imzalanmışdır. (Cild 1 i.v. 55) Məhkəmə-kimyəvi ekspertizasının 24 may 2024-cü il tarixli 3-16- 16/2-6/2943 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 6...” dairəvi möhür əksi və “Şübhəli şəxs : Təqsirləndirilən şəxs - imza... 4-imza, Təhqiqatçı: B.Haqverdiyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 3,327 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1 i.v. 50-54) Məhkəmə-bioloji ekspertizasının 24 may 2024-cü il tarixli 3-16-16/2-7/831 nömrəli rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN zərflər üçün № 6...” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs” yazısı olan bir ədəd zərfdə təqdim edilmiş 0,21 qram çəkidə marixuanadır. (Cild 1 i.v. 47-49) İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 may 2024-cü il tarixli 3716 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin ekspert rəyinin təsviri hissəsinə əsasən, Təqsirləndirilən şəxs narkoloji tibbi yoxlama zamanı təxminən 3-5 aydır ki narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə etdiyini, həmçinin 1 aydır ki psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. (Cild 1 i.v. 180-181) Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1 i.v. 151) Məhkəmə-tibbi ekspertizasının 25 may 2024-cü il tarixli 280/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthindən aşkar edilmiş xəsarətlər – qarın haiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir. Xəsarətlərin xarakteristikası və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətləri hansı şəraitdə əmələ gəlməsi həmin xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyaların dəyməsi nəticəsində yarana bilərdilər, dəqiq olaraq hansı şəratdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. (Cild 1 i.v.182-185) 23 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,227 qram qalmış psixotrop maddə metamfetaminin və 0,19 qram marixuana maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1 i.v.184-194) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (Cild 1 i.v.136-137) Məhkəməyə 28 dekabr 2024-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs atası X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və çıxan zənglərin, danışıq cədvəlinin, həmin nömrəyə göndərilən və qəbul edilən mesajların mətnlərinin, həmin mobil telefon nömrələrinin sahibləri, yaşayış ünvanları və danışıqların hansı ərazidən aparılması (anten məlumatları) barədə məlumatlar və 23-xx.xx.2024-cü il tarixlərində tərcüməçi Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatlar CD disk şəklində məhkəməyə təqdim edilmişdir. (Cild 1 i.v.84) Məhkəməyə 06 yanvar 2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 23-xx.xx.2024-cü il tarixli anten məlumatlarının əks olunduğu məlumatlar CD disk şəklində məhkəməyə təqdim edilmişdir. (Cild 1 i.v.83) Məhkəməyə 06 fevral 2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, 25 may 2024-cü il tarixdə müdafiəçi X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten məlumatları, həmin nömrəyə göndərilən və qəbul edilən zənglər CD disk şəklində məhkəməyə təqdim edilmişdir. (Cild 1 i.v.108) Məhkəməyə 07 fevral 2025-ci il tarixdə daxil olmuş məktubdan görünür ki, 23 may 2024-cü il tarixdən 26 may 2024-cü il tarixədək tərcüməçi Şahid3 istifadəsində olan ***-***- **-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin anten məlumatları, həmin nömrəyə göndərilən və qəbul edilən zənglər, 24-26 may 2024-cü il tarixində X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrənin anten məlumatları, həmin nömrəyə göndərilən və qəbul edilən zənglər barədə məlumatlar CD disk şəklində məhkəməyə təqdim edilmişdir. (Cild 1 i.v.108) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Qaşqay oğlu təhqiqatçının təklifi ilə əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən metamfetamin və marixuananı təqdim edir. Bundan başqa onun üzərindən dövriyyəsi qanunla qadağan olunan hər hansı əşya aşkar edilmir. Daha sonra təqdim edilən bükümlər qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülür. Təqsirləndirilən şəxs narkotik vasitəni Telegram sosial şəbəkəsi vasitəsilə şəxsi istifadəsi üçün aldığını demişdir. O, narkotik vasitəni 1 gün əvvəl Nərimanov rayonu ərazisindən aldığını bildirir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, lehinə olan sübutlar müdafiə tərəfinin vəsatəti ilə əldə edilərək araşdırılmış, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət mühakiməsinin məqsədi şübhəli və təqsirləndirilən şəxsin hüquqlarını pozmamaq şərtilə maddi gerçəkliyə çatmaqdır. Dəlil və isbat sütunları üzərində inşa edilmiş maddi gerçəkliyin isə hüquqa uyğun, əsasən haqq və azadlıqlar çərçivəsində əldə edilməsi tələb olunur. Cinayət mühakiməsində maddi gerçəkliyə çatmaq üçün istifadə olunan alətlər sübut (dəlil) olaraq adlandırılır. Başqa bir ifadə ilə sübut keçmişdə olanın nə, necə olduğuna dair bu günün imkanları daxilində var olan və ya duyğu orqanlarımız vasitəsilə sahib olduğumuz şeylərin ümumi adıdır. Cinayət mühakiməsində hakim sübutları sərbəst dəyərləndirir və vicdani qənaətinə əsasən qərar verir. Hakimin maddi məsələyə dair etdiyi zehni fəaliyyət nəticəsində əldə edilən vicdani qənaətin təməl şərti onu qənaətə götürən sübutlardır. Sübut etmə (isbat) cinayət mühkiməsində ortaya atılan və ya ona qarşı irəli sürülən iddiaya dair inandırma fəaliyyətidir. Bundan başqa inandırıcılıq bir vəziyyətin aydınlaşdırılması ilə təmin edilə bilər. Ortaya qoyulmuş məsələnin inandırıcılığı ağıl və məntiqi təmələ, sağlam dəlillərlə dəstəklənərək hakimdə vicdani qənatə formalaşdırmağa çalışır. Cinayət mühakiməsində dəlillər heç bir zaman mütləq dəqiqliyi təmin edə bilmir, tərəflərə göstərilən ehtimaldır və ancaq bu ehtimal bəlli bir yerə çatması ilə vicdani qənaət formalaşır. Nəzəriyyədə təsbit olunmuş qeyd olunanlar Azərbaycan Respublikası CPM-də əks olunmuşdur. Belə ki, CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: CPM-nin 124.1.1-ci maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (CPM ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; CPM-nin 124.1.2-ci maddəsinə əsasən hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Məhkəmə hazırki iş üzrə toplanmış yuxarıda sadalanan sübutları qiymətləndirməyə özünə borc bilir. Belə ki, sübutların qiymətləndirilməsi – sübutetmə prosesinin son mərhələsidir. Bu istintaq və sair hərəkətlərlə yox, idrak fəaliyyəti ilə yoxlanılır. Sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilir. CPM-nin 145-ci maddəsində qeyd edildiyi kimi hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmçinin …hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Sübutların mənsubiyyəti - onların sübutetmə predmetinə daxil olan hallara aid olması deməkdir. Sübutların mümkünlüyü məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsullarına, vasitələrinə şübhələrin olmaması deməkdir. (CPM-nin 125.1-ci maddəsi) Sübutların mötəbərliyi – onların həqiqiliyinə dair şübhələrin olmaması deməkdir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə həll edilir. (CPM-nin 145.3-cü maddəsi). Sübut işin həlli üçün əhəmiyyətli ola biləcək hər hansı bir informasiya daşıyırsa o, həmin işə aid sübut hesab edilir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə hökmü qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrıayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə,məhkəmə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəmə istintaqında araşdırılmış sübutları mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirərkən aşağıdakı halları qeyd etməyi özünə borc bilir. Məhkəmə ilk öncə əməliyyat-axtarış tədbirinin və tutmanını qanuniliyi məsləsini araşdırmağı zəruri hesab edir. Belə ki, BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 raportunda etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Əli” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşımasını qeyd edilmişdir. Həmin raport əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar da hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutlmuş qaydada aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən ediməsi, olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutlduqdan sonra zərurət olduğu halda üstünün yoxlanılması, üstünə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə baxış keçirilməsi göstərilmişdir. Raportda etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumatın daxil olması qeyd edilsə də, məhkəməyə həmin məlumat verilmədiyinə görə həmin məlumatın etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmasını müəyyən etmək mümkün deyil. Bunun üçün əməliyyat orqanı həmin məlumatı əməliyyat-axtarış tədbirləri ilə yoxlayıb müvafiq rəsmiləşdirmə aparmalı və buna əsasən məhkəmə keçirilmiş əməliyyat-axtarış tədbirinin qanuna uyğun aparılıb-aparılmadığını müəyyən edə bilər. Ancaq hazırki işdə bu baş verməmişdir. Belə ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsi hansı əməliyyat axtarış tədbirlərinin tətbiq edilə biləcəyini sadalamışdır. Ancaq hazırki işdə heç bir əməliyyat axtarış tədbiri olmadan şəxs tutularaq azadlığı məhdudlaşdırılmışdır. Məhkəmə onu da qeyd edir ki, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi cinayətlərində insan həyatı üçün real təhlükə yaranmaqla dərhal qarşısının alınması tələb olmur. Bu növ cinayətlər üzrə müəyyən müddət ərzində əməliyyat tədbirləri keçirilib rəsmiləşdirməklə sübutlar əldə etmək mümkündür. Məsələn, hazırki işdə Təqsirləndirilən şəxs güdülməsi, telefon danışıqlarına qulaq asılması və digər əməliyyat tədbirləri keçirilməklə mötəbər sübutlar əldə etmək mümkün idi. Həmçinin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 15-ci maddəsində qeyd edilmişdir ki, əməliyyat-axtarış tədbirləri həyata keçirilməli olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Lakıın hazırki işdə heç bir əməliyyat qeydiyyat işinin olmaması da keçirilmiş hərəkətin və Təqsirləndirilən şəxs tutlmasının qanunsuz aparılmasına dəlalət edir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində tutlmamışdan az əvvəl BMCMİ-dən ona iki dəfə zəng vurularaq həmin idarəyə gəlməsi bildirilmiş, sonuncu zəngdə zəng edən əməkdaş ona yerini deməsini və əməkdaşların gələrək onunla söhbət edəcəyini bildirmişdir. O, da razılaşaraq onların gəlməsini gözləmiş, daha sonra əməkdaşlar gələrək onu BMCMİ-yə aparmışlar. Məhkəmə həmin halın baş verməsini qəbul edir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus ********** nömrəsinə daxil olan və çıxan zənglər, həmin nömrələrin kimə məxsus olması ibtidai istintaq zamanı məhkəmə qərarı ilə əldə edimiş və müəyyən edimişdi ki, xx.xx.2024-cü il tarixdə saat 17:08 və 19:00-da **********70 mobil nömrəsindən Təqsirləndirilən şəxs ********** nömrəsinə zəng vurularaq 97 və 21 saniyə danışılmışdır. “Azərsell”dən alınmış cavabda Təqsirləndirilən şəxs zəng edən ********** mobil nömrənin sahibinin X6 olduğu müəyyən edimişdir. Həmin şəxsin oğlu X7 isə BMCMİ-nin müstəntiq vəzifəsində işləyir (İcraatımda olan 1(101)-1839/2024 nömrəli başqa bir cinayət işinin istintaqının aparıb). Bu da onu təsdiq edir ki, həmin nömrənin faktiki istifadəçisi müstəntiq Toğrul Arazlı olmuş və Təqsirləndirilən şəxslə o danışmışdır. Avropa Məhkəməsi “Kobiaşvili Gürcüstana qarşı işi”ndəki qərarında göstərmişdir ki, məhkəmə qərarı olmadan axtarış aparmaq üçün tələb olunan dəlil standartı "əsaslı şübhə" dir. Başqa sözlə, polis konkret halda heç olmasa ən azı dəqiq ağlabatan faktiki əsaslandırma olmadan şəxsi axtarış apara bilməz. Bu bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs barəsində heç bir əməliyyat məlumatı olmamış, əməliyyat axtarış tədbiri keçirilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrinin mötəbərliyini və inandırıcılığını yoxlamış və bunun üçün ifadədə göstərilənlərin digər sübutlarla dəstəklənib-dəstəklənmədiyi, bağdaşıb-bağdaşmadığını araşdırmışdır. Təqsirləndirilən şəxs tutulmasının, şəxsi axtarışın məkanının, zamanının, eləcə də, şübhəli və təqsirləndirilən kimi verdiyi ifadələrinin inandırıcılığını və qeyd edilən istintaq hərəkətlərində müdafiəçinin iştirak edib-etməməsini müəyyən etmək məqsədilə müdafiəçinin və tərcüməçinin istifadə etdikləri mobil telefon nömrələrinin anten məlumatları yoxlanılmışdır. Məhkəmə onu da qeyd edir ki, müdafiə tərəfinin vəsatəti ilə şahidlərin telefon anten məlumatlarının əldə edilməsi onların şəxsi həyatın ilə bağlı məlumatlarını pozmamış və yol verilən hesab edilməlidir. Belə ki, əldə edilmiş məlumatlar məhdud çərçivədə sırf təqsirləndirilən şəxsin təqsirsizliyinin sübut edilməsi ilə əlaqədar olmuşdur. Bu, Azərbaycan Respublikası Konstitiusiyasının 63-cü maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə də uyğundur. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin «d» bəndində qeyd edilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. Məhkəmə də müdafiə tərəfinin vəsatəti əsasında bu məlumatları əldə etməklə Təqsirləndirilən şəxs həmin hüququnu təmin etmişdir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin «Mirilaşvili Rusiyaya qarşı» 01 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, şahid terminin müstəqil təfsir etmək lazımdı və bu hal nəinki şahidlərə, həmçinin digər sübutlara tətbiq edilə bilər. Belə ki, Konvensiyanın həmin bəndi təqsirləndirilənə istinad edilən cinayət işi ilə bağlı olan yazılı sənədlərə, kompüter fayllarına da aid edilə bilər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ifadəsində video çəkilişlə keçirilmiş şəxsi axtarışın xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə işıqlı vaxtda keçirildiyini bildirmişdir. Qeyd olunan halın yoxlanılması üçün tərcüməçinin X15 və X5 mobil telefonunun anten məlumatları əldə edilmiş, tərcüməçi Aytən Əlieva şahid qismində dindirilmişdir. Şahid3 şahid qismində ifadəsində ilk dəfə 23 və ya 24 may 2024-cü il tarixdə BMCMİ-ə getməsini xatırlamadığını, ancaq ilk dəfə oraya dərsdən sonra günün işıqlı vaxtında getməsini bildirmiş və həmin günü Təqsirləndirilən şəxs iştirakı ilə video çəkiliş aparılmışdır. Ancaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma protokolunun xx.xx.2024-cü tarxdə saat 20:50-də rəsmiləşmiş, şəxsi axtarış saat 21:15-dən 21:29-dək keçirilmiş, daha sonra 21:33-dən 22:00-dək şəxsi axtarış protokolu tərtib edilmiş və həmin protokol tərcüməçi və müdafiəçi tərəfindən imzalanmışdır. Göründüyü kimi tərcüməçi Şahid3 xx.xx.2024-cü il tarixdə axşam vaxtı BMCMİ-də olmasını inkar etdiyindən və Təqsirləndirilən şəxs də onun üzərində şəxsi axtarışın gündüz vaxtı aparılmasını bildirdiyindən şəxsi axtarışın xx.xx.2024-cü il tarixdə işıqlı vaxtda aparılmasına dəlalət edir. Həmin xüsusat məhkəmə tərəfindən həm tərcüməçinin, həm də müdafiəçinin anten məlumatları əldə edilməklə tədqiq edilmişdir. Tərcüməçinin anten məlumatlarından aydın olur ki, o, xx.xx.2024-cü il tarixədə saat 14:08-də “Təbriz küçəsi”, saat 14:13-də “Koroğlu Rəhimov küçəsi”, saat 14:28-də “Fətəli xan Xoyski küçəsi” antenasında olmuşdur. Həmin antenlərlə BMCMİ arasındakı müvafiq olaraq 345 m, 300 m, 624 m məsafə olmuşdur. Müdafiəçinin qeyd olunan tarixdə telefon zəngləri arasında uzun fasilə olduğundan qeyd olunan tarixlərdə anten qeyd edimədiyindən qeyd olunan tarixdə orada olmasını müəyyən etmək mümkün deyildir. Müdafiəçi Nizami Həsənovun mobil anten məlumatlarından müəyyən edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 20:48:33-də “LBBK3248O3/LBBK3248 Mir Celal 10//Nasimi/ (40.413xx/xx.80452)” anteninin əhatə dairəsində olmuş və GOOGLE MAP proqramından həmin anten ilə BMCMİ-i arasında hava ilə 4,86 km məsafə olmuş və avtomobillə həmin ünvana 26 dəqiqəyə çatmaq mümkündür. Ancaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:50-də tutulmuşdur. Həmin protokoldan əvvəl vəkil təqsirləndirilən şəxsə təqdim olunmuş, tutma qərarı ilə tanış olaraq imzalamışdır. Tutma protokolundan sonra isə hüquq və vəzifələrin izahı protokolu, etiraz protololu və digər sənədlərlə tanış olmuş, saat 21:15dən 21:19-dək şəxsi axtarışda iştirak etmişdir. Göründüyü kimi rəsmi tutlmadan 1 dəqiqə 27 saniyə əvvəl “LBBK3248O3/LBBK3248 Mir Celal 10//Nasimi/ (40.413xx/xx.80452)” antenasında olmuş vəkil Nizami Həsənovun BMCMİ-nin inzibati binasına gəlib qeyd edilən istintaq hərəkələrində iştirak etməsi qeyri-mümkündür. Bundan başqa, vəkil Nizami Həsənovun telefon anten məlumatlarından xx.xx.2024cü il tarixdə saat 19:29-da “LBBK4275O1/LBBK4275 Avtovagzal//Binagadi/ (40.415xx/xx.79946)” antenin əhatə dairəsində olması müəyyən edimiş və GOOGLE MAP proqramından həmin anten ilə BMCMİ-i arasında 5,38 km məsafə olmuş və avtomobillə həmin ünvana 28 dəqiqəyə çatmaq mümkündür. Ancaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:30-dan 20:20-ə kimi dindirlmiş, hətta həmin dindirlmədə əvvəl və sonra bəzi prosessual sənədlərlə tanış olub imzalamışdır. Bu da ona dəlalət edir ki, həmin istintaq hərəkətində və prosessual sənədlərə tanış olarkən müdafiəçi iştirak etməmişdir. Bundan başqa, Nizami Həsənovun telefon anten məlumatlarından xx.xx.2024-cü il tarixdə saat 08:57-də “LBBK3248O3/LBBK3248 Mir Celal 10//Nasimi/ (40.413xx/xx.80452)” antenin, saat 11:45-də “LBBK4275O1/LBBK4275 Avtovagzal//Binagadi/ (40.415xx/xx.79946)” antenin əhatə dairəsində olması müəyyən edimişdir.Təqsirləndirilən şəxs qismində dindirilməsi protokolundan da göründüyü kimi xx.xx.2024-cü il tarixdə saat 10:25-dən 11:20-ə kimi ifadəsi alınmışdır. Saat 11:20-də dindirmə başa çatdıqdan sonra təqsirləndirilən və müdaifəçinin həmin protokolla tanış olmalarına 10 dəqiqə vaxt sərf etməsini, müdafiçinin BMCMİ-nin binasından çıxıb avtomobilə minməsinə 5 dəqiqə vaxt sərf etməsini nəzər aldıqda 10 dəqiqədən sonra “LBBK4275O1/LBBK4275 Avtovagzal//Binagadi/ (40.415xx/xx.79946)” antenin əhatə dairəsində olması qeyri-mümkündür. Belə ki, GOOGLE MAP proqramından həmin anten ilə BMCMİ-i arasında 5,38 km məsafə olmuş və avtomobillə həmin ünvana 28 dəqiqəyə çatmaq mümkündür. Ancaq sonradan müdafiəçi saat 14:37-dən 15:35-dək olan müddətdə “LBBK5417O3/LBBK5417 ABU_ARENA//Narimanov/ (40.39xx/xx.8581)”, “LBBK4815O1/LBBK4815 T_Bahramov_stad//Narimanov/ (40.396xx/xx.85322)”, “LBBK4293U3/LBBK4293 Tofig Bahramov_Out//Narimanov/ (40.398xx/xx.85141)” antenlərinin əhatə dairəsində olmuşdur. Həmin anten dairələri ilə Nərimanov rayon məhkəməsi arasında müvafiq olaraq 455m, 280m, 527m, BMCMİ arasında 302m, 308m, 576m məsafə olmuşdur. Vəkilin xx.xx.2024-cü il tarixində antendə qeyd olunan saatlarında əvvəlcə BMCMİ-də olaraq həmin günə olan bütün sənədlərə imza etmiş, daha sonra təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Nərimanov rayon məhkəməsində iştirak etmişdir. Tərcüməçi Şahid3 xx.xx.2024-cü il tarixində sonuncu anteni saat 18:39-da “Nesimi icra hak.Mirkasimov kuc” anteni olmuşdur. Ona görə də, xx.xx.2024-cü il tarixdə saat 20:50-dən sonra BMCMİ-də olmasını həmin anten məlumatları ilə müəyyən etmək mümkün deyil. Lakin vəkil Nizami Həsəsnovun anten məlumatlarından sonuncunun orada olmaması, videoçəkilişdə ikisinin də birlikdə olması ona dəlalət edir ki, Şahid3 da həmin tarixdə BMCMİ-də olmamışdır. Bundan başqa, tərcüməçi Aytən Əliyevin telefon anten məlumatlarından xx.xx.2024cü il tarixdə saat 20:10-da “Nesimi icra hak.Mirkasimov kuc.” antenin əhatə dairəsində olması müəyyən edimiş və GOOGLE MAP proqramından istifadə etdikdə həmin anten ilə BMCMİ-i arasında 1,53 km məsafə olmuş və avtomobillə həmin ünvana 10 dəqiqəyə çatmaq mümkündür. Ancaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:30-dan 20:20-ə kimi dindirlmiş, hətta həmin dindirlmədə əvvəl və sonra bəzi prosessual sənədlərlə tanış olub imzalamışdır. Faktiki olaraq tərcüməçi Təqsirləndirilən şəxs dindirilərkən başqa yerdə olmuşdur. Bu da ona dəlalət edir ki, həmin istintaq hərəkətində və prosessual sənədlərə tanış olarkən tərcüməçi iştirak etməmişdir. Bundan başqa, Şahid3 telefon anten məlumatlarından xx.xx.2024-cü il tarixdə saat 11:32-də “Nesimi rayonu. İmran Qasimov kuc” antenin əhatə dairəsində olması müəyyən edimişdir. Təqsirləndirilən şəxs qismində dindirilməsi protokolundan da göründüyü kimi xx.xx.2024-cü il tarixdə saat 10:25-dən 11:20-ə kimi ifadəsi alınmışdır. Saat 11:20-də dindirmə başa çatdıqdan sonra təqsirləndirilən, müdaifəçi, tərcüməçinin həmin protokolla tanış olmalarına 10 dəqiqə vaxt sərf etməsini, tərcüməçinin BMCMİ-nin binasından çıxıb avtomobilə minməsinə 5 dəqiqə vaxt sərf etməsini nəzər aldıqda 11:32-də “Nesimi rayonu. İmran Qasimov kuc” antenin əhatə dairəsində olması qeyri-mümkündür. Belə ki, GOOGLE MAP proqramından həmin anten ilə BMCMİ-i arasında 1,75 km məsafə olmuş və avtomobillə həmin ünvana 10 dəqiqəyə çatmaq mümkündür. Bu da onu təsdiq edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirlməsində tərcüməçi iştirak etməmişdir. Həmin günü tərcüməçinin anteni saat 14:39-da “Nerimanov rnu,X21 30."Chanaqqala restorani"” antenində olmuş və bu da BMCMİ-nin yaxınlığıdır. Bu bir daha tərcüməçi Şahid3 məhkəmə verdiyi ifadəsinin doğruluğunu təsdiq edir. Belə ki, tərcüməçi Şahid3 məhkəmə baxışında vermiş olduğu ifadəsində də təsdiq etmişdir ki, onun iştirakı ilə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən heç vaxt dindirilməsi aparılmamış, o, sonradan gələrək müstəntiq tərəfindən topa halında ona təqdim olunan sənədləri imzalamışdır. Həmçinin o, da qeyd olunmalıdır ki, müdafiəçi CPM-nin 92.9.3-cü maddəsinə əsasən müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək hüququna malikdir və bu hüquq səmərəli şəkildə həyata keçirilməlidir. Avropa Məhkəməsi «Akdağ Türkiyəyə qarşı» işində göstərmişdir ki, polis tərəfindən sorğu-sual zamanı vəkilin iştirakı və fəal köməkliyi digər məsələlərlə yanaşı, şübhəli şəxsin iradəsinə zidd olaraq məcbur etmə və ya təzyiq üsulları ilə sübutların toplanmasının qarşısının alınmasına və şübhəli şəxsin azadlığının qorunmasına yönəlmiş mühüm prosessual təminatdır. Qanunsuz yolla əldə edilmiş sübutlardan istifadəyə yol verilməməsi Azərbaycan Respublikasının CPM-də də əks olunmuşdur. Bellə ki, CM-nin 125-ci maddəsində qeyd edilir: 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:15-dən xx.xx.2024-cü il tarix saat 14-ə kimi 19 saat müddətində qanunsuz BMCMİ-də saxlanılaraq psixoloji təsirə məruz qalmış, daha sonra formal olaraq videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışla bağlı məhkəmə qeyd edir ki, şəxsi axtarış tutulduğu Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 140 ünvanında saat 19:15-də deyil, 19 saat sonra (istintaqın gəldiyi qənaət üzrə 21:15-də 2 saat sonra) BMCMİ-də aparılmışdır. İstintaq tərəfindən də məhz şəxsi axtarışın tutlarkən yerində aparılmamasının səbəbləri izah edilməmişdir. Bu qədər zaman saxlanıldıqdan sonra şəxsi axtarışın aparılması sübutun qoyulma ehtimalının olmasının artırır. Avropa Məhkəməsi “Layicov Azərbaycana qarşı” işində qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Eyni mövqeyi Avropa Məhkəməsi qəbul etdiyi son qərarlarında da sərgiləmişdir. Belə ki, 26 sentyabr 2024-cü il tarixli “Məmmədov Azərbaycana qarşı” işində göstərmişdir ki, ərizəçinin tutulması və axtarışı arasında təxminən iki saat vaxt keçməsi sübutların mümkün “qoyulması” ehtimalı ilə bağlı haqlı narahatlıq doğurur, çünki o, həmin müddət ərzində tamamilə polisin nəzarəti altında idi. Məhkəmə yuxarıda qeyd olunan sübutların tədqiqindən belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr mötəbər və inandırıcı hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdikləri digər sübutlarla, yəni şahidlərin ifadələri, o cümlədən tərcüməçinin ifadəsi və anten məlumatları ilə dəstəklənmişdir. Həmçinin məhkəmə baxışında vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan şəxsin hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrindən növbəti gün günortaya kimi BMCMİ-də saxlanılması, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsində və digər prosessual hərəkətlərdə müdafiəçinin iiştirak etməməsi tərcüməçinin ifadəsi və kiçik detallarına kimi telefon anten məlumatları ilə yoxlanılaraq təsdiq olunmuş və bu da hadisəni həqiqətə uyğun təsvir etməyə çalışdığından xəbər verir. Avropa Məhkəməsi “Hüseyn və digərləri Azərbaycana qarşı” işində ədalətli və çəkişməli məhkəmə araşdırılması anlayışı, əksini sübut edəcək hallar olmadıqca, prinsipcə, məhkəmənin iclasda verilən şahid ifadəsinə ittiham tərəfindən öncədən qeydə alınmış ibtidai araşdırmadakı ifadədən daha çox önəm verməsini ifadə edir. Bunun səbəbi ibtidai araşdırma sorğu-sualının ittiham tərəfinin işi məhkəmədə dəstəkləmək üçün məlumat topladığı proses olmasıdır. Lakin mühakiməni aparan məhkəmə sübutların birbaşa olaraq məhkəmədə qiymətləndirilməsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyini məhkəmədə təqdim edilən bütün sübutların qiymətləndirilməsinin ardından müəyyənləşdirməlidir. Daxili məhkəmələrin həmin qiymətləndirmədə səhvə yol veribvermədiyini müəyyənləşdirmək Məhkəmənin üzərinə düşməsə də, o, məhkəmələrin təqdim edilmiş sübutları rədd etməsi qərarını əsaslandırıb-əsaslandırmadığını nəzərdən keçirməlidir. Bundan başqa, polis əməkdaşları Şahid1 və Şahid2 istintaq zamanı verdiyi ifadələri tədqiq etdikdə məlum olur ki, həmin ifadələrdə fərqlilik yalnız vəzifələri və iş yerləri barədə məlumatlar və birinin digərinin adını çəkməsidir. İfadələrdəki digər bütün yazılar sözbəzsöz, cümlə-cümlə, hətta nöqtə və vergülünə kimi üst-üstə düşür. Göründüyü kimi şahidlərin ifadələri biri digərindən köçürülmüşdür. Həmçinin yuxarıda tədqiq edilmiş anten məlumatları və şahid ifadələri ilə də həmin ifadələr dəstəklənmədiyindən və bu da həmin ifadələrin inandırıcı olmaması qənaətinə gəlməyə əsas verir. Avropa Məhkəməsi “Kobiaşvili Gürcüstana qarşı işi”ndəki qərarında göstərmişdir ki, bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materiallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan fərqli olaraq ərizəçinin dostlarının ifadələri subyektiv mülahizə xarakterli, şübhə doğuran ifadələr kimi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşlarının ifadələri ərizəçinin məhkəmə qərarı olmadan şəxsi axtarışına dair qərarı ilə ziddiyyət təşkil edirdi. Bual da yerli məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Beləliklə də, iş üzrə sübutların əldə olunduğu üsul etibarlılığına və mötəbərliyinə şübhə yaratmış, tutulma və şəxsi axtarışı zamanı prosessual pozuntulara yol verilmiş, ittihamı təsdiq edən sübutlar pozuntularla əldə edilmiş, narkotik vasitənin qoyulma ehtimalı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda. Daha sona həmin maddədə Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də, məhkəmə təqsirləndirilən şəxs barəsində olan əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı, onun tutulması protokolunu, şəxsi axtarış protokolunu, Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini, şahidlər Şahid1 və Şahid2 ifadələrini Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübut kimi hüquqi qüvvəsi olmayan hesab edir və sübutlar siyahısından çıxarır. Çünki keçərliliyi mübahisələndirilən və ya təsdiq edilməmiş dəlillər varsa, ortada qaranlıq bir nöqtə olduğu söylənilə bilir. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən yararlanır qaydasına əsasən dəyərləndirilməsi aparılacaqdır. Bu prinsipə əsasən təqsirləndirilənin bir cinayətdən cəzalandırılmasının təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq məhrumetmə hökmü qurula bilməz. Cəza məhkumiyyəti araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edilərək çatılan ehtimali qənatə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Yüksək də olsa ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə dayalı olan hökm vermək anlamına gələr. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X11 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işi üzrə qərarında qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Barbera, Messege və Habardo İspaniyaya qarşı (1988) məhkəmə işində Məhkəmə bildirdi ki, təqsirsizlik prezumpsiyası prinsipi: sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də iddiaçıya münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. “Əsaslı şübhədən kənar” standartı, adından göründüyü kimi onu ifadə edir ki, cinayət işində şəxsin təqsirliliyində heç bir əsaslı (ağlabatan) şübhə qalmamalıdır. Bu o demək deyil ki, onun həqiqiliyinə heç zərrə qədər də şübhə yoxdur (beyond shadow of doubt). Bu o deməkdir ki, təqdim edilmiş sübutların bütün digər alternativ izahları (əsasları, anlamları) çox az inandırıcıdırlar. İstər Azərbaycan Respublikasının Konstitusiyasında, istərsə də Avropa İnsan Hüquqları Məhkəmsinin presedent hüququnda nəzərdə tutulmuş yuxarıda sadalanan normalar Azərbaycan Respublikası CPM-də öz əksini tapmışdır. Belə ki, CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş ev dustaqlığə qətimkan tədbiri ləğv edilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 3,227 qram qalmış psixotrop maddə metamfetaminin və 0,19 qram marixuana ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, həmin narkotik vasitə həmin araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmalı, 6 (altı) ədəd CD disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 müdafiəçi təyin edilmişdir. Məhkəmə mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 344-347, 349, 350.2, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 3,227 qram qalmış psixotrop maddə metamfetaminin və 0,19 qram marixuana ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 6 (altı) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 3,227 qram qalmış psixotrop maddə metamfetaminin və 0,19 qram marixuana həmin araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılsın. İş üzrə materiallarında məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-669/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-669/2025
03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver