Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-67/2023 06.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məcidov X26 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X15, X14 və Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X19, Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərəçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, Müdafiəçi: Sigma Vəkil Bürosonun vəkili Müdafiəçi2 iştirakları ilə, 27 avqust 1956-cı il tarixdə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri Lokomotiv deposunda mühəndis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə, Hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 22 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsindən ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin 1 avqust 2016-cı il tarixdən, həmçinin 22 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsindən ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin 1 mart 2016-cı il tarixdən direktoru vəzifəsində işləyərkən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, qanunvericiliklə və Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirən vəzifəli şəxs kimi 4 oktyabr 2018-ci il tarixdən 2 dekabr 2020-ci il tarixədək Biləcəri bələdiyyəsinin sədri vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü, habelə rəhbəri və faktiki rəhbəri olduğu hüquqi şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc və rentabelli fəaliyyət görüntüsü yaratmaqla fayda əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 fevral 2020-ci il tarixli, 59s nömrəli yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiyanın bölgüsünün təsdiq edilməsi barədə sərəncamına əsasən Biləcəri bələdiyyəsinə dövlət büdcəsi hesabına bələdiyyə bazarının və iaşə kompleksinin tikintisi üçün ayrılmış və onlara etibar olunmuş 250.000 (iki yüz əlli min) manat məbləğində pul vəsaitini İlham Xəlilovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək, mənimsəməklə talamaq məqsədi ilə qeyd edilən bazarın tikintisi üçün mal və materialların alınması görüntüsü yaratmaqla pul vəsaitinin bələdiyyənin hesabından özünün direktoru olduğu qeyd edilən MMC-lərin, habelə “Saleh- 2018”, "xxxx", "xxxx", "xxxx" MMC-lərin və direktorluğunu cinayətdən xəbərsiz övladı Nümayəndə2, faktiki rəhbərliyi özünün həyata keçirdiyi "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin bank hesablarına köçürülüb sonradan həmin pul vəsaitlərini hesabdan çıxarıb işlərin yerinə yetirilməsi görüntüsü yaratmaq üçün bir hissəsini pul vəsaitlərinin ayrılma məqsədinə uyğun sərf edib qalan hissəsini isə öz aralarında bölməkdən ötrü Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC təsisçisi olmaqla cinayətdən xəbərsiz Şahid11 verdiyi 27 oktyabr 2019-cu il tarixli, 916968 nömrəli etibarnaməyə əsasən özü arasında 109.835 (bir yüz doqquz min səkkiz yüz otuz beş) manat dəyərində mal və materialın alınıb təhvil verilməsi barədə 20 fevral 2020-ci il tarixli, 01 nömrəli, habelə, Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC-nin cinayətdən xəbərsiz təsisçisi olan arvadı Şahid12 Hümbət qızı arasında 139.800 (bir yüz otuz doqquz min səkkiz yüz) manat dəyərində mal və materialın alınıb təhvil verilməsi barədə 20 fevral 2020-ci il tarixli, 01 nömrəli İlham Xəlilovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə rəsmi sənəd olan müqavilələri imzalamaqla bağlayıb 13 mart 2020-ci il tarixdə dövlət büdcəsindən qeyd edilən məqsəd üçün ayrılan 250.000 (iki yüz əlli min) manat pul vəsaitinin Azərbaycan Respublikası Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən həmin bələdiyyənin ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin 2 saylı Yasamal filialında olan AZ80AİİB******************** nömrəli hesabına köçürülməsindən sonra qabaqcadan əlbir olduğu İlham Xəlilovun aralarında olan cinayətkar razılaşmaya əsasən həmin bələdiyyənin cinayətdən xəbərsiz mühasibi Şahid4 verdiyi göstəriş əsasında sonuncu tərəfindən tərtib olunmuş 13 mart 2020-ci il tarixli 1040CAZ200730001 nömrəli və 13 mart 2020-ci il tarixli 1040CAZ200730002 nömrəli ödəniş tapşırıqları əsasında 13 mart 2020-ci il tarixdə Biləcəri bələdiyyəsinin qeyd edilən hesabından "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən "xxxx" X5 ASC-də olan AZ74NİCB**********0004A40060 nömrəli hesabına 164,75 manat (bir yüz altmış dörd manat yetmiş beş qəpik) xidmət haqqı çıxılıb 109.835 (bir yüz doqquz min səkkiz yüz otuz beş) manat, həmin tarixdə "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən "xxxx" X5 ASC-də olan AZ22NİCB**********0001A40060 nömrəli hesabına 200 (iki yüz) manat xidmət haqqı çıxılıb 139.800 (bir yüz otuz doqquz min səkkiz yüz) manat olmaqla, ümumilikdə 249.635 (iki yüz qırx doqquz min altı yüz otuz beş) manat məbləğində pul vəsaitinin köçürülməsinə nail olmaqla malların bələdiyyəyə təhvil verilməsi görüntüsü yaratmaq məqsədi ilə ünvan 1 ünvanında yerləşən evində tamah niyyəti ilə rəsmi sənəd olan guya "xxxx" MMC tərəfindən müxtəlif çeşiddə 10 adda ƏDV daxil cəmi 109835 manat təşkil edən xx.xx.2020-ci il tarixli 003628 saylı, "xxxx" MMC tərəfindən müxtəlif çeşiddə 11 adda ƏDV daxil cəmi 39160,19 manat təşkil edən tarixsiz, 451710 saylı və "xxxx" MMC tərəfindən müxtəlif çeşiddə 12 adda ƏDV daxil cəmi 41236,16 manat təşkil edən xx.xx.2020-ci il tarixli 451711 saylı qaimələrin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə "xxxx" MMC və "xxxx" MMC dairəvi möhürü, eləcə də 003628 saylı qaiməni özü imzalayıb, 451710 saylı və 451711 saylı qaimələri cinayətdən xəbərsiz arvadı X4 imzaladıb həmin pul vəsaitlərini, o cümlədən, 13 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından 13 mart 2020-ci il tarixli 10 nömrəli ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" X5 ASC-nin qeyd edilən filialında olan AZ20NİCB**********0001A40060 nömrəli hesabına 15.000 manat köçürüb, həmin tarixdə 147,9 manat əməliyyat məsrəflərinə, 59,16 manat komissiya xərclərinə çıxılmaqla həmin tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" X5 ASC-nin 12 saylı filialından 14.790 (on dörd min yeddi yüz doxsan) manat pul vəsaitini cinayətdən xəbərsiz Nümayəndə2 vasitəsi ilə hesabdan çıxarıb əldə etməklə, 13 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından 13 mart 2020ci il tarixli 11 nömrəli ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" X5 ASC- nin qeyd edilən filialında olan AZ67NİCB**********0001A40060 nömrəli hesabına 15.000 manat köçürüb, həmin tarixdə 152,86 manat əməliyyat məsrəflərinə, 59,14 manat komissiya xərclərinə çıxılmaqla həmin tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" X5 ASC-nin 12 saylı filialından 14.786 (on dörd min yeddi yüz səksən altı) manat pul vəsaitini cinayətdən xəbərsiz Nümayəndə2 vasitəsi ilə hesabdan çıxarıb əldə etməklə, 13 mart 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" X5 ASC-nin 12 saylı filialında "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyat məsrəfi 300 (üç yüz) manat, komisiyya xərci isə 120 (bir yüz iyirmi) manat çıxılmaqla, 30.000 (otuz min) manat, 13 mart 2020-ci il tarixdə "xxxx" MMC- nin "xxxx" X5 ASC-nin eyni ünvanda yerləşən filialında AZ22NİCB**********0001A40060 nömrəli hesabından şəxsən əməliyyat məsrəfi 300 (üç yüz) manat, komisiyya xərci isə 120 (bir yüz iyirmi) manat çıxılmaqla, 30.000 (otuz min) manat, 1 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyat məsrəfi 172,09 (yüz yetmiş iki manat sıfır doqquz qəpik) manat, komisiyya xərci isə 51,63 (əlli bir manat altmış üç qəpik) manat çıxılmaqla, 17.209 (on yeddi min iki yüz doqquz) manat, 1 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyat məsrəfi 70,11 manat (yetmiş manat on bir qəpik), komissiyya xərci isə 21,03 manat (iyirmi bir manat üç qəpik) çıxılmaqla, 7.011 (yeddi min on bir) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 20 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyat məsrəfi 153 (bir yüz əlli üç) manat, komissiyya xərci isə 45,9 manat (qırx beş manat doxsan qəpik) çıxılmaqla, 15.300 (on beş min üç yüz) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 22 may 2020-ci i! tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından şəxsən əməliyyat məsrəfi 58 (əlli səkkiz) manat, komissiyya xərci isə 17,4 manat (on yeddi manat qırx qəpik) çıxılmaqla, 5.800 (beş min səkkiz yüz) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 16 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından "xxxx" MMC-nin "xxxx" ASCdə olan 08RBTA******************** hesab nömrəsinə 15,45 manat komissiya xərci çıxılıb, 10.300 manat köçürülməklə həmin tarixdə 40,3 (qırx manat otuz qəpik) manat komissiya xərci, 100,76 manat ödəmə mənbəyində tutulan vergi, 70,4 manat mənfəət vergisi, 18,1 hesaba qoyulmuş sərəncam, 0,25 sərəncama görə komissiya ödənilməklə həmin tarixdə "xxxx" ASCnin ünvan 5 ünvanında yerləşən “Səbail" filailından 10.076 (on min yetmiş altı) manat cinayətdən xəbərsiz Nümayəndə2 vasitəsi ilə hesabdan çıxarıb əldə etməklə, 16 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd olunan hesabından 16 mart 2020-ci il tarixli 13 nömrəli ödəniş tapşırığı əsasında direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ56RBTA**********0944237057 hesab nömrəsinə 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılıb 15.300 manat köçürülməklə həmin tarixdə 70,40 manat mənfəət vergisi, 74,96 manat xidmət haqqı, 150 manat ödəmə mənbəyində tutulan vergi çıxılmaqla həmin tarixdə "xxxx" ASC-nin ünvan 5 ünvanında yerləşən “Səbail” filialından 15.000 (on beş min) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 16 mart 2020-ci il tarixdə "xxxx" MMCnin qeyd edilən hesabından 16 mart 2020-ci il tarixli 14 nömrəli ödəniş tapşırığı əsasında direktoru Nümayəndə2 olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ33RBTA******************** hesab nömrəsinə şəxsən 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılmaqla 15.300 (on beş min üç yüz) manat köçürülməklə həmin tarixdə 75 manat komissiya xərclərinə, 150 manat ödəmə mənbəyində tutulan vergi, 70,40 mənfəət vergisinə çıxılmaqla 15.000 (on beş min) manat pul vəsaitini cinayətdən xəbərsiz Nümayəndə2 vasitəsi ilə hesabdan çıxarıb əldə etməklə, 16 mart 2020-ci il tarixdə "xxxx" MMCnin qeyd edilən hesabından 16 mart 2020-ci il tarixli 12 nömrəli ödəniş tapşırığı əsasında direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ29RBTA******************** hesab nömrəsinə şəxsən 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılıb 15.300 (on beş min üç yüz) manat köçürülməklə həmin tarixdə 74,97 manat komissiya xərclərinə, 150 manat ödəmə mənbəyində tutulan vergi, 70,40 manat mənfəət vergisinə çıxılıb, 15.000 (on beş min) manat pul vəsaitini nağd şəkildə özü çıxarmaqla, 16 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd edilən hesabından 16 mart 2020-ci il tarixli 13 nömrəli ödəniş tapşırığı əsasında direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ73RBTA******************** hesab nömrəsinə şəxsən 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılmaqla 15.300 (on beş min üç yüz) manat pul vəsaiti köçürülməklə həmin tarixdə 60 manat komissiya xərclərinə, 150 manat ödəmə mənbəyində tutulan vergi, 98,40 mənfəət vergisinə çıxılıb, 15.000 (on beş min) manat nağd şəkildə özü çıxarmaqla, 16 mart 2020-ci il tarixdə "xxxx" MMC-nin qeyd olunan hesabından 16 mart 2020-ci il tarixli 12 nömrəli ödəniş tapşırığı əsasında direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ29RBTA******************** hesab nömrəsinə şəxsən 22,95 manat (iyirmi iki manat doxsan beş qəpik) komissiya xərci çıxılmaqla 15.300 (on beş min üç yüz) manat pul vəsaitini köçürüb, həmin tarixdə 75 manat komissiya xərci, 150 manat ödəmə mənbəyində tutulan vergi, 72,4 manat mənfəət vergisi çıxılmaqla həmin tarixdə "xxxx" ASC-nin ünvan 5 ünvanında yerləşən “Səbail” filialından 15.000 (on beş min) manat nağd şəkildə özü çıxarmaqla, köçürülmüş vəsait üzrə 22 may 2020-ci il tarixdən 8 iyun 2020-ci il tarixədək "xxxx" MMC-nin qeyd olunan bankda olan hesabından 4.935,11 manat (dörd min doqquz yüz otuz beş manat on bir qəpik), 4 may 2020-ci il tarixdən 3 iyul 2020-ci il tarixədək "xxxx" MMC-nin qeyd olunan bankda olan hesabından 21.021,9 manat (iyirmi bir min iyirmi bir manat doxsan qəpik) pul vəsaitinin vergi xidmətlərinə və Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə köçürülməsi nəzərə alınmaqla, qeyd edilən qaydada ümumilikdə "xxxx" MMC üzrə 109.835,97 manat və "xxxx" MMC üzrə 139.798,4 manat, ümumilikdə 249.634,37 manat məbləğində pul vəsaitinin köçürülməsi ilə ümumi köçürülmüş vəsaitin qeyd edilən əlavə xərclərə sərf edilməsi ilə 2.761,75 manatını israf edib, hesablardan çıxarılmış 219.972 manat məbləğində pul vəsaitinin isə aralarındakı cinayətkar niyyətə uyğun olaraq 51.083,86 (əlli bir min səksən üç manat səksən altı qəpik) manatını özünün təqdim etməsi ilə İlham Xəlilov Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsində “işçi həyəti” adlandırılan ərazidə yarımçıq aparılmış 4 metr hündürlükdə, üstü örtülməmiş halda bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi üzrə mal-material alınması və işlərin görülməsinə sərf etməklə, qalan 168.888,14 manat məbləğində pul vəsaitini isə Bakı şəhəri ərazisində İlham Xəlilovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək mənimsəməklə, ümumilikdə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Biləcəri bələdiyyəsinə məxsus olmaqla onlara etibar edilmiş 2.761,75 manat pul vəsaitini israf etməklə, 168.888,14 manat məbləğində pul vəsaitini mənimsəməklə, cəmi 171.649,89 manat (bir yüz yetmiş bir min altı yüz qırx doqquz manat səksən doqquz qəpik) məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla talamış, həmin hərəkətləri ayrılmış pul vəsaitinin bələdiyyənin fəaliyyət məqsədlərinə uyğun sərfi, yerli səviyyədə sosial maraqların təmin olunması və vəsaitdən səmərəli istifadə edilməsi üzrə Biləcəri bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla İlham Xəlilovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o bir neçə şirkət təsis etmişdir və əsas fəaliyyəti mal-materialların alqı-satqısı ilə məşğul olmaq olmuşdur. Biləcəri Bələdiyyəsinin keçmiş sədri İlhamla 40 il müddətində tanışlıq münasibətləri olmuşdur. 2020-ci ildə İlham ona müraciət edərək, bələdiyyəyə məxsus bazar tikintisinə başlanılması ilə əlaqədar ucuz qiymətə tikinti materiallarının lazım olduğunu bildirmişdir. Bu məqsədlə aralarında müqavilə bağlamışlar və həmin müqavilə ilə tikinti üçün lazım olan materialların onlara satış qiymətini müəyyənləşdirmişlər. Həmin müqaviləyə uyğun olaraq o onları tikinti materialları ilə təmin edəcəkmiş. Bələdiyyə tərəfindən ona lazımi materialların siyahısı verilirmiş və buna uyğun olaraq hər dəfə qəbzləri bələdiyyənin mühasibinə verirmiş. Mühasibə hər dəfə qəbzləri təqdim etməyinə baxmayaraq İlham qəbzə materialları qəbul etməsi barədə imza çəkmirmiş. Bir neçə dəfə mühasib, hətta o özü də İlhamla danışaraq ondan qəbzləri imzalamasını tələb etmişdir. Lakin İlham qəbzləri imzalayacağını bildirməklə bundan yayınırmış. Daha sonra İlham ölmüş və buna görə də qəbzlər imzasız olaraq qalmışdır. Bağladıqları müqavilədə "xxxx" MMC və "xxxx" MMC materialları satan şirkət kimi göstərilmişdir. "xxxx" MMC və "xxxx" MMC-ə faktiki rəhbərlik edirmiş. "xxxx" MMC və "xxxx" MMC-dən başqa bir neçə şirkəti də var imiş. Ona məxsus olan şirkətlərin bank hesablarına daxil olmuş ödənişləri nağdlaşdırıb mal-material alırdılar. Ümumilikdə 204.000 manat pul ödənilmişdir. "xxxx" MMC-ə 109.835 manat, "xxxx" MMC-ə isə 139.000 manat (ƏDV ilə birlikdə) pul daxil olmuşdur. Bu qədər çox şirkət yaratmağına səbəb onların hər birinin müxtəlif fəaliyyət sahəsinin olması ilə bağlı olmuşdur. İbtidai istintaq zamanı ona deyilmişdir ki, 10.000 manat ödəsə, bu məsələ bağlanılacaq. O bələdiyyəyə ziyan vurmamışdır ki, ödəniş də etsin. O özünü yalnız qəbzlərə imza çəkdirmədiyinə görə təqsirli hesab edir. "xxxx" MMC və "xxxx" MMC-ə daxil olmuş ödənişlərdən digər şirkətlərinə pul göndərirmiş ki, onlar öz fəaliyyətlərini təmin edə bilsinlər. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi qismində izahat vermiş Nümayəndə2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Biləcəri Bələdiyyəsinin keçmiş sədri İlham Xəlilovu atasının dostu kimi tanımışdır. Atası Təqsirləndirilən şəxs öz işi ilə yanaşı bir neçə MMC-lər də yaratmışdır və mal-materialların alınması ilə məşğul olurmuş. Atası Təqsirləndirilən şəxs məxsus MMC-lərdən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-lərin təsisçisi onun həyat yoldaşı Əliyeva Əfsanə olsa da, onun bu işlərdən məlumatı yoxdur, sadəcə formal olaraq təsisçidir. İşlərlə o və atası məşğul olurmuşlar. Həmin qeyd etdiyi MMC-lərin icraçı direktoru özü imiş. Tam xatırlamasa da, 2020-ci ilin mart-aprel aylarında, təsisçisi olduğu MMC-lərə atası Təqsirləndirilən şəxs məxsus MMC-lər tərəfindən pul köçürülmüşdür. Bildiyi qədərilə atasına məxsus MMC-lərlə Biləcəri bələdiyyəsi arasında mal və materialın alınması məqsədi ilə müqavilələr bağlanmışdır. Həmin məqsədlə direktoru olduğu MMC-lərin hesabına köçürülmüş pul vəsaitlərini bankdan çıxararaq atasına təqdim etmişdir ki, mal və materialın alınmasında istifadə etsin. Bildiyi qədərilə də atası Təqsirləndirilən şəxs mal və materiallar alaraq Biləcəri bələdiyyəsinə təqdim etmişdir. Hətta bir-iki dəfə atasının mal-material alaraq Biləcəri Bələdiyyəsinə göndərməsinin şahidi olmuşdur. Mal-materialları o almırmış, atası o işlə özü məşğul olurmuş. Məhkəmə iclasında zərərçəkmiş şəxsin(mülki iddiaçının) nümayəndəsi qismində izahat vermiş Nümayəndə1 bildirmişdir ki, törədilmiş cinayət əməli nəticəsində Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə 171.649 manat məbləğində ziyan dəymişdir və həmin ziyanın ödənilməsini tələb edirlər. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübütlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ağabala onun həyat yoldaşıdır. Ağabala özü "xxxx" QSC-nin Biləcəri Lokomotiv deposunda mühəndis vəzifəsində işləməsindən əlavə mal və materialların alqı-satqısı ilə də məşğul olurmuş. "xxxx" MMC və "xxxx" MMC-lər Ağabalaya məxsus müəssisələrdir. O "xxxx" MMC-nin təsisçisi olsa da, icraçı direktor həyat yoldaşı olmuşdur. O orta təhsillidir və indiyə qədər heç bir dövlət qurumunda və ya özəl şirkətlərdə işləməmişdir. "xxxx" MMC-nin də formal olaraq təsisçidir, həmin MMC-nin heç bir işi və fəaliyyəti barədə məlumatı yoxdur və həmin işlərlə Ağabala məşğul olmuşdur. 2020-ci il 20 fevral tarixli sözügedən müqaviləni o "xxxx" MMC-nin təsisçisi olduğuna görə sadəcə imzalamışdır. Ağabala həmin müqavilənin işi ilə əlaqədar olduğunu demişdir. Onun bu işlərin heç birindən məlumatı olmamışdır. Bildiyi bu qədərdir. "xxxx" MMCnin təsisçisidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildən Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin üzvü, həmçinin icraçı katibidir. İlham Xəlilov 2018-ci ildən etibarən həmin bələdiyyənin sədri olmuşdur. Onun vəzifəsi iclas protokollarının yazılması, iclasın keçirilməsinin təşkil edilməsi, ünvanlı məktubların göndərilməsi, sədrin tapşırıqlarının yerinə yetirilməsi və sairdən ibarətdir. Təqsirləndirilən şəxs Bələdiyyənin ərazisində yaşayan sakin kimi tanıyırmış. Lakin onun Biləcəri Bələdiyyəsinin sabiq sədri İlham Xəlilovla bağladığı müqavilə barədə bir məlumatı yoxdur. 2020-ci ilin əvvəlində İlham Xəlilov bələdiyyə iclaslarının birində səthi olaraq dövlət büdcəsindən bələdiyyə bazarı tikilməsi üçün subvensiya ayrılacağı barədə məlumat vermişdir, lakin subvensiyanın təyinatı üzrə xərclənməsi barədə qərar verilməsi məqsədilə heç bir iclas keçirilməmişdir və bu barədə heç bir iclas protokolu da yoxdur. Onun həmin subvensiyanın xərclənməsi barədə məlumatı yoxdur. İlham Xəlilov həmin bazarın hansı tikinti şirkəti vasitəsi ilə tikilməsi və ya tikintiyə kimin rəhbərlik etməsi barədə ona və digər bələdiyyə üzvlərinə heç bir məlumat verməmişdir. Subvensiyanın artıq bələdiyyəyə verildiyindən onun xəbəri olmayıb. İlham Xəlilov sadəcə subvensiyanın gələcəkdə veriləcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. 2019-cu ildən Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin üzvüdür. O daimi üzv deyildir və bələdiyyə iclaslarında iştirak edirmiş. Biləcəri bələdiyyəsinin üzvü seçilərkən İlham Xəlilov həmin bələdiyyənin sədri vəzifəsində işləyirmiş. 2020-ci ilin əvvəlində bələdiyyə iclasında olduğu zaman İlham Xəlilov bazar tikintisinə kömək məqsədilə dövlət tərəfindən subvensiya ayrılacağını bildirmişdir. Lakin növbəti iclaslarda bu məsələ, yəni subvensiyanın xərclənməsi müzakirəyə çıxarılmamışdır. Buna görə də onun həmin subvensiyanın xərclənməsindən və bağlanılmış müqavilələrdən heç bir məlumatı olmamışdır. Bələdiyyənin iclasları ayda bir dəfə olurmuş. Subvensiyanın məbləğinin 250.000 manat olduğunu eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin üzvüdür və 2020-ci ilin mart ayından həmin bələdiyyədə daimi əsasla fəaliyyət göstərmişdir. Bundan əlavə yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədridir. Onun vəzifəsi ictimaiyyətlə əlaqə yaratmaq, qəsəbədə gedən işlər barədə sosial şəbəkələrdə məlumat verməkdən ibarətdir. Məhkəmə iclas zalında gördüyü təqsirləndirilən şəxsi tanımır. 2020-ci ilin əvvəlində İlham Xəlilov bələdiyyə iclaslarının birində səthi olaraq dövlət büdcəsindən bələdiyyə bazarı tikilməsi üçün subvensiya ayrılacağı barədə məlumat vermişdir, lakin subvensiyanın təyinatı üzrə xərclənməsi barədə qərar verilməsi məqsədilə heç bir iclas keçirilməmişdir və bu barədə heç bir iclas protokolu da yoxdur. Onun həmin subvensiyanın xərclənməsi barədə məlumatı yoxdur. İlham Xəlilov həmin bazarın hansı tikinti şirkəti vasitəsi ilə tikilməsi və ya tikintiyə kimin rəhbərlik etməsi barədə ona və digər bələdiyyə üzvlərinə heç bir məlumat verməmişdir. Bələdiyyənin aylıq gəlirini və onun hara xərcləndiyini bilmir. Bu məlumatları bələdiyyənin sədri bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. 2019-cu ildən Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin üzvüdür. O daimi üzv deyildir və bələdiyyə iclaslarında iştirak edirmiş. Onun vəzifəsi bələdiyyə iclaslarında iştirak etmək, müzakirələrdə səs verməkdən ibarətdir. Biləcəri bələdiyyəsinin üzvü seçilərkən İlham Xəlilov həmin bələdiyyənin sədri vəzifəsində işləyirmiş. 2020-ci ilin əvvəlində bələdiyyə iclasında olduğu zaman İlham Xəlilov bazar tikintisinə kömək məqsədilə dövlət tərəfindən subvensiya ayrılacağını bildirmişdir. Lakin növbəti iclaslarda bu məsələ, yəni subvensiyanın xərclənməsi müzakirəyə çıxarılmamışdır. Buna görə də onun həmin subvensiyanın xərclənməsindən və bağlanılmış müqavilələrdən heç bir məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o 26 sentyabr 2019-cu il tarixdən 15 aprel 2020-ci il tarixədək Biləcəri bələdiyyəsində xəzinədar və mühasib vəzifələrində işləmişdir. Həmin dövrdə bələdiyyə sədri İlham Xəlilov olmuşdur. O işdən çıxdıqdan 8 ay sonra İlham Xəlilovun vəfat etdiyini eşitmişdir. Həmin vaxtlar onun mühasib kimi vəzifələri bələdiyyənin aylıq hesabatlarını çıxarmaq, işçilərin əmək haqlarını hesablamaq, bələdiyyə sədrinin göstərişi əsasında mühasibatlıqla bağlı əməliyyatlar aparmaq və digər işlərdən ibarət olmuşdur. Bundan başqa bələdiyyə sədrinin şifahi göstərişləri əsasında bütün mühasibə aid işlərin həll olunması istiqamətində çalışırmış. 2020-ci ilin əvvəlində İlham Xəlilov bələdiyyə bazarı inşa edilməsi üçün dövlət tərəfindən subvensiya ayrılacağı barədə məlumat vermişdir. Bundan sonra dövlət tərəfindən 250.000 manat subvensiya ayrılmışdır. İlham Xəlilov bazar tikintisi ilə əlaqədar bağlanılmış müqavilələri ona təqdim edərək bildirmişdir ki, həmin müqavilələrə uyğun olaraq orada göstərilmiş məbləğdə həmin şirkətlərə ödəniş etsin. O da bunu icra etmiş və müqavilə üzrə "xxxx" MMC-nin hesabına 109.835 manat, "xxxx" MMC-nin hesabına isə 139.800 manat vəsaitin köçürülməsi üçün müvafiq sənədlər tərtib edərək banka təqdim etmişdir. Bundan sonra Covid-19 virusunun yayılması ilə əlaqədar işdən çıxmışdır və buna görə də bazar tiikintisi ilə bağlı məsələlər barədə heç bir məlumatı yoxdur. İşdən çıxma səbəbi virusa yoluxmaqdan qorxmağı olmuşdur. Bələdiyyədə işdən çıxdıqdan bir müddət sonra artıq virusdan qorxmadığı üçün başqa bir şirkətdə operator kimi işləmişdir. Ona təqdim edilmiş bütün müqavilələrdə sədrin imzası olmuşdur. Məhkəmə iclas zalında gördüyü təqsirləndirilən şəxsi 3-4 dəfə bələdiyyədə sədrinin otağına girib-çıxanda görmüşdür.Onun bələdiyyədə işlədiyi müddətdə ilk dəfə imiş ki, bələdiyyəyə dövlət tərəfindən subvensiya ayrılırmış. Sədrin ona təqdim etdiyi müqavilələrin məzmunundan xəbəri olmamışdır. O sadəcə olaraq pulun ödənilməsi hissəsi ilə tanış olmuş və onu icra etmişdir. Müqavilə üzrə müvafiq ödənişləri etdikdən sonra Covid-19 virusunun yayılması ilə əlaqədar işdən çıxmışdır. Ödəniş edildikdən sonra bazar tikintisi ilə bağlı işlərin icrası ilə bağlı heç bir sənəd ona təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki,o Binəqədi rayonu, Biləcəri bələdiyyəsində çilingər işləyir. Vəzifəsi bələdiyyənin təmir və tikinti işlərində iştirak etmək, həmçinin bələdiyyə sədrinin işinə aid olan göstərişlərini icra etməkdir. 2020-ci ilin aprel-may ayı olarmış, bələdiyyə sədri X22 bələdiyyəsinin balansında olan, “işçi həyəti” kimi adlandırılan yerdə bazar tikintisinə başlamışdır və həmin tikintiyə İlham Xəlilovun göstərişi ilə o da cəlb edilmişdir. İşi bazarda təməl atmaq işləri, suvaq, daş hörgüsü və digər işçi qüvvəsinə kömək etməkdən ibarət olmuşdur. Ondan əlavə orada müxtəlif şəxslər usta və fəhlə kimi işləyirmiş və gördükləri işlərin qarşılığında İlham Xəlilov tərəfindən məvacib verilirmiş. O isə bələdiyyədən əmək haqqı aldığına görə əlavə olaraq həmin bazarda işləməyinə görə əmək haqqı almırmış. Tikinti işləri zamanı tikinti işlərini aparan şəxs kimi İlham Xəlilov imiş və ondan başqa tikintidə başqa göstəriş verən yox imiş. Tikintiyə şəxsən İlham Xəlilovun özü nəzarət edirmiş. Tikintidə gördüyü qədərilə məsələn, tikinti sahəsinə Kamaz markalı yük maşını ilə mişar daşı gətiriləndə İlham Xəlilov həmin daşın pulunu orada nağd qaydada sürücüyə verirmiş. Oraya gələn bütün tikinti materiallarının pulunu, həmçinin ondan başqa orada işləyən işçilərin pulunu İlham Xəlilov ödəyirmiş. 2020-ci ilin dekabr ayında İlham Xəlilov vəfat etdiyi üçün bazarın tikintisi dayandırılmışdır. Mal-material gələndə İlham Xəlilov orada olmadıqda ödənişin necə edildiyini bilməmişdir, lakin İlham Xəlilov orada olanda özü nağd şəkildə ödəyirmiş. Tikintidə işlədiyinə görə əlavə haqq almırmış. Bazarın tikintisinə İlham Xəlilov nəzarət edirmiş. İlham Xəlilov yeni mal-material gəldikdə özü onları yanında nağd ödəniş edirmiş. İlham Xəlilov öldükdən sonar bazar tikintisi ilə bağlı işlər də dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onun 1-ci ilidir ki, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin üzvüdür. Vəzifəsi bələdiyyə iclaslarında iştirak etmək, gündəlik məsələlərin müzakirəsində iştirak etmək və həmin müzakirələrdə səs verməkdən ibarətdir. O daimi üzv deyildir. 2020-ci ilin əvvəlində İlham Xəlilov bələdiyyə iclaslarının birində səthi olaraq dövlət büdcəsindən bələdiyyə bazarı tikilməsi üçün subvensiya ayrılacağı barədə məlumat vermişdir. Lakin növbəti iclaslar zamanı həmin işin gedişatı və hansı şirkətlərin bazarın tikintisini aparacağı barədə məlumat verməmişdir. Bu səbəbdən onun bazarın tikintisi barədə heç bir məlumatı yoxdur. Bələdiyyənin bazar tikintisi ilə əlaqədar hansı şirkətlərlə razılaşıldığını və nə qədər pul ödənildiyini bilmir. Bazarın tikintisi ilə əlaqədar məsələlərlə heç vaxt maraqlanmamışdır. Bu halları eşitdikdən sonra tikilən bazara gedib baxmışdır, sadəcə divarları tikilibmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. Əmisi Təqsirləndirilən şəxs öz işi ilə yanaşı bir neçə MMClərə də rəhbərlik etdiyini bilirmiş, həmin MMC-lər mal və materialların alınması ilə məşğul olurmuşlar. Əmisinə məxsus müəssisələrdən "xxxx" MMC və "xxxx" MMC-lərin təsisçisidir, lakin bu formaldır, çünki heç vaxt həmin müəssisələrin fəaliyyətində iştirak etməmişdir. O əmisinə etibarnamə vermişdir. Həmin MMC-lərin fəaliyyəti mal və materialların alınıb satılması ilə məşğul olmaqdır. O isə bunların heç biri ilə məşğul olmurmuş, bunlarla sadəcə əmisi Ağabala məşğul olurmuş. Əmisi ilə Biləcəri bələdiyyəsi arasında bazar tikintisi ilə əlaqədar başlanılmış müqavilə barədə məlumatı yoxdur. "xxxx" MMC və "xxxx" MMC-lərin təsisçisidir. Əmisinə etibarnamə vermişdir. Təsisçisi olduğu müəssisələrə Biləcəri bələdiyyəsindən daxil olmuş pullarla bağlı heç bir məlumatı yoxdur. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalasının əridir. Təqsirləndirilən şəxs öz işi ilə yanaşı bir neçə MMClərə də rəhbərlik etdiyini bilirmiş, həmin MMC-lər mal və materialların alınması ilə məşğul olurmuşlar. Ağabalaya məxsus müəssisələrdən "xxxx" MMC və "xxxx" MMC-lərin təsisçisidir, lakin bu formaldır, Ağabala həmin MMC-lərin icraçı direktorudur. Biləcəri Bələdiyyəsinin bələdiyyə bazarının tikintisi üçün Ağabala ilə bağladığı müqavilədən və ödənilmiş pulun xərclənməsi barədə məlumatı yoxdur. "xxxx" MMC və "xxxx" MMC-lərin təsisçisidir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bazar tikintisi üçün dövlət subvensiyasının ayrılması barədə məsələ bələdiyyə iclasında müzakirə olunmuşdur, lakin tikintinin gedişatı ilə əlaqədar məsələlər barədə sonrakı mərhələdə artıq heç bir məlumatı olmamışdır. İlham Xəlilov vəfat etdikdən sonra bələdiyyə sədrinin müavini o olduğu üçün bələdiyyənin fəaliyyəti ilə bağlı müraciətlər ona olunurmuş. Bir dəfə tanımadığı Rəşid adlı şəxs ona müraciət edərək bildirmişdir ki, İlham bazar tikintisi ilə əlaqədar ondan pul alıb. O da Rəşid adlı şəxsə bildirmişdir ki, bazar dövlət tərəfindən ayrılmış subvensiya ilə tikilib, sizin pulunuzla tikilməyib. O bu məsələni araşdırmağa başlamışdır və bu zaman ona məlum olmuşdur ki, dövlət tərəfindən ayrılmış pul vəsaiti Təqsirləndirilən şəxs məxsus iki şirkətə köçürülmüşdür. Hazırda bazarın tikintisi yarımçıq qalmışdır. Bələdiyyə iclasında dövlət tərəfindən subvensiya ayrılması onlara deyilsə də, həmin pulun xərclənməsindən məlumatı olmamışdır. Bələdiyyə hesabında olan pul vəsaitinin hansı qaydada çıxarılmasını bilmir. 2018-ci ildən etibarən Biləcəri bələdiyyəsində işləyir. Rəşid adlı şəxsi tanımır, bildiyi qədərilə onun İlham Xəlilovla tanışlığı olmuşdur. İlk dəfə imiş ki, Biləcəri Bələdiyyəsinə dövlət tərəfindən subvensiya ayrılırmış. Subvensiyanın xərclənməsindən xəbəri olmamışdır. Həmin pulun xərclənməsinə qarışa bilməzmiş, çünki qanunvericiliyə uyğun olaraq o yalnız bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirməli imiş. Təqsirləndirilən şəxs tərəfindən bələdiyyəyə qaimələrin verilməsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6ifadəsində göstərmişdir ki, bazar tikintisi ilə əlaqədar müqavilələrin bağlanıldığı və müvafiq ödənişlərin edildiyi fevral-mart aylarında o, ümumiyyətlə, Biləcəri Bələdiyyəsində işləməmişdir. O həmin bələdiyyədə aprel ayından etibarən baş mühasib kimi işləməyə başlamışdır. İşə başladığı ilk günlər müəyyən müqavilələr var imiş və o İlham Xəlilovdan bu müqavilələrin podratçısının kim olması və digər məsələləri soruşduqda, o hər şeyin razılaşdırıldığını, artıq bazarın tikintisinə başlanıldığını və heç bir problem olmadığını demişdir. Bundan sonra da o dəfələrlə İlham Xəlilovdan müqaviləyə uyğun olaraq xərclər smetasının, müvafiq qaimələrin niyə təqdim olunmadığını soruşurmuş və o yenə təqdim olunacağını deyirmiş. Bundan sonra İlham Xəlilov bir-iki qaimə ona təqdim etmiş və müqavilənin üzərinə qoymağını istəmişdir və o da elə etmişdir. Qaimələrin üzərində xatırladığı qədərilə birinin üzərində 100.000 manatdan artıq, ikincinin üzərində isə 90.000 manatdan artıq məbləğlər yazılmışdır. Lakin ona təqdim etdiyi qaimələrin üzərində heç bir imza və möhür yox imiş və yalnız üzərində nə qədər məbləğ dəyərində mal-materialın verilməsi yazılmışdır. Qaimələrin üzərində iki şirkətin adı yazılmışdır. Lakin onun həqiqətən mal-materialların təqdim olunub-olunmamasından xəbəri yoxdur. Təqsirləndirilən şəxs ona dəfələrlə müraciət edib, qaimələrin bələdiyyənin sədri tərəfindən imzalanıb-imzalanmamasını soruşmuşdur, lakin dəfələrlə İlham Xəlilova müraciət etsədə, o, işlər başa çatanda bütün sənədlərin tamamlanacağını deyirmiş. O işə qəbul olanda artıq bazar tikintisi ilə bağlı şirkətlərə ödəniş olunubmuş. Onun mal-materialların göndərilib-göndərilməməsindən xəbəri yoxdur. Bazar tikintisi ilə əlaqədar hər hansı narazılığın olmasından xəbəri yoxdur. Təqsirləndirilən şəxs dəfələrlə ona qaimələri imzalanıb-imzalanmaması barədə müraciət etmişdir. Qaimə bələdiyyəyə təqdim olunduqda o, bələdiyyənin sədri tərəfindən möhürlənməli və imzalanmalı imiş. X17 təqdim etdiyi qaimələr nə imzalanmış, nə də möhürlə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs yox, İlham Xəlilov qaimələri ona təqdim etmişdir. Qaimələr ona təqdim ediləndə bazar tikintisi bitməmişdir. Həmin qaimələri Ədliyyə Nazirliyinin müvafiq qurumunun müraciəti ilə araşdırma zamanı onlara təqdim etmişdir. Qaimələrin üzərinə hansı şirkətlərin adlarının yazılmasını xatırlamır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan materiallardan müəyyən olunur ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 8ci maddəsinin və Bələdiyyələrin nümunəvi Nizamnaməsinin tələblərinə zidd olaraq, 250.000,0 manat subvensiyanın xərclənməsi, bazar kompleksinin tikilməsi ilə əlaqədar torpaq sahəsinin ayrılması ilə bağlı iclas keçirilmədən və müvafiq qərar qəbul edilmədən xx.xx.2020-ci il tarixdə mal və materiallar alınması məqsədi ilə Bələdiyyə ilə "xxxx" MMC və "xxxx" MMC arasında müqavilələr imzalanmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 fevral 2020-ci il tarixli, 59 s nömrəli sərəncamından və həmin sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən yerli büdcələr (bələdiyyələr) üçün nəzərdə tutulmuş 1.200.000 (bir milyon iki yüz min) manat subvensiyanın bölgüsündən görünür ki, Biləcəri bələdiyyəsinə bələdiyyə bazarının və iaşə kompleksinin tikintisi üçün dövlət büdcəsindən 250.000 manat pul vəsaiti ayrılmış və həmin vəsaitin bələdiyyənin bank hesabına köçürülməsinin təmin edilməsi qeyd edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Biləcəri bələdiyyəsinə ünvanladığı 25 fevral 2020-ci il tarixli, 02/xx-xx-1180 nömrəli 2020-ci il dövlət büdcəsindən yerli büdcələrə (bələdiyyələrə) subvensiyanın ayrılması haqqında məktubundan görünür ki, “Yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiyanın bölgüsünün təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 59 s nömrəli sərəncamı ilə Biləcəri bələdiyyəsinə “Bələdiyyə bazarının və iaşə kompleksinin tikintisi” layihəsi üçün 250.000 manat vəsait ayrılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi məqsədi ilə 2020-ci ildə ayrılmış 250.000 manat məbləğində subvensiyanın istifadəsi vəziyyətinə dair 18 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Biləcəri qəsəbəsi ərazisində bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə Biləcəri bələdiyyəsinin Kapitalbank ASC-nin 2 saylı Yasamal filialında olan hesablaşma hesabına 250.000 manat subvensiya köçürülmüşdür. Biləcəri bələdiyyəsinin bank hesabına daxil olmuş 250.000 manat vəsaitin 139.800 manatı “Korpus" MMC-nin (VÖEN **********), 109.835 manatı "xxxx" MMC-nin (VÖEN **********) hesabına həmin gün, yəni xx.xx.2020-ci il tarixdə köçürülmüşdür. Köçürməyə əsasən bələdiyyə ilə "xxxx" MMC ilə bağlanmış 01 saylı xx.xx.2020-ci il tarixli və "xxxx" MMC ilə bağlanmış 01 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsas olmuşdur. Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış müqavilələr yalnız tikinti materiallarının alınması üçün nəzərdə tutulmuşdur. Halbuki, dövlət büdcəsindən ayrılmış 250.000 manat subvensiya bələdiyyə bazarı və iaşə kompleksinin tam tikilib başa çatdırılması üçün ayrılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 1 saylı müqavilədən görünür ki, Biləcəri bələdiyyəsinə mal və materialın alınması məqsədi ilə "xxxx" MMC-nin ƏDV nəzərə alınmaqla 109.835,00 (bir yüz doqquz min səkkiz yüz otuz beş) manat məbləğində qiymət təklifi sifarişçi Biləcəri bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli 1 saylı müqavilədən görünür ki, Biləcəri bələdiyyəsinə mal və materialın alınması məqsədi ilə "xxxx" MMC-nin ƏDV nəzərə alınmaqla 139.800,00 (bir yüz otuz doqquz min səkkiz yüz) manat məbləğində qiymət təklifi sifarişçi Biləcəri bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Biləcəri bələdiyyəsinin Kapital Bank ASC-də olan hesabdan çıxarışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Biləcəri bələdiyyəsinin hesabına 13 mart 2020-ci il tarixdə 250.000 manat pul vəsaiti köçürülmüş, həmçinin həmin tarixdədə Biləcəri bələdiyyəsinin hesabından Kontora-60”MMC-nin hesabına 109.835 manat, Korpus”MMC-nin hesabına isə 139.800 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin Arayışından və Biləcəri bələdiyyəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə ünvanladığı xx.xx.2020-ci il tarixli 01- 06/02-350 nömrəli məlumatından görünür ki, bələdiyyə bazarı və iaşə kompleksinin inşaasının həyata keçirilməsi üçün hər hansı podratçı müəssisə ilə müqavilə bağlanmamış, həmin bazar və iaşə kompleksinin tikintisi bələdiyyənin əsas vəsaitlər kitabında qeydiyyatda olan “işçi həyəti” adlandırılan ərazidə aparılmış, suvaq, hörgü, qaynaq və sair işləri bələdiyyə qulluqçuları Şahid9, Şahid8, həmçinin Biləcəri qəsəbəsi üzrə sosial və təmizlik işçiləri Elçin İsgəndərov, Taleh Ağayev və fərdi qaydada günəmuzd işləyən Dilqəm Vəliyev tərəfindən görülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Biləcəri bələdiyyəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinə təqdim etdiyi 28 dekabr 2020-ci il tarixli 01-06/02-351 saylı arayışdan görünür ki, 2020-ci il dövlət büdcəsindən subvensiya layihəsi çərçivəsində Bazar kompleksinin tikintisi və fəaliyyət göstərməsi üçün Biləcəri bələdiyyəsinə Maliyyə Nazirliyi tərəfindən 250.000 manat məbləğində subvensiya ayrılmışdır. Həmin kompleksin inşa edilməsi üçün mal və materialların alınması məqsədi ilə Biləcəri bələdiyyəsi tərəfindən "xxxx" MMC və "xxxx" MMC ilə müqavilə bağlanılmış və dövlət tərəfindən ayrılmış 250.000 manat subvensiya həmin MMC-lərin bank hesablarına köçürülmüşdür. Lakin bazar kompleksinin inşası ilə bağlı tikinti işlərinin görülməsi ilə əlaqədar hər hansı müəssisə ilə müqavilə bağlanmamışdır. Bazar kompleksinin mövcud tikintisi bələdiyyə qulluqçuları Şahid8, Şahid9 Nəbo oğlu və digər işçilər tərəfindən aparılmışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 27 oktyabr 2019-cu il tarixli, 916968 nömrəli etibarnamədən görünür ki, Şahid11 Təqsirləndirilən şəxs imza etmək hüququ ilə bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, əqdlər bağlamağı və sair kimi səlahiyyətlər vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 093778 nömrəli çekdən görünür ki, 13 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMCnin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabından 30.000 manat pul vəsaitini nağd şəkildə götürmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 093779 nömrəli çekdən görünür ki, 1 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMCnin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabından 7011 manat pul vəsaitini nağd şəkildə götürmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 203260 nömrəli çekdən görünür ki, 1 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMCnin "xxxx" X5 ASC-nin 12 saylı filialında olan hesabından 17.209 manat pul vəsaitini nağd şəkildə götürmüşdür Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 203259 nömrəli çekdən görünür ki, 13 mart 2020-ci il tarixdə Quliyev X3-60”MMC-nin Yelo bank”X10 ASC-nin 12 saylı filialında olan hesabından 30.000 manat pul vəsaitini nağd şəkildə götürmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 13 mart 2020-ci il tarixli, 10 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabından 15.000 manat pul vəsaiti "xxxx" MMC-nin həmin bankda olan hesabına, 13 mart 2020-ci il tarixli, 11 nömrəli ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabından 15.000 manat pul vəsaiti "xxxx" MMC-nin həmin bankda olan hesabına, 16 mart 2020-ci il tarixli, 12 nömrəli ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabından 15.300 manat pul vəsaiti "xxxx" MMC-nin "xxxx" ASC- də olan hesabına, 16 mart 2020-ci il tarixli, 13 nömrəli ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin “Yelo bank" X10 ASC-nin 12 saylı filialında olan hesabından 15.300 manat pul vəsaiti "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına, 16 mart 2020-ci il tarixli, 14 nömrəli ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabından 15.300 manat pul vəsaiti "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 16 mart 2020-ci il tarixli, 12 nömrəli ödəniş tapşırığından görünür ki, Kontora-60”MMC-nin Yelo bank”X10 ASC-nin 12 saylı filialında olan hesabından 15.300 manat pul vəsaiti Soltan- 96”MMC-nin Rabitəbank”ASC-də olan hesabına, 16 mart 2020-ci il tarixli, 13 nömrəli ödəniş tapşırığı əsasında Kontora-60 MMC-nin ”Yelo bank” X10 ASC-nin 12 saylı filialında olan hesabından 15.300 manat pul vəsaiti Saleh-2018”MMC-nin Rabitəbank”ASC-də olan hesabına, 16 mart 2020-ci il tarixli, 14 nömrəli ödəniş tapşırığı əsasında Kontora-60 MMC-nin Yelo bank”X10 ASC-nin 12 saylı filialında olan hesabından 10.300 manat pul vəsaiti Nur-FD MMCnin Rabitəbank ASC-də olan hesabına köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “Bakcell” mobil operatorundan daxil olmuş CD diskə 18 iyun 2021-ci il tarixli baxış protokolundan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “bakcell” sözü və qələmlə “BKC/LGL-7756-21” sözləri həkk edilmişdir. Həmin diski kompüterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X29” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 16 ədəd fayl vardır. 8 ədəd faylda sms mətnləri vardır və sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Adhissəsində“ Zənglərin_Detallaşması_**********1633_554506034 pdf” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi ilə X7 adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıqlar olduğu görünür. Həmin zənglərdən görünür ki, ***-***-**-** mobil nömrəsi ilə ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2020-ci il tarixdə saat 10:09:49-cu dəqiqədə 13 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:33:06-cı dəqiqədə 30 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:55:45-ci dəqiqədə 61 saniyə, xx.xx.2020-ci il tarixdə saat 09:48:14-cü dəqiqədə 34 saniyə danışıqlar olmuşdur. Adhissəsində“Zənglərin_Detallaşması_**********1645_5********.pdf” yazısı olan fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Adhissəsində“Zənglərin_Detallaşması_**********1655_5********.pdf” yazısı olan fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Adhissəsində“Zənglərin_Detallaşması_**********1735_7********.pdf” yazısı olan fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Adhissəsində“Zənglərin_Məxsusluq_Tarixçələri_**********1859_552757402_BKC.pdf”,“Zəngləri n_Məxsusluq_Tarixçələri_**********1911_554506034_BKC.pdf”,“Zənglərin_Məxsusluq_Tarixçəl əri_**********1923_552980202_BKC.pdf”və“Zənglərin_Məxsusluq_Tarixçələri_**********1933_77 5040202_BKC.pdf” yazısı olan fayllara daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng aşkar edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “Azercell” mobil operatorundan daxil olmuş CD diskə 18 iyun 2021-ci il tarixli baxış protokolundan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “Verbatim” sözü və qələmlə “11513” rəqəmləri həkk edilmişdir. Həmin diski kompüterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X29” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 1 ədəd qovluq vardır, həmin qovluğun ad hissəsində “11513.zip” yazılmışdır. Həmin qovluğu açdıqda smsmətnləriolan10ədədfaylvəadhissəsində“**********85.txt”,“**********56.txt”,“**********65.txt”,“** ********83.txt”,“**********47.txt”,“**********81.txt”,“**********93.txt”,“**********51.txt”,“**********05.txt” ,“abuneciler.xls”, “antenna2020.xlsx” və “antenna2021.xls” yazısı olan fayllar vardır. Sms mətnləri olan fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Ad hissəsində “abuneciler.xlsx” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Ad hissəsində ““**********85.txt” yazısı olan fayla daxil olduqda X7 adına olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2020-ci il tarixdə, saat 14:53:40 dəqiqədə zəng gələrək 16 saniyə danışıq olmuşdur. X7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2020-ci il tarixdə, saat 14:55:06 dəqiqədə 27 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:21:14 dəqiqədə 23 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 14:49:01-ci dəqiqədə 18 saniyə, həmin tarixdə saat 18:12:13-cü dəqiqədə 52 saniyə, həmin tarixdə saat 19:21:02-ci dəqiqədə 23 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:24:22-ci dəqiqədə 36 saniyə, həmin tarixdə saat 12:41:48-ci dəqiqədə 21 saniyə, həmin tarixdə saat 12:51:36-cı dəqiqədə 15 saniyə, həmin tarixdə saat 12:54:07-ci dəqiqədə 6 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:31:02-ci dəqiqədə 34 saniyə, xx.xx.2020-ci il tarixdə saat 18:33:18-ci dəqiqədə 88 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:17:18-ci dəqiqədə 34 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:35:45-ci dəqiqədə 16 saniyə, həmin tarixdə saat 10:45:27-ci dəqiqədə 84 saniyə, həmin tarixdə saat 11:49:12-ci dəqiqədə 11 saniyə, həmin tarixdə saat 18:21:48-ci dəqiqədə 67 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:26:19-cu dəqiqədə 38 saniyə, həmin tarixdə saat 14:20:08-ci dəqiqədə 20 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:40:21-ci dəqiqədə 36 saniyə, həmin tarixdə saat 18:12:40-cı dəqiqədə 111 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:17:52-ci dəqiqədə 43 saniyə, həmin tarixdə saat 16:01:56-cı dəqiqədə 5 saniyə, həmin tarixdə saat 17:12:34-cü dəqiqədə 46 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:47:43-cü dəqiqədə 50 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:42:38-ci dəqiqədə 6 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:01:57-ci dəqiqədə 45 saniyə, həmin tarixdə saat 10:02:55-ci dəqiqədə 41 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:42:15-ci dəqiqədə 4 saniyə, həmin tarixdə saat 16:24:58-ci dəqiqədə 7 saniyə, xx.xx.2020-ci il tarixdə saat 13:20:50-ci dəqiqədə 10 saniyə, həmin tarixdə saat 19:52:40-cı dəqiqədə 87 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:50:41-ci dəqiqədə 9 saniyə, həmin tarixdə saat 15:16:12-ci dəqiqədə 11 saniyə, həmin tarixdə saat 17:52:43-cü dəqiqədə 7 saniyə, həmin tarixdə saat 20:10:28-ci dəqiqədə 38 saniyə, xx.xx.2020-ci il tarixdə saat 12:00:19-cu dəqiqədə 5 saniyə, həmin tarixdə saat 20:06:42-ci dəqiqədə 33 saniyə, xx.xx.2020-ci il tarixdə saat 14:26:05-ci dəqiqədə 6 saniyə, xx.xx.2020-ci il tarixdə saat 11:03:52-ci dəqiqədə 4 saniyə, həmin tarixdə saat 13:34:33-cü dəqiqədə 28 saniyə, həmin tarixdə saat 16:44:23-cü dəqiqədə 36 saniyə, xx.xx.2020-ci il tarixdə saat 19:13:19-cu dəqiqədə 22 saniyə, xx.xx.2020-ci il tarixdə saat 15:08:58-ci dəqiqədə 14 saniyə, həmin tarixdə saat 15:48:16-cı dəqiqədə 26 saniyə, həmin tarixdə saat 16:16:40-cı dəqiqədə 15 saniyə, həmin tarixdə saat 17:58:03-cü dəqiqədə 39 saniyə, həmin tarixdə saat 18:21:30-cu dəqiqədə 23 saniyə, xx.xx.2020-ci il tarixdə saat 21:48:27-ci dəqiqədə 86 saniyə, xx.xx.2020-ci il tarixdə saat 10:48:55-ci dəqiqədə 78 saniyə, həmin tarixdə saat 16:15:11-ci dəqiqədə 11 saniyə, həmin tarixdə saat 17:15:22-ci dəqiqədə 35 saniyə, həmin tarixdə saat 17:16:24-cü dəqiqədə 6 saniyə, xx.xx.2020-ci il tarixdə saat 16:19:38-ci dəqiqədə 38 saniyə, həmçinin eyni qaydada xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. X7 adına olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2020-ci il tarixdə, saat 17:16:15 dəqiqədə zəng gələrək 50 saniyə danışıq olmuşdur.Ad hissəsində “antenna2020.xlsx” və “antenna2021.xls” yazısı olan fayllara daxil olduqda digər fayllarda olan məlumatların 2020 və 2021-ci illər üzrə ümumiləşdirilmiş vəziyyətdə yazıldığı görünür. Digər fayllara daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng aşkar edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin 22 fevral 2016-cı il tarixli nizamnaməsinə əsasən həmin MMC-nin hüquqi ünvanı ünvan 9ərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 22 fevral 2016-cı il tarixdə qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin 22 iyul 2016-cı il tarixli nizamnaməsinə əsasən həmin MMC-nin hüquqi ünvanı Masallı rayonu, Köçəkli kəndində yerləşir və MMC-nin əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 22 iyul 2016-cı il tarixdə qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin 7 yanvar 2014-cü il tarixli nizamnaməsinə əsasən həmin MMC-nin hüquqi ünvanı Masallı rayonu, Köçəkli kəndində yerləşir və MMC-nin əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 7 yanvar 2015-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin 7 yanvar 2014-cü il tarixli nizamnaməsinə əsasən həmin MMC-nin hüquqi ünvanı Masallı rayonu, Köçəkli kəndində yerləşir və MMC-nin əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 7 yanvar 2015-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin 7 yanvar 2014-cü il tarixli nizamnaməsinə əsasən həmin MMC-nin hüquqi ünvanı Masallı rayonu, Köçəkli kəndində yerləşir və MMC-nin əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 7 yanvar 2015-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin 7 yanvar 2014-cü il tarixli nizamnaməsinə əsasən həmin MMC-nin hüquqi ünvanı Masallı rayonu, Köçəkli kəndində yerləşir və MMC-nin əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 7 yanvar 2015-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin 22 iyul 2016-cı il tarixli nizamnaməsinə əsasən həmin MMC-nin hüquqi ünvanı Masallı rayonu, Köçəkli kəndində yerləşir və MMC-nin əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 22 iyul 2016-cı il tarixdə qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin 24 yanvar 2018-ci il tarixli nizamnaməsinə əsasən həmin MMC-nin hüquqi ünvanı Masallı rayonu, Köçəkli kəndində yerləşir və MMC-nin əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 24 yanvar 2018-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin 24 yanvar 2018-cü il tarixli nizamnaməsinə əsasən həmin MMC-nin hüquqi ünvanı Masallı rayonu, Köçəkli kəndində yerləşir və MMC-nin əsas fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaqdan ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC 24 yanvar 2018-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı VÖEN verilmişdir. Cinayət işi materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC və "xxxx" MMC tərəfindən bələdiyyənin elektron hesabına elektron qaimə göndərilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 1 avqust 2016-cı il tarixli, 1 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin direktoru vəzifəsinə Təqsirləndirilən şəxs təyin edilmiş, həmçinin 1 mart 2016-cı il tarixli, 1 nömrəli əmrlə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin, 1 iyun 2017-ci il tarixli, 1 nömrəli əmrlə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin, 16 fevral 2018-ci il tarixli, 1 nömrəli əmrlə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin, 16 fevral 2018-ci il tarixli, 4 nömrəli əmrlə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin, 1 avqust 2018-ci il tarixli, 2 nömrəli əmrlə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 7 yanvar 2015-ci il tarixli, 1 nömrəli əmrdən görünür ki, "xxxx" MMC-nin direktoru vəzifəsinə Nümayəndə2 təyin edilmiş, həmçinin 1 iyun 2017-ci il tarixli, 1 nömrəli əmrlə Nümayəndə2 "xxxx" MMC-nin, 1 iyun 2017-ci il tarixli, 1 nömrəli əmrlə Nümayəndə2 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin "xxxx" X10 ASC-də olan hesabdan çıxarışından görünür ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabına 13 mart 2020-ci il tarixdə 15.000 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin "xxxx" X10 ASC-də olan hesabdan çıxarışından görünür ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabına 13 mart 2020-ci il tarixdə 15.000 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialında olan hesabdan çıxarışından görünür ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabından "xxxx" MMC-nin hesabına 16 mart 2020-ci il tarixdə 10.300 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialında olan hesabdan çıxarışından görünür ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabından "xxxx" MMC-nin hesabına 16 mart 2020-ci il tarixdə 15.300 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialında olan hesabdan çıxarışından görünür ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabından "xxxx" MMC-nin hesabına 16 mart 2020-ci il tarixdə 15.300 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialında olan hesabdan çıxarışından görünür ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabından "xxxx" MMC-nin hesabına 16 mart 2020-ci il tarixdə 15.300 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialında olan hesabdan çıxarışından görünür ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabından "xxxx" MMC-nin hesabına 16 mart 2020-ci il tarixdə 15.300 manat pul vəsaiti köçürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail filialında olan hesabdan çıxarışından görünür ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesabından "xxxx" MMC-nin hesabına 16 mart 2020-ci il tarixdə 15.300 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" MMC və "xxxx" MMC etibarnamə əsasında eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən idarə olunduğundan, 2020-ci ildə dövlət büdcəsindən ayrılmış 250.000,0 manat məbləğində subvensiyanın bələdiyyə tərəfindən "xxxx" MMC və "xxxx" MMC-nin bank hesablarına köçürüldükdən sonra yenidən bir-biri ilə əlaqəli olan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin bank hesablarına 15,000.0 manat həddində köçürülməsi bu əməliyyatların sağlam xarakter daşımadığına, pul vəsaitlərinin nağdlaşdırılması şübhələrinin olmasına əsas verir. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən müəyyən vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bazar və iaşə kompleksinin tikintisi, bu məqsədlə torpaq sahəsinin ayrılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 15, 31, 32, 34 və 75-ci maddəsinin, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 5-ci maddəsinin tələbləri pozulmaqla, yəni dövlət şəhərsalma kadastrının aparılmasına dair texniki normativ hüquqi aktların, tikinti fəaliyyətinin mühəndisaxtarış, layihələndirmə, tikinti-quraşdırma, mexanikləşdirmə və nəqletmə, tikinti materiallarının istehsalı və tikinti layihələrinin ekspertizası kimi peşə sahələri üzrə fəaliyyət göstərən şəxslərin peşəkarlıq səviyyəsi ilə bağlı texniki normativ hüquqi aktların, tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğunu müəyyənləşdirən texniki normativ hüquqi aktların, tikinti zamanı təhlükəsizliyin təmin edilməsinə dair texniki normativ hüquqi aktların, dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün qiymətqoyma və smetalar üzrə texniki normativ hüquqi aktlar alınmadan, müvafiq icra hakimiyyəti orqanının (qurum) icazəsi alınmadan, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olmadan, ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan, sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmadan həyata keçirilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Biləcəri bələdiyyəsindən daxil olmuş 18 iyun 2021-ci il tarixli, 01-06/02-346 nömrəli məktubdan görünür ki, bələdiyyənin balansında “bələdiyyə bazarı və iaşə kompleksinin tikilməsi üçün torpaq sahəsi sənədləşdirilmədiyindən ərazinin torpaq ayırma qərarı yoxdur. Həmçinin bazarın tikintisi üçün podratçı təşkilatlarla müqavilənin bağlanması barədə iclasın qərarı, tikinti üçün ərazinin seçilib ayrılması barədə akt, tikinti materiallarının bələdiyyə tərəfindən təhvil alınması barədə qaimə müvafiq sənədləşdirmə işləri aparılmadığından mövcud deyil. İlham Xəlilov xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Biləcəri bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilsədə, məhkəmə kollegiyası ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 179.3.2 və 308.2-ci maddələri ilə tövsif edilmiş əməli həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə tam əhatə edildiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi həmin Məcəllənin 179-cu madədəsinə münasibəttə xüsusi norma olduğundan ittihamdan çıxarılmaqla xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti məhz vəzifəli şəxs olmalı və həmin vəzifəli şəxs öz vəzifəsinin yerinə yetirilməsi ilə bağlı ona etibar edilmiş özgə əmlakını talamaqla zərərçəkmiş şəxsə ziyan vurmalıdır. İş üzrə Təqsirləndirilən şəxs ona etibar edilmiş əmlakı Biləcəri bələdiyyəsinin sədri vəzifəsində işləmiş və öldüyünə görə barəsində cinayət təqibinə xitam verilmiş X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu və özü, habelə rəhbəri və faktiki rəhbəri olduğu hüquqi şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc və rentabelli fəaliyyət görüntüsü yaratmaqla fayda əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək mənimsəməklə talamışdır və zərərçəkmiş şəxsə maddi ziyan vuraraq zərərçəkmiş şəxsin qanunla qorunan mülkiyyət hüququna qarşı cinayət əməlini törətmişdir və bununla da onun cinayət əməlinin Cinayət Məcəlləsinin həm 179-cu maddəsi (ümumi norma), həm də 308-ci maddəsi ilə (xüsusi norma) tövsif edilməsi maddi qanunun müddəalarına uyğun deyildir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektiv tərəfi vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyi nəticəsində ayrıayrı şəxslərin və ya dövlətin hüquq mənfelərinə mühüm ziyan vurmasından ibarətdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 23-cü maddəsinə əsasən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə hesab edir ki, qeyd edilən Ali Məhkəmənin Plenum qərarının 23-cü maddəsinin tələbləri öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş vəzifəli şəxslərin əməllərinin tövsif olunması zamanı da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-8-ci maddəsinin müvafiq bəndlərinin tələbləri baxımından hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC ləğv edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiyanın bölgüsünün təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 59s nömrəli Sərəncamına əsasən Biləcəri Bələdiyyəsinə bələdiyyə bazarının və iaşə kompleksinin tikintisi üçün ayrılmış 250.000,0 manat məbləğində subvensiyanın tam olaraq xərclənməsinə baxmayaraq, ibtidai istintaq faktiki olaraq hansı meyarla hesablanması müəyyən olunmayan cəmi 51.083,86 manat dəyərində mal-materialın alındığı, işlərin görüldüyü qeyd etsədə, cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan müdafiə tərəfinin vəsatəti əsasında qəbul edilən məhkəmənin 11 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 25 aprel 2022-ci il tarixli məhkəmə-tikinti-texniki ekspertizası üzrə 10/5555 saylı saylı ekspert rəyindən görünür ki, tikinti-təmir işlərinin dəyəri aşağıdakı kimi müəyyən olunur: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsində işçi heyəti adlandırılan ərazidə faktiki mövcud olan və baxış zamanı təqdim edilən tikililərin inşa edilməsi üçün sərf edilmiş tikinti materiallarının ümumi dəyəri 200926,0 manat məbləğində müəyyən edilmişdir. Tədqiq olunan obyekt üzrə tikinti quraşdırma işləri tam başa çatmadığından və yarımçıq qaldığından, həmin obyektin hazırki vəziyyətdə olan orta bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Rəyə əlavə edilmiş smetadan görünür ki, əsas binanın ölçüləri 18,3x12,3dən ibarətdir və binaya sərf edilmiş tikinti materiallarının dəyəri 58196,9 manatdır. (ekspertiza tədqiqatının dəyəri 100 manat) Cinayət işi materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 01-06\07-239 saylı 26 avqust 2022-ci il tarixli məhkəməyə ünvanladığı məktubda qeyd edilir ki, “Yerli büdcələrə (bələdiyyələrə) verilən subvensiyanın bölgüsünün təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 fevral tarixli 59 s nömrəli sərəncamı ilə Biləcəri bələdiyyəsinə “Bələdiyyə bazarının və iaşə kompleksinin tikintisi” üçün vəsait ayrılana qədər torpaq sahəsinin baş tərəfində yerləşən uzunluğu 18,3 metr, eni 12,3 metr və hündürlüyü 5,0 metr ölçülərdə binanın mövcud olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin baş ekspertidir. Tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsində yerləşən “işçi heyəti” adalandırılan əraziyə baxış keçirilmiş, baxış keçirilməsi zamanı bələdiyyənin sədri, orada işləyən ustalar, bələdiyyənin digər əməkdaşları və səhv etmirsə, təqsirləndirilən şəxs iştirak edirdi. Onlar ona hansı tikinti işlərinin aparıldığını dedilər. Tikintiləri ölçüb fotoşəkillərini çəkmişdir. Ölçülərin əsasında oraya sərf olunan materialların həcmini müəyyən etmişdir. 4 tikintiyə baxış keçirmişdir. Birinci hissəyə 29138 manat, yarımçıq tikiliyə 92337,9 manat, əsas binaya 58196 manat, əsas binaya bitişik tikililərə 7245 manat, həyətdə 2 ədəd inzibati binaya 14007 manat, ümumlikdə, 200926 manat məbləğində material sərf edilmişdir. Göründüyü kimi, ibtidai istintaq faktiki olaraq cəmi 51.083,86 manat dəyərində malmaterialın alındığı, işlərin görüldüyü müəyyən edildiyini qeyd etsədə, cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan ekspert rəyindən görünür ki, mübahisə obyekti olan tikinti-təmir işlərinin dəyəri 200926,0 manatdır və Bakı şəhəri Biləcəri Bələdiyyəsinin məktubu ilə bələdiyyəyə “Bələdiyyə bazarının və iaşə kompleksinin tikintisi” üçün vəsait ayrılana qədər torpaq sahəsinin baş tərəfində yerləşən uzunluğu 18,3 metr, eni 12,3 metr və hündürlüyü 5,0 metr ölçülərdə binanın mövcud olmasını qeyd etməsini və məhkəmədə şahid kimi ifadə verən qeyd olunan ekpertizanı keçirən şəxsin ərazidə 4 tikintinin olmasının bildirməsini və ümumlikdə tikililərə 200926 manat məbləğindən, birinci hissəyə 29138 manat, yarımçıq tikiliyə 92337,9 manat, əsas binaya 58196 manat, əsas binaya bitişik tikililərə 7245 manat, həyətdə 2 ədəd inzibati binaya 14007 manat dəyərində materialın sərf edilməsini bildirməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq Təqsirləndirilən şəxs İlham Xəlilovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək mənimsəməklə, ümumilikdə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək, Biləcəri bələdiyyəsinə məxsus olmaqla onlara etibar edilmiş cəmi 171.649,89 manat (bir yüz yetmiş bir min altı yüz qırx doqquz manat səksən doqquz qəpik) məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla talamasının ittiham edilməsi halı, yuxarıda qeyd olunan əsaslarla təkzib olunur. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin məktubu ilə bələdiyyəyə “Bələdiyyə bazarının və iaşə kompleksinin tikintisi” üçün vəsait ayrılana qədər torpaq sahəsinin baş tərəfində yerləşən uzunluğu 18,3 metr, eni 12,3 metr və hündürlüyü 5,0 metr ölçülərdə bina mövcud olmaqla və həmin binaya sərf edilmiş tikinti materiallarının dəyəri 58196,9 manat olduğundan və digər tikililərin bələdiyyəyə vəsait ayrılandan sonra həyata keçirilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, tikililərin ümumi dəyəri 200926,0 manatdan vəsait ayrılana qədər mövcud olmuş tikilinin dəyəri 58196,9 manat sadə riyazi hesablama ilə çıxmaqla (200926,0-58196,9 =142729.1) yerdə qalan vəsait 142729.1 manat vəsait ayrılandan sonra xərclənmişdir və hesablardan çıxarılmış 219.972 manat məbləğində pul vəsaitindən vəsait ayrılandan sonra xərclənmiş 142729.1 manatı sadə riyazi hesablama ilə çıxmaqla (219.972 -142729.1=77249,9) yerdə qalan vəsait 77249,9 manat məbləğini Təqsirləndirilən şəxs İlham Xəlilovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək birgə mənimsəmişlər. Məhkəmə çəkişmə prinsipini rəhbər tutaraq Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Biləcəri Bələdiyyəsi vurulan maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə qarşı tərəflərin, yəni müdafiə və ittiham (zərərçəkmiş şəxsin nümayəndəsi) tərəflərinin vəsatətləri və dəlilləri əsasında təkrar olaraq komisyon məhkəmə-texniki–tikinti ekspertizası təyin etmiş və son olaraq məhkəmə-tikinti texniki ekspertizası üzrə 27 yanvar 2023-cü il tarixli, 10/6516 sayı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsində işçi heyəti adlandırılan ərazidə görülmüş işlərin həcmi müəyyən olunmuşdur.(ekspertiza tədiqatının dəyəri 100 manat) Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı zərərçəkmiş şəxsə vurulan ziyanın məbləğini qeyd edilən üsulla müəyyən etməkdə haqlı olmamışdır, belə ki, 171.649,89( yüz yetmiş bir min altı yüz qırx doqquz manat səksən doqquz) manat Təqsirləndirilən şəxs tərəfindən faktiki mənimsənilən pul məbləği (işlərin görülməsindən yayındırılan məbləğ) deyil. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi üzrə mal-material alınması və işlərin görülməsinə yönəldilməmiş pul vəsaiti 77242.9 manat məbləğində, yəni külli miqdarda müəyyən edlir və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin tövsifedici əlaməti olduğundan, Təqsirləndirilən şəxs əməli həmin maddə ilə (179.3.2) tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Cinayət işi materiallarında olan 4 oktyabr 2018-ci il tarixli 01-10/k-139 nömrəli əmrdən görünür ki, bələdiyyə üzvlərinin ümumi iclasının 11 nömrəli xx.xx.2018-ci il tarixli protokol qərarına əsasən X1 bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarında olan 12 dekabr 2020-ci il tarixli, 128857 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 02 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Cinayət işi materiallarında olan 30 dekabr 2020-ci il tarixli, 01-10/k-146 nömrəli əmrdən görünür ki, Biləcəri bələdiyyəsinin sədri X7 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə bağlı vəzifə səlahiyyətlərinə xitam verilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Beynəlxalq Bankının 30 iyun 2021-ci il tarixli BPM**********81 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 10.000 (on min) manat ödəniş etmişdir. Cinayət işi materiallarından görünür ki, Nümayəndə2 7 iyul 2021-ci il tarixli qərarla "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. Cinayət işi materiallarından görünür ki, 9 iyul 2021-ci il tarixli qərarla Biləcəri bələdiyyəsi zərərçəkmiş şəxs qismində, 9 iyul 2021-ci il tarixli qərarla Nümayəndə1 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarından görünür ki, Bakı şəhər Binəqədi RİHB-nın Biləcəri qəsəbə inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin istintaqa təqdim etdiyi 25 may 2021-ci il tarixli, 1/32 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 20 aprel 2021-ci il tarixli, xx/xx-4477 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 21 aprel 2021-ci il tarixli, 3386 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmayıb. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq etməklə onun cəza çəkməkdən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyandan cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 10.000 (on min) manat ödəniş etməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, ahıl yaşda olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitersiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinipn 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Cinayət işində olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş 01-06/07-460 saylı 31 avqust 2021-ci il tarixli iddia ərizəsindən görünür ki, 171.649,89 ( yüz yetmiş bir min altı yüz qırx doqquz manat səksən doqquz) manat məbləğində zərərin Təqsirləndirilən şəxs tutulması barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Təqsirləndirilən şəxs İlham Xəlilovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, mənimsəməklə, ümumilikdə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək, Biləcəri bələdiyyəsinə məxsus məhkəmə istintaqı zamanı müəyyən olunmaqla mənimsənilmiş 77249,9 manatdan Təqsirləndirilən şəxs özünə düşən payına münasibətdə (məbləğin yarı hissəsi) ödəməlidir. Məhkəmə verilmiş mülki iddianı müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxsun Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 10.000 (on min) manat ödəniş etməsi nəzərə alınaraq, ondan 28624,95 manat tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xeyrinə ödənilməlidir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” “30” aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4-cü bəndinə əsasən dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sifarişi əsasında bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi məqsədi ilə 2020ci ildə dövlət büdcəsindən ayrılmış 250.000 manat məbləğində subvensiyanın xərclənməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair 01 mart 2021-ci il tarixli rəy, "xxxx" MMC tərəfindən tikinti materiallarının verilməsi haqqında 003628 saylı xx.xx.2020-ci il tarixli və "xxxx" MMC tərəfindən 451710 saylı tarixsiz və 451711 saylı xx.xx.2020-ci il tarixli Qaimə fakturalar, Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli, 1 saylı müqavilə, Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli, 1 saylı müqavilə, "xxxx" MMC-nin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabdan çıxarış, "xxxx" MMC-nin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabdan çıxarış, 13 mart 2020-ci il tarixli, 093778 nömrəli çek, 13 mart 2020-ci il tarixli, 093779 nömrəli çek, 13 mart 2020-ci il tarixli, 10 nömrəli ödəniş tapşırığı, 13 mart 2020-ci il tarixli, 11 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 12 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 13 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 14 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 12 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 13 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 14 nömrəli ödəniş tapşırığı, Biləcəri bələdiyyəsinin "xxxx" ASC-də olan hesabdan çıxarışı, “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 200 (iki yüz ) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin lakin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, ona qeyd olunan maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum edilmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-ti Azərbaycan Respublikası CM-nin 99-8-ci maddəsinə əsasən ləğv edilsin. Mülki iddiaçı Bakı şəhəri Biləcəri Bələdiyyəsinə xeyrinə tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 28624,95 (iyirmi səkkiz min altı yüz iyirmi dörd manat doxsan beş qəpik) manat tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs ekspertiza xərci 200 (iki yüz) manat alınaraq Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sifarişi əsasında bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi məqsədi ilə 2020-ci ildə dövlət büdcəsindən ayrılmış 250.000 manat məbləğində subvensiyanın xərclənməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair 01 mart 2021-ci il tarixli rəy, "xxxx" MMC tərəfindən tikinti materiallarının verilməsi haqqında 003628 saylı xx.xx.2020-ci il tarixli və "xxxx" MMC tərəfindən 451710 saylı tarixsiz və 451711 saylı xx.xx.2020-ci il tarixli qaimə fakturalar, Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli, 1 saylı müqavilə, Biləcəri bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli, 1 saylı müqavilə, "xxxx" MMC-nin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabdan çıxarış, "xxxx" MMC-nin "xxxx" X10 ASC-nin 12 saylı filialında olan hesabdan çıxarış, 13 mart 2020-ci il tarixli, 093778 nömrəli çek, 13 mart 2020-ci il tarixli, 093779 nömrəli çek, 13 mart 2020-ci il tarixli, 10 nömrəli ödəniş tapşırığı, 13 mart 2020-ci il tarixli, 11 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 12 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 13 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 14 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 12 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 13 nömrəli ödəniş tapşırığı, 16 mart 2020-ci il tarixli, 14 nömrəli ödəniş tapşırığı, Biləcəri bələdiyyəsinin "xxxx" ASC-də olan hesabdan çıxarışı, “Bakcell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-67/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-67/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver